id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
44,814
23.12.2008 09:54
Siyasət
ZƏMİNƏ DÜNYAMALIYEVA ACP RƏHBƏRLİYİNİ ƏLƏ SALDI
Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyeva deyib. O, partiyadakı qüsurları açıq söylədiyi üçün həmişə rəhbərlikdə təmsil olunan ayrı-ayrı şəxslərin hədələrinə məruz qaldığını bildirib. Z. Dünyamalıyeva partiyadan çıxarılması ilə bağlı müzakirə aparılmasına əsas olmadığını vurğulayıb: “Mən heç bir nizamnamə pozuntusuna yol verməmişəm. Sadəcə, Zəminənin obyektiv danışması bunları qıcıqlandırır. Onlar deyirlər ki, biz həmişə Rəsul Quliyevin adından bəhrələnmişik, indi isə müstəqil şəkildə heç bir iş görə bilmirik, amma bu reallığı heç kim dilə gətirməsin və elə bilsinlər ki, biz varıq, fəaliyyət göstəririk. Axı gərək mövcud olasan ki, iş görə biləsən. O partiyada üç nəfər qalıb. Məşhur təmsildə olduğu kimi, onların da hərəsi bir tərəfə dartır”. Qeyd edək ki, Z. Dünyamalıyeva ACP rəhbərliyinə qarşı ittihamlarla çıxış etdiyi üçün onun partiyadan xaric olunması məsələsi qaldırılıb.
44,815
23.12.2008 10:02
Gündəm
TÜRKİYƏ SƏFİRLİYİ ABDULLAH GÜLLƏ BAĞLI YAZILANLARA CAVAB VERDİ
Bu açıqlamalardan göründüyü kimi, prezident 1915-ci il hadisələri ilə bağlı iddialar və türk-erməni münasibətləri haqda mövqe və təkliflərini daha əvvəl dəfələrlə açıq şəkildə ifadə etdiyini, qətiyyətlə müdafiə etdiyini xatırladıb. Prezident həmçinin ailəsinin kökəni haqqında məlumat verib və yüz illərlə uzanan, mövcud rəsmi sənəd və qeydlərdə təsdiq edilən ”soy ağacları" üzrə keçmişinin müsəlman və türk olduğunu xatırladıb" . Səfirlik açıqlamaya Türkiyə prezidentinin bundan əvvəl yaydığı ermənilərədn üzr istəmə kampaniyası və etnik kökəni ilə bağlı bəyənatların mətnini də əlavə edib.
44,816
23.12.2008 10:54
Gündəm
“TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ MAYDA AÇILA BİLƏR”
Bu prosesi başlatmaq mümkündürmü? Belə bir addım atılarsa, bu, Türkiyədə həyata keçirilən məlum kampaniyaya təsir göstərə bilərmi?Bu və digər suallarımıza cavab almaq üçün Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə danışdıq. Tənzilə xanım bildirdi ki, hələlik Tarkanın bu kampaniyada iştirak edib-etməməsi ilə bağlı dəqiq məlumat yoxdur: “Onun konsertinin təşkilatçısı bildirib ki, Tarkan ermənilərdən üzr istəməyib. Amma bunu Tarkan özü təkzib etməyincə biz arxayın ola bilmərik. Nə qədər ki, o, rəsmən bu iyrənc kampaniyaya qoşulmadığını deməyib, biz onun konsertinə gedilməməsi istiqamətində işlər həyata keçirməliyik. Təsəvvür edin, bu adam hər il Azərbaycana gəlir, konsert verir, külli miqdarda pul aparır. Azərbaycanın pullarını daşıyan bir adamın, xüsusilə türk sənətçisinin ermənilərdən üzr istəməsinə dözmək mümkün deyil. Əgər o, qısa müddətdə bu məsələyə aydınlıq gətirməsə, biz artıq bu kampaniyaya başlayacağıq ki, onun konsertinə heç kim getməsin”.Bəzi Türkiyə qəzetlərinin yazdığına görə, “ermənilərdən üzr istəyirik” kampaniyasında azərbaycanlıların da adları görünməyə başlayıb. Tənzilə xanım buna inanmaq istəmədiyini dedi: “Böyük ehtimalla, azərbaycanlıların adlarını siyahıya yalandan yazıblar. Çünki həmin siyahıda hətta rəhmətə getmiş insanların da adlarına rast gəlmək mümkündür. Amma hər halda, bununla bağlı araşdırma aparmaq lazımdır. Azərbaycanda o qədər ermənipərəst var ki. Bilirsiz, bu kampaniyanı ermənilər başlayıb, ona görə də onlar daha çox imza toplamaları görüntüsünü yaratmaq üçün ən müxtəlif yollara əl atırlar”. Məlum kampaniyanın qarşısının alınması üçün hansı işləri görmək mümkündür? Bu sualımızı cavablandıran T.Rüstəmxanlı qeyd etdi ki, artıq bu istiqamətdə fəaliyyətə start verilib: “Türkiyənin sayılıb-seçilən aydınları, millət vəkilləri çox böyük təpkilər göstərir. Bu kampaniya başlayandan sonra çox maraqlı bir hal müşahidə edilir. Mən tam əminliklə deyə bilərəm ki, indiyədək Qarabağ məsələsi bu qədər aktual şəkildə Türkiyənin gündəmində olmamışdı. Türkiyənin milliyyətçi kəsimi bununla bağlı bir çox işlər görür. Bununla yanaşı, Azərbaycanın özündə də çox ciddi təpkilər olmalıdır. Məsələ ondadır ki, Türkiyədə başladılan bu kampaniyanın mahiyyətində Azərbaycanın Qarabağ problemini unutdurmaq da dayanır. Sanki Qarabağ işğalda deyilmiş kimi Türkiyə Ermənistanla münasibətlər qura bilər, sərhədlərini açar. Türkiyədə hətta 1 il öncəyə qədər ön planda duran məsələlərdən biri də Qarabağın işğaldan azad edilməsi idi. Bildirirdilər ki, Azərbaycan torpaqları azad edilməyincə heç bir münasibətdən söhbət gedə bilməz. Amma indi bu məsələni arxa plana keçirmək istəyirlər. Məndə olan məlumata görə, 2009-cu ilin mayında Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi müzakirə olunacaq. İndidən bunun altyapısını hazırlayırlar. Məsələ ondadır ki, Amerikanın yeni seçilmiş prezidenti Obama da ”erməni soyqırımı"nı tanımaqla bağlı söz verib. Ermənilər 100-200 min imza toplayıb Obamaya təqdim etmək istəyirlər ki, baxın, Türkiyə xalqı da ermənilərdən üzr istəyir. Fəqət bütün hallarda bu kampaniyanın başlaması Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsinə xidmət etmədi. Bu, əks-effekt verdi. Eyni zamanda bu, Türkiyə-Azərbaycan münasibətlərinin soyumasına səbəb ola bilər. Odur ki, Türkiyə tərəfi də bu məsələyə son dərəcə diqqətlə yanaşmalıdır".
44,817
23.12.2008 10:07
Yazarlar
GÜNAHSIZ ABDULLAH
Damarlarından təmiz türk qanı axan hansı ziyalı durub deyə bilər ki, saxta iddialara görə ermənilərdən üzrxahlıq etmək gərəkdir? Bu addımla həm Türkiyə və dünya ictimaiyyətini çaşqın vəziyyətə salırlar, həm Türkiyəni içdən qarışdırırlar, həm də onun dost və qardaşlarını üzürlər. Bu yandan da Türkiyə prezidenti Abdullah Gülə erməni damğasını vurmağa cəhdlər edilir. Belə bir həssas məqamda Azərbaycandan Türkiyə hakimiyyətinə yönəlik çox sərt çıxışlar eşidilir. Düzdür, xüsusilə son illərdəki siyasətinə görə Türkiyə hakimiyyətindən incik düşənlər az deyil. Abdullah Gülün İrəvana gedib Sərkisyanla birgə futbola baxması, türkiyəli musiqiçilərin Ermənistanda konsert verməsi, Qarsda “dostluq” abidəsinin qoyulması cəhdi təbii ki, Azərbaycanda normal qarşılana bilməzdi. Ancaq gəlin insaflı olaq. Türkiyənin daxili vəziyyətini, erməni-kürd terroru ilə üzbəüz qalmasını, xaricdən aldığı təpkiləri unutmayaq. Bu yandan da Türkiyənin qarşısında Avropa Birliyi səddi var. Siyasət naminə hansısa manevrlərin olmasını normal qəbul etməliyik. Deyəsən, axı biz qardaş ölkədən çox şey umuruq. Hətta türk ordusunun Dağlıq Qarabağda antiterror əməliyyatı aparması da keçir ürəyimizdən. Baxmayaraq ki, özümüz buna cəhd də göstərmirik. Əgər illərdir Türkiyə ilə hərbi müqavilə bağlamaqdan yayınmışıqsa, bunun günahını Ankarada axtarmayaq. Görək biz Azərbaycan dövləti olaraq Türkiyənin istəklərinə adekvat reaksiya vermişikmi? Avropa Şurasında Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı səsvermə yadınızda olar. Azərbaycan nümayəndə heyəti Quzey Kiprin taleyini həll eləyən səsvermədə iştirakdan imtina etdi. Deyirik Türkiyə Ermənistana nədən hava sərhədlərini açıb? Məgər Ermənistana, ordan da geriyə uçan təyyarələrin bir qismi də Gəncənin üzərindən ötüb getmirmi? Vaxtaşırı on minlərlə erməninin Türkiyədə işləməsindən danışılır. Unutmayaq ki, Azərbaycanda 50 min erməninin yaşadığını rəsmi şəxslər də etiraf edib. Torpağı işğalda olan ölkənin paytaxtında Ermənistandan gətirilmiş yerköküdən tutmuş Sevan balığınadək satılırsa, Türkiyəni necə qınaya bilərik? Azərbaycandan Ermənistana neft və neft məhsullarının daşınması, İrəvanda Azərbaycan istehsalı olan malların satılmasından azmı danışılıb?Doğrudur, “Uman yerdən küsərlər”. Bir sıra hallarda qardaş ölkənin hakimiyyətləri də yanlış davranıblar. Ancaq unutmayaq ki, dar gündə bizim arxamızda dayanacaq yeganə dövlət Türkiyədir. Bizim Türkiyə ilə münasibətlərə xələl gətirə biləcək addım atmağa, söz deməyə haqqımız yoxdur. Erməni də bunu istəmirmi? Bu gün hədəfə alınan Abdullah Gül keçən il prezident kimi ilk səfərini Azərbaycana etdi. Bu səfərdə Gülün və Türkiyənin yeganə gözləntisi vardı - PKK-nın Azərbaycan tərəfindən rəsmən terrorçu təşkilat kimi tanınması. Nəticəsi nə oldu, tanıdıqmı? Türkiyə Böyük Millət Məclisi illərdir ki, Xocalı soyqırımının rəsmən tanınmasına cəhd göstərir. Ancaq Bakıda Xocalı soyqırımı tanınmayıbsa, Türkiyədən inciməyimiz yersizdir. Gülü tənqid edənlər Azərbaycanın xarici işlər nazirinin “pislikləri unutmaq razılaşması”nı xatırlasınlar. Hesablayın, Gülün son davranışları böyük qəbahətdir, ya Elmar Məmmədyarovun “pislikləri unutmaq” projesinə imza atması? Nəhayət, Türkiyə 20 ilə yaxındır ki, Ermənistana güzəşt təkliflərinə “yox” deyir, Qarabağın azadlığını əsas şərtlərdən biri kimi ortaya qoyur. Biz nə edirik? Bəlkə bunun qarşılığında 40 min türkü qətlə yetirən PKK-nın Azərbaycanda əl-qol açmasının qarşısını alırıq? Oturaq bir tərəziyə qoyaq, görək erməni məsələsində bizim günahımız böyükdür, yoxsa Türkiyənin? Müqayisədə görərsiniz ki, əslində Abdullah Gül günahsızdır.Bu gün Türkiyədə iki lobbinin - Azərbaycan və erməni lobbisinin savaşı gedir. Təəssüf ki, ermənilər qardaş ölkədə də daha fəal görünürlər. Kim bilir, bəlkə elə bu savaşın qalibi olmaq çox şeyi həll edəcək. Elşad PAŞASOY
44,818
23.12.2008 11:08
Gündəm
TÜRK YAĞIDAN ÜZR İSTƏMƏZ!
