id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
45,216
29.12.2008 09:15
İdman
RONALDO DAHA BİR TİTUL QAZANDI
İspaniyanın “Real” klubunun qapıçısı İker Kasilyas ikinci, “Barselona”nın argentinalı futbolçusu Lionel Messi isə üçüncü olub. “Eurosport”un 2008-ci il üçün seçdiyi simvolik komandanın heyəti isə belədir:İker Kasilyas (“Real”), Joze Bosinqva (“Çelsi”), Nemanya Vidiç və Rio Ferdinand (hər ikisi “Mançester Yunayted”), Yuri Jirkov (OMİK, Rusiya), Kriştiano Ronaldo (“Mançester Yunayted”), Sesk Fabreqas (“Arsenal”), Xavi (“Barselona”), Frank Riberi (“Bavariya”), Fernando Torres (“Liverpul”), Lionel Messi (“Barselona”).
45,217
29.12.2008 09:43
İdman
2008-ə DAMĞASINI VURAN 7 İDMANÇI
Usain Bolt (atletika)Yamaykalı sprinter 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 100 metr, 200 metr və 4X100 metr məsafəyə estafet qaçışında qızıl medallar qazanmaqla yanaşı dünya rekordunu təzələyib. 22 yaşlı idmançı Beynəlxalq Atletika Federasiyaları İttifaqı (İAAF) tərəfindən ilin kişi atleti seçilib. Bununla yanaşı, U.Bolt həm 100 metr, həm də 200 metr məsafələrə qaçış üzrə dünya rekordunu təzələyərək qızıl medal qazanan ilk idmançı kimi tarixə düşüb. Maykl Felps (üzgüçü)ABŞ üzgüçüsü Pekin Yay Olimpiya Oyunlarında 8 qızıl medal qazanıb. Bununla da M.Felps eyni olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə daha çox çıxmağı bacaran idmançı adına sahib çıxıb. 22 yaşlı idmançının hesabında hazırda 14 olimpiya “qızıl”ı, 16 olimpiya medalı var. Bu isə onun olimpiadalarda “Ən çox qızıl medal qazanan idmançı” və “Ən çox medal alan kişi idmançı” ünvanlarına sahib çıxmasına səbəb olub. İlk dəfə 2004-cü il yay olimpiya oyunlarında 4 illiyin zirvə yarışında mübarizəyə başlayan M.Felps son 68 ildə olimpiadalara qatılan ən gənc üzgüçü hesab olunur. Yelena İsinbayeva (atletika)Pekin olimpiadasında qadınlar arasında şüvüllə 5,05 metr hündürlüyə tullanan rusiyalı atlet özünə aid 23-cü dünya rekordunu təzələyərək qızıl medal qazanıb. O, həm də 5 metrdən çox hündürə tullanan yeganə qadın idmançı kimi tarixə düşüb. İdmanla məşğuliyyətə gimnast kimi başlayan Y.İsinbayeva ucaboy olduğu üçün sonradan istiqamətini atletikaya doğru çevirib. 26 yaşlı idmançı qapalı meydanlarda da rekord əldə edib. O da İAAF tərəfindən ilin qadın atleti seçilib. Luis Hamilton (“Formula-1")“Formula-1" üzrə ”Maklaren Mercedes"in ingilis pilotu bu il 59-cu dəfə keçirilən dünya çempionatının qalibi olub. 35 yarışlıq karyerası ərzində 207 xal toplayan və 22 dəfə fəxri kürsünün ən yüksək pilləsinə çıxan 23 yaşlı idmançı “Formula-1" tarixində ən gənc çempion ünvanına yiyələnib. L.Hamilton bu mövsüm 5 dəfə birinci yeri tutaraq ”Formula-1" tarixində çempionluğa nail olan 9-cu ingilis pilot olub.Kriştiano Ronaldo (futbol)İngiltərənin “Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu FİFA Peşəkar Futbolçular Birliyi (FİFPro) tərəfindən “İlin oyunçusu” seçilib. FİFA-nın 2009-cu il yanvarın 12-də elan edəcəyi dünyanın ən yaxşı futbolçusu adına 5 namizəd arasında onun da adı var. Sağ cinah yarımmüdafiəçisi eyni tarixdə UEFA-nın açıqlayacağı ilin simvolik heyətinə düşməyə də əsas namizədlərdəndir. 23 yaşlı oyunçu artıq “Frans Futbol” nəşrinin apardığı sorğu nəticəsində Avropanın ən yaxşı futbolçusu üçün müəyyənləşdirilən “Qızıl top” mükafatına sahib çıxıb. O, ötən mövsüm 42 qola imza atıb. Rafael Nadal (tennis)İspaniyalı tennisçi Pekin Yay Olimpiya Oyunlarında kişilərin fərdi mübarizəsində I yeri tutub. O, avqustda isveçrəli həmkarı Roje Federerin 4,5 illik hegemonluğuna son qoyaraq dünya reytinqində ilk pilləyə yüksəlib. 22 yaşlı idmançı bu il Açıq Fransa (Roland Garros) və Uimbldon tennis turnirlərində kişilərin fərdi mübarizəsində də çempion olub. R.Nadal karyerası ərzində 2005, 2006 və 2007-ci il Roland Garros çempionluqlarına da yiyələnib. Kobi Brayant (basketbol)“Los-Anceles Leykers” klubunun basketbolçusu ABŞ Milli Basketbol Liqasında (NBA) 2007-2008-ci il mövsümünün ən dəyərli oyunçusu seçilib. O, formasını geydiyi ABŞ milli komandasının Pekin olimpiadasında qızıl medala yiyələnməsinin əsas səbəbkarlarındandır. K.Brayant ötən mövsüm NBA-da 83 oyuna çıxıb, orta hesabla 28,3 xal, 6,3 ribaunt və 5,4 məhsuldar ötürmə ilə 2000-ci ildən bəri mövsümün ən dəyərli oyunçusu mükafatını qazanan ilk “Los-Anceles Leykers” basketbolçusu olub.
45,218
29.12.2008 09:48
İdman
UKRAYNA PREZİDENTİNİ KAXA KALADZE ZƏHƏRLƏYİB?
apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Milan” klubunun müdafiəçisi Kaxa Kaladze deyib. Gürcüstan milli komandasının 30 yaşlı kapitanı Ukrayna prokurorluğunun onu prezident V.Yuşenkonun zəhərlənməsi ilə bağlı açılan istintaqa şahid kimi çağırmaq niyyətini təbəssümlə qarşılayıb. Bununla bağlı Ukraynaya getmək fikrində olmayan Kaladze prokurorluğa yol göstərib: “İndiyədək mənə çağırış vərəqi gəlməyib. Əgər Ukrayna prokurorluğunun nümayəndələrinin mənə sualları varsa, buyurub Milana gəlsinlər. Mən də onların bütün suallarını cavablandıracağam”.Qeyd edək ki, Yuşşenko 2004-cü ilin sentyabrında prezident seçkiləri ərəfəsində zəhərlənib. Həkimlər onun yeməyinə dioksin maddəsi qatıldığını bildirir. Sui-qəsd faktı ilə bağlı hələlik saxlanılan olmayıb. Adıçəkilən futbolçular istintaqa şahid qismində cəlb olunan biznesmen Tamaz Çinçabadze ilə dostluq münasibətindədir. Buna görə də həmin oyunçulardan da ifadə alınması nəzərdə tutulub. Gürcü biznesmen Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq sədrinin müavini Vladimir Saçyukun evindəki ziyafətdə iştirak edib. İstintaqın əsas versiyasına görə, Yuşşenko məhz bu şam yeməyi zamanı zəhərlənib.
45,219
29.12.2008 09:49
İdman
ƏMRƏ İSTANBUL NƏHƏNGLƏRİNİ ÜZ-ÜZƏ QOYUB
Türkiyə mətbuatı yazır ki, “Qalatasaray” rəhbərliyi Əmrəni “Fənər”lə müqavilə imzalamasından sonra yetişdirmə təzminatı üçün Türkiyə Futbol Federasiyasına müraciət etib. Ancaq aradan keçən müddət ərzində “Cim-Bom”a bu məsələ ilə bağlı nə bir xəbər gəlib, nə də pul...
45,220
29.12.2008 09:51
İdman
MOURİNYO “İNTER”i “ÇELSİ”yə BƏNZƏDİR
“Məncə, ”İnter" 2004/2005 mövsümündə baş məşqçisi olduğum “Çelsi”yə bənzəyir. O vaxt “Çelsi” ilə ardıcıl qələbələr qazanırdıq, indi də “İnter”lə qalib komanda imici formalaşdırmışıq. Əsas məqsədim bu komandanı da ən yaxşı komandalardan biri etməkdir. Burada çox xoşbəxtəm, işimi də çox sevirəm"- deyə Mourinyo bildirib.Portuqaliyalı mütəxəssis komandasının futbolçularını da tərifləyib: “Elə yaxşı və güclü heyətimiz var ki, məğlub edə bilməyəcəyimiz komanda, qazana bilməyəcəyimiz kubok yoxdur. Komanda olaraq yaxşı futbol oynayırıq və ötən ilə nisbətən bu il daha uğurlu olduğumuzu düşünürəm”.
45,221
29.12.2008 08:53
İdman
BEKHEM DAHA “PEPSİ”ni REKLAM ETMƏYƏCƏK
Futbolçu bu addımının səbəbini açıqlamayıb, bununla belə “Pepsi” ilə əməkdaşlıqdan məmnun qaldığını bildirib.Qeyd edək ki, ABŞ-ın “Los-Anceles Qalaksi” klubuna məxsus olan futbolçu hazırda icarə əsasında “Milan”da oynayır. Bekhem hazırda dünyanın ən çox qazanan üç futbolçusundan biridir. Onun illik gəliri 14,8 milyon funt-sterlinqdir.
45,222
29.12.2008 09:46
İdman
ARŞAVİN VƏ BERBATOV ÖLKƏLƏRİNDƏ İLİN FUTBOLÇUSU OLDU
Bolqarıstan millisinin İngiltərənin “Mançester Yunayted” klubunda top qovan forvardı Dmitar Berbatov da vətənində “İlin futbolçusu” adını qazanıb. Bolqarıstan Futbol Federasiyasından verilən açıqlamaya görə, 27 yaşlı futbolçu ardıcıl olaraq 5-ci dəfə ilin futbolçusu seçilib. “Levski”nin qapıçısı Georgi Petkovun ikinci olduğu sorğuda “Slaviya”nın yarımmüdafiəçisi Blaqoy Georgiyev də üçüncü yerlə kifayətlənib.
45,223
29.12.2008 09:56
İdman
SANTA KRUZ “REAL”a KEÇƏCƏYİNİ TƏKZİB ETDİ
Açıqlama verən futbolçu ona “Real”dan heç bir rəsmi təklif gəlmədiyini, transferlə bağlı xəbərləri qəzetlərdən oxuduğunu deyib. Qeyd edək ki, Britaniya mətbuatında “Real”ın Santa Kruz üçün “Blekbern”ə 18 milyon funt-sterlinq təklif etdiyi haqda xəbərlər yayılmışdı.
45,224
30.12.2008 09:52
Kriminal
HƏRBİ HİSSƏ KOMANDİRİ İLƏ MÜAVİNİ ƏLBƏYAXA OLDU
Komandir hospitala yerləşdirilib, hərbi hissədə isə Müdafiə Nazirliyinin komissiyası işləyir. Lakin nazirliyin mətbuat xidmətindən “Turan” agentliyinə bildiriblər ki, bu məsələ ilə bağlı məlumatları yoxdur.İstefada olan polkovnik-leytenant Üzeyir Cəfərov əməkdaşımızla söhbətində deyib ki, həqiqətən də Bakı yaxınlığındakı hərbi hissələrin birində belə bir hadisə baş verib: “Polkovnik-leytenant Rövşən Alıyev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin Bakı ətrafındakı hissələrindən birinin komandiridi. O, mayor Əli Məlikovu təhqir edib. Rövşən Alıyev hərbi hissədə əsgərlərə qoyun sürüsü saxlatdırır. Onun sürüsü Əli Məlikovun həyətinə daxil olub. Bundan narazı qalan mayor deyib ki, bura hərbi hissədi, heyvanxana deyil. Tərəflər arasında mübahisə baş verib. Nəticədə mayor yumruğu ilə polkovnikin çənəsini sındırıb. Artıq Müdafiə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Hərbi Hava Qüvvələrinin təlim-tərbiyə üzrə komandir müavini polkovnik Elşad Pənahov olayla bağlı hərbi hissədə olub. Amma hadisə ilə bağlı prokurorluğa məlumat verilməyib və məsələni ört-basdır etmək istəyirlər”. Ü.Cəfərov sözügedən hərbi hissədə bu cür olayların tez-tez baş verdiyini də deyib.
45,225
30.12.2008 09:52
İqtisadiyyat
NEFT ŞİRKƏTİNDƏ İXTİSARLAR BAŞLADI
İxtisar olunan mühəndis Rahil Xanmirzəyevin sözlərinə görə, qabaqcadan xəbərdarlıq edilmədən və ixtisara görə heç bir kompensasiya ödənilmədən 75 nəfər fəhlə və mühəndis işdən azad edilib. Yaxın günlərdə ixtisarların davam etdiriləcəyi bildirilir. İxtisar olunanlar qeyd edib ki, şirkətdə ixtisarların hansı meyarlarla aparıldığını onlara izah edən yoxdur və səbəb kimi yalnız neftin ucuzlaşması göstərilir. Şirkətin təhlükəsizlik üzrə meneceri Əlisəttar Mehrəliyev isə öz növbəsində qeyd edib ki, onun şifahi sorğunu cavablandırmaq fikri yoxdur, yalnız yazılı müraciət olarsa sorğuya cavab veriləcək.
45,226
30.12.2008 09:52
Ölkə
“MÜHAZİRƏYƏ GETDİYİM ÜÇÜN XƏSTƏNİ QƏBUL EDƏ BİLMƏMİŞƏM”
Dünən məsələyə onun aydınlıq gətirməsini xahiş etdik. Ə.Hidayətov hadisənin təhrif olunmuş şəkildə redaksiyamıza təqdim edildiyini söylədi: “Doğrudan da belə bir hadisə baş verib, lakin şikayətçinin dediyi tərzdə yox. Bildiyiniz kimi, Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanası (Kliniki Tibbi Mərkəz - red.) təmir olunur. Bu səbəbdən Tibb Universitetinin Daxili Xəstəliklər Kafedrası müvəqqəti olaraq Mərkəzi Dənizçilər Xəstəxanasına köçüb. Mən həmin kafedranın müdiriyəm. Professor olduğum üçün ildə 550 saat, həftədə isə azı 20 saat tələbələrə dərs deməli, mühazirə oxumalıyam. Dərs zamanı qəbuluma gələn xəstələri qəbul edə bilmirəm və onlardan gözləməyi xahiş edirəm. Sözügedən şikayətçilər qəbuluma gələrkən dərsə gedirdim. Vəziyyəti onlara da başa saldım. Tələbələrin məni gözlədiyini bildirdim. Onlar isə təkidlə qəbul etmələrini tələb etdilər”. Professor dərsə gecikməyin tələbələrə pis örnək olmaqla yanaşı, onların təhsilinə mənfi təsir göstərdiyini əsas gətirərək, dərsə getməyi üstün tutduğunu deyir: “Özü də belə hal cəmi iki dəfə olub”. Ə.Hidayətov tibbi xidmətin pullu olması məsələsinə də aydınlıq gətirdi: “Mərkəzi Dənizçilər Xəstəxanası Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin nəzdindədir. Xəstəxanada idarənin əməkdaşlarına pulsuz baxılır. Lakin kənar şəxslərdən tibb xidmət üçün pul alınır. Xəstə professorun qəbuluna düşmək 15, dosent üçün 10 və elmi dərəcəsi olmayan həkim üçünsə 5 manat ödəyir. Lakin bu pulun bizə aidiyyəti yoxdur. Bir də ki, xəstəni qəbul edə bilmirəmsə pulu geri qaytarırlar”.
45,227
30.12.2008 09:54
Kriminal
OĞUL ATASININ CİNAYƏTİNİ 19 İL SONRA ÜZƏ ÇIXARDI
1988-ci ildə azadlığa çıxan T.Rüstəmov bir il sonra həyat yoldaşı Alagöz Rüstəmovanı qısqanclıq zəminində azyaşlı qızları Ceyran və Tərlanın gözləri qarşısında balta ilə qətlə yetirib. Bundan sonra o, qızı Tərlanın ona mane olmasına əsəbiləşib və onun baş nahiyyəsinə zərbə endirib. Azyaşlı qız xəstəxanaya vaxtında çatdırıldığından həyatını xilas etmək mümkün olub. 1992-ci ildə isə mal-qara oğurluğu üstündə həbs olunub və Bərdə şəhər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum olunub. T.Rüstəmov heç bir sənədinin olmadığını səbəb gətirərək, həmin məhkəmə zamanı özünü Ermənistanın Spitak şəhərinin sakini Vaqif Kazımov kimi təqdim edib. Maraqlıdır ki, məhkəmə də müttəhimin dediklərinə inanıb və ona minimum cəza ilə kifayətlənib. Həbsindən 3 il sonra əfv fərmanı ilə azadlığa çıxıb. Sonra Qaradağ rayonu, Qızıldaş qəsəbəsində elə Vaqif Kazımov adı ilə qeydiyyata düşüb. V.Kazımov adı ilə ailə quran Tofiq Rüstəmov Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu il fevralın 29-da həbs edilib. Onun həbsinə səbəb isə birinci arvadından olan oğlu Ramil olub. Təsadüfən oğlu ilə üzləşən Tofiq Rüstəmov şantajla qarşılaşıb. Belə ki, “Binə” ticarət mərkəzində işləyən T.Rüstəmov oğlunun şantajları qarşısında ona əvvəlcə avtomobil alıb və daha sonra isə xeyli miqdarda pul verib. Lakin Ramil atasından bahalı maşın almasını tələb edib. T.Rüstəmov isə oğlunun bu istəyindən imtina edib. Bundan sonra Ramil atasının 19 il əvvəl törətdiyi cinayət barədə polisə məlumat verib. T.Rüstəmov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.10-cu (xuliqanlıq niyyəti ilə təkrarən qəsdən adam öldürmə), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd), 320-ci (rəsmi sənədləri, möhürləri, ştampları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub. Məhkəmə istintaqı zamanı Tofiq Rüstəmovun adı və soyadının dəqiqləşdirilməsi üçün məhkəmə ekspertizası təyin edilib. Ekspertiza nəticəsində təqsirləndirilən şəxsin həqiqətən Tofiq Rüstəmovun olduğu üzə çıxıb. Məhkəmənin hökmü ilə Tofiq Rüstəmov 12 il müddətinə azadlıqdan məhrum edilib.
45,228
30.12.2008 08:55
Gündəm
VAŞİNQTONDA AZƏRBAYCAN HAKİMİYYƏTİ ƏLEYHİNƏ AKSİYA KEÇİRİLƏCƏK
AZAD-ın bəyanatında deyilir ki, bu etiraz aksiyası ona görə təşkil olunur ki, “prezidentlik müddətinə qoyulan məhdudiyyətlərin ləğvinə yönəlmiş konstitusiya dəyişiklikləri Azərbaycanın milli dövlətçiliyinin əsaslarını - respublika üsul-idarəsini sarsıdır və Azərbaycanda demokratiyanın gələcək perspektivlərinə zərbə vurur. Bu addım həmçinin ölkənin reputasiyasına dönməz bir zərbə vurur və Qarabağ ermənilərinə Azərbaycanla danışıqlarda əlavə arqumentlər verir”. (Turan)
45,229
30.12.2008 09:56
Ölkə
PREZİDENTƏ MƏKTUB YAZAN NAXÇIVANLIYA 1,6 İL İŞ VERİLDİ
Qohumlarının dediyinə görə, N. Əliyev şəkər xəstəsi olduğu üçün 10 il ərzində təqaüd alıb. 2 il bundan əvvəl onun təqaüdü dayandırılıb. O, problemə görə Naxçıvan Muxtar Respublikasının sabiq əhalinin sosial müdafiəsi naziri Azər Ələkbərovdan prezidentə və digər aidiyyəti orqanlara şikayət ərizəsi yazıb. 15 oktyabr 2008-ci il prezident seçkilərindən bir neçə gün əvvəl daxili işlər naziri Ə. Əhmədov N. Əliyevi yanına çağıraraq şikayətini geri götürməyi tələb edib. Şikayətini geri götürməyən N. Əliyev 5 gün qanunsuz olaraq ÿDİN-də saxlanılıb. ÿQanunsuz həbsdən azad olunandan sonra isə o, daxili işlər naziri Ə. Əhmədovdan prezident İlham Əliyevə və digər ünvanlara şikayət ərizəsi yazıb. Dekabrın 3-də isəÿ zəng edib onu məhkəməyə dəvət ediblər. N. Əliyevin axşam evə dönmədiyindən narahat olan qohumlarına səhər məlum olub ki, artıq o həbs edilib.
45,230
30.12.2008 09:57
Ölkə
“İÇƏRİŞƏHƏR” STANSİYASI AÇILDI
Qeyd olunub ki, yenidənqurma işləri ilə əlaqədar iyulun 5-dən stansiyaya giriş və çıxış bağlanıb. Yenidənqurma işləri zamanı ən müasir materiallardan istifadə olunub.E. İsayevin sözlərinə görə, gələn ilin ortalarında “İçərişəhər” stansiyasının eskalatorları da dəyişdiriləcək.Azərbaycan Nazirlər Kabinetinin 2008-ci il aprel ayının 25-də qəbul etdiyi qərara əsasən, Bakı Metropoliteninin “Bakı Soveti” stansiyasının adı “İçərişəhər”lə əvəz olunub.
45,231
30.12.2008 09:55
Media
MİKLOŞ HARAŞTİ DİFFAMASİYA İLƏ BAĞLI QANUNUN QƏBULUNU İSTƏYİR
M.Haraştinin fikrincə, kiminsə şəklini, görüntüsünü çəkmək və ya səsini yazmaq üçün əvvəlcə ondan icazə alıb-almamağın lüzumluluğu barədə Avropa təcrübəsi daha çox jurnalistlərin xeyrinədir: “Əslində bu, nə qədər hüquqi məsələ olsa da, media nümayəndələri üçün daha çox etik və professionallıq problemidir. Məsələn, ictimai əhəmiyyətli tədbirlərdə - mitinqdə, yaxud da başqa ictimai yerdə kiminsə çıxışını yazanda, ya da şəkil çəkəndə, xüsusi icazə istəmək bir qədər gülünc görünür. Eyni zamanda bunu tələb etmək medianın sərbəst fəaliyyətinə məhduduyyət kimi anlaşıla bilər. Amma bu o demək deyil ki, jurnalistlər ictimai tələbat olmadan kiminsə özəl hesab etdiyi məlumatları əldə edib yayımlaya bilər”.Xüsusi nümayəndənin dediyinə görə, oturuşmuş Avropa təcrübəsi bu problemi uzun illər əvvəl həll edib: “Azərbaycanda isə indi - daha doğrusu, 3 aydan sonra keçiriləcək referendumda şəxsin iradəsi əleyhinə onun video, audio və foto çəkilişlərinin qadağan edilməsi barəcə konstitusiya məhdudiyyətinin tətbiqi nəzərdə tutulur”. M.Haraşti başqa postsovet ölkələrində də hakimiyyətdəkilərin bu məsələni qanunla tənzimləməyə cəhd göstərdiyini bildirir: “Lakin postsovet ölkələrində sonradan bu tənzimləmə daha çox söz azadlığının qanunla boğulması xarakteri alıb. Avropada jurnalistikanın praktiki təcrübəsinə görə jurnalistin müsahibə götürdüyü adamdan əvvəlcə icazə alması əslində etika məsələsidir. Xüsusilə də əgər bu müsahibə hansısa xəbərin hazırlanması üçün lazımdırsa”. Onun fikrincə, hər hansı məsələ, cəmiyyətin bilmək hüququna aiddirsə, yəni hansısa ictimai-siyasi fiqurun əməlində cəmiyyətin maraqlarına toxunan hallar varsa, qanunu pozmaqla olsa da, jurnalistin onu yazıb yayması etik pozuntu hesab edilmir: “Şərq ölkələrində isə təcrübə belədir ki, cəmiyyətin bilmək marağı üstün olanda jurnalistlər həbsə atılmaları hesabına olsa da, kiminsə şəklini, videosunu çəkir və ya səsini yazır”.Cənab Haraşti deyib ki, məsələnin mahiyyəti Azərbaycanın ATƏT qarşısında öhdəlikləridir: “Ölkədə plüralizmi sıxışdırmamaq və əksinə, onu daha da artırmaq, müdafiə və inkişaf etdirmək ATƏT qarşısındakı ciddi öhdəliklərdəndir. Hesab edirəm ki, Azərbaycanda konstitusiyaya dəyişikliklər baş tutsa belə, bu, sonradan mediaya qarşı təzyiqlər üçün spekulyasiya predmeti olmayacaq. Mən bir daha Azərbaycan hakimiyyətini ölkədə diffamasiya haqqında qanunun qəbulu ilə bağlı işləri sürətləndirməyə və bu məsələni Cinayət Məcəlləsindən çıxarmağa çağırıram”.
45,232
30.12.2008 09:57
Media
BU GÜN XARİCİ RADİOSTANSİYALARLA BAĞLI QƏRAR VERİLƏCƏK
Şura sədri əlavə edib ki, bu gün prezident İlham Əliyevin noyabrın 5-də radio və televiziya işçilərinin peşə bayramı münasibətilə mükafatlandırdığı jurnalistlərə medal və fəxri mükafatlar təqdim olunacaq.Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, ekspert Zeynal Məmmədli hesab edir ki, Milli Teleradio Şurası bu qərarın birmənalı qarşılanmayacağının fərqində olduğu üçün qərarı gecikdirərək, bayram ərəfəsinə salıb. Onun sözlərinə görə, bu məsələ hökumətlərarası razılaşma ilə həll olunur. Müsahibimiz həmçinin vurğuladı ki, MTRŞ-nin bu iclasında müzakirə olunacaq mövzuların siyahısı xarici radiostansiyalarla məhdudlaşmır: “Bu iclasda həmçinin türk dilində olan filmlərin tərcümə məsələsi də öz əksini tapacaq. Amma mən radiostansiyalarla bağlı veriləcək qərarı proqnozlaşdırmaq istəmirəm. Bununla bağlı müvəqqəti yasaq ola bilər. Sonradan isə xoş məram nümayiş etdirilərək, qərar geri oxuna bilər. Hər halda, ictimai rəyi bu dərəcədə öz əleyhlərinə yönəltməyəcəklərini düşünürəm”. Xatırladaq ki, Azərbaycanda milli tezlikdə üç xarici radiostansiya (“Amerikanın səsi”, “Azadlıq” və BBC), bir xarici televiziya (TRT) və bir veriliş (“Amerikanın səsi”nin “News Flash” verilişi) yayımlanır. Milli Teleradio Şurasının sədri oktyabrın 31-də “Media forum”a açıqlamasında xarici televiziya və radiolara verilmiş tezliklərin geri alınacağını bildirib. Artıq şura AzTV-yə “News Flash” verilişinin yayımının dayandırılmasıyla bağlı xəbərdarlıq da göndərib.
45,233
30.12.2008 09:19
Media
QƏZETLƏR 5 GÜN BAYRAM EDƏCƏK...
“Yeni Müsavat” qəzeti üçün ilin son iş günü dekabrın 30-u olacaq. Qəzetin 31 dekabr sayını hazırlayacaq kollektiv həmin tarixdən istirahətə çıxacaq. 5 günlük istirahətdən sonra fəaliyyətə başlayacaq “Yeni Müsavat”ın 2009-cu ildəki ilk sayı da yanvarın 6-da işıq üzü görəcək. “Bakı-Xəbər” qəzeti üçün son iş günü dünən idi. İlin son nömrəsi dekabrın 30-da, yəni bu gün işıq üzü görür. Kollektiv yanvarın 4-də işə çıxacaq və yanvarın 5-də qəzetin yeni ildəki ilk sayı satışda olacaq.“Azadlıq” qəzeti kollektivi üçün də ilin son iş günü bu gündür. Qəzet 31 dekabr sayını hazırlayandan sonra 5 günlük istirahətə çıxacaq. “Azadlıq”ın yeni ildəki ilk sayı yanvarın 6-da işıq üzü görəcək. “525-ci qəzet” isə istirahətə dekabrın 30-dan, yəni bu gündən başlayır. Bu gün qəzetin həftəsonu nömrəsi işıq üzü görəcək. Kollektiv yeni ildə, ilk dəfə ayın 5-də toplaşacaq. “525-ci qəzet”in yeni ildəki ilk sayı da yanvarın 6-da işıq üzü görəcək. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Media forum” saytına deyib ki, hər il olduğu kimi, yanvarın 1-də qəzet satışa çıxacaq: “Kollektiv dekabrın 31-də işləyəcək. Gərək dövlət başçısının xalqa ənənəvi yeni il müraciətini oxuculara vaxtında çatdıraq”.Yanvarın 1-4-ü istirahət edəcəklərini, işə ayın 5-də çıxacaqlarını bildirən baş redaktor “Azərbaycan”ın 2009-cu ildə 2-ci sayının yanvarın 6-da satışa çıxarılacağını vurğulayıb.Bazar günləri işıq üzü görən “Alma” həftəliyinin 2009-da ilk sayı yanvarın 11-də satışda olacaq. Yanvardan “Alma”nın qiyməti artacaq. Dünya mətbuatında da bayram günləri qəzetlərin fasilə verməsi ənənəsi yoxdur. Azərbaycanda belə ənənənin yaranmasına səbəb çap və yayım sektoru sahəsindəki alternativsizlikdir. Yəni bir çox hallarda qəzetlər bu arzularını həyata keçirmək istəsələr də, yayım sektoru fəaliyyət göstərmədiyi üçün onların həmin günlər çap edilib yayımlanması da mümkünsüzdür. Bu isə satışla dolanan qəzetlərin xeyli miqdarda pul itirməsi, oxucuların isə informasiya tələbatını ödəməməsi ilə nəticələnir. Hər il bu mənzərənin dəyişəcəyinə ümid edənlərin gözləntiləri isə puça çıxır.
45,234
30.12.2008 09:00
Media
MƏTBUAT ŞURASI AKİF NAĞININ HƏRƏKƏTİNƏ HÜQUQİ QİYMƏT VERİLMƏSİNİ TƏLƏB EDİR
Qısa müddət bundan öncə “Yeni Müsavat”ın redaksiyasına hücum çəkib, əməkdaşımız Zamin Hacıya fiziki təzyiq göstərən A.Nağının mətbuat nümayəndələri arasında özünü necə aparması, sonuncuların jurnalist həmrəyliyi baxımdan ona münasibəti marağımıza səbəb oldu. Və bəzi görüş iştirakçılarından A.Nağı ilə yol yoldaşlığı barədə təəssüratlarını öyrənmək istədik. MŞ sədri Əflatun Amaşov bildirdi ki, həmin səfər Müdafiə Nazirliyinin xətti ilə təşkil olunmuşdu. Müsahibimiz səfər zamanı A.Nağı ilə redaktorlar arasında heç bir narazılıq olmadığını söylədi. Amma o bildirdi ki, MŞ rəhbəri olaraq, QAT sədrinin qəzet redaksiyasına hücumunu ilk gündən pisləyib: “Bu, həm məni, həm də Mətbuat Şurasını kifayət qədər narahat edən haldır. İlk növbədə ona görə ki, Akif Nağı kimi özünü demokratik düşərgənin nümayəndəsi hesab edən şəxs barəsində yazılan yazıya dözümsüzlük göstərir. Hətta üstəlik yolverilməz üsullarla münasibətləri araşdırmağa cəhd edir. Bu, Azərbaycan cəmiyyəti üçün təəssüfləndirici haldır”. Hüquq-mühafizə orqanlarının bu məsələni araşdırdığını deyən müsahibimiz onu diqqətdə saxlayacaqlarını vurğuladı. Onun sözlərinə görə, əgər A.Nağıyla bağlı müvafiq tədbir görülməsə, MŞ adından müraciətlər hazırlanacaq və əlaqədar qurumların rəhbərləri ilə danışılacaq. Bu arada Ə.Amaşov QAT adından ötən həftə bu olayla bağlı yayılan bəyanata da münasibət bildirdi: "Bu bəyanat bizi narahat edir. Hadisə baş verib, ortada şahidlər və faktlar var. Amma sözügedən bəyanatda hadisədən yayınma, tərəflərin hərəkətlərinin bərabərləşdirilməsi motivləri var. Bu bəyanatla təşkilat “Yeni Müsavat”ın redaksiyası qarşısında baş verən konflikti arxa plana keçirməyə çalışır. Biz bu faktın qiymətləndirilməsinin tərəfdarıyıq. Məsələ öz hüquqi qiymətini almalıdır". Sözügedən səfərdə iştirak edən A.Quliyev də bildirdi ki, orada A.Nağı ilə jurnalistə təzyiqlə bağlı söhbət etməyiblər. Müsahibimiz bunu sözügedən tədbirin fərqli missiyası ilə əlaqələndirdi: “Səfərin məqsədi Milli Ordunun qabaqcıl hissələrində vəziyyət, nizam-intizamla maraqlanmaq idi. Bu missiyanın çərçivəsində digər məsələlər, Akif Nağı ilə ”Yeni Müsavat" qəzeti arasında yaşanan xoşagəlməz hadisə müzakirə olunmadı. Çünki heç bu fikirdə də olmadıq. Bunlar bir-birinə aidiyyəti olmayan hadisələrdir. Təəssüf ki, belə bir hadisə baş verib. Bu səfər çərçivəsində həmin məsələyə qayıtmaq, münasibət göstərmək doğru olmazdı". Müsahibimiz həmçinin söylədi ki, görüşdəki redaktorlar A.Nağıya həmin hadisənin bucağından baxmayıblar. Onun sözlərinə görə, ona qarşı kimlərinsə xüsusi olaraq mənfi və ya müsbət münasibətini hiss etməyib: “Bir missiyanın daşıyıcıları olaraq bir-birimizlə hörmət və ehtiramla davranmağa çalışırdıq. Bu münasibətlərdə narahatçılıq doğuran heç nə yox idi. Hər şey normal idi. Orada iştirak edən QHT, mətbuat rəhbərləri də bir-birini illərdir tanıyan adamlardır. Jurnalistlə bağlı təzyiq faktını isə yeri olmadığı üçün müzakirə etmədik”. Z.Hacı da bizə açıqlamasında bildirdi ki, redaktorların A.Nağı ilə səfərində xüsusi problem görmür. Onun fikrincə, bunu jurnalist həmrəyliyinin pozulması kimi qiymətləndirmək doğru deyil: “Mən bu olayla bağlı ilk gündən jurnalist həmrəyliyini hiss etdim. Ona görə də həmin səfəri jurnalist həmrəyliyinin pozulması kimi qiymətləndirməzdim”.
45,235
30.12.2008 09:02
Media
MİRZƏ SAKİTİ VAXTINDAN ƏVVƏL AZADLIĞA BURAXMADILAR
İ.Aşurov məhkəmənin qərəzli, ictimaiyyətdən gizlin şəkildə keçirildiyini qeyd edib. Onun sözlərinə görə, prosesi izləmək üçün beynəlxalq və yerli təşkilatların nümayəndələri gəlsələr də, həbsxana rəisinin otağında keçirilən məhkəmə iclasına kənar şəxslər buraxılmayıb.
45,236
30.12.2008 09:01
Astrologiya
2009-cu İL AZƏRBAYCANA NƏ VƏD EDİR?
Bu il “Odlar yurdu” çoxdankı arzularını həyata keçirə, həyat keyfiyyətini yaxşılaşdıra və zərurət yaranarsa, hər şeyə yenidən, ağ səhifədən başlaya biləcək.Müxtəlif astrologiya məktəbləri fevralın ortalarından müsbət dəyişikliklərin başlanacağını deyir. Bu, böyük addımlar dövrü olacaq və bu addımlar ittifaq qüvvələri tərəfindən dəstəklənəcək. İlk müsbət xəbərlər elə ilin ilk aylarında olacaq.Astroloqlar xəbərdarlıq edir ki, uğur həyatın təklif etdiyi hər şeyi ondan alan fəal qoçları müşayiət edəcək. Buna görə ölkə qollarını çırmalayıb iş başına keçməli və həmişə irəli addımlamalıdır! Azərbaycan hadisələrin mərkəzində olmağa hazır olmalıdır. Amma heç kim üzərinə həddindən artıq çox şey götürməməlidir. Əksinə, ən vacib olanı öhdəsinə götürməli və sakitcə məqsədinə doğru irəliləməlidir.Lakin uğurlardan başgicəllənməsinə düşmək lazım deyil, çox şeyə təklikdə deyil, şamilərin dəstəyi ilə nail olunacaq. Əgər buna doğru mövqedən yanaşılsa, sosial uğur təmin ediləcək, yuxarı instansiyalarla münaqişələrdən də qaçmaq mümkün olacaq. Bütün arzu olunan dəyişikliklər sentyabrın ortalarına qədər həyata keçirilməlidir, çünki məhz fevraldan sentyabra qədər ölkə fəallığın ən yüksək zirvəsində olacaq, vəziyyət isə ən əlverişli şəklə düşə bilər. Ulduzlar Azərbaycana xeyirxahlıqla baxır.Maliyyə cəhətdən 2009-cu il ölkəni sevindirməlidir. Yeni gəlir mənbələri yarana bilər. Ola bilər ki, arzuları həyata keçirmək və çoxdan arzu olunanları əldə etmək mümkün olacaq. Ulduzlar pulları ağılla idarə etməyi, amma eyni zamanda xeyriyyəçiliyi unutmamağı məsləhət görür.
45,237
30.12.2008 09:05
Ölkə
AZƏRBAYCANDA İLİN 10 MÜHÜM HADİSƏSİ
İlham Əliyevin ciddi alternativi olmadan ikinci dəfə prezident seçilməsi; Konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq referendumu keçirilməsi barədə Milli Məclisin qərarı; İqtisadi inkişaf naziri Heydər Babayevin vəzifəsindən azad edilməsi; Müsavat Partiyasının seçkiyə getməmək barədə qəfil qərarı; İlboyu gözlənilsə də, jurnalistlərin həbsdən azad edilməməsi; Elnur Məmmədlinin olimpiya çempionu adını qazanması; Rüstəm İbrahimbəyovun məlum müsahibəsindən sonra cəmiyyətdə gedən polemikalar; Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi; Qars-Axalkalaki-Bakı dəmir yolu xəttinin çəkilməsi barədə üç tərəfli müqavilənin imzalanması; Və nəhayət, Keşlədə kanalizasiya qəzası, Nizami rayonunda isə binanın partlaması...
45,238
30.12.2008 09:07
Mənəviyyat
MƏHƏRRƏMLİK AYI GİRDİ
Bu mərasim şiələr tərəfindən qeyd edilir, bu qətli şiələr əhli-beytə (əhli-beyt deyildikdə Məhəmməd peyğməbər (s.), İmam Əli (ə.s.), xanım Fatmeyi Zəhra (ə.s.), İmam Həsən (ə.s.) və İmam Hüseyn (ə.s.) başa dşülür) hörmətsizlik, peyğəmbərin tapşırdığı iki əmanətdən birinə xəyanət sayırlar. 680-ci il oktyabrın 10-da İraqın Kufə ərazisində İmam Hüseyn 72 yaxın tərəfdarı ilə birgə qətlə yetirilib və yalnız bundan sonra qətliam olan bölgəyə Kərbübəla (bəlalı yer) adı verilib. Həmin vaxtdan bu yana əhli-beyt sevərlər bu hadisənin şəninə şəbihlər yaradıblar, bu hadisələri təsvir edən rövzələr oxunur, mərsiyələr, növhələr, sinəzənlər deyilir.İmam Hüseynin qətlilə bağlı daha bir məsələ məhərrəm və səfər aylarında şənliklərin olmamasıdır. Məhərrəm ayının 10-cu günündə İmam Hüseyn qətlə yetirilib, bu hesabla imamın qətlinin 40-cı günü səfər ayının 20-ci gününə təsadüf edir, səfər ayından qalan 10 gün də bu matəmə görə şadlıq günləri sayılmır. Odur ki, şiələr şənlik tədbirlərinə səfər ayı çıxdıqdan sonra başlayırlar.Xatırladaq ki, bu il Məhərrəm ayı dekabrın 29-dan başlanır, aşura yanvar ayının 7-nə təsadüf edir, “ağır aylar” sayılan məhərrəm və səfər ayları martın 1-2-də başa çatır.Onu da bildirək ki, məhərrəm-səfər əyyamının yetişməsi ilə əlaqədar İçərişəhər “Cümə” məscidinin dini icması ilə bağlı fəaliyyət planını açıqlayıb. Dini icmanın rəhbəri Hacı İlqar İbrahimoğlu ÿbildirib ki, məhərrəm və səfər ayları ərzində (2008-ci ilin dekabrın sonundan 2009-cu ilin fevralın sonunadək) seminarların, dəyirmi masa və konfransların keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bu tədbirlərdə əsas etibarilə fədakarlıq, şücaət, ixlas, prinsipiallıq, sədaqət, rəhmlilik, şəfqət, dönməzlik, sınaqlar qarşısında səbir və təmkin, qəhrəmanlıq, yenilməzlik kimi keyfiyyətlərin Kərbəla məktəbi prizmasından açılışını vermək nəzərdə tutulur.ÿÿÿÿ Ayın fəlsəfəsinə uyğun olaraq, insanlığa xidmət məqsədilə uşaqlara qanvermə kampaniyasının keçirilməsi də planlaşdırılır.
45,239
30.12.2008 09:08
Ölkə
XALQ KRAL İSTƏYİRMİ?
