id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
45,016 |
26.12.2008 09:38
|
Ölkə
|
ZİYALILAR KONSTİTUSİYA DƏYİŞİKLİYİNDƏN DANIŞDI
|
Rüstəm İbrahimbəyov bildirib ki, nə prezident İlham Əliyevin, nə də xalqın məlum dəyişikliyə ehtiyacı yoxdur: “Prezidentin bu formada kömək və dəstəyə də ehtiyacı yoxdur. O, budəfəki seçkidə tam üstünlüklə qalib gəlib. Ona görə də prezidentlik müddətinin artırılması ilə bağlı təşəbbüsün hardan və necə qaynaqlandığı məlum deyil. Hesab edirəm ki, bu, hakimiyyətin məmurları tərəfindən edilib. Bununla Azərbaycana və onun demokratiyasının imicinə böyük zərbə vururlar. Buna qəti etiraz edirəm”. R.İbrahimbəyovun bu cür mövqe ortaya qoymasından sonra qərara gəldik ki, Azərbaycanın bir sıra tanınmış ziyalılarının da konstitusiyada məlum dəyişikliyin edilməsinə münasibətini öyrənək. Azərbaycan parlamentinin sabiq spikeri, professor Yaqub Məmmədov hesab edir ki, bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsinə məhdudiyyətin ləğvi prinsipial məsələ deyil: “Prinsipial məsələ odur ki, Azərbaycanda demokratik, ədalətli seçki keçirilməlidir. Seçkilər saxtkarlıqla keçirilməsə, bir adamın neçə dəfə namizədliyinin irəli sürülməsinin fərqi olmaz. Xalq kimə istəsə, ona səs verər. Nəticələr də real vəziyyəti ortaya çıxarar. Seçkilərin demokratik keçirilməsinə nail olmaq uğrunda mübarizə aparılmalıdır. Məhdudiyyətin aradan götürülməsi məsələsindən çox, seçkilərin demokratik keçirilməsinin üzərində dayanılması və buna nail olunması vacibdir. Seçkilərin saxtalaşdırılması imkanı qalırsa, məlum məhdudiyyət saxlansa belə, heç nə dəyişəsi deyil. Hakimiyyət, YAP yenə də kiminsə namizədliyini irəli sürüb həmin şəxsin prezident olmasını təmin edəcəklər. Nə qədər ki, seçkilər demokratik keçirilmir, məhdudiyyətin olub-olmamasının əhəmiyyəti yoxdur. Düzdür, dünyada demokratik ölkələrdə eyni adamın iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət var. Amma indi Azərbaycanda məsələ qaldırıblar ki, guya məhdudiyyət seçilmək hüququnu pozur, ona görə götürülməlidir”.Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar sualımıza cavab vermədi: “Bu məsələ ilə bağlı indi bir fikir söyləyə bilmərəm. Mənə yeni ildən sonra zəng edin. Fikirləşib, sizə bir şey deyərəm. Çünki indi başım ayrı işlərlə qarışıqdır. Dediyiniz məsələni o qədər də yaxından izləmək imkanım olmayıb”. Professor Niyazi Mehdi bildirdi ki, konstitusiya dəyişikliyinə münasibəti mənfidir: “Əgər ölkədə azad, ədalətli seçkilər keçirilsəydi, hakimiyyətdə olanın xeyrinə dövlət resurslarından istifadə olunmasaydı bu münasibətim bir az müsbətə doğru dəyişə bilərdi. Nəzərə alanda ki, Azərbaycanda seçkilər saxtalaşdırılır, bütün inzibati resurslar hakimiyyət namizədinin xeyrinə işlədilir, bu dəyişikliyə etiraz edirəm”. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov dedi ki, həm özünün, həm də partiyasının konstitusiyada dəyişikliyə münasibəti mənfidir. Ona görə ki, belə bir dəyişiklik Azərbaycan xalqının və dövlətin maraqlarına ziddir: “Həmin layihənin və təşəbbüsün müəllifi Səfa Mirzəyevdir. İşçi qrupunun da rəhbəri odur. Bu adamın barmağı olan yerdə heç vaxt Azərbaycan xalqının xeyrinə nə isə ola bilməz. Bu təşəbbüs prezidentin özünə qarşı hazırlanan bir oyundur. Bu dəyişikliyin İlham Əliyevə heç bir xeyri olmayacaq. Çünki xalq lazım olanda bu dəyişikliyə qarşı öz sözünü deyəcək. O zaman bu gün həmin təşəbbüsü qaldıranlardan çox İlham Əliyev zərər çəkə bilər”. H.Əzimov konstitusiyada dəyişiklik təşəbbüsünün qeyri-legitim olduğunu vurğuladı: “Ona görə ki, bu təşəbbüsün müəllifləri həm də Milli Məclisin qeyri-legitim deputatlarıdır. O deputatlar ki, onları xalq seçməyib, onlar təyin olunublar. Milli Məclisin böyük əksəriyyəti təyin olunan deputatlardan ibarət olduğu üçün Milli Məclisin özü qeyri-legitimdir. Qeyri-legitim orqanın bu gün qəbul etdiyi qərarlar legitim olmadığı üçün gələcəkdə xalq həmin qərarları tanımayacaq”. Professor Xalid Əlimirzəyev bildirdi ki, siyasətə qarışmır, ona görə də heç bir fikir söyləmək istəmir.“Bütün dünyada biabır olduq. Keçmişdə Şərqdə xan, bəy seçmirdilər, bizdə də elə oldu. Bunlar hər şey edirdilər, bunu da elədilər” -, bu sözləri şair Rüstəm Behrudi konstitusiyaya nəzərdə tutulan son dəyişikliklərlə bağlı “Azadlıq” radiosuna deyib. Şairin fikrincə, əslində iki dəfədən artıq prezident seçilməyin demokratik ənənələrlə ziddiyyət yaratdığının İlham Əliyev də fərqindədir. O, Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, uzun müddətdir ki, Azərbaycana rəhbərlik edir, bir sıra inkişaf etmiş xarici ölkələrdə səfərlərdə olub. Rüstəm Behrudinin fikrincə bu, dəyişikliklərə prezident öz könlü ilə getmir: “Mən fikirləşirəm ki, İlham Əliyevin ətrafı buna onu məcbur edir. Niyə məcbur edir? Düşünürlər ki, bu qədər var-dövlət yığıblar. İlham Əliyev ömürlük prezident olsa, yığdıqlarına təhlükə olmaz. Həqiqətən də belədir. İlham Əliyev olmasa, onlar da olmaz”.
|
45,017 |
26.12.2008 09:01
|
Gündəm
|
“YANLIŞ SİYASƏT TÜRKİYƏNİ ACINACAQLI VƏZİYYƏTƏ SALIB”
|
Onlar bununla bağlı Türkiyə hökumətinə səslənsələr də, hələlik rəsmilər hər hansı addım atmayıblar. Ehtiyat edilirdi ki, ermənilərin ardınca, Türkiyədə “kürdlərdən üzr istəyirik” kampaniyası da başlaya bilər. Artıq bu gözləntilər özünü doğruldub. Bu kampaniyaların bir-biri ilə bağlılığı olub-olmaması məsələnin başqa tərəfidir. Diqqətçəkən odur ki, bütün bu oyunlar Türkiyəyə qarşı təxribatdır, türk dünyasını zəiflətməyə yönəlib. Əcaba, bu cür kampaniyalar genişlənməkdə davam edərsə, nə baş verə bilər?Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, əslində, bunlar bir sıra xarici dövlətlərin Türkiyədə oynadığı oyunlardır: “Ermənilərdən üzr istəyirik" kampaniyası başlayan kimi, biz Təbriz axşamında “ermənilər türklərdən üzr istəməlidir” kampaniyasına başladığımızı elan etdik. Çox təəssüflər olsun ki, “Yeni Müsavat” qəzetindən başqa digər mətbu orqanlar bu kampaniya ilə bağlı informasiyanı heç dərc etmədilər. Hər halda, biz bu kampaniyaya başlamışıq. Ermənilər 1905-ci ildən bu günədək törətdikləri faciələrə, soyqırımlara, Zəngəzuru, Göyçəni, Qarabağı işğal etdiklərinə görə Azərbaycan xalqından, türklərdən üzr istəməlidirlər". S.Rüstəmxanlı bildirdi ki, “ermənilərdən üzr istəyirik” adlı iyrənc kampaniyada iştirak edənlərin bəzilərini tanıyır: “Ora aydınlar, ziyalılar adından imza atan adamların əksəri solçulardır, milli düşüncədən uzaq olan adamlardır. Digər qisim isə türk soyadı daşıyan ermənilər və digər etnik qrupların nümayəndələridir. Həmin sənədi xaricdə erməni diasporu hazırlayıb Türkiyəyə ötürmüşdü. Çünki oradakı terminlər - ”böyük faciə" və sair - erməni diasporunun işlətdiyi sözlərdir. Heç şühbəsiz ki, kürdlərlə bağlı sənədi də kürd diasporu, yaxud da Türkiyədə rəsmi dairələrdə çalışan PKK yançıları hazırlayıb ortaya atıb. Mənim başqa bir ehtimalım yoxdur".Millət vəkili söylədi ki, Türkiyədə aparılan bu kampaniyalar heç bir nəticə verməyəcək: “Əksinə, onlar ermənilərin də, kürdlərin də ziyanına işləyəcək. Sadəcə, bu indiki Türkiyə iqtidarının apardığı yanlış siyasətin nəticəsidir. O cür aparılan siyasət Türkiyəni bu vəziyyətə gətirib çıxarmalı idi. Yəni ölkədəki milli qüvvələrə təzyiqlər edilməsi, Ana Yasanın dəyişdirilməsi, ordunun zəiflədilməsi, Atatürk yolundan, ideyalarından sarpdırmalar, demokratiya adı altında oynanılan digər oyunlar bugünki acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. Əlbəttə, Türkiyənin milliyyətçi kəsimi, eləcə də Azərbaycan ziyalıları, türk dünyasına bağlı olan bütün insanlar bu məsələlərə biganə deyil, onlar bu məsələyə var gücləri ilə müqavimət göstərəcəklər”.
|
45,018 |
26.12.2008 09:54
|
Siyasət
|
AMDP QEYDİYYATA ALINDI
|
YENİ İCTİMAİ BİRLİK YARADILIR“Respublikaçı Alternativ” (REAL) adlı ictimai birliyin təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupundan APA-ya verilən məlumata görə, birliyin yaradılmasında əsas məqsəd respublikaçılıq ideallarının fəal təbliğatını aparmaqdır: “Ölkəmizi geriyə aparan rəqabətsizliyin bir effektiv alternativi varsa, o da real respublikadır. 1918-ci ildə indikindən daha çətin bir şəraitdə inandıqları dəyərlərə sədaqəti cəsarətlə qoruyub saxlaya bilən Azərbaycan Xalq Cümhuriyyətinin baniləri respublikaçılıq ideallarını gələcək nəsillərə miras qoydular. Bu mirasdan imtina etməyə biz azərbaycanlıların mənəvi haqqı yoxdur” . Qeyd edək ki, təşəbbüs qrupunda İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Şahin Abbasov, Emin Hüseynov və Aytən Qəhrəmanova təmsil olunur. İctimai birliyin təqdimatının 2009-cu il yanvarın 23-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub. YAP İLLİK HESABAT HAZIRLAYIRYeni Azərbaycan Partiyası (YAP) 2008-ci ildəki fəaliyyətinə dair illik hesabat hazırlayır. Bu barədə APA-ya partiya icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, hər il olduğu kimi, 2008-ci il ərzində göstərilən fəaliyyətlə bağlı da ictimaiyyətə geniş hesabat təqdim ediləcək. Hesabatda partiyanın il ərzində həyata keçirdiyi tədbirlər, qazandığı uğurlarla yanaşı, maliyyə məsələləri də öz əksini tapacaq.
|
45,019 |
26.12.2008 09:03
|
Yazarlar
|
İKİNCİ DALĞA
|
Nə qədər mükəmməl olsa da, ən demokratik ölkədə də həyat, mühit dəyişdikcə qanunlar da təkmilləşir, yeni, müsbət təmayüllər artıq təsbit olunmuş normaya çevrilir. Avtoritar rejimlər isə həmişə içəridən və dişarıdan gələn təzyiqlərlə üz-üzə qalırlar. Yaxşı yaşamaq nümunəsi olan demokratiya qarşısı alınmaz selə bənzəyir. Zahirən susan, zülmə boyun əyən kütlə təsiri bağışlayan toplumlar fürsət gözləyirlər. Biz tək deyilik. Belorus da, rus da, qazax da, erməni də, özbək də, azərbancanlı da oxşar aqibəti bölüşürlər. Avtoritar rejimlər üçün təhlükənin miqyası da elə bu ölkələrin tutumu qədərdir.Sovet imperiyasının dağılmasından 17 il keçsə də, Baltikyanı ölkələr istisna olmaqla, digər müstəqillik qazanan dövlətlər demokratiya sınağına davam gətirmədilər. Uzun müddət çaşqınlıq içində olan, keçmişlə gələcək arasında vurnuxan keçmiş sovet respublikalarını bu ideoloji kollapsdan yenə “böyük qardaş” nümunəsi xilas etdi. Hakimiyyətə gələndən sonra Rusiya prezidenti azad mətbuatı tamamilə sıradan çıxardı, hakimiyyətin maraqlarını bölüşməyən iş adamları repressiyalara məruz qaldı. Formal da olsa, MDB adlı qurumda birləşən avtoritar rejimlər üçün “nəfəs yolu” açıldı. Bircə anlığa 7-8 il əvvəl baş verən olayları ardıcıllıqla yada salaq, bizim ölkəmizdə də geriyə doğru addımlar, şəraitə uyğun olaraq, Rusiya ilə sinxronlaşdırılıb. Qanunvericilikdə, siyasi partiyalara münasibətdə, elektron KİV-lərin inhisara alınmasında, yazılı mətbuatın küncə sıxışdırılmasında üst-üstə düşən məqamlar olduqca çoxdur.Qərbin böyük səyi ilə avtoritar rejimlərin sırası Ukrayna, Gürcüstan nümunəsində qismən pozulsa da, keçmişə söykənən iqtisadi, mənəvi tellər bu ölkələri də ağrılı demokratiya yoluna çəkdi. Hələlik, o ölkələri bizdən ayıran ən gözəçarpan cəhət odur ki, onlar siyasi və iqtisadi yönü müəyyən ediblər. Digər ölkələr isə seçdikləri qeyri-müəyyənliyi özlərinə yaşam fürsəti sayır, ümumi inkişaf strategiyasını müəyyənləşdirə bilmir, dar ayaqda Rusiyanın arxa-dayaq olacağına ümid edirlər.Faciəni qaçılmaz istiqamətə yönəldən də “bu böyük dayağın” özünü gözləyən və getdikcə konturları daha aydın görünən təhlükədir. Aydın məsələdir ki, Rusiya özünü xilas etmək üçün son resurslarını işə salanda, gözünü ona dikən ölkələri yada salmayacaq.Əgər Ermənistanda rejimi qorumaq üçün Putinsayağı əvəzlənmə bəs etdisə, Azərbaycan özünə ömürlük prezidentlik vəd edən yolu seçdi. Nəzərə alsaq ki, Putinin Dimitri Medvedyevə icarəyə verdiyi prezidentliyin heç bir ili də tamam olmayıb, gözləmək üçün xeyli vaxt var idi. Ancaq iddialar reallığı kölgədə qoydu: tələm-tələsik qayıdış planı cızıldı və bunu gerçəkləşdirmək üçün “hüquqi baza” yaradıldı, Azərbaycandakı belə tələskənliyin özəyində də hakimiyyətin perspektivinə ünvanlı oxşar səbəblər dayanır.Qəribədir ki, Rusiya ilə ortaq olan ölkələrin hamısında qanunverici qurum - parlament də dekorasiya xarakteri daşıyır. Bir nəfərin arzularını, istəklərini səssiz-sovsuz həyata keçirir.Hələ heç bir cəmiyyət yuxarıdan - hakimiyyətdən verilən payla xoşbəxt olmayıb, əksinə, avtoritar rejimlər daha da ağır, dözülməz mühitin arxitektoru olublar. Bu rejimlərin başında dayananlar atdıqları hər addıma qanun donu geyindirsələr də, zamanın lokomotivini yolundan döndərməkdə acizdirlər. Bu ölkələrin hamısında iqtisadiyyat zəif inkişaf etdiyindən yeganə ümid yeri təbii resurslardır. Tərs kimi o da qiymətdən düşür. İndi Şimal qonşumuz Boris Yeltsinin hakimiyyətinin ilk illəri üçün xarakterik olan xaosla üz-üzə qalır, hakimiyyətdən narazılıq dalğası getdikcə böyüyür. Bu ölkələrin heç birində baş verənlərə görə ictimai məsuliyyət formalaşmayıb. Bütün günahlar rejimlərin ayağına yazılır. Bütün faciələri törədənlər də üzdədir. Nə qədər qorunsa da, ən amansız repressiv vasitələrə əl atsa da, qanunların arxasında gizlənsə də, eyni yolu seçənləri oxşar aqibət gözləyir. Elə dünyanı bürüyən bu böhranın ən gözə çarpan nəticəsi avtoritar rejimlərin birdəfəlik çöküşü olacaq. Tarixin diqtəsini heç kəs, heç nə xilas etmək gücündə deyil.
|
45,020 |
26.12.2008 09:03
|
Ölkə
|
HƏFTƏSONU QAR GÖZLƏNİR
|
Dekabrın 28-i də daxil olmaqla, həftənin son günlərində qeyri-sabit hava şəraiti müşahidə olunacaq, fasilələrlə yağıntılar yağacaq. Abşeron yarımadasında günorta saatlarında havanın temperaturu 4-6 dərəcədən yüksək olmayacaq. Həftənin son günlərində yarımadanın bəzi ərazilərində gecə saatlarında yağıntının sulu qara keçmə ehtimalı var. Gecə saatlarında 0-2 dərəcə isti olacaq. Rayonlarda yağıntıların sulu qara, dağlıq və dağətəyi ərazilərdə isə qara keçəcəyi gözlənilir.
|
45,021 |
26.12.2008 09:44
|
Ölkə
|
RUSİYA-ÇİN SƏRHƏDİNDƏ SAXLANILAN AZƏRBAYCANLIYA YİYƏ DURAN YOXDUR
|
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Uzaq Şərq regional sərhəd idarəsinin rəisi Valeri Putov bildirir: “Əgər o Rusiya vətəndaşı deyilsə, bizim nəyimizə lazımdır? Onun bundan sonra necə olacağı bizi hər şeydən az maraqlandırır”.Hərbi prokurorluqda bildiriblər ki, sərhədçilər qanunu pozmayıblar. Güc strukturları İlkin Əliyevin Rusiyaya buraxılmaması ilə bağlı hansısa məqama əsaslandıqlarını iddia edirlər. Onun hansısa cinayəti törətdiyi, məsələn, sənədləri saxtalaşdırdığı istisna deyil. Amma İlkinin neytral zonada yaşadığı bir ay ərzində onunla nə milis əməkdaşları, nə FTX, nə də Miqrasiya Xidməti maraqlanmayıb.Bu gün məsələnin nə yerdə olduğunu öyrənmək üçün Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin Rusiya şöbəsinin müdiri Şakir Səlimovdan aldığımız məlumata görə, onlara İlkin Əliyev haqqında məlumat daxil olmayıb: “Fakta münasibətimiz yoxdur. Rusiyada da bizim komitənin şöbələri yerləşib və indiyə qədər oraya heç kəs müraciət etməyib”. Onun sözlərinə görə, komitənin yerli şöbələrində azərbaycanlılar pulsuz vəkillə təmin olunurlar. Sənədlərlə bağlı problem aşkarlanarsa, biz İlkin Əliyevə hər cür kömək edə bilərik. Rusiyada Federal Miqrasiya Xidmətinə müraciət edərək sənədlərlə bağlı problemi həll etmək mümkündür. Azərbaycanlı Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev sənədlərdə problem olduğu halda Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin məsələni həll etmək iqtidarında olduğunu deyir: “Səfirliyin nümayəndələri dərhal bu işə qarışmalı, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd varsa, ona qayıdış şəhadətnaməsi verməlidirlər”. Əlövsət Əliyevin sözlərinə görə, mərkəz Xarici İşlər Nazirliyindən vəziyyətlə bağlı əlavə məlumat ala bilməyib. Ə.Əliyev İlkin Əliyevin atasının adı və ya özünün doğum tarixi məlum olan halda mərkəzin ona hüquqi yardım göstərə biləcəyini dedi: “Bizdə kifayət qədər informasiya olmadığından problemlə ciddi məşğul ola bilmirik”.
|
45,022 |
26.12.2008 09:21
|
Gündəm
|
METYU BRAYZA MEDİANI QARABAĞ RAZILAŞMASINA ƏNGƏL SAYIR
|
Amerikalı diplomat onu ən çox məyus edən məsələ haqda danışıb. Onun sözlərinə görə, hər iki ölkədə bir çox ictimai fiqur, istər siyasətçi olsun, istər jurnalist, münaqişənin həlli məsələsində mühafizəkar düşüncədən əl çəkmək istəmirlər: “Əgər Dağlıq Qarabağa dair nə vaxtsa razılaşma əldə olunsa, o zaman ictimai liderlər öz vətəndaşlarını kompromislərə hazırlamalıdır. Lakin təəssüf ki, bir çox ictimai liderlər sülh prosesini tənqid edərək özlərinə ”xal yığmağa" çalışırlar".Brayzanın fikrincə, münaqişənin hərbi yolla həlli mövcud deyil. O, Azərbaycan prezidentinin müharibə yox, münaqişənin siyasi yolla, qarşılıqlı məqbul baza prinsipləri əsasında həllinin tərəfdarı olduğunu deyib. “Hesab edirəm ki, müharibə hər iki tərəf üçün fəlakət olardı. İndiki mühitdə müharibəyə yer ola bilməz. Prezidentlər müharibədən qaçmaq üçün mümkün hər şeyi etməlidir” deyə diplomat əlavə edib. Brayza məlumat verib ki, gələn ilin əvvəllərində həmsədrlər prezidentlərin növbəti görüşünü hazırlamaq üçün regiona səfər edəcəklər. O, münaqişənin həlli zamanı sərhədlərin toxunulmazlığı və öz müqəddəratını təyinetmə hüququ arasında qarşılıqlı məqbul balans tapılmalı olduğunu da bildirib. Onun fikrincə, buna nail olmağın yeganə yolu danışıqlar prosesidir: “Minsk Qrupunun bütün iştirakçıları Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin eyni zamanda onu da tanıyırlar ki, münaqişənin həli özündə xalqların öz müqəddəratını təyinetməsi hüququnu da əks etdirməlidir. Çətin qərarları prezidentlər verə bilər, həmsədrlər isə onlara ancaq bunun yolunu göstərə bilərlər”.Metyu Brayza ABŞ-da yeni administrasiyanın və dövlət katibinin işə başlamasından sonra həmsədr kimi qalıb-qalmayacağını bilmir. O deyib ki, bu barədə qərarı yeni dövlət katibi Hillari Klinton verəcək: “Lakin onu deyə bilərəm ki, mən bu regionla bağlıyam və insanlara sülh, demokratiya və rifah içində yaşamaları üçün kömək etməyə çalışıram”.
|
45,023 |
26.12.2008 09:05
|
Gündəm
|
JİRİNOVSKİ GƏLƏSİ OLMADI
|
Buna baxmayaraq, Türkiyə, Avstriya, Ukrayna, Belarus və Böyük Britaniya liberal demokratları ALDP-nin yanvarın 30-na planlaşdırdığı yubiley tədbirində iştirak edəcəklərini bildirib. ALDP-dən onu da bildiriblər ki, partiya qərargahla təmin olunub. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Nizami rayonu ərazisində keçmiş Pensiya Fondunun yerləşdiyi binada qərargahın ayrılması ilə bağlı partiyanın komitəyə etdiyi müraciətinə müsbət cavab verib. Gələn həftə komitə ilə partiya arasında icarə müqaviləsi imzalanacaq.
|
45,024 |
26.12.2008 09:41
|
Siyasət
|
İLHAM ƏLİYEVİ MÜXALİFƏTDƏN KİMLƏR TƏBRİK EDİB?
|
“Azadlıq” blokuna daxil olan partiyalardan və KXCP-dən də eyni cavabı aldıq. Ümid Partiyasının sədri İqbal Ağazadə təəssüf edir ki, Azərbaycanda müxalifətin iqtidarı, iqtidarın müxalifəti təbrik etməsi ənənəsi formalaşmayıb: “Xarici ölkələrdə bu cür sivil münasibətlər, ənənələr var. Azərbaycanda isə yoxdur. Biz dövlət başçısına təbrik göndərməmişik. Amma hər bir insana olduğu kimi, İlham Əliyevə də uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki, həm də bu gün Azərbaycanın prezidenti postunda əyləşən şəxs kimi fəaliyyətinin əsas hissəsi məhz Azərbaycan dövlətinə, xalqına bağlılıq və onun problemlərini həll etmək olsun. Sərdar Cəlaloğlunun İlham Əliyevi təbrik etməsinə gəlincə isə Sərdar bəy yuxarıda qeyd etdiyim ənənənin formalaşması istiqamətində addım atıb. Bu yeni addımdır və yeni addım hər zaman cəmiyyətin çoxluğu tərəfindən bəzən həzm olunmur. Amma hər halda normal dövlətlərdə formalaşmış ənənə gec-tez bizdə də formalaşmalıdır”. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hər hansı formada prezidenti təbrik etmədiklərini bildirdi: “Azərbaycanda normal mədəni, səviyyəli münasibətlər olsaydı, qarşılıqlı təbriklərin olmasına müsbət yanaşmaq lazımdır. Amma təəssüf ki, bu mühit yoxdur. Biz bir müxalifət partiyasının rəhbəri kimi ölkə prezidenti ilə hər hansı bir şəkildə görüşmək, fikirlərimizi ona çatdırmaq imkanına malik deyilik. Prezidentlə partiyalar arasında o qədər dərin uçurum var ki, onu təbrik etmək başqa cür yozula bilər. O, baxımdan da mən hansısa müraciət ünvanlamadım. Amma elə sizin qəzet vasitəsilə mən də təbrik edirəm. Hesab edirəm ki, burda ayıb bir şey yoxdur. Əksinə, bunu bir normal ənənəyi çevirmək vacibdir”. AMİP katibi Əli Orucov ölkə başçısına təbrik göndərmədiklərini bildirdi: “Hər bir Azərbaycan vətəndaşına can sağlığı arzuladığımız kimi İlham Əliyevə də arzulayırıq. Çox istərdik ki, o can sağlığı Azərbaycan xalqının rifahının yaxşılaşmasına yönəlmiş olsun. Sərdar Cəlaloğlunun prezidenti təbrik etməsinə gəlincə, ADP sədri özü bilər niyə təbrik edir və bu təbrikin məqsədi nədir”.
|
45,025 |
26.12.2008 09:11
|
İqtisadiyyat
|
HAKİMİYYƏTİN FONTAN SİYASƏTİ
|
Dekabrın 24-də Milli Parkda açılış mərasimi keçirilən, ümumi sahəsi 3900 kvadratmetr olan “Yeddi gözəl” musiqili fəvvarələr kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilib. Kompleksin İtaliya, Kanada və Amerika mütəxəssislərinin birgə layihələri əsasında hazırlandığı bildirilir. Kompüterlər vasitəsilə idarə olunan fəvvarələr kompleksinin nasosları, sutəmizləyici qurğuları, transformatorları və digər avadanlıqları onun altında yerləşən, hündürlüyü 2,5 metr, sahəsi 1500 kvadratmetr olan xüsusi mərkəzdən idarə edilir. Rəsmi məlumatlara görə, kompleksin ətrafındakı əraziyə 12,4 min kvadratmetr qranit, fəvvarələrin hovuzlarına təxminən 5 min kvadratmetr ağ mərmər döşənib. Kompleksin ətrafı İtaliyada fərdi sifarişlə hazırlanmış dirəklərdə quraşdırılmış 400 vatt gücündə lampalar vasitəsilə işıqlandırılır. Bütün işıqlandırma sistemləri İtaliyadan, istənilən hava şəraitində işləyən səsgücləndiriciləri və idarəetmə qurğuları, kompüter avandanlığı isə Almaniyadan gətirilib. Təəssüf ki, hökumət kompleksə xərclənən vəsait barədə məlumat verməyib. Lakin təkcə elə xaricdən gətirilən avadanlıqlar və qranit lövhələrin qiyməti bir neçə milyon manatdan artıq edir. Halbuki lazımsız lahiyələrə səxavətlə milyonlar ayıran iqtidar həlli vacib, aktual problemlərin həlinə pul tapa bilmir. Məsələyə aydınlıq gətirmək üçün iqtisadçı ekspert Vüqar Bayramova müraciət etdik. V.Bayramov park və fontanların inşası üçün vəsaitlərin daha çox ayrılmasını iki aspektdən izah etdi: “Dövlət büdcəsindən Bakı şəhərinin və digər şəhərlərin abadlaşdırılması üçün külli miqdarda vəsaitin ayrılması göz önündədir. Yeni parkların salınması və həmin parklarda fontanların olması pis hal deyil. Lakin hazırda ağır sosial durumda yaşayan Azərbaycan vətandaşı üçün həmin fontanların əhəmiyyəti yoxdur. Digər tərəfdən, böyük vəsaitlər hesabına başa gələn parkların və fontanların sosial-iqtisadi səmərəsi yoxdur, yaxud çox aşağıdır”. V.Bayramova görə, bu tipli layihələrə külli miqdarda vəsaitin ayrılmasının başlıca səbəbi bu sahədə şəffaflığın olmamasıdır: “Görülən işlərin miqyası böyük olduğundan, layihələrin ictimai monitorinqini təmin etmək qeyri-mümkündür. Digər tərəfdən, park və fontanlar inşa edilən zaman istifadə olunan materialların qiyməti bir neçə dəfə şişirdilir. Bu hal yol-nəqliyyat layihələrində də özünü büruzə verir. Park və fontanların inşası və abadlaşma işinə külli miqdarda vəsaitin ayrılmasının ikinci səbəbi isə təbliğatdır. Hakimiyyət bununla bir növ özünü reklam edir. Fikir vermisinizsə, yerli icra hakimiyyətlərinin rəhbərləri də rayonlarda görülən abadlıq işləri barədə daha çox danışırlar. Hakimiyyət hətta əcnəbi qonaqları təbliğat işinə cəlb edir. Məsələn, əcnəbi telekanallara müsahibə verərək, Bakının beş il əvvəlkindən daha gözəl olduğunu söyləyirlər”.
|
45,026 |
26.12.2008 09:11
|
Yazarlar
|
KONSTİTUSİYA YOLUNUN DAĞIDILMASI
|
yaltaqlığı ilə Sankt-Peterburq qubernatoru Valentina Matviyenko gedir. İkinci sırada, Matviyenko ilə dabanbasdı ünlü rejissor Nikita Mixalkovdur. O, bu cümləsinə görə “şərəfləndirilib”: “Mən Putinə görə Tanrıya minnətdaram və Yeltsinə həyatda etdiyi iki şey üzündən hörmət edirəm. Birincisi, partbiletini atıb, ikincisi isə Putini hakimiyyətə gətirib”.Əziz oxucular, gördüyünüz kimi, rusiyalı yaltaqların kəlamları bizim ölkədəki bir sürü yaltağın sözləri yanında uşaq oyuncağıdır, ziyansız fikirlərdir. Azərbaycanda peşəkar yaltaqlar var. Məsələn, qoca kişidir, adını çəkmirəm, biri söyləmişdi ki, prezidentə qarşı çıxmaq Allaha asi olmaqdır. Yaxud, başqa yüksək rütbəli məmur qəzetə intervüsündə demişdi: “İş prosesində çətinliyim yarananda rəhmətlik cənab prezidentimizin ruhu ilə məsləhətləşirəm”. Çoxdur belənçik “qanadlı” (əslində yoluq) fikirlər, dəxi yazıb ürəyinizi bulandırmaq istəmirəm. Sadəcə, gərək biz də Rusiyadakı kimi sorğular keçirdək, “ilin yaltağı”nı müəyyən edək. Qoy dünya tanısın, görsün ölkəmizdə neçə dilli oğullar-qızlar var.Rusiya təcrübəsinə üz tutmağımın səbəbi həm də Azərbaycandakı rejimin bir çox avtoritar, repressiv tədbirlər örnəyini oradan almasıdır. Amma indi konstitusiyaya de-fakto ömürlük prezident maddəsi soxmaq cəhdi ilə yapçılar göstərdilər ki, Putinin “KQB” rejimini də ötüblər. Axı orada belə təkliflər olmuşdu, ancaq Putin buna getmədi, oyuncaq olsa da, yerini Medvedyevə verdi. Əsl “analoqsuz dəyişiklikdir”, təbrik edirəm. Deyəsən, heç Afrikada da ta belə şeylər olmur. Odur, Qvineyada neçə illik prezident öldü, dərhal hərbçilər çevriliş edib ölkə konstitusiyasını ümumiyyətlə qüvvədən saldılar. Artistlik nəyə gərəkdir? (Elə bu məqamda dəyərli oxucularımızdan Faiq bəy zəng vurub deyir ki, konstitusiyanı ləğv eləsinlər: “Əgər xalqın seçmək hüququnu məhdudlaşdırmaq olmaz bəhanəsiylə ömürlük prezidentliyə yol açırlarsa, qoy ölkədə heç qanun olmasın. Məsələn, niyə zorla əsgər gedək? Xalq hərbi xidmət etmək istəmirsə, onun bu hüququnu niyə pozaq?” Maraqlı təklifdir, 40 min valideyn adından referenduma çıxartmaq olar. Dünyada o qədər ordusuz dövlət var ki, qoy bizdə də olmasın).Hər şərdə xeyir də tapmaq mümkündür, o üzdən mən yapçıların “konstitusiyalı” monarxiya qurmaq yönündə sancılarında müsbət elementlər görürəm. Boş ümidlər, rejimin içdən dəyişəcəyinə sadəlövh inanclar getdi işinin dalıyca. Vaxtilə cəmiyyətin aktiv kəsimi “iks gününə” köklənərdi, indi bu qanun dəyişməsi deyir ki, heç bir “iks, iqrek, zet” günü olmayacaq. Ümumiyyətlə, gün, ay, il - təqvim olmayacaq! Zaman anlayışı siyasi müstəvidən çıxır, buyurun, məkanda işləyin, mübarizə aparın. Bəzi müxalifət partiyaları həmişə deyirdi ki, biz rejimin konstitusiya yolu ilə dəyişməsini istəyirik. Buyur, bu da sənə konstitusiya yolu! Qazdılar-tökdülər, böyrünə hasar çəkdilər, girişinə şlaqbaum qoydular. İndən sonra konstitusiya yolu ilə dəyişiklikdən danışmaq gülünc olacaq. Hakimiyyət tam açıq oyuna keçir. Deyəsən, neftin qiyməti düşəndən ta pərdə ala bilmirlər. Azərbaycanda açıq cəmiyyət belə qurulacaq. İroniya etmirəm, ciddi sözümdür... Zamin HACI
|
45,027 |
26.12.2008 09:21
|
Ölkə
|
CAMAATIN EVİNİ BAŞINA UÇURTDULAR
|
Sakinlərin sözlərinə görə, onlara hər hansı bir xəbərdarlıq edilmədən saat 22:30-da evlərini sökməyə başlayıblar. Ərazidə aparılan söküntü işinə Suraxanı rayon İcra Hakimiyyəti başçısının özünü təqdim etməyən müavini rəhbərlik edirdi. Onun sözlərinə görə, aeroport istiqamətində inşa olunan yeni yolun mühafizə zolağına düşən evlərin hamısı söküləcək. İcra başçısının müavini yolun mühafizə zolağının 80 metr olduğunu bildirdi.“Sakinlərə evlərin söküləcəyi barədə xəbərdarlıq edilibmi” sualına isə icra başçısının müavini belə cavab verdi: “Yol inşa edilərkən hamı bilirdi ki, evləri söküləcək. Rəsmi və qeyri-rəsmi hamıya xəbərdarlıq edilib”. Onunla söhbət zamanı öyrəndik ki, evləri sökülən sakinlərə kompensasiya verilməsi nəzərdə tutulmur. İcra başçısının müavini evlərin qanunsuz tikildiyini bildirdi. “Bəs evlər tikilərkən icra hakimiyyəti hara baxırdı”, sualımız isə cavabsız qaldı. Bu arada evinin söküləcəyi təqdirdə özünü yandıracağını bildirən qadının səhhəti pisləşdi və qonşular təcili tibbi yardım çağırdılar. Qonşuların sözlərinə görə, səhhəti pislşən qadın Kəlbəcər köçkünü Mehriban Quliyevadır. Onun əri bir tikə çörək pulu ardınca Rusiyaya üz tutub. Prezident İlham Əliyevin göstərişi ilə iki azyaşlı körpəsi - 5 yaşlı Aytən və 7 yaşlı Elvinlə yaşayan qadına ev tikmək üçün torpaq sahəsi ayrılıb. Dövlət başçısı 2005-ci ildə paytaxtı gəzərkən M.Quliyevanın anası onunla görüşə bilib. Qadın qızının körpə uşaqları ilə birlikdə yaşamağa evi olmadığını deyib və İ.Əliyev onu dinlədikdən sonra M.Quliyevaya torpaq sahəsi ayrılması üçün göstəriş verib. Suraxanı rayon İcra Hakimiyyəti də bu göstərişi yerinə yetirərək, M.Quliyevaya fərdi ev tikmək üçün torpaq sahəsi ayırıb. O da həmin yerdə özünə ev tikib. Qonşuların sözlərinə görə, Mehriban xanım məcburi köçkün kimi yardım almır və rəsmi iş yeri yoxdur, uşaqlarını aeroport yolundakı yarmakalarda fəhləlik etməklə dolandırır.M.Quliyevanın səhhəti pis olduğundan onunla danışa bilmədik. Onun başı üzərində ağlayan Elvin və Aytən isə analarından başqa heç kimləri olmadığını söylədilər. Sakinlərin etirazından və bizim evlərin uçurdulmasını çəkməyimizdən sonra söküntü işi dayandırıldı. Qəfil qonaqlar isə yoxa çıxdılar. Amma sakinlər bildirdilər ki, çağrılmamış qonaqlar hər an ərazidə peyda ola bilərlər və gecəynən evlərini başlarına uçurdarlar.Mövzuya qayıdacağıq.
