id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
44,009
06.12.2008 10:00
Mədəniyyət
ARVADI HÜSEYN DƏRYANIN NARKOMAN OLMADIĞINI DEYİR
“Mən Hüseynlə ailəli olduğum müddətdə onun narkotikdən istifadə etdiyini görməmişəm. Hər halda belə adamla heç bir qadın yaşamaz. Hətta bununla bağlı söz-söhbət yayılanda oğlumla mən həkim müayinəsindən də keçdik və səhhətimizdə təhlükəli heç nə tapılmadı. Hüseyn ötən il Bərdəyə xəstə nənəsinə baş çəkməyə getmişdi. Həmin vaxt onun üzərində axtarış aparılıb. Bu barədə mətbuata xəbər yayıldı, amma bəzi mətbuat orqanları Hüseyni elə təqdim etdi ki, guya o, cinayətkardır. Hüseyn narkotikdən istifadəyə görə xəstələnməyib. O, ötən ilin əvvəllərində Dərnəgül yolunda avtomobil qəzasına düşdü, yaralandı, dişləri sındı, hətta iki yaxın qohumu bu qəzada həlak oldu. Amma deyirlər ki, Hüseynin dişləri guya narkotikdən istifadəyə görə tökülüb”- deyə S.Muradova bildirib.S.Murdova onu da dedi ki, Hüseyn Dərya həbs olunanadək həkim nəzarətində və müalicədə olub. O, “Hüseyn narkotikdən istifadəyə görə müalicə olunurdumu” sualımıza isə qeyri-müəyyən cavab verdi: “O, sağlam həyata qayıtmaq istəyirdi, çox istəyirdi. Hətta yaradıcılıq işləri də qaydasına düşmüşdü. Alim Qasımovla, Kərimlə birgə duet hazırlamışdı. Onu artıq telekanallara verilişlərə dəvət edirdilər. Birdən-birə hər şey yarımçıq qaldı. Dünən (srağagün-N.) oğlunun 2 yaşı tamam oldu, ona babası Cahangirin adını qoymuşuq. Onun istintaqını aparan müstəntiqdən mətbuat vasitəsilə də xahiş edirəm, Hüseyni azyaşlı oğluna bağışlasın. Hüseyn də atasını erkən itirib, barı oğlu atasız böyüməsin. Onun istintaqını aparan müstəntiqdən də qəzet vasitəsilə xahiş edirəm ki, onun azyaşlı oğlunun, gənc olmasının xatirinə istintaqı obyektiv araşdırılsın. Repçiləri, meyxana deyənləri bilmirəm nədənsə narkotik istifadəçisi kimi qələmə verirlər. Məşhur repçilərin hər biri haqda belə fikirlər səslənib. Onlar çox vaxt özlərini azad söz ifaçıları hesab edirlər və ifalarında sosial problemlər qabarıq, bəzən də kobud şəkildə səslənir. Görünür, buna görə də onlar hədəfə götürülür”.DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun “Yeni Müsavat”a verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat axtarışları nəticəsində 1975-ci il təvəllüdlü Hüseyn Cahangir oğlu Muradovun üzərindən 0,281 qram heroin, 1 ədəd qaz tapançası və 3 ədəd patron aşkar edilib: “Həyata keçirilən tədbirlərin davamı olaraq Hüseyn Muradova narkotik maddəni satmış Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Hikmət Qalib oğlu Şahverdiyev da saxlanıb və ondan da əlavə olaraq 0,328 qram heroin götürülüb”.Xatırladaq ki, Hüseyn Dərya dekabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
44,010
06.12.2008 10:59
Mədəniyyət
VASİF MƏHƏRRƏMLİ HƏBS EDİLƏCƏKMİ?
Qeyd edək ki, hadisə ATV kanalında yayımlanan “El içində” verilişinin çəkilişi zamanı baş verib. Jurnalistin “Sizə Abel Məhərrəmovun qardaşı sponsorluq edirmi” sualından qəzəblənən müğənni V.Kamiloğlunu yalançılıqda ittiham edərək yumruqlayıb.Məsələ ilə əlaqədar tərəflərlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Lakin əldə etdiyimiz məlumata görə, müğənni də jurnalistlə bağlı qarşılıqlı olaraq Yasamal Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edib. V.Məhərrəmli bildirib ki, qanun çərçivəsində ona hansı cəza tətbiq olunsa, o, bunu çəkməyə hazırdır. Amma V.Məhərrəmli bildirib ki, işgüzar nüfuzuna xələl gəldiyi üçün o da V.Kamiloğlunun cəzalanmasını tələb edəcək.
44,011
06.12.2008 10:01
Mədəniyyət
RƏQQASƏ FAHİŞƏ DEYİL”
“Mən heç vaxt restorana pul xatirinə getmərəm. 16 illik təcrübəsi olan, rəqs mədəniyyətini nümayiş etdirən bir şəxs kimi deyim ki, əsl rəqqasə 10 il xoreqrofiya məktəbində oxumalıdır, bu ixtisas üzrə ali təhsil və magistratura təhsili almalıdır, öz həyatını səhnəyə həsr edib, məşq zalında ayaqları qanayanədək rəqslərin sirlərini öyrənməlidir. Mən adımın pul verib efirə oriyental rəqslə çıxan qeyri-peşəkarlarla eyni sırada çəkilməsini istəmirəm və belə olanda düşünürəm ki, görəsən mən niyə bu qədər oxuyub zəhmət çəkmişdim. Nə vaxtsa belə bir fikir olub ki, qadın aktrisa, yaxud rəqqasədirsə, o başqa qadınlar kimi deyil. Amma istənilən qız istənilən yerdə özünü pis və yaxşı apara bilər, burada ixtisasın rolu yoxdur. Hər şey aktrisanın özündən asılıdır və mənə elə gəlir ki, belə fikirlər köhnəlib. Mən əminliklə bildirirəm ki, rəqqasə fahişə deyil”- deyə M.Süleymanlı bildirib.
44,012
06.12.2008 10:02
Astrologiya
ULDUZ FALI
QOÇ - Son zamanlar az qala hamı fikirlərinizə qarşı çıxır. Lakin narahatçılığa heç bir əsas yoxdur. Çünki nahardan sonra hərəkətlərinizdə əsasən haqlı olduğunuzu çoxları hiss edəcək. BUĞA - Səhhətinizi kontrolda saxlasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Fəaliyyət zəminində isə bir neçə yeniliyin şahidi olacaqsınız. Yeni təkliflərlə razılaşın. ƏKİZLƏR - Əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki bu gün yeganə rahatlığı məhəbbətdə tapacaqsınız. Ünsiyyətdə olduğunuz digər insanlarla isə ciddi mübahisələriniz gözlənilir. XƏRÇƏNG - Əgər fəaliyyətlə bağlı ciddi bir işiniz yoxdursa, günün əsas hissəsini gəzinti və qonaqlıqlarda keçirin. Sevən aşiqlərsə mütləq görüşə çıxmağa çalışmalıdır. Bəxtinizə inanın. ŞİR - Bəri başdan yeni və sevindirici xəbərlərə hazır olun. Yaxın ünsiyyətdə olduğunuz şəxslərlə münasibətləri mülayimləşdirin. Dara düşən simsarlarınıza, dostlarınıza yardım əlinizi uzadın. QIZ - Qarşınızda ayın ən uğurlu günlərindən biri durur. Bu səbəbdən də verilmiş imkanlardan istifadə edin. Günün ilk yarısında qazanmaq ehtimalınız da var. Hər hansı düşmənçilikdən çəkinin. TƏRƏZİ - Ulduzların düzümü şəxsi büdcənizi artırmaq üçün geniş imkanlarınızın olduğunu bəyan edir. Ələlxüsus da çoxdan bəri ala bilmədiyiniz məbləği əldə etmək üçün fəallaşmalısınız. ƏQRƏB - Çoxdan görüşmədiyiniz adamlarla rastlaşa bilərsiniz. Amma çalışın ki, onlara giley-güzardan yox, sevindirici məqamlardan danışasınız. İndi problemi danışmaqla həll etmirlər. OXATAN - Təxminən saat 15-ə qədər ümumi ovqatınızda gərginlik müşahidə oluna bilər. Bu səbəbdən də həmin ərəfədə riskli işlərin həllini təxirə salın. Sonrakı müddət qismən sakit keçəcək. OĞLAQ - Tanrının qüdrətini duymaq üçün gözəl vaxtdır. Tövbə etmək, nəzir vermək, qurban kəsmək, yaxud da sadəcə, ziyarətə getmək əsəblərinizi xeyli sakitləşdirə bilər. Bundan yararlanın. SUTÖKƏN - Qarşınızda duran bu təqvim sizin üçün çox uğurlu keçməlidir. İstər əməkdaşlıq zəminində və işgüzar sövdələşmələrdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. BALIQLAR - Ay bürcünüzdə olsa da, rastlaşdığınız hadisələr ovqatınızın mənfi müstəviyə yönəlməsinə imkan verməyəcək. Ayın sonuna qədərki planlarınızı məhz bu gün tutmalısınız.
44,013
07.12.2008 04:07
Güney hadisələri
ŞAHNAZ QULAMİNİN HÜQUQLARINI MUDAFİƏ KOMİTƏSİ YARADILIR
Məlumata görə, belə bir təşəbbüslə İnsafəli Hidayat (Kanada), Fərəhruz Rəncbər (Malmö, İsveç), Şahin Ostaclu (Danimarka), Şahrux Məzhəri (İngiltərə), Babək Azəri (Stokholm, İsveç), Əsəd Sadeqi (Stokholm, İsveç), Manaf Səbəbi (Lund, İsveç), Elnur El Türk (Azərbaycan), Əlirza Amanbeyli (Güney Azərbaycan) və başqaları çıxış ediblər. Onların imzaladığı sənəddə bildirilir ki, Şahnaz Qulami noyabrın 9-dan 10-na keçən gecə həbs olunub. “ETTELAAT” əməkdaşları milli fəalı Qara ağac məhəlləsindəki mənzilinə gələrək özləri ilə aparıblar. Jurnalistin ailəsi Şahnaz Qulami həbs olunarkən evində axtarış aparıldığını bildirib. Həbsxanaya salındıqdan sonra isə ona qohumları və vəkillə görüş imkanı verilməyib. Şahnaz Qulaminin hansı ittihamla həbs olunduğu da bəlli deyil. Milli fəal noyabrın 22-də ETTELAAT-ın təcridxanasından Təbriz həbsxanasına köçürülüb. Hazırda onun sonrakı taleyilə bağlı heç bir məlumat yoxdur. Bəyanat müəllifləri bu məsələdə maraqlı olan soydaşlarımızı əməkdaşlığa dəvət edib. Xatırladaq ki, Şahnaz Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə o, “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə daha bir ay həbsdə saxlanılmışdı. Şahnaz Qulami “azarwomen” bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının (“Roza”) üzvüdür.
44,014
07.12.2008 08:08
Ölkə
TƏHSİL QANUNUNUN MÜZAKİRƏSİ YENƏ ERTƏLƏNİR
Bu sessiya çərçivəsində daha bir iclasın keçrilib-keçirilməməsinin özü də sual altındadır. Milli Məclisin müvafiq şöbələrində də hələlik “Təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı hazırlıq getmir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyevin məsələyə münasibətini öyrənmək mümkün olmasa da, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov APA-ya açıqlamasında qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, sənəd müzakirəyə hazırdır. Qeyd edək ki, Ş. Hacıyev noyabrın 26-da APA-ya verdiyi açıqlamasında Təhsil haqqında" qanun layihəsinin dekabrın 10-a qədər Milli Məclisin müzakirəsinə çıxarılacağını deyib. Lakin Milli Məclisin növbəti iclası dekabrın 16-da keçiriləcək, həmin iclasın gündəliyinə isə bu qanun layihəsinin müzakirəsi daxil edilməyib. Qeyd edək ki, Azərbaycan Milli Məclisi “Təhsil haqqında” qanun layihəsini 10 ildən artıqdır ki, qəbul edə bilmir.
44,015
07.12.2008 06:08
Dünya
1 AVTOMOBİL ALANA 1-i HAVAYI
Kampaniya dekabrın 15-nədək davam edəcək. Şərtlərə görə, müştəri ən azı 23 min avroluq avtomobil alırsa ona qiyməti 14 min avroya qədər olan ikinci və daha ucuz model avtomobil pulsuz veriləcək.Əgər müştəri pulsuz avtomobildən imtina edərsə ona aldığı avtomobildə kəskin endirim edilir. Bu kampaniya təkcə Belkiça deyil, başqa ölkələrdə də geniş marağa səbəb olub. Xaricdən internet vasitəsilə şirkətə avtomobil almaq üçün çoxsaylı müraciətlər olur. Statistikaya görə Belçikada avtomobil satışları bu il 16.4 faiz, Almaniyada 18, Fransada 14, Yaponiyada 19, İtaliyada 29, ABŞ-da 37 və İspaniyada 51 faiz azalıb.
44,016
07.12.2008 06:09
Gündəm
“ERGENEKON” MƏHKƏMƏSİNDƏ DAHA BİR NƏFƏR AZAD EDİLDİ
Xatırladaq ki, bundan əvvəl məhkəmə daha bir istefada olan zabiti azadlğa buraxmışdı. İş üzrə hazırda 44 nəfər həbsdədir, daha 40 nəfər isə zaminə buraxılmaqla mühakimə edilir.Xəbərlərə görə, məhkəmə həmçinin müttəhimlərin vəkillərinin vəsadəti əsasında “Ergenekon” qalmaqalının “qara qutusu” hesab edilən Tuncay Güney haqqında MİT-dən dosye tələb edib. Tuncay Güney hazırda Kanadada yaşayır, olduqca şübhəli imicə malikdir, məlumatlara görə, Amerika və İsrail kəşfiyyatı ilə əməkdaşlıq edir, bu günlərdə onun MİT agenti olması da üzə çıxıb. “Ergenekon” işi üzrə həbslər onun bir neçə il əvvəl polisə verdiyi ifadələr əsasında aparılıb.
44,017
07.12.2008 07:11
Media
KİM İLK İNFORMASİYANI HARDAN ALIR?
Haraştinin bu bəyanatı ortaya maraqlı bir mövzu çıxarıb. Görəsən Azərbaycanın tanınmış adamları, deputatlar, media və partiya rəhbərləri ilk informasiyanı hardan alırlar, iş gününə hansı KİV-in xəbərləri ilə tanış olmaqla başlayırlar?lent.az saytının rəhbəri Qabil Abbasoğlunun sözlərinə görə, işə rəhbəri olduğu saytın və digər informasiya agentliklərinin xəbərlərini oxumaqla başlayır: “Xarici radioların xəbərlərini də dinləyirəm. Gün ərzində onları internet vasitəsi ilə də dinləməyə imkan tapıram”.APA-nın baş direktoru Vüsalə Mahirqızı iş gününə apa.az saytına baxmaqla başlayır: “Daha sonra rusdilli qəzetlərə, ”Yeni Müsavat", “Şərq”, “525-ci qəzet”, “Şərq”, “Ekspress” qəzetlərinə “Azadlıq” radiosunun saytına, rus və türk portallarına, sonra isə yerli portallara baxıram. İş gününün sonuna qədər BBC və “Azadlıq” radiolarının saytlarına göz gəzdirirəm. “Azadlıq” radiosunu maşında olanda da dinləmək imkanım olur və bu imkandan yararlanıram". Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı öncə rəsmi xəbərləri izləyir: “Buna görə də, əvvəlcə ”Azərbaycan" qəzetinə baxıram. Sonra “Yeni Müsavat”, “Şərq”, “525-ci qəzet” və “Yeni Azərbaycan” qəzetlərini oxuyuram, day.az saytına baxıram. Daha çox “Azadlıq” və BBC radiolarına qulaq asıram. Maşında xəbərləri bu radiolardan dinləmək imkanım olur".Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə işə başlamazdan əvvəl “Azadlıq”, “Yeni Müsavat”, “Yeni Ümid” qəzetlərini oxuyur, APA, day.az və 1news.az saytlarına baxır: “Daha sonra xarici saytlara göz yetirirəm. Gün ərzində ”Azadlıq" radiosunu dinləməyə çalışıram".Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu yeni günə “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini oxumaqla başlayır: “İmkanım olanda ”Azadlıq" və BBC radiolarının xəbərlərini dinləyirəm. Ancaq işlə əlaqədar vaxtım az olduğundan bu radioların daimi dinləyicisi deyiləm".
44,018
07.12.2008 07:11
Mənəviyyat
QURBAN KƏSMƏK KİMLƏRƏ VACİB BUYRULUB?
Dini mənbələrdə “qurban” sözünün lüğəti mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Bildirilir ki, qurban kəsən şəxs müsəlman olmalı, həddi-buluğa çatmalı, səfərdə olmamalıdır və maddi cəhətdən müəyyən imkana malik olmalıdır. Qurbanlıq heyvanlar isə qoyun, keçi, inək, camış və dəvə ola bilər. Qoyun və keçini ancaq bir nəfər, dəvə, inək və camış cinsindən olan heyvanı isə ən çox yeddi nəfər birləşib qurban olaraq kəsə bilər. Qurban bayramının ilk üç günündə, yəni zilhiccənin 10-u, 11-i, 12-də bayram namazından sonra bayramın 3-cü gününün axşamınadək heyvanlar kəsilir. Qurbanların gündüz kəsilməsi daha məqbuldur. Bayramda əsas meyar budur ki, maddi imkanı olanlar acların qarnını doyursun, öz yaxınlarına baş çəksin, küsülülər barışsın, kimsəsizlərin qəlbi açılsın, zəif, qoca, ağsaqqal, ağbirçəklərin qəlbi qurban payı ilə sevindirilsin. Bayramın həm də bərabərləşmə məqamı kimi əhəmiyyəti var. Şərt deyil ki, insan dəvə, yaxud inək alsın. Hər kəs şəxsi büdcəsinə baxmalıdır. Və qurban kəsilən zaman insan öz götürdüyü payı üç hissəyə bölməlidir. Bir hissə imkansızlara, fəqirlərə, qonşulara, aclara, bir hissə yaxın qohum-əqrəbaya, bir pay da özünə çatmalıdır. Dinşünaslara görə, qurban kəsən insan təbii fəlakətlardən, bəlalardan uzaq olur, mənəvi cəhətdən rahatlaşır. Qeyd edilir ki, bir adamın maddi durumu yaxşıdırsa, onun şəxsi büdcəsi imkan verirsə və qurban kəsmirsə, bəla həmin insana tez nazil olar. Qurbanlıq ətlər bayrama bir neçə ay qalmış hazırlanmalıdır, qurbanlıq heyvanlar yaxşı yemlənməlidir ki, ətləri sağlam olsun. Kəsilərkən dua oxunmalı, müəyyən rituallara əməl edilməlidir. Hər hansı heyvanın ətinin “halal”, “qurbanlıq ət” adı ilə camaata sırınması düzgün sayılmır. Bayramınız mübarək.
44,019
07.12.2008 07:12
Ölkə
HƏRBİ HİSSƏDƏKİ YANĞINLA BAĞLI CİNAYƏT İŞİ BAŞLADI
Qeyd edək ki, hadisə dekabrın 4-dən 5-ə keçən gecə baş verib. Yanğın nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1987-ci il təvəllüdlü, 2008-ci ilin yanvarında Gəncə Şəhər Nizami rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Abdullayev Samir Rafiq oğlu aldığı yanıq xəsarətindən hadisə yerindəcə ölüb. Daha 3 əsgər-Hüseynov Elsevər Siyavuş oğlu, Verdiyev Vüsal Cəlal oğlu, Mehdiyev Vüsal Polad oğlu isə yanıq xəsarətləri ilə Sarıcallı Hərbi Hospitalına yerləşdiriliblər. Hadisəyə sobada baş vermiş alışmanın səbəb olduğu bildirilir.
44,020
07.12.2008 07:14
Ölkə
POLİSDƏ PÜŞKATMA İLƏ YENİ TƏYİNATLAR
Tədbirdə çıxış edən R. Abbasov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə polis orqanlarında həyata keçirilən və artıq ənənəyə çevrilən prinsipial, ardıcıl kadr siyasətindən danışaraq bu işlərin yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasında mühüm rol oynadığını vurğulayıb. Kadr siyasətinin ictimai təhlükəsizliyin və cinayətkarlıqla mübarizənin təmin edilməsində mühüm rol oynadığını söyləyən R. Abbasov Daxili İşlər Nazirliyi sistemində ənənəyə çevrilmiş bu təcrübənin paytaxt polisində də özünü doğrultduğunu, həmçinin aşkarlıq, şəffaflıq və ədalət prinsipləri əsasında keçirilmiş əvvəlki tədbirlərin də şəxsi heyət tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.BŞBPİ-nin Kadrlar İdarəsinin rəisi, polis polkovniki İlqar Əzimov vakant yerləri və püşkatmada iştirak edən şəxsləri elan edib.Qeyd edək ki, Yol Patrul Xidməti baş inspektoru vəzifəsi üçün - 7, müxtəlif orta rəis vəzifəsi üçün - 10 yer olmaqla 35 nəfər püşkatmaya qatılıb. Püşkatma mərasimində 17 nəfər yeni vəzifələrə təyin edilib.Tədbirə yekun vuran BŞBPİ-nin rəisi Rafiq Abbasov püşkatma yolu ilə yeni vəzifəyə irəli çəkilən şəxsləri təbrik edib, onları göstərilən etimadı doğruldacaqlarına, bu məqsədlə bütün bilik və bacarıqlarını sərf edəcəklərinə, vətənə və dövlətə şərəflə xidmət edəcəklərinə ümidvar olduğunu bildirib. O, həmçinin püşkatmada uğur qazana bilməyən əməkdaşlara da ruhdan düşməməyi, daha yaxşı işləməyi, daha yüksək nəticələr göstərməyi və gələcək müsabiqələrdə iştirak etmək şansı qazanmağı tövsiyə edib.
44,021
07.12.2008 08:08
Media
“MƏNİMÇÜN QARANLIQ QALAN ALVER PREDMETİDİR”
Mövzuya aidiyyəti olan daha bir məqam. Ötən gün N.Məhərrəmli mətbuata açıqlamasında ilginc bir fikir söyləyib. MTRŞ sədri “xarici təşkilatlar tərəfindən sərt reaksiya olanda biz də kəskin mövqe nümayiş etdirməyə başlayırıq. Biz öz işimizin doğru olduğuna əminik” sözləri ilə həm də qarşı tərəfə “diş qıcayıb”. Bununla da “danışmaq gümüşdürsə, susmaq qızıldır” el məsələnin doğruluğu bir daha təsdiqlənmiş oldu. Maraqlıdır, xarici radiostansiyaların yerli büro rəhbərlərinin susqunluğu nədən qaynaqlanır? İndiki Azərbaycan şərtlərində bu mövqe uğurludurmu? “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, xarici radiostansiyaların Azərbaycandakı nümayəndəlikləri büro statusundadır. Onun sözlərinə görə, bu bürolar rəhbər strukturun icazəsi olmadan, onlarla razılaşdırmadan nəinki hanısa bir açıqlama, hətta daxili kodekslərinə görə müsahibə də verə bilməzlər. Müsahibimiz bildirdi ki, bu səbəbdən də onların susqunluğunu taktika yox, radiostansiyanın siyasəti kimi qəbul etmək lazımdır: “O ki qaldı, sizin toxunduğunuz sakitçiliyə, unutmayaq ki, bu radiostansiyaların arxasında bu və ya digər dərəcədə Amerika və Böyük Britaniya dövlətləri dayanır. Onlar bu məsələdə maraqlıdır, onların nümayəndələri Azərbaycana gələndə Xarici İşlər Nazirliyi, prezident səviyyəsində bu məsələni qaldırırlar. Məsələn, BBC Böyük Britaniyanın sifətidir, onların maraqlarını və söz azadlığını da hər fürsətdə qorumağa çalışır. ABŞ Dövlət Departamenti isə ”Azadlıq" və “Amerikanın səsi” üçün bütün lazımi addımları atır". A.Əliyev həmçinin bu kimi şəraitlərdə susmağın doğru olmadığını söylədi. Onun sözlərinə görə, N.Məhərrəmlinin də sözügedən açıqlaması situasiyanı dəyişmək gücü olmasına işarə deyil: “Əminəm ki, bu radiostansiyaların fəaliyyətinin davvam etdirilib-etdirilməməsi nə qanun, nə də prinsip məsələsidir. Xüsusilə nəzərə alanda ki, Milli Teleradio Şurası ancaq qəbul ediləcək qərarı elan eləyə və ya onun qəbulunda hansısa bir formada iştirak edə bilər. Bu, siyasi məsələdir və siyasi inkişafdırsa, müzakirələr nəticəsində həll olunacaq”. Müsahibimiz vurğuladı ki, əgər birbaşa sözügedən radiostansiyaların fəaliyyətini dayandırmaq niyyəti olsaydı, hökumət ANS nümunəsində olduğu kimi davranar, qərarı bircə günə qəbul edib, icrasını həyata keçirərdi. Arif bəyin fikrincə, bu məsələnin aylardır səslənməsi, “gəlin danışaq, şərtlərimizi müzakirə edək” anlamına gəlir: “Məsələ bu müstəvidə olur. Amma bu halda mənimçün qaranlıq qalan alverin predmetidir. Yəni hökumət bu radiostansiyalardan konkret nə tələb edir. Qanuna qalsa, onlara lisenziya verilməzdi. Digər tərəfdən, lisenziya bir illiyə verilmir. Qanunla müəyyənləşdirməli olsaydılar, hamı üçün eyni məbləğ, eyni şərtlər tətbiq olunmalıydı. Bunu Milli Teleradio Şurasında da bilirlər, ondan ”yuxarı"larda da".
44,022
07.12.2008 07:18
Media
“QƏNİMƏT HƏFTƏSİ”nin QALİBLƏRİ QURBAN BAYRAMINDAN SONRA AÇIQLANACAQ
ASİ Klubunun sədri Anar Niftəliyev bizə açıqlamasında bildirdi ki, artıq problem həllini tapıb. Cəsarətli adamlardan birinin bu işi öz üzərinə götürdüyünü deyən müsahibimiz artıq kitabın son mərhələdə olduğunu dedi: “Bu gün məlumat aldıq ki, artıq kitabın cildləmə prosesi gedir. Ya sabah, ya da birigün kitabı götürəcəyik. İnşallah, Qurban bayramından sonra isə tədbiri keçirəcəyik. Tədbir çox güman ki, ya dekabrın 10-da, ya da 11-də olacaq”. ASİ sədri dünən həmçinin hazırda Şamaxıda olan “Azadlıq”ın baş redaktoru Qənimət Zahidə və qardaşı Mirzə Sakitə də baş çəkib. Müsahibimiz Q.Zahidlə də bu müsabiqə, habelə kitabın çapı ətrafında yaranın əngəl barədə danışıb: “Bildirdim ki, bizə konkret hansı mətbəələr mane olub. Maneələrin kimlər tərəfindən ola biləcəyi barədə də danışdıq, şübhələrimizi bölüşdük. O da bu günə qədər həmin mətbəələrin adını açıqlamamağımızla bağlı ASİ Klubunun rəyinə hörmətlə yanaşdı. Biz bundan sonra həmin mətbəələr və onların rəhbərləri barədə açıqlama verib-verməyəcəyimizi klub üzvlərinin ümumi qərarı əsasında müəyyənləşdirəcəyik. Ciddi fikrim var ki, onlardan bir-ikisinin adını çəkim. Amma hər şey ASİ Klub üzvlərinin verəcəyi qərardan asılıdır. Ən son variantda isə bir-iki həmkarıma işarə verəcəyəm ki, bu məsələni açsınlar. Ən azı həmin mətbəələrə kimlərdən zəng gəldiyini mətbuata bildirsinlər”. A.Niftəliyev həmçinin Q.Zahidlə müsabiqə, orada iştirak edən jurnalistlərin məqalələri ətrafında da danışıb. Müsahibimizin sözlərinə görə, mükafatçıların kimliyi hətta Q.Zahidə də açıqlanmayıb: “Bu barədə ciddi şəkildə söhbət etdik. Hətta dedi ki, yazılardan biri xoşuna gəlib. Amma nəticəyə təsir göstərməmək üçün onun hansı yazara aid olduğunu demədi. Bir sözlə, nə biz qalibin kimliyini açıqladıq, nə də o bəyəndiyi yazının müəllifinin adını. Sadəcə, ona dedik ki, nəticələr 15 köşə yazarının rəyi əsasında verilib”. Müsahibimizin sözlərinə görə, Q.Zahid əfv olacağı təqdirdə, azadlığa çıxıb həmin tədbirdə iştirak edəcəyini söylədi: “Dedi, elə olarsa, fikrimi də mükafatlandırmadan sonra deyəcəm”.
44,023
07.12.2008 07:20
Media
QARSA GEDƏN REDAKTOR HEYƏTİNİN TƏRKİBİNİ KİM MÜƏYYƏNLƏŞDİRİB?
Maraqlıdır ki, bu sayaq səfərlərdən sonra media cameəsində narazılıq dolu müzakirələr də intensivləşir. Bəzi qəzet redaktorları səfərdən kənarda qaldığına görə narazılıq edir, bəziləri isə ümumiyyətlə, heyətin tərkibinin doğru təşkil olunmadığını bildirir. Bir çox hallarda burada müxalifət qəzetləri redaktorlarının iştirak etməməsi də xüsusi diqqət çəkir. Maraqlıdır, heyətin siyahısını kim hazırlayır? Seçim zamanı hansı kriteriyalar əsas götürülür? Mətbuat Şurasının sədri Əflatun Amaşov bizə açıqlamasında bildirdi ki, əslində bu sayaq səfərləri Mətbuat Şurası daim təşkil edir. Onun sözlərinə görə, bölgələrə səfərlər, oradakı yeniliklərlə tanış olmaq üçün düzənlənən tədbirlər də bu sıraya daxildir. Müsahibimiz bu zaman əksər redaktorlarla əlaqə saxlayıb, onları dəvət etdiklərini söylədi: “Bəziləri səfərə qatılmağa vaxt tapır, bəziləri isə yox. Bir çoxları həmin vaxt ümumiyyətlə, ölkə xaricində olur. Biz çalışırıq ki, mətbuatın bütün spektrini orada əhatə edə bilək. Yəni bu məsələdə ciddi ayrı-seçkilik yoxdur. Hesab edirəm, buna görə uzağagedən nəticələr çıxarmaq yersizdir”. Sonuncu Qars səfərinə gəlincə, müsahibimiz bildirdi ki, bu tədbirin təşkilatçısı Qarsdakı baş konsul olub. Onun sözlərinə görə, səfirliyin açılışında nəinki redaktorlar, həmçinin millət vəkilləri, QHT nümayəndələri də iştirak edib və bu tədbir geniş spektri əhatə edib: “Hansısa qəzet redaktorunun bu heyətə düşməməsi də sırf iştirakçıların çoxluğu ilə bağlı ola bilər”.
44,025
07.12.2008 08:21
Siyasət
İSA QƏMBƏR BİRLİKLƏ BAĞLI İKİ PARTİYA LİDERİ İLƏ GÖRÜŞÜB
“Amma müzakirələr dayanmayıb. Bu günlərdə isə Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkədə siyasi proseslərə təsir imkanları olan iki partiyanın rəhbəri ilə görüşüb. Həmin məsələ ətrafında müzakirələr aparılıb”. A. Hacılı müzakirələrə qoşulan partiyaların sayı haqda onda məlumat olmadığını da söyləyib: “Prosesdə iştirak edən qurumların sayını deyə bilmərəm. Amma onu bilirəm ki, müzakirələrdə Müsavat Partiyası, “Azadlıq” blokuna və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalar, o cümlədən digər qurumlar cəlb olunub”. O, müzakirələrin ikitərəfli və çoxtərəfli məsləhətləşmələr formasında iki qaydada həyata keçirildiyini də deyib: “Bu ilin sonuna qədər bir çox suallara aydınlıq gətiriləcək”.
44,026
07.12.2008 08:09
Siyasət
“MÖVQEYİMİZİ QEYRİ-KONSTRUKTİV ADLANDIRMAQ QƏRƏZLİLİKDİ”
Müxalifətin birliyi ilə bağlı irəli sürülən iki saziş layihəsinə münasibət bildirən F.Mustafayev AXCP-nin hazırladığı layihəni daha məqbul hesab edib: “Sənəddə daxili və xarici siyasətin, demək olar ki, bütün aspektlərini özündə əks etdirən vahid siyasi təşkilatın yaranması nəzərdə tutulub. Bu, tamamilə doğru yanaşmadı. Müxalifətin birliyi cəmiyyətin problemlərinə münasibətdə mövqe və baxış birliyindən keçir. Biz təklif edirik ki, hakimiyyətə rəqib olduğunu deyən siyasi qüvvəllər eyni mövqe və birlik nümayiş etdirsinlər”. Sədr müavininin fikrincə, bu gün Müsavatın günahı üzündən vahid seçki blokunun yaradılması ilə bağlı təkliflər səsləndirilmir. Onun sözlərinə görə, Müsavat AXCP-nin təqdim etdiyi layihəyə hələ cavab verməyib: “Müsavat rəhbərliyinin ilkin davranışları bu partiyanın iştirakı ilə birliyin yaradılması ümidlərini azaldır”. Deyilənlərə münasibət bildirən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bizimlə söhbətdə bu iki layihəni qarşı-qarşıya qoyulmasının düzgün olmadığını dedi: “Hazırda siyasi partiyalarda bu layihələrin hər ikisi müzakirə olunur. Və düşünürəm ki, tərəflər xoş məram göstərsələr, onların hər ikisinin qəbulu mümkündür. Biz Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaları, ictimai təşkilatları və birlikləri cəmiyyətdə siyasi vəziyyətin demokratikləşməsi istiqamətində genişmiqyaslı əməkdaşlıq mərkəzində birləşdirə bilərik. Eyni zamanda siyasi dünya görüşü yaxın olan təşkilatlar arasında siyasi blokun, müttəfiqlik blokunun, hətta seçki blokunun yaradılmasına nail olmaq istisna deyil. Ona görə də hazırda hər iki layihə müzakirədə olduğu üçün mən Fuad Mustafayevin fikirləri ilə bağlı hansısa ifadələri işlətmək istəmirəm. Sadəcə, öz mövqeyimizi açıqlamaqla burda hakimliyi hər hansı maraqlı tərəfə yox, Azərbaycan ictimaiyyətinə buraxıram”. A.Hacılı F.Mustafayevin dediklərinə etiraz edərək bildirdi ki, onun təmsil etdiyi partiya həmişə müxalifətin birliyinin yaradılması tərəfdarı olub: “Biz birlik tərəfdarıyıq və Fuad bəyin təmsil olunduğu təşkilatla müttəfiqlik etmək barədə müzakirələrin aparılmasını arzulayırıq. Ona görə də mövqeyimizi qeyri-konstruktiv adlandırmaq əslində qərəzlilikdi. O ki qaldı seçki blokunun yaradılmasına, qarşı tərəf namizədləri müəyyənləşdirməyin zamanı yetişmədiyini bildirib. Bunun fonunda seçki bloku məsələsinin gündəmə gətirilməsi məni təəccübləndirir”.
44,027
07.12.2008 08:24
Müsahibə
“HAKİMİYYƏT XARİCİ SİYASƏTDƏ PƏLTƏK, DAXİLİ SİYASƏTDƏ LALDIR”
- Mirmahmud bəy, hazırda müxalifət daxilində ən çox dartışılan məsələ birliklə bağlıdır. Bu istiqamətdə danışıqlar gedir, müzakirələr açılır və sair. Ümumiyyətlə, bu prosesin gedişindən razısınızmı? - Xeyr, razı deyiləm. Bu gün əslində, birlik istiqamətində proses yox, sanki bir yarış gedir. Deyilənlər də hələlik quru sözdən başqa bir şey deyil. Əslində nəticə əldə etmək də asan və tez başa gələn iş deyil. Təbii ki, bu mərhələdə prosesdən kimsə razı qala bilməz. O cümlədən mən də razı deyiləm. - Birliklə bağlı təklif olunan modellərdən biri də Müsavat-AXCP-KXCP birliyinə nail olmaqdır. Belə fikirlər var ki, siz bu formatda birliyin tərəfdarı deyilsiniz. Bu doğrudurmu? - Belə düşünənlər 10-15 il öncəyə nəzər salsınlar. Birlik əleyhinə olduğumu söyləyənlərin yaxın keçmişdəki proseslərdən, siyasətdən xəbərləri yoxdur. Bu cür fikirlərin meydana çıxmasını təbii qarşılayıram, hər kəs fikrini bildirməkdə sərbəstdir. Amma bu fikirlər yanlışdır və təbii ki, mən onunla razı ola bilmərəm. - Bizdə olan məlumatlara görə, siz iki gün öncə Müsavat Partiyasının başqanı İsa Qəmbər və ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb müzakirələr aparmısınız. Görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat verə bilərsiniz? - Ümumi şəkildə deyim ki, müzakirə olunması mümkün olan bütün məsələlər barədə bu görüşlərdə fikir mübadiləsi aparılıb. O ki qaldı konkret nəyin müzakirə olunmasına, istəməzdim ki, bu haqda ətraflı danışım. Müzakirələr apardığımız dostlar, bəylər hansı məsələləri açıqlaya bilərlərsə, mən də ondan artığını deyə bilməyəcəm. Qısaca bildirim ki, biz ölkədəki ictimai-siyasi vəziyyəti, mövcud durumu, əməkdaşlıq, birlik yaratmaq məsələlərini müzakirə etmişik. - Hansısa məsələ ətrafında konkret bir razılıq əldə edə bilmisinizmi? - Bəli, razılığa gəldiyimiz məsələlər var. Amma onlar mətbuata açıqlanmaq üçün deyil. İctimaiyyətə açıqlanması mümkün olan məsələlər barədə yəqin ki, yaxın vaxtlarda açıqlama veriləcək. - Mirmahmud bəy, iki gün öncə Demokratiya Uğrunda İttifaqın adından çıxış edən Pənah Hüseyn “Yeni Müsavat” qəzetində bir layihə dərc etdirib. Bu layihə ciddi rezonans doğurub. Kimi bunu təslimçilik kimi dəyərləndirir, kimi də hakimiyyətin legitimliyinə çağırış kimi. - Əslində biz bu layihənin ictimai müzakirəyə təqdim olunacağını bilmirdik. Biz bu layihəni DİU daxilində müzakirəyə qəbul etmişik. Yəni bu layihə hələlik bizim tərəfimizdən qəbul olunmayıb. Sadəcə, müzakirəyə qəbul olunub. Amma təəssüf ki, biz onu müzakirə etməmiş, layihə qəzetdə dərc olundu. Bunu kimin necə dəyərləndirməsindən asılı olmayaraq, zaman ona qiymət verəcək. Biz bəzən tələsirik. - Bu layihə doğurdanmı hakimiyyətin legitimliyinin tanınmasına yönəlik çağırışdır? - Mən legitimliklə bağlı danışmaq istəmirəm, çünki biz layihəni müzakirə etməmişik. Orada razılaşdırılan məsələlər də ola bilər, razılaşdırılmayan da. Həmçinin, “bu təslimçilikdir” deyib radikal mövqe tutanlara da əks fikirlər ola bilər. Onlara deyilə bilər ki, Azərbaycanda doğum, ölüm, nikah şəhadətnamələrini, şəxsiyyət vəsiqəsini və digər sənədləri faktiki olaraq bu hakimiyyət verir, məcəllələri mövcud hakimiyyət hazırlayır, təsdiq edir. Hərbi xidmətə çağırışı da həmçinin. Əgər bu hakimiyyət real olaraq tanınmırsa, məntiqlə onun verdiyi sənədlərdən də imtina edilməlidir. Bunu etmək mümkündürmü? Bilirsiz, məsələnin bir real tərəfi var, bir də demokratik. Reallıq budur. Digər tərəfdən... Dostumuz Pənah bəy tələskənlik edərək, sözügedən layihəni mətbuatda dərc etdirib. Biz hələ bu layihəni iki gün sonra müzakirə edəcəyik. - Düşünmürsüz ki, layihə keçərsə müxalifət daxilində daha bir problem yaranar? - Əslində mən həmin layihəni oxumamışam. Ona görə də bir söz deyə bilmərəm. Bilmədyim bir şey haqqında danışmaq doğru olmaz. - Bəs DİU adından bu layihəni kim hazırlayıb? - Onu mətbuata kim təqdim edibsə, o hazırlayıb. Elə sizin qəzetdə də qeyd edilib ki, “Pənah Hüseyn hakimiyyətin legitimliyinə dair təkliflər verdi”. Biz bu layihəni müzakirəyə çıxarandan sonra onu öyrənib təhlil edəcəyik. Düzdür, onun bəri başdan ortaya çıxmasını ziyanlı hesab edirəm. Bu layihə ilə bağlı qıcıqları, reaksiyaları da təbii qəbul eləmək lazımdır. - Sizin bu layihədən savayı müxalifətin birliyi, əməkdaşlığı istiqamətində hansısa başqa addımlarınız varmı? - Reallıqdan çıxış edərək və daha öncəki suallarınıza qayıdaraq bildirim ki, bu istiqamətdə danışıqlarımız davam edir. İnşallah, bu danışıqların nəticəsi o zaman olacaq ki, konkret əmələ keçilməsi ilə bağlı bir variant tapılsın. Amma istənilən halda ittifaq fəaliyyətini davam etdirəcək. Bu daha böyük birliyə nail olmaqla bağlı addımlarımız ittifaqın təşəbbüsü ilədir. DİU bu qənaətdədir ki, bu çərçivəyə qapılıb qalmaq olmaz. - Sizcə, müxalifətin çabaları konkret nəticə verərsə, bu, cəmiyyəti fəallaşdıra biləcəkmi? Yoxsa, cəmiyyət buna da etinasız yanaşacaq? - Şair Nəcib Fazil Qısakürək deyirdi: Eh cəmiyyət, cəmiyyətMəhv edilən ruhu ilə.Eh cəmiyyət, cəmiyyətMəhv edən guruhu ilə... Mən bilirəm ki, ruh ölmür. Sadəcə, bu gün cəmiyyətin ruhu ortada deyil. - DİU-nun adından təqdim olunan layihənin ruhundan hiss olunur ki, burada hakimiyyətə yönəlik addımlar var. Sizcə, bu layihə gerçəkləşərsə, iqtidar da öz növbəsində müxalifətə, cəmiyyətə yönəlik addımlar atacaqmı? - Məncə olacaq. Biz də, hakimiyyət də bu cəmiyyətin bir hissəsiyik. Bu gün hakimiyyətin əlində inzibati resurslar olduğuna görə, onların təsir imkanları da böyükdür. Düşünürəm ki, adekvat addımlar olacaq. Bu addımlar haqdırsa, niyə atılmasın. Bu hakimiyyətin içərisində ağıllı adamlar var və olacaq. Nə iqtidar yekcinsdir, nə də müxalifət. Lakin əgər iqtidar adekvat addımlar atmayacaqsa, biz öz addımlarımızı davam etdirəcəyik. - İndiki məqamda demək olarmı ki, Azərbaycanın siyasi səhnəsində dəyişikliklər baş verir? - Azərbaycanla bağlı təhlükəli planlar hazırlanır. Bundan xəbərimiz var. Amma siyasi səhnədə hələlik dəyişən nəsə yoxdur. Mən bu layihəni və kimin onu necə qiymətləndirməsi məsələsini kənara qoyuram. Məsələ ondadır ki, Azərbaycan hakimiyyətinin dili xarici siyasətdə pəltək, daxili siyasətdə isə laldır. Bəzən birinci şəxs səviyyəsində də deyilir ki, müxalifətə əl uzadılır. Amma bu söz olaraq qalır. Bu xəbər olaraq yalnız həmin gün çıxan qəzetlərin ön səhifəsində yer alır, vəssalam. Yəni xəbər elə həmin gün də tarixə çevrilir. Kimin nə deməyindən asılı olmayaraq, Qarabağ problemini həll edən, hansısa milli məsələni çözən hakimiyyəti kim təbrik etməyəcək? Biz münasibətlərimizi, yanaşmamızı dəyişməliyik. Dəyişməsək işlərimiz çətin olacaq.