Türk yağıdan üzr istəməz Hardan çıxdı bu bəd xəbərTürk yağıdan üzr istəməz.Dağılar kənd, batar şəhərTürk yağıdan üzr istəməz. Düzü tərsə yazanlar var,Doğru yoldan azanlar var,Türkə quyu qazanlar var,Türk yağıdan üzr istəməz. Haqqı nahaq yazanlar var,Səfimizi pozanlar var.Qır qaynadan qazanlar var, Türk yağıdan üzr istəməz. Birləşdirər bölgələri,Nurlandırar kölgələri.Qılınc çəkər bilgələri,Türk yağıdan üzr istəməz. Ata çoşqun, ana dolu,Qeyrət axıb qana dolu. Baş qaldırar AnadoluTürk yağıdan üzr istəməz. Sınmaz, görsə sınaq qala,Qıymaz bizə qınaq qala,Silkələnər Çanaqqala,Türk yağıdan üzr istəməz. Oğuz olar, qopuz olar, Qopuz dönüb toppuz olar,Biri doxsan doqquz olar,Türk yağıdan üzr istəməz. İstər ala, sata türkü,Tapar hərdən xata türkü,Min-min olar Atatürkü, Türk yağıdan üzr istəməz. Yaxşı bilir doğu batı,Hardan gəlib türkün zatıƏldən verməz ehtiyatı,Türk yağıdan üzr istəməz. Tilovudu, qarmağıdı,Şər yoluna varmağıdı,Barmaq iblis barmağıdı,Türk yağıdan üzr istəməz. Əldən əyri, ağıldan çaş, Şeytanındı atılan daş,Dünya alt-üst olar, qardaş,Türk yağıdan üzr istəməz. Şəhid ruhu, şəhid canı, Şəhid bəyi, şəhid xanı,Sel-sel olar şəhid qanı,Türk yağıdan üzr istəməz. Məzar olar, beşik olar, Səngər olar, keşik olar,Bağrı deşik-deşik olar, Türk yağıdan üzr istəməz. Dağ uçar, dərə tökülər, Şər suyu şərə tökülər,Göy qopar yerə tökülərTürk yağıdan üzr istəməz. Axtarın, tapın zatını,Öyrənin yeddi qatını,Varaqlayın həyatınıTürk yağıdan üzr istəməz. Dünya boyda həqiqətdi,Tanrı payı bir millətdi. Basılmazlıq, qətiyyətdi,Türk yağıdan üzr istəməz. Nə köhləni, nə nalı var,Qana batmış bir halı var.Külə dönmüş Xocalı var,Türk yağıdan üzr istəməz. Ey yağıdan üzr istəyən, Ərzurumda, Qarsda, Vanda,Qarabağda Naxçıvanda,Lənkəranda, İrəvanda Şəhid qanı göl-göl olan,Hər bir yurdda, hər bir yanda,Qanadları sındırılan,Körpələrdən üzr istə!Beli sınan, tağı çökən, Körpülərdən üzr istə!!! Gözü yolda ər gözləyən,Sonalardan üzr istə!Oğlu ölən, odu sönən,Analardan üzr istə! Şəhid olan hər kişidən, Hər qadından üzr istə!Süngülərin ucundakı Qundaqların, bələklərin Fəryadından üzr istə! Əgər qanın təmizdirsə, Get evində öz anandan, Arvadından üzr istə!!! Bu torpağın hər qarışı,Sakaryadı, Malazgirtdi.Hər qalası bir ordudu,Hər qayası bir igiddi,Əyil türkün torpağına,O torpaqdan üzr istə!Türkün ana dövlətinə Dalğa-dalğa işıq verənMin illərdi sönməz olan Gur ocaqdan üzr istə! “Şühəda gövdəsi bir baxsanadağlar, daşlar.O rükü olmasa Dünyada əyilməz başlar.Vurulub tərtəmiz alnından uzanmış yatıyor.Bir hilal uğruna, Ya Rəbb Nə Günəşlər baxıyor!" * Öp bu şerin ər sətrini, Hər varaqdan üzr istə!Əyil Türkün bayrağına,İstiqlalla bütünləşənAy-Ulduzla Vətənləşən O bayraqdan üzr istə!!!O torpaqdan üzr üstə!!! 22.12.2008 * Şeir parçası Məhəmməd Akif Ərsoyun “Çanaqqala şəhidləri” şeirindəndir.
44,819
23.12.2008 10:09
Siyasət
MÜXALİFƏTİN 2009 PLANLARI
Bəs ümumiyyətlə müxalifət partiyalarının 2009-cu il üçün fəaliyyət planı varmı? Müsavat Partiyasından bildirildi ki, partiyanın 2009-cu il üçün fəaliyyət proqramı qəbul edilib. Fəaliyyət proqramında növbəti bələdiyyə və parlament seçkilərinə hazırlıq, əhali ilə iş, müxalifətin birliyinə çalışmaq, növbəti ilin Məhəmməd Əmin Rəsulzadə ili elan edilərək, bununla bağlı tədbirlərin keçirilməsi və digər məsələlər nəzərdə tutulur. AXCP-dən bildirdilər ki, onlar ilk növbədə demokratik cəmiyyət quruculuğu istiqamətində fəaliyyət göstərəcəklər: “Ölkədəki vəziyyətin dəyişdirilməsi üçün siyasi partiyaların normal fəaliyyətinə nail olmalıyıq. Həmçinin sərbəst toplaşmaq azadlığının, proporsional seçki sisteminin bərpa edilməsi, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi, mətbuat azadlığının təmin edilməsi, məhbus probleminin aradan qaldırılması istiqamətində ciddi fəaliyyət göstərəcəyik, səylərimizi birləşdirəcəyik. Real müxalifət qüvvələrinin birliyinə nail olmağa çalışacağıq. Güman ki, yaxın vaxtlarda bu birliyin şahidi ola biləcəyik. Partiyanın qurultayını keçirəcəyik”. ADP-nin də planı və təklifləri var. Bu barədə məlumat verən sədr müavini Həsrət Rüstəmov bildirdi ki, 2009-cu ilin bələdiyyə, 2010-cu il parlament seçkilərinə hazırlıqları gücləndirməyi planlaşdırırlar: “ADP bu istiqamətlərdə ilkin hazırlıqlara başlayıb. Ancaq daha yaxşı olar ki, müxalifətin əsas güc mərkəzləri vahid mövqeyə gələrək bələdiyyə və parlament seçkilərinə birgə hazırlıqlara başlasın. Biz bu seçkilərə qədər Azərbaycandakı siyasi situasiyanı mümkün qədər müxalifətin xeyrinə dəyişdirməyə, təşkilatlanmanı sürətləndirməyə, xalqla işi artırmağa çalışmalıyıq. ADP-nin planına əsasən bu məsələlər daxildir. Müxalifət partiyalarının böyük koalisiyası yaradılsa daha yaxşı olar. Bu halda bələdiyyə və parlament seçkilərində daha asan uğur qazanmaq mümkündür. 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri parlament seçkiləri üçün məşq olmalıdır. Biz partiyaların orta və aşağı ranqlı funksionerlərinin bələdiyyələrdə təmsil olunması üçün uğurlu siyasi xətt yeritməliyik”.Liberal Partiyasından bildirdilər ki, müxalifətin birliyinin yaranmasına, bələdiyyə və parlament seçkilərinə hazırlıq nəzərdə tutulur: “Müxalifətin birləşməsi üçün artıq zəmin var. Bizim mövqeyimiz bu istiqamətdə müsbətdir. Hesab edirik ki, vəhdət formasında mübarizə aparılmalıdır. Bu blok da ola bilər, partiya da, hərəkat da. Biz indidən bələdiyyə və parlament seçkilərinə hazırlaşmağı düşünürük. Hesab edirik ki, müxalifət bələdiyyə və parlament seçkilərinə vahid siyahı ilə getməlidir. Bunun reallaşması istiqamətində addımlar atmağı planlaşdırırıq. Bu yöndə müzakirələr başlayıb, planlar var”.AMİP katibi Əli Oruclu qarşıdakı ildə bələdiyyə seçkilərinə ciddi önəm vermək qərarında olduqlarını bildirdi: “Partiyamızda bələdiyyə seçkiləri ilə bağlı plan hazırlanıb. İlkin olaraq bu planı Bakı şəhərindəki rayon təşkilatlarımızla həyata keçirmək niyyətindəyik. Rayon təşkilatlarındakı potensial namizədlərin müəyyənləşməsi mərhələsinə başlamışıq. Fəallarla partiya rəhbərliyinin görüşü planlaşdırılır. Partiyamızın qurultayını keçirmək də planımızda əsas yerlərdən birini tutur”.AMİP funksionerinin sözlərinə görə, insanların seçkiyə marağını artırmaq və fəallığa nail olmaq üçün müxalifət partiyaları birlikdə, özü də indidən konkret addımlar atmağa başlamalıdır: “Ayrı-ayrılıqda istənilən nəticəni əldə etmək çox çətin ola bilər. AMİP müxalifətin real birliyinin yaranması üçün də addımlar atmağı planlaşdırır”.
44,820
23.12.2008 10:12
Gündəm
PARTİYALAR AYAĞA QALXAN XALQIN QARŞISINA ÇIXA BİLƏCƏKMİ?
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu fikirləri ötən həftə ilin yekunları ilə bağlı müşavirədə partiya fəalları qarşısında çıxış edərkən söyləyib. Başqan gələn ildən etibarən beynəlxalq birliyin Cənubi Qafqazda mövqeyinin güclənəcəyini də bildirib və ruh düşkünlüyünə əsas olmadığına işarə edib. Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın ictimai-siyasi mühitindəki sakitlik əslində tufanqabağı sükutu xatırladır. Ölkədəki bahalığın, işsizliyin, məmur özbaşınalığının, korrupsiya mühitinin, üstəlik də işıq, su, qaz problemlərinin kütləvi narazılıqlar yaratdığını qeyd edən bəzi müşahidəçilər bunun sonda partlayışla nəticələnəcəyini güman edirlər. Bu mənada son zamanlar qlobal böhranın daha böyük dalğasının Azərbaycana da ciddi təsir edəcəyi istisna olunmur. Qeyd edək ki, Yunanıstandakı iğtişaşlar artıq qarşısıalınmaz hadisələrə çevrilib. Rusiyanın özündə belə hakimiyyətin son qərarlarına etiraz edən kütlə meydanlara axışıb. Gələn ilin dövlət büdcəsini formalaşdırmağa çətinlik çəkən Azərbaycanda da 2009-cu ildə narazılıqların açıq müstəviyə adlayacağı bildirilir. Ancaq 2003-cü və 2005-ci il hadisələri Azərbaycan hakimiyyətinin öz xalqına qarşı nə qədər dözümsüz olduğunu göstərdi. Bu mənada kütləvi etirazları yatırmaq üçün çox sərt qərarların veriləcəyi güman edilir. Bəs Azərbaycan müxalifəti meydana çıxacaq narazı kütlənin qarşısına çıxmağa, hadisələrin sivil məcradan kənarda baş verməsinin qarşısını almağa qadirdirmi?Müsavat başqanının müavini İbrahim İbrahimliyə görə, böhran dərinləşdikcə, sosial etiraz dalğası daha da yüksələcək: “Bunun sosial partlayışa çevrilib-çevrilməyəcəyi barədə indidən proqnoz vermək çətindir. Amma hər halda, hakimiyyətin tez-tələsik konstitusiya dəyişiklikləri ilə bağlı məsələni reallaşdırmaq istəyi ondan xəbər verir ki, Prezident Aparatının analitik mərkəzi ölkədəki durumun inkişaf istiqamətlərini müzakirə edib və belə bir qənaətə gəliblər ki, bir müddətdən sonra ölkədə gözlənilməz hər hansı bir hadisənin baş verməsi mümkündür. Nəzərə alsaq ki, hakimiyyət bizdən daha çox informasiya və məlumata malikdir, onda ciddi etiraz dalğalarının başlanması proqnozunu vermək mümkündür”. Hadisələrin idarəolunmaz xarakter alması zamanı müxalifətin nə edəcəyinə gəldikdə isə İ.İbrahimli dedi ki, müxalifətin durumu nə qədər acınacaqlı olsa da, kifayət qədər təcrübəsi var: “Xalqın gözü yavaş-yavaş müxalifətə tərəf yönəlir. Burda bir məşhur kəlam da yerinə düşür: xalq simasını itirmir, dəyişir, gizlədir. Hər an əvvəlki mahiyyətinə qayıda bilir. Əvvəlki mahiyyət isə demokratik qüvvələrdir”. Müsavat funksioneri qeyd etdi ki, hər halda, hadisələrin idarəolunmaz xarakter alması nə hakimiyyətə, nə müxalifətə, nə də xalqın özünə sərfəlidir: “Odur ki, burda ən çox məsuliyyət daşıyan hakimiyyətdir. Hakimiyyət atacağı addımları ciddi şəkildə ölçüb-biçməlidir. Ən azı xaosa aparan addımların atılmasından imtina olunmalıdır”.ADP sədri Sərdar Cəlaloğlu isə dedi ki, istər bugünlərdə Yunanıstanda, istərsə də ötən il Parisdə baş verən kütləvi iğtişaşları törədənlər siyasi partiyalardan kənarda olan qüvvələrdir: “Bu, bir daha göstərir ki, siyasi partiyaların cəmiyyətdə rolu nə qədər mühümdür və necə vacibdir. Dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi baxımından siyasi partiyaların fəaliyyəti strateji əhəmiyyət daşıyan bir məsələdir. Çox təəssüf ki, bu gün Azərbaycanda siyasi partiyalar dövlətin səhv siyasəti nəticəsində zəiflədilib. Azərbaycan müxalifəti demokratik dəyərlərdən uzaqlaşıb. Siyasi partiyaların arasında siyasi liderlərin ambisiyaları nəticəsində inteqrasiya baş vermədiyi üçün belə iğtişaşlar olsa belə, Azərbaycanda da Yunanıstan və Fransada olduğu kimi, siyasi partiyalar bu iğtişaşların qarşısının alınmasında bir iş görə bilməyəcək. Ona görə də siyasi böhran şəraitində siyasi partiyaların belə böhranlı hadisələrə hazır olması üçün dövlət özü xüsusi təşəbbüskarlıq göstərməlidir. O cümlədən müxalifət təcili birləşmək üçün lazım addımlar atmalıdır”.S.Cəlaloğlu da ölkədə sosial narazılıqların açıq müstəviyə keçəcəyini istisna etmədi: “Bizdə bəziləri elə danışır ki, guya Azərbaycan dünyadan təcrid olunub, burda fərqli insanlar yaşayır, cəmiyyət yoxdur. Belə çıxır ki, biz nə dövlətlərin, nə insanların, nə də cəmiyyətlərin əməl etdiyi qanunlara tabe deyilik. Guya dünyanın hər yerində bu qanunlar işləyə bilər, təkcə Azərbaycandan başqa. Əgər biz inanırıqsa ki, sosiologiya, politologiya, iqtisadi, sosial, siyasi qanunlar var və təcrübə göstərir ki, iqtisadi böhranlar siyasi böhrana, siyasi böhranlar da iğtişaşlara, üsyanlara gətirib çıxarır, deməli, onda çox qısa bir müddətdə Azərbaycanda iğtişaşlar, üsyanlar qaçılmazdır. Ola bilər ki, bu, gələn il yox, o biri il olsun. Prezidentlik müddətinin uzadılması cəhdi, müəyyən bu cür manipulyasiyalarla iğtişaşçı, potensial təhlükəli qüvvələrin qarşısı alına bilər, amma bundan qaçmaq mümkün deyil. Ölkədə siyasi, sosial-iqtisadi narazılıqların gətirəcəyi sosial kataklizmlərin qarşısını almaq üçün həm təcili iqtidarla müxalifət arasında dialoq başlanmalıdır, həm də müxalifətin özü təcili birləşməlidir. Biz iqtidarla dialoq aparmasaq da, xalqın taleyinə cavabdehik və hətta narazı vətəndaşlar meydana çıxanda belə, onları nizamlı bir müstəviyə yönəltməyi bacarmalıyıq. Əks halda, Azərbaycan dağılacaq”.