|
45,028 |
26.12.2008 09:14
|
İqtisadiyyat
|
“XRUŞŞOVKA”ların LƏĞVİ ÜÇÜN HÜQUQİ BAZA YARADILIR
|
Srağagün isə Dövlət Memarlıq və Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə birgə keçirdiyi hesabat toplantısında bir daha bu məsələ müzakirə mövzusu olub. Yığıncaqda artıq şəhərsalma məcəlləsinin hazırlanaraq Milli Məclisə təqdim edildiyi bildirilib. Çıxış edənlər sənədin son illər ölkədə və xüsusilə Bakı şəhərində inşaat sahəsində müşahidə edilən özbaşınalıqların qarşısının alınması üçün əsas hüquqi tənzimləyici ola biləcəyini deyiblər. Qeyd edək ki, məcəllədə istismar müddəti başa çatmış, “stalinka” və “xruşşovka” tipli binaların sökülməsilə bağlı xüsusi müddəa da yer alıb. Ekspertlərin fikrincə, yeni məcəllə bu tipli binaların sökülməsi üçün hüquqi baza yaradacaq. Həmçinin, paytaxtda qeyri-qanuni və yararsız tikililərin sökülməsi sözügedən məcəllənin tələblərinə uyğun olaraq həyata keçiriləcək. Şəhərsalma məcəlləsinin yaxın günlərdə müzakirəyə çıxarılacağı gözlənilir. Onu da qeyd edək ki, A.Əliyev bu günlərdə mətbuata verdiyi açıqlamada Bakıda tikinti işlərini ayrıca planlaşdırmağın mümkün olmadığını söyləyib. O üzdən Bakının Abşeron yarımadası ilə birlikdə planlaşdırılması nəzərdə tutulub. Xatırladaq ki, sentyabrda Bakının Abşeron yarımadasındakı kənd və qəsəbələrinin, habelə Sumqayıt şəhərinin də daxil olduğu baş planın hazırlandığı barədə açıqlama verilib. Amma qurumun yetkililəri şəhərsalma məcəlləsinin baş plandan da yüksək statuslu sənəd olacağını deyirlər: “Biz istəyirik ki, Bakı şəhər kimi ölürsə, bunun qarşısını alaq. Yox, ölməyibsə gələcəkdə işimizi daha yaxşı planlaşdıraq”. Bir çox ekspertlər isə şəhərsalma məcəlləsinin əleyhinə çıxış ediblər. 1986-cı ildə hazırlanmış Bakının baş planın müəlliflərindən biri olan Emin Axundov məcəlləyə heç bir ehtiyac olmadığını deyib. Memar bildirib ki, Bakıdakı tikinti bumu ilə bağlı yaranmış özbaşınalıq qanunvericilikdəki hüquqi çatışmazlıqlardan yox, daha çox baş planın icra olunmamasından irəli gəlir. Bəzi ekspertlərin fikrincə, şəhərsalma məcəlləsinin tələm-tələsik Milli Məclisə təqdim edilməsində şübhəli məqamlar var. Onların sözlərinə görə, sənəd qəbul olunsa, narazı sakinlərin məhkəmələrə müraciət etmək hüququ məhdudlaşacaq. Bir sözlə, yeni məcəllə tikinti mafiyasının maraqlarına xidmət edəcək.
|
45,029 |
26.12.2008 08:25
|
İqtisadiyyat
|
NƏQLİYYAT NAZİRLİYİ ƏHALİYƏ ZÜLM EDİR
|
Əməkdaşlarımız Bakı-Sumqayıt yolunda acınacaqlı vəziyyətin səbəbini araşdırmağa çalışıb. Bəlli olub ki, tıxacın yaranmasının səbəbi Xırdalan dairəsində salınan körpü-tunellə bağlıdır. Qeyd edək ki, orada tunelin çəkilməsinə bu ilin yaz aylarından başlanılıb. Nəqliyyat Nazirliyi vəd vermişdi ki, yol ötürücüsü ilin sonuna qədər təhvil veriləcək. Lakin müşahidələr onu deməyə əsas verir ki, tunelin tikintisi ən azı bir ay davam etməlidir. Tikintidə çalışan iş icraçılarından biri qəzetimizin əməkdaşı ilə söhbətində bildirib ki, Nəqliyyat Nazirliyindən tikinti işlərini maksimum sürətləndirmək barədə göstəriş verilib. Onun deməsinə görə, orada gecə və gündüz iş davam edir. İş icraçısı söyləyib ki, tikinti işlərini “Akkord” şirkəti həyata keçirir: “Şirkətdə yaranan problemlərlə əlaqədar təxminən iki ay ərzində tunelin tikintisi həddən artıq ləng getdi. Ona görə də yol ötürücüsünün yeni ilə qədər istifadəyə verilməsi mümkün olmadı. İndi burada qazıntı işləri aparılır, ona görə də maşınların keçməsi üçün kənardan yol açılıb. Həmin yol da bərbad vəziyyətdədir. Maşınlar oradan keçəndə hamısının altı daşlara dəyir. Odur ki, avtomobillər çox az sürətlə hərəkət edirlər. Bakı-Sumqayıt yolunda da avtomobillərin hərəkəti həddən artıq intensiv olduğuna görə burada saatlarla tıxac olur. İkincisi, də tunelin tikintisi ilə əlaqədar Xırdalan dairəsindən bu qəsəbənin içərisinə giriş bağlanıb. Xırdalana daxil olmaq istəyən avtomobillər də Masazır qəsəbəsinə qədər gedib, oradan Xırdalana daxil olurlar”. İş icraçısı qeyd etdi ki, burada tıxac yaranmasının qarşısını almaq üçün cəmi bir neçə saatlıq iş görülməlidir: “Cəmi bir kilometr ərazidə keçilməz vəziyyətdə olan yol var ki, tıxac ona görə yaranır. Həmin yola asfalt döşənməlidir ki, maşınlar oradan sürətlə rahat keçsinlər və tıxac yaranmasın. Bunu etmirlər. Burada yay aylarında da tıxac yaranırdı. Sonra prezident seçkiləri ərəfəsində ölkə başçısı Qubaya səfər edəndə bir gün əvvəl bu daş-kəsəkli yolu asfaltladılar. Ondan sonra burada tıxac yaranmırdı. Bir neçə gün öncə yağan qar və güclü yağışlar yolu tamam dağıtdı, ondan sonra bura keçilməz olub. Ona görə də dəhşətli tıxaclar yaranır. Bizim işimiz burada tunel çəkməkdir. Yardımçı yolun asfaltlanması barədə iş sifarişçisi və tikintini aparan şirkətin rəhbərliyi göstəriş verməlidir. Biz burada özbaşına heç bir iş görə bilmərik”. Qeyd edək ki, son günlər Bakı şəhərində digər hissələrdə də saatlarla davam edən tıxaclar yaranır. Çünki yağışlı havalardan sonra bir çox yollar dağılıb, odur ki, avtomobillər çox aşağı sürətlə hərəkət edirlər. Nəticədə isə tıxaclar yaranır. Ötən gün Əzizbəyov dairəsi adlanan hissədə də təmir işləri ilə əlaqədar yolu tamam bağlayıblar. Bakı kəndlərindən gələn sakinlər şəhərin mərkəzinə doğru irəliləmək üçün məşəqqətlərlə üzləşiblər. Bundan başqa, bir neçə gündür ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində, “Ramstor” mağazasının yanında da tıxaclar yaranır. Qeyd edək ki, son günlər ərzində həm “Ramstor”un yanındakı çoxşaxəli körpü kompleksinin, həm yeni avtovağzalın, həm də Xırdalan dairəsində inşa olunan körpü-tunelin tikintisinin sürətlənməsinin səbəbləri barədə ötən sayımızda məlumat vermişik. Səbəb ondan ibarətdir ki, nəqliyyat naziri Ziya Məmmədov verdiyi vədə xilaf çıxaraq, ölkə başçısının ad gününə qədər nə avtovağzalın, nə “Ramstor”un yanındakı körpünün, nə də Xırdalandakı körpünün tikintisini başa çatdıra bilməyib. Bizə çatan məlumata görə, nəqliyyat naziri buna görə möhkəm danlanıb. Bundan sonra hər üç obyektdə tikinti işləri sürətləndirilib...Adıçəkilən obyektlərin nə zaman istimara veriləcəyini, həmçinin, Bakı-Sumqayıt yolunda və şəhərin digər hissələrində yolların bərbad gündə olması səbəbindən yaranan tıxacların qarşısının alınması üçün hansısa tədbirlər görülüb-görülməyəcəyini dəqiqləşdirmək üçün Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Qurumun rəhbəri Namiq Həsənov bildirdi ki, Bakı-Sumqayıt yolunda yaranan tıxacın səbəblərini onlar da araşdırıblar: “Bəli, neçə gündür ki, orada tıxac yaranır. Həmin o yardımçı yolun bir daha asfaltlaşdırılması üçün əlavə vəsait və vaxt lazımdır. Amma buna baxmayaraq, rəhbərlik artıq həmin yolun abadlaşdırılması və bir qədər də genişləndirilməsi haqda göstəriş verib. Yəqin ki, qısa müddətdə bu problem həllini tapacaq”. Yuxarıda adları qeyd edilən obyektlərin nə zaman istismara veriləcəyinə gəlincə, N.Həsənov söylədi ki, artıq “Ramstor”un yanındakı körpü istifadəyə verilməyə hazırdır: “Bu gün (dünən-red.) ora istifadəyə verilməlidir. Avtovağzal isə yeni ildə istifadəyə veriləcək. Xırdalan dairəsindəki tunelin çəkilişi də yəqin ki, çox qısa müddətdə başa çatdırılacaq”.
|
45,030 |
26.12.2008 09:24
|
Dünya
|
RUSİYA UKRAYNA İLƏ MÜHARİBƏ ÜÇÜN BƏHANƏ AXTARIR
|
“Bizim üçün ən təəccüblüsü odur ki, müasir Ukraynanın tarixində ilk dəfə bu ölkənin vətəndaşları Rusiyaya qarşı döyüşüb. İlk növbədə bu Ukraynanın Gürcüstana verdiyi hava hücumundan müdafiə sistemlərinin tətbiqi ilə bağlıdır. Bizim əldə etdiyimiz dəlillərə görə, bu kompleksləri idarə edən heyətlərin daxilində Ukrayna vətəndaşları olub. Söhbət ”Buk-1" və “Osa” komplekslərindən gedir" . General etiraf edib ki, Rusiya təyyarələrinin əksəriyyəti “Buk-1" kompleksləri ilə vurulub. Hər iki texnika sovet istehsalıdır və ötən əsrin 80-ci illərində buraxılıb. Onlar hava hədəflərinə qarşı ən effekti vasitələrdən hesab edilir. Rusiya bundan əvvəl də dəfələrlə Gürcüstan ətrafında döyüşlər zamanı Ukraynanın ona qarşı cəbhədə yer aldığını bəyan edib. Rəsmi Moskva bu məsələdə bilavasitə prezident Viktor Yuşşenkonu ittiham edir və bildirir ki, məhz onun sərəncamı ilə Gürcüstana silahlar verilib, döyüşmək üçün hərbçilər göndərilib. Ekspertlər istisna etmir ki, Rusiya davamlı olaraq irəli sürdüyü bu kimi ittihamlarla gələcəkdə Ukraynaya hərbi müdaxilə üçün əsaslar formalaşdırmaq istəyir. Qərb təhlilçilərinə görə, Gürcüstandan sonra Rusiyanın hədəfi Ukrayna ola bilər.
|
45,031 |
26.12.2008 09:15
|
Dünya
|
RUSİYADA ÜMUMXALQ ÜSYANI TƏHLÜKƏSİ
|
Rusiya Daxili Qoşunlarının komandanlığında regionlara qüvvələr göndərildiyini təsdiq etməyiblər. Bildirilib ki, onsuz da yerlərdə Daxili Qoşunların kifayət qədər çoxsaylı qüvvələri var. Həmin qüvvələr mitinqlər və nümayişlərin yatırılması üçün istifadə oluna bilər. Qeyd edək ki, Rusiyada ümumxalq üsyanlarının başlaya bilməsi haqda təhlükə ilk dəfə iki həftə əvvəl Vladivostokda hökumətin köhnə xarici avtomobillərin ölkəyə daxil olması üçün gömrük rüsumlarını kəskin artırmasına etiraz olaraq keçirilən çoxminli nümayişlərdən sonra yaranıb. Bu qərara etiraz olaraq Rusiyanın Uzaq Şərqində davamlı olaraq xaotik xarakter daşıyan kütləvi etirazlar keçirilib.Aparılan sosial araşdırmalara görə, Rusiyada iqtisadi böhranın dərinləşməsi ilə paralel olaraq narazılıq da artır. Bir çoxları üzləşdikləri ağır sosial durumdan xilas olmaq üçün çarəni kütləvi aksiyalara çıxmaqda görür, digərləri isə intihar edir. Araşdırmalar son aylar Rusiyanın regionlarında intiharların kəskin artdığını göstərib. Mətbuat yazır ki, intiharlarla bağlı yaranmış vəziyyət ötən əsrin 90-cı illərinin əvvəllərini xatırladır. Statistikaya görə, Rusiyada tezliklə daha 4 milyon adam işsiz qalacaq. Ölkənin metallurgiya sənayesi şirkətləri iş yerlərinin 10 faizini artıq ixtisar ediblər. Neft şirkətlərində, digər sahələrdə də vəziyyət yaxşı deyil. İnflyasiya artır, rubl isə dəyərdən düşür. Məlum olub ki, hökumət yerlərdə sosial narazılığın kəskin artmasını görərək Daxili Qoşunların sıralarında ixtisar aparmaq planlarını təxirə salıb. Həmçinin Daxili Qoşunların nəzdində “istənilən vəzifənin öhdəsindən gələ biləcək” xüsusi təyinatlı qüvvələr formalaşdırılır. Həmin qüvvələrə nümayişlərin və iğtişaşların qarşısının alınması üçün müasir texniki vasitələr veriləcək.
|
45,032 |
26.12.2008 09:23
|
Dünya
|
GÜRCÜ MƏMURLAR AZƏRBAYCANA QAÇMAQ İSTƏYİRMİŞLƏR
|
Bu barədə Gürcüstan Sərhəd Polisinin sabiq komandanı, istefada olan general-leytenant Badri Bisadzenin yerli “Qruziya on layn” agentliyinə açıqlamasında deyib. Onun dediyinə görə, həmin məmurlar arasında Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, ölkənin BMT-dəki daimi nümayəndəsi Aleksandr Lomaya və ailəsi də vardı.“Lomaya arvadını və uşaqlarını da götürüb Azərbaycana qaçmağa hazırlaşırdı. Məmurların üz tutmaq istədikləri ölkələrdən Azərbaycan və Türkiyə ilk yerlərdəydi. Onlar yaxşı bilirdilər ki, Rusiya qoşunları Tiflisə girəcəyi və Gürcüstanın bütünlüklə işğal ediləcəyi təqdirdə, rəsmi Ankara və Bakı gürcü məmurlarını nə Tiflisə, nə də Moskvaya təhvil verən deyil” deyə B.Bisadze bildirib.Onun sözlərinə görə, Azərbaycana qaçmaq istəyən məmurlar arasında Gürcüstan parlamentinin müdafiə və milli təhlükəsizlik məsələləri komitəsinin sədri Givi Tarqvamadze də vardı.
|
45,033 |
26.12.2008 09:32
|
Dünya
|
SAAKAŞVİLİNİN BAŞ NAZİRİ DÖYDÜYÜ XƏBƏRLƏRİ YAYILIB
|
Lakin bildirilir ki, baş nazir təhqir olunması ilə barışmayaraq dərhal istefa ərizəsi yazıb. Bəzi məlumatlara görə, Saakaşvili onun ərizəsini qəbul etməyib. Lakin Gürcüstan prezidentinin hərəkətinə görə üzr istəyib-istəmədiyi haqda məlumat verilmir. Məlumat hələ rəsmən təkzib olunmayıb. Baş nazir Mqaloblişvili isə bu həftə Türkiyəyə səfər edib. Saakaşvilinin əsəblərinin yerində olmadığı bu ilin avqustundakı müharibə zamanı da üzə çıxmışdı. Həmin vaxt Saakaşvili telekamera qarşısında affekt vəziyyətinə düşərək öz qalstukunu çeynəyib. Bu kadrlar bütün dünyaya yayılıb.Rusiya mətbuatı isə onun haqqında çoxsaylı iddialar ortaya atıb. Belə iddialara görə, Saakaşvili dəli, narkoman və ambisioz adamdır.
|
45,034 |
26.12.2008 09:10
|
Gündəm
|
KREMLDƏN “NABUKKO”ya QARŞI DAHA BİR ADDIM
|
“Cənubi axın” adlanan yeni qaz kəməri Qara dənizin dibi ilə qazı Serbiyadakı qovşağa çatdıracaq. Buradan isə mavi yanacaq Cənubi Avropanın gəlirli bazarlarına çıxarılacaq. Vaşinqton və Avropa Birliyi Mərkəzi Asiya qazını, Rusiyadan yan keçərək Avropaya gətirəcək rəqib, “NABUKKO” layihəsinin tərəfdarıdırlar. Ekspertlər hesab edir ki, Rusiya ilə Serbiya arasında imzalanmış yeni müqavilə “Nabukko”nun perspektivlərinə inamı bir az da azaldır.“Nabukko” kəmərinin tikintisinə 2010-cu ildə başlamaq planlaşdırılır, lakin hələlik kəmərlə nəql etmək üçün qaz mənbəyi təminat altına alınmayıb. Layihənin rəhbərliyi ümid edir ki, yaxın vaxtlarda Azərbaycan qazının bu kəmərlə nəqlinə dair yekun razılaşma əldə edilə bilər. Türkmənistan qazının “Nabukko”ya vurulması isə hələ sual altındadır. Bu arada “Nabukko”nun baş tutmasına imkan verməmək üçün Azərbaycan, Türkmənistan və Qazaxıstana təzyiqlər göstərən Rusiya növbəti dəfə bəyan edib ki, Azərbaycanın bütün ixrac qazını almaqda maraqlıdır. Belə bəyanatla “Qazprom” şirkətinin rəsmisi Sergey Kupriyanov çıxış edib. Rusiya KİV-lərinin xəbərlərinə görə, Kupriyanov deyib ki, onların Azərbaycanın bütün qazını almaq barədə təklifləri qüvvədədir və bu barədə danışıqlar aparılır. Lakin o, “Qazprom” un Azərbaycan tərəfinə hansı qiymət təklif etdiyini açıqlamayıb. Kupriyanov əlavə edib ki, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün infrastruktur var.
|
45,035 |
26.12.2008 10:33
|
Ölkə
|
AZƏRBAYCANLA TÜRKİYƏ BİRGƏ SİLAH İSTEHSAL EDƏCƏK
|
Razılaşmaya əsasən, 2009-cu ilin mart ayından “Roketsan” və “İqlim” birlikdə 107 mm və 122 mm çaplı Çoxlüləli Raketatar Silah Sisteminin (ÇNRA) birgə istehsalını həyata keçirəcək.“Artıq bu silah sistemlərinin birgə istehsalına dair icazələr alınıb və razılaşma əldə olunub”, - deyə L.Varoğlu vurğulayıb.Bu silah sisteminin qəlibləri, həmçinin raketburaxıcı sistemlər və bəzi detallar “İqlim”də, raketlər isə “Roketsan”ın Türkiyədəki fabriklərində istehsal ediləcək.L.Varoğlunun sözlərinə görə, lazer tuşlayıcısı olan “Crit” raketlərinin birgə istehsalına dair müzakirələr aparılmır.Qeyd edək ki, 107 mm ÇNRA topçu və piyada birliklərində gecə və gündüz, hər cür hava şərtində istifadə edilən silah sistemidir. TR-107 və TRB-107 adlı iki döyüş başlıqlı raketlərlə 11 km məsafədəki hədəfləri məhv etmək mümkündür.
|
45,036 |
26.12.2008 08:34
|
Gündəm
|
BƏLƏDİYYƏ SƏDRİ ƏRDOĞANIN PARTİYASINDAN İSTEFA VERDİ
|
Onun ana müxalifət Cümhuriyyət Xalq Partiyasına (CHP) keçəcəyi və bu qərarın CHP lideri Dəniz Baykal tərəfindən açıqlanacağı gözlənilir. N.Əlibəyoğlu gələn il martın 29-da keçiriləcək bələdiyyə seçkilərində CHP-dən Qars bələdiyyə sədrliyinə namizəd göstəriləcək.
|
45,037 |
26.12.2008 09:36
|
Ölkə
|
“AZƏRSU” “SUMQAYITELEKTRİKŞƏBƏKƏ” İLƏ ANLAŞIB
|
Bəs, hazırda vəziyyət nə yerdədir? Dünən məsələni araşdırmaq üçün “Azərsu” SC-nin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmovla əlaqə saxladıq. A.Rüstəmov “Azərsu”nun “Sumqayıtelektrikşəbəkə”yə ötən ildən borcu yarandığını xatırlatdı: “Ancaq danışıqlar nəticəsində artıq ikitərəfli protokol imzalanıb. Sənədə əsasən, biz hər ay 350-400 min manat enerji borcu ödəməyə başladıq. Beləliklə, cari ildə şəbəkəyə 4,2 milyon manat işıqpulu ödənilib və bu iş davam edir. Onu da deyim ki, ötən il elektrik şəbəkəsinə 1,4 milyon manat enerji borcu ödəmişik. Hazırda danışıqlar davam edir və çox güman ki, yaxın aylarda borc tamamilə ödəniləcək”.Borcun yaranması səbəbinə aydınlıq gətirən A.Rüstəmov bunları dedi: “Əksər abonentlər işlətdikləri suyun pulunu vermək istəmir. Yanvar-noyabr aylarında ölkə üzrə su və kanalizasiya xidmətləri üçün yığım 64,5 faiz olub. Əhali kateqoriyası üzrə isə bu rəqəm 46,12 faizdir. Sözügedən aylar üzrə Bakı, Sumqayıt və Abşeronda əhali kateqoriyası üzrə yığım heç 50 faiz təşkil etmir. Ən böyük problem həyət evləri ilə bağlıdır. Son illər Bakı ətrafında xeyli qəsəbələr salınıb. Həmin evlər tikilərkən heç bir texniki şərt ödənməyib. Ancaq sudan istifadə edirlər. Ən maraqlısı odur ki, fərdi evlərdə yaşayanlar müxtəlif bəhanələr gətirərək işlətdikləri suyun pulunu verməkdən boyun qaçırır. Həyət evlərində yaşayanlar bağ-bağçalarını sulamaq üçün magistral su kəmərlərini deşməkdən belə çəkinmirlər. Fərdi evlərin əksəriyyətində hələ də sayğac quraşdırılmayıb”. “Sumqayıtelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Anar Quliyev isə bizimlə qısa söhbətində problemin yavaş-yavaş yoluna qoyulduğunu söylədi.
|
45,038 |
26.12.2008 09:39
|
Ölkə
|
RADİKAL DİNDARLARIN MƏHKƏMƏSİNDƏ ETİRAF
|
İttiham aktında onunla bağlı olan məqamlarla razılaşmadığını bildirən O. Əlizadə deyib ki, digər təqsirləndirilən şəxslərlə keçirilən görüşlərdə yalnız İslam dininin fəzilətləri barədə danışıblar. Prokurorun suallarını cavablandıran O. Əlizadə silahlı cihadla bağlı onlara qarşı irəli sürülən ittihamları əsassız saydığını deyib. O, bildirib ki, İslam dinində nəzərdə tutulan qaydada yaxınlarını və tanışlarını cihada dəvət edib: “İslama qarşı çıxanlara qarşı cihad etməyi təklif və təbliğ etmişəm. Dünyada İslamın düşmənlərinə qarşı mübarizənin tərəfdarıyam. ABŞ isə İslamın bir nömrəli düşmənidir” .Prosesdə dövlət ittihamçıları ilə vəkillər və təqsirləndirilən şəxslər arasında cihadla bağlı mübahisə yaranıb. Təqsirləndirilən Ramin Kərimovun vəkili Yavər Hüseyn ittihamı “cəfəng və əsassız” adlandırıb. Onun bu fikri dövlət ittihamçılarının etirazına səbəb olub.O. Əlizadə onu da deyib ki, din qardaşları ilə aralarında Azərbaycan dövlətinin, Konstitusiyanın əleyhinə söhbətlər olmayıb, hansısa səfirliyin binasını partlatmaqla bağlı müzakirələr aparmayıblar. Təqsirləndirilən şəxslərdən digəri Hacıbala Hüseynov isə Suriyada və Səudiyyə Ərəbistanında dini təhsil aldığını deyib. H. Hüseynov ona qarşı irəli sürülən ittihamla razılaşmadığı deyib.
|
45,039 |
26.12.2008 09:40
|
Kriminal
|
AEROPORTDA SİLAHLI ŞƏXS TUTULDU
|
YOL POLİSİ QƏZA TÖRƏTDİDünən saat 17.00 radələrində Xaçmaz şəhərinin girişində yol qəzası baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, qəzanı Dövlət Yol Polisinə məxsus, “Wolfsvagen” markalı, 10 YP 763 dövlət nömrə nişanlı avtomobil törədib. Telman Babayev idarə etdiyi “Wolfsvagen”lə 90 YC 362 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobili vurub, “Hyundai” isə 10 CF 133 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşına dəyib. Nəticədə hər üç avtomobil əzilib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. AĞDAMDA AĞIR YOL QƏZASI BAŞ VERİBDünən axşam saatlarında Borsunlu-Hindarx yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, VAZ-2106 və VAZ 2107 markalı iki avtomobil toqquşub. Nəticədə “VAZ-2107" nin sərnişinləri Ağcabədi rayon, Şərəfxanlı kənd sakinləri Abdullayev Vüqar Mikayıl oğlu və Tağıyev Hafiz Tağı oğlu ağır bədən xəsarətləri ilə Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Sonra xəstələr Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini daha ağır qiymətləndirirlər. Digər maşındakı sürücü isə yüngül xəsarət aldığı üçün xəstəxanaya müraciət etməyib. Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.
|
45,040 |
26.12.2008 09:36
|
Yazarlar
|
İRADƏVİ KƏDƏRİN FƏLSƏFƏSİ
|
İslam fikrinin hər bir məsələyə köklü baxışları var. O cümlədən, göz yaşının özüylə bağlı İslamın baxışı mövcuddur. Bu açılışlarla tanış olmaq Kərbəla vaqeəsini dərk etmək və yaşatmaq baxımından böyük əhəmiyyət kəsb edir. Kərbəla vaqeəsinin müqəddiməsi Hicrətin 60-cı ilində, rəcəb ayının 15-də dövrün və ümumiliklə İslam tarixinin ən böyük zalımlarından olan lənətlik Müaviyyə ölür və onun nadanlıq və əxlaqsızlıqda ad çıxarmış oğlu Yezid lənətlik xilafəti qəsb edərək, atasının yerində oturur. Ölümündən öncə Müaviyyə Yezidin hakimiyyətə gəlişini təmin etmək üçün ümmətin sözükeçən insanlarından əvvəlcədən beyət - tanıma almağa çalışırdı. Bir neçə nəfər bu mövzuda prinsipiallıq göstərir ki, bunların arasında ümmətin İmamı, müsəlmanların rəhbəri Həzrət Hüseyn (ə) öncüllük təşkil edirdi.İmam Hüseynin (ə) beyət etmədiyini nəzərə alan ağılsız və inadkar Yezid lənətlik, Mədinə valisinə İmamdan (ə) bu beyəti almağa nail olmaq tələbi ilə bağlı bir məktub göndərir. Rəcəb ayının 28-də həmin məktub Mədinənin valisinə çatır. Məktubda Yezid lənətlik validən tələb edir ki, İmam Hüseyn (ə) onun hakimiyyətini tanımayacağı təqdirdə, o Həzrəti (ə) qətlə yetirsin.Tarixlərə diqqət yetirək. Hicrətin 60-cı ili. Həzrət Peyğəmbərin (s) dünyasını dəyişməsindən çox az bir müddət - cəmi 49 il keçir. Ümumən İslamın gəlişindən də tarix baxımından az bir müddət keçir - 70 ilə yaxın. Amma proseslərə bax ki, Peyğəmbər dininin daşıyıcısından, bu dinin əsaslarını sarsıdan, ümmətin idarəolunmasını qəsb edən bir zalıma beyət etmək, onun hakimiyyətini tanımaq tələb olunur! Ümmətin süstlüyü, Peyğəmbər (s) prinsiplərindən çəkilməsi bu qədərmi böyük əyintilərə və sarsıntılara gətirib çıxardı?Belələiklə, lənətlik Yezidin beyət tələbi ilə bağlı məktubunu alan vali ertəsi gün - rəcəb ayının 29-da İmam Hüseynin (ə) yanına gələrək, bu tələbi Həzrətə (ə) çatdırır. İmam Hüseyn (ə) valiyə rədd cavabı verir və ölüm təhdidi qarşısında da geri çəkilməyəcəyini bəyan edir. Artıq elə vəziyyət yaranıb ki, Əba Əbdillah (ə) Mədinədə qala bilmir. O Mədinə ki, 60 il öncə Peyğəmbərin (s) buraya hicrəti ilə nurlanmışdı, o Mədinə ki, buradan İslamın bütün Ərəbistana yayılması baş vermişdi, 60 il sonra Peyğəmbər (ə) yadigarını müdafiə etmək iqtidarını itirib. Əba Əbdillahın (ə) mövcudiyyətini təmin edə bilmir Mədinə. Yezid lənətliyin İslama olan böyük təhlükəsini nəzərə alan və müsəlmanları bu təhlükədən xəbərdar etmək missiyasını daşıyan İmam Hüseyn (ə) Mədinəni tərk etmək qərarına gəlir. Mədinədən başlayan azadlıq yürüşü Həmin gün - hicri 60-cı il rəcəb ayının 29-da İmam Hüseyn (ə) Mədinədə Həzrət Peyğəmbərin (s) mütəhhər məzarını ziyarət edərək, babası ilə vidalaşır. Son ziyarətini edən İmam (ə), öz məram və niyyətlərini izah edən vəsiyyətini qoyur. Vəsiyyətində İmam Hüseyn (ə) bəşəriyyətə izah edir ki, hərəkata başlayır və hərəkatının məramı mənsəb və məqam deyil, fəqət Allah dinini yaşatmaq, yaxşılıqlara dəvət edib, pislikərdən çəkindirməkdir.Vəsiyyəti yazdıqdan sonra İmam Hüseyn (ə) ümməti Yezid lənətliyin istibdadının və hakimiyyət qəsbinin təhlükələri barədə agah etmək üçün Məkkəyə doğru hərəkət edir. Öz yaxınları və məsləkdaşları ilə birlikdə Mədinədən Məkkəyə doğru hərəkət edən İmam Hüseyn (ə), hər an ölüm təhlükəsi qarşısında olur. Şəban ayının 3-də - təqribən 4 gün sonra İmam Hüseyn (ə) öz əhli-beytilə Məkkəyə daxil olur. Burada İmam (ə) camaatla görüşür və onlara yaranmış vəziyyəti çatdırır. Təqribən 1 ay bu proses davam edir və İmam Hüseyn (ə) Məkkədə İslam dininin ən müqəddəs məkanında öz İlahi missiyasını yerinə yetirərək, müsəlmanları mövcud durumdan və baş verə biləcək təhlükələrdən agah edir. Hicri 60-cı il ramazan ayının 10-da İraqın Kufə şəhərindən olan 2 nəfər nümayəndə kufəlilərin məktubunu İmama (ə) çatdırır. Məktubda kufəlilər elan edirlər ki, Yezid lənətliyin qəsbini qəbul etmirlər və bu barədə İmamı (ə) məlumatlandırırlar. Ramazan ayının 15-də artıq minlərlə - əksər tarixi mənbələrə görə 48 min - məktub gəlir İmama (ə) Kufə əhlindən. Məktublarda kufəlilər İmama (ə) beyət etdiklərini, Yezid lənətliyin hakimiyyətini tanımadıqlarını bəyan edirlər. İmam Hüseyn (ə) vəziyyəti öyrənmək üçün öz nümayəndəsi Müslüm ibn Əqili Kufəyə göndərir. İmamın elçisi Müslüm ibn Əqil təqribən 20 gün sonra - şəvval ayının 5-də Kufəyə daxil olur. Burada camaat kütləvi surətdə İmam Hüseynin (ə) nümayəndəsi olaraq ona beyət edir. Bu özlüyündə böyük bir proses idi, bu prosesin nəhəng bir tarixi müqəddiməsi var idi və bu barədə ayrıca çox danışmaq olar. Lakin bu gün sadəcə, hadisələrin xronoloji ardıcıllığını izləmək istəyirik. Beləliklə, Yezidin hakimiyyəti qəsb etməsindən 2 ay 20 gün sonra İmamın (ə) elçisi artıq Kufədə camatdan beyət qəbul edirdi. Kufədə gedən proseslərin nəticəsi olaraq, buraya gəlişindən 1 aydan bir az keçmiş, ziqədənin 11-də Müslüm ibn Əqil Kufəyə dəvət etmək məzmununda İmam Hüseynə (ə) məktub yazır. Zilhiccənin 8-də İmam Hüseyn (ə) Məkkədən çıxır. Bu ərəfədə İmama (ə) xəbər çatır ki, Yezid onu gizli surətdə qətlə yetirmək üçün xüsusi qatilləri Şamdan Məkkəyə göndərib. Burada lənətlik Yezid bir neçə niyyət güdürdü. Əgər o, İmamı (ə) aşkar qətlə yetirsəydi, müsəlmanların böyük hiddətini qazanacaq və hakimiyyətinə təhlükə yaradacaqdı, gizli qətlə yetirməklə isə insanların baş verə biləcək narazılıqlarını qarşılamaq və İmamın (ə) qanını batırmaq imkanı əldə edirdi; qətlin gizli olması səbəbindən Yezidin bu qətldə əlinin olması çətin sübut oluna bilərdi. Eyni zamanda İslam düşməni olan Yezid, Kəbə evində Peyğəmbər (ə) nəvəsinin qanını tökməklə Məkkə kimi əzəmətli və əmin yerin ehtiramını aşağılayırdı. Bunları nəzərə alan İmam Hüseyn (ə) Məkkəni tərk edib Kufəyə doğru irəliləmək qərarını verir.Yol boyu ona qoşulmaq istəyən minlərlə insana İmam Hüseyn (ə) çatdırır ki, bu hakimiyyət üçün, məqam və mənsəb ardınca olan bir səfər deyil, yalnız Allah dinini yaşatmaq, yaxşılıqlara dəvət edib, pisliklərdən çəkindirmək niyyəti güdən hərəkatdır. Və İmam (ə) onu da bildirir ki, bu hərəkatın sonu - şəhadət şərbətini içməklə sonuclanacaq. Beləliklə, İmamın (ə) yanında yalnız canını Allah yolunda, Peyğəmbər (s) dəyərlərinin yaşaması yolunda qurban verməyə hazır olan 100-dək adam qalır. Həyatı xilas etmək təklifi Həmin gün - zilhiccənin 8-də Müslüm ibn Əqilin ətrafında olan 4 min kufəli Yezidin valisi olan Übeydulla ibn Ziyadın hədələri qarşısında geri çəkilir və İmamın (ə) elçisini tək qoyurlar. Ertəsi gün, zilhiccənin 9-da tənha qalmış cənab Müslüm şəhid edilir. Kufəlilərin xəyanəti və Müslümün şəhadəti xəbəri İmama (ə) yolda olanda çatdırılır. İmam (ə) yolunu dəyişmir və vücudi missiyasını yerinə yetirərək, irəliyə hərəkətini davam etdirir. Məhərrəm ayının başlaması ilə hicrətin 61-cı ili yetişir. Məhərrəm ayının 2-də, Məkkədən çıxdıqdan təqribən 24 gün sonra İmam Hüseyn (ə) öz əhli-beyti və məsləkdaşları ilə Kərbəlaya daxil olur. Burada İmam (ə) düşərgə salır. Yezidin 30 minlik ordusu İmamı (ə) mühasirəyə götürür. Qoşunun başçısı Ömər ibn Səd dəfələrlə İmama (ə) yezid hakimiyyətini qəbul etmək, lənətlik Yezidə beyət edərək həyatını xilas etmək təklifini verir. Lakin İmam Hüseyn (ə) Yezid hakimiyyətini qəbul etməyin İslamın din olaraq məhv olmasına gətirib çıxaracağını bəyan edərək, beyətdən imtina edir. “Heyhat minnəz-zilləh!” - “Zillət bizdən uzaqdır!” deyir İmam (ə). Mühasirə daha da daralır, İmamın (ə) düşərgəsini sudan məhrum edirlər. İmam Hüseyn (ə) və məsləkdaşları bütün məhrumiyyətlərə baxmayaraq, təslim olmurlar. Azğınlaşmış düşmən ümmətin İmamının (ə) qanına susayır. Hicri 61-ci ilin məhərrəm ayının 10-da Kərbəla səhrasında İmam Hüseyn (ə) və 72 məsləkdaşı öz mübarək şəhid qanları ilə ölməz bir qəhrəmanlıq salnaməsi yazırlar. Duyğuların təzahürü Məhərrəmliyi yaşatmaq, ruhu məhərrəmlik ovqatına gətirmək mövzusu İmam Hüseynə (ə) göz yaşı tökmək mövzusunun açıqlanmasını labüd edir. Məhərrəmlik əza ayıdır, əzadarlıq ayıdır. Bir aydır ki, burada Əba Əbdillahın (ə) müsibətini yaşama baş verir. Bu ayda müsəlmanar İmam Hüseynin (ə) başına gələn müsibəti yaşayırlar. İnsanlar bu dönəmdə əzadarlıq edirlər. Şüurlu surətdə, iradəvi surətdə insanlar qəmli olarlar məhərərəmlikdə. Necə ki, Qədir-Xum günü şadlanmaq, şadlıq zəminləri yaratmaq günün əməllərindəndir, Aşura günü də qəmlənmək günün əməllərindəndir. Bu müsibəti yaşatmağın, əzanı saxlamağın ayrılmaz xüsusiyyəti, ünsürü səmimi göz yaşlarıdır. Göz yaşı neçə cür olur? Araşdırmalar 7 cür göz yaşının mövcudluğuna görsədir. Burada birinci yeri körpənin ağlaması tutur. İnsan həyatı bununla başlanır, balaca