Demokratik ictimaiyyətin nümayəndələri, siyasi qüvvələr, ziyalılar, siyasi cəhətdən gözüaçıq olan fəal gənclər, eləcə də Qərbin aparıcı təsisatları bu islahatlardan kəskin narazıdır və onu faktiki olaraq krallığa keçid sayır. Etiraz aksiyası zamanı hətta “Xalq kral istəmir!” şüarları da səsləndi.Ömürlük prezident məsələsi bəs görəsən, qəzet-kitab oxumayan, siyasətdən uzaq sadə vətəndaşlarımızdan ötrü nə deməkdir?Xalqın mövqeyini öyrənmək üçün referendumu qabaqlayıb sıravi vətəndaşlara bir sualla müraciət etdik: konstitusiya dəyişikliklərinə, yəni prezidentin müddətsiz seçilməsinə razısınızmı, kral istəyirsinizmi?Bəbir (satıcı): - Mən prezidentin 5 illik fəaliyyətini yüksək qiymətləndirirəm. Əgər bu gün çörək tapmışamsa, sülh şəraitində yaşayıramsa, deməli, prezident qüsursuz işləyir. Mən onun ömürlük bizi himayə etməsini istəyirəm. Referenduma da gedib öz razılığımı ifadə edəcəm.İsmət Cavadzadə (işsiz): - Mənə kral lazım deyil. Kağız üstündəki demokratiyada bal tutmuşduq ki, kral olanda da barmaq yalayaq? Bunlar hələ kral deyil, belə fironluq edirlər, gör kral olsalar neylərlər. Ali təhsilliyəm, 2 ildir iş tapa bilmirəm. Mən bu hakimiyyətin hələ qarşıdakı 5 ilini də ölkəyə, xalqa zərbə hesab edirəm, nəinki ömürlük olmasını.Əfqan Əlizadə (sürücü): - Mənə kral yox, adam kimi dolanmaq lazımdır. Bu xarabada isə bir tikə çörəyi it zülmü ilə qazanırıq. Hərəkatda iştirak etmişəm. Siyasəti də anlayıram, natamam ali təhsilim var. Müstəqilliyə dəxli olmayan bu adamların 15-16 ildir ölkənin sərvətlərini talan etməsini görəndə özümə də, millətə də yazığım gəlir. Mən bu hakimiyyətin iş başında qaldığı hər saatı ölkənin faciəsi sayıram.Salam (fəhlə): - Məncə, bu dəyişikliyin zamanı deyil. Çünki prezident seçkiləri yenicə olub. Hələ yaxın 5 ildə baxaq görək prezident necə işləyəcək, sonra referenduma gedək. Millət yenicə seçkidən çıxıb, yenə seçkiyə salmaq istəyirlər. Heç olmasa imkan versinlər, özümüz zamanını dəqiqləşdirək və qərar verək.Rahilə (müəllimə): - Mən dəyişikliklərlə razı deyiləm. O mənada ki, növbəti 5 il üçün onsuz da prezident seçilib. Üçüncü 5 illik üçün başqasına imkan vermək lazımdır ki, özünü sübut edə bilsin. Mənim fikrim yeni prezidentdən yanadır, mən kral istəmirəm.Mərifət Dadaşbəyova (təqaüdçü): - Ay bala, məni siyasətə qatmayın. Kim olursa olsun, mənim pensiyamı vaxtında versin. Keçən ay 10 gündən çox yubandı. Bilmirəm, nə fırıldaqdır.Faiq Rüstəmov (tələbə): - Bu hökumətin Azərbaycanda ömürlük olacağını eşidəndə dəhşətə gəldim. Bunlar nə üzlə əbədi olmaq istəyirlər? Ölkədəki bu biabırçılığa, rüşvətə, qanunsuzluğa və geriliyə görəmi? Mənə kral gərək deyil.Simuzər Həsənəliyeva (həkim): - Eşidəndə ki, ölkəmizdə faktiki olaraq şahlıq qurulur, xəcalətimdən öldüm. Deməli, gələcəyinin gözəl olacağına inandığımız bu ölkə də oldu geridə qalmış Türkmənistanın, Əfqanıstanın tayı. Heyf.Günay (tələbə): - Mən buna bir ad qoyuram - biabırçılıq.Səlim Hətəmov (Ukraynada yaşayan soydaşımız, sahibkar): - Hamını bizə güldürmək üçün bircə bu qalmışdı, onu da etdilər.Onu da qeyd edək ki, sorğu zamanı əksər insanlar nə müsbət, nə də mənfi fikir bildirmək istəmədilər. Yəqin bəziləri referendumda gizli səsvermə zamanı özünü daha rahat hiss edir...
45,240
30.12.2008 09:09
Yazarlar
ZİYA MƏMMƏDOVUN QURAN OXUMAQLIĞI...
Hərgah astroloqların dediyinə inansaq, onda gərək Ziya adını daşıyanlar yeri-göyü öz ziyalarıyla nurlandıralar. Bəlkə astrologiya elmində doğrudan da belədir; amma real həyatda tamam bunun tərsidir. Məsələn (mən nümunələri məşhur adamlardan çəkəcəyəm ki, hamı tanısın və inandırıcı olsun), Ziya Məmmədovu götürək: kim bu yoldaşın nur saçdığını görüb? O, haranı işıqlandırıb, hansı zülməti yarıb? Bir İliç lampası qədər işığı olmayan adam axı necə nur saça bilər? İşıq salsa salsa, ancaq çıraq kimi öz dibinə sala bilər. Çıraq və dib məsələsi lap yerinə düşdü. İdareyi-dəmir yolunun hansı qapısını açırsan ordan Ziya boyda, Ziya buxunda bir adam çıxır. Haranı qurdalayırsan bala ziyalar çıxır: yeri eşirsən, bala ziya, göyü eşirsən, bala ziya. Ziyalar İdareyi-dəmir yolunu alıb ağzına, gözdə-qulaqda olun, belə getsə, bir azdan başqa yerinə alacaq. Ayda-ildə bir kərəm balıq nədi, heç ət yeməyən, qonşuların gözünün qabağında krakadillərə hər gün bir ton balıq yedirdən adam axı necə Ziya ola bilər, ay astroloq? Ziya olmaq üçün gərək adamda bir insaf ola, bir mürvət ola, bir din-iman ola. İnsafı, mürvəti qoyuram bir qırağa, bəs imana nə deyirsən, Ziya müəllim? İman ki, sənin mənsub olduğun İslam dininin vacibatlarindan biridir. Eşitmişəm ki, Qurani-Kərim oxuyursan, lap əcəb eləyirsən, tövbə qapısı həmişə açıqdı, Allah qəbul eləsin, günahlarından keçsin. Bəs elə isə mənim çox demirəm, tək bircə sualıma cavab ver görüm, oxuduğun Qurandırsa, onda elədiklərin nədir? Sayın bakanim, qusura baxma, əvvəl Tövratı oxu, sonra İncili oxu, axırda Quranı oxuyarsan ki, bəlkə günahlarını yuyasan. Günahların çox ağırdı, sayın bakanım, az qala qırx dəvəyə yük olar, odur ki, həzirəti İsanı, həzirəti Musanı da köməyə çağır, bəlkə Allah sənə yar ola. Amma heç ağlım kəsmir, nədən ki, orda pul işləmir.Əsl Ziya bilirsiniz kim idi; Ziya Bünyadov; o bədbəxti də nur saçmağa qoymadılar, söndürdülər, Allah rəmət eləsin, qəbri nurla dolsun! Bu belə, indi keçək Əliyə. Maşallah, məmləkətdə tanınmış, məşhur Əli çoxdur: biri Prezident Aparatında, biri nazirlər kabinetində, biri həbsxanada, biri MTN-də, bir YAP-da, biri Belarusda, biri də müxalifətdə. YAP-dakılardan bir nümunə ilə bunun da açmasını verək. Bir Əli getdi, o biri Əli gəldi; gələn kimi gedənin dalınca danışdı, o qədər danışdı ki, axırda yazığın qardaşını - ağsaqqal kişini yüngülxanada yüngül əxlaqlı qadınla tutdular. O biri Əli YAP-ı abırdan salmışdı, bu Əli guya abıra mindirdi, YAP-ın adından ideyalar, mesajlar, təkliflər verir: xalqın hüquqları pozulur, xalq öz iradəsini ifadə etmək istəyir, xalq rəhbərini seçmək istəyir... nələr və nələr. Televiziyada Əli Əhmədovun çıxışını dinləyən bir qadın ucadan hamının eşidə biləcəyi tərzdə: - “Ay sənin canıvacan, sən dedin, mən də inandım, siz xalqı adam yerinə qoyursunuz ki... Eşşək əvəzinə minib çapırsınız, qoy əlimizə fürsət düşsün, düşən kimi dərinizi dartıb boğazınızdan çıxaracağıq”. Əli Əhmədovu deyirdi... arvad deyirdi, arvad deyirdi... Əli Əhmədov deyirdi. Sabah bu deyişmələr böyüyüb-böyüyüb bütün məmləkəti bürüyəcək, o zaman nə olacaq, onu bir Allah bilir...
45,241
30.12.2008 10:11
Gündəm
MƏZAHİR PƏNAHOV İŞDƏN ÇIXARILIR
“Konstitusiyanın dəyişdirilməsi və ora bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə imkan verən maddənin salınması məsələsi hakimiyyəti hazırda çox narahat edir. Bu iş referendum, yəni ümumxalq səsverməsi yolu ilə həll olunmalı, bütün prosesə formal olaraq MSK nəzarət etməlidir. İqtidar komandası referendum məsələsində tələsməklə bərabər həm də başqa bir məsələnin qayğısı ilə yaşayır. Bu da MSK-nın keçirəcəyi referendumun nəticələrini bu dəfə kimin əli ilə saxtalaşdırıb rəsmiləşdirməklə bağlıdır. Məzahir Pənahovun ictimai rəydə artıq möhkəmlənmiş ”peşəkar saxtakar" obrazı, onun arzuolunmaz imici, siyasi reputasiyasının yetərincə korlanması hakim zümrəni bu kadrı təzəsi ilə əvəzləmək barədə düşünməyə məcbur edib. Referendumu da Məzahir Pənahovun əli ilə keçirmək istəmirlər"- deyə mənbəmiz bildirir.Qeyd edək ki, ictimai rəydə Məzahir Pənahov barədə doğrudan da pozitiv heç bir fikir yoxdur. 57 yaşlı fizika-riyaziyyat professoru cəmiyyətin azad fikirli kəsimi, demokratik qüvvələr, habelə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən həmişə birmənalı olaraq “peşəkar saxtakar” kimi qəbul olunub. Elə son prezident seçkilərində də MSK-nın hakim komandanın namizədinə 88,7 faizdən çox səs yazması Məzahir Pənahovun passivinə yazılan faktor oldu. Yəni MSK Məzahir Pənahovun ona sədrlik etdiyi dönəmdə bütün rəsmi və qeyri-rəsmi hədləri də aşıb, görünməmiş saxtakarlıqlara imza atıb, ən absurd addımları da özünə rəva bilib ki, burada da hörmətli Pənahovun “çox böyük xidmətləri və gərgin zəhməti” var. Görünür, elə buna görədir ki, Məzahir Pənahovun MSK sədri postundakı fəaliyyəti ictimai rəydə, müstəqil fikirli insanlar arasında həmişə ironiya ilə qarşılanır.Xatırladaq ki, Məzahir Pənahov MSK sədri postuna 1999-cu ildə təyin olunub. Həmin vaxt çoxları, o sıradan geniş ictimaiyyət, demokratik qüvvələr, siyasi isteblişment və Qərb bu şəxsi hələ yaxşı tanımasa da onu ictimaiyyətə bir persona kimi olduğu kimi təqdim və xarakterizə etməyə hazır olanlar dərhal tapılmışdı. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) keçmiş müəllimi burada bir zamanlar həm də həmkarlar ittifaqının sədri postunu tutub. Məzahir Pənahov o vaxt cəmiyyətə MSK-nın yeni sədrindən də çox “mahir talon ustası” kimi təqdim edildi. 9 il öncə mətbuatda yazılanlara inansaq, hörmətli Pənahov ADU-da işlədiyi dövrdə onun adı qənd, yağ və ət talonları ətrafındakı irimiqyaslı maxinasiyalarda mərkəzi fiqurlardan biri kimi hallanıb. Hər halda, Məzahir Pənahov 9 il öncə MSK sədri vəzifəsinə təyin ediləndə lətifəyə bənzər bu məsələ dərhal gündəmə gətirilmişdi. Bu isə onun reputasiyasını yetərincə zədələməyə bilməzdi. “Talonu düz sayıb bölə bilməyən adam səsləri necə düzgün saya bilər?” - Məzahir Pənahova münasibət illərdir bu ritorik-ironik sual üzərində qurulur.Əlbəttə, lətifə tipli belə yanaşmalara səbəb olan “talon hadisəsi” sovet dönəmində baş verib. Amma illərlə ölçülən zaman fasiləsi gələcək MSK sədrinin həmin ayama və imicini bugünlərə daşımasına əsla mane olmayıb. Görünür, ona görə ki, nə Azərbaycan birinin siyasi portretinə arzuedilməz cizgi çəkən əməlləri gizlətmək üçün elə də böyük ölkə deyil, nə də neqativ əməllər elə də tez unudulmur.Sonda onu da qeyd edək ki, Məzahir Pənahovun MSK sədri olduğu vaxtdan bəri ölkədə ikisi bələdiyyə (1999 və 2004), ikisi parlament (2000 və 2005), ikisi də prezident (2003 və 2008) seçkiləri olmaqla, üst-üstə 6 seçki, bir dəfə də (2002) referendum keçirilib. Ölkədə demokratiya istəyən çoxluq, habelə Qərb isə bu seçkilərin nəticələrindən, saxtakarlığın miqyas və şiddətindən həmişə narazı qalıb. Görünür, iqtidardakılar da elə bunun fərqindədir.
45,242
30.12.2008 09:44
Yazarlar
ŞEYXİN DƏ ÖZ KORRUPSİYASI
Qayıdaq qazın yanına, qazıların işi onsuz da uzundur. Elə şeyxin öz doğma rayonu olan Lənkəranda meşələr bir ucdan qırılır, çünki orada qaz cəhənnəm, heç qaz xətti də olmayan kəndlər “en” qədərdir. Biləsuvarda da eyni haldır, Göygöldə də, o biri rayonlarda da. Əlimi Hadı Rəcəblinin sədr olduğu parlament komissiyasının bütün sosialyönümlü qərar, tövsiyə və layihələrinə basıb and içərəm ki, hələ bir xeyli də (bəlkə lap ömürlük-o, baxır 18 mart referendumunun duzlu keçib-keçməməsinə) belə gedəcək.Səncə, niyə belədir, oğlum? Demə ki, YAP hökumətinin 15 ildir yeyib-kökələn məmurları bu milləti sevmir, bu - bir; ikincisi, xalqın da onları sevmədiyinə hər seçki, səsvermə və sorğuda bir daha əmin olduqları üçün ona qəsdən sosial mənada it zülmü verir, naşükür camaatı bu yolla “nakazat” eləyirlər. Belə deyil.Hökumətin qədirbilən və şahsevən camaatımızı qaza-işığa tamarzı qoymasının yekə geopolitik, iqtisadi və milli-mənəvi səbəbləri var. Birincisi, belə olanda camaat meşələrə daraşıb onu odun adı ilə məhv edir. Bu isə biznesmen-nazirlərə kozır verir. Onlar meşələri qıran ac-lüt camaatın arxasında gizlənib ağacları əslində özləri qırır. Prosesdə nisbət belədir: bir şələ kasıbın evinə, beş maşın nazirin mebel sexinə. Lerik, Yardımlı, Qəbələ, Oğuz, Zaqatala... meşələri belə məhv edilib. Bu - məmurların və adına milli istehsal deyilən şeyin xeyri.İkincisi, hökumət camaatın qaz-işığını kəsməklə onu baş işlətməyə, alternativ enerji mənbələri tapmağa sövq edir ki, bu da təzək biznesinin çiçəklənməsini stimullaşdırır. Nəticədə dədə-babalarımızın hələ Nadir şah dövründən inkişaf etdirdiyi milli təzəkçilik dirçəlib intişar tapır. Bu da YAP-çı deputatların ikiəlli yapışdığı milli adət-ənənələrimizin qazancı. Bu haqda xeyli yazmışam. Təzəkçiliyin inkişafı bir az da sürətlənsə, yenə yazıb ARDNŞ, “Azəriqaz” və “Azərenerji”nin ofisləri qabağında milli təzəkyapanlara abidə qoymaq təklifimi bir daha səsləndirərəm.Üçüncüsü və əsası, camaatımızın qaz-işığını kəsməsək, bölgənin enerji lideri vəzifəsində nə təhər işləyərik? Deyəsən, başa düşmədin axı. Siftədən danışım. Gürcüstanda “Borjomi” ilə çaxırdan başqa nə var? Heç nə. Bəs onların qazı-işığı niyə bizim müstəqilliyimiz sayaq daimidir, əbədidir, dönməz və sönməzdir? Çünki hər ikisini, üstəlik, nefti-benzini bizdən su qiymətinə alıb vətəndaşlarına da su qiymətinə satırlar. Gürcülərə paxıllığın tutdu? Hirslənmə, hələ sənə bizdən Ermənistana gedən qazdan danışsam ölərsən ki...Yox e, möhkəm dayan, deyəcəm. 2006-nın yanvarında olan söhbətdir. ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak nə al, nə sat, qəfildən qayıtdı ki, Azərbaycandan Ermənistana qaz verilir. Üstündən də dedi ki, “bunu fəxrlə deməliyəm, çünki biz bu məsələdə aparıcı rol oynamışıq”. Bu da sənə camaatı qazsız-işıqsız qoymağın geopolitik önəmi.O vaxt hökumətdən heç kim buna etiraz etmədi. Təkcə “Azəriqaz”dan təkzibvari bir fısıltı gəldi ki, belə şey yoxdur. Bu da bircə dəfə oldu, sonra heç o da bu işin dalına düşmədi.Hə, oğlum, o vaxtdan bəri əlimdə dəqiq məlumat yoxdur ki, Ermənistana bu gün də qaz veririk, ya yox. Məncə, hələ də verilir. Verilməsəydi, turba çəkib o qazı öz kənd-kəsəyimizə çəkərdilər, millət təzək əzabından qurtulardı. Amma eləmirlər və düz eləyirlər. Hakimiyyətdə ömürlük qalmağın yolu hər şeyə möhtac edilib tam sındırılmış rəiyyətdən keçir axı.Elə bilirsən şeyx savadsız adamdır? O, nə etdiyini bilir, xeyir-şərdə çox olur deyə camaatı da yaxşı tanıyır. Ona görə o da ömürlük prezidentliyə “hə” deyir, şahlıq quruluşuna bərəkət duası yazır də. Korrupsiya nədir? Vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində yaranan mənimsəmə, uzurpasiya, yeyinti. “Mən müddətsiz prezidentliyə tərəfdaram” deyən şeyx bu mənada siyasi korrupsiyaya qurşanıb.Elə builki zəvvar məsələsindən də korrupsiya iyi gəlir. Şeyxin idarəsi bu il 4200 zəvvarın Həccə getdiyini deyəndən on gün sonra şeyx özü bu rəqəmi 6000 göstərdi. 1800 nəfər oyuncaq deyil, onların pulu korrupsiya qazanına damazlıq ola bilər. Nə isə...
45,243
30.12.2008 09:02
Ölkə
PARTLAYAN BİNANIN BƏZİ SAKİNLƏRİ YENİ İLİ KÜÇƏDƏ QARŞILAYACAQ
Adının çəkilməsini istəməyən sakinin sözlərinə görə, partlayış dekabrın 13-də baş versə də, aidiyyəti qurumlar bu günədək mənzilsiz qalmış 45 ailəni hələ də yaşayış yeri ilə təmin etməyib: “Faciə zamanı 13 mənzil tam dağılıb. Digər mənzillərə isə ciddi ziyan dəyib. Yerli İcra Hakimiyyəti evsiz qalmış 84 nəfəri yerləşdirmək üçün yaxınlıqdakı 172 saylı uşaq bağçasında otaqlar ayırsa da orada heç bir şərait olmadığından sakinlər müvəqqəti olaraq qohumlarının və yaxınlarının yanında yaşamağa üstünlük veriblər”. Zərərçəkən baş nazirin müavini Abid Şərifovun sakinlərlə görüşdə onların mənzilərlə təmin ediləcəyilə bağlı verdiyi vədin də yerinə yetirilmədiyini dedi: “Mənzilləri dağılmış 15 ailə hələ də yaxınlarının yanında yaşamağa məcburdur. Ümumiyyətlə, hadisə zamanı ziyan çəkmiş 45 ailənin yalnız 30-u kirayə evlərlə təmin olunub. Halbuki bugünlərdə Ukraynada baş vermiş analoji hadisədən dərhal sonra sanki mənzillərlə təmin olunub, olay yerinə Ukraynanın prezidenti və baş naziri gəlib. Bizdə isə əksinə, hökumət məsələyə sıradan bir hadisə kimi yanaşdı. Bu cür diqqətsizlik təbii ki, zərərçəkənlərin haqlı narazılığına səbəb olub”.Deyilənlərlə bağlı Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat məsələləri üzrə şöbə müdiri Məmməd Nəsibovla əlaqə saxladıq. RİH yetkilisi bildirdi ki, artıq zədələnmiş bina ilə bağlı bütün məsələlər həllini tapıb: “Bu günədək 30 ailə kirayə mənzillərlə təmin olunub. Qərara görə, 1 otağı olan 1 otaqla, 2 otağı olan ailələr isə 2 otaqla təmin olunacaq və onlara 300-500 manat arası kirayəhaqqı veriləcək. Bundan əlavə, ziyan dəymiş sakinlərə ümumilikdə 122.500 manat vəsait ayrılıb. O ki qaldı narazı sakinlərin binanın qarşısında çadır qurmasına, bunu mən sizdən eşidirəm”.26 saylı Mənzil İstismar Sahəsinin rəisi Rasim Babayev də mənzilləri dağılmış ailələrin kirayə mənzillərlə təmin olunduğunu dedi: “Hələlik 15 ailə mənzillə təmin edilməyib. Onların problemi də yavaş-yavaş aradan qaldırılacaq. Onu da deyim ki, dağılmış mənzilin sahibini indiyədək tapa bilmirdik. Bugünlərdə məlum olub ki, o, Rusiyada yaşayır. Onun da sənədi əldə edildikdən sonra Maliyyə Nazirliyi zərərçəkən ailələrə kirayə haqqının ödənilməsi barədə qərar verəcək”.
45,244
30.12.2008 09:44
Siyasət
KXCP PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİNİ TANIMADI
“ATƏT-in Madrid prinsiplərinə razılıq verməsi Azərbaycanı təslimçi sülh sazişinə aparmaq cəhdindən xəbər verir. Bundan narahat olduğumuz üçün məsələni müzakirəyə çıxardıq və bəyanat qəbul elədik. Bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarının qorunması tələbi öz əksini tapır. Beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyünə müdaxilə cəhdinə demokratik qüvvələr xalqla birlikdə yol verməyəcək”.KXCP Ali Məclisi 15 oktyabr prezident seçkilərinin nəticələrinə də qiymət verib. Z.Məmmədlinin sözlərinə görə, məsələ geniş müzakirə olunub və prezident seçkilərinin azad, ədalətli keçirilmədiyi qeyd olunub. KXCP Ali Məclisi prezident seçkilərinin nəticələrinin qeyri-legitim olduğu barədə qərar qəbul edib. Ali Məclis ölkədə konstitusiya dəyişikliyinin həyata keçirilməsinə qarşı da bəyanat qəbul edib. KXCP hesab edir ki, bu dəyişiklik Azərbaycanı respublika modelindən monarxiya sisteminə daxil etmək, demokratik dünyadan uzaqlaşdırmaqdır. KXCP konstitusiya dəyişikliyinin qarşısının alınması üçün demokratik qüvvələrlə əməkdaşlığı zəruri hesab edir. Xatırladaq ki, ötən həftə bir sıra qəzetlərdə KXCP sədri Mirmahmud Mirəlioğlunun tərəfdarlarının Ali Məclisin iclasında Zəlimxan Məmmədliyə qarşı təxribata əl atacağı və onun istefasına nail olacaqları barədə məlumatlar yayılmışdı. Z.Məmmədli isə bizə açıqlamasında bildirdi ki, Ali Məclisin toplantısında heç bir təxribat və ya yersiz hərəkət baş verməyib: “Mən hər hansı əsas verməmişdim ki, mənə qarşı nələrsə baş versin. Mətbuatda fikirlər söylənilmişdi. Bunu hamı, ictimaiyyət bilir. Bu məsələyə aydınlıq gətirildi. Müəyyən məsələlər var ki, orada konsensusa gələ bildik”.
45,245
30.12.2008 09:47
Siyasət
BAXCP İQTİDARI MÜXALİFƏTLƏ DANIŞIQLARA ÇAĞIRDI
Bu fikirlər Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) İdarə Heyətinin dünənki iclasında qəbul olunmuş bəyanatda əksini tapıb. Sənəddə BAXCP-nin hələ 2007-ci ilin sentyabrında ölkədə hakimiyyət bölgüsünün real məzmun kəsb etməsi məqsədilə hazırladığı konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum layihəsinin parlamentin geniş müzakirəsinə çıxarılmaması təəssüflə qeyd edilir. BAXCP hesab edir ki, Azərbaycanda hakimiyyət bölgüsünün real məzmun kəsb etməsi üçün ciddi hüquqi-siyasi islahatlar həyata keçirilməli, çoxpartiyalı sistem və vətəndaş cəmiyyətinin digər atributları inkişaf etdirilməlidir: “BAXCP tərəfindən Azərbaycanda sivil və etimadlı münasibətlər sisteminin formalaşması məqsədilə iqtidar-müxalifət danışıqlarına ehtiyac duyulduğu barədə məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, ümumi siyasi mədəniyyətin aşağı olması səbəbindən bu istiqamətdə də hər hansı bir nəticə əldə edilməyib. Biz Azərbaycan iqtidarını müxalifətlə danışıqlara çağırır və hesab edirik ki, ölkənin taleyüklü məsələlərinin siyasi partiyaların müzakirəsinə çıxarılması, iqtidar-müxalifət dialoqunun siyasi münasibətlərin əsas atributlarından birinə çevrilməsi qəbul ediləcək qərarların ədalətli və dayanıqlı olmasına zəmin yarada bilər”.
45,246
30.12.2008 10:53
Siyasət
MÜXALİFƏT YENƏ AKSİYA KEÇİRƏCƏK
O, Müsavat Partiyası ilə də müzakirə aparılacağını və birgə aksiyanın vaxtının təyin ediləcəyini bildirib: “Biz həm piketlər, həm də mitinqlər keçirmək fikrindəyik. Amma ilkin olaraq piketlərin keçirilməsi nəzərdə tutulur”.
45,247
30.12.2008 09:49
Yazarlar
“XAN SAĞ OLSUN, RÜŞVƏTİ KİMƏ YIĞIRLAR?”
Fizikadan baş çıxaranlara Nyutonun üçüncü qanununun nə olduğunu izah eləməyə ehtiyac yoxdur, amma bilməyənlər üçün aydırım ki, həmin qanuna görə təsir əks təsirə bərabərdir. Yəni sən bir daşı yerindən tərpətmək üçün ona necə təsir göstərirsənsə, daş da sənə eyni cür təsir göstərir: f1= f2.İki gün əvvəl qəzetdə “İcra nümayəndəsi Vasif Talıbova meydan oxudu” başlıqlı yazını oxuyanda dalağım sancdı ki, çox tezliklə Şərur rayonunun Yaycı kəndində Nyutonun üçüncü qanunu öz qüvvəsini göstərəcək və bir adamın təkcə dalağı yox, öfkə-böyrəyi də sancacaq. Çox çəkmədi. Cəmi 1 gündən sonra “xan”a meydan oxuyan icra nümayəndəsi Kamil Bağırovun müsibəti qəzetimizə bu şəkildə manşet oldu: “Vasif Talıbov icra nümayəndəsini döydürdü”. Görürsünüzmü, hər şey necə qanunauyğun və məntiqi ardıcıllığa müvafiqdir. “Tanımıram” demişdi, döyə-döyə tanış elədilər.Hələ yaxşı ki, Naxçıvan mahalının xarizmatik lideri meydan sulayan icra nümayəndəsini tam qanuni əsaslarla, legitim dövlət strukturlarının əli, yumruğu, dəyənəyi ilə döydürüb. Başqa cür də ola bilərdi. Əgər Vasif xan bu işi öz mülki cəza dəstəsinin üzvlərinə tapşırsaydı, o zaman Nyutonun başqa bir qanunu işə düşərdi. Bu, ümumdünya cazibə qüvvəsidir. Qoçular cənab Bağırovun başına alma, yaxud daş sala bilərdilər, hətta istəsələr, ayağından asardılar. Asılma prosedurunda da ümumdünya cazibə qüvvəsinin rolu böyükdür. Yer o boyda bədəni özünə cəzb eləyir, ağırlıq isə ya boyuna, ya da ayaqlara düşür. (Hərçənd Rusiyanın baş naziri Putin Gürcüstan prezidenti Saakaşvilinin üzərində üçüncü bir bədən üzvünün ağırlıqsaxlama qabiliyyətini yoxlamaq istəyir).Xüləs, öz kəndinin iş adamlarından (dəllək və pinəçilərdən) rüşvət deməyək, “haqq” istəyən məmurun cəzalandırılmasının səbəbi heç də xərac tələb etməsi deyil, sadəcə, bu işi görərkən Naxçıvanın gəlmiş-getmiş ən qüdrətli rəhbərinin adını çəkməsidir. Belə olmaz. Böyüklər üçün rüşvət yığmağın qayda-qanunu var. Heç kəs küçədə bağıra-bağıra “Həzrət Abbas haqqı, mən bu pulu özüm üçün yığmıram, böyüklər üçün yığıram”, yaxud “mən heç kəsi tanımıram, gedin kimə şikayət edirsiniz edin” deyə bilməz. Bu, yazılmış qanunlara zidd olmaqla yanaşı, yazılmamış qanunlara da ziddir. Rüşvəttoplama incə, məhrəm kampaniyadır, bu, altdan-altdan həyata keçirilməlidir - nə bir kəs kampaniyadan kənarda qalmalıdır, nə də kimsə yuxarılara gedib şikayət etməli, belə bir naqolay sual verməlidir: “Xan sağ olsun, rüşvəti sizin üçün yığırlar?” Bu halda özünə, vəzifəsinə, dövlətçiliyə hörmət edən şəxs, əlbəttə ki, xalqla dövlət məmuru arasındakı pərdəni götürən, xanla rəiyyəti üz-göz edən məsuliyyətsiz məmuru cəzalandırmalıdır. Kamil Bağırov məhz bu ictimai-siyasi müstəvidə “yanıb” və polis bölməsinin döşəməsində “isladılıb”. Etibarlı mənbə xəbər verir ki, icra nümayəndəsini Azərbaycan Respublikasının qanunları ilə yox, mafiya qanunları ilə cəzalandırıblar, daha dəqiqi, “nakazat” eləyiblər. Ekspertlərin fikrincə, o, hələ yaxşı qurtarıb, əməliyyatçılar onu bir az da artıq, yəni “nöyüt iyi” verənə qədər döysəymişlər, təbiətin qanunları işə düşəcəkmiş. Bəli, bizim ölkədə bu cürdür. Siciliyada “umberto qanunu” (susmaq, gördüyünə şahidlik etməmək) olduğu kimi, Naxçıvanda da “Talıbov qanunları” var. O qanunlara görə, mahalın sirri mahalda qalmalıdır, Bakıya, Şəkiyə çıxmamalıdır. Üstəlik, kim öz məsuliyyətsiz bəyanat və hərəkətləri ilə muxtar respublika rəhbərliyini dilə-dişə salarsa, onu ağır fiziki cəza gözləyir - dişini və dilini itirə bilər. Samir SARI
45,248
30.12.2008 10:50
Siyasət
ELDAR NAMAZOV “AZADLIQ” BLOKUNA DAXİL OLUR?
Qeyd edək ki, Eldar Namazovu “Azadlıq” blokuna gətirmək blokun rəhbərliyinin çoxdankı planıdır. Bir müddət əvvələ blokun həmtəsisçisi Lalə Şövkət Hacıyeva bildirmişdi ki, Eldar Namazovun rəhbərlik etdiyi qurumun da “Azadlıq” blokunda təmsil olunmasını istəyirlər. Lalə Şövkət Eldar Namazovun arzu edəcəyi halda “Azərbaycan Naminə” İctimai Forumun bloka daxil olmasının mümkünlüyünü bəyan etmişdi. ANİF-in “Azadlıq” blokun qoşulacağı ilə bağlı xəbərlərin əsaslı olub-olmadığını dəqiqləşdirmək üçün Eldar Namazovla əlaqə saxladıq. “Bloka daxil olma ehtimalı varmı” sualına o, belə cavab verdi: “Mən hələ Müxalifətin Əməkdaşlıq Mərkəzi adlandırılan qurum formalaşanda bəyan etmişdim ki, bizə daha sıx əməkdaşlıq lazımdır. Resurslarımızı birləşdirib bir yerdə mübarizə aparmağa ciddi əsaslar və zərurət var. Bu prosesdə kim birləşmək istəyirsə, birləşəcək. Eyni zamanda hansısa səbəbdən bu prosesə cəlb olunmayan qüvvələrin də qərarlarına hörmətlə yanaşırıq. Hər bir partiyanın öz mövqeyi ola bilər. Burada ciddi problem görmürəm. Onsuz da proses təzə başlayır və qarşıda ciddi mərhələlər var. Bu gün mənzərə ondan ibarətdir ki, mövqeləri üst-üstə düşən qüvvələr bir araya gəlib birgə mübarizə aparmalıdırlar. Bunu təbii sayıram”.E.Namazovun dediyinə görə, ötən həftə “Azadlıq” bloku ilə apardığı müzakirələrdə ANİF-in həmin bloka qatılması məsələsi müzakirə olunmayıb: “Müzakirə etdiyimiz məsələlərin mətbuata çıxarılması lazım olanını açıqlamışıq”.
45,249
30.12.2008 09:55
Siyasət
ƏLİ KƏRİMLİ “AZADLIQ” BLOKUNUN PİKETƏ QATILMADIĞINI ETİRAF ETDİ
Konstitusiya Məhkəməsinin qarşısındakı piketdə “Azadlıq” blokuna daxil olan partiyaların üzvlərinin olmamasına AXCP sədri Əli Kərimli aydınlıq gətirib. O bildirib ki, aksiyadan bir gün əvvəl təşkilatçılar arasında tədbirin razılıqla keçirilməsinə cəhd olacağı, əks halda, piketin keçirilməyəcəyi barədə fikir olubmuş: “Ona görə də etiraf edirəm ki, razılaşdırılmamış aksiya üçün ”Azadlıq" blokunda və AXCP-də hazırlıq yox idi. Son anda biz qərarımızı dəyişdik. Ona görə də güman ki, razılaşdırılmamış aksiyaya lazım olduğundan bir qədər az adam çıxa bildi. Həm də hökumətin qabaqlayıcı tədbirləri də öz işini gördü; bir çox adamlar aksiya başlayana qədər saxlanıldılar və piketdə iştirak edə bilmədilər. Prinsipcə, bu hələ prosesin başlanğıcıdır. Bizim hələ çox razılaşdırılmamış və razılaşdırılmış aksiyalarımız olacaq".“Azadlıq” blokunun, xüsusən də AXCP-nin aksiyada iştirak etməməsinə Müsavat Partiyasının münasibətinə gəlincə, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, sözügedən aksiya tək Müsavatın yox, müxalifətin ümumi aksiyası idi: “Həmin aksiyada həbs edilmiş insanlardan başqa da şəxslər olub. Biz monitorinq keçirməmişik, ona görə də digər partiyaların nümayəndələrinin orda hansı səviyyədə iştirak etməsi barədə məlumatım yoxdur. Bu, müxalifət adından keçirilən tədbir idi. Əsas məsələ o idi bu aksiyanın arxasında təkcə Müsavat Partiyası yox, bütün Azərbaycan müxalifəti dayanırdı. Önəmli olan başlıca şərt məhz budur”.
45,250
30.12.2008 09:58
Proje
“DEMOKRATİK DƏYƏRLƏR DÜNYAYA İSLAMLA GƏLİB”
Hacının balaca universiteti Yuxarıda qeyd etdiklərimizdən başqa Hacı İlqar “Əsma-ül-Hüsna”nın (irsi qan xəstəlikləri olan uşaqlara qayğı üzrə ixtisaslaşan qurum) və “Yetimsiz Vətən”in (valideyn himayəsindən məhrum olan uşaqların psixoloji reabilitasiyası və cəmiyyətə inteqrasiyası üzrə ixtisaslaşan qurum) proqram koordinatorudur. Bununla yanaşı, “Hikmət evi” disput mərkəzinin və “İslam maarifi” proqramının elmi rəhbəridir. Hacı İlqar həmçinin tolerantlığın, mədəni inteqrasiyanın inkişafına yönəlik “Mədəniyyətlərin dialoqu” proqramına başçılıq edir. Bir neçə xarici dil bilir, boş vaxtlarını eqzistensional mövzularda ədəbiyyatın mütaliəsinə, futbol və basketbol oynamağa sərf edir. Onunla DEVAMM-da görüşdük. Mühazirədə idi. Hacı tələbələrinə dərs deyirdi. Yer tapıb mən də əyləşdim. Məntiq dərsi idi. Saatyarım çəkən dərsdə icma üzvü olan qadınlarla yanaşı, universitet tələbələri, eləcə də Hacının az sonra dediyi kimi, inanclı olan və olmayanlar da iştirak edirdi.Qeyd edim ki, dərs keçilən otaqda namaz da qılınır. İçərişəhər “Cümə” məscidi dörd ildir ki, “təmir” adı ilə bağlandığından, icma üzvləri kiçik toplantılarını burda keçirirlər. “Cümə” əhli 3000-dən çox inanclı insanı birləşdirən toplumdur. Əfsus ki, bu gün minlərlə iman əhli “Cümə” məscidində dini ayinləri cəmlə həyata keçirməkdən məhrumdur. İcma üzvləri 2004-cü ilin iyun hadisələrini hələ də kədərlə xatırlayırlar. “Aşuranın qeyd edilməsi məmurların istəyindən asılı deyil” Dərsdən sonra Hacı İlqarın özü ilə görüşüb, bir sıra mövzular ətrafında söhbətləşdik. Söhbətə isə çox uzaqdan deyil, günümüzə yaxın mövzulardan körpü saldıq.Müsahibimiz öncə Məhərrəmlik ayında meriyanın dindarların fəaliyyətinə qoyduğu məhdudiyyətlərə toxundu: “Hər il Məhərrəmlik və Səfər ayı daxil olanda buna oxşar səslər eşidilir, insanların Məhərrəmlik ayını aktiv keçirməsini əngəlləmək üçün bənzər mesajlar verilir. Artıq bu mesajlara öyrəşmişik. Hər kəs də həmişə Məhərrəmliyi özünün doğru bildiyi qaydada keçirib. İnsanlar Nardarana, Bibiheybətə, Mirmöhsüm ağanın ziyarətgahına da hər il gedirlər.Düşünmürəm ki, bu il hansısa fərqlər olacaq. Sadəcə, mövzuya daha çox diqqət ayrıldı və məsələ gündəmə gəldi. Bəzi məmurlarımız anlamırlar ki, Məhərrəmlik mədəniyyət tədbiri deyil. İnsanların Novruz bayramının fəlsəfəsindən irəli gələn şənliklərini və adət-ənənəsini yasaq etmək necə qeyri-ciddi xarakter daşıyırsa, Aşura günü insanların imamlarının qəmini yaşatmasına və bununla bağlı hisslərini izhar etməsinə qadağa cəhdi də o cürdür. Belə qeyri-ciddi yasaqlara fikir vermək lazım deyil. Sovet dönəmində insanlar Novruz bayramını da, Aşuranı də yaşadıblar. Bu ənənə əsrlər boyu olub və məmurların istəyindən asılı mövzu deyil". “Qanvermə kampaniyası başlayanda buna qeyri-adi baxırdılar” Bəs icma bu əziz günlərdə öz fəaliyyətini necə qurmağı planlaşdırıb?Hacı İlqar “Cümə” məscidi bağlandıqdan sonra irimiqyaslı mərasimləri kirayə götürdükləri yerlərdə keçirdiklərini söylədi: “Bu və ya digər yararlı yerləri kirayələyir, toplu mərasimlərimizi həmin yerlərdə keçiririk. Aşura mərasimləri ilə bağlı da yer icarəyə götürəcəyik; Nardaran və Bibiheybət kimi ziyarətgahlara yeni formatda gedəcəyik”. Həmsöhbətimiz Məhərrəmlik ayında həyata keçirilən qanvermə kampaniyası ilə bağlı da bir sıra məqamlara aydınlıq gətirdi: “90-cı illərin sonunda belə bir kampaniyaya start verəndə çoxları bunu qeyri-adi qarşıladı. Axı bizə qədər bu ənənə olmayıb. ”Qan bankı"nın özündə gedib qan verəcəyik. Artıq 10 illik təcrübəmiz var. Belə qənaətə gəlmişik ki, orda qanvermə daha rahatdır". “Zindan dönəmində də maarifçiliyi təbliğ etmişəm” “Dəyərlər” qəzeti redaksiyasının da DEVAMM-ın ofisində yerləşdiyini vurğulayan Hacı İlqar burada mühazirə və dəyirmi masaların da keçirildiyini söylədi: “Qəzetlə bağlı məsələləri də burda həll edirik. Qeyd edim ki, insan nəyisə etmək istəyirsə, yer və başqa bu kimi amillər bəhanədir. Dünya texnoloji inkişaf hesabına dəyişir. Əvvəllər hansısa yazını beş-on adama çatdırmaq olurdusa, indi onu on minlərlə adam oxuya bilir. Bizim ”Cümə" icmasının və “Dəyərlərin” öz saytı var. Həmin saytlardan kifayət qədər insan istifadə edir. Hazırda saytın forumunu yaratmaq niyyətimiz var". İcmada xeyli sayda savadlı və bir neçə xarici dil bilən insanların olduğunu deyən ilahiyyətçi-alim texnologiyanın indiki inkişaf səviyyəsi ilə islami dəyərlərlə marifçilik işi aparmağın daha asan olduğunu qeyd etdi. Hacı İlqar səhər iştirakçısı olduğumuz mühazirələr haqqında da məlumat verdi: “Doqquz ilə yaxındır ki, şənbə və bazar günlərimi sırf dərslərə həsr edirəm. Dərslər ”Cümə" icması ilə DEVAMM-ın birgə layihəsi olan “İslam maarifi” proqramı əsasında həyata keçirilir. Mən ixtisasca elmi mühitdə çalışmış adamam. Özümü elmsiz, təhsilsiz təsəvvür etmirəm. Həmin günlər səhərdən axşamadək məntiq, fəlsəfə, Quran təfsiri, metodologiya ilə bağlı dərslər keçirilir. Bu illər ərzində minlərlə insan dərslərdən keçib. Namaz qılan da, qılmayan da, inancı olan da, olmayan da bu dərslərin iştirakçısı olub. İslam maarifçiliyi günün ən önəmli məsələsidir və mən istənilən halda tədris məsələlərini çalışmışam ki, dayandırmayam. Hətta zindan dönəmində də bu proseslər davam etdirilib. DEVAMM-dakı fəaliyyətimlə toqquşmasın deyə, dərsləri həftə sonlarına salıram. Bu işlər mənim ən sevdiyim və zövq aldığım işlərdir". Hacı özünü daha çox elmi tədqiqatçı kimi hiss etdiyini söylədi: “Bundan başqa, İslam mövzusunda fəlsəfə eqzistensional mövzularda araşdırmalarımı davam etdirirəm. İslam və demokratiya mövzularında mütaliəsiz heç nəyə çatmaq mümkün deyil. Müxtəlif gəncər klubuna, demokratik təsisatlara dəvət olunuram və məruzələrlə çıxış edirəm. Dünyanın tanınmış tədqiqat mərkəzlərində və beynəlxalq dərgilərdə araşdırmalarım nəşr olunub. Azərbaycan şəraitində elmlə məşğul olmaq çətin olsa da, bunu davam etdirməyə çalışırıq”. “Dinlə bağlı yanlış siyasət aparılır” Hacı İlqar Məbəs bayramında (Məhəmməd peyğəmbərə (s.ə.s) peyğəmbərlik verildiyi gün) olimpiadalar keçirildiyini bildirdi: “Ötən ildən başlayaraq dini və dünyəvi elmlər mövzusunda olimpiada keçirməyə başladıq. Müsəlman hər sahədə mütəxəssis olmalıdır. Ötən il 300 nəfər olimpiada üçün müraciət etmişdi. Final mərhələsində birinci yeri tutan şəxs icma tərəfindən Həcc ziyarətinə göndərildi, ikinci yeri tutan xanıma isə ”notebook" hədiyyə edildi. Həmçinin dörd ildir ki, mübarək Ramazan ayında kubok yarışı keçirilir. Finala çıxan komanda Məşhədə ziyarətə gedəcək. Çalışırıq ki, İslam qara rəngdə yox, olduğu rənglərdə görsənsin. İslam insanların kamilliyi üçün bütün imkanları yaradan inanc sistemidir. Biz həm də insanlara sevinməyi və kədərlənməyi öyrətməliyik. Kədərlənməyi öyrənməyən xalqların sonu çox pis olur. Özü də bu ənənə fraqmental olmalı deyil, bütün topluma aşılanmalıdır". Dini verilişlərə az yer ayrılmasının nəticələrinə toxunan müsahibimiz bir il öncə birdən-birə teleməkanda bu cür verilişlərin dayandırılmasının acı nəticələrini yaşadığımızı vurğuladı: “Bu mənfi haldır. İnsanlarımıza İslamla bağlı bilgilər verilməyəcəksə, onlar digər yerlərə üz tutacaq. Belə olanda radikal məfkurələrə yiyələnə bilərlər ki, nəticədə də xoşagəlməz hadisələr baş verir. O zaman bu haqda dediklərimizi qeyri-ciddi hesab etdilər. Amma son aylarda Əbu-Bəkr məscidindəki partlayış, ardınca hədə-qorxular göstərir ki, dinlə bağlı siyasət yanlışdır. Bu siyasət radikal qüvvələrin güclənməsinə kömək edir”. “İslam demokratiyanın qarşısını kəsmir” Hacı İlqar “İslam və demokratiya” mövzusuna da toxundu. Onun sözlərinə görə, dini demokratiyanın qarşısını kəsən amil kimi qələmə verən insanların nə demokratiya, nə də İslamdan xəbərləri var: “Din demokratiyanın qarşısını kəsmir. İnancımıza görə, demokratik dəyərlər dünyaya İslamla gəlib. Məşvərət yolu ilə qərar çıxarma mədəniyyəti, qadın hüquqları ilə bağlı demokratik ənənələr, dünyanın anladığı bir sıra digər demokratik təsisatlar və anlayışların çoxu İslamla bağlıdır”.Bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsinə, ümumiyyətlə, məlum konstitusiya dəyişikliklərinə dindarların hansı mövqe bəslədiyini də soruşuruq. Hacı İlqar bunun vətəndaş cəmiyyətini inkişafdan saxlayan, demokratiya və insan haqlarına mənfi təsir göstərən məsələ olduğunu söylədi: “Ümumilikdə belə demək olarsa, ölkədə onsuz da siyasi proses yoxdur ki, onun da nə formada həyata keçirilməsi müzakirə olunsun. Bu, de-fakto olan vəziyyəti nəzəriyyədə tətbiq etmək məsələsidir. Sözsüz ki, bu da toplumu irəli aparan demokratik prinsipləri əngəlləyən bir addımdır. Azərbaycanın gələcəyini düşünən hər bir kəs bunu geriyə atılan, reqressiv addım kimi qiymətləndirir. İkinci fikir yoxdur”. Maraqlı söhbətimizi burada kəsməyə məcburuq. Çünki Hacı Məhərrəmlik ayı ilə bağlı elmi konfransa tələsir...