44,821
23.12.2008 09:13
Gündəm
DAK ERMƏNİLƏRƏ QARŞI İMZATOPLAMA KAMPANİYASINA BAŞLADI
“Tarixi Azərbaycan torpaqlarında - qədim İrəvan xanlığının ərazisində Rusiya imperiyasının bilavasitə köməyi ilə özlərinə Ermənistan adlı dövlət qurduqlarına, 1905-1907-ci illərdə, həmçinin 1918-ci ildə İrəvanda, Zəngəzurda, Vedibasarda, Urmiyada, Salmasda, Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda yüz minlərlə dinc və silahsız Azərbaycan türkünü qətlə yetirdiklərinə, 1905-ci ildən 1988-ci ilə qədər 1,5 milyondan çox Azərbaycan türkünü Qərbi Azərbaycandakı doğma yurdlarından deportasiya etdiklərinə, həmin ərazilərdə minlərlə Azərbaycan yaşayış məntəqəsini viran qoyduqlarına, yüzlərlə tarixi abidəni məhv etdiklərinə, 1988-ci ildən başlayaraq 1 milyondan artıq azərbaycanlını öz yurdlarından didərgin saldıqlarına, Xocalıda yüzlərlə dinc sakini xüsusi amansızlıqla qətlə yetirdiklərinə, Xocalı kimi bütöv bir şəhəri yer üzündən sildiklərinə, müstəqil Azərbaycanın 20 faiz ərazisini işğal etdiklərinə, Azərbaycan türklərinə qarşı 100 ildir törədilən qətl və qarətlərə, soyqırımlara, ərazi işğallarına görə erməni terrorçuları və erməni xalqı Azərbaycan xalqından üzr istəsin və işğal olunan əraziləri dərhal azad etsin”. DAK-dan o da bildirilib ki, İnternet vasitəsilə aparılacaq kampaniyaya dünyanın bütün bölgələrindən qoşulmaq mümkün olacaq.
44,822
23.12.2008 10:14
Gündəm
DİASPORA NÜMAYƏNDƏLƏRİ QUBADAKI KÜTLƏVİ MƏZARLIĞA BAŞ ÇƏKİBLƏR
Gördüklərindən dəhşətə gəldiyini deyən Tomris Azəri məzarlıq haqqında məlumatların dünyanın tanınan və çox istifadə edilən İnternet saytlarında yerləşdirilməsinin zəruriliyini, ABŞ konqresmenlərinin Qubaya dəvət olunmasının vacibliyini söyləyib. Millət vəkili Qənirə Paşayeva 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın əyani sübutu olan kütləvi məzarlıqdan bəhs edən videoroliklərin hazırlandığını deyib.
44,823
23.12.2008 10:15
Gündəm
NƏRİMAN NƏRİMANOVUN TİFLİSDƏKİ EV MUZEYİ SÖKÜLÜR
Nəriman Nərimanov 1922-ci ildə Sovet Azərbaycanının ilk hökumət başçısı olub.
44,824
23.12.2008 10:16
Siyasət
“KONSTİTUSİYA İSLAHATLARI”nın EHTİYAT HİSSƏSİ DƏ VARMIŞ
Müxalifətin və demokratik ictimaiyyətin ciddi etirazla qarşıladığı bu məsələ kifayət qədər ciddidir, çünki onun hakim komandanın istəyinə uyğun şəkildə həlli artıq qeyri-mümkünlər sırasında deyil. Hakimiyyət problemin həlli üçün artıq əməli addımlar da atıb. Necə deyərlər, qatar artıq hərəkətə gətirilib. Belə ki, YAP-ın bu təklifi Milli Məclisin gündəliyinə çıxarılıb və parlament onu baxılması üçün Konstitusiya Məhkəməsinə göndərib.Ümumi şəkildə “konstitusiya islahatları” adlandırılan bu dəyişikliklər proqramında əsas məsələ müddətli prezidentlik məsələsi ilə bağlı olduğundan əksəriyyət belə hesab edir ki, islahatlar proqramı yalnız bunun üzərində qurulub. Doğrudur, bu məsələ islahatlar proqramının məhək daşını təşkil edir, əslində bütün bu proseslər də ona yönəlib ki, İlham Əliyevin üçüncü, dördüncü... dəfə prezident seçkilərinə qatılmaq hüququ təmin olunsun. Amma proqram özündə bununla yanaşı digər dəyişikliklərin həyata keçirilməsini də ehtiva edir.Bu təkliflər arasında öz mürtəce məzmunu ilə seçilənlər də var, mütərəqqi təsiri bağışlayan niyyətlər də. Məsələn, söz və mətbuat azadlığının məhdudlaşdırılmasına xidmət edən maddələr ölkənin taleyi və demokratiya baxımından xeyli təhlükəlidir. Bu mənada 50-ci maddəyə edilən və “Məlumat azadlığı” adlanan dəyişiklik baş tutsa, söz azadlığının məhdudlaşdırılması qaçılmaz olacaq. Bu proqram 50-ci maddəyə 3-cü bəndin əlavə edilməsini nəzərdə tutur. Əlavə belədir: “Hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir”.Bu əlavə məlumat azadlığına nəinki təminat verməyəcək, hətta əksinə, məlumat əldə etmək və yaymaq azadlığını daha da məhdudlaşdıracaq. Ekspertlərə görə, bu ikibaşlı əlavə mətbuatı susdurmağa və onu qorxutmağa xidmət edir. Hakimiyyət bu maddə ilə hər kəsi mətbuatın üstünə qaldıracaq, tənqid və təhlil yazmaq isə əngələ çevriləcək. Buna da daha bir maddəyə edilən dəyişiklik kömək edəcək. “Şəxsi toxunulmazlıq hüququ” adlanan 32-ci maddənin ilkin bəndinə belə bir cümlənin əlavə edilməsi nəzərdə tutulur: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.Bir sözlə, siyasi müşahidəçilər bu dəyişikliklərin qəbulunun azad mətbuatın tamam susdurulması üçün qanuni imkanları daha da artıracağı qənaətindədir.Lakin artıq qeyd etdiyimiz kimi, islahatlar proqramında mütərəqqi mahiyyətli kimi görünən dəyişikliklər də nəzərdə tutulub. Bizi bu barədə bilgiləndirən etibarlı mənbənin sözlərinə görə, proqramın ictimaiyyətə hələ açıqlanmayan daha bir paketi var. Qaynağımız həmin dəyişikliklər paketinin dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlandığını və onun yaxınlarda geniş ictimai müzakirələrə təqdim olunacağını bildirir. Özündə genişmiqyaslı demokratik siyasi-hüquqi islahatların həyata keçirilməsi və ictimai-siyasi gərginliyin azaldılması planlarını ehtiva edən bu təkliflər paketi konstitusiya reformalarının əslində ikinci hissəsi deməkdir. Əldə etdiyimiz məlumata görə, şərti olaraq “Demokratik açılım” adlanan və ciddi siyasi dəyişikliklərin reallaşdırılmasını nəzərdə tutan həmin təkliflər paketi ATƏT-in məlum tövsiyələri əsasında hazırlanıb.Nüfuzlu beynəlxalq qurumların və Qərbin demokratik təsisatlarının da tanış olduğu bu təkliflər paketində yer alan həssas məqamlar barədə “Yeni Müsavat” olaraq yazmış, sözügedən məsələ hələ gündəmə gətirilməmişdən öncə bu haqda xəbər vermişik. Onları qısaca olaraq bir daha ümumiləşdirərək xatırladaq ki, iqtidar müxalifətlə təmaslara keçərək ölkədə siyasi münasibətlərin yeni mərhələsini başlamağa hazırlaşır. Hakimiyyət ölkədəki gərgin siyasi mühitin, müxalifətlə münasibətlərin yumşalmasını və sivil məcraya düşməsini istəyir. Onlar bu mühitə Qərbin də israrla tələb etdiyi siyasi-institusional islahatlar üçün münbit zəmin kimi baxır. Söhbət müxalifəti prezidentlik müddətinin artırılması məqsədilə keçirilməsi nəzərdə tutulan konstitusiya dəyişikliklərinə razı salmaqdır.Ötən saylarımızda da qeyd etdiyimiz kimi, bu güzəştlərin siyahısına aşağıdakı ciddi məsələlər daxildir: iqtidar-müxalifət münasibətləri sivil formaya keçir, bütün problemləri həll etmək üçün ortaq komissiya qurulur; qarşıdakı bələdiyyə və parlament seçkilərinin demokratik keçirilməsinə təminat verilir; bu məqsədlə MSK-nın tərkibinə və seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına yenidən baxılır; proporsional seçki sistemi bərpa edilir, deputatların sayı 175-ə qaldırılır; partiyaların büdcədən maliyyələşdirilməsi məsələsində müxalifətin təklifləri nəzərə alınır; müxalifətin Əfv Komissiyasında, korrupsiyaya qarşı mübarizə idarələrində və Təhlükəsizlik Şurasında (ictimai vəzifə kimi) təmsilçiliyi məsələsi həll edilir və s.Sadalanan bu məsələlər gündəmdə qalır və dövlət başçısının əlavə islahatlar paketində öz əksini tapır. Bu sənəddə hakimiyyət qolları arasındakı səlahiyyət bölgüsü məsələsinə yenidən baxılması nəzərdə tutulur. Belə ki, plana görə, Nazirlər Kabinetinin səlahiyyətləri genişləndiriləcək, Milli Məclisin hökumətə nəzarət etmək hüququ artırılacaq və s. Bu isə ölkədə idarəçiliyin təkbaşçılıq prinsipi ilə yürüdülmədiyini isbatlamağa hesablanıb və Qərbi də, ölkədaxili qüvvələri də qane edəcək qədər demokratik təsir bağışlayır. Bir çox müşahidəçilərə görə, iqtidar bu islahatlara ona görə gedir ki, beynəlxalq və yerli ictimaiyyətin müddətli prezidentlik müddəasının ləğvinə razılığını rahat şəkildə ala bilsin. Kobud desək, bu islahatlar Qərbə və ölkə əhalisinə konstitusiya islahatlarına razılığın müqabilində verilən ödəncdir. Onun daha bir məqsədi də budur ki, hakim komandanın monolitliyini təmin etsin, onu gələcəyin təhlükəsizliyinə əmin etsin, mümkün komandadaxili müxalifəti neytrallaşdırsın. Əks halda, 2013 və ondan sonrakı mərhələ üçün doğrudan da ciddi narahatlıq var. *** Mənbəmiz bu məsələnin niyə məhz indi gündəmə gətirilməsi sualına da yorum verib. O bildirir ki, hazırda Rusiyada təxminən eyni proses həyata keçirildi və tamamlandı. Rəsmi Bakı bu presedenti fürsət bilərək, onunla məhz eyni zamanda dünyanın gündəminə çıxmaq qərarını verib. İndi Qərb bu məsələyə görə Azərbaycana təzyiq göstərmək istəyərsə, onda gərək ilk öncə Rusiyaya təzyiq etsin, onu dayandırsın. Qaynağımız iddia edir ki, Azərbaycan hakimiyyəti çox uğurldu seçib: “Yeganə təzyiq və tənqid daxildən ola bilər. Bu da ki, əhmiyyətsiz səviyyədədir. Üstəlik, daxildəki opponentləri də razı sala biləcək, ictimai qınaqları neytrallaşdıracaq addımlar - ”demokratik açılım" paketi də yaxınlarda günləmə gələcək...” Gizli müsahibimiz zamanla bağlı məsələnin mahiyyətinə aid bunları da söylədi: “Hakim düşərgədə, cəmiyyətdə və Azərbaycandan kənarda belə bir rəy hakim idi ki, İlham Əliyev sonuncu prezidenlik müddətini keçirir. Hamı əmin idi ki, 2013-cü ildə prezidentliyə əsas iddiaçı millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olacaq. Bu faktı qəbul edənlərlə yanaşı, qəbul etməyib, narahat olanlar da vardı. İqtidarın başına tamamilə yeni birisinin gəlməsi ciddi dəyişikliklər vəd edən və proqnozlaşdırılması çətin olan bir hadisədir. Qruplar, mafiyalar, hakimiyyətə adamlarını yerləşdirmiş qonşu və uzaq dövlətlər, müxalifət içərisindən iddiaçılar, Əliyevlərdən və hakim düşərgədən 2013-ə aid gizli arzu və niyyət daşıyanlar üçün artıq bir nömrəli hədəf Mehriban Əliyeva idi. İlham Əliyevin bu addıma getməsinin və səhnəni tam aydınlaşdırmaq zərurəti hiss etməsinin əsas səbəblərindən birinin də bu fakta bağlı olması düşünülə bilər. İndi gələcəyə dair bütün iddiaların və planların önündə yenə də İlham Əliyevdir...”