insanın sağlıq durumu, qidaya ehtiyacı bununla bilinir. Ağlama bir müddət uşağın dili rolunu oynayır. Burada bir təbərrük nöqtə qeyd edilməlidir. Uşaq dünyaya gəldikdə necə ağlayırsa, Əba Ədbillaha (ə) göz yaşı axıdan kəs də sanki dünyaya gəlir. Və həmin göz yaşı, riqqətli qəlbin, ruhun sağlamlığının göstəricisidir. Bu göz yaşı onun halının, vücudunun bir dilidir.Həyəcandan irəli gələn şövq ağlaması bölgünün ikinci yerindədir. Bir ana övladını itirir, bir müddət keçdikdən sonra isə onu tapır. Necə sevinir, necə həyacan keçirir, necə riqqətli qəlbinin dərinliklərindən bir şövq dalğası qalxır! Bəzən sevinc və şadlıqda da bu şövq ağlaması baş tutur. Və yaxud, insan fədakarlıq səhnələrini görəndə də şövqdən ağlaya bilir. Mübarizə ruhlu bir şer dinləyir, mahnı eşidir sanki itirilmiş nələrinisə tapır, həyəcanlanır, biixtiyar göz yaşları axıdır. Üçüncü növ ağlama duyğu və məhəbbət göz yaşıdır. Sevgi, məhəbbət və göz yaşları, bunlar biri-birinə bağlı anlamlardır. Göz yaşı məhəbbətin şiddətinin göstəricilərindəndir.Dördüncü növ çox incə bir ağlama növüdür - tanıma, mərifət, məsuliyyət göz yaşı. İnsan Rəbbini tanıyır, Rəbinin əzəməti haqqında təfəkkür edir, bunun nəticəsində göz yaşı axıda bilir. İlahi, bu necə yaranış, bu necə əzəmət, bu nə cür nizam?! Necə olur belə kamil xəlqiyyət?! Bu tanıma, bu dərk etmə göz yaşları çağıra bilir. Tanıdıqca, həmin bu göz yaşları əmələ gəlir. Hədəfə bağlantı Bir var cahiliyyətin göz yaşı, bir də var arifin, tanımanın göz yaşı. Tanıma artdıqca, ariflik artdıqca, göz yaşlarının əmələ gəlmə keyfiyyəti də dəyişir. Məsuliyyət artdıqca, həmin bu məsuliyyətdən irəli gələn göz yaşları da yaranır. Məsuliyyətin fərqinə varmaqla, məsələnin əhəmiyyətini dərk etməklə üzə çıxan göz yaşları buraya aiddir. Ağlamanın vücuda gələn digər səhnəsi peşmançılıq göz yaşı ilə bağlıdır. Beşinci növə aid olan bu göz yaşları insanın tövbəsini, əməlindən peşmançılıq hissi keçirməsini təzahür edir. İnsanın qayıdışı, islahatı tövbəyə bağlı olan bir məsələdir. Bu da göz yaşları ilə müşayiət olunan bir məsələdir. Altıncısı ədəfə bağlantı ilə bağlı olan göz yaşıdır. Hədəf nədir, göz yaşının keyfiyyəti də o cürdür. Bir insandır, ölkəsinin himnini dinləyir. Himndəki sözlərlə həmahəng olur. Ali hədəflərə, dəyərlərə beyət etmə göz yaşlarından gedir söhbət. İnsan şəhidləri xatırlayır, onların ali məqsədlərini, ali hədəflərini, ali duyğularını, ali amallarını xatırlayır. Onlarla birgə olmaq, həmahəng olmaqdan irəli gələn göz yaşları olur. Onlara bağlantıdan irəli gələn göz yaşlarıdır bunlar. Şəhidə ağlamaq əslində amallara bağlantıdan irəli gələn göz yaşlarını izhar etməkdir. Onlarla vücudi beyətini edir, hədəfiylə beyət etməyəini izhar edir ağlayan insan.Ağlamağın yeddinci növü isə zillət və məğlubiyyət ağlamasıdır. O insanın ağlamasıdır ki, zəifliyindən, zəlilliyindən, məğlubiyyətindən ağlayır. Bu ağlamaq bir başqa ağlamaqdır. Bu göz yaşları insanı daha daha da zəiflədir, ruhdan salır. İmam Hüseynə (ə) ağlamaq hansı ağlamaqdandır? İmam Hüseynə (ə) ağlamaq bunların hansına aiddir? Burada sevgi, məhəbbət göz yaşları var. Burada şövqün, ürkəkliyin göz yaşı var. Burada duyğuların şiddətindən irəli gələn göz yaşları var. Ariflər var, böyük mütəfəkkirlər var ki, İmam Hüseynin (ə) sadəcə adı gələndə duyğularının şiddətindən ağlayırlar. Həqiqi məhəbbətin, həqiqi duyğuların şiddətindən sızan göz yaşlarıdır İmam Hüseynə (ə) görə axıdılan göz yaşı. İtirilən bir şeyin tapılmasından, həsrətində olduğun şeyi duymaq göz yaşları var burada. Adam tək itirdiyi maddiyyəti tapanda sevinmir ki. Tək bu halda riqqətə gəlmir ki. Dəyərlər var ki, insan əldə edəndə riqqətdən qəlbi coşur, göz yaşları axır gözündən. Məhərrəm-səfər bu itmişlərin, axtarılanların tapıntısıdır. Dəyərlər, həqiqətlər tapılır, axtarılan hər şey tapılır bu aylarda. Səhnələrdə olan rəşadətdən, fədakarlıqdan, şücaətdən, ixlasdan şövqə gəlmək var burada. Tanıma və məsuliyyətin göz yaşları var burada. Əba Əbdillah (ə) üçün axıdılan göz yaşları mərifətin, məsuliyyətin zirvəsindən xəbər verir. Əba Əbdillahi tanıyan və bu tanımaqdan irəli gələn, öz insani məsuliyyətini anlayan insanın göz yaşları var bu ayda. Ali hədəflərə bağlantı ilə səciyyələnən göz yaşları var burada. Nəinki göz yaşları, əşyalar təbərrüklənir İmam Hüseynə (ə) bağlanmaqla. Adi bir əşyadır, amma Hüseyn (ə) ehsanında istifadə ediləndə mübarəklənir o da. O ki ola duyğular.Ali hədəflərlə həmahənglik əsas yer tutur Əba Əbdillah (ə) üçün tökülən göz yaşlarında. Kərbəla qəhrəmanlarını yada salanda hər bir insan kövrəlir, qəhərlənir. Hər şey var burada, bu göz yaşlarında. Amma zillət və məğlubiyyət yoxdur. Əksinə, izzətin mənbəyinə bağlayan göz yaşları var burada. Qorxaqların göz yaşları yoxdur Kərbəla vaqeəsinə ağlamaqda. Əksinə, şücaətlilərin göz yaşı var burada. Ümidsizliyin göz yaşı yoxdur, ümidverən göz yaşları var burada. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: “Hər bir müsibətdə ağlamaq və tabsızlıq göstərmək bəndə üçün məkruhdur, xoşagəlməzdir. Amma Hüseyn ibn Əli (ə) üçün ağlamağın əcr və savabı var”.İmam Hüseynə (ə) ağlamaqda 7 ağlamağın yeddincisi yoxdur, zəlillik və qorxaqlıq göz yaşları yoxdur burada. İslam qəbul etmir zəlillik və acizliyin ağlamasını. İslam insanı kamilliyə, quruculuğa aparan hər şeyi qəbul edir və zillətə aparan hər şeyi rədd edir. Uca Allahdan duamız budur ki, cəmi insanara İmam Hüseynin (ə) əzadarlarından olmaq tofiqini qismət etsin! Amin! Hacı İlqar İBRAHİMOĞLU
|
45,041 |
26.12.2008 09:45
|
Yazarlar
|
ZİYALILARIN PARTER VƏZİYYƏTİ
|
8 milyondan artıq insan isə susur, müşahidə edir. Onların içində sovet totalitarizminə etiraz edərək küçə və meydanlara çıxanlar da var, özünü ziyalı hesab edən və belə adlandıranlar da. Çoxları gözləyir ki, müxalifət adlanan bir qüvvə ayağa qalxacaq və etiraz edəcək. Amma tam əksəriyyət özünü o müxalifətin cərgəsinə vermir, “Xalq kral istəmir” çağırışına qoşulmur. Sən, mən, o, biz, siz, onlar məmləkətin 500-1000 il əvvələ qaytarılmasına etiraz etməyəcəksə, müxalifət öz gücünü haradan, kimdən alacaq?Müxalifət kimdir ki? Müxalifət xalqdan ayrıca götürülə biləsi qüvvə mərkəzi deyil. Xalq varsa, fəaldırsa, müxalifət də var və fəaldır, xalq zəif və passivdirsə, müxalifət də o cürdür. Bu gün yalnız müxalifətin nüvəsi qətiyyətlidir və prinsipialdır. Onun ətrafını sarmalı olan təəssübkeş ziyalılar kontingenti, tərəfdarlar ordusu isə ortada yoxdur. Beləcə, ali saray bu situasiyadan yararlanaraq yanlış bir planın gerçəkləşdirilməsinə start verib. Düzdür, bu planın həyata keçirilməsi hələ dünyanın, tarixin, respublikanın sonu demək deyil. Ancaq gözümüz görə-görə ölkənin geriyə dartılmasına niyə razı olmalıyıq? Qarabağ məsələsi kimi demokratiya və insan haqları problemini də gələcək nəsillərə miras qoymaq qətiyyən düzgün deyil. Xalq kütlələrindən umacaq bir şey yoxdur. Xalq kütləvi şəkildə prosesə həmişə ikinci pərdədə qoşulur. Ondan qabaq dövlətin, cəmiyyətin mənafeyinə zidd olan təmayüllərə qarşı çıxmaq missiyası ziyalıların üzərindədir. Söhbət təkcə el içində ziyalı kimi tanınan adamlardan getmir, həm də məşhur, tanınmış yaradıcı ziyalılardan gedir.Hanı bu ölkənin Markesi? Başqa vaxt yazıçılarımız bəlkə də özlərini Markesdən güclü yazıçı sayırlar, bəs nədən mütləqiyyətə, diktaturaya qarşı Markes kimi etirazlarını bildirmirlər? Markesin bəzi əsərlərinin tərcüməçisi, böyük yazıçımız Əkrəm Əylisli hansı mövqedədir? Bəlkə o da royalistdir, monarxiya tərəfdarıdır?Sovet totalitarizminin qılıncının kəsərli olduğu dönəmdə “Səhra yuxuları” adlı pyes yazaraq avtoritarizmi, diktaturanı pisləyən yazıçı Anar da susur və yəqin ki, sona qədər susacaq. O dönəmdə öz əsərlərində bir nəfər də olsun partiyaçı, komsomolçu, təsərrüfatçı obrazı yaratmamış yazıçı Elçin isə zatən saraydadır. Onun başqa imkanı yoxdur, nəyəsə etiraz bildirməyə nə cəsarəti var, nə də belə görünür ki, həvəsi. Bəs ortayaşlı, orta ranqdan olan yazıçı-şairlər nə edirlər? Heç nə. İçki məclislərində bir-birlərini, daha çox isə özlərini təriflməklə məşğuldurlar. Nadir istisnalarla onları ölkədə monarxiya quruluşunun bərqərarı maraqlandırmır. Prezident olmur, şah, sultan, lap kral olsun, təki onlara dövlət büdcəsindən yaxşı təqaüd, müxtəlif növ ənamlar versin.Bəstəkarlar haradadır? Harada olacaqlar, ya ara müğənnilərinə “çıkkıdıçık” ritmli, duzsuz mahnılar yazırlar, ya da hərbi-vətənpərvərlik mövzusunda mahnı müsabiqəsinə saxta patriotik ruhlu marşlar bəstələyirlər.Elm adamları da meydanda yoxdurlar və olmaları gözlənilmir. Onlar özlərinin maaş problemlərini həll etmək, halalca evlərinin sökülməsinin qarşısını almaq gücündə deyillər. Əksəriyyət şəxsi rifah, təhlükəsizlik, fəxri ad, fəxri təqaüd hayındadır. Xalqı, gələcəyi düşünən nə gəzir.Bax, bu cür rüsvayçı parter vəziyyətinə salınmış ziyalı təbəqəsinin mövcudluğu halında xalqın aktivləşməsi çox çətindir. Saray texnoloqları hazırkı durumu yaxşı anlayırlar deyə özlərini istənilən planı həyata keçirməyə qadir sanırlar. Bu gün belədir. Bəs sabah, birisi gün necə olacaq? Tarixi təcrübə göstərir ki, dövlət idarəetməsində tətbiq edilən inqilabi islahatların meyvəsi çox vaxt onu tətbiq edənlərin özünə qismət olmur. Gün gələcək, yeni ziyalılar nəsli yeni xalq kütlələrini monarxiyaya etiraz etməyə çağıracaqlar və o zaman dövran dönəcək. Hakim komandanın bu təşəbbüsü bəlkə bizim üçün yenidir, amma tarix üçün tanış ssenaridir. 200 il əvvəl Fransada yakobinçilərin qurduğu hakimiyyətə yiyələnən Napoleon da özünü monarx elan etmiş, hətta taxt-tacını oğluna ötürmüşdü. Axırda nə oldu? Xalid KAZIMLI
|
45,042 |
26.12.2008 09:29
|
Mədəniyyət
|
RƏQSANƏ BARƏDƏ ŞOK MƏHKƏMƏ QƏRARI
|
Qeyd edək ki, Rəqsanə İsmayılova bankdan götürdüyü krediti vaxtında qaytara bilmədiyinə görə məhkəməyə verilib və nəticədə uduzub.Məhkəmə qətnaməsində müğənni ilə yanaşı, bankdan kredit götürərkən ona zamin duran şəxslərin də adı cavabdeh qismində göstərilib. Bunlar Vəliyev Bəxtiyar Qafar oğlu, Vəliyeva Sürəyya Bayadı qızı, Vəliyeva Raminə Qafar qızı, İsmayılova Fatma Mehdi qızıdır.Hakim Rəşadət Ağayevin sədrliyilə keçirilən məhkəmənin çıxardığı qərara əsasən, kredit müqaviləsi vaxtından əvvəl ləğv edilib. Qərarda həmçinin kredit borcunun alınması da qeyd olunub. Beləliklə, kredit müqaviləsi ləğv olunan müğənni banka olan borcunu məcburi olaraq ödəməlidir.“Azər-Türk Bank” ASC-dən lent.az-a bildirilib ki, onlar hələ sözügedən məhkəmə qətnaməsini almayıblar. Bank sirri olduğu əsas gətirilərək “Azər-Türk Bank” ASC Rəqsanə İsmayılovanın hansı məbləğdə kredit götürdüyünü açıqlamayıb.
|
45,043 |
26.12.2008 09:04
|
Ölkə
|
“21-ci ƏSR” TƏHSİL MƏRKƏZİ YENİ KİTABININ TƏQDİMATINI KEÇİRDİ
|
Tədbirdə çıxış edən “21-ci Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Boloniya sisteminin səmərəsindən və onun təhsilin inkişafına verdiyi imkanlardan danışdı. E.Əliyev həmçinin ali təhsilin inkişafına və vahid Avropa təhsili məkanının formalaşması üçün əsas proseslərdən biri kimi Boloniya sisteminin tətbiqinin geniş imkanlarından söz açdı: “Bunun tam olaraq həyata keçirilməsi isə ali məktəblərdə olan demokratik mühitdən asılıdır. Bununla yanaşı, müəllim əməyinə verilən qiymət Boloniya sisteminin tətbiqinin qarşısını kəsən əngəllərdən biridir”. E.Əliyev Boloniya sistemində tətbiq edilən ikipilləli təhsil sisteminin 1992-ci ildə qəbul edilmiş “Təhsil haqqında qanun”da yer aldığını nəzərə çatdıraraq həmin qanunun o dövr üçün mütərəqqi olduğunu söylədi. E.Əliyev Boloniya bəyannaməsinə qoşulduğumuza baxmayaraq, inteqrasiya prosesinin zəif getməsini vurğuladı: “Boloniya sistemində universitet rəhbərliyi seçkiylə təyin edilir. Bir sözlə, tələbə şəxsiyyət kimi təhsilin mərkəzinə gətirilir. Tələbələrin ödədikləri təhsilhaqqı universitetlərin təmirinə yox, təhsilin keyfiyyətinə yönəldilir. İmkansız tələbələr kereditlə təhsil almaq imkanı əldə edir”. “Media Mərkəzi” İctimai Birliyi Mərkəzinin rəhbəri Baloğlan Əhmədov məsələyə münasibət bildirərkən Azərbaycanda sosial yardım alan tələbələrin ailələrinin sosial yardımdan məhrum edildiyini vurğuladı. Etibar Əliyev universitetlərdə təhsilin elmin kölgəsində qaldığını, Azərbaycanın elmi-tədqiqat aktivliyinə görə dünyada sonuncu yerlərdən birini tutduğunu qeyd etdi. Təbirdə iştirak edən təhsil mütəxəssisləri isə bunun səbəbini köhnə sovet təhsil sisteminin saxlanması ilə əlaqələndirdilər.
|
45,044 |
26.12.2008 09:47
|
Yazarlar
|
FONTANLA NECƏ QIZINMALI?
|
Amma söhbət ondan gedir ki, məmləkətində orta aylıq əməkhaqqının 200 dollar olduğu halda bu cür musiqili fontanın qurulmasına nə hacət? Özü də qışda. Axı, bu ölkədə, onun paytaxtında, elə Hacıbala müəllimin qardaşının sexlərində hazırlanmış işıq dirəklərində belə az qala işıq yanmırsa, bu fontan nəyə lazım?Hacıbala müəllimin oturduğu binanın arxasında belə zibil qalaqlanıb - bir dön arxaya bax, cənab mer - heç vecinə də deyil ki, ümumiyyətlə Bakı nə gündədir. İndi Hacıbalanın Bakısının onun quraşdırdığı fontanın fəaliyyətinə israf olunan suyuna ehtiyac var. Paytaxt susuz, işıqsız, qazsızdır. Paytaxt əhlinə fontandan daha çox elektrik enerjisi, təbii qaz, su lazımdır. Hacıbala müəllim “Bakı Soveti” metrosu yaxınlığında yerləşən meriya binasındakı kabinetində sonuncu dəfə nə vaxt işdə olduğunu deyə bilmərəm. Amma ona bir-iki tövsiyəm var. Bakıya, küçələrə çıx, Hacıbala müəllim. İnternetdən yayılan xəbərlərə görə, yanvarın sonunda MDB ölkələri paytaxtlarının merlərinin Moskvada keçirilən toplantısında iştirak etməlisiniz. 15 milyon əhalisi olan, suyu, qazı, işığı, lifti bircə an da dayanmayan Moskva meri Yuri Lujkovun yanında durub deyəcəkmisən ki, mən də merəm? Bəlkə həmişə olduğu kimi, azca da olsa başını aşağı salıb Poladalemdarsayağı deyəcəkəsən ki, “xatırlamıyorum”. Maraqlısı və əndrabadisi odur ki, Bakıda “Yeddi gözəl” fontanı quraşdıran cənab Abutalıbov, heç olmasa son yeddi ildə yeddi dənə də olsa, qazanxana tikdiribmi? İndi neyləsin Bakı sakinləri, sənin “Yeddi gözəl” fontanının yanına gəlib qızınsınlarmı? Neft ölkəsinin soyuqdan əsir-yesir qalan vətəndaşları sənin fontanlarının musiqisinəmi isinsinlər?Əslində Bakının xilası Hacıbala Abutalıbovun vəzifədən alınmasından getmir. Hörmətli Hacıbala müəllim Bakıya yad adamdır, Bakının qədrini bilməz. O, Bakını öyrəşdiyi üsul-idarəyə uyğun icra edir. İndi təkcə məhz Bakını yox, məmləkəti xilas etmək lazımdır. Yoxsa ki, Hacıbala. Onun indi özünün xilasa ehtiyacı var.
|
45,045 |
26.12.2008 09:49
|
Mədəniyyət
|
PAYTAXTDA YENİ İL ŞƏNLİYİ KEÇİRİLMƏYƏCƏK
|
Məsələyə münasibət bildirən QMİ-nin mətbuat xidmətinin əməkdaşı Rəhimə Dadaşova qərarın BŞİH tərəfindən verildiyini və bunun alqışlanmalı olduğunu söylədi. İlahiyyatçı-alim, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bizimlə söhbətdə Yeni il törəninin sovet dönəmində topluma daxil olmuş yad mədəniyyətin tərkib hissəsi olduğunu dedi: “Yeni təqvim ilinin başlanması aydındır. Amma bu bayram milli-mənəvi fəlsəfəmizə aidiyyəti olmayan, sovetdən qalma aforizmdir. Yeni il 28 May, Müqəddəs Ramazan və Qurban bayramlarından çox sonralar gəlib. Biz sadaladağımız bayramları yüksək səviyyədə keçirməliyik. Bu bayramlar əsrlər boyu Azərbaycan insanının kimliyinə yönəlik məsələ olub. Bayram tədbirləri və şənliklərin Məhərrəm-Səfər əyyamına qətiyyən uyğun gəlməməsi təbiidir və şənliklərin yığışdırımasını müsbət dəyərləndirirəm. Bu, xalqa və onun milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmanın nümunəsidir”. Hacı İlqar bu qərarın Azərbaycan xalqının uğuru olduğu qənaətindədir: “İslam Peyğəmbərinə və onun əhli-beytinə, İmam Hüseyn əleyhsəlama sevgisi olan sözsüz ki, Məhərrəm-Səfər əyyamında onun ehtiramını saxlayır. İnsanların həyatına ”Novıy qod" kimi yad mədəniyyətdən daxil olmuş elementlər bu əyyamın fərqli keçirilməsinə gətirib çıxarar. Bu barədə maarifləndirməyə də ehtiyac var. İnsanlar bunun mahiyyətinə varmalıdırlar. İslam mətnlərində də İmam Hüseyn əleyhsəlamın şəhid olması ilə bağlı insanların hüzn və kədər saxlaması zəruri mövzulardan sayılır. Bu məsələdə diqqətli olmaq lazımdır".Hacı İlqar Məhərrəmlik ayında olub-olmamağımızdan asılı olmayaraq, içki və fəsad məclislərinin Allahın bəyənmədiyi işlərdən olduğunu da vurğuladı.Əlavə edək ki, müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, rəsmi səviyyədə belə bir qərar verilir. Və bu qərarın BŞİH-dən deyil, ölkə rəhbərliyindən gəldiyi şübhə doğurmur. Bu mənada onu xalqın dini-mənəvi dəyərlərinə sayğının təzahürü kimi müsbət qiymətləndirmək lazım gəlir.
|
45,046 |
26.12.2008 09:50
|
İdman
|
SİYAHIDA ARDA TURAN DA VAR
|
Qeyd edək ki, Fabreqas 3 ay forma geyinə bilməyəcək. Türkiyə mətbuatının məlumatına görə, “kanonirlər”in heyətinə qatmaq istədiyi futbolçular sırasında ikinci yerdə “Qalatasaray”ın gənc ulduzu Arda Turan da var. İngilislər dövrə arasında “Cim-Bom”a elçi düşəcəklər. “BEŞİKTAŞ” YILDIRAYDAN ƏL ÇƏKMİRFutbolçu icarəyə götürülə bilərİstanbulun “Beşiktaş” klubunun baş məşqçisi Mustafa Dənizli yanvar transferi dövründə komandasının heyətinə 2 futbolçunun alınmasını istəyir. Bunlar “Zenit”də forma geyinən Fatih Təkkə və “Ştutqart”da oynayan Yıldıray Baştürkdür. Dənizli bu istəyini prezident Yıldırım Dəmirörənə çatdırıb.Prezident isə bildirib ki, onu “qara qartal”a çempionluq yaşamaq üçün gətiriblər. Komandada çempionluğu istəməyən futbolçu göndərilməli, əvəzində yaxşı oyunçular alınmalıdır. Dəmirörən baş məşqçinin istəklərini reallaşdırmaq üçün əlindən gələni edəcəyini vurğulayıb. Əgər “Ştutqart” Yıldırayı satmasa, futbolçu icarəyə götürüləcək. HAMİT ALTINTOP HİDDƏTLƏNİBFutbolçu Türkiyə mətbuatını qınayırTürkiyə yığmasının futbolçusu Hamit Altıntop hiddətlənib. Buna səbəb Türkiyə mətbuatında onunla bağlı dərc edilən xəbərlərdir. Futbolçu bildirib ki, hazırda bir çox oyunçuların xəyal kimi baxdıqları “Bavariya” klubunda çıxış edir. Ancaq Türkiyə mətbuatı onun gah “Qalatasaray”, gah da “Fənərbaxça” ilə görüşdüyü barədə xəbərlər yayır. “Özümün də xəbərim olmadan mənim adımdan məlumatlar yayılır. Mətbuat istədiyi kimi yazılar dərc edir. Bu xəbərlər məni hiddətləndirir” deyən Hamit Türkiyədə futbol oynamağı düşünmür.
|
45,047 |
26.12.2008 09:48
|
İdman
|
RONALDO SEVİNC İÇİNDƏ
|
MESSİ QVARDİOLADAN KÜSÜBUlduz futbolçu “Barselona”da məşqlərə qatılmayıbİspaniyanın “Barselona” klubunda xoşagəlməz hadisə baş verib. Komandanın baş məşqçisi Xose Qvardiola ilə ulduz futbolçu Lionel Messi arasında qalmaqal yaranıb. İspaniya mətbuatının yaydığı məlumata görə, iki tur öncə “Valensiya” ilə keçirilən oyunda futbolçunun əvəzlənməsi onu narazı salıb. Qvardiola komandasının 4:0 hesabı ilə qələbə qazandığını görüb, Messini 81-ci dəqiqədə gənc futbolçu Pedro ilə əvəzləyib.Bundan əsəbiləşən Messi ertəsi gün məşqlərə qatılmaq istəməyib. Hətta komanda yoldaşları məşq edən zaman Argentina yığmasının gənc ulduzu soyunub-geyinmə otağında televizora baxıb. Məşq qurtardıqdan sonra Qvardiola onunla danışıq aparıb və tərəflər “sülh bağlayıblar”. ÇSKA DONADONİ İLƏ DANIŞIQ APARIRBaş məşqçi ordu klubuna keçə bilərRusiyanın ÇSKA klubu yeni baş məşqçi axtarışını davam etdirir. Klubun baş direktoru Roman Babayev mətbuata açıqlamasında bildirib ki, hazırda İtaliya yığmasının sabiq baş məşqçisi Roberto Donadoni ilə danışıq aparılır. 45 yaşlı təcrübəli mütəxəssis bildirib ki, şərtlər onu qane etsə, ordu klubunu çalışdıra bilər.Qeyd edək ki, komandanın baş məşqçisi Valeri Qazayev hələ 3 ay bundan öncə mövsümün sonunda postunu tərk edəcəyini bildirmişdi. PODOLSKİ “VERDER”ə “YOX” DEDİ“Bavariya”nın forvardı “Köln”ə keçəcəkBremenin “Verder” klubunun direktoru Klaus Allofs dünən mətbuata maraqlı açıqlama verib. Direktor bildirib ki, onlar “Bavariya”dan ayrılmaq fikrinə düşən hücumçu Lukaş Podolskini almaq istəyirlər. Ancaq forvard onların təklifini qəbul etməyib. “Biz çox istəyirik ki, Podolski komandamızda oynasın. Onun güclü potensialı var. Amma çox təəssüf ki, forvard ”Köln" klubuna keçmək niyyətindədir" deyə direktor qeyd edib.
|
45,048 |
26.12.2008 09:54
|
İdman
|
ZİDAN BAKIYA GƏLİR
|
Qeyd edək ki, Zidan üç dəfə dünyanın ən yaxşı futbolçusuna verilən “Brilyant top”a, bir dəfə isə Avropanın ən yaxşı oyunçusuna verilən “Qızıl top”a sahib olub.Zidanla yanaşı, dünyanın ən məşhur məşqçilərindən olan Ko Adrianse də Azərbaycanda çalışmaq təklifi alıb. 61 yaşlı hollandiyalı mütəxəssis bu yaxınlarda ölkəmizə gələ bilərmiş. Çox cəlbedici təklif alan Adrianse bunu Hollandiya mətbuatına verdiyi müsahibədə açıqlayıb: “Hollandiya klublarından biri mənə baş məşqçi postunu təklif etmişdi. Avstraliyaya da getməyimi xahiş edirdilər. Amma fikrimcə, ora çox uzaqdır. Azərbaycanda da məni iş başında görmək istəyirdilər. Azərbaycan çox varlı ölkədir və orada çox pul qazana bilərdim”. Qeyd edək ki, 1997/2000-ci illərdə “Villem II”nin baş məşqçisi olan Adrianse 2000/01 mövsümünü “Ayaks”ın əsas komandasının sükanı arxasında keçirib. 2002/05-ci illərdə heç kimin tanımadığı “AZ Alkmar”la tarix yazan çalışdırıcı 2004-cü ildə Hollandiyanın ən yaxşı məşqçisinə verilən “Rinus Mihels mükafatı”nı qazanıb. 2005/06 mövsümündə vətəni tərk edib Portuqaliyaya üz tutan Adrianse bir ildə üç titula sahib çıxıb. Onun baş məşqçisi olduğu “Portu” həm ölkə çempionu, həm kubokunu qazanır, mütəxəssis isə 2006-cı ilin ən yaxşı məşqçisi seçilib.
|
45,049 |
26.12.2008 09:56
|
İdman
|
ŞAHİN DİNİYEV KADIROVDAN QORXUR?
|
Ancaq “Terek”in futbolçularının uduzduqları oyundan sonra şir və pələngə yem olması ilə bağlı qorxu yoxdur. Belə ki, qəfəsdə saxlanılan vəhşi heyvanlar ciddi nəzarət altındadır. Qeyd edək ki, Diniyev yanvarın 1-də “Terek”in düşərgəsinə yollanaraq, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi kimi işinə başlayacaq.
|
45,050 |
26.12.2008 09:36
|
İdman
|
“BİR DAHA SƏHV ETMƏK İSTƏMİRƏM”
|
Bundan əlavə, bir sıra makedoniyalı oyunçular da Azərbaycan klublarından təklif aldıqlarını gizlətmirlər. Ancaq həmyerliləri ilə danışıq aparmayan məşqçi onlara görə pis vəziyyətdə qalmaq istəmir. “Bakı”da yeganə makedoniyalı futbolçu Draqan Naçevski etimadı doğruldur. Georgi Xristovun isə oyunu alınmadı. İndi mənə makedoniyalı oyunçu lazım deyil".
|
45,051 |
26.12.2008 09:28
|
İdman
|
SİLVA, KLOZE, SEMİH VƏ SUBAŞİÇ
|
Dünyanın ən məhsuldar oyunçusu isə braziliyalı Dias da Silvadır. Bütün qollarını Cənubi Amerikanın klub turnirlərində vuran futbolçu 19 dəfə rəqiblərini məyus edib. Avropanın ən yaxşısı olan almaniyalı Miroslav Klozenin hesabında isə 15 qol var.Azərbaycan futbolçuları arasında il ərzində ən çox qol vuran oyunçu isə Branimir Subaşiçdir. O, milli komandada 2, çıxış etdiyi “Srvena Zvezda” ilə qitə kuboklarında 1 qol vurub.
|
45,052 |
26.12.2008 09:57
|
Astrologiya
|
ULDUZ FALI
|
QOÇ - Nəzərə alın ki, ortalığa pulla bağlı problemləriniz çıxa bilər. Bu səbəbdən də adı çəkilən mövzuya kifayət qədər həssas yanaşmalısınız. Ciddi sövdələşmələrdə iştirakdan yayının. BUĞA - Sağlamlığınıza fikir verin. Ulduzların düzümü fiziki xəsarətlər alacağınızı da istisna etmir. Tanış olmayan ünvanlara getməyin. Axşama yaxın sevindirici hadisələrin şahidi olacaqsınız. ƏKİZLƏR - Göy qübbəsi varlanma ehtimalınızın yüksək olduğunu bəyan edir. Bu səbəbdən də ümid bağladığınız bütün istiqamətlərə baş vurun ki, kisəniz boş qalmasın. Yeni görüşlərdən yayınmayın. XƏRÇƏNG - Səhər saatlarında müəyyən gərginliklə üzləşmə ehtimalınız olsa da, sonrakı müddəti uğurlu keçirəcəksiniz. Yeni təkliflər alacağınız da mümkündür. Bir sözlə, sürprizlərə hazır olun. ŞİR - Ailə üzvlərinizlə, xüsusən də sevdiyiniz adamla münasibətləri qaydasına salmaq istəyirsinizsə, güzəştə gedin. Unutmayın ki, həmişə kəsə yolla getmək olmur. Axşamsa qonaq gedin. QIZ - Yeni xəbərlər yolunuzu gözləyir. Bütün astroloji göstəricilər nahardan sonra ağlınıza gətirmədiyiniz adamların sizə sürpriz vəd edəcəyini xəbər verir. Görüşləri təxirə salmayın. TƏRƏZİ - Yaxşı olar ki, ağır fiziki işlərə, ümumiyyətlə, fəaliyyətə ara verəsiniz. Əsas diqqətinizi istirahətə və gəzintilərə həsr edin. Xəstə qohumlarınıza mütləq baş çəkin. ƏQRƏB - Hər mənada uğurlu gündür, bir şərtlə ki, əsəblərinizi cilovlaya biləsiniz. Yalnız xeyirli şeylər arzulayın ki, sizə də xeyir gəlsin. Fəaliyyətdə uğurlarınız arta bilər. OXATAN - Mübahisəli bir təqvim yaşayacaqsınız. Təmkininizi qoruya bilməsəniz, ciddi münaqişələrə də cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ailədə emosional çıxışlara son qoyun. OĞLAQ - Səhhətinizi qorumağı bacarsanız, ulduzlar sizi əməlli-başlı sevindirəcək. Saat 13-15 arası maraqlı bir təklif alacağınız gözlənilir. Çalışın ki, imtina etməyəsiniz. SUTÖKƏN - Ümumi gərginliyiniz kifayət qədər səngiyəcək. Ünsiyyətdə olduğunuz insanlarla, ələlxüsus da həmkarlarınızla davranışlarda mülayim olun. Perspektivli təkliflər ala bilərsiniz. BALIQLAR - Hər ehtimala qarşı emosiyalarınızı cilovlamalısınız. Əsas enerjini biznesə həsr edin. Çünki büdcənizi artırmaq və sövdələşmələr aparmaq üçün olduqca düşərli gündür.
|
45,053 |
26.12.2008 09:03
|
Dünya
|
İNQUŞETİYADAKI 12 TERRORÇU ÖLDÜRÜLDÜ
|
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 10 ədəd odlu silah və çoxlu miqdarda silah-sursat aşkarlayıblar. Qeyd edək ki, əməliyyat dekabrın 24-də başlayıb. Məhv edilən terrorçular bir sıra ağır cinayətlərdə ittiham olunurdular.
|
45,054 |
26.12.2008 11:23
|
Gündəm
|
“AZAL”-ın BELÇİKADA ERMƏNİ İŞÇİSİ VAR?
|
...Lakin AZAL şirkətinin nümayəndəsi və Azərbaycana biletləri qeydiyyatdan keçirən, həmçinin satan adam erməni qadın idi. Əlbəttə, mənə verilən bu xəbərin gerçək olduğunu görüb, çox məyus oldum” ”“ deyə, soydaşımız məktubunda bildirib. O, daha sonra vurğulayıb ki, AZAL şirkətinin Azərbaycana təyyarə ilə uçmaq üçün biletlərini hər hansı bir şəxs aldıqda öz pasportunu da verməlidir: “Həmin erməni qadın pasportların surətini çıxarır. Bu isə o deməkdir ki, AZAL-ın xidmətindən istifadə edən Azərbaycan Respublikasının bütün vətəndaşları şəxsi məlumatlarını asanlıqla əldə edir və erməni başkəsənlərinə ötürür. Bu, dəhşətdir. Mən həmin erməni qadınını AZAL-ın təmsilçisi olduğunu gördükdə hisslərimi ifadə etməyə söz tapa bilmirəm”.Ə.Quliyev vurğulayır ki, Meri Sargsyan adlı erməni qadın fransız, holland, alman və ingilis dillərində danışa bilmir, yalnız rusca bilir. “Ən dəhşətlisi budur ki, onlarla ali təhsilli azərbaycanlı qızlar və oğlanlar burada (Belçikada) özlərinə layiq iş tapa bilmirlər ”“ baxmayaraq ki, bir neçə xarici dil bilirlər. Ancaq bircə xarici dildə danışa bilməyən erməni qadın Azərbaycan şirkətində təmsilçi işləyir və biletləri realizə edir”.Xüsusilə onu da vurğulayaq ki, Ə.Quliyev AZAL-dan həmin erməni qadının meri.sargsyan@kales.com e-mail ünvanına məktub göndərildiyini əks etdirən şəkil də yollayıb.AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli isə Lent.az-a açıqlamasında əvvəlcə onların Belçikada heç bir təmsilçilərinin olmadığını deyib. Lent.az-ın araşdırmaları nəticəsində məlum olub ki, AZAL-ın Brüssldə satış ofisi var. Bu məlumatla yenidən M.Səfərliyə müraciət etdikdə o, bunları söyləyib: “Biz Belçikadakı bir Hollandiya şirkəti ilə əməkdaşlıq edirik. Həmin şirkətin adı “Kales”-dir. Ancaq biz orada Sargsyan və ya digər soyadlı şəxslərlə müqavilə bağlamamışıq. Sadəcə, “Kales” təşkilatı lazım olanda bizim biletlərin satışına kömək edir. Bu, beynəlxalq bir təşkilatdır. Təkrar edirəm, biz elə bir qadın tanımırıq və həmin adda adamla müqaviləmiz də yoxdur. Biz “Kales” təşkilatını tanıyırıq. Bizim üçün maraqlı deyil ki, bileti orada erməni, yoxsa gürcü satır. Ancaq bizim üçün maraqlı olar ki, bileti erməni satmasın”.Bununla yanaşı, M.Səfərli məsələnin araşdırılacağını deyib.Göründüyü kimi, M.Səfərlinin adını çəkdiyi “Kales” şirkətinin adı Meri Sargsyanın e-mail ünvanında da fiksə olunub. Ancaq M.Səfərlinin “tanımırıq” dediyi həmin qadının e-mail ünvanına AZAL-dan məktub da göndərilib ”“ fotoda gördüyünüz kimi...
|
45,055 |
27.12.2008 09:48
|
Gündəm
|
BRÜSSELDƏ AZƏRBAYCANA BİLET SATAN ERMƏNİ KIMDIR?