45,251
30.12.2008 09:03
Siyasət
BU GÜN PARLAMENT QIŞ TƏTİLİNƏ GEDƏCƏK
“Bu, hər şeydən əvvəl təhsilin idarə edilməsi ilə bağlı məsələlərə aiddir. Belə ki, layihədə Təhsil Nazirliyinin rolu və funksiyaları həddən artıq şişirdilməklə təhsil müəssisələrinin muxtariyyəti məsələsi yenə də söz olaraq qalır. Layihədə qeyd edildiyi kimi, ölkədə təhsilin strategiyasının müəyyənləşdirilməsi, təhsil müəssisələrinə rəhbər kadrların seçilib yerləşdirilməsi bütünlüklə Təhsil Nazirliyinin tabeçiliyində saxlanılır. Halbuki Boloniya sistemi təhsil müəssisələri üçün geniş muxtariyyəti nəzərdə tutur, burada təhsil müəssisələrinin rəhbərləri kollektivin özü tərəfindən seçilir. Layihədə Boloniya sisteminə uyğun olaraq ali təhsilin 3 mərhələli sistemi öz əksini tapsa da, sovet dövrünün ənənələrinə uyğun olaraq doktorantura pilləsində yenə də iki pilləlik saxlanılır. Bu isə faktiki olaraq ali təhsil müəssisələrində elmi tədqiqat işlərinin dünya standartları səviyyəsində qurulmasında ciddi maneçilik yaradır”. Müsavat Partiyası bəyan edir ki, ali məktəblərə qəbulda test sisteminin saxlanılması müsbət hadisə olsa da, bu imtahanlarla bağlı bəzi millət vəkillərinin verdiyi şərhlər, məsələn, test imtahanından sonra ali məktəblərdə abituriyentlərlə xüsusi söhbətlərin keçirilməsindən sonra onların qəbul edilməsinin zəruriliyi barədə iddiaların irəli sürülməsi, mövcud yerləşdirmə prinsipinin dəyişdirilməsi barədə çağırışlar, bu barədə qanunda birmənalı müddəanın olmaması ciddi narahatlıq yaradır: “Biz hesab edirik ki, tələbə qəbulundakı mövcud sistem reallıqlara uyğundur. Təhsilin maliyyələşdirilməsi, təhsil işçilərinin əməkhaqları barədə müddəaların heç olmasa ümumi şəkildə layihədə yer almaması da ciddi nöqsanlar sırasına aid edilməlidir. Müsavat Partiyası belə hesab edir ki, təhsil və ona qayğı ölkənin əsas prioritet sahəsi olmalı, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması və Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə qaldırılması üçün qanunlarla yanaşı, bu qanunların praktikada ardıcıl surətdə tətbiq edilməsi üçün də təxirəsalınmaz tədbirlər görülməlidir”.
45,252
30.12.2008 09:53
Gündəm
TÜRKİYƏ ORDUSUNA ERMƏNİ GENERALI?
Məsələn, qaradərili birini önə çəkirlər, qadını, əzilən təbəqə olduğunu düşündükləri qruplardan birini yüksəldirlər: “Almaniyada da çox sayda türk polis var. Onlardan birini də polis müdiri edə bilərlər. Bu, topluma mesaj olardı. Deyə bilərdilər ki, baxın, sizlərdən birini yüksək vəzifəyə təyin etdik”.Laçıner ermənilərdən üzr istəmək kampaniyasını düzgün hesab etmir və qeyd edir ki, Türkiyə 1915-ci il hadisələrinə görə onsuz da üzr istəmiş durumdadır. Onun bildirdiyinə görə, həmin vaxt ermənilərin sürgün edilməsi qərarını çıxaran Osmanlı hökumətinin az qala bütün üzvləri ermənilər tərəfindən öldürülüb. Ekspert hesab edir ki, üzr istəmək kampaniyasının ardınca Türkiyənin “soyqırımı” tanıması çağırışları gündəmə gələ bilər. “Soyqırım” iddiaları tanınsa, bu, çoxsaylı ermənilərin Türkiyəyə qarşı təzminat tələblərinə səbəb olacaq. Ardınca isə ermənilər Türkiyəyə qarşı ərazi iddialarını gündəmə gətirəcəklər. Laçıner xatırladıb ki, bu günədək Ermənistan Türkiyənin sərhədlərini rəsmən tanımayıb.
45,253
30.12.2008 09:07
Gündəm
RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA TƏMASLAR İNTENSİVLƏŞİB
Xəbər verildiyi kimi, ötən şənbə günü Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Bakıda olub. Bu səfər zamanı Azərbaycanla Rusiya arasında gələn il üçün hərbi-texniki əməkdaşlıq planı imzalanıb. Həmçinin rusiyalı nazir İlham Əliyevlə danışıqlar aparıb. Müdafiə nazirinin ardınca Rusiyadan Bakıya Kreml aparatının rəhbərinin gəlişi göstərir ki, Moskva ilə Bakı arasında intensiv siyasi-hərbi məsləhətləşmələr gedir. Narışkinin səfəri haqda yayılan qısa rəsmi məlumat ümumi ifadələrdən ibarət olduğuna görə Kreml emissarının Bakıya gəlişinin konkret səbəbləri haqda hansısa nəticəyə gəlmək mümkün deyil. Ancaq heç bir şübhə yoxdur ki, Narışkin Bakıya konkret məqsədlər və tapşırıqlarla gəlib. Bu tapşırıqlar Rusiyanın gələn il üçün Azərbaycanla münasibətlərinin müəyyən edilməsinə təsir edəcək. Ehtimallara görə, Narışkin hazırda iki ölkə arasında danışıqlar predmeti olan Azərbaycan qazının alınmasına dair Rusiyanın təklifi ətrafında da danışıqlar aparıb. “Qazprom” bu,günlərdə Azərbaycanın “Şahdəniz” yatağından hasil etdiyi qazın hamısını almaq niyyətini bir daha açıqlayıb. Bu məsələ ilə bağlı iki ölkənin enerji qurumları arasında Moskvada bir neçə həftə əvvəl danışıqlar olub. Lakin qazın alınması və satılması həm Rusiya, həm Azərbaycan hökuməti üçün siyasi məsələdir. Rusiya istərdi ki, Azərbaycanın bütün qazını almaqla Avropa qaz bazarlarında inhisarçı mövqeyini daha da möhkəmləndirsin, alternativ “Nabukko” layihəsinin reallaşmasına mane olsun. Qazın kimə və nə qədər satılması Bakının geosiyasi kursunda balansı təmin edib saxlamaq üçün əsas amillərdən biridir.Digər maraqlı məqam ondan ibarətdir ki, Kreml aparatının rəhbəri Azərbaycanda bir şəxsin ömürlük prezident olmasına yol açan konstitusiya düzəlişlərinin tələm-tələsik referenduma çıxarılmasından sonra Bakıya gəlib. Azərbaycan hakimiyyətinin bu dəyişikliyi Rusiya nümunəsinə istinad edərək gündəmə gətirdiyi bəllidir. Rusiyada prezidentin səlahiyyət müddətinin artırılması haqda düzəliş elə bugünlərdə təsdiqlənib. Sirr deyil ki, Azərbaycan hakimiyyəti daxili siyasətdə hansı texnologiyalardan istifadə etmək məsələsində Rusiyadan məsləhətlər alır. Rusiyadan olan siyasi texnoloqların Azərbaycanda seçkilər də daxil olmaqla, bir çox proseslərdə təsirini hiss etmək mümkündür. Ola bilsin ki, Narışkinin səfəri bilavasitə konstitusiya düzəlişləri ilə bağlı deyil, lakin onun səfərini ümumən Azərbaycan və Rusiya rəhbərliyi arasında daxili siyasətin planlaşdırılması çərçivəsində ümumi məsləhətləşmələrin bir hissəsi kimi dəyərləndirmək olar. Bura Bakının Qərblə gələcək münasibətlərinə dair məsləhətləşmələr də daxil ola bilər. ABŞ-da yeni prezidentin səlahiyyətlərinin icrasına başlamasına bir neçə həftə qalır və belə bir vaxtda Rusiya Azərbaycanın xarici siyasətdə onunla eyni platformadan çıxış etməsini istərdi.Müdafiə nazirinin səfərinin də geosiyasi kontekstdən nəzərdən keçirilməsi qaçılmazdır. Xüsusən ona görə ki, Rusiyanın müdafiə naziri NATO üzvü olan Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəsinin Bakıya səfərinin ardınca gəlib. Politoloq Vəfa Quluzadə (1news.az) hesab edir ki, Rusiya müdafiə nazirinin Bakıya tələsik səfəri Moskvanın Azərbaycan-Türkiyə hərbi razılaşmasının imzalana biləcəyindən narahat olması kimi başa düşülə bilər. “Kreml başa düşür ki, Gürcüstana müdaxilədən sonra Cənubi Qafqazda etibarı sarsılıb. Ona görə də Rusiya Azərbaycanı Türkiyə ilə belə müqavilə imzalamaqdan çəkindirmək istəyir. Tezliklə Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi bağlayacaq, bu isə regionda geosiyasi iqlimi kəskin dəyişdirəcək. Azərbaycanla digər NATO üzvü Türkiyənin hərbi müqavilə bağlaması Rusiyanın regiondakı vəziyyətini mürəkkəbləşdirə bilər”.Konkret məsələlərə gəldikdə isə ildən-ilə iki ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirildiyi müşahidə olunur: “Bu, təhsil sahəsində özünü daha çox göstərir. Azərbaycan Rusiya hərbi məktəblərində təhsil almaq üçün kadrlar göndərir. Bundan başqa, Azərbaycan gələcəkdə Rusiyadan daha çox hərbi silah-sursat əldə etməyi planlaşdırır. Rusiya isə çalışır ki, Azərbaycan indiyə qədər aldığı Ukrayna və Belarus hərbi təyyarə və vertolyotlarını rus texnikası ilə əvəz etsin”.
45,254
30.12.2008 09:54
Yazarlar
QOYUNLARIN OĞURLANMASI
Burada haşiyə çıxıb qeyd edim ki, dünya maliyyə böhranı bizim camaatın tükünü də tərpətməyibdir. Səbəb həm iqtidarın uğurlu siyasətidir - gördünüz, neftimiz zibil kimidir, hətta dənizə axıdırıq - həm də əlimizdən, maşallah, hər iş gəlir. Qoy böhran dərdini bacarıqsız millətlər çəksin. Məsələn, mən Bakıda adam tanıyıram, məşhur İsveçrə bıçaqları onun hərtərəfli qabiliyyətinə həsəd aparar. Özü universitetin filologiya fakültəsini bitirib, ancaq dəmir yolunda fəhlə işləyir. Səhərlər. Günortadan sonra santexnikdir, çağır, gəlsin hamam-tualeti super təmir eləsin. Axşamlar isə qaynaq aparatı ilə evlərə qaz borusu çəkir. Gecə saat 12-dən sonra paytaxt küçələrində taksi sürür, şənbə-bazarda da maşın təmiri sexində rəngsazlıq edir. Bu qədər bacarığın yiyəsi heç vaxt ac qalmaz. Ulu öndər demişkən, “mən fəxr edirəm ki, azərbaycanlıyam”.O cümlədən son illər xalqımız arasında populyarlıq qazanan peşələrdən biri dəlləklikdir. Saç düzəltmək yəni, ağlınıza ayrı şey gəlməsin. Təkcə bizim balaca, eni-uzunu 454 metr olan küçədə (bekar vaxtımda ölçmüşəm, doğruluğuna tam qarantiya verirəm) 7 dənə “kişi salonu”, 9 “gözəllik salonu” var. (Bizdə kişilər gözəlləşmir, o üzdən adını belə qoyurlar). Səbəb odur ki, xalqımız bir-birini qırxmağa çox aludədir. Saçlarımız tərəqqi, inkişaf edir, mütləq gərək qırxdırasan. Və mən bir dəfə hardasa oxudum ki, İngiltərədə iki peşə sahiblərinə böyük ehtiyac var: balerina və dəllək. Get, pul qazan. Doğrudur, orada qoyun dəlləyi vəzifəsinə vakant yerlər çoxdur, amma nə dəxli? Adam qırxan, qoyunu da çox asan qırxar. Sözümün canı odur ki, əgər gələn il qəzet bağlansa, gedəcəm İngiltərəyə, qoyun qırxacam. Bəlkə rastıma balerina da çıxdı, beş-on qoyunun puluna xoşbəxt olduq...Ümumiyyətlə, İngiltərədə qoyun sürüləri bir-birinə qarışır, görürsən kiminsə qoyunları azır, oğurlanır. Bunun qarşısını almaq üçün qoyunların gözünün torlu, quzehli qişasının - hansıdır, dəqiq yadımda qalmayıb, ona görə ikisini də yazdım ki, peşmançılıq olmasın - biometrlik identifikasiyası üsulundan istifadə edilir. Çün alimlər deyir ki, bir qoyunun göz qişasının digər qoyunla eynilik ehtimalı milyardda bir qədərmiş. İngilis orda hər qoyuna şəxsiyyət vəsiqəsi düzəltməkdə olsun, keçək nəhayət məktuba. Yoxsa bu məktub az qala yenə üstümdə qalacaq.Məktubu Goranboy rayonu, Qarapirimli kəndinin sakinləri olan Məmmədovlar ailəsi prezident, baş prokuror, polis və çekist nazirləri və sairə məsul şəxslərə yazıbdır, bir surətini də sayıb mənə göndəribdir. Təşəkkür edirəm. Ailə yazır: “Çox hörmətli və bizim ailəmizin və ölkəmizin müqəddəratını həll edən, müstəqil ölkəmizin aparıcı şəxsiyyətləri, dayağı, bu günü və gələcəyi olan, çox-çox hörmət bəslədiyim şəxslərə ürək ağrısı ilə bildirirəm ki, hadisə baş verib”. Bundan sonra xırda təfərrüatlar gəlir, yazıb başınızı ağrıtmayım. Qısa məzmun belədir ki, vətəndaşın 670 baş qoyun-keçisi 10 oktyabrda gecə oğurlanıb, polisə şikayət edib, ancaq heç xeyri olmayıb. Keçək ardına: “Mən öz-özlüyümdə bu işi, yəni bu oğurluğu seçki ərəfəsində törətmələri, kənd camaatının seçkiyə və dövlətçiliyimizə qarşı biganə olma çağırışın bir növüdür”. Cümlə bir az baş-ayaqdır, ancaq düzəltməyə əlim gəlmədi. Davam edək: “Hörmətli cənablar, buna baxmayaraq, şəxsən mən ailəmdəki səsvermə hüququna malik olan 4 nəfəri götürüb səsvermədə iştirak etmişəm, hörmətli prezidentimizə səs vermişik, buna sübutumuz da var. Mən bunu 6 nəfər olan ailəmizin yeganə dolanışıq yolu olan itiyimizin axtarışını dayandıraraq etmişəm. Çox hörmətli cənablar, ümid edirik ki, sizlərin köməkliyi və göstərişi sayəsində və qüdrətli ölkəmizin təcrübəli polisləri sayəsində bu oğru tutulub bizim qoyunlar qaytarılacaq. Son olaraq onu da qeyd etmək istəyirəm ki, aidiyyəti orqan tərəfindən bizim ailəmiz yoxlanılıb nəzarətə götürülsün. Ola bilər ki, bu işi törədənlər bu variant baş tutmadığından başqa yollara, yəni şərə, böhtana əl atarlar”.Şərhsiz... Zamin HACI
45,255
30.12.2008 09:05
Dünya
AMERİKADA ÜSYAN TƏHLÜKƏSİ YARANIB
Orada deyilir ki, əgər vəziyyət nəzarətdən çıxsa və ölkədə kütləvi iğtişaşlar başlasa, ABŞ ərazisinin böyük hissəsində ordu vəziyyətə müdaxilə etməyə hazırdır: “Əgər yerli hakimiyyət orqanlarına və federal qurumlara qarşı təşkil olunmuş zorakılıq aktlarının miqyası böyüyərsə və polis vəziyyətə nəzarət edə bilməzsə, o zaman ordunun işə qarışması qaçılmaz olacaq. Ölkə daxilində geniş vətəndaş itaətsizliyi ABŞ hərbi komandanlığını ictimai asayişin təməlini bərpa etmək üçün prioritetlərini dəyişdirməyə məcbur edəcək”.Qeyd edək ki, qlobal iqtisadi böhranın bir çox ölkələrdə kütləvi iğtişaşlara, üsyanlara səbəb ola biləcəyi haqda xəbərdarlıqlar BMT-nin baş katibi, Beynəlxalq Valyuta Fondunun prezidenti və digər instansiyalardan edilib. Dünyanın ən iri ölkələrindən Rusiyada isə artıq kütləvi narazılığın artması özünü göstərir. Federal rəhbərlik yerlərdə mümkün kütləvi etirazları yatırmaq üçün artıq daxili qoşunları səfərbər edib. Amerikada isə 130 il əvvəl qəbul edilmiş qanuna görə, silahlı qüvvələrdən ölkə daxilində istifadə edilə bilməz. Lakin 1994-cü ildə Pentaqon fövqəladə vəziyyət halında insanların həyatını xilas etmək üçün silahlı qüvvələrə səlahiyyətlər tanıyan sərəncam verib.
45,256
30.12.2008 10:16
Gündəm
HƏBSDƏKİ “ERGENEKON”çu PARTİYA YARATDI
Özkan mesajında qeyd edib ki, vaxtilə Atatürk müstəqillik atəşini alovlandırıb, onlar isə 21-ci əsrin əvvəllərində Türkiyədə böyük azadlıq hərəkatı başladıblar. Özkanın partiyasının proqramında pulsuz və məcburi orta təhsil, din azadlığı, sosial dövlət və digər məsələlər yer alır. Yeni partiyada yer alanlar arasında keçmiş Ana Vətən-Doğru Yol hökumətinin əmək və sosial təminat naziri Yaşar Okuyan da var. Keçmiş cümhuriyyət baş prokuroru Vural Savaş da qurultaya qatılıb və çıxış edib. Qurultayda Özkanın ötən il Türkiyədə prezident seçkiləri zamanı Abdullah Gülün dövlət başçısı olmasına qarşı təşkil edilən cümhuriyyəti müdafiə mitinqləri zamanı etdiyi çıxışlardan hissələr göstərilib. Özkan “Kanaltürk”ü hökumətə bağlı çevrələrə satmağa məcbur olduqdan sonra “Biz neçə nəfərik” adlı ictimai etiraz kampaniyası başlatmışdı. O, “Ergenekon” əməliyyatlarının sonuncu dalğasında həbs edilib. Özkan silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir.
45,257
30.12.2008 09:13
Yazarlar
ERMƏNİLƏR DƏ YAP-çılar KİMİ SEVİNİR
Bəs ermənilər niyə YAP-çılar kimi sevinir? Bizdə əbədi prezidentlik dönəminin başlamasından onlara nə? Erməni politoloqu David Babayan Azərbaycanda monarxiyanın qurulmasının onların xeyrinə olmasını belə izah edir: “Azərbaycanın antidemokratik bir ölkəyə çevrilməsi ”DQR"-in müstəqilliyinin tanınmasına meylləri artıracaq".Babayan deyir ki, dünya başa düşəcək ki, o cür bir rejimdə yaşamaq nə deməkdir və “DQR” ermənilərinə monarxiya altında yaşamağı təklif etmək ədalətsizlik kimi qəbul ediləcək. Bir sözlə, ermənilər Azərbaycanda respublika quruluşunun şahlığa çevrilməsini artıq əldə bayraq etməkdədir və bunun bütün hallarda öz xeyirlərinə olduğuna əmindirlər.Bəli, nə Azərbaycanın ziyanınadırsa, həmin şey erməniləri sevindirir. Burada mürəkkəb və başa düşülməsi çətin olan heç nə yoxdur.Ermənistanda da demokratik idarəçilik yoxdur, etiraf edək ki, bu, bizi daha çətin duruma düşməkdən qoruyur. Bu məsələdə sevinmək əvəzinə onların öz hallarına ağlaması daha məntiqli olardı. Amma bütün hallarda konstitusiyanın bədnam niyyətlərlə dəyişdirilməsinin baş tutması daha çox bizi çətin vəziyyətə salacaq. Nəzərə alsaq ki, əbədi prezidentlik bir ölkəni hansı acı durumlara aparır, onda baş verənlərin doğrudan da ermənilərin xeyrinə olduğunu başa düşmək asanlaşar.Əbədi prezidentlik istənilən ölkəni gec-tez tar-mar edir. Zəiflədir, inkişafdan saxlayır və hətta fəlakətə sürükləyir. Onun vurduğu yaralardan qurtulmaq da asan və tez olmur. Hər halda, biz əbədi prezidentliyin baş tutmayacağına, bu rejimin təsəvvür olunduğundan da tez bir vaxtda yıxılacağına əmin olub ölkəni gözləyən fəlakətlərin üzərində geniş dayanmırıq. O fəlakətləri təsəvvür etmək isə çətin deyil.Dünya diktaturaların tarixdən silindiyi bir dönəmə qədəm qoyub. Belə bir ortamda Avropa məkanına daxil olan bir ölkədə İlham Əliyev öz əbədiliyini heç cür təmin edə bilməyəcək. Məğlubiyyət qaçılmazdır, Rusiyaya arxayın olub regionun avtoritarlıq avanqardına çevrilmək heç də düz hesablar deyil. Rusiyanın özünü də amansız sınaqlar gözləyir.Dünən Somali prezidenti Abdulla Yusif parlamentə gedərək istefa verdiyini söyləyib. Hətta Somalidə parlamentlə prezident arasında siyasi qarşıdurma bu cür nəticələnirsə, siyavuşnovruzovlar Azərbaycanı çəpərləyə bilməyəcək. Azərbaycan onun saqqız çeynədiyi qondarma parlamentlə, əbədi prezidentlə davam edə bilməyəcək.Demokratiya qaçılmazdır, onu müxalifətin hakimiyyətə gəlişi kimi başa düşmək əvəzinə onsuz bir ölkənin hansı hala düşdüyünü təsəvvür etmək lazımdır. Demokratiya artıq hakimiyyət və idarəetmə formasından başqa həm də varolma modelidir. Son günlərin Özbəkistanı haqda bir az məlumatlanmaq pis olmazdı. Bu ölkə İslam Kərimov kimi bir müstəbidin əlindən qan ağlayır, aclıq, tənəzzül meydan sulayır. Artıq bu cür davam edə bilməz!Azərbaycanı da Özbəkistan olmaq gözləyir, əbədi prezidentlik bunu qətiləşdirdi. Ermənilər buna sevinməzmi?!
45,258
30.12.2008 09:27
Yazarlar
KƏPƏNƏK ÖMRÜ
Bu mücərrəd suallara həm mücərrəd, həm də konkret cavablar vermək olar. Və bu suallara zaman-zaman minlərlə cavablar verilib. Sayı bəlli olmayan sənət əsərləri də bu cavabların içindədir. Şairi də, rəssamı da, heykəltəraşı da, yazıçısı da həmin suallara min bir cavab verib.Müxtəlif səbəblərdən yazılmayan, tamamlanmayan əsərlər də öz yoxluğu və yarımçıqlığı ilə tale suallarına cavab verənlərin arasındadır. Yazılmayan sənət əsəri misralar, sətirlər arasındakı boşluq kimidir, bəlkə də lal-dinməz sükut kimidir. Sükutdan, susmalara, boşluqlara, nədənsə yazılmayanlara, yaradılmayanlara hörmətlə yanaşmaq, yazmaq, yaratmaq, görünmək, danışmaq, varoluşunu təsdiqləmək fürsətini, şansını itirməyənlərin borcu, vəzifəsidir.Mən çap olunmaq, çox yazmaq, çox tərcümə olunmaq, şan-şöhrət sahibi olmağın, ad-san almağın pərdədən, maskadan başqa bir şey olmadığına, o sadalananların əbədi dəyərlərlə bağlı heç bir şeyi müəyyənləşdirmədiyinə inanıram. Buna da inanıram ki, yaza biləcəklərinin haqqını almayanlardan Mikayıl Müşfiq də, Əli Kərim də, Aydın Məmmədov da, Vidadi Paşayev də, Natiq Səfər də və neçə-neçə tanımadığım və ya unutduğum təmənnasız yaradıcı insanlar bu haqqa layiqdir. Bu insanların içində mərhum dostumuz Vidadi Məmmədovun adının olduğuna kimsənin şübhəsi olmasın gərək. İnsaf, vicdan, etibar varsa... *** Yazın gəlişi 13-14 yaşlı yeniyetmə üçün bir başqa bayramdır. Yaşın baharçağı ilə dünyanın baharının üst-üstə düşdüyünün nə cür möcüzə olduğunu xeyli keçmiş, yaşlanandan sonra başa düşdüm. Və ömrün uzunluğu, bitməzliyi haqqında ilk təsəvvürün o ilıq yaz günü dörd tərəfimdə uçuşan rəngbərəng kəpənəklərə uzun-uzadı baxandan sonra əmim oğlu “Onların ömrü bir neçə gün, bəlkə də bir neçə saatdır” deyəndən sonra insan ömrünün, yəni öz ömrümün sonsuzluq qədər olduğunu dərk edəndə kəpənəklərə dəhşətli yazığım gəldi və o yazıqgəlmənin içində alabəzək qanadları yaz səhərinin günəşində bərq vuran kəpənəyə baxa-baxa ömrümün uzunluğu, sonsuzluğu haqqında qürur və sevinclə düşünürdüm. Və arabir ömrümün uzunluğu məni darıxdırırdı. Bu uzun, sonsuz zaman içində oxuyurdum, ev alırdım, nə keflər edirdim, maşın alırdım, evlənirdim, uşaqlarım, nəvələrim olurdu, zaman bitmirdi ki, bitmirdi. Bu sonsuzluq içində o alabəzək, ağ, mavi, sarı kəpənəklərə heç olmasa bir həftə, bir ay, lap elə bir il bağışlamaq istəyirdim. Amma heç cür mümkün deyildi. Hər şeyi bağışlamaq olar, ömürdən başqa. Rəhmətlik dostum Vidadi hərdən zarafat, şənlik üçün oynadığı qumar masasında oturanda özündə olmurdu. Hər cür oyun onun üçün maraqlı idi, təki vaxt keçsin. Top da atılsa onu yerindən qaldıra bilməzdi. Tək bir yazıçı ona yaxınlaşıb yazıq-yazıq: “Vidadi müəllim, vaxtuz var?” deyəndə həm o yazıçının zavallı sifəti, həm də yüz qram arağın gətirəcəyi nəşə onun ürəyini yumşaldırdı: - “Müəllim, sən əlitəmiz adamsan, mənim yerimi qoy, özü də temnit elə, mən 2 dəqiqəyə gəlirəm”. Və o yazıçıya belə deyirdi: - “Vaqif müəllim, sənə 2 dəqiqə yox e, ömrümün axırdan 10 ili, 20 ili qurbandı”.Bu sözləri deyəndən 7-8 il sonra Vidadi maşın qəzasında ağır yaralandı, xəstəxanada son dəfə gözünü açıb: “İşlər yaxşı deyil” deyib son dəfə gülümsədi. Mən bütün həyatım boyu bu qədər həm acı, həm də şirin, doyumsuz, ümidli, ümidli olduğu qədər ümidsiz təbəssüm görməmişəm. Hardansa ağlıma gəldi ki, Vidadiyə təsəlli verim, heç olmasa bir dəfə də gözünü açıb gülümsəsin və mən bir an əvvəlki o dəhşətli təbəssümü təzə təbəssümün içində əridim, unudum getsin: - “Vidadi, Vaqif Musa yadındadımı? Səndən vaxt istəyirdi, sən də ömrünün axırından 15-20 il verirdin? Yadındadımı?”Vidadi gözünü açmadı, bircə qupquru dodaqları tərpəndi. Tək bir kəlmə deməyə nəfəsi çatmadı. Nəfəs tükənmişdi, ömür bitmişdi. Sonralar anladım ki, Vidadi rəhmətlik yazıçı dostuna söz verdiyi borcunu qaytarmaq istəyirmiş. Mənə dediyi son söz də bəlkə elə bu imiş: “Verdim”.Vidadinin ölümünə heç kəs inanmırdı. Hamı elə bilirdi ki, zarafat eləyir, həmişə olduğu kimi kimisə dolayır. Bu dəfə bütün dostların hamısını bir yerdə dolayıb qəhqəhə çəkir. Mollanın başının üstündən asılmış xalçanın üzərində böyüdülmüş şəkildə də gülümsəyirdi. Şəkil çəkdirməyi heç sevməzdi. Şəkillərini özündən xəbərsiz toyda, şənlikdə çəkirdilər. Bu şəkildə yalnız bir cüt göz onun yoxluğundan, öldüyündən xəbər verirdi. Hardasa kədərli və hardasa sevincli, yasda çoxdan görmədiyim, hər gün gördüyüm dostlarla söhbət edir, çay içirdim və Vidadinin ölməyinə inanmayan adamlarla ölmüş Vidadi haqqında xatirələrimizi bölüşürdük. O xatirələri yas ədəb-ərkanı ilə sakitcə dinləmək mümkün deyildi. Hamı yas məclisində olduğunu unutmuşdu. Pıqqıltıyla gülən şaqqanaq çəkib gülənə qarışmışdı. Yad adamlar getmişdi. Vidadinin bizi tanıyan qohumları, oğlu gülməyimizə əsəbiləşmirdilər, hətta hardasa sevinirdilər ki, Vidadinin, maşallah, bu qədər dostu var: hərəsi də bir işdə, bir mənsəbdə. Raykom katibindən professora, yazıçıdan baş redaktora, rektordan adlı-sanlı jurnalistə, şairə qədər kimlər yox idi bu məclisdə?! Bu xatirələrə qulaq asanlardan biri də xalçanın üstündən dərd-ələm dolu baxışlarını bizə zilləyən Vidadi idi. O baxışlar bizə nələr demirdi, ilahi! Amma o deyilənlərin içində iki sözü - qızının, oğlunun adını mən o qədər aydın eşidirdim ki...Onda ilahi söz hissiyyatı, dil duyğusu vardı. Sözün qəlp olub-olmadığını göydə bilirdi. Yamsılamanı, təqlidi heç sevməzdi. Sevmədiyini də açıq-aydın deyərdi: zarafatla, dolamaqla, şəbədə ilə. Onu da deyim ki, sevdiyi, saydığı adamla zarafat edərdi. Sevmədiyi adamın üzünə baxmazdı və əsla zarafat etməzdi. Yazıb-pozanların hamısı Vidadidən çəkinər və yazıları haqqında ilk fikri ondan soruşardılar. Allah onu birləşdirmək, rəbt etmək, bağlamaq üçün yaratmışdı. Bir-birini sevməyən, yola getməyən, bəyənməyən adamlar da Vidadinin ətrafında birləşmişdi. Evində özünün olan yeganə kitab Rəşad Nurinin “Çalıquşu” romanı idi. Çox sevərdi, bəlkə min dəfə oxumuşdu. O, bizim kimi oxumurdu. Oxuduğu bir cümlə onu başqa dünyaya aparırdı və o kitaba baxa-baxa vərəqlədiyi kitabı yox, içindəki o dünyanı oxuyurdu. Onun oxuduğu o dünyanı kim yazmışdı, ilahi! Rübabə xanımın səsini dəlicəsinə sevirdi. O səs onun içində yaşadığı və heç vaxt yaşamayacağı eşq aləmi idi. Bu eşqi müqəddəs bilirdi. Özündə azan, özündə boğulan adamın xilası öz-özünü növbəti dəfə azdırmaqdan başqa nə ola bilərdi axı? Bizdən yaşca kiçik olsa da kiçik işlərdə böyük təcrübəsi olan Baba Vəziroğluna deyirdi: “Vallah, bu gədə dünyaya bir dəfə də gəlib və bir dəfə də yaşayıb”. Sonralar onun nə qədər haqlı olduğunu gördüm. Vaqif Əlixanlıya şahə qalxmış ilan deyərdi, özü də sevən ilan. Mənə aşıq deyirdi. Umacağı olanda “müdrik adam” deməyi unutmazdı. “Kiçik hədiyyələrin böyük ustası” ifadəsini də mənə ünvanlamışdı. Köhnə kənd dəyirmanlarını çox sevərdi və dostumuz Mövlud Süleymanlının “Dəyirman” povesti çıxanda “Bir dəyirmanımız vardı, onu da Mövlud korladı” deyib uğunub gedərdi. Yazıçılar Birliyindən söhbət düşəndə deyərdi: “Qardaş, biz kənddən-kəsəkdən gəlmişik. Bu soyuz (Yazıçılar Birliyi) Anarın, Elçinin, İntiqam Qasımzadənin doğma evidir. Onlar burada doğulub, burada böyüyüblər”.60-cılar nəslinin (Anarın, Yusif Səmədoğlunun, Əkrəm Əylislinin, Elçinin, İsi Məlikzadənin, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, A.Abdullanın...) yaradıcılığını gözəl bilirdi və o nəslin ən gözəl tənqidçisi də, təbliğatçısı da, qoruyanı da, yamanlayanı da Vidadi idi. Yazıçı Sabir Əhmədovun şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirirdi. Y.Səmədoğluna dəhşətli yazığı gəlir və öz aramızda ona “müflisləşmiş bəy” deyirdi, üzbəüz xətir-hörmət saxlardı. Hamı ilə - özü ilə, ailəsi ilə də zarafat edən bu adam qədər utancaq, həyalı adama həyatım boyu rast gəlməmişəm. Bu, elə bir dəhşətli paradoks idi ki, indi də onu anlaya bilmirəm. Qəbul imtahanına gələn bir yazıçı dostumuza Füzulidən olduğunu sübut etdirmək üçün fitlə Ağabala Abdullayevin “Zabul segah”ını necə çaldırdığını ləzzətlə danışıb qəşş edincə gülür, bizi də güldürürdü. Mərhum şair dostumuz Tahir Aslanı çox sevirdi və zarafatla ona deyərdi ki, Allah səni rusları aldatmaq üçün Çiçi kəndində xüsusi sifarişlə hazırlatdırıb.Başqasının adından məqalə yazmağı sevərdi. Ədəbi aləmə bomba kimi düşən bu yazılar onun ədəbi mühitlə məzələnməsiydi. Dostumuz Azər Abdullaya “Ordusunu məğlubiyyətə uğratmış məğrur hökmdar” deyərdi. Onu hamı sevərdi. Sevməyənlər həsəd aparardı ona. Vidadinin “kruqunda” olmayan dünyada olmayan kimi bir şey idi.O yaşayırdı: içində bir həyat, çölündə bambaşqa bir həyat. Yuxarı qatdan aşağı düşən büllur sürahi kimi uçurdu və yerə dəyib ciliklənəcəyi ana can atırdı. Hardansa bu tüstülü yasxanada dərdin-sevincin qarışıq aləmində doğulduğum kəndin may səhərini, o may səhərinin alabəzək, ağ, mavi, sarı kəpənəklərini xatırladım. O kəpənəklərin qısa ömrü nədənsə ürəyimi sıxmırdı. Vidadinin ölümü ilə, bizim ömrümüzlə kəpənəklərin ömrünün heç fərqinin olmadığını anladım. Vidadinin kəpənək ömrü bitmişdi. Dünyadan bir kəpənək, bir insan azalmışdı. Hətta 15-20 ilini söz verib bağışlasa da, bağışlamasa da o ömür artıq əriyib getmişdi. Kəpənəyin 2-3 saatlıq və ya 2-3 günlük ömrünün Vidadinin ömründən nə qədər uzun olduğuna çaşıb qalmışdım. Bu üç saatda və ya üç gündə o kəpənək də kəpənək elmini oxuyur, kəpənək universitetini bitirir, kəpənək yuvası qurur, kəpənək qızı sevir, evlənir, uşağı, nəvəsi olur, qocalır və uzundan uzun ömrünü Allaha tapşırır. Hardansa yadıma Tərtər düşür. Üzümü cavankən qocalmış qələm dostumuz Əliyə, Vidadinin yeniyetməlik dostuna tutub soruşuram: “Əli, Tərtər çayı yenə Bərdənin içindən axıb keçir?” Əli məlul-məlul gülümsəyir: - Tərtər çoxdan quruyub.Bunu nə üçün soruşduğuma utanıram. Əli abırlı-həyalı adamdı, yanlış başa düşə bilər. Bir az da keçir. Üzümü qətiyyən yas adamı olmayan məşhur həmişənikbin diktora tuturam: “Qağa, Vidadinin çox sevdiyi, sənə ”Azneft"dən Cəbrayıldakı yas çadırına qədər oxutduğu hava nə havasıydı? Yadında deyil ki?" - “Niyə yadımda deyil, qadan alım. ”Şahnaz" təsnifi. Yazıq ölürdü “Şahnaz” təsnifi üçün". - “Yadımdadı”- deyirəm.Yenə Vidadinin səsini eşidirəm: “...Mən ”Şahnaz" təsnifi gücündə yaza bilərəm. Amma yox, o gücdə yaza bilmərəm. Çətindi. Əlimə qələm almağa utanıram. Bir kəlmə yazmaq istəyən kimi ruhum az qalır ağzımdan çıxıb getsin. Olub-keçən hər şey burulğan kimi məni özünə çəkir. Bir də mən necə yazım, gördüyüm Tərtər yoxdu dünyada, quruyub. Hər şeyimi özü ilə aparıb. Apardığı ən böyük şey mənim ilk sevgim, ilk eşqimdir. Nə isə. Çox danışmağa həvəsim yoxdu. Bəlkə bir şahmat oynayaq? Yox, gedək doktorgilə. Biz bir az kitab oxuyaq (dostlarla zarafatla qumar oynamağa “kitab oxumaq” deyirdi), sən də bax, həzz al. Həvəsin olsa sən də oynayarsan. Professorların hamısı orada olacaq, gələcək prezident də". “Prezident kimdir, ay Vidadi?”- soruşuram. “Dostumuz”- deyir. Sonra əlavə edir: “Vallah, o, prezident olacaq. Görəcəksiniz. Ay kişi, gecə saat 3-də qapısını döyürük, bir dəqiqənin içində əynində ütülü qara kostyum, ağ köynək, qalstuk olardı, heç vaxt arxadan bağlamadığı taxta qapısını açıb: ”Bəylər, xoş gəlmisiniz. Buyurun içəri" deyir. Qəribə adamdır. Bu dünyada belə qəribə adam görməmişəm. Belə təmiz, əqidə adamına kitablarda rast gəlmək olar. Yox, o, prezident olacaq, vallah, billah olacaq".Vidadinin ölümü bir dövrün sonu oldu. Bir nəslin həyatının son fəsli Vidadinin ölümü oldu. Dostumuz prezident oldu. Və bir gün prezident iqamətgahında çay içəndə üzünü mənə tutub dedi:- “Vidadinin sözü yadındadımı? Mənə prezident deyərdi”. - “Yadımdadı”. Şaqqanaq çəkib güldü:- “Mən mətbəxdən sizə çay, pendir-çörək gətirəndə hirslənib yarızarafat-yarıciddi ”A bəy, olmadı, bir prezident dostumuz olacaq, o da çay gətirir. Olmadı, heç olmadı" deyərdi. Bəy Vidadini çox sevirdi. “O, bizə gülməyə haqqı olan yeganə adam idi” deyərdi.Məncə, ən çox sevdiyi adam idmançı dostumuz, stadionda ürəyi partlayıb ölən Şükür müəllim idi. Onun ölümü Bəyi sarsıtmışdı. Deyəsən, Bəy də ölümün gerçəkliyinə Şükür müəllimin ölümündən sonra inanmışdı. Aydın Məmmədovun savadını, Natiq Səfərin qeyri-adiliyini, İsfəndiyarın etibarını, Oqtayın qılıqlı, səbrli olmağını, Alimin səsini, Vaqif Bayatlının sağlığını, Cəfər Qiyasinin əqidə bütövlüyünü, Qədirin nəfəsini çox sevirdi. Vidadi Bəy üçün həyatın özü idi: çayxanası, meyxanası, eşqi, əyləncəsi - hər şeyi ilə. Sonra siyasətçilər Bəyi bizim əlimizdən aldılar. Taleyi Bəyi qurban seçmişdi. Millət üçün, məmləkət üçün, bütövlük üçün, türklük üçün. Özü-özünü qurban verdi, nə fərq edir - özü verdi, onlar verdi, biz verdik. Qurban qurbandır. Qurban olmayanda millət də olmur, məmləkət də. *** Yenə yadıma yeniyetməliyin o may səhəri və o may səhərinin bir qara xallı ağ kəpənəyi düşür. Kəpənəklərin ən uzuncası ən uzağa uçub getdi...Çadırda adamlar azaldıqca hüzn də artırdı. Yas adamları hüznü, kədəri udur. Adamsızlıq yalqızlıqdır. Yalqızlıq da ölümün başqa bir adıdır. Stəkan-nəlbəkini, xurma, halva qablarını yavaş-yavaş yığışdıran cavanlar çadırın həsir qapısını açıq qoymuşdu. Çöldən içəri dolan soyuq, təmiz payız havasında hər şey var idi, Vidadidən başqa. Elə bu zaman ilin bu vaxtı üçün möcüzə baş verdi. Çadırın açıq qapısından bir alabəzək kəpənək uça-uça içəri girdi, ətrafda 5-6 dövrə vurub çadırın başındakı mollanın boş qalmış yerinin üstündə Vidadinin kədərli, gülümsər şəklinə doğru uçdu. Uçdu və şəklin sol gözünə qonub tərpənməz oldu. Elə donub orada da qaldı. Kəpənək Vidadiyə ömür gətirmişdi. Heyf ki, gecikmiş, gətirdiyi ömür payı sahibinə çata bilməmişdi... Son söz yerinə Vidadinin ölümündən bir neçə dəqiqə əvvəl gözünü açıb son dəfə bir anlığa mənə baxması, xəfifcə gülümsəməsi və artıq sönməkdə olan baxışları mənə bir xeyli söz demişdi. Bu sözlər onun gözləri ilə etdiyi vəsiyyəti idi: uşaqlar amanatı, anam amanatı, bacım, qardaşım amanatı...Bu vəsiyyət hər atanın, qardaşın, övladın son sözü kimi təbiidir. Bəlkə elə buna görə son sözləri - vəsiyyəti anında oxuyub anlamışdım.Ancaq çox sonralar, elə bu yaxınlarda məhrəm bir yay gecəsinin yalqızlığında Vidadinin ömrünün son anında mənə baxışları ilə dediyi sözlərin şifrəsini açdım, bəlkə də hardansa eşitdim, duydum: “Əcəl aman versə, o bəyaz kəpənəyin sirrini açardım. O sirri məndən başqa heç kəs bilmir...”Əcəl aman vermədi.