44,825
23.12.2008 10:17
Yazarlar
İSA BƏYİN GEDİŞİ VƏ MÜHARİBƏ ŞƏRAİTİ
Amma var, hörmətli oxucu. Elə qəzetlərin İsa Qəmbərə ünvanlanmış suallarında “hakimiyyət ömürlük prezidentliyə hazırlıq görür, sizsə getmək barədə danışırsınız”, ritorikasının aparıcı olduğunu xatırlamaq kifayətdir.Şəxsi qənaətimə görə, hörmətli İsa bəyin başqanlıqdan gedəcəyi barədə müzakirələrə məhz belə bir həssas məqamda rəvac verilməsi siyasi texnologiya baxımından tam yanlışdır. Əlbəttə, başqan o barədə taleyi biri gün həll olunacaq “Azadlıq” radiosunun tok-şousunda dinləyici sualına cavab olaraq deyib. Amma bu təsadüf adamı bəzi naqolay suallarla qarşılaşdırır. Məsələn, informasiyanı qəbul və təhlil etmək bacarığına şübhə etmədiyim bir dostum soruşur: “Xeyir ola, İlham Əliyev ömürlük prezidentliyə çalışır, İsa Qəmbər isə siyasətdən gedir?!”Bəli, yanlış siyasi texnologiya deyəndə məhz bu “getmək” məsələsini nəzərdə tuturdum. İsa bəy əxlaqı həmişə siyasətdən yüksək tutub. Bunu hakimiyyətdəkilər də yaxşı bilir, müxalifətdəkilər də, xaricdəkilər də. Yəni başqan “2010-cu ildə gedəcəm, heç Müsavatın lideri kimi də qalmayacağam” deməklə səmimi demokratlığını göstərir. Amma demokratiya, “gedəcəm, kimsə gələcək” deməyin zamanımı? İndi qəzetlər günün əsas məsələsini - hakimiyyətin yekə bir qanunsuzluğunu ikinci plana keçirib Müsavata başqan axtaracaqlar.“Əvəzedilməz adamlar yoxdur” deyənlər yanılırlar.Əvəzedicilər həmişə var. Mən Müsavat üzvü deyiləm, amma başqanı Müsavatda əvəz edə biləcək lider görmürəm və çətin ki, qıraqdan da gələ. Bu məsələyə nöqtə qoymaq lazımdır. Heç olmasa 2010-cu ilədək.Hakimiyyət isə irəli - Hikmət Hacızadənin sözləri ilə desək, Afrikaya doğru gedir. Əvvəlki vaxtlar olsaydı, “ölkə ilə, vətəndaşla, dünya ilə tarana” da yazmaq olardı. Amma əvvəlki zaman deyil. 2003-cü ildəki kövrək hakimiyyət 2008-ci ildə konstitusiyanı dəyişdirmək işinə girişibsə, deməli, dəyişib, güclənib. Ölkə və vətəndaş bir qırağa, dünya özü də onun qabağında gücsüzləşib, puldan asılı boş şara çevrilib. Bir az da üfürsən partlayacaq kimi...İndi tam təsdiq olunur ki, YAP-ın konstitusiyaya əlavə və düzəlişləri əvvəlcədən hazırlanmış bir ssenaridir. Hər şey göz önündədir. Təxminən ay yarım əvvəl YAP icra katibinin müavini qəfildən dedi ki, bəs, prezidentlik müddətinə qoyulmuş məhdudiyyət götürülməlidir. Bir sənədi heç YAP da müzakirə etmir və qısamüddətli sakitlikdən sonra YAP-ın əsas fiquru (hər halda, vəzifəcə) Əli Əhmədov işə qoşulur. Bir həftə keçməmiş “dəyişiklik və əlavələrlə” bağlı çox yekə bir sənəd ortaya çıxır. Sonrasını bilirsiniz.Əlbəttə ki, birinci şəxsin iradəsi olmadan YAP belə ciddi işə qoşulmazdı. Bu, bəlli. Bəs bilinməyən nədir? Məsələn, düzəlişlərdə müddətlə bağlı şərt kimi niyə müharibə məsələsi qoyulur? Bu konstitusiya oyununda məni bundan çox maraqlandıran məsələ yoxdur. Yəni dinc dövrlərdə hakimiyyətin namizədinə məhdudiyyət olacaq, müharibə şəraitində isə yox. Məntiqlə dövlət başçısı növbəti dəfə namizəd olmaq istəyirsə, ölkədə müharibə şəraiti olmalıdır. İstənilən Ali Baş Komandan üçün müharibə şəraiti yaratmaq çox asandır, çox asan. Amma müharibə etmək çox çətindir, çox çətin...Bizi hələ təkcə çətin günlər yox, çətin suallar da gözləyir. Nazim SABİROĞLU
44,826
23.12.2008 10:54
Gündəm
MÜXALİFƏT ETİRAZ AKSİYASINA QƏRAR VERDİ
Bununla bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. Məktubda həmçinin bildirilir ki, Milli Məclis referendumla bağlı rəy bildirmək üçün Konstitusiya Məhkəməsinə dekabrın 19-da müraciət edib. Ondan sonrakı günlər şənbə və bazara düşdüyündən meriya işləməyib. Buna görə də müxalifət BŞİH-ə piketlə bağlı dekabrın 22-də müraciət edə bilib. Ancaq meriya məktubu qəbul etməyib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, BŞİH bunun səbəbini aksiyanın vaxtına ən azı beş gün qalmış müraciət edilməli olduğu ilə əsaslandırıb. A.Hacılı məktubun sonunda qeyd etdikləri gecikmə səbəbini meriya nümayəndələrinin nəzərinə çatdırsa da, bunun nəticəsi olmayıb.Müsavat funksionerinin verdiyi məlumata görə, məcburiyyət qarşısında qalıb məktubu poçt vasitəsilə göndərib. A.Hacılı onu da vurğuladı ki, BŞİH rəhbərliyi müxalifətin dekabrın 25-də piket keçirəcəyi ilə bağlı məlumatı, onlara məktub göndərildiyini ən azından bu gün mətbuatdan oxuyacaq. Odur ki, meriya üzərinə düşən işi - aksiyaya şərait yaradılmasını həyata keçirməlidir. Maraqlıdır ki, müxalifətin dekarın 25-nə aksiya təyin etməsindən sonra Konstitusiya Məhkəməsinin bu məsələyə dekabrın 24-də baxacağı barədə xəbər yayıldı. Bunun ardınca isə bildirldi ki, konstitusiya dəyişikliyinə dair təkliflər dekabrın 26-da parlamentin müzakirəsinə çıxarılacaq.Qeyd edək ki, dünən ABŞ-ın Azərbaycandakı səfirliyi də bu məsələyə münasibət bildirib. “Azadlıq” radiosunun məlumatına görə, səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bununla bağlı hakimiyyətə çağırış edib: “Biz bu müzakirələri müşahidə edirik və Azərbaycan hökumətini dəvət edirik ki, bu təkliflə bağlı müxtəlifyönümlü və açıq debatlar üçün münbit şərait yaratsın. Bununla da istənilən fikir sahibi öz düşüncələrini bildirməyə imkan qazansın. Demokratiya üçün vacib olan yalnız konstitusional prosedurları idarə edən qanunlar deyil, daha vacibi sağlam demokratik mühitin yaradılmasıdır ki, bu da vətəndaşları öz hüquqlarından məhdudiyyətsiz istifadə etməyə sövq etsin”.Diplomat fikrini davam etdirərək deyib: “Biz siyasi rəqabəti və hakimiyyətin dinc yolla, konstitusiyaya uyğun dəyişilməsini demokratiyanın təməl prinsipi və demokratik proseslərin, təsisatların güclənməsi kimi dəyərləndiririk. Nəticə etibarilə biz Azərbaycan hökumətini dəvət edirik ki, ölkənin uzunmüddətli sabitliyi və firavanlığı üçün vacib olan sərbəst toplaşmaq, təşkilatlanmaq və söz azadlığı kimi dəyərlərə tam cavab verən demokratik islahatları sürətləndirsin. Amerika Birləşmiş Ştatları bu yöndə islahatların keçirilməsində Azərbaycanın gördüyü işi dəstəkləməyə hazır olduğunu bildirir”.Xatırladaq ki, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə konstitusiya qadağasının ləğv edilməsinin də yer aldığı dəyişiklik təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.Avropa Şurası və ATƏT-dən isə hələlik bu layihəyə hər hansı reaksiya yoxdur. ATƏT-in Bakı ofisindən “Azadlıq” radiosuna verilən məlumata görə, hələlik qurumdan hər hansı reaksiya gözlənilmir. Avropa Şurasından da eyni cavabı veriblər.
44,827
23.12.2008 09:18
Dünya
KREML LUKAŞENKOYA SİYASİ RÜŞVƏT TƏKLİF EDİR
Qəzetin yazdığına görə, “Qazprom” Minski xəbərdar edib ki, yanvarın 1-dən qazın min kubmetri üçün 240 dollar ödəməli olacaq. Lakin bu qiymət Belarus üçün qətiyyən məqbul deyil. Onsuz da Belarus indiyədək Rusiyadan aldığı qazın əvəzini kreditlə ödəyirdi. İndi isə ən uzağı qazın min kubmetrinə 140 dollar ödəyə bilər. “Gəlin etiraf edək ki, belaruslar almanlar qədər imkanlı deyil. Necə ola bilər ki, almanlara da qazı 240 dollara satsınlar, bizə də? Digər tərəfdən, neftin qiymətinin 3 dəfədən çox düşdüyü bir vaxtda qazın qiymətini bu qədər artırmaq necə görünə bilər?”-deyə Lukaşenko Moskvaya yola düşməzdən əvvəl bildirib.Məlumata görə, Lukaşenko hökumətinin Beynəlxalq Valyuta Fondundan 2 milyard dollar kredit almaq üçün apardığı danışıqlar nəticə verməyib. Ona görə də indi Belarusun borc almaq üçün ümidi ancaq Rusiyaya qalır. Rusiya artıq Belarusa 2 milyard dollar kredit verib. Ancaq Lukaşenko rublla daha 100 milyard istəyir. Rusiyadan ucuz qaz və kredit almaq üçün isə Kremlin bir şərti var: Belarus parlamenti Gürcüstanın separatçı bölgələrinin müstəqilliyini tanıyan qərar qəbul etməlidir. Bu məsələni Rusiya bir neçə dəfə Lukaşenkonun qarşısında qaldırıb. Lakin Belarus prezidenti manevr etməklə Rusiyanın istəyinə konkret cavab verməyib. O, məsələni yeni seçilmiş parlamentin müzakirəsinə çıxaracağını demişdi. Lakin Belarus parlamenti başa çatmış payız sessiyasında bu məsələni müzakirəyə çıxarmayıb. Parlamentin komitə sədri Vladimir Popov “İnterfaks”a deyib ki, məsələ gələn il müzakirəyə çıxarılacaq. Eyni zamand qeyd edib ki, qərar qəbul etmək mürəkkəb məsələdir. Çünki Cənubi Osetiya və Abxaziyanın tanınması digər tanınmamış respublikalar üçün də “təhlükəli vəziyyət” yarada bilər. “Biz neqativ proseslərin detanatoru olma qistəmirik”-deyə, o bildirib.Lukaşenko özü isə Kremldə Rusiya lideri Dmitri Medvedyevlə görüşündə qətiyyətlə bildirib ki, o, Moskvaya heç nəyi xahiş etməyə gəlməyib: “Son zamanlar guya Belarusun dizi üstə Kremlə gəlib Rusiyadan nə isə yalvarmaq istəməsi haqda dedi-qodular yayılır. Bəribaşdan demək istəyirəm ki, biz bu gün heç nə xahiş etməyəcəyik”. Bununla belə, Lukaşenko danmır ki, Moskva ilə Minsk arasında qazın qiymətiylə bağlı yekdil fikir yoxdur. “Qazprom” şirkətinin sözçüsü Sergey Kupriyanov isə deyib ki, Belarusla qazın qiyməti artıq qüvvədə olan razılaşmadakı düstur üzrə hesablanacaq: “Bizim 2006-cı ildə imzalanmış 5 illik müqaviləmiz var. Bu müqavilədə Belarus üçün qazın qiymətinin hesablanma düsturu göstərilib. Bu düstur belədir - Avropadakı qiymətdən ixrac rüsumu, nəql məsrəfləri və müəyyən endirim faizi çıxılır. Gələn ilə bu endirim 20 faizdir. Belarusdakı həmkarlarımız qiyməti bilirlər”.