|
Sayt M.Sarqsyanın hansı ölkənin vətəndaşı olduğu, harda doğulduğu, “Kales” şirkətində nə vaxtdan işlədiyi kimi məsələlərlə maraqlanıb. Amma bilet satışı agenti bu sualların heç birini cavablandırmayıb. Bildirib ki, onun fəaliyyətinin milliyyəti, vətəndaşlığı kimi məsələlərlə bağlılığı yoxdur. Sarqsyanın dediyinə görə, o, əslində başqa aviaşirkət üçün işləyir: “Amma sizin müştərilər rusca danışdığından və mən də rusca danışa bildiyimdən bəzi rusdilli müştəriləri mənə istiqamətləndirirlər. Əgər belə olmasa, mənim ”Azərbaycan Hava Yolları" ilə heç bir işim yoxdur". Ermənistan-Azərbaycan münaqişəsindən xəbərdar olduğunu təsdiqləyən M.Sarqsyan bunun məsələyə heç bir aidiyyəti olmadığını vurğulayıb: “Bu məsələni müzakirə etmək istəmirəm. Əgər sizin mənim ”Azərbaycan Hava Yolları"nın müştəriləri ilə işləməyimə hər hansı etirazınız varsa, direktorumuza məktubla müraciət edə bilərsiniz”.Gün ərzində neçə azərbaycanlı müştəriyə bilet satdığını da demək istəməyən M.Sarqsyan qeyd edib ki, müştərilərə elə müştəri kimi baxır: “Mənim üçün müştəri elə müştərirdir. Bu, mənim işimdir. Vəssalam. Əgər sizə rəsmi nəsə lazımdırsa, müdriyyətə müraciət edin”.M.Sarqsyan Azərbaycan mediasının diqqətindən təəccübləndiyini söyləyib: “Bu çox qəribədir. Heç vaxt düşünməzdim ki, belə şey mümkündür”. “Media forum” “Azərbaycan Hava Yolları” üçünÿ Brüsseldə bilet satışını həyata keçirən ÿagentin erməni olması xəbərini yayan azərbaycanlıya - Ədalət Quliyevə də zəng edib.Ə.Quliyev əslən Cəbrayıl rayonundandır. 1983-cü ildə Rusiyaya köçüb. 15 ildir Belçikada yaşayır. Belçika vətəndaşıdır. Alman, holland, fransız, ingilis, rus dillərini mükəmməl bildiyini deyir.“Media forum”a açıqlamasında Ə.Quliyev deyib ki, o, erməni agenti haqda xəbəri alan kimi bilet satışının həyata keçirildiyi ofisə gedərək M.Sarqsyanla görüşüb: “Onun Belçika vətəndaşı olmadığına yüz faiz əminəm. Çünki onunla əvvəlcə ingilis dilində danışdım. O bu dili çox aşağı səviyyədə bilir. Ondan fransız, holland, alman dillərini bilib-bilmədiyini soruşdum. O yalnız rus dilində mükəmməl danışdığını söylədi. Onunla başqa söhbətimiz olmadı”.Ə.Quliyevin sözlərinə görə, Belçikanın üç rəsmi dövlət dili var: fransız, holland, alman: “Belçikada vətəndaşlıq alanda bu dillərdən birindən imtahan verməlisən. Sərbəst danışıb-yazmağı bacarmasan, təbii ki, bu dil imtahanından keçə bilməzsən. Bundan başqa, Belçikada işə qəbul olunmaq, xüsusilə Sarqsyan kimi beynəlxalq təşkilatda işləmək üçün mütləq üç dili - fransız, holland və ingilis dillərini bilməlisən. Bütövlükdə burda işə qəbul prosesi çox mürəkkəbdir. Professional səviyyəsi aşağı olan adamı heç vaxt işə götürməzlər. Bu baxımdan Sarqsyan çox ciddi istisnadır və mən onun belə şirkətdə işə götürülməsini çox təəccüblə qarşılayıram”.Ə.Quliyev nə vaxtsa Bakıya gələndə M.Sarqsyandan bilet almadığını bildirib: “Lakin bilirəm ki, azərbaycanlıların çoxu Bakıya gedəndə bu şirkətin xidmətindən istifadə edir”.“Azərbaycan Hava Yolları” üçün Brüsseldə bilet satışını həyata keçirən agentinin erməni olması xəbəri dekabrın 26-da yayılıb. Artıq “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Kales” şirkətinə müraciət edərək M.Sarqsyanın başqa millətdən olan agentlə əvəz olunmasını tələb edib.
|
45,056 |
27.12.2008 09:50
|
Ölkə
|
OĞURLANMIŞ DƏVƏÇİLİ BACILARLA BAĞLI MƏHKƏMƏ TƏXİRƏ SALINDI
|
Lakin vəkillər gəlsəydilər də qızların atası Zamir Məcidov prosesin keçirilməsinə qəti etiraz edib məhkəmədə iştirak etməyəcəkdi. O, qəzetimizə açıqlamasında prosesin gedişindən narazı olduğunu və hakimlərin müstəqilliyinə, obyektivliyinə inanmadığını dedi. Bildirdi ki, hələ prosesdən bir neçə gün əvvəl Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədrinə, Məhkəmə-Hüquq Şurasına, Ədliyyə Nazirliyinə və digər qurumlara müraciət edərək işə baxan hakimlərə etiraz edib. Zərərçəkən işin Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə tərkibindən alınmasını istəyir: “Bu adamlar açıq-aşkar əsl cinayətkarları gizlətmək yolunu tutub. Təqsirləndirilən Təvəkkül İsmayılov məhkəmədə açıq dedi ki, uşaqları kimin sifarişi ilə oğurlayıb və kimə təhvil verib. Amma məhkəmə həmin adamı nə yolla olursa-olsun məsuliyyətdən kənarda saxlamağa çalışır. Biz bu hakimlərə inanmırıq”.Qeyd edək ki, Təvəkkül İsmayılov məhkəmədə uşaqları Dəvəçinin polis rəisinin müavini Məmmədmusa Hüseynovun sifarişi ilə oğurladığını və ona təhvil verəndən sonra qızların aqibətindən məlumatsız olduğunu bildirib.Z.Məcidov hakimlər dəyişməyincə etiraz əlaməti olaraq zərərçəkmiş kimi məhkəməyə qatılmayacaq: “Bu barədə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə müraciət göndərdim. Teleqramla cavab verdilər ki, proses bizim iştirakımız olmadan da davam etdiriləcək”.Bundan sonra Z.Məcidov dövlət başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib: “Onlara da yazmışam ki, iki uşağımın qanını açıq-aşkar batırırlar”.
|
45,057 |
27.12.2008 09:51
|
Ölkə
|
GƏNCƏDƏ ANA 13 YAŞLI QIZINI ƏRƏ VERİB
|
Faktla bağlı Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
|
45,058 |
27.12.2008 09:48
|
Dünya
|
ASİYANIN İKİ NÜVƏ ÖLKƏSİ MÜHARİBƏYƏ HAZIRLAŞIR
|
Qüvvələrin bir hissəsi Pakistanın Əfqanıstanla sərhədləri yaxınlığından Hindistan sərhədlərinə göndərilir. Hərbi komandanlıq bu yerdəyişmə ilə bağlı şərh vermir. Hindistan isə öz növbəsində Pakistanla sərhəd bölgələrindəki atom elektrik stansiyalarının mühafizəsi üçün milli qvardiya bölmələri göndərib. Qoşun növlərinin komandanları isə Dehlidə baş nazirə ölkənin müdafiə qabiliyyəti haqda hesabat veriblər. Generallar Pakistanın sərhədə qoşun yığması ilə bağlı bildiriblər ki, Hindistan ordusu ölkəni müdafiə etmək üçün hazırdır.
|
45,059 |
27.12.2008 09:25
|
Kriminal
|
BAKIDAKI PARTLAYIŞLA GÖRƏ TUTULAN ŞƏXS ÖZÜNÜ TƏQSİRLİ BİLMİR
|
E.Behbudov deyib ki, təqsirləndirilən E.Niftəliyev hadisə ilə əlaqədar Nizami rayon Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində ona işgəncə verildiyini, təhqir olunduğunu bildirilib. Komitə sədrinin sözlərinə görə, təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini və partlayışda günahkar olmadığını da deyib.E.Behbudov Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində baş verən işgəncə faktları ilə bağlı daxili işlər nazirinə ünvanlandığı məktuba cavab almadığını da qeyd edib.
|
45,060 |
27.12.2008 06:56
|
Kriminal
|
HÜSEYN DƏRYA VƏRƏMLİ MƏHKUMLARIN YANINA GÖNDƏRİLİB
|
Bu barədə lent.az-a bu gün İstintaq Təcridxanasında olmuş İşgəncələrə Qarşı Mübarizə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov məlumat verib. O bildirib ki, reper Müalicə Müəssisəsinə xəstəliyi ilə əlaqədar göndərilib.
|
45,061 |
27.12.2008 09:52
|
Siyasət
|
İSA QƏMBƏR RESPUBLİKAÇILAR İNSTİTUTUNUN RƏHBƏRİ İLƏ GÖRÜŞÜB
|
Görüşdə ölkədəki ictimai-siyasi durum, demokratiya, insan hüquqları və söz azadlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkə Konstitusiyasına edilməsi nəzərdə tutulan antidemokratik dəyişikliklərlə bağlı məsələ də müzakirə predmeti olub. Daha sonra Müsavat Partiyası ilə Beynəlxalq Respublikaçılar İnstitutunun 2009-cu il üçün əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparılıb.
|
45,062 |
27.12.2008 09:57
|
Kriminal
|
AĞIR YOL QƏZASI: 1 ÖLÜ, 10 YARALI
|
Tovuz Rayon Polis Şöbəsinin baş müstəntiqi Nəsimi Vəliyevin lent.az-a verdiyi məlumata görə, qəza nəticəsində sürücü Kamil Həsənov həyatını itirib, 10 sərnişin isə müxtəlif xəsarətlərlə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır. QADINI VURAN SÜRÜCÜ QAÇDIDekabrın 25-də saat 20.00 radələrində Səbayel rayonundakı G.Əliyev küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Zeynəb Həsənova vurulub. Nəticədə xəsarət almış Z.Həsənova xəstəxanaya yerləşdirilib. Səbayel rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. ÖZÜNÜ POLİS KİMİ TƏQDİM EDƏNLƏRDƏN DAHA BİRİ TUTULDUPaytaxtda özlərini polis əməkdaşları kimi təqdim edən dəstənin daha bir üzvü həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Quliyev Bakı şəhər sakini Seymur Hacıyevə hədə-qorxu gələrək 5000 manat verməsini tələb edib. Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Quliyev həbs edilib. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparırlır.Yada salaq ki, dekabrın 25-də dəstənin digər üzvləri Ruslan Allahverdiyev və Anar Səmədov də həbs edilib. LƏNKƏRANDA FƏHLƏ YEMƏKXANASINDA BIÇAQLANMALənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib (ANS). Hadisə Lənkəran şəhər Əliağa Vahid küçəsində yerləşən qarışıq ticarət mərkəzinin fəhlə yeməkxanasında baş verib. Rayonun Mamusta kənd sakini 1971-ci il təvəllüdlü İlkin Sahib oğlu Fərəcov sərxoş vəziyyətdə həmin yeməkxananın işçisi, həmyerlisi Şilavar kənd sakini 1957-ci il təvəllüdlü Akif Təqdir oğlu Nəsirova mətbəx bıçağı ilə sağ döş nahiyəsindən xəsarət yetirib. Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Hadisəni törədən İ.Fərəcov özü polisə təslim olub. İlkin dindirmə zamanı o, hadisəni törətdiyini etiraf edib. UZUN MÜDDƏT AXTARIŞDA OLANŞƏXS TUTULDUBakının Sabunçu rayonunda axtarışda olan şəxs həbs edilib. Bu barədə lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata əsasən, saxlanılan 1972-ci il təvəllüdlü Faiq Mirzağa oğlu Dadaşovdur. O, Cinayət Məcəlləsinin 128.1-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə uzun müddət axtarışda olub. F.Dadaşov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. SANKT-PETERBURQDA 30 YAŞLI AZƏRBAYCANLININ CƏSƏDİ TAPILIBSankt-Peterburqda əsasən azərbaycanlıların işlədiyi “Sofiya bazası” kimi tanınan topdansatış ticarət mərkəzinin qarşısında kişi cəsədi tapılıb.APA-nın Sankt-Peterburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları soydaşlarımızın köməyi isə cəsədin şəxsiyyətini müəyyənləşdiriblər. Məlum olub ki, ölən şəxs əslən Şəmkir rayonundan olan, 1978-ci il təvəllüdlü Famil Hacıyevdir. Hadisə yerinə milis və prokurorluq orqanlarının nümayəndələri gəlsə də, mərhumun cəsədinin “morqa” aparılması axşam saatlarına qədər ləngiyib. Həkimlərin ilkin rəyinə görə, Famil Hacıyev yüksək dozada narkotik maddə qəbul etdiyinə görə dünyasını dəyişib. Mərhumun meyitinin Bakıya bazar günü yola salınacağı gözlənilir.
|
45,063 |
27.12.2008 09:48
|
Media
|
RADİO ANLAŞMASI
|
Amma media kluarlarında dolaşan məlumatlara görə, artıq Amerika və Azərbaycan hökumətləri arasında radiolarla bağlı anlaşma olub. “Alver” predmetinin nə olduğu ictimaiyyətə bəlli olmasa da, anlaşmanın nəticələri özünü sözügedən üç radiostansiyanın yaxın bir-iki aydakı fəaliyyətində, radikallığının artıb-azalmasında göstərəcək. Sözügedən radiostansiyaların yerli büro rəhbərliklərindən isə mövzu ilə bağlı heç bir şərh ala bilmədik. Onlar da bu qərarın özləri üçün gözlənilməz olduğunu dedilər.Qeyd edək ki, dekabrın 29-da MTRŞ-da prezidentin bu il noyabrın 4-də teleradio sahəsində təltif etdiyi 30-a qədər televiziya və radio işçisinin mükafatlandırma mərasimi də keçiriləcək. DAHA 6 KİV MƏTBUAT ŞURASINA ÜZV OLDUDünən Mətbuat Şurasının İdarə Heyəti 2008-ci ildə son iclasını keçirdi. Öncə qurumun 2008-ci ildə gördüyü işlərə dair hesabatının müzakirəsi keçirilib. MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Şuranın hesabatın ən əhəmiyyətli cəhətlərindən biri kimi orada “reket” qəzetlərin konkret adlarının açıqlanmasını göstərdi.MŞ İdarə Heyətinin üzvlərindən “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Azərmətbuatyayımı” ASC-nin rəhbəri Vüqar Səfərli “reket” qəzetlərin adlarının açıqlanmasını ictimai qınaq nöqteyi-nəzərdən mühüm hadisə kimi xarakterizə ediblər.ÿ Onlar bu istiqamətdəki fəaliyyətin davamlılığının zəruriliyini bildirərək cəmiyyətə mütəmadi olaraq məlumatlar verilməsini vacib hesab ediblər.İclasda daha 6 KİV-in Mətbuat Şurası sıralarına qəbulu barədə qərarlar çıxarılıb. “Ekspert” jurnalına, “Türküstan qəzeti”nə, “Day.az” İnformasiya Agentliyinə belə etimad göstərilib. Yeni üzvlər sırasında bölgə təmsilçiləri də vardır. Bunlar Gəncənin “Gəncəbasar”, Sumqayıtın “168 saat” və Hacıqabulun eyni adlı qəzetləridir. “BİZİM YOL” DÖVRİLİYİNİ ARTIRIR“Bizim Yol” qəzeti həftədə 6 gün nəşr olunacaq. Bu barədə qəzetin redaksiyasından verilən məlumatda bildirilib. Yanvar ayından etibarən həftədə 6 dəfə nəşr olunacaq “Bizim Yol” həftənin bazar günü istisna olmaqla digər bütün günləri satışda olacaq. Qəzet artıq abunə kampaniyasına start verdi. “Bizim Yol” qəzeti 2009-cu il üçün abunə kampaniyasına başlayıb.
|
45,064 |
27.12.2008 09:01
|
Yazarlar
|
FÖVQƏLADƏ VƏZİYYƏTƏ HAZIR OLUN...
|
Ziyalı adlanan ruhu qapqara adamları indi daha çox saray əyanlarına yaxınlıq maraqlandırır: “Belə daha yaxşıdır, kim gələcəkdi ki?” Hakimiyyət məmurları isə eyforiya içindədir: “Azərbaycan əbədi bizim oldu”.Doğrudan nə baş verib ki? Azərbaycanda konstitusiya adlı kitabın beş quruşluq qiyməti yox. Amma o kitab adamlar üçündür, onların hüquqlarının toplusudur. Deməli, ən əvvəl adamlara hörmət qoyulmayıb. İndi həm müxalifət, həm də təslimçiliyə köklənmiş cəmiyyət diqqəti ona yönəldirlər ki, guya konstitusiya aktı ən “bezdarnı” şairin kitabıdır və indi duyuq düşüblər ki, sən demə, redaktəyə ehtiyacı var.Xeyr, konstitusiya Moşu Göyəzənlinin şeirlər toplusu deyil, çox böyük dəyərə malik kitabdır. Ona prezident əl basır, and içir. Qurani-Kərimlə bərabər. Bəli, konstitusiya Quran ayəsi də deyil; maddələrini dəyişmək, əlavə və düzəlişlər etmək normal prosedurdur. Amma ona əl gəzdirib toplumun, ölkənin əsas qanunu yox, şəxsi stolüstü qeyd dəftərçəsi səviyyəsinə endirirlərsə, fövqəladə hadisə baş verir.Belə olduqda həyəcan siqnalı çalınmalı, cəmiyyəti ayıq olmağa, özünə hörmət etməyə çağırmaq lazımdır. Gizlədiləsi deyil, əslində neçə vaxtdır həyəcan siqnalı çalınır. Amma Azərbaycan cəmiyyəti fəal mübarizə əvəzinə... “podval”lara qaçır - özünü “bombalardan” qorumaq üçün.“Bombalar” isə başımıza yağır. Hakimiyyətlə mübarizənin ən pik vaxtı çoxları elə bilirdi ki, bu, məsələn, Müsavatın kürsü uğrunda davasıdır. Qıraqdan baxıb “bizə nə?” deyirdilər. Sonra dərd onların da bir-bir qapısını döydü.Evlərini, dükanlarını sökdülər, yollarının istiqamətini, qapılarını dəyişdilər. Günlərin birində konstitusiyanı yox, adlarımızı da dəyişsələr, nə edəcəyik ki?İndi qarşıdan referendum gəlir. Bütün dünyada maliyyə krizi yaşandığı vaxt (böhranın gələn il daha da dərinləşəcəyi gözlənilir) Azərbaycan heç nədən göyə pul sovuracaq. Büdcənin pulunu təbii ki...Konstitusiya dəyişikliyi məsələsinin daha bir fövqəladə tərəfi var ki, onu da unutmuşuq: Qarabağı. 1995-ci il konstitusiyanın qəbulu zamanı ərazilərimizlə bağlı çox mühüm bir bənd vardı: Naxçıvan muxtar dövləti. O zaman müxalifət və siyasi ekspertlər bunu Azərbaycanın unitar dövlət quruluşuna zidd hesab edirdilər və bu məsələ ciddi müzakirə predmetinə çevrildi. Hakimiyyətin bu addımının izahları vardı, amma onların arasında bir versiyanı da xatırladıram: “Gələcəkdə Qarabağa da muxtar dövlət statusu veriləcək”.Mötəbərliyinə şübhə etmədiyim bir mənbə deyir ki, konstitusiya düzəlişlərinə referenduma qədər yeni əlavələr gözlənilir. Qarabağa ermənilərin istədikləri kimi (həm də danışıqların əsas predmeti olan) muxtar dövlət statusu verilməsi də var. Həmin məsələlərin də referenduma çıxarılması üçün Konsitutsiya Məhkəməsinin rəyini almaq bir saatın, ən uzağı bir günün işidir. Hakimiyyət düzəlişlərə başdan başladı, Qarabağ isə həmişə ayaq olub.Əbədi hakimiyyətə razılıq verən “xalq” Qarabağ düzəlişinə qarşı müqavimət göstərə bilərmi? Bunu birmənalı söyləmək olmur. Amma hakimiyyəti - deməli, həm də hüquq və azadlığını itirməyə razılıq verənlər Qarabağı necə qoruyacaqlar? Qarabağ da fövqəladə məsələdir, elə hakimiyyət və konstitusiya qədər...Fövqəladə vəziyyətə hazır olun. Hamı “bomboubejişi”lərə doğru!!! Nazim SABİROĞLU
|
45,065 |
27.12.2008 10:03
|
Siyasət
|
HƏKİMLƏR ƏLİ İNSANOVU YOXLAMAĞA BAŞLADILAR
|
Keçmiş nazirin müalicə müəssisəsində nə qədər qalacağını söyləməkdə çətinlik çəkən idarə rəisinin müavini bunun müalicənin gedişindən asılı olacağını vurğulayıb: “Müayinə prosesi Əli İnsanovun təqdimatını verdiyi həkimlər tərəfindən aparılır”. Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi sabiq səhiyyə naziri Ə. İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması və Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarı dekabrın 12-də Azərbaycan hökuməti tərəfindən icra olunub. FƏRHAD ƏLİYEVİN DAHA BİR MƏHKƏMƏSİ OLDUDünən Ali Məhkəmədə hakim Əsəd Mirzəliyevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin kassasiya şikayətinə baxılıb. Sabiq nazirin vəkili İsaxan Aşurovun qəzetimizə verdiyi açıqlamaya görə o, F.Əliyevin sağlamlığının qorunması, tibbi yardım almaq, şəxsi və ailə həyatına hörmət hüquqlarının pozulması barədə iddia qaldırıb. Lakin nə birinci, nə də sonrakı məhkəmə instansiyaları iddianı təmin etməyiblər. Ali Məhkəmədə də şikayət təmin edilməyib. Vəkil “iddianızı sona kimi müdafiə edib Avropa Məhkəməsinə müraciət edəcəksinizmi” sualına “bu haqda hələ düşünməmişik” deyə cavab verib.
|
45,066 |
27.12.2008 09:45
|
Kriminal
|
BAKIDA 51 YAŞLI KİŞİNİ ALÇALDICI ŞƏKİLDƏ ZORLADILAR
|
Basqınçılar T.Ş-u alçaldıcı şəkildə zorlayıblar. Zərərçəkən xəstəxanada əməliyyat olunub və onun yoğun bağırsağından saç lakının dəmir qabı çıxarılıb.Nərimanov Rayon Polis İdarəsindən “ANS-press”ə verilən məlumata görə, T.Ş-un yaşadığı evə edilmiş basqın tamah məqsədi daşımayıb. Çünki evdən yalnız 12 manat pul və zərərçəkənin barmağında dəyəri o qədər də baha olmayan qızıl üzüyü aparılıb. Bundan başqa, evə baxış keçirən əməliyyatçıların sözlərinə görə, zərərçəkən çox kasıbdır və cəmi 8 kv.metrlik otaqda yaşayır. Qeyd edək ki, T.Ş. iki oğul atasıdır. O, hadisə zamanı evdə tək olub. Nərimanov Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsininÿ 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. BAKI SAKİNİ TOYDA ÖLDÜSumqayıtda toy mərasimində ölüm hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıtda yaşayan qohumlarının toy mərasiminə qatılan Bakı şəhər sakini məclis zamanı qəflətən vəfat edib.Hadisə Sumqayıt şəhərində fəaliyyət göstərən “Mətanət” şadlıq sarayında baş verib. Yaxın qohumun toyuna qonaq gələn, Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Fərrux Qiyas oğlu İsrafilovun səhhəti qəflətən pisləşib və o, elə oradaca keçinib. Hadisəni araşdıran istintaq qrupu F.İsrafilovun ürək tutmasından öldüyü qənaətinə gəlib. Faktla bağlı araşdırma aparılır. QAZ SOBASINDA AYAQLARI YANAN SUMQAYIT SAKİNİ ÖLDÜMənzilindəki qaz sobasında ayaqları yanan 53 yaşlı Sumqayıt sakini ölüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Tağıyev qəsəbəsində baş verib.Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Nuracəddin Qələmşah oğlu Nəsirov evində yerləşdirilmiş qaz sobası ilə ehtiyatsız davranaraq ayaqlarından ağır yanıq xəsarəti alıb. Ağır vəziyyətdə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. BAKIDA YAŞAYIŞ EVİNDƏ DAHA BİR PARTLAYIŞBakıda təbii qaz sızmasından daha bir partlayış baş verib (DİN). Dekabrın 25-də saat 13.55 radələrində Nəsimi rayonundakı Mərdanov Qardaşları küçəsində yaşayan Ziya İsgəndərova məxsus evdə hamam otağında təbii qazın sızmasından ani partlayış olub. Nəticədə Z.İsgəndərov yanıq xəsarəti alıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
|
45,067 |
27.12.2008 09:08
|
Ölkə
|
MONARXİYA ƏLEYHDARLARINA QARŞI REPRESSİYA BAŞLADI
|
“Mən Yeni Yasamalda Bünyadzadə küçəsində yaşayıram. Metronun ”İnşaatçılar" stansiyasından çıxıb ara yolla evimizə gedirdim. Bu vaxt “Qaqaş səni bir dəqiqə olar” deyə məni səslədilər. Səsə arxaya çönəndə gördüm ki, iki nəfər mənə tərəf gəlir. Biri dolu bədənli təxminən 170 santimetr hündürlüyündə, digəri isə ondan bir az balaca, lakin idmançı görkəmində olan şəxs idi. Yaxınlaşıb adımı soruşdular. Mən onlara adımı dedim və tanış olub-olmadığımızı söylədim. Onlardan biri dedi ki, səni tanıyırıq, qəzetlərdə şəkillərin çıxır. Çox yuxarıdan getmə. Sən kimsən ki, prezidentə qarşı çıxırsan? Partiyada özünü yaman gözə soxursan. Lazım gəlsə sizin hamınızın başını kəsərik”.Daha sonra onlar Müsavat Partiyasının üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədiblər.M.Kərimovun sözlərinə görə, bunun ardınca onlardan biri qəflətən sinəsinə yumruq vurdu: “Nəfəsim kəsildiyi üçün aşağı əyildim və onlardan biri məni təpiklə vurmağa başladı, yerə yıxıldım. Yerdə olarkən də onlar məni təpiklədilər. Bu zaman bir qadının qışqırdığını eşitdim. Məni döyənlər yaxınlıqda bir qadının bu vəziyyəti görüb qışqırmasından qorxuya düşərək qaçdılar”.M.Kərimovun sözlərinə görə, əsasən çiynindən xəsarət alıb. Müsavatçı baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdi.Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı baş verən hadisənin siyasi xarakter daşıdığını söylədi: “Baş verənləri ciddi hadisə sayıram. Cinayətin Konstitusiya Məhkəməsi qarşısında keçirilən piketdən dərhal sonra baş verməsi onun siyasi sifariş əsasında həyata keçirilməsindən xəbər verir. Bu olayın həm siyasi, həm də hüquqi tərəfdən araşdırılaraq cinayətkarların cəzalandırılmasını tələb edəcəyik”.
|
45,068 |
27.12.2008 09:12
|
Gündəm
|
HOLLANDİYADA AZƏRBAYCANLI AİLƏNİN DRAMI
|
“Baş verənlər hamımızın narahatlığına səbəb olub. Eyni hadisənin sabah başqa bir türk ailənin başına gəlməyəcəyinə heç kəs qarantiya verə bilməz. Biz istər imzatoplama kampaniyası, istərsə də yürüş keçirərək bu qərara etirazımızı bildirəcəyik. Çünki məhkəmənin bu qərarı mədəniyyət və ənənələrimizə ziddir. Hollandiyada fəaliyyət göstərən Türk və azərbaycanlı icmaları bu yanlış qərarın dəyişdirilməsi üçün atılacaq addımları birlikdə müzakirə edəcək. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana bu hadisəyə reaksiya verdiyinə görə dərnəyimiz adından təşəkkür edirik. Bundan başqa apardığımız araşdırmalar nəticəsində ailənin uşağının döyülərək deyil, pilləkəndən yıxılaraq öldüyü müəyyənləşib. Bunu təsdiqləyəcək şahidlərimiz də var”.Qeyd edək ki, Haaqada yaşayan Azəroğlu soyadlı azərbaycanlı ailənin 10 illik fasilədən sonra müalicə yolu ilə Arif (10), Xəlil (7) və Yunus (4) adlı üç uşağı olub. 2004-cü ildə bədbəxt hadisə nəticəsində ana üçüncü övladını əlindən salıb və bu ehtiyatsızlıq uşağın ölümü ilə nəticələnib. Uşağın işgəncə verilərək öldürüldüyünü iddia edən Hollandiya hakimiyyət orqanları ata və ananı valideyn hüququndan məhrum edərək uşaqları məhkəmə qərarı ilə lesbiyan ailəsinin himayəsinə verib. Azəroğlu ailəsi məhkəməyə müraciət edərək valideynlik hüququnu bərpa edib və uşaqları geri alıb. Hazırda hər iki uşaq müalicə almaq üçün Türkiyəyə göndərilib. Ailə məhkəmə qərarı ilə uşaqların yenidən əllərindən alınacağından ehtiyatlanır.
|
45,069 |
27.12.2008 09:05
|
Dünya
|
GÜRCÜSTANDA DA KONSTİTUSİYANI DƏYİŞDİRƏCƏKLƏR
|
Parlament çoxluğunun nümayəndələrindən biri olan Akakiya Minaşvili bildirib ki, prezidentin təşəbbüsü parlament bürosunda dekabrın 29-da müzakirə olunacaq. Sonra isə təşəbbüsü ictimaiyyət və siyasi partiyaların müzakirəsinə çıxaracaqlar. Təxminən bir ay sonra isə məsələyə parlamentin plenar iclasında baxılacaq. Lakin Minaşvili prezidentin konkret hansı təkliflərlə çıxış etdiyini bildirməyib. Gürcüstanın qüvvədə olan konstitusiyasına görə prezident parlamenti buraxmaq və hökuməti formalaşdırmaq səlahiyyətinə malikdir. Prezidentə qarşı impiçment prosedur isə mürəkkəbdir. Bir neçə həftə əvvəl Saakaşvili bəyan edib ki, ölkədə demokratikləşmənin yeni mərhələsini başladacaq və parlamentə əlavə səlahiyyətlər verilməsini istəyəcək. Həmçinin Gürcüstan prezidenti müxalifətin də dövlətin idarə edilməsində rol almasına imkan yaradan islahatların aparılacağını vəd edib. Xatırladaq ki, Azərbaycanda da konstitusiyada düzəlişlər üçün artıq referendumun vaxtı elan olunub. Gürcüstandan fərqli olaraq Azərbaycanda dəyişikliklər demokratikləşməyə deyil, eyni şəxsin ömürlük prezident olmasını təmin etməyə yönəlib.
|
45,070 |
27.12.2008 09:01
|
Dünya
|
TÜRKİYƏ PARLAMENTİNDƏ DAVA
|
Qalmaqala səbəb CHP millət vəkili Mevlut Aslanoğlunun Sakıkın onun haqqında irəli sürdüyü iddialara münasibəti olub. Kürd millət vəkili CHP-li həmkarını qaraciyər nəqli biznesində günahlandırıb. Aslanoğlu isə bu iddiaları təkzib edərək Sakıkın “agent” və “satqın” olduğunu deyib. Bunu eşidən kürd millət vəkili tribunaya tərəf hücum çəkərək Aslanoğlunu yumruqlayıb. Digər millət vəkillərinin araya girməsi ilə dava sakitləşib, iclasda isə fasilə yaranıb. Sakıkı daha sonra DTP-li həmkarları salondan çıxarıblar.
|
45,071 |
27.12.2008 09:18
|
Yazarlar
|
ZİYA MƏMMƏDOVUN GECƏ QULDURLARI
|
Bəs görəsən Bülbüləyə belə gecə basqınına səbəb nədir? Səbəb nə olacaq ki? Sən demə, magistral yolun kənarında bir Kəlbəcər qaçqınının tikdiyi ev həşəmətli nəqliyyat nazirimiz, “körpü, tunel, keçidlər kralı” Ziya Məmmədovun xoşuna gəlməyibmiş. Həmin gün əraziyə gələn Məmmədov işçilərini başına yığıb əmr verib ki, “mən kənddən çıxan kimi hamısını... o söz”.Amma Ziya müəllim nə boyda səhvə yol verdiyini yəqin ki, qəzetimizin dünənki sayını oxuyanda bilib. Söhbət ondan gedir ki, evin tikildiyi yer Kəlbəcər köçkünü Mehriban Quliyevaya şəxsən prezident İlham Əliyev tərəfindən verilib. 2005-ci ildə dövlət başçısı paytaxtı gəzərkən M.Quliyevanın anası onunla görüşə bilib. Qadın qızının körpə uşaqları ilə yaşamağa yeri olmadığının deyib və prezident M.Quliyevaya torpaq sahəsi ayrılması üçün göstəriş verib. İndi Məmmədov və qoçuları prezidentin göstərişini belə saya salmayaraq dövlətdən heç bir yardım almayan, işsiz-gücsüz qadını qışın soyuğunda iki körpəsi ilə bayırda qoyub.Böyük qəhrəmanlıqdır, eşq olsun! Özü də birinci dəfə deyil ki? Hər bir oliqarx-nazirin ətrafında bütöv bir qoçu ordusu var. Kimin hara gözü düşürsə, quldur-qoçularını səfərbər edib gecə oranı zəbt edir, qabağına keçən tikilini sökdürür. Bəlkə Biləcəridə, Bibiheybətdə belə olmadı? O boyda alim ordusu da gecələr səksəkə içində yatır ki, indi gələrlər, bu saat gələrlər.Maraqlıdır ki, bu tip hücumlar adətən şər qarışanda baş verir. Görünür, məsələni elə gecəykən həll etmək istəyirlər ki, heç kim, xüsusi ilə də media xəbər tutmasın. Elə dünən gecə baş verən hadisə də bunu sübut edir. Hadisə yerinə gələn müxbirimizdən ehtiyatlanan quldurlar söküntü işini yarımçıq qoyaraq ərazini tez-tələsik tərk ediblər. Sakinlər də müxbirimizə deyiblər ki, sən Allah heç hara getmə, onlar hər an qayıdıb evlərimizi başımıza uçura bilərlər.İndi neyləyək? Hər yeni tikilən məhəlləyə bir gecə növbətçisimi qoyaq? Axı, niyə belə olmalıdır? Məgər bu ölkədə qanun deyilən bir nəsnə yoxdurmu? Axı, niyə bu məmləkətdə qanun nəinki şah, heç yefreytor da deyil?!Dünən gecə “bu yeri mənə prezident verdirib” deyə özünü yandırmaq istəyən Mehriban xanım indi neyləməlidir, bu gecə quldurlarından bundan sonra necə sığortalanmalıdır?Evinin uçurulmasına dözməyib huşunu itirərək yerə yıxılan Mehriban xanımın iki körpəsi, Aytən və Elvin analarının başını qucaqlayıb ağlayırdılar. Baxın, diqqətlə baxın onların gözlərinə, cənab nazir və ümumiyyətlə cənablar. Baxın və bir də bu iki məsum körpənin göz yaşına səbəb olmayın! Quldurlarınıza yox deyin!