45,259
30.12.2008 09:20
Yazarlar
AVTOKRATİYAYA MEYDAN OXUYANLAR
Bu gün heç kim deyə bilməz ki, Saakaşvili və onun komandası hansısa şəkildə korrupsiyaya bulaşıb və ya qanunlara məhəl qoymur. Mişa haqlıdır deyəndə ki, Gürcüstanın iqtisadiyyatı hazırda Avroatlantik məkanda ən az korrupsiyalaşmış iqtisadiyyatdır. Bu, o anlama gəlir ki, qərb qonşumuz 5-6 ilə regionun iqtisadi cəhətdən çiçəklənən, xalqı rifahda bulunan, bölgənin lider ölkəsinə çevriləcək. Yeri gəlmişkən, iqtisadçı ekspertlər belə proqnozu çoxdan veriblər. Mişa uzaqgörən adamdır. O yaxşı fərqindədir ki, qiymətli təbii sərvəti olmayan Gürcüstanı yalnız demokratiya yolu ilə, iqtisadi-biznes azadlıqlarına geniş meydan verməklə Avropanın qüdrətli, sayılıb-seçilən ölkələrindən birinə çevirmək olar. İndi bir anlığa təsəvvür edin ki, dörd yanda avtoritar quruluşlu, əhalisi çətinliklər içində çabalayan, əzilən, azadlıqları boğulan Rusiya, Ermənistan, Azərbaycan, Abxaziya, Osetiya kimi respublikalar, ortada isə inkişafda olan Gürcüstan. Qonşu xalqlara əsl örnək, nümunə bax, onda olacaq. Belə bir dövlətin tərkibində kim, hansı xalq yaşamaq istəməz ki? Rusiyanın imperiya ambisiyalarına ən böyük zərbə də məhz bu olacaq - demokratik, çiçəklənən Gürcüstan faktoru. Bu mənada gürcülər ən doğru yoldadılar. Onlar cəmiyyət olaraq buna can atırlarsa, Saakaşvili sayəsində rüşvətsiz, yalansız, yaltaqsız, şəxsiyyətə pərəstişsiz bir toplumun bazisini qurublarsa, deməli, istəklərinə mütləq çatacaqlar. Hədəfə doğru yolda Saakaşvilini bir başqası əvəz etsə belə. Çünki əsas prosesin dayanmamasıdır. Axı demokratiya sonsuz prosesdir; obrazlı ifadə etsək, işlənən dilək kimidir, ondan istifadə etdikcə daha çox parlayır, yararlanmadıqca, pis faydalandıqda isə korşalır, paslanır, əcaib hala düşür. Sivil inkişaf, demokratiya da zatən budur - kiminsə əvəzolunmazlığı mifindən, cənnət nağıllarından qurtulub millətin intellektual potensialına, onun ağıllı başlarına güvənmək, bu başlardan səmərəli istifadə etmək. Gürcü lideri demokrat olaraq bunu dərk edir. Onu da bilir ki, digər bir demokrat onu əvəzləsə belə, faciə olmayacaq, onun başladığı iş davam etdiriləcək. Zira, avtoritar rəhbərlərdən fərqli olaraq Saakaşvili üçün, onun demokrat alternativləri üçün hədəf hakimiyyət deyil, xalqın rifahı, təhlükəsizliyidir. Fərq bu dərəcədə böyük. Öz xalqının yaddaşında da Mişa məhz CIĞIRAÇAN kimi qalacaq. Amma təkcə öz xalqınınmı?..Azərbaycana gəlincə, bizdə lap “yuxarıları” demirik, heç adicə bir məmurun ağlına gələrmi ki, bəlkə mən həqiqətən pis işləyirəm, bəlkə həqiqətən xalq məndən narazıdır və istefaya gedim? Yoxdu belə şey. Azərbaycanda hakimiyyətdən, vəzifədən könüllü gedənə birtəhər baxır, onu az qala anormal adam sayırlar. Eləcə də rüşvət alıb-verməyi bacarmayana. Çünki “bizimkilər”in təsəvvüründə hakimiyyət, kürsü hüdudsuz səlahiyyətlər, əbədi hökmranlıq deməkdir. “Heç hakimiyyəti də verərlərmi?”, “Gəlmişdilər də, bir il hakimiyyətdə qala bilmədilər”. AXC iqtidarının ünvanına ən çox səslənən ittihamlardır bunlar. Göründüyü kimi, keçmiş cəbhəçilər hakimiyyəti əldən verdikləri üçün yox, daha çox saxlaya bilmədikləri üçün ittiham edilirlər. Bu cür ittiham müəlliflərinin inancına görə, istefa vermək, vəzifədən getmək zəiflik əlamətidir. Onların əqidəsincə, hakimiyyətə gəldinsə getmək söhbəti ola bilməz. Necə ki, getmirlər. Hətta əcəl imkan verməsə, yenə macal tapıb hakimiyyət sükanının yad əllərə keçməsini önləmək avtoritar idarəçiliyin vacib şərtlərindən sayılır. Bu xüsusda demokratiya, demokratik idarəçilik bir düşüncə tərzidir, yaşam fəlsəfəsidir, istəyirsiniz lap ictimai əxlaq problemidir. Zahid SƏFƏROĞLU
45,260
30.12.2008 09:33
İqtisadiyyat
RÖVNƏQ ABDULLAYEV NEFT DAŞLARINDAKI QƏZADAN DANIŞDI
Dünən mətbuata açıqlama verən Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev borunun sıradan çıxan hissəsinin dəyişdirildiyini deyib. O, həmçinin bildirib ki, bu müddətdə hasilat dayandırılmayıb və xam neft sahilə tankerlərlə daşınıb: “ARDNŞ-nin bütün strukturları bu işə cəlb olunub. Artıq boru xətti təmir edilib və suya buraxılıb. Biz 2 günə borunu saxladıq. Əsas daşınmalar donanmanın tankerləri vasitəsilə aparılır. Ekologiya idarəsi, eləcə də “Ekol”un mütəxəssisləri hadisə yerində oldular. Müəyyən az miqdarda axıntı olub. Hadisə nəticəsində ekologiyaya heç bir ziyan dəyməyib”. Yeri gəlmişkən, kəmərdəki qəzanı redaksiyamıza xəbər verən mənbə hadisənin dekabrın 22-də olduğunu bildirir. Qaynağın sözlərinə görə, Neft Şirkəti hadisədən yalnız üç gün sonra - dekabrın 25-də xəbər tutub. Amma faktı ictimaiyyətə açıqlamayıb. Bu müddət ərzində isə yüz minlərlə ton xam neft dənizə axıb. Nəticədə dənizin səthində kilometrlərlə uzanan iri neft ləkəsi əmələ gəlib, bölgədə ciddi ekoloji fəlakət yaşanır. Hadisənin şahidi olmuş qaynağımız bildirir ki, dənizin neftlə çirklənmiş ərazisi minlərlə ölü quş və balıqla doludur.O da qeyd edilir ki, qəzaya uğrayan neft xətti 30 il əvvəl çəkilib. Mütəxəssislər qəzanın səbəbləri barədə danışarkən ilkin versiya kimi neft kəmərinin korroziya (çürümə) nəticəsində sıradan çıxdığını söyləyirlər.
45,261
30.12.2008 09:21
İqtisadiyyat
RÜSTƏM İBRAHİMBƏYOVUN ADI BANK QALMAQALINDA
R.İbrahimbəyov isə vurğulayıb ki, o, ümumiyyətlə, “Debüt” adında bank tanımır: “Bu bankın adını birinci dəfədir eşidirəm. Mənim Azərbaycanda heç bir bankla əlaqəm yoxdur”.“Debüt” Səhmdar Kommersiya Bankı 1994-cü il dekabrın 30-da dövlət qeydiyyatına alınıb və Milli Bankın verdiyi ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir. Rəsmi saytındakı (www.debutbank.az) məlumatlara görə, bankın səhmləri dörd fiziki şəxsə məxsusdur. İdarə Heyətində Səmədov Faiq Mədət oğlu, Novruzov Zöhrab Aslan oğlu və Vəliyev Həmzə Məhəmməd oğlu təmsil olunurlar. Müşahidə Şurası üzvləri siyahısında isə Qəribov Rəşad Fərhad oğlu, Əhmədli Nicat Musa oğlu və Cavadzadə Bayram Şahin oğlunun adları var.Baş ofisi Bakıda yerləşən bankın 7 filalı hüquqi və fiziki şəxslərə xidmət göstərir. 2008-ci ilin oktyabr ayına olan məlumata görə, onun kapitalının ümumi həcmi 11740.08 min manatdır. Mötəbərliyi şübhə doğurmayan mənbələr “Media forum”a bankda hesabı olan müştərilərin bir neçə gündür hər hansı əməliyyat həyata keçirə bilmədiyini deyir. Artıq bəzi müştərilərin hesablarını digər banklara köçürməsinə dair məlumatlar da var.
45,262
30.12.2008 09:37
İqtisadiyyat
2008-in YEKUNLARI İQTİSADÇILARIN GÖZÜ İLƏ
2008-ci ildə xarici maliyyə qurumlarından götürülən kreditlərin həcmi də artırıldı. Faktiki, xarici borclar 3 milyardı ötüb. Cari ildə ölkəyə qoyulan investisiyaların həcmində azalma baş verdi. Bu ilin 11 ayında Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyalar 13 faiz azalıb. “Bir pənəcərə” sisteminin tətbiqi hökumətin yeganə uğuru oldu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, ilin iqtisadi yekunlarını birmənalı şəkildə müsbət və ya mənfi qiymətləndirmək mümkün deyil: “Əvvəla ona görə ki, bu il iqtisadi baxımdan institusional sahədə müəyyən islahatların aparılması ilə yadda qaldı. 2008-ci ilin yekunlarına nəzər saldıqda ”bir pəncərə" sisteminin tətbiqini diqqətdən kənarda saxlamaq mümkün deyil. Xüsusən Vergilər Nazirliyinin həyata keçirdiyi “bir pəncərə” sistemi vergilərlə bağlı prosedurların azalmasına gətirib çıxardı. Sistemin tətbiqi Dünya Bankının biznesin məşğulluğu hesabatında Azərbaycanı dünyanın 10 ən çox islahat aparan ölkəsi elan etməsinə səbəb oldu. “Bir pəncərə” sisteminin tətbiqi cari ildə hökumətin iqtisadi baxımdan ən ciddi uğuru kimi qiymətləndirilə bilər. 2008-ci il eyni zamanda ənənəvi iqtisadi problemlərin böyüməsi və ya mübarizə aparılmaması kimi yadda qaldı. Bu il Azərbaycanda son 5 ildə ən yüksək inflyasiya tempinin qeydə alınması gözlənilir. Söhbət ondan gedir ki, 2008-ci ildə rəsmi olaraq inflyasiyanın 20 faizdən artıq olacağı gözlənilir. Nəzərə alsaq ki, 2007-ci ildə bu rəqəm 16,7 faiz olmuşdu, hazırkı göstərici bundan çoxdur. 2008-ci il qiymət artımları ili kimi yadda qaldı. Səbəb isə bahalaşmanı şərtləndirən ənənəvi iqtisadi problemlərə qarşı mübarizənin aparılmamasıdır. Halbuki bu il inhisarçılığa, inhisar qiymətlərini diqtə edən şirkətlərə qarşı hökumətin mübarizə aparacağı güman edilirdi. Prezidentin də bu yöndə bəyanatına baxmayaraq, hökumət inhisarçılığa qarşı ortaya hansısa fəaliyyət qoymadı. Bu onunla bağlıdır ki, inhisarçılar bəzi iqtidar nümayəndələrinin məhz özləridir". 2008-ci ildə Azərbaycan dünyanın ən çox korrupsiyaya uğramış ölkəsi elan edildi V.Bayramov bildirdi ki, 2008-ci ildə ölkədə korrupsiyanın səviyyəsinin artması müşahidə edilib: “ Bu il Dünya Bankı Azərbaycanı islahatçı ölkə elan etsə də, Şəffaflıq Beynəlxalq Təşkilatı Azərbaycanı dünyanın ən çox korrupsiyaya uğramış ölkələrindən biri kimi səciyyələndirdi. İnstitusional islahatlara baxmayaraq, korrupsiyaya qarşı mübarizə aparılmaması həmin islahatların nəticələrinin səmərəliliyini aşağı saldı, eyni zamanda iqtisadiyyatda ənənəvi hesab olunan problemin 2009-cu ilə keçməsinə gətirib çıxardı”. Bank və tikinti sektoru böhran içində Ekspertə görə, problemlər yalnız korrupsiya və inhisarçılıqla bağlı deyil: “Bir sıra sosial layihələrdə ciddi problemlər müşahidə edildi. Dövlət büdcəsində 34 milyon manat vəsait nəzərdə tutulsa da Milli Bank ipoteka kreditləşməsini bərpa etmədi. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi ünvanlı sosial yardım proqramında kifayət qədər ciddi nöqsanlar ortaya çıxdı. Bundan əlavə, bank sektoru böhran yaşayır. Baxmayaraq ki, son illər bu sektorda artım müşahidə edilirdi. Milli Bankın bank sektorunda problem yaranmazdan öncə elan etdiyi göstəriciyə görə, qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edir. Bu, o deməkdir ki, son illər bank sektoru inkişaf edib. Amma 2008-ci ilin avqust ayından etibarən bank sektorunda problemlərin müşahidə edilməsi göstərir ki, bu inkişaf davamlı deyil. Cari ildə tikinti sektorunda da durğunluq yarandı. Bir sıra tikinti şirkətləri fəaliyyətini dayandırdı, böyük rəqəmlərlə ifadə edilən ixtisarlar baş verdi. İlin nəticələri göstərir ki, bank sektorunda olduğu kimi, tikintidə də artımlar və ya inkişaf süni iqtisadi əsaslara söykənir”. V.Bayramovun dəyərləndirməsinə əsasən bu ilin iqtisadi yekunları hökumət üçün ciddi siqnaldır. O, həmçinin bildirdi ki, 2009-cu ilin yanvarında əvvəlki kimi ciddi və böyük “sürprizlər” olmayacaq: “Yanvarda Tarif Şurasının müəyyən tənzimlənən qiymətlərin qaldırılmasıyla bağlı qərar qəbul edəcəyi gözlənilir. Amma bunlar daha çox kommunal xidmətlərlə bağlı olacaq. Güman olunmur ki, yanvarda mavi qazın və ya benzinin qiyməti ilə bağlı artımlar müşahidə edilsin”. Qlobal böhranın təsirlərini 2009-cu ildə hiss edəcəyik Deputat, parlamentin İqtisadi-siyasət daimi komissiyasının üzvü Vahid Əhmədovun fikrincə, 2008-ci ilin yadda qalan hadisəsi “Bakı-Ərzurum” qaz kəmərinin istifadəyə verilməsidir. Eyni zamanda bu il “Bakı-Qars” dəmir yolunun çəkilişinə başlanıldı: “Amma çox təəssüf ki, pensiyaların baza hissəsi, ünvanlı sosial yardımın həcmi yaşayış minimuna çatdırılmadı. Pensiyaların baza hissəsi, ünvanlı sosial yardımın məbləği yaşayış minimundan aşağıdır. Baxmayaraq ki, bir neçə dəfə sərəncamlar qəbul olundu, amma buna nail ola bilmədik. Ümumi götürəndə 2008-ci ilin ən yadda qalan hadisəsi ilin sonunda baş verən qlobal maliyyə böhranı oldu. Böhran bu il Azərbaycana çox ciddi təsir göstərməsə də, 2009-cu ildə təsirləri ciddi olacaq. 2009-cu ilin büdcəsində neftin qiyməti 70 dollardan götürülüb. OPEK, Rusiya neftin qiymətinin 70 dollara çatması üçün çox işlər görsə də, hələlik buna nail olmaq mümkün deyil. Neftin qiyməti 40 dollardan yuxarı qalxmır. 2009-cu ilin dövlət büdcəsinə Neft Fondundan 5 milyard manat transfert gözlənilir. Neftin qiymətinin düşməsi dövlət büdcəsinə təsir göstərəcək. O cümlədən iri və yeni layihələrin həyata keçirilməsində ciddi problemlər yaranacaq”. V.Əhmədovun sözlərinə görə, qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına təsirini indi hiss etməsək də, 2009-cu ilin əvvəlində artıq bu təsirləri müşahidə edəcəyik. Gələn il kifayət qədər neft gəlirlərini itirmək qorxusu var İqtisadçı-ekspert Rövşən Ağayev “Anspress”ə açıqlamasında deyib ki, bu il Azərbaycan iqtisadiyyatında xeyli problemlərin olması ilə yadda qaldı: “Ən əsası isə bu il 12 ildən -1996-cı ildən sonra Azərbaycanda ən böyük inflyasiya tempi qeydə alındı. Son üç ildə ilk dəfə rəsmi statistika inflyasiyanın səviyyəsini etiraf etdi. Müqayisələr arasında fərq olsa da, hər halda, Dövlət Statistika Komitəsinin gözləntisinə görə, 20 faizdən aşağı inflyasiya olmayacaq. Eyni zamanda neftin qiyməti 148 dollara qədər qalxandan sonrakı üç ayda birdən-birə üç dəfəyə qədər aşağı düşdü. İndi artıq dörd dəfəyə qədər aşağı düşüb. Bu il işsizlik problemi daha da ciddiləşdi. Tikintilərin kifayət qədər məhdudlaşması bir sıra emal sənayesində, xüsusilə metallurgiyada kifayət qədər problemlərin olması ölkədə işsizlər ordusunun sayını bir qədər də artırdı". R.Ağayevin sözlərinə görə, bütün beynəlxalq iqtisadi maliyyə mərkəzləri və nüfuzlu iqtisadçılar 2009-cu ili böhran kimi xarakterizə edirlər: “Ehtimallar onu deməyə əsas verir ki, gələn il neftin qiymətinin kifayət qədər yüksək olacağını gözləməyə dəyməz. Bu baxımdan Azərbaycanın gələn il kifayət qədər neft gəlirləri itirmək qorxusu var. Sosial müavinətlərin ciddi şəkildə artırılması gözlənilmir. Pensiyaların verilməsində də geçikmələrin olmayacağı ehtimal edilir. Büdcənin investisiya xərclərində problemlər yarana bilər. Müəyyən ixtisarlar gedə bilər. Neft Fondunu qurban vermək hesabına olsa da, hökumət bu ödənişlərin, maaşların ixtisarına getməyəcək”. İqtisadçılar hesab edirlər ki, Azərbaycan iqtisadi baxımdan 2009-cu ilə nikbin notlar üzərində daxil olmur. Əvvəla ona görə ki, gələn il yalnız Azərbaycana deyil, dünya üçün nibkin heç nə vəd etmir. 2009-ci ildə qlobal maliyyə böhranının davam etməsi proqnozlaşdırılır. Gələn il bank sektorunda problemlərin davam edəcəyi bildirilir. Proqnoz da belədir ki, 2009-cu ilin birinci yarımilində bank sektorundakı böhranın qarşısını almaq mümkün olmayacaq. Banklar kütləvi kredit verilişini bərpa etməyəcəklər. Eyni zamanda əmanətlərin cəlbində problemlər yaranacaq. 2009-cu ildə mənzillərin qiymətində kəskin azalmalar güman edilir. Ekspertlər deyir ki, Azərbaycan 2009-cu ilə nikbin notlar üzərində daxil olmasa da, gələn il iqtisadi sektorda nikbinliyin saxlanması birbaşa hökumətin fəaliyyətindən asılıdır.
45,263
30.12.2008 09:38
İqtisadiyyat
NEFT VƏ QIZIL BAHALAŞIR
Amerikada iqtisadi böhranın dərinləşməsi isə dolları ucuzlaşdırır. İndi 1 avro 1 dollar 42 sentdən də baha dəyişdirilir. Dolların ucuzlaşması qızılın bahalaşması ilə nəticələnib. Qiymətli metalın 1 unsiyası 883 dollara və ya qramı 28 dollar 48 sentə təklif olunur.
45,264
30.12.2008 09:01
Mədəniyyət
FAİQ AĞAYEVİN PORNOGÖRÜNTÜLƏRİ MƏTBUATDA
“Gündəm” qəzeti də son sayında F.Kərimovanın tərəfindən çıxış edərək F.Ağayev barəsində əldə olunan faktları çılpaqlığı ilə nümayiş etdirib. Qəzet yazır ki, F.Ağayevin bir neçə il öncə əməkdar artist titulu daşıdığı vaxtlarda yayılmış pornogörüntüləri mobil telefonların yaddaşına köçürülüb və böyük söz-söhbətə səbəb olub. “Gündəm” həmin pornogörüntülərdən bir neçə fotonu dərc edib və böyük ehtimalla bildirir ki, açıq-saçıq səhnələrdəki şəxslərdən biri F.Ağayevdir. Müğənni isə israrla həmin fotolordakı şəxsin o olmadığını bildirib. Lakin qəzet yazır ki, F.Ağayevin kosmetik əməliyyat etdirməsi, qaşlarını dartdırması həmin pornogörüntülərdən yaxa qurtarmaq məqsədilə olub. Qeyd edək ki, fotolardakı şəxslərdən biri həqiqətən F.Ağayevə çox bənzəyir.
45,265
30.12.2008 09:45
Mədəniyyət
MÜĞƏNNİ AZƏRİN TÜRK ƏSGƏRLƏRİ QARŞISINDA KONSERT VERİB
Müğənni xanım bildirir ki, 2008-ci ildə yaradacılığında əsas yeri hərbi vətənpərvərlik mövzusu tutub və bu xətti növbəti illərdə davam etdirmək niyyətindədir: “Əvvəlcə Azərbaycanın sərhəd bölgələrində hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış etdim. Türkiyəni özümə ikinci vətən hesab etdiyim üçün türk mehmetciklərini də öz əsgərlərimizdən ayırmıram. Onlar qarşısında çıxışlarımdan da çox böyük məmnunluq duydum və konsertlər çox alqışla qarşılandı. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general İlkər Başbuğ Bakıda olarkən mənim vətənpərvərlik mahnılarımı dinləyib və ifam onun diqqətini cəlb edib. Mən onun tərəfindən Türkiyəyə dəvət edildim və bu konsertlərin təşkilində bilavasitə onun rolu oldu. Məlum olduğu kimi, bu il Qafqaz Media Mərkəzinin dəstəyilə “Çırpınırdın, Qara dəniz” mahnısına iki dəfə klip çəkdirdik. Bir klipin nümayişi Azərbaycanda və Türkiyədə oldu. Digəri isə gələn ilin əvvəllərində tamaşaçılara təqdim olunacaq”.
45,266
30.12.2008 09:11
Siyasət
AKİF NAĞI MÜSAVATDAN ÇIXMAQ ÜÇÜN ŞİFAHİ MÜRACİƏT EDİBMİŞ
A.Nağı isə “Bakı-Xəbər” qəzetinə açıqlamasında 2005-ci ildə Müsavat Partiyasının sıralarını tərk etdiyini söyləyib.Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komisiyasının üzvü Rüfət Sultan da A.Nağının qeyd edilən tarixdə partiya sıralarından istefa verdiyini deyib. Amma bunun hansı formada olması haqda açıqlama verməyib.Məsələyə bir daha aydınlıq gətirmək məqsədilə S.Hüseynovaya müraciət etdik. S.Hüseynova A.Nağının istefa üçün təşkilata ərizə təqdim etmədiyini söylədi: “Akif Nağı QAT sədri seçilənə qədər özəyin iclaslarında iştirak edirdi. Ondan sonra iclaslara gəlmədi. Müsavat Partiyasının Akif Nağı kimi yüzlərlə üzvü var. O, istefası üçün ərizə ilə bizə müraciət etməli idi. Amma bunu etməyib”.Yasamal rayon təşkilatının sədri Gülağa Aslanlı xaricdə olduğundan ötən sayımızda onunla əlaqə saxlaya bilməmişdik.S.Hüseynova sonradan bizimlə əlaqə saxlayaraq, G.Aslanlının qayıtdığını və məsələni aydınlaşdırdığını söylədi: “Mən təşkilat məsələləri üzrə müavin olduğumdan partiya sıralarından istefa verənlərin ərizələri ilə tanışam. Amma Akif Nağının ərizəsi mənə gəlib çatmayıb. Gülağa Aslanlı mənimlə əlaqə saxlayıb Akif Nağının 2005-ci ildə partiyadan çıxması ilə bağlı təşkilata şifahi müraciət etdiyini bildirdi. Nizamnaməyə əsasən şifahi müraciət edənlər partiya sıralarından istefa vermiş hesab olunur”.
45,267
30.12.2008 09:46
Mədəniyyət
GÖVHƏR HƏSƏNZADƏDƏN SƏRT MESAJ
“Bu isə ağlasığmaz ittihamdır. Mən 20 ildən artıqdır ki, aranjimançı Yaşar Baxışla əməkdaşlıq edirəm. İndiyədək mənim mahnılarımın kiminsə mahnısının oxşarı olduğunu hiss edən olmayıb. Mən nə vaxtdı ki, kompoziya hazırlayıram, bunu səsyazma studiyasında işləyən dostlarımla hərtərəfli müzakirə edirəm. Mənim mahnılarım xarici və yerli bəstəkarların mahnılarının motivlərini xatırlatmır. Qoy həmkarlarım mənim ”oğurluğumu” dəqiq müəyyən etsinlər və faktlarla sübuta yetirsinlər. Hər halda, bunu sübuta yetirə bilsələr, öz nüfuzlarını artırmış olacaqlar". Bəstəkar xanım onu da bildirib ki, o, Hollivud filmi üçün mahnı yazmağa da özünü hazır hesab edir: “Azərbaycan musiqisini Avropa səhnəsinə çıxara bildim. Bunu ilk dəfə ”Eurovision" müsabiqəsinə yazdığım “Day after Day” mahnısı ilə sübut etdim. İndi də çox cəsarətlə deyirəm ki, əgər mənə bir Hollivud filmi üçün musiqi yazmaq sifariş edilsə, mən bunun da öhdəsindən asanlıqla gələrəm". İL AYRICINDA ELNARƏ İLƏ XATİRƏ BARIŞDIATV telekanalında yayımlanan “Nömrə 1" yarışmasından sonra bir-birindən incik düşən iki xanım müğənni İctimai Televiziyanın Yeni il çəkilişlərində barışıblar. Bu barədə lent.az məlumat yayıb. Qeyd edək ki, yarışma zamanı Elnarəyə Natəvan Həbibini duelə çağırmayacağına söz verən Xatirə sözünün üstündə durmamışdı. Buna görə də ondan inciyən Elnarə neçə vaxt idi ki, Xatirəylə haqq-salamı kəsmişdi.
45,268
30.12.2008 09:46
Yazarlar
ƏVƏZOLUNMAZ PREZİDENTLƏR OLMUR
Ən maraqlısı budur ki, istisnasız olaraq bu ölkələrin hamısında dövlət başçısının əvəzedilməzliyi haqqında təbliğat aparılır. Məsələnin mahiyyəti çox sadədir. Bir vaxt nə yollasa hakimiyyəti ələ keçirmiş adamlar onu əldən vermək istəmirlər və bunun üçün hər şeyə gedirlər. Bura seçki saxtakarlığı, konstitusiyaya məntiqsiz, antidemokratik dəyişikliklərin edilməsi, siyasi rəqiblərinə qarşı repressiyalar və s. daxildir. Artıq 21-ci əsrdir və bəşəriyyətin bügünkü inkişafı ortaya birmənalı fakt qoyub ki, yalnız o ölkələrin cəmiyyətləri azad və firavan yaşayırlar ki, orada hakimiyyət davamlı olaraq dəyişir. Bu cür ölkələrdə iqtidara gələn şəxs bilir ki, ya bir, uzaqbaşı iki müddətdən sonra bu postu başqası (həmin adamın müxalifətdən olacağı daha çox ehtimal edilir) tutacaq. Ona görə də hakimiyyətə gəlmiş adam ölkəni idarə etdiyi müddətdə “bu günün sabahı da var” deyimini bir an da yadından çıxarmır və başa düşür ki, vəzifədən sui-istifadəni, yolsuzluğu uzaqbaşı özünün hakimiyyətdə olduğu müddətdə gizlədə, qoruya bilər, sonra isə mütləq cavab verməli olacaq. Öz prezidentliyini ömürlük təsəvvür edənlər isə düşünürlər ki, dünya belə gəlib, belə də gedəcək və etdiklərinə görə heç kəs ondan haqq-hesab sormayacaq. Götürək, qonşumuz Gürcüstanı. Saakaşvili hakimiyyətə gələndən sonra bu ölkənin insanlarının həyatında baş vermiş müsbət dəyişiklikləri yazmaqla qurtarası deyil. Azərbaycan vətəndaşları qonşu ölkəyə gedib-gəldikdən sonra gördüklərindən heyrətlə danışırlar. Əmin ola bilərsiniz ki, əgər 90-cı illərin əvvəlində hakimiyyətə gəlmiş Şevardnadze iqtidarda qalsaydı, Gürcüstanda belə dəyişikliklər baş verməyəcəkdi. Ancaq bununla belə, Gürcüstanda Saakşvilinin reytinqi çox aşağıdır və əhalinin önəmli kəsimi onun hakimiyyətdən getməsini istəyir və buna çalışır. Qətiyyətlə bildirirəm ki, Saakaşvilinin yerinə gələn yeni prezident ondan da yaxşı işləyəcək və gürcüstanlıların həyatını daha da yaxşılaşdıracaq. Beləcə bu proses zəncirvari şəkildə davam edəcək. İndi bir anlığa Xəzərin o tayındakı qonşumuz Türkmənistana da diqqət yetirək. Orada da Türkmənbaşının uzunömrlü hakimiyyəti mövcud idi. Ancaq Saparmurad Niyazovun ölümündən sonra hakimiyyət Suriyada, Kubada, Azərbaycanda olduğu kimi qızıl məcməyidə onun ailə üzvünə verilmədi. İndi orada hakimiyyətdə Qurbanqulu Berdımuhammedovdur. Berdımuhammedov tipik avtoritar şərqli dövlət başçılarından heç nə ilə fərqlənmir. Elə bu yaxınlarda keçirilmiş parlament seçkiləri də göstərdi ki, onun düşüncə tərziylə Niyazovun düşüncə tərzində, ölkəninin yönədilməsi metodlarında o qədər ciddi fərqlər yoxdur. Ancaq təkcə hakimiyyətin dəyişməsi kifayət elədi ki, Türkmənistan kimi ölkədə bir sıra əhəmiyyətli dəyişikliklər baş versin. Türkmənistanlılar yalnız Berdımuhammedovun hakimiyyətə gəlişindən sonra internetə çıxış əldə edə bildilər. Ölkəyə investiya qoyuluşunu, xarici sərmayənin axınını stimullaşdıran çox ciddi addımlar atıldı. Vətəndaşların ölkədən getmələri və xaricilərin bu ölkəyə gəlmələrini məhdudlaşdıran məntiqsiz qadağalar aradan qaldırıldı. Görürsünüzmü, təkcə hakimiyyət dəyişikliyi faktı kifayət elədi ki, Türkmənistan kimi demokratiyadan uzaq bir ölkədə həyatın bəzi sahələrində müəyyən irəliləyişlər olsun. Bunu “bundan yaxşı prezident yoxdur”, “heç kəs indiki prezidenti əvəz edə bilməz”, “xalq indiki przezidenti növbəti dəfə də prezident görmək istəyir” deyib yaxa cıranların nəzərinə çatdırmaq üçün yazıram. Bu adamlar Heydər Əliyevin prezidentliyi dövründə həmin sözləri onun ünvanına da deyirdilər. İndi isə İlham Əliyevin hakimiyyətə gəlişindən sonra “qazanılmış misli görünməmiş uğurlarından” danışırlar və statistik rəqəmlər göstərirlər. Baxırsan ki, bütün rəqəmlər Heydər Əliyevin dövründəki rəqəmləri dəfələrlə qabaqlayır. Onların məntiqinə görə, İlham Əliyev atasından qat-qat güclü prezidentiymiş. Elə isə indiki prezidentin əvəzolunmazlığı haqqında danışmaq çox yersiz və məntiqsiz görünür. Tam məsuliyyətlə deyirəm ki, 8 milyonluq Azərbaycanda ən azı 80 min adam var ki, ölkənin indikindən dəfələrlə yaxşı idarə edər. Axı prezidentlər laboratoriyada elmi axtarışla məşğul olmurlar, ya da yoqlar kimi közün üstünə uzanmırlar ki, deyəsən mən bu işi bacarmaram. Atam balası, normal prezident olmaq üçün normal adam olmaq kifayətdir. Tofiq YAQUBLU
45,269
30.12.2008 09:48
Ölkə
UŞAĞINI DÖYƏN VALİDEYNİ HANSI CƏZA GÖZLƏYİR?
Bu fakt istər-istəməz belə məsələni gündəmə gətirir: bəs bizim ölkədə bu sahədəki vəziyyət necədir? Qanunlarımızda da belə cəza növü nəzərdə tutulurmu? Axı Azərbaycanda da uşaqların öz valideynləri tərəfindən döyülməsi hallarına tez-tez rast gəlinir. Özü də bu vəziyyət az qala milli ənənə səviyyəsindədir. Belə olmasaydı, “Qızını döyməyən dizinə döyər”, “Uşaq döyülə-döyülə böyüyər” kimi fikirlər hətta folklorumuza da daxil olmaz, leksikonumuzda özünə möhkəm yer eləməzdi.Bir sözlə, bizim qanunlar uşaqlarını döyən valideynləri ittiham edirsə, bunu necə edir?Bu sualı Hüquqi Dövlət Araşdırmaları Forumunun prezidenti Müzəffər Baxışova ünvanladıq. O isə deyir ki, Cinayət Məcəlləsi (CM) öz uşağını döyən valideynə qarşı ittiham qaldırmağa imkan verir: “Uşağın digər valideyni və ya qəyyumu CM-in 132-ci maddəsinə əsasən ittiham qaldırıb övladını döyən valideyni cinayət məsuliyyətinə cəlb edə bilər. Bu halda valideyn 200 manat cərimə, 240 saat ictimai və 1 il islah işləri və ya 6 aya qədər həbs cəzası ala bilər. Qanunda konkret olaraq döymə faktı üçün bu cür cəza tətbiq olunur”.M.Baxışovun sözlərinə görə, döymə faktı sağlamlığa zərər vurmağın üç növünə (yüngül, az ağır və ağır) aid deyil. Döyülən uşaqlar evi olan halda valideynlərin evində, ya da uşaq himayəsindən məhrum olan uşaqlar üçün xüsusi mərkəzdə yerləşdirilməlidir. Hüquqşünas uşaqların yazılı şikayətinin mütləq olduğunu deyir: “CM-in 126-cı maddəsi ictimai ittiham əsasında şikayətin mövcudluğunu qeydə alır. Bu ittiham lap ağır zərbələr yetirilən zaman uşağın köməksiz vəziyyətdə olmasından dolayı qaldırıla bilər. İttiham bu zaman prokuror tərəfindən də qaldırıla bilər”.Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov uşaqların döyülməsi faktları ilə 2003-cü ildə apardığı araşdırmalar zamanı tanış olduğunu deyir: “Məcburi köçkünlərin uşaqları arasında döyüldüyünü etiraf edən uşaqlar oldu. Ancaq onları döyən müəllimlər idi. Bu o deməkdir ki, artıq uşaq müəllimin döyməsini valideynə deyə bilmirsə, valideyn də onu döyə bilər və cəzasız qalar”.Y.Bəkirovun sözlərinə görə, uşaq hüquqları BMT-nin 1989-cu ildə qəbul olunan “Uşaq hüquqları haqqında beynəlxalq konvensiyası”na uyğun olaraq tənzimlənir: “Uşaqların hüquqlarının tanınması demokratiya məsələsidir. Ancaq Azərbaycanda bu məsələyə münasibət fərqlidir. Valideyn uşağa xüsusi mülkiyyət kimi baxır. Uşaqlar da hüquqlarını bilmirlər”.Ekspert bu məsələdə uşaqların maarifləndirilməsini vacib sayır. Deyir ki, bunun üçün televiziyanın, mətbuatın mütəmadi olaraq bu məsələni qabartması gərəkdir. Y.Bəkirov maarifçilik və təbliğat məsələləri ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məşğul olmalı olduğunu da bildirdi. Onun sözlərinə görə, UNİCEF də döyülmə faktları ilə bağlı monitorinq aparıb və bu halları aşkar edib.Y.Bəkirov müvafiq icra hakimiyyəti orqanlarının tərkibində uşaq hüquqları müdafiə şöbəsinin olduğunu və bu məsələnin o təşkilatın səlahiyyətləri daxilində olan bir məsələ olduğunu deyir: “Valideyn uşağını döyməklə ailədə avtoritar rejim yaradır. Bunun nəticəsində uşaqlar zəif, qorxaq, öz fikri olmayan, tez təsir altına düşərək böyüyür ki, bu da onlarda aqressiyaya gətirib çıxarır. Uşağını döyən valideynin məsuliyyətə cəlb olunması isə məsələyə ən son müdaxilədir”.
45,270
30.12.2008 09:47
Gündəm
FƏLƏSTİN QƏTLİAMI AZƏRBAYCANDA DA ETİRAZ DOĞURDU
Artıq bir sıra ölkələrdə, xüsusilə də İslam Konfransı Təşkilatına daxil olan dövlətlərdə İsrailə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilir. Hətta rəsmi Ankara İsrailin hərəkətini birmənalı şəkildə pisləyib. Maraqlıdır ki, Azərbaycan kimi bəzi ölkələrdə baş verənlərə rəsmi və qeyri-rəsmi etirazları, ictimaiyyətin sərt təpkisini müşahidə etmirik. Xüsusilə də müharibədən əziyyət çəkən, erməni təcavüzü nəticəsində torpaqlarını və insanlarını itirən Azərbaycanın baş verənlərə sakit yanaşması anlaşılan deyil. Dünən Müsavat Partiyasının Divanı məsələni müzakirə edib. Bu barədə partiya başqanının müavini Qabil Hüseynli məlumat verdi: “Biz İrailin dəhşətli, vandal hərəkətlərini pislədik və bölgədə tezliklə atəşkəs elan olunmasını, eyni zamanda bölgəyə humanitar yardım göstərilməsini, Qəzza şəhərinin blokadadan azad edilməsini və digər tədbirlər görülməsini tələb etdik”. Müsavat funksioneri bildirdi ki, İsrailin bu hərəkətinə birmənalı mövqe sərgilənməlidir. Bu reaksiyaların İsraili qıcıqlandıra biləcəyinə gəldikdə, Q.Hüseynli bunları söylədi: “Azərbaycanın İsraillə yaxın dostluq münasibətləri, diplomatik əlaqələri var. Amma bununla yanaşı, bu gün Qəzza zolağında baş verən hadisələr insanlığa zidd, antibəşəri və qeyri-humanist hərəkətlər olduğundan heç bir şeyi nəzərə almadan biz bunu pisləyirik”. Ancaq Q.Hüseynli Müsavatın aksiyalar keçirməyi planlaşdırmadığını da vurğuladı.Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının dünənki toplantısında İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlara da toxunulub. KXCP-dən APA-ya verilən məlumata görə, dekabrın 31-də həm İranın, həm də İsrailin Azərbaycandakı səfirliklərinin binası qarşısında piket keçirilməsi ilə bağlı qərar qəbul olunub.Daha bir sərt mövqe Azərbaycan İslam Partiyasından gəlib. Təşkilatın mətbuat katibi Hacı Akif Heydərli bildirib ki, indiyədək təmsil olunduğu partiya İsrail səfirliyi qarşısında müxtəlif etiraz aksiyaları keçirib: “İsrailin bütün siyasəti müsəlmanlara, İslama, o cümlədən Azərbaycan xalqına qarşı çevrilib. Çünki biz də İslam dünyasının bir hissəsiyik. Torpaqları işğalda olan, soyqırıma məruz qalmış bir xalq kimi fələstinlilərə qarşı çevrilən bu soyqırım bizi narahat etməlidir. Ona görə də biz İsrail rejiminə qarşı etirazlar keçirməyi planlaşdırırıq. Biz İsrail səfirliyinin Azərbaycanda bağlanmasını tələb edirik”. Dünən İslam Partiyasının bəyanatı da yayılıb. Bəyanatda deyilir: “Biz dünya müsəlmanlarını fələstinlilərin kütləvi şəkildə məhv edilməsinə biganəliyə son qoymağa, ümumislam, ümummüsəlman, nəhayət, ümumbəşər xatirinə düşmənlə mübarizədə bir cəbhədə birləşməyə çağırırıq”.İçərişəhər “Cümə” məscidinin imam-camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu bildirdi ki, artıq təşkilat bəyanatla çıxış edib hadisəyə münasibətini bildirib. Aksiyaların keçirilməsinə gəldikdə, Hacı İlqar dedi ki, hazırda müəyyən məsləhətləşmələr gedir: “Yaxın günlərdə inanc çevrələrinin, vətəndaş cəmiyyətinin içindən məsələ ilə bağlı müraciətlərin hazırlanması gözlənilir. Hansı etirazlar da istisna olunmur. Hazırda hər hansı konkretlik yoxdur deyə, bundan əlavə şərh verə bilmərəm”. Hacı İlqar rəsmi Bakının da məsələyə münasibətini ortaya qoymasını zəruri sayır: “Elə bilirəm ki, Azərbaycan yaxın günlərdə məsələ ilə bağlı açıq-aydın mövqeyini sərgiləməlidir. Çünki hər zaman bu məsələlərdə mövqe bildirilib. Azərbaycan həm də İslam Konfransı Təşkilatının üzvüdür və bu təşkilat da artıq hadisəni pisləyib. Hesab edirəm ki, Azərbaycan rəsmiləri də məsələyə birmənalı münasibət bildirməli və pisləməlidirlər. Düşünürəm ki, yaxın bir-iki günə bu, olacaq”.Dünən günün ikinci yarısında Qafqaz Müsəlmanları İdarəsi də məsələ ilə əlaqədar mövqeyini açıqlayıb. Redaksiyamıza daxil olan açıqlamada bildirilir ki, İsrail tərəfindən Fələstin ərazisində çoxsaylı insan tələfatına səbəb olmuş hərbi əməliyyatlar bütün dünya ictimaiyyətini, o cümlədən Qafqaz Müsəlmanları İdarəsini hədsiz narahat edir: “Belə ki, hər bir düşünülməmiş addım qlobal faciələr, daha ağlasığmaz dəhşətlər törədə bilər. Bununla bağlı biz öz etirazımızı bəyan edir, bu haqsızlığa tezliklə son qoyulmasını, bütün problemlərin danışıqlar yolu ilə həll olunmasını tələb edirik. Bütöv xalqın cəzalandırılması, şəhərlərin, kəndlərin viran qoyulması, dinc əhalinin qətlə yetirilməsinə heç bir vəchlə haqq qazandırmaq olmaz. Belə hadisələr sonsuz qisasa yol açır, yeni faciələrin əsasının qoyulmasına səbəb olur". QMİ müsəlman təqvimi ilə döyüşlərin qadağan olduğu Məhərrəmlik ayının başlandığını da vurğulayıb: “Bizi xəlq etmiş O Bir Olan Yaradanın hökmünə əməl etmək hamımızın borcudur. Bütün dünya dinləri günahsız insan qanının axıdılmasını pisləyir, qardaşlıq ideyalarını təmin edir. Ümid edirik ki, Uca Rəbbimizin köməyi ilə Fələstin torpağında aparılan hərbi əməliyyatlar tezliklə dayandırılacaq, günahsız qurbanların sayının artmasına yol verilməyəcək, bütün problemlər sülh yolu ilə həll olunacaq. Çoxsaylı şəhid vermiş Fələstin xalqına başsağlığı verir, mərhumların qohumlarına və yaxınlarına Allahdan səbr diləyirik. Allah köməyiniz olsun!”Qarabağ Azadlıq Təşkilatı (QAT) da İsrailin Qəzza bölgəsinə hücumlarını pisləyən bəyanatla çıxış edib. QAT İsraildən fələstinlilərə qarşı hücum əməliyyatlarına son qoymağı tələb edib. Eyni zamanda Azərbaycan hakimiyyətini beynəlxalq qurumlar qarşısında məsələ qaldırmağa, Qəzzada zərər çəkmiş insanlara humanitar yardım göstərməyə çağırıb.İran və İsrailin Azərbaycandakı səfirlikləri də Qəzzanın bombalanması ilə bağlı məlumat yayıb. İran səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, Qəzza zolağının sionist rejiminin hərbi təyyarələri tərəfindən bombardmana məruz qalması nəticəsində günahsız Fələstin vətəndaşlarının şəhid olması, sionist rejiminin qara dosyelərinə daha birini əlavə edib: “Bu hücumlar sionist rejimi tərəfindən törədilən dövlət terrorçuluğunun bariz nümunəsi, eləcə də insan haqlarının açıq-aşkar pozulması deməkdir. Qəzzada törədilən faciələrə cavabdeh olan beynəlxalq təşkilatların, eləcə də insan haqlarına iddiaçı olan ölkələrin baş verənləri sükutla qarşılaması onların insan haqlarına dair iddialarında qeyri-səmimi olmasına və ikili standartlarla yanaşmasına dəlalət edir”.İsrail səfirliyi isə bildirib ki, əməliyyat “Həmas”ın dinc İsrail sakinlərinə qarşı raket hücumlarına cavab olaraq həyata keçirilir: “Təəssüflər olsun ki, İsrailin raket hücumları və zorakılığı dayandırmaq istiqamətində səyləri “Həmas” tərəfindən rədd edildi və “Həmas” İsrail ərazisinə yüzlərlə raket zərbəsi endirməkdə davam etdi. Nəticədə İsrail öz dinc vətəndaşlarını qorumaq üçün Qəzzadakı terror infrastrukturuna qarşı hərbi əməliyyatları yeganə çıxış yolu kimi gördü".
