Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Rusiya Prezidenti Vladimir Putin forum iştirakçılarına müraciətində əbəs yerə vurğulamayıb ki, regionlararası əməkdaşlıq təkcə birgə ticarət, investisiya və humanitar layihələrin həyata keçirilməsi imkanlarını genişləndirmir, ölkələrimizin iqtisadiyyatının inkişafına kömək edir və ölkələrimizin iqtisadi inkişafına səbəb olaraq azərbaycanlıların və rusların həyat keyfiyyətini, həqiqətən, yaxşılaşdırır.
|
Bu, həmçinin, xalqlarımız arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir və Azərbaycan ilə Rusiya arasında müttəfiqliyin və strateji tərəfdaşlığın ən mühüm komponentlərindən biridir.
|
Növbəti Rusiya-Azərbaycan regionlararası forumu gələn il Azərbaycanda keçiriləcək və əminəm ki, bu, həm də hərtərəfli dostluq əlaqələrimizin möhkəmlənməsinə, hər iki ölkənin yeni regionlarının əməkdaşlığa cəlb olunmasına xidmət edəcək və özü ilə konkret qarşılıqlı faydalı sazişlər gətirəcək.
|
Denis Villnevin “Dune” və “Dune - 2” filmlərində Arrakis hökmdarı, baron “Vladimir Harkonnen” rolunu oynamaq üçün isveçli aktyor Stellan Skarsgard gündə səkkiz saat makiyaj masası arxasında vaxt keçirib.
|
Bu barədə Hollivud ulduzunun özü danışıb.
|
“Bu incidirdi, amma dəyərdi”, - deyə aktyor vurğulayıb.
|
Onun sözlərinə görə, “Dune” filmindəki obrazının arxasında duran əsas ideya Harkonnenin sadəcə ekranda görünməklə insanlarda təəssürat yaratması olub.
|
“Özü də personaj ekranda daim görünməsə belə təəssürat bütün film boyu qorunmalı idi”, - deyə aktyor vurğulayıb.
|
Qeyd edək ki, bu, Skarsgardın rol üçün ilk böyük transformasiyası deyil.
|
Belə ki, o, “Karib dənizinin quldurları” filmində “Vill Törner”in (Orlando Blum) atası, “Uçan niderlandlı” gəmisində xidmət edən pirat “Bill” rolunu oynayıb.
|
Personajı yaradarkən Skarsgard onun xarakterinin kompüter qrafikası olmadan yaradılmasında israr edib.
|
Mənbə:“Koroçe” “Telegram” kanalı
|
Prezident İlham Əliyev Azər Nəriman oğlu Xəlilovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
|
Bununla bağlı President.az məlumat yayıb.
|
Sərəncama əsasən, A.Xəlilov Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
|
Qeyd edək ki, A.Xəlilov “Azad Azərbaycan” Televiziyasının (ATV) prezidentidir.
|
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov oğlunun qaydasız döyüşlərə olan marağından danışıb.
|
H.Nurməhəmmədov bildirib ki, oğlunun peşəkar idmançı olmasını istəmir.
|
“Oğlum məndən ona döyüşlərimi göstərməyimi xahiş edir.
|
Onunla necə davranacağımı bilmirəm.
|
Mən onun peşəkar idmançı olmasını istəməzdim.
|
Amma israr edərsə, bu onun seçimi olacaq.
|
Çünki peşəkar idmançıları adi insan adlandırmaq olmaz”, - deyə dağıstanlı idmançı vurğulayıb.
|
Müğənni Ledi Qaqa pərəstişkarlarına makiyajsız şəkilini nümayiş etdirib.
|
Məşhur fotoşəkli özünün “Instagram” səhifəsində paylaşıb.
|
37 yaşlı Ledi Qaqa çəhrayı rəngli uzunqol ağ köynəkdə kamera qarşısına keçib.
|
Müğənni makiyajsız və qaşları ağardılmış obrazda yataq otağında çarpayıda uzanmış vəziyyətdə pozalar verib.
|
O, saçlarını hörərək başına yaylıq taxıb.
|
Ledi Qaqanın pərəstişkarları onun yeni obrazını təəccüblə qarşılayıblar və onun daha cavan göründüyünü qeyd ediblər.
|
Xatırladaq ki, Ledi Qaqa 2020-ci ildən sahibkar Maykl Polanski ilə münasibətdədir.
|
Müğənni şəxsi həyatını reklam etməməyə çalışır, ona görə də nadir hallarda sevgilisi ilə ictimaiyyət qarşısına çıxır.
|
Müğənni Nigar Camal Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
|
Oxu.Az xəbər verir ki, bu barədə müğənni öz şəxsi “Instagram” hesabında məlumat paylaşıb.
|
“Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım.
|
Bir neçə gün öncə adımdan “TikTok” hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım.
|
Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.
|
Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm.
|
Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm.
|
Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”.
|
Xatırladaq ki, müğənni Nigar Camala qarşı dələduzluq edilib.
|
Elşad Eldar oğlu Məmmədov adlı şəxs “TikTok”da sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb.
|
Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.
|
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycan Respublikasına səfəri martın 6-da başa çatıb.