|
45,072 |
27.12.2008 09:19
|
Gündəm
|
PARLAMENT MARTIN 18-nə REFERENDUM TƏYİN ETDİ
|
Aynur Quliyeva bildirdi ki, əcnəbi şirkətlər vətəndaşların hüquqlarını kobud şəkildə pozur: “Həmin şirkətlərdə əcnəbilərlə bərabər azərbaycanlılar da işləyir. Amma ortada böyük ayrı-seçkilik qoyulur. İstər əməkhaqqı məsələsində, istərsə də əmək hüquqlarının qorunması məsələsində ciddi ayrı-seçkilik var. Bakıda Sinqapur şirkəti fəaliyyət göstərir. Bu şirkət işçiləriylə yalnız bir aylıq müqavilə bağlayır. Bir ay tamam olandan sonra heç bir səbəb göstərmədən həmin işçilər şirkətdən kənarlaşdırılır”. “4-5 sot torpaq verin, qərargah tikək” Fazil Qəzənfəroğlu rəhbərlik etdiyi partiyanın qərargahsız qaldığını deyərək, hökumətdən kömək istədi: “Demirik ki, dövlət xərcə düşsün. Sadəcə Bakı Şəhər İcra Hakimiyyəti 4-5 sot torpaq sahəsi ayırsın. Partiya rəhbərləri də yığışıb iş adamları ilə razılaşıb həmin yerdə ofis tiksinlər”. “Azəriqaz”dan əcaib qadağa Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli təmsilçisi olduğu rayonun problemlərindən danışdı. Bildirdi ki, hökumət qarşısında məsələ qaldırmasına baxmayaraq, hələ də İmişlidə işıq-qaz problemi həll edilməyib. Dedi ki, hər çıxışından sonra yerlərdə əhaliyə elektrik enerjisinin verilməsindəki fasilələr azaldılmaq əvəzinə, daha da artırılır: “Hətta havaların kəskin şəkildə soyuması belə enerjinin verilməsinə cavabdeh şəxslərin məsuliyyətini artırmadı. Əksinə, onlar havaların soyumasından daha çox bəhanə kimi istifadə etməyə başladılar. Guya ki, soyuqların düşməsi ilə əlaqədar sərfiyyat artdığından enerji çatışmır. Şəxsən mənim üçün aydın deyil ki, neft ölkəsi olan Azərbaycanda 21-ci əsrdə elektrik enerjisi niyə qıt olmalıdır. Hökumətin xəbəri varmı ki, son 2-3 ildə mənzillərin əksəriyyətinə qaz xətti insanların öz şəxsi vəsaitləri hesabına, həmçinin bələdiyyə vəsaiti və xeyriyyəçilərin vəsaiti hesabına çəkilib. Əgər ”Azəriqaz"ın ayırdığı çox cüzi vəsaitlə kifayətlənilsəydi, seçildiyim İmişli rayon mərkəzinin heç üçdə biri də qazlaşdırıla bilməzdi. Hətta “Azəriqaz” rayon rəhbərliyinə göndərdiyi son məktubda bələdiyyələrin, ayrı-ayrı xeyriyyəçi təşkilatların və insanların vəsaiti hesabına qaz xəttinin çəkilməsini və bərpa olunmasını da qadağan edib. Bu, nə deməkdir?" İ.Əkbərli spikeri səlahiyyəti daxilində bu məsələyə müdaxilə etməyə çağırdı.Qüdrət Həsənquliyev “GEN” MMC-nin fırıldağının qurbanı olanların problemindən danışdı: “İnsanlar xahiş edirlər ki, pulları batıb, heç olmasa Bakı Şəhər İcra Hakimiyyəti yer ayırsın, özləri ev tikdirsinlər”. Gülər Əhmədova telekanallardan narazıdır Gülər Əhmədova dedi ki, AzTV istisa olmaqla ölkə telekanalları gənc nəslin əxlaqını korlamaqla məşğuldur: “İradəmizdən asılı olmayaraq, evimizə daxil olan telekanallar mənasız verilişləri ilə əxlaqımızı korlayır”.Asim Mollazadə Türkiyədə “ermənilərdən üzr diləyirik” kampaniyasından narahatçılığını ifadə etdi: “Əksinə, ermənilər Xocalı soyqırımını törətdiklərinə görə cavab verməli və üzr istəməlidirlər. Təəssüf ki, biz indiyə qədər bu soyqırım barədə həqiqətləri lazımi səviyyədə dünyaya çatdıra bilməmişik. Bizim ölkədə ermənilərin dinc Azərbaycan sakinləri əleyhinə törətdikləri hərbi cinayətlərlə bağlı cinayət işi hələ də başa çatmayıb. Bu səbəbdən də Azərbaycan hələ də bu məsələ ilə bağlı beynəlxalq məhkəməsinə çıxa bilməyib”. Zahid Oruc bildirdi ki, işğalçı Ermənistanla ticarətin qadağasını nəzərdə tutan müvafiq qanunvericilik aktının qəbuluna ehtiyac var: “Düzdür, gömrük orqanları bu kimi hallara qarşı indiyə qədər uğurla mübarizə aparıblar. Ancaq bunun üçün müvafiq qanunvericiliyin qəbulu da zəruridir”.Bundan sonra gündəlikdəki ilk məsələnin - “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər haqqında” referendum aktı müzakirə olundu.Nizami Xudiyev qonşu Rusiyada qanunverici orqanın və prezidentin səlahiyyət müddətinin uzadıldığını xatırlatdı: “Azərbaycan bölgədə lider dövlətdir, prezident İlham Əliyevin alternativi yoxdur. Bir şəxsin iki dəfədən artıq prezident seçilməsiylə bağlı Konstitusyianın 101.5-ci müddəası demokratiyanın mahiyyətinə uyğun deyil”.Qüdrət Həsənquliyev dedi ki, belə ciddi bir məsələ öncə parlamentdəki müxalifət partiyaları ilə müzakirə olunmalı idi: “Amma bu sənəd heç YAP-ın Siyasi Şurasında da müzakirə olunmadan parlamentə çıxarılıb”.Astan Şahverdiyev, Yevda Abramov, Zahid Oruc, Gülhüseyn Əhmədov, Fəzail İbrahimli, Fəzail Ağamalı konstitusiyaya əlavə və dəyişiklikləri dəstəklədilər. Əli Əhmədov Azərbaycan parlamentinin tarixində əlamətdar iclasın keçirildiyini söylədi: “Mən əminəm ki, gələn il martın 18-də xalq referendumda Konstitusiyaya əlavə və dəyişikliklərə müsbət yanaşacaq”. 40 min imza təhlükəsi İqbal Ağazadə konstitusiya dəyişikliklərinə qarşı çıxdı: “Konstitusiyanın 101.5-ci maddəsinə edilən dəyişikliklər zamanın zərurəti, inkişafımızının rəhninin tələblərindən yox, YAP-ın hakimiyyətini uzatmaq istəyindən irəli gəlir”. Deputat konstitusiyanın digər bəndlərinə edilən dəyişikliklərdən də danışdı. O, ilk növbədə 40 min nəfərin imza toplayaraq dəyişiklik tələbini ortaya qoyması məsələsinə etirazını bildirdi: “Bu, ən qorxulu tendensiyadır, Azərbaycan üçün çox pis presedent yaradacaq. Azərbaycan milli, etnik konfliktlərin mövcud olduğu və hər zaman qonşu dövlətlər tərəfindən təhdid olunan bir yerdir. Azərbaycanda bununla bağlı adını çəkmək istəmədiyim qonşu dövlətlər dəfələrlə təhlükəli tendensiyalar yaradıblar. Azərbaycanda bununla bağlı bu gün də xarici ölkələrdə qruplar formalaşdırılır, işlənilir. Ölkədə dövlətçilik əleyhinə fəaliyyət göstərən qüvvələr var. Sabah bu 40 min adamı ayrı-ayrı dövlətlərin marağını ifadə edən milli etnik qrupların nümayəndələri ayağa qaldıracaqlar və Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi, Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı müraciətlər olunacaq. Onun hüquqi nəticəsini gözləməyəcəklər, sadəcə bəyan edəcəklər. Necə ki, 1988-ci ildə Dağlıq Qarabağda ermənilər bəyan elədi. Necə ki, 1988-ci ildə Dağlıq Qarabağ Azərbaycandan ayrıldığını bildirdi. Elan edəcəklər, arxasında duran xarici dövlət, xarici qruplar olacaq. Ayrı-ayrı beynəlxalq təşkilatlar milli-etnik qrupların tapdalanması, Azərbaycanın federal subyektlərə bölünməsi adı altında həmin qruplara dəstək verəcəklər. Bu konstitusiya dəyişiklikləri nəyə gedir? Niyə birdən-birə 40 min vətəndaşın konstitusiya dəyişiklikləri edilməsi üçün müraciət etməsinin mümkünlüyü məsələsi çıxdı ortaya?” İ.Ağazadə bildirdi ki, bu, Azərbaycan dövləti üçün çox ciddi təhlükə törədir: “Buna görə də Azərbaycanda indiyə qədər konstitusiyada müəyyən olunmuş səviyyədən başqa kimsəyə konstitusiyaya dəyişiklik edə bilmək səlahiyyəti verilməməlidir”. İ.Ağazadə bu təşəbbüsü qətiyyətlə rədd etməyə çağırdı. Deputat Milli Bankın adının dəyişdirilməsinə qarşı da çıxdı: “Bu gün Azərbaycanın dövriyyədə olan pul nişanlarının çap olunması üçün kifayət qədər pul xərclənib. Nə mənası var, Mərkəzi, ya Milli Bank?” İ.Ağazadə bildirdi ki, digər məsələlər sadəcə prezidentlik müddəti ilə bağlı təklifi əsaslandırmaq üçün layihəyə əlavə olunub. Millət vəkili dedi ki, əslində proporsional seçki sisteminin bərpası məsələsi konstitusiya düzəlişləri sırasına əlavə olunmalıydı: “Həmçinin yaxşı olardı ki, Azərbaycanın dövlət dili məsələsi gündəmə gətiriləydi. Azərbaycanda ölkə əhalisinin 95 faizi Azərbaycan türkləridir. Biz də dünyanın heç bir yerində anologiyası olmayan şəkilçili bir millət adından imtina edib öz adımıza qayıtmalıydıq və Azərbaycan türkü adı ilə dilimiz də, millətimiz də konstitusiyada təsbit olunmalıydı”.Rəbiyyət Aslanova və Yevda Abramov isə çıxışlarında İ.Ağazadənin milli etniklərin hüquqlarını pozduğunu bildirdilər. Müsavat deputat qrupundan sərt etiraz Müsavat deputat qrupunun koordinatoru Pənah Hüseyn də çox ciddi və arqumentli çıxış etdi. Öncə qeyd etdi ki, məsələnin mahiyyəti 101-ci maddədə ifadə olunan problemlə bağlıdır: “Təhlil nəticəsində görmək olar ki, bu 29 dəyişikliyin 28-i sadəcə olaraq bu məsələni bir qədər yayğınlaşdırmaq və pərdələmək üçündür. 29 əlavə və düzəlişin 20-si əlavədir ki, bunların əksəriyyətini Milli Məclis və Konstitusiya Qanunu vasitəsilə qəbul etmək mümkündür. Cəmi 7 dəyişiklik var ki, onların da 5-i yalnız terminaloji məsələlərlə bağlıdır. Yəni mahiyyət 101-ci maddədir. Bu referendum bir nəfər şəxsin təkrarən iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran konstitusiya normasının ləğvi haqqında referedumdur. Bunun adı budur”. P.Hüseyn bundan sonra Müsavat deputat qrupunun, Müsavat Partiyasının və təmsil etdiyi Demokratiya Uğrunda Hərəkata daxil olan KXCP və digər partiyaların etirazını ifadə etdi. Sonra isə o, Müsavat deputat qrupunun rəsmi etiraz bəyanatını parlamentin diqqətinə çatdırdı: “Müsavat deputat qrupu bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsini məhdudlaşdıran konstitusiya normasının ləğvini hazırkı prezident İlham Əliyev və onun komandasının Azərbaycanda demokratik hərəkatın əsas mahiyyətlərindən birini ləğv etmək, ölkədə faktiki olaraq ömürlük, avtoritar prezident hakimiyyəti və sülalə rejimi bərqərar etmək cəhdi kimi dəyərləndirir. Bu dəyişiklik ölkədə mövcud hakim siyasi qüvvənin totalitar antidemokratik səviyyəsini və zehniyyətini əyani şəkildə nümayiş etdirir. Onun apardığı siyasi kursun Azərbaycan xalqının demokratik dövlətçilik ənənələrinə, Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında və qüvvədə olan konstitusiyada ifadə olunmuş ideya və prinsiplərin ümumi ruhuna və fəlsəfəsinə zidd olduğunu, Azərbaycanın strateji maraqları üçün təhlükəyə çevrildiyini göstərir. Müsavat deputat qrupu xəbərdarlıq edir ki, bu referendum aktının gerçəkləşməsi nəticəsində ölkədə siyasi rəqabət mühiti pisləşəcək, cəmiyyət və dövlət idarəçiliyinə yeni ideyaların və insanların gəlməsi çətinləşəcək, hazırkı qlobal sosial-iqtisadi böhranın Azərbaycan qarşısında qoyduğu çağırışlara adekvat cavabların tapılması ləngiyəcək, Azərbaycan xalqının sivilizasiyalı xalqlar sırasında olan bir xalq kimi imicinə zərbə dəyəcək, durğunluq və staqnasiya meylləri güclənək, iqtisadi, sosial və siyasi sarsıntılara səbəb olacaq. Müsavat deputat qrupu hesab edir ki, indiki antidemokratik siyasi-hüquqi mühitdə və seçki (referendum) komissiyalarının tamamilə iqtidarın nəzarətində olduğu şəraitdə keçiriləcək referendumun rəsmi elan olunacaq nəticələri etimad doğura bilməz və xalqın suveren iradəsinin ifadəsi kimi qəbul edilə bilməz. Müsavat deputat qrupu yaranmış vəziyyətin bütün ciddiliyini qeyd edir, eyni zamanda diqqəti ona cəlb edir ki, müxalifətdə olan siyasi partiyaların və tanınmış qeyri-hökumət təşkilatlarının mütləq əksəriyyəti, xalqın vicdanı olan bir sıra mütərəqqi ziyalılar bu dəyişikliyə qarşı çıxıb. Bu Azərbaycan cəmiyyətinin böyük demokratik potensialının var olduğunun və yaşadığının sübutu, baş verənlərə demokratik müqavimətin təzahürüdür. Qəti əminik ki, Azərbaycanın gələcəyini iqtidardakı qüvvələrin ortaya atdığı bu antiislahat yox, həmin demokratik potensial və demokratik iradə müəyyən edəcək. Müsavat deputat qrupu demokratiya müdafiəçiləri ilə bir sırada dayandığını bəyan edir və bildirir ki, təklif olunan dəyişikliyə qarşıdır, referendumla bağlı təklif olunan qərarın əleyhinə səs verəcək”. Qeyd edək ki, P.Hüseyn, A.Səmədbəyli, İ.İsrafil, İ.Əkbərli və N.Nəsiblinin imzaladığı sənəd parlament jurnalistlərinə də paylandı. Olum, ya qalım məsələsi Daha sonra P.Hüseyn çıxışını davam etdirərək bildirdi ki, məsələ komissiyada müzakirə olunarkən təşəbbüsçülərə bir sıra suallar versə də, onlardan cavab ala bilməyib: “Birinci sual o idi ki, nə üçün sizin Azərbaycan vətəndaşının seçki hüququnu məhdudlaşdıran, ona hörmətsizlik ifadə etdiyini bildirdiyiniz bu norma məhz Heydər Əliyevin sədr olduğu Konstitusiya Komissiyası tərəfindən Konstitusiyaya daxil edilib? O dövrlə indiki dövrü fərqləndirən və bu normanı konstitusiyadan çıxarmağı zəruri edən hansı yeni hallar yaranıb? Məgər Heydər Əliyev kimi çox təcrübəli bir dövlət adamı bütün dövrlərdə çox ciddi disskussiyalara səbəb olan bu mühüm siyasi məsələni diqqətdən kənardamı saxlamışdı? Yaxud o dövrdə bu normanın çıxarılmasını məcbur eləyən, təzyiq göstərən, Azərbaycanda onun hakimiyyətini qorxudan hansısa qüvvələr var idi ki, indi həmin qüvvələr yoxdur?” Millət vəkili 26 ölkənin son dövrlərdə konstitusiya dəyişikliklərinə getdiyini təsdiqlədi: “Həmin 26 ölkənin içərisində bir ölkə varmı ki, o inkişaf eləmiş, sivilizasiyalı ölkələr qrupuna aiddir, Avropa Şurasının üzvüdür? Səbəb nədir indi Azərbaycanı Uqanda, Nigeriya, Belarus və Türkmənistan kimi ölkələrin sırasına salırıq? Bəlkə bizi buna məcbur eləyən, bilmədiyimiz səbəblər var?” P.Hüseyn bildirdi ki, referendum ölkənin hara doğru inkişaf etməsi ilə bağlı məsələdir: “Bu məsələ Amerikanın da qarşısında durmuşdu, Nigeriyanın da, Zimbabvedə də. Zimbabvedə Muqabe bunu necə həll elədi, məlumdur. O, dəyişdirdi və diktatura qurdu. Amerikada Corc Vaşinqton isə bu məsələni başqa cür həll elədi, hətta krallığın təklif olunmasına, üçüncü dəfə seçkiyə getməsinin təkid olunmasına baxmayaraq, könüllü şəkildə bundan imtina etdi və öz fermasına getdi. İndi Azərbaycanın taleyini də bu müəyyən edəcəkdir ki, İlham Əliyev Azərbaycanın Corc Vaşinqtonu olacaq, yoxsa Muqabesi. Olum, qalım məsələsi bundan ibarətdir”.Spikerin çıxışa reaksiyası maraqlı oldu: “İnşallah yaşayarıq, görərik”.Çıxışa yazılan A.Səmədbəyli və İ.Əkbərli təkid etsələr də, spiker onlara söz vermədi. Sədr YAP çoxluğunun “səsə qoyaq” çağırışlarına əməl etdi. Nəticədə 100 nəfər lehinə, 7 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla qərar qəbul edildi. 2 nəfər isə səs vermədi. S.Novruzovun ucadan “əla” replikasını YAP-çıların alqışları müşayiət etdi.Bundan sonra “Təhsil haqqında” Qanunun müzakirəsinə keçilsə də, vaxt azlığından müzakirələr növbəti iclasadək təxirə salındı. Referendumdan bir gün sonra bir həftəlik istirahət Qeyd edək ki, parlamentin qərarına əsasən, Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər layihəsi 2009-cu il martın 18-də referenduma çıxarılacaq. “Media forum” saytının məlumatına görə, Seçki Məcəlləsinə əsasən, seçkilərin, o cümlədən referendumun keçirildiyi gün qeyri-iş günü sayılır. Martın 18-i həftənin üçüncü gününə - çərşənbəyə düşür. Bir gün sonra isə Azərbaycanda bir həftəlik istirahət başlayır. Nazirlər Kabinetinin qərarı ilə 2009-cu ilin beş günü - martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı günləri elan olunub. Qanunvericiliyə görə, bayram günlərindən hansısa şənbə, yaxud bazara düşərsə, növbəti iş günləri bayram günlərinin əvəzinə istirahət verilir. 2009-cu ilin 21 və 22 martı, yəni Nazirlər Kabinetinin müəyyənləşdirdiyi beş günlük bayramın iki günü şənbə-bazara düşür. Ona görə də Nazirlər Kabineti növbəti həftənin iki gününü - 25 və 26-sını da istirahət günləri elan edib. Beləliklə, aydınlaşır ki, referendumdan sonra bir gün iş, yeddi gün istirahət olacaq.
|
45,073 |
27.12.2008 09:16
|
Siyasət
|
ELÇİBƏY HAKİMİYYƏTİNDƏ İCLASLARDA DAVA DÜŞÜBMÜ?
|
Əbülfəz Elçibəy hakimiyyəti dönəmində müdafiə naziri işləmiş Rəhim Qazıyevin “Bizim yol” qəzetinə müsahibəsinin anonsu verilib. Rəhim Qazıyevin dediklərindən belə məlum olur ki, Elçibəyin dövründə də hakimiyyətin yuxarı pillələrində təmsil olunanlar arasında bir-birinə qarşı güc işlətmək halları olub. R.Qazıyev hansısa məsələ ilə bağlı əsəbindən Əbülfəz Elçibəyi itələdiyini, İsa Qəmbəri isə tapança çıxarıb vuracağı ilə hədələdiyini bildirir.AXC hakimiyyəti dövründə prezidentin kimisə vurması və ya hansısa məmurların əlbəyaxa davası olub-olmadığını araşdırmaq qərarına gəldik. Bu məqsədlə söhbət etdiyimiz AXC iqtidarı dönəmində dövlət müşaviri vəzifəsində işləmiş Arif Hacılı bildirdi ki, hakimiyyətin demokratik və ya avtoritar olmasından asılı olmayaraq, hər hansı anlaşılmazlığın zor işlətməklə yoluna qoyulması utanc gətirən haldır. A.Hacılı vurğuladı ki, Əbülfəz Elçibəy tərəfindən hansısa məmura qarşı zor işlədilməsi, qeyri-mümkün idi: “Çünki Elçibəy yüksək intellektual səviyyəyə malik olan şəxsiyyət idi. Nə qədər əsəbi olsa da, heç vaxt münasibətləri qol gücünə həll etməzdi. Elçibəy hakimiyyəti zamanındakı yüksək vəzifəli məmurların arasında əlbəyaxa dava olduğunu xatırlamıram”.Elçibəy hakimiyyətində yüksək vəzifədə təmsil olunan şəxslərdən biri isə adının çəkilməməsi şərti ilə bir neçə maraqlı hadisənin baş verdiyini danışdı. Onun sözlərinə görə, prezident Əbülfəz Elçibəyin yanında Təhlükəsizlik Şurasının iclaslarının birində müdafiə naziri Rəhim Qazıyevlə daxili işlər naziri İsgəndər Həmidovun mübahisəsi dava həddinə çatıb. İsgəndər Həmidov Rəhim Qazıyevin üzərinə yerimək istəyib, lakin yanında əyləşmiş məmurlar onun qarşısını kəsiblər. Rəhim Qazıyevə əli çatmayan İsgəndər Həmidov masanın üstündəki külqabını ona tullayıb.Həmsöhbətimiz daha bir maraqlı olayda da tərəflərdən birinin Rəhim Qazıyev olduğunu deyir. İclasların birində R.Qazıyev dövlət katibi vəzifəsində işləyən Pənah Hüseynə sözlə hücum edib. Pənah Hüseyn isə ona qəndqabı ilə cavab verib.Həmsöhbətimiz Rəhim Qazıyevin “Bizim yol” qəzetində yuxarıda xatırlatdığımız fikirlərinə də münasibət bildirdi: “Hakimiyyət dövründə Rəhim Qazıyevlə normal münasibəti olan yeganə yüksək vəzifəli şəxs bəlkə də İsa Qəmbər idi. İsa Qəmbərə tapança çəkdiyi barədə dedikləri tamamilə yalandır. Rəhim Qazıyevin nə Əbülfəz Elçibəyi itələməsi, nə də İsa Qəmbərə tapança çəkməsi mümkün deyildi. O, buna cəsarət etməzdi. Rəhim Qazıyev bilirdi ki, Əbülfəz Elçibəyi itələməsi, İsa Qəmbərə tapança çıxarması, elə həmin anda onun şalvarının çıxarılması ilə nəticələnər. Rəhim Qazıyev bütün dövrlərdə Elçibəyi dahi şəxs adlandırırdı, Elçibəyə sadiq olduğuna bütün insanları inandırmağa çalışırdı”.
|
45,074 |
27.12.2008 08:23
|
Yazarlar
|
DANQO-DİNQO
|
Astan müəllim bəlkə də çox məşhur adamdır, çoxlu tələbələri, ya da ixtiraları-zadı var, hörmətli şəxsdir, pis insan deyil. Amma hər halda biz onun millət vəkili kimi hər hansı fəaliyyətinə rast gəlməmişdik, adını eşitməmişdik. Şərt o deyil ki, ədalətli adam ola, haqqı müdafiə edə, bir çoxları kimi yalan da danışa bilər, amma biz onun heç bu işini də görməmişdik.Nəhayət, dünən parlamentdə konstitusiya dəyişiklikləri ilə bağlı məsələ müzakirə olunarkən deputat Astan Şahverdiyev də dözməyərək söz alıb. Özü də nə desə yaxşıdır? Astan müəllim görüb ki, ölkədə dəyişhadəyiş başlayıb, iqtidardakılar hər gün bir dəyişiklik təklifi ilə çıxış edir, o da qoşulub həmkarlarına. Şahverdiyev də dövlət himninin musiqisində və sözlərində qısaltma aparılması ilə bağlı konstitusiyaya dəyişiklik edilməsi təklifini irəli sürüb. Təşəbbüsünü də belə əsaslandırıb ki, bəs, himnin sözləri və musiqisi uzundur. Sonra da boynuna alıb ki, vitse-spiker Bahar Muradova istisna olmaqla, Milli Məclisdə özü qarışıq heç bir deputat himnimizi oxumur.Açığı, mən Astan müəllimin bu cür siftəsinə görə təəssüflənirəm. Adama 2005-ci ildə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat mandatı verilib. 3 ildən çoxdur ki, millət vəkili adını daşıyır, amma bir dəfə ağzını açıb yaxşı, ya pis bir çıxış eləməyib. Bu üç ildə ölkədə bu qədər hadisə baş verib, amma kimsə görməyib ki, Astan Şahverdiyev hansısa məsələyə münasibət bildirsin. İndi durub deyir ki, himnin sözləri və musiqisi çox uzundur, onu qayçılamaq lazımdır. Himnin sözü, musiqisi uzun olar də...Xalq Cümhuriyyətindən bizə bir himn, bir də bayrağımız yadigar qalıb, indi ona da əl uzatmaq istəyirlər. Zaman-zaman bununla bağlı müxtəlif təkliflər səsləndirilib, gah himnin sözlərinin Əhməd Cavada məxsus olmadığını sübut etməyə çalışıblar, gah da musiqisinə dodaq büzüblər. Bir müddət öncə də deputatlardan biri himnin sözlərinin və musiqisinin uzun olduğunu deyib onları qısaltmağı təklif etmişdi. O zaman Zamin Hacı da təklif elədi ki, həmin deputatın soyadı çox uzun olduğuna görə qısaldılsın. İndi eyni təklifi Astan Şahverdiyev haqda da vermək olar, onun da soyadı uzundur. İndi neyləyək?Bu himn sizin üçün “Ay mənim Fatma nənəm”, “Əjdər əmi” mahnısı deyil ki, istədiyiniz vaxt tutub onu qayçılayasınız. Azərbaycanın dövlət atributları olan himnimiz və bayrağımız çox möhtəşəmdir. Bəlkə də ölkə daxilində çoxları bunu hiss etmir. Amma gedin baxın beynəlxalq təşkilatların mərkəzi qərargahlarının qarşısındakı bayraq meydanlarına, görün üçrəngli bayrağımız onlarla bayraq arasında necə möhtəşəm görünür. Yaxud görün beynəlxalq idman yarışlarında himnimiz səslənəndə adam hansı hissləri yaşayır.Vallah, bu hakimiyyət və onun ayrı-ayrı təmsilçiləri dəyişiklik məsələlərinin lap ağını çıxarıblar. Hər şeyi dəyişmək istəyirlər, bircə özləri dəyişmək fikrində deyillər. *** Kənd klubumuzun bir kinomexaniki var idi. Köhnə kinoları yeni hind filmi kimi camaata sırıyırdı. “Tansor disko” (“Disko rəqqası”) filminə baxmaqdan gözümüz yağır olmuşdu. Bir gün gördük ki, klubun üstündəki afişada beləcə də yazılıb: “Yeni hind filmi. Danqo-Dinqo. 16 yaşından aşağı uşaqlar buraxılmır”.Axşam klubda bir basabas yaranmışdı ki, gəl görəsən. Özümüzü qapı-pəncərdən birtəhər içəri dürtdük. Film başlayan kimi məlum oldu ki, kinomexanik kinoya gələn olmayacağını bildiyindən “Tansor disko”nu “Danqo-Dinqo” kimi soxuşdurub bizə.Bu hakimiyyətin dəyişikliklərlə bağlı təşəbbüsü həmin o “Danqo-Dinqo” məsələsinə oxşayır. Zabil MÜQABİLOĞLU
|
45,075 |
27.12.2008 09:24
|
Siyasət
|
İSGƏNDƏR HƏMİDOVUN QARDAŞI AMDP SƏDRİNİ SİYASƏTÇİ SAYMIR
|
“İsgəndər Həmidov bu ilin aprelində siyasətdən getdiyini bəyan edib. İsgəndən bəy özü-özünün ziddinə gedir. “Yeni Müsavat” qəzetində dərc olunan son müsahibəsində də onun söhbətin əvvəlində dediklərini az sonra təkzib etdiyinin şahidi ola bilərsiniz. Bu, İsgəndər bəyə xas xüsusiyyətdir. Bizim partiyada heç bir qanad yoxdur. Hər hansı mövqeyi olmayan, önəm daşımayan adamların kənarda dedikləri, nələrisə şişirdib guya partiyada müxtəlif qanadların, parçalanmanın olduğunu söyləməsi əhəmiyyətsiz fikirlərdir”.Tufan Kərimlinin bu açıqlamaları İsgəndər Həmidovun qardaşı Zakir Məmmədovun sərt reaksiyası ilə qarşılanıb. Z.Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər İ.Həmidov barədə hansısa fikirlər İsa Qəmbər, Əli Kərimli, İlham Əliyev, Ramiz Mehdiyev kimi səviyyəli siyasi liderlər tərəfindən səslənsəydi, onların fikirlərinə siyasi qiymət verərdi: “Tufan üç il ərzində partiyanın Yasamal rayon şöbəsini yarada bilmədi. Belə bir bacarıqsız şəxsin hansısa təşkilata rəhbərlik etməsi gülüncdür”.Z.Məmmədov T.Kərimlinin rəhbərlik etdiyi tərəfin Ədliyyə Nazirliyində üç gün əvvəl qeydiyyata alınmasına belə münasibət bildirdi: “Bu faktın özü əslində hər şeyi gün kimi aydınlaşdırır. Tufan Kərimli və Ramiz Tağıyevdən AMDP yaratmaq istəyirlər. Ədliyyə Nazirliyinin qarşısına siyahı qoyulub. Yəqin Tufan Kərimli o siyahıda gedir. AMDP-ni ən güclü dövrlərində 10 ildən artıq müddətdə qeydiyyata almırdılar. İndi Tufanın rəhbərlik etdiyi qrupu qeydə alıblar. Görünür, hökumət ümidlidir ki, Tufan Kərimli və onun rəhbərlik etdiyi qrup Azərbaycanda milli ruhu “qaldıracaq”. Uğurlu olsun”.Sonda Z.Məmmədov vurğuladı ki, İsgəndər Həmidov siyasətə qayıdası deyil: “Hansısa qurumun AMDP adı altında dövlət qeydiyyatına alınıb-alınmaması onu maraqlandırmır. Siyasi mübarizə aparmaq üçün siyasi səhnə olmalıdır. Azərbaycanda isə normal siyasi səhnə yoxdur”.
|
45,076 |
27.12.2008 09:25
|
Siyasət
|
AKİF NAĞIYA NİYƏ PARTİYA CƏZASI VERİLMƏYİB?
|
Qeyd edək ki, A.Nağı uzun müddət Müsavat Partiyasının Məclis və Divan üzvü olub. Hazırda o, Müsavat Partiyası Yasamal rayon təşkilatının üzvüdür. A.Nağı barədə partiya nizamnaməsinə uyğun olaraq hər hansı bir tədbir görülüb-görülmədiyinə aydınlıq gətirmək üçün Yasamal rayon təşkilatının sədr müavini Sevinc Hüseynovaya müraciət etdik.S.Hüseynova A.Nağının hərəkətinin rayon təşkilatının Şura iclasında kəskin tənqid edildiyini sölədi: “Akif Nağının davranışından mütəəssir olduq. Onun hərəkəti pislənildi”.S.Hüseynova A.Nağının məsələsinin müzakirə olunması üçün jurnalistin özünün şəxsən MNTK-ya müraciət etməsinin vacibliyini vurğuladı: “Gərək Zamin Hacı MNTK-ya müraciət etsin ki, onun şikayətinə baxılsın”.Z.Hacı isə MNTK-ya müraciət etmək fikrində deyil. “Divanın müzakirəsində Akif Nağının hərəkəti pislənildi və bəyanat verildi. Partiyanın mövqeyi mənə kifayətdir”.
|
45,077 |
27.12.2008 09:25
|
Müsahibə
|
“MƏNDƏ JURNALİSTİKADAN KÜSKÜNLÜK VAR”
|
50 yaşlı Zöhrab bəylə yubiley söhbətimiz iş gününün sonlarına yaxın, qısa bir zaman çərçivəsində baş tutsa da, özündə bir neçə maraqlı söhbətin dadını birləşdirdi. - 50 yaşlı Zöhrab bəy özünü necə hiss edir? Hələ yubilyar olmamışdan qabaq verdiyiniz müsahibədə “25 yaşdan sonra adam atlı olur, yaş piyada” demişdiz. Yenə də yaşın dalınca qaçırsız, yoxsa yoruldunuz? - Açığını deyim ki, bu yubiley söhbətinə, təbriklərə və sair baxmayaraq, mən özümü heç 50 yaşda adam kimi görə bilmirəm. - Bəs hansı yaşdasınız? - 33 yaşda. - Bütün hallarda, təqvim öz sözünü deyir. 50 yaşı bir cümlə ilə necə təsvir edərsiniz? - 50 yaşa çatana qədər çox şeylər itdi. Fövtə verilmiş günlər kimi. Aylara qıymadım. İndi adam baxır və düşünür ki, ilahi, kaş yenidən həmin illərə qayıtmaq mümkün olaydı. - Maraqlıdır, bu heyfsilənmənin içində mətbuatda keçirdiyiniz illərə də pay düşürmü? - Yekəxana çıxmasın, amma bu ölkədə mənim qədər jurnalistikaya vurğun adam olmayıb. Məni nə sındırdı? Lazımsız qəzetlərin sayı çoxaldı. Biz tanıdığımız, gördüyümüz jurnalistikanın üstündən xətt çəkdilər. Ağrılarımın səbəbi həm də mətbuata qarşı yaranan etinasızlıqla bağlıdır. Mən müəyyən müddət Moskvada qəzet çıxardım. İnanın, Moskvada metroya girməyin özü ləzzət idi. İnsanlar içəri girən kimi açıb qəzetlərini oxuyurlar. Bizdəsə indi qəzet alana çox təəccüblə baxırlar. Dərhal soruşurlar ki, yalan yazan qəzetləri niyə alırsan? - Mətbuatdan uzaq düşməyinizin səbəbi budur? Doğrudanmı qəzetlərin, agentliklərin, portalların sayının gün-gündən artdığı bir dövrdə könlünüzə yatan iş yeri tapa bilmirsiniz? - Yaş elə yaşdır ki, çoxlu dost-həmkarlar müxtəlif yerlərdə çalışırlar. Mütəmadi olaraq, ən müxtəlif yerlərdə işə dəvət edirlər. Amma mənim xarakterimdə bir pessimizm var. Cəmiyyətin aşınmasını görürəm. Ona görə də havaya güllə atmağa dəyməz. Kiminçün işləyirsən? Jurnalistikanın başı çox bəlalar çəkdi. Demirəm ki, jurnalistlərə heykəl qoyulmalıdır. Amma adam heç olmasa oxucudan reaksiya gözləyir. Lap söysün, desin ki, bu nədir yazmısan. Axı mən o qədər məsuliyyətlə yazıram ki, az qala qanımla... İki gecə iki paçka siqaret çəkib yazırsansa, oxucudan adi bir reaksiya ummağa da haqqın çatır. Nəsə məndə jurnalistikadan, həyatdan küskünlük var... - Bu, bir daha jurnalistikaya qayıtmayacağınız anlamına gəlir? - Mənim təbiətimdə qeyri-standartlıq var. Bu gün qəti şəkildə deyərəm ki, jurnalistikaya qayıtmayacam. Amma sabah mənə maraqlı görünəcək hansısa təklifə razılıq verə bilərəm. - Siz kənardan müşahidə edirsiniz. Mətbuatda nələr korlanıb sizcə? - Oxucunu qınadıq, öz yerində. Amma əksər hallarda günah özümüzdə, qeyri-peşəkarlığımızda, məsələyə yanpörtü baxmağımızda, olayları köntöy işıqlandırmağımızda olur. Sanki mətbuatda bir səliqə-səhman itib. Qeyri-peşəkarların sayı çoxalıb. Pinti-pinti, səviyyəsiz şəkildə qəzet adı ilə kağız parçası buraxırlar. Mətbuatın adından reket jurnalistikası inkiaşf etdi, amma bunun qarşısını alan olmadı. - 15-20 il əvvəl jurnalistikaya gəlmiş birisi olaraq, bu gün mətbuat mənzərəsinin bu qədər korlanmasına görə kimləri günahkar sayırsınız? Oxucunu, hakimiyyəti, redaktorları, yoxsa azacıq da olsa özünüzü? - Mənim iqtidarla işim yoxdur. Onlar bizi sıxmalı, jurnalist də müqavimət göstərməlidir. Sadəcə, indi iqtisadi mexanizm işləmir və nəticədə qəzet satılmır. İqtisadi sıxıntılar məcbur edir ki, qəzetlər kiminsə çaldığıyla oynamasın. Baş redaktor bunları saxlamalıdır. Günahkar axtarmaq bir az çətindir. Ölkə bir az tərbiyəli olsa, yaxşıdır. Jurnalistə rüşvət təklif etməyin özü təhlükəli olmalıdır. Amma bizdə bu, əksinədir. Öz payıma jurnalist olaraq, öyündüyüm məqam jurnalistikaya xələl gətirən heç nə etməməyimdir.
|
45,078 |
27.12.2008 09:31
|
Proje
|
KOTLETSEVƏN EYNULLA, QUZU ƏTİ MÜTƏXƏSSİSİ QƏNİMƏT, SƏLİQƏLİ SAKİT...