45,271
30.12.2008 09:13
Dünya
QƏZZADA ÖLƏNLƏRİN SAYI-HESABI BİLİNMİR
Fələstin mənbələrinin məlumatlarına görə, minlərlə adam yaralanıb, onların əksəriyyəti “Həmas” yaraqlıları, polislər, bu təşkilatın fəalları və Qəzza zolağında fəaliyyət göstərən hökumətin üzvləridir. Hava zərbələri nəticəsində “Həmas” üzvlərinin Misirlə sərhədə ərzaq, yanacaq və silah-sursat daşımaq üçün istifadə etdikləri 40-dan çox yeraltı tunel dağıdılıb, həmçinin “Həmas”ın İsrail ərazilərinə raket zərbələri endirmək üçün istifadə etdiyi yeraltı bunkerlər məhv edilib. Dekabrın 28-dən 29-na keçən gecə İsrail aviasiyası Qəzza zolağına azı 20 raket-bomba zərbəsi endirib. Bu zərbələr nəticəsində “İzzədin əl-Qəssam” briqadasının liderlərindən biri öldürülüb. Həmçinin Qəzza zolağında yerləşən universitet və yataqxanası da dağıdılıb. İsrail iddia edir ki, universitetin laboratoriyalarında “Həmas” raketlər hazırlayır. *** Hava zərbələri nəticəsində çoxsaylı mülki şəxsin, o cümlədən qadın və uşaqların da həlak olduğu bildirilir. BMT-nin açıqladığı məlumata görə, ölənlərdən azı 51-i mülki şəxslərdir, onların arasında təşkilatın humanitar missiyasının 9 əməkdaşı da var. Səhərə yaxın bölgədəki “Həmas” hökumətinin lideri İsmayıl Haniyənin da evinə raket zərbəsi endirilib. Bu zaman Haniyə evdə olmayıb. İsrailin hərbi dəniz qüvvələrinin də əməliyyata qoşulduğu bildirilir, dənizdən gəmilər Qəzza zolağındakı yeganə limanı dağıdıblar. İsrailin elit tank qoşunlarının və xüsusi təyinatlıların Qəzza zolağı boyu cəmləşdiyi də xəbər verilir. Quru qoşunları bölgəyə daxil olmaq üçün əmr gözləyir. Müdafiə naziri Ehud Barak bildirib ki, İsrailin müdafiə ordusu əməliyyatları nə qədər lazımsa o qədər davam etdirəcək. Bildirilir ki, İsrail aviasiyasının amansız zərbələrinə baxmayaraq, “Həmas” döyüşçüləri bu ölkənin ərazilərinə raket atəşlərini artıra biliblər. Ötən sutka ərzində İsrail ərazilərinə 40-dan çox əldəqayırma raket və reaktiv mərmi buraxılıb. Beş nəfərin öldüyü bildirilir. *** Dünən təcili toplantı keçirən İsrail parlamenti baş nazir Ehud Olmertdən əməliyyatlarla bağlı parlamentə hesabat verməsini istəyib. Lakin Olmert parlament spikerinə bildirib ki, iclası təxirə salmaq məsləhətdir və o, əməliyyatlarla bağlı parlamentə məlumat verə bilməyəcək. Baş nazirin dəftərxanasından isə indi danışmaq yox, iş görmək vaxtı olduğunu deyiblər. Yaxın Şərqdə vəziyyətin son dərəcədə kəskinləşdiyi bir vaxtda ABŞ-da həm fəaliyyətdə olan, həm də yeni seçilən prezident tətildədir. Ağ Evdən yayılan açıqlamada deyilir ki, Texas ştatında istirahət edən Buş öz müşavirləri ilə müntəzəm telefon əlaqələri yaradaraq onlarla vəziyyəti müzakirə edir. Barak Obama da vəziyyəti diqqətlə izləyir və məsləhətləşmələr aparır, ancaq İsrailin əməliyyatını şərh etmir. *** “Hizbullah” hərəkatı isə “Həmas”a kömək etməyin yollarını axtarır. Misirlə sərhəddəki tunellər dağıdıldığına görə indi Qəzza zolağına silah keçirmək çətinləşib. “Hizbullah”ın sərəncamında İrandan aldığı yaxın mənzilli raketlər var və əgər onlar “Həmas”ın əlinə düşsə, İsrailə güclü cavab zərbələri endirmək imkanı yaranardı. “Hizbullah”ın baş katibi Həsən Nəsrallah Misir rəhbərliyini Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsini açmağa və fələstinlilərə silah yardımının daxil olmasına imkan yaratmağa çağırıb. Nəsrallah Misir ziyalılarına, ordu zabitlərinə və xalqına məsləhət görüb ki, hökumətə təzyiq göstərsinlər və sərhəd qapısının açılmasına nail olsunlar. “Mən sizi çevrilişə təhrik etmirəm, lakin deyirəm ki, öz liderlərinizə gedin və onlara bildirin: Misirin Qəzza zolağında baş verənlərlə bağlı hərəkətindən narazısınız”. Nəsrallah deyib ki, ərəblər və müsəlmanlar Qahirədən blokadada qalan və təcavüzlə qarşılaşan fələstin xalqının xilas edilməsi üçün kişilik gözləyir. “Hizbullah” liderinin bildirdiyinə görə, əgər Misir rəhbərliyi gözlənilən qərarı versə, ərəb və İslam dünyası onun arxasında dayanacaq. “Lakin bu baş verməsə, Misir rəhbərliyi bu cinayətin iştirakçısı olacaq”. Şeyx Nəsrallah hesab edir ki, bu qeyri-bərabər döyüşdə “Həmas” qalib gələcək. Onun dediyinə görə, İsraili 2006-cı ildə Livanda üzləşdiyi məğlubiyyət gözləyir. “Hizbullah” lideri həmçinin ərəb və müsəlman dünyasına fələsətinlilərlə həmrəy olduqlarını nümayiş etdirmək üçün küçələrə çıxmağa da çağırıb. Bildirilir ki, belə nümayişlərdən biri bazar günü Beyrutda olub. On minlərlə “Hizbullah” tərəfdarı küçələrə çıxaraq İsrailin hərəkətlərini pisləyiblər.Bu arada “Həmas” liderlərindən biri deyib ki, onlar İsrail rəhbərliyinə daxil olan şəxslərə qarşı sui-qəsdlər təşkil edə bilərlər. Təşkilatın liderlərindən Fetih Həmad deyib ki, onların hədəfi xüsusən xarici işlər naziri Tsipi Livni və müdafiə naziri Ehud Barak olacaq. O, həmçinin Mahmud Abbasın administrasiyasının, ərəb dünyasında “Həmas”a qarşı mövqe tutan ölkələrin liderlərinin də hədəf ola biləcəyini açıqlayıb. *** Xəbər verildiyi kimi, İsrail hərbi əməliyyatların başlamasına əsas kimi “Həmas”ın atəşkəs razılaşmasını uzatmaqdan imtina etməsini göstərir. Lakin ekspertlərə görə, İsrail bu əməliyyatlara əvvəlcədən hazırlaşırdı və Qəzza zolağında ayrıca hökumət quraraq möhkəmlənən “Həmas”a qarşı şiddətli zərbələr endirməklə bir neçə məqsəd güdüb. Bunlardan biri İsraildə yaxınlaşan seçkilərdir. Gələn ilin fevralında İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə baş nazir Ehud Olmertin partiyasından baş nazirliyə namizəd xarici işlər naziri Tsipi Livnidir. Lakin radikal mövqeyi ilə tanınan Benyamin Netanyahunun partiyasının bu seçkiləri uda biləcəyi istisna olunmur. Bu baxımdan istisna olunmur ki, İsrail hökuməti Fələstin ərazilərində bu cür şiddətli əməliyyatlar həyata keçirməklə seçkilərin nəticələrinə təsir göstərməyi qarşıya məqsəd qoyub. Olmertin mövqeləri o vaxtdan zəifləməyə başladı ki, İsrail ordusu Livanın cənubuna nəzarət edən “Hizbullah”a qarşı əməliyyatlarda uğur qazana bilmədi. *** Digər məqsəd isə “Həmas”la “Hizbullah”ın himayəçisi olan İrana dərs vermək ola bilər. Neçə vaxtdır məlumatlar yayılır ki, İsrail İranın nüvə obyektlərinə qarşı təkbaşına hava əməliyyatları həyata keçirə bilər. İranda isə hesab edirlər ki, İsrail buna qadir deyil. Bu ilin yayında İsrail aviasiyası İranın nüvə obyektlərini vurmaq üçün təlimlər keçib. Qəzza zolağına endirilən zərbələr isə İrana qarşı mümkün hərbi əməliyyatlar üçün sonuncu məşq ola bilər. “Həmas”a sarsıdıcı zərbə endirməklə İsrail göstərmək istəyir ki, bölgədə İranın nüfuzunun güclənməsinə imkan vermək fikrində deyil, eyni zamanda Tehranın nüvə silahına malik olmasının qarşısını hərbi yolla almaqda da qətiyyətlidir. Yaranmış vəziyyətdə İranın “Həmas”a kömək etmək üçün əl-qolu bağlıdır. İran ancaq gizli yollarla Qəzza zolağına silah-sursat ötürmək variantından istifadə edə bilər. Bu variantın imkanları isə olduqca məhduddur. Livandan “Hizbullah” da İsrailə qarşı ikinci cəbhə açmağa risk etməz. Qəzza zolağı ilə yeganə quru sərhədinə malik ölkə olan Misirdə isə ABŞ-ın və İsrailin dəstəklədiyi hökumət var. Prezident Hüsnü Mübarək sərhəd məntəqəsini açıb Qəzzaya hərbi yardım daxil olmasına imkan yaratsa, o zaman İsrailə qarşı cəbhədə yer almış olardı. Belə məlumatlar da var ki, İsrail əməliyyatları Misirlə razılaşdırıb. *** Ona da şübhə yoxdur ki, yəhudi dövləti bu cür genişmiqyaslı əməliyyatlar aprmaq üçün ABŞ-dan da razılıq alıb. Neçə vaxtdər ABŞ Yaxın Şərqdə sülh əldə edilməsi üçün intensiv diplomatik səylər göstərirdi. Lakin Fələstində Mahmud Abbas administrasiyasını tanımayan “Həmas”ın Qəzza zolağına nəzarəti ələ keçirməsi ABŞ-ın barış planlarını pozdu. Nəticədə geniş miqyasda Yaxın Şərq siyasəti, o cümlədən “Böyük Orta Şərq” planları iflasa uğrayan Buş administrasiyası “Həmas”dan və onun arxasında dayanan İrandan bu cür qisas alınmasına qarşı çıxmazdı. Digər tərəfdən, kifayət qədər maraqlıdır ki, Yaxın Şərqdə bu cür genişmiqyaslı əməliyyatlar Corc Buşun səlahiyyət müddətinin başa çatmasına cəmi 3 həftə qalmış başlayır. Ekspertlər hesab edir ki, İsrail və onun Vaşinqtondakı lobbiçiləri bununla yeni prezident Barak Obamaya mesaj vermək istəyiblər. Belə ki, Obama seçki kampaniyası zamanı “Həmas”la dialoqun istisna edilmədiyini bildirmişdi. İndi Obama səlahiyyətlərinin icrasına başlayan kimi Yaxın Şərqdə həddən artıq kəskinləşən vəziyyətlə üzləşməli olacaq. Təbii ki, belə vəziyyətdə bölgədə sülh prosesini yenidən canlandırmaq, o cümlədən İsrailin varlığını qəbul etmək istəməyən “Həmas” və İranla dialoq baş tuta bilməz.Şübhə yoxdur ki, İran İsraildən ona ünvanlanmış mesajı başa düşür. Hər fürsətdə İsrailin yer üzündən silinəcəyini bəyan edən prezident Mahmud Əhəmədinejad hələlik siyasi bəyanatlarla və yəhudi dövlətinə lənət oxumaqla kifayətlənməli olacaq. Bununla belə, vəziyyətin dramatik həddə çatması halında İranın vəziyyətə müdaxilə etməsi də istisna edilməməlidir. Doğrudur, İranın malik olduğu ballistik raketlərlə İsrail ərazilərini hədəf alması ehtimalı az sayıla bilər, amma belə ehtimal, hər halda, istisna deyil. Bu halda münaqişə böyüyərək ABŞ-İran və İsrail-İran müharibəsinə çevrilə bilər. Vəziyyətin bu cür inkişafı sözsüz ki, Azərbaycanın da daxil olduğu geniş region üçün olduqca təhükəli nəticələr doğurar. İsrail üçün İranın “Həmas”ın açıq şəkildə müdafiəsinə qoşulması Tehrana qarşı hava zərbələrinə başlamaq üçün yaxşı fürsət yarada bilərdi. Eyni zamanda ABŞ da İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanələr axtarmalı olmayacaq. Çünki İsrailin müdafiəsi üçün güc tətbiqi ABŞ-da geniş etirazlara səbəb olmayacaq.
45,272
30.12.2008 09:05
Siyasət
MÜSAVAT HAKİMİYYƏTİ ZORAKILIQDAN ƏL ÇƏKMƏYƏ ÇAĞIRDI
Xəbərə görə, bəyanat Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Murad Kərimovun dekabrın 26-da naməlum şəxslər tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı verilib. Sənəddə M.Kərimovun fiziki zorakılığa məruz qalması Müsavat Partiyasının dekabrın 24-də Konstitusiya Məhkəməsinin önündə keçirilən piketdə “Xalq kral istəmir!” şüarını qaldırması ilə əlaqələndirilir. Bəyanat müəllifləri M.Kərimova qarşı zorakılığı hakimiyyətin konstitusiyaya edilən antidemokratik dəyişiklikləri istəməyən xalqın etiraz səsindən qorxması sayır, bu zorakılığın siyasi sifariş olduğunu bildirir, Əliyevlər rejimindən belə üsullardan əl çəkərək, cinayətkarların cəzalandırılmasını tələb edirlər.
45,273
30.12.2008 09:26
Ölkə
MEHRİBAN ƏLİYEVA “İLİN ADAMI” OLDU
“Gənc liderlər” uşaq təşkilatı uşaqlar arasında aparılan sorğunun nəticəsinə görə, Mehriban Əliyevanı uşaq hüquqlarının müdafiəsi və onların sosial problemlərinin həlli sahəsində göstərdiyi fəaliyyətə görə “İlin Adamı” elan edib. Bu barədə dünən “Trend” xəbərlər şirkətində keçirilən mətbuat konfransında təşkilatın sədri Fərid Şahbazov bildirib. “Gənc liderlər” Heydər Əliyev Fondunun prezidentini 2007- ci ildə də “Uşaqların dostu” elan etmişdi.
45,274
30.12.2008 09:26
Astrologiya
ULDUZ FALI
QOÇ - Özünüz şərait yaratmasanız, kimsə işlərinizə müdaxilə etməyəcək. Pulla bağlı sövdələşmə və planların heç birini təxirə salmayın. Axşama doğru maraqlı insanlarla görüşəcəyiniz də mümkündür. BUĞA - Yeni il yaxınlaşdıqca öhdəlikləriniz də artmaqdadır. Ətrafınızda olanlara biganə yanaşmayın. Sizə ehtiyac duyanlara mərhəmət göstərin. Şəxsi işlərinizdə dönüş gözlənilir. ƏKİZLƏR - Ailə-sevgi münasibətlərinə həssas yanaşsanız, qarşınızı kəsən digər maneələri asanlıqla dəf etmək imkanı qazanacaqsınız. Şəxsi büdcənizi mənasız məsrəflərə xərcləməyin. XƏRÇƏNG - Ümumi ovqatınızda müəyyən natarazlıq olsa da, bunun səbəbi insanlardan yox, təbiətin pozulmuş ahəngindən irəli gəlir. Buna baxmayaraq, ulduzlar perspektivli təkliflər alacağınızı göstərir. ŞİR - Bayram ovqatlı bu gözəl təqvim sizin üçün ən düşərli ərəfə olacaq. Narahat olmağa heç bir səbəb yoxdur. İstənilən sövdələşmədə iştirakınız uğurlu olacaq. Uzaq səfərə çıxmağa dəyər. QIZ - Ən düşərli zaman kəsiyindən məhz siz keçəcəksiniz. Sevindirici xəbərlər, perspektivli təkliflər ovqatınıza müsbət təsir göstərəcək. Sevgi amili isə daha ön plana çəkiləcək. TƏRƏZİ - Daxili sıxıntılarınıza biganə yanaşmayan Göy qübbəsi bu təqvimdə qayğınıza qalacaq. Sizsə öz növbənizdə başqalarının işinə qarışmamalı, yalnız öz problemlərinizlə məşğul olmalısınız. ƏQRƏB - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi neytral şəkildə ötürəsiniz. Hansısa qeyri-adiliklərə, risklərə getməyin. Sağlamlığınıza isə xüsusi diqqət yetirin. Sövdələşmələrdən yayının. OXATAN - Ailədaxili məsələlərə təmkinlə yanaşsanız, mənfi enerjili qüvvələr sizi yoldan döndərə bilməyəcək. Bugünkü təqvimdə maddi rifah halınızın yüksələcəyinə də inam bəsləyin. OĞLAQ - Astroloji göstəricilər soyuqdəymə halları ilə rastlaşacağınıza işarə edir. Qalın geyinməklə bahəm, qida və yuxu rejiminə də fikir verməlisiniz. İndi “hakim” bürc olduğunuzu unutmayın. SUTÖKƏN - Gərgin bir gün yaşaya bilərsiniz. Orqanizminizdə baş qaldıran nasazlıq və qarşılıqlı münasibətlərdə gərginlik sizi yora bilər. Nəzərə alın ki, mənfi enerjili Ay bürcünüzdədir. BALIQLAR - İşlərinizə mane olan bədxahlara qarşı tədbirli olun. Bu təqvimdə həmkarlarınıza da çox bel bağlamayın. Əgər bu gün işləməsəniz, mənfi çalarlı heç bir hadisə baş verməyəcək.
45,275
30.12.2008 09:28
Kriminal
SƏNƏD SAXTALAŞDIRANLAR YAXALANDI
BAKIDA DƏLƏDUZLUQDA TƏQSİRLƏNDİRİLƏN İŞ ADAMI TUTULUBAzərbaycan paytaxtında iş adamı həbs edilib (APA). Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 1950-ci il təvəllüdlü Vahid Əsgərxan oğlu Zərgərov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun Xətai rayonu ərazisində tikinti sənaye materiallarının satışı ilə məşğul olduğu və bundan istifadə edərək vətəndaşların mal gətirmək adı ilə külli miqdarda pulunu mənimsədiyi bildirilir. Xətai rayon Məhkəməsinin onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından sonra rayon polis idarəsinin 35-ci bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində V. Zərgərov tutularaq istintaqa təhvil verilib. ƏXLAQSIZLIQ YUVASI SAXLAYAN QADIN TUTULUB Bakının Sabunçu rayonunda axtarışda olan qadın həbs olunub. Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə axtarışda olan 1970-ci il təvəllüdlü Nərminə Mahmud qızı Abbasova yaxalanıb.
45,276
31.12.2008 04:54
Siyasət
MÜXALİFƏT 2008-i UĞURSUZ İL KİMİ YOLA SALIR
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, 2008-ci il Azərbaycan üçün uğurlu il olmayıb: “Bu il ərzində ölkənin heç bir qlobal problemi həll olunmadı. Azərbaycanın zədələnmiş beynəlxalq imici daha da ciddi zərbə aldı. Bu baxımdan 2008-i itirilmiş il hesab edirik. İl cəmiyyət üçün uğurlu olmayıbsa, cəmiyyət, dövlət problemlərini konservləşdirib gələcək üçün saxlayıbsa, bu il təbii ki, Müsavat üçün də uğurlu il sayıla bilməz. Çünki Müsavat da cəmiyyətin tərkib hissəsidir”.A.Hacılının fikrincə, 2008-ci ildə hakimiyyətin apardığı siyasət Azərbaycan cəmiyyətini daha da narazı salıb: “Cəmiyyətin bu narazılıqlarının bir etiraz formasında 2009-cu ildə üzə çıxacağını gözləyirik. Bu etirazların əlamətləri artıq görünməkdədir. Həm ölkədə siyasi böhranın davam etməsi, həm xalqın hakimiyyətlə bağlı ümidlərinin doğrulmaması, həm gözlənilən iqtisadi böhran cəmiyyətin gələn il bu rejimə qarşı fəal etiraz mövqeyinə keçməsi üçün ciddi ilkin şərtlər yaradır. Cəmiyyət ölkənin demokratik inkişafı istiqamətində etiraz mübarizəsinə başlayarsa, 2009-cu il ölkədə dönüş ili ola bilər”.KXCP sədri Mirmahmud Mirəlioğlunun fikrincə, ölkənin problemləri həll olunmayıbsa, heç bir müsbət irəliləyiş baş verməyibsə, illərimizin hamısı itirilmiş il hesab edilməlidir: “Allahın verdiyi bir ildir. Amma biz bu ili vətəndaş, siyasətçi, partiyalar və bütövlükdə cəmiyyət olaraq uğurla başa vura bilmədik. Problemlərimiz ötən ildəki kimi qaldı. Yalançı vədlər oldu ki, filan məsələlər həll olunacaq. Lakin həll edilmədi, əksinə problemlər dərinləşdi. Düşmənlərimiz daha irəli getdilər, nəinki biz”.Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədə problemlərin heç birinin həll olunmadığı bir vaxtda 2008-ci ili hər hansı bir partiya üçün uğurlu il hesab etmir. Onun fikrincə, Azərbaycan cəmiyyətinin demokratikləşməsi istiqamətində nailiyyət yoxdursa, uğurdan danışmaq çətindir: “Amma partiya kimi ümumi ansambldan kənarda bəzi uğurlarımız olub. İlk dəfə prezident seçkilərində iştirak etmişik, geniş elektoral kütlə ilə işləmək imkanımız olub. Təşkilatlanma işində yeni formalar və metodlar tətbiq etmişik, sıralarımız genişlənib. Partiyamıza yaxın olan insanların gündəlik qəzet nəşr etdirməsi də bizim uğurlarımız içindədir. Gələn il üçün planlarımız isə daha çox bələdiyyə seçkiləri, referendum məsələsi ilə bağlı fəaliyyətimizi genişləndirməkdir. Daha çox işimizi bələdiyyə seçkiləri üzərində quracağıq”.AMİP katibi Əli Oruclu 2008-ci ili Azərbaycan xalqı üçün uğurlu il saymır: “Bu özünü bütün parametrlərdə göstərdi. İstər iqtisadi, istər siyasi, söz azadlığı, istərsə də Qarabağ məsələsində heç bir uğurumuz olmadı. Ölkə üçün əhəmiyyətli olan prezident seçkiləri keçirildi. Amma bu seçkilərin də cəmiyyətə heç bir afdası olmadı. 2008-i Azərbaycan cəmiyyəti üçün itirilmiş illərdən biri hesab edirik. Ölkə miqyasındakı vəziyyət, uğursuzluq təbii ki, cəmiyyətin bir parçası olan AMİP-ə də təsirini göstərdi. 2008-ci ili həm də ona görə uğursuz il hesab edirik ki, ölkəmizdə monarxiyanın qanuniləşdirilməsinin əsası qoyuldu”.Əli Oruclu AMİP-in 2009-cu il üçün geniş planının olduğunu dedi: “Bələdiyyə seçkilərinə ciddi hazırlıq işlərini həyata keçirəcəyik. Qurultayımızı keçirəcəyik. Müxalifət partiyaları ilə əməkdaşlığı dərinləşdirmək, cəmiyyəti fəallaşdırmaq istiqamətində planlarımız var”.ADP sədrinin müavini Taliyət Əliyev də 2008-ci ili Azərbaycan dövləti, xalqı və müxalifəti üçün uğursuz, itirilmiş il hesab etdiklərini bildirdi: “Ölkədə iqtidsadi böhran daha da dərinləşdi, siyasi partiyaların fəaliyyətinə məhdudiyyətlər gücləndi, anti-demokratik seçkilər keçirildi, avtoritar idarəetmə sisteminin qanuniləşdirilməsi istiqamətində addım atıldı. Belə bir vəziyyətdə təbii ki, ADP-nin, həmçinin bütün müxalifətin fəaliyyət göstərməsinin özü ciddi çətinliklər bahasına başa gəldi. ADP hakimiyyətə, bütün siyasi qüvvələrə bir neçə təkliflər paketi təqdim etdi”.T.Əliyevin qənaətincə, qlobal iqtisadi böhran, Azərbaycanda baş verən hadisələr, o cümlədən referendum məsələsinin ortaya atılması 2009-cu ildə Azərbaycanı heç də işıqlı günlərin gözləmədiyini deməyə əsas verir: “2009 Azərbaycan üçün, onun siyasi qüvvələri üçün çox çətin sınaq ili olacaq. ADP bu sınaqdan özünün və xalqın uğurlu çıxması üçün üzərinə düşən bütün addımları atacaq. 2009-cu ildə cəmiyyətdə aktivlik artacaq və bu da müxalifətin imkanlarını genişləndirəcək”.
45,277
31.12.2008 04:54
İqtisadiyyat
RUSİYA BU GÜNDƏN UKRAYNANIN QAZINI KƏSƏCƏK
Kəskin maliyyə böhranı və siyasi qeyri-sabitliklə üzləşən Ukrayna borcunu ödəməyin yollarını axtarmaqdadır. Miller deyib ki, “Qazprom” artıq Ukraynanın qaz təchizatını dayandırmaq üçün xüsusi operativ qərargah yaradıb. Onun sözlərinə görə, Ukrayna tərəfindən “Naftoqaz” şirkəti qaza görə yığılıb qalan milyard dolları ödəməyə hazır deyil. Miller gələn il Ukraynaya qazın min kubmetrinin borcun tam ödəniləcəyi halda 418 dollara satıla biləcəyini də deyib. İndiyədək Ukrayna Rusiyadan aldığı qaza görə 170 dollar ödəyirdi. Eyni vəziyyət 2006-cı ildə də yaranmışdı. O vaxtlar da Rusiya qısa müddətə Ukraynaya qaz təchizatlarını dayandırmışdı. Bu isə Qərbi Avropaya mavi yanacaq axınını xeyli azaltmışdı. Bu dəfə də Ukrayna ilə Rusiya arasında yaranmış mübahisə Avropada narahatlıqla izlənilir.
45,278
31.12.2008 04:56
Dünya
TÜRKİYƏDƏ ERMƏNİYƏ GÖRƏ POLKOVNİK TUTMAQ İSTƏYİRLƏR
Hərbçilər Qrant Dinkin öldürüləcəyi haqda məlumatların olduğu halda bu hadisənin qarşısını almaq üçün yetərli tədbirlər görməməkdə günahlandırılırlar. İttihamda deyilir ki, zabitlər Dink sui-qəsdini təşkil edənlər haqda bir neçə ay əvvəlcədən xəbərləri olub, lakin bu haqda aidiyyatı orqanlara məlumat verilməyib. Zabitlər vəzifələrindən sui-istifadə maddəsi üzrə 2 ilədək həbs cəzası ala bilərlər.
45,279
31.12.2008 04:59
Siyasət
PARLAMENTDƏ TEST ÜSULUNUN LƏĞVİ TƏŞƏBBÜSÜ QALDIRILDI
Testi “tapmaca” adlandıran deputat abituriyentlərin tapmacalara cavab yazdıqlarını söylədi. Həmçinin bildirdi ki, abituriyentlər test səbəbindən istəmədikləri ixtisaslar üzrə təhsil almalı olurlar. O.Əsədov isə onun fikirlərini qəbul etmədi: “Testlə oxuyanların necə mütəxəssis olduğunu 10-15 ildən sonra biləcəyik. Hər şeyə şübhə ilə yanaşmayaq. Hələlik test çox gözəl sistemdir”. “Test saxlanmalıdır” Əli Məsimli qanunun qəbuluna çağırdı. Vahid Əhmədov isə testə qarşı çıxanlara bir xatırlatma etdi: “1992-ci ildə Təhsil haqqında qanun müzakirə olunanda da bir qrup qüvvələr testin qanuna salınmasına qarşı çıxırdı. O zaman rəhmətlik Əbülfəz Elçibəyin çox ciddi təkidi nəticəsində test sisteminin tətbiqi qanuna salındı və türk qardaşlarımızın köməyi ilə ilk testlər Türkiyədə hazırlandı. Biz testin qanunda saxlanılmasını alqışlayırıq”. Qızıl və gümüş medallarla orta məktəbi bitirənlərə imtiyazların verilməsini istəyən V.Əhmədov yaş senzi məsələsinə də toxundu: “Elə adam var 70 yaşı olsa da, özünü 50 yaşlı adam kimi hiss edir. Belələrini təhsildən uzaqlaşdırmaq düzgün deyil”. Aynur Quliyeva ödənişli təhsil ocaqlarında ödənişin miqdarının göstərilməsini zəruri saydı. Artıq dünyada 11 illik təhsil sisteminə rast gəlinmədiyini, 12 illik təhsilə keçildiyini vurğulayan deputat Azərbaycanda icbari təhsilin 9 ilə endirilməsinə qarşı çıxdı. Asəf Hacıyev testin saxlanmasını zəruri saysa da, bildirdi ki, bilikləri qiymətləndirmə komissiyası yaradılmalıdır.Elmira Axundova pedaqoji təhsil alanların 3 il məcburi qaydada işləməsi barədə müddəanı təklif etdi.Məlahət Həsənova Gürcüstandakı soydaşlarımızın Azərbaycanda testlə imtahan verməsinə qarşı çıxdı. Nizami Xudiyev isə hətta Şamaxı Kənd Təsərrüfatı Texnikumunun müəllim hazırlamasından danışdı: “Gedib 6-7 ay oxuyub müəllim olurlar”. İsrar nəticəsində söz alan Nəsib Nəsibli müzakirələri yekunlaşdırmaq istəyən spikerə sual ünvanladı: “Niyə tələskənliklə bu məsələyə nöqtə qoymağa çalışırsınız? Bu ki siyasi məsələ deyil. Keçən il də belə etdiniz”.Asim Mollazadə isə üçüncü oxunuşu gecikdirməməyi və yaz sessiyasının əvvəlində qanunun qəbul olunmasını təklif etdi.Gültəkin Hacıbəyli bildirdi ki, icbari təhsilin 9 ilə endirilməsi erkən nigahlara da yol açacaq. Baba Tağıyevin sözü həlledici oldu Bu zaman Baba Tağıyevin çıxışa yazılması hamının marağına səbəb oldu. Spiker də deputatın nə deyəcəyini gözləyirmiş kimi ona söz verdi. Çıxış edərkən bir az uzaqdan gələn B.Tağıyev “nəhayət, sualımı verirəm” deyib spikerə üz tutdu: “Cənab sədr, sizə elə gəlmirmi ki, burda fikirlərin çoxu təkrarlanır? Bəlkə qanunu səsə qoyaq?” Onun sualı zalda alqış qarışıq uğultulu gülüşə səbəb oldu. Hətta sədarət də özünü gülməkdən saxlaya bilmədi. O.Əsədov isə “Baba Tağıyevin sözündən sonra qanunu səsə qoymaq lazımdır” deyib müzakirələrə nöqtə qoydu. Yekun səsvermədə 104 nəfər lehinə, 3 nəfər əleyhinə olmaqla ikinci oxunuşda qanun qəbul edildi. Deputatlar ikinci oxunuş münasibətilə əl çaldılar. Spiker isə Ş.Hacıyevə tapşırdı ki, təkliflər nəzərə alınmaqla qanun layihəsi üçüncü oxunuşa hazırlansın. Bundan sonra nazir Misir Mərdanov başda olmaqla təhsil işçiləri zalı tərk etdi. Daha sonra gündəlikdə digər məsələlər müzakirə olundu. Məlum oldu ki, qiymətli metalların, qiymətli daşların və zərgərlik məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə müəyyənləşdirilən cərimələr sərtləşdiriləcək. Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov məlumat verdi. Qeyd etdi ki, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb: “2008-ci ilin 11 ayının statistik məlumatlarına görə, bu sahədə 351 inzibati xəta qeydə alınıb. Tətbiq edilən cərimələr nəticəsində dövlət büdcəsinə təxminən 37 min manat vəsait daxil olub. Təəssüf ki, pozuntuların tendensiyası artmaq üzrədir. Layihədə cərimələr fiziki şəxslər üçün 100 manatdan 400 manata, vəzifəli şəxslər üçün 500 manatdan 800 manatadək, hüquqi şəxslər üçün isə 1000 manatdan 3000 manatadək miqdarda artırılır”. Elmira Axundova bildirdi ki, o, həmişə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrin sərtləşdirilməsinin əleyhinə çıxış edir. Amma bu dəfə əksini düşünür. Onun fikrincə, qiymətli metalların, qiymətli daşların və zərgərlik məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə təklif olunan yeni cərimələr də azdır: “Bu sahədə dövriyyə çox böyük olur. İnsanlara dəyən ziyan da böyük rəqəmlə ölçülür. Ona görə də cərimələr daha da sərtləşdirilməlidir. Təklif olunan məbləğlər ən azı 10 dəfə artırılmalıdır”.Fazil Qəzənfəroğlu son vaxtlar zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarların ciddi problemlərlə üzləşdiklərini bildirdi. Onun sözlərınə görə, hazırda dəyəri 1 manat olan gümüş məmulatı da, dəyəri 50 min manat olan brilyant qaşlı üzük də Əyar Palatası tərəfindən 2 manata damğalanır. Bundan əlavə, damğalanma yalnız paytaxtda aparıldığından regionlardakı sahibkarlar satmaq üçün nəzərdə tutulan zərgərlik məmulatlarını toplayaraq Bakıya gəlməli olurlar. Bu isə onların müxtəlif soyğunçuluq halları ilə üzləşmə riskini artırır: “Qanun layihəsində nəzərdə tutulan yeni cərimələr çökməkdə olan bu sektoru daha da çətin vəziyyətə salacaq”. O.Əsədov təqdim olunan qanun layihəsinin mütərəqqi xarakterli olduğunu bildirərək dedi ki, burada məqsəd Azərbaycan bazarından saxta zərgərlik məmulatlarının yığışdırılmasıdır. Müzakırələrdən sonra qanun layihəsi qəbul olundu. Hakimiyyətdən Yeni il “sürprizi” İclasda İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan əlavələr də müzakirə olundu. Ə.Hüseynov bildirdi ki, dəyişikliklər enerjidaşıyıcılarından istifadə edən vətəndaşların hüquqları və onların dövlət orqanları ilə münasibətləri ilə bağlıdır. Onun sözlərinə görə, 2006-cı ildə edilən dəyişikliklərlə hətta elektrikdən, qazdan, sudan qanunsuz istifadə ilə bağlı cinayət məsuliyyəti də müəyyənləşdirilib və həmin vaxt Məcəlləyə əlavələr edilib: “Həmin əlavələrdə elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə sanksiyalar müəyyənləşdirilib. İndi isə bu sıraya təbii qazdan istifadə qaydalarının pozulması da daxil edilir. Digər dəyişiklik isə təbii qazın istilik və elektrik enerjisinin məişətdə talanması ilə bağlı maddəyə nəzərdə tutulur. Yeni variantda məişət sözü çıxarılır”. Ə.Hüseynov dedi ki, bu maddə daha geniş dairədə tətbiq olunacaq. Çünki təbii qazdan, istilik və elektrik enerjisindən talançılıqla istifadə təkcə məişətdə rast gəlinmir. Ölkədə pul qıtlığı yoxdur? Müsavat deputat qrupunun koordinatoru Pənah Hüseyn xüsusən qaz və elektrik enerjisinin haqqının ödənilməsi ilə bağlı yerlərdə intizam tədbirlərinin gücləndirildiyini xatırlatdı: “Bu isə əhalinin bir hissəsi tərəfindən narazılıqla, digər hissəsi tərəfindən isə anlaşıqlıqla qarşılanır. Amma borcların ödənilməsi ilə bağlı çox ciddi problem yaranıb. Bu da pul qıtlığı ilə əlaqədar məsələdir. Bakı şəhərində və rayonlarda pensiyaların, hətta maaşların alınmasında əhali nağd pul qıtlığını əsas gətirərək bu məsələnin ciddi problem olduğunu bildirir. Qeyri-rəsmi şəkildə hətta belə bir şayiələr də yayılır ki, pul qıtlığı məsələsi daha çox güclənəcək. Mən çox istərdim ki, İnzibati Məcəlləyə cərimələrin ödənilməsi ilə bağlı əlavələr edilərkən heç olmasa əhalidə pulun olub-olmaması məsələsinin əhəmiyyətinə diqqət yetirilsin”. P.Hüseyn əlavə etdi ki, ola bilər vətəndaşlara xidmət sahələrinin istifadə qaydalarını pozmasını özündə ehtiva edən müddəaların Məcəlləyə salınması intizamın möhkəmlənməsinə və qayda-qanunun yaranmasına xidmət eləsin. Deputat bir sıra qanunlar kimi sözügedən qanunun da işləməməkdə davam etdiyini vurğuladı. O.Əsədov isə pulla bağlı məsələyə reaksiya verdi: “Azərbaycanda pul qıtlığı var? Hələ belə söhbət yoxdur”. P.Hüseyn onun məsələdən bixəbər olduğunu deyəndə spiker “hamısından xəbərimiz var, elə bir şey yoxdur” söylədi. Fazil Qəzənfəroğlu hər bir vətəndaşın işlətdiyi işığın və qazın pulunu ödəməli olduğunu bildirdi. Əlavə etdi ki, vətəndaşlarla yanaşı, dövlət orqanlarının da məsuliyyəti artırılmalıdır: “İşlətdiyi enerjinin, təbii qazın pulunu verən vətəndaşın işığı və qazı kəsilməməlidir. Amma bu gün şəhərin istənilən nöqtəsində işıqla, qazla bağlı problemlər var. Buna görə də qəbul etdiyimiz qanunlarla dövlət orqanlarının da məsuliyyətini artırmalıyıq”.Narkotik maddələrin məhv edilməsi qaydalarında nəzərdə tutulan dəyişikliklər də müzakirə olundu. Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Ə.Hüseynov bildirdi ki, layihədə müsadirə edilmiş narkotik vasitələrin axtarılması zamanı xüsusi təlim keçmiş itlərdən istifadə nəzərdə tutulur. Deputatlar bu düzəlişi müzakirəsiz qəbul etdilər. Pənah Hüseyn Ziyad Səmədzadəni “korrupsiyanın vəkili” adlandırdı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Əsasnaməsinə əlavə və düzəlişlər də edildi. Ə.Hüseynov bildirdi ki, əvvəlki variantda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrasını həyata keçirdiyi göstərilirdi: “Amma artıq dövlət proqramının icrası başa çatıb. Milli Məclis Korrupsiyaya qarşı mübarizə üzrə milli strategıya qəbul edib”. “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin edilməsi P.Hüseynin etirazına səbəb oldu. O, “dövlət tərəfindən vətəndaşların soyulmasının səbəbi nədir? Dünyanın bir çox hissəsində rüsumlar ləğv edildiyi halda, bizdə yeni-yeni dövlət rüsumları yaradılır” deyərək etirazını bildirdi. Pənah bəy “Gömrük tarifi haqqında” qanuna edilən əlavələrə qarşı da çıxdı və layihəni təklif edən Ziyad Səmədzadəyə ünvanlı “mənim artıq hörmətli Ziyad müəllimi korrupsiyanın birbaşa vəkili kimi təqdim etmək haqqım var” söylədi. Komissiya sədri isə bayram ərəfəsi olduğunu xatırladıb “düyünlənmiş fındıq”dan bəhs olunan bir beyt şerlə həmkarına cavab verdi. Müsavat deputat qrupu İsrailə etiraz etdi Pənah Hüseyn isə təmsil etdiyi deputat qrupunun adından İsrailin Qəzza bölgəsində apardığı hərbi əməliyyatlara etirazını bildirdi. Qeyd etdi ki, bir neçə gündür İsrail Qəzza bölgəsində soyqırımı həyata keçirir. “Biz Müsavat deputat qrupunda təmsil olunan partiyalar adından Qəzzadakı insan qətliamına, genosidinə qarşı etirazımızı bildiririk. Biz İsrail dövlətindən bu təcavüzkar, antiinsani akta son qoymasını tələb edirik” - deyə millət vəkili bəyan etdi. P.Hüseyn bildirdi ki, deputat qrupu Azərbaycan hökumətindən Fələstin xalqının hüquqlarının qorunması istiqamətində tədbirlər görülməsi və etiraz səsinin ucaldılmasını da tələb edir. Ancaq Milli Məclis rəhbərliyi və hakim partiyanı təmsil edən deputatlar bu bəyanata heç bir reaksıya vermədilər. İclasın sonunda deputat Jalə Əliyevə Milli Məclisin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikini oxudu. Bundan sonra O.Əsədov sessiyanı yekunlaşdırdı və iclas dövlət himninin səslənməsi ilə başa çatdı.