44,028
07.12.2008 08:23
Kriminal
BAKIDA QULDUR DƏSTƏSİ ŞİRKƏTƏ BASQIN ETDİ
Quldurlar 500 manatlıq dəmir mücrü (seyf), 1 ədəd suvenir və 1 ədəd mobil telefon aparıblar. Hadisə ilə bağlı dərhal Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Eldar Həsənovun rəhbərliyilə əməliyyat-istintaq qrupu yaradılıb. Hələlik saxlanılan yoxdur.
44,030
07.12.2008 07:31
Yazarlar
JİRİNOVSKİ İNDİ NƏ DEYƏCƏK?
Hələ ki, Jirinovskinin Azərbaycana planlaşdırılan səfərinə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıdan başqa etiraz eləyən yoxdu. Sanki Jirinovski Azərbaycan adına ancaq Akif Nağını təhqir eləyib. Yalnız Akif Nağı ortaya çıxıb deyir ki, Azərbaycan xalqını təhqir eləyən bu şəxsi Bakıya buraxmaq olmaz. QAT sədri onu da deyib ki, əgər Jirinovski Bakıya gəlsə, onu layiq olduğu səviyyədə qarşılayacaqlar. Bax bu yerdə bilmirəm Akif bəyə nə deyim. Erməniləri Bakıda bəh-bəhlə qarşılayan, onları göz-bəbəyi kimi qoruyan, rahat otellərdə yerləşdirən, yaxşıca yedirib-içirdən, onlara daş atdığına görə QAT üzvlərini həbsxanaya salan bu hakimiyyət istəsə Jirinovski Bakıya da gələcək, hələ bir o yana da keçəcək. Elə cəmi bir neçə gün öncə Ermənistanın dövlət nümayəndəsi Bakıda keçirilən böyük bir tədbirdə iştirak etmədimi? Telekanallara müsahibə vermədimi? Onun Bakıya gəlişinə etiraz edən QAT-ın aksiyası dağıdılmadımı, təşkilat üzvləri polisə aparılmadılarmı? Bəy, bu ölkə bir qrup adamındı, nə istəyirlər onu da edirlər. Kimi istəsələr bura gətirərlər, kimi istəsələr, ölkəyə buraxmazlar. İndi millət davası aparan, millət təəssübkeşliyi edən, xalqın, dövlətin qayğısına qalan adamların sayı əvvəlkitək elə də çox deyil. Daha çoxları heç Jirinovskinin bu xalq haqqında nə dediyini də ya xatırlamır, ya da xatırlamaq istəmir. Çünki onların çoxu Jirinovskinin dediyi qismində özlərini yox, bizi görürlər və ürəklərinin dərinliyində deyirlər ki, elə Vladimir düz eləyib bunlara belə deyib.Jirinovski haqqımızda o sözləri deyəndə hələ vəziyyətimiz indikindən yaxşı idi. Hələ o vaxtlar qəddimiz indiki kimi əyilməmişdi, söz azadlığı belə boğulmurdu, siyasi səhnədə əməlli-başlı rəqabət var idi, insanlar daha mübariz görünürdü, sözlərini deyə bilirdilər, öz haqları uğrunda savaş aparırdılar. Hansı ki, o vaxtlar Azərbaycanda ictimai-siyasi vəziyyət Rusiyadakından daha yaxşı idi. Ölkədə demokratiya adına nələrsə qalmışdı. Hakimiyyət bəzi məsələlərdə ya demokratik qüvvələrlə hesablaşırdı, ya da ölkədə vəziyyətin gərginləşəcəyindən ehtiyat edərək, hansısa məqamlarda daha korrekt davranırdı. O vaxtdan neçə il keçib. Müsbətə doğru dəyişən isə yalnız sayımızın artmasıdır.Jirinovski gəlib indiki halımızı görüb Moskvaya qayıdandan sonra haqqımızda nə deyəcək, bax bu maraqlıdı. Əslində Jirinovskinin Azərbaycana gəlməsində elə bir faciə yoxdu. Bu adam həm də sözün əsl mənasında aktyordu. İstənilən rola girməyi bacarır. Yəqin ki, onun bir zamanlar haqqında hədyanalar danışdığı Türkiyəyə səfəri çoxlarının yadındadır. İstanbulun Atatürk Hava Limanında Jirinovski onu qarşılayan jurnalistləri türk dilində salamladı və ilk sözü belə oldu: “Türkiyeni çox özledim. Həpinizi çox seviyorum, ne mutlu türküm, deyene”.Bakıda da Jirinovskinin rola girərək, eyni şeyi təkrarlayacağı mümkündür. Hətta ola bilsin ki, Jirinovski azərbaycanca onu Bakıya dəvət edən Fuad Əliyevdən daha səlist danışdı. Zabil MÜQABİLOĞLU
44,031
07.12.2008 07:32
Qarabağ xəbərləri
“QARABAĞI ALIB ERMƏNİSTANA CALAŞDIRMAQ İSTƏYİRLƏR”
Ancaq toplantı çərçivəsində bir araya gələn Minsk Qrupunun həmsədr ölkələri Qarabağa dair növbəti bəyanatla çıxış etməyə imkan tapıblar. Bəyanatda “Azərbaycan və Ermənistan snayperləri atəş xəttindən geri çəkməyə” çağırılır. Eyni zamanda sənəddə sülh sazişinin yaxın zamanlarda əldə olunmasına ümid ifadə olunur. Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli bu danışıqlarda Azərbaycan iki şeyə nail olduğunu vurğuladı: “Birincisi, cəbhənin təmas nöqtələrində atışmaların və qarşıdurmaların qarşısını almaq üçün bəyannaməyə xüsusi müddəa salınıb. Bundan sonra ATƏT-in Monitorinq Komissiyası bu proseslərə ciddi nəzarət etməyi öz üzərinə götürüb. Düzdür, mən buna o qədər də inanmıram. Ancaq hər halda bu, müsbət addımdır. Bir də Azərbaycan Madrid prinsiplərinin dəyişdirilməsi üçün öz təkliflərini verib. Yəni münaqişənin nizamlanması ilə bağlı öz nöqteyi-nəzərini əks etdirən xüsusi bəyanatı ATƏT-in xarici işlər nazirlərinə təqdim edib ki, bu da müsbət hadisədir. Amma bütövlükdə Minsk Qrupu daxilində ziddiyyətlərin olduğu və problemin həllinə müxtəlif yanaşma nöqtələrinin hələ də qaldığı aydın nəzərə çarpır. Bir şey diqqəti çəkir ki, Azərbaycan artıq proseslərdə siyasi iradəsini qoymağa, Ermənistandan kompromislər tələb etməsi üçün beynəlxalq qurumlara, xüsusilə də ATƏT-ə təzyiqlər etməyə başlayıb. Əgər bu proses davam edərsə, güman edirəm ki, Azərbaycan balansı öz xeyrinə dəyişə bilməsə də, hər halda kompromislər balansının qərarlaşdırılmasına doğru gedə bilər”. Q.Hüseynli danışıqların indiki mərhələsinin təhlükəli nəticə verəcəyni güman etmədiyini vurğuladı: “Ona görə ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun təqdim etdiyi razılaşmalar istiqamətində hərəkət etməyi məqbul saymır. Əvəzində isə özünün bu prosesi necə təsəvvür etdiyi barədə xüsusi bəyanat yayıb”. Politoloq Vəfa Quluzadə isə həmsədrlərin həmişəki kimi optimist fikirlər söyləməkdə davam etdiyini söylədi: “Əgər Azərbaycan ərazi bütövlüyünün bərpası, Ermənistan isə Dağlıq Qarabağın müstəqilliyi iddiasından əl çəkməyibsə, danışıqlarda hansı pozitiv məqam yarana bilər?” V.Quluzadəyə görə, prezidentlərin də, xarici işlər nazirlərinin də bütün görüşlərinin nəticəsi sıfra bərabərdir: “Fakt budur ki, Minsk Qrupunun mövqeyi tamamilə qanunsuz bünövrədə qurulub. Onların təklifləri Qarabağ ermənilərinin müqəddəratını təyin etmək haqqı vermək və referendum yolu ilə Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana calaşdırma bəndini özündə ehtiva edir”. Ancaq politoloq rəsmi Bakının bu təzyiqlərin qarşısından geri çəkilməyəcəyinə əmindir: “Onsuz da Azərbaycan Qarabağ ermənilərinə çox böyük güzəşt edib. Çünki ermənilər muxtariyyətə layiq deyillər. Amma Azərbaycan rəhbərliyi onlara Azərbaycan tərkibində ən yüksək muxtariyyət təklif edir. 1994-cü ildə Heydər Əliyev bunu səsləndirəndə Levon Ter-Petrosyan buna təəccübünü gizlətməmişdi. O zaman ruslar Petrosyanın qulağını burdular ki, Azərbaycanın heç bir təklifinə razılaşmaq olmaz”. V.Quluzadə beynəlxalq təşkilatları və həmsədrləri davam etdirdikləri oyunları dayandırmağa çağırdı. Politoloq İ.Əliyevin təzyiqlər nəticəsində təslimçi sülhü imzalamasını da mümkünsüz sayır: “Ermənilər anlasınlar ki, nə İlham Əliyevin, nə də ondan sonrakı Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağı onlara vermək imkanı yoxdur. Vaxtilə Heydər Əliyev çox istəyirdi ki, sülh əldə olunsun. Ancaq o, başa düşdü ki, bu, anti-Azərbaycan sülhü olacaq və üstəlik özünə də baha başa gələcək. Əgər Heydər Əliyev anti-Azərbaycan sülhünə getməyibsə, deməli, İlham Əliyev də bu sülhə imza atmayacaq. Ona görə də həmsədrlər bu oyunları qurtarmalı, birdəfəlik beynəlxalq hüquqa əsaslanan açıq təkliflər verməlidirlər. Fakt budur ki, ATƏT, həmsədrlər ərazi bütövlüyümüzü tanımır, ədalətli sülhə can atmırlar”. Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə “Azadlıq” radiosuna bildirib ki, Minsk qrupu həmsədrləri ilin sonunadək belə bir bəyanat verərək sadəcə işlədiklərini bildirmək istəyiblər: “Yəni bu, sülhə yox, Minsk qrupuna xidmət edən sənəddir. O ki qaldı Moskva görüşü barədə deyilənlərə, bu qarşılaşma pozitivliyi ilə yox, azacıq fərqliliyi ilə yadda qala bilər”. E.Mehdiyev bəyanatda Madrid prinsipləri barədə səslənən fikirlərin təzyiq məqsədi daşıdığını da istisna etməyib.
44,032
07.12.2008 08:06
Siyasət
RƏFAEL ALLAHVERDİYEVİN SƏHHƏTİ PİSLƏŞİB
İsveçrədə mühacirətdə olan müxbirimiz Elbəyi Həsənlini arayıb, ondan xəbərin əslini öyrənməyi xahiş etdik. Düz bir saat sonra Elbəyi redaksiyanın poçtuna aşağıdakı yazını göndərdi. *** Rauf Arifoğludan zəng gəldi: “Burda deyirlər ki, Rəfael Allahverdiyev ölüm ayağındadır. Ailəsi ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirsən, yaxşı olar”.Bax, belə. Mən İsveçrədə yaşayıram; Bakının sabiq meri də bu ölkədədir. Amma burdan-bura mənim xəbərim yoxdur...Rəfael müəllim bu yaxınlarda bizimlə əlaqə saxlamışdı. Evinə dəvət etmişdi: “Ailəlikcə gəlin, xanımım da sizlərlə tanış olmaq istəyir”, demişdi. Getməyə də hazırlaşırdıq. Son anda xəbər gəldi ki, Rəfael müəllim müayinə üçün xəstəxanaya dönməlidir. Ondan sonra da Rəfael müəllimlə bağlı narahatlıq doğuracaq elə bir xəbər almamışdım.Sabiq merin Cenevrədəki evini aradım. Telefon zənginə Rəfael müəllimin xanımı cavab verdi. Bakıda dolaşan xəbərlərə onun münasibətini öyrənmək o qədər də asan olmadı.- 40 illik ömür-gün yoldaşımın xəstəliyindən danışmaq mənim üçün ağırdır. Siz də bilirsiz ki, onun ciddi müalicəyə ehtiyacı var. Mən Allaha inanan adamam. Ölümə də təbii hadisə kimi baxıram. Hiss edirəm ki, Rəfael Bakının xiffətini çəkir. Bilirsiz ki, o, əslən bakılıdır. Və Bakını da çox sevir. İçimdə bir ümid var ki, Bakının xəzrisini, gilavarını yenidən hiss etsə, səhhətinə müsbət təsir edər. Amma nə qədər təkid etsəm də, Bakıya getmək istəmir. Axırıncı dəfə sərt şəkildə “məni Bakıya ölməyə aparırsan”-dedi.O, gənc yaşlarından siyasətdədir. Mən də az-çox bu işləri izləməli olmuşam. İndi o, canının hayındadır. Siyasət heç onun yadına da düşmür. Mənə etiraf etməsə də, duyuram ki, Bakıdakı dostlarından inciyib. Ona görə də geri dönmək istəmir. Halbuki 85 yaşlı anasını görmək üçün burnunun ucu göynəyir. Oğlum Xanəliyə dedim ki, get Bəylər Əyyubovla danış. O, həmişə prezidentimizin yanındadır. İlham müəllimin bu işə münasibətini öyrənər, biz də işimizi bilərik. Oğlum da deyir ki, gərək atam mənə bir söz desin, sonra gedim. Qalmışam çıxılmaz vəziyyətdə. Rəfaelə demişəm ki, heç olmasa Türkiyəyə gedək. Rəhmətlik Heydər Əliyev də orada müalicə olunub. Razılaşmır. Hazırda Lozanada reabilitasiya mərkəzində müalicə olunur. İndi qızım Arzu onun yanındadır. Pərvanə kimi kişinin başına dolanırıq. İnanıram ki, qürbətdə çıxılmaz vəziyyətə düşmüş bir ailənin taleyinə Azərbaycan hökuməti, xüsusən prezidentimiz İlham Əliyev biganə qalmayacaq...Sonda qeyd edim ki, R.Allahverdiyev 3 ildən artıqdır ki, beyin xərçəngi diaqnozu ilə müalicə olunur. *** Müxbirimiz Elbəyi Həsənlinin bu yazısını çapa hazırlayan vaxt sabiq merin ailəsinə yaxın olan başqa bir mənbədən bizə bildirdilər ki, Rəfael Allahverdiyevin müalicəsi artıq dayandırılıb; burada tibbin görə biləcəyi bir iş qalmayıb. Ailəsi Allaha təvəkkül deyib, gözləyir. Yaxınları da artıq bu səbəbdən Rəfael Allahverdiyevin yanına yollanıblar...Rəfael Allahverdiyev mərhum prezident Heydər Əliyevin ən yaxın və sadiq silahdaşlarından olub. H.Əliyevi hakimiyyətə dəvət edən “91-lər”in ən tanınmış simalarından, YAP-ın qurucularındandır. Uzun illər hakim partiyanın rəhbərliyində təmsil olunub. Heydər Əliyevin ağır günlərində onun müdafiəsində və qulluğunda dayanıb. Rəfael Allahverdiyev 1993-cü ilin iyul ayından 2000-ci ilin oktyabrına kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mühüm vəzifəni tutub.Xatırladaq ki, R.Allahverdiyev sonuncu dəfə Bakıya 2004-cü ilin yayında gəlmişdi. Həmin vaxt sabiq mer hakimiyyətin ünvanına sərt bəyanatlar səsləndirdiyinə görə təqiblərə məruz qaldı. R.Allahverdiyev bir neçə dəfə ölkəni tərk etmək istəsə də, onu aeroportdan buraxmamışdılar. Nəhayət, keçmiş mer hazırda həbsdə olan “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin köməkliyi ilə Azərbaycandan məxfi şəkildə çıxa bildi. Onun Bakıya dönməməsinin əsas səbəbi budur ki, cənab Allahverdiyev ölkəsində təqib olunur və həbsə alınma təhlükəsi var.
44,033
07.12.2008 08:08
Gündəm
OLBRAYTIN FƏAL SİYASƏTƏ QAYIDIŞI MÜXALİFƏTİ SEVİNDİRİB
ABŞ-ın hazırkı dövlət katibi Kondoliza Raysdan fərqli olaraq Olbrayt bir neçə dəfə Azərbaycanda səfərdə olub, hakimiyyət nümayəndələri ilə yanaşı müxalifət partiyaları liderləri ilə də görüşüb. Yəni Olbrayt Azərbaycan müxaifətinə də yaxın siyasi fiqurdur. Bəs müxalifət sabiq dövlət katibinin yenidən siyasi fəaliyyətə başlamasını necə dəyərləndirir?Madlen Olbraytı şəxsən tanıdığını deyən Müsavat başqanının müavini Qabil Hüseynli onun yeni posta təyin edilməsinin mühüm əhəmiyyətə malik olduğunu söylədi: “Milliyyətcə çex olan, Amerikada doğulub, boya-başa çatan Madlen Olbrayt ABŞ Milli Demokratiya İnstitutuna başçılıq edib. Onun yeni posta təyin edilməsi mühüm əhəmiyyətə malikdir. O, dövlət katibi vəzifəsində olanda da uğurlu fəaliyyət göstərib. Onun yeni administrasiyada mühüm vəzifə tutması həm Amerikanın demokratik imicini möhkəmləndirmək, həm də demokratik dəyərlərin və insan haqlarının bütün dünyada yayılması və qorunması baxımından prinsipial əhəmiyyətə malikdir”.Q.Hüseynli xanım Olbraytın Azərbaycanın siyasi həyatını yaxşı tanıdığını bildirdi: “Düşünürəm ki, onun fəaliyyəti Amerika-Azərbaycan münasibətlərinin inkişafına da yardım edəcək. Onun yenidən mühüm vəzifəyə qayıtmasını müsbət dəyərləndirirəm və bu qayıdış bir çox məsələlərə nikbin baxmağa əsas yaradır”.KXCP sədri Mirmahmud Mirəlioğlu bütün dünyada təkrar siyasətə qayıtmağın və insanların enerjisindən istifadə etmək praktikasının olduğunu söylədi: “Dünya praktikasında təkrar siyasətə qayıtmaq ənənəsi var. Əslində Olbrayt siyasətdə idi. İndi sadəcə mühüm dövlət vəzifəsi yerinə yetirəcək. Amerika siyasətində insanların təcrübə və enerjisindən yararlanmaq praktikası var. Madlen Olbrayt üçün indi təkrar şans yaranıb”.ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Olbraytın dünya siyasətinə təsir edən dövlət adamı olduğunu söylədi: “Onun siyasətdən tam olaraq çəkildiyini söyləmək olmaz. Obamanın komandasında yer alması da təəccüblü deyil. O, demokratların əvvəlki prezidentinin zamanında dövlət katibi işləyib və çox böyük təcrübəyə malik siyasətçidir”.H.Rüstəmov M.Olbraytın Azərbaycanla bağlı bir sıra uğurlu fəaliyyətinin də olduğunu diqqətə çatdırdı: “Həbsdə olan siyasi məhbusların azad olunması, ölkədə söz azadlığı ilə bağlı bir neçə dəfə ciddi addımlar atıb. Onun Azərbaycanla bağlı apardığı siyasət effektiv olub. Kondoliza Raysdan fərqli olaraq Madlen Olbrayt insan haqları sahəsinə daha ciddi əhəmiyyət verən dövlət katibi olub. Yəqin ki, yeni vəzifəsində bu xətti davam etdirəcək”.
44,034
07.12.2008 07:44
Gündəm
PREZİDENT SEÇKİSİ AŞPA-nın QIŞ SESSİYASINDA MÜZAKİRƏ OLUNACAQ
“Bu da müsbət və təqdirəlayiq bir haldır. Çünki hər dəfə Azərbaycanda seçkiləri müşahidə edən müşahidəcilər, nailiyyətlər əldə olunduğunu, yəni hər seçkinin digərindən bir addım irəli olduğunu qeyd edirlər. Bu o deməkdir ki, tədricən nailiyyətlər əldə olunursa bir gün seçkilər kamil şəkildə keciriləcək. Amma eyni zamanda bu seçkini bütünlüklə nöqsanlardan uzaq adlandırmaq mümkün olmayıb. Bir sıra müsbət dəyişikliklər təqdim olunub”.
44,035
07.12.2008 08:00
Gündəm
QARSDAKI ERMƏNİ ABİDƏSİNİN İNŞASI DAYANDIRILDI
“Mənə elə gəlir ki, narahatçılığa heç bir əsas yoxdur. Türkiyənin bütün rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf əraziləri işğaldan azad olunmayınca, Ermənistan işğalçılıq siyasətindən və Türkiyədən torpaq tələblərindən tam əl çəkməyincə, soyqırım iddialarından vaz keçməyincə barışıq və dostluqdan söhbət gedə bilməz”.Xatırladaq ki, abidə beynəlxalq fondların dəstəyi ilə tikilirdi. “İnsanlıq anıtı” adlandırılan abidənin inşası bundan əvvəl də iki dəfə Milliyyətçi Hərəkat Partiyasının müraciəti əsasında məhkəmənin qərarı ilə dayandırılmışdı. Bundan başqa Qars bələdiyyəsinin milliyyətcə kürd olduğu, türklərin milli mənafeyinə o qədər də əhəmiyyət vermədiyi bildirilir.
44,036
07.12.2008 07:51
Gündəm
“BİZ ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİNDƏN BAŞLAYIRIQ”
“Digər prinsiplər də var, Minsk qrupunun işi isə məhz bütün prinsiplərin elə birləşdirilməsidir ki, biz diskussiyyalardan uzaq olaq və ən əsası mübahisənin həllinə nail olaq” deyə D. Frid qeyd edib və əlavə edib: “Minsk qrupu konkret təkliflər edib, məsələn, snayperlərin qoşunların təmas xəttindən uzaqlaşdırılması. Biz bütün ritorik təhlükələrdən uzaq olmalıyıq və mən ATƏT-in Minsk qrupunun bütün həmsədrlərinə, Emənistan və Azərbaycan hökumətinə nəzəri məsələlərin müzakirəsi əvəzinə heç vaxt bu qədər yaxın olmayan məsələnin həllinin əldə edilməsi istiqamətində işləməyi təklif edirəm”.
44,037
07.12.2008 07:58
Gündəm
ATƏT RƏSMİ BAKININ HƏDƏFİNDƏ
Dekabrın 4-də Helsinki yığıncağının plenar iclasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskva bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulamasının səbəbini də bu məqamda görürlər. Çünki ATƏT nazirləri sammitinin yekun bəyanatı barədə konsensusun olmayacağı, böyük bir ehtimalla bu tədbirin lap əvvəlindən bəlli imiş.Məmmədyarov toplantıdakı çıxışı zamanı ATƏT-in Avropada təhlükəsizlik və əməkdaşlıq sahəsində fəaliyyətini təqdir etsə də, bu təşkilata iradlarını da bildirib. Bu zaman onun mövqeyi Rusiyanın ATƏT-in fəaliyyətinə dair neçə vaxtdır davam edən narazılığı ilə üst-üstə düşüb. Məmmədyarov deyib ki, ATƏT-in fəaliyyətinin insan haqları sahəsi ilə, həm də müstəsna olaraq Avroatlantik məkanın şərqi ilə məhdudlaşdırılması rəsmi Bakını dərindən narahat edir. “Azərbaycan israrlı şəkildə ATƏT-in fəaliyyətinin hər üç istiqamətdə balanslaşdırılmasının tərəfdarıdır. Biz ATƏT-in icra strukturlarının diqqətinin üzv ölkələr tərəfindən müəyyənləşdirilmiş prioritetlər üzərinə yönəlməsinin vacibliyini vurğulayırıq”. Elmar Məmmədyarov bu sahədə ATƏT orqanlarını öz mandatlarını aşmamağa və həmçinin başqa beynəlxalq qurumların fəaliyyətini dublikasiya etməməyə çağırıb. Məmmədyarovla yanaşı ATƏT-in fəaliyyətini Rusiyanın xarici işlər naziri Sergey Lavrov da tənqid edib. Bununla da Rusiya və Azərbaycanın ən azı ATƏT-in insan haqları sahəsindəki fəaliyyətindən narazılığa görə eyni mövqedən çıxış etdiyi görünüb. Rusiya ötən il də təşkilatın Nazirlər Şurasının toplantısı zamanı ATƏT-i insan haqları, seçkilər və söz azadlığı kimi məsələlərə diqqət yetirməkdənsə təhlükəsizlik məsələlərinə diqqət ayırmağa çağırmışdı. Rusiyanı xüsusən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyəti narahat edir. Çünki bu qurumun göndərdiyi müşahidə missiyası Rusiya da daxil olmaqla əksər keçmiş sovet respublikalarında seçkilərin necə saxtalaşdırıldığı haqda rəy verib. Belə rəylər Ukrayna və Gürcüstanda rəngli inqilablara və qərbpərəst qüvvələrin hakimiyyətə gəlişinə təkan verdi. Rusiya hesab edir ki, Qərb, xüsusən ABŞ, ATƏT vasitəsilə keçmiş sovet məkanında proseslərə təsir edir. Ona görə də Rusiya DTİHB-nin buraxılması haqda təklif verib, hətta təşkilatınn illik büdcəsinin icrasına veto qoymaqla hədələyib.Azərbaycan xarici işlər nazirinin çıxışından göründüyü kimi, rəsmi Bakı da eyni narahatlıqları bölüşür və ATƏT-in insan haqları, demokratiya sahəsində problemlərə müdaxilə edən təşkilat olmasından narazıdır. Məmmədyarov üstüörtülü danışsa da, onun da əsas narazılığının DTİHB-dən olduğu görünür. Məhz bu qurumun göndərdiyi müşahidə missiyası Azərbaycanda bu ilin oktyabrında keçirilən prezident seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini açıqlayaraq hakimiyyəti məyus etmişdi. Hətta iş o yerə çatmışdı ki, seçkilərin ertəsi günü hakimiyyət rəhbərləri DTİHB missiyasından rəyi yumşaltmağı tələb etmişdilər. Seçkilərin nəticələrinin demokratik normalara uyğun olduğu haqda beynəlxalq rəy almaqda çox maraqlı olan hakimiyyət bu məsələdə Avropa Şurasından olan müşahidəçilərlə qismən anlaşa bilmişdi və nəticədə DTİHB mandatı altında seçkini izləyən müşahidə missiyasının tərkibində ziddiyyətlər yaranmışdı.Rəsmi Bakını ATƏT-in söz və mətbuat azadlıqları üzrə nümayəndəliyi də tez-tez narahat edir. Bu qurumun rəhbəri Mikloş Haraşti dəfələrlə Azərbaycanda jurnalistlərin həbsi və söz azadlığına qarşı yönəlmiş digər addımlara kəskin reaksiya verib. Son olaraq Haraşti Bakıda xarici radiostansiyaların bağlanmasına yol verməmək üçün görüşlər keçirib. O, bəyan edib ki, Azərbaycan hakimiyyətinin xarici radiostansiyaların yayımını dayandırmaq üçün istinad etdiyi qanun dəyişdirilməlidir. Əks halda Haraşti Azərbaycanın ATƏT qarşısında götürülmüş öhdəliklərini pozacağı haqda xəbərdarlıq edib. ATƏT-in insan haqları və demokratiya sahəsindəki fəaliyyətlərdən uzaqlaşmasında Bakı Moskvanın mövqeyini dəstəkləyərək bir daha Avroatlantik məkana inteqrasiya meyllərinin olmadığını nümayiş etdirib. Azərbaycan hakimiyyəti elə ATƏT istəyir ki, bu təşkilat seçkilərin saxtalaşdırılmasına və demokratiyanın boğulmasına görə onu narahat etməsin, daha çox təhlükəsizlik və əməkdaşlıq kimi məsələlərə diqqət ayırsın. Lakin ABŞ ATƏT-in insan haqları və demokratiya sahəsində Avroatlantik məkanında aparıcı qurum olaraq qalmasında israrlıdır.
44,038
07.12.2008 07:48
Yazarlar
QOZNAR AĞACI
Gürcüstan əhali baxımından Azərbaycandan xeyli kiçikdir. O üzdən, mən heyrət edirəm ki, Saakaşvili təzə nazirləri hardan tapır. Demək, belə kadrların yetişməsinə şərait var. Qoy yapçılar piy basmış boyunlarını döndərib hərdən Gürcüstana baxsınlar, öyrənsinlər, özlərinin qısır kadr bazasından xəcalət çəksinlər. 15 il bir adamın nazir qoyulmağına nə ad vermək olar axı, sivil dünyada? Almanlar o boyda nəhəng siyasətçi Helmut Kolu 14 ildən sonra yola saldılar. Heç demədilər Almaniyanı birləşdirmisən, başqa xeyirli işlər görmüsən, qal, bir az da işlə.Payızda Göyçay rayonunda qəribə ağac tapılmışdı. Nar ağacının üstündə qoz bitmişdi. Mən Cəlal əmi kimi bioloq deyiləm, ancaq öz ağlımla bu yeni bitki növünə “narqoz” adı qoydum. “Qoznar” da olar. (Bu abzasın köşənin içinə girməsi sirrdir - Z.H.)Gəlin sizə dəyərli oxucularımızdan Azər İsmayılın nəql elədiyi əhvalatı çatdırım. Bəy dostları ilə çayxanada oturubmuş. Respublikanı bürümüş çinlilərdən biri onlara yaxınlaşıb, satdıqlarından təklif eləyib. Uşaqlar bazarlaşmaq, qiyməti salmaq istəyəndə çinli qız tər-təmiz bizim dildə etiraz eləyib: “Yox, yox, yol pulu baha, polis pulu baha...”“Belə olan halda” (ANS-də bir mənasız idman şərhçisi var, bu ifadəni təkrarlayanda adamın əti tökülür) xarici işlər naziri Məmmədyarovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını insan haqlarına çox diqqət ayırmasına görə tənqidi anlaşılmır. Adam İtaliyada səfir olub, neçə ildir XİN rəhbəridir, hələ də başa düşmür ki, Avropa məkanının əsas mənası, məzmunu elə insan haqlarının qorunmasıdır. İnsan haqqı it yerinə qoyulmursa, orada nə təhlükəsizlik, nə əməkdaşlıq olmaz, hamısı boş şeyə dönər.Anladıqları bu qədərdir. Nuşirəvan taxta qılıncını sıyırıb “Azadlıq”, BBC və “Amerikanın səsi” radioları üzərinə cumanda Norveçin Azərbaycandakı səfirliyi etiraz bəyanatı yaymışdı. O zaman səfir Ramberqi çağırdılar XİN-ə, dedilər ki, alə, bu radioların bağlanmağının sizə nə dəxli? Axı bunların heç biri Norveç radiosu deyil! Bizim mağaradır, özümüz bilərik, bir də “əjdaha qardaş” - ABŞ bilər. Tanış mənzərədir, eləmi? Mən bir dəfə uşağını küçədə vəhşicəsinə döyən qadına etiraz elədim, dedi ki, öz uşağımdı, sənə dəxli yoxdur.Açığı, bu radio məsələsində mənə ən ləzzət edəni Nuşirəvan əkənin özünü dartmağı oldu. Məsələn, deyir ki, 25 dekabrda qərar verəcəm - radioları bağlayım, ya yox. Hətta ABŞ rəsmiləri bundan vaxt istəyibdir. Gərək təzə prezident Barak Obama işə başlasın, sonra dövlətlərarası razılaşma olsun və s. Yazıq Obama, belə çıxır ki, prezidentliyə siftə edən kimi üç dənə qlobal, çətin problemi yoluna qoymalıdır: İraq davası, dünya maliyyə böhranı və Nuşirəvan. Görəcək günlərin varmış...Sonda yenə əziz oxucumuz Əhməd Qəhrəmanovdan sitat gətirək. Fikir çox dəhşətlidir, diqqət eləyin. Bəy ölkədəki pis durumdan, zibillərin küçədə yandırılmağından, yarpaq töküləndə çinarların budaqlarında qalan plastik torbalardan, heyvan kimi maşın sürənlərdən, tıxaclardan, məktəbdə rüşvətdən və sairədən gen-bol şikayətlənib, axırda isə yazıb: “İnsan insanın canavarıdır, bizdə isə insan insanın çaqqalına çevrilib”.Şərh etmirəm. Zamin HACI
44,039
07.12.2008 07:00
Dünya
SAAKAŞVİLİNİN KOMANDASINDA BÖHRAN
Gürcüstan ekspertləri cənab Alasaniyanı Prezident M. Saakaşvilinin varisi hesab edirdilər. Alasaniyanın özü isə deyib ki, o, istefa barədə qərarı iki ay əvvəl qəbul edib, rəsmi ərizəni isə dekabrın 4-də yazıb. Həmçinin Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya da istefaya gedib. Bildirilir ki, istefaya müdafiə naziri David Kezeraşvili, xarici işlər naziri Eka Tkeşelaşvili, təhsil və elm naziri Giya Nodiya göndərilib. Xarici işlər naziri, 31 yaşlı Tkeşelaşvili işdən çıxarıldığı haqda xəbəri Helsinkidə, ATƏT toplantısında iştirakını təzəcə başa vurduqdan sonra alıb. Prezident Saakaşvilinin sərəncamı ilə xarici işlər naziri postuna bundan əvvəl mədəniyyət naziri postunu tutan Qriqol Vaşadze təyin olunub. Müdafiə naziri postunu tutmaq isə nazirin keçmiş müavini Batu Kuteliyaya həvalə edilib. Yeni xarici işlər naziri Vaşadzenin Gürcüstanın xaricdəki bütün səfirlərinə istefa ərizəsini yazmaq haqda tapşırıq göndərdiyi bildirilir. O məlumat verib ki, səfirlər ancaq baş nazirlə razılaşdırıldıqdan sonra təyin olunacaq. “Gürcüstan çox ağır vəziyyətlə üzləşib. Bizim bu vəziyyətdən çıxmaq üçün elə də çox vasitələrimiz yoxdur. Ona görə də xarici siyasət indi ən mühüm sahədir” deyə Vaşadze bildirib. Ekspertlərə görə, prezident Mixail Saakaşvili bu addımlarla avqustda Rusiya ilə müharibədən sonra ortaya çıxmış tənqidlərin yönünü dəyişmək istəyir. Saakaşvili ölkənin baş nazirini bir ay əvvəl dəyişərək Qriqol Mqalobişvilini təyin etmişdi. Dünən Saakaşvili “Rustavi-2" telekanalı ilə çıxışında komandasında yaranmış vəziyyəti şərh edərək deyib ki, yaxşı işləyənlər öz postlarında qalır, pis işləyənlər isə gedir.
44,040
07.12.2008 08:00
Gündəm
“YENİ MÜSAVAT”ın TÜRKİYƏ HAQDA ANALİTİK MƏQALƏSİ GENİŞ MARAĞA SƏBƏB OLUB
Daha sonra “Qlobal yorum” internet jurnalı, “Net Tavır.com”, “Trakya net haber.com”, “Türkbirliyi.com” və digər saytlar bu məqalənin tərcüməsini şərhlərlə veriblər. Şərhlərdə deyilir ki, Türkiyənin dünyada rolunun güclənməsi haqda məqalədə səslənən fikirlər aparıcı Qərb ekspertlərinin fikirləri ilə üst-üstə düşür. “Fərhad Məmmədovun yanaşmasına bənzər yorum bu günlərdə Vaşinqtonda keçirilən ”Türkiyə və Qafqazlar" mövzusunda konfransda Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktor müavini Graham Fuller tərəfindən də verilib. Fuller konfransdakı çıxışında deyib ki, Türkiyə artıq ABŞ-ın maraqlarına uyğun hərəkət edən ölkə durumundan çıxıb və özünün müəyyən etdiyi xarici siyasətə görə davranır. Fuller Türkiyənin son yüz ildə ilk dəfə regional güc halına gəldiyini da qeyd edib" deyə sözügedən saytlarda “Yeni Müusavat”ın məqaləsi ilə bağlı şərhlərdə bildirilir. Qeyd edək ki, əməkdaşımız həmin məqaləsində Türkiyənin son illər regionda güclənən mövqeyindən və bundan irəli gələn geosiyasi addımlarından bəhs edirdi.
44,041
07.12.2008 07:50
Siyasət
“PƏNAH HÜSEYN KÖHNƏ CƏBHƏDAŞLARININ HALINA ACIYIR”
Düzdür, DUİ birmənalı şəkildə bəyan edir ki, legitim hakimiyyət yalnız xalqın iradəsinin əks olunduğu seçki nəticəsində formalaşan hakimiyyətdir. Bununla belə məqalədə real hakimiyyət məsələsi də əksini tapır. Eyni zamanda layihədə belə çalarlar da hiss olunur ki, bu, iqtidarla cəmiyyət arasındakı uçurumu götürmək üçün müxalifət tərəfindən atılan addımdır. Bəs müxalifət partiyalarında bu layihə necə qarşılanıb?Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, müxalifət, konkret olaraq Müsavat Partiyası hər zaman qanunlara uyğun fəaliyyət göstərib: “Biz hər zaman bildirmişik ki, ümummilli məsələlərdə iqtidarla dialoqa, əməkdaşlığa hazırıq. Odur ki, bu cür təkliflərin, layihələrin müxalifətə ünvanlanması yersizdir. Bu təklifləri hakimiyyətə etmək lazımdır. O ki qaldı legitimliyin birlik yaradılması məsələsində ön şərt kimi irəli sürülməməsinə, bunu hər bir partiya öz daxilində müəyyənləşdirməlidir”.A.Hacılı bildirdi ki, DUİ adından təqdim edilən layihə heç həmin qurumun özü tərəfindən qəbul olunmayıb: “Məndə olan məlumatlara görə, bu layihə hələlik müzakirə edilərək, qəbul olunmayıb. Bu layihənin arxasında hansısa bir real siyasi qüvvə dayanarsa, onu müzakirə etmək olar. DUİ-nun özünün qəbul etmədiyi təşəbbüsü müzakirə etmək hələlik tezdir”.Layihə konkret olaraq Müsavat Partiyasının maraqları ilə üst-üstə düşürmü? Bununla bağlı sualımıza cavab verən A. Hacılı “Biz hakimiyyətin legitimliyini tanımayaraq üsyan etmirik ki” deyə bildirdi: “Bu hakimiyyət real olaraq tanınır, sadəcə, legitim deyil, demokratik yolla formalaşmayıb. Biz nəyinsə naminə yalan danışmağa hazırlaşmırıq. Heç zaman nəyinsə xətrinə həqiqəti danmamışıq. Biz bu cür hakimiyyətlə dialoqa hazır olduğumuzu bildiririksə, bu rejimin dövründə başqa metodlardan istifadə etməyərək, onun real gücünü, reallığını nəzərə alaraq fəaliyyət göstəririksə, bu gün apardığımız siyasətdə korrektələrə ehtiyac yoxdur”.P.Hüseynin təklif etdiyi formada (“Azadlıq” bloku, Müsavat, ADP, AMİP, DUİ və ANF-dən ibarət formatda məşvərətçi xarakterli assosiativ qurum təsis olunması-red.) birlik yaradılmasına gəlincə, Müsavat funksioneri bildirdi ki, onlar birliklə bağlı təkliflərini çoxdan irəli sürüblər: “Son seçkilərə münasibətindən asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən partiyaların əməkdaşlığının yaranması mümkündür”.Layihənin “təslimçilik” kimi dəyərləndirilməsinə gəlincə, A.Hacılı “mən Pənah bəyin mövqelərini dəyərləndirməkdən uzağam” deyə qeyd etdi: “O da elə düşünür. Hər kəsin mövqeyinə hörmətlə yanaşmaq lazımdır”.Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə bildirdi ki, hakimiyyətlə müxalifət arasında sivil münasibətlər P.Hüseynin yazdığı tezislərlə qurulmur: “Onun layihəsi münasibətləri düzəltmək əvəzinə, ziddiyyətlərə yönəlir. Məsələn, o, yazının əvvəlində müxalifətin daha geniş aspektdə əməkdaşlığına nail olmaqdan danışır, sonda isə sərhədlər cızır ki, burada filan partiyalar olmalıdır. Hörmətli Pənah bəyin yazısında ənənəvi maraqlar özünü birləşdirir. Yəni Pənah Hüseyni əvvəldən meydanda olan təşkilatların, yəni ənənəvi müxalifətin vəziyyətinin ağır olması incidir. Bu, həmin partiyaların qayğısına qalmaq təşəbbüsünə daha çox oxşayır. Bununla nə sivil münasibətlər qurmaq mümkündür, nə də iqtidarla əməkdaşlıq edib hansısa problemləri həll etmək. Pənah bəy, sadəcə, cəbhədaşlarının bugünkü halına acıyır, onların təmsil olunduğu təşkilatların aktivləşməsinin yollarını arayır. Təbii ki, bu layihədə onun özünün də bəzi maraqları görünməyə bilmir”. İ.Ağazadə bu layihənin baş tutacağına inanmır: “İnandırıcı deyil ki, bu təklif gerçəkliyə çevrilə biləcək. Bu tezislərlə, bu cür formada böyük birliyə nail olmaq mümkün deyil. Dar çərçivədə birliyə nail olunmağa və bu tərkibdə hansısa dialoq aparmağa gəldikdə, bu da Pənah bəyin yazısında adını çəkdiyi partiyalar tərəfindən bu və ya digər şəkildə təklif edilib. Əgər bu tipli təkliflər zaman-zaman ortada olubsa və nəyisə dəyişməyibsə, bu təşəbbüsün də nəyisə dəyişəcəyi ağlabatan deyil. Çünki təşəbbüsün özü absurddur. Sivil münasibətləri bu cür təşəbbüslərlə qurmaq mümkün deyil”.