|
Mətbəxində oturmaq, yeməkdən, kulinariyadan, mətbəx ÇP-lərindən danışmaq istədiyimiz kimlərdir? Sizi deyə bilmərəm, amma neçə aylardır, jurnalist ictimaiyyətinin gözünü yolda qoyan həbsdəki həmkarları bu rubrika üçün ən arzuolunan, maraqlı müsahib ola bilər. Əslində bu söhbətçün onları çoxdan “gözaltı” etmiş, ilin sonunda gözlənilən əfv nəticəsində rubrikamıza dəvət etməyi düşünürdük. Neyləyəsən ki... Amma bu istəkdən vaz keçdi yoxdu, söhbəti özləri ilə yox, ailə üzvləri ilə gerçəkləşdirmək qərarına gəldik. Yəni həmkarlarımızın mətbəxini onlarsız “ələk-vələk” etdik, bəzi sirlərini öyrəndik, bir çox cəhətlərini üzə çıxardıq. Və nəticədə maraqlı söhbət alındı. “Eynulla kotleti və çayı çox xoşlayır” “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin dayı isə bizə yeməyi çox vaxt iş-gücə qurban verən oğlu, onun yemək zövqləri barədə danışır. - Eynulla bəy mətbəxdə necə idi? Hansısa yeməklər bişirə bilirdimi? - Düzünü deyim ki, yemək bişirə bilmir. Bəlkə adi qayğanağı bacarar. Amma bizim evdə yeməyi ancaq Eynullanın anası bişirir. Bizim mətbəxə girməyimizə ehtiyac qalmır. - Olubmu ki, nə vaxtsa mətbəxə girib, ev əhlinə maraqlı yeməklər bişirsin? - Evdə mətbəx düz qapının ağzındadır. Qapıdan içəri girən kimi mətbəxi görürsən. Acsansa, yeyib, çıxırsan. (gülür) Amma Eynullanın elə cəhətləri olmayıb ki, yemək bişirsin, süfrə bəzəsin. Həm anası buna imkan verməzdi, həm də özünün elə vaxtı yox idi. İşinə çox bağlıydı. Heç vaxt yeməyə xüsusi vaxt ayırmırdı. İşləri çox olanda heç evə gəlib yemək də yemirdi. Məsələn, bir də görürsən, axşam zəng edib yeməyə çağırırdıq. Deyirdi, bir saata gələcəm. Bir saat olurdu iki saat, iki saat olurdu üç saat. Bir də gecə saat 2-də, işlərini qurtarandan sonra gəlirdi evə. - Bəs yemək zövqü? Məsələn, “Gündəlik Azərbaycan”çıların danışdığına görə, anası ona hər axşam dadlı-dadlı yeməklər göndərirmiş. O da anasının bişirdiyindən başqa heç nə yemirmiş. Düzdü? - İş adamıydı, ona görə də yemək vaxtı harasa çıxa bilmirdi. Anası bişirir, uşaqlarla göndərirdi ki, ac qalmasın. Dəhşət kotlet xoşlayandı, səhər-axşam kotlet versən, bezməz. Hətta dostu Şahvələd də deyirdi ki, işdə kimsə ondan ayrı kotlet yeyirdisə, yalan olmasın, inciyirdi. Kotletini kiminləsə bölməyi isə həmin adama böyük sevgisini, hörmətini göstərirdi. Təxminən çörəyi yarı bölmək kimi. - Kaprizləri varmı yemək məsələsində? Nəyi xoşlayıb, nəyi xoşlamadığına uyğun qururdunuz rasionunuzu? - Heç bir kaprizi yox idi. Daşdan yumşaq nə versən, yeyirdi. Amma çayxorluğu var. Redaksiyadakılar bilir, bütün gün əlində çaşkası ilə gəzirdi. - Maraqlıdır ki, Eynulla bəyin karsa salınmasının səbəblərindən biri də türmədə verilən yeməklərdən narazı olmasıyla bağlı olub. Deməli, yemək məsələsində həssasdır. - Yox, o hay-küyü ordakı digər məhbuslara görə salmışdı. Özü türmə yeməklərini yemir. Həmin türmədə 1000 nəfər varsa, heç 500-nün yanına evdən yemək gətirmirlər. Eynulla da onların qabağına keyfiyyətsiz yemək qoyulduğu üçün narazılığını bildirmişdi. - Hər evin xörəyini yeyə bilirmi? - Nə deyim vallah... Elə kaprizləri olmayıb. Evdə də yeyirdi, lazım gələndə restoranda da, toyda da... - Bəs indi necədir? Türmədən nələri sifariş edir? Yeməklə bağlı xüsusi istəkləri olurmu? - Heç bir istəyi olmur. Hərdən zəng edəndə anası soruşur ki, səninçün nə bişirim. Aş, bozbaş kimi yeməklər istəyir. Qeyri-adi istəkləri olmur. Anasının yeməklərindən ötrü darıxır. - İlk vaxtlar anası Gülşən xanım deyirdi ki, onsuz yemək yeyə bilmirik. İndi necədir? - İlk vaxtlar çox çətin idi. Biz burda oturub yemək yeyirdik, onun nə yeyib-yemədiyini isə bilmirdik. Yemək zəhər olurdu bizə, ürəyimiz ağrıyırdı. Sonra başqa cəzaçəkmə müəssisəsinə köçürdülər, qaydaya düşdü. “Qənimət mətbəxə maddi ziyan vurub, amma gözəl yeməklər bişirib” “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva bizə ilginc faktlar açıqladı. Sən demə, yaradıcı baş redaktorun mətbəxdəki bacarıqları “Azadlıq”dakından geri qalmırmış... - Ayəndə xanım, Qənimət bəyin yemək zövqü necədi? Onu qurman, yoxsa kaprizsiz adam adlandıra bilərik? - Məncə, kaprizsiz adlandırmaq olar. Heç vaxt rast gəlməmişəm ki, masaya hansısa yemək gələndə etiraz etsin. Sadəcə, dişlərində problem olduğu üçün duru yeməkləri xoşlayır. Bir sözlə, bu sahədə mənim bəxtim gətirib. - Adətən kişilər evliliklərinin ilk vaxtlarında yeməklə bağlı narazılıq edirlər. Yəni, anasının mətbəxinə öyrəşmiş kişilərçün həyat yoldaşlarının yeməyini sevmək birdən-birə çətin olur... - Deməzdim ki, Qənimət anasının mətbəxinə öyrənib. Çünki 8-ci sinfi bitirən kimi şəhərdə texnikuma oxumağa gəlib. Bakıya gələndən yemək bişirməyi öyrənib. Ola bilər, anasının hansısa yeməyi yadında qalsın. Amma heç vaxt xüsusi olaraq deməyib ki, anam filan yeməyi belə bişirərdi, sən də belə bişir və sair... - Heç mətbəxə girib yemək bişirməyi olubmu? - Qənimət mətbəxdə işləməyi xoşlayandı. Özü də fantaziyasını işə salıb, elə şeylər hazırlayar ki.. Tutaq ki, quzu ətini götürüb, onun başına bir oyun açırdı, gəl görəsən. (gülür) “Duxovka”ya qoyur, sonra da nəticəsiylə öyünürdü. Düzdü, mətbəxə maddi ziyan dəyirdi, amma ortaya dadlı yeməklər çıxardı. Uşaqlar da məndən daha çox atalarının bişirdiyini xoşlayıblar. Həmişə bişirməyib, üst-üstə 7-8 dəfə. Amma uşaqlar hamısından da məmnun qalıb. - Heç mətbəx “ÇP”si olmayıb? Hər dəfə mahir aşpazlar kimi qüsursuz alınıb yeməkləri? - Yox, pis bişirdikləri də olub. Bir dəfə xəstələnmişdim, Bahəddin Həziyevlə Rahim Hacıbəyli bizə qonaq gəlmişdi. Qənimət də onlarçün makaron və ətlə kök bişirmişdi. Növbəti fantaziyalarından biriydi. Sonradan məlum oldu ki, makarona yağ və duz vurmadığı üçün dadsız alınıb. Amma dadsız olsa da, Rahimlə Bahəddin ac olduqları üçün onu həvəslə yeyiblər. - Bəs uşaqlar atalarının hansı spes yeməklərini bəyənirlər? - Qənimət kartofu bölür, içini çıxarıb əzmə hazırlayır, sonra onu kartofun içinə yerləşdirib, təzədən sobaya qoyur. Nəsə məndə bu alınmır, bununçün səbr lazımdır. Amma Qənimət bir neçə dəfə bunu hazırlayıb və uşaqlar çox xoşlayırlar. Mənə mərci supunu bişirməyi də Qənimət öyrədib. Bizim evdə uşaqlar sulu və soğanlı yeməyi xoşlamırlar. Amma mərci supu soğansız olduğu üçün onu yeyirlər. - Bəs türmədə menyusu dəyişibmi? - Yox, dəyişməyib. Hətta mən hər dəfə görüşə getməzdən əvvəl ona deyirəm ki, ürəyin istəyən yeməyi de, sənə bişirib gətirim. Hər dəfə cavabı bu olur ki, nə istəyirsən gətir. Cəmi bir dəfə xingəl, bir dəfə də düşbərə istəyib. Xəngəli hətta səhər də versən, yeyər. O qədər xoşlayır ki... - Çoxları deyir ki, insanlar türmədən çıxandan sonra kökəlirlər. Qənimət bəydə isə əksinədir, eləmi? Sanki arıqlayıb. Bu, yeməklə bağlıdır? - Yox, 2-3 ay qabaq türmədə ümumi yoxlama zamanı çəkilərini də yoxlamışdılar. Adətən çəkisi 74 kilo olur, amma türmədə 80-ə çatıb. Deməli, o da hamı kimi kökəlib. - Yemək masasında Qənimət bəy, yəqin ki, başda otururdu. İndi necə, həmin yerə oğlu iddia eləmir? - Bizdə həmişə yer üstündə dava düşüb. Qızlarla oğlum yola getməyiblər buna görə. Hamısı istəyib ki, atasının düz böyründə otursun. Bu mübahisələri də atası özü həll edib. Deyib ki, Ərhun evin ikinci kişisi kimi mənimlə üzbəüz oturmalıdır. İndi də Ərhun atasının yerində oturur. Deyir, atam dediyi kimi, mən kişiyəm, ona görə də burda oturmalıyam. “Atam mətbəxdə elə səliqəli iş görür ki, hamımız həsəd aparırıq” Bu da Mirzə Sakitin “Mətbəx”i. Qızı Zülfiyyə atasının mətbəx, süfrə zövqləri barədə danışanda qulaqlarımıza inanmırıq öncə. Yeməyə bu qədər həssas, mətbəxdə bu qədər bacarıqlı, uşaqlarının menyusuna bu qədər diqqətli... Maraqlıdır hər halda... - Atan mətbəxdə necə idi? Nələri bacarırdı, nələri yox? - Atam bizimçün tez-tez yemək bişirirdi. Əsasən də anam xəstələnəndə və ya nəsə işi çıxanda. Heç vaxt olmayıb ki, evə gəlib yemək olmadığını görəndə hirslənsin. Özü hər şeyi yoluna qoyub. Daha çox balıq yeməklərini xoşlayır. Balıq buğlamasını əla bişirirdi. Bir də çoban salatını. - Harda öyrənib? - Tələbə vaxtı tək qalıb. Onda həmin yeməklərin hamısını öyrənib. - Siz daha çox onun bişirdiklərini xoşlayırsınız, yoxsa ananın bişirdiklərini? Yeməyi daha çox kimdən istəmisiniz? - Salatları həmişə ondan istəmişik. Amma hər ikisi gözəl bişirir. Atam bizə həm də gözəl sürpriz hazırlayırdı. Meyvələri qaz, ördək formasında kəsib-doğrayıb, qarpızı maraqlı formalara salırdı. Bayramlarda süfrə hazırlayanda pomidor, turp və limondan cürbəcür fiqurlar düzəldirdi. Biz də onları salatların, balığın, yeməklərin üzərinə düzürdük. Qonaq da gələndə tərif bizə düşürdü. (gülür) - Yaxın ətrafı Sakitin mahir aşpaz olduğunu bilirmi? - Bunu heç vaxt gizlətməyib. Hətta hamı danışır ki, mən balaca olanda anam mənə baxan vaxt o da yemək-içmək hazırlayıb. - Dadsız yeməklər bişirəndə xətrinə dəyməsin deyə yeyirsiniz, yoxsa... - Düzü, o balığı xoşlayır, amma mən və anam yox. Qızartma olanda yeyirik, buğlamanı isə yox. - Bundan incimir? - Yox, əsla... - Bəs o mətbəxdən çıxandan sonra? “Burdan bir Sakit keçdi” deyə biləcək qədər mətbəxin altını-üstünə çevirirmi? - Qətiyyən. O qədər səliqəli iş görür ki, biz ona həsəd aparırıq. Səliqəli bir torba ayırır, bütün zibilləri içinə atır, bulaşıq qabları yuyub, elə çıxır mətbəxdən. Yəni o çıxandan sonra biz həqiqətən də bilirik ki, mətbəxdə atam işləyib. Amma sözün yaxşı mənasında. - Atanın heç yemək kaprizi yoxdur? - Məsələn, bizim evdə demək olar ki, hamı makaronu xoşlayır, amma atam yox. Amma həmin yemək bişiriləndə də atam heç nə deməyib. Bizim xətrimizə həmişə yeyib. - Bəs indi, türmədəykən sizin necə yeyib-yeməməyinizlə heç maraqlanırmı? - Çox maraqlanır. Qardaşım arıqlayanda əhvalı korlanır. Deyir, bu uşaq arıqlayıb. Bizdə balıq kürüsü olurdu. Məsləhət görürdü ki, kürü, zeytun, göy-göyərtini menyumuzdan əskik etməyək. Həmişə onun orqanizmə xeyirlərindən danışırdı. Bir də süfrədə əsas fikir verdiyi hamının səliqəli yeməsiydi. Kimsə ağzını marçıldatsa, qaşığı, çəngəli boşqaba sərt vursa, atam hirslənirdi. Kimsə belə yeyirsə, cəza olaraq, onu ayrıca yeməyə göndərirdi. Səliqəli yeməyi öyrənənə qədər həmin uşaq ayrı yeyirdi. - İndi necə, türmədə menyusu dəyişibmi? - Çalışırıq ki, əvvəl yemədiyi yeməkləri indi də aparmayaq. Xahişi olur ki, balıq bişirin. Hər dəfə getməmişdən qabaq mamam soruşur ki, nə yemək gətirim? Xüsusi bir şey tapşırmır. - Məhbus ailələri üçün yemək yemək həmişə məşəqqətli proses olur. Onlar indi türmədəki ailə üzvünün necə qidalandığını düşünüb, boğazlarına yemək getmir. Bildiyimə görə, ilk vaxtlar sizin ailədə də elə idi. - Həbsinin ilk vaxtları bizim evdə yemək yemək məşəqqətli proses idi. Mama nəsə dadlı yemək bişirəndə hamımız fikirləşirdik ki, necə edək, bundan atama da aparaq? Çünki o vaxt 14 saylı müəssisədə saxlanırdı, ora da gedib-gəlmək çətin idi. 10-cu kalona köçəndən sonra yanına tez-tez getməyə başladıq və nigarançılığımız qismən azaldı. - Mirzə Sakitin masadakı yerində indi kim oturur? Oğlu Cahandar? - O həmişə stolun baş tərəfində otururdu. Tutulandan sonra bir müddət həmin yer boş qaldı. Sonra aramızda dava düşdü ki, kim atanın yerində oturacaq. İndi həmin yer evin ikinci kişisinə - qardaşıma verilib. - Atanın ən məşhur tostu hansıdır? - Çox gülməli bir tostu vardı. Bilmirəm, buna tost demək olar, ya yox. Həmişə deyirdi ki, “yeyin, amma qudurmayın”. (gülür)Son söz: Bu da belə. Adətən bu tip söhbətlərin sonunda müsahiblərimizə dadlı-dadlı yeməklər bişirtdirib, danışdıqlarının nə dərəcədə doğru olduğunu yoxlayır, dequstatorluq edirik. Amma neyləyək ki, bu dəfə vəziyyət fərqlidir. Müsahiblərimiz dəmir barmaqlıqların o tərəfində, bizsə bu tərəfindəyik. Bu dəfə “borclu borclunun sağlığını istər” deyib güzəşt edirik. Amma tezliklə hər üçünü gözləyirik. Öncə azadlıqda, sonra isə mətbəxdə...
|
45,079 |
27.12.2008 09:43
|
Siyasət
|
İKİNCİ İQTİDAR PARTİYASI İDEYASI YENİDƏN GÜNDƏMDƏ
|
Mətbu orqan onu da bildirib ki, Məmməd Əlizadənin sədri olduğu Demokratik Azərbaycan Dünyası Partiyasını ikinci iqtidar partiyasına çevirmək planı fiaskoya uğradıqdan sonra bu planı gerçəkləşdirmək istəyən qüvvələr başqa variant üzərində düşünüblər. “Azadlıq” yazır ki, DADP-nin ikinci iqtidar partiyasına çevrilməsi planının qarşısı “köhnə qvardiya” tərəfindən alınıb. Bəllidir ki, 2003-cü ilin prezident seçkisindən sonra Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasını tam nəzarətinə alıb və orada digər qruplaşmalar faktiki olaraq, mövqelərini itiriblər. Bu situasiya ilə barışmayan və perspektivdə böyük iddialar ortaya qoymaq istəyən Paşayevlər özlərinin təşkilatlarını yaratmaq istəyiblər. Lakin bu ideyanın gerçəkləşdirilməsi üçün başlanğıcda prosesləri idarə etmək Məmməd Əlizadəyə tapşırıldığından uğurlu nəticə əldə etmək mümkün olmadı. Elə ilk günlərdən təəccüblü görünürdü ki, bu missiya hansı səbəbdən siyasi çəkisi az olan bir şəxsə tapşırılıb. Göründüyü kimi, Məmməd Əlizadə məlum prosesləri davam etdirə bilmədi, bir neçə il ərzində topladığı tərəfdarlarını qısa müddətdə itirdi. Bu həm də onunla bağlıdır ki, icra strukturları M.Əlizadənin partiyasının təşkilatlanmasına imkan vermədilər, ona yardımçı olmadılar. Nəticə etibarı ilə məlum planın arxasında duran qüvvələr onunla vidalaşıb, başqa variantlar üzərində işləyiblər.YAP-ın siyasi kursundan kənar fəaliyyət göstərmək istəyən nüfuzlu bir qruplaşmanın öz ideyalarını gerçəkləşdirmək üçün ən müxtəlif variant üzərində işləməsi hakimiyyətdaxili mübarizəsinin gücləndiyini və yeni mərhələyə keçdiyini söyləməyə əsas verir.
|
45,080 |
27.12.2008 08:55
|
Siyasət
|
MÜSAVAT MONARXİYA REJİMİNƏ “YOX” DEYİR
|
“Dünən Milli Məclis Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı 2009-cu ilin martın 18-də referendum keçirilməsi haqqında qərar qəbul edib.Müsavat Partiyası bundan əvvəl bəyanatla çıxış edərək bu əlavə və dəyişikliklərin antidemokratik, mürtəce xarakteri haqqında öz mövqeyini açıqlamışdı. Bir nəfərin dalbadal iki dəfədən çox prezident seçilməsini qadağan edən müddəanın ləğv edilməsi ölkədə faktiki olaraq mövcud olan monarxiya rejiminin rəsmiləşdirilməsinə xidmət edir. Bundan başqa əlavə və dəyişikliklərdə söz azadlığına qarşı yönələn bəzi müddəaların yer alması göstərir ki, hakimiyyət ölkədə demokratiyanın son işartılarını da boğmağa çalışır. Bütün bu məsələlərin olduqca qısa zaman çərçivəsində həll edilməsinin özü də sübut edir ki, məqsəd heç də dövlət idarəçiliyini təkmilləşdirmək, mövcud hüquqi boşluqları doldurmaq zərurətindən yox, dar siyasi maraqların gerçəkləşdirilməsindən ibarətdir. Əslində bu cür ciddi Konstitusiya dəyişiklikləri istənilən normal cəmiyyətlərdə uzunmüddətli ictimai diskussiyalardan, bütün sosial zümrələrin fikirləri öyrənildikdən sonra həyata keçirilir. Üstəlik, əlavə və dəyişikliyin bir sual altında birləşdirilməsi insanların seçim imkanını sıfıra endirir.Müsavat Partiyası bu əlavə və dəyişiklikləri ölkənin gələcəyini çox ciddi təhlükələrə sürükləyən bir addım kimi qiymətləndirir və onu qətiyyətlə pisləyir. Biz, ölkənin bütün ictimai-siyasi qüvvələrinə, ziyalılara, ümumiyyətlə ölkənin və xalqın gələcək taleyinə biganə olmayan hər bir kəsə müraciət edərək bu Konstitusiya çevrilişinə qarşı çıxmağa, onun gerçəkləşməsinə imkan verməməyə çağırırıq. Biz, habelə Azərbaycanın demokratik inkişafında maraqlı olan beynəlxalq təşkilatlara və güc mərkəzlərini bu mürtəce dəyişikliklərin qarşısını almaq üçün öz nüfuz və imkanlarından maksimum istifadə etməyə çağırırıq”.
|
45,081 |
27.12.2008 08:23
|
Dünya
|
RUSİYADA DA ELİTA SÖHBƏTİ GEDİR
|
Qeyd edək ki, Rusiya elitasının reytinqi “Kommersant” qəzetinin sifarişi əsasında Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi və “Levada-sentr” tərəfindən keçirilən sorğu nəticəsində hazırlanır. “Elitar onluq”a RLDP lideri Vladimir Jirinovski (4), fövqəladə hallar naziri Sergey Şoyqu (5), kommunistlərin lideri Gennadi Zyuqanov (6), rejissor Nikita Mixalkov (7), Moskva meri Yuri Lujkov(8), baş nazirin birinci müavini Sergey İvanov (9) və müğənni İosif Kobzon (10) daxildir. Ümumilikdə reytinq cədvəlinə 100 nəfərin adı daxil edilib. İlk dəfə “TOP-100" siyahısına futbolçu Andrey Arşavin (18), yumor ustası Vladimir Vinokur (32), şair Nikolay Dobronravov (42) daxil olub.
|
45,082 |
27.12.2008 09:57
|
Yazarlar
|
MİLLİ MƏSƏLƏ
|
Lənət şeytana, sanki batono Mişa qəsdimizə durub, işi-gücü biz azərbaycanlılara yanıq verməkdir. Gürcü prezidentin öz səlahiyyətlərini azaltmaq istədiyi vaxtda Azərbaycanda konstitusiyanın anasını ağladır, ömürlük prezident institutuna yol açan dəyişiklik etmək istəyirlər. Deyəsən mən yavaş-yavaş başa düşürəm ki, nə üçün Azərbaycanın müstəqilliyi 1918-ci ildə məhz Tiflisdə elan olunmuşdu. Nə üçün Mirzə Cəlil “Molla Nəsrəddin”i orda buraxırdı, Ömər Faiq Nemanzadə “Qeyrət” mətbəəsini orda qururdu, Mirzə Fətəli niyə ora sığınırdı və s. Bakı elə həmin Bakıdır. Qorki demişkən, cəhənnəm. Səməd Vurğun demişkən: “Bakının dərdi var, Bakı xəstədir”...Konstitusiyaya edilən dəyişiklik təkliflərindən biri hazırkı anda olduqca rəmzidir. Yaptokratlar istəyir ki, Milli Bankın adı dönüb Mərkəzi Bank olsun. Bəlkə bu dəyişikliyi hansısa iqtisadi qanun-qayda ilə bağlamaq mümkündür. Guya indi adı “milli”dirsə, o bankın millətə böyük xeyri var? Eyni məntiqlə Milli Məclisin də adını dəyişib Mərkəzi Məclis, yaxud Şadlıq Sarayı qoysunlar, millətə qəti istisi-soyuğu yoxdur. Hətta yaxşı olardı. Məsələn, hərdən qəzetdə-zadda Əli Əhmədovun, Əhəd Abıyevin, Fəzail Ağamalının adı qabağında “millət vəkili” ifadəsi görəndə ətim tökülür. Düşük ifadədir, təxminən Hacıbalaya “mer” demək kimi.Hə, simvoldan danışırdıq. Simvolun sirrini bəlkə özü də bilmədən “Yeni Müsavat” qəzeti dünənki sayında açıbdır. Orada “Ömürlük prezidentliyə “hə” deyənlər kimlərdir?” başlıqlı yazıda 24 dekabrda yığışan və bədnam qərarı 35 dəqiqəyə bəyənən Konstitusiya Məhkəməsi üzvlərinin tərcümeyi-halı verilib. Yeri gəlmişkən, bu “35 dəqiqə” məsələsi yetərincə biabırçıdır. Təsəvvür edin, Konstitusiyaya 29 dəyişiklik təklifinə bu “ali məhkəmə” cəmi 35 dəqiqəyə baxıb. Hər təklifə təxminən 1 dəqiqə sərf edib! Belə sivil ölkə olarmı? Normal halda Konstitusiya Məhkəməsi 29 təklifi ən azı bir həftə müzakirə etməliydi. Əlbəttə, nə qoyub, nə axtarırıq...Konstitusiya Məhkəməsinin 9 üzvü var. Qəzetdəki tərcümeyi-haldan məlum olur ki, bu hakimlərin düz 3 nəfəri Naxçıvanın Şərur rayonunda, 1-i Gürcüstanda, 1-i Özbəkistanda, 1-i Ermənistanda doğulub. Yalnız qalan 3 nəfər Bakı, Gəncə və Ağdaşda doğulubdur! Mən insanların doğum yeri, hətta milliyyəti üzərində siyasət, yazı-pozu qurmağın əleyhinəyəm. Sadəcə, faktları göstərdim. İstəyirsiniz nəticə çıxardın, istəyirsiniz heç nə çıxartmayın. Bəzi nəticələr var həyatda, tikan kimi irin verib, yerində qalsa məsləhətdir.Məsələ referenduma çıxarılsa mən yalnız Milli Bankın Mərkəzi Banka çevrilməsinə səs verəcəm. Reallıq bunu tələb edir... Zamin HACI
|
45,083 |
27.12.2008 09:59
|
Siyasət
|
“AZƏBAYCANDA İLHAM ƏLİYEVƏ ALTERNATİV SİYASƏTÇİ YOXDUR”
|
“Əlbəttə, prezident seçkiləri ilin ən mühüm hadisəsi oldu. Bu il həm də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 5 ili tamam olur. 2003-2008-ci illər Azərbaycanın sürətli sosial-iqtisadi və demokratik inkişafı, cəmiyyətin yeniləşməsi, müasirləşməsi və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğu dövr kimi yadda qaldı”.Onun fikrincə, 2008-ci ildə vətəndaş cəmiyyəti quruculuğu prioritet istiqamət olmaqla ictimai-siyasi prosesləri şərtləndirən əsas faktor kimi çıxış edib: “Mübaliğəsiz, prezident seçkiləri 2008-ci ildə ən mühüm hadisə oldu. Azərbaycan vətəndaşları, seçicilər İlham Əliyevə tam etimadlarını ifadə edərək onun yenidən prezident seçilməsinə səs verdilər. Əslində bu təbii idi və hələ seçkilərdən xeyli əvvəl həm ictimaiyyət, həm də ekspertlər hesab edirdilər ki, Azərbaycanda cənab İlham Əliyevə alternativ ola biləcək siyasətçi yoxdur. Bir tərəfdən İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi siyasət, gördüyü işlər, Azərbaycanın bugünkü müasir mənzərəsi, mövcud reallıqlar, digər tərəfdən isə dövlət başçısının şəxsi xüsusiyyətləri, müasir idarəçilik üslubu, peşəkar keyfiyyətləri onun opponentlərinə heç bir şans qoymadı”.Ə.Həsənov deyib ki, müstəqillik illərində davamlı olaraq həyata keçirilmiş islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər: “Elektron KİV-lərin, mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə bütün imkanlar yaradılıb. Hazırda Azərbaycanda 4 minə yaxın kütləvi informasiya vasitəsi mövcuddur. Onların əksəriyyəti qəzet və jurnal, 30-dan çoxu informasiya agentliyi, 44-ü elektron kütləvi informasiya vasitəsidir. Ölkədə 7 ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası və 11 radiostansiya, çoxlu sayda jurnalist təşkilatları və ictimai birlikləri fəaliyyət göstərir. Bu gün kütləvi informasiya vasitələri istənilən məsələ ilə bağlı mövqeyini açıq ifadə edə bilir, xüsusən də müstəqil fəaliyyət göstərən qəzetlərin bu sahədə problemi yoxdur. Ölkədə azad fikrə, tənqidi mövqeyə dözümlü münasibət mövcuddur. Jurnalistlər istənilən dövlət orqanını, yüksək vəzifəli məmuru ən sərt şəkildə tənqid edə bilirlər. Peşə etikasını, mənəvi-əxlaqi dəyərləri aşmayan tənqid bəzən qərəzli olsa belə, bütün səviyyələrdə qəbul olunur.Təəssüflə ki, Azərbaycanda KİV azadlığı sahəsində yaradılmış əlverişli şəraitdən sui-istifadə halları müşahidə olunur”.
|
45,084 |
27.12.2008 09:58
|
Qarabağ xəbərləri
|
ERMƏNİLƏR PAROLUMUZU ÖYRƏNİB ƏMƏLİYYAT KEÇİRDİ
|
İlkin məlumata görə, bir qrup erməni kəşfiyyatçısı posta yaxınlaşıb və onlardan biri özünü komandir kimi təqdim edərək, postu yoxlamağa gəldiyini bildirib. Səngərdə olan əsgərlərdən biri gələnlərin komandirləri olmadığını başa düşəndə düşmənə atəş açmağa başlayıb. Bundan sonra erməni kəşfiyyatçıları ilə onlar arasında döyüş başlayıb. Düşmən hərbçilərinin açdığı atəş nəticəsində Zaqatala Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1989-cu il təvəllüdlü Xasıyev Üzeyir Elşad oğlu həlak olub. Digər əsgər Hüseynov İslam İslam oğlu isə yaralanıb. Onun da Zaqatala Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilir /APA/.Hadisə ilə bağlı redaksiyamıza daxil olan məlumatda isə əsgərin mülki şəxslərlə mübahisə zəminində qətlə yetirildiyi, digərinin isə elə həmin hadisə zamanı yaralandığı bildirilir. Bu məlumatı dəqiqləşdirmək məqsədilə Tərtər rayonunun Qapanlı kəndində olan mənbələrimizlə əlaqə saxladıq. Yerli sakinlərin sözlərinə görə, hadisə dekabrın 26-sı gecə saat 02-03 radələrində baş verib. Hər iki əsgər postda olub. Onlara tapançadan atəş açılıb. Atəş nəticəsində əsgərlərdən biri yerindəcə dünyasını dəyişib, digəri isə ağır yaralanıb. Basqınçılar hər iki əsgərin avtomatını götürərək, postu tərk ediblər. Onların sözlərinə görə, əsgərlərin ermənilər, yaxud yerli sakinlər tərəfindən öldürülməsi faktı araşdırılır.Faktla bağlı Zaqataladakı mənbələrimizlə də əlaqə saxladıq. Onlardan aldığımız məlumata görə, qətlə yetirilən əsgər Xasıyev Elşad Üzeyir oğlu Zaqatalanın Danaçı, yaralanan əsgər Hüseynov İslam İslam oğlu isə Yuxarı Tala kəndindəndir. Hadisə ilə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Nazirliyin mətbuat xidmətinə etdiyimiz telefon zəngləri cavabsız qaldı. Bu hadisə ilə bağlı Ermənistan tərəfi də məlumat yayıb. Düşmən tərəfin xəbərində bildirilir ki, ermənilər Azərbaycan Ordusunun postlarına hücum etməyiblər. Onlar iddia edirlər ki, Azərbaycan əsgərləri yerli əhali ilə münaqişə zəminində güllələniblər. *** Günün sonunda əldə etdiyimiz məlumata görə, erməni kəşfiyyatı hərbçilərimizin parolunu öyrənib və buna görə də, posta asanlıqla soxulublar. Hərbi hissələrdə qarovul xidmətinin parolunu çox məhdud sayda hərbçi bilir və parolun ermənilər tərəfindən öyrənilməsi olduqca müəmmalıdır. Əgər həqiqətən də qarovul xidmətinin parolu ermənilərin əlinə keçibsə, ortada casus olması barədə danışmaq mümkündür. Hər halda düşmənin ön xətdə olan hərbi hissənin parolunu öyrənə bilməsi çox ciddi hadisədir və belə hallar daha ağır itkilərə səbəb ola bilər. Hərb sahəsində düşmənin parolu öyrənməsi və döyüş bayrağının oğurlanması ən ağır hadisə sayılır. Parol düşmənə məlum olursa, ona məsul şəxslər və qarovul xidməti ən ağır formada cəzalandırılır, döyüş bayrağı oğurlanırsa həmin hərbi hissə ləğv olunur. Çox güman ki, Müdafiə Nazirliyi yayılan məlumatlara aydınlıq gətirəcək və baş vermiş hadisə araşdırılaraq lazımi addımlar atılacaq.Mövzuya qayıdacağıq.
|
45,085 |
27.12.2008 09:04
|
Gündəm
|
AZƏRBAYCANDA ÇEVRİLİŞ TƏŞKİL EDƏNLƏR KİMLƏR İDİ?
|
Həmin təhqiqat çərçivəsində Türkiyə ilə Azərbaycan arasında ötən əsrin 90-cı illərinin ortalarında cərəyan edən hadisələrin də araşdırılacağı gözlənilir. Çünki ortaya atılan iddialarda deyilir ki, Azərbaycandakı 1995-ci il mart çevrilişi cəhdinin arxasında general Vəli Kiçik dayanırdı və o, Heydər Əliyevi devirərək qohumu Əbülfəz Elçibəyi yenidən hakimiyyətə qaytarmaq istəyirdi.Azərbaycanın yaxın tarixində cərəyan edən siyasi proseslərin içərisində olan adamlar bu iddialar ortaya atılandan sonra onun nə dərəcədə həqiqətə uyğun ola biləcəyi haqda fikirlərini artıq bildiriblər. Həmin vaxt Heydər Əliyevin müşaviri olan politoloq Qabil Hüseynli isə bizimlə söhbətində bildirdi ki, bu versiyalara inanmır. Onun sözlərinə görə, mart hadisələrində Vəli Kiçiyin hər hansı rolunun olduğu barədə o vaxt və sonra heç bir məlumat, dəlil və ya ehtimal yox idi: “Əslində Vəli Kiçik Azərbaycandakı proseslərə bu dərəcədə müdaxilə edə biləcək adam da deyildi. Mart hadisələri zamanı mənim bildiyimə görə, o, Türkiyənin hansısa bölgəsində jandarma komandiri olub. Bu hadisələrlə bağlı aparılan istintaqda Türkiyədən yalnız bir nəfərin adı çəkilirdi - Fərman Dəmirqol. Dəmirqol isə rəsmən dövlət məmuru deyildi və hökumət yanında türk dünyası ilə əlaqələr üzrə dərnəyin nümayəndəsi idi”.Q.Hüseynli deyir ki, Vəli Kiçiyin guya Elçibəyi təzədən hakimiyyətə gətirmək planları haqda da ilk dəfə eşidir. O bildirir ki, mart hadisələri zamanı Azərbaycanın siyasi müxalifətinin bu hadisələrdə iştirakına dair faktlar olmayıb: “Faktlar olsaydı şübhəsiz ki, istintaq zamanı ortaya qoyulardı. O vaxt müxalifətdən bəzi nümayəndələr gələrək hakimiyyətlə hərbi müxalifət arasında barışıq üçün vasitəçilik təklif etmişdilər. Prezident Aparatından onlarla görüşən şəxs kimi mən bildirdim ki, müxalifət bu məsələyə qarışmasın”. Keçmiş dövlət müşavirinin fikrincə, belə görünür ki, Vəli Kiçiyi mümkün qədər çox cinayətlərdə ittiham etmək və ona heç bir şans verməmək istəyirlər: “Bütün bu iddialar mənə çox qəribə və anlaşılmaz görünür”.AKP hökumətinə yaxın “Zaman” qəzeti də Üzeyir Qarihin Azərbaycandakı çevriliş planı ilə bağlı öldürüldüyü versiyasını inandırıcı hesab etməyib. Qəzet qeyd edir ki, çevriliş cəhdi 1995-ci ildə olub, Qarih isə 6 il sonra-2001-ci ildə öldürülüb. “İş adamının Azərbaycandakı çevriliş cəhdi ilə bağlı 6 il sonra öldürülmüş ola biləcəyi ehtimalı çox zəifdir. Üstəlik bilinir ki, Azərbaycandakı mart hadisələrində o vaxtkı baş nazir Tansu Çillərin, bəzi MİT səlahiyyətlilərinin və Abdullah Çatlının qrupu rol alıb” deyə qəzet yazır. MİT-in gizli antiterror idarəsinin keçmiş rəhbəri Mehmet Eymür də bu yaxınlarda mətbuata müsahibəsində Çatlı və qrupunun Tansu Çillər hökumətində daxili işlər naziri postunu tutan Mehmet Ağar tərəfindən Azərbaycana göndərildiyini açıqlamışdı. Azərbaycanda o, vaxtkı hadisələr haqda məlumatlı olan şəxslər də təsdiq edir ki, həqiqətən Türkiyədən Susurluq qəzasında Abdullah Çatlı ilə həlak olan xüsusi təyinatlı polis müdiri İbrahim Şahin, Korkut Eken və digərləri Azərbaycanda olublar. Lakin məqsəd erməni işğalına məruz qalan Azərbaycana silah-sursat yardımı etmək, xüsusi təyinatlı dəstələrə təlim vermək olub. Bu zaman adları çəkilənlər “OMON”-un komandiri Rövşən Cavadovla da görüşüblər, özü də bu görüşlər gizli olmayıb.
|
45,086 |
27.12.2008 09:03
|
Yazarlar
|
CAMAATI MƏLƏTMƏYİN ÇƏMİ VAR
|
Allah tərəfi, proses tam planauyğun gedir - həm bir ovuc mafioz məmurun insanların da, onların hüquq və azadlıqlarının da başına daş salmaq planına, həm də Bakının Baş Planına uyğun şəkildə. Mən bu münasibətlə qoca fikirli gənc hüquqşünas Əli Hüseynov yoldaşı ürəkdən təbrik edir, Zahid Oruca can sağlığı, təzəcə doğulan monarxiyaya uzun ömür diləyirəm. Məsələn, düz 300 il.300 il deyəndə gözünün qabağına qara qarğa niyə gəlir, oğlum? Mən Romanovları deyirəm. Axı Rusiyada nə olursa, bizimkilər onu göydə qapır. Ona görə oradan sitat gətirdim. Nə isə, xarici siyasət bizlik deyil. Bununla haqqında donos yazıb tutdurmağa jurnalist tapmayıb boş-bekar qalanda xarici işlər naziri Elmar Məmmədyarov məşğul olur. Biz keçək əsas məsələyə.O da budur ki, bu dəqiqə müdrik hökumətimiz camaatı minməyin, mələtməyin, ağladıb-sıtqatmağın təzə yollarını düşünüb tapır və uğurla həyata keçirir. Məsələn, Ziya Məmmədovun harasa 70 yerdən çatdaq-partdaq olan qotur yol çəkməsi azı 70 ailənin evinin uçurulması kimi nəcib, humanist nəticə deməkdir. Az əvvəl də şəhərin mərkəzində 75 ailənin evini buldozerə verib yerində nəsə tikdilər. Adını da qoydular “dövlət əhəmiyyətlidir”. Guya dövlətin əhəmiyyəti vətəndaşın evini uçurdanda artırmış.O gün də Bakı kəndlərində belə şey olub. Özü də hökumət xalqla adətən gecələr qapışır ki, görən olmasın. Axı başqa ölkələr bu işin çəmini bizdən oğurlayıb tətbiq edər. Belə olsa, onlar da olar bizim kimi sivil dövlət. Day bunun harası olar analoqu olmayan lider ölkə? Odur ki, hökumətin ağlına bir “malades”, iki salavat məndən. Hökumətin bu millətsevər və sosialyönümlü siyasəti yerlərdə də uğurla icra olunur. İcra başçıları dövlət idarəetmə fəlsəfəsinin buldozer, qəfil gecə basqını, çapovulçuluq paraqraflarını əzbərləyib onu uğurla tətbiq edir. Son iki həftədə bir qəzetdən oxuduğuma inansam, bu sahədə ən böyük uğur Goranboyda əldə edilib. Rəhbərlik yığışıb məsləhət-məşvərət edib, regionları nə təhər inkişaf etdirmək, qlobal iqtisadi böhrandan necə qurtulmaq planları töküb. Sonda da qərara gəliblər ki, II qrup əlil Aynur Verdizadənin 1977-ci ildən sahibi olduğu halal evi saxta sənədlə başqasına satılsın. Bunun üçün xüsusi rəşadətlə münasib hücum vaxtı da seçilib - ev satılanda zavallı qadın Rusiyada imiş.Yaxud Goranboyun icra başçısı sahibkarın mülkünü uçurtdurub. Onun sahibi indi özünü ora-bura çırpır. Amma çifayda. Buna görə də “Keçici qırmızı bayrağı” hələlik Goranboya vermək lazımdır.Milli Məclisi də sağ olsun ki, bu siyasətə hüquqi dəstək verir. Orada mülkiyyətlə bağlı təzə qanun hazırlanır. O qanun qüvvəyə minən günün səhərisi də camaatı minəcək. Bu qanun evini kirayə verməyi camaatımıza qadağan edəcək. Məncə, bu qanun yumşaqdır. Ən salamatı hamının evini əlindən almaq, buldozer kara gəlməyəndə bütöv məhəllələri bombalamaqdır. Camaat çəm-xəm eləyəndə isə onu borclu çıxarmaq olar ki, bəs, orada terrorçular vardı.Bir dəfə təklif etmişdim, neft baha satılırdı deyə qulaqardına vurdular. Yenə yazıram, böhran dərinləşir, bəlkə ağıllarına batdı. Camaatı minib çapmaq, dərisini tamam soymaq üçün şəhəri zonalara bölüb küçələri nazirlər arasında pay-püş etmək, sonra da hər zonaya tarif müəyyən edib vətəndaşdan piyada gəzməyə görə rüsum almaq, verməyəni onqat cərimələmək lazımdır. Küçələrə yüz metrdən bir nəzarətçi qoyulsa, filan qədər təzə iş yeri də açılar, iqtisadi inkişaf tempi sürətlənər.Təsəvvür elə də, oğlum, yolla getdiyin yerdə bir də görürsən diktor qızın məlahətli səsi gəlir: “Əziz piyadaçılar (ali savadlı “QAİ” işçiləri piyadaya belə deyir), siz Ziya müəllimin zonasından keçirsiniz. Bayram endirimi edən Kəmaləddin bəyin acığına biz də 20 faiz ucuzluğa getdik. 40 qəpik bəs edər. Allah bərəkət versin”.Necədir? Hələ başqa təkliflərim də var.
|
45,087 |
27.12.2008 09:36
|
Ölkə
|
PREZİDENTİN TAPŞIRIĞI İLƏ TİKİLMİŞ QAÇQIN EVİ DƏ SÖKÜLDÜ
|
Adıçəkilən ərazi Bakı Hava Lmanına gedən magistral yolun üzərində yerləşir. Söküntü işlərinə rəhbərlik edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini qəzetimizə açıqlamasında evlərin magistral yolun mühafizə zolağına düşdüyü üçün söküldüyünü bildirmişdi. İcra başçısının müavini vətəndaşlara evlərin söküləcəyi barədə rəsmi və qeyri-rəsmi məlumat verildiyini bildirsə də, sakinlər belə bir xəbərdarlıq almadıqlarını söyləyirlər.Gecə saatlarında evi sökülən Kəlbəcər qaçqını Mehriban Quliyeva isə ev tikmək üçün ona torpaq sahəsinin şəxsən dövlət başçısı İlham Əliyevin tapşırığı ilə verildiyini bildirib. Srağagün gecə evinin söküləcəyi təqdirdə özünü yandırmaq istəyən M.Quliyevanın səhhəti pisləşmişdi.Dünən redaksiyamızla əlaqə saxlayan sakinlər axşam saatlarında Suraxanı Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə M.Quliyevaya məxsus evdən başqa daha bir mənzilin söküldüyünü bildirdilər. Onların sözlərinə görə, M.Quliyevanın vəziyyəti ağırdır. Körpə uşaqlar isə hələlik qonşuların himayəsindədir. Sakinlər həmçinin ərazidəki daha 65 evin söküləcəyini söylədilər.Qeyd edək ki, icra başçısının müavini bizimlə söhbətində mühafizə zolağının 85 metr olduğunu iddia edərək, zolağa düşən evlərin söküləcəyini söyləmişdi. Azərbaycanda magistral yolların mühafizə zolaqları 15 metrdən artıq deyil və adıçəkilən yolun 5 metrliyində evlər var. Həmin evlər əsasən yüksək vəzifəli məmurlara və onlara yaxın imkanlı iş adamlarına məxsusdur. Digər magistral yolların kənarlarında da belə hallara rast gəlmək mümkündür. Məsələn, Nobel prospekti yenidən qurularkən vətəndaşlara məxsus evlər sökülsə də, daxili işlər nazirinin müavini Oruc Zalova məxsus olduğu söylənilən villaya toxunulmadı.Əldə etdiyimiz məlumata görə, aeroport yolunun kənarındakı evlərin sökülməsi məsələsini prezidentin təhlükəsizliyinə məsul olan şəxslər qaldırıblar.Qərara alınıb ki, evləri söküləcək şəxslərə kompensasiya ödənilsin və bununla bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırıq verilib. İcra hakimiyyəti isə əhaliyə kompensasiya vermək əvəzinə gecə saatlarında camaatın evini başına uçurtmağa başlayıb.Mövzuya qayıdacağıq.