|
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
|
Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər yola salıblar.
|
16:54"Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.
|
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
|
Rusiya Hökumətinin sədrini Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşılayıblar.
|
Süni intellektlə bağlı tərtibatlar günü-gündən artmağa başlayır.
|
Bunlardan biri də havanı özü tənzimləyən ağıllı ventilyatordur.
|
“Mijia Fan” adlanan yeni ixtira “HyperOS” əməliyyat sistemində işləyir.
|
O, otaqda temperaturu arzuolunan səviyyədə saxlamaq üçün süni intellekt funksiyalarından istifadə edir.
|
Belə ki, otaq tətbiqdə əvvəllər konfiqurasiya edilmiş parametrdən çox isinərsə, qadcet avtomatik olaraq işə düşür.
|
İxtira Çinin “Xiaomi” şirkətinə məxsusdur.
|
Şirkətdən bildirilib ki, ventilyator 13 metrə qədər məsafədə havanı təmin edə bilir.
|
Bundan başqa 100-ə qədər sürət rejimini dəstəkləyir ki, bununla da enerjiyə qənaət edilir.
|
“Gizlənpaç” oynayarkən qazanda ilişib qalan uşağın görüntüləri sosial şəbəkələrdə gülüşlə qarşılanıb.
|
Kadrlardan görünür ki, insanlar yığışaraq qazanda ilişib qalan uşağı çıxarmağa cəhd edirlər.
|
Ancaq bir müddət sonra bunun mümkün olmadığı aydın olub.
|
Bundan sonra qazanın kəsilməsinə qərar verilib.
|
Görüntülər sosial şəbəkədə virus sürəti ilə yayılıb.
|
İstifadəçilərdən bəziləri buna yumorla yanaşsa da, uşağın halına acıyanlar da az olmayıb.
|
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi texniki bazasının gücləndirilməsi üçün daha 20 yeni xidməti avtomobil göndərilib.
|
Bildirilib ki, bu gün həmin avtomobillər müvafiq qurumların istifadəsinə verilib.
|
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətləri üzrə növbəti məhkəmə prosesi keçirilib.
|
APA xəbər verir ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov hadisə günü ilə bağlı ifadə verib.
|
Daha sonra İ.Süleymanov dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.
|
Növbəti məhkəmə iclası martın 27-nə təyin edilib.
|
Qeyd edək ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
|
Onun barəsindəki hökmün ləğv edilməsi və bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayəti verilib.
|
Bununla bağlı avqustun 8-də Gəncə Apellyasiya Məhkəməsində proses başlayıb, iş apellyasiya baxışına təyin edilib.
|
Baxış iclasında zərərçəkən tərəfin - Nərminin atası Şərif Quliyevin də hökmdən apellyasiya şikayəti verdiyi məlum olub.
|
Şərif Quliyevin İlkin Süleymanova ömürlük cəza verilməsi ilə bağlı apellyasiya şikayəti üzrə prosessual müddət başa çatdığından şikayət verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəməsində baxılması zərurəti yaranıb.
|
Bu səbəbdən proses təxirə salınıb və iş yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
|
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da tapılıb.
|
2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
|
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
|
Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.
|
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
|
Bildirilib ki, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görülür.
|
Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.
|
Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.
|
Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.
|
Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Ermənistana səfər edib.
|
O, erməni həmkarı Suren Papikyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı bir sıra açıqlamalar verib.
|
Yunan nazirin fikirlərində ən diqqətçəkən məqamlardan biri Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlığın mümkünlüyü barədə dedikləridir.
|
Nazir qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaşlıq yaradılıb.
|
“Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə - Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”, - N.Dendias əlavə edib.
|
2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra Cənubi Qafqaz regionunda sülh üçün unikal imkan yaranıb.
|
İndi sülh heç vaxt olmadığı qədər yaxındır.
|
Rəsmi Bakının prioriteti İrəvanla münasibətlərin normallaşmasıdır.
|
Amma bütün cəhdlərə baxmayaraq, sülh sazişi hələ də imzalanmayıb.
|
Bunun əsas səbəbi Ermənistanın sürüşkən siyasəti, həmçinin zaman-zaman sərgilədiyi destruktiv mövqeyidir.
|
Cənubi Qafqazda baş verənlər, əslində, regional yox, qlobal xarakterli prosesdir.
|
Aparıcı beynəlxalq aktorların bölgə ilə bağlı mövqeləri də bunu deməyə əsas verir.
|
Çünki Ermənistanın mövcud hakimiyyətinin beynəlxalq siyasi iradəyə qarşı çıxması mümkün deyil.
|
Deməli, beynəlxalq aktorların bəziləri Ermənistanın arxasındadırlar.
|
Onlar rəsmi İrəvan vasitəsilə özlərinin regional maraqlarını təmin etməyə çalışırlar.
|
Məsələ ondadır ki, həm Yunanıstanın, həm də N.Dendiasın adını çəkdiyi digər dövlətlərin - Ermənistanın, Fransanın, Hindistanın regionda öz maraqları var.
|
Bu dövlətlər bölgədəki təsir güclərini artırmaq üçün İrəvandan istifadə edirlər.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.