Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Məni gömrük orqanlarında “üç uşaq anası mayor” deyə tanıyırlar.
|
İş yoldaşlarım evdəki məsuliyyətimin də kifayət qədər çətin olduğunu bildiklərindən peşəkar mühitdə mənə dəstək göstərirlər.
|
Buna görə onlara təşəkkürümü bildirirəm”.
|
Xanım mayorun evinə doğru yola düşdükdə işi barədə bir az da söhbət etdik.
|
O, 5 il Biləsuvar Gömrük Postunda çalışdığını söylədi.
|
Dediyinə görə, həmin dövrdəki işi kifayət qədər məsuliyyətli və çətin olub:""“Biləsuvarda qaçaqmalçılığın qarşısının alınması ilə məşğul idik və çox zaman gömrükdən keçən qadınları yoxlayırdıq.
|
Qadınların bəzən daxili orqanlarında narkotik vasitələr aşkarlanırdı.
|
Bu, kifayət qədər məsuliyyətli və diqqət tələb edən, mürəkkəb prosesdir.
|
Biz gömrükdə qaçaqmalçıları aşkar edəndə belə elə davranmalı idik ki, digər insanlar prosesdən zərər görməsinlər, əziyyət çəkməsinlər, hətta mümkün qədər bu mənfi hallara şahid olmasınlar”.
|
İlahə Əliyeva evdəki məsuliyyətli işlərin öhdəsindən isə həyat yoldaşı ilə birgə gəlir.
|
Ömür-gün yoldaşı ona çox yaxından dəstək olur, hər məsələdə, üçəmlərə qulluqda, onların tərbiyəsində köməyini əsirgəmir.
|
O, həyat yoldaşı ilə tanışlıq hekayəsini də bizimlə bölüşüb:""“Həyat yoldaşım naxçıvanlı, mən isə zəngilanlıyam.
|
Hər ikimiz Sumqayıtda anadan olmuşuq, orada böyümüşük.
|
Tanışlığımız isə 11-ci sinifdə Azərbaycan dili üzrə getdiyimiz hazırlığa təsadüf edib.
|
Həmyaşıdıq, hətta doğum tarixlərimiz arasında cəmi 2 gün fərq var, martın 5-i mən, 7-si o anadan olub.
|
Məktəbi bitirdikdən sonra ünsiyyətimiz olmayıb.
|
Mən ali məktəbi oxudum, işlədim.
|
İllər sonra təsadüfən yenidən qarşılaşdıq və ailə həyatı qurduq.
|
Evlənmədən öncə həyat yoldaşım tez-tez deyirdi ki, bizim yaşıdlarımızın üç uşağı var.
|
Allah qismət etdi, istəyinə çatdı, 33 yaşda üç uşaq valideyni olduq.
|
Uşaqların üçəm olması bizim üçün sürpriz idi.Mənim ailəmdə də, həyat yoldaşımın ailəsində də bir neçə qohumun əkiz övladları var.
|
Atamın qardaşı və bacısı, anamın isə özü və bacısı əkizdirlər.
|
Ona görə genetik kodlar baxımından əkiz övladımız olacağını ehtimal edə bilərdik.
|
Amma üçəm olacağı heç vaxt ağlımıza da gəlməzdi.
|
Uşaqların ikisi qız, biri oğlandır”.
|
İlahə Əliyeva dedi ki, hər nə qədər yaşı, maddi, mənəvi, psixoloji durumu analıq üçün hazır olsa da, uşaqların ilk aylarında xeyli əziyyət çəkib.
|
“Mən ana olanda artıq buna hazır idim, 33 yaşım var idi.Uşaqlar bətnimdə olanda həkimlər təklif etmişdilər ki, bəlkə üçündən birini götürək.
|
Digər ikisi daha yaxşı inkişaf etsin, üç uşağı daşımaq sağlamlığıma ciddi təsir edə bilərdi.
|
Şükür edirəm ki, Allah hər üçünü mənə bağışladı.
|
Çətin dövr olsa da, bunu arxada qoyduq.