|
45,088 |
27.12.2008 09:03
|
Ölkə
|
BİR CƏNUB ŞƏHƏRİNİN PROBLEMLƏRİ
|
Amma yeni başçı əhalinin gözlədiklərini etməməklə özündən əvvəlki başçılardan heç nə ilə fərqlənmədiyini sübut etdi. Doğrudur, fərqlər oldu. Amma necə? Məsələn, o, əhalinin gözündən daha tez düşmək, ümidləri qısa zamanda darmadağın etmək, əhali arasına çıxmamaq, rüşvət almağa daha tez başlamaq, daha böyük miqdarda rüşvət almaq (bu, onun sahibkar fantaziyasından irəli gəlir yəqin), istənilən məsələdən pul çıxarmaq səriştəsi göstərmək kimi məsələlərdə insafən əvvəlki başçılardan daha fərqli olduğunu sübut edə bildi. Nəticədə rayon əhalisində icra başçısına verilməli olan xeyli suallar formalaşdı ki, bu sualların bir hissəsini qəzet vasitəsilə ona ünvanlamağı lazım bildik.Beləliklə, icra başçısı Əziz Əzizova suallarımız bunlardır:1. “Azəriqaz” deyir ki, ölkənin 70 faizi qazla təmin edilib. Bilmirik, Cəlilabad bu 70 faizə aiddir, ya yox? Əgər aiddirsə, Cəlilabadın qazsız küçələrinə nə ad verək? Rayon əhalisinin yaxşı tanıdığı bir bina var. Çörək kombinatı deyirlər ona. Deyirlər o kombinat Sizə məxsusdur. O kombinata elə qazsoran qoyublar ki, bütün ətraf evlər qaza həsrət qalıb. O evlərdə yaşayanlar qorxudan dinmir. Bundan xəbəriniz varmı? 2000-ci ildən mənim evimə qaz gəlmir. Bu barədə Qaz İdarəsinə rəsmi müraciət etmişəm. Amma adıma guya borcum olması haqda qəbz gəlib. Mənim kimilər yüzlərlədir. Xəbəriniz varmı bundan? Heç olmasa kombinatınızın qənşərindəki ana heykəli məşəlinə qaz verin! O ana indiyə qədər oğul yolu gözləyir, ona soyuqdur.2. Cənab Əzizov! 2 ilə yaxındır ki, səhiyyə işçiləri məvaciblərini bankomat vasitəsilə almaq üçün kartla təmin olunub. 2 ilə yaxın müəllimin də kartı təhsil şöbəsinin müdiri Ədalət Əsgərovun xidməti seyfində “yatandan” sonra bu yaxınlarda maliyyə yoxlaması ilə əlaqədar onların kartı təcili paylandı. Amma indiyə qədər nə həkimlər, nə də müəllimlər karta yüklənmir. Bundan xəbəriniz varmı? Axı Siz elə onların sayəsində hakimiyyətdə qalırsınız...3. Cəlilabadda hamının “Bağ” kimi tanıdığı istirahət parkı var. Onun bir başında Heydər Əliyevin çox böyük portreti, o biri başında isə “Ana heykəli” var. Bu bağda bu qədər çayxanaya və bu qədər ağac qırılmasına nə deyirsiniz? Axı o qırılan ağacların şikayət etməyə, ah-nalə çəkməyə dili yoxdur. Xahiş edirik, bir də o yerdə yeni çayxana yeri satmayın! Bağda “Veteranlar evi” adlanan daha bir bina var. Amma orada istirahət etməyə heç bir şərait yoxdur. Qocaların qisməti bu olmalıdırmı?4. M.Hüseyn və Azərbaycan küçələrində çəkilən yeni yolun enini görmüsünüzmü? Doğrudanmı layihədə belə nəzərdə tutulub? Bəlkə asfalt çatışmır?5. Əziz müəllim, xahiş edirik, Qarayar kəndi istiqamətində gəzməyə çıxın. Cəlilabad şəhərinin tullantılarının atıldığı dərəni görsəniz, inanırıq ki, biganə qalmazsınız. Heç olmasa tullantı altında məhv olan, üfunət iyi verən əkin sahələrinə. Sizin bir çox işçiləriniz məhz o yolla işə gəlib-gedir.6. Məktəblərin, uşaq bağçalarının, qəbristanlıq torpaqlarının satılmasından, M.Hüseyn küçəsində 2 milyon manata yaxın pulun kanalizasiya çəkilməsi adı ilə torpaq altında çürüməsindən, 200 il əvvəl çəkilmiş qədim su kəmərinin dağıdılmasından, “Bahar” kinoteatrının sökülüb satılmasından, “Kitab evi”nin banka verilməsindən doğrudanmı xəbəriniz yoxdur?7. Nəhayət, Əziz müəllim, Sizin xidməti avtomobiliniz bağın başından yola “protiv” girir. O yerdə 2 orta məktəb, bir pedaqoji texnikum, uşaq bağçası yerləşir. Əhalinin sıx yaşadığı, nəqliyyatın gur olduğu yerdir. Bundan da xəbəriniz yoxdur?Hörmətli Əziz müəllim! Suallarımız çoxdur. Hələlik dayanırıq. Çünki bilmirik ki, Sizin doğrudan xəbəriniz yoxdur bütün bu yazılanlardan. Əgər bilsək ki xəbəriniz doğrudan yoxdur, onda yenə suallarımız olacaq. Biz ağsaqqallar hər an Sizə kömək etməyə hazırıq. Bu işləri həll etmək üçün.
|
45,089 |
27.12.2008 09:10
|
Mənəviyyat
|
ƏTRAFDA YAŞAYAN SAKİNLƏR “ƏBU-BƏKR”in AÇILMASINI İSTƏYİR
|
O vaxtdan 4 aydan çox vaxt keçir. Amma fəaliyyəti yaydan dayandırılmış “Əbu-Bəkr”in qapıları dindarların üzünə hələ də bağlıdır. Sözügedən məsciddə namaz qılan dindarlar isə Allah evinin hələ də bağlı qalması faktı ilə razılaşmır.Məscidlə bağlı bu günə kimi mətbuatda bir çox məqalələr dərc olunub, məlumatlar yayılıb. Bizi maraqlandıran məsələ isə hazırda “Əbu-Bəkr”dəki vəziyyət, ətrafda yaşayan insanların, orada ibadət edən dindarların məscidin hələ də qapalı qalmasına olan münasibəti idi. Bu səbəbdən də məscidə gedib onunla bağlı vəziyyəti yerində öyrənmək istədik, ətrafdakı insanlarla, əvvəllər orada namaz qılan dindarlarla söhbətləşdik. Əvvəllər bu küçədə namaz vaxtı adam əlindən tərpənmək olmurdu. Həmin vaxt bu küçədən keçməyə məcbur olanlar “insan tıxacı”na düşməmək üçün başqa yolu seçirdi. Ancaq “Əbu-Bəkr”dəki partlayışdan sonra məscidin həndəvəri tamamilə boşalıb.İbadət ocağının qapısından içəri keçmək istəsək də qapı bağlı olduğundan cəhdimiz baş tutmadı. Məscidin qarşısında polis maşını dayanmışdı, heç kəsə Allah evinə daxil olmağa icazə verilmirdi. Maşında iki polis çavuşu var idi. Onlardan biri mürgüləyir, digəri isə keşik çəkirdi. Məscidə daxil olmaq istəyərkən polis nəfəri tez maşından düşərək “Ora olmaz” deyə xəbərdarlıq etdi. Qəzetdən gəldiyimizi və sadəcə olaraq şəkil çəkib gedəcəyimizi bildirsək də polis qəti şəkildə “olmaz” dedi: “Bizə göstəriş verilib, bu göstərişi yerinə yetiririk”.Dindarlarla hər hansı problem olub-olmadığını soruşuruq. Polis çavuşu “Dindarlarla aramızda heç bir insident-filan yoxdur. Əvvəllər belə hallar olurdu. İndi özləri də başa düşür ki, bu, bizlik deyil. Qanun belədir”- deyə izahat verir. Əməkdaşımız bayır tərəfdən məscidin şəklini çəkmək istəsə də polis müdaxilə etdi: “Burada şəkil çəkmək olmaz”. “Biz dindarlara danışmağa icazə vermirlər” Az keçmiş məsciddən şalvarının balağı qısa olan saqqallı bir gəncin çıxdığını görüb ona yaxınlaşırıq. Özünü Xəyal kimi təqdim edən bu şəxs məscidin mühafizəçisi olduğunu söyləyir: “Mən məsciddə qalıram. Ora hələ ki heç kimi buraxmırlar. İstəyərdik ki, məscid tez bir zamanda açılsın. Hamımız rahat şəkildə namazımızı qıla bilək”.Ona başqa suallar vermək istəyirdik ki, “bağışlayın, mən bundan artıq heç nə danışa bilmərəm. Bizə danışmağa icazə vermirlər” deyib aralanır.Söhbətləşdiyimiz Rüstəm adlı dindar da məscidin açılmasını səbirsizliklə gözlədiklərini dedi: “Deyirlər bu yaxınlarda açılacaq. Amma hələ bir xəbər yoxdur. Məscidin açılmasını səbirsizliklə gözləyirik”.Bundan sonra yaxınlaşdığımız bütün dindarlar (onların hamısı uzun saqqal saxlayır, balağı qısa şalvarlar geyinir) da heç nə demək istəmədən bizdən uzaqlaşırdı. İşi aparan hakimin müəmmalı ölümü sakinləri qorxudub Bir zamanlar məscidin bağlanmasını tələb edən “Əbu-Bəkr”in ətrafında yaşayan sakinlərin əksər hissəsi “biz burada yaşamırıq” deməklə kifayətlənirdi. Eldar adlı sakin isə camaatın bu susqunluğunu onların qorxması ilə izah etdi: “Əvvəllər hamı məscidin bağlanmasını istəyirdi. Məhkəməni aparan hakimin müəmmalı ölümündən sonra isə hamı qorxdu. Camaat elə fikirləşir ki, hakimi ya vəhhabilər öldürüb, ya da o, Allahın qəzəbinə gəlib. Bu səbəbdən də heç kim daha narazılığını bildirmir. Narazılığın əsas səbəbi cümə günləri burada vəhhabilərin çox olması ilə bağlı idi. Küçə dolu olurdu, hərə bir tərəfdə canamazını sərib namaz qılırdı. Heç kəs küçədən keçə bilmirdi”.Adının çəkilməsini istəməyən digər sakin isə bildirdi ki, vəhhabilər onların övladlarını təsir altına salır: “Məhəllədə yüzlərlə ananın gözü yaşlı qalıb. Hamımızın uşaqları saqqal saxlayır, qısa balaqlı şalvar geyinir. Hər gün bura toplaşırlar. Namaz vaxtı əllərindən tərpənmək olmur. Buna hansı ana dözər?”Ələkbər Cəfərov adlı digər sakin isə başqa fikirdədir: “Azan səsi bizi niyə narahat etməlidir ki?! Axı bu səs Allahın çağırışıdır, insanları namaza, ibadətə çağırır. Bircə dənə cümə günləri narahatçılıq olurdu. Heç kəs həyətində maşın saxlaya bilmirdi. Amma buna da dözmək olardı. Bizim məsciddən heç bir narazıçılığımız olmayıb”.İsmayıl Qurbanov adlı başqa sakin isə məscidin Allah evi olduğunu və onu bağlamağa heç kimin ixtiyarının çatmadığını bildirdi: “Burada tək-tük adam taparsınız ki, onlar məscidin bağlanmasına tərəfdar olsun. Hamı Allah evinin açılmasını istəyir. Həmişə səs-küylü olan məhəllə indi sükut içindədir. Belə iddialar səslənir ki, azan səsi biz sakinləri guya narahat edir. Bu sözü deyən adamın özü axmaqdır. Bəyəm biz kafirik? Azan səsi bizi niyə narahat etməlidir ki?!”Beləcə, məsciddən ayrılıb redaksiyaya gəlirik. Yolboyu bu suala cavab tapmağa çalışırıq: “Azan səsi bəs onda kimi narahat edir?”
|
45,090 |
27.12.2008 09:11
|
Gündəm
|
TÜRKİYƏDƏ GÖRÜNMƏMİŞ SKANDAL
|
Qərarda deyilir ki, əhalisinin sayı 2 mindən az olan yaşayış məntəqələrində hökumətin bələdiyyələri ləğv etməsi haqda qərarı qanunlara ziddir və belə yaşayış məntəqələrində də yerli bələdiyyə seçkiləri keçrilməlidir. Danıştayın qərarına əvvəlcə baş nazir Rəcəb Tayyib Ərdoğan etiraz edib. Daha sonra seçkiləri keçirən Yüksək Seçim Kurumu Danıştayın qərarından çıxış edərək belə yaşayış məntəqələrində bələdiyyə seçkilərinin keçirilməsini təşkil edəcəyini açıqlayıb. Məsələ Konstitusiya Məhkəməsində də müzakirə olunub və əsl qiyamət bundan sonra başlayıb. Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıc aparılan qapalı müzakirələrdən sonra bəyanatla çıxış edərək Danıştayın qərarını əsassız adlandırıb və bu məhkəmə qurumunu Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə müdaxilə etməkdə günahlandırıb. Lakin ertəsi gün Konstitusiya Məhkəməsinin üzvlərinin yarıdan çoxu bəyanatla çıxış edərək Kılıcı dəstəkləmədiklərini bildiriblər. Hakimlər bəyan ediblər ki, sədr öz şəxsi mövqeyini açıqlayıb və əksəriyyət Danıştayın qərarını haqlı sayır. Ardınca YSK-da Kılıcın bəyanatına əməl etməyəcəyi haqda açıqlama verib və Danıştayın qərarı əsasında sözügedən bələdiyyə seçkiləri üçün hazırlıqların başladığını bildirib.Qalmaqallı NTV telekanlına şərh edən tanınmış hüquqçular deyiblər ki, yüksək məhkəmə daxilində yaranmış bu görünməmiş ziddiyyət Haşim Kılıcın istefa verməsinə səbəb ola bilər. Hüquqçulara görə, belə hadisə dünyanın heç bir ölkəsinin Konstitusiya Məhkəməsində yaranmayıb. “Yaranmış vəziyyət olduqca qorxuncdur və ölkədə hüquqi xaosa səbəb ola bilər. Haşim Kılıc dərhal istefa verməlidir” deyə konstitusiya hüququ üzrə professor Süheyl Batum bildirib. Çıxış edənlər Kılıcın hüquqşünas olmadığını və ticarət elmləri üzrə akademik olduğunu da vurğulayıblar. Qeyd edək ki, onu həmin vəzifəyə indiki prezident Abdullah Gül təyin edib. Kılıc AKP-nin bağlanmasına dair Konstitusiya Məhkəməsində qaldırılmış iddianın əleyhinə səs verən yeganə hakim idi. “Dünyanın hansı hüquq ölkəsində Konstitusiya Məhkəməsinin sədri öz mövqeyini baş nazirin mövqeyinə uyğunlaşdırır”. Necə ola bilər ki, Konstitusiya Məhkəməsinin sədri məhkəmə üzvlərinin mövqelərini nəzərə almadan belə bəyanat verə bilir? Bu qalmaqaldır və Kılıc istefa vermək məcburiyyətindədir” deyə, Batum qeyd edib. Dünən Türkiyədə qəzetlərin əksəriyyəti manşetə yüksək məhkəmədə yaranmış ziddiyyət haqda xəbərləri çıxarıblar. Əvvəldən də Konstitusiya Məhkəməsində hökumətin adamı olaraq bilinən Kılıc isə mürəkkəb duruma düşüb.
|
45,091 |
27.12.2008 09:13
|
İqtisadiyyat
|
TÜRKMƏNİSTAN “QAZPROM”la ANLAŞMADAN QAÇIR
|
Orta Asiya respublikalarından alınan qazın qiymətlərini və həcmini ancaq birinci şəxslərlə razılaşdırmaq mümkün olduğundan, bu o deməkdir ki, Millerin səfəri uğursuz olub. Türkmənistanla Rusiya arasında imzalanmış müqavilənin müddəti beş gün sonra başa çatır. Gələn ildən “Qazprom” Türkmənistan qazını Avropa qiymətlərinə almağa hazır olduğunu bildirir. Lakin enerji siyasətini balanslaşdırmağa çalışan, eyni vaxtda həm Avropaya, həm İrana və Çinə böyük həcmlərdə qaz vəd edən, ancaq hazırda hasil etdiyi qazın hamısını “Qazprom”a satan Türkmənistan bu anlaşmadan qaçmağa çalışır. Bu ilin yayında Aleksey Millerlə Berdıməhəmmədov arasında imzalanmış müqavilənin şərtlərinə görə tərəflər yeni qiymət siyasətinə keçirlər. Lakin türkmən qazının gələn ildən hansı qiymətə alınacağı haqda razılaşma bu günədək əldə edilməyib. Hazırda Rusiya konserni Türkmənistandan qazın min kubmetrini 150 dollara alır. Gözlənilir ki, gələn ilin birinci kvartalında türkmən qazının Avropa bazarlarında qiyməti 280-320 dollar olacaq. Lakin sonrakı mərhələdə qiymətlər düşəcək. Çünki qlobal iqtisadi böhranla bağlı Avropada qaza olan tələbat da azalır. Aşqabaddan sonra Astanaya və Daşkəndə səfər etməyə hazırlaşan Miller deyib ki, “Qazprom” Orta Asiya respublikaları ilə qazın qiymətlərini yanvara qədər razılaşdırmaq istəyir. Lakin belə görünür ki, Berdıməhəmmədov Avropa Birliyi ilə alternativ “Nabukko” qaz kəməri layihəsinə dair danışıqların getdiyi bir vaxtda Rusiya ilə anlaşmadan qaçmağa çalışır. Türkmənistan prezidenti hələlik bunun yolunu Milleri qəbul etməməklə tapıb. Avropa Birliyi hazırda Türkmənistan və Azərbaycanla “Nabukko”ya dair intensiv danışıqlar aparır və nəzərdə tutulur ki, gələn ilin ilk aylarında bu layihə ilə bağlı hökumətlərarası saziş imzalansın. Türkmənistan “Nabukko”ya qoşulmaqda maraqlı olduğunu göstərir, ancaq bu kəmərə vurmaq üçün qaza malik deyil. Çünki bütün ixrac qazını “Qazprom”la satmaq barədə uzunmüddətli müqaviləsi var. Bununla belə, türkmən tərəfi formal olaraq “Qazprom”la qiymət məsələsində anlaşa bilməyərək “Nabukko”ilə nəql etmək üçün müəyyən həcmdə qaz ayıra bilər. Qeyd edək ki, “Qazprom” bu layihənin reallaşmasına imkan verməmək üçün Türkmənistanla yanaşı Azərbaycanın da bütün ixrac qazını Avropa qiymətlərinə almaq istəyir. Bu təklifi bir gün əvvəl “Qazprom” rəsmisi Sergey Kunriyanov bir daha səsləndirib və deyib ki, Azərbaycan tərəfi ilə danışıqlar davam edir. Ancaq Azərbaycan da Türkmənistan kimi bu məsələdə birmənalı olaraq Rusiyaya üstünlük vermək istəmir. Belə ki, rəsmi Bakı qazın hamısını yox, bir qismini Rusiyaya sata biləcəyini deyir. Qalan hissəsini isə “Nabukko” ilə nəql etməyə meyl göstərir.
|
45,092 |
27.12.2008 09:48
|
Dünya
|
BUŞDAN SAAKAŞVİLİYƏ SON HƏDİYYƏ
|
Müşahidəçilərə görə, ABŞ-ın bu addımı NATO-nun ötən ay Brüsseldə keçirilən toplantısında Gürcüstanın alyansa üzvlüyü üçün Fərdi Tərəfdaşlıq Planının təqdim edilməməsinə əvəz olaraq atılır. Müqavilənin detalları haqda geniş məlumat yoxdur, lakin Gürcüstan mənbələri sənəddə “tarixi əhəmiyyətli” məqamların olduğunu qeyd edirlər. Yalnız o məlumdur ki, bu müqavilə ilə ABŞ Gürcüstana təhlükəsizlik, demokratikləşmə və iqtisadi sferalarda yardım etmək öhdəliyini üzərinə götürəcək.Xəbər verildiyi kimi, NATO-nun bəzi üzvləri, daha dəqiq Fransa və Almaniya Rusiyanın narazılığını nəzərə alaraq Gürcüstanla Ukraynanın alyansa üzvlüyünü ləngidiblər. Bununla da Rusiyanın hərbi müdaxiləsindən sonra Qərbin təhlükəsizlik çətiri altına sığınmaq istəyən Gürcüstan özünü müdafiəsiz hiss edib. Lakin ABŞ-ın təklif etdiyi strateji tərəfdaşlıq müqaviləsi Gürcüstanı özünü xeyli ölçüdə təhlükəsiz hiss etməsinə imkan verə bilər. Prezident Mixail Saakaşvili də buna əmindir. Saakaşvili deyib ki, bu müqavilənin imzalanmasından sonra Gürcüstan güclənəcək və ərazi bütövlüyünün bərpası yolunu keçməyə qadir olacaq. “Bizim dünyanın ən böyük və qüdrətli ölkəsi ilə münasibətlərimiz keyfiyyətcə yeni təhlükəsizlik mərhələsinə daxil olur” deyə, o bildirib.Belə görünür ki, Buş administrasiyası səlahiyyət müddətinin başa çatmasına cəmi bir neçə gün qalmış bu müqaviləni imzalamaqla Gürcüstanı müdafiə etmək üçün Barak Obama administrasiyasının üzərinə öhdəliklər qoyur. Buş administrasiyasında narahatlıq var idi ki, Obama səlahiyyətlərinin icrasına başlayandan sonra Gürcüstanın təhlükəsizliyinə geniş diqqət ayırmaya bilər. Lakin ekspertlər qeyd edirlər ki, Gürcüstanla bu müqavilənin imzalanması Rusiya ilə Obama administrasiyası arasında münasibətləri gərginləşdirəcək. Sənədin detalları məlum olmasa da orada ABŞ-ın mümkün təhlükə zamanı Gürcüstana qoşun göndərməsi və ya orada hərbi bazasını yerləşdirməsi barədə bəndin yer alacağı ağlabatan görünmür. Yerli müşahidəçilərə görə, əgər belə bənd olarsa Rusiya buna yol verməz və Tiflisə desant atar.
|
45,093 |
27.12.2008 09:14
|
Yazarlar
|
BÖYÜK FƏLAKƏT ASTANASINDA...
|
Müxalifəti və biz jurnalistləri hər şeyi qara görməkdə ittiham edirdi.Bu günlərdə onunla təsadüfən “Gənclik”də rastlaşdıq. Həmişəkindən fərqli olaraq, qayğılı idi, fikirli olduğunu gizlədə bilmirdi. Hal-əhval tutanda soruşdum ki, niyə bikef görünür, dedi ki, qəzetinizdə mənə iş tapılar? Bu acı zarafatdan çox təəccübləndim. Tanışımın dərdi açıldı. Dedi ki, bəs sizin xəbəriniz yoxdur, ölkədə acınacaqlı vəziyyətdir, pul qeybə çəkilib, qazanmaq imkanları tükənib. Nə biznes var, nə iş yeri, nə də gələcəyə ümid. Onun yanında bir neçə biznes adamı da vardı, onlar da tanışıma qoşulub ürəklərini boşaltmağa başladılar. Bu şəxslər biznesin elə növü ilə məşğul olurdular ki, həmin sahədə imkanların tükənə biləcəyini ağıla gətirmək belə mümkün deyildi. Amma məlum oldu ki, bunlar hazırda boş-bekar qalıblar. Biznesmenlərlə söhbətdən mənə bir daha aydın oldu ki, ölkədə doğrudan da vəziyyət pisdir. Müşahidələr onu deməyə əsas verir ki, vəziyyət belə davam etsə, bir neçə aydan sonra ölkə böyük fəlakətlə üzləşəcək. Mən deyim, siz də eşidin. Hər gün bir fabrik, müəssisə, şirkət bağlanırmı? Bağlanır. Tikintilərdə iş dayanırmı? Dayanır. Hökumət planlaşdırdığı layihələrin əksərini gerçəkləşdirməkdən geri çəkilibmi? Çəkilib. Banklar kredit verilişini dayandırıbsa, bu onların müflisləşdiyini deməyə əsas verirmi? Əlbəttə verir. Biznesin bir sıra sahələri çökübmü? Çöküb. Rusiyda da yaranmış böhranla əlaqədar bu ölkədəki vətəndaşlarımızın Azərbaycanda qalan yaxınlarına göndərdikləri pullar yarıbayarı azalıbmı? Azalıb. Ən vacibi, dünyada neftin qiyməti günbəgün düşürmü? Düşür. 2008-ci ilin büdcəsində neftin qiyməti 70 dollar müəyyən edilib, amma bu gün “qara qızıl” heç 40 dollara da getmir. Hansı ki, bizim büdcəmiz neftdən birbaşa asılıdır. Elə bilirəm ki, ölkədəki vəziyyəti dəyərləndirmək üçün sadalananlar kifayətdir. İndi gəlin, birgə düşünək; vəziyyət bu qayda ilə davam edərsə, nə baş verəcək? Düz deyirsiniz, fəlakət. İşsizlik, işləyənlərin maaşlarını ala bilməməsi, pulsuzluq, istehsal müəssisələrinin fəaliyyətinin dayanması, biznes sahələrindəki geriləmələr, bahalaşma əlbəttə ki, bir neçə aydan sonra daha aydın şəkildə özünü göstərəcək. Biz bu barədə yalnız düşünə bilərik. Lap tutaq ki, düşünüb qərara gəldik ki, ölkə fəlakətin astanasındadır. Biz nə edə bilərik? Heç nə. İş görməli olan hökumətdir. Onların başı bu saat Ana Yasamıza yamaq vurmağa qarışıb. Ay kişilər, siz lap istəyirsiniz konstitusiyada konkret göstərin ki, bizdə bundan sonra prezident seçilməyəcək, indiki rəhbər dəyişməyəcək, xalq ayağa qalxanda sizin bu yamağınız bir işə yaramayacaq. Ac-yalavac insanlar meydana çıxanda demir ki, gəlin seçki keçirək. Tarixdə belə təcrübə yoxdur. Xalq çörək üçün küçələrə çıxanda qarşısına bu acınacaqlı vəziyyəti yaradan hakimiyyəti seçkisiz-filansız kürüyüb atmaq məqsədini qoyur. Bu barədə heç düşünmüsünüzmü? Düşünün. Nə qədər ki gec deyil. Elşad MƏMMƏDLİ
|
45,094 |
27.12.2008 09:15
|
Gündəm
|
TRT KÜRD DİLİNDƏ YAYIMA BAŞLADI
|
Kürd dilinin “kurmançi” ləhcəsi ilə yayıma başlayan kanalda kürd sənətçiləri Rojin və Nilufər Akbalın klipləri efirə verilib. Telekanal 2009-cu il yanvarın 1-də baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimlə rəsmən fəaliyyətə başlayacaq.
|
45,095 |
27.12.2008 09:17
|
Ölkə
|
HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏKİ BİNALARIN KONDİNSİONERLƏRİ SÖKÜLÜR
|
Sərəncamda çanaq antenalarını və kondinsionerlərin sökülməsi nəzərdə tutulsa da buna ehtiyac görülmədi: “Binalara üzlük çəkildi. Srağagün prospektin açılışı zamanı dövlət başçısı da binanı necə var elə gördü. İndi Nərimanov Rayon İcra Hakimiyyəti bu barədə məktub ünvanlayıb. 1 saylı mənzil-istismar sahəsinin (MİS) rəisi A.Babayev isə bildirişi bütün mənzillərə paylayıb, binaların qarşısına yapışdırıb. Bildirişdə sakinlərdən binaların fasadına və damına bərkidilmiş antennaları, çanaq antennalarını və kondinsionerləri 3 gün ərzində sökmək tələb edilir”.Sakinlər deyir ki, binanın fasadını təmir edərkən kondinsionerləri sökmədikləri halda indi hansı əsasla bunu etmək istəyirlər? Kondinsioner almaq üçün kifayət qədər pul xərclədiklərini söyləyən şikayətçilər bildirir ki, bu, onlara “malını çölə at” deməkdən başqa bir şey deyil.Nəzərə çatdıraq ki, iki gün əvvəl artıq uzun müddətdir yenidən qurulan Heydər Əliyev prospektinin açılışı olmuşdu. Mərasimdə dövlət başçısı da iştirak edirdi. Bakının əsas magistrallarından hesab olunan bu prospektin eni 45, bəzi yerlərdə isə 55 metrdir. Yolda 10 hərəkət zolağı var. Prospekt boyunca onlarla bina yerləşir ki, onların hamısında milli memarlıq üslubunda əsaslı yenidənqurma işləri aparılıb.
|
45,096 |
27.12.2008 09:15
|
İqtisadiyyat
|
BƏLƏDİYYƏLƏRİN İNKİŞAFI PARTİYALARI GÜCLƏNDİRƏ BİLƏR
|
Tədbiri giriş sözü ilə açan iqtisadçı-ekspert Rövşən Ağayev layihənin məqsədi və görülən işlərlə bağlı məlumat verdi. Onun sözlərinə görə, təşkilat layihə çərçivəsində silsilə ictimai debatlar təşkil edir. Məqsəd Azərbaycanda yerli özünüidarəetmə sahəsindəki problemlərin aşkarlanması, müxtəlif rəylərin səslənməsi və müzakirələr vasitəsilə onlara ictimai diqqətin artırılmasıdır. Ekspert qeyd etdi ki, siyasi partiyalar arasında bələdiyyələrlə bağlı sorğu aparılıb, nəticədə partiyaların əksəriyyətinin Avropa Şurasının yerli özünüidarəetmə ilə bağlı hakimiyyət qarşısında qoyduğu öhdəliklərdən xəbərsiz olduğu aydınlaşıb.Daha sonra ekspert Erkin Qədirli çıxış etdi. Çıxışını partiya-bələdiyyə münasibətləri üzərində quran ekspert partiyaların bələdiyyələrə təsir imkanları, bələdiyyə seçkilərinin partiya təbliğatında rolu və siyasi partiyaların yerli özünüidarəyə konseptual baxışları barədə fikirlərini bildirdi. O, Azərbaycanda bələdiyyənin problemlərini əsasən iki istiqamətdə sistemləşdirdi. E.Qədirliyə görə, birinci istiqamət institusional, ikinci istiqamət isə siyasi problemlərdən ibarətdir. İnstitusional problemlər kimi qanunvericilikdə olan boşluqları önə çəkən çıxışçı siyasi problemlər qismində də əsasən subyektiv amilləri göstərdi. Bu sıraya seçkilər prosesində olan qanun pozuntuları, demokratik seçkilərin keçirilməməsi, əhalinin seçkiyə etimadsızlığı kimi problemləri sadaladı.Ekspertin fikrincə, bələdiyyələrin inkişafı yerlərdə partiyaların güclənməsinə səbəb ola bilər: “Beynəlxalq təcrübə də sübut edir ki, yerli seçkilərdə iştirak etmiş və qalib gələn partiya üçün milli seçkidə qələbə qazanmaq asandır”.Natiq misal kimi isə qonşu Türkiyəni göstərdi və hakim AKP-nin əvvəlcə bələdiyyə seçkisində qalib gələrək bələdiyyə sahəsində uğur qazandığını qeyd etdi.Müzakirələrə qoşulan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, milli demokratikləşmə baş vermədən yerlərdə islahat aparmaq mümkün olmayacaq: “Bu gün hakimiyyət bütün ölkədə mərkəzləşdirmə siyasəti həyata keçirir. Bunun da nəticəsində istər mərkəzdə, istərsə də yerlərdə seçkili orqanların güclənməsinə yox, daha çox təyinatlara üstünlük verilir”.A.Hacılı bu səbəbdən siyasi partiyaların bələdiyyə seçkilərindən, bələdiyyədə təmsilçilikdən keçərək yüksək səviyyədə uğur qazanacağına o qədər də inanmadığını bildirdi.BAXCP nümayəndəsi, Mehdiabad kənd bələdiyyəsinin sədr müavini Niyaməddin Orduxanlı siyasi partiyaların bələdiyyədə təmsilçiliyinin aşağı səviyyədə olduğunu gerçəklik saydı. Onun sözlərinə görə, yerli özünüidarə orqanları yeni yaranarkən əhali tərəfindən onlara daha az etimad var idi, nəinki indi: “İndi bütün bələdiyyələrin işinin aşağı səviyyədə olduğunu demək olmaz. Çox az sayda olsa belə, elə bələdiyyələr var ki, onlar əhali arasında etimad qazanıblar”.O, bələdiyyələrlə bağlı konstitusiyaya nəzərdə tutulan dəyişikliklərə də toxundu. Qeyd etdi ki, 2700-dən artıq bələdiyyənin Milli Məclis qarşısında hesabat verməsi mümkün deyil. Üstəlik, həm bələdiyyə, həm də parlament seçkili orqandır və bunlardan birinin digərinə hesabat verməsi anormallıqdır. Müzakirələr zamanı çıxış edən Mülki Cəmiyyətə Doğru Mərkəzin direktoru Abil Bayramov bildirdi ki, hər bir partiyanın bələdiyyələrlə bağlı konseptual yanaşması olmalıdır. Tədbir müzakirələrlə davam etdirildi.
|
45,097 |
27.12.2008 09:22
|
İqtisadiyyat
|
“AZERCELL” 1500-cü STANSİYASINI QUSARDA AÇDI
|
Qusarın ucqar dağ kəndi olan Əniğdə istifadəyə verilən 1500-cü stansiyanın açılış mərasimində “Azercell Telecom” MMC-nin prezidenti A.Halim Ateş, vitse-prezidenti Ali Ağan, şirkətin məsul əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.Əvvəlcə A.Halim Ateş çıxış edərək bildirib ki, yeni stansiya həm “Azercell”in əhatə dairəsini genişləndirmək, həm də ölkə rəhbərliyinin həyata keçirdiyi regionların inkişafı proqramına dəstək baxımından olduqca önəmlidir: “Bu gün “Azercell” rəhbərliyi olaraq hamımız bura toplaşmışıq. Bizə hər zaman dəstək olan mətbuat nümayəndələri və distribüterlərimiz də buradadır. Onların hamısına təşəkkür etmək istəyirəm. Bu səviyyədə iştiraka, bu səviyyədə dəstəyə görə təmsil etdiyim şirkət adına çox xoşbəxt və qürurluyam. Bəlkə başqaları üçün bu, sadəcə dağın başında qurulmuş sadə bir stansiyanın açılışı təsiri bağışlayır. Amma bu gün şirkətimizin hər bir üzvü bunun həyəcanını yaşayır. Bu da bizim bu işi necə sevərək gördüyümüzün sübutudur. Bu həyəcanı qoruyacağımız müddətdə uğurlarımız və inkişafımız, Azərbaycan xalqına ən üst səviyyədə xidmətimiz davam edəcək. Əsas odur ki, bu həyəcanı, ətrafımızdakı bu dəstəyi itirməyək və daim birlikdə olaq. Hər zaman demişik ki, biz Azərbaycanda olmaqdan, Azərbaycana xidmət göstərməkdən qürur duyuruq. İstəyirik ki, gördüyümüz işə görə Azərbaycan da bizimlə qürur duysun. İnanıram ki, bu birgəlik davam etdikcə buna nail olacağıq. Birlikdə mümkün olduğu qədər daha yüksək zirvələrə çatacağıq”.Qusar rayon icra başçısının müavini Elman Mustafayev çıxış edərək Əniğ kəndində ötürücü stansiyanın istifadəyə verilməsini keyfiyyətli rabitənin təminatı üçün həyata keçirilən önəmli addım kimi qiymətləndirdi: “Azercell” şirkəti fəaliyyətə başladığı gündən çoxsaylı nailiyyətlər əldə edib. Bu stansiyanın açılması da növbəti belə nailiyyətdir. Dəniz səviyyəsindən təxminən 1500 metr hündürlükdə olan bu ötürücü rayonun 6 kəndinə xidmət edir. Bu ötürücü 8 min nəfər sakinimizi əhatə edəcək, onları daha dayanıqlı rabitə ilə təmin edəcək. Stansiya mövsüm zamanı bura gələcək turistlərin rahatlığının təmin olunması baxımından da önəmlidir. Mobil rabitə gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu sahədə gözəl xidmət göstərdiyinizə, bizləri etibarlı rabitə xidməti ilə təmin etdiyinizə görə sakinlər adından “Azercell”ə təşəkkürümüzü bildiririk. Yeni radiobaza stansiyası həm rabitə xidmətinin yaxşılaşması deməkdir, həm də regionların və turizmin inkişafı proqramlarının davamıdır”.Sonra isə Xaçmaz şəhərində “Azercell Telecom” MMC-nin yeni “Azercell-Express” ofisinin açılışı oldu. Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev ofisin yeni il ərəfəsində açılmasını əlamətdar hadisə adlandırdı: “Azercell”in Xaçmazda belə bir ofis açması olduqca əlamətdar hadisədir və buna görə şirkətə təşəkkür edirəm. Bu hadisənin yeni il ərəfəsinə təsadüf etməsi də bizim üçün ikiqat sevincdir. Arzu edərdim ki, bu istiqamətdəki fəaliyyətinizi daha da genişləndirəsiniz. Bu ofisiniz üçün kiçik bir ərazi ayrılıb. Mən əminəm ki, bir azdan tələbat o qədər artacaq ki, bu, ofis sizə bəs etməyəcək. Biz daha geniş ofis açmağınız üçün sizə torpaq sahəsi verə bilərik. Əsas odur ki, mobil rabitə sahəsində Xaçmaz sakinlərinə bu cür keyfiyyətli xidmət göstərəsiniz”.A.Halim Ateş isə bu dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi: “Bizə bu cür dəstək olmasa, uğurlarımızın davamlı olması çətinləşər. Dəstəyə görə çox sağ olun, təklifinizi düşünəcəyik və əminəm ki, qarşınıza yeni layihələrlə çıxacağıq. Xeyirli-uğurlu olsun”.Qeyd edək ki, yeni açılan “Azercell-Express” ofisinin konsepsiyasının əsasını “Bir nöqtədə üç xidmət” təşkil edir. Yəni istənilən abonent “Azercell-Express” ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. “Azercell” şirkəti təkcə Azərbaycanda deyil, bütün regionda “One stop shopping” adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir. Şirkət bundan sonra da regionlarda “Azercell-Express” ofislərinin sayını artırmaq niyyətindədir. Növbəti belə ofislərin Qəbələ, Şəki, Zaqatala, Sumqayıt, Gəncə və digər bölgələrdə açılması nəzərdə tutulub.
