Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Ə.Əhmədoğlu barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
|
Xatırladaq ki, “Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
|
Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıb.
|
Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
|
Ötən gün “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilib.
|
DİN-nin yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
|
Emy Lia (Emiliya Yaqubova) Avroviziya 2024 üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib.
|
Olay.az xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emy Lia Avroviziya 2024 seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini - “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.
|
Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun üstələnib.
|
Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib.
|
Emy Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:""“Mahnıya ilk dinləmədən vurulmuşdum.
|
Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu.
|
İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır.
|
Dinləyicilərin bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm”.
|
Qeyd edək ki, ifaçı Avroviziya 2024 Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub.
|
Stilist Anar Ağakişiyev “Instagram” hesabında “Azparking”dən narazılığını bildirən paylaşımlar edib.
|
Oxu.Az xəbər verir ki, o, bir neçə dəqiqə gecikdiyinə görə cərimələnməsindən şikayətlənib.
|
“Sizin kimi vicdansız bir qurum görmədim mən.
|
Hər gün gəlib parkinq ödənişimi edirəm.
|
Düşünməyin ki, ödənişimi etmirəm.
|
Bu gün də digər günlər kimi gəlib ödənişimi etdim.
|
Üç saat tamam olduqdan sonra heç üzərindən iki dəqiqə keçməmiş cərimə yazırsınız”, - deyə o bildirib.
|
Xatırladaq ki, Anar Ağakişiyev daha öncə xarici vətəndaş olduğu üçün iş yerinin yanında maşın saxlamağa ödəniş etdiyini bildirmişdi.
|
Onun sözügedən problemi bu ilin yanvar ayında həll olunub.
|
Son vaxtlar “Waze” naviqator proqramının sürücülərə yanlış istiqamət təqdim etdiyi barədə məlumatlar yayılır.
|
Xezerxeber.az-ın məlumatına görə, bu tətbiqdən istifadə edən sürücülər iddia edirlər ki, son günlər proqram onları aldadır.
|
Xüsusən də “giriş qadağandır” nişanını sanki həmin proqram tanımır.
|
O proqram vasitəsi ilə hərəkətə üstünlük verən sürücülər bir çox hallarda cərimə edilirlər.
|
Qeyd edək ki, “Waze” naviqator proqramı sürücülərə nəqliyyat axınını real vaxt rejmində izləməyə imkan verir, sürət və ən əsası xüsusi texniki vasitələrin yerini bildirməkdə kömək edir.
|
Bəs niyə bu proqram sürücülərə yol hərəkətinin təşkilində edilən dəyişikliklər barədə məlumat vermir?
|
İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Azər Əlili bildirib ki, proqram təminatını yaxşılaşdırmaq üçün sürücülər yenilikləri oraya əlavə etməlidirlər.
|
Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə “Waze”ə tam arxayın olaraq hərəkət etmək doğru deyil.
|
Yol hərəkəti qaydaları üzrə ekspertlər isə bildiriblər ki, sürücü belə proqramlardan istifadə edərkən yoldakı nişanlara da diqqət yetirməlidir.
|
Son vaxtlar arıqlamaq üçün hipnoterapiyaya üz tutanların sayı artıb.
|
Xezerxeber.az-ın məlumatına görə, hipnoterapist Gülnarə İbişova bildirib ki, diyeta saxlamadan və əməliyyatsız hipnozla arıqlamaq mümkündür.
|
Onun sözlərinə görə, hipnoz üsulu təkcə arıqlamaq üçün deyil, pis vərdişlərdən uzaqlaşmaq üçün də effektiv metoddur.
|
Çönki hipnoz bir peşəkarın yardımı ilə insanın duyğu, düşüncə və qavramalarının yenidən haşiyələnməsi, davranışlarının dəyişdirildiyi prosesdir.
|
G.İbişova onu da qeyd edib ki, hipnoterapiya zamanı insanın şüaraltına təsir edilir və o, hansısa bir hərəkəti edib-etməməyə inandırılır.
|
Ən əsas məsələ isə şəxsin özünün bunu istəməsidir.
|
Diyetoloqlar isə bunu tibbi olaraq mümkünsüz hesab edirlər.
|
Psixoloqlar isə bildiriblər ki, hər bir insan üçün inam və psixoloji təsir önəmli rol oynadığından hipnoterapiya da effektiv metod ola bilər.
|
Zimbabve hakimiyyəti fevral ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını ölkədən qovub.
|
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin bəyanatında deyilir.
|
“Keçən ay Zimbabve hökuməti gözlənilmədən ölkədə inkişaf və idarəetmə vəziyyətinin qiymətləndirilməsini aparan USAİD əməkdaşlarını və podratçılarını saxlayıb və deportasiya edib”, - deyə o qeyd edib.