44,042
07.12.2008 08:10
Yazarlar
SONUNCU KÖÇ
Yurd itkisi ilə barışanda, öz ilkinliyinə qayıtmağa yeri olmayanda bu boşluğu “millət”, “qeyrət” haqda deyilən ucuz söhbətlər doldurur. Elsiz insan arsız olur. İçində kənd nisgili daşıya-daşıya şəhərli olmaq faciəsi boynuna biçilir.O ellərə gedən yollar üzünə bağlanan tək-tək adamlardanam ki, üç dəfə kəndimizdə olmuşam. Hər dağı, hər daşı tanış olan dağlara gözümdə gilələnən yaşın arxasından baxmışam. Anamın, atamın və bir cüt qardaşımın sındırılan baş daşları qarşısında dayananda özümü bu dünyanın ən ağır dərd yükü daşıyan bəndəsi saymışam. Qapımızdakı ağacdan alma dərəndə, əyilib bir ovuc torpaq götürəndə, evimizdə yaşayan erməninin mənim bu halıma tamaşa etdiyini görəndə elə sanmışam fürsət düşən kimi millətdən, qeyrətdən danışan və danışdığı qədər də tamahını doyuranlar qıraqdan baxıb, harın-harın gülürlər. Bir dəfə bu göz yaşı və dərd səfərindən qayıdandan sonra məni göynədən hissləri qələmə almışdım. Onda bir nadan qəzetdə yazmışdı: “Mahal İsmayıloğlu Ermənistandan gətirdiyi hər ovuc torpağı min dollara satır”. Onda tanrıya dualar edirdim ki, nə ola bu yalanın gerçək üzünü görəm və doğrudan da mənə bir ovuc torpaq gətir deyən ola!Öz vətənində haqqı-sayı tanınmayanın bir ovuc torpaqda yurd təsəllisi tapmağa taqətimi qalıb? Özündən üç dəfə az, üç dəfə kiçik düşmənə yenilən və səsini içinə qısıb öz müsibətinə tamaşa eyləyən, özünün içindən çıxanın nəfsi, tamahı qarşısında əyilən bir xalq bir ovuc torpağı gözünə tutub öpəcək qədər də güclü deyil.Bilmirəm, ikinci elə adam varmı ki, Ermənistandakı (sərhədlərimizin çölünü və içini düşmənə pay verib, təkcə adla təsəlli tapanlar Qərbi Azərbaycan da deyirlər) yalnız Azərbaycan türklərinin yaşadığı 217 kəndinin 215-də olsun (84 kənddə isə azərbaycanlılar, malakanlar və ermənilər qarışıq yaşayırdılar). 1982-84-cü illərdə “Sovet Ermənistanı” qəzetində işləyəndə el-el, oba-oba gəzdiyim yerlərin nisgili mənə bir an da rahatlıq vermir. Dərələyəzin zirvəsinə səs çatmayan, ün yetməyən dağlarını, Dərəçiçəyin axar-baxarını, Vedibasarın barlı-bəhrəli bağlarını, Basakeçərin Göyçə gölünə boylanan kəndlərini, Loru-Pəmbəyin ilxılarını, sürülərini unutmaqmı olar? Orda yaşayan insanlar daim düşmən nəfəsini kürəklərində hiss etdiklərindən daha ovxarlı, daha qətiyyətli idilər.Elə həmin illərdə ermənilər meydan sulayır, bizi aşağılayan, təhqir edən kitablar yazır və bütün bunlar cavabsız qalırdı. Azərbaycanda isə keçici “qırmızı bayraqlar” yan-yana düzülür, sözdə varı-dövləti aşıb-daşan bir məmləkətin sakinləri elə o yalançı inkişafın qədərincə yağa, pendirə, ətə həsrət qalırdı. Ermənilərin, gürcülərin tənəli baxışları altından keçib, Azərbaycana ərzaq daşıyırdılar. Tarix dönüb-dəyişəndə sınaqlara hazır olmadığımızdan üzümüz elə o bayraqlar kimi qızardı. Pambıqla, üzümlə “qazanılan qələbələrin” puçluğunu zaman təsdiqlədi və bir o qədər pambığa, üzümə ikrah yarandı. 20 il əvvəl dekabrın ilk günləri çağdaş Azərbaycan faciəsinin ilk səhifəsi yazılırdı. Aylarla erməni cəlladları ilə üz-üzə qalan, son ana qədər gözü Azərbaycandan gələn köməyə dikilən insanların böyük və son köçü başladı. Burda, öz xalqının arasında da ögeyliklə üz-üzə qaldılar. Əvvəl onların kəndi-kəndə dəyişib, Dağlıq Qarabağa köçməyinə icazə vermədilər, 1991-ci ilin payızında isə binəsibləri küçələrə töküb, erməni güllələri altına köçürdülər. Bir ay sonra onlar ikinci dəfə qovulanda qəzəb dalğası hakimiyyətin özünə qarşı yönəldi və onlar hakimiyyət uğrundakı savaşda alətə çevrildilər. Öz qapazımızın öz başımıza dəyməyini düşmən bir fürsət sayıb, bu dəfə Azərbaycanın içindəki neçə-neçə rayonu yağmaladı.Bu qədər dərd görə-görə dərman tapmamağımızın nəticəsidir ki, bir az fərqli axarda, ancaq dönməz bir niyyətlə eyni müsibət Aran və Dağ Borçalıda təkrarlanır, min illik tarixi olan ellərimiz, obalarımız boşaldılır. Elə bu Azərbaycan da 20-30 il əvvəlki kimi analoqu olmayan bir sürətlə “inkişaf edir”, tarix təkrarlanır. Faciələr yubileyi keçirməkdə də bənzərsizik. İndi də sonuncu deportasiya ilə bağlı saysız-hesabsız yığıncaqlar keçirilir. Bu xalqın varını-sərvətini talayanların, yarınanların, yaltaqların səsi daha bərk çıxır.
44,043
07.12.2008 08:08
Yazarlar
“ƏGƏR KİLSƏ ZƏNGİ VAXTSIZ ÇALINIRSA...”
Hələ Gürcüstana hərbi müdaxilədən sonra aydın idi ki, Moskva demokratik Qərbin postsovet məkanında, xüsusilə də Güney Qafqazda möhkəmlənməsinə mane olmaq üçün aqressiv taktikaya keçib və bu taktikanı nüfuzlu beynəlxalq təşkilatlara daşımağa hazırlaşır. Elə də oldu. Suveren Gürcüstanın ərazisinin ilhaqına görə dünya birliyindən qulaqburması almayan, Avropa Şurasında səs hüququndan məhrum olmayan Rusiya şirnikləndi və ATƏT sammitinin yekun qərarlarının qəbulunu tormozladı. Halbuki ATƏT-in yekun sənədində bir qayda olaraq, beynəlxalq hüququn norma və prinsiplərinə riyaət ana xətt kimi keçir, ölkələrin ərazi bütövlüyünə hörmət xüsusi vurğulanır. İndi belə çıxır, Moskva Tiflisə aqressiv münasibəti ucbatından öz xeyrinə olan bir sənədin qəbulunu da əngəlləyib. Çünki məntiqlə, başqasının ərazi bütövlüyünü tanımırsansa, sənin sərhəd toxunulmazlığını da şübhəyə məruz qoya bilərlər. O cümlədən işğalçı Ermənistanın. Şübhə yox ki, konsensus prinsipilə işləyən ATƏT sənədlərinin təsdiqlənməməsində təcavüzkar ölkə də Rusiya ilə eyni mövqe nümayiş etdirib. Amma yenə o məqamın üzərinə qayıdırıq ki, indiyədək Ermənistanın ərazi bütövlüyünü nə Azərbaycan, nə də Türkiyə tanıyıb. Sabah isə dünyada və regionda qüvvələr nisbətinin necə, kimin xeyrinə dəyişəcəyini, Rusiya imperiyasının öz daxilində nələrin yaşanacağını heç kim deyə bilməz. ATƏT sammitindəki ab-havadan hiss olunurdu ki, Gürcüstan olaylarından sonra aparıcı Qərb dövlətləri ölkələrin ərazi bütövlüyünü daha vacib prinsip hesab etməyə başlayıblar (Təbii ki, bunda Gürcüstana müdaxilə faktı və Azərbaycanın enerji əhəmiyyəti az rol oynamır). O da şübhə doğurmur ki, əgər Rusiyanın İçkeriya problemi bu dəqiqə qabarıq şəkildə gündəmdə dursaydı, Moskva hamıdan qabaq ərazi bütünlüyü prinsipinin qəbuluna çalışar, bunun əksini tormozlamağa səy göstərərdi. Amma gör, şimal qonşumuz özünə necə arxayındır ki, daxilində onlarla etnik-milli qurumlar ola-ola, başqa ölkələrin ərazilərindəki separatçı rejimlərin müstəqilliyini tanıyır. Üstəlik analoji problemləri olan digər dövlətləri hədələyir. Rusiya ilə ATƏT-in davası isə təzə deyil. Hələ bir neçə il öncə Moskva təşkilatın seçkilərlə məşğul olan Demokratiya və İnsan Haqları Bürosuna MDB məkanında alternativ yaradanda aydın idi ki, Kreml keçmiş sovet məkanında Qərb dəyərlərinin oturuşmasını bütün vasitələrlə maneə yaradacaq. Səbəb sadə idi, universal dəyərlər olan yerdə Rusiya, onun maraqları yoxdur, imperiyanın “tikişlər üzrə” milli vahidlərə parçalanma perspektivi var. Demokratik imperiyalar olmur. Moskvanın avtokrat hakimiyyəti bunu çoxdan anlayıb. Odur ki, Rusiyanın perimetri boyu demokratik rejimlərin, NATO üzvü olan dövlətlərin mövcudluğunu öz həyati maraqları üçün təhlükə sayır. Saakaşvili iqtidarına münasibət də eyni motivdən qaynaqlanır. Ruslar demokratik Gürcüstan durduqca Qərb dəyərlərinin Qafqaz bölgəsinə, oradan isə Azərbaycana, Ermənistana və Orta Asiyaya adlamasından qorxurlar. Adı çəkilən bölgələr isə həm də böyük karbohidrgen yataqlarına malik, transmilli xətlərin keçdiyi (keçəcəyi) ərazilərdir və Rusiyanın Avropaya qarşı yürütdüyü enerji şantajını önləməkdə mühüm çəkiyə malikdilər.Mraqladır ki, bu arada Rusiyanın internet nəşrlərindən birindən Rusiyanın Gürcüstanı xəritədən silmək planları ilə bağlı yazı dərc edilib. Özü də bu dəfə rus qoşunlarının Azərbaycan ərazisindən də istifadə etməklə qonşu ölkəyə hücum edəcəyi bildirilir. Müəyyən mənada ekzotik təsir bağışlayan planı bizcə, birmənalı qeyri-ciddi saymaq mümkünsüzdür. Axı Moskvanın Osetiya problemini bəhanə edib Gürcüstana girəcəyini də çoxları gözləmirdi. Odur ki, Azərbaycanın da diqqətli olması vacibdir. Birinci ona görə ki, Rusiya-Gürcüstan savaşı artıq Rusiya-Azərbaycan savaşının tərkib hissəsinə çevrilib və ölkəmizin həyati maraqlarına toxunur. Gürcüstanı çöküşü Azərbaycanın çöküşünü də sürətləndirəcək. Məşhur bir deyim var, “əgər kilsə zəngi vaxtsız çalınırsa, soruşma ki, kimin üçün çalınır, o, sənin üçün çalınır” (Yəni növbə məsələsi). İkincisi, plandan göründüyü kimi, Kreml bir güllə ilə bir neçə “dovşan” vurmaq, Azəbaycanla Gürcüstanın arasını korlamaq istəyir (Hərçənd Azərbaycan qanunlarına görə, hansısa dövlət ərazimizdən üçüncü ölkəyə qarşı istifadə edə bilməz). Amma nə bilmək olar, birdən Moskva Bakının saqqızını oğurladı... Zahid SƏFƏROĞLU
44,044
07.12.2008 08:05
Dünya
MOSKVA ABŞ-a GÜC GÖSTƏRİR
O zaman keçmiş SSRİ-yə aid dörd sualtı qayıq təmirdən sonra Atlantik okeanı ilə Sakit okeanı birləşdirən bu kanaldan keçib. Kanal ABŞ-ın nəzarətində olsa da, SSRİ-nin antihitler koalisiyasına daxil olması gəmilərin keçdini təmin edib. Bildirilir ki, “Admiral Çabanenko” Rusiya və Venesuela hərbi donanmaları arasında Karib dənizində keçirilən manevrlərdə iştirak edib. Gəmi Panama kanalında beş gün qalacaq, ərzaq və içməli su götürdükdən sonra geri dönəcək. Müşahidəçilərə görə, Rusiya hərbi gəmisinin Panama kanalına daxil olması Moskvanın ABŞ-a güc nümayişi cəhdidir.
44,045
07.12.2008 07:16
Kriminal
ABŞ-da BENZİN 46 SENTƏ (36 QƏPİYƏ) ENDİ
Amerikanın Əmək Nazirliyinin açıqladığı son məlumatlara görə, bu ilin noyabrında ölkədə yarım milyondan çox iş yeri ixtisar edilib. Bu, son 34 ildə ən pis göstəricidir. Yalnız 1974-cü ilin noyabrında bu göstərici 600 mini keçirdi. Amerika iqtisadiyyatında vəziyyətin ağır olmasını ilk dəfə prezident Buş da etiraf edib. O deyib ki, son statistik məlumatlar iqtisadiyyatın böhranda olduğunu göstərir. “Bu, daha çox bizim kredit və maliyyə bazarlarımızdakı, habelə mənzil bazarlarındakı vəziyyətlə bağlıdır”. Buş hökumətin kredit bazarlarındakı vəziyyəti sabitləşdirmək üçün təcili addımlar atdığını da bildirib. Bu arada Konqresin iflas təhlükəsi qarşısında qalan avtomobil sənayesinə təcili maliyyə yardımı göstərməyə razı olduğu bildirilir. Lakin bu yardım “General Motors”, “Ford” və “Cheysler” şirkətlərinin gözlədiyindən iki dəfə az - cəmi 17 milyard dollar ola bilər. Hər üç şirkət rəsmən xəbərdarlıq edib ki, hökumət maliyyə yardımı göstərməsə, onlar müflis olacaqlar. Bu isə yüz minlərlə iş yerinin ixtisarı deməkdir. İqtisadi böhranla bağlı Amerikada avtomobil satışları kəskin azalıb. Yerli şirkətlər isə əlavə olaraq böhran şəraitində rəqabətə davam gətirə bilmirlər, çünki Amerika şirkətlərinin istehsal etdikləri avtomobillər qənaətcil yapon və alman avtomobillərinə nisbətən böhran şəraitində daha az satılır. Amerikada benzinin sürətlə ucuzlaşması da avtomobil sənayesinə kömək etmir. Neftin dünya birjalarında kəskin ucuzlaşması ilə bağlı Amerikada benzin də ucuzlaşmaqda davam edir. Son məlumatlara görə, Nyu York birjasında neftin bareli 40.8 dollara satılıb. Bu, son dörd ildəki ən aşağı göstəricidir. London birjasında isə daha aşağı keyfiyyətli “Ural” nefti 36 dollardan satılır. Neft bu ilin iyulun 11-də bir barrel üçün 147 dollara çatmışdı. İndiki qiymət isə bundan 108 dollar aşağıdır. Lakin ucuzlaşma davam edir və ekspertlər tezliklə neftin bir barrelinin 30 dollara satılacağını deyirlər. Əgər Amerika iqtisadiyyatındakı böhran Barak Obama və Corc Buşun xəbərdarlıq etdiyi kimi daha da dərinləşərsə, o zaman neftin hətta 20 dollara enəcəyi də istisna edilmir. Amerika Avtomobil Assosiasiyasının açıqladığı məlumata görə, hazırda ölkədə benzinin bir qallonu( 3.78 litr) cəmi 1.7 dollara satılır. Beləliklə, amerikalılar indi 1 litr benzin üçün 46 sent ödəyirlər. İyul ayında isə amerikalılar 1 litr benzin üçün 1.1 dollar ödəyirdilər. ABŞ-da benzinin qiyməti Azərbaycanın milli valyutası ilə ekvivalentdə təqribən 36 qəpik edir. Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycanda benzinin litri 55 qəpikdir, üstəlik hökumətin gələn ilin yanvarından qiyməti daha da artıracağı haqda xəbərlər var.
44,046
07.12.2008 08:01
İqtisadiyyat
PARLAMENTDƏ MÜLKİYYƏTLƏ BAĞLI MÜRTƏCE QANUN HAZIRLANIR
3-4 aydan sonra razılaşma pozulursa və vətəndaş yaşamaq üçün mənzilinə qayıdırsa, yenidən mənzilin sahibinə çevrilmək üçün müvafiq orqana müraciət etməlidir. Bu isə insanların öz mənzillərini icarəyə vermək hüququnu məhdudlaşdırır. Eyni zamanda korrupsiya üçün əlavə imkanlar yaradır. Nəzərə çatdıraq ki, yeni məcəllə vətəndaşların mənzil hüquqlarını birbaşa tapdadığından hökumət əlaltdan qanunun qəbuluna çalışır. Qeyd edək ki, bu sənəd müstəqil Azərbaycanın ilk “Mənzil Məcəlləsi haqqında” qanunu olacaq. İndiyə qədər ölkədə sovet dövründən mövcud olan “Mənzil Məcəlləsi”nin müddəalarından, eyni zamanda “Mülki Məcəllədə” bu məsələlərə dair müəyyən bəndlərdən istifadə edilirdi. Millət vəkili Pənah Hüseyn Müsavat deputat qrupu adından məsələnin ictimai müzakirəyə çıxarılmasını tələb edəcəyini dedi: “Fikrimizcə, bu sənəddə konstitusiyaya, insanların mülkiyyət hüququna zidd müddəalar əksini tapıb”. O, Müsavat deputat qrupu olaraq bu yöndə ictimai müzakirələr təşkil edəcəklərini söylədi. İqtisadçı-ekspert Rövşən Ağayev bildirdi ki, Azərbaycan parlamentinə təqdim olunan “Mənzil Məcəlləsi” maddə-maddə Rusiyanın “Mənzil Məcəlləsi”ndən köçürülüb: “Ən ciddi problem ondan ibarətdir ki, köçürmədə ciddi dil qüsurları və xeyli anlaşılmazlıqlar var. Bu, layihənin texniki tərəfidir. O ki qaldı məsələnin fundamental tərəfinə, biz gözləyirdik ki, Azərbaycanda mənzil mülkiyyətinin idarəolunma prinsipləri dəyişəcək. Təəssüf ki, söhbət bu gün dövlət mülkiyyətində olan çoxmərtəbəli mənzillərin idarəsi ilə bağlı məsələlərdən gedir. Çoxdan gözləyirdik, nəhayət, Azərbaycanda sovet dövründən qalan mənzil istismar idarələrinin ləğv olunması və yeni idarəçilik sisteminin yaradılması baş verəcək. Amma Məcəllədə bu məsələ həddən artıq qaranlıq şəkildə təqdim edilir. Orada mənzil mülkiyyətçilərinin ortaqlığı sistemi, bilavasitə mənzil mülkiyyətçilərinin özləri tərəfindən idarə olunma variantları var. Bunların hamısı o qədər qaranlıq göstərilir ki, anlaşılmır, ümumiyyətlə Mənzil İstismar İdarələri ləğv ediləcəkmi, əgər ləğv ediləcəksə, onun yerində yaranan yeni sistem nədən ibarət olacaq? Ona görə hesab edirəm çox dəqiq şəkildə göstərilməlidir ki, yeni idarəetmə sistemi yaradılanda onun yaranma prinsipləri nədən ibarət olacaq. Bundan əlavə, məcəllədə vətəndaşlara kirayə haqlarının, müəyyən xərclərin ödənilməsi üçün subsidiyaların verilməsi nəzərdə tutulub. Lakin anlaşılmır subsidiyaların verilməsi prinsipləri necə olacaq və nə üçün veriləcək. Bu məcəllədə ən həlledici məqam - binaların idarəetmə və mülkiyyətin idarə olunmasının formalarının seçilməsi və prinspiləri dəqiq şəkildə göstərilməlidir. Təəssüf ki, həmin məsələ məcəllədə əksini tapmayıb”. Yeni “Mənzil Məcəlləsi”nin “Mülki Məcəllə”yə edilən dəyişiklikdən sonra vətəndaşların mülkiyyət hüquqlarının tapdanması istiqamətində atılacaq ikinci addım kimi dəyərləndirilməsinə gəlincə, R.Ağayevin sözlərinə görə, artıq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, yaxud qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi kimi məsələlərdə çox ciddi nəzarət mexanizmləri müəyyənləşdirilib: “Belə məlum olur ki, vətəndaşlar yaşayış sahəsindən qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün müvafiq icra orqanından icazə almalıdır. İcazə üçün yaranan dilaoq da rüşvət üçün geniş mənbədir. Ona görə də bunun prinsipləri dəqiq müəyyənləşdirilməlidir. Bunu hansı müvafiq icra orqanı həyata keçirəcəksə, onun nəzarət mexanizmləri, prinsipləri dəqiq olmalıdır. Yeni ”Mənzil Məcəlləsi" “Mülki Məcəllə”dən sonra ümumilikdə vətəndaşların mülkiyyət huququna müdaxilə baxımından çox ciddi qüsurlu sənəd hesab oluna bilər".
44,047
07.12.2008 08:14
İqtisadiyyat
SAHİBKARLARA QARŞI HÜCUMLAR SƏNGİMİR
Vergi müfəttişləri iri ticarət, iaşə və istehsalat obyektlərində kütləvi yoxlamalar apararaq, külli miqdarda haqq tələb edirlər. Tələb olunan məbləğin həcmi isə müəssisələrin dövriyyəsinə uyğun olaraq 10-100 min manat arasında dəyişir. Onu da nəzərə çatdıraq ki, mətbuatda gedən vergi yoxlamaları ilə bağlı məlumatları Vergilər Nazirliyi təkzib etməsə də bildirir ki, reydlər sırf qanunun tələbləri çərçivəsində həyata keçirilir. Bütün hallarda sahibkarlar çətin vəziyyətə salınıb. Hara gedirsən - bərbərdən, kiçik dükan sahibindən tutmuş böyük iş adamlarına qədər - hər kəs vergi müfəttişlərindən gileylənir. Xüsusilə, ölkə iqtisadiyyatında dünya maliyyə böhranının təsiri nəticəsində durğunluğun yarandığı bir ərəfədə bu, repressiya, sahibkarlıq fəaliyyətinin boğulması kimi dəyərləndirilir. Yeri gəlmişkən, bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan sahibkarlıq mühitinin acınacaqlı vəziyyətdə olduğu ölkələrdən hesab edilir. Hətta bir müddət əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün şərtlərin ağır olduğunu bildirmişdi. Qurum bəyan edirdi ki, Azərbaycanda biznes sahəsində şəffaflıq və rəqabətin artırılmasına ehtiyac var. Sahibkarlıq fəaliyyəti ilə bağlı əlverişsiz şərait ölkəyə investisiya qoyluşuna da böyük təsir edir.Əbəs deyil ki, Azərbaycana qoyulan xarici investisiyalar ildən-ilə azalır. Yerli sahibkarlar alışsalar da, xarici investorlar hökumətin “korrupsiya” iyli əməlləri ilə razılaşa bilmirlər. Məsələnin digər tərəfi isə bir çox hakimiyyət yetkililərinin vergi sistemində vahid pəncərə prinsipinin həyata keçirildiyini və sahbikarlara aid çoxsaylı yoxlamaların ləğv olunduğunu iddia etməsidir. Onlar bildirirlər ki, bunların hamısı əvvəlki vəziyyətdən fərqlilik yaradan hallardır, eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşmasına xidmət göstərir. Onu da nəzərə çatdıraq ki, Azərbaycanla müqayisədə digər MDB ölkələrində - Ermənistanda, Ukraynada, Qazaxıstanda hökumət biznesə əlverişli şərait yaradıb. Bunun nəticəsidir ki, son illər Qazaxıstanda Azərbaycan mənşəli kapitalın həcmi artıb. Bu ölkədə fiskal-maliyyə-nəzarət orqanlarının iş adamlarından rüşvət tələb etməsi praktikasına nadir hallarda rast gəlmək mümkündür. Bu isə qeyri-neft sektorunun inkişafına şərait yaradıb. Rəyini öyrəndiyimiz mütəxəssislər deyir ki, ölkədə biznes mühiti getdikcə pisləşir: “Xüsusilə mülkiyyət müstəvisində investorların hüquqlarının pozulması kütləvi hal alıb. Son nəticədə bu, biznesdə iqtisadi azadlıqların boğulmasına və biznesin investisiya cəlbediciliyinə mənfi təsir göstərir. Bir müddət əvvəl hökumət sahibkarlıq fəaliyyətinin ”Bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsinə keçdi. Bizneslə məşğul olmaq istəyənlər vahid dövlət qeydiyyatı orqanı kimi Vergilər Nazirliyinə müraciət etməyə başladılar. Sahibkarlıq fəaliyyətinin qeydiyyatı sadələşdirilsə də, lisenziyanın qiyməti bahalaşdırıldı. O cümlədən sahibkarın sonrakı mərhələdəki fəaliyyəti çətinləşdirildi".Yeri gəlmişkən, məlumatlara görə, Vergilər Nazirliyi reydləri “yuxarılardan” gələn sifariş əsasında aparır. Belə ki, sahbikarlardan yığılan pullarla cari ilin büdcə kəsirini örtməyə çalışırlar. Müstəqil ekspertlər də deyir ki, lisenziyalar dövlət büdcəsinə vəsatin yığılması mənbəyinə çevrilib.
44,048
07.12.2008 08:10
İqtisadiyyat
NEFTİMİZİN QİYMƏTİ 39 DOLLARA DÜŞDÜ
İyun ayından indiyədək Azərbaycan neftinin qiyməti 3,5 dəfə ucuzlaşıb. İndi birjalarda Brent markalı neft 40 dollar 81 sentə, Ural nefti isə 36 dollara satılır. Dünya bazarında neftin qiyməti son 1 həftədə 13,1, ayda isə 30 dollar ucuzlaşıb. Neftin qiyməti aşağı düşdükcə Amerikada benzin də ucuzlaşır. İndi Amerika Birləşmiş Ştatlarında benzinin litri 47 sentə satılır.
44,049
07.12.2008 08:17
İqtisadiyyat
PAMBIQ TƏDARÜKÜ İKİ DƏFƏ AZALIB
Onun fikrincə, pambıqçılığa marağın azalması sırf qiymətlə bağlıdır. S.Vəliyevin sözlərinə görə, dünya bazarında ərzağın qiyməti 50-60 faiz artsa da, pambıq mahlıcı orta hesabla 35 faiz ucuzlaşıb. Ötən illə müqayisədə bu il Azərbaycanda pambığın alış qiyməti cəmi 4 qəpik artıb: “Pambıqçılıqda rentabelliyin aşağı olması fermerləri başqa məhsullar becərməyə vadar edir. Son vaxtlar pambıq sahələrinin yerində taxıl, şəkər çuğunduru, ən çox isə yonca əkilir. Bir hektar yonca, pambıqdan təqribən 3 dəfə çox gəlir verir. Üstəlik pambıq sahələrinin məhsuldarlığı da aşağı düşüb. 3-4 il əvvəl məhsuldarlıq hər hektardan 14-16 sentner idisə, indi bu rəqəm 10 sentnerə düşüb”. S.Vəliyev bunu torpaqların münbitliyinin azalması və şoranlaşmasıyla izah edir. Nəzərə çatdıraq ki, Azərbaycanda yığılan pambıq emal müəssisələrində ilkin emaldan sonra mahlıc kimi ixrac olunur. 1 ton pambıqdan 350-400 kq. mahlıc alınır və onun 1 kiloqramı dünya birjalarında 75-80 qəpiyə təklif olunur. İndi ölkədə 6 müəssisə pambıq tədarükü ilə məşğuldur. Onların əksəriyyəti fermerlərlə əvvəlcədən müqavilə bağlayıb və torpaq sahiblərinə avans pul da ödəyirlər. Şöbə müdiri deyir ki, ölkədə pambıqçılığın inkişafı toxuculuq sənayesinin inkişafından asılıdır.
44,050
07.12.2008 07:34
Yaşam
YAŞAMAĞA AMERİKA, ÖLMƏYƏ AZƏRBAYCAN...
Hər şey ondan başladı ki, ötən həftə “Worldpress” jurnalı qiymətlərə və həyat şəraitinin bahalığına görə Bakının Vaşinqton, Filadelfiya, Baltimor, Mayami, Britaniyanın Qlazqo, Birminhem, Kanadanın Monreal kimi şəhərlərini qabaqladığını elan etdi. Xatırladaq ki, jurnal bunu dünyanın 270 şəhəri arasında apardığı araşdırmanın nəticələrinə əsasən açıqlayıb. Jurnalın xəbərində həmçinin o da göstərilib ki, araşdırma zamanı şəhərlərdə yaşayış vəziyyəti, həyat şəraitinin indeksi, ictimai iaşə, mənzil və istehlak bazarındakı qiymətlər əsas götürülüb. Bakı bu kriteriyalar üzrə siyahıda 75-cidir. Biri deyir, ən bahalı şəhər Oslodur... Mərkəzi qərargahı Londonda yerləşən “Economist İntelligenceÿ Unit” təşkilatının dünya şəhərlərində yaşamın dəyəri ilə bağlı apardığı araşdırmaya görə, dünyada yaşayış xərclərinin ən yüksək olduğu şəhər Norveçin paytaxtı Oslodur. Qurum 132 şəhərin minimum istehlak səbətini təhlil edərkən müəyyənləşdirib ki, bu siyahıda London ən çox irəliləyən şəhərlərdən biri olub - 7-ci yerdən 4-cü pilləyə qalxıb. İndi Londonda qiymətlər ötən il yaşama minimumu Oslodan sonra ən yüksək olan Tokionun qiymətlərindən daha yüksəkdir. London nəqliyyat xərcləri və qeyri-ərzaq məhsullarının bahalığı hesabına irəliləyib. Bu şəhərdə elektrik və qaz hələ də ucuz olaraq qalır.Araşdırmaya görə, dünyanın ən ucuz şəhəri isə İranın paytaxtı Tehrandır. Burada qiymətlər Londonla müqayisədə təxminən dörd dəfə aşağıdır. ...O biri deyir, yox, Moskvadır Bütün sahələrdə olduğu kimi, bu məsələdə də dünyaca məşhur təşkilatların rəyləri üst-üstə düşmür. Belə ki, başqa bir qurum - “Mercer” beynəlxalq araşdırmalar mərkəzinin apardığı son sorğuda dünyanın ən bahalı şəhərlərinin siyahısına Moskva başçılıq edir. İkinci yeri isə Tokio tutur. Üçüncü yerin “sahib”i Türkiyənin ən böyük şəhəri İstanbul, 4-cü şəhərsə Norveçin paytaxtı Oslodur. Araşdırmalara görə, məlum olub ki, adıçəkilən şəhərlər baha olsa da, orda orta aylıq əmək haqqı da Azərbaycandakı kimi 100-200 dollar deyil. Ən aşağı-minimal maaş Norveçdə süpürgəçi-zibildaşıyanın qazandığı maaşdır ki, bu da ayda 4-5 min dollardır. “Azadlıq” radiosu müqayisəli şəkildə Azərbaycan, Norveç, Türkiyə və Yaponiyadakı qiymətləri müqayisə edərək, ortaya maraqlı nəticələr çıxarıb. Aşağıdakı cədvəl bizə bu mənzərəni bütün çılpaqlığı ilə anlamağa imkan verir. Amerikalı qocaların bəxti gətirib İndi isə çatdıq araşdırmanın ən maraqlı hesab etdiyimiz hissəsinə. Yazının girişində yazdığımız o amerikalı həmyerlimizin söhbətinə. “Yeni Müsavat” oxucularının yaxşı tanıdığı, Amerikada yaşayan həmyerlimiz Hacı Ramiz Yunusov(Arif Yunusun qardaşı) bizə yaşadığı ölkənin yaşam standartları ilə bağlı danışan kimi inanın, okeanın o üzünə, özü də üzə-üzə getmək istədik. Niyə? Hacı Ramiz ilk növbədə bizə Baltimor və Vaşinqton şəhərlərinin müqayisəli təhlilini verdi. Məlumat üçün dedi ki, bu iki şəhərin arasındakı məsafə Sumqayıtla Bakı qədərdir. Baltimorda yaşayan müsahibimizin sözlərinə görə, şəhərin 2 milyon əhalisi var, özü isə Vaşinqtondan böyükdür və Merlin ştatının ən böyük şəhəridir. Bu şəhərdə ən çox bəxti gətirənlər yaşlılar sayılır. Belə ki, Amerikada yaşı 65-dən yuxarı olanların bir çox güzəştləri var. Orada yaşayış minimumu 637 dollardır. Hacı Ramiz danışır ki, 65 yaşı tamam olanlara hökumət dərhal 637 dollarlıq çek göndərir. Bu çek hər ay müntəzəm olaraq ödənir və onun məbləği də hər il 15 dollar artır. Həmin pula nələr daxildir? Hacı Ramiz: “Tutaq ki, qoca müvafiq orqanlara müraciət edir ki, uşaqları ilə yox, təkcə öz evində yaşamaq istəyir. Xüsusi proqramlarla yaradılan yaşlılar evi var ki, qoca orada yaşaya bilər. Amma burada yaşamaq istəməyənlər kirayə mənzilə köçə bilər. Bu halda da başqaları üçün 800 dollar olan kirayəhaqqı həmin qoca üçün 60 dollara başa gəlir, qalanını hökumət ödəyir. Həmin birotaqlı mənzil isə sahəsinə və yaşam standartlarına görə bizim 2-3 otaqlı evlərə bənzəyir - onların bir ümumi salonu, bir yataq otağı və bir mətbəxi olur. Pulsuz tibbi xidməti də bura əlavə edin. Çünki hökumət bu qocalara kredit kartı verir ki, onunla bütün tibbi xidmətlər pulsuz başa gəlir”. Təqaüdçünün kommunal xərclərini də hökumət ödəyir. Bu isə təxminən ayda 300 dollar deməkdir. Tələbə oxuyur, hökumət onun pulunu ödəyir Təqaüdçülərdən danışdıq, maraqlıdır, bəs tələbələr? Hökuməti onlara hansı güzəştlər, üstünlüklər tətbiq edir? Hacı Ramiz 12-ci sinifdə oxuyan kiçik oğlunun durumundan yola çıxaraq, bu barədə də məlumat verdi: “Oğlum bir ildir ki, işləyir. Burada 16 yaşı tamam olmayanları rəsmən işə götürmürlər. Yox, əgər 16 yaşdan kiçikdirsə, mütləq məktəbin direktorundan sənəd gətirməlidir ki, işləyə bilər, özü də konkret neçə saat. Qanunlara görə, şagirdlərə həftədə 20 saat işləməyə icazə verirlər. Onlar da MkDonalds tipli kafelərdə, yanacaqdoldurma məntəqələrində çalışa bilər”. Müsahibimin böyük oğlu isə Con Happinks Universitetini bitirib. Bundan başqa, oğlu əlavə təhsil üçün Merlin Universitetində də oxuyub: “Orada bir il oxumaq 40.000 dollara başa gəlir. Mən və oğlum qaçqın olduğumuz üçün bu pulu ödəyə bilmərik. Bu problemi həll etməkçün mən özümün və həyat yoldaşımın maaşını vergi idarələrinə göndərirəm. Onlar da müəyyənləşdirirlər ki, ailənin gəliri övladını bu universitetdə oxutmağa imkan vermir. Biz avtomatik həm Merlin ştatının, həm də bütövlükdə Amerika dövlətinin yardım proqramına düşürük. Təhsil haqqının 50 faizini ştat, 50 faizini isə hökumət ödəyir”. Amerikanın “Santa-Barbara”sında evlər su qiymətinədir Amerikalı tələbələrin də gününə bir “əl çalıb”, keçək, oradakı mənzillərin qiymətinə, kirayə haqqına və sair. Müsahibim danışır ki, yaşadığı şəhərdə 70-80 kvadrat metr sahəsi olan evlərin kirayə haqqı 734 dollardı. Bu pula bütün kommunal xərclər daxildir. Birotaqlı evlər(yəni, salonu, yataq otağı və mətbəxi) isə 600-800 dollar civarındadır. Diplomatların yaşadığı, çoxmərtəbəli binalardakı mənzillərə görə msə 1000 dollar ödənilir: “Mənim oğlum adi işdə işləyir və ayda 2.000 dollar məvacib alır. Onun 734 dollarını ev kirayəsinə verirsə, yerdə qalır 1200 dollar. 250 dollar yeməyə sərf edir. Ayda 300 dollar isə kreditlə aldığı ”Toyota" maşının kreditini ödəyir. Bakıda həmin maşın 25.000 dollardır. Nəticədə kifayət qədər cib xərcliyi də qalır". Bəs mənzil sahibi olmaq istəyənlər nə qədər “tərləməlidir”? Müsahibimiz bu məsələdə hər şeyin seçimdən asılı olduğunu söyləyir. Onun sözlərinə görə, kandaminimum(iki otaqlı ev - yəni, iki yataq otağı, iki hamamı, ayrıca mətbəxi və salonu), tanhauz(iki-üç mərtəbəli ev) və ayrıca kottec təqdim olunan seçimlər sırasındadır. Baltimorda kandaminimum sahibi olmaq istəyənlər 125 min dollar ödəməlidir. Bu evləri 30 ilə kreditlə də ala bilərsən. Tanhauzların məbləği isə 200-300 min dollar civarındadır. Ayrıca kotteclərə gəlincə, bu, ancaq varlılar və “seçilmiş”lərin menyusuna daxildir. Minimum 300 min, maksimum 1 milyon dollar olan evlərin qiyməti əsasən yerləşdikləri səmtdən və içindəki lükslərdən asılı olaraq dəyişir. Ərzaq və nəqliyyat xərci... fantastika... İndi isə keçək ayrı-ayrı ərzaqların qiymətinə. Hacı Ramiz bizim xahişimizlə yaşadığı səmtdəki orta təbəqənin alver etdiyi “Şaters” marketindəki qiymətlərlə maraqlanıb. Nəticələr aşağıdakı kimidir. Ət (mal əti, 1 kq) - 11 dollar Qoyun əti - 5-7 dollar Farş - 5-6 dollarToyuq (1 kq) - 3 dollardır. Yağ (kərə) - 4 dollar Günəbaxan yağı - 700 qramı 2,5 dollar Yumurta (10 ədəd) - 1 dollar 30 sent Şəkər tozu (1 kq) - 1 dollar 20 sent Qənd (1 kq) - 2 dollar 80 sentÇörək - 2-5 dollar (rus çörəyi 3,5 dollar) Vermişel (1 kq) - 3,5 dollar Düyü (1 kq) - 1 dollar 90 sent Süd (1 litr) - 1 dollar 10 sent Kartof (1 kq) - 1 dollar 60 sentSoğan (1 kq) - 2 dollar 80 sentXiyar, pomidor (1 kq) - 4 dollarAlma (1 kq) - 3 dollar 40 sent Banan (1 kq) - 1 dollar 20 sent. Müsahibimizin sözlərinə görə, buradakı ərzaqların qiyməti bilavasitə benzindən asılıdır. Dünən maşınına benzin dolduran müsahibim deyir ki, 2,5 litrlik balona görə 1 dollar 60 sent ödəyib. 2 ay bundan əvvəl isə cəmi 1 dollar ödəyirmiş. Heç kim həftədə 40 saatdan artıq işlədilə bilməz! Müsahibim buradakı məvacib sisteminin bir-birindən xeyli fərqləndiyi üçün konkret rəqəm söyləyə bilmədi. Amma o, bizlərin ən aşağı saydığımız işçinin - süpürgəçilərin məvacibi barədə məlumat verəndə real mənzərə ortaya çıxdı. Müsahibimiz bildirdi ki, Merlin ştatının qanununa görə, burda işçi götürən iş sahibi onun saatına minimum 6 dollar 50 sent ödəməlidir: “Kimsə süpürgəçi kimi işə götürülübsə, onu həftədə 40 saatdan artıq işlədə bilməzlər. Bu işinə görə o, həftədə 300 dollar alır və bu, ayda 1200 dollar edir. Şənbə-bazar günü işləmək isə ikiqat artıq məvacib qazanmaq deməkdir”. Yazının girişində yazdığımız o fantastik telefon xərcinə də gəlirik. 5 dollara 1 saatlıq danışıq kartını deyirəm. Müsahibim istifadə etdiyi telefon üçün ayda 39 dollar ödəyir. Onu həm evdə, həm də maşında istifadə edir. Telefonla internetə girir, telefon ona kompas kimi yolu göstərir və sair. Qiyməti 800 dollar olan bu telefonu kampaniya ona 150 dollara verib: “Yoldaşımda, iki oğlumda və məndə telefon var, deməli, evdə 4 mobil telefondur. Ailə planı tarifindən istifadə edir və ümumi 100 dollar ödəyirik”. İnternet üçünsə ayda 30 dollar ödəmək kifayətdir ki, sutkada 24 saat limitsiz istifadə edə biləsən. Bəs filmlərdə gördüyümüz o bəh-bəhli restoranlar, kafelər? Orada nahar, şam əcnəbilərə neçəyə başa gəlir? Müsahibim danışır ki, kimsə hansısa restoranda banket təşkil etmək istəyirsə, adambaşı 50 dollar ödəməli və qonaqlarına içki də daxil olmaqla, 10-15 növ yemək təqdim edə bilər. Yox, əgər iki nəfər sanballı bir restoranda nahar etmək istəyirsə, cibində 50 dolları olması kifayətdir. Əslində yazının bu hissəsində son söz yazmalıydım. Amma son sözüm yoxdur. Kim deyir gəzməyə qərib ölkə? Elə yaşamağa da qərib ölkə... İnanmırsız, yazını bir də oxuyun.