45,280
31.12.2008 04:56
Ölkə
“BAYRAM GÜNLƏRİ İŞIQ PROBLEMİ OLMAYACAQ”
“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bayram günlərində işıqla bağlı yaranacaq problemləri həll etməyə hazır olduqlarını söylədi: “Apardığımız işlər abonentlərimizin nəinki bayram günlərində, hətta qış aylarının bütövlükdə elektriklə təmin olunacağını deməyə əsas verir. Ancaq buna baxmayaraq abonentlərimiz enerjidə qənaət etsələr, daha yaxşı olardı. Mənzillərin tam 24 saat enerji təminatı üçün israfçılığa yol verməməlidirlər. 199 nömrəli qəza xidməti abonentlərimizin ixtiyarında olacaq. Problem yaransa, operativ olaraq bunun qarşısını almağa çalışacağıq. Çalışacağıq ki, dekabrın 31-i, həm də yanvarın 1-i və 2-si heç bir problem yaranmasın”. “Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı isə zəngimizə “Hazırda ölkədən kənardayam, qaz məsələlərilə məşğul olmuram” deyə cavab verdi.
45,281
31.12.2008 05:31
Yazarlar
AMERİKA “AZADLIQ”ını İTİRDİ
Arxada qalan 2008-ci ilə nəzər salanda görürsən ki, 12 ayda Azərbaycanda elə bir ciddi hadisə baş verməyib. Doğrudur, hakimiyyət təmsilçiləri oktyabrın 15-də keçirilən prezident seçkilərini 2008-ci ilin ən mühüm hadisəsi sayırlar. Amma əslində bu seçkilər nəinki ilin, heç günün də hadisəsi olmadı. Bu baxımdan artıq illərin yerdəyişməsinin Azərbaycan üçün elə bir önəmi yoxdu. Bizim üçün sadəcə, rəqəm dəyişir. Dünyanın ən məşhur astroloqları isə deyirlər ki, 2009-cu ildə azərbaycanlılar çoxdankı arzularını həyata keçirə, həyat keyfiyyətini yaxşılaşdıra və zərurət yaranarsa, hər şeyə yenidən, ağ səhifədən başlaya biləcək. Onu da deyirlər ki, gələn il Azərbaycanda fəallıq artacaq.Bəs bu azərbaycanlıların çoxdankı arzusu nədi, niyə biz onu həyata keçirə bilmirik? Məncə, sual hamımıza aiddi. Hamımız onun cavabını tapmalıyıq. Mən öz cavabımı yazıram. Bizim çoxdankı arzumuz lazım gəlsə, işğal altındakı torpaqlarımızı azad etməkdi. Bizim arzumuz ölkədə korrupsiyanın, rüşvətxorluğun, yaltaqlığın, talançılığın, inhisarçılığın, qanunsuzluğun kökünü kəsmək, siyasi repressiyanı durdurmaq, normal seçki keçirmək, demokratiyanı, söz azadlığını bərqərar etməkdi; bu hakimiyyətdən yaxa qurtarmaqdı. Əgər dünyanın məşhur astroloqları bu arzularımızın həyata keçəcəyini deyirlərsə, Allah ağızlarından eşitsin.Amma il ərzində baş verənlər başqa şey deyir. Belə getsə, arzularımız çətin həyata keçsin. 2008-ci ildə hakimiyyət o qədər rahatlaşdı ki, hətta ilin sonunda Qərbin üç məşhur radiostansiyasının Azərbaycanda yayımını dayandırdı. Bir çoxları fikirləşirdi ki, hakimiyyət Qərbin burda danışan dilini kəsmək məsələsini ortaya atmaqla beynəlxalq birliklə bazarlıq edə bilər. Ancaq nəticə göstərir ki, bazarlıq baş tutmayıb. Görünür, hakimiyyət Qərbdən istədiyini ala bilmədi. Odur ki, neçə ay davam edən danışıqlar, dünyanın dörd bir yanından gələn bəyanatlar Nuşirəvan Məhərrəmlinin tükünü də tərpətmədi. O boyda Amerikanın iki, Britaniyanın bir radiosunun Azərbaycanda FM tezliyində səsini elə batırdılar ki, heç ruhları da incimədi.İndi bu boyda həngamədən sonra biz necə inanaq ki, 2009-cu ildə hər şey yaxşı olacaq, Azərbaycanda fəallıq artacaq, arzularımız reallaşacaq. Amma bir tərəfdən də fikirləşirsən ki, axı bu proqnozu dünyanın ən məşhur astroloqları verir. Bunu Mübariz Əhmədoğlu desəydi, adamda bir az şübhə doğurardı.Pis-yaxşı ili başa vurduq. Bu ölkədə vəziyyətin normallaşması üçün nə bacardıqsa elədik. Elə gün olmur ki, redaksiyaya azı beş şikayətçi gəlməsin. Hamısını dinlədik, problemlərini öyrəndik, şikayətlərini dərc etdik, müraciətlərini qəzet vasitəsi ilə ölkənin prezidentindən tutmuş ən xırda məmuruna kimi hamısının diqqətinə çatdırdıq. Həmin məqalələrdən sonra xeyli adamın problemi həll edildi və buna görə az da olsa rahatlıq tapdıq. Yazılarımızda bu ölkəni çapıb talayanları, insanları incidənləri, qanunları tapdalayanları adları ilə göstərdik.Çox təəssüf ki, 2008-i media ilə bağlı köhnə-yeni problemlərlə başa vururuq. Bu il həm də Adil Qaçayoğlu və Məmməd Nazimoğlu kimi dəyərli insanları, qələm sahiblərini itirdik.Gələn il görüşmək ümidi ilə... Zabil MÜQABİLOĞLU
45,282
31.12.2008 05:33
Ölkə
“BAKIYA QAR YOX, DƏRD YAĞDI”
“Elə bil insanların üzündən sevinc çəkilib. Ötən il ilk qar yağanda parkda uşaqlar, gənclər, hətta orta yaşlı insanlar qartopu oynayır, Şaxta baba düzəldirdilər. Amma indi park bomboşdur. Camaat bahaçılığın əlindən zara gəlib, kimdi indi qara sevinən”.“Gənclik” dairəsi yaxınlığında olan bağda tumsatan nənə isə Bakıya qar yaraşmadığını dedi: “Ay bala, Bakıya qar yox, dərd yağdı. Qaz yox, işıq yox, üstəlik də qar yağıb. Axşam şaxta olacaq. Gəl indi buz kimi otaqda yat görüm, necə yatırsan”.Nəqliyyat Nazirliyi isə “Gənclik” dairəsində qartəmizləyən texnikanı nümayiş etirirdi. Şəhərin mərkəzi hissəsində yollar təmizlənsə də mikrorayonlara və qəsəbələrə gedən yolları yada salan yox idi.
45,283
31.12.2008 05:35
Ölkə
HƏBSDƏKİ PROKUROR OĞLUNDAN MÜĞƏNNİLƏRƏ SƏRT İTTİHAM
APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Yalçın Həsənov tərəfindən məhkəməyə müraciət daxil olduğu qeyd olunub. Hakim deyib ki, müraciətdə KİV-də bu işlə bağlı həqiqətə uyğun olmayan yazıların dərc olunduğu bildirilib: “Vəziyyət belə davam edərsə, onlar prosesin qapalı keçirilməsi xahişi ilə çıxış edəcəklər”. Hakim müraciətə zəruri hal yaranarsa, baxacaqlarını söyləyib. İclasda şahid qismində ifadə verəcək 2 şəxsin prosesə gəlmədiyini bildirən hakim həmçinin bildirib ki, Mahir Mirsalamovun vəkili Nərminə Məmmədova yaxının vəfat etməsi ilə bağlı məhkəməyə teleqram göndərib və xahiş edib ki, proses onun iştirakı olmadan davam etdirilməsin. Prosesdə habelə təqsirləndirilən Yalçın Həsənovun imzası ilə mətbuat nümayəndələrinə müraciət də təqdim olunub. Müraciətdə müğənni Röya, Zamiq Hüseynov və Tunarla bağlı bəzi məsələlər yer alıb. Müraciətdə bildirilib ki, Röyanın qayınanasının onlarla əlaqə saxlayaraq, bu işdə Röyanın da adının hallandırılması haqda deyilənlər həqiqətə uyğun deyil, çünki həm Röya, həm də həyat yoldaşı Anar Cəlilov onun dostudur: “O ki qaldı Tunara, onunla 1997-ci ildən dostluq etmişəm. Ancaq həbs olunandan sonra qaçıb gizlənib. Elə bil məni tanımır. 24 saat yanımdan çəkilməyən Tunar həbsdə olduğum 8 ayda bir dəfə də olsun yanıma gəlməyib. Zamiq Hüseynov isə telefonum bağlı olanda avtomobili ilə şəhərə çıxmırdı ki, birdən yol polisi saxlayar və maşını əlindən alar. Çünki sürücülük sənədi olmadan maşın sürür. İndi Zamiq üçbucaq saqqal buraxaraq, cırıq şalvar geyinərək ulduz olub? Bəs kişilik harada qaldı?” Müraciətdə Y. Həsənov həbsdən çıxandan sonra bu məsələlərə aydınlıq gətirəcəyini də qeyd edib: “Ən əsası odur ki, belə adamlar həbsxanaya düşməyiblər. Çünki həbsxana dostluğun və kişiliyin nə olduğunu bilənlər üçündür”. Məhkəmə prosesi 2009-cu il yanvarın 8-dək təxirə salınıb. Qeyd edək ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
45,284
31.12.2008 02:39
Ölkə
MÜDAFİƏ NAZİRLİYİ ZABİTLƏRİN DAVASINI TƏSDİQLƏMİR
Nazirliyin məlumatında deyilir ki, münaqişə və hərbi hissə komandirinə bədən xəsarətlərinin yetirilməsi, onun hospitala yerləşdirilməsi haqda məlumat uydurmadır.Zabitlərin adından bildirilir ki, onlar arasında heç bir münaqişə olmayıb. Hərbi hissə komandirinin adından belə məlumatların yayılmasının “ordunun nüfuzuna kölgə salmaq” məqsədi daşıdığı bildirilir. Məlumatda mayor Ə.Məlikovun adından bildirilir ki, onun komandirlə heç bir münaqişəsi olmayıb. “Qeyd edildiyi kimi, mən nə Rövşən Alıyevin müaviniyəm, nə də onunla bir hərbi hissədə qulluq edirəm. Sadəcə olaraq mən sözügedən hərbi hissənin şəhərciyində yaşayıram” deyə Məlikov bildirib.
45,285
31.12.2008 05:39
Yazarlar
BEKARA İL
Bir kəlməlik cavabları ağızlardan çıxdığı kimi yazıram: “Mənasız il”, “səfeh il”, “pis il”, “belə də”, “cansıxıcı il” və s.Cavabların içində ikisi daha diqqətçəkən oldu. Əməkdaşlarımızdan biri 2-3 dəqiqə düşünəndən sonra 2008-i “ümidlərin qırılan ili” kimi dəyərləndirdi, digəri isə dərin düşünmədən yek kəlməylə dedi: “2008 bekara il idi”. Məncə, hamı haqlıdır: bir-iki maraqlı idman tamaşasını (futbol üzrə Avropa çempionatını və Pekin olimpiadasını), eləcə də Rusiya-Gürcüstan savaşını nəzərə almasaq, 2008 gerçəkdən də cansıxıcı il oldu. Arada çox səfeh, mənasız, pis həftələr, aylar keçdi, lap axıra yaxın isə camaatın gələcəyə bəslədiyi ümidlər doğrudan da daşa-qayaya dəyib göl buzu kimi çilikləndi. Ümumiyyətlə götürsək isə, əməkdaşımız Məhəbbət Orucovun 2008-ə verdiyi qiymətlə razıyam, hələ bu cür bekara il olmamışdı.Başa düşürəm, əslində 2008-ə əlahiddə zaman kəsiyi kimi baxmaq düzgün deyil. Bu, bir yerə cəmlənmiş 365 gündür və böyük ümidlərlə başladığımız üçüncü minilliyin birinci yüzilinin 8-ci ilidir. Nə qədər ki, biz beləyik, düşüncəmiz, qanacaq-qabiliyyətimiz bu sayaqdır, təqvimdəki rəqəmlərin 1988, 1998, yaxud 2008, hətta 2018 və 2028 olmasının fərqi yoxdur. Cansız rəqəmlər heç nəyi həll etmir.Amma konkret olaraq 2008-dən gözləntilər vardı. Məsələn, seçki olasıydı. Olmadı. Deyəsən, təxirə saldılar. Ya da gizli keçirdilər. Hər halda, xalqın bu haqq-hesabdan xəbəri olmadı və ölkədə heç bir dəyişiklik baş vermədi.2008-dən söhbət düşəndə yadıma köhnə bir lətifə düşür. Son variantın məzmunu belədir: bir soydaşımız başını götürüb məmləkətdən gedir və qəribə bir ölkəyə varid olur. Qəribimiz görür ki, bu ölkənin qəbristanlığında başdaşıların üstündə insanların nə qədər ömür sürdüyü qeyd olunub və ən uzun yaşayanın ömrü 15 ili keçmir, əksəriyyətin ömrü isə 3-5 ildir. Soydaşımız yerli adamlardan bunun məğzini soruşur. Ona deyirlər ki, bizdə adətdir, insanın yaxşı, ürəyi istədiyi kimi yaşadığı günü, ayı, ili nəzərə alırıq, ona görə başdaşılarındakı rəqəmlər bu cürdür. Bu əsnada soydaşımız qəhərlənir və deyir: “Buralarda ölüb-eləsəm, başdaşıma rəqəm yazmayın, yazın ki, ölü doğulub”.2008 də elə oldu, milyonlarla insanın ömrünə yazılası il olmadı. Bu, o demək deyil ki, Zodiak təqvimində Siçan ili kimi işarələnən 2008 öz sələflərindən - 2007, 2006, 2005 və ya 2003-dən çox pis olub. Xeyr. Məsələ ondadır ki, heç onlar da ictimaiyyətin mənafeyi baxımından bir zibil il deyildilər. Yoxsa ayrı-ayrı insanlar üçün həm 2008, həm də əvvəlki illər çox düşərli olub - kimsə uzun illərdən sonra maşın alıb, kimsə ərə gedib, kiminsə oğlu doğulub və sair və ilaxır.Bizim qərinəmiz, əsrimiz qara gələndən sonra illərimiz necə yaxşı ola bilər - məsələ budur. Ötən əsrin 88-ci ilində vətənimiz bir şaqqasını itirib, 93-cü ilində isə demokratiyamızın onurğa sütunu qırılıb. Ona görə də uzun illərdir ki, vətən də sürüncəklidir, millət də.Hazırda hamı bir ucdan “ümid edək ki, 2009-cu il millətimiz üçün xeyirli-uğurlu il olacaq” deyə təkrar-təkrar yalan-palan sözlər danışır. Guya ki, gələn il daha xoşbəxt və firavan, daha həmrəy və dilbir olacağıq. Olmayacağıq. “Tarqovı”da göbəyi açıq gəzən qızlarla həmin məkanın altı ilə “Sahil”dən “İçərişəhər”ə gedən hicablı qızlar həmrəy və həmrəng olmayacaqlar. Eləcə də məscid əhli ilə “ekstazi” kullanan gənclər. Hazırda hər şey dahi Mirzə Cəlilin “Anamın kitabı” pyesindəki kimidir: heç nədə həmrəy ola bilməyən türkdilli, rusdilli və farsdilli qardaşların problemi olduğu kimi qalır. Hələ onların balaca bir ingilisdilli qardaşları da doğulub.Bircə ona ümid edək ki, 2009 nə cür olur-olsun, amma bekara il olmasın. Bekaralıq pis şeydir. Samir SARI
45,286
31.12.2008 05:41
Kriminal
SOSİAL MÜDAFİƏ FONDUNDA İŞLƏYƏN DƏLƏDUZ TUTULDU
Mərhumun adına olan Beynəlxalq Bankın plastik kartına 2005-ci ilin iyun ayından bu ilin dekabr ayına qədər 5202 manat 58 qəpik pul köçürülüb, həmin vəsaitin 2012 manatı bu ilin oktyabrın 28-ə qədər qüvvədə olmuş plastik kartla çıxarılıb.Bu il oktyabrın 28-də DSMF-nin Xətai şöbəsi tərəfindən S.Səfərovun adına yeni kart alınaraq noyabr ayının 5-də, bankomatdan əlavə olaraq, 1800 manat pul vəsaiti dələduzluq yolu ilə çıxarılıb. Plastik kart və onun pinkodu 10 may 1967-ci ildə Ağdam rayonunun Göytəpə kəndində anadan olmuş, Bakı şəhəri Xətai rayonunda yaşayan, DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi mühasib işləyən Səfər Həziyevdən götürülüb. Faktla əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb. BAKIDA QULDUR DƏSTƏSİ YAXALANDIBakıda quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib (lent.az). Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Teymurov Faiq Məmməd oğlu, Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Həsənov Kamran İntiqam oğlu, Allahverdiyev Rəşad Şaiq oğlu və Masallı rayon sakini, Salıyev Elnur Əli oğlu M.Cümə küçəsində Bakı şəhər sakini - 1991-ci il təvəllüdlü Mirzəyev Elçin Bəhruz oğluna və İ.Hidayətzadə küçəsində 1969-cu il təvəllüdlü Məmmədov Samir Zeynal oğluna qarşı bıçaqdan istifadə etməklə hədə-qorxu gəlib, onların mobil telefonlarını alaraq hadisə yerindən uzaqlaşıblar. Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda təqsirli bilinən şəxslər tutularaq məsuliyyətə cəlb olunublar.
45,288
31.12.2008 06:00
Kriminal
BEYLƏQAN SAKİNİ BAZARDA GÜLLƏLƏNDİ
Saat 14.00 radələrində Beyləqan rayon sakini olan Samir adlı şəxs Füzuli rayon sakini Elşən adlı şəxs tərəfindən güllələnib. Beyləqan Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Qeyd olunub ki, hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Mərhumun meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.
45,289
31.12.2008 05:57
Dünya
“HİZBULLAH” İSRAİLƏ İKİNCİ CƏBHƏ AÇMAĞA HAZIRLAŞIR
İsrail təhlükəsizlik qüvvələrindəki mənbə Livan ərazisindən mümkün raket zərbələrinin qarşısnı almaq üçün tədbirlərin görüldüyünü açıqlayıblar.“əL-Həyat” qəzetinin məlumatına görə, İsrailin Qəzza zolağında artıq dördüncü gündür davam edən əməliyyatların qarşısını almaq üçün “Hizbullah”la yanaşı, Türkiyə və Misir də tədbirlər hazırlayır. Bir gün əvvəl xarici işlər naziri Əli Babacan Ankarada Misir xarici işlər naziri Əhməd Əbu əl-Reytlə görüşü zamanı dörd bənddən ibarət atəşkəs planını təqdim edib. Plana hər iki tərəfin atəşi dayandırması, sərhəd-keçid məntəqələrinin açılması, Qəzza zolağının blokadasına son verilməsi və atəşkəsə dair beynəlxalq təminat daxildir. Qeyd edək ki, “Hizbullah” lideri Həsən Nəsrallah Fələstin ərazilərində baş verənlərə görə Misiri ittiham edib. O bəyan edib ki, Misir bölgəyə silah keçirilməsinə imkan vermək üçün sərhədləri açmalıdır. Əks halda törədilən cinayətin iştirakçısı olacaq.İranda da fələstinlilərə və “Həmas”a kömək etməyin yollarını axtarırlar. Yerli mətbuata istinadən yayılan xəbərlərə görə, minlərlə könüllü Qəzza zolağına gedərək İsrailə qarşı döyüşməyə hazırdır. İsfahan Universitetində tələbələr İsrailə qarşı döyüşmək üçün könüllülər dəstəsinə yazılırlar. Dini lider ayətullah Əli Xamneyi İran müsəlmanlarını İsrailə qarşı cihada çağırıb. O deyib ki, bu qanuni özünümüdafiə müharibəsində həlak olan hər kəs şəhid sayılacaq. Tehranda isə on minlərlə adamın iştirakı ilə İsrailə qarşı nümayişlər keçirilir. Lakin İranın indiyədək maliyyə dəstəyi verdiyi “Həmas”a hərbi yolla kömək etmək imkanları məhduddur. Qəzza zolağına könüllülərin və silah-sursatın keçirilməsi demək olar ki, mümkün deyil. Bölgə tam blokadadadır, Misir isə Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsini açmır. İsrailin “Həmas”a qarşı bu cür şiddətli güc tətbiqinin İrana mesaj olduğu haqda yazmışdıq. İsrail mətbuatı isə xəbər verir ki, əməliyyatlarda İranın nüvə obyektlərini dağıtmaq üçün ABŞ-dan bir neçə ay əvvəl alınan GBU-39 “ağıllı bombaları” tətbiq olunur. 113 kiloqramlıq bunkerdağıdan bu bombaların dağıdıcı gücü 900 kiloqramlıq adi bombalara ekvivalentdir. Bu ilin sentyabrında ABŞ Konqresi İsrailə 1000 ədəd belə bomba satılmasına icazə verib. Hazırda İsrail aviasiyası həmin bombalardan “Həmas” döyüşçülərinin Misirlə sərhəddə qazdıqları tunelləri dağıtmaq üçün istifadə edir. Bu fakt İsrailin Qəzza zolağında başlatdığı məliyyatların İranın nüvə obyektlərini vurmaq yönündə məşq olduğunu bir daha təsdiq edə bilər.Xəbərlərə görə, İsrail aviasiyası dekabrın 30-na keçən gecə Qəzza zolağına yeni zərbələr endirib. Bu zərbələr nəticəsində onlarla adamın öldüyü bildirilir. Fəlsətin mənbələri dörd günlük hava zərbələri nəticəsində ölənlərin sayının 400-ə yaxınlaşdığını xəbər verib. 2 minə yaxın adam yaralıdır. Ölənlər arasında azı 60 dinc sakin var, qalanlar “Həmas” üzvləridir. Hava zərbələrinin ardınca İsrail milyon yarıma yaxın adamın yaşadığı Qəzza zolağını qurudan və dənizdən da artelleriya atəşinə tutur. “Həmas” döyüşçüləri isə gecə İsrail ərazilərinə raket zərbələri endiriblər, 2 nəfərin öldüyü bildirilir. Şahidlərə istinadən yayılan xəbərlərə görə, İsrail aviasiyası gecə “Həmas”ın bir neçə inzibati binasına, o cümlədən İsmayıl Haniyənin evinə raket zərbəsi endirib. Baş nazir Ehud Olmert hökumətin iclasında bildirib ki, atəşkəs haqda çağırışları eşitmək istəmir və indi əsas diqqəti Qəzza zolağında terror infrastrukturunun dağıdılmasına yönəltmək lazımdır. Parlament müxalifətinin lideri Benyamin Netanyahu ilə görüşən baş nazir ona əməliyyatların gedişi haqda məlumat verib. O, xahiş edib ki, Netanyahu İsrailin başlatdığı əməliyyatın beynəlxalq ictimaiyyətə izah edilməsi missiyasını üzərinə götürsün. İsrailin baş naziri Yehud Olmert deyib ki, bombardman əməliyyatın hələ ilk mərhələsidir. Məlumatlara görə, İsrail Qəzza zolağı boyu quru qoşunlarını və tank birləşmələrini cəmləşdirməkdə davam edir. Baş verənlər İsrailin hava zərbələrinin ardınca bölgədə quru əməliyyatına da başlayacağı, Qəzza zolağını işğal edib oradakı “Həmas” hökumətinin fəaliyyətinə son verəcəyini göstərir. Lakin ekspertlər qeyd edirlər ki, İsrailin bölgəyə quru qoşunları yeritməsi yeni və uzunmüddətli qarşıdurmanın əsasını qoyacaq. Bu halda İsrail əsgərlərinin Qəzza zolağında hər gün hücumların hədəfi olması qaçılmazdır.Bu arada məlum olub ki, Türkiyə İsrailin ona xəbər vermədən bölgədə əməliyyata başlamasından sonra Suriya ilə bu ölkə arasında indiyədək göstərdiyi vasitəçilik missiyasını dayandırıb. İsrailin hərəkətlərini kəskin pisləyən Türkiyə bölgədə atəşin dayandırılması üçün diplomatik təşəbbüsə hazırlaşır. Yerli mətbuatın xəbərlərinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan bölgədə yaranmış vəziyyətlə bağlı bu gün Suriya, İordaniya, Misir və Səudiyyə Ərəbistanına səfərə çıxacaq. Hökumət sözçüsü Cəmil Çiçək bu qərarın Nazirlər Kabinetinin iclasında verildiyini bildirib. O deyib ki, İsrailin hədsiz güc tətbiqi bölgədə sülhə olan ümidləri heçə endirib. Çiçək Türkiyənin hazırda Qəzza əhalisinə təxirəsalınmaz humanitar yardım göndərilməsini təşkil etdiyini də deyib. Onun sözlərinə görə, baş nazir bölgə ölkələri ilə müzakirələr zamanı İsrailin əməliyyatlarının dayandırılması və atəşkəs yaradılması səyləri nəzərdən keçiriləcək.QISA ARAYIŞ: İslam Müqavimət Təşkilatı adı altında təsis edilən “Həmas” 1987-ci ildə Fələstin ərazilərində şeyx Əhməd Yasin tərəfindən qurulub. “Həmas” o vaxt Misirin radikal “Müsəlman qardaşları” təşkilatının Fələstin fraksiyasının əsasında yaradılıb. Təşkilatın mənzil-qərargahı Tehranda yerləşir. Lakin İran xüsusi xidmət orqanlarının nəzarətində fəaliyyət göstərən “İslami cihad” qruplaşmasından fərqli olaraq “Həmas” mübarizə strategiyasını və metodlarını seçməkdə sərbəstdir. Hərəkatın İordaniya, Livan və Pakistanda da mərkəzləri fəaliyyət göstərir. “Həmas”ın xarici əlaqələrini qurmaqla məşğul olan siyasi Büroya 1996-cı ildən Xalid Maşal başçılıq edir. Hazırda o, Suriyada yaşayır. “Həmas” İsraillə münaqişəni İslam və yəhudilik arasında müqəddəs müharibə kimi təqdim edir və onunla barışmır. Həmçinin “Həmas” islamın yayılması və dünyada islam qayda-qanunun hökm sürməsi ideologiyasına əsaslanır. “Həmas”a görə, istənilən yəhudi düşməndir, Fələstin ərazilərinin yəhudilərdən azad olunması isə müqəddəs vəzifədir. Hərəkatın illik büdcəsi təqribən 30 milyon dollardır. Həması yaradan Şeyx Əhməd Yasin 2003-cü ildə İsrail aviasiyasının dəqiq zərbəsi nəticəsində öldürülüb. Onun yerini tutan Əhməd Əiz ər-Rantisi də bir neçə ay sonra eyni aqibətlə üzləşib. Hazırda Qəzza zolağı “Həmas”ın siyasi şurasının üzvlərindən İsmayıl Xaniyənin nəzarətindədir. Təşkilatın liderinin kimliyi isə gizlidir.
45,290
31.12.2008 06:16
Yazarlar
MƏN ZİYA MƏMMƏDOVLA HƏMRƏY-ZAD DEYİLƏM
Son illər məndən ötrü ən mənasız bayram 31 dekabrdır. Bu həmrəylik söhbəti Yeni il sevincini şəxsən mənə illərdir haram edir. Təsəvvür elə də, şirin-şirin yeyib-içdiyin, ailə-uşağınla, sevdiklərinlə Yeni il gecəsinin dadını çıxardığın yerdə ürəkbulandıran boz Suslov ideologiyasının ruhu, Sov.İKP plenumu məzmunlu yarımsiyasi, bayağı zəvzəmələr, bir sürü yaltaq gəlib əsəblərini cırmaqlayır, zəhləni tökür.Hələ onu demirəm ki, yaparteidin (ifadə Eynulla Fətullayevindir) adında “milli” sözü olan digər şeylər kimi həmrəylik ideyasına da əsla dəxli yoxdur. Bu ideyanı da milli adamlardan əkişdirib, sonra da eybəcərləşdiriblər. Bu gün dünya azərbaycanlılarının faktiki lideri Nazim İbrahimovdur. Bu mövzunu onun monopoliyasına veriblər, milləti nəyinsə ətrafında o, birləşdirməlidir. Bir general banan inhisarçısıdır, o biri “Jalə” şirəsi, digəri asfalt-körpü. Nazim bəyin də payına milli birlik söhbəti düşüb. Onu Diaspor Komitəsinə sədr qoyanda çox təəccüblənmişdim. Axı adam gözəl bisnesmen idi, Ukraynada ticarətlə məşğul olurdu, necə deyərlər, dəmir alıb kömür satırdı, yaxşı da pul, ad-san, uğur qazanmışdı. Amma...Niyə o? O hara, milli ideya hara? Bu suallar məni çox düşündürürdü. İllər boyu ağlabatan cavab tapa bilmədim. İndi tapmışam. Ona görə İbrahimov ki, ənənələrimiz belə tələb edir. Dünyaya səpələnmiş soydaşlarımızın birləşdirilməsi ideyası çoxdan var - hələ XIX əsrdən. Amma bu iş çox çətin əmələ gəlirdi, bəzən heç gəlmirdi də. Öz əsrinə damğasını vuran nəhəng ziyalılarımız (tacirlərimiz yox ha!) Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspıralı bu ideyanın gerçəkləşməsi yolunda nə qədər əziyyət çəkdi! Amma nə faydası? Adını yaza bilən, əyni-başı, 5-3 quruşu olan 20-30 azərbaycanlını bir yerə yığıb əfkari-milli söhbəti eləmək mümkün olmurdu.İllər belə keçdi. Nəhayət, 1905-ci ilin avqustunda Rusiyanın Nijni Novqorod şəhərində böyük yarmarka təşkil olundu. Topçubaşovla Qaspıralı təcili ora getdi. Axı “millət-millət” deyən azərbaycanlıların hamısı o bazara axışmışdı. 147 azərbaycanlı taciri zorla bir yerə yığdılar. Avqustun 17-də keçirilən və tarixə Rusiya müsəlmanlarının I qurultayı kimi düşən yığıncaq o toplantı idi.Bu da sənə milli birlik. Elə-belə deyil, oğlum, bizim milli birlik yalnız bazarda və bazar prinsipi ilə yarana bilərdi, yarandı da. İbrahimovun dünya azərbaycanlılarının lideri olmasının sirri budur - bazar ənənəsi.İbrahimov yaratdığı diaspor təşkilatlarının sayı ilə öyünür - 300-dən çox imiş. Hamısı da YAPsifət şeylərdir. Nə ediblər bu vətən üçün? Azərbaycan rüşvətdə boğulur, yalanda, talanda qərq olur. Haçan səslərini çıxarıb bu rüsvayçılığa etiraz etdilər, “yazıq millət, yazıq vətən” dedilər? Nəyə gərəkdir onlar?Bu şit həmrəylik bayramının nə qədər karikatur şey olduğunu bilmək istəsən, Dünya Azərbaycanlıları Akademiyası adlı quruma bax. Gurultulu-zırıltılı adı adamı vahiməyə salır. Uzaqdan elə bilərsən ki, dədə vay, göz dəyməsin, bunlar dünyanı dağıdır, elmi kəşf qalmır, ağıllı siyasət demir, hamısında parlaq uğurlar qazanır. Fikirləşirsən ki, erməni ituşağı bunların qabağında nədir ki... Amma sonra qurdalayırsan, görürsən yox e... Bu akademiyanın vitse-prezidenti kim olsa yaxşıdır? Müğənni İlhamə Quliyeva. Bu adam zənən müğənnilərin hansı iləsə saçyolduya çıxanda həmişə xüsusi pafosla deyir ki, filankəs mənim yanımda heç kimdir, unutmasın ki, 50 milyonluq dünya azərbaycanlıları qarşımda baş əyir, mənə təzim edir.Belədirsə, külümü qoyum o azərbaycanlının da, o həmrəyliyin də başına. *** Nə isə, qanınızı qaraltmayın. Bayramınız mübarək! Mən hər azərbaycanlını yox, ƏSL AZƏRBAYCANLILARI təbrik edirəm. Oğru, rüşvətxor, yaltaq və müti olmayan, ədalətsizliyə göz yummayan, şəxsi ləyaqətini və milli qeyrətini qoruyan, Qarabağı unutmayan soydaşlarımı. Mən onlarla həmrəyəm. Ucdantutma hamı ilə, məsələn, yolumu qazıb çala-çuxur edən Ziya Məmmədovla, rüşvət alan o biri məmurla, haqqımı yeyən oğru neftxudalarla, azad sözü boğan, hüququmu pozan korrupsioner azərbaycanlılarla yox...
45,291
31.12.2008 06:17
Dünya
HİNDİSTAN PAKİSTANLA SƏRHƏDDƏ QOŞUN CƏMLƏŞDİRİR
Nazir həmçinin deyib ki, münasibətlərin normallaşması üçün Hindistan qoşunlarını əvvəlki mövqelərə çəkməlidir. Xəbər verildiyi kimi, Hindistanla Pakistan arasında münasibətlər Mumbay şəhərində ötən ay törədilmiş terror hücumlarından sonra kəskinləşib. Rəsmi Dehli bu hücumlara görə Pakistanı günahlandırır. Bundan əvvəl Pakistan Hindistanla sərhəddə iki diviziya yerləşdirib. Hindistan Kəşmir bölgəsində antiterror əməliyyatları keçirəcəyini istisna etmir.
45,292
31.12.2008 06:16
Gündəm
AZƏRBAYCAN HAKİMİYYƏTİ BU İL RUSİYANIN SINAĞINDAN YAXŞI ÇIXIB
Denisovun sözlərinə görə, münasibətlərin inkişafında prezident Dmitri Medvedyevin azərbaycanlı həmkarı İlham Əliyevlə şəxsi tanışlığı da rol oynayıb. O, Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey Narışkinin Bakıya bir gün əvvəlki səfərini də xatırladıb. “İki ölkə arasındakı münasibətlərin stabil inkişaf göz qabağındadır. Bu münasibətlər Qafqaz böhranının sınağından yaxşı çıxıb”. Denisov qeyd edib ki, Azərbaycan regionda baş verənlərə dair özünün aydın mövqeyini bildirməyib, lakin Rusiya rəsmi Bakının bu davranışını başa düşür.Rusiya xarici işlər nazirinin müavini hər iki ölkənin neftin kəskin ucuzlaşması ilə bağlı ciddi iqtisadi itkilərlə üzləşdiyini də təsdiq edib. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan yaranmış vəziyyətdə daha sıx birləşmiş şəkildə fəaliyyət göstərməlidir. Denisov mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də toxunub. O deyib ki, il ərzində münaqişənin nizamlanması istiqamətində pozitiv addımlar müşahidə edilib. “Düzgün həll yolunun tapılması üçün işləməyə imkan verən şərait yaradılıb. Həm Ermənistan, həm Azərbaycan bizə yaxın ölkələrdir, Rusiya istəyir ki, münaqişə həll edilsin” deyə diplomat vurğulayıb. Denisov əlavə edib ki, Rusiyanın Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadə ilə bağlı ABŞ-a verdiyi təklif qüvvədə qalır və Moskva onu heç vaxt geri çəkməyib. Diplomatın sözlərinə görə, yeni Amerika administrasiyası Polşa və Çexiya ərazisində Raketdən Müdafiə Sistemlərinin qurulmasında ciddi problemlərlə üzləşəcək, ona görə də konstruktiv davranmaq məcburiyyətindədir.Qeyd edək ki, Gürcüstan ətrafında müharibə zamanı Azərbaycan rəhbərliyi baş verənlərə heç cür münasibət bildirməyib. Yalnız hərbi əməliyyatlar dayandırılandan sonra ölkə rəhbərliyi yaranmış vəziyyətdən narahatlığını ifadə edib, ancaq Gürcüstana açıq dəstək də verməyib. Daha sonra rəsmi Bakı Rusiya ilə münasibətləri gücləndirmək xətti seçib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Moskvanın vasitəçiliyi altında danışıqlar apararaq ilk dəfə Ermənistanla birgə bəyannamə imzalayıb. Başa çatmaqda olan ilin son günlərində də Rusiya ilə Azərbaycan arasında sıx təmaslar olub. Əvvəlcə müdafiə naziri Anatoli Serdyukov, daha sonra prezident administrasiyasının rəhbəri Sergey Narışkin Bakıya səfər ediblər. Baş nazir Vladimir Putin isə Azərbaycan dövlət başçısı ilə Yeni İl münasibətilə telefon söhbəti aparıb.
45,293
31.12.2008 06:19
Gündəm
NATO HƏRBÇİLƏRİ BAKIYA NƏYƏ GƏLİBLƏR?
Nəzərə çatdıraq ki, NATO hərbçiləri vaxtaşırı müxtəlif missiyalarla Bakıya gəlirlər. Əksər hallarda onlar hansısa tədbir və ya təlimdə iştirak etmək, yaxud da beynəlxalq konfransla bağlı paytaxtımıza təşrif buyururlar. Bəzi hallarda isə NATO rəhbərliyində təmsil olunan şəxslər dövlət rəsmiləri ilə görüşlər üçün Azərbaycana səfər edirlər. Bir qayda olaraq, bu tədbirlər, səfərlər barədə məlumat verilir. Lakin son günlər mətbuatda Bakıya NATO hərbçilərinin gəlməsi haqda heç bir açıqlama verilməyib. Bu baxımdan onların Binə hava limanında gözə dəyməsi marağımıza səbəb oldu. Əsas maraq doğuran amillərdən biri də İsrailin Qəzza zolağını bombalaması səbəbindən regionda böyük bir konfliktin baş verə biləcəyi müşahidə edilir. Söhbət İranın İsrailə hücum edə bilməsindən gedir. Bu baxımdan ehtimal edilə bilər ki, həmin NATO zabitləri regionda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan rəhbərliyi ilə söhbətlər aparmaq üçün gəliblər. Bir qayda olaraq, bu beynəlxalq qurumların təmsilçilərinin səfərləri ilə bağlı məlumatlar Xarici İşlər və Müdafiə nazirliklərində olur. Bu səbəbdən aldığımız xəbəri dəqiqləşdirmək üçün ilk növbədə həmin qurumlarla əlaqə saxladıq. XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim NATO hərbçilərinin Bakıya gəlib-getməsi haqda heç bir informasiyaya malik olmadığını dedi: “Bizdə belə bir informasiya yoxdur”.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu da NATO hərbçiləriinn Bakıda olmasından xəbərsiz olduqlarını dedi.Aeroportun mətbuat xidmətindən isə bildirildi ki, onlar hava limanından kimlərin gəlib-getməsi haqda informasiya vermək səlahiyyətinə malik deyillər.Görünür, NATO zabitlərinin gəlişi qəfil olub və bu son dərəcə məxfi məsələlərlə əlaqədardır.