44,828
23.12.2008 09:20
Yazarlar
ZİYALILARIN SUSMASI
Ötən aylarda kinodramaturq Rüstəm İbrahimbəyov bir intervü vermişdi, Azərbaycanda elitanın olmadığını, Bakının şəhər görkəmini itirib kəndə çevrildiyini, rüşvətxorluğun həddini aşdığını söyləmişdi. Bəzi yaptokratlar bundan incidilər, Rüstəm bəyi qiyabi (bəy o zaman Moskvada idi) asıb-kəsdilər. Ən maraqlısı isə həmin dırnaqarası ziyalılardan təxminən 150 nəfərin - bəlkə də 200 idilər, dəqiq yadımda qalmayıb, heç bunun önəmi də yoxdur - Rüstəm bəyi guya müdafiə etmək üçün bəyanat yayması oldu. Onlar deyirdilər ki, İbrahimbəyovu azad fikrinə görə tənqid etmək “37-ci il”in qaytarılması cəhdidir, dövlətimizə yaraşmır və sairə.Onlar qətiyyən səmimi deyildilər. Əgər Rüstəm İbrahimbəyovun yerinə başqası hakimiyyətin pəncəsinə keçsə - necə ki, dəfələrlə olub - onlar, bu saxta ziyalılar səslərini də çıxarmazdılar. Sadəcə, arxayın idilər, bilirdilər ki, İbrahimbəyov özünü müdafiə edəcək qədər nüfuzludur, ona hakimiyyət heç nə etməyəcək. Nizami Cəfərov da bir qədər donquldanıb susacaq.İndi ortada maraqlı mənzərə var. Hakim partiya - YAP Konstitusiyaya olduqca mürtəce, antidemokratik bir düzəliş təklif edib. İstəyirlər ömürlük prezident məsələsini qanuniləşdirsinlər. Təklif deputatxanada hay-huyla qəbul olunub, göndərilib Konstitusiya Məhkəməsinə. Bu oyuncaq idarə də, şübhəsiz, 24 dekabrda təklifi yekdilliklə qəbul edib, prezident İlham Əliyevə bir növ doğum günü qutlaması yapacaq. Ölkədə mütləq avtoritarizm, konstitusion monarxiya qurulandan sonra ta repressiya eləməyə nə var? İstəsən 37-ci il nədir, hətta Varfolomey gecəsi də düzəldə bilərsən, rejimin əleyhidarlarını, fərqli fikir daşıyıcılarını düşük körpülərdən, təzə ifadə ilə desək, “yol ötürücülərindən” asarsan. Onlar da bir işə yaramalıdır, ya yox? Onsuz da üstündən keçən olmur.Bax, indi həmin “ziyalılar” nəinki danışmır, bəyanat imzalamır, heç “mıqq” da eləmirlər. Hərçənd mən İbrahimbəyovun “müdafiəçi”lərindən biri, ucuz bulvar romanları yazıçısı Çingiz Abdullayevin bu məsələyə dəstək yazısını gördüm. Hələ özünü avropalı sayır, utanmadan...Əziz yoldaş, mister və əkələr, doğrudanmı sizinçün İbrahimbəyov bu dövlətin quruluşundan, siyasi sistemindən, indiki varlığı və gələcəyindən hörmətli idi? Niyə etiraz etmirsiniz? Elə həmin İbrahimbəyovun özü niyə susur? Əgər Bakını bu hakimiyyət pis günə qoyubsa, onun ömrünün uzadılmasına necə dözürsünüz? Bizim “ziyalılar” həmişə İliç lampasına oxşayıblar. Düyməni basan olmasa, onların işığı yanmır. İndiki halda isə heç düymənin basılması da kömək etməz - toku borcu görə kəsiblər... Zamin HACI
44,829
23.12.2008 10:22
Ölkə
“SƏDƏRƏK” BAZARI UĞRUNDA MÜBARİZƏ QIZIŞIR
Ekspertlərin sözlərinə görə, hadisənin miqyası gözləniləndən də böyük olub. Belə ki, srağagün hadisə yerində olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğının 1400-1600 kvadratmetr ərazini əhatə etdiyini söyləsə də ötən gün araşdırmalar nəticəsində məlum olub ki, bazarda təqribən 4 min kv.metr ərazi yararsız hala düşüb. 200 mağaza tamamilə yanaraq külə dönüb. Yanğın zamanı 7 mülki vətəndaş və FHN-in 4 əməkdaşı xəsarət alıb.Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Əli Heydərov bildirib ki, faktla bağlı xüsusi komissiya yaradılıb: “Hazırda komissiya ticarət obyektinə dəymiş ziyanın məbləğini və yanğının başvermə səbəblərini dəqiqləşdirir”. Qeyd edək ki, srağagün saat 11:00 radələrində “Sədərək” bazarında baş vermiş güclü yanğın müxtəlif şayiələrə səbəb olub. Bəzi məlumatlara görə, bu olayın baş verməsində paytaxtdakı ticarət mərkəzlərinin sahibləri maraqlı olub. Belə ki, “Sədərək” və “Binə”də ucuzluq olduğundan əhalinin əksəriyyəti bu yarmarkalardan alış-veriş etməyə üstünlük verir. Bu da “Xalqlar dostluğu”, “Laçın”, “A.M.A.Y” kimi yarmarkaların sahiblərini narahat etməyə bilməz.Digər versiyaya görə, maraqlı şəxslər ticarətçiləri ərazidən köçürmək üçün belə bir addım atıb.Xatırladaq ki, “Sədərək” yarmarkası Bakının ən böyük ticarət mərkəzi hesab edilir. Onun sahəsi 30 hektardan çoxdur. Qeyri-rəsmi məlumatlara görə, “Binə” və “Sədərək” bazarlarında 25 mindən çox adam çalışır. Ticarətçilərin bildirdiyinə görə, “Sədərək”də 3, “Binə”də isə 10 minə yaxın ticarət obyekti var. Hər gün yarmarkadan yük dolu yüzlərlə maşın ölkənin müxtəlif rayon və şəhərlərinə yola düşür. Buradan hətta qonşu ölkələrə - İran, Türkiyə, Gürcüstan və Rusiyaya da mal gedir. Yarmarkada Çin, Pakistan və Türkiyədən gəlib burada işləyən yüzlərlə əcnəbiyə rast gəlmək mümkündür. “Binə” bazarında isə hətta sırf çinlilər işləyən cərgələr də var.Bazarda yığılan külli miqdarda rüsumun bu günədək hansı fonda getdiyi isə bəlli deyil. Yarmarkada işləyən ticarətçilərin sözlərinə görə, yarmarka çoxdandır iri mafioz qüvvələrin maraq dairəsindədir: “Hacıbala Abutalıbov Bakıya yenicə mer təyin ediləndə bu yarmarkaları ləğv etməyə girişmişdi. O, söküntüyə rəhbərlik etmək üçün hətta əraziyə də təşrif buyurmuşdu. Amma ticarətçilər merə niyyətini həyata keçirməyə imkan vermədi. Hadisə zamanı bir neçə nəfər həbs olunsa da onlar sözlərindən dönməyib sona qədər mübarizə apardılar. Bu hadisədən bir neçə il sonra ”Binə" yarmarkası müəmmalı şəraitdə yandı. Ancaq bu dəfə də ticarətçiləri ərazidən çıxara bilmədilər. Bu dəfə isə Bakı Şəhər İcra Hakimiyyəti bu bazarların təyyarələrin uçuş zolağına yaxın yerləşməsini bəhanə gətirərək onları Qaradağa köçürməyə qərar verib".Qeyd edək ki, bu yarmarkalarda işləyənlər icarə haqqı verdiklərinə dair heç vaxt qəbz almayıblar. Bu isə ticarətçiləri narazı salır. Hər hansı rəsmi sənədin olmaması burada çalışan dükan və anbar sahiblərini daha çox narahat edir. Çünki onlar yarmarka köçürüləndə nə dövlətdən, nə də yarmarka rəhbərliyindən heç bir kompensasiya tələb edə bilməyəcəklərini anlayırlar.Xatırladaq ki, Bakı şəhərinin Baş Planının müəlliflərindən olan memar Feyzulla Quliyev “Azadlıq” radiosuna verdiyi açıqlamasında “Sədərək” və “Binə” yarmarkalarının köçürülməsinin vacib və labüd olduğunu deyib. Onun sözlərinə görə, Baş Plan tərtib olunarkən təyyarə zolağında belə bir ticarət mərkəzinin salınması nəzərdə tutulmayıb: “Təyyarə zolağında ticarət mərkəzinin olması qətiyyən düzgün deyil. Orada yaşıllıq olmalıdır. Ticarət mərkəzi şəhərin mərkəzindən kənarda olmalıdır”.
44,830
23.12.2008 10:23
Ölkə
SÜNİ MAYALANMAYA İCAZƏ VERİLSİNMİ?
Müzakirələr zamanı Azərbaycanda sonsuzluqdan əziyyət çəkənlərin əhalinin 13 faizini təşkil etdiyi üzə çıxıb. Sonsuzluq səbəbindən isə ötən il 2 min ailənin dağıldığı açıqlanıb. Bəs bu sahə ilə bağlı ölkədə vəziyyət nə yerdədir?Mövzu ətrafında tibb elmləri doktoru, professor Adil Qeybulla və ilahiyyatçı-alim, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu ilə söhbət etdik. Professor məsələni birdən-birə Milli Məclisin müzakirəsinə çıxarmağın düzgün olmadığını söylədi: “Çünki süni mayalanma genofondla birbaşa bağlı, milli təhlükəsizlik konsepsiyasına aid olan məsələdir. Öncə qanun layihəsinin hüquqi resursları hazırlanmalı, sonra parlamentin müzakirəsinə çıxarılmalıdır. Amerikanın, eləcə də Avropanın bir sıra ölkələrində süni mayalanma qadağan edilib. Bu məsələdə məsuliyyəti ana yox, həkim və tibb personalı daşıyır. Deyilənləri nəzərə alıb məsələdə tələskənliyə yol vermək olmaz. Məsələ müəyyən orqanlar tərəfindən nəzarətə götürülməlidir. Öncə süni mayalanmanın mexanizmi hazırlanmalı və bu işə mütəxəssislər cəlb olunmalıdır”.A.Qeybulla Azərbaycanda genofondla bağlı çox ciddi problemlərin olduğunu da söylədi: “Qohum evlənmələri, talassemiya ilə bağlı ciddi problemlər var. Hansısa qanun layihəsini tapıb Milli Məclisdən keçirməklə məsələ həll olmur ki”. Lakin həkimin dediyinə görə, əgər kimsə süni mayalanmanı məqbul sayırsa, ona mane də olmaq olmaz: “Rezus uyuşmazlığı olan, yaxud talassemiyalı adamlara sevgini necə qadağan etmək olar? Amma süni mayalanmanın hüquqi tərəfindən əvvəl onun metodologiyasını işləmək vacibdir. Bəzən bunun mentalitetə zidd olduğunu bildirirlər. Amma süni mayalanma dedikdə bədəndən xaricdə həyata keçirilən mayalanma və mayalanmış hüceyrənin ana bətninə köçürülməsi nəzərdə tutulur. ”Bu qanunun qəbulu Azərbaycana hava-su kimi lazımdır" demək də düzgün deyil, zaman məsələsidir".Öz növbəsində Hacı İlqar İbrahimoğlu bu cür qanunların qəbulundan öncə ictimai təbəqələrin iştirakı ilə geniş debatların keçirilməsini vacib sayır: “Layihə parlamentdə qeyri-peşəkar səviyyədə müzakirə olunub. Belə məsələlərə İslamın və ilahiyyatın da nəzarəti olmalıdır. İslamda körpənin birmənalı şəkildə iki valideynin iştirakı nəticəsində dünyaya gəlməli olduğu buyrulur. Bu, ata-ananın razılığı ilə qəbul olunmuş qaydada, ya da tibbin əldə etdiyi nailiyyətlər əsasında həyata keçirilə bilər. Uşağın ata və anasından deyil, ilahi nikahı olmayan şəxsdən doğulması, bu işin İslamın fundamental bildiyi normalara riayət olunmadan həyata keçirilməsi haramdır. Yəni qadının dünyaya gətirdiyi uşağın atasının kimliyi bilinməzsə, belə demək mümkünsə, körpənin əsasının qoyulmasında ata iştirak etməzsə, bu, zina adlanır və haramdır”. Hacı İlqara görə, körpənin tibbin nailiyyətlərindən istifadə etməklə atalıq missiyasını daşıya bilməyən naməlum şəxsdən olmasının mahiyyətcə zinadan fərqi yoxdur: “O vəziyyətdə dünyaya gələn uşağa da ilkin vaxtlardan zülm edilmiş olar”.Hacı İlqar onu da qeyd etdi ki, Azərbaycan insanı inancın bu barədə nə dediyini bilməli və İslamdan neçə gəldi istifadə olunmamalıdır: “Mayalanma ənənəvi qaydada baş vermədikdə tibbin əldə etdiyi nailiyyətlər əsasında övladın ata və anasının iştirakı ilə mayalanmaya normal baxır. İslamın tibbin nailiyyətləri ilə heç bir problemi yoxdur. Problem ondadır ki, uşağın valideyninin kimliyi bilinməlidir. Bu halda onun sağlam təməllər əsasında dünyaya gəlməsi təmin edilmiş olar. Çünki uşağın dünyaya gəlməsi tək texniki yox, həm də ruhani prosesdir”.
44,831
23.12.2008 10:24
Yazarlar
LİSEY AXTARIRAM
Bəs nə edək? Normal bir məktəb tapa bilmirik. Kimdən yaxşı bir məktəb soruşuram, o da qayıdıb məndən türk liseylərində tanışımın olub-olmadığımı soruşur. Deyir ki, özünün, yaxud yaxın qohumunun övladını ora düzəltmək istəyir. Hələ bəziləri inciyir: neçə ildir o yoldasan, Elçibəyin arxasınca getdin, Türkiyəni bu qədər təbliğ etdiniz, PKK-ya qarşı yazdınız, heç olmasa türk liseylərinə uşaq düzəltmək üçün əlaqəniz yoxdurmu?!Vallah, heç bir əlaqəm yoxdur! Mən özüm bu gün az qala hər qarşıma çıxandan soruşuram ki, babat bir məktəb, lisey, ya nə bilim, oxumalı hər hansı bir yer tanısalar, mənə hökmən desinlər. Bir şeyi öyrəndim ki, türk liseyləri indi yamanca nüfuza sahibdir. Bir məsələni də mənə tez-tez deyirlər, daha doğrusu, məsləhət görürlər. Qoy bir tanışımın dili ilə deyim:- Qardaş, ağıllı adamsan, özünü heçdən yorma. Məktəb-zad boş şeydir, qoy uşaq evin yanındakı ən axmaq (!) məktəbdə oxusun, sən ona müəllim tut. Hansı məktəbdə oxuyur-oxusun, fərq etmir, müəllim tutmasan, oxumayacaq, heç nə öyrənməyəcək, dana gedib, dana gələcək. İndi uşağa əlavə müəllim tutmasan, xeyri yoxdur.Lakin hər cür məsləhətlərə baxmayaraq qəti qərar verə bilmirəm. Axtarışım davam edir. Amma bugünlərdə “Azadlıq” radiosunda Bakıdakı 20 saylı məktəb haqqında bir reportaja qulaq asandan sonra daha da bədbinləşdim. Şagirdlər və valideynlər açıq etiraf edir ki, onlardan nə üçün və nə qədər pul yığırlar, məktəbin direktoru Əkbər Qocayev isə dirənir ki, yox, hamı yalan söyləyir, bu məktəbdə pul yığılmır. 20 saylı məktəb mənim nəzərimdə Bakının ən yaxşı məktəblərindən biri idi. Bir xeyli dostum oranı bitirib - Eynulla Fətullayev, Taleh Şahsuvarlı, indi Almaniyada universitetdə çalışan Qurban Ələkbərov. Onlar həmin məktəbi çox tərifləyirdi. Deməli, o məktəb də artıq o birilərin gününə düşüb.Həmin reportaja qulaq asanda bir şey yadıma düşdü. 20-dən çox dərsliyin müəllifi Misir Mərdanov həmişə deyir ki, məktəblərdə pul yığılması ilə bağlı ümumi danışmaq qərəzlidir, fakt söyləmək lazımdır. Fakt ortadadır, Misir müəllim. “Azadlıq” radiosundan o gözəl reportajı alın və Əkbər Qocayevlə birlikdə qulaq asın. Sonra qərar qəbul edin. Yoxsa istəmirsiniz? Axı həmin Əkbər Qocayev də dərsliklər müəllifidir. Səhv etmirəmsə, bir neçə tarix dərsliyinin üstündə onun adı var.Söhbət dərslikdən düşəndə isə məktəb qorxusu daha da böyüyür. Əlövsət Osmanlı bir aydır yalnız bir dərslikdə olan səhvlərdən yazır. Həmin yazıları bir yerə yığanda isə bütöv bir kitab alınar. Yəni bir kitabdakı səhvlərdən bir kitab yazmaq mümkündür. Təhsil Nazirliyi isə bu biabırçı duruma maraqlı reaksiya verir. “Azərbaycan müəllimi” qəzetində müəllimlər, direktorlar Əlövsət Osmanlını növbə ilə təhqir edir. Bəs 1000 səhvi olan dərslik necə olsun?!Nazirin müəllimlərin, direktorların arxasında gizlənmək, onları qabağa vermək üsulu artıq pedaqoji metoda çevrilib və məktəblərdəki, ümumən təhsildəki bərbad durumu gizlətmək məqsədi daşıyır. Məndə olan məlumata görə, bu yaxınlarda yenə bir neçə məktəb direktoru təhsil üzrə ekspert Etibar Əliyevi məhkəməyə veribmiş ki, o, niyə mətbuatda təhsillə bağlı tənqidi çıxışlar edir. Bu hallar yuxarının göstərişi olmadan mümkün deyil. Direktorlar nazirin belə göstərişlərinə qulaq asmasa, məktəbləri oxunmaz hala sala bilməzlər. Yazı taxtası, süpürgə, bayraq üçün pul yığa bilməzlər. Onda türk liseyləri də belə fantastik nüfuz qazanmazdı. Uşaqlara da babat bir məktəb tapmağımız əngələ çevrilməzdi.