44,051
07.12.2008 07:24
Ölkə
ƏLƏKRƏM HÜMBƏTOV HÖKUMƏTDƏN 14 MİN AVRO QOPARDI
Məlumatda bildirilir ki, Ələkrəm Hümbətov həbsxanada olan zaman onda vərəm xəstəliyi aşkarlanıb. İddiaçı bu xəstəlikdən müalicə olunmaq üçün müvafiq orqanlara müraciət etdiyini, lakin lazımi tədbir görülmədiyi üçün sağlamlığına zərər dəydiyini bildirib. Bundan başqa AİHM Ələkrəm Hümbətov barədə məhkəmə qərarından apelyasiya şikayəti üzrə prosesin ədalətli keçirilmədiyi qərarına gəlib. Qeyd edək ki, dövlətə xəyanətdə günahlandırılan Ələkrəm Hümbətov ölüm hökmünə məhkum edilib. Azərbaycanda ölüm hökmü ləğv olunduğuna görə, hökm ömürlük azadlıqdan məhrum edilmə cəzası ilə əvəzlənib. Daha sonra əfv olunan Ələkrəm Hümbətov vətəndaşlıqdan məhrum edilib. O hazırda Haaqada yaşayır.
44,052
07.12.2008 08:43
Siyasət
ƏLİ KƏRİMLİNİN EMİSSARLA MƏXFİ GÖRÜŞÜ
Saat təxminən 16 radələrində Əli Kərimlinin maşını restoranın dayanacağına daxil olub. Maraqlıdır ki, AXCP sədrinin maşınını ənənəvi olaraq onun Elxan adlı sürücüsü yox, mühafizə xidmətinin rəhbəri Kərim idarə edib. Ə.Kərimlinin yanında isə mənbəmizin tanımadığı başqa bir şəxs olub.Təxminən 6-7 dəqiqədən sonra Aydınlar Partiyasının Təşəbbüs Qrupunun sədri Qulamhüseyn Əlibəyli də həmin restorana gəlib. Qulamhüseyn bəyi isə keçmiş cəbhəçi və hazırda Aydınlar Partiyasında ikinci şəxs sayılan Qorxmaz İbrahimli müşayiət edib.Mənbənin dediyinə görə, hər iki siyasətçi təxminən 18 radələrində adıçəkilən restoranı tərk ediblər. “Nar çiçəyi”ni əvvəlcə Qulamhüseyn Əlibəyli, ondan bir neçə dəqiqə sonra Əli Kərimli tərk edib.Əldə etdiyimiz məlumatlara görə, Qulamhüseyn bəy AXCP sədri ilə görüşə xüsusi missiya ilə gəlib. Söhbətin əsas mövzusu hakimiyyət-müxalifət münasibətlərinin tənzimlənməsi ilə bağlı olub. Q.Əlibəyli keçmiş sədrini inandırmağa çalışıb ki, “Azadlıq” blokunda söz sahibi olan AXCP hakimiyyətin legitimlik məsələsində yumşalmalıdır. Belə olacağı təqdirdə bloka daxil olan AXCP, ALP, VİP qərargahla da təmin olunacaqlar. Etibarlığına şübhə etmədiyimiz mənbənin dediyinə görə, bu tip görüşlər əksər müxalif partiyaların liderləri ilə aparılır və aparılacaq. Bu görüşlərdə, bundan əvvəl yazdığımız kimi, daha ciddi emissarlar rol alırlar və kompromislərin çeşidi, təkliflərin səviyyəsi də daha yüksəkdir. *** Dünən aldığımız başqa bir xəbərə görə, iqtidar bir qədər əvvəl Rusiyada baş verən siyasi təmərküzləşməni Azərbaycanda da tətbiq etmək istəyir. Söhbət ondan gedir ki, bir qədər əvvələdək müxalif olan “Soyuz Pravıx Sil”, Demokratik Rusiya və “Pravovaya Rossiya” partiyaları qurultay keçirərək özlərini buraxdılar.Bundan sonra hər üç partiya “Pravovaya Rossiya” adı altında birləşdi... və Medvedyev hakimiyyətinin legitimliyini tanıdı. Maraqlısı odur ki, sözü keçən birləşmədən sonra Rusiyanın gerçək rəhbəri, Putinin sağ əli sayılan, ölkənin energetika oliqarxı Çubays, habelə ona yaxınlığı ilə tanınan sabiq Rusiya prezidenti Boris Yeltsinin qızı, milyonçu Tatyana Dyaçenko da “Pravovaya Rossiya”da təmsil olundular. Bir sözlə, Medvedyev-Putin hakimiyyəti özünə lazım olan müxalifəti formalaşdıra bildi. *** Mənbənin dediyinə görə, “birləşmə” məşhur rus polittexnoloqu, ölkəmizdə kifayət qədər yaxşı tanınan və mövcud iqtidarın da xidmətindən yararlandığı Modest Kolerovun “resepti” sayəsində mümkün olub və bu variantın indi Azərbaycanda da reallaşdırılması gündəmə gəlib. Söhbət prezident seçkilərinə qatılmış Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev və Qulamhüseyn Əlibəylinin rəhbərlik etdiyi BQP, BAXCP və Aydınlar Partiyasının vahid partiyada birləşməsindən gedir. İlkin ehtitmala görə, partiyanını adı Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası olacaq. Q.Əlibəylinin Əli Kərimli ilə görüşündə müzakirə edilən “legitimliyin tanınması” məsələsi alınmayacağı təqdirdə isə AXCP total hücuma məruz qalacaq və oradan transfer olunan tanınmış simalar yeni yaradılacaq partiyada təmsil olunacaq. *** Məsələnin ən maraqlı tərəfi isə budur ki, təxminən eyni proses iqtidar tərəfindən başqa müxalifət təşkilatları ilə də aparılır. Bu günlərdə millət vəkili Pənah Hüseyn tərəfindən irəli sürülmüş olduqca maraqlı bir layihənin də fəlsəfəsi demək olar ki, belədir; iqtidar müxalifət münasibətləri bir-birinin legitimliklərini tanıyaraq və ümumiyyətlə, bir-birini tanıyaraq yenidən formalaşdırılsın; İlham Əliyevin bu ölkənin prezidenti olması faktı qəbul edilsin; bunu qəbul etmək, yaxud etməməksə müxalifət düşərgəsində sərhəd ayrıcısına dönməsin! Dünənki sayımız da daxil olmaqla, “Yeni Müsavat” bu proses barədə bir neçə dəfə məlumatlar yayıb. Proses məxfi aparıldığından və media üçün heç bir rəsmi açıqlama verilmədiyindən, öz kanallarımızla əldə etdiyimiz məlumatlar böyük bir prosesin ayrı-ayrı fraqmentlərini açığa çıxarır. Diqqətli və təhlil etməyi sevən oxucularımız manşetlərdən yayınladığımız həmin yazıları oxuyublarsa, ümumi sürəc barədə özəl təxminlərini artıq formalaşdıra bilərlər. Prosesin məntiqi bundan ibarətdir ki, ölkəmizdə ciddi siyasi islahatlar aparmaq zərurəti gündəmdədir və iqtidar bu zərurətdən çıxış edərək, müxalifətlə anlaşmağa çalışır. Paralel olaraq, Dağlıq Qarabağla bağlı tarixi qərar qəbul edilməlidir; onun məsuliyyətini isə cəmiyyət və müxalifətlə bölüşmək zərurəti ortaya çıxıb. İqtidar müxalifətə yeni münasibət təklif edir; qarşılığını da istəməklə! “Məni tanı, qəbul et, səni tanıyım, qəbul edim və anlaşım...”! Burada eyni zamanda prezidentlik müddətinin və seçim dəfəsinə qoyulan senzin dəyişdirilməsi təklifləri də danışıqlar predmetidir... Başqa nüanslar və müzakirə masasına çıxarılmış təkliflər qəzetimizin dünənki sayında dərc edilən baş yazıda əksini tapıb. *** Qeyd edək ki, ölkənin ənənəvi müxalifəti funksionerləri beş ildən artıqdır ki, İlham Əliyevin ünvanına “prezident” ifadəsi işlətmirlər. Maraqlı həm də budur ki, daha problemli və nəticələri daha çox şübhə doğuran seçkilərdə iqtidar olmuş Ermənistanın rəhbərinə ölkəmizin müxalifəti tərəfindən “Ermənistan prezidenti” söylənir və bununla da onun legitimliyi etiraf olunur... *** P.S. Müxbirimiz yazıda adıçəkilən şəxslərlə əlaqə yaradaraq, xəbərə onların da münasibətini almaq təşəbbüsü göstərib. Ən müxtəlif səbəblərdən bunu etmək mümkün olmayıb. Mövzunu davam etdirəcəyik.
44,053
07.12.2008 08:45
Yazarlar
DEPUTATIN DEKABR TEZİSLƏRİ
Ancaq ölkəmizdə demokratiyanın mövcud olmamasının başlıca səbəbi gerçəkdən də budurmu?Ataların müdrik kəlamı var: “Balıq başdan iylənər”. Əgər demokratiyanın, qanunçuluğun mahiyyətini anlamağa cəmiyyətin səviyyəsi çatmırsa, bu, ilk növbədə, yuxarıların günahıdır. Cəmiyyət plastır kimidir, bacarıqlı hakimiyyət ondan düyülmüş yumruq da yapa bilər, sədəqə üçün açılmış əl də. Nə yazıq ki, bizim hakimiyyət ikinci varianta üstünlük verir. Digər tərəfdən, bir aksiomadır ki, dövlət məmurları öz fəaliyyətləri ilə cəmiyyətə sağlam örnəklər göstərmir, insanlara mənfi planda nümunə olurlar. Nazirlərin, komitə sədrlərinin korrupsiya və rüşvətxorluq, ən azı proteksionizm hesabına milyonçu, bəzi hallarda milyarder olduqları ölkədə xırda məmurlar da öz maddi rifahlarını rüşvətxorluq və kiçik miqyaslı maxinasiyalar hesabına təmin edəcəklər. Necə deyərlər, hərənin, Məmmədxanovun sevimli sözü ilə desək, öz merkantil maraqları var.Yazıda məşhur “toyuq əvvəl olub, yoxsa yumurta” dilemmasını xatırladan bir ifadə də var: “Bəs rüşvət verənlər kimlərdir?” Guya ki, rüşvət verənlər olmasa, rüşvət alanlar da olmaz. Bu, rüşvətxorlarla rüşvət verənlərin günahını eyniləşdirmək cəhdi olmaqla yanaşı, bilə-bilə yanlışlığa yol verməkdir. Ancaq hamımız bilirik ki, Azərbaycan tipli ölkələrdə dövləti idarə etmə mexanizmi yazılmış və yazılmamış qanunlarla elə qurulub ki, hər kəs özündən rütbəcə, vəzifəcə, səlahiyyətcə böyüklərə rüşvət, xərac verməlidir. Bütün fəaliyyəti, sənədləri qaydasında, qanunlar çərçivəsində olan hüquqi və fiziki şəxslər belə qıraqda qala bilməzlər. Rüşvətlə qidalanan oktapod (sprut) onları öz çox və uzun caynaqları ilə elə boğar ki, bir neçə günün içində müflis olarlar. Bütün müdaxilələrin mayasında bir tələb dayanır: xərac. Qazanan qazancını bölməlidir - budur dövlət məmurlarının dəyişməz prinsipi. Deputatın məqaləsində ünvanımıza atılmış xırda bir daş da var. Məmmədxanov yazır: “Özünü demokratik baxışların ifadəçisi sayan bir qəzet hər gün, təkrar edirəm, hər gün yazır ki, fövqəladə hallar və nəqliyyat nazirləri ya bir-birini döyürlər, ya da müxtəlif yaramazlıqlar törədirlər”. Doğrudan da nazirlərin əməlləri barədə ən çox yazan iki qəzetdən biri bizik. Ancaq bu, təkcə postları göstərilən nazirlərlə məhdudlaşmır, hər gün təhsil və səhiyyə sferasındakı neqativ hallardan da yazırıq, ordudakı əsgər ölümlərindən də, hüquq-mühafizə orqanlarının təcridxanalarında yol verilən işgəncələrdən də. Bir sözlə, hər gün, təkrar edirəm, hər gün ölkədə baş verən və ictimai-siyasi əhəmiyyət kəsb edən bütün hadisələrdən yazmağa çalışırıq. Həmin nazirlərin adı ona görə çox çəkilir ki, onlar daha çox işləyirlər - həm dövlətə, həm də özlərinə. Harda bir daş qaldırırlar, altından məhz həmin nazirlərin adamları çıxır. Bəli, bu ölkədə demokratiyanın bərqərarı üçün çox şey dəyişməlidir. Müxalifətdən əvvəl mövcud iqtidar öz idarəetmə fəlsəfəsini, stilini, xasiyyət və vərdişlərini dəyişməlidir. Ölkədə göz-görəsi sülalə rejimi qurulubsa, başqalarının dəyişməsini tələb etmək nə dərəcədə doğrudur? Həm də dissident klubları səviyyəsində olan müxalifət partiyaları dəyişərək nə etməlidirlər, özlərini feodalizm qayda-qanunları ilə yaşamağa məcbur etməlidirlər?Anar Məmmədxanovun yazısının sonunda futbol millimizlə Braziliya yığmasının oyununa dair gətirdiyi ironik təşbehə gəlincə, onu demək olar ki, Azərbaycan müxalifəti futbol yığmamızla müqayisə oluna bilərsə də, Azərbaycan iqtidarı Braziliya futbolçuları qədər səriştəli deyillər. Problem ondadır ki, bu iqtidar üçün heç bir oyun qaydası yoxdur, o, qaydasız döyüş ustasıdır, futbolu da, şahmatı da eyni qaydalarla oynayır - axırda qara fiqurlarla üç gediş (döymək, qovmaq, həbs etmək) edərək qalib gəlir. Xalid KAZIMLI
44,054
07.12.2008 08:51
Yaşam
SPİD-li XƏSTƏNİN EVLƏNMƏK HÜQUQU VARMI?
Məsələnin aktuallığını nəzərə alıb HİV virusu, onun yayılma yolları, həmçinin bu qorxunc xəstəliyə yoluxan insanlar barədə növbəti dəfə yazmağı qərara aldıq. Səhiyyə Nazirlyi nəzdində fəaliyyət göstərən QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Səbinə Babazadə müxbirimizlə söhbətdə bildirdi ki, HİV virusu qanla və bu virusa yoluxmuş anadan uşağa keçə bilər: “Bu viruslu xəstələr haqqında məlumat mərkəzdə anonim saxlanılır. Belə xəstələrin pulsuz müayinə və müalicə almaq hüququ var. Mərkəz onlar üçün bu şəraiti yaradır”. Həkimin sözlərinə görə, 2008-ci il dekabrın 1-nə olan məlumata əsasən Azərbaycanda 1771 qeydiyyatdan keçmiş HİV müsbət viruslu xəstə var. O bildirdi ki, HİV virusu QİÇS mərhələsinə keçənə qədər diskortant ailələrin (yəni 1 tərəf bu virusa yoluxan cütlüklər) mərkəzdə anonim kabinetdə hər cür kömək alırlar: “Biz qeydiyyatda olmayan insanlara da kömək edirik. Mərkəzin psixoloqları, həkimləri onlarla mütəmadi danışıqlar aparır, yoluxma yollarını izah edirlər. Bildiyimiz kimi, diskortant ailələrin uşaq dünyaya gətirmək imkanları məhduddur”. Səbinə Babayeva belə halllarda xarici ölkələrdə spermanın təmizlənməsi ilə həmin ailələrin uşaq dünyaya gətirmək şanslarının olduğunu vurğuladı: “Bu proseduru etmək imkanımız yoxdur. Biz yalnız HİV viruslu şəxsləri QİÇS mərhələsində antiretrovitus terapiyası ilə QİÇS-in yükünü azaltmağa çalışırıq”. “Hüquqi Dövlət” Araşdırmaları forumunun rəhbəri Müzəffər Baxışov nikah bağlandıqdan sonra HİV virusu aşkarlandığı halda həmin nikahın hüquqi cəhətdən etibarsız sayılması üçün qarşı tərəfin məhkəməyə müraciət etmək hüququnun olduğunu dedi: “Ancaq nikaha qədər bir tərəfin digər tərəfdən yoxlamadan keçməsini tələb etmək hüququ yoxdur. Könüllü olaraq bu və ya digər tərəf HİV virusu testindən keçə bilər”. Hüquqşünasın sözlərinə görə, əgər HİV müsbət viruslu şəxs digər şəxsi yoluxdurubsa, həyat yoldaşı olub-olmamasından asılı olmayaraq yoluxdurulan tərəf qarşı tərəfi Cinayət və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun cərimə etdirə və cəzalandıra bilər. Ailə Məcəlləsinin 13.3 maddəsinə əsasən zöhrəvi xəstəliyi olan şəsx bunu qarşı tərəfdən qəsdən gizlədirsə, onun barəsində müvafiq cəza tədbirləri görülə bilər. Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə HİV virusu üçün analizin anonim saxlanmasının mühüm olması fikrindədir: “HİV virusu daşıyıcısı ailə quracağı şəxsə məlumat versə yaxşıdır. Çünki bu, sabah uşaqda aşkar oluna bilər. Ona görə də hər iki tərəf qorunmalıdır”. Onun sözlərinə görə, indi ailə quran tərəflərin valideynləri əks tərəfin sağlamlığı haqqında məlumat toplamağa çalışır: “Aydındır ki, belə bir informasiya əldə olunan halda gələcək gəlinin valideynləri cəmiyyət tərəfindən göstərilən təzyiq nəticəsində nikahın baş tutmasına hər vəchlə mane olacaqlar. Bu sahədə cəmiyyətdə kifayət qədər məlumatlandırma və maarifləndirmə zəifdir. Cəmiyyət belə ailələri qəbul etməyə hazır deyil. HİV daşıyıcısı da adi normal insandır”. Psixoloqun fikrincə, bu sahədə cəmiyyətlə intensiv işləmək nəticə verə bilər.
44,055
07.12.2008 07:51
Mədəniyyət
“DİQQƏT CƏLB ETMƏK ÜÇÜN SOYUNMAQ YOX, ZÖVQLƏ GEYİNMƏK LAZIMDIR”
Hər il dünyanın tanınmış modelyerlərinin təqdimatında sadə, klassik, ekstravaqant üslubda geyimlər nümayiş etdirilir və insan beyninin yeni fantaziyaları sərgilənir. İtalyanların geyimlə bağlı məşhur bir kəlamı var. Onlar deyirlər ki, ətrafdakıları cəlb etmək üçün soyunmaq yox, zövqlə geyinməyi bacarmaq lazımdır.Modanın inkişafı nəticəsində bir-birinə zidd olan müxtəlif nəzəriyyələr mexaniki olaraq birləşir. Məsələn, cins şalvarları idman stilində olan ayaqqabı və klassik kostyumla geyinmək mümkündür.İllər ötdükcə zövqlər də dəyişir, geyimlər də. Antik dövrlərdən bəri üzübəri dövrə ani nəzər salsaq geyimlərin nə qədər təkamül keçdiyinin şahidi olarıq. Adəm və Həvvanın ilk geyim kimi istifadə etdiyi əncir yarpaqlarını sonradan isti heyvan dəriləri əvəz etdi. Toxuculuq ixtira olunandan sonra geyimin əsasını təşkil edən dəri paltarlar öz yerini toxunma parçalara verdi. Qədim dövrün texniki imkanları indiki qədər geniş olmasa da, o zamanın “dərziləri”nin bacarıqlarını uğurlu hesab etmək olar. Tarixi mənbələrin birində deyilir: “Hindlilərin toxuduğu parçalar elə zərif idi ki, onları üzükdən də keçirmək olardı”. Qalstuk necə yarandı? Geyimin əsas elementlərindən biri də qalstukdur. Mütəxəssislər iddia edirlər ki, dünyanın əksər kişilərinin yaxalığa bağladıqları kətan parçasının tarixçəsi 400 il bundan öncəyə gedib çıxır. Bu gün qalstuk kişi qiyafəsinin atributuna çevrilib. Eleqantlıq və yüksək mədəniyyət rəmzi olan bu geyim növü ciddi və işgüzar insanların simvoludur desək yanılmarıq. İngiltərədə ta qədimlərdə kişilər səhər yeməyinə mütləq qalstuk taxaraq oturardılar. Həmin qalstuklar 16-cı əsrdə “yaylıq” formasında idi. Onu yaxaya taxaraq uclarını boyunun arxasında fırladıb yenidən önə gətirər və sinə hissədə düyün vurardılar. 18-ci əsrin sonları 19-cu əsrin əvvəllərində qalstuk-bant peydə oldu. Onu ağappaq rəngli, uzun, qatlanmayan boğazlı köynəklərlə taxardılar, qalstukun uclarını isə jiletin altında düyün vuraraq gizlədərdilər. Elə həmin əsrdə romantik əhval-ruhiyyənin təsiri altında “a-lya Bayron” adı almış qalstuklar dəbə düşdü. 1860-cı ildən isə kişilər düyməli köynəklər geyməyə başladılar. Düymələri isə görünməmək üçün əksər vaxt qara, bəzən isə zolaqlı, dar və uzun qalstukla örtərdilər.20-ci əsrin əvvəlində “kəpənək” qalstuk dəbə mindi. Onun yaranma tarixini Puççininin “Madam Baterflyay” operasının premyerası ilə əlaqələndirirlər. O zaman böyük səs-küy yaratmış operanın musiqisini ifa edən simfonik orkestrin bütün üzvləri məhz “kəpənək” qalstukda tamaşaçıların qarşısına çıxmışdılar. Və nəhayət, 1924-cü ildə toxucu Ces Lenqedorf kətanın üç hissəsindən ibarət hazırkı müasir qalstuku ortaya çıxarır. Aradan 12 il keçir və çox mühüm bir ziyafətə tələsən Vindzor Hersoqu öz qalstukunu tələm-tələsik bağlayaraq çağırıldığı yerə yollanır. Onun tələm-tələsik vurduğu düyün indi ən sadə və geniş yayılmış “vindzor” düyünüdür.Ancaq artıq bir müddətdir ki, Qərbdə, elə ABŞ-da da qalstuk - əleyhinə bir kampaniya müşahidə olunur. Qalstuku mühafizəkarlıq elementi kimi qəbul etməyə başlayan bir sıra Qərb ölkələrində isə hətta bununla bağlı sosioloji sorğular da keçiriblər. Və bu sorğuların nəticələrinə görə, qalstuklu kişilər bir çox ölkələrdə müxtəlif cür qəbul edilir. Belə ki, fransızlar qalstuk taxanların həddən artıq xırdalığa varan, amerikalılar həddən ziyadə ciddi, norveçlilər isə yalana meylli olmalarını vurğulayırlar. Sorğuda iştirak edənlər yekdil olaraq bu geyim növündə onları ən çox “rəsmiyyətin” narahat etdiyini bildiriblər. Avropada da artıq kommunizm kabusu deyil, başqa bir deviz dolaşır: “Qalstuka və cinsə yox deyək!”.Amerikalı klerklər, ingilis sahibkarlar, Skandinaviya bankirləri bu gün məhz qalstuksuz kostyum və ya sadəcə parlaq köynəklə adi şalvar geyməyə üstünlük verirlər. Ancaq nə qədər qəribə olsa da, qalstukun ən qatı əleyhdarı köhnə adət-ənənələrin qorunub saxlandığı, dünyanın ən mühafizəkar dövləti olan Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrdir. Britaniyanın keçmiş hökumət rəhbəri hakimiyyətinin son illərində öz iqamətgahında “qalstuksuz” qəbullar keçirib. Bir çox ingilisin dediyinə görə, onları kimsə qalstuk taxmağa məcbur etməsə də, tərbiyələri ondan imtina etməyə imkan vermir. Londonda keçirilən sorğuda respondentlərdən biri Cefri Xoli qalstuk taxmağın birbaşa tərbiyə ilə bağlı olduğunu deyir: “Uşaqlıqdan elə tərbiyə olunmuşam ki, qalstuksuz kişi mənə çılpaq görünür”. Artıq İngiltərədə ən mötəbər ziyafətlərə belə qalstukla getmək heç də vacib deyil. Əksinə, bu cür yerlərə qalstuk taxıb gedən insana hətta çəp də baxa bilərlər... Bəs Azərbaycanda qalstuklarla bağlı vəziyyət nə yerdədir? Apardığımız müşahidələr onu göstərir ki Azərbaycanda qalstukdan istifadə edənlərin əksəriyyəti orta və yaşlı nəslin nümayəndələridir. Paytaxt Şohinqlərində demək olar ki, göy qurşağının bütün rənglərində qalstuk tapmaq olar.Tarixi mənbələrdə ən qədim düymələrin 4-cü yüzillikdə yunan döyüşçülərinin geyimini bəzədiyi qeyd edilib. Avropada düymə uzun müddət itəndən sonra 17-ci əsrdə yenidən görünməyə başlayıb. İlk dəfə düymənin Avropaya Makedoniyalı İsgəndərin Şərqə yürüşündən sonra gətirildiyi güman edilir. Azərbaycanda da arxeoloji qazıntılar zamanı sümük düymələrə rast gəlmək olur.Şərq ölkələrində düymənin tarixi antik dövrlərə gedib çıxır. Həmin dövrə aid qızıl, gümüş, sədəf, firuzə, əqiq, fil dişindən olan düymələr geniş yayılıb. Düymə yaxanı bağlamaq funksiyasından başqa həm də bəzək elementi kimi istifadə olunub. 18-ci əsrdə kişilər üçün düymələr əsasən, Parisdə düzəldilirdi. Qadın paltarları üçün düymələr 19-cu əsrdə meydana gəldi. Qadınları bir qayda olaraq kənizləri geyindirdiyindən onlara rahat olsun deyə düymələri qulluqçulara görə sağ tərəfə düzməyə başladılar. O vaxtdan düymələr kişi paltarlarında sol, qadın paltarlarında isə sağ tərəfə tikilib. Moda 70-ci illərə qayıdır Tanınmış modelyer Fəxriyyə Xələfova APA-ya verdiyi açıqlamasında mövsümün əsas yeniliyinin köhnə geyim üslubuna qayıdış olduğunu bildirib: “Keçən illərə nəzər salsaq, çiyinlərin daha az həcmli, romantik üslubda olduğunu görürük. Amma bu mövsümdə çiyinlərin cizgisi daha sərtləşib və onun həcmi daha böyükdür. Bu bizdə nostalji hisslər yaradır və 70-ci illərin dəbini xatırladır. Biz o illəri xatırlasaq, kəsimlərdə çiyinlərin uzunluğuna və çiyin kəsimlərinə daha çox yer verildiyini görəcəyik. Plaş və paltodan istifadə olunarkən isə uzunluq maksi olmalıdır. Ümumiyyətlə, payız və qış ayları üçün belə bir şüar var ki, geyimlər ya mini, ya da maksi olmalıdır. Adətən midi uzunluğu trapesiya kəsimi ilə ifadə olunur və bu gün plaş və paltolar həddindən artıq uzun təqdim olunacaqlar. Şalvarlar belə palto və plaşlardan cəmi bir neçə santimetr görünəcək. Bu yenə də retro üslubun stilizasiyasıdır”.F.Xələfova qadınlara daha çox boz, tünd mavi rəngli geyimlərə üstünlük verməyi məsləhət görüb: “Onların arasında ən aktual rəng buludlu səma rəngi olacaq. Bununla da paralel olaraq yaşıl, mavi və ya qırmızı rənglər üstünlük təşkil edəcək ki, bu rənglərə tərəfdaş olaraq qara rəng daha çox uyğun gələcək”.F.Xələfova qısa və dar, dörd düymədə bağlanan pencəklərin üstünlük təşkil edəcəyini deyib. Ətəklərə gəldikdə isə, karandaş üslublu, yəni dar düz və qatlı ətəklər yenidən populyar olacaq. Hər qış mövsümün ziyafət geyimləri həm parça, həm də forma və rəng baxımından yay mövsümündən fərqlənəcək: “Atlaslar çox populyar olacaq. Ziyafət geyimlərində rəng çalarları boz metal və qırmızı rəngdə daha aktual olacaq. Ümumiyyətlə, ziyafət geyimlərində idman üslubunda elementlər də əskini tapacaq. Payız və qış mövsümündə əlcəklər qarderobun vaz keçilməz hissəsinə çevriləcək. Əlcəklər sadəcə soyuqdan qorunma funksiyasına görə deyil, həm də geyimi tamamlayan bir vasitə kimi istifadə olunacaq. Bir zamanlar dəbdə olan toxunma uzun şərflər bu ilin də modasında öz yerini tutacaq. Bir sözlə, əlcək və şərflər bu mövsümün ən hit elementinə çevriləcək”. Kişi geyimlərində mövsümün hiti kimi açıq çəhrayı, açıq mavi, ağ və tünd rənglərdə olan köynəkləri qeyd edən modelyer əsasən ingilis üslubunun dəbdə olacağını və bu kişi geyimlərində də 60-70-ci illərin elementlərinin öz əksini tapacağını qeyd edib. Sonda onu da qeyd edək ki, geyim insan həyatının əsas şərtlərindən biridir. Amma ən əsas şərt yaraşanı geyinməkdir.
44,056
07.12.2008 08:55
Dünya
RUSİYA PATRİARXI KİM OLACAQ?
Bildirilir ki, gələn il 80 yaşı tamam olacaq II Aleksinin dəfni üçün bir neçə yer nəzərdə tutulurdu, lakin sonda Boqoyavlenski qəbiristanlığı seçilib. Patriarxla vida mərasimi dünən axşamdan Moskvadakı Xilaskar İsa məbədində başlayıb. Onun tabutu patriarxın Peredelkinoda yerləşən rezidensiyasında xaçlama mərasimindən sonra məbədə gətirilib. II Aleksi ilə vidalaşmaq üçün Rusiya prezidenti Dmitri Medvedyev başda olmaqla dövlət və hökumət rəhbərləri də gəliblər.II Aleksinin vəfatı haqda xəbəri Hindistanda səfərdə olarkən alan prezident Medvedyev oradan İtaliyaya nəzərdə tutulmuş səfərini təxirə salaraq Moskvaya dönüb. O Hindistana səfər proqramını da ixtisar edib. Patriarxın vəfatı ilə bağlı dünya liderləri Rusiya prezidentinə başsağlığı mesajları göndərirlər. ABŞ prezidenti Corc Buşun adından yayılan mesajda deyilir ki, II Aleksi rus kilsəsinə Rusiyanın keçid dövrünə daxil olduğu bir vaxtda rəhbərlik etməyə başlayıb və onun dövründə Rusiyada dinə inam kommunizm dövrünün dəhşətli repressiyalarından sonra görünməmiş sürətlə bərpa olunub. 2-ci Aleksinin ölüm səbəbləri rəsmən hələ açıqlanmayıb və mətbuatda bu barədə müxtəlif versiyalar yayılır. Belə versiyalardan birinə görə patriarx avtomobil qəzasında həlak olub. Lakin Moskva patriarxlığı bu məlumatı qəti təkzib edərək II Aleksinin ölüm səbəbinin tezliklə rəsmən açıqlanacağını bildirib. “RİA Novosti” agentliyi isə patriarxın ürək çatışmazlığından vəfat etdiyini xəbər verib. Son illər o, ürəyin işemik xəstəliyindən əziyyət çəkib, bir neçə dəfə infarkt və insult keçirib. Dekabrın əvvəllərində o, Almaniyadan müalicədən dönübmüş. Dekabrın 5-də səhər onun vəziyyəti pisləşib və həkimlər çağırılıb. Lakin patriarxın ürəyi artıq dayanıbmış.II Aleksinin ölümündən sonra onun yerini kimin tutacağı mübahisə mövzusudur. Rusiya pravoslav kilsəsinin nizamnaməsinə görə yeni patriarx 6 ay ərzində seçilməlidir. Bu müddət ərzində II Aleksinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcəklər. Müşahidəçilərə görə, II Aleksinin yerinə potensial dörd namizəd var. Bunlar Ümumbelarus patriarxı Filaret, Moskva patriarxlığının idarə rəisi mitropolit Kirill, həmin qurumda işlər idarəsinə rəhbərlik edən mitropolit Klement, Rusiya patriarxlığı yanında komissiya rəhbəri, mitropolit Poyarkovadır. Bəzi məlumatlara görə, mitropolit Kirill və Klement arasında ziddiyyətlər var. Mitropolis Klement II Aleksini 2005-ci ildə Azərbaycana səfər zamanı müşayiət edib. Mitropolit Kirill isə 2-ci Aleksidən sonra ikinci adam hesab edilirdi. O, dəfələrlə Roma Papası ilə görüşüb, pravoslav və katolik kilsələri arasında dialoqun qurulmasına çalışıb. Mitropolit Klementdən fərqli olaraq qatı mühafizəkar deyil və dünyəvi dəyərlələ xristan dini arasında uzalaşmanın tərəfdarıdır.
44,057
07.12.2008 07:20
Astrologiya
ULDUZ FALI
QOÇ - Ovqatınıza zidd olan Ay bürcünüzə girdiyindən bəzi məsələlərdə, ələlxüsus da pul barədə ehtiyatlı olmalısınız. Günortadan sonra nüfuzlu və etibarlı adamlarla görüşməyiniz vacibdir. BUĞA - Bazar günü olsa da, yalnız işgüzarlığınızı artırmalı, ötkəm olmalısınız. Yeni işlərə başlamaq haqqında sövdələşmələr aparın. Çünki bu addım böyük perspektivlərdən xəbər verir. ƏKİZLƏR - Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz də gözlənilir. XƏRÇƏNG - “Əkizlər”lə sizdə təxminən eyni proqnoz olduğundan onlara yazılan tövsiyələri də gözdən keçirin. Sizdə bu proseslər daha çox nahardan sonraya təsadüf edəcək. Axşam qonaq gedin. ŞİR - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin. QIZ - Dekabrın bu ilk bazarı hamıdan çox sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz. TƏRƏZİ - Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər. ƏQRƏB - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin. OXATAN - Axşam saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməlisiniz. OĞLAQ - Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin. SUTÖKƏN - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələn həftə görəcəyiniz işləri indidən planlaşdırın. Uzaq səfərə çıxmağı isə təxirə salın. BALIQLAR - Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.
44,058
07.12.2008 07:53
Ölkə
GORANBOYDA MÜDHİŞ HADİSƏ
Goranboy rayonunda məmurlar iki azyaşlı uşaq anası Aynur Alverdi qızı Verdizadənin başına elə bir oyun açıblar ki, elə bil konstitusiyası, məhkəmə sistemi olan bir respublikada yox, sanki anarxiyanın hökm sürdüyü ölkədə yaşayırsan. Dünən iki azyaşlı körpəsi ilə redaksiyamıza gələn Aynur xanımı dinlədikcə ilk fikirləşdiyim bu oldu ki, yox, bu artıq nə məmur özbaşnalığıdır, nə də insan hüququnun pozulması. Bunun bir adı var və rusca daha yaxşı səslənir: BESPREDEL. *** Goranboy rayonu Civəzadə güçəsi ev 9, mənzil 8-də qeydiyyatda olan Aynur Verdizadə uzun müddət Moskvada işləyir, həm balalarını, həm də anasını dolandırır. Nəhayət, qürbət həyatından bezən Aynur 2006-ci ilin oktyabrında vətənə qayıdır. Moskvada yaşadığı illər ərzində bir qədər pul toplayıb anasına göndərir ki, ona başqa yerdə həyət evi tiksinlər. Amma həmin pul evin tikintisinə kifayət etmir. Belə olan halda Aynurun ahıl yaşda olan anası Sücayət İsgəndərova pul axtarmağa başlayır. Sücayət xalanın pul axtarmağından xəbər tutan Sayad Yusifova adlı şəxs evi almaq qərarına gəlir. S.İsgəndərovanın yola gətirən S.Yusifova evə çox ucuz qiymətə təklif edir. Sücayət xala isə bildirir ki, qızının icazəsi olmadan evi satmaq istəmir, həm də evin satılması üçün burda qeydiyyatda olan şəxslərin də razılığı olmalıdır. S.Yusifova isə ona bildirir ki, narahat olmasın o, Goranboy şəhər Mənzil İstismar sahəsinin rəisi Habil Əmrahovla danışıb, o lazımi arayışı verəcək. Belə də olur. MİS rəisi Habil Əmrahov qeydiyyatda olan Aynur Verdizadənin, həmin mənzildə qeydiyyatda olan onun bacısının razılığı və ərizəsi olmadan arayış verir. Verilən arayışa əsasən, alqı-satqı müqaviləsini rayon Notarial Kontorunun rəisi Aydın Rüstəmov də təsdiq edir. Və nəticədə adıçəkilən mənzil Sayad Yusifovaya satılır. Hadisəyə necə deyərlər, vaqe olur 2005-ci ilin oktyabrında.2006-cı ilin oktyabrında isə Aynur Goranboya qayıdır. Və məlum olur ki, ondan xəbərsiz, heç bir razılığı olmadan qeydiyyatda olan evi satılıb. Bundan sonra Aynur xanım mənzilin ondan xəbərsiz satıldığına görə, Goranboy Rayon Məhkəməsinə müraciət edir. Absurdluq o dərəcəyə çatır ki, Goranboy Rayon Məhkəməsi iddianı rədd edir və Sayad Yusifovanın xeyrinə qərar çıxarır. A.Verdizadə də boş dayanmır. Gəncə Şəhər Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına müraciət edir. Məhkəmənin çıxardığı qərar isə onun xeyrinə nəticələnir. Qərarda qeyd olunur ki, Aynurun anası İsgəndərova Sücayət ilə Yusifova Sayad arasında bağlanmış 17 may 2006-ci il tarixli 252141 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. Habelə S.Yusifovanın adına verilmiş “kupça” da qüvvədən düşsün. Qərara görə, Yusifovaya verilmiş 13.500 manat da geri qaytarılsın, qətnamənin alqı-satqı müqaviləsinin ləğvi, qeydiyyat vəsiqəsinin və texniki pasportun etibarsız hesab edilməsi və alqı-satqı zamanı verilmiş pulun alınması eyni vaxta təsadüf etsin.Məhkəmənin qərarı ilə A.Verdizadə 13.500 manat pulu geri qaytarır və məhkəmə qərarlarını icra edən Faiq və Mehdi adlı şəxslər bildirir ki, “kupça”nı geri verilməsini təşkil etsinlər.Elə əsl mərəkə də bundan sonra baş verir. Məhkəmənin qərarı nəinki icrə olunur, onu heç saya da salmırlar. Qarşı tərəf daha yuxarı instansiyaya müracit edir və necə deyərlər “qalib” gəlir. Və bu “qalibiyyət”dən sonra o da məlum olur ki, Verdizadə və onun qeydiyyatda olduğu mənzildəki sakinlər oranı dərhal boşaltmalıdırlar. Amma Mülki Məcəlləyə uyğun bu prosedurun baş tutması sadəcə mümkün deyil. Ona görə yox ki, A.Verdizadənin himayəsində iki azyaşlı uşaq var. Söhbət həm də ondan gəlir ki, axı Verdizadənin özünün də yenidən Apellyasiya şikayəti vermək haqqı var.Amma Azərbaycan qanunları, deyəsən, Goranboyda qüvvədə deyil. Üç gün əvvəl başda məhkəmə qərarlarının icrası ilə məşğul olan Faiq Əmrahov və Mehdi Zeynalov göstərilən ünvana gəlirlər. Onlarla birgə evin guya gerçək sahibi Sayad Yusifova da əraziyə təşrif buyurur. “Yerli polislər, icraçılar, Yusifovanın yaxınları bizə hücuma çəkdilər. Qapıları bağlamışdıq. Aça bilməyəcəklərini görüb evə alışqan maddələr atdılar. Evdə isə mənim və baçımın iki uşağı vardı. Yanğının şiddətləndiyini görüb özümüzü birtəhər bayıra atdıq. Azca keciksəydik uşaqlar diri-diri yanacaqdı”-deyir Aynur Verdizadə.Və onu də əlavə edir ki, hazırda qeydiyyatda olduğu evi tam yanıb və iki azyaşlı uşağı ilə çöldə qalıb.“Mən məhkəmələrin ədalətinə inanmaq istəyirəm. Amma görünür ki, yanılıram. Ona görə də prezidentə, onun xanımı Mehriban Əliyevaya müraciət edirəm. Allahı sevərsiz, mənə kömək edin. Məni yurdsuz-yuvasız qoymayın”.Yeri gəlmişkən, gələn həftə A.Verdizadə Bakıda başına gələnlərlə bağlı mətbuat konfransı keçirəcək.
44,059
07.12.2008 07:20
İdman
“TENERİFE” VƏ “QRASSHOPERS” DƏ RƏŞAD SADIQOVU İSTƏYİR
Onun sözlərinə görə, “Valyadolid” klubunun maraq dairəsində olan müdafiəçiyə İspaniyanın aşağı dəstə təmsilçiləri də göz qoyub: “Rəşadın İspaniyaya yollanmaq variantı ilə bağlı ilk olaraq aşağı divizion klubları ilə əlaqəyə girdik. Bundan sonra ”Valyadolid" rəhbərliyinə yol tapdıq və onlar baxışa gəlmək variantına razı oldular. Bunun üçün ispanlar peyk antenasında milli komandamızın Albaniya ilə yoldaşlıq görüşünü izlədilər. Aşağı divizionda çıxış edən “Tenerife”, “Elçe” və “Albasete” klubları da Sadıqovla maraqlanır. Onlar Rəşada “Valyadolid”in düşərgəsində baxacaqlar". Yığmamızın 26 yaşlı üzvünə Avropanın digər ölkələrindən də dəvətlər gəldiyini deyən K.Məmmədov bunları bildirib: “İsveçrə və Yunanıstanın yüksək liqasında çıxış edən ”Qrasshopers" və OFİ də Rəşada maraq göstərir. OFİ futbolçumuza baxışa gəlməyi təklif etsə də, bunu qəbul etmədik. İsveçrəlilərin variantı isə gündəmdə qalıb. Belə ki, “Qrasshoppers” də Rəşada baxmaq üçün “Vaydadolid”ə etdiyi müraciətinə müsbət cavab alıb. Həmin vaxt onların da nümayəndəsi orada olacaq. Mən İspaniyaya viza almışam. Rəşadın da buna sahib çıxmasını gözləyirəm. Gələn həftə bu məsələ yoluna qoyulandan səfərə çıxmağı planlaşdırmışıq". R.Sadıqov həmişə “Neftçi”yə bağlı olduğunu qeyd etməklə yanaşı ölkə xaricində legioner həyatı yaşamağın çox böyük üstünlük olduğunu qeyd edib (qol.az): “Hər yerdə oynamağı bacararam. Mənə şans vermək lazımdır”.
