Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Səfər çərçivəsində İranın müdafiə naziri briqada generalı Məhəmmədrza Karai Aştiani və Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri onu qəbul edib.
|
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edilib.
|
Eyni zamanda, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
|
Yeri gəlmişkən, Ermənistanın İranla hərbi əməkdaşlıq etdiyinə dair əvvəllər də məlumatlar yayılıb.
|
İkinci Qarabağ müharibəsindən əvvəl erməni nümayəndə heyəti Tehranda yerləşən Malik Əjdər Texniki İnstitutunda olub.
|
Orada Ermənistan və İran arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb.
|
“NAIM-802” adlı radiolokasiya qurğusu da Ermənistanla İranın birgə istehsalı sayılır.
|
O, quraşdırıldığı məntəqə üzərindən uçan bütün obyektləri və hədəfləri nişanlayır.
|
Bu qurğu 24 saat ekipajsız fəaliyyət göstərə bilir.
|
Belə əməkdaşlıq İrəvanın Bakı qarşısında güclənməsinə, habelə Azərbaycan torpaqlarının işğal altında saxlanmasına xidmət edib.
|
Ancaq 2016-cı ilin aprel döyüşləri Azərbaycana qarşı hərbi əməkdaşlıq edən bu cütlüyün gücünü puça çıxarıb.
|
İran hakimiyyətinin Ermənistanla hərbi sahədə əməkdaşlığının arxasına nə durur?
|
Tərəflər arasında başqa sahələr üzrə əməkdaşlığı müəyyən mənada qəbul etmək olar.
|
Hərçənd bu istiqamətdə ticarət əlaqələri də hərbi sahəyə bağlılığı olanda təhlükəli sayılır.
|
Məsələn, İran Ermənistana təbii qaz, neft məhsulları, avtomobil yanacağı və sürtkü yağları satır.
|
Bunlardan tank və başqa texnikaların hərəkətində də istifadə olunur.
|
Deməli, Tehran hakimiyyəti bu yolla işğaldan əvvəlki dövrdə Ermənistan tanklarının Azərbaycan torpaqlarında qalması və hərəkətinə yardım göstərib.
|
Bu baxımdan Tehran Qarabağ və ətraf rayonların işğal altında qalması müddətinin uzanmasında ermənilərlə yanaşı durub.
|
Bununla da ondan heç vaxt asılı olmaq istəməyən Azərbaycana təzyiq göstərib.
|
İranın Yaxın Şərqdə “Hizbullah”, husilər, “Zenəbiyyun”, HƏMAS və başqa silahlı qruplaşmaları fəaliyyət göstərir.
|
Onlar İranın siyasi-ideoloji və geopolitika maraqları uğrunda mübarizə aparırlar.
|
Tehran bununla ərəb dövlətləri, İsrail, ABŞ və onun müttəfiqlərini hədəf alır.
|
Yəməndəki husilərin Qırmızı dənizdə qərb blokundan olan ölkələrin tankerlərinə hücumları, Livandakı siyasi-silahlı qruplaşmanın fəaliyyətini və s.örnək göstərmək olar.
|
Fələstin xalqının azadlığını təmin etmək bəhanəsi ilə İran hakimiyyəti regionda mövcudluğunu təmin edir.
|
Bununla da o, “məzlumların hamisi” adını “doğruldur”.
|
İran Azərbaycan torpaqlarını işğal edən “məzlum erməniləri” də bu ad altında dəstəkləyib.
|
Ona görə, Zəngəzur yolunun açılması, 3+3 regional əməkdaşlıq forumunun keçirilməsinə müxtəlif bəhanələrlə mane olub.
|
Habelə Ermənistanla Azərbaycan arasında dövlət sərhədi müəyyənləşmədən Qafanda yarımçıq konsulluq binasını açmaqla gələcək qarşıdurmanın əsasını qoyub.
|
Ukrayna ilə müharibədə Rusiyaya hərbi texniki yardımı, raket, dron tədarük etməsi də İran hakimiyyətinin anti-Qərb və müharibə tərəfdarı olması siyasi-hərbi düşüncəsindən irəli gəlir.
|
ABŞ hesab edir ki, Tehran Rusiyaya pulsuz yardım etmir.
|
Düzdür, hamı kimi İran da silah ticarətindən qazanmaq istəyir.
|
Ancaq bunu təkzib etsə də, ABŞ və Avropa İttifaqı ona qarşı sanksiya tətbiq edir.
|
Ermənistanın İranla hərbi, neft, təbii qaz və başqa sahələrdə əlaqələrini genişləndirir.
|
Deməli, İrəvan bununla İslam Respublikasının iqtisadiyyatını gücləndirir.