|
Uşaqların baxımı tək mənim üzərimdə idi. Özümün mənəvi, fiziki çətinliklərim, onların baxımı, maddi problemlər var idi.Uşaqları ana südü ilə qidalandırmalı idim, amma üç uşağa eyni anda süd çatdırmaq mümkün deyil.
|
Ona görə məcbur olub, səhər birini, günorta birini, axşam birini qidalandırırdım.
|
Onların yeməyi, pampersləri, geyimləri, müayinə və müalicələri ciddi vəsait tələb edirdi.
|
Ona görə 9 ay sonra işə qayıtmalı oldum..."""Üçünü də eyni anda idarə etmək çox çətindir.
|
Hərdən nənələri istəyirlər ki, uşaqlar onlarda qalsınlar.
|
Deyirlər birini bizdə qoy, ikisini apar.
|
Halbuki onları bir-birindən ayırmaq mümkün deyil”, - deyə xanım mayor vurğulayıb.
|
Evə daxil olduqda üçəmlər özləri bizi qapıda qarşıladılar.
|
Çox maraqlıdır ki, bir-birilərinə bənzəsələr də, onların üçəm olduğunu ilk baxışdan anlamaq çətindir.
|
İlahə xanım qızların adlarını milli kinolardan seçdiklərini dedi:""“Gülnazın adını “O olmasın, bu olsun” filmindən, Gülçöhrənin adını “Arşın mal alan” filmindən götürmüşük.
|
Amma onları öz adları ilə çağırmırıq.
|
Körpə olanda öz adlarını çətinliklə deyə bilirdilər.
|
Ona görə Gülçöhrəyə Sərçə, Gülnaza Bacı, Təvəkkülə isə Qoqu deyə səslənirdik.
|
İndi özləri də bir-birilərinə bu adlarla səslənirlər.
|
Bağçada, həyətdə, başqa uşaqlarla ünsiyyətdə heç vaxt problem yaşamırıq.
|
Onlar ən çox bir-biriləri ilə dava edirlər.
|
Sərçə, Bacı və Qoqu hər işi birlikdə edirlər.
|
Əgər biri yemək yeməsə, heç biri yemir.
|
Onların paltarlarını, əşyalarını, qab-qacaqlarını, oyuncaqlarını - hər şeyi eynisindən almalıyıq.
|
Əslində, bu, bir tərəfdən bizim işimizə də yarayır.
|
Eyni şeydən çətinliklə də olsa, üç ədəd tapıb, alırıq, əşyaların qarışması, dəyişik düşməsi problem olmur.
|
Bir-birinin bəzi paltarlarını rahatlıqla geyinirlər.
|
Bir-biri ilə müqayisədə Gülnaz daha uzunboydur, Gülçöhrə daha toppuşdur, Təvəkkül isə arıqdır.
|
Yaşına görə hər birinin çəkisi və kilosu normal olsa da, bəzi paltarları bir-birinə gəlmir”.
|
Mayor ana gömrük orqanlarında çalışan və dövlət qulluğunda fərqlənən yeganə üçəm anası olduğunu qeyd edib.
|
Bununla belə, üçəm valideyni olan digər analarla müxtəlif vaxtlarda tanış olub, “WhatsApp” şəbəkəsi üzərində qrup yaradıblar:""“Bir-birimizə çox dəstək oluruq.
|
Hətta yeni üçəmləri olan valideynlərlə tanış olduqda onları da qrupumuza əlavə edirik.
|
Həm təcrübələrimizi paylaşır, həm də bir-birimizə məsləhətlər veririk.
|
Hətta bəzən birləşib köməyə ehtiyacı olan körpə uşaqlı analara yardım da edirik.
|
Uşaqların geyimlərini, əşyalarını ehtiyacı olan ailələrlə bu şəkildə dəfələrlə paylaşmışıq.
|
Ana olmaq çox möhtəşəm duyğudur, eyni zamanda məsuliyyətli və çətin işdir.