44,060
07.12.2008 07:27
Media
DÖYÜLƏN JURNALİST MƏTBUAT ŞURASINA MÜRACİƏT ETMƏYİB
Xatırladaq ki, hadisə ATV kanalında yayımlanan “El içində” verilişinin çəkilişi zamanı baş verib. Jurnalistin “Sizə Abel Məhərrəmovun qardaşı sponsorluq edibmi” sualını təkrarən verməsi müğənnini qəzəbləndirib. V.Məhərrəmli V.Kamiloğlunu təhqir edib və yumruqla vurub. Hadisəyə Mətbuat Şurası yetkililərinin də münasibətini öyrəndik. Jurnalistin döyülməsilə əlaqədar şura hər hansı tədbir görmək istəyirmi?Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin sözlərinə görə, döyülən jurnalist MŞ-ya müraciət etməyib: “Əgər bizə müraciət olunarsa, müvafiq qurumlar qarşısında məsələ qaldıra bilərik”.İcraçı katibin fikrincə, bəzi jurnalistlər qeyri-peşəkar olduğu üçün özlərini hədəfə çevirirlər: “Bütün məsələləri normal səviyyədə, sivil qaydada, danışıqlar əsasında həll etmək mümkündür. Mən hesab edirəm ki, jurnalist həm də psixoloq olmalıdır, müsahibini tanımalıdır və ona sualı elə şəkildə verməlidir ki, özünü hədəfə çevirməsin. Amma hazırda, xüsusən şou-biznes sahəsində elə vəziyyət yaranıb ki, jurnalistlər də hadisə, qalmaqal yaratmağa meyllənir. Həm də bəzən jurnalist işlədiyi mətbu orqanın təhrikçiliylə də bunu edir və belə xoşagəlməz hadisələr olur. Mən 1990-cı illərin ortalarında elə redaktorlar tanıyırdım ki, onlar rəhbərlik etdiyi redaksiyada müəllimlik funksiyasını da yerinə yetirirdi. Məsələn, öz əməkdaşını bir obyektə göndərəndə deyirdi ki, filan yerdə səni çox soyuq qarşılaya bilərlər, bu zaman hansı addımı atmalısan, müsahibini danışdırmaq üçün hansı sualdan başlamaq lazımdır və sairə. Bəzən bir suala cavab almaq üçün jurnalist çox çalışmalı olur. Obyekt barədə qabaqcadan araşdırma aparmalı, faktlar əldə etməli, çox məlumatlı olmalıdır ki, sualına düzgün cavab ala bilsin. Ona görə də hər bir sahə üzrə jurnalistlərin peşəkar olması vacibdir”.
44,061
07.12.2008 07:31
Mədəniyyət
İLHAMƏ CAVAN MÜĞƏNNİLƏRİ TƏHDİD EDİR?
İlhamə Quliyevanın mətbuat katibi isə ittihamlara belə cavab verib: “İlhamə xanımın vəkili Şəfiqə Nağıyeva qarşı tərəf barədə bir sıra iddialar qaldırıb. O, İlhamə xanımın ünvanına dediyi təhqir dolu ifadələri məhkəməyə təqdim edib. Hələ qarşıda Sərxan Kərəmoğlunu acı günlər gözləyir” deyə bildirib. FİRƏNGİZ MÜTƏLLİBOVA 8 KİLO ARIQLAYIBHələ bir il öncə artıq çəkidən xilas olmağı qarşısına məqsəd qoyan xalq artisti Firəngiz Mütəllibova asan üsul seçib. Həkim bıçağı altına düşməmək üçün aktrisa ötən ildən bəri 2 saat olmaqla trenajorla məşğul olur və özünü bir çox təamlardan məhrum edib: “İdmandan 2 saat əvvəl və sonra heç bir qida qəbul etmirəm. Qida rasionuma isə tutumlu məhsullar daxil deyil. Meyvə-tərəvəzə üstünlük verirəm. Dostlarımın fikrincə, bu çəkidə daha cavan və gümrah görünürəm. Baxmayaraq ki, əvvəlki illərdə çəkim mənə əziyyət verəcək qədər çox olmayıb". Aktrisa onu da bildirib ki, idmanla məşğul olandan bəri 8 kilo çəki itirib. O, bu rəqəmi ən azından 10-a çatdırmaq fikrindədir. Xəbərləri Nigar hazırladıNamiq Aygünə verdiyi vədə əməl etmirO, həmkarı ilə evlənmək qərarını qətiləşdirmir Meyxanaçı Namiq Qaraçuxurlu, şəxsi həyatında dəyişiklik etməyi düşünmür. 30 illik yubileyində valideynlərini ilk dəfə Aygün Kazımova ilə tanış etdikdən sonra o, yarızarafat-yarıgerçək belə bir açıqlama vermişdi: “Aygün xanımla 2010-cu ildə ailə həyatı quracağam”. Lakin indi o başqa cür düşünür. Onun fikrincə, evlənmək insanın içindən gəlməlidir, buna plan kimi baxmaq olmaz: “Evlənmək vaxta baxmır. Lap 40 yaşında olum, əgər içimdən gəlmirsə, nikah masasına otura bilmərəm. Mən bütün işlərimi məcburi qaydada deyil, həvəslə, ürəkdən gələrək edirəm”.Meyxanaçının 6 il əvvəl evli olduğu və sonradan bu birliyə son qoyduğu barədə fikirlərin isə onu narahat etmədiyini deyib: “Şəxsi həyatımı yaradıcılığımdan önə çəkmək istəmirəm”. MƏNSUM İBRAHİMOV TÜRKİYƏDƏ KONSERT VERİBAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov Türkiyənin İzmir şəhərində konsert verib. O, konsertdə Niyazinin “Rast” simfonik muğamını ifa edib. Bu barədə APA məlumat yayıb. M.İbrahimov konsertin İzmir Mədəniyyət Sarayında simfonik orkestrin iştirakı ilə keçirildiyini deyib. M. İbrahimovu musiqiçiləri Elçin Həşimov və Elnur Əhmədov müşayiət ediblər. Konsertdə İzmir Simfonik Orkestrini azərbaycanlı dirijor Yalçın Adıgözəlov idarə edib. M.İbrahimov konsert proqramının dekabrın 7-də TRT-2 telekanalı ilə yayımlanacağını söyləyib. Konsertdən sonra Türkiyənin bir sıra şəhərlərinə dəvət aldıqlarını bildirən M. İbrahimov həmin təklifləri dəyərləndirəcəyini vurğulayıb.
44,062
08.12.2008 06:52
Ölkə
HAKİMİYYƏT AVROPA MƏHKƏMƏSİNİN TƏLƏBİNƏ MƏHƏL QOYMUR
Vəkil bildirib ki, Avropa Məhkəməsi hökumətdən Ə.İnsanovun xüsusi problemlərini həll etmək üçün cərrahiyyə əməliyyatı da daxil olmaqla, uzunmüddətli müalicəsi üçün dərhal qərar qəbul edilməsini tələb edir. Məhkəmə qərar qəbul edilməsi üçün hökumətə 2009-cu il yanvarın 20-dək vaxt verib. Bu, Avropa Məhkəməsinin Ə.İnsanovun hüquqlarının bərpası istiqamətində ilk addımı hesab oluna bilər. Qeyd edək ki, bu hələ Ə.İnsanovun barəsində çıxarılan hökmdən verdiyi şikayət deyil. Sadəcə, sabiq nazirin ağır xəstə olduğu halda müalicəsinə şərait yaradılmaması ilə bağlı şikayətdir. Belə ki, Ə.İnsanov müalicəsinə imkan verilmədiyi üçün bir sıra dövlət qurumlarını - Ədliyyə Nazirliyini, bu nazirliyin tabeliyindəki Penitensiar Xidməti, saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyini məhkəməyə verib. Lakin yerli məhkəmələr onun şikayətlərini rədd ediblər. Sabiq nazir isə sonuncu instansiya kimi Avropa Məhkəməsinə müraciət edib. Penitensiar Xidmətdən isə Avropa Məhkəməsinin qəbul etdiyi qərarın yerinə yetiriləcəyini bildiriblər. Amma bəllidir ki, Ə.İnsanovla bağlı qərarlar siyasi dairələr tərəfindən verilir. Elə isə hakimiyyət qərarı yerinə yetirəcəkmi?Bu və digər suallarımıza cavab tapmaq üçün Ə.İnsanovun vəkili Ağaveyis Şahverdi ilə danışdıq. Müdafiəçi qeyd etdi ki, müraciətə əməl edilib-edilməyəcəyi barədə bir söz deyə bilməz: “Mən hakimiyyətin yerinə danışa bilmərəm. Amma fakt ondan ibarətdir ki, Avropa Məhkəməsinin palatası belə bir müraciət ünvanlayıb. Amma hələlik bu tələblərin yerinə yetirilməsi istiqamətində bir iş görülməyib. Bundan sonra nə olacaq bilmirəm”. Ə.İnsanovun səhhətinin ağır olduğunu bildirən vəkil keçmiş nazirin müalicəyə ciddi ehtiyacı olduğunu dedi: “Əslində onun müalicəyə xeyli öncədən ehtiyacı var. Lakin buna şərait yaradılmırdı. İndi Avropa Məhkəməsi bununla bağlı hakimiyyət orqanları qarşısında tələb qoyub. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov da Əli İnsanova baş çəkib, onun vəziyyətinin ağır olması barədə müvafiq qurumlara müraciət ünvanlayıb”.
44,063
08.12.2008 06:12
Ölkə
“AKKORD” ÇÖKÜB?
Qəzetin yazdığına görə, “Akkord” bu borclarını ödəmək üçün əvvəlcə banklara müraciət edib. Lakin banklar böyük məbləğdə kredit verilişini dayandırdıqları üçün şirkət onlardan rədd cavabı alıb. Buna görə də Şirkətlər Qrupu öz balansında olan texnikanın bir qismini satışa çıxarmaq məcburiyyətində qalıb. Şirkət əvvəlcə borclu qaldığı şirkətlərə yaranmış borcun əvəzində texnika təklif edib. Lakin sifarişçi təşkilatlar bununla razılaşmayaraq, pulun nağd şəkildə ödənilməsini istəyirlər. Məsələn, şirkətin tərəfdaş müəssisələrindən olan asfalt zavodlarından birinə borcun müqabilində “KamAZ” markalı yük avtomobilləri təklif edilib. Amma zavod bu təklifi qəbul etməyib. Bu istiqamətdə tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, “Akkord”un bir neçə sifarişçi şirkətə borcu yaranıb. Şirkətlər Qrupunun borclu olduğu təşkilatlar sırasında bir xarici şirkət də var. Hansı ki, bu şirkət yol çəkilişləri ilə məşğul olub. Mənbəmizin sözlərinə görə, “Akkord”un birdən-birə külli miqdarda borca düşməsinin əsas səbəbi şirkətdə baş verən yeyintilərlə əlaqədardır. Belə ki, “Akkord”un sifarişlərini yerinə yetirən təşkilatlara çatası pullar Şirkətlər Qrupunun rəhbər vəzifəli şəxsləri tərəfindən mənimsənilib. Mənbəmizin sözlərinə görə, “Akkord”un sifarişçi şirkətlərə borcu bu ilin yay aylarından yaranıb. Elə bununla bağlı da araşdırmalar aparılıb və bəlli olub ki, külli miqdarda yeyintilərə yol verilib. Bu məsələ ilə əlaqədar 30-a yaxın şəxs məsuliyyətə cəlb edilib. Mətbuatda bu haqda xeyli yazılıb...Şirkətin maliyyə problemləri ilə üzləşməsinin digər səbəbi də mənzil alğı-satqısının dayanmasıdır. Bundan başqa, ölkədə yaranmış maliyyə qıtlığı ilə əlaqədar hökumət də “Akkord”a yeni layihələr sifariş verə bilmir. Bütün bu səbəblər üzündən “Akkord” maliyyə böhranı ilə üzləşib və borclarını ödəmək üçün texnikasının bir hissəsini satışa çıxarıb.
44,064
08.12.2008 06:52
Güney hadisələri
XANIM JURNALİSTİN TALEYİNDƏN XƏBƏR YOXDUR
Güneyli milli hərəkatçı Həsən Ərkin “Azadlıq” radiosuna bildirdiyinə görə, ümumiyyətlə, Şahnaz Qulami fəal qadın olduğu üçün təzyiqlərə məruz qalır: “Qadınların haqları uğrunda çalışır. Azərbaycan milli hərəkatı - bizim hürriyyətimiz, dilimiz, mədəni haqlarımızla bağlı yazılar yazır. Əsasən, jurnalist kimi fəaldır. Qadın məsələləri ilə bağlı bir veb-səhifəsi vardı, orda və müxtəlif qəzetlərdə yazır. Ümumiyyətlə çox çalışqan bir xanımdır. Ona görə də fəaliyyəti nəzərə tez çarpır”. Şahnaz Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə o, “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılmışdı. Şahnaz Qulami “azarwomen” bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının (“Roza”) üzvüdür.
44,065
08.12.2008 05:56
Kriminal
HACIQABUL YOLUNDAKI QƏZADA 4 NƏFƏR ÖLDÜ
Məlumatda qeyd edilib ki, dünən gecə saat 4:30 radələrində Qəbələ rayonunun Soltannuxi kənd sakini Pərviz Mustafayevin idarə etdiyi “KamAZ” markalı avtomobillə Füzulinin Merdinli kənd sakini, 1983-cü il təvəllüdlü Ələmdar Mehdiyevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub. Nəticədə sürücü də daxil olmaqla, “Opel” markalı avtomobilin sərnişinlərindən 1980-ci il təvəllüdlü, Bolnisi rayon sakini Nicat Mamedov, 1980-ci ildə anadan olmuş Əfqan Abdurrəhmanov və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində keçiniblər. Qəzada ölənlərin meyitləri Şirvan şəhər morquna aparılıb.Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.
44,066
08.12.2008 07:57
Media
RATİ SƏDRİNİN ŞİKAYƏTİ APELLYASİYA MƏHKƏMƏSİNƏ QAYTARILIB
Qeyd edək ki, məhkəmə iclası E.Hüseynov və onun vəkili Elçin Sadıqovun iştirakı olmadan keçirilib. Bu barədə məlumat verən Sadıqovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində məhkəmənin iddiaçını məhkəmə prosesinin vaxtı barədə lazımi qaydada məlumatlandırması nəzərdə tutulub: “Mən Hüseynovun vəkiliyəm, heç mənə də xəbərdarnamə gəlməyib və proses barədə xəbərsiz olduğumuzdan məhkəmə iclasında iştirak etməmişik".E.Hüseynov da məhkəmə prosesi barədə xəbərsiz olduğunu və qərarın surətini srağagün aldığını dedi: “Qərarda yazılıb ki, guya mənə və vəkilimə xəbərdarnamə göndərilsə də, biz səbəb göstərmədən prosesdə iştirak etməmişik. Əslində bu məlumat düzgün deyil, nə mən, nə də vəkilim Sadıqova bu proses barədə məlumat verilməyib və biz xəbərdarnamə də almamışıq".Belə ki, həm Hüseynov, həm də vəkili Sadıqov Ali Məhkəmənin qərarını müsbət hal hesab etsələr də, ümumilikdə baş verənləri məhkəmə süründürməçiliyi kimi dəyərləndirirlər. “Hüseynovun iddiası ilk məhkəmə instansiyasında icraata götürülməli idi. Amma iddianın rədd edilməsi və Ali Məhkəməyə qədər bu işin gedib çıxması və yenidən işin Apellyasiya Məhkəməsinə qaytarılması yalnız süni süründürməçilikdən xəbər verir", - deyə vəkil Sadıqov vurğuladı.Əlavə edək ki, Hüseynovun Daxili İşlər Nazirliyi, Nəsimi rayon Polis İdarəsi və bu idarənin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia Nəsimi rayon Məhkəməsinin hakimi İkram Şirinov tərəfindən çıxarılan qərardadla geri qaytarılmışdı. Qərardadda qeyd edilirdi ki, “iddiaya xüsusi deyil, ümumi qaydada baxılmalıdır, cavabdehlərin hər birindən 50 000 AZN olmaqla, ümumilikdə 150000 AZN təzminat tələb olunur, iddia ərizəsindəki bu xüsusat xüsusi qaydada deyil, ümumi icraatda araşdırılmalıdır". İddiaya səbəb isə Hüseynovun polis tərəfindən fiziki və mənəvi təzyiqə məruz qalması olub.
44,067
08.12.2008 07:59
Mənəviyyat
ZƏVVARIMIZ MƏKKƏDƏ VƏFAT ETDİ
Dünən Bakının Hövsan qəsəbəsindən redaksiyamıza zəng vuran oxucularımız zəvvarlarımızın bir qisminin Arafat dağında açıq havada gecələdiklərini söylədilər. Qəsəbədən 10 zəvvarın olduğunu bildirən oxucumuz onların bir qisminin “Karvan D” şirkəti, digər qisminin isə QMİ xətti ilə Həcc ziyarətinə getdiklərini söylədi. Həcc ziyarətində yaxın qohumunun olduğunu söyləyən oxucumuz QMİ tərəfindən Məkkəyə səfər edən zəvvarların dekabrın 7-də gecə Arafat dağında açıq havada qaldıqlarını söylədi. Zəvvarların bildirdiyinə görə, Arafat dağında gecələyənlərə çadırlar verilir. Lakin QMİ zəvvarları çadırla təmin etməyib. Zəvvarlarımızdan bir qismi digər ölkələrdən olan ziyarətçilərin çadırlarında yerləşdirilsə də, bəziləri açıq havada gecələməli olub.
44,068
08.12.2008 08:00
Gündəm
İSA QƏMBƏR VƏ TERRİ DEVİDSON ŞAMAXIDA OLUBLAR
Eyni gündə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson da Şamaxıya gələrək, hüzn mərasiminə qatılıb. Amerika rəsmisi də müvəqqəti azadlığa buraxılmış jurnalistlərlə görüşüb, onları maraqlandıran suallara cavab verib.
44,069
08.12.2008 07:06
Ölkə
BAKI-ASTARA YOLUNDA BÖYÜK TIXAC YARANIB
Bakıdan rayonlara gedən və əksinə paytaxda gələn avtomobillərin böyük tıxacı yaranıb. Avtomobillərin bir hissəsi alternativ yollarla hərəkət etmək məcburiyyətində qalıb.2 saata yaxın aparılan işlərdən sonra yolda avtomobillərin hərəkətini bərpa etmək mümkün olub.
44,070
08.12.2008 06:54
İqtisadiyyat
BAKIDA İKİ AYDA BİR EV GÜCLƏ SATILIR
Qeyd edək ki, maliyyə böhranı ilə əlaqədar son aylar Avropada daşınmaz əmlakın qiyməti 13, ABŞ-da isə 60 faiz ucuzlaşıb. Statistikaya görə isə, ölkəmizdə bu rəqəm 5 faiz həddində olub. Ekspertlərə görə, ötən illə müqayisədə, bu ilin noyabrında paytaxtda mənzil satışı xeyli azalıb. Ucuzlaşma isə özünü təkrar ev bazarında göstərib. Belə ki, rəsmi rəqəmlərə əsasən, əvvəllər il ərzində ölkə üzrə ümumi alğı-satqı 3500, 4000-ə yaxın olurdursa, indi bu rəqəm 1500, 2000-ə enib. Yaxud ötən il bir şirkət ayda orta hesabla 4-5 mənzil satırdırsa, indi iki ayda bir ev belə satılmır.Təbii ki, bu, tikinti işləri ilə məşğul olan şirkətlərin büdcəsində müəyyən problemlər yaradıb. O üzdən bir çox kiçik şirkətlər fəaliyyətini qismən məhdudlaşdırıb və mənzillərin qiymətini az da olsa endirib. Ancaq iri şirkətlər haqda bunu demək olmaz. Ekspertlər bu fərqi bir neçə akspektdən izah edirlər. Onların fikrincə, şirkətlər tikinti materiallarını baha aldığından, mənzillərin qiymətini aşağı satmaqda maraqlı deyillər. Bu səbəbdən gözləməyə üstünlük verirlər. O ki qaldı dövlət sifarişli layihələrə, mütəxəssislərə görə, son vaxtlar burada müəyyən canlanma müşahidə edilməkdədir.
44,072
08.12.2008 07:07
Ölkə
ƏSGƏRİMİZ ÖLÜM AYAĞINDA
Y.Zərbəliyevin atası Əlisöhbət Zərbəliyev bildirdi ki, hazırda oğlu reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır: “Onun boyun fəqərəsinin ikinci, üçüncü fəqərəsi əzilib. O, Zaqatala mərkəzi xəstəxanasında 6 gün müalicə aldıqdan sonra iyulun 20-də Bakıya gətirilib. İki ay huşsuz vəziyyətdə qalıb. Oktyabr ayında gözünü açıb. Ancaq tənəffüsünü bərpa etmək mümkün olmayıb. Həkimlər bu cür xəstələrin müalicəsinin Finlandiya, İsrail, Almaniya və Fransada olduğunu desələr də, pul olmadığından onu adı çəkilən xarici ölkələrin birinə aparmaq mümkün olmayıb”.Atanın sözlərinə görə, oğlunun tənəffüs sistemini bərpa etmək üçün 120 min dollar lazımdır: “Birinci növbədə onun tənəffüsü bərpa edilməlidir. Bundan sonra fəqərə sütunu müalicə olunacaq. Amma Daxili Qoşunların rəhbərliyi bizə yardım etmək istəmir. Dəfələrlə Daxili Qoşunların komandanı Zakir Həsənovun yanına getmək istəmişəm. Ancaq onun qəbuluna düşə bilməmişəm. Məni onun müavini Vidadi Əliyev və Vaqif Süleymanov qəbul edib. Vaqif Əliyev mənə köməklik göstəriləcəyini dedi. Ancaq bu sözdən sonra, ümumiyyətlə, uşağımın müalicəsinə kömək etmədilər. Onu deyim ki, dava-dərmana üç ay köməklik ediblər. Bahalı dərmanları mən, ucuzunu isə onlar alıb. Aptekə 2 min manat borcları var. Heç onu vermək istəmirlər. Aptek müdiri hər dəfə məni görəndə borcu tələb edir. Vaqif Süleymanov məni aldadıb. Ona dəfələrlə demişəm ki, bizə dərman sarıdan köməklik elə. O isə ”sənə yanvar ayında köməklik edəcəyəm" deyir. Uşağım isə dərman hesabına yaşayır. Bir sözlə, Vaqif müəllimin deməyindən belə çıxır ki, gedin öz başınıza çarə qılın".Məsələ ilə bağlı prezidentə, daxili işlər naziri Ramil Usubova müraciət etdiyini söyləyən ata çıxılmaz durumda qaldığını dedi: “Beş aydır həyat yoldaşımla birlikdə xəstəxananın həyətində qalırıq. Gecə-gündüz yeganə oğlumun taleyi barədə düşünürük. Bu müddətdə 20 min manat xərcim çıxıb. Heç yerdə işləmirəm. Oğlumun müalicəsi üçün Bankda hesab açdırmışam. Amma həmin hesaba indiyədək bir qəpik də keçirilməyib. Yalnız həkimlərin köməkliyi ilə birtəhər uşağımı sağ saxlayıram”. Əsgərin anası Mətanət Zərbəliyeva da oğluna qarşı olan biganəlikdən gileyləndi: “Beş aydı xəstəxanadayam, uşağımın vəziyyəti çox ağırdır. Süni tənəffüslə yaşayır. Mehriban xanıma müraciət etmişəm. Dekabrın 12-də məni qəbul etməlidir. Mən hərbi komissarlığa salamat uşaq vermişəm, hökumətdən də sağ-salamat istəyirəm”.
44,073
08.12.2008 07:12
Media
ZAHİDOV QARDAŞLARI TÜRMƏYƏ QAYTARILACAQMI?
İctimaiyyətin və mətbuat camiyəsinin, habelə həbsdən buraxılan qardaşların, onların ailə üzvlərinin dövlət başçısı İlham Əliyevin bu jestini müsbət qiymətləndirdikləri məlumdur. Belə bir vəziyyətdə Zahidov qardaşlarının təkrarən həbsxanaya qaytarılması “onların yenidən həbsi kimi” dəyərləndirilə bilər. Gözlənilən əfv fərmanının Zahidov qardaşlarına, o cümlədən həbsdəki digər jurnalistlərə də şamil ediləcəyinə isə ümidlər çox olmasa da, az da deyil. Bu arada həbsdən buraxılan jurnalistlərin yaxınları da əfv fərmanının böyük ehtimalla bu gün imzalanacağını gözləyirlər. Əldə etdiyimiz məlumata görə, məhbus ailələri (əsasən Zahidov qardaşları), habelə yaxınları əfv fərmanında onların adının olacağına ümid edir.
44,074
08.12.2008 07:22
Media
JURNALİSTLƏRİN SON AKSİYASINDAN BİR İL ÖTDÜ
Maraqlıdır, niyə son bir ildə jurnalistlər bir daha bu cür etiraz aksiyası keçirmədi? Ötən müddət ərzində ölkə mətbuatının vəziyyətində gərginləşmənin daha da artdığını nəzərə alanda bu susqunluğun adekvat olmadığı görünür. Sözügedən aksiyanın təşkilatçısı və iştirakçılarından olan Söz Azadlığını Müdafiə Komitəsinin koordinatoru Şahvələd Çobanoğlu bildirdi ki, əslində həmin piketin keçirilmə səbəbi nəinki jurnalistlər, bütövlükdə vətəndaş cəmiyyətini təmsil edən şəxslər üçün aksiya yasağının qoyulması olub. Onun sözlərinə görə, əvvəllər hətta bu qadağaların çərçivəsində belə etiraz aksiyası keçirmək mümkün idisə, sonradan bu, mümkünsüzə çevrilib: “Biz ötən il bu vaxtlar böyük mitinq keçirmək istəyirdik, hətta bununla bağlı xeyli hazırlıqlar da görmüşdük. Amma bu və ya digər səbəblərdən aksiya baş tutmadığı üçün Ələt çölünə yığışmalı olduq. Orada çox az adam iştirak etmişdi. Amma bu bizim hətta həyatımızda ən məmnun və yaddaqalan günlərdən biri olacaq. Çox simvolik aksiya idi və biz onunla demək istəyirdik ki, artıq bizi Ələt çölünə, dağlara-daşlara sıxışdırıblar. Biz bunu ictimaiyyətə göstərməyin düsturunu tapmışdıq. Tədbirin məhz insan haqları günündə keçirilməsi də simvolikliyi artırırdı. Həmin günün yaddaqalan olması onun yaşantısı ilə bağlıydı. O bizim acı günlərin, aksiya keçirmə məhdudiyyətinin zirvəsi idi. Biz onu qabardırdıq. Ona görə də içimizdə bir məmnunluq vardı”. Müsahibimiz söylədi ki, jurnalistlər uzun müddət böyük etiraz aksiyaları keçirmək istəsələr də, buna imkan verilmədi. Onun sözlərinə görə, bu qadağa və əngəllərdən sonra kimsə kiçik aksiyalara qayıtmaq fikrinə düşmədi: “Hesab etmirəm ki, bu aksiyalar tamamilə dayandırılmalıydı. Amma neyləyək ki, yaranmış duruma uyğun olaraq münasibətlər də fərqlidir. Bəziləri hesab edir ki, səsimizi çıxarmayaq, bəlkə həbsdəki jurnalistləri azadlığa buraxdılar. Bu halda isə artıq aksiyalar barədə düşünmək arxa planda qalır. Daha doğrusu, bunu səsləndirəndə özünə də elə gəlir ki, sən nələrisə pozursan”.Ş.Çobanoğlu indiki situasiyada yuxarıda dediklərini, sadəcə, ikinci dərəcəli səbəb adlandırdı. Onun sözlərinə görə, əsas səbəb insanların sərbəst toplaşma hüququnun tamamilə qapadılmasıdır: “Söz azadlığı ona nisbətən daha çox mövcuddur. Mən hesab edirəm ki, indi söz azadlığını da toplaşma azadlığı qədər məhdudlaşdırmağa çalışırlar. İctimai durum uzun müddət belə davam edə bilməz. Bir çox proseslər, hətta maliyyə krizisi, dartışmalar Azərbaycanı ciddi yol ayrıcına gətirib çıxarıb. Daxili resursların hesabına yığılıb qalmış düyünlər açılmaya bilər. Amma bu, durğunluq halında qala bilməz. Doğrudur, indi neft pulları bir çox problemləri örtür, malalayırdı. Amma bunlar uzun sürə bilməz. Bir çox şeylər qabaracaq, cəmiyyətə dinamika gələcək. Bunun qabağında jurnalistikanın problemləri də qabaracaq. Nəticədə jurnalistlər öz sözünü təkcə qəzetdə yox, aksiyalarda da deməli olacalar. Təəssüf ki, Azərbaycan jurnalistikasında basqı və təzyiqlər bir çoxlarının istiqamətini, yanaşmasını dəyişməyə məcbur etdi”.
44,075
08.12.2008 06:23
Media
MƏTBUATA DÖVLƏT YARDIMININ DETALLARI DƏQİQLƏŞİR
Son məlumatlara və dəqiqləşmələrə görə, Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına dövlət dəstəyi Konsepsiyasına əsasən, mətbuatın inkişafı ilə bağlı müəyyən tədbirlərin həyata keçirilməsi - mətbuata qrantların ayrılması, kreditlərin, ünvanlı yardımların, subsidiyaların verilməsi nəzərdə tutulur. Konsepsiyada nəzərdə tutulan işləri isə Mətbuatın İnkişafına Dəstək Fondu (MİDF) həyata keçirəcək. MİDF-in yaxın günlərdə yaradılacağı nəzərdə tutulub. 2009-cu ilin büdcəsində mətbuatın inkişafı üçün nəzərdə tutulan 1 milyon 300 min manatı Fond bölməlidir. Hələ ki, Fond yaranmayıb. Fondun konsepsiyası nəzərdə tutulan istiqamətlərdə formalaşmalıdır. MİDF-in sənədlərinin bir hissəsini Mətbuat Şurası layihə şəklində Prezident Aparatına təqdim edib. Həmin sənədlər və Fondun Əsasnaməsi Prezident Aparatında işlənilir və yaxın vaxtlarda təsdiqlənəcək. Fond yaranandan sonra isə büdcədə nəzərdə tutulan həmin vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi müəyyənləşdiriləcək. Elektron KİV-lər bir qayda olaraq, bu vəsaitdən yararlana bilməyəcək, vəsait yalnız çap mediası və agentliklər üçün nəzərdə tutulub. Fond yaranandan sonra onun fəaliyyəti ilə bağlı təlimatlar hazırlanacaq. Maliyyələşməsi həyata keçirilən KİV-lərin özünüidarə stimulu olmalıdır. MŞ rəhbərliyindən artıq bu istiqamətdə xəbərdarlıq da gəlib. Xəbərdarlığa görə, Azərbaycanda xeyli qəzetin bank hesabları, VÖEN-ləri belə yoxdur, mühasibat sənədləri lazımi tələblərə cavab vermir, işçiləri ilə əmək müqaviləsi bağlamırlar. Bəzi KİV-in isə külli miqdarda borcu yığılıb qalıb. Belə KİV-lərə yardımların edilməyəcəyi gözlənilir. Bundan başqa jurnalistləri peşə davranışlarını pozan KİV-lər də adıçəkilən siyahıdan kənarda qalacaqlar. Ayrılmış vəsaitlərin sərf olunmasına da MİDF özü nəzarət edəcək. Nəzarət mexanizmləri isə hələlik məlum deyil. Öncə fondun yaradılması, ardınca isə veriləcək yardımlarla bağlı fikir mübadiləsi aparılması nəzərdə tutulub. Hazırlanacaq mexanizmin kifayət qədər şəffaf olmaqla yanaşı, hamı tərəfindən qəbul edilməsi və mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına səbəb olması gözlənilir. Yerli və xarici ekspertlər tərəfindən bu vəsait indiyə kimi Azərbaycanda mətbuata göstərilən yardımların davamı olaraq qiymətləndirilir. Belə ki, konsepsiya KİV-lərin iqtisadi baxımdan özlərini maliyyələşdirməsinə imkan yaradır. Vəsaitdən düzgün istifadə olunacağı təqdirdə, bunu Azərbaycan jurnalistikasında yeni dövrün başlanğıcı da adlandırmaq mümkündür. Təbii ki, hər şey vəd olunan səviyyədə həyata keçirilsə.
44,076
08.12.2008 05:24
Yazarlar
ATƏT-in BİR AT QƏDƏR HÖRMƏTİ YOXDURSA...
Elə həmin sammitdə Eynulla Fətullayevi tutdurmaq üçün MTN-ə şikayət yazan Elmar Məmmədyarovun sinəsinin dolu olduğu üzə çıxıb. Nazir ATƏT-i Azərbaycanda insan haqlarının durumuna qarışmaqda ittiham edib. Görəsən, burada pis nə var? ATƏT bir ölkədən öz insanın haqqına hörmətlə yanaşmaq tələb edirsə, burada nə günah var? ATƏT Azərbaycandan ermənilərin hüquqlarına hörmət tələb etmir ki?! Nazir deyib ki, ATƏT-in insan haqları ilə bağlı fəaliyyətini Avroatlantik məkanın şərqindəki ölkələrlə məhdudlaşdırması Azərbaycanı narahat edir. Əlbəttə, narahat edər, çünki elə Avroatlantik məkanın şərqi pozuntu və özbaşınalıq içindədir. Elə burada insana donuz kimi yanaşırlar.Həmin Məmmədyarov Eynulla Fətullayevi məhkəməyə vermişdi ki, onun yazısı ölkəmizdəki xariciləri narahat edib. Xaricilərin narahatlığını düşünən nazir niyə bizim haqlarımızı düşünənlərdən narazıdır?Sammitdə eyni narazılığı rusların naziri Sergey Lavrov da bəyan edib. Hətta tələb edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ləğv olunsun. Axı nəyə lazımdır insan haqları?! Cənab Lavrov deyib ki, əks halda onlar ATƏT-in büdcəsinin icrasına veto qoyacaqlar, yəni pulu kəsəcəklər. Təsəvvür edin ki, Azərbaycan 3 milyona bir axsaq at alır, amma onun insanının haqlarını dilə gətirən ATƏT-in qəpik-quruş üzvlük haqqını vermir. ATƏT-in hörmətinə baxın, bu hakimiyyəti şişirdib-şişirdib həm bizim başımıza çıxartdılar, həm də özlərinin... *** Bəs ATƏT Azərbaycanda nə ilə məşğul olmalıdır? Məsələn, Bakıdakı su qıtlığı ilə məşğul olmalıdırmı? Niyə Bakıda su yoxdur? Neft su yerinə axır, amma su yoxdur. Elmar Məmmədyarovdan soruşmaq lazımdır. Gənc yazar Turxana görə, bu, çox mürəkkəb məsələdir. Belə çıxır ki, Bakıda su probleminin həlli ilə “Azərsu” deyil, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu məşğul olmalıdır. Turxan internetdə yazır. Onun bir neçə yazısı mənə bənzərsiz görünüb. Aşağıda təqdim etdiyim yazısı da həmçinin. *** ...Mən bilmirəm su idarəsinə kim baxır. Su kəsiləndə kimə etiraz etmək lazımdır? Bunu da bilmirəm. Nə etməliyəm? Allah bilir... Suyumuz yoxdur. Ümumiyyətlə, Bakıda su yoxdur. İqtisadi inkişafın fontan vurduğu vaxtda su tapmırıq üzümüzü yumağa.Axşam pis yuxu görmüşəm. Yuxumu suya danışmalıyam, su yoxdur.Su idarələrinin telefonları da SUsur... Oralarda da SUsuzluqdur? Zəng edirsən “hay” verən yoxdur. Yoxsa Yezid qayıdıb, xəbərimiz yoxdur? Kişi axtarıram desin ki, işim SU kimidir. “Ömrün su kimi uzun olsun”- necə də mənasız məsəldir! O vaxtı bunu deyən adam bilsəydi ki Bakı susuz Susuyacaq, susardı. Meydan sulamazdı sözləriylə...Mənim qoyundan xoşum gəlir. Heyvan ağzını açır “məə” deyir. Bircə “N” hərfini deyə bilmir. Biz də tez-tez “Su... su..” desək, biri çıxıb “SUS!” deyəcək!Tam səmimi deyirəm. İçimdə bir şübhə var ki, mən öləndə də su kəsiləcək. Qismət Allahdandır, ya yağışda yuyub basdıracaqlar, ya da “Fanta” ilə. Ölüm ayağında olan adam kimi “Su... Su...” deyib yalvaracaqsan, idarədən birisi çıxıb barmağı ilə Xəzər dənizinin mazutlu suyunu göstərib: “Di, a zalım... Ağzını dirə, nə qədər istəyirsən iç”.Suyumuzu verin! Gözümüzün odunu almısınız. Suyunu da almaq istəyirsiniz?!Aftafası olan paytaxt sakinləri adından: Turxan".