45,294
31.12.2008 06:20
Yazarlar
BU İL DƏ DÜŞMƏNİN AKTİVİNƏ YAZILDI
Ermənistanın hazırkı iqtidarı ilə yaxınlaşmaq istəyən Ərdoğan hökumətini sadəlövh adlandıran hüquq müdafiəçisinin əminliyinə görə, Sərkisyanın məqsədi heç də Türkiyə ilə yaxınlaşmaq və Qarabağ məsələsində hansısa irəliləyiş əldə etmək yox, məhz hakimiyyətinin dayaqlarını möhkəmlətmək olub.Arutunyan haqlıdır. Bunu rəsmi Ankaranın bir sıra müsbət jestlərinə rəğmən, İrəvanın qarşılığında ciddi addım atmaması göstərir. Sərkisyan hökuməti nə Qarabağ, nə də uydurma soyqırım məsələsində simvolik güzəştə belə getməyib. Əgər Qarabağ məsələsində o, “öz müqəddəratını təyinetmə” deyib durursa, uydurma “genosid” məsələsində mövzunun tarixçilərin öhdəsinə buraxmaq təklifini yaxın buraxmır. Halbuki Türkiyə münasibətlərin qurulmasında sonuncunu əsas şərt kimi qoyur.Zamanında Sərkisyan iqtidarının belə mövqe sərgiləyəcəyini və onun əsas hədəfinin daxili legitimlik, bir də qardaş ölkə ilə Azərbaycanın arasını vurmaq olduğunu yazmışdıq. Qeyd etmişdik ki, Ermənistan prezidenti Rusiyanın Gürcüstan hərbi müdaxiləsindən sonra bölgədə formalaşan yeni vəziyyətdə ən əvvəl özünün daxili və xarici dayaqlarını möhkəmlətməyə, legitimliyini müxalifətə qəbul etdirməyə çalışır. Eyni zamanda obyektiv səbəbdən ərazi bütövlüyü prinsipini daha ucadan səsləndirməyə başlamış Qərbin yanında Rusiyanın vassalı kimi deyil, müstəqil ölkə kimi təqdim edib, öz yerini xoş etmək istəyir. Yəni bir güllə ilə bir neçə dovşan vurmaq məsələsi.Arutunyan təxminlərimizi sadəcə olaraq təsdiqlədi. Məlum oldu ki, Ermənistan Türkiyədən daha çox faydalanıb, nəinki qardaş ölkə Ermənistandan. Belə demək olarsa, Serj Sərkisyan Türkiyənin hesabına öz hakimiyyət dayaqlarını xeyli dərəcədə möhkəmlədib. Sərkisyan 2008-ci ili öz aktivinə yaza bilər. O baxımdan ki, sapdan asılı hakimiyyətini son anda müxalifətdən qoruya, Rusiyanın isə qəzəbindən yayına bildi; Qarabağ məsələsində özünü Qərbin yanında konstruktiv kimi göstərərək, problemin həllində başlıca maneənin o olmadığı görüntüsünü yaratdı.O da aydın oldu ki, ölkə rəhbəri postunda Köçəryanı Sərkisyan əvəzləsə də, Ermənistanda siyasi rejimin mahiyyəti dəyişməz qalıb - iqtidarda yenə qırğılardır.Bütövlükdə 2008-ci il düşmən üçün uğurla sayıla bilər. Ən azı ona görə ki, Azərbaycanın 20 faizlik ərazisini o, daha bir il nəzarətdə saxladı, torpaqlarımızın bir qarışını belə geri qaytarmadığı halda beynəlxalq qınaqlara yenə tuş gəlmədi, BMT-nin məlum qətnamələri yada düşmədi, ATƏT kimi nüfuzlu qurumun son sammitində ərazi bütövlüyümüz məsələsi yekun sənəddə əksini tapmadı, BMT-dək səsvermədə ABŞ, Rusiya, Fransa, bir sıra demokratik ölkələr Azərbaycanın sərhəd toxunulmazlığının əleyhinə çıxdılar; nəhayət, Azərbaycanla (işğala məruz qalanla) Ermənistana (təcavüzkara) daha bir il eyni gözlə baxıldı. O sırada vasitəçi dövlətlər “tərəflərin öz aralarında dil tapmasını” konfliktin həlli üçün bazis saymaqda davam etdilər. Amma bunu necə etməyin yolunu göstərmədilər; Metyu Brayzanın tez-tez təkrarladığı “arazi bütövlüyü ilə öz müqəddəratını təyintemə prinsipi arasında uzlaşma tapmağı”n mexanizmini ortaya qoymadılar. Qoya da bilməzdilər. Çünki belə mexanizm yerli-dibli möcud deyil. O üzdən bu il bir sual da aktuallığını saxladı: münaqişəni tərəflər özləri çözəcəkdisə, ATƏT-in Minsk Qrupuna nə ehtiyac?Bundan əlavə, Rusiyanın Gürcüstana təcavüzündən sonra hərbi faktorun zəifləməsi işğalçını daha arxayın etdi, ixtilafın həlli perspektivini daha da müşkülə soxdu. Odur ki, yeni ildə konfliktin həlli üçün əlverişli zəmin yetişəcəyini söyləmək çətindir. Hərçənd astroloqlar Öküz ilində məsələdə bəzi irəliləyişlərin olacağını təxmin edirlər.Bu il başqa bir yəqinlik də hasil oldu: Azərbaycan dövlət, millət olaraq qüdrətlənməyincə, demokratikləşməyincə tilsimlənmiş dairədən çıxa bilməyəcəyik və 2010-cu ili də 20 faizlik torpaq itkisi ilə qarşılayacağıq. Zahid SƏFƏROĞLU
45,295
31.12.2008 06:21
Yazarlar
ASLANDİYADAKI GERÇƏK SANTA
Dediyim kimi, uşaqların xəyal qurması, nağıllara inanması yaxşı cəhətdir. Reallığı özü böyüdükcə onsuz da öyrənəcək. Yeri gəlmişkən, insan həyatının dövrləri haqda məzəli bir deyim var: “İnsan ömrü üç hissədən ibarətdir. 1 - Santa Klausun olmağına inanırsan. 2 - İnanmırsan. 3 - Özün Santa Klaus olursan”. Bəs görəsən uşaq niyə məhz tozsoran arzuladı? Yoxsa ölkənin toz içində olduğunu, toz basmış arxiv böcəkləri tərəfindən idarə edildiyini uşaqlar daha yaxşı duyur?Dəyərli oxucumuz Yaşar Hüseynov yazır: “Nəyə görə xristianların Santa Klausu nurlu, gözəl geyimli kişidir? Doğrudan da adamın xoşu gəlir, uşaqlar sevirlər. Onların işi hədiyyə gətirməkdir. Amma bizim Keçəl və Kosa qapı-qapı gəzib dilənir, rüşvət yığırlar. Özləri də it günündə olur. Yöndəmsiz, cır-cındır içində. Uşaqlar baxanda qorxurlar”. Oxucunun sözünə əlavə edim ki, Keçəl və Kosa üstəlik yaltaqlıq rəmzinə çevriliblər. Onlar hər il Novruzda prezidentlə yumurta döyüşdürüb qəsdən uduzurlar. Deyəsən camaatımız gerçək milli dirçəlişinə məhz bu Keçəl və Kosaya əl gəzdirməkdən başlamalı olacaqdır. Hər şey uşaqlıqda yaranan təsəvvürlərdən qaynaqlanır.Mən bu yöndə hökumətdən də addımlar atılacağını gözləyirəm. Çünki bu hökumət uşaqları sevən hökumətdir. Dəfələrlə sübut edibdir. Məsələn, 5 uşaq atası Mirzə Sakiti, 4 uşaq atası Qənimət Zahidi, yenə bir çətən külfət yiyəsi Müşfiq Hüseynovu zindana salmaq uşaqlara dövlət qayğısının bariz nümunəsidir.Yeri gəlmişkən, gələn il - 2009-cu il (bunu ona görə xüsusi qeyd edirəm ki, Azərbaycanda tarixi xronologiya çaş-başdır, məsələn, 2003-dən sonra 1205-ci il gəlmişdi) prezidentin sərəncamı ilə “Uşaq ili” elan olunmuşdur. Alqışlayırıq. Heç olmazsa xalqı uşaq yerinə qoyub şirniquş, saqqız verərlər.Əlamətlər var artıq. Nuşirəvan əkə 1 yanvardan “Azadlıq” radiosunu FM tezliyindən siləcəkdir. Əhsən. Qətiyyət nümunəsidir. Nuşirəvan da bizim milli Santa Klausumuz, Müntəzir əl Zeydimizdir. Xalqımıza yeni il hədiyyəsi gətirdi və ABŞ prezidenti Corc Buşa öz “ayaqqabısını” nalladı. Görüm indi fövqəldövlət öz radiosunu FM tezliyinə qaytara biləcəkmi. Hərçənd, bunun asan yolu var - bir yerli teleradionun timsalında sınaqdan çıxıb. Birincisi, qətiyyətlə susursan, etiraz etmirsən, ikincisi isə (ön ənəmlisi) radio kollektivini yığıb gedirsən Fəxri Xiyabana, məlum yerdə beyət edib, baş əyib üzr istəyirsən. Vəssalam. Ondan sonra qayıt FM-ə, meyxanadan-zaddan ver, kef elə. Ömürlük prezidentlik münasibətiylə YAP icraçı katibi Əli Əhmədovun dediyi qızıl sözlər bu durumda çox yerinə düşür: “Nəticəsi tam aydın olmayan alternativ axtarışı ilə niyə məşğul olmalıyıq?” Alternativ həqiqətən, pis şeydir. Xüsusilə də nəticəsini sən hazırlamayanda.İki-üç gün qabaq evdə dilxorçuluq oldu. Qızım dedi ki, televizorda Şaxta babanın adamları güllələdiyini, öldürdüyünü eşidib. Az qala romantika məhv olacaqdı, mən durumu xilas etmək üçün ona dedim ki, həmin kəs saxta Şaxta baba olub. Sadəcə, paltar alıb geyinənlərdən, Bakı küçələrində gördüklərindən. Bizim gerçək Şaxta baba Aslandiyada yaşayır.Açığı, buna hərdən özüm də inanıram... Zamin HACI
45,296
31.12.2008 06:22
Gündəm
HAKİMİYYƏTİN RADİOLARI SUSDURMAQ QƏRARI DÜNYADA REZONANS DOĞURDU
ABŞ Dövlət Departamentinin xarici radioların Azərbaycanda yayımının dayandırılması ilə bağlı bəyanatında belə deyilir. “Azadlıq” radiosunun məlumatına görə, departament bildirir ki, bu qərar yerinə yetirilərsə, söz azadlığından ciddi şəkildə geriyə addım olacaq və Azərbaycanda demokratik islahatları zəiflədəcək: “Biz bu radio və TV yayımlarının işini davam etdirməsi məqsədilə lazım olan hüquqi çərçivənin işlənib hazırlanması üçün Azərbaycan hökuməti ilə işi davam etdirmək əzmindəyik”.ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti də Azərbaycan hakimiyyətinin Qərb radiostansiyalarının yayımının dayandırılması haqda qərarını pisləyib.“Turan”ın məlumatına görə, Haraştinin bəyanatında deyilir ki, bu addım demokratiyanın əsaslarına ciddi zərbə vurur. O, hakimiyyəti öz qərarına yenidən baxmağa çağırıb: “İnformasiyaya sərbəst çıxış üçün sərhədlərin açılması ATƏT-ə üzv ölkələrin insan hüquqları sahəsində əsas öhdəliklərindən biridir. Dolğun informasiyanın əsas mənbəyi olan radiostansiyaların yayımının dayandırılması demokratiya normalarından ciddi uzaqlaşmadır. Yayımın internetə və qısa dalğalara keçməsi haqda təkliflər də qəbuledilməzdir və real deyil. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti tezliklə öz qərarına yenidən baxacaq”.Milli Teleradio Şurasının (MTRŞ) bu qərarına dünya mətbuatı ciddi reaksiya verib. “Röyters” agentliyi yazıb ki, MTRŞ-nın qərarı neft ölkəsi olan Azərbaycanda söz azadlığının böğulmasında növbəti addımdır. Agentlik bildirir ki, “Azadlıq”, BBC və “Amerikanın səsi” radiolarının milli tezliklərdə yayımının dayandırılmasını hakimiyyət Avropa qaydaları ilə izah etməyə çalışır. Ancaq Avropa Şurasının rəsmiləri bu gözlənilən qərardan öz narahatlıqlarını əvvəlcədən bildirirdilər.“Röyters” yazıb ki, xarici radioların FM tezliyindən məhrum edilməsi parlamentin referendum qərarının ardınca gəlib. Bunda bir qanunauyğunluğu istisna etməyən agentlik bildirir ki, bir nəfərin iki dəfədən artıq prezident seçilməsini qadağan edən məhdudiyyəti götürməli referendum martın 18-də keçiriləcək və İlham Əliyevə yenidən prezident olmağa imkan verəcək.Agentlik ona da toxunur ki, müxalifət Qərbi ittiham edir ki, hakimiyyətin demokratiya göstəricilərini tənqid etməyi yumşaldıb və qorxur ki, Azərbaycanın neft sərvətlərinə nəzarəti itirə.ÿÿ“Frans Press” isə yazıb ki, hakimiyyət xarici radioların FM tezliyindən çıxarılmasının arxasında siyasi motivin olmadığını desə də, beynəlxalq insan haqları və media təşkilatları Azərbaycanda media hüquqlarının məhdudlaşdırımasını həmişə bildirib və jurnalistlərin həbsə atılmasını tənqid edib. “Frans Press” bildirir ki, indi yerli tezliklərdə yayımı dayandırılan xarici radiolar Azərbaycanda informasiyanın yeganə müstəqil mənbələrindəndir.
45,297
31.12.2008 06:21
Siyasət
MÜXALİFƏT TELEVİZİYADA REFERENDUM ƏLEYHİNƏ TƏBLİĞAT APARA BİLƏR
MSK katibi Natiq Məmmədov isə referendumla bağlı təqvim planı hazırladıqlarını, burada bütün prosedur məsələlərin və MSK-nın atacağı addımların öz əksini tapdığını deyib. O, təbliğat-təşviqat kampaniyasının fevralın 18-də başlayacağını və martın 17-də saat 08.00-da başa çatacağını söyləyib. Kampaniyada iştirak etmək üçün seçicilərin təşəbbüs və təbliğat qruplarını yaratmaq tələb olunur. Konkret dairə ərazisində təbliğat aparmaq üçün azı 500 seçicinin, ölkə üzrə təbliğat aparmaq məqsədilə təşəbbüs qrupu yaratmaq üçün isə azı 40 min seçicinin imzası tələb olunur.Onun sözlərinə görə, siyasi partiyaların referendumda partiya olaraq fəaliyyət göstərməsi nəzərdə tutulmayıb. M.Pənahov deyib ki, partiyaların referendum prosesinin subyektinə çevrilməsi üçün səsvermə hüququ olan vətəndaşların təşviqat qrupu yaradılmalıdır: “Onlar bu prosesdə siyasi partiya adından çıxış etmirlər. Təşəbbüs qrupları yaranan zaman onlara dövlət büdcəsindən maliyyələşən və yaxud təsisçisi dövlət orqanı olan KİV-də ödənişsiz yer ayrılacaq, İctimai Televiziyada dəyirmi masalarda müzakirələr apara biləcəklər. Bu hüquqları əldə etmək üçün onlar təşviqat qrupu yaratmalıdırlar”.
45,298
31.12.2008 06:24
Yazarlar
32 İL ƏVVƏL, YENİ İL AXŞAMI
Açığını deyim ki, yüksək rütbəli zabitlərin məni qarşılamağından, qayğıma qalmağından da həzz alırdım. Elə qəzetin sayılıb-seçilən əməkdaşları onların yerinə ezamiyyətə getməyimi xahiş edəndə də və baş redaktor kontr-admiral İ.Qalkin razılıq verəndə də, üzdə minnət qoysam belə, sevinə-sevinə razılaşırdım.Bu dəfə də “Komsomol həyatı” şöbəsinin müdiri Boris Poziniçin əvəzinə gedirdim. Baş leytenant ilin son günlərini öz ailəsi ilə birlikdə keçirmək istəyirdi. Petropavlovsk-Kamçatkada yayda olmuşdum. İlk baxışdan bu yerlərin duruluğu, Avaçinsk buxtasının girişindəki gözü yollara dikilən üç gəlini xatırladan “Üç bacı” qayaları mənim romantika ilə dolu dünyamın bəzəyi olmuşdu. Burada ilin üç fəsli - yaz, yay, payız üç ayın bətnində qovuşur. Mayın sonları qar əriyir, hər gün boy verən yaşıllıq sanki bu yerlərin daim tüstülənən vulkanları kimi yerdən püskürür. Payızın ilk günləri qar yağır.1976-cı ilin son günləriydi. Baş leytenantın poqonları çıxarılmış kürkünü, isti, tüklü papağını, qalın əlcəklərini geysəm də təyyarədən düşəndə soyuq alov kimi üzümü qarsdı. Məni gözləyən maşına əyləşib hərbi hissəyə getdim. Yazacağım məqalə üçün materialları topladığımdan bir gün sonra geriyə - Vladivostoka qayıtmaq istəyirdim. Tərs kimi gecədən başlayan qar tufanı “Böyük torpağa” uçan təyyarələrin havaya qalxmasına imkan vermirdi. Hava limanında qələbəliyi görən podpolkovnik deyir: “Bəlkə qalasan, bizim yeni il şənliyimiz pis keçmir”.Təyyarə limanında sonu bilinməyən gözləntidən, bəlkə yeni ili də burada keçirməli olacağımı fikirləşib razılaşdım. Vur-tut 200 min əhalisi olan şəhərin elə gəzməli-görməli yeri də yoxuydu. Yenə yay olsaydı, vaxtı birtəhər yelə vermək olardı. Ertəsi gün sanki bütün şəhər “Zabitlər evinə” axışmışdı. Böyük salonda zabitlər öz ailələri ilə bayram süfrəsi arxasında əyləşmişdi. Nəhəng, sütunlu foyedə isə hərbi orkestr çalır, yüzlərlə insan isə bir axara qovuşub rəqs edirdi. Bir azdan siqaret tüstüsü əsl dumana dönmüşdü.Asılqandan kürkümü, papağımı götürüb bayıra çıxdım. Dünənki çovğundan əsər-əlamət yoxuydu. Göy üzündə ulduzlar alışıb-yanırdı. Mən heç yerdə ulduzları belə parlaq, yaxın görməmişdim. “Zabitlər evi”nin qarşısından keçən küçəylə bir qədər gedib, limana tərəf döndüm. İlin bu vaxtı üçün bir sovqat sayılacaq qədər yüngül şaxta varıydı. Küçənin sonundakı evin çəpərinə söykənib, ay işığında Avaçinskinin donmuş, qardan ağ örpək taxmış duruluğuna baxırdım. Birdən tanış, doğma bir səsdən diksindim.Haradansa Şövkət Ələkbərovanın səsi gəlirdi. Səsin səmtinə getdim. Qərib axşama qovuşan, bu qərib nəğmə qonşuluqdakı evdən yayılırdı: “Dağa qısılıb yatar, mışıl-mışıl dərələr”.Sehrlənib yerimdə donmuşdum? İndi də Şövkət xanım “bir könül sındırmışam” deyə kövrək bir harayla oxuyurdu. Bax, beləcə bu qərib, uzaq yerdə bu səsə saatlarla qulaq assam da üşüməzdim? Sonra Şövkət xanımın səsi Gülağa Məmmədovla qoşalaşdı: “Oxu, tar” yanğısı ilə bu yad yerin gecəsinə bir doğmalıq qatırdı. İlin son gününü bu nəğmələrlə qarşılayan kimiydi görəsən? Maraq məni o evə doğru çəkirdi.Yad eldə sənə doğma nəğmələrlə yaşayan insanla üz-üzə əyləşməkdən böyük ərmağan ola bilərdimi? Həyətə açılan alaqapıya uzanmışdı əllərim. Dirəyin üzərinə zəng əvəzi dəmir vurulmuşdu. Əvvəl çəkinə-çəkinə, sonra isə daha bərkdən taqqıldatdım. Handan-hana qapı açıldı, astanadan səs eşidildi: “Kto tam?” Mən isə öz dilimizdə: “Sizi görmək istəyirəm”. Titrək, sürüşüb yıxılmaqdan çəkinən addımlarla yaşlı bir qadın yaxınlaşıb, darvazanın iç tərəfindən kilid əvəzi taxtanı çevirdi. Evdən düşən işığın imkan verdiyi qədər mənə diqqətlə baxdı, bu dəfə azərbaycanca: “Oy, qonağı qapının ağzında gözlədirəm! Keçin içəri”, - dedi.Sonra dəhlizdən mahnı sədaları yayılan otağa tərəf boylanıb: “Sura, qonağımız gəlib” dedi. Ağ saçaqlı şala bürünmüş, ondan xeyli cavan olan qadın ayağa durub salamlaşdı. Yaşı səksəni haqlayan qarının sual dolu baxışları üzümə dikilmişdi. Elə özüm suallara aydınlıq gətirdim: “Hərbi müxbirəm. Ezamiyyətdəyəm. Sizin evdən azərbaycanca mahnı eşidib, ayaq saxladım”. Onun Sura dediyi qadın bir az susdu, yaşaran gözlərini üzümdən çəkib: “İndi vətən adlı həsrəti o mahnılardan savayı heç nə əvəz edə bilmir”, - dedi.Sonra həmin ağ saçlı Xədicə nənə mənə - tarixin dolaylarından xəbərsiz insana, onu bu yerlərə atan taleyini danışdı: “Müsavat hökuməti devriləndən iki-üç il sonra bütün sayılıb-seçilənləri həbs etdilər. 25 il iş kəsib, əvvəl Arxangelskdəki Solovkiyə, ordan da 1929-cu ildə Maqadana sürgün elədilər. Çoxu orda həlak oldu. Onu gözləyən dərddən xəbərsiz bir gəliniydim. Onda mənim tarixin bu düyünündən xəbərim yoxuydu. Oxuduğum kitablarda bu haqda heç nə yazılmamışdı. 49-da sürgünün vaxtı başa çatanda da, bizə “Böyük torpağa” qayıtmağa icazə vermədilər. Sağ qalanların bir yarısı bura - Maqadanla müqayisədə bir az yumşaq iqlimi olan Kamçatkaya, yarısı da Xabarovska köçdü. 56-da hamıya bəraət veriləndə də bizi yada salan olmadı. Bu yaxınlara qədər bax bu “Tatarskiy” deyilən kvartalda yaşayanların əksəriyyəti sürgün olunan müsavatçılarıydı. Oğul-uşaqları ev-eşik sahibi olub köçdülər. Mənim ərim, Müsavat ordusunun zabiti Mustafa bəy də 1958-ci ildə burda rəhmətə getdi. O mahnıları da Azərbaycana gedib-gələnlərə yalvarıb-yaxarıb gətizdirirəm”.Sonra məni sorğu-suala tutdular, Bakını soruşdular. Elə özüm də Bakını ilyarım əvvəl qəbul imtahanlarına gələndə ötəri görmüşdüm. Biz söhbət eləyənə qədər Sura (onun adı Sürəyya idi) süfrə açdı. Sonra atasından yadigar qalan şəkilləri göstərdi, şəkildəkilər haqda danışdı. Xədicə nənə ipək kimi yumşaq səslə qarşımdakı boşqaba yemək qoyur: “Sən Allah, ye!”, - deyib, yad eldə doğma qayğıya bürüyürdü. “Sabah gələrsən. Sağ qalanlar beş-altı nəfərdi, səni tanış edərəm”.Təzə ilin zəngi çalınmağa az qalırdı. Xədicə nənənin təkidinə baxmayaraq, sağollaşıb, mehmanxanaya getdim. Burda, vətəndən 11-12 min kilometr uzaqda eşitdiyim nəğmələr, bir də tarixin burulğanına düşən insanların taleyi məni kövrək bir axara salmışdı. Səhərisi gün Vladivostoka uçdum. Yalnız uzun vaxtdan sonra, səksəninci illərin sonunda Şərqdə ilk demokratik respublikanın varlığından, onu istiqlala qovuşduran müsavatçıların taleyindən məlumatım oldu. Amma hələ də 32 il əvvəlki o yeni il axşamını, Azad Azərbaycan üçün ömür fəda eyləyənlərin çəkdiyi zülmü, zilləti unuda bilmirəm. İndi o istiqlal diləyini tapdayıb, monarxiya rejimi qurmaq istəyənlərin qəsdini görəndə nə qədər müqəddəs diləklərin puç edildiyi daha dözülməz ağrıya dönür.
45,299
31.12.2008 06:25
Müsahibə
“2009 DƏYİŞİKLİKLƏRİN BAŞLANĞIC İLİ OLACAQ”
- Təəssüflə deməliyik ki, 2008-ci il də Azərbaycan üçün itirilmiş il oldu. Çünki bu il də işğal altındakı torpaqlarımızın azad edilməsinə doğru hər hansı real addım atılmadı, xalqın həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı ciddi dəyişikliklər həyata keçirilmədi, ölkə iqtsadiyyatının inkişaf etdirilməsi istiqamətində prinsipial addımlar atılmadı. Ölkəmizin müasir dünyada öz yerini dəqiqləşdirib azad ölkələr sırasına qatılması istiqamətində heç bir irəliləyiş olmadı. Bütün dediyimiz istiqamətlərdə geriləmə baş verdi. Əliyevlər rejimi ucbatından 2008-ci il də itirildi. - 2008-ci ildə Qarabağ məsələsi ilə bağlı əvvəlki illərdəkindən fərqli situasiyanın ortaya çıxdığı müşahidə olundu. Danışıqlar intensivləşdi, Qarabağ bəyannaməsi imzalandı və sair. Bu proses 2009-cu ildə Qarabağla bağlı daha təhlükəli vəziyyətin yaranmasına gətirib çıxara bilərmi? - Xoşagəlməz tendensiyalar mövcuddur. Bu tendensiyaların 2008-ci ilin ikinci yarısından etibarən güclənməsinin də konkret səbəbləri var. Bir tərəfdən Rusiyanın Gürcüstana təcavüzündən sonra regionda yaranmış yeni situasiya, digər tərəfdən Azərbaycanda və Ermənistanda prezident seçkiləri yekunlaşandan sonra beynəlxalq birlik tərəfindən hər iki rejimə danışıqların intensivləşməsi ilə bağlı edilən təzyiqlər. Prosesdə təhlükəli məqamlar mövcuddur. Ancaq mən düşünmürəm ki, 2009-cu ildə bu xoşagəlməz tendensiyalar hansısa çox ciddi nəticələrlə sonuclansın. Yenə də danışıb-danışıb, bəyanatlar verib yorulub dayanacaqlar. Konfliktin bu gün həll olunması üçün gərəkən şərtlər hələ ki yetişməyib. İstənilən halda Müsavat Partiyası olaraq biz bu məsələni çox diqqətlə izləyirik, araşdırırıq və mövqeyimizi hər zaman cəmiyyətə bildiririk. - Azərbaycanda 2008-ci ildə prezident seçkiləri və konstitusiya dəyişikliyinə yönəlik addımların atılması kimi ciddi hadisələr oldu. Maraqlıdır ki, beynəlxalq təşkilatlar hər iki məsələyə demokratiyanın tələb etdiyi formada mövqe bildirmir. Azərbaycanda prezident seçkiləri məsələsi hətta AŞ PA-nın qış sessiyasının müzakirəsinə belə salınmayıb. Sizcə, bu vəziyyət hakimiyyətin beynəlxalq təşkilatlarla, Qərb dairələri ilə hansısa məsələlərdə, xüsusən də Qarabağ məsələsində bazarlığa getməsi ilə bağlı ola bilərmi? - Sualınızda çox müxtəlif məqamlara toxunulur. Ona görə də qısaca “hə” və ya “yox” demək düzgün olmazdı. Aydın məsələdir ki, hakimiyyət beynəlxalq birliyi Qarabağ məsələsini demokratiyaya, seçki məsələlərini bir-birinə bağlayaraq aldatmaqda davam edir. Xüsusən də hakimiyyəti qoruyub saxlamaq narahatlığının çox olduğu seçkilər ərəfəsində Qarabağ məsələsində güzəştli mövqe tutacağını, böyük güzəştlərə gedəcəyini qapalı görüşlərdə söz verir ki, əvəzində beynəlxalq birlik seçki saxtakarlığına göz yumsun. Seçkilərdən sonra isə Qarabağ məsələsində yavaş-yavaş mövqeyini dəyişir. Eyni zamanda məsələnin həlli üçün şərtlər yetişmədiyindən, bu oyunların da böyük əhəmiyyəti yoxdur. O ki qaldı demokratiya, azadlıqlar məsələsinə, burda da beynəlxalq birlik müəyyən amillərin, xüsusən də Moskva və Tehran amilinin təsiri altında Azərbaycan hakimiyyətinə prinsipial mövqe bildirməyə çəkinir, ehtiyatlı davranmağa üstünlük verir. Ancaq mən bunu hansısa bazarlığın nəticəsi saymıram.Əvvəla, tərəflər o gücdə deyillər ki, hansısa bərabərhüquqlu bazarlığa getsinlər. Şəffaf, beynəlxalq normalara uyğun şəkildə Azərbaycan istənilən dünya miqyaslı dövlətlə də, beynəlxalq təşkilatla da bərabərhüquqlu partnyor kimi davrana bilər. Amma qapalı danışıqlarda, xalqın dəstəkləmədiyi məsələlərdə Azərbaycan hakimiyyətinin o gücü yoxdur ki, beynəlxalq birliklə bərabərhüquqlu bir bazarlığa getsin. Ona görə də əgər azad dünya bu cür avtoritar rejimlərə loyal yanaşırsa, bu, hansısa bazarlıqların nəticəsi deyil. Bu, geopolitik, energetik, iqtisadi amillərin təsiri altında baş verir. Eyni zamanda onu da demək lazımdır ki, beynəlxalq birlik hansısa böyük ciddi amillərin təsiri altında avtoritar rejimlərə loyal yanaşmağa başlayanda Avropanın özündə, hər yerdə bulanıq suda balıq tutmağa meyllənənlərin sayı artır. Rüşvətxor Azərbaycan hakimiyyəti də bu bulanıq suda tilova keçməyə hazır olan xariciləri məmnuniyyətlə ovlayır, onları sakitləşdirir və özünün xaricdə məddahlarına çevirir. Ancaq mövcud situasiya Azərbaycan hakimiyyətini aldatmamalıdır. Bu, müvəqqəti, epizodik, əsas mənzərəni ifadə etməyən haldır. Yəni beynəlxalq birlik bu regionda demokratikləşmə ilə konkret mövqeyə malikdir və proses gedəcək. Bu prosesə real status veriləndə dəllalların bazarı bazarı bağlanacaq. - Konstitusiya dəyişikliyi məsələsi ortaya atıldığı son bir ayda müşahidə edirik ki, az qala hər gün hansısa beynəlxalq təşkilatların və səfirliklərin təmsilçiləri Müsavat qərargahına gəlirlər. Hansı məsələləri müzakirə edirsiniz, qonaqlar dəyişikliklərə münasibət bildirirlərmi? - Görüşlərin intensivləşməsinin bir səbəbi vəziyyətin getdikcə mürəkkəbləşməsi və bu məsələlərlə bağlı daha çox məsləhətləşmələrə, fikir mübadiləsinə ehtiyac yaranmasıdır. Ancaq digər tərəfdən bu görüşlərə bir az sakit yanaşmaq lazımdır. Adətən ilin sonunda beynəlxalq təşkilatlar da, səfirliklər də bir növ ilə yekun vurmaq üçün ölkədəki həm hakimiyyət dairələri ilə, həm də aparıcı müxalifət qüvvələri ilə təmaslar qururlar. Təbii ki, ilin yekunları müəyyənləşərkən Müsavatın da fikirləri, mövqeyi nəzərə alınır. Konkret olaraq, Konstitusiya məsələsinə gəldikdə, təbii ki, bu barədə də fikir mübadiləsi aparılır. Avropanı təmsil edən demokratlar bir qayda olaraq ya səmimi demokratlardır, ya da təmsil etdikləri dövlətə, təşkilatın statusuna görə demokrat olmaq müstəvisindədilər. Təbii, onlar başa düşürlər ki, Azərbaycanda Konstitusiya dəyişikliyi anti-demokratik dəyişiklikdir. Çünki bunu hamı açıq şəkildə etiraf edir ki, dünyada mövcud dövrdə tendesiya prezidentlərin səlahiyyətlərinin və səlahiyyət müddətlərinin azaldılmasına yönəlib. Səlahiyyətlərin, müddətlərin artırılması yalnız avtoritar, diktatura rejimli ölkələrdə baş verir. Bu, hamıya aydın olan bir gerçəklikdir və bunu heç kim gizlətmir. Ancaq mən istərdim ki, onların mövqeləri ilə bağlı suallara onlara müraciət edib cavab alasınız. - YAP təmsilçiləri 2008-ci ili özləri üçün ən uğurlu illərdən saydıqlarını bildirirlər. Bəs müxalifət üçün? - Müxalifət üçün ili o zaman uğurlu il hesab edəcəm ki, il Azərbaycan üçün uğurlu olsun. Biz uğurumuzu xalqımızın, dövlətimizin uğurunda görürük. Əgər dövlətimiz, millətimiz uğur qazanmayıbsa, müxalifətin uğurundan danışmaq məntiqli olmaz. Hakimiyyət özü üçün uğurlu il olduğundan danışır. Çünki 2008-ci il seçkilərini saxtalaşdıra və hakimiyyətlərinin ömrünü uzada biliblər. Ola bilər ki, antixalq siyasəti yeritmək, daha da varlanmaq baxımından bu ili onlar uğurlu sayırlar. Ancaq unutmasınlar ki, bu ili ən uğurlu il hesab edirlərsə, elə səhərlər də gecənin ən möhkəm qaranlığından sonra açılır. Onlar üçün ən uğurlu ildirsə, deməli Azərbaycan üçün ən qaranlıq ildir. Ən qaranlıq dövrdən sonra da səhərin açılmağa başladığını yaddan çıxarmasınlar. - Müxalifətin 2008-də inteqrasiyası ürəkaçan oldumu? - Müxalifətin inteqrasiyası barədə birmənalı şəkildə hər şey əladır deməyə əsas yoxdur. Eyni zamanda birmənalı şəkildə mənfi qiymətləndirməyə də əsas görmürəm. Ən azından 2008-ci ildə müxalifətin inteqrasiya səviyyəsi 2006-dan və 2007-ci ildəkindən daha yüksək oldu. 2008-ci ildə müxalifətin aparıcı qüvvələri bir sıra prinsipial məqamlarda bir araya gələ və mövqe ortaya qoya bildi. Bu, kifayət qədər müsbət dəyərləndirilməlidir. 2009-cu ildə bu tendensiya güclənəcək. - 2008-ci il qlobal maliyyə böhranının start götürməsi ilə də yadda qaldı. Böhranın Azərbaycana da təsir etməkdə olduğunu hətta dövlət başçısı İlham Əliyev Muğam Mərkəzinin açılışında çıxışı zamanı dilə gətirdi. İqtisadi böhran Azərbaycanda proseslərə necə təsir edə bilər? Passivlik böhranı yaşayan cəmiyyəti iqtisadi böhran ayağa qaldıra bilərmi? - Hələ bir neçə ay əvvəl biz dünya miqyasında başlanan maliyyə böhranının dərinləşəcəyini, iqtisadi böhrana çevriləcəyini, xüsusən də Azərbaycan kimi ölkələrə çox ciddi təsir edəcəyini söyləyəndə hakimiyyət böhranının Azərbaycana heç bir dəxlinin olmadığı barədə bəyanatlar verirdilər. İndi həqiqətin havası bunlara bir balaca dəyməyə başlayıbsa, heç olmasa bu da müsbət haldır ki, situasiyanı dərk eləməyə başlayıblar. Təbii ki, böhran çox ciddidir. Aparıcı mütəxəssislər bir çox əlamətlərinə görə onu dünya miqyasında ən təhlükəli iqtisadi böhranlardan biri olduğu barədə açıqlamalar verirlər. Diqqəti cəlb edən cəhətlərdən biri budur ki, böhran ABŞ-dan başlayıb digər inkişaf etmiş ölkələrə yayılmağa başlasa da, Rusiya və Azərbaycan kimi neft ixrac edən ölkələri daha sərt şəkildə vurmağa başlayıb. Bu böhranın Rusiya üçün özəl olan kökləri var. Azərbaycan haqqında da bunu demək olar. Çünki bir ölkənin ki, hakimiyyətində aydın iqtisadi təfəkkür, iqtisadi inkişaf konsepsiyası yoxdur, bir ölkədə ki, dəhşətli korrupsiya, iqtisadiyyatın bir əldə cəmləşməsi gerçəkliyi var, həmin ölkədə böhran qaçılmazdır. Beynəlxalq iqtisadi böhran sadəcə, Azərbaycandakı böhranı sürətləndirdi.Böhran artıq öz ciddi təsirlərini göstərməyə başlayıb. Təəssüf ki, 2009-cu ildə o, daha da dərinləşəcək və daha ağır təsirlərini göstərməyə başlayacaq. Gərginlik kifayət qədər ciddidir. Azərbaycan hakimiyyəti özünün yanlış iqtisadi siyasətindən əl çəkib ciddi elmi əsaslandırılmış addımlar atmasa, 2009-cu ildə iqtisadi böhran sosial narazılıqlara gətirib çıxaracaq. Sosial narazılıqların da siyasi fəallığa çevrilməsi ehtimalı kifayət qədər ciddidir. Biz o fikrin tərəfdarı deyilik ki, nə qədər pisdirsə, bir o qədər yaxşıdır. Çox istərdik ki, Azərbaycanda iqtisadiyyat inkişaf eləsin, xalqın həyat səviyyəsi yüksəlsin. Ancaq Azərbaycanda bu baş vermir. Aydın məsələdir ki, xalqın həyat səviyyəsi aşağı düşdükcə, sosial gərginlik artır və bu da siyasi fəallığa gətirib çıxarır. - Bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə Konstitusiya qadağasının aradan götürülməsi məsələsinin ortaya çıxması bir sıra siyasətçilərdə, cəmiyyətin müəyyən kəsimində “Artıq hər şey bitdi” fikirinin hakim kəsilməsinə səbəb olub. Hər şeyi bitmiş hesab etmək olar? - Mən heç bir ciddi siyasətçidən o fikri eşitməmişəm ki, hər şeyin bitdiyini bildirsin. Hər şey davam edir və yenidən başlanır. Heç bir halda hər şey bitməyəcək. Azərbaycan demokratikləşməlidir və demokratikləşəcək. Əliyev rejimi və YAP bunun qarşısını ala bilməyəcək. 2009-cu il böhranların yaratdığı təhlükələrlə yanaşı, həm də imkanlar ili olacaq. Xalqımız, siyasətçilər, ictimai təşkilatlar, özünə hörmət edən kəslər bu imkanları düzgün dəyərləndirib bu imkanlardan ölkəmiz üçün maksimum istifadə eləmək üçün əllərindən gələn fədakarlığı göstərməlidirlər. Mən inanıram ki, 2009-cu il dəyişikliklərin başlanğıcı ili olacaq. - Müsavat 2007-ci ilin yanvarında bahalıq əleyhinə sosial tələblərlə mitinqlər keçirmişdi. Yaxın dövrlərdə bu tipli etiraz aksiyaları keçiriləcək? - Müsavatın fəaliyyətində də, bütün kütləvi tədbirlərində də xalqımızın sosial iqtisadi problemləri də öz əksini tapıb. Sadəcə olaraq, bəzən tənqidlər səslənirdi ki, müxalifət sırf siyasi şüarları önə çıxarmamalı, xalqın sosial vəziyyəti ilə bağlı məsələləri qabartmalıdır ki, əhali kütləvi tədbirlərə daha çox maraq göstərsin. O məqsədlə də biz ən böhranlı bir mərhələdə-qiymətlər artırıldığı zaman bu resepti tətbiq etdik. Cəmiyyəti kütləvi tədbirlərə dəvət etdik. 2007-ci ilin əvvəlindəki aksiyalarımız 2005-ci ildən sonrakı dövrün ən ciddi kütləvi tədbirləri olsa da aydın məsələdir ki, cəmiyyətdəki narazılığı əks etdirəcək dərəcədə kütləvi olmadı. Təbii ki, biz gələn il kütləvi etiraz tədbirləri keçirmək yönündə ciddi surətdə qərarlıyıq. Hələlik belə tədbirlərin şüarları haqqında fikir bildirmək tez olardı. Əvvəla, ən azı martın 18-nədək ki, müddətdə antidemokratik Konstitusiya dəyişikliyinə qarşı mövqe ortalığa qoyulacaq və cəmiyyət fəallığa çağırılacaq. Əgər cəmiyyət sosial-iqtisadi məsələlərlə bağlı fəallığa hazır olsa, o istiqamətlərdə ayrıca aksiyalar keçirilə bilər. - Müsavat 2009-cu ildə təkbaşına fəaliyyətə, yoxsa digər qüvvələrlə birgə fəaliyyətə üstünlük verəcək? - Məsləhətləşmələrimizi davam etdiririk. Azərbaycanın bəzi siyasi qüvvələrinə ittifaq, bəzilərinə əməkdaşlıq, bəzilərinə isə məsləhətləşmə mexanizmi müstəvisində münasibətlərimizi qurmağı təklif edirik. Təkliflərdən hansı nə dərəcədə reallaşacaq, bu, təkcə bizdən asılı deyil. İstənilən halda biz xalqımızın birliyi istiqamətində fəaliyyətimizi davam etdirəcək, növbəti ildə ölkəmizdə mənfi tendensiyaları dayandırıb müsbət dəyişikliklərə start verilməsi üçün mümkün olan hər şeyi edəcəyik. Düşünürəm ki, hələ mümkün olmayanları da reallaşdıra biləcəyik. Söhbətimiz də dünya azərbaycanlılarının həmrəylik günü və yeni ilə ərəfəsində keçirilir. Odur ki, fürsətdən istifadə edib bütün dünya azərbaycanlılarını hər iki bayram münasibəti ilə təbrik edirəm.
45,300
31.12.2008 06:28
Media
“AVROPA+BAKI” RADİOSU YASAQLANIR, TELEKANALLAR “MİLLİLƏŞİR”
N.Məhərrəmlinin sözlərinə görə, yanvarın 1-dən “Avropa+Bakı” radiosunun fəaliyyəti dayandırılacaq. Sözügedən radioya 2 il əvvəl yerli radio statusu və tezlik verildiyini vurğulayan MTRŞ sədri onların bu müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini dedi. FM dalğasında yayımlanan radionun verilişlərinin 95 faizinin xarici dildə olduğunu deyən N.Məhərrəmli bildirib ki, bu, MTRŞ-nin “Avropa+Bakı” radiosunun fəaliyyətini dayandırmaqla bağlı qərar çıxarmasına səbəb olub. N.Məhərrəmlinin sözlərinə görə, bununla əlaqədar ən qısa müddət ərzində iddia qaldırılacaq və məhkəməyə müraciət olunacaq.İclasda həmçinin televiziya kanallarında Azərbaycan dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı qərar qəbul olunub. APA-nın xəbərinə görə, ölkə telekanallarında yayımlanan verilişlərin 95 faizinin Azərbaycan dilində olduğunu bildirən N.Məhərrəmli bu sahədə bir sıra nöqsanların olduğunu deyib. MTRŞ sədri deyib ki, şuranın qərarına əsasən 2009-cu il yanvarın 1-dən bütün kanallarda olan verilişlər Azərbaycan dilində yayımlanmalıdır. Qərarda bununla bağlı yalnız bir neçə istisna olduğu qeyd edilib. Bu istisnalar ingilis, rus dilində olan xəbərlər proqramlarına, maarifləndirici, intellektual verilişlərə, xüsusi ictimai-siyasi əhəmiyyətli tədbirlərdən olan reportajlara, tədris proqramlarına (tədris proqramları 30 dəqiqədən çox olmamaqla) aiddir. Qərarda bildirilib ki, xarici dillərdə yayımlanacaq həmin proqramların titrdə Azərbaycan dilində tərcüməsi verilməlidir.
45,301
31.12.2008 06:38
Media
BAYRAMDA DA ƏFV OLMADI
Maraqlıdır, məhbus jurnalistlər bayramı necə keçirəcək?17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva bildirdi ki, Q.Zahid Yeni ili məhbuslarla birgə qarşılayacaq. Baş redaktorun nə səhhəti, nə də saxlanma şəraiti ilə bağlı hər hansı narazılığı yoxdur.“Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakitin ailə üzvləri isə bu gün 10 saylı cəzaçəkmə müəssisəsinə yollanaraq bayramı ailə başçısı ilə birgə keçirəcəklər.12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bu gün həm evlərinə zəng vuracaq, həm də atası Emin Fətullayevlə görüşə biləcək.
45,302
31.12.2008 06:40
Media
2008-ci İLDƏ 60 JURNALİST ÖLDÜRÜLÜB
“Sərhədsiz reportyorlar” bəyan edir ki, öldürülən jurnalistlərin sayının azalmasına baxmayaraq, ümumilikdə jurnalistika barəsində optimist danışmaq mümkün deyil. Çünki bir il ərzində söz azadlığı sahəsində bəzi ölkələrdə vəziyyət pisləşib. Jurnalistlər üçün ən təhlükəli ölkə əvvəlki kimi yenə də İraq sayılır. Bu ölkədə 15 jurnalist öldürülüb. Pakistanda 7, Filippində isə 6 jurnalist qətlə yetirilib. Həbslərin sayına görə Afrika ölkələri liderdir. İraq və Çin jurnalistlərin fəaliyyətinə mane olan əsas ölkələrdir. Pekin Yay Olimpiadası zamanı 30-dan çox jurnalisti həbs edib.