|
Onun sözlərinə görə, missiya əməkdaşları pis rəftar, sorğu-sual və hədə-qorxu ilə üzləşiblər.
|
Miller bu cür hərəkətləri əsassız və kobud adlandırıb.
|
O qeyd edib ki, əvvəllər Zimbabve hakimiyyətinin ritorikası beynəlxalq əməkdaşlığa başlamaq və demokratik islahatlar aparmaq istəyi ilə bağlı bəyanatlara əsaslanırdı.
|
“Yunanıstan xarici işlər nazirinin Ermənistana səfərindən sonra səslənən fikirlər bir daha onu göstərir ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı itirdiyi hərbi potensialını bərpa etmək niyyətindədir.
|
Məsələni analiz edəndə görünür ki, İrəvan bölgədə hərbi blok yaratmaq niyyətindədir”.
|
O bildirib ki, indiki zamanda Ermənistan, Fransa, Yunanıstan, Hindistan kimi ölkələrin bu layihəni reallaşdırması mümkün deyil.
|
Çünki, Yunanıstan NATO-nun üzvü, Hindistan isə Rusiyanın hərbi müttəfiqidir.
|
“Əgər yeni yaradılacaq hərbi əməkdaşlıqda Rusiya və Azərbaycan əleyhinə gücün tətbiqi məsələsi düşünülürsə, bu məsələdə heç bir perspektiv olmayacaq.
|
İndiyədək Ermənistan Qarabağ məsələsində heç bir uğura imza atmayıb.
|
Azərbaycan ərazilərini işğalda saxladığı zaman da həmin torpaqlarda heç bir iş görməyib.
|
Lakin Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə indi sürətlə bərpa-quruculuq işləri həyata keçirilir.
|
Azərbaycan torpaqlarının işğalı zamanı Qərb dövlətləri prosesə müdaxilə edə bilmədilər və ya etmədilər.
|
İndi isə işğaldan azad olunan ərazilər inkişaf etməyə başlayıb.
|
Azərbaycanın iqtisadi potensialının artdığını həzm edə bilməyən Qərb müxtəlif yollarla regionda söz sahibi olmağa çalışır, hərbi münaqişə yaradaraq dəhlizə nəzarət imkanı qazanmaq istəyir”.
|
Onun sözlərinə görə, böyük ölkələr anlamalıdırlar ki, Qarabağ məsələsi öz həllini tapıb və artıq burada heç bir münaqişə yaradıla bilməz:""“Təəssüf ki, indi Ermənistan müəyyən addımlarla Rusiyaya meydan oxumaq istəyir.
|
Amma Rusiya da çox gözəl anlayır ki, Ermənistanın bütün iqtisadiyyatı onların əlindədir və istədiyi zaman onları məhv edə bilər.
|
Ona görə də düşünürəm ki, Ermənistanın bu addımı sadəcə diqqət çəkmək üçündür.
|
Çünki dünya siyasi xəritəsinə baxanda ölkələrin yerləşdiyi coğrafiyanı aydın görmək mümkündür.
|
Ona görə də hesab edirəm ki, bu, sadəcə gülməlidir”.
|
Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi sadəcə anlamalıdır ki, onların tək çıxış yolu Azərbaycanın təklifləri ilə razılaşmaqdır:""“Ermənistan sülh müqaviləsinə imza atmalıdır.
|
Bununla da regionun inkişafında hər üç ölkə birgə iştirak edib orta dəhliz vasitəsilə iqtisadiyyatlarını inkişaf etdirə biləcəklər.
|
Maraq doğuran digər məsələ Fransadır.
|
Fransa ABŞ-nin pərdəarxası dəstəyi ilə regionda sülhün olmaması üçün çalışır.
|
Çünki, onlar anlayırlar ki, sülh müqaviləsi imzalansa artıq əsrlər boyu bizim xalqlarımız arasında nifaq yarada bilməyəcəklər.
|
Fransanın da bu cəhdi uğursuz olacaq” - deyə L.Mamaldze vurğulayıb.
|
Bakının Nərimanov rayonu, Qarabağ küçəsində bir müdət əvvəl pilot layihə çərçivəsində ərazidəki evlər sökülüb.
|
Vətəndaşlara isə bildirilib ki, bir il altı aydan sonra onlara yeni mənzillər təqdim olunacaq.
|
Lakin sonradan sakinlərdən birinin fikrindən daşınması hər şeyi alt-üst edib.
|
Nəticədə 50 ailə üç ildir yeni mənzillərinə köçəcəyi günü gözləyir.
|
Daha ətraflı “ATV Xəbər”in süjetində:
|
Astara şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
|
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
|
Bildirilib ki, VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.
|
Qəza nəticəsində sürücü, 1998-ci il təvəllüdlü Tural Əlizadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
|
Avtomobildə olan sərnişin, Mehdi Əsgərzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Astara Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
|
Faktla bağlı araşdırma aparılır.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.