44,077
08.12.2008 08:22
Yazarlar
ÇAY KEÇMƏK VƏ KADR SEÇMƏK
Bu, həmin situasiyada dəlinin ağıllıdan qabağa düşməsi deməkdir. Çünki məqsəd çayı keçmək idisə, dəli artıq məqsədinə çatıb, o taydadır, ağıllı isə bu tayda fikirləşə-fikirləşə qalıb. Düzdür, burada dəlinin riskə getdiyi faktdır və nə qədər nəcib olsa da risk həm də təhlükəli işdir. Başqa cür də ola bilərdi, su dəlini altına basıb aparardı. Ondan sonra gəl çay boyunca meyit axtar.Srağagün qəzetdə iki yazı vardı. Biri İlham Əliyevin yeni hakimiyyət komandası formalaşdırmaq niyyəti barədə yarımnəzəri-yarımpraktiki bir material idi. O biri isə konkret informasiya idi, Gürcüstan prezidenti Saakaşvilinin müdafiə, xarici işlər, təhsil və mədəniyyət nazirlərini istefaya göndərməsindən, yerlərinə başqa kadrlar təyin etməsindən bəhs edirdi.Göründüyü kimi, situasiya çayın bəri sahilində oturub axar suyu keçmək istəyən ağıllı ilə dəlinin əhvalatına oxşayır. Bizim rəhbərlər 10-15 ilin nazirlərini necə və kimlə dəyişdirmək istiqamətində fikirləşincə, Saakaşvili nazirlərini ildə bir dəfə dəyişir. Son illərdə Gürcüstanda təkcə müdafiə nazirləri bizim Səfər paşanın öz xidməti maşınını dəyişdiyindən çox dəyişib. Yaxud dünən-srağagün xarici işlər naziri postuna təyin olunan cavan və qəşəng xanım artıq istefadadır. Bizdə isə Allahın fağır Heydər Babayevini iqtisadi inkişaf naziri vəzifəsindən götürmək üçün düz 1 il 15 gün fikirləşdilər.Bəli, bizdə kadr siyasəti bütün Şərq məsələləri kimi çox incə işdir, gərək zərgər və ya cərrah dəqiqliyi ilə işləyəsən. Yoxsa oxumuş adamların fors-major adlandırdığı gözlənilməz situasiyalar əmələ gələr.Saakaşvilinin isə belə problemi yoxdur, o, fors-major hallardan qorxmur. Düzdür, bir müddət əvvəl sabiq müdafiə naziri İrakli Okruaşvili fors edərək ona major problemlər yaratdı, amma Saakaşvili də fağır oturmadı, İraklini pis hallara saldı, türməyə basdı, pulunu aldı, axırda da xaricə qovdu. Vərdiş eləyib-nədi, nazirləri bir balaca o yan-bu yan eləyən kimi Saakaşvili fikirləşir ki, bu nazir yaxşı işləmir, çıxarım ayrısını qoyum, o da pis işləsə, yerinə başqasını təyin edərəm, yeni nazir də yaxşı işləməsə, Gürcüstanda ali təhsilli adamlar çoxdur, dəyişə-dəyişə gedərəm. Ona görə də bir nazir vəzifəsində iki il dalbadal qalanda (belələri də var) ona Gürcüstanda “uzunömrülü nazir” deyirlər və o adam özünü təxminən bizim Misir Mərdanov kimi hiss eləyir.Mərdanova gəlincə, şəxsən mənim o kişiylə heç bir intriqam yoxdur, amma görürəm ki, professor çox yorulub. Görün, neçə ildir ki, təhsil sferamızın ağır və şərəfli yükü onun çiynindədir. Hərgah hakimiyyətimiz nazirin yorğunluğunu nəzərə alaraq bu gündən etibarən onu dəyişmək istiqamətində düşüncələr etməyə başlasa, bu o deməkdir ki, bizim uşaqlar 2010-2011-ci tədris ilinə yeni təhsil nazirinin rəhbərliyi altında başlaya bilərlər. Bu, bir nəzəriyyədir, həyata keçməsi düz 1 il 1 ay vaxt aparacaq.Görəsən, hansı daha yaxşıdır, nazirləri tez-tez dəyişmək, yoxsa heç dəyişməmək?Oxumuş adamlar deyirlər ki, ikisi də pisdir, nazirləri tez-tez dəyişməyin də minusu çoxdur, dəyişməməyin də. Birincidə adam kreslosunu qızdırmağa macal tapmır, ikincidə isə adam kresloya yapışır. Salamatı bu prosedurun optimal müddətini tapmaq, düzgün kadr seçimi ilə uğurlu fəaliyyətin arasında körpü yaratmaqdır.Körpü demişkən, müasir həyat göstərir ki, ağıllı çayı keçmək istərkən 7 saat baş sındırmamalıdır, dəli isə özünü çaya vurmamalıdır. Hər ikisi çayı körpüdən keçməlidir. Samir SARI
44,078
08.12.2008 07:27
Siyasət
HAFİZ HACIYEV MƏMURLARI YENƏ HƏDƏLƏDİ
Qeyd edək ki, “Yeni Müsavat” olaraq Hafiz Hacıyevin rəhbərlik etdiyi Müasir Müsavat Partiyası istisna olmaqla seçkidə öz namizədi ilə iştirak etmiş digər partiyalarla əlaqə saxlayıb ACP ilə hər hansı danışıqlar aparılıb-aparılmadığını dəqiqləşdirmişdik. Məlum olmuşdu ki, bu partiyaların heç biri ACP ilə danışıq aparmır. Ona görə də belə qənaət yaranmışdı ki, ya R.Quliyevin partiyası H.Hacıyevin partiyası ilə blok yaratmaqla bağlı danışıqlar aparır, ya da Y.Abbasov yalan informasiya verib.İki variantdan hansının doğru olduğunu dəqiqləşdirmək üçün H.Hacıyevlə əlaqə saxladıq. O, “ACP ilə hər hansı danışıq aparırsınızmı” sualına belə cavab verdi: “Yaqub Abbasovun həmin fikirlərini mən də mətbuatdan oxumuşam. Bizimlə ACP arasında heç bir danışıq aparılmayıb və aparılmır. Onlardan bizə hər hansı müraciət də edilməyib”.Müraciət ediləcəyi təqdirdə cavabın necə olacağına gəlincə isə H.Hacıyev ona ACP-dən əməkdaşlıq üçün müraciət ediləcəyini düşünmədiyini dedi: “Çünki mənim Rəsul Quliyev haqqında səsləndirdiyim fikirlər bütün Azərbaycana bəllidir. Hətta əməkdaşlıqla bağlı müraciət etsələr də, mən Rəsul Quliyev kimi siyasi sürüşkənliyə meyilli adamla heç vaxt bir blokda təmsil oluna bilmərəm. O, qeyri-ciddi adamdır. Sizin qəzetdən oxudum ki, seçkidə iştirak edən digər partiyalar da Yaqub Abbasovun dediklərini təkzib edib. Təəccüblənirəm ki, Yaqub Abbasov niyə bu qədər yalan danışıb”.H.Hacıyev dedi ki, rəhbərlik etdiyi təşkilatla siyasi mövqeyi üst-üstə düşən partiyalarla bələdiyyə seçkilərində əməkdaşlıq mümkündür: “ACP-nin prezident seçkisində iştirak edən partiyalarla, o cümlədən bizimlə bələdiyyə seçkisində birgə iştirak etmək arzusu ola bilər. Amma hər şey arzu ilə həll olunmur. Biz ilk növbədə Rəsul Quliyevin Azərbaycana qayıdacağını dəqiq bilməliyik. Xaricdə oturub Azərbaycanda guya siyasət aparmağa nə var?! Nyu-Yorkda əyləşib Azərbaycandakı siyasətlə bağlı istədiyin sözü demək olar. Bu, siyasət aparmaq deyil. Gərək burada yaşayıb korrupsioner məmurlarla mübarizə aparasan. Bunun üçün ürək lazımdır. Mən o ürəyi Rəsul Quliyevdə görmürəm. Rəsul Quliyev düşünürdü ki, ACP-nin prezident seçkisində cənab İlham Əliyevi dəstəklədiyi barədə bəyanat verib yaltaqlanması Azərbaycanda hava limanının qapılarının onun üzünə açılmasına səbəb olacaq”.Prezidentliyə eks-namizəd məmur özbaşınalığının baş alıb getdiyindən, siyasi liderlərin və qəzetlərin əksəriyyətinin bu özbaşınalığa qarşı mübarizədən çəkindiyindən şikayətləndi. Dediyinə görə, xalqı dövlət başçısından narazı salan insanlar korrupsioner məmurlardır: “Bu gün məhkəmə sistemində özbaşınalıq baş alıb gedir. Təhsil sahəsində rüşvətxorluq fəlakət həddindədir. Səhiyyədəki problemlər xalqı fəlakətə aparır. Yerlərdən tutmuş nazirliklərə qədər məmur özbaşınalığı tüğyan edir. Vəziyyət o həddə çatıb ki, insanlar məmur özbaşınalığından bezərək özünü yandırır. Mən korrupsioner məmurlarla çox ciddi arqumentlərlə mübarizə aparıram. Təəssüf ki, vaxtilə təmsil olunduğum düşərgə, təşkilatlar, hörmət etdiyim bir çox KİV-lər məni bu mübarizədə müdafiə etmək əvəzinə, məsələn, Heydər Babayevi müdafiə edir. Bəziləri hətta deyir ki, Hafiz Hacıyevi öyrədirlər. Qətiyyən belə deyil. Əgər Heydər Babayev neftin qiymətini özbaşına qaldırırsa, onun qardaşı bu əməliyyatdan milyardlarla gəlir əldə edirsə, biz Heydər Babayevin əleyhinə danışmamalıydıq? Partiya liderlərinin əksəriyyətinin korrupsioner məmurlara qarşı açıq mübarizə aparmamasının səbəbi mənə məlumdur. Onlar korrupsioner məmurlarla əlaqəlidir. Üzdə olan qəzetlərin də əksəriyyəti barədə eyni fikri söyləyə bilərəm. ”Yeni Müsavat" məmur özbaşınalığına qarşı kifayət qədər ciddi mövqe ortaya qoyub. Yerlərdə məmurların insanlara necə zülm etdiyini yazır. Başqa qəzetlərin heç birində korrupsioner məmurların adları çəkilmir".H.Hacıyev kənd təsərrüffatı naziri İsmət Abbasovun adını çəkərək onu xalqı ərzaqla imtahana çəkməkdə suçladı: “Mən belə məmurlara qarşı mübarizədəyəm. Xalqı ərzaqla imtahana çəkən rüşvətxoru hakimiyyətdə saxlamağın nə yeri var? Mən belə məmurların üstünə gedirəm. Amma təəssüf ki, ”Yeni Müsavat" və bir neçə qəzet istisna olmaqla bütün qəzetlər həmin məmurların müdafiəsinə qalxır. Nə qədər ki İsmət Abbasov kimiləri vəzifədədir, insanları özünü yandırmaq həddinə gətirən mənfur məmurlar, nazirlər hakimiyyətdədir, Azərbaycanda xeyir-bərəkət, normal sabitlik olmayacaq. Sabitlik olacaq, amma güc zoruna, qol zoruna olacaq. Belə sabitlik isə ölkə üçün hər an təhlükə deməkdir. Prezident humanist addım ataraq Qənimət və Sakit Zahidov qardaşlarını həbsdən atalarının hüzründə iştirak etmələri üçün buraxdırır. Hamımız bu addımı alqışlayırıq. Onun ətrafında olan insanlar, onların dəstək verdiyi yerli məmurlar isə bu cür humanist addımlar atmaq əvəzinə vətəndaşlara zülm edərək onları intihar həddinə gətirir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əhliman Nəsirov bir lisenziyaya 120 min dollar istəyir. Gedir bir mağazanı bağlayır və rüşvət qarşılığında açır. Nəticədə 1 manata olan smetan 1 manat 50 qəpiyə qaldırılır. Sahibkar deyir ki, Əhliman Nəsirovun haqqını verməliyəm. Deməli, sonda zərbə adi alıcılara dəyir. İsmət Abbasov tipli məmurların hamısı ayaqlarından asılmalıdır. Bu gün mən həyatımı riskə qoyub korrupsionerlərə qarşı mübarizə aparıramsa, KİV niyə məni müdafiə eləməsin? Mən istəyirəm ki, xalqda haqsızlığa qarşı mübarizə əhval-ruhiyyəsi güclənsin. Millətin içindəki qorxu hissi çıxsın".
44,079
08.12.2008 07:26
Yazarlar
KÜLÜN ALTINDAKI KÖZ
Digər tərəfdən, illər boyu davam edən və getdikcə dərinləşən cəbhələşmənin də heç bir siyasi perspektiv vəd etmədiyi göz önündədir. Hakimiyyət müxalifəti saya salmadığı qədər problemlərlə üzləşir, müxalifətin varlığı daim qorxu, xof yaradır. Elə müxalifət də indiki şəraitdə buzu sındıra bilməyəcəyindən hakimiyyəti tanımadığını deyib narazı elektoratın onsuz da gərilən əsəblərini bir az da tarıma çəkir. Hətta indiki zəif, parçalanmış durumunda da cəmiyyətdən dəstək fürsəti gözləyir. Gərək kor, lal-kar olasan ki, bütün baş verənlərin gec-tez sosial narazılıq həddinə yetişəcəyini duymayasan. Bu təhlükə iqtidarın zahiri arxayınçılığını kölgədə qoyur.Ölkəyə zəngin həyat vəd edən neftin qiyməti ağlasığmaz sürətlə aşağı düşür. Elə bir o qədər də bu iqtidar öz perspektivinə ünvanlanan planların üstündən xətt çəkir. İndi xalqa doğru iki addım atmaqdan başqa çarə yoxdur. Bu addımın birincisi ölkədəki durumu dəyişəcək iqtisadi, siyasi islahatlardır. İkincisi isə ölkəni cənginə alan, bütün xoş məramları puça çıxaran korrupsiya ilə gerçək mübarizədir. Yoxsa hər bir yenilik, kadrların əvəzlənməsi səmərə verməyəcək, əksinə, ən mükəmməl, ən işlək struktura malik olan korrupsiya bataqlığı bütün xoş niyyətləri puç edəcək. İndən sonra tamamlanacağına ümid yeri qalmayan yarımçıq layihələr də sanki rüşvətə qoyulan abidələrdir.Nə qədər qəribə olsa da rüşvətxorluğa qarşı indiyə qədər qəbul edilən qanunlar, yaradılan qurumlar daha çox onun stimullaşdırılmasına xidmət edib. Məmurlar, nazir-oliqarxlar daha açıq şəkildə biznes şəbəkələri qurub, onlara verilən səlahiyyətləri şəxsi maddi maraqlarının təmin olunmasına yönəldiblər.Özünü qoruyan, bu yöndə bütün labirintləri çox ustalıqla keçən, tamahı doymayan məmur ordusu indiki şəraitin qalması üçün dəridən-qabıqdan çıxır, cəmiyyətdəki hər hansı bir yeniliyi özü üçün təhlükə hesab edir. Onlar qazandıqlarını, xalq isə itirdiyini sayır.Açığını demək lazımdır ki, iqtidar yaranmış şəraiti dəyişmək üçün iki ay əvvəl yaranmış fürsətdən bəhrələnmədi. Ən azından oturuşmuş, uzun illərin arxayınçılığına bürünmüş məmur ordusu yerində qaldı. Şəxsi münasibətlər zəminində öz vəzifəsini itirən Heydər Babayevin aqibəti başqalarına görk oldu. Qalan nazirlər illərdən bəri davam edən dəqiq, effektiv struktura malik olmayan indiki idarəçilikdə özlərini daha arxayın hiss etdilər. Yeganə xidmətləri yarınmaq, səsi çıxanı susdurmaq olanlar bundan artıq heç nəyə də qadir olmadıqlarını hər addımda nümayiş etdirir.İndi heç kəs dünyanı cənginə alan böhranı proqnozlaşdırmağa cəsarət etmir. Zəif iqtisadi-siyasi duruma malik olan ölkələr onun fəsadlarını gec hiss etsələr də sonda daha faciəli aqibətlə üzləşəcəklər. Azərbaycan böyük dövlətlərin maraqlarının kəsişdiyi coğrafi məkanda yerləşir. İndi qlobal böhrandan daha tez çıxmaq üçün siyasi əmsallar daha çılpaq şəkildə ortaya qoyulur. Böyük dövlətlər bu böhranın həm də dünyanın siyasi düzümündə iz qoyacağını hiss edirlər.Özümüzdən savayı arxa-dayağımız yoxdur. Hakimiyyət üçün təhlükələr də minimal həddədir. İndi xalqı məmurlardan qorumaq məqamı yetişib. İnsanların rifahı bir balaca yaxşılaşsa, xalq əvəzini ikiqat qaytaracaq. Hələ külün altında gözərən köz var, ocağı sönməyə qoymamaq üçün onu təzədən yandırmaq lazımdır.Neft qiymətdən düşdüyü qədər də xalq qiymətə minməlidir. Elə xilas yolumuz da budur. Böyük ağrılar həmişə qovuşduran, bir araya gətirən güc mənbəyi olub. İndi tarixi fürsətdən yararlanmaq məqamıdır. Aşağının istədiyi yuxarıdan gələndə bütün umu-küsülər arxa plana keçir.
44,080
08.12.2008 08:29
Gündəm
GENERALLA AKADEMİK ÜZ-ÜZƏ GƏLDİ
Qeyd edək ki, bu ərazidən dənizə gözəl panorama açılır və ora otel biznesi qurmaq üçün çox əlverişli yer sayılır. Həmin ərazidə hörmətli Cəlal Əliyevə məxsus olduğu bildirilən villa da mövcud idi. Həmin villa xarici şirkətlərdən birinə icarəyə verilmişdi. Amma bir müddət sonra ölkədə vəziyyət dəyişdi, xüsusən də mal-mülk davası aparan ayrı-ayrı məmurların durumunda, mövqe, status və imkanlarında ciddi dəyişiklik baş verdi. Bu sırada C.Əliyevin də adı vardı. 2003-cü il prezident seçkilərindən sonra onun mövqeləri tamamilə zəiflədildi. 2005-ci ilə təsadüf edən parlament seçkilərindən və akademikə yaxın olan məlum dövlət məmurlarının həbsindən sonra Cəlal müəllim tamamilə küncə sıxışdırıldı. O üzdən akademikin sözügedən otel layihəsi həyata keçməmiş qaldı.Bunun üstündən 3-4 il keçəndən sonra “Bayıl yamacı”ndakı evlərin köçürülməsi məsələsi yenidən aktuallaşıb. Artıq prosesə ikinci start verilib. Ancaq bu dəfə “yamac”ın sahibi kimi başqa adamın adı hallanır. Prosesdən məlumatı olan mötəbər bir şəxsin qəzetimizə verdiyi bilgiyə görə, həmin əraziyə general Bəylər Əyyubov sahib çıxmaq istəyir. Generalın bunun üçün yüksək səviyyədə razılıq aldığı da gələn xəbərlər sırasındadır. Bizi məlumatlandıran mənbənin sözlərinə görə, Bəylər Əyyubovun adamları artıq bu ərazidə özləri üçün ofis də tikib: “Ora ”Bəylər Əyyubovun ofisi" adlandırılır. Ərazidə yaşayan insanlara buradan sürüşmə təhlükəsi ilə əlaqədar köçürüldükləri bildirilir və onlara heç də real bazar qiymətləri ilə kompensasiya verilmir. Sakinlər bilirlər ki, buranı Bəylər Əyyubov alıb, ona görə də təklif olunan məbləğə heç bir müqavimət göstərmədən razı olurlar. Çünki onlara deyilib ki, kim etiraz etsə, evindən zorla çıxarılacaq və ona kompensasiya da verilməyəcək".Qaynağımız söylədi ki, Bəylər Əyyubovun bu planından xəbər tutan Cəlal Əliyev möhkəm əsəbiləşib və ona “mənim yerimə girmə” mesajını göndərib. General isə ona əhəmiyyət verməyib. Lakin C.Əliyev yenə də müqavimət göstərir, özününkü hesab etdiyi məkana B.Əyyubovun girməsinin qarşısını almağa çalışır. Qaynağın iddiasına görə, C.Əliyevin çabaları nəticəsiz qalacaq: “Çünki onun artıq proseslərə təsir imkanları yoxdur. Və təbii ki, Bəylər Əyyubov da bu işi özbaşına görə bilməzdi”.Mənbə əlavə etdi ki, çox qısa zamanda “Bayıl yamacı”nda üzü dənizə tərəf möhtəşəm otellər, əyləncə və istirahət mərkəzləri inşa ediləcək. Bu tikililər əsasən xarici turistlərin istifadəsi üçün nəzərdə tutulub.
44,081
08.12.2008 07:29
Ölkə
BAYRAM GÜNÜ QİYMƏTLƏRƏ YENƏ “OD VURULDU”
Ən qədim dini mərasimlərdən sayılan Qurban bayramı İslamdan əvvəl də mövcud olub. İslam dinində isə o, Məhəmməd Peyğəmbərin (s.ə.s) Məkkədən Mədinəyə köçməsinin ikinci ilindən sonra mövcud olub. Dini rəvayətlərə görə, Qurban kəsmə İbrahim Peyğəmbərin (s) həyatında baş verən məşhur əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah-Təala ona oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim də əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır. İsmayıl özü də qurban olmağa razılaşır. Lakin oğlunun başını kəsmək istəyərkən bıçaq kəsmir və Allah-Təala ona yüksək imanının mükafatı olaraq qurbanlıq qoç göndərir. Onu da qeyd edək ki, qurban kəsmə üç səmavi dinlərdə - yəhudilikdə, xristianlıqda və İslamda müxtəlif formada mövcuddur. İslam dini qurbanlıq heyvanlarla bağlı bir sıra şərtləri vacib sayır: qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud dəvə olmalıdır. Heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Dana, yaxud digər iribuynuzlu heyvanın üç yaşı tamam olması məqbul hesab olunur. Dəvənin isə ən azı beş yaşı tamamlanmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Kəsiləcək heyvanda hər hansı nöqsanın olması, buynuzunun, yaxud qulaqlarından birinin olmaması məqbul sayılmır. Axtalanmış heyvanın qurban kimi kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.Dünən bayram öncəsi bir sıra ət bazarlarında olub qiymətlərlə maraqlandıq. Onu da qeyd edək ki, paytaxt Bakıda adətən Qurban məqsədilə qoyun və qoç kəsilir. Hər il olduğu kimi, bu il də bazarlarda ət məhsullarının qiymətində artım müşahidə etdik. Dünən Bakının əksər ət bazarlarında mal ətinin qiyməti 9, qoyun ətinin qiyməti isə 10-12 manat arasında olub. Qurban kəsiləcək heyvanlar da müxtəlif qiymətlərə satılır. Diri heyvan almaq istəyənlər üçün heyvana ayaq üstə çəkilmədən qiymət qoyulur. Belə ki, satıcı ilə alıcı razılığa gəlir. Belə hallara az rast gəlinir. Alıcıların sözlərinə görə, bu tipli sövdələşmələrdə qəssablar alıcıları aldadır. Heyvanın diri çəkisinin 50 faizi ət qiymətinə müştərilərə təklif olunur. Yaxud Qurban üçün nəzərdə tutulan heyvan dini şərtlərə uyğun kəsilir və ətin kiloqramı 8-10 manat arası müştəriyə satılır. Bizimlə söhbətdə qəssablar bayram öncəsi ətin qiymət artımının təbii olduğunu bildirdilər. Onların sözlərinə görə, bu ərəfədə fermerlər heyvanların qiymətini artırır. Odur ki, bazarlarda da qiymət qalxır. Qəssablar bayram günlərində ət məhsullarının qiymətinin bir qədər də bahalaşaraq mal ətinin 11-12, qoyun ətinin isə 12-14 manata olacağını söylədilər. Bakı bazarlarında olarkən alıcıların o qədər də çox olmadığını müşahidə etdik. Elə satıcılar da müştərilərin azlığından şikayətləndilər. Onların dediyinə görə, hər il qurban kəsənlərin sayı azalır. 8-ci mikrorayonda yerləşən ət bazarındakı alıcılarla söhbət edirik. Orta məktəblərin birində müəllimə işlədiyini söyləyən Gülbahar xanım Qurban kəsmək imkanı olmadığını söylədi: “Həm özüm, həm də həyat yoldaşım müəllimdir. İki azyaşlı övladımız var. İnandırım sizi, ailəmiz bir dəfə də Qurban kəsə bilməyib. Çünki qazancımız imkan vermir. Bir tərəfdən də ətin qiyməti durmadan artır. Ona görə ət alıb bayramı qeyd edirik”.
44,082
08.12.2008 08:22
Siyasət
“HAZIRLADIĞIM LAYİHƏ DUİ-də QƏBUL EDİLMƏYƏ DƏ BİLƏR”
Pənah Hüseynin DUİ adından dərc etdirdiyi layihə ilə bağlı sözügedən İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu öz mövqeyini qəzetimizə dünənki müsahibəsində açıqlayıb. M.Mirəlioğlu bildirib ki, onlar bu layihənin ictimai müzakirəyə təqdim olunacağını bilmirmişlər: “Biz layihəni DUİ daxilində müzakirəyə qəbul etmişik. Yəni hələlik bizim tərəfimizdən o qəbul olunmayıb. Amma təəssüf ki, biz onu müzakirə etməmiş, layihə qəzetdə dərc olundu. Bunu kimin necə dəyərləndirməsindən asılı olmayaraq, zaman ona qiymət verəcək. Biz bəzən tələsirik. Dostumuz Pənah bəy tələskənlik edərək, sözügedən layihəni mətbuatda dərc etdirib. Biz hələ layihəni iki gün sonra müzakirə edəcəyik. Orada razılaşdırılan məsələlər də ola bilər, razılaşdırılmayan da. Əslində mən həmin layihəni oxumamışam. Onu mətbuata kim təqdim edibsə, o hazırlayıb. Və layihənin bəri başdan ortaya çıxmasını ziyanlı hesab edirəm”. KXCP sədrinin mövqeyindən məlum olur ki, P.Hüseyn DUİ-nin qərarı olmadan layihəni mətbuatda dərc etdirib. Ona görə də M.Mirəlioğlu haqlı olaraq narazılığını ifadə edir. Bu mənada P.Hüseynə yönəlik suallar ortaya çıxır. DUİ rəhbərliyinin qərarı olmadan layihəni qəzetdə dərc etdirməklə bağlı P.Hüseyn bildirdi ki, layihənin ictimai müzakirəyə çıxarılmaması haqqında tövsiyə olmayıb: “Ona görə də qərara gəldim ki, layihəni dərc etdirərək ictimai müzakirəsinə nail olaq. İctimai müzakirənin, hamının mövqeyinin bəribaşdan ortaya qoyulmasının zərəri yoxdur”.“DUİ-nin rəhbərliyi hazırladığınız layihəni dəyişikliklər edib qəbul edə bilərmi?” sualına P.Hüseynin cavabı belə oldu: “Hələ DUİ Sədrlər Şurası bu layihəni müzakirəyə çıxarmayıb. Müzakirələrdən sonra layihə qəbul olunmaya da bilər, oluna da. Və müəyyən əlavə və dəyişikliklər edilməklə qəbul olunması da mümkündür. Ona görə bu sənəd hələ layihə halındadır”. “Layihə dərc olunan gün Mirmahmud Mirəlioğlu Müsavat başqanı İsa Qəmbərlə və ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb müzakirələr aparıblar. Layihə müəllifi olaraq nədən həmin müzakirələrdə iştirak etmirsiniz” sualına cavabında isə P.Hüseyn bildirdi ki, DUİ-nin Sədrlər Şurası danışıqlar aparmaq üçün M.Mirəloğluna mandat verib: “Mirmahmud Mirəlioğlu siyasi partiyaların liderləri ilə danışıqları DUİ adından aparır. Danışıqlar davam etdiriləcək. Mirmahmud ağanın DUİ adından danışıqlar aparmasını Sədrlər Şurasının iclasında mən təklif etmişəm və təklifim qəbul olunub. Onun sədrlik etdiyi KXCP DUİ-də ən iri partiyadır. Mirmahmud ağanın özünün də siyasi aləmdə böyük nüfuzu var. Mən məhz buna görə danışıqlar aparmaq missiyasının KXCP sədrinin üzərinə düşməsini düzgün saymışam. Sədrlər Şurasının üzvləri də bu məsələdə yekdil mövqedə olublar”. P.Hüseyn Sədrlər Şurasının iclasında Xalq Partiyasının sədri Qiyas Sadıxovun deyil, özünün iştirak etməsinə belə aydınlıq gətirdi: “Mən Sədrlər Şurasının üzvü deyiləm. DUİ-nin parlament təmsilçisiyəm. Qiyas Sadıxov iclasda səhhətində problem olduğu üçün iştirak etmirdi”.
44,083
08.12.2008 07:31
Ölkə
KEÇMİŞ MÜSAVATÇILAR HARDADIR, NƏ İLƏ MƏŞĞULDURLAR?
Bəs görəsən, sabiq tanınmış müsavatçılar indi haradadır? Apardığımız araşdırma zamanı öyrəndik ki, onların bir çoxu elmlə məşğul olur, bir hissəsi QHT-lərdə çalışır, digər hissəsi isə işsizdir. Məsələn, bir vaxtlar Müsavat Divanının üzvü olmuş İlham İsmayılın dediyinə görə, ona nə dövlət strukturlarında, nə də ayrıca özəl sektorda işləmək imkanı vermirlər: “Ona görə də dolanmaq, necə deyərlər, ayaqda durmaq üçün ölkə kənarında iş görməyə məcburam. Boş vaxtım çox olduğundan onun əsas hissəsini bu və ya digər sahələri əhatə edən kitablar oxumaqla məşğulam”.“Bəs nə vaxtsa yenidən Müsavata qayıdarsınızmı” sualına cavabında İ.İsmayıl bildirdi ki, Müsavatın sıralarına qayıtmayacaq: “Mən, ümumiyyətlə, bundan sonra heç bir partiyanın sıralarında təmsil olunmayacağam. Müstəqil politoloq kimi fəaliyyət göstərəcəyəm və güman edirəm ki, bu, daha effektli olardı”.Müsavat Divanının tanınmış üzvlərindən biri də politoloq Rasim Musabəyovdur. O hazırda hakimiyyətə yaxınlığı ilə seçilən “Puls” sosioloji sorğu mərkəzinə rəhbərlik edir, müxtəlif beynəlxalq fondların qrant layihələri hesabına bir sıra layihələrdə iştirak edir.Partiyanın başqa sabiq Divan üzvü Akif Nağı Müsavatı 2006-cı ildə tərk edib. O bizimlə söhbətində partiyanı tərk etməyinin səbəbi kimi bütün gücünü rəhbərlik etdiyi Qarabağ Azadlıq Hərəkatının fəaliyyətinə həsr etməsini göstərdi. A.Nağı da Müsavata qayıtmağa hazırlaşmır: “QAT-a üzv olan şəxslərlə birgə belə qərara gəlmişik ki, siyasi fəaliyyətlə məşğul olmayaq. Ona görə də üzvlərimiz vaxtilə təmsil olunduqları partiyaların sıralarını könüllü şəkildə tərk edib”.Bir vaxtlar Müsavat Məclisində təmsil olunan professor Musa Qasımov Müsavatı 2003-cü ildə tərk edib. Mobil telefonunun nömrəsini dəyişdiyindən onunla əlaqə saxlaya bilmədik. Amma öyrəndik ki, 5 il əvvəl bəyanat verərək partiyanı tərk edən M.Qasımov bunun müqabilində mükafatlandırılıb da. İndi o, BDU-da kafedra müdiridir.BDU-nun başqa bir müəllimi, Müsavatın sabiq Məclis üzvü Altay Göyüşov isə elmlə məşğuldur. Özü də xaricdə. O hazırda ABŞ universitetlərinin birində İslam dinindən dərs deyir.Başqa bir müsavatçı müəllim, sabiq Divan üzvü və Səbayel rayon təşkilatının keçmiş sədri Əsgər Əhməd köhnə peşəsinə qayıdıb. Ə.Əhməd hazırda Azərbaycan İncəsənət və Mədəniyyət Universitetində dərs deyir.Müsavat Məclisinin sabiq üzvü Seyid Camal Əzimbəyli hazırda ikinci dəfədir ki Həcc ziyarətindədir. Bu il keçirilən prezident seçkiləri öncəsi Müsavatı tərk edən Seyid Camal bütün fəaliyyətini rəhbəri olduğu “Təbliğ” İslam Cəmiyyətinə həsr edib.Partiyanın sabiq Məclis üzvü Aynur Camalqızına gəlincə, indi o, daha çox Aynur Quliyeva kimi tanınır. Çünki millət vəkilidir.Vaxtilə Müsavatı MSK-da təmsil edən vəkil Vidadi Mahmudlu da siyasətdən gedib. 2005-ci ildə MSK-da yekun protokola qol çəkdiyinə görə partiya sıralarından çıxarılan V.Mahmudlu hazırda vəkilliklə məşğuldur. O əsasən mülki işlərlə bağlı məhkəmə proseslərinə çıxır.
44,084
08.12.2008 07:22
Yazarlar
ŞEYXİN VİLLASINDAKI NİL TİMSAHLARI
Söz yox, mən Amerikanın şalvarımızın dalındakı yekə yamağı görüb-görməyəcəyini bilmirəm. İnşallah, görməzlər. Görsələr də, cəhənnəmə ki... Qoy bunun dərdini müxalifətə indi “optovı” bağlanan yeni iş yerlərinin lentindən qəstum tikməyi təklif edən YAP-çı Siyavuş Novruzov çəksin.Əsas odur ki, artıq Amerikadan nədəsə qabaqdayıq. Mən lider ölkəmizin əzəmətini, bənzərsizliyini, unikallığını benzin söhbətində bir daha gördüm. İTV-də gündə əlli dəfə təkrarlanan “11 iqlim qurşağından 9-u”, “39-42-ci paralellər”, “analoqu olmayan inkişaf” söhbəti elə-belə deyil ha... Görürsənmi, oğlum, neft satan ölkələrdə benzin hələ də od qiymətinədir, onu alanlarda isə su qiymətinə. Odla su arasında qalıb gözünü müdrikcəsinə döymək budur də...Demə ki, biz neft ölkəsi ola-ola o zəhrimarın burada baha, onu bizdən alan ölkələrdə isə ucuz olması böyük ədalətsizlikdir. Ən böyük haqsızlıq bu deyil. Böyük ədalətsizlik odur ki, həşəmətli səhiyyə nazirimiz Oqtay Şirəliyevin indiyədək hələ bir qotur neft quyusu, bəd ayaqda cəhənnəm, lap elə xırdaca bir qaz yatağı da yoxdur. Amma insaf naminə olmalı idi. Niyəsini deyim. Bu günlərdə Almaniyada keçirilən “Medica-2008" beynəlxalq tibb sərgisində ölkəmizi kim təmsil etsə yaxşıdır? Şirəliyev və onun xəstəxanaları, Tibb Universiteti-zadı yox, Dövlət Neft Şirkəti. Bu hesabla qoy Şirəliyev də neft satsın, qaz çıxarsın.Gülüb-eləmə. Bu ölkədə kim öz işi ilə məşğuldur ki?! Dini liderimizə bax. Qəzetlər yazır ki, şeyx Montindəki villasında Nil çayından gətizdirdiyi iki timsah saxlayır. Hərəsi gündə 22 kilo ət yeyən 6-9 metrlik bu timsahların təkcə Bakıya gətirilmə xərci 200 mini ötüb. Şeyx həm bu, həm də o dünyaya aid hesab-kitabı bilən adamdır. O, boş şeyə pul xərcləməz. Yəqin, nəcib məqsədi var: ya timsahları kökəldib özünü (yaxud da yumurtasını) satandan sonra pulunu yetim-yesirə paylayacaq, məktəb tikdirəcək, başqa savab işlər görəcək, ya da QMİ-nin gözü qabağında qanunsuz məscid tikən vələdüzzinaları o timsahların qabağına atacaq.Yaxud işıq idarəsinin rəisi Etibar Pirverdiyevi götürək. Ölkənin işıq problemi yay-qış bilmir, isti-soyuğa baxmır, yəni əbədidir, daimidir, həmişəcavandır, həmişəyaşardır və s. Amma Pirverdiyev neyləyir - başına kaska qoyub gündüzlər bayraq meydanı tikir, gecələr isə xəstəxana sökür.Heç kimin öz işi ilə məşğul olmaması qorxulu deyil, hətta milli dövlətçilik məfkurəmizin buyurduğu vacib şərtdir. Bunun səbəbini də bilirəm, fəlsəfəsini də, nəylə nəticələnəcəyini də. Nağıllarımızı oxusaydın, atın qabağına ət, itin qabağına ot qoyan babalarımızın ənənələrinə bələd olsaydın, sən də bilərdin. Unikal milli-mənəvi dəyərlər, mentalitet dediyin şey də elə budur də, keçmişimizdən süzülüb gəlir. Ki, YAP-ın demokratiya horrasına qarışsın, həyatımız daha maraqlı, rəngarəng, şən və oynaq olsun.Bu ənənələrdən biri də ağsaqqallara dəruni və məcburi sayğımızdır. Ciddi sözümdür, ürəkdən bəyəndiyim tək-tük xasiyyətimizdən biri budur. Bir ağsaqqal deputatımız var - Murtuz Ələsgərov. Hüquq professoru olan Murtuz müəllim parlamentə getmir. Deyir ki, Milli Məclisə getmək məcburi deyil, həm də hava soyuqdur deyə evdən az-az çıxıram.Haqlıdır, guya gedib neyləyəcək?! Zeynəb Xanlarova da o gün dedi ki, deputatların işi əvvəlcədən haradasa hazırlanan qanunlara səs vermək üçün, sadəcə, düymə basmaqdır. Yəni deputatın əslində heç bir rolu yoxdur. Day Murtuz müəllimə belə xırda şeydən sarı əziyyət verməyin nə mənası?! Gənc deputatların bir-ikisini bu işə ayırmaq olar. Məsələn, Fuad Muradov, Zahid Oruc-zad cavan uşaqlardır, düymə basmaq onların əlində nəmənədir ki?! Bu da əsgərliyə getmək deyil ha, əllərindən gəlməyə...Bir də ki, Murtuz müəllim hüquqşünasdır, kriminogen durumdan yaxşı baş çıxarır. Bilir ki, son vaxtlar mandat oğruları çoxalıb, küçəyə çıxmaq olmaz. O gün də bir deputatın mandatını maşınından oğurlamışdılar. Belə dilxorçuluqdansa qiyabi deputatlıq yaxşıdır....Qiyabi siyasi xadim, qiyabi dövlətçi, qiyabi vətənpərvər olmağı da Rəsul Quliyev dəb saldı. Sağ olsun.
44,085
08.12.2008 07:37
Ölkə
“HACI ALLAHŞÜKÜR PAŞAZADƏ TİMSAH SAXLAYIR”
Məlumatda timsahların şeyxə çox baha başa gəldiyi və xüsusi mühafizə altında olduğu da qeyd olunur: “Mütəxəssislərin fikrincə, bu heyvanları Afrikadan tutub ölkəmizə yalnız xüsusi konteynerlərlə gətirmək olar ki, bu da ən azı 150-200 min dollar xərc tələb edir”. Dünən xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə çalışdıq. Hörmətli Şeyxin özü ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qafqaz Müsəlmanları İdarəsindən isə zənglərimizə cavab verən tapılmadı.Onu da xatırladaq ki, Azərbaycanda tanınmış imkanlı şəxslərin, xüsusən də yüksək vəzifəli məmurların müxtəlif bahalı heyvanlar saxlaması dəb halını alıb. İndiyədək dəfələrlə məlumat yayılıb ki, hətta bəzi nazirlər və komitə rəhbərlərinin şəxsi zooparkları mövcuddur. Bahalı heyvanları olanların sırasında əksər oliqarxların adı çəkilib. Məsələn, Kəmaləddin Heydərovun canavarlar və poni cinsli atlar, sabiq nazir Heydər Babayevin delfin və ekzotik göyərçin növləri saxladığı, Ziya Məmmədovun pələng və delfin həvəskarı olduğu, Misir Mərdanovun bahalı cins itlərinin olduğu, Cahangir Əsgərovun Afrikadan müxtəlif növ bahalı heyvanlar alıb özünə zoopark yaratdığı haqda mətbuatda dəfələrlə xəbərlər yayılıb. Maraqlıdır ki, bu xəbərlərin heç biri təkzib olunmayıb. Hörmətli Hacı Allahşükür Paşazadənin timsah saxladığı barədə xəbər doğrudursa, təəccüb etməli nə isə yoxdur. Şeyxin adını çəkdiyimiz oliqarxlardan nəyi əskikdir ki?
44,086
08.12.2008 08:38
Gündəm
PENTAQON TÜRK DİLİNİ BİLƏN MÜTƏXƏSSİSLƏR AXTARIR
Axtarılan mütəxissislər arasında türk dilində danışan və türk mədəniyyətini yaxşı tanıyanlar da var. Geytsin təlimatı ilə 1000 nəfəri əhatə edəcək pilot proqrama start veriləcək. İşə götürülənlərin ABŞ vətəndaşlığı almasına da kömək göstəriləcək. Bu şəxslərin ən azı iki il ABŞ-da qanuni olaraq yaşaması vacib şərtdir.
44,087
08.12.2008 07:39
Gündəm
“İRANDAKI SƏFİR GERİ ÇAĞIRILMALIDIR”
Qeyd edək ki, Elçibəy hakimiyyəti dönəmində Azərbaycanı İranda təmsil etmiş Nəsib Nəsiblidən sonra bu postu tutan Əliyar Səfərli də A.Həsənovu sərt tənqid edib.Ə.Səfərli “Abbasəli Həsənov əslində Azərbaycanın yox, İranın səfiridir” deyib. Ekspertlərin fikrincə, İrandakı səfir haqqında ölçü götürülməlidir. Lakin dünən Xarici İşlər Nazirliyindən səfirin dediklərinə münasibət öyrənə bilmədik. Klassik Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin sədri Zəlimxan Məmmədli isə bizimlə söhbətdə bildirdi ki, Azərbaycanı xaricdə təmsil edən şəxsin ilk növbədə milli problemlərə milli təəssübkeşlikdən yanaşması çox önəmlidir: “Azərbaycanın təmsilçilərinin diplomatik missiyasında Azərbaycan dövləti və xalqının maraqlarının təmin olunması əsas xətti təşkil etməlidir. Bu açıqlamaları verən səfirimizin dünyagörüşünün kifayət qədər yetərli olmadığı qənaətindəyəm. 35 milyonluq Azərbaycan türkünün səsi hər gün zindanlardan gəlir, insanlar təqib olunur, milli-mənəvi haqları əlindən alınır. Səfir isə hətta İranın bu cür davranışında Elçibəyi günahlandırır. Bunun özü, açığı, siyasi axmaqlıqdır”. Z.Məmmədli insan haqları məsələsinin heç bir ölkənin daxili işi olmadığını xatırlatdı: “İnsan haqqı heç bir dövlətin daxili işi ola bilməz, o, ümumbəşəri dəyərdir və bu dəyərlər qorunmalıdır. Bu baxımdan Elçibəy, təbii ki, 35 milyonluq Azərbaycan türkünün maraqlarının qorunmasına qarant olmaq istəyirdi və Güney Azərbaycandan olan milli mücahidləri açıq şəkildə dəstəkləyirdi. Bizim səfirliyimiz isə milli maraqlarımıza xidmət edənləri aşağılamaqla fars şovinizminə xidmət edir”. KXCP yetkilisi səfirin dediklərinə ciddi reaksiya verilməsini zəruri sayır: “Bu açıqlamaya Xarici İşlər Nazirliyi səviyyəsində mövqe bildirilməlidir”. Zəlimxan bəy eyni zamanda bu kimi insanların Elçibəyi ittiham etməyə heç bir mənəvi-hüquqi əsası olmadığını dedi: “Ona görə ki, Elçibəy əxlaqı, Elçibəy dünyagörüşü ilə bunlarınkı daban-dabana ziddir. Bunların Elçibəyi dərk eləməsi üçün ən azı mahiyyətcə türk olmaları lazımdır”. Z.Məmmədli milli düşərgə təmsilçilərinin A.Həsənovun geri çağırılması tələbini qoymasını da məntiqli sayır: “Abbasəli Həsənovun fikirləri yalnız Elçibəyin şəxsiyyətinə qarşı yönəlməyib. O, 35 milyonluq Azərbaycan türkünün istiqlal mübarizəsinə balta vurub. Elçibəy şəxsiyyətinə qarşı olan təzyiqlərin fəlsəfəsində milli azadlıq, bütövlük və istiqlal mübarizəsini boğmaq məqsədi durur. Bu baxımdan, təbii ki, belə insanların Azərbaycanı hər hansı formada təmsil etməsi qeyri-mümkün sayıla bilər. Belə olan təqdirdə onun geri çağırılması üçün prosesin başlanması tam məntiqlidir”.
44,088
08.12.2008 07:40
Gündəm
“QARABAĞLA BAĞLI NARAHATLIĞA ƏSAS VAR”
Xatırladaq ki, 2002-ci ilin əvvəllərində də Qarabağ danışıqları sürətlənmişdi və mərhum dövlət başçısı Heydər Əliyev ictimaiyyətin narahatlığını və digər məsələləri nəzərə alıb Milli Məclisdə Qarabağ dinləmələri keçirdi. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov da qeyri-müəyyənliyə və narahatlığa ciddi əsasların olduğunu bildirdi: “Danışıqlarda hələ son nöqtə qoyulmayıb, müzakirə olunan prinsiplər tam razılaşdırılmayıb. Orda çox mühüm bir neçə məsələ hələ mübahisə predmetidir. Sazişin Azərbaycanın maraqlarına uyğun olub-olmayacağı həmin mübahisəli məsələlərin həllindən asılıdır. Axırıncı 2-3 razılaşdırılmamış bəndlər üzərində elə bir razılıq əldə oluna bilər ki, bu, gələcəkdə Azərbaycanın işğal olunmuş bütün torpaqlarının azad olunmasına gətirib çıxarar. Eyni zamanda həmin razılaşdırılmamış bəndlər üzərində elə qərarlar verilə bilər ki, işğaldakı torpaqlarımız gələcəkdə Azərbaycandan rəsmən ayrılar. Ona görə də bu gün Qarabağ məsələsi ilə bağlı qeyri-müəyyənlik hökm sürür”. E.Namazovun fikrincə, qeyri-müəyyənliyi və cəmiyyətdəki narahatlığı aradan qaldırmağın iki yolu var. Birincisi, Azərbaycan hakimiyyəti danışıqlarda ölkəmizin maraqlarını sona qədər qətiyyətlə müdafiə eləməlidir. İkincisi, hakimiyyət bu məsələ ilə bağlı cəmiyyətlə açıq dialoqa getməlidir: “Hakimiyyət xalqa açıq bildirməlidir ki, ölkəmizdən hansı kompromislərə getmək istənilir və biz nəyə razılıq verə bilərik, nəyə razılıq yox. Təəssüf ki, bu məsələlərdə hələlik real addım görmürük. Nə yuxarıda qeyd etdiyim bir neçə vacib prinsip üzərində razılıq var, nə də cəmiyyətə danışıqlarla bağlı açıqlamalar verilib. Ona görə də təbii olaraq cəmiyyətdə qeyri-müəyyənlik yaranıb, ən müxtəlif söhbətlər, şayiələr yayılır”.Politoloq Milli Məclisdə Qarabağ danışıqları ilə bağlı ictimaiyyət nümayəndlərinin də iştirakı ilə dinləmələr keçirilməsini zərurə sayır: “Dinləmələr indiyə qədər keçirilməli idi. Bu məsələdə hələ xeyli gecikmişik. Dinləmələr keçirilmədən, cəmiyyətə açıqlamalar verilmədən və onun rəyi öyrənilmədən hansısa sülh sazişinin imzalanmasını güman etmirəm. Cəmiyyətlə dialoq aparılsa və cəmiyyət hansısa həll variantını dəstəkləsə, dövlətlərarası razılıq əldə etmək mümkün olacaq və sülh sazişi imzalanacaq. Əgər vəziyyət indiki kimi qeyri-müəyyən davam etsə, ictimaiyyətə heç bir açıqlama verilməsə, deməli, sülh sazişinin imzalanacağı da qeyri-realdır”. Milli Məclisin təhlükəsizlik daimi komissiyasının üzvü deputat Zahid Oruc hesab edir ki, Qarabağla bağlı danışıqlarda Azərbaycanın mövqeyinin daha güclü olması üçün ölkəmizdə siyasi mövqeyindən asılı olmayaraq bütün qüvvələrin, ictimaiyyətin Qarabağ məsələsində vahid mövqedə olması zəruridir. Ancaq Milli Məclisdə dinləmələr keçirilməsinə ehtiyac yoxdur: “İctimaiyyətin müxtəlif spektrlərində müzakirələr indi də keçirilir. Bu cür müzakirələr Qarabağ məsələsi ilə bağlı cəmiyyətdəki birliyin daha da güclənməsinə təkan verir. Ona görə də cəmiyyətdə Qarabağ məsələsi ilə bağlı dialoqun olmasını müsbət hesab edirəm. Lakin parlamentdə dinləmələr keçirilməsinə ehtiyac yoxdur. Qarabağ danışıqlarında ölkəmizi cənab prezident qətiyyətlə təmsil edir və Azərbaycanın maraqları tam qorunur”.