44,832
23.12.2008 10:25
Gündəm
“AİLƏM MÜSƏLMAN VƏ TÜRKDÜR”
Açıqlamasında prezident bəyan edib ki, Türkiyənin bütün vətəndaşlarının etnik mənsubiyyətinə, fərqli inanclarına və ailə bağlarına hörmətlə yanaşır. Bütün bu fərqlilikləri imperatorluq keçmişi olan ölkənin reallığı və eyni zamanda zənginliyi hesab edir: “Kimsənin digərindən üstünlüyü ola bilməz. Bütün vətəndaşlar bərabər hüquqludur və bu, konstitusiya ilə təmin edilir. İstər prezident seçkisi kampaniyası zamanı, istərsə də indi bəzilərinin məqsədli şəkildə yaymağa çalışdığı yalanı düzəltmək, həqiqət adına tarixə qeyd buraxmaq üçün ailəmlə bağlı millətimi məlumatlandırmağı zəruri hesab etdim. Belə ki, əslən Kayseridən olan anam Satoğlular sülaləsindəndir, ata tərəfdən isə Gül sülaləsindənik. Ailəmizin yüz illərə dayanan keçmişi müsəlman və türkdür. Bunu ailəmizin soyuna dair şahidlərin söylədikləri, mövcud rəsmi sənədlər də təsdiq edir”. Lakin Canan Arıtman iddiasında qalaraq deyir ki, onun məqsədi əslində prezidentin etnik mənsubiyyətini qabartmaq yox, öz vəzifəsini yerinə yetirməsinin zərurliyini göstərmək idi. Arıtman hesab edir ki, Gül prezident kimi ermənilərdən üzr istəmək kampaniyasını başladanları pisləməli, bununla da Türkiyə Cümhuriyyətinin keçmişinə sahib çıxmalı idi. Xəbər verildiyi kimi, Gül ermənilərdən üzr istəmək üçün İnternetdə kampaniya başladan bir qrup ziyalı və yazarın addımını açıq şəkildə pisləməyib, onun mövqeyinə görə, Türkiyədə hər bir məsələ açıq şəkildə müzakirə oluna bilər.Qeyd edək ki, kampaniya Türkiyədə siyasi gündəmin əsas müzakirə mövzularından biridir. Dünən CHP başqanı Dəniz Baykal bir daha bu məsələyə münasibət bildirərək deyib ki, kampaniyanı başladanlar ermənilərin Azərbaycanda soyqırım həyata keçirdiyi, 1 milyondan çox insanı öz evlərindən didərgin saldığı bir vaxtda vicdansızcasına susurdular. İndi isə onlar Türkiyənin keçmişi adından qərar vermək cəsarəti göstərirlər. Ermənilərdən üzr istəmək kampaniyası dünən parlamentdə də qaldırılıb və əlbəyaxa çəkişməyə səbəb olub. Parlamentdə büdcə müzakirələri zamanı söz alan kürdlərin Demokratik Toplum Partiyasından millət vəkili , Siirt bölgəsini təmsil edən Osman Özçelik söz alaraq təşəbbüsə dəstək verib. O deyib ki, Türkiyədə ermənilər və kürdlər yüz illər boyu qardaş kimi yaşayıblar. Ancaq nə yazıq ki, ermənilərə qarşı bu kütləvi qırğın törədilib. Özçelik çıxışı zamanı “erməni qırğını” ifadəsini kürd dilində deyib. O bildirib ki, uşaq vaxtı eşitdiyi söhbətlərə görə, erməniləri qətlə yetirmək üçün xüsusi dəstələr qurulub, bəzi hallarda onlar silahsız, məzlum erməniləri cərgəyə düzüb güllələyiblər.Kürd millət vəkilinin bu sözləri zalda gərginlik yaradıb. İclasa başqanlıq edən spiker əvəzi Özçeliyin çıxışını yarımçıq kəsib və onu türk millətinə qarşı iftira atdığına görə xəbərdar edib: “Öz babanıza da iftira edirsiniz, türk millətinə də iftira edirsiniz. Sizin dedikləriniz yalan və iftiradır”. Lakin Özçelik onunla mübahisəyə girərək deyib ki, ermənilərə qarşı törədilən qırğınlarda şəxsən əli olmasa da, kampaniyaya qoşulur və üzr istəyir. Onun çıxışına zaldakı digər DTP millət vəkilləri də dəstək verib və yerlərindən Özçeliyi alqışlayıblar. Bu zaman AKP millət vəkillərindən Bayram Özçelik DTP-çilərə “adam kimi danışın, əsəblərimizi pozmayın” - deyə qışqıraraq onların üzərinə cumub. Digər AKP millət vəkilləri də DTP-çilərin oturduğu sıraya tərəf cumublar, ancaq CHP və MHP-dən olan millət vəkilləri araya girərək davanı sakitləşdirə biliblər. Buna baxmayaraq, DTP millət vəkillərindən Hasim Kaplan kürsüyə qalxaraq “bu nə deməkdir, bizə həqiqətləri danışmağı kim qadağan edə bilər?” deyib. DTP millət vəkillərindən İbrahim Binici isə ermənilərdən üzr istəyənləri pisləyənlərə etiraz edərək zaldan çıxıb.Son məlumatlara görə, ermənilərdən üzr istəyənlərin qurduqları İnternet saytında imzaların sayı 20 minə çatır. Lakin təşəbbüsə qoşulanların imzalarının nə dərəcədə düzgün olduğunu müəyyən etmək çətindir. Çünki təşəbbüs müəlliflərinin başqalarının adından saxta imzalar qoyaraq onların adlarını saytda göstərməsi faktları var. Bəzi məlumatlara görə, kampaniyaya Azərbaycandan da qoşulanlar olub. Lakin www.ozurdiliyoruz.com saytında xeyli axtarış aparsaq da, belə imzalara rast gələ bilmədik. Mövzu isə Türkiyə mətbuatında əsas yer tutmaqda davam edir. Tanınmış yazarlar kampaniyanı pisləyərək əslində ermənilərin türklərdən üzr istəməli olduğunu qeyd edirlər və bu zaman ermənilərin Qarabağdakı vəhşiliklərini xatırladırlar. Tarixçilər isə arxiv sənədlərinə istinad edərək əslində 1915-ci il hadisələri zamanı ermənilərin türkləri kütləvi şəkildə qətl etdiklərini, bu zaman öldürülənlərin sayının 500 mini keçdiyini qeyd edirlər. Böyük Birlik Partiyasının başqanı Möhsün Yazıçıoğlu isə kampaniyanı başladanları kəskin pisləyərək onların xainlər olduğunu, kürd separatçıları ilə işbirliyinə getdiklərini deyib: “Bu adamlar günlərin birində ”PKK-dan üzr istəyirik" kampaniyası ilə qarşımıza çıxsa, heç təəccüblənməyin".
44,833
23.12.2008 10:11
Gündəm
TÜRKİYƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏR QURMAĞA ÇOX YAXINDIR
...Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda razılaşma əldə edilməsi üçün iradə göstərirlər.Əgər onlar irəliləyiş əldə etsələr bizim işlərimiz də asanlaşar” - deyə Babacan qeyd edib. Türkiyə xarici işlər naziri Ermənistanla danışıqlarda son nöqtəyi qoymağa hazır olmadıqlarını, ancaq bununla belə, önəmli irəliləyiş əldə etdiklərini bildirib. Onun sözlərinə görə, münaqişənin həlli üçün ABŞ və Rusiya da iradə göstərir: “Təbii ki, hər üç ölkə üçün həssas məsələlər Azərbaycan ərazilərinin işğalı, Türkiyəyə qarşı ”soyqırım" iddiaları, Ermənistan üçün isə diaspora amilidir" .Babacanın ermənistanlı həmkarı Edvard Nalbəndyan isə Dağlıq Qarabağa səfər edib. “Novosti-Armeniya” agentliyinin xəbərinə görə, o, “DQR” separatçılarının lideri Bako Saakyanla görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların indiki vəziyyətini müzakirə edib. Ermənistan XİN-in məlumatına görə, Nalbəndyan Saakyana dekabrın əvvəllərində Helsinkidə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla aparılmış danışıqlar haqda məlumat verib. O qeyd edib ki, münaqişənin həllinə dair razılaşma Dağlıq Qarabağın iştirakı olmadan əldə edilə bilməz. Ermənistanın müxalifət lideri Levon Ter-Petrosyan isə hesab edir ki, Qarabağ məsələsi həll edilməyənədək Ermənistan - Türkiyə münasibətləri düzəlməyəcək, Türkiyə-Ermənistan sərhədi açılmayacaq: Amma bu metodoloji prinsipin reallaşması Qarabağ münaqişəsinin həlli prosesində, əsasən də Azərbaycana təsiri məsələsində Türkiyənin mövqeyinin nə qədər konstruktiv və qərəzsiz olmasından asılı olacaq", - deyə Petrosyan bəyan edib. Ter-Petrosyan qeyd edib ki, Türkiyə tərəfi Türkiyə-Ermənistan münasibətlərinin həlli məsələsində qondarma erməni soyqırımı ilə bağlı Ermənistan-Türkiyə tarixçilərindən ibarət komissiyanın yaradılmasını da nəzərdə tutur.
44,834
23.12.2008 10:27
Yazarlar
BÖYÜK SİYASƏTDƏ “EVİN İÇİ” MƏSƏLƏSİ
Dünyanın bir nömrəli dövlətinin atacağı addımları isə bütün dünya diqqətlə izləyir. Çünki Birləşmiş Ştatlar təkcə qlobal siyasi düzənə deyil, iqtisadi duruma da güclü təsir göstərən dövlətdir. “Amerika asqıranda dünya qripə tutulur” ifadəsi nahaq yerə yaranmayıb. Ayrı sözlə, nəticə digər ölkələrin iqtisadi durumunda və siyasi rəhbərliklərinin davranışında özünü mütləq büruzə verəcək. Lakin hələ ki Amerika öz başının hayındadır, özü dərdləri ilə əlləşir, obrazlı desək, yaralarını yalamaqla məşğuldur. Çünki “əvvəl evin içi, sonra çölü” deyiblər. Bu, siyasətə və siyasi proseslərə də aiddir. Evin içində isə vəziyyət tərs kimi yaxşılaşmaq əvəzinə, qəlizləşməkdədir. Həqiqi mənada Buş öz xələfinə ölkəni olduqca uğursuz durumda, problemlər içində təhvil verir. Diqqət edin, əgər əvvəllər Buş hökuməti müstəsna olaraq xarici siyasətə görə tənqid edilirdisə, indi - gethagetdə üstünə daxili iqtisadi problemlər də əlavə olunub. “ABŞ iqtisadiyyatının vəziyyəti güman olunduğundan daha pisdir”. Bunu isə Amerikanın yeni seçilmiş vitse-prezidenti Cozef Bayden telekanallardan birinə müsahibəsində söyləyib. Bayden deyib: “İqtisadiyyatda vəziyyət fikirləşdiyimizdən də ağırdır və vəziyyəti yaxşılığa doğru dəyişmək üçün olduqca böyük zaman tələb olunur. Ölkənin iqtisadi vəziyyəti yeni administrasiyanın məşğul olacağı bir nömrəli vəzifədir”. Yeni vitse-prezident onu da əlavə edib ki, Buş hökumətinin ayırdığı 700 milyard dollarlıq paket vəziyyəti dəyişmək üçün effektli olmayıb. Amerika iqtisadiyyatında vəziyyətin düşünüldüyündən pis olduğunu isə bundan əvvəl Obama da etiraf etmişdi. Prezident xəbərdarlıq etmişdi ki, vəziyyət yaxşılaşmazdan öncə indikindən daha betər ola bilər. Gətirdiyimiz dəlillərdən bir neçə önəmli nəticə hasil olur. Birincisi, gələn ildən Amerikanın xarici maliyyə yardımları azalacaq. O cümlədən avtoritar ölkələrdə demokratiyanın inkişafına yönələn xərclərin minimuma enəcəyi gözlənilir. Bu, əlbəttə ki, azadlıq istəyən xalqlar üçün yaxşı yenilik deyil. Doğrudur, Azərbaycan onsuz da neft gəlirlərinə və korrupsiyaçı rejimin mövcudluğuna görə ABŞ-ın iri maliyyə yardımlarından (“Minilliyin çağırışı” və s.) kənarda qalıb. Amma Gürcüstan, Ukrayna kimi GUAM üzvü olan dövlətlərə belə yardımların azaldılması oradakı demokratik rejimlərin mövqeyini zəiflədə, adekvat olaraq rusiyapərəst qüvvələri stimullaşdıra bilər. Deməli, məsələnin dolayısıyla bizə, Azərbaycanın demokratik inkişaf perspektivinə də təsiri var. Eyni zamanda Obama hökumətinin Rusiya ilə münasibətlərə gətirəcəyi yeniliklər az əhəmiyyət daşımayacaq. İkinci və ən vacibi xaricdə azadlıqların müdafiəsi üçün siyasi dəstəyin zəifləyə bilməsi ehtimalı ilə bağlıdır. Bu da təbiidir. Başı daxili problemlərə qarışan legitim iqtidarlar xarici siyasətə, xüsusən humanitar sahəyə, o sırada digər ölkələrdə azadlıqların müdafiəsinə sanballı diqqət ayıra bilməzlər. O, bizim YAPtokrat hakimiyyətdir ki, dünya da dağılsa, xalq sosial-iqtisadi problemlər içində çabalasa da, ən əvvəl öz dayaqları barədə düşünür. Amma hər bəd olayda bir yaxşı rüşeymi olduğu kimi qlobal maliyyə böhranının bəzi müsbət sonucları da mümkündür. İş ondadır ki, böhran nəticəsində neftin ucuzlaşması neçə vaxtdır məhz neft amili ilə şantaj edən, öz xalqlarının azadlıq, demokratiya kimi təbii arzularını boğan Rusiya, Azərbaycan, İran tipli avtoritar rejimli ölkələr üçün dərs olmalıdır; onlara ayıldıcı təsir etməlidir. Bu rejimləri nəhayət, üzlərini öz xalqlarına və onların problemlərinə tutmasına sövq etməlidir. Hər halda, sağlam məntiq bunu diqtə edir. Amma avtoritar rejimlər də ona görə avtoritar rejimlərdir ki, onları yaşadanlar çox vaxt siyasi reallıq hisslərindən deyil, daxili, impulsiv hisslərdən çıxış edirlər. Bu dəfə ənənə pozulacaqmı? Zahid SƏFƏROĞLU
44,835
23.12.2008 10:32
İqtisadiyyat
BAKI KƏNDLƏRİ QAZ ÜZÜNƏ HƏSRƏT QALIB
Faktiki, Novxanıda, Buzovnada, Nardaranda, Maştağada əhali qaz üzünə həsrət qalıb. Bəzi ərazilərdə isə qazın təzyiqi o qədər azadılıb ki, vətəndaşlar yanacaq kimi odundan, maye qazdan istifadə edir. Azərbaycanın bir sıra transmilli layihələrə qoşulduğu, Gürcüstana, İrana qaz satdığı zamanda ölkə vətəndaşlarının təbii qaza həsrət qalması absurd hesab olunur. Xüsusilə soyuq qış günlərində belə bir addımın atılması əhali tərəfindən onlara qarşı terror kimi qəbul edilir. “Azəriqaz”ın isə məsələyə münasibəti birmənalıdır. Qurumdan hesab edirlər ki, istehlak olunan qazın pulu ödənməlidir. Yalnız bundan sonra qazın verilişi bərpa edilə bilər.