45,303
31.12.2008 06:55
Media
HAKİMİYYƏT XARİCİ RADİOLARI BAĞLADI
Azərbaycan rəsmiləri deyir ki, xarici radioların ölkədə yayımı beynəlxalq qaydalara uyğunlaşdırılır. Xatırladaq ki, ölkədə üç xarici radio - “Azadlıq”, “Amerikanın səsi” və BBC radioları fəaliyyət göstərir.Xəbəri öyrənən kimi öncə “Azadlıq” radiosu Bakı bürosunun rəhbəri Xədicə İsmayılova ilə əlaqə saxladıq. O, fəaliyyətlərini hələlik davam etdiklərini, işçilərinsə işdə olduğunu bildirdi. X.İsmayılovanın sözlərinə görə, bunun əksi barədə heç bir qərar yoxdur. O bildirdi ki, “Azadlıq” radiosunu yanvarın 1-dən etibarən qısa radiodalğalarda (SW 9.48 MHz tezliyində), peyk, həmçinin əvvəlki qaydada internet vasitəsilə dinləmək mümkündür.“Azad Avropa/Azadlıq” radiolarının prezidenti Cefri Gedmin MTRŞ-nin qərarından məyus olub. O, Azərbaycan xalqının vacib informasiya almaq imkanından məhrum olunduğunu deyir: “Məncə, bu, çox məyusedicidir. Hər şeydən əvvəl Azərbaycan xalqına görə məyus oluram. Biz Azərbaycanda müstəqil, etibarlı və dəqiq informasiya mənbəyi kimi tanınırdıq. Bizi və o biri xarici radioları - BBC və “Amerikanın səsi”ni yerli tezliklərdən çıxarmaqla xalqı vacib informasiya almaq imkanından məhrum etdilər. Həyat yolunu seçən, vətəndaş cəmiyyətini qurmağa çalışan xalqın hərəkət etməsi üçün bu informasiyaya ehtiyacı var”.“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də “Yeni Müsavat”a açıqlamasında bu qərarı mənfi qiymətləndirdi. Müsahibimiz hökumətin bu cür vacib məsələlərin müzakirəsi və vacib qərarın çıxarılmasında ictimai rəyi, məsələnin ictimai mahiyyətini nəzərə almamasından təəssüflənir: “Bu hakimiyyət lazım gələndə hətta konstitusiyanın maddəsini də dəyişə bilir. Özünə sərf etməyəndə isə ziddiyyətli qanun normasını guya ki, uca tutur. Bu məsələnin müzakirəsinə aidiyyatı olan strukturların qarşısında seçim vardı: ya məsələnin ictimai mahiyyətini, cəmiyyətdə plüralizm maraqlarını üstün tutmaq, ya da Azərbaycanın onsuz dar və bəsit olan media mühitinə daha bir zərbə endirmək. Açıq-aşkar göründü ki, ikinci istiqamətə üstünlük verdilər”.“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev də hesab edir ki, hakimiyyətin bu məsələdəki mövqe və istəyi əvvəldən bilinirdi. Onun sözlərinə görə, bu mövqe ilk növbədə “Azadlıq” radiosunun digər kanalların qaldırmadığı problemləri işıqlandırması ilə bağlı qoyulub: “Bu radio ölkədə baş verən siyasi-iqtisadi problemlər barədə daha düzgün və balanslı informasiya yayırdı. Bu isə təbii ki, hakimiyyəti qane etmirdi. Onlar bu radioların bağlanmasının tərəfdarı idi. Əlbəttə ki, qərarın ilin sonunda verilməsi gözlənilməz idi”.M.Əliyev hesab edir ki, əgər ABŞ, İngiltərə xarici radioların fəaliyyətinin davamını istəsələr, bu, baş verəcək. Onun sözlərinə görə, əgər onlar bunu istəmirsə və hakimiyyət tərəfindən verilən qərarı bizə sırımaq fikrindədirlərsə, onda məsələyə başqa cür yanaşmaq lazım gələcək: “Bu gün Azərbaycan Qərblə kifayət qədər bağlıdır. Ölkənin təhlükəsizliyi, müstəqilliyi, yavaş da olsa Qərb standartlarına uyğunlaşdırılması prosesi əlbəttə ki, həmin ölkələrin səyləri, himayədarlığı nəticəsində baş verir. Yoxsa, Azərbaycanın vəziyyəti başqa cür olardı. Deməli, bu gün bu qərar qəbul olunubsa, Qərb ölkələri ilə razılaşdırılıb. Ona görə də geri oxunma ehtimalı var. Bunu problem hesab etmirəm”.“Mən bu qərarın qəti əleyhinəyəm. İndiyə qədər də anlaya bilmirəm ki, bu qərar haradan gəldi, xarici radioların milli tezlikdə yayımını dayandırmaq fikri niyə doğdu. Mən bu qərarı həm başa düşmürəm, həm də başa düşmək istəmirəm”.Bunu isə Milli Məclisin üzvü, şair Vaqif Səmədoğlu deyib. Sözügedən qərara münasibətini “Media forum” saytına açıqlayan V.Səmədoğlu bildirib ki, MTRŞ-nin qərarının əslində elə bir effekti də olmayacaq: “Bu radiostansiyaların yayımını dayandırmaq mümkün deyil axı. Verilişlərini Bakıdan yaya bilməsələr, Praqadan, Münhendən yayacaqlar. Ona görə də mən şuranın qərarının radiolara ciddi problem yaradacağını da düşünmürəm. Kimin nə qərar çıxarmasına baxmayaraq onlar fəaliyyət göstərəcək. Onların arxasında ABŞ, Avropa durub. Bir də unutmaq lazım deyil ki, Azərbaycan xalqının ən ağır günlərində, 20 yanvar hadisələri zamanı əlimizdən tutan, karımıza yetən, səsimizi dünyaya çatdıran bu radiolar olub. Xüsusilə də “Azadlıq” radiosu”.Siyasətçilərin də bu hadisəyə baxışı kəskindir. Müsavat Partiyasının başqanı İsa Qəmbər məsələni “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, hakimiyyətin bu cür azğınlaşması bəzi ekspertlər tərəfindən onun güclü olması ilə izah olunsa da əslində bu, onun qorxusu, zəifliyi kimi izah edilməlidir. Müsavat başqanının fikrincə, güclü və özünə arxayın hakimiyyət azad sözdən, fərqli fikirlərin səslənməsindən qorxmamalıdır: “Hakimiyyət haqsız, günahkar, xalqın qarşısında gözükölgəli olduğunu bilir. Ona görə də çalışır ki, fərqli fikrin səsləndirilməsi imkanlarını mümkün qədər məhdudlaşdırsın. İndiki halda hakimiyyət çox nüfuzlu, beynəlxalq miqyasda tanınmış radioların Azərbaycan daxilində yayımlanması ilə bağlı qadağaları tətbiq etməklə ciddi səhvə yol verir. Çünki bu, əks nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, bu, ilk növbədə beynəlxalq birlik, azad dünya, ABŞ, Böyük Britaniya kimi ölkələr üçün bir sınaq, şərəf məsələsidir ki, onlara qarşı bu cür davranırlar. Eyni zamanda azad dünyanın nəticə çıxarması üçün kifayət qədər önəmli təzahürdür. Çünki avtoritar rejimlərə loyal yanaşmaq bu tipli hakimiyyətlərin azğınlaşmasına gətirib çıxarır”.İ.Qəmbərin sözlərinə görə, beynəlxalq birlik dərk etməlidir ki, birmənalı şəkildə avtoritar rejimlərin qabağından çəkilmək onların daxilən demokratikləşəcəyi, liberallaşacağı situasiyasına gətirib çıxarmır. Əksinə, daha da azğınlaşacağı görünür. Müsavat başqanı növbəti günlərdə hakimiyyətlə beynəlxalq birlik arasında xarici radiostansiyalarla bağlı alver ehtimalı barədə sualımıza da aydınlıq gətirdi. Onun sözlərinə görə, bu, belə olsa da, hakimiyyətin prinsipial olaraq söz və mətbuat azadlığına münasibəti dəyişməyəcək: “O baxımdan mən bu tipli hadisələrə bir təzahür kimi baxıram. Bazarlığın nəticəsində hansısa xırda dəyişiklik ediləcəksə, bunu xüsusi önəmli hadisə kimi təqdim etməyin tərəfdarı deyiləm. Bu, beynəlxalq birliyin özü üçün də keçərlidir. Əksinə, beynəlxalq birliyin söz azadlığı məsələsində prinsipial mövqeyi o zaman daha səmimi görünər ki, təkcə öz radiolarına yox, başqa media strukturlarının da haqlarına, müstəqilliyinə bu qədər diqqət və qayğı ilə yanaşsınlar”.“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov da hesab edir ki, əgər hakimiyyət özünü çox arxayın hiss etsəydi, belə açıq-aydın, antidemokratik addım atmazdı. Onun sözlərinə görə, bu qərarın arxasında hakimiyyətin narahatçılığı görünür. Müsahibimiz hesab edir ki, bu narahatlıq ölkədə yaranmış durumla, proseslərlə bağlıdır: “Siyasi səhnədə açıq-aydın hakimiyyət çox avtoritar və partiyalaşmış bir siyasət yürüdür. Eyni zamanda qabaqdan sosial-iqtisadi baxımdan ağır bir il gəlir. Dünyadakı iqtisadi böhran Azərbaycana ciddi təsir etməyə başlayır. Neftin qiymətinin kəskin aşağı düşməsi 2009-cu ildə onsuz da çox gərgin olan sosial duruma daha böyük gərginliklər gətirəcək”.E.Namazovun fikrincə, hakimiyyət məhz bu narahatlıqdan irəli gələrək azad mətbuatın tam susdurulması kursunu seçib. Müsahibimiz yerli telekanallarla bağlı məsələdə buna nail olunduğunu vurğuladı: “Hakimiyyət növbəti addım kimi yüz minlərlə insanın obyektiv informasiya əldə etdiyi məkanı - xarici radioları bağladı. Bu radioların fəaliyyəti cəmiyyətin bütün tərəflərinin sözünü işıqlandırmaqdan ibarət idi. Hakimiyyətsə 2009-cu ilin çox ağır il olduğunu anlayaraq indidən müxalif səsləri azaltmağın yolunu bu radioları bağlamaqda gördü”.Kinorejissor Ayaz Salayevsə “Media forum” saytına açıqlamasında bildirib ki, Azərbaycanda xarici radioların bağlanması onların nüfuzunu daha da artıracaq. Kinorejissorun fikrincə, informasiya mənbəyini nə qədər məhv etməyə çalışsan da onun populyarlığı, əhəmiyyəti, təsiri bir o qədər artır.“Mən “Azadlıq” radiosunda çox təmiz, ləyaqətli, ağıllı, təvazökar insanların böyük fikirlərini dinləmişəm. Bu fikirlər mənim inkişafıma, mənəvi durumuma, intellektual səviyyəmə təsir edib”.Bu fikirlərin müəllifi olan “Yuğ” teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun sözlərinə görə, “Azadlıq” radiosunun sədaqətli dinləyiciləri qəm çəkməməlidir: “Çünki “Azadlıq” ləğv olunmur. Mən sovet vaxtında böyümüşəm, “Azadlıq” radiosunun xırıltılı, itən dalğalarını dinləyib formalaşmışam. Həqiqət nemətdirsə, onu əldə etmək hünər tələb edir. Ona görə də burada böyük faciə görmürəm”.“Sərhədsiz Reportyorlar” təşkilatının Avropa proqramlarının rəhbəri Elza Vidal da MTRŞ-nın yerli tezliklərdə xarici radioların yayımına qadağa qoymasını pisləyib. O, “Azadlıq” radiosuna müsahibəsində deyib ki, xarici radioların heç birini qadağan etməyə ehtiyac yox idi, sadəcə Azərbaycanda informasiya üzərində prezident və onun ətrafının artıq həyata keçirdiyi nəzarəti bir qədər də artırmaq istəyi var: “Bu, çox kədərlidir. Əlbəttə ki, biz xüsusilə siyasi həyatla bağlı obyektiv, neytral, faktiki informasiyaya çıxışda çətinliklərlə üzləşən Azərbaycan xalqının itkisindən çox narahatıq”.E.Vidal deyib ki, “Sərhədsiz Reportyorlar” xarici yayımların efirə dönməsi üçün müraciətlər edəcək, çünki, bu, baş verməsə, Azərbaycan xalqı üçün çox pis olacaq: “Bu, sovet dövrünə dönüş olar. O zaman insanlar öz ölkələrində əslində nə baş verdiyindən azacıq da olsa məlumat almaq üçün qısa dalğada xarici radioları dinləmək məcburiyyətində idilər. Bu, dəhşətli bir kabusdur”.
45,304
31.12.2008 06:42
Ölkə
“MƏQSƏDİMİZ VƏTƏNDAŞLARIMIZI QORUMAQDIR”
“Dekabrın 29-u gecə boyu Qərbi Neqev ağır raket və mərmi atəşinə məruz qalıb. Qəzza bölgəsinin 30 kilometr radiusunda məktəblər bağlanıb. Bu isə “Həmas”ın bir müddət əvvəldən başlayan hücumlarının davamıdır. “Həmas” təşkilatı 2008-ci il iyunun ortalarından qüvvədə olan atəşkəs haqqında razılaşmanı dekabrın 19-da pozmaq qərarına gəldi. Bundan sonra hər gün onlarla Kassam raketi İsrailin yaşayış məntəqələrinə yağdırıldı. Buna cavab olaraq İsrail dekabrın 27-dən “Həmas”ın Qəzza bölgəsində yerləşən infrastrukturuna zərbələr endirdi. Hədəflər sırasında Həmas silahlılarının qərargahları, təlim düşərgələri, raket istehsal edən emalatxanaları, anbarları və digər obyektlər olub. “Həmas” isə hücumları dayandırmaq əvəzinə raket hücumlarını daha da gücləndirdi və uzun məsafəli Qrad raketləri ilə Aşdod, Ofakim və Yavne şəhərlərini hədəfə aldı. Dinc sakinlər arasında itkilər var”.Səfirliyin yaydığı məlumata görə, İsrailin xarici işlər naziri Tsipi Livni deyib ki, bölgədə sülh və iki dövlətin olmasını istəyən hər kəs İsrailin terror və ekstremizmə qarşı mübarizə apardığını anlamalıdır: “İsrail sülh istəyir. İsrail “Həmas”ı vurarkən dinc sakinlərin zərər çəkməsinin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Lakin “Həmas” uşaqları, məktəbləri və uşaq bağçalarını hədəfə çevirməklə öz mahiyyətini ortaya qoyur. Bizim dəyərlər tam fərqlidir. “Həmas” dinc sakinlərdən qalxan kimi istifadə etdiyi halda, İsrail zərər çəkənlərin sayının az olmasına çalışır. İsrail öz vətəndaşlarını qorumağa borcludur”.
45,305
31.12.2008 06:42
Dünya
GÜRCÜSTANDA HAKİM PARTİYA PULUNU MÜXALİFƏTLƏ BÖLÜR
Hakim partiyanın liderlərindən spiker David Bakradzenin sözlərinə görə, gələn il “Vahid Milli Hərəkat” partiyası dövlət büdcəsindən ayrılan vəsaitin cəmi 35 faizini xərcləmək fikrindədir. Bakradze bu sözləri siyasi partiyaların maliyyələşdirilməsinə dair prezident yanında Antiböhran Şurasında aparılan müzakirələr zamanı deyib. “Ümid edirik ki, bizim təkliflərimiz qəbul ediləcək. Bununla da biz yanvar ayından siyasi partiyaların maliyyələşdirilməsinin yeni standartlarına keçə biləcəyik”. Bundan əvvəl prezident Mixail Saakaşvili də müxalifət partiyalarının dövlət büdcəsindən maliyyələşdirilməsini bərpa etməyə hazır olduğunu bildirib. Gürcüstanda müxalifət partiyalarının bir qismi bu ilin mayında keçirilən seçkilərdən sonra mandatlarından imtina ediblər. Nəticədə onların dövlət büdcəsindən maliyyələşdirilməsi dayandırılıb. “Vahid Milli Hərəkat” partiyası parlamentdəki 150 yerdən 120-nə nəzarət edir.
45,306
31.12.2008 03:44
Gündəm
ERMƏNİSTAN ÇİNDƏN SİLAH ALMAQ ÜÇÜN DANIŞIQLAR APARIR
Ermənistan və Çin müdafiə nazirləri ikitərəfli əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər. Çin hərbi naziri Ermənistana ordu quruculuğu sahəsində kömək etməyə hazır olduqlarını da bildirib. Çinin yüksək hərbi komitəsinin sədr müavini Qyuo Boksenqlə danışıqlar zamanı isə Ohanyan Çinin Ermənistan silahlı qüvvələrinə göstərdiyi yardımları yüksək qiymətləndirib. Qeyd olunur ki, Ermənistan Çindən silah və hərbi texnika almağa maraq göstərir. Bu ölkənin silahlı qüvvələri əsasən sovet silahı və texnikası ilə təchiz olunub. Ermənistan nisbətən ucuz qiymətə Çindən texnika almağa maraq göstərir. Bundan əvvəl Çinin Ermənistana raket kompleksləri satmaq planları haqda xəbərlər var idi.
45,307
31.12.2008 03:45
Ölkə
“AYIBDIR”
Şair “Media Forum”un müraciətinə cavab olaraq bunları deyib: “Təəssüf ki, son günlər bir-birinin ardınca bir-birindən mürtəce qərarlar verilməkdədir. Əvvəlcə bir şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsinə konstitusiyadakı məhdudiyyətin aradan göturülməsi ilə bağlı referendum keçirilməsi haqqında qərar verildi, indi də xarici radioların milli tezlikdə yayımına qadağa qoyulur. Görünür, məqsəd onsuz da demokratiyadan korluq çəkən ölkəmizi daha avtoritar və qapalı bir dövlət modelinə sürükləməkdir. Deməli, bu xalq indən belə bütün Azərbaycan radio və televiziyalarından ancaq abırsız müğənnilərin diringi mahnılarına qulaq asmağa məhkum olacaq? Ayıbdır!”
45,308
31.12.2008 06:47
Gündəm
TÜRKİYƏNİN DÖVLƏT RADİOSU ERMƏNİCƏ YAYIMA BAŞLAYACAQ
Qəzetin verdiyi xəbərə görə, TRT ilə Ermənistan Dövlət Televiziyası 5 ay əvvəl əməkdaşlığa dair müqavilə imzalayıb. Bu müqaviləyə görə, daha sonra TRT-də ermənicə internet saytı açılacaq və bir ildən sonra da ermənicə telekanal fəaliyyətə başlayacaq.
45,309
31.12.2008 04:49
İqtisadiyyat
“DEBÜT” BANKI ILƏ BAĞLI YENİ MƏLUMATLAR
Eyni zamanda bankın deputat Fərhad Qəribova məxsus olması da vurğulanırdı. Xəbərin təsdiqi kimi isə bankın 3 nəfərdən ibarət Müşahidə Şurası üzvləri siyahısında deputatın oğlu Rəşad Fərhad oğlu Qəribovun olması da göstərilirdi.Dünən məsələyə münasibətini öyrənmək üçün əvvəlcə deputat Fərhad Qəribovla əlaqə saxladıq. Deputat bildirdi ki, “Debüt” bankın ona məxsus olması ilə bağlı fikirlər yanlışdır. Deputat “bu bankın mənə heç bir aidiyyəti yoxdur” deyib dəstəyi asdı.Yazıçı Rüstəm İbrahimbəyov isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, o, ümumiyyətlə “Debüt” adında bank tanımır: “Bu bankın adını birinci dəfə eşidirəm. Mənim Azərbaycanda heç bir bankla əlaqəm yoxdur. Rusiyada bir-iki bankın müştərisiyəm. Mətbuatdan oxuyandan sonra “Debüt” bank barədə gənc kino işçilərindən soruşdum. Fikirləşdim ki, bəlkə bu bank hansısa kino debütlərinin hazırlanmasında yardımçı olub. Cavab verdilər ki, belə bir şey olmayıb”.Milli Bankın mətbuat xidmətindən isə “Debüt”ün niyə görə maliyyə əməliyyatlarını dayandırmasına münasibət bildirmək istəməyiblər.
45,310
31.12.2008 04:46
İqtisadiyyat
NEFT ŞİRKƏTLƏRİNDƏ İXTİSARLAR DAVAM EDƏCƏK
Ümumiyyətlə, neftin dünya bazar qiymətinin dəfələrlə ucuzlaşması nəticəsində son iki ayda Azərbaycanda iri şirkətlərin kütləvi ixtisarlara getməsi, bəzi müəssisələrdə işlərin dayandırılması prosesi gedir. Artıq ölkədə işsizlik probleminin ikinci mərhələsi başlayıb. Hökumət işsizliyin aradan qaldırıldığını, 700 min iş yerinin açıldığını bəyan etsə də bu sahədə vəziyyət 5 il əvvəlki kimidir. Ölkədə yaşanan tikinti, neft bumu hesabına bəzi müvəqqəti iş yerləri yaranmışdı ki, onlar da neftin dünya bazar qiymətinin ucuzlaşması, tikinti sektorunun maliyyə problemi ilə üzləşməsi səbəbindən qapanıb.Yeri gəlmişkən, Beynəlxalq Əmək Təşkilatı qlobal maliyyə böhranının neqativ təsirləri nəticəsində dünyada 200 milyon nəfərin işsiz qalacağını bildirir. Ekspertlər də deyir ki, dünya maliyyə böhranının ən narahatedici tərəfi bunun yalnız bankların müflisləşməsi ilə müşahidə olunmamasıdır. Böhran həm maliyyə, həm də digər sektorlarda işsizlər ordusunun yaranmasına gətirib çıxarır. Bu gün ABŞ və digər Avropa Birliyi ölkələrinin narahatlığı iri müəssisələrin müflisləşməsi, işsizlər ordusunun artmasıdır.İqtisadçılar qeyd edir ki, neftin dünya bazar qiyməti düşdükcə müəssisələrin müflisləşməsi, ixtisarlar davam edəcək. Nəzərə çatdıraq ki, rəsmi statistikaya əsasən Azərbaycanda işləməyən əhalinin əmək qabiliyyətli insanlar arasında payı 3 faizdən aşağıdır. Praktiki işsizliyə görə yardım alan insanların sayı da 61-dən aşığıdır. Bir sıra şirkətlərin, bankların, yeyinti sektorunda fəaliyyət göstərən müəssisələrin işçilərinin sayını azaltması, müflisləşmələri göstərir ki, Azərbaycanda işə malik olmaqla, işsiz olmaq arasında sərhədlər nazikdir. Bu gün işləyən şəxs, sabah işsiz ola bilər. Çünki Azərbaycanda müəssisələrin müflisləşməsi ABŞ-da və digər ölkələrdə olduğu kimi müəyyən müddət tələb etmir.Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edir ki, “Karasu Oil” Əməliyyat Şirkətində işçilərin ixtisarı mövcud vəziyyətə uyğun olaraq şirkətin yenidənqurulması ilə əlaqədardır: “Ümumiyyətlə, Azərbaycanda belə vəziyyət yaranıb ki, quruda neft-qaz çıxarma idarələrində və quruda fəaliyyət göstərən hasilatla məşğul olan şirkətlərdə həddən artıq böyük ştatlar var. Xarici şirkətlər gələndə bizimkilər şərt qoyurdu ki, işçiləri işdən çıxarmayın. Ancaq bu bazar qayda-qanunlarına uyğun deyil. Neft-qaz çıxartma idarələrində 4-5 min ştat var. Ancaq neft-qaz çıxartma idarələri cəmisi 100 min ton neft çıxarır. Tikinti qurumundan tutmuş 50 cür köməkçi qurum var. Hansıkı qonşu Rusiyanın özündə tender əsasında köməkçi xidməti işləri görürdü. İndi neftin dünya bazar qiymətinin düşməsi ilə əlaqədar orada ixtisarlar gedir”.İ.Şaban deyir ki, neftin dünya bazar qiymətinin düşməsi nəticəsində şirkətlərdə ixtisarların aparılması normaldır: “Şirkətlərdə əvəllər məktubları daşımaq üçün 10 kuriyer saxlayırdılar. İndi təbii ki, xərcləri azaltmaq məqsədilə belə ştatları ixtisar etmələri çox yaxşıdır. İkinci bir tərəfdən Azərbaycanın Dövlət Neft Şirkətində rəsmi 64 min işçi var. Bu qədər işçi cəmisi 8 milyon ton neft və 8 milyon kub metr qaz çıxarır”.İqtisadçı-ekspert Rusiyanın özəl şirkəti “Lukoyl”la müqayisələr apardı. Bildirdi ki, şirkətin 110 min işçisi var ancaq 96 milyon ton neft çıxarır: “Ona görə də işçilərin əməkhaqları, şirkətin rentabelliyi, mənfəəti yüksəkdir. Bizim Dövlət Neft Neft şirkətində 2007-ci ilin nəticələrinə görə, 5,9 milyard manat vəsait daxil olub, 5,75 milyard manat isə xərclənib. Faktiki, çox cüzi mənfəət idi. Ancaq mənfəət normal hesab olunur ümumi dövriyyənin 12-15 faizi. Yəni bu minvalla heç olmasa ümumi daxilolmalardan Dövlət Neft Şirkətinin mənfəəti ən aşağısı 700-800 milyon manat olmalı idi. Ancaq əvəzində hardasa 150 milyondur”.
45,311
31.12.2008 06:56
İqtisadiyyat
BU İL AZƏRBAYCAN NEFT FONDU ÜÇÜN UĞURLU OLUB?
Bu sözləri Dövlət Neft Fondunun yaranmasının 9 illiyi ilə bağlı ANS-ə müsahibəsində fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. O deyib ki, indiyə qədər fonda daxil olmuş 20 milyard dollar vəsaitin 14 milyard dolları 2008-ci ildə daxil olub.ÿ Amma həmin vəsaitlərin bir hissəsi dövlət büdcəsinə transfer edildiyindən və müxtəlif layihələrin maliyyələşdirilməsinə xərcləndiyindən indi fondda təxminən 11 milyard dollar pul var. Bunun 500 milyon dolları vəsaitlərin idarə edilməsi hesabına əldə olunub. Ş.Mövsümov mövcud böhrana baxmayaraq, idarəetməyə verilən vəsaitlərlə bağlı heç bir problemin olmadığını və neft gəlirlərinin risklərdən yaxşı qorunduğunu bildirib.Qeyd edək ki, qlobal maliyyə böhranından sonra DNF maliyyə tərəfdaşlığı etdiyi maliyyə qurumlarının, bankların adlarını gizli saxlayır. Əvvəlki məlumatlara əsasən fondun investisiya portfelinin 75,5 faizi qiymətli kağızlarda yerləşdirilib. Bu məsələdə qurum əsas tərəfdaş kimi Birləşmiş Ştatların maliyyə qurumlarını seçib. Belə ki, fond vəsaitlərinin əhəmiyyətli hissəsini - 49,4 faizini ABŞ-da, 44,6 faizini Avropada, 4,2 faizini Asiyada yerləşdirib. Dünya Bankı Fondun idarəedilən vəsaitlərinin 45,1 faizini, Almaniyanın Döyçe Asset Management Bankı Fondun idarəedilən vəsaitlərin 34,45 faizini, “Klariden Leu” isə idarəedilən vəsaitlərin 20,45 faizini idarə edir. Qurum bunu belə əsaslandırır ki, tərəfdaşlıq etdiyi bankları tez-tez dəyişir. Ş.Mövsümovun arxayın bəyanatlarına baxmayaraq məlumatlara görə, neft pullarının xarici banklara yatırılması və bir hissəsinin qiymətli kağızlara verilməsi sayəsində artıq dövlət bir neçə milyard dollar itirib. Hətta Neft Fondundan maliyyələşən Bakı-Tiflis-Qars dəmir yol xətti və Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində fasilə yaranıb. Fonddan gələn il dövlət büdcəsinə nəzərdə tutulan 5 milyard manatlıq transfert də şübhə altındadır.İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri deyir ki, qlobal maliyyə böhranı Dövlət Neft Fondunun gəlirlərinə neqativ təsir göstərir. Hətta qurumun icraçı direktoru da bir müddət əvvəl bunu etiraf etmişdi. Ekspertlər fondun gəlirli qurum olmadığını deyirlər: “Nəzərə alsaq ki, fondun gəlirlik səviyyəsi 1 faiz ətrafındadır, bu, digər fondlarla müqayisədə olduqca aşağı rəqəmdir. Məsələn, Norveç Neft Fondunun gəlirlik səviyyəsi təxminən 4 faizə yaxındır”.Mütəxəssislər onu da vurğulayırlar ki, gəlirlərin idarə edilməsi ilə bağlı fondun əsaslandırılmış, kompleks şəklində hazırlanmış strategiyası yoxdur: “Qurum vəsaitləri daha çox xaricdə qiymətli kağızların, xüsusən bondların (dövlət qiymətli kağızların) alınmasına yönəldir. Həmin bondların isə gəlirlik səviyyəsi (2 faizdən aşağıdır) olduqca aşağıdır. Baxmayaraq Neft Fondu bunu onunla əlaqələndirir ki, konservativ siyasət həyata keçirir. Lakin əgər fondun gəlirlik səviyyəsi dünya inflyasiya dərəcəsi ilə müqayisədə olduqca aşağıdırsa, istehlak qiymətləri indeksi nəzərə alanda gəlirləri neqativdirsə, deməli, qurumun investisiya portfelinin idarəedilməsində problemlər var”.İqtisadçılar fondun investisiya portfelinin 75,5 faizinin qiymətli kağızlarda saxlandığını xatırladaraq, deyirlər ki, praktiki vəsaitlər böhranın daha çox müşahidə edildiyi qitələrdə və ya ölkələrdədir. Xüsusən ABŞ-da aparıcı şirkətlərin müflisləşməsi təhlükəsi var. Bütün bunlara baxmayaraq fond vəsaitlərin əsaslı hissəsini Amerikada saxlayır. Bu, qurumun gəlirlik səviyyəsinə ciddi təsir göstərməklə yanaşı vəsaitlərin taleyi ilə bağlı narahatlıq yaradır: “Təəssüf ki, son günlər fond tərəfdaşlarının adlarını ictimaiyyətə açıqlamır. Halbuki qurum tərəfdaşlarının siyahısını həmişə saytında yerləşdirirdi”.O da bildirilir ki, neftin qiymətinin aşağı düşməsi gələn il Neft Fonduna birbaşa daxilolmaların da həcminə təsir göstərəcək.
45,312
31.12.2008 06:51
İqtisadiyyat
BAKIDA VƏ BÖLGƏLƏRDƏ TORPAQ UCUZLAŞIR
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən qəzetimizə bildiriblər ki, əvvəlki ayla müqayisədə dekabrda torpaq sahələrinin ucuzlaşması müşahidə olunub. Səbəblərdən biri ümumi-iqtisadi vəziyyətlə, digəri isə mövsümlə əlaqədardır. Belə ki, qış mövsümündə torpaq alqı-satqısı adətən azalır. Bu isə qiymətlərin bir qədər ucuzlaşmasına səbəb olur.İctimai birlikdə deyirlər ki, torpaq bazarının şəhərətrafı və paytaxtdankənar ərazilərə doğru ucuzlaşması tendensiyası daha çox müşahidə olunmağa başlayıb. Buna baxmayaraq, dekabr ayı ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi bir qədər də aşağı düşüb.Ən çox ucuzlaşma isə bölgələrdə müşahidə olunur. Belə ki, Zaqatala və Balakəndə torpağın qiyməti 30-40 faiz, Qəbələ-İsmayıllı-Şamaxıda 20-30 faiz, cənub bölgəsində isə 10-15 faiz aşağı düşüb. Ekspertlər bunu maliyyə böhranı nəticəsində torpağa tələbatın azalması, Rusiyada çalışan azərbaycanlıların əvvəlkinə nisbətən bu il daha az torpaq alması ilə izah edirlər. Yolların bərpası ilə bağlı bəzi rayonlara gediş-gəlişin çətinləşməsi də torpaqların qiymətinə mənfi təsir edib.
45,313
31.12.2008 03:59
İqtisadiyyat
BANKOMATLARDA PUL QITLIĞI YARANIB
Pensiyaçılar isə artıq iki aydır pullarını vaxtında ala bilmədiklərini söyləyirlər. Onların sözlərinə görə, pensiyalarını azı 10 gün gec alırlar: “Fonddan pulun banka köçürüldüyü bildirilir. Ancaq gəlirik bankomatda pul tapmırıq. Bankomatların əksəriyyətində nağd pul yoxdur. Şəhərin mərkəzi küçələrindəki 1-2 bankomatda pul var orada isə yüzlərlə insan növbədə dayanıb”.Yeri gəlmişkən, məsələ ilə bağlı “Kapitalbank”ın və “Beynəlxalq Bank”ın mövqeyini öyrənməyə çalışdıq. Lakin hər iki qurumun mətbuat xidmətinin telefonlarını qaldıran olmadı.
45,314
31.12.2008 05:00
Ölkə
YENİ İLİ KİM HARADA VƏ NECƏ QARŞILAYACAQ?
Araşdırmamız zamanı məlum oldu ki, “Xəmsə” restoranında bayramaxşamı qiymət adambaşına 80 manatdır. Buraya axşam saat 21:00-dan sonra başlayacaq bayram şousu və menyu daxildir. Restorandan aldığımız məlumata görə, saat 22:00-dan etibarən məşhur müğənnilər bütün gecəni qonaqları öz musiqiləri ilə əyləndirəcəklər.“Sərin” restoranında bayram şousunun adambaşına qiymətləri yerindən asılı olaraq 150-200 manat arası dəyişir. Bu məbləğə saat 21:00-dan səhər 5-ə qədər məşhur müğənnilərin iştirakı ilə bayram şousu daxildir.“Elbara” restoranında yeni il şousu saat 21-dən səhərə qədər davam edəcək. Adambaşına 200-250 manat arasında dəyişən qiymətlərə həmçinin yeni il süfrəsi və müğənnilərin musiqili şousu daxildir.“Ay işığı” restoranında 150-200 manat civarında dəyişən qiymətlərə yeni il süfrəsi və səhərə qədər musiqili şou aiddir.“Flaminqo” restoranında qiymətlər sabit 75 manatın üzərində dayanır. Buraya axşam saat 22-dən səhər saat 6-ya qədər davam edəcək bayram şousunda məşhur müğənnilərin iştirakı olmayacaq.Bəs görəsən, bir çox məşhur adamlar, ictimai-siyasi fəaliyyətlə məşğul olanlar bayramı harada və necə qarşılayacaqlar?Hüquq müdafiəçisi Novella Cəfəroğlu yeni ili öz evində qeyd edəcəyini söylədi: “Yeni il günü səhər Elçibəyin qəbrini ziyarət edəcəm. Axşam yaxınlarla birgə yeni ili qarşılayacağıq”. KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli bayramı doğulduğu Borçalı mahalında keçirməyi planlaşdırır: “Günorta yola çıxacağıq. Sözsüz ki, müqəddəs yerləri ziyarət edəcəyik. Axşam yaxınlarımla masa arxasında yeni ilin gəlişini qeyd edəcəyik”. Zəlimxan bəy ən böyük arzusunun hələlik ünvanına çatmadığını da dedi: “Biz millətimiz üçün demokratik bir cəmiyyət qurmağı hədəf seçmişik. Uzun illərdir bunun reallaşması üçün mübarizə aparırıq. Ümid edirəm ki, bu mübarizə sonda qələbə ilə yekunlaşacaq və biz demokratik, bütöv Azərbaycanı millətimizə hədiyyə edəcəyik”.Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə də bayramı evində qeyd edəcək. Bunun üçün özəl səbəbləri də var: “İndi ölkədə gedən proseslərdən dolayı şənlənmək üçün lüzum görmürəm”. Ən böyük hədiyyə ilə bağlı suala millət vəkili xatırlaya bilmədiyiyini dedi: “Yadıma düşmürsə, demək heç kəsə böyük hədiyyə verməmişəm.
45,315
31.12.2008 04:02
Ölkə
BAKI POLİS MÜHASİRƏSİNDƏ
Y.Əliyevin sözlərinə görə, Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar dünəndən paytaxt polisi də gücləndirilmiş iş rejiminə keçib.Bayram günlərində paytaxtda fəaliyyət göstərən şadlıq evləri, restoranlar, ictimai obyektlər və metro stansiyalarının polis tərəfindən xüsusi nəzarətə götürüləcəyini qeyd edən rəis müavini bundan başqa, paytaxtın böyük prospektləri və magistral yollarında da Dövlət Yol Polisinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini bildirib.Y.Əliyev təhlükəsizlik tədbirlərinin yanvar ayının 3-dək davam etdiriləcəyini söyləyib.
45,316
31.12.2008 07:03
Ölkə
BAKIDA ŞAXTA BABA BİZNESİ
Buna baxmayaraq gözləri qapıda qalan uşaqlar canlı Şaxta babanı öz gözləri ilə görməkdən, onunla söhbətləşməkdən, yanaşı durub şəkil çəkdirməkdən ötrü valideynlərindən daha bir sürpriz gözləyirlər. Həmin sürpriz də Şaxta babaların evə dəvət olunmasıdır. Bu isə ailənin büdcəsinə bağlıdır. Şaxta baba ola da bilər, olmaya da. Əsas odur ki, Yeni ilin gəlişini elə uşaqlar qədər səbirsizliklə gözləyən böyüklər körpələri nəynənsə sevindirə bilsinlər.Yeni il bayramını körpələrin öz doğma babalarından da çox sevdiyi Şaxta babasız təsəvvür etmək mümkün deyil. “Şaxta baba” sözü dilimizə rus dilindən keçib - “Ded Moroz” ifadəsinin tərcüməsi kimi. Bizdə Şaxta baba kimi tanınan bu “tanınmaz-bilinməz” personajın dünyanın müxtəlif ölkələrində fərqli adları var. Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, Müqəddəs Ata Kristmas bunlardan bəziləridir. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da bu adlardan ən çox populyar olanı Santa Klausdur. Qar qız qazandığı pulu anasının dərmanına xərcləyir Xristian ölkələrində böyük supermarketlər, oyuncaq mağazaları Yeni il qabağı kampaniya keçirərək Santa Klauslara simvolik hədiyyələr verir. Onlar da uşaqları təmənnasız olaraq bu hədiyyələrlə sevindirir. Azərbaycanda isə əksinədir, uşaqlar Şaxta babaya pul verir ki, onunla şəkil çəkdirsinlər.Bunu dünən Fəvvarələr meydanında gördüyümüz mənzərə də təsdiq edir. Uşaqlar Qar qız və Şaxta baba ilə şəkil çəkdirmək üçün növbəyə düzülmüşdü. Şəkil üçün fotoqrafa 3 manat ödəmək lazım idi. Qar qızla Şaxta babaya isə əlavə olaraq 2 manat verirdilər. Şaxta baba kimi geyinib meydanda dayanan Nicat adlı müsahibimiz bu yolla bir günə 30 manat qazandığını dedi: “Səhər saat 10-dan axşam saat 10-a qədər iş vaxtıdır. Aldığım bu pulların hamısı mənə çatmır. Gündə 30 manatımı alıram, vəssalam”.Sevinc adlı Qar qızın isə 14 yaşı var. O, məktəbdən 15 günlük icazə alıb Qar qızlıq edir. Buna səbəb isə pula ehtiyacının olmasıdır: “Mən keçən il də Qar qız idim. Onda günə 20 manat alırdım. İndi isə 30 manat alıram. Dünən sinif yoldaşlarım şəhərə gəzməyə gəlmişdi. Onları görən kimi yolkanın arxasında gizləndim ki, məni görməsinlər. Sonra dərsə gedəndə utanardım axı. Anam xəstədir. Qazandığım pulu onun dərmanlarına xərcləyirəm”. “Aaa, Şaxta baba xala” “Torqovı” kimi tanınan Nizami küçəsində bir xanım Şaxta baba paltarı geyinərək müxtəlif ətirlər satırdı. Özünü Rəşidə kimi təqdim edən bu xanım işlədiyi firmanın kampaniya keçirdiyini və bu məqsədlə belə geyindiyini söylədi: “Günə 20 manat alıram. Nəyi pisdir ki?! Oturduğum yerdə pul qazanıram. Şaxta baba paltarımı işlədiyim firma verib. Belə geyimdə insanların diqqətini daha çox cəlb etmək olur”.Rəşidə xanım hansı firmada çalışdığını nə qədər fikirləşsə də yadına sala bilmədi. Elə bu vaxt bir neçə uşaq “Aaa, Şaxta baba xala” deyərək ona yaxınlaşdılar. Rəşidə xanım hirslə “Mən 1981-ci ildənəm. Mənə xala deməyin!” deyə uşaqlara çımxırdı. Onun yanında satlıq yolkaları görüb qiymətləri ilə maraqlandıq. Rəşidə onların başqa satıcıya məxsus olduğunu dedi. Amma sualımızı da cavabsız buraxmadı. Hündürlüyü 2 metr olan yolkanın 30 manata olduğunu söylədi. Yolkanın satıcısı ona yaxınlaşaraq “Nə 30 manat? Yalansa boyunu 30 dəfə yerə soxum. Qiyməti 300 manatdır”. Rəşidə isə vəziyyətdən çıxmaq, satıcını sakitləşdirmək üçün orijinal bir bəhanə tapdı: “Bunlar jurnalistlərdir. Ona görə özüm qəsdən ucuz deyirəm”. Ən ucuz Santa Klaus paltarı üçün 60 manatından keçməlisən Yolka oyuncaqları satan Nicat bəy də Santa Klaus geyimində idi. Onun da bu paltarı geyməkdə məqsədi müştərilərin diqqətini cəlb etmək idi. Bunu elə özü dedi: “Belə geyimdə olanda uşaqların diqqətini dərhal cəlb edə bilirsən. Uşaqlar bizi görən kimi valideynlərini dartışdırıb yanımıza gətirirlər ki, nəsə aldırsınlar. Əynimdəki geyim 60 manatdır. Bu, ən ucuzudur. Elə Şaxta baba paltarı var ki, 400 manat qiyməti var. Həvəskar insanlar gəlib alır. Məsələn, bu gün 9 dənə Şaxta baba kostyumu satmışam. Alıcıların hamısı da bunu kiməsə sürpriz edəcəklərini deyib”.Şəhərdə ən maraqlı yolkalar isə “Azərbaycan” kinoteatrının yanında qurulub. Burada uşaqların sayı başqa yerdən daha çox idi. Bu üç yolka ətrafında Şaxta baba, Qar qız və Şrek var. Onlar mahnı sədaları altında rəqs edərək bütün uşaqları öz başına yığmışdılar. Burada da qiymətlər eyni idi. Şaxta baba və Qar qız günə 20 manat alırdı. İşlərindən də narazı deyillər. Adının çəkilməsini istəməyən fotoqraf isə Şaxta baba və Qar qızdan fərqli olaraq işindən heç də razı görünmürdü: “Yəqin gələn il daha burada işləməyəcəyik. Yerpulu ildən-ilə artır. Bu il əvvəlki illərdən qat-qat bahalıqdır. Əvvəlcə bizə aşağı qiymət demişdilər. Kostyumları tikdirəndən sonra bəlli oldu ki, qiymət bahalaşıb. Yoxsa burada işləmək heç sərf eləmir. Elə qazandığımızı da Şaxta baba ilə və onun ətrafındakılarla bölüşürük”. Şaxta babanı evə çağırmağın qiyməti 100-300 manatdır Bəzi imkanlı şəxslər uşaqlarını, nəvələrini sevindirmək məqsədilə Yeni il gecəsi evlərinə Şaxta baba sifariş edirlər. Bəs bu Şaxta babaların bir saatı neçəyədir? “Yadaş” adlı studiyanın əməkdaşı bu xidmətin qiymətinin müxtəlif olduğunu söylədi: “Baxır ayın neçəsində, saat neçədə çağırırsınız. Əgər ayın 30-u günü bir saatlıq Şaxta baba lazımdırsa, bunun üçün 100 manat ödəmək gərəkdir. Amma bayram gecəsi Şaxta baba daha bahadır. Dekabrın 31-i saat 22:00-a qədər olan Şaxta baba 150 manatdır. Saat 24:00 üçün Şaxta baba istəyən varsa, bunun üçün 200-300 manat ödəməli olacaq. Amma bu zaman Şaxta babanın hədiyyəsi də olur. Onlar uşaqları şənləndirmək üçün şeir oxuyur, səhnəciklər də göstərir”.Burada sual yaranır: həmin pul Şaxta babaya çatır, yoxsa firmaya? “Yadaş”ın əməkdaşı deyir ki, 20 nəfər işçiləri var: “Pul hamımızın arasında bölünür. Bu il çəmi 14 sifarişimiz var. Əvvəlki illər sifarişlər daha çox olurdu”.Dükanlarda satılan hədiyyə paketləri də diqqətimizi cəlb etdi. Onun içindəkilərlə maraqlandıq. Uşaqlar üçün xüsusi paketlərə yığılmış hədiyyələrin qiyməti isə 5 manatdan 20 manata qədərdir. Hədiyyə paketlərinin içinə isə əsasən ucuz şirniyyatlar yığılıb. Onların keyfiyyətinə də şübhələr var. Bu hədiyyələr alıcını cəlb etmir. Sadəcə olaraq iri mağaza şəbəkələri bir növ valideynlərin uşaqlarına “yox, almıram” deyə bilməyəcəyindən sui-istifadə edib illərdən bəri satılmayan dadsız, keyfiyyətsiz şirniyyatları qablaşdıraraq bayram hədiyyəsi kimi vitrinlərə düzüb. Şəhərdə rastlaşdığımız demək olar ki, bütün uşaqların əlində bu hədiyyələrdən var idi. Əgər körpələr bununla sevinirsə, qoy olsun. Bayramınız mübarək!