|
Mən həm ailədə öz üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməli, övladlarıma lazımi diqqət və qayğı göstərməli, həmçinin öz xidməti vəzifələrimi peşəkarcasına yerinə yetirməli, milli və iqtisadi təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanmalı, öz fəaliyyətimdə xüsusi diqqətli olmalıyam.
|
Çünki mən Azərbaycan Respublikasına xidmət edirəm”.
|
Beləliklə, İlahə xanım və onun gözəl ailəsi ilə tanışlıqdan məmnun qaldıq.
|
Bir daha əmin olduq ki, qadın güclü varlıqdır və yanında ona dəstək olan həyat yoldaşı, övladları olduqda öz həyatını, eləcə də dünyanı gözəlləşdirməyə qadirdir.
|
8 Mart - Beynəlxalq Qadınlar Gününüz mübarək!
|
Martın 8-i Beynəlxalq Qadınlar Günüdür.
|
Baku TV paytaxtda sorğu keçirərək qadınlardan 8 Martda hansı hədiyyəni gözlədiklərini soruşub.
|
Sorğu iştirakçıları arasında bahalı hədiyyələr istədiyini deyənlər də olub, xoş bir sözün, gülün belə təbrik üçün kifayət edəcəyini söyləyənlər də.
|
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
|
“Hədəfimiz çempion olub I Liqaya yüksəlməkdir”.
|
34 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra keçirilən ilk görüşü dəyərləndirib:""“Çempionatın liderinə qarşı oynayırdıq.
|
Qələbə qazanıb xal fərqini azaltmaq istəyirdik.
|
İlk hissəni 1:0 hesabı ilə öndə başa vurduq.
|
Ancaq ikinci hissədə qol buraxdıq və görüş heç-heçə nəticələndi.
|
Qarşıda daha yaxşı nəticələr qazanacağıq”.
|
Azərbaycan millisinin sabiq futbolçusu komandanın hədəflərindən danışıb:""“Məqsədimiz çempionluqdur.
|
II Liqanın lideri ilə xal fərqi bir qədər çoxdur.
|
Düşünürəm ki, bunu aradan qaldıracağıq.
|
R.Əmirquliyev “Şahdağ Qusar”ın hazırkı durumu barədə fikirlərini bölüşüb:""“Mənim nəsə deməyim düzgün olmaz.
|
Bu barədə rəhbərlik daha dəqiq danışa bilər.
|
Fasilədən sonra heyətə yeni oyunçular qoşulub.
|
Onlar komandaya uyğunlaşmalıdırlar.
|
Çempion olmaq üçün komandamızda hər şey var.
|
Bunu meydanda göstərmək lazımdır”.
|
Qeyd edək ki, 15 turdan sonra hesabında 31 xal olan “Şahdağ Qusar” hazırda 4-cü pillədə qərarlaşıb.
|
Turnir cədvəlinə 38 xalla “Sportinq Baku” başçılıq edir.
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin barmağında dəmir halqanın sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın olması barədə məlumat daxil olub.
|
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
|
Xilasedicilər xüsusi vasitələrlə halqanın zərərçəkmişin barmağından müvafiq qaydada çıxarılmasını təmin ediblər.
|
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə səfərdədir.
|
Məlumata görə, Zelenski İstanbulda Atatürk Hava Limanında qarşılanıb.
|
Qeyd edək ki, Ukrayna prezidenti martın 8-də axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
|
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin “BAYKAR” şirkəti arasında “Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi” imzalanıb.
|
Oxu.Az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
|
“Müqavilənin faydalı olacağına ümid edirik”, - məlumatda qeyd edilib.
|
Azerbaycan Cumhuriyeti Savunma Bakanlığı ile "Ortak Araştırma Geliştirme ve Üretime Yönelik İş Birliği Sözleşmesi" imzaladık.
|
Anlaşmanın hayırlara vesile olmasını dileriz.
|
✈️🇹🇷🇦🇿 Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat… pic.twitter.com/cCBiP1puPs
|
Çin xarici işlər naziri Vanq Yi ölkəsinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini bir daha açıqlayıb.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.