44,836
23.12.2008 09:28
İqtisadiyyat
GƏLƏN İL PENSİYALARA 1,66 MİLYARD XƏRCLƏNƏCƏK
Ümumilikdə DSMF-nin gələn il üçün gəlir və xərcləri 1 775 547 400,0 manat (2194,7 mln ABŞ dolları) məbləğində proqnozlaşdırılır ki, bu da 2008-ci ilin büdcəsinə nisbətən 370 mln. manat və ya 26,3 faiz çoxdur. DSMF-dən bildirilir ki, 2009-cu ildə məcburi dövlət sosial sığorta haqlarının yığımına xüsusi diqqət göstəriləcək. Gələn il ümumi məbləği 1 milyard 278 milyon 47 min 400 manat təşkil edəcək məcburi dövlət sosial sığorta haqlarının 542, 7 milyon manatı büdcədən maliyyələşən təşkilatlardan, 735 milyon 320 min 100 manatı digər sığorta edənlərdən daxil olacaq.
44,837
23.12.2008 10:32
İqtisadiyyat
NEFT PULLARINDAN NECƏ SƏMƏRƏLİ İSTİFADƏ ETMƏK OLAR
Ümumiyyətlə, Azərbaycanda neft vəsaitlərinə yanaşma bir qədər fərqlidir. Belə ki, bizdə neft pulları lotereya və Allahın bəxşişi hesab edilir. Neft gəlirlərinin artdığı 2006-cı ildən bu yana vəsaitlər əsasən yol, körpü tikintisinə, infrastruktur layihələrinə yönəldilir. Əbəs deyil ki, ötən il Azərbaycanda yalnız dövlət investisiya xərcləri 1,9 milyard, 2008-ci ildə isə 4,4 milyard manat manat təşkil edib. Bütövlükdə götürdükdə 2008-2010-cu illərdə Azərbaycan Respublikasının dövlət investisiya xərclərinin həcmi 15,6 milyard manat proqnozlaşdırılıb. Bu xərclərin 12,4 manatı daxili vəsaitlər, yəni neft pulları hesabına olacaq. Çünki dövlətin nefdən başqa gəlirli sahəsi yox dərəcəsindədir. Bu səthi yanaşma neft pullarının səmərəsiz istifadəsinə gətirib çıxarıb. Bir çox ekspertlərin fikri belədir ki, Azərbaycanda neft pullarının xərclənmə mexanizmi Nigeriyanı xatırladır. Aramızda coğrafi, iqlim, milli, hətta irqi fərqlərə baxmayaraq, nigeriyalılarla azərbaycanlılar qismət qardaşlarıdırlar. Bu bəlalı ölkənin keçdiyi yola baxmaqla biz özümüzün reklam olunmayan tariximizə diqqət etmiş oluruq. Neft pulları ölkədə yoxsulluğu dərinləşdirdi Neft, qaz və mineral ehtiyatları dünyanın 60-a yaxın inkişaf etməkdə olan ölkəsində aparıcı sektorlardan hesab edilir. Həmin ölkələrdə isə dünyanın yoxsul əhalisinin 75 faizi (1,5 milyard) yaşayır. Onların gündəlik gəliri 2 dollardan da azdır. Düzdür, Azərbaycanda vətəndaşların gündəlik gəlirləri onların təmsil etdiyi kateqoriyadan, sosial sinifdən asılı olaraq dəyişir. Orta aylıq əməkhaqqını və ya gəlirləri əmək qabiliyyətli insanların sayına böldükdə orta gəlir 300 dollar ətrafındadır. Amma bu gəlir orta azərbaycanlının gəliri deyil. Rəsmi məlumatlara görə, ölkə əhalisinin 16 faizi - 1 milyon 300 min nəfəri yoxsulluq səviyyəsində yaşayır. Bu o deməkdir ki, Azərbaycanda əhalinin 16 faizinin gündəlik gəliri 2 dollardan da aşağıdır. Digər tərəfdən ünvanlı sosial yardım (ÜSY) proqramı hansı kı, yoxsullara yardımın ödənilməsilə bağlı həyata keçirilir, indiyə qədər 467 min nəfər ÜSY ala bilib. Belə çıxır ki, 467 min nəfər hələlik dövlət tərəfindən yoxsul həddində yaşayan vətəndaş hesab olunur. Təəssüf doğuran məqam isə neft gəlirlərinin çoxaldığı son illərdə ölkədə yoxsulluğun səviyyəsinin artmasıdır. Dünya Bankının hesablamasına görə, ərzağın 5 faiz bahalaşması yoxsulluq səviyyəsini 2-3 faiz artırır. Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin əvvəlindən ərzaq malları 29,5 faiz bahalaşıb. Hakimiyyət nümayəndələri indiyə qədər bu bahalaşmanı ölkəyə daxil olan neft dollarları ilə əlaqələndirirlər. Amma nədənsə həmin dollar yoxsulluğun azaldılmasına yönəldilmir. Əksinə, bunun üçün xarici maliyyə qurumlarından kredit alınır ki, sonucda həmin ÿborcu hökumət neftdən gələn gəlirlər hesabına qaytaracaq. Əhali neft pullarından xəbərsizdir Yeri gəlmişkən, bir müddət əvvəl İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası 500 respondent arasında neft gəlirləri ilə bağlı sorğu keçirmişdi. Məlum olmuşdu ki, rəyi soruşulanların 80 faizinin neft gəlirlərinə dair qismən və ya tam şəkildə məlumatı var. “Əhali neft gəlirlərinin təsirini öz həyatlarında hiss edirmi” sualına respondentlərin 55,08 faizi neftdən gəlir əldə edilməsini ölkədə gedən tikililərdən hiss etdiyini, 12,48 faiz ümumiyyətlə nə ölkənin neft ölkəsi olmasını, nə ondan gələn gəlirləri, nə də bu gəlirlərin kimə, nəyə, haraya xərclənməsini hiss etmədiyini demişdi. Respondentlərin 24,96 faizi isə neft gəlirlərinin idarə olunmasından tamamilə narazı qaldığını, 21,8 faiz “bu barədə məlumatım yoxdur” söyləmişdi. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, infrastruktur layihələri ölkə üçün lazımlıdır: “Bəs xərclənən pulların doğruluğuna cəmiyyətin şübhəsi varmı, var. Hökumət, bu layihələri icra edən qurumlar həmin şübhələri dağıtmaq, gələcək şübhələrə əsas yaratmamaq üçün hansısa addımlar atmayıb. Şəhərdə kanalizasiya sisteminin quraşdırılması, abadlıq işlərinin aparılması - bütün bunlar lazımlı işlərdir. Amma hazırda həmin layihələrin iqtisadi səmərəsi çox aşağıdır. Bunun əvəzinə sənaye, istənilən sahə üzrə yatırımlar edilsəydi, bundan hər rüb nə qədər gəlir gəldiyi açıqlansaydı, məhz bu gəlirlər hesabına həmin layihələr maliyyələşdirilsəydi, onda deyilərdi ki, çox böyük səmərəsi olub”. Bu sahədə qanun niyə qəbul edilmir? Mütəxəssislər bildirir ki, neft ölkəsi hesab edilən Azərbaycanda indiyə qədər bu sahəni tənzimləyəcək hüquqi normativ sənədin qəbul olunmaması gəlirlərin səmərsiz istifadəsinə gətirib çıxarıb. Bir müddət əvvəl Himayədar Humanitar Tərəqqi İctimai Birliyinin (HHT) nəzdindəki Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzinin mütəxəssisləri tərəfindən “Neft və qaz haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunmuşdu. Lakin layihə parlamentin Neft və təbii ehtiyatlar ekologiya daimi komissiyasında müzakirə edilsə də, Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edilmədi. Millət vəkili Pənah Hüseynin sözlərinə görə, tövsiyə edilməməsi layihənin qurumun plenar iclasında müzakirəyə çıxarılmaması üçün əsas deyildi: “Milli Məclis rəhbərliyi qanunsuz olaraq layihəni müzakirəyə çıxarmır". O bildirdi ki, iqtidar sərvət üzərində nəzarətsiz sahiblik etmək istədiyi üçün qanunun qəbulunda maraqlı deyil: “Bu məsələdə ola bilsin ki, hansısa xarici qüvvələrin də maraqları hökumətin maraqları ilə üst-üstə düşür. Nəticədə Azərbaycanda ”Neft və qaz haqqında" qanun yoxdur. Qanun müddəalarının olmaması korrupsiyada mühüm rol oynayır". P.Hüseyn onu da vurğuladı ki, bu yöndə qanunverici, normativ sənədlər var: “Neft müqavilələri də qanuni xarakter daşıyır. Amma normal, başadüşülən mənada ”Neft və qaz haqqında" qanun yoxdur”. Neft Fonduna gəlincə, burada toplanmış neft gəlirlərindən əldə edilən vəsaitlərin səmərəli istifadə olunmasını təmin etmək məqsədilə ölkə prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il fərmanı ilə “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya” təsdiq edilib. Bu strategiyada vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrin geniş miqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur. Bununla belə, sənəd daha çox ümumi istiqamətləri əhatə edir. Praktiki olaraq, burada konkret prioritet sahələri müəyyənləşdirmək çox çətindir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, məsələ yalnız Neft Fonduna vəsaitlərin daxil olmasında deyil: “Fondun büdcəsinə daxil olan vəsaitlərin necə xərclənməsi də vacibdir. Həm yerli, həm xarici tədqiqatlarda fond daha çox vəsaitləri idarə etməyən və idarə edə bilməyən qurum kimi xarakterizə olunur. Dövlət Neft Fondu fondlar arasında ən az gəlirliyə malik qurumdur. Neft Fondunun 2008-ci ildəki gəlirlərini, büdcəsini müqayisə edəndə bəlli olur ki, qurumun vəsaitlərin idarə edilməsindən əldə etdiyi gəlirin həcmi olduqca azdır. Cari ildə qurumun gəlirləri 10 milyard 144 milyon manat müəyyənləşdirilsə də, fondun vəsaitlərin idarə edilməsindən əldə etdiyi gəlir 148 milyon manat həcmindədir. Deməli, fondun gəlirlik səviyyəsi təxminən 1 faiz ətrafındadır. Eyni zamanda Neft Fondundan 2009-cu ilin büdcəsinə transfertlərin həcminin 4,9 milyard manata qədər artırılması göstərir ki, qurum vəsaitləri idarə edən və bundan gəlir əldə edən fonddan daha çox xüsusi hesab rolunu oynayır. Vəsaitlər həmin hesabda toplanır, sonradan pullar müxtəlif proqramların icrasına, o cümlədən dövlət büdcəsinə transfertlərə yönəldilir. Fikrimcə, neft pullarının səmərəli istifadəsi ilə bağlı xüsusi meyarlar işlənməlidir”.V.Bayramov deyir ki, Dövlət Neft Fondu haqqında qanunun olmaması bu qurumun statusunu müəyyənləşdirməyə imkan vermir: “Fond neft gəlirlərindən əldə olunan vəsaitləri paylaşdıran qurumdur, yoxsa vəsaitlərin idarəedilməsi ilə bağlı konkret sərəncam verən orqandır? Çox təssüf ki, bu məsələ hələlik qaranlıqdır”. Neft pullarından səmərəli istifadə etmək üçün siyasi iradə və istək nümayiş etdirilməlidir Nəzərə çatdıraq ki, böyük neft vəsaitlərinin xərclənməsi Azərbaycanın qonşu olduğu İranda, Qazaxıstanda, Ərəb ölkələrində də baş verib. Ekspertlərimizdən birinin fikrincə, neft gəlirləri hesabına belə böyük xərcləmələrin həyata keçirilməsinin problemini bir neçə ildən sonra yaşayacağıq: “Meqaobyektlərin istismar xərcləri ciddi maliyyə yükü olacaq. Azad biznesin inkişaf etmədiyi şəraitdə yaxın dövr üçün korrupsiyanın artması, idarəetmənin avtoritarlaşması, kəskin sosial təbəqələşmə və yoxsulluq gözlənilir. Ona görə də Azərbaycanın neft pullarının belə səxavətlə xərclənməsinin tərəfində deyiləm. Yaxşı olar ki, öz qazandığımız pulları xərcləyək”. Mütəxəssis hesab edir ki, ölkənin, o cümlədən vətəndaşların neft gəlirlərindən daha yaxşı faydalanması üçün hökumət güclü, formalaşmış siyasi instituta malik olmalıdır: “Onlar ölkənin 10-15 il inkişafını görməlidirlər. Həmin nöqtəyə çatmaq istiqamətində lazım olan addımlar müəyyənləşdirilərək, vəsaitlər o istiqamətə yönəldilməlidir. Düşünürəm, indiki halda neft gəlirlərinin istifadəsi üçün ən vacib sahələrdən biri təhsildir. Daha savadlı insanların yetişdirilməsi gələcəyə qoyulmuş investisiya ola bilər. İkinci istiqamət vətəndaşların sağlamlığını təmin edəcək səhiyyə ilə bağlı olmalıdır. Hər iki sahədə ciddi islahatlar aparmaqla ölkənin gələcəyinə yönəlik addım atmış olarlar. Neft gəlirlərinin daha çox infrastruktur layihələrinə yönəldilməsi məsələsinə gəlincə, bu da vacib istiqamətdir. Lakin infrastruktur layihələrinin ciddi şəkildə əsaslandırılmasına, gələcək faydasının qiymətləndirilməsinə ehtiyac var”. İqtisadçılara görə, prosesin tənzimlənməsi üçün hüquqi bazanın mövcud olması vacibdir: “”Neft haqqında" qanun qəbul edilməlidir. Lakin hesab etmirəm ki, belə bir qanun qəbul olunarsa, nəsə dəyişəcək. Çünki həmin qanun qəbul ediləndən sonra ona əməl olunmaya da bilər. Proseslərin hüquq çərçivəsində tənzimlənməsi vacib olsa da, öncə neft pullarından səmərəli istifadə etmək üçün siyasi iradə və istək nümayiş etdirilməlidir". Yazı Azərbaycan Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzinin elan etdiyi müsabiqəyə təqdim olunur.