|
45,098 |
27.12.2008 09:00
|
İqtisadiyyat
|
NEFTİN 1 BARRELİ NEÇƏYƏ BAŞA GƏLİR?
|
Bu sualla bağlı rəyini aldığımız iqtisadçı-ekspert İlham Şaban deyir ki, Dövlət Neft Şirkətinin hasil etdiyi neftin 1 barreli 9 dollardır: “Baxmayaraq ki, quruda neftin maya dəyəri çox böyükdür. ARDNŞ əgər 9 milyon barrel neft hasil edirsə, bunun 1 milyonu quruda çıxır. Şirkətin dənizdə hasil etdiyi neftin maya dəyəri 6-7 dollardan baha deyil. Ancaq ABƏŞ-in hasil etdiyi neftin maya dəyəri 2 dollardır. Nəzərə alsaq ki gələn il üçün xidmətlər, komponentlərin qiymətləri qalxmayacaq, hesab edirəm ki, qiymət elə həmin həddə qalacaq. Azərbaycan neft sənayesində hasilatla məşğul olan şirkətlərin (14 şirkət birbaşa hasilatla məşğuldur) istehsal xərcləri ilə qazancı arasında Rusiyadakı kimi disbalans yaranmayacaq. Ən əsası da odur ki, bizdə ixrac vergisi olmadığından şirkətlər üçün şərait kifayət qədər yaxşıdır. Neftin qiyməti 20 dollara düşsə də gəlirlə işləyəcəklər”.Ekspertin sözlərinə görə, ARDNŞ bütün xərclərlə bir yerdə Bakı-Novorossiysk kəməri ilə neftin barrelini maksimum 5 dollara ixrac edir: “ABƏŞ çərçivəsində ixrac xərcləri isə 4 dollardır. Ümumi satış qiyməti, ixrac xərclərindəki tariflər elə də böyük deyil”.Qazın istehsal xərclərinə gəlincə isə İ.Şaban bildirir ki, ARDNŞ strukturunda 1000 kubmetr qaz 25 manatdır: “Bu baxımdan həddən artıq böyük rentabellik var. Qaz əhaliyə bundan iki dəfə baha satılır. Kommersiya obyektlərinə bundan da çoxdur. Satışda 4 dəfədən çox xeyir var. Ölkədən xaricə isə daha sərfəli qiymətlərlə satılır. Məsələn, ARDNŞ qazın 1000 kubmetrini Gürcüstana 170 dollara satır”.
|
45,099 |
27.12.2008 09:25
|
İqtisadiyyat
|
NEFT 35,3 DOLLARA DÜŞDÜ
|
Böyük Britaniyanın tədqiqatlar üzrə konsaltinq şirkəti olan “Kapital Ekonomiks”in proqnozlarına əsasən, gələn il dünya bazarında qızılın qiyməti 288 dollar aşağı düşəcək. Orta hesabla bir unsiya 550 dollar təşkil edəcək. 2010-cu ildə bu rəqəm dəyişməz qalacaq.Şirkətdə hesab olunur ki, 2009-cu ildə qiymətli metalın maksimum qiyməti I rübdə müşahidə ediləcək - bir unsiyaya görə 700 dollar. İndi isə qızılın 1 unsiyası 848 dollara və yaxud qramı 27 dollar 35 sentə satılır.
|
45,100 |
27.12.2008 09:26
|
Yazarlar
|
İLİN ADAMLARI - 8
|
Bu il də ölkədə boy, şou, pul, yumruq, dirsək göstərən, bununla gündəmə çıxan adamlar çox olub. Amma gözəgörünməzlər də olub. Ona görə də ilk nominasiya olaraq “İlin gözəgörünməzi”nin qalibini təqdim edirəm.Beləliklə, başladıq:“İlin (əstəğfürullah) gözəgörünməzi”: Artur Rəsizadə (baş nazir) - İl ərzində heç yerdə görünmədiyinə, varlığı ilə yoxluğu mübahisə predmeti olduğuna görə;“İlin fövqəlbəşəri”: Kəmaləddin Heydərov (fövqəladə hallar naziri). Adı 365 gün boyunca hallandığına, özü bu qədər uğurdan hallanmadığına, helikopteri haldan-hala düşərkən halını pozmadığına görə; “İlin umsuğu”: Rövnəq Abdullayev (ARDNŞ prezidenti) - Neftin qiymətdən düşməsi səbəbi ilə 39 milyard dollarlıq ofis tikdirə bilmədiyinə görə;“İlin əfəli” - Azad Rəhimov (İdman naziri): Nazirliyinin büdcəsindəki pulu tam şəkildə xərcləyə, başqa sözlə, basıb yeyə bilmədiyinə görə;“İlin patriarxı”: Vasif Talıbov - Naxçıvanda feodalizm quruluşunun tam və qəti qələbəsini təmin etdiyinə görə; “İlin vurulmuşu”: Heydər Babayev (keçmiş nazir) - Bir il çəkən yumruqlamadan sonra, nəhayət, nokauta salınaraq rinqdən bayıra atıldığına görə;“İlin vurulmaqdan qurtarmışı”: Zakir Qaralov (baş prokuror) - keçən ildən gedən söhbətlərə baxmayaraq, bu il də vəzifəsindən götürülmədiyinə görə;“İlin generalı”: Bəylər Əyyubov (baş mühafizəçi) - Barəsində çoxlu “general” rədifli şeirlər, poemalar yazıldığına görə;“İlin sülhpərvəri”: Səfər Əbiyev (nazir) - Avqusta qədər özünü şahin, qartal kimi aparsa da, Qori “qorit” edəndən sonra sülh göyərçininə döndüyünə görə; “İlin telekilleri”: Hafiz Hacıyev - Seçki kampaniyası zamanı canlı efirdə bəzi nazirləri sifarişlə “vurduğuna” görə;“İlin siyasi lideri”: Fuad Əliyev (ALDP sədri) - Prezident seçkilərinə qatılaraq orta məktəbdə sinif rəhbəri olmağa qadir olduğunu sübut etdiyinə görə; “İlin təşəbbüskarı” - Əli Əhmədov: Axırdan-axıra zırıltı qanunvericilik təşəbbüsü qaldıraraq ölkədə gurultu, parlamentdə qurultu, Avropada mırıltı, Afrikada hırıltı yaratdığına görə;“İlin Zahid Orucu”: Zahid Oruc (deputat) - İlboyu Zahid Orucluq etdiyinə görə; “İlin şeypurçusu”: Siyavuş Novruzov - Hökumətin bəzi planları barədə qabaqcadan el-obaya car çəkdiyinə görə;“İlin Rozası”: Bahar Muradova (vitse-spiker) - Rəhbər qadın obrazında gərgin ictimai-siyasi fəaliyyət göstərərək sələfi Roza Lüksemburqu xatırlatdığına görə; “İlin igidi”: Camaləddin Rəhimov (cokey) - Pekində atdan yıxılsa da, yenidən atlana bildiyinə görə (“İgid odur atdan düşə, atlana” məsələsi);“İlin Ölməz Kaşşeyi”: - Aqil Xəlil (jurnalist) - Zeytunluqda boğulub-döyülsə də, sonradan ürəyindən bıçaqlansa da, ölmədiyinə, sonda qurşaqdan aşağı zərbə aldığına görə;“İlin petuxu”: Sergey Strekalin (məhbus) - Televiziya filmində passiv pederast olduğunu kişi kimi boynuna aldığına və yalandan üzə duraraq düzgün hərəkət etmədiyinə görə;“İlin zəhmətkeşi”: Mila (qədimi peşəkar) - Soruşanlara “mən bu “Mersedes”i alnımın təri, biləyimin haqqı ilə, halal zəhmətimlə qazanmışam” dediyinə görə;Xüləs, əlbəttə ki, nominasiyaları davam etdirmək mümkün idi. Amma yerimiz məhduddur. Bir də adının çəkilməməsinə, eləcə də çəkilməsinə görə inciyənlər olur. Ona görə də “İlin əkəsi”, “İlin cangüdəni”, “İlin Congüdəni”, “İlin can-gödəni”, “İlin işverəni”, “İlin reneqatı”, “İlin gözəgirəni” kimi nominasiyaların sahiblərini təqdim edəsi olmadım. “İlin yazarı” nominasiyası da boş qaldı. Hər il özüm olası deyiləm ki - bəziləri kimi. Amma bir nominasiya var ki, onu axırda mütləq qeyd etməliyəm:“İlin kəmfürsəti”: Famil Cəfərli (jurnalist) - Bu rubrikanın eksklüziv hüquqlarının məndə olduğunu bilə-bilə üç-dörd gün əvvəl bənzər köşə yazdığına görə.Bayramınız mübarək! (4-5 gündən sonra yeni il başladığına görə). Samir SARI
|
45,101 |
27.12.2008 09:35
|
Gündəm
|
İLYAS İSMAYILOVUN OĞLUNDAN YENİ XƏBƏRLƏR
|
Bu ilin martında Moskvanın “Domodedovo” aeroportunda saxlanılandan bəri E.İsmayılovun həbsi ətrafında bir-birinə zidd çeşidli informasiyalar dolaşır. Xatırladaq ki, martın 25-də Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılan E.İsmayılov Rusiya paytaxtından birbaşa Çelyabinskə aparılmışdı. Hələ o vaxt - həbsdən bir neçə gün sonra araşdırma aparıb öyrənmişdik ki, E.İsmayılovun həbsində birbaşa Çelyabinsk vilayətinin qubernatoru maraqlıdır. Niyə?Hər şey ondan başlayır ki, FTX-nin Çelyabinsk vilayət şöbəsi büdcədən külli miqdarda vəsaitin mənimsənilməsi barədə xəbər tutub və dərhal araşdırmaya başlayıb. İlkin araşdırma zamanı məlum olub ki, Vladimir Şvadçenkonun rəhbərlik etdiyi “Prodkorporasiya” dövlət şirkəti dövlətə nə az, nə çox - 170 milyon rubl ziyan vurub. FTX-nin yerli şöbəsi araşdırmaya başlayan kimi Çelyabinsk vilayətinin qubernatoru Pyotr Sumin V.Şvadçenkonu işdən çıxarıb. Araşdırma zamanı məlum olub ki, V.Şvadçenkonun rəhbərlik etdiyi şirkət fırıldaqla məşğul olurmuş. Belə ki, “Prodkorporasiya” bu və ya digər işləri görərkən, bir sıra maliyyə əməliyyatları həyata keçirərkən çox vaxt borcunu buğda ilə ödəyəcəyini bildirirmiş. Buğda isə təbii ki, dövlətin imiş.Şirkətin əsas şəriklərindən biri isə “Avroasiya” şirkəti imiş. “Prodkorporasiya” əldə etdiyi pulların bir hissəsini isə nədənsə sonradan “Avroasiya”nın hesabına köçürürmüş. Bu şirkət isə E.İsmayılova məxsusdur. Əslində yerli FTX hələ ötən ilin yayında bu cəncəl biznes əlaqələrinin izinə düşüb və elə həmin vaxt FTX-dən Azərbaycanın Rusiyadakı səfirliyinə sorğu gəlir: “Bizə Etimad İsmayılovun kimliyi barədə məlumat verin”. Səfirlikdə hamı çaş-baş düşür. Çünki E.İsmayılov Rusiyada kifayət qədər təmiz reputasiyalı iş adamı kimi tanınırdı və Moskvada, hüqüq-mühafizə orqanlarında da kifayət qədər tanınmış şəxs olan İlyas İsmayılovun oğlu olması faktı az əhəmiyyət kəsb etmirdi. Bununla belə E.İsmayılovla bağlı məlumat FTX-yə verilir.Bu arada isə “Prodkorporasiya”nın şəriklərindən biri Vladimir Quzov qeyri-qanuni bank əməliyyatlarında iştirak etdiyi üçün həbs olunur. V.Quzov öz vəkili vasitəsilə E.İsmayılova məktub göndərir və xahiş edir ki, həmin məktub nəyin bahasına olursa-olsun FTX sədri, general Nikolay Patruşevə çatmalıdır. V.Quzovun məktubundan: “Cənab general, yazıb sizə bildirirəm ki, Çelyabinsk vilayəti orqanlarında bir qrup vicdansız adam var. Onlar vitse-qubernator Kosilov, kənd təsərrüfatı naziri Feklin, “Prodkorporasiya”nın Şvadçenkodur. Onlar xidməti vəzifələrindən sui-istifadə edərək dövlət əmlakını dağıtmaqla məşğuldur”.Ekspertlərin fikrincə, Quzovun bu məktubu özünüsığorta cəhdi imiş. FTX E.İsmayılovu məhz Quzovun ifadəsindən sonra həbs etmək qərarına gəlir. Həbsdən sonra isə E.İsmayılov indiyədək işin Çelyabinskdə yox, Moskvada araşdırılmasına çalışsa da onun vəsatətləri hər dəfə rədd edilir.Amma ilkin məhkəmə araşdırması zamanı başqa həqiqətlər də üzə çıxır. Rusiyanın ura.ru saytının yazdığına görə, az keçmiş E.İsmayılovla birgə başqa bir azərbaycanlı da saxlanılıb. Sayt Çelyabinsk vilayətinin prokuroru Aleksandr Voytoviçin fikirlərini də dərc edib: “Artıq bu işlə bağlı dost Azərbaycandan iki ən böyük fiquru həbsə almışıq. Onlardan əvvəl daha bir nəfəri saxlayaraq istintaqa cəlb etmişik. Artıq iş sona yaxınlaşır. Bu üç nəfərlə yanaşı korporasiyanın hərəkətləri də araşdırılacaq”.Prokurorun dediyinə görə, E.İsmayılovun şirkəti “Prodkorporasiya” ilə şərikli pulları hara, necə köçürübsə, pulun hara yoxa çıxdığı də bəlli deyil. 9 aydır həbsdə yatan E.İsmayılovla bağlı Rusiyanın ən yüksək səviyyəli rəsmiləri də məlumatlandırılıb. İstər İ.İsmayılov, istərsə də digər şəxslərin bəlli ünvanlara müraciəti isə indiyədək nədənsə cavabsız qalıb. Görünür, ortada doğrudan da hansısa ciddi söhbətlər var.
|
45,102 |
27.12.2008 09:02
|
Ölkə
|
BAKININ CİBGİR BƏLASI
|
Həmin vaxtdan bu günə kimi hüquq-mühafizə orqanlarında cibgirlərə qarşı mübarizə aparan ayrıca şöbə yoxdur. Nəticə isə göz qabağındadır. Bu gün “qızılbarmaq”lar at oynadır. İctimai nəqliyyat sürücüləri vəziyyətdən çıxmaq üçün “cibinizi cibgirlərdən qoruyun” tipli xəbərdarlıqları avtobusların şüşələrinə yapışdırmaqdan başqa yol görmürlər.Dekabrın 24-də “Azadlıq” qəzetinin reportyoru Prezident Aparatının yüz metrliyində cibi “təmizlənmiş” Bakı sakininin ağlamasının şahidi olub. “Əvvəlcə elə düşündük ki, həmin insanın əzizlərindən kimsə qəfil vəfat edib. Telefonla kiməsə zəng edən kişi “evim yıxıldı, mən nə edəcəyəm” deyə nalə çəkirdi. Yaxınlaşıb nə baş verdiyini soruşduqda, məlum oldu ki, marşrut avtobusunda onun iri məbləğdə pulunu oğurlayıblar. Adını heç vəchlə açıqlamayan vətəndaş bildirdi ki, 5 nömrəli marşrutda onun cibindən 10 min dollar “çəkiblər”. Az keçmədi ki, hadisə yerinə zərərçəkənin gənc oğlu da gəldi. Nicat adlı gənc atasını ovutmağa çalışsa da, kişi ovunmaq bilmirdi. “Başıma daş düşdü... Bu nə iş idi” deyib sızlayırdı. Ona yaxınlıqdakı polislərə müraciət etməyi məsləhət görsək də, buna əhəmiyyət vermədi: “Polis mənə nə kömək edəsidir?”Maraqlıdır ki, cibgirlər arasında qadınlar da az deyil. Məsələn, noyabrın 6-da, Sabunçu rayonu ərazisində 6 saylı marşrut üzrə hərəkət edən avtobusda 1955-ci il təvəllüdlü Ziba Quliyeva 1980-ci il təvəllüdlü Ramil Həsənovun cibindən 55 manat oğurlayıb. Bakının digər rayonları ərazisində hər gün oxşar hadisələr baş verir. Sadəcə, polis bu növ cinayətkarlığa qarşı effektiv mübarizə apara bilmədiyindən adətən cibgirlərin əməlləri zəruri əməliyyat sənədləşməsindən kənarda qalır.Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, hazırda istefada olan polkovnik Arif Məmmədov da bir vaxtlar polisin cibgirlərlə mübarizədə çox aciz olduğunu və ayrıca şöbə yaradılmasının vacibliyini vurğuladı.A.Məmmədov cibgirlərin xüsusiyyətlərindən də danışdı. Onun sözlərinə görə, cibgirlərin xüsusi əlamətləri onların son dəb geyimdə olmaları, bahalı qızıl-zinət əşyalarından istifadə etmələridir: “Avtobuslara adətən 3 nəfər ayrı-ayrı dayanacaqlardan minirlər. Kostyumda, qalstukda, bahalı parıldayan ayaqqabılar geyinirlər. Bu görkəmdə kimin ağlına gələr ki, adam oğrudur?Cibini kəsəcəkləri vətəndaşı müəyyən edib onun ətrafında toplaşırlar. Basdırıq yaradıb cinayəti həyata keçirirlər. Çox vaxt marşrut sürücüləri cibgirləri tanıyırlar. Lakin onlar barəsində hüquq-mühafizə orqanına məlumat vermirlər. Bunun da öz səbəbləri var. Bir dəfə Nərimanov rayonu ərazisində marşrut sürücüsü sərnişinin cibinin “təmizlənməsi”nin şahidi olmuşdu. Buna etiraz edəndə üzünü ülgüclə doğramışdılar”.A.Məmmədov bildirdi ki, cibgirlərə xarakterik xüsusiyyətlərdən biri də yaxalanarlarsa üzərilərində olan bahalı qızıl-zinət əşyalarını hüquq-mühafizə orqanı əməkdaşlarına azadlıqları müqabilində təklif etmələridir: “Ümumiyyətlə, cibgirlər cinayətkar birliklər yaratmağa daha çox meyllidirlər. Bunun da öz səbəbləri var”. A.Məmmədov bu səbəbləri açıqlamasa da, deyə bilərik ki, cibgir həbs olunandan az sonra digəriləri onun azadlığı üçün pul toplayır. Belə bir fakt Ukraynanın Donetsk vilayətində qeydə alınıb. Azərbaycanlı cibgir milis işçisinə 8 min dollar rüşvət verməyə cəhd etdiyinə görə tutulub. Bax belə, Azərbaycanlı cibgirlər artıq qonşu dövlətlərə də ayaq açıblar. Azərbaycanda isə hələ ki onlara qarşı lazımi səviyyədə mübarizə aparmaq haqqında düşünmürlər.
|
45,103 |
27.12.2008 09:23
|
Kriminal
|
“BAKIELEKTRİKŞƏBƏKƏ”-nin İŞÇİLƏRİNİ DÖYDÜLƏR
|
Sabunçu rayon Enerji İstismarı İdarəsinin əməkdaşları Mehman Məmmədov, Mirzəli Şabanov və Vüqar Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
|
45,104 |
27.12.2008 09:09
|
Mədəniyyət
|
RÖYA “ÇUDO PEÇKA”nın SAHİBİLƏ BARIŞIB
|
Bu məlumatları dəqiqləşdirmək üçün dünən müğənninin mətbuat katibi Ülviyyə Alovlu ilə əlaqə saxladıq. Ü.Alovlu bildirdi ki, Röyanın gələn il ana olacağı ilə bağlı yayılan xəbərlər dəqiq deyil, ruhi dispanserdə klip çəkdirəcəyi və Anarın valideynləri ilə düşmənçiliyi barədə yazılanlar isə təxəyyülün məhsuludur: “Mətbuatda Röyanın heç vaxt ana olmayacağı, həyat yoldaşının xəstə olması və bu kimi yanlış xəbərlər, böhtan xarakterli məlumatlar yer alır. Biz də bu yanlışlıqları aradan qaldırmaq üçün mütəmadi olaraq onun roya.az saytında düzgün açıqlamalar veririk. Müğənni və həyat yoldaşının gələcəkdə valideyn olmaqla bağlı problemlərinin olmadığını da saytda bildirmişik, həmçinin bəzi mətbu orqanlara xəbərdarlıq etmişik ki, belə şayiələr davam edərsə, məhkəməyə müraciət edəcəyik. Röya qərara gəlib ki, artıq heç bir qəzet-jurnala, xəbər saytına özü müsahibə verməsin. Çünki onun populyarlığından pis məqsədlə istifadə edilir. Telekanallarda canlı olaraq özü danışdığı üçün onun ifadələrində təhrifə yol vermək mümkün deyil. Amma digər mətbu orqanlar çox hallarda yanlışlığa yol verir. Məsələn, Röyanın adının kriminal aləmdə hallanmasına son qoyulması və bu məsələlərə aydınlıq gətirilməsi ilə əlaqədar sizin qəzetə verdiyi müsahibədən sonra bəzi qəzetlər bundan öz fantaziyalarına uyğun və çox pis şəkildə istifadə etdilər. Bütün bunlar isə qeyri-insani hərəkətlərdir. Bir daha bəyan edirəm ki, Röya ilə bağlı xəbərlərə aydınlıq gətirilməsi üçün roya.az saytına və mənə müraciət edə bilərsiniz. Mən bütün mətbu orqanlara düzgün məlumat verməyə hazıram. O ki qaldı müğənninin ruhi dispanserdə klip çəkdirməsi barədə yazılan xəbərə, bu da yanlışdır, qeyri-dəqiqdir və hansısa təxəyyülün məhsuludur. Lazım gəldikdə biz düzgün məlumatı mətbuata çatdıracağıq”.Ü.Alovlu onu da bildirdi ki, hazırda Röyanın həyat yoldaşının valideynləri ilə münasibətləri çox normaldır və onların arasında münaqişə yaşanması barədə yazılanlar doğru deyil: “Toydan sonra qəzetlər yazdı ki, guya Anarın valideynləri Röyaya görə onu vərəsəlikdən məhrum ediblər, böyük münaqişə yaşanıb. Bütün bunlar da böhtandan, yalandan başqa bir şey deyil. Cəmiyyətimizə uyğun bütün normal ailələrdə olduğu kimi Anarın valideynləri də Röyanı əvvəlcə bir gəlin kimi qəbul etmək istəmirdi. Lakin elə toy gününün səhərisi onların çox normal münasibətləri yarandı və bu münasibətlər hazırda da davam edir”.
|
45,105 |
27.12.2008 09:51
|
Mədəniyyət
|
RƏQSANƏ BORCUNUN OLDUĞUNU TƏSDİQLƏDİ
|
XUMAR QƏDİMOVANIN EVİNİ ƏLİNDƏN ALIBLAR?Son zamanlar efirlərdə görünməyən Xumar Qədimovanın yaşadığı mənzilinin əlindən alınması barədə Show.az-da xəbər yayılıb. Lakin müğənni-bəstəkar xanım saytın əməkdaşı ilə əlaqə saxlayaraq özü haqqında deyilənlərin yanlış olduğunu bildirib.“Bilirsiniz, mən dəvətsiz heç bir efirə getmirəm. Bax, elə indi ATV kanalının ”Performans" verilişinin bayram çəkilişlərindən qayıdıram. Çünki məni özləri dəvət etmişdilər. O ki qaldı haqqımda deyilən söz-söhbətlərə, bunların hamısı cəfəngiyyatdır. O qədər güclü insanam ki, məni həzm edə bilməyənlər haqqımda hər cür şayiə yaymaqla məşğuldur"- deyə X.Qədimova bildirib. ELARİZ AYGÜNLƏ BARIŞMAQ İSTƏYİRElariz Yeni il ərəfəsində Aygün Kazımova ilə münasibətlərini yoluna qoymağa çalışır. O, Aygünlə aralarında yaşanan qalmaqalda qarşı tərəfi günahkar saysa da xanım müğənniyə qarşı heç bir kininin qalmadığını deyib: “Mən sakit insanam. Sözügedən qalmaqalı mən yox, Aygün xanım yaratmışdı. O, qadın olduğu üçün kin-küdurət saxlamaq fikrim yoxdur”.Müğənni sözarası gələn il solo konsert vermək arzusunda olduğunu bildirsə də maddi durumunun buna imkan vermədiyini açıqlayıb. O, 2009-cu ildə yalnız ciddi mahnılardan ibarət albomunun işıq üzü görəcəyini də vurğulayıb.
|
45,106 |
27.12.2008 09:49
|
Astrologiya
|
ULDUZ FALI
|
QOÇ - Saat 14-ə qədər hisslərinizi cilovlayıb mübahisəli situasiya yaratmasanız, sonrakı müddəti qənaətbəxş tərzdə başa vura biləcəksiniz. Çoxdan bəri gözlədiyiniz xəbərlər eşidəcəksiniz. BUĞA - Yeni əlaqələrə başlamağa dəyər. Əgər gələcək perspektivlərinizə yetişmək istəyirsinizsə, boş dayanmayın. Onu da unutmayın ki, nəzərdə tutduğunuz planlara mane olmaq istəyənlər çoxdur. ƏKİZLƏR - Əksər bürclərlə müqayisədə bu gün yalnız sizin üçün uğurlu səyahətlər gözlənilir. Gərginliyi azaltmaq üçün bu, ən yaxşı vasitələrdən ola bilər. Qazanmaq üçün şansınız da var. XƏRÇƏNG - İxtiyarınızda olan bu təqvimdə ulduzlar sizi çox sevindirəcək. Saat 13-dən sonra bir neçə sürprizlə rastlaşacaqsınız. Odur ki, evdə boş-boşuna oturmayın. Sevin ki, seviləsiniz. ŞİR - Yeni əməkdaşlıq üçün uğurlu vaxtdır. Ailə-sevgi münasibətlərində də hər şey zövqünüzlə uyğunluq təşkil edəcək. Günün ikinci yarısında şəxsi büdcənizin artacağı ehtimal olunur. QIZ - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Bir tərəfdən maddi durumunuzda baş qaldıran problemlər, digər tərəfdənsə müttəfiqlərinizin başısoyuqluğu hiddətinizi artıra bilər. TƏRƏZİ - Bayrama bir neçə gün qalsa da, əsas gücünüzü istirahətə həsr edin. Hər hansı sövdələşmə və ya riskli addımlar mövqeyinizi əks etdirməyəcək. Ən yaxşı variant ürəyinizə yaxın adamlara baş çəkməkdir. ƏQRƏB - Qərarlarınızda qətiyyətli olsanız, hansısa ciddi maneəyə rast gəlməyəcəksiniz. Bu gün kimisə aldatmağa çalışmayın. Günortadan sonra pul sövdələşmələrində iştirakınız uğurlu olacaq. OXATAN - Şəxsi işlərinizdə böyük dönüş yaranmaqdadır. Bu səbəbdən də əzmkarlığınızı artırmağa çalışmalısınız. Qohum-qonşularla münasibətləri yaxşılaşdırmağa səy göstərin. Mülayim davranın. OĞLAQ - Gün ərzində qarşılaşacağınız hadisələrin aqibəti çıxardığınız qərarlardan bir-başa asılı olacaq. Odur ki, reallığa obyektiv qiymət verməyə çalışın. Nəzərə alın ki, Ay bürcünüzdədir. SUTÖKƏN - Vaxtınızın əsas hissəsini məhəbbət amilinə həsr edin. Çünki ulduzların düzümü son vaxtlar sevdiyinizə qarşı soyuqluq etməyinizi bəyan edir. Bu qüsuru aradan qaldırmağa çalışın. BALIQLAR - Yeni əlaqələrə başlamaq, işgüzar sövdələşmələri artırmaq gələcək perspektivləriniz üçün səmərəli ola bilər. Həmkarlarınızla dil tapın, gecəni isə mütləq öz evinizdə keçirin.
|
45,107 |
27.12.2008 09:50
|
İdman
|
“NEFTÇİ”nin SABİQ BAŞ MƏŞQÇİSİ KAZİNODA 18 MİLYON AVRO UDUZUB
|
Dörd ay Praqada ruhi-əsəb xəstəxanasında müalicə olunan məşqçi artıq sağalmaq üzrədir: “Klinikaya müraciət edəndə vəziyyətim çox ağır idi. Yalnız ruletka haqda düşünürdüm. Qalan şeylərə marağımı itirmişdim. Bundan sonra nə edəcəyimi bilmirdim. Buna görə də həkimlərə müraciət etməyi qərara aldım. İndi özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, birdəfəlik müalicə olunum. Milad bayramını qeyd etmək üçün iki günlük evə gəlmişəm”.Gələcək planları haqda danışan “Neftçi”nin sabiq çalışdırıcısı normal şəraitdə yaşamaq və qidalanmaq istədiyini bildirib. Petrjelanın sözlərinə görə, xəstəxanadakı yemək onu təngə gətirib: “Siz ehtimal edirsiniz ki, klinikada necə ”rəngarəng" yeməklər ola bilər? Şorba, sıyıq, pəhriz... Mən isə heç vaxt nə şorba, nə də sıyıq xoşlamamışam. Əlbəttə, dözürdüm, ancaq bilsəydiniz buna görə nə qədər əziyyət çəkməli olurdum".Qeyd edək ki, Petrjela “Neftçi” də dörd ay çalışıb.
|
45,108 |
27.12.2008 09:02
|
İdman
|
““VALYADOLİD” RƏŞADIN XİDMƏTİNDƏ MARAQLI DEYİL”
|
“Valyadolid” sizin futbolçunu sınaqdan keçirdi. Artıq baxış müddəti bitdiyindən Sadıqov vətəninə qayıdıb. Komandada onu heyətə qatmaqda maraqlı olmadıqlarını deyirlər. Sadəcə baxışdan keçdi və onu bəyənmədilər".Qeyd edək ki, İspaniyanın nüfuzlu jurnalistlərindən sayılan Martialay ölkəsinin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasındakı təmsilçisidir.
|
45,109 |
28.12.2008 09:01
|
İdman
|
“TURAN”a SPONSOR TAPILIB
|
Bu gün (dünən-red.) səhər yenidən ”Turan"ın prezidenti ilə danışdım. O, problemlərin artıq həll olunduğunu və sponsorlarla danışıqlar getdiyini bildirdi".R.Musayev bildirib ki, gələn mövsümdən premyer-liqada 12 komanda iştirak edəcək:ÿ"Gələn mövsümdə klubların sayı 12 olacaq və premyer-liqa oyunları 4 dövrəli sistemlə keçiriləcək. İlk iki mərhələdə ən yaxşı 6 komanda müəyyənləşəndən sonra bu klublar öz aralarında mükafatlar uğrunda mübarizə aparacaqlar. Qalan 6 komanda isə premyer-liqadakı yerini qorumağa çalışacaq".
|
45,110 |
27.12.2008 09:03
|
İdman
|
3 FUTBOLÇU + 3,5 MİLYON AVRO
|
“Qalatasaray” Mehmetə görə bizə 3 futbolçusunu və 3,5 milyon avro təklif edib. Bu məsələ ilə bağlı son dəfə “Qalatasaray”ın nümayəndələri ilə görüşəcəyik. Razılıq əldə olunsa, Mehmet “Qalatasaray”lı olacaq". “Qalatasaray”ın təklif etdiyi 3 futbolçu hansıdır" sualına B.Uyğun belə cavab verib: “3,5 milyon avrodan başqa Necati və Mehmet Güveni bonservisləri ilə, gənc oyunçu Aydını isə icarə əsasında verirlər. Anlaşma baş tutacaqsa, hər iki klub üçün xeyirli olsun”.
|
45,111 |
27.12.2008 09:03
|
İdman
|
“KOCAELİSPOR”UN PREZİDENTİ HƏBS OLUNDU
|
Məlumata görə, danışıqlar normal keçib və R.Dilmən də “Bursaspor”u çalışdırmağa ilkin razılığını verib. Amma bu razılığın rəsmiləşməsi tərəflərin müəyyən detallara aydınlıq gətirməsindən sonra mümkün olacaq. İ.Yazıçı R.Dilmənlə danışıqlar apardıqlarını təsdiqləyərək hələlik ortada konkret razılaşmanın olmadığını deyib: “Rıdvan bəydən başqa daha bir neçə mütəxəssislə masa arxasına oturmuşuq. Bu gün yalnız onu deyə bilərəm ki, ”Bursaspor"un baş məşqçisi istənilən halda xaricdən gətirilməyəcək və yerli mütəxəssis olacaq".Yada salaq ki, R.Dilmən futbol şərhçiliyindən öncə “Fənərbaxça”da oynayıb və türk futbol tarixində önəmli oyunçulardan biri sayılır.Bu arada məlum olub ki, Türkiyənin “Kocaelispor” klubunun prezidenti Serkan Gürkan dekabrın 26-na keçən gecə polis tərəfindən həbs edilib və ifadə vermək üçün polis idarəsinə aparılıb. O, yaxın adamları ilə adı açıqlanmayan şirkətə hücum etməkdə suçlanır. S.Gürkan kluba məxsus avtobuslara servis xidməti göstərən şirkətə basqın edib. Basqına səbəb klub prezidentinin borcunu ödəməməsi üzündən “Kocaelispor”un avtobuslarından birinin şirkətdə girov saxlanılması olub. Basqından dərhal sonra şirkət rəhbərliyi polisə şikayət ünvanlayıb və həmin şikayət əsasında S.Gürkan jandarm tərəfindən saxlanılıb. Hazırda onunla birgə basqında iştirak edən şəxslər axtarılır. Klub prezidenti hələ ki, polis idarəsindən buraxılmayıb. “BEŞİKTAŞ”ın PREZİDENTİNƏ SƏRT CƏZATürkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi (NİK) “Qalatasaray”la derbi matçda Hakimlər Komitəsinin sədri Oğuz Sarvanı təhqir edən “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörəni sərt cəzalandırıb. Üç ay stadionlara girişi qadağan edilən klub rəhbəri 40 min lirə cərimə də ödəməli olacaq. Bundan əlavə, həmin oyunda meydana daxil olaraq hakimə təzyiq göstərən “Beşiktaş”ın dörd rəsmisi 15 günlük cəzaya məhkum edilib.Toplantıda superliqanın lideri “Sivasspor” klubunun baş məşqçisi Bülənt Uyğun da cəza alıb. “Gənclərbirliyi” ilə səfər matçından sonra təhlükəsizlik xidməti əməkdaşlarını təhqir edən gənc mütəxəssis komandasının növbəti oyununu kənardan izləməli olacaq.
|
45,112 |
27.12.2008 09:01
|
İdman
|
TÜMƏR MƏTİN “BAKI”da OYNAMAĞA RAZILIQ VERDİ
|
Bu haqda apasport.az saytına paytaxtın eyniadlı komandasının vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Tümərin meneceri ilə danışıqlar aparılıb: “Mətinin Azərbaycanda oynamaq istəyi var. Meneceri onun xidmətini bizə təklif edib. Tümər də komandamıza keçməyə razıdır. Klub rəhbərliyi ilə söhbətləşib gələn həftənin əvvəlində qərarımızı verəcəyik”.T.Afşarın fikrincə, təmsil etdiyi komandanın belə bir futbolçunu transfer etməyə gücü çatır. Amma vitse-prezidenti həmyerlisinin keçidi ilə bağlı tərəddüdə salan məsələ başqadır: “Onun Yunanıstanın ”Larisa" klubuna qayıtmaq variantının olduğunu bilirik. Biz də yunanların Tümərə verdiyi məbləği ödəmək iqtidarındayıq. Yəni Mətini almağa gücümüz çatar. Bu transferdə maddi baxımdan problem yoxdur. Hazırda futbolçuya bir illik müqavilə üçün 200 min dollar verə bilərik ki, Tümərin də transferi təxminən bir o qədər olar".
|
45,113 |
27.12.2008 09:05
|
İdman
|
İLHAM ƏLİYEV YENİDƏN MOK PREZİDENTİ SEÇİLDİ
|
Azad Rəhimov, Çingiz Hüseynzadə və Xəzər İsayev isə yenidən MOK-un vitse-prezidentləri seçilib. Ağacan Əbiyevə isə növbəti dəfə baş katib vəzifəsi tapşırılıb.İ.Əliyev Azərbaycan idmanının inkişafındakı xüsusi xidmətlərinə görə paralimpiya çempionu İlham Zəkiyevi “Şöhrət” ordeni ilə təltif edib.
|
45,114 |
27.12.2008 09:05
|
İdman
|
MƏMMƏDYAROV İLK QƏLƏBƏSİNİ QAZANDI
|
Digər təmsilçimiz Teymur Rəcəbov da aktivinə 1 xal yazıb. O, Yevgeni Alekseyevə (Rusiya) məğlubiyyət acısı daddırıb. Əvəzində lider Vüqar Həşimov uğursuzluğa düçar olub. Onun məğlubiyyətsiz oyunlar seriyasına macar Peter Leko son qoyub.Nəticədə Rəcəbov liderlər qrupuna qayıdıb. Beynəlxalq qrossmeysterimiz hazırda 6,5 xalla daha iki şahmatçı ilə birgə 1-3-cü pillələri bölüşdürür. Həşimov 6 xalla 4-cüdür. Hesabında 5 xal olan Məmmədyarov isə 6-10-cu yerləri tutur.Növbəti turda Vüqar və Şəhriyar müvafiq olaraq Dmitri Yakovenko və Yevgeni Alekseyevlə (hər ikisi Rusiya) qarşılaşacaq. Teymur isə Yu Vanı (Çin) sınağa çəkəcək. 13 turdan ibarət qran-pri dekabrın 28-də başa çatacaq.
|
45,115 |
27.12.2008 09:00
|
İdman
|
KANNAVARO “MİLAN”a KEÇİR
|
Yada salaq ki, hazırda “Milan”ın heyətində “Qızıl top” mükafatına sahib çıxmış 3 oyunçu - Andrey Şevçenko, Kaka və Ronaldinyo çıxış edir. Kannavaronun “Milan”a keçməsi “Qızıl top”ların sayını 4-ə çatdıracaq.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.