|
Bu isə onun Yaxın Şərqdə İsrail, ABŞ və müttəfiqlərin əsgərlərinə, ticarət gəmilərinə hücumları genişləndirməsinə təkan verir.
|
2023-cü ildə İranla Ermənistan arasında ticarət dövriyyəsi 692 milyon 496 min 800 dollar olub.
|
Tərəflər illik ticarət dövriyyəsini üç milyard dollara qaldırmaq haqqında razılığa gəliblər.
|
Bu halda Qərb bloku şər bucağı adlandırdığı İranın iqtisadi, hərbi gücünün artmasında xidməti olan Ermənistana heç diplomatik yolla da təzyiq göstərmirlər.
|
Çünki ABŞ və Avropa İttifaqı İrana qarşı sərt sanksiyalar tətbiq etmək istəmir.
|
Bu istiqamətdə də ikili yanaşma mövcuddur.
|
Guya Ermənistanı Rusiyanın əlindən almaq üçün Tehran-İrəvan cütlüyünün, hətta, hərbi əməkdaşlığının reallaşmasına, inkişafına belə şərait yaradırlar.
|
Ancaq nəticə birdir:bu gözyummalar İranın Yaxın Şərqdə güclənməsinə xidmət edir.
|
İslam Respublikasının Ermənistandan Cənubi Qafqazda Azərbaycana, Qərbin maraqlarına qarşı proksi qüvvə olaraq istifadə edir.
|
Ancaq bu alətdən hələlik Qərb Rusiyaya, Tehran isə Azərbaycana qarşı yararlanır.
|
Cənubi Qafqaz İran üçün Yaxın Şərqdən daha əhəmiyyətlidir.
|
Həm qonşuluqda yerləşir, həm də bu məsələdə Güney Azərbaycan faktoru var.
|
Ona görə də Tehranın İrəvandakı səfiri Mehdi Sübhani diplomat deyil.
|
O, əvvəllər İslam Respublikasının Suriyadakı səfiri işləyib.
|
İranın Suriya, Livan və İraqa səfir adı ilə göndərdiyi nümayəndələri diplomat olmurlar.
|
Onlar İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabitləridir.
|
Çünki həmin səfir-hərbçilər işlədikləri ölkələrdəki iranyönümlü silahlı qruplaşmaların fəaliyyətini Tehran hakimiyyəti ilə əlaqələndirirlər.
|
Mehdi Sübhani də 2023-cü ildə Suriyada səfir vəzifəsindən azad edilərək Ermənistana göndərilib.
|
Odur ki, Ermənistanın İslam Respublikası ilə hərbi sahədə əməkdaşlığı sıradan bir, Qərbi narahat etməyəcək səviyyədə məsələ deyil.
|
Livanda güclü erməni diasporu var.
|
ASALA terror qruplaşması da bu ölkədə yaranıb.
|
Habelə İsraili raket atəşinə tutan “Hizbullah” hərbi-siyasi qruplaşma da oradadır.
|
Livan-İran-Ermənistan - Qərbə qarşı Cənubi Qafqazda fəaliyyət göstərəcək daha bir potensial üçlük, Mehdi Sübhani də əlaqələndirici ola bilər.
|
“NATO qüvvələrinin Avropada davam edən təlimləri zamanı Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır”.
|
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
|
Patruşevin sözlərinə görə, bu təlimlər gərginliyi artırır və dünyada sabitliyi pozur.
|
“Alyans yeni müharibələrə hazırlaşır”, - deyə o qeyd edib.
|
Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim və Azərbaycanın konsulluq məsələləri üzrə xarici işlər nazirinin müavini Fariz Rzayevin sədrliyi ilə Türkiyə-Azərbaycan konsulluq və miqrasiya məsləhətləşmələri keçirilib.
|
Bu barədə Türkiyə XİN məlumat yayıb.
|
Qeyd olunub ki, məsləhətləşmələr zamanı iki ölkənin konsulluq münasibətlərinin gündəliyində duran bütün məsələlər, xüsusən də vətəndaşlarla sıx bağlı olan yaşayış, vətəndaşlıq, məhkəmə və nəqliyyat məsələləri ətraflı müzakirə olunub.
|
Bundan əlavə, miqrasiya məsələlərində ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
|
Türkiye-Azerbaycan Konsolosluk ve Göç İstişareleri, Bakan Yardımcımız Yasin Ekrem Serim ve Can #Azerbaycan'ın Konsolosluk İşlerinden Sorumlu Bakan Yardımcısı Fariz Rzayev'in başkanlığında gerçekleşmiştir.