44,089
08.12.2008 07:34
Yazarlar
POEZİYAMIZIN GENERALI
Ən azı 4-5 dənəsini mən oxumuşam. Diqqətli oxucuların yadında olar, hətta “Diplomat” adlı qəzetcikdə çıxmış həmin şeirlərdən birinə köşə də həsr etmişəm. Heyif, indi o yazı əlimin altında yoxdur, sitat gətirərdim, kefiniz açılardı.Bəylər Əyyubov adi bir cangüdəndir, bəs onun şairlərə ilham verməsi nədən doğur? Siz heç dünya xalqları, ölkələri arasında prezidentin əsas cangüdəninə şeir-meir şappıldadan gördünüzmü? Mənə məlum deyil. Bizim yoldaş Əyyubov haqda isə durmadan yazırlar. Mən şeir mövzuları üzrə top-onluğa baxmışam, bu saat orada “Əyyubov mövzusu” “Yarın ala gözləri”, “Əğyar”, “Qarabağım, qara baxtım”, “Dünya düzəlmir”, “Dərd belimə minib” kimi populyar mövzulardan sonra, 6-cı yerdə qərarlaşıb. Gəlin həmin şeirlərdən birinə nəzər salaq.“General” adlı həmin şeirin müəllifi Eldar Nadirdir. Şeir “Ulu Qərbi Azərbaycan” qəzetciyində, yoldaş Eyyubovun fotosu altında verilib. “Ulduzlar səmada heç zaman sönmür,Ləyaqət insanda heç vaxt görünmürHər an döyüşdəsən, günün bir ömür,Mənimlə üz-üzə durur bir sual:Bu güc haradandır, səndə general?!" Gerçəkdən, dərsliklərə salınası şeirdir, Misir Mərdanov fil qulağında yatıb. Diqqət edin, müəllif ulduzların heç zaman sönmədiyini yazmaqla astronomiya elmini küllən-kuf edibdir. “Hər an döyüşdəsən” ifadəsi isə gizli mətləblərdən xəbər verir, ola bilsin hörmətli dövlət başçısına qarşı hər an hücuma keçən mənfur, alçaq qüvvələr vardır. Ancaq ləyaqətin heç vaxt görünməməsi haqda fikirdə bir qədər sarkazm, poetik obyektə qarşı sayğısızlıq hiss olunur. Eybi yox, göstərərlər - görərsən. “Ölkə başçısının qayğılarınaŞəriksən ağrısı-acılarına" Çox gözəl misradır, cangüdənin qoruduğu şəxsə bağlılığını, o ağrıyanda ağrımasını şair müdhiş təsvir edib. Hərçənd, burada da siyasi səhv var: hansı qayğı və ağrı-acıdan söz gedir? Axı ölkəmiz analoqsuz inkişafdadır! Ağrı-acı 90-cı illərin əvvəlində qaldı. “Ucal yüksəklərə, bir daha ucalLəyaqət timsalı, ay mərd general" Müəllif aşkar işarə edir ki, general Vaqif Axundovu çıxardıb, yerinə Əyyubovu qoymağın vaxtıdır. Yoxsa cangüdən “bir daha” hara “ucala” bilər? Bəlkə prezident olmaq istəyir?Ümumiyyətlə, Əyyubovun gələcək perspektivləri şairi çox narahat edir. Məsələn, aşağıdakı misralara baxaq: “Bu gün əsir qalan Ulu Vətəndə Yurd salan düşməndən sən özün öc al!Qürurlu general, mətin general!" Əgər əsir vətən, düşmən deyərkən Ermənistanın təcavüzü nəzərdə tutulursa, məntiqlə müəllif Əyyubovun Səfər Əbiyevi əvəz etməsini məqsədəuyğun sanır, çünki beytdə sadalanan vəzifələr müdafiə nazirinin sahəsidir. Burada general sözünə “öc al” sözünün qafiyə seçilməsi isə Öcalanı xatırladıb Türkiyə ilə münasibətlərimizə xələl gətirə bilər.Yersiz misralardan biri də “Ulduzlar bərq vurur geniş çiynində” misrasıdır. Hamımız görmüşük ki, Bəylər bəy adətən mülki geyimdə iş başında olur. Keçək o biri bəndə, yoxsa qəzetdə yer qurtarır: “Nə böyük Ananın övladısan sən,Saçın ağarsa da, gözündə gəncsənAdın igidliyə olubdur timsalEy dönməz general, qorxmaz general". Yəni şair deyir ki, Kutuzovu, Suvorovu, Napoleonu, Jukovu, canım sənə desin, Babəki, Koroğlunu, Cavanşiri, üstəgəl makedoniyalı İsgəndərlə Səfər Əbiyevi, bundan da çıx general Dadaş Rzayevlə feldmarşal Paulyusu və sairəni - hamısı boş şeylərdir. Bu saat dünyada igidlik misalı Bəylər Əyyubovdur. Bu günümüz, sabah və gələcəyimiz də odur. 21-ci əsrə “Bəylər əsri” deyəcəyik.Ümid edək ki, heç olmazsa belənçik şeirlər nəticəsində hörmətli general inhisarda saxladığı subtropik meyvə ticarətində ucuzlaşma yaradacaq. Axı xalq inancına görə, ölkəyə bananı məhz qürurlu general gətirir.Amma şeirdə bananın ucuzlaşacağı haqda heç bir poetik qeyd yoxdur. Zamin HACI
44,090
08.12.2008 07:50
Yazarlar
SƏFİRİN SƏHVİ
Son dəfə 2007-ci ilin iyununda 2006-cı il may hadisələrinin ildönümü aksiyalarında iştirak etdiyinə görə həbsə alınmışdı. Həmin cəsur xanım noyabrın 9-dan yenə həbsdədir. Şahnaz xanım bu yaxınlarda müəmmalı şəkildə maşın qəzasına düşmüş 3 qardaşın (Qulamrza, Kərim və Cəfər Əmanilər) ölümündə ETTELAAT əməkdaşlarının əli olduğunu bildirdiyi üçün zindana salınıb. İran zindanlarında olan azərbaycanlıların sayı-hesabı isə bilinmir. Təbii ki, söhbət İran konstitusiyasında əksini tapan milli haqlar uğrunda mübarizə aparan soydaşlarımızın həbsindən gedir. Yeri gəlmişkən, artıq Güney Azərbaycanın səsi dünya səviyyəsində eşidilməkdədir. Az öncə BMT-nin baş katibi İranda azərbaycanlıların hüquqlarının pozulmasından danışmışdı. O gün isə Şahnaz Qulami barəsində İsveç Krallığında çıxan “Sydsvenskan” qəzetində məqalə dərc olunmuşdu. Hətta isveçli jurnalist Kristina Ringsberg İranın İsveçdəki səfirliyinə Ş.Qulami ilə bağlı məktub göndərərək onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi. Gözlənildiyi kimi, İran səfiri bu məktuba məhəl qoymadı. Ancaq bu günlərdə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun dedikləri milli heysiyyatı olan hər kəsdə təəccüb və təəssüf hissi doğurdu. Diplomatın iddiasına görə, İran-Azərbaycan münasibətlərindəki problemlərin baiskarı Elçibəy hakimiyyəti imiş. Azərbaycanı təmsil etmək missiyasını daşıyan cənab Həsənovun Tehranda oturub belə açıqlama verməsi ən azı ayıb işdir. Azərbaycanın prezidenti olmuş bir şəxsin, özü də dünyada olmayan insanın ünvanına yad bir ölkədə rəsmi şəxsin həqarət səsləndirməsinə heç nə ilə haqq qazandırmaq olmaz. İranın Azərbaycandakı diplomatı heç vaxt öz ölkəsinin rəhbəri olmuş şəxsi ittiham eləməzdi. Səfir heç olmasa gərək mərhum Heydər Əliyevin Elçibəyə dünyasını dəyişəndən sonra verdiyi önəmi, onun cənazəsi qarşısında baş əyməsini, Fəxri Xiyabanda dəfn olunmasını, nəhayət, məhz indiki hakimiyyətin qərarı ilə qəbirüstü abidəsinin qoyulmasını unutmayaydı. Elçibəy Azərbaycanın tarixidir və bu tarixə qara yaxmaq elə xalqın və dövlətin ünvanına həqarətdir. Özü də milli azadlıq hərəkatının 20-ci ildönümü günlərində Elçibəyi bu şəkildə xatırlamaq heç kimə başucalığı gətirmir.Səfirin digər səhvi onun İran ərazisində - Cənubi Azərbaycanda yaşayan qan qardaşlarımızın problemlərinə bəsit yanaşması ilə bağlıdır. “Qoy azərbaycanlılar öz problemlərini özləri həll etsinlər” deyib Abbasəli müəllim. Bununla da ciddi səhvə yol verib. Ən azı gərək dövlət başçısı İlham Əliyevin 50 milyonluq azərbaycanlının prezidenti olduğunu yaddan çıxarmayaydı. Ölkə rəhbəri dünyanın hansı nöqtəsində olursa-olsun, azərbaycanlıların taleyinə biganə qalmayacağını dəfələrlə bəyan edib. Əslində bununla da komanda üzvlərini, xaricdəki diplomatları azərbaycanlıların problemlərinə sahib çıxmağa çağırıb. Ancaq qarşılığında A.Həsənov “mənə nə” deyib yaxasını kənara çəkir. İrandakı azərbaycanlılar ana dilində təhsil almaq, Azərbaycan türkcəsinə dövlət statusunun verilməsi, İran hakimiyyətinin onlara dəyər verməsindən özgə nə istəyir ki? Əgər bu gün Azərbaycan hakimiyyəti Gürcüstandakı azərbaycanlıların problemləri ilə maraqlanırsa, məntiqlə İrandakı milyonların taleyinə də biganə qalmamalıdır. Bu gün İranda milli fəalların hüquqlarını qoruyan hüquq müdafiəçiləri də zindana atılır, ana dilində qəzet nəşr edən jurnalist də. Ancaq nə olsun, bircə dəfə Abbasəli müəllim İran rəsmiləri ilə görüşüb günahsız azərbaycanlıların zindandan çıxarılmasını xahiş edibmi? Yox! Onun təbirincə desək, Azərbaycanın xarici siyasət kursunda Cənubi Azərbaycan məsələsi yoxdur, ona görə də bu məsələlərə qarışmır. Əgər A.Həsənov insan haqları məsələsinin heç bir ölkənin daxili işi olmadığını bilmirsə, çox heyf. Biz İranın Bakıdakı səfirlərinin davranışlarını da görmüşük. İranda həbs edilən azərbaycanlıların mində biri sayda fars Azərbaycan həbsxanalarında olsaydı, görün, səfirlik hansı qiyamət qoparardı. Kəsəsi, səfirimiz böyük səhvə yol verib. Heç olmasa indi ölkə rəhbərliyi onun barəsində düşünməlidir. Deyəsən, Abbasəli müəllim İranda o qədər çalışdı ki, axırda Azərbaycanın yox, İranın səfirinə çevrildi. Elşad PAŞASOY
44,091
08.12.2008 07:51
Gündəm
“ERGENEKON” MƏHKƏMƏSİNDƏ AZƏRBAYCANLA BAĞLI SENSASİON OLAY
Həmin dosye Fikrət Əməkin Ankaradakı evində aparılan axtarış zamanı tapılıb.Bildirilir ki, Əməkin evindən dövlət sirri hesab edilən digər məxfi dosyelər və sənədlər də tapılıb. Bunların əksər hissəsi PKK və onun fəaliyyətləri barədədir. Sözügedən şəxs Türkiyə silahlı qüvvələrinin kəşfiyyat xidmətinin tərkibində PKK-ya qarşı ölkənin cənub-şərqində, İraqın şimalında aparılan bir çox gizli əməliyyatların iştirakçısı olub.Məhkəmə zamanı Fikrət Əməkdən bu məxfi sənədləri, o cümlədən PKK-nın Azərbaycan fəaliyyətləri haqda kəşfiyyat dosyesini haradan əldə etdiyi soruşulub. İstefada olan zabit isə bu suallara belə cavab verib ki, həmin sənədləri hansı mənbələrdən əldə etdiyini açıqlamayacaq. Əmək istefada olmasına baxmayaraq ona terror təşkilatı və fəaliyyətləri barədə bir çox məxfi informasiyaların gəldiyini, həmin dosyelərdən gərəksiz saydığını məhv edərək mühüm olanları evində saxladığını deyib. O, PKK-nın Azərbaycan fəaliyyəti və terror təşkilatına aid digər məxfi dosyeləri ittiham aktına əlavə etməklə prokurorların Türkiyə silahlı qüvvələrini zərbə altında qoyduğunu da bildirib. “Bu dosyelərin ifşa edilməsiylə silahlı qüvvələr və Baş qərargaha tabe olan xüsusi təyinatlı qüvvələrin komandanlığı şübhə altına qoyulur. Həmin dosyelərin açıqlanması ilə bağlı məndən zərər görənlərdən üzr istəyirəm”, - deyə Əmək bildirib. Sözügedən dosyelərin məzmunu bəlli olmasa da, onlar “Ergenekon” işinə əlavə olaraq məhkəməyə təqdim edilən çoxsaylı əlavə dəlillər arasında yer alır, həmçinin şübhəlilərin vəkillərinə paylanıb və beləliklə də məxfi olmaqdan çıxıb.Məhkəmədə qeydə alınan bu məqam PKK-nın Azərbaycandakı fəaliyyətlərini və Türkiyənin dövlət qurumlarının bundan xəbərdar olduqlarını bir daha təsdiq edir. Bir neçə ay əvvəl Türkiyə mətbuatı gizli kəşfiyyat hesabatına istinadən yazmışdı ki, PKK Azərbaycanda sərbəst fəaliyyət göstərir. Bu fəaliyyətlər əsasən təşkilat adına pul toplamaq, siyasi və təbliğat-təşviqat işlərini əhatə edir. Hesabatda həmçinin deyilirdi ki, Azərbaycan hakimiyyəti PKK-nın ölkədə fəaliyyət göstərdiyi haqda deyilənləri rədd edir. Türkiyə tərəfi Azərbaycanla rəsmi təmaslar zamanı heç vaxt açıq şəkildə mətbuat qarşısında PKK-nın fəaliyyəti barədə məsələni qaldırmayıb. Lakin dəfələrlə xəbər verildiyi kimi, bu məsələ iki ölkə arasında müxtəlif səviyyələrdə aparılan rəsmi danışıqlar zamanı ciddi müzakirə edilib. Həmçinin Türkiyə tərəfi Azərbaycandan ölkədə gizlənən yüksək səlahiyyətli PKK mənsublarının tutulub təhvil verilməsini, bu təşkilatı rəsmən terrorçu kimi tanıyan qanun qəbul etməsini və təşkilatın maliyyə kanallarının bağlanmasını istəyib. Əvvəllər Türkiyə mətbuatı yazmışdı ki, Azərbaycan rəhbərliyi PKK-nı rəsmən terror təşkilatı elan etmək haqda vəd verib, həmçinin iki ölkənin hüquq-mühafizə və ədliyyə orqanları arasında PKK-çıların tutulub təhvil verilməsinə dair danışıqlar aparılıb. Ancaq bu günədək onların heç biri edilməyib. Bir neçə gün əvvəl isə PKK-nın Naxçıvanda yubileyinin qeyd olunduğu, orada Türkiyədən olan PKK-çı millət vəkilinin də iştirak etdiyi haqda xəbər yayılmışdı.
44,092
08.12.2008 06:53
Gündəm
İRAQDAKI SÜLHMƏRAMLILARIMIZ VƏTƏNƏ DÖNDÜ
Qeyd edək ki, bundan öncə Azərbaycan tərəfi Kosovoda xidmət edən hərbçilərimizi də geri cağırmışdı. İndi sülhməramlılarımız yalnız Əfqanıstanda xidmət edir.
44,093
08.12.2008 07:41
Gündəm
METYU BRAYZA ELMAR MƏMMƏDYAROVU TƏKZİB ETDİ
Onun fikrincə, bu o deməkdir ki, İlham Əliyevlə Serj Sərkisyan razılığa gəlmək üçün qarşı tərəfin maraqlarını nəzərə almağın vacibliyini anlayırlar. Hərçənd Brayza onu da qeyd edir ki, tərəflər arasında fundamental fərqlər qalır və onları uzlaşdırmaq üçün hələ çox iş görülməlidir. Amerikalı həmsədr bildirib ki, Helsinkidə Qarabağla bağlı keçirilən görüşlər Əliyevlə Sərkisyanın Moskvadakı uğurlu görüşündən sonra növbəti addım idi. Tərəflər arasında fikir ayrılıqları olsa da, danışıqlar davam edir və prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsi mümkündür: ÿ"Hesab edirəm ki, prezidentlər də aralarında etimadın yaranmağa başladığını hiss edirlər. Lakin biz hələ İrəvan, Bakı və Dağlıq Qarabağda olarkən münaqişə tərəflərindən qəti mesajlar almışıq. Onlar bildirdilər ki, müzakirələr üçün yeni imkanlar yaranıb. Bu da bizə əsas prinsiplər barədə razılığa gəlmək üçün önəmli irəliləyişlər əldə etməyə imkan verir". Brayza habelə tərəfləri ATƏT sammitinin bəyannamələrinə ciddi nəzər yetirməyə çağırıb. Helsinkidə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri birgə bəyanat verərək, tərəfləri iki ölkə liderlərinin Moskva bəyannaməsinin yaratdığı əlverişli məqamdan istifadə etməyə çağırıblar. Brayza deyib ki, həm bu bəyannamə, həm də nazirlərin görüşləri baza prinsiplərinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə olub. Amerikalı həmsədrin sözlərinə görə, tərəflərin müzakirəsi Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinə hər hansı düzəliş və ya prinsipial dəyişikliklər etməyib. “Biz hər iki tərəfin ağıllı yanaşmaya nail olması üçün işi davam etdirmək qərarına gəldik”, - deyə Brayza əlavə edib. Xatırladaq ki, Helsinki danışıqlarından sonra mətbuata açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov münaqişənin nizamlanmasının baza prinsiplərini nəzərdə tutan Madrid sənədinə bəzi dəyişikliklər edildiyini bildirib. Bu sənəd Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması və bölgənin statusunun müəyyən edilməsi üçün referendum keçirilməsini nəzərdə tutur. Məhz referendum məsələsinə görə Madrid sənədi Azərbaycan ictimaiyyəti tərəfindən təslimçi sülhə aparan model kimi qəbul edilir. Lakin amerikalı diplomatın dediklərindən görünür ki, bu sənəddə hər hansı ciddi dəyişikliklər yoxdur.
44,094
08.12.2008 06:51
İqtisadiyyat
BAKI-ŞAMAXI YOLU GƏLƏN YAYDA TƏHVİL VERİLƏCƏK
Bakı-Şamaxı yolunun 09-dan 78-ci kilometrə qədər hissəsində yenidənqurma işlərini həyata keçirən “Akkord” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva qəzetmizə açıqlamasında dedi ki, gələn ilin yayına qədər işlər tamamlanacaq. Bu arada, hələ avqust ayında şirkət sentyabrın sonu, oktyabrın əvvəlində yolun hazır olacağını iddia edirdi. Xatırladaq ki, Bakı-Şamaxı yolunun yenidən qurulmasına 2008-ci ilin mayından start verilib. A.Quliyeva isə deyir ki, yolda yenidənqurma işlərinə sentyabrda başlanılıb. Onu da qeyd edək ki, son iki ildə yol layihələrinə istər dövlət büdcəsi, istərsə də xarici maliyyə mənbələri hesabına milyonlarla vəsait ayrılıb. Rəsmi məlumatlara görə, 2007-ci ildə avtomobil yolları və nəqliyyat üçün 467 milyon manat kredit alınıb. Bu il isə həmin borcun məbləği 300 milyondan yuxarı olub. Ümumilikdə avtoyol layihələrinə təxminən 2 milyard dollardan çox investisiya qoyulub. Bəzi mütəxəssislər hesab edir ki, nəzəri baxımdan hər il 1 milyard xərcləsək belə, yolla təminata görə Şərqi Avropanın orta səviyyəli bir ölkəsilə rəqabət aparmaq üçün təxminən 30-35 ilədək vaxt lazımdır. Lakin korrupsiya risklərinin son dərəcədə yüksək olduğu, büdcə investisiyalarının planlaşdırılmasına, icrasına nəzarətin təkmil mexanizmlərinin yoxluğu şəraitində böyük həcmli infrastruktur sərmayələri ölkənin maliyyə sistemi, iqtisadi inkişafı üçün ciddi təhlükə deməkdir.Problemin digər tərəfi - eyni yolun çəklişinin bir neçə il ləngidilməsi həmin layihəyə hər il büdcədən vəsaitin ayrılmasına gətirib çıxarır. Məsələn, 2007-ci ildə avtomobil yollarının yenidən qurulması məqsədilə büdcədən 146 milyon 662 min manat vəsait nəzərdə tutulmuşdu. Bu vəsait hesabına Nəqliyyat Nazirliyi respublikanın müxtəlif ərazilərində 20 layihə həyata keçirməli idi. Ümumi dəyəri 128 milyon 400 min manat olan 11 layihə başa çatmamış qaldı. Onların həyata keçirilməsi üçün 2008-ci ilin büdcəsindən əlavə vəsait ayrıldı. Avtomobil yollarının yenidən qurulması üzrə 6 layihə isə 2006-cı ildən davam edir. Bu illər ərzində həmin 6 layihəyə ayrılan büdcə vəsaiti üst-üstə 243 milyon 130 min manata bərabərdir. Sözügedən layihələrin nümunəsində təkcə nəzərdə tutulan işlərin vaxt baxımından uzanmasını yox, həm də getdikcə bahalaşmasını görürük. Söhbət etdiyimiz ekspertlərin fikrincə, yol tikintiləri ilə bağlı qanunvericiliyin, eyni zamanda büdcə vəsaitlərinə ciddi şəkildə həm dövlət, həm də ictimai nəzarətin olmadığı bir zamanda bu sahəyə son dərəcədə böyük məğləğdə vəsaitin ayrılmasının özü həmin vəsaitlərin əhəmiyyətli hissəsinin korrupsiyanın yeminə çevrilməsini göstərir: “Yol tikintisi, yolun keyfiyyət standartları, eyni zamanda yol çəklişinin xərcləri, normativləri ilə bağlı çox dəqiq standartlar müəyyənləşdirilməlidir”. Eyni yolların təkrar təmir olunması və çəkilişi məsələsinə də toxunan mütəxəssislər bildirir ki, Azərbaycanda son 3-5 ildə iki dəfə təmir olunan ən azı bir neçə yol göstərmək mümkündür: “Ölkənin ən bahalı və kefiyyətli yolu hesab olunan məşhur İpək yolunda istismara veriləndən cəmi 3 il sonra iri ölçülü yarğanlar peyda olmağa başladı. Bakı-Ələt yolunda son 5 ildə ikinci dəfə irihəcmli təmir işləri aparıldı. Eyni zamanda hazırda yenidən qurulan Bakı-Şamaxı yolunda təxminən bir-iki il əvvəl təmir işləri həyata keçirilmişdi. İndi həmin yolu əsaslı şəkildə yenidən qururlar. Belə statistikalara çox tez-tez rast gəlinir. Bunun qarşısını almağın yolu beynəlxalq təcrübədə olan praktikanın Azərbaycana gətirilməsidir. Azərbaycanda yeni çəkilən yolun istismara verilmə dövrü ilə ilk cari və əsaslı təmir dövrü arasında zaman intervalı, həmçinin fəaliyyətdə olan yolların təmirarası müddətləri müəyyən edilməyib. Bu, yolların kefiyyətinə, xərclənən vəsaitlərin isə şəffaf və səmərəli istifadəsinə nəzarət baxımından olduqca mühüm hüquqi normadır. Məsələn, hazırda ABŞ-da yolların dərəcəsindən asılı olaraq təmirarası müddətlər 8-14 il, Rusiyada 3-12 il intervalında dəyişilir". Bildirilir ki, qanunvericilikdə yolların təmir arası müddətlərinin necə olması, çəkilmiş yolların hansı müddətə qədər təmirsiz istifadə edilməsi göstərilməlidir: “Əgər bunlar yoxdursa, indən sonra da hər 3-4 ildən bir eyni yola milyardlarla vəsait xərclənərək yenidən çəkiləcək, sonradan isə dağıdılacaq. Və bunun məsuliyyətini heç kəs çəkməyəcək.
44,095
08.12.2008 07:59
İqtisadiyyat
NƏQLİYYAT NAZİRLİYİ SÜRÜCÜLƏRİ ALDADIB
Bu barədə “Yeni Müsavat”a 200 saylı avtobusun sürücüsü məlumat verib. Sürücünün sözlərinə görə, hazırda qarajlarda təmirə ehtiyac duyan xeyli sayda iritutumlu avtobus saxlanılıb. Amma ehtiyat hissələri olmadığından onları təmir etmək mümkün deyil: “Razılığa əsasən, avtobusların təmirini şirkət həyata keçirməlidir. Amma sonradan qarşı tərəf üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdı. Yeni qaydaya əsasən, xarab olmuş hissələri sürücülər özləri almalıdır. Onun dəyişdirilməsi isə şirkətin boynundadır. Bu da sürücülərə sərf etmir. Belə ki, hər bir iritutumlu avtobus gündə 195 manat plan verir. Bunun müqabilində isə biz heç maaş da almırıq. Buna baxmayaraq Nəqliyyat Nazirliyi ehtiyat hissələrinin alınmasını da bizim boynumuza yükləyib”.Qeyd edək ki, bu səbəbdən marşrutlarda ciddi problemlər yaranıb. Sürücülərin sözlərinə görə, xəttə çıxan iritutumlu avtobusların sayı yarıbayarı azalıb. Bu isə öz növbəsində sərnişinləri qane etmir. Ən xoşagəlməz vəziyyət 200 A və 200 saylı marşrutlarda qeydə alınıb. Nəqliyyat Nazirliyi isə vəziyyətdən çıxış yolu kimi həmin xətlərdə aztutumlu avtobuslardan istifadə olunması barədə göstəriş verib.
44,096
08.12.2008 07:22
Ölkə
PAYTAXTDA SU PROBLEMİ ARADAN QALXIB?
“Magistral su xətləri həmin ərazidən keçir. Artıq dünən axşamdan diametri 1 metrdən çox olan su xəttinin yeri dəyişdirilib və ehtiyat su anbarına birləşdirilib. Nəticədə dünəndən dolmağa başlayan anbarlardan bu gün əhaliyə su paylayacağıq”. Metrostansiyanın baş mühəndisi Şaiq Şükürovdan aldığımız məlumata görə isə su xətti dünən gecə saat 11-dən birləşdirilib: “1200 sm diametri olan su borusunun yerini dəyişdirib daha dərindən su xəttini aparmışıq ki, metro tikintisinə mane olmasın”. Onun sözlərinə görə, bu işlər üçün onlara 1 gün lazım olub və vaxtında işi başa çatdırıb təhvil veriblər.Lakin Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakının mərkəzində əhaliyə xəbərdarlıq edilmədən suyun kəsilməsini istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirir: “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanunun 8-ci maddəsinə əsasən, istehlakçılar inhisarçı qurum tərəfindən göstərilən xidmətdən fasiləsiz olaraq yararlanmalıdırlar. Ancaq “Azərsu” suyu nəinki fasiləsiz olaraq vermir, eyni zamanda xəbərdarlıq sistemini işlətmir". E.Hüseynov dedi ki, “Azərsu” SC-dən istehlakçılar su verilmədiyi günlər üçün kompensasiya ödənilməsini tələb edə bilərlər. Bu həm sayğacı olan abunəçilərə, həm də köhnə qayda ilə (adambaşına) xidmətdən istifadə edən əhaliyə aiddir. Qeyd edək ki, Dünya Bankının 1998-ci ilki hesablamalarına əsasən, paytaxta gələn suyun 20 faizi “Azərsu”da, 40 faizi isə əhalidə itir. Bakıya hazırda 4 (Samur-Abşeron, 2 Kür xətti, Şollar suyu) istiqamətdən su gəlir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə onların sayı 5-ə çatacaq.Onu da yada salaq ki, bu günədək “Azərsu” Bakıda sayğaclaşma prosesini yekunlaşdırmayıb. Bu da o səbəbdəndir ki, sayğac qoyulandan sonra supulu adambaşına yığılmayacaq. Əlavə edək ki, kommunal xidmətlər içərisində su ən bahalı xidmət növüdür. Sayğac qoyulan evlərdə suyun 1 kubu 22 qəpik, adambaşına hesablanan mənzillərdə isə 1 manat 32 qəpikdir. Ən sonda aldığımız məlumata görə, Yasamal, Səbail, Nəsimi, Nərimanov və Xətai rayonlarında yaranan su problemi artıq həll olunub. Lakin bu rayonların abunəçiləri su ilə təmin edilsələr də, bəzi abunəçilər suyun az verilməsindən narahatdırlar.
44,097
08.12.2008 08:01
Gündəm
TÜRKİYƏ ALİMLƏRİNİN MÜRACİƏTİ AZƏRBAYCANDA QƏZƏBLƏ QARŞILANDI
Onların imzaladıqları bəyanatda deyilir: “1915-ci ildə Osmanlı Türkiyəsindəki ermənilərin məruz qaldığı böyük fəlakətin inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz adımdan erməni qardaşlarımın hiss və acılarını paylaşdığımı deyir, onlardan üzr istəyirəm”.Çengiz Aktanın dediyinə görə, “ermənilərin başlarına gətirilənlər Türkiyədə çox az bilinən, unudulmuş, təhrif edilmiş hadisədir. Məsələyə heç zaman tarixi baxımdan obyektiv yanaşma olmayıb. Buna görə də Türkiyədə insanların çoxu bu gün xoş niyyətlə ermənilərin başına heç nə gəlmədiyini düşünür”. Bəyanatı imzalayan şəxslər eyni zamanda internetlə ermənilərdən üzr istəmək məqsədilə imzatoplama kampaniyası aparmaq istəyindədirlər. Türkiyədə başlanılan bu utandırıcı olayla bağlı ziyalılarımız nə düşünürlər?Yazıçı-publisist Mehriban Vəzir tarixdə erməni soyqırımının olmadığını dedi: “Ermənilər Qarabağda olduğu kimi silahlanaraq türklərin üzərinə hücum ediblər. Ermənilər qondarma soyqırım iddiası ilə bağlı kitablar yazıb, filmlər çəkib. Bu hadisələrlə bağlı Türkiyə arxivləri açıq, Ermənistan arxivləri isə alimlərin üzünə bağlıdır. Həmin şəxslərin üzr istəməsindən belə çıxır ki, türklər erməniləri kütləvi şəkildə məhv edib. Həmin ziyalılar araşdırma institutu yaratsınlar və həqiqətən türklərin erməniləri səbəbsiz olaraq qırdığını sübut etsinlər. Qoy əvvəlcə bunu isbat etsinlər, sonra üzr istəsinlər. Onlar bu addımı atmaqla çox ləyaqətsiz bir hərəkət ediblər”.Millət vəkili Sabir Rüstəmxanlı həmin şəxslərin erməni əsilli türk soyadı daşıyan etnik qrupların nümayəndələri olduğunu söylədi: “Bu sərsəm fikirləri özlərini ziyalı kosmopolit, solçu adlandıranlar səsləndirir. Deyirlər ”aydınların qaranlığı qaranlıq gecələrdən daha pisdir". Həmin insanlar da elə o aydınlardandır. Onlar erməni jurnalist Qrant Dinkin ölümündən sonra küçələrə çıxıb “həpimiz erməniyiz”, deyənlərin davamçılarıdır".Şair Rüstəm Behrudi: “Türkəm” deyən ziyalıların bu addımı atacaqlarına inanmıram. Yalnız içində türk düşmənçiliyi ilə yaşayan adamlar belə çıxışlar edə bilərlər. Türk milləti ermənilərin tarixən onlarla düşmən olduğunu bilir. Ərdoğanla Gülü aldatmaq olar. Ərdoğanla Gülün etnik kökəni təmiz olmadığından onlar barışığa cəhd edə bilərlər. Türkiyədə ziyalı hesab olunan adam belə addım ata bilməz. Bütün dünya bilir ki, genosidi ermənilər edib. İnanmıram ki, ağıllı türk ziyalısı belə bir axmaqlıq etsin".
44,098
08.12.2008 07:00
Dünya
YUNANISTANDA KÜTLƏVİ İĞTİŞAŞLAR BAŞLADI
Bundan qəzəblənən nümayişçilər Afinanı savaş meydanına çevirib. Küçələrdə barrikadalar qurulub, çoxlu sayda bank, mağaza, iş yerləri və avtomobillərə od vurulub. Daxili işlər naziri Prokopis Pavlopulos gəncin ölümünə görə günahkar olanların tapılacağını açıqlasa da, bu, nümayişçiləri sakitləşdirməyib. İğtişaşların böyüməsi ilə bağlı təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı xüsusi vasitələr tətbiq edib. Buna baxmayaraq iğtişaşlar bütün günü davam edib.Təhlükəsizlik qüvvələri aksiyaların ölkə miqyasına yayıla biləcəyindən ehtiyat edir. Bəzi məlumatlara görə, daxili işlər naziri və müavini baş verənlərlə bağlı istefaya gedib. Ancaq nazir Pavlopulos keçirdiyi mətbuat konfransında deyib ki, vəzifəsində qalır və hadisənin bütün tərəflərinin araşdırılması haqda göstəriş verib. O bildirib ki, insan haqları ilə bağlı keçirilən nümayişləri haqlı sayır, ancaq bu zaman nümayişçilərin başqa insanlara zərər verməsinə yol verilməyəcək.
44,099
08.12.2008 06:05
Dünya
CORC BUŞ İRANI YENƏ HƏDƏLƏDİ
Nüvə agentliyi sədrinin sözlərinə görə, hazırkı hakimiyyəti sevməyən iranlılar ölkələrinin mühasirəyə alındığını görüb bu rejimi dəstəkləyirlər. ABŞ və onun Qərbdəki müttəfiqləri İranı nüvə proqramını nüvə silahı əldə etmək üçün davam etdirməkdə günahlandırır. İran isə təkidlə bu proqramın dinc mahiyyət daşıdığını bildirir.Səlahiyyətləri başa çatmaqda olan ABŞ prezidenti Corc Buş deyib ki, İranın nüvə proqramı məsələsini, Israillə Fələstin arasında gerçəkləşməyən sülh prosesini və İraqın demokratikləşməsini özünün xələfi Barak Obamaya miras qoymasından təəssüflənir. Buş Vaşinqtondakı Brukinqs İnstitutunda çıxışı zamanı deyib ki, İranın nüvə proqramı sabitlik üçün başlıca təhlükələrdən biri olaraq qalır: “ABŞ Tehranın nüvə silahı əldə etməsinə yol verməyəcək. İran dünya ictimaiyyətinin çağırışlarına məhəl qoymur. Ona görə də bizim mövqeyimiz aydındər. Biz İrana nüvə silahı hazırlamaq imkanı verməyəcəyik”.
44,100
08.12.2008 07:06
Dünya
ABŞ ORDUSUNUN PAKİSTANDAKI BAZASI DAĞIDILDI
Hücum edən yaraqlıların sayının 200-dən çox olduğu bildirilir. Hadisə zamanı bir Pakistan polisi həlak olub. Hücum edənlər bazaya qumbara atıb və yük maşınlarını reaktiv mərmilərlə atəşə tutublar. Yük maşınlarında hər biri yarım milyon dollardan baha olan “Hamvi” tipli avtomobillər və digər hərbi texnika olub. Bu, yaraqlıların Amerikanın Əfqanıstandakı qüvvələrinin təchizatına vurduğu ən ağır zərbədir.Əfqanıstandakı ABŞ və NATO qüvvələri üçün silah-sursat, ərzaq, yanacaq və texnika əsasən Pakistandan daşınır. Son vaxtlar talibançılar və onlarla bağlı olan pakistanlı radikal qruplaşmalar bu marşrut boyu bir neçə obyektə hücum ediblər. Bu hücumlar “Taliban”ın Əfqanıstandakı koalisiya qüvvələrinin təchizatını kəsmək istədiyini göstərir. Pentaqon isə hazırda Əfqanıstandakı qoşunları təchiz etmək üçün alternativ marşrutlar barədə danışıqlar aparır. Bu məqsədlə Pentaqon nümayəndələri Azərbaycan, Qazaxıstan və Tacikistanda səfərdə olublar.
44,101
08.12.2008 08:00
Dünya
OPEC NEFT HASİLATINI BU HƏFTƏ KƏSKİN AZALDACAQ
OPEC ölkələri hazırda dünya bazarına sutkada 27,3 milyon barrel neft çıxarır. Bu yaxınlarda təşkilat qiymətlərin ucuzlaşmasının qarşısını almaq üçün hasilatı sutkada 1,3 milyon barrel azaldıb.Buna baxmayaraq neftin ucuzlaşması dayanmayıb. Ötən həftəsonu dünya birjalarında neftin barreli növbəti psixoloji həddi keçərək 40 dollardan da aşağı enib. Ç.Kelil deyib ki, OPEC digər neft hasil edən ölkələri, o cümlədən Rusiyanı da qiymətlərin tənzimlənməsinə kömək etməyə çağırır. O, Rusiyanın da hasilatı azaldacağına ümid etdiyini bildirib. Gözlənilir ki, bu həftə OPEC-in Əlcəzairdə keçiriləcək toplantısında Rusiya ilə bu təşkilat arasında əməkdaşlıq memorandumu imzalanacaq.
44,102
08.12.2008 08:08
Gündəm
BAXÇALI ERMƏNİLƏRDƏN ÜZR İSTƏMƏK KAMPANİYASINA ETİRAZ ETDİ
“Türkiyəyə yönələn iddialarını və torpaq tələbini israrla davam etdirən Ermənistanla sərhəd qapılarını açmağa çalışan, bu ölkə ilə diplomatik təmasa başlayan AKP iqtidarının siyasəti əcdadlarımızın mühakimə edilməsi məsələsində xaricilərə və daxildəki satqınlara cəsarət verib”- deyən Baxçalı əlavə edib ki, bu gün Türkiyədə bəzi çevrələr 1930-cu ildə cümhuriyyətə qarşı qatı dinçilərin başlatdığı üsyanı “soyqırım”, Mustafa Kamal Atatürkü isə “müharibə suçlusu” elan etməyə çalışır. Belə bir vaxtda “erməni soyqırımı” haqda iddialar daxildən gündəmə gətirilir və o, irimiqyaslı qaralama kampaniyasının bir hissəsidir.D.Baxçalının fikrincə, bu proseslər AKP ətrafında çevrə yaradıb onu daraltmaq məqsədinə xidmət edir. MHP lideri bu cür təşəbbüslərin ortaya çıxmasına görə AKP hökumətinin günahkar olduğunu, bu iqtidarın təslimçi siyasət yeritdiyini də deyib: “Heç kim mirasçısı olduğumuz əcdadlarımızı mühakimə etmək hüququna malik deyil. Ancaq bu tələbin israrla davam etdirilməsi halında kimin kimdən üzr istəməli olduğu yenidən müzakirə edilməlidir. Ermənilər tərəfindən kütləvi qırğınlara məruz qalan millətimizin, sui-qəsdə qurban gedən Osmanlı dövlət adamlarının, qətl edilən cümhuriyyət diplomatlarının, hələ acısı təzə olan Qarabağ qətliamlarının üzrünü gözləmək bizim ən təbii və tarixi haqqımızdır”.
44,103
08.12.2008 07:00
Mədəniyyət
YAZIÇILAR BİRLİYİNƏ YENİ SƏDR KİM OLACAQ?
AYB-yə sədrlik məsələsi ətrafında bir neçə vaxtdır qalmaqallar, mübahisələr səngimir. Bir qisim bu birlikdə Anar Rzayevdən qeyri sədr görmək istəmədiyini deyir, bir qism A.Rzayev və onun ətrafını bu qurumu ailə təşkilatına çevirməkdə suçlayır, bəzi yazarlar isə, ümumiyyətlə, birliyin fəaliyyətinə ehtiyac görmür. Bəs, növbəti qurultayda görəsən, A.Rzayev birliyə sədr kimi öz namizədliyini irəli sürəcəkmi? Ümumiyyətlə, AYB-də sədrliyə A.Rzayevdən başqa namizəd varmı?AYB-yə telefon açdıq. Mətbuat katibi Ədalət Əsgəroğlu dedi ki, A.Rzayev hazırda Azərbaycanda deyil və onun sədr kimi fəaliyyətindən qurumda çoxları razıdır: “Mən Anar müəllimin yerinə danışa bilmərəm, o, ölkədə yoxdur. Lakin onu deyə bilərəm ki, burada onun fəaliyyətindən razı qalanlar çoxdur. Çox güman ki, onun növbəti dəfə sədrliyi dəstəklənəcək. Ondan narazı qisim çox azdır. Sadəcə olaraq, onlar tez-tez mətbuata çıxdığı və Anar müəllimə çirkablar atdıqları üçün çox görünürlər”. Mətbuat katibi onu da söylədi ki, qurum hazırda qurultaya yox, yubileyə hazırlaşır: “Birlik yeni təmirdən çıxıb. Uzun müddət məhdud fəaliyyət göstərmişik. Hazırda biz qurultaya yox, yubileyə hazırlaşırıq. Gələn il Yazıçılar Birliyinin 75 illiyini qeyd etmək niyyətindəyik. Qurultay isə 2010-cu ilin ikinci yarısına qalacaq. Çünki biz bu tədbirə əsaslı şəkildə hazırlaşmalıyıq”.2004-cü ilədək AYB-nin üzvü olan, sonradan birliyin fəaliyyətindən narazalıq edərək üzvlükdən rəsmi şəkildə imtina edən şair Elnur Astanbəyli isə hesab edir ki, qurultayın keçirilmə müddətini uzatmaq birliyin və yazıçı Anarın bu postdakı ömrünü uzatmaq məqsədi güdür: “Məncə, Yazıçılar Birliyi hazırda daha çox şadlıq evi kimi xeyirli ola bilər. Çünki ora toplaşanlar ”bəytərifi deyənlərdir" və onlar ədəbiyyatın adı ilə xaltura edirlər. Hazırda Azərbaycanda yaradıcı adamlar üçün mühit yoxdur və bu birlik ailə təşkilatına çevrilməkdən başqa heç nəyə xidmət etmir. Diqqət edin, Anarın oğlu və qızı, Fikrət Qocanın oğlu prezident təqaüdü alır. Mən bu birliyin üzvü olarkən quruma ayrılan dövlət vəsaitinin hansı təyinat üzrə xərclənməsinin hesabatını istədim, konkret bir rəqəm deyən olmadı. Yeni sədrin seçilməsinə gəlincə, bu müddət uzanacaq və Anar Rzayev ömürlük sədr elan ediləcək. Fikrimcə, Ədəbiyyat Nazirliyi funksiyasını yerinə yetirən bu formal quruma yeni sədr seçilməsinə ehtiyac yoxdur. İntellektin inkişafına əngəl yaradan, kölə psixologiyasını təbliğ edən bu qurumun dağılmaq vaxtı çoxdan çatıb".
44,104
08.12.2008 07:14
Mədəniyyət
NİŞANLISI DÖYÜLƏN JURNALİSTDƏN İMTİNA ETDİ
Dünən V.Kamiloğlu ilə əlaqə saxladıq. Jurnalist bildirdi ki, hazırda “El içində” verilişində iştirak edənlərin hər biri müstəntiq tərəfindən dindiriləcəyi üçün istintaq işinin yekunu bir qədər ləngiyir: “Mən Vasif Məhərrəmlinin həbsini tələb edəcəm. Çünki o mənim şəxsi və işgüzar nüfuzuma xələl gətirdi”. Jurnalist bildirdi ki, hadisədən sonra onun şəxsi həyatında uğursuzluq baş verib: “Bu utanc gətirən hadisədən sonra ailə qurmaq planım alt-üst oldu. İstədiyim qızın valideynləri nişan mərasimindən imtina etdilər. Onlar bu hadisədən sonra mənimlə qohum olmaqdan qəti şəkildə vaz keçiblər”. V.Kamiloğlu müğənninin onun işgüzar nüfuzuna da xələl gətirdiyini bildirdi: “Vasif Məhərrəmli mənim jurnalist nüfuzuma da xələl gətirib. Onun çəkdirdiyi klipə nüfuzlu bir adamın sponsorluq etməsi barədə sualıma gəlincə, bu məndən çox əvvəl mətbuatda dönə-dönə yazılıb. Mən qətiyyən onu təhqir etmək məqsədilə sual verməmişdim”. Qeyd edək ki, V.Məhərrəmlinin mövqeyini qəzetimizdə dərc edə bilmirik. Çünki o, mövzuyla bağlı suallarımızı cavablandırmayacağını bir neçə dəfə bizə bildirb.
44,105
08.12.2008 07:07
Mədəniyyət
ALİŞAN BAKIDA KONSERT VERDİ
Yeganə ifasını bitirdikdən sonra səhnəyə Alişan çıxdı. O da repertuarında yer alan ən hit mahnılarını ifa etdi. Alişan konsertdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcı və Azərbaycanda yeni biznes fəaliyyətinə başlayan Çelik Erişçini salamladı. Alişan Çeliyi israrla səhnəyə dəvət edərək, ondan bir mahnı ifa etməsini xahiş etdi. Çelik səhnəyə çıxaraq Azərbaycanın məşhur “Ayrılıq” mahnısını ifa etdi. Daha sonra Alişanla Yeganə xalq mahnısı “Dilbərim”i duet şəklində ifa etdilər. 3 saat çəkməsi nəzərdə tutulan konsert 2 saat sonra başa çatdı. Qeyd edək ki, konsertdə tamaşaçılar türk müğənisindən daha çox Yeganəni hərarətlə qarşılayıblar.
44,106
08.12.2008 07:16
Yazarlar
FONDA ŞƏN MUSİQİ...
Yan-yörədəki mağazaların işçiləri bu xəbərdən sevinir, fonda ritmik, bayram əhval-ruhiyyəli bir mahnı səslənir, uşaqlar mağazaya gedib, konfet alır və sair. Birdən oğlan sanki tərəddüd edir: “Amma cəmi bir tətilimiz var, bəlkə onu özümüzə ayıraq, hardasa istirahət edək?” Fondakı musiqi dərhal qəmli nota köklənir, bu cavabı eşidən mağaza sahibləri, ətrafda oynayan uşaqlar sanki yasa batır, dükanlar bağlanır, piştaxtalar yığışdırılır. Amma qadın qərarı yenidən dəyişdirir: “Olmaz, bu halda, ata-anamızın, böyüklərimizin gözü yolda qalar”... Və reklam bayram notları, “bayramda böyüklərimizi ziyarət etməyi unutmayın” mesajı ilə yekunlaşır. Etiraf edim ki, ilin-günün bu vədəsində, texnikanın, internetin ən adi diqqət göstəricilərini belə əlimizdən aldığı bir dönəmdə bu reklam çarxı lap yerinə düşür. İl uzunu bayramları gözləyirsən, gəlib qapını döyəndə isə dost-tanışa, qohum-əqrəbaya 11 konturunu qıyıb, təbrik sms-i yazmaqla kifayətlənirsən. Bu da olur bayram. Heç kəs yaxasını kənara çəkməsin, günün mənzərəsi budur. O gün yaxın qohumlardan biri internet ünvanıma bir məktub yollamışdı, “son yazını oxudum, xoşuma gəldi” deyə. Tamam, texnika əsridir, indi heç kim bir-birinə göyərçinlə məktub yollamalı deyil, biz də jurnalist kimi yazı yazırıqsa, elə jurnalist kimi də ona gələn cavabları internet ünvanımızdan oxumalıyıq və s və i. Sadəcə, nəsə içim üşüdü həmin məktubu oxuyanda. Sonuncu dəfə həmin qohumumla nə vaxt bir masa arxasında oturub söhbətləşdiyimizi xatırlamağa ha çalışdımsa, heç nə alınmadı. Halbuki uşaqlığımın böyük hissəsindəki xatirələrim onunla bağlıydı; onların evində keçirilən bayramları, ziyafətləri, ailəvi gəzintilərimizi hələ də unutmuş deyiləm. Sonra bütün günahı heç kəsin yox, elə bu dövrün ağırlığının üstünə qoydum (bəlkə də bu, daha asandır, ona görə). Biz uşaq olanda Sovet dövrü idi, ata-analarımız konkret saatda işə gedib, konkret saatda da işdən gələrdilər, stabil də maaşları vardı. Elə ona görə də qohum-əqrəbanın evinə getməyə, bizi gəzməyə aparmağa bolluca vaxtları qalırdı. İndi qeyri-stabil iş rejimi, bunun gətirdiyi vaxt qıtlığı, bəzi hallarda isə maddi imkansızlıq əl-qolumuzu bağlayır. Oturaq öz evimizdə, burnumuzu da bayıra çıxarmayaq. Hələ bir qalmışdı qonaq gedib, qonaq qəbul etməyimiz... Medalyonun o biri üzü də var. Artıq şəhərdə dəbə minən restoran ənənəsini deyirəm. İnsanlar bir çox hallarda qonağı evlərinə yox, hansısa şan-şöhrətli restorana çağırmağa üstünlük verirlər. Ofisiantı çağır, sifarişini ver, stol bəzənsin, axırda da pulunu ödə. Bəs ailə istiliyi, ev atmosferi, həvəslə bişirdiyin yeməyin qonaqların tərəfindən bəyənilməsi arzusu? Bunlar artıq tarixin özü qədər uzaqlaşıb bir çoxları üçün. Yəqin, xəbəriniz var Fasebook adlı dünya insanını ağuşuna alan o iri şəbəkədən. Milyonlarla insan qoşulub bura, keçmiş dostlarını, sinif yoldaşlarını və sairi həyatda yox, bax bu soyuq kompüterin o biri tərəfindən tapırlar. Bir-birinə orda virtual olaraq, kofe, çay, hətta əməlli-başlı yemək qonalığı verənlər də olur. Dostluq əlaqələri burda yaranır, küsülülər burda barışır və sair. Bir-birilə ünsiyyəti bax beləcə, kompüter pəncərəsi arxasından təmin edirlər. 21-ci əsr ünsiyyətinin bir qatili də bax bu kompüterlərdir, inanın. Hardan başladım, hara gəldim. Amma istədiyim sözü deməyə imkan yarandı. Bu gün və qarşıdakı iki gün rəsmi bayram günləridir. İşləmirsiniz və deməli, kompüterinizdən, eləcə də gündəlik mükəlləfiyyətlərdən də azadsınız. Vaxt qıtlığından da şikayət edə bilməzsiniz. Odu ki, sadəcə, yaranmış fürsətdən istifadə edin, özünüzə, yaxınlarınıza, qohum-əqrəbanıza vaxt ayırın, qonaq gedin, qonaq qəbul edin. Məşhur reklam çarxında deyildiyi kimi, özünüzlə birgə eviniz də şənlənsin. 21-ci əsrin soyuqluğuna baş qoşmayın. Fonda şən musiqinin səslənməsi həmişə məsləhətlidi. Bayramınız mübarək! Sevinc TELMANQIZI
44,107
08.12.2008 07:09
Ölkə
İKİ VASİF, BİR DƏ QƏNİMƏT
Birinci Vasifin xüsusi təqdimata ehtiyacı yoxdur. 15 ildir ki gözdən-könüldən uzaq Naxçıvanda sözün həqiqi mənasında xanlıq edir. O indi orta əsr xanlarıtək, kimi istəsə, cəzalandıra bilər, həbsə atdırar, hətta şallaqlatdırar da. Bütün bunları elə-belə, özümüzdən yazmırıq. Əslində bütün bunlar baş verib. Yadınızdadırmı, bir il əvvəl Culfanın Bənənyar kəndində baş verənlər? Onda xanın fərraşları işıqpulu borcuna görə zavallı bir kənd sakinini ağaca sarıyıb döymüşdülər. O biri Vasif isə, deyilənə görə, müğənnidir. Məmləkətin manıs cameəsində baş verənlərlə maraqlanmadığımdan onu tanımıram. Dünən dostlar dedilər ki, toy müğənnisidir, birtəhər oxuyur, amma bu birtəhər oxumağına rəğmən 200 min dollarlıq maşında gəzir. İnandırım, ANS-in müxbirini, özü də canlı efirdə qapazaltı etməsəydi, ümumiyyətlə, belə bir varlıqdan heç kim xəbər tutmayacaqdı.Bu adamdöyən Vasiflər cəmiyyətdə tutduğu mövqelərinə görə bir-birindən necə deyərlər çox uzaq məsafədə yerləşirlər. Amma hər ikisini birləşdirən bir ümumi dəyər var: onlar YAP üzvüdürlər. Elə YAP hakimiyyətinin mahiyyətinə uyğun da hərəkət edirlər, heç məsuliyyət də daşımırlar. Belə getsə, daşımayacaqlar da.Vasiflərlə bu qədər. İndi keçək əsas məqama. Qardaşım, gözümün nuru, dünyanın ən “bezdarnı” ölkəsi olan Somalidə bir qarabala qaraca qıza “sən əlindəki güllər qədər gözəlsən” desə, səncə onu tutarlarmı? Sonra da səni şərləyərlər ki, guya ümumiyyətlə kimisə döymüsən. Belə şeylər ancaq “nemes” rejissorun çəkdiyi filmdə “Absurdistan”da, yəni bizim Azərbaycanda olur.Təsəvvür edin, Allah hələ ki qapısını müvəqqəti də olsa açmış Qəniməti “gül tərifinə” görə xuliqanlıq maddəsi ilə 4 il azadlıqdan məhrum edirlər. Bu iki Vasifə isə gözün üstə qaşın var deyən yoxdur. Burası cəhənnəmə, Sergey Strekalin - rəsmi istintaqa görə - Aqil Xəlili bıçaqlayır, ona il yarım iş verilir, adam döyməyə görə dörd il. Bax, ona görə bu sevgili məmləkətimizdə baş verən anormallıqları heç nəylə izah etmək mümkün deyil. Adam az qalır hayqırsın; balam, Vasiflərə olar, Qənimətə yox! Əslində - bağışla Qənimət, rəsmi istintaqa əsasən belə deyirəm - heç kimə olmaz. Amma gərək cəza da eyni olsun. Yoxsa bu cəzasızlıq sindromu hələ çoxlarının çənəsini qıracaq.
44,108
08.12.2008 07:15
Dünya
PUTİN ANASININ KƏNDİNİ BOMBALAYIB
Qəzetin yazdığına görə, Qoridən 20 kilometr məsafədəki Metexi kəndində yaşayan Vera Putina deyir ki, Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatları zamanı onun yaşadığı kənd də bombalanıb. “Mən bu cür oğlum olduğuna görə utanıram”- deyə qadın bildirib.10 uşaq anası olan Vera danışır ki, Putinin 10 yaşı olanda onu rahat böyüməsi üçün Rusiyanın Perm vilayətində yaşayan nənəsi ilə babasının himayəsinə verib. “The Daily Telegraph” qəzetinin əməkdaşı qeyd edir ki, qadın yaşlı olsa da, onunla Putin arasında müəyyən zahiri bənzərliklər tapmaq olar. Xüsusən onların xırda və dərin gözləri arasında çox bənzərlik var. Vera Putina danışır ki, 1999-cu ildə ilk dəfə Putini televizorda görəndə oğlu olduğunu dərhal bilib. Putini “Vova” deyə adlandıran qadının dediyinə görə, onun atası ilə qeyri-rəsmi evləniblər, Putin 2 yaşında olanda o, Metexi kəndinə gəlib, lakin 10 yaşı olanda onu Rusiyaya göndərib. Putinin nənəsi ilə babası Perm vilayətinin Oçer şəhərində yaşayıblar. Yerli məktəbin arxiv sənədlərində deyilir ki, orada milliyyətcə gürcü olan Volodya Putin adlı şagird oxuyub.Vera Putinanın versiyasına görə, Putin 1950-ci il oktyabrın 7-də anadan olub. Rəsmi bioqrafiyada isə Putinin doğum tarixi 1952-ci il kimi göstərilir. Metexi kəndində Putinə rus dilindən dərs deyən müəllimə Şura Qabinaşvili də təsdiq edir ki, Rusiyanın indiki baş naziri məhz Veranın oğludur. Müəllimənin dediyinə görə, ona bu fakt haqda susmaq üçün təzyiq ediblər. Lakin qadın kimlərin təzyiq etdiyi haqda danışmayıb.Rusiya baş nazirinin köməkçisi Dmitri Peskov isə “The Daily Telegraph” qəzetinə açıqlamasında bu versiyanı təkzib edib. D.Peskov qəzetə Putinin rəsmi bioqrafiyasını təqdim edib. Qəzet yazır ki, Vera Putina V.Putinin 7 yaşında olarkən çəkilmiş şəklini Moskvaya təqdim edib, lakin ekspertlər bu fotoşəkillə Putin arasında oxşarlıq tapmayıb.Mətbuat Putinin əsl anasının gürcü olması barədə ilk dəfə 2000-ci ildə yazıb. Bu mövzuda geniş araşdırma aparmaq istəyən jurnalist Artyom Borovik isə tezliklə aviaqəzada ölüb. Onun təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb. “The Daily Telegraph” yazır ki, daha sonra italiyalı jurnalist Antonio Russo Vera Putinanın şəklini İtaliyaya göndərib, ancaq özü tezliklə Tiflisdə öldürülüb. Onun qatilləri hələ də tapılmayıb. Vera deyir ki, artıq bu mövzunu jurnalistlərlə müzakirə etməkdən bezib və o, Putinin anası olduğunu sübut etmək üçün DNT ekspertizasına hazırdır. Təbii ki, Putin buna razılıq versə.Qeyd edək ki, II Dünya müharibəsinin başa çatmasından 7 il sonra dünyaya gələn Putin özü əvvəllər anası haqda çox danışıb. Onun sözlərinə görə, anası müharibə illərində ölümdən dönüb: “Atam Leninqradın Nevski prospektində ağır yaralanıb və hospitala düşüb. Anam müntəzəm olaraq onun yanına gedirmiş. Atam hospitalda ona verilən ərzaq payının yarısını anama verib, əslində isə bütün paydan imtina edərək onu anama göndərib. Əgər bu pay olmasaydı, anam sağ qalmazdı”.Putinin dediyinə görə, tibbi personal atasının öz ərzaq payını anasına verdiyini başa düşüb, onun vəziyyəti aclıqdan pisləşib və daha bir müddət hospitalda qalıb. Evə gələndə isə görüb ki, cəsədləri çıxarırlar: “Atam bu cəsədlər arasında anamı da görüb. Ancaq anam sağ imiş, sadəcə, huşunu itiribmiş. Atam sonralar danışırdı ki, o, əl ağacları ilə anasını cəsəd kimi aparmaq istəyənlərin üstünə cumaraq həyat yoldaşını onların əlindən alıb. Ona deyiblər ki, qadın çətin yaşayar, buna baxmayaraq atam anamı evə qaytarıb və o, yaşayıb”.Putinin dediyinə görə, müharibə illərində onun Tversk vilayətində yaşayan nənəsi də ölüb.
44,109
08.12.2008 07:38
Gündəm
RƏFAEL ALLAHVERDİYEVİN İCAZƏ VERİLƏ BİLƏR
Son anda isə xəbər almışdıq ki, Allahverdiyevin səhhəti son dərəcə pisləşib və onun müalicəsini dayandırıblar. Artıq ümid Allahadır.R.Allahverdiyevin xanımı ərinin Bakıya dönməsi üçün ölkə başçısına müraciət edib. O, prezidentin bu məsələyə biganə qalmayacağına ümid etdiyini söyləyib. Qeyd edək ki, R.Allahverdiyevin Bakıya qayıtmaması üçün hüquqi əngəl yoxdur. Yəni o, axtarışda deyil, barəsində cinayət işi yoxdur. Sadəcə, sabiq mer 2004-cü ildə hakimiyyətlə bağlı sərt açıqlamalar verdiyinə görə təqib olunub və həbs təhlükəsi ilə üzləşib. Qeyd edək ki, Allahverdiyev beyin xərçəngindən əziyyət çəkir.Bəs, belə bir vəziyyətində ölkə başçısı humanistlik göstərərək, onun Bakıya qayıtmasına şərait yaradılması barədə göstəriş verə bilərmi? Hər halda R.Allahverdiyev mərhum Heydər Əliyevin ən yaxın silahdaşlarından olub, ən ağır vaxtlarında onun yanında qərar tutub. Həmçinin o, YAP-ın qurucularındadır. Bütün bunları bir kənara qoyaraq, bir Azərbaycan vətəndaşı kimi, onun qürbətdə ağır vəziyyətdə qalması və geri dönə bilməməsi heç də ölkəmizə başucalığı gətirmir. Hakimiyyət bütün bunları nəzərə alaraq R.Allahverdiyevin ölkəyə qayıtmasına şərait yarada bilərmi?Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi ki, R.Allahverdiyevin səhhətinin son dərəcə ağır olması barədə xəbəri qəzetlərdən oxuyub və buna təəssüflənib: “Onun neçə illər ərzində tibbin inkişaf etdiyi və güclü müalicə almaq imkanları olan İsveçrədə müalicə olunduqdan sonra da belə vəziyyətə düşməsinə təəssüflənirəm. O da Azərbaycan vətəndaşıdır, vaxtilə Azərbaycan dövlətçiliyinə xidmət edib, mərhum Heydər Əliyevin hakimiyyətə gəlməsində xidmətləri olmuş insandır. Həm də düşünürəm ki, insanın hansı səhvləri olsa da, hər kəs son anında bir mərhəmət gözləyir. Ağır vəziyyətdə olan adama mərhəmət göstərmək bizə Allahın bəxş etdiyi dəyərlərdən biridir. Əgər doğrudan da Rəfael Allahverdiyevin ailəsi ölkə başçısına müraciət edibsə, özünün humanizmi ilə, insanlara diqqəti ilə fərqlənən və həmişə bu xəttə, bu dəyərlərə sadiqlik göstərən prezidentimiz İlham Əliyevin bu müraciətə müsbət cavab verəcəyinə inanıram”.
44,110
08.12.2008 07:22
Müsahibə
“ZƏHMLİ GÖRÜNSƏM DƏ, DEMOKRATİK QAYINANAYAM”
Rubrikamızın qonağı Milli Məclisin deputatı, fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanovadır. Balakəndə yaşayan qohumları Çoxov soyadını daşıyırlar. Ancaq o sonradan həyat yoldaşının soyadını götürdüyü üçün Çoxov soyadını arxivə göndərməli olub. Əvvəlcə özü barədə bəzi bilgilər verməyi xahiş etdik:- Mənim atam da, anam da dağ insanıdır. Atam balakənli, anamsa qarabağlı qızıdır, Şuşadandır. Ancaq mən Kəlbəcərdə doğulmuşam. 6 yaşıma qədər orda yaşamışam. Elə yaş həddidir ki, o yaşda bütün o gözəllikləri görmək, duymaq imkanım olub. Bəlkə də ilk olaraq dünyaya baxışım, dünya duyumum elə o dağlarda formalaşıb. Atam hərbçiydi, Kəlbəcər rayonunun hərbi kommissarı idi, mən də o zaman dünyaya gəldim. Atam, qohum-əqrəbam bu gün Balakəndədir. Ancaq indi də Kəlbəcər üçün burnumun ucu göynəyir. Yadımdadır, biz İstisudan Basarkeçərə keçərdik. Ümid edirəm və inanıram ki, gözümün qabağında canlandırdığım o mənzərələri İnşaallah yenə gedib görəcəyəm (Ani pauzadan sonra davam edir). Sizə yadımda qalan bir xatirəni söyləyim. Bəlkə də onu heç vaxt, heç kəsə söyləməmişəm. Mən və qardaşım çox kiçik idik. Anam bizi İstisuya gəzməyə aparmışdı. Sıldırım bir qayadakı cığırdan keçəndə birdən anamın ayağı büdrədi. Aşağı da çox uçurum idi. Biz iki körpə çığırmağa başladıq. Bu vaxt gördük ki, iki atlı gəlir. Onlar tez atdan düşdülər, əl uzadıb anamı qaldırdılar. Mən baxdım ki, onların biri çox hündür, ağsaçlı yaşlı insan, digəri isə gənc oğlan idi. Anam minnətdarlıq elədi və ayrıldıq. Sonradan anam dedi ki, yaşlı kişi yazıçı Süleyman Rəhimov, o da oğlu Şamodur. Mən böyüyəndə onun əsərlərini sevə-sevə oxuyurdum. Bir gün də eşitdim ki, Şamo gənc ikən rəhmətə gedib. Mənim yaddaşımda Kəlbəcərlə bağlı bu xatirə qalıb. - Ən azı bir tərəfiniz qarabağlı kimi səsiniz olmamış olmaz... - Yox, çox təəssüf edirəm ki, qarabağlı olmağıma baxmayaraq, səsim yoxdur. Amma səsi olan insanlara qibtə edirəm. Çünki içərilərində olan hissi, duyğunu səsləndirməyi bacarırlar. - Özünüz kimi dinləyirsiniz? - Gözəl musiqidən zövq alıram. Fərqi yoxdur, milli musiqi olsun, istərsə də xarici. Ən əsası odur ki, o musiqi mənim ruhuma yaxın olsun. Sakit, rahat musiqiləri daha çox sevirəm. - Gənc yaşlarınızda heç ağlınıza gələrdimi ki, nə zamansa deputat olarsınız? - Yox. Ancaq uşaqlıqda... Yenə sizə bir xatirə danışım. Deyəsən, bu gün yada düşər xatirələr anı başlayıb. (Gülür) 6-7 yaşlarımda biz Tərtərə - o vaxtkı Mirbəşir rayonuna köçmüşdük. O zaman Bakıda böyük bir festival var idi, gənc istedadları dəvət edirdilər. Mən də o vaxt çox gözəl şer deyirdim. Məni götürüb Bakıya gətirdilər. Balaca qız idim, mikrofona da boyum çatmırdı. O vaxt Əfrasiyab Bədəlbəyli həmin konkursa rəhbərlik edirdi. Opera və Balet Teatrının səhnəsiydi. Balaca stul qoyub məni onun üstünə çıxartdılar və Səməd Vurğunun “Heç yana, heç yana mən tələsmirəm” şerini dedim. Ancaq sonra mən ordan düşmək istəmirdim. İstəyirdim yenə şeir deyim. Ardınca “Zamanın bayraqdarı”nı dedim və zal əl çalırdı. Üçüncü şeiri söyləmək istəyəndə məni götürüb apardılar ki, daha kifayətdir. Bəlkə də o vaxtdan içimdə nədəsə seçilmək, öndə olmaq istəyi olmuşdu. Görünür, o arzu mənim əlimdən tutdu və yavaş-yavaş addımladım. Ola bilsin, o arzunun ardınca getdiyim üçün bu gün burdayam. Anamgil bütün nəsillikcə həkim idilər. Mənim də həkim olmağımı arzulayırdılar. Ancaq mən BDU-nun tarix fakültəsinə daxil oldum. O zaman təbliğat sistemi, partiya sistemi var idi və mən də birinci katib olmaq istəyirdim. - Bilirik ki, övladlarınızdan sizin yolunuzu davam etdirən var... - Bəli, böyük oğlum Elnur Prezident Aparatında şöbə müdiridir. Bir ana kimi ondan çox razıyam. Gözəl siyasi təhlillər verməyi bacaran, kitabların müəllifi olan bir insandır. Özü də siyasi elmlər namizədidir. İkinci oğlum isə Daxili İşlər Nazirliyində maliyyə şöbəsində çalışır. Qızımla da fəxr edirəm. Çünki o, 16 yaşında fizika-riyaziyat üzrə dünya olimpiadalarının qızıl medallarını Azərbaycana daşıyan bir xanımdır. Bir neçə gün öncə hətta akademik Həsən Abdullayevin yubileyində yeganə şagird olaraq ona ən böyük mükafatı veriblər. Hərdən mən zarafatla deyirəm sən Mariya Küri olmaq istəyirsən. Fizika-riyaziyyat üzrə böyük istedada malik qızdır. Allahıma minnətdaram ki, mənə belə övladlar bəxş edib. Mənim ən böyük uğurum odur ki, şax və alnıaçıq, torpağı əzmədən gəzə bilərəm. Torpağı əzmək o deməkdir ki, çiynində ağır bir yük olur. Bu gün Azərbaycanda kimsə deyə bilməz ki, sənin övladlarının bir pis əməldə, haramda əlləri var. Bəzən oğlum haqqında yazılar yazılır. Elə bu günlərdə çox hörmətsizcəsinə yazmışdılar ki, “Səhnəyə Rəbiyyətin oğlu gəlir”. Mən o yazını oxuyanda həmin adamın anasına yazığım gəldi ki, hər halda yaxşı oğul böyütməyib. Mənə nifrət edirsə, yazsın Rəbiyyət Aslanovanın oğlu gəlir. Hər halda onu yazanın da ana-bacısı var. - Oğlanları evləndiribsiniz? - Bəli, evləndirmişəm, nəvəm də var. Mən artıq nənəyəm. Allahın verdiyi gözəl adlardan birini daşıyıram. - Övladlarınızı evləndirərkən seçimi siz elədiniz, yoxsa özləri? Məsələn, bu məsələdə də siyasi mənsubiyyət əsas oldumu? - Özləri seçiblər. Sadəcə, mənimlə məsləhətləşiblər. Heç bir siyasi mənsubiyyət məsələsi rol oynamayıb. Sadə ailələrin qızlarıdır, gözəl xanımlardır. - Bəs, özünüz necə qayınanasınız? - Onu mənim gəlinlərimdən soruşmaq olar. Amma özündən razı qayınanayam. Ciddi, zəhmli, hökmlü qayınanayam. Ancaq bu o cür hökmdən deyil. - Yəni “gəlin mənim süpürgəmdir” deyimi sizinçün aktuallığını itirməyib? - Yox, biz gəlinlə rəfiqəyik. Mən onlara demişəm ki, qayınana məfhumunun hələ Azərbaycan cəmiyyətində tam izahı yoxdur. Ona görə də istərdim ki, sizə rəfiqə olum. Elə rəfiqə kimi də varıq. Zəhmli görünməyimə baxmayın, demokratik qayınanayam. Ancaq müəyyən məqamlarda müəyyən hədlərin aşılmasına icazə vermərəm. Yaxşı ki, onlar da o hədləri aşmırlar. Mənim ailəmin artıq özünü təsdiq etmiş qayda-qanunları var. Bu qanunlara riayət olunur. - Adətən üzdə olan insanlar haqqında ən müxtəlif şayiələr dolaşır, yazılar yazılır. Məsələn, deputatlardan bir hissəsinin Kəmaləddin Heydərovun, digər bir qisminin Ramiz Mehdiyevin siyahısı əsasında deputat seçildiyini deyirlər. Sizin də adınızın ikinci şəxsin siyahısında olduğu söylənilir... - Jurnalistdir, necə istəyir, qoy elə də yazsın. Mən hər kəsin hüquqlarına hörmət edən adamam. Mən bir şeyi bilirəm. Mən cənab prezidentin komandasında olan insanam və bununla qürur hissi duyuram. Dediyiniz insanlar da cənab prezidentin komandasındadır. Əqidəsi də möhkəm insanam. - Övladlarınızın işlə təmin olunmasında sizin sözünüz keçərli oldu, yoxsa... - Bu gün Azərbaycan cəmiyyəti kimin kim olduğunu gözəl bilir. Bir dəfə mənə dedilər ki, Rəbiyyət Aslanovanın oğlu Prezident Aparatında işləyir. Rəbiyyət Aslanovanın oğlu tüfeyli, ya tərbiyəsiz deyil. Kifayət qədər savadlı, tərbiyəlidir. Mənim oğlumun istər bir neçə dildə gözəl danışması, ərəbi, ingilisi, rusu gözəl bilməsi, gözəl yazılar yazması, səlis nitqi göz qabağındadır. Hətta beynəlxalq təşkilatlar onu ekspert kimi dəvət edirlər. - Amma bu da faktdır ki, çoxlu gözəl mütəxəssislər var ki, iş yeri sorağındadırlar... - Oğlum YAP-a məndən əvvəl üzv olub. O, Gənclər Təşkilatının sədr müaviniydi. Partiyada uzun müddət çalışdıqdan sonra Prezident Aparatına gətiriblər və orda 7 il işlədikdən sonra bu vəzifəyə təyin ediblər. Rəbiyyət Aslanova partiyaya ondan sonra gəlib. Oğlum 93-cü ildən YAP-ın üzvüdür, mən 97-dən.Söhbətin bu vədəsində gələn zəngə işarə edib yarım saatlığa təcili getməli olduğunu deyib kabineti tərk edir... Dediyi vaxtın tamamında geri dönür. Pillələri sürətlə çıxdığından bir az da təngnəfəs halda kabinetə daxil olur... - Rəbiyyət xanım, yaşdan gileylisiniz? - Yox, gileyli deyiləm. Nə də o adamlardan deyiləm ki, yaşımı gizlədim. 57-nin içindəyəm. Ulu Tanrı bu ömrü veribsə, böyük bir hədiyyədir. Bunu necə danmaq olar? Bu ona oxşayır ki, sənə kimsə yaxşılıq edir, sən onun yaxşılığını azaldırsan. Ona görə çox şükür, bundan sonra nə ömür verəcəksə, böyük minnətdarlıq hissi ilə qəbul edəcəyəm. Ən əsas odur ki, dərd-qəm göstərməsin. - Ev işləri ilə özünüz məşğul olursunuz, yoxsa köməkçiniz var? - Özüm. Böyük qonaqlıq olanda köməkçim də olur. Oğlanlarım ailələri ilə ayrı yaşayırlar. Hesab edirəm ki, hər kəs öz evinin sahibi olmalıdır. Öz evlərində olsunlar, gənc ailəni idarə etməyi, təsərrüfat işlərini aparmağı bacarsınlar. - Milli Məclisdən dönəndən sonra hələ özünüzə yemək bişirməli olacaqsınız? - Özüm də hazırlayıram, qızım da kömək eləyir. Əl-ələ verib işimizi başa çatdırırıq. Bu gün üçün yeməyimiz var. Özü də mən bütün yeməkləri xoşlayıram. Pəhriz-filan məsələləri mənimçün yaddır. - Öz istirahətinizi necə qurursunuz? - Ümumiyyətlə, istirahət adı ilə vaxt öldürməkdən xoşum gəlmir. Bax bu saat internetdən ən yaxşı kitabları çıxarırıq. Onları oxuyacağam. Rəsm qalereyalarını gəzirəm. Xarici ölkələri gəzməyi xoşlayıram. Azərbaycanın bölgələrində oluram. İki-üç gün vaxtım olur, mütləq Balakənə getməliyəm. İndi təyyarə açıldığından mənimçün gedib-gəlmək lap asandır. Ancaq televizorun qabağında oturub saatlarla nəyəsə baxmaq məni yoran bir şeydir. Özü də telekanallardan olduqca narazıyam. Əgər bu gün kanallardan bir dənə zəngin informasiya, məni qane edə bilən məlumat almıramsa, o mənimçün ümumiyyətlə, yad bir şeydir. Hər bir informasiya bilik deyil. Amma hər bir bilik informasiyadır. Bir-iki veriliş istisna olmaqla, ümumiyyətlə, Azərbaycan telekanallarına baxa bilmirəm. Mənim telekanallardan mənə ötürülən o aqressiv enerjiyə tabım yoxdur. Görürsünüzmü, mənimlə üzbəüz hunların əksi olan tablodur. Rəssamdan xahiş etdim ki, mənə Atillanın şəklini çəksin, yanında da sərkərdələri. Amma atların ayağının altından odlar qalxmalıdır və onlar irəliyə doğru çapır. Doğudan batıya böyük bir zəfər yolu. Bu gün türklər zəka atı üstündə Qərbə üz tutmalıdırlar. Bu gün Qərbi təəccübləndirmək üçün Qərbə doğru getmək lazımdır. Mən bu cür təsəvvür eləmişdim, rəssam da sağ olsun, elə belə çəkib. Özü də zaman-zaman bu tabloları dəyişdirirəm. - Şeir söyləməyi xoşladığınızı dediniz. Bəs, yazmağı? - Yox, təəssüf ki, yaza bilmirəm. Mənim şeir yazmağım bu saat ulduz olmaq arzusunda olan xırda adamların arzusuna bənzəyə bilər. Mən şeirə və şairə hörmət edirəm. Ona görə heç vaxt əlimə qələm almaram. Amma istər Azərbaycan, istər rus müəlliflərin şeirlərini əzbər bilirəm və saatlarla şeir demək imkanlarım var, buna qabiliyyətim çatır. Bir də görürsən hansısa şeri öz-özümə deyirəm. - Tərif eşitməklə aranız necədir? - Hər bir qadın tərif eşitməyi xoşlayır. Ancaq əgər o tərifin əsası varsa. Sovetlər dönəmində tənqid və özünütənqid adlı çox xoşagəlməyən bir prinsip vardı. Elə bilirdilər ki, insanı tənqid edəndə onu yeni bir qəhrəmanlığa ruhlandırırsan və həmin şəxs özündəki neqativ halları aradan qaldıracaq. Xüsusilə özünütənqid olanda bu, lap güclü olacaq. Ancaq əksinə, bu, insanı destruktivliyə, qırıcılığa gətirən bir şeydir. İnsan ruhu qırıcılığa və quruculuğa yönəlir. Quruculuğu qoruduqca, bəslədikcə, ona stimul verdikcə, o, daha da qurucu olur. Vay o gündən ki, insanın quruculuğuna gərəksizlik sindromu ilə yanaşasan, onu inkar edəsən. Ancaq mən mədhiyyənin əleyhinəyəm. Siz, yəqin mənim çıxışlarımda heç vaxt mədhiyyə eşitməmisiniz və eşitməyəcəksiniz də. Əgər bir insan tərifə, xoş sözə layiqdirsə, mən onu dilə gətirməkdən çəkinmirəm. Haqq sahibinin haqqını vermək lazımdır. - Maaşınız özünüzə bəs eləyirmi? - Mən nəfsi tox adamam. Millət vəkili olmaqla bərabər, 35 ildir BDU-da çalışıram. Fəlsəfədən dərs deyirəm. Elmlər doktoru, professoram. Bu mənada maaşımdan gileyim yoxdur. Ən əsası odur ki, maaşımla çoxlu kitablar ala bilirəm. - Zər-zibaya pul xərcləməyi xoşlayırsınız? - Deyirsiniz qadın olsun, bər-bəzəyinə pul verməsin? Məgər siz məni sovet ədəbiyyatındakı qadın komissar obrazı kimi təsəvvür edirsiniz? Yox, mən bir azərbaycanlı qadınıyam. Azərbaycan qadınının özəlliyindən biri də bər-bəzəyə xüsusi önəm verməsidir. Deyirlər ki, deputatdırsa, gərək kişi kostyumları kimi kostyum geyinsin, ciddi olsun. Yox, mən istəyirəm ki, bir azərbaycanlı xanımının obrazını qoruyub-saxlayım. - Gözəllik salonu-filan da öz yerində? - Qurban olum Allaha, verdiyinə min şükür (Ürəkdən qəhqəhə çəkir və “nə təhər dedim”, - deyə gülərək soruşur). Söhbəti yekunlaşdırıb kabinetdən çıxmaq istəyəndə əli ilə divardakı tablolardan birini göstərərək “heç soruşmadın o nə şəkildir” deyə bildirdi. Sonra da izahatını verdi: “Bu, Şeyx Şamilin ana yurdudur”. Ardınca da məni təəccübləndirən bir məlumatı açıqlayır: “Mən Şeyx Şamilin kötükcəsiyəm. Özüm də avaram. Mənim bütün balakəndəki qohumlarım Çoxovlardır. Sadəcə, mən həyat yoldaşımın familiyasını daşımışam”. Parlamentin həyətində rastlaşdığı deputat həmkarı Pənah Hüseynlə səmimi salamlaşdıqdan sonra isə daha bir maraqlı detalı açıqlayır: “Universitetin tarix fakültəsində Pənah bəyə dərs demişəm. 73-cü ildə mənim diplomantım olub. Yaxşı savadlı tələbəydi. Özü də panislamizmdən yazırdı. Əvvəl mən yazdım, sonra da o”. (Gülür)Beləcə, həyətdəki fontanın qarşısında şəkil çəkdirib yeniliklərlə zəngin söhbəti tamamlayıb ayrılırıq.
44,111
08.12.2008 07:34
Astrologiya
ULDUZ FALI
QOÇ - Saat 11-13 arası azacıq gərginliklə üzləşsəniz də, günün əsas qayəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Nahardan sonra gözlənilməz və sevindirici hadisələrlə rastlaşacaqsınız. BUĞA - Yeni əlaqələr yaratmaqla mövcud problemlərinizi həll etmək imkanı qazanacaqsınız. Müzakirələr zamanı mövzudan kənara çıxmayın. Axşama doğru ürəyinizə yaxın adamlara baş çəkin. ƏKİZLƏR - Hansısa narahatçılığa əsas yoxdur. İştirakçısı olduğunuz proseslər müsbət istiqamətdədir. Hətta maddi durumunuzun da yaxşılaşacağı mümkündür. Məsuliyyətinizi dərk edin. XƏRÇƏNG - İş yerində xırda qanqaraçılığı gözlənilir. Özünüzü ehtiyatlı aparın. Sizi başa düşməyənlərə nəyisə anlatmağa çalışmayın. Əsas diqqətinizi cari iş problemlərinin həllinə yönəldin. ŞİR - Olduqca uğurlu gündür. İdeyalarınıza doğru ilkin addımlar atmaqdasınız. Tərəfdaşlarınızla səmimi olsanız, bu prosesi sürətləndirə bilərsiniz. Nahardan sonra müqəddəs ocaqlara baş çəkin. QIZ - Perspektivli sövdələşmələr üçün uğurlu vaxtdır. Amma danışıqları yalnız ikili vəziyyətdə aparmalısınız. Bu gün mühüm planlarınızı kiməsə desəniz, onlar reallığını itirə bilər. TƏRƏZİ - Oturaq işlərə müəyyən qədər ara verin. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Ulduzlar müxtəlif ünvanlardan maraqlı təklif alacağınızı bildirir. Axşam sevinəcəksiniz. ƏQRƏB - Ümumi məziyyətlərinə görə bəxtinizə gərgin bir təqvim çıxa bilər. Odur ki, hər addımda tədbirli və ayıq-sayıq olmalısınız. Haqqınızı zorakı üsullarla tələb etməyə çalışmayın. OXATAN - Göy qübbəsi təzadlar ümmanına düşməyinizdən xəbər verir. Bu səbəbdən hər addımda ağıllı və tədbirli davranmalısınız. Fəaliyyətlə bağlı problemləriniz tədricən qaydasına düşəcək. OĞLAQ - Baş verən situasiyaları reallığın gözü ilə qiymətləndirsəniz, uğurlarınız çox olacaq. Bu gün sizə qarşı rəğbət artacaq. Bunu nəzərə alıb hərəkətlərinizə diqqət yetirin. SUTÖKƏN - Üzərinizə düşən başlıca vəzifə səhhətinizi qorumaqdan ibarətdir. Hətta bunun naminə işdən yayınmaq da olar. Saat 18-dən sonra sevgi romantikliyinə qapılmağınız məsləhətdir. BALIQLAR - Göy qübbəsi ovqatınızın yüksələcəyinə işarə edir. Mənəvi rahatlığa qovuşmaq üçün imkanlarınız var. Buna baxmayaraq, təkbaşına fəaliyyət göstərməkdən çəkinin. Qazanc barədə düşünün.