|
İstişarelerde, vatandaşlarımızı yakından ilgilendiren ikamet, nüfus,… pic.twitter.com/QrrKcwQNhu
|
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.
|
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın “Bayer 04” klubunu qəbul edəcək.
|
Yerli vaxtla saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya böyük maraq var.
|
Nəzərə alaq ki, bu oyuna beynəlxalq arenada da diqqət böyükdür.
|
Çünki alman komandası bu il ən yaxşı mövsümünü keçirir və cari mövsümdə məğlubiyyət üzü görməyib.
|
Bəs, oyunla bağlı ekspertlərin gözləntiləri nələrdir?
|
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən idman şərhçisi Rəşad Rafiqoğlu qeyd edib ki, bu, təkcə “Qarabağ”ın deyil, Azərbaycan futbolunun ən önəmli oyunlarından biridir:""“İlk dəfə klub futbolunda Avropanın 16 ən yaxşı komandası arasına düşmüşük.
|
Bu tarixi şansdan istifadə edib “Qarabağ” mərhələ də keçə bilər.
|
Təbii ki, matçın favoriti “Bayer 04”dür.
|
Bu komanda hazırda Avropanın ən yaxşı 3 komandasından biridir.
|
Mən deyərdim ki, hətta Avroliqanın da favoritidir.
|
Ancaq Qurban Qurbanov və futbolçuları belə oyunları çox görüblər.
|
Üstəlik, rəqiblər qrup mərhələsində qarşılaşıblar.
|
Xüsusilə, Bakıda “Qarabağ”ın “Bayer”ə qarşı yaxşı, inamlı oyununun şahidi olmuşuq.
|
Məncə, “Qarabağ” bu dəfə Almaniya təmsilçisindən daha şanslıdır.
|
Çünki futbolu titullar oynamır, futbolçular meydanda mübarizə aparır və qazanır.
|
“Qarabağ” mərhələ keçməsə belə, yaxşı və layiqli oyun göstərəcəyinə inanıram”.
|
Futbol eksperti Siyavuş Əliyev isə bildirib ki, bu gün Azərbaycan futbolu tarixinin ən yaddaqalan günlərindən biridir:""“Günün bu cür əhəmiyyətli olmasının səbəbkarı da “Qarabağ” klubudur.
|
Məlum olduğu kimi, avrokuboklarda hər ötən mərhələ əvvəlkindən daha maraqlı olur və daha geniş auditoriya tərəfindən izlənilir.
|
Sevindirici haldır ki, Azərbaycan futbolunun təmsilçisi də belə bir mərhələyə qədər gəlib çıxa bilib.
|
1/8 final mərhələsinə vəsiqə qazanan komandalara nəzər saldıqda, orada ən böyük futbol ölkələrini görə bilərik.
|
İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Niderland və digər ölkələrin təmsil olunduğu mərhələlərdə “Qarabağ”ın da olması klub üçün həm ciddi maliyyə qazancı, həm də yeni azarkeş kütləsinin qazanılması deməkdir.
|
Rəqibin “Bayer 04” kimi bir komanda olması da “Qarabağ”ın imicinə əlavə bir töhfədir.
|
Mövsümdə məğlub olmayan yeganə Avropa komandası ilə qarşılaşma ciddi sınaqdır.
|
İnanırıq ki, “Qarabağ” bu sınaqdan da üzüağ çıxacaq”.
|
İdman yazarı Vüqar Nəzərovun sözlərinə görə, nəticədən asılı olmayaraq “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında təmsil olunmağı özü bir uğurdur:""“Son illər komandamızın inkişafı göz qabağındadır və ildən-ilə komandanın səviyyəsi, gücü artır.
|
“Bayer 04” güclü kollektivdir, həm bu mövsüm uduzmayıblar, həm də Almaniyada “Bavariya”nın uzun illər davam edən hegemonluğuna son qoyublar.
|
Baş məşqçi Xavi Alonso da Qurban Qurbanov kimi iddialı və öz işini bilən mütəxəssisdir.
|
Məncə, bu məşqçilərin dueli son illərin ən yaxşı oyunlarından biri olacaq.
|
Bugünkü qarşılaşmada anşlaq olacaq.
|
“Qarabağ” azarkeşlərin güclü dəstəyindən də istifadə edib, növbəti uğurunu qazana bilər”.
|
“Rusiya COP29-un uğuruna tam əmindir, lakin bunun baş verməsi üçün çox iş görülməlidir”.
|
“APA-Economics” xəbər verir ki, bu barədə Bakıda Azərbaycanın iqtisadiyyat nazirliyi Mikayıl Cabbarov ilə görüşdən sonra keçirilən brifinq zamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.