44,838
23.12.2008 10:36
Mədəniyyət
SPONSORLAR TARKANI HƏDƏLƏDİ
Məlumatda bildirilir ki, “Qarant sığorta” və “Bank of Azerbaijan” şirkətləri 2008-ci il noyabr ayının sonunda “Səs Organization” şirkəti onlara müraciət edərək türkiyəli müğənni Tarkanın Azərbaycandakı pərəstişkarları ilə görüşünün təşkil olunmasında yardımçı olmasını istəyib: “Yarandığı gündən mədəniyyət, təhsil, idman sahəsində müxtəlif layihələrə sponsorluq edən ”Qarant sığorta" və “Bank of Azerbaijan” olaraq biz bütün dünyada məşhur olan sənətkarın Bakıda konsertinin baş sponsorları olmağa razılıq verdik. Lakin konsertin afişaları yayıldıqdan sonra Türkiyə və Azərbaycan mətbuatında Tarkanın “Ermənilərdən üzr diləyirəm” kampaniyasına qoşulması barədə xəbərlər yayıldı. Biz konsertin təşkilatçısı olan “Səs Organization” şirkətindən və Tarkanın özündən bu xəbərlərə dair rəsmi izahat tələb etdik".Bəyanatda o da qeyd olunub ki, şirkətlər Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, Xocalıda XX əsrin ən böyük cinayətlərindən birini törətmiş, 1 milyondan artıq vətəndaşımızı öz doğma yurdundan didərgin salmış ermənilərdən üzr istənilməsini anlamır və qəbul etmir, bu kampaniyanın təşəbbüskarlarını da qınayır.Qeyd edək ki, konsertin təşkilatçısı N.Emiloğlu APA-ya bildirib ki, bu, müğənniyə qarşı təxribatdır: “1915-ci ildə baş verən hadisələrə görə ermənilərdən üzr istəməyə dair kampaniyaya guya Tarkanın da qoşulması barədə deyilənlər sənətçini sevməyənlər tərəfindən ona qarşı həyata keçirilən növbəti təxribatdır. O, ümumiyyətlə, siyasətə qarışmır və belə hadisələrə öz münasibətini bildirmir. Tarkan Avropa turnesində olduğu üçün başı konsertlərinə qarışıb və baş verən hadisələrdən xəbərsizdir. O, ermənilərin günahkar olduğunu bilir və bunu özü bir daha qeyd etdi. Həmin kampaniyada elə adlara rast gəlinir ki, onlar artıq vəfat ediblər. Bu, ermənilərin özləri tərəfindən həyata keçirilən bir işdir. Sezen Aksu ermənilərlə albom hazırladığı üçün onun konsertinin təşkilindən imtina etdik. Eyni hal hamı üçün keçərlidir və biz sənətçilər arasında fərq qoymuruq. Azərbaycana və Azərbaycan xalqına hörmət etməyənin Azərbaycana gəlişi qeyri-mümkündür”.Qeyd edək ki, Tarkan özünün şəxsi saytında belə açıqlama yayıb ki, o, ermənilərdən heç vaxt üzr istəməyib. Əzizə Mustafazadə Alim Qasımovla duet oxumaq istəyirAmerikada yaşayan məşhur azərbaycanlı cazmen və vokalist Əzizə Mustafazadə jurnalistlərlə söhbətində bildirib ki, yaşadığı ölkədə heç bir azərbaycanlı musiqiçini tanımır. Amma o, dünyaca məşhur xanəndə Alim Qasımovla duet oxumaq arzusunda olduğunu deyib.“Mən öz dünyamı yaşayıram və ora heç kəsi buraxmıram. Azərbaycandan Alim Qasımovla duet oxumaq arzusundayam. Bu böyük ifaçıya çox hörmətim var, onunla musiqi kompozisiyası yaratmaq mənə çox xoş olar. Belə proyektin olması realdır və mən buna bütün gücümlə çalışacağam”- deyə vokalist bildirib.
44,839
23.12.2008 10:03
Mədəniyyət
MÜĞƏNNİ KƏRİM YENİDƏN EVLƏNƏCƏK
“Artıq birinci ailə həyatıma rəsmi şəkildə son qoydum, boşanma ərizəsi əlimdədir. Hətta artıq anam da mənim üçün qız seçib. Əlbəttə ki, anamın seçiminə hörmət edirəm, ancaq mən də öz axtarışlarımı davam etdirəcəyəm. Növbəti evliliyimdə yanlışlığa yol verməyəcəyəm. Əsas odur ki, o, şou-biznes adamı olmasın. Geyimini, danışığını bilsin, oturuşuna-duruşuna fikir versin. Ən əsası isə ərinə xəyanət etməsin. Burnu girməyən yerə başını soxmasın”- deyə müğənni indidən gələcək həyat yoldaşına şərtlərini oxuyub. İlhamə Ruhi ilə duet oxuyacaqXalq artisti İlhamə Quliyeva müğənni Ruhi ilə duet oxuyacaq. Bu barədə APA-ya məlumat verən İlhamə Quliyeva duet üçün nəzərdə tutulmuş mahnının artıq seçildiyini də bildirib: “Ruhinin balaca, ancaq çox şirin səsi var. Ümumiyyətlə, mən duet müğənnisi deyiləm. Ancaq Ruhi ilə duet oxumağıma heç bir maneə yoxdur. Əminəm ki, duetimiz rezonans doğuracaq”.İ.Quliyeva deyib ki, deut hazır olandan sonra mahnıya klip çəkilməsi də nəzərdə tutulur. Şaxta babanı sevməyən sənətçilər də varAktyor Rəfael İsgəndərov “Trend”ə bildirib ki, Şaxta babanı heç sevmir. O deyib ki, yaşadığı Keşlə qəsəbəsinə nə vaxt şaxta gəldisə, sakinlər donur: “Qaz olmur, odeyala bürünməkdən də bezmişik. Ona görə də Qar qız ilin bütün fəsillərində gələ bilər, amma təkcə Şaxta baba gəlməsin”.Aktyoru bu mənada hərtərəfli başa düşmək də olar, çünki Bakı şaxtalı havaya heç vaxt hazır olmur, qış sanki paytaxta qəflətən gəlir, səlahiyyətlilərin isə şəhərin qış qayğılarına hazır olmadıqlarını etiraf etməkdən başqa çarələri qalmır.Nailə Mirməmmədli də Şaxta babanı sevmir. Bəstəkar xanım bildirib ki, oğluna oyuncaq Şaxta babalar alıb, amma oğlu hədiyyədən imtina edib. Çünki kukla Şaxta babaların üzündəki donuqluq oğlunu qorxudub. Nailə xanım buna görə də xoşsifət və nurani oyuncaq Şaxta babaların hazırlanmasını arzulayır.
44,840
23.12.2008 10:39
Mədəniyyət
ASLAN İSMAYILOV FAİQ AĞAYEVİ HƏBSLƏ HƏDƏLƏDİ
“Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev Faiq Ağayevin məktubuna münasibət bildirərkən deyib ki, məktubda dini məsələləri önə çəkmək kimlərinsə heysiyyətinə toxunub və dərin təəssüf hissi doğurub. Müğənni isə Eldəniz Quliyevə cavabında yazıb ki, onun məktubunda dini məqamlara toxunmaq günah deyil, kimisə hərəkətə çağırışdır. Əgər kimsə Faiq Ağayevin bu çağırışı əsasında Flora Kərimovanı öldürsə, yaxud xətər yetirsə, o, Cinayət Məcəlləsinin 32 və 33-cü maddələrinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər”- deyə A.İsmayılov bildirib.Vəkil bildirib ki, hər iki müğənni arasında yaşanan münaqişə barədə danışmaq ona utanc gətirir: “Mən utanıram ki, bu cür adamlar xalq artisti adına layiq görülüb. Hesab edirəm ki, onlara verilən bu şərəfli ad geri götürülməlidir. Güman edirəm ki, kütləvi informasiya vasitələri də bu münaqişənin dayanmasına çağırış etməlidir”.Qeyd edək ki, F.Ağayevin pərəstişkarları Əlillər Cəmiyyəti Nəsimi rayon şöbəsinin bir qrup üzvü day.az vasitəsilə F.Kərimovaya müraciət ünvanlayıb. Onlar müraciətdə F.Kərimovanı “sədaqətsizlikdə” ittiham ediblər: “Biz sizi həmişə öz xalqını sevməyən mitinqçilərin arasında görmüşük. Siz həmişə əlinizə qılınc alıb hakimiyyətin əleyhinə çıxmısınız, amma indi hakimiyyətə özünüzün sədaqətli olduğunuzu nümayiş etdirirsiniz. Doğrudur, siz öz səhvinizi başa düşə bilərsiniz, amma müxalifətin tərəfində olduğunuzu da dana bilməzsiniz. Amma Faiq Ağayev həm məşhurluğuna, həm insani keyfiyyətlərinə, həm də xeyirxahlığına görə sizdən çox üstündür. Kömək və qayğıya möhtac olan əlillərə siz heç vaxt bir xeyriyyə konserti verməmisiniz, amma Faiq Ağayev həmişə bizlərə, kasıblara əl tutub”.Onu da bildirək ki, xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova həmkarları arasında getdikcə böyüyən qalmaqaldan istifadə edənlərin əleyhinədir. Odur ki, müğənnilər bu məsələni şərh etməkdən imtina ediblər. A.Kazımova “Onların öz problemləridir, özləri də həll etsin, məni ora qatmayın” deyib. B.Dadaşovanın cavabı isə daha sərt olub və o, F.Ağayev barədə belə deyib: “Mən bu adamın nəyə can atdığını başa düşə bilmirəm. Hər yerdə öz adını mənim adımın yanında çəkməyə cəhd göstərir. Mən isə onunla bağlı heç bir hadisəyə şərh verməyəcəyəm”. Faiq Ağayev üç günlük konsertini təxirə salıbXalq artisti Faiq Ağayevin Heydər Əliyev sarayında dekabrın son günlərinə nəzərdə tutulan üç günlük solo konserti təxirə salınıb. Müğənni konsertin 2009-cu ilin fevral və ya mart aylarında keçiriləcəyini açıqlayıb.Sənətçi ad gününü də elə həmin konsertlərdə qeyd edəcəyini bildirib: “Dekabrın 29-da doğum günümdür. Ancaq ad günümü də gələn il elə konsertdə qeyd edəcəyəm”.
44,841
23.12.2008 10:38
Yazarlar
“YOXDUR MƏRHƏMƏTİ BU SƏLTƏNƏTİN”
Əsrin sonlarına doğru vəziyyət dəyişdi. Tədricən hərbçilərin və siyasilərin ortaq hakimiyyəti - xunta rejimləri səhnədən çəkildilər. 2000-ci ildə Peruda diktator Fuximorinin məğlubiyyətindən sonra demək olar ki, Cənubi Amerikada xunta və diktatura rejimləri qalmayıb. Bütün ölkələrdə hakimiyyət seçki yolu ilə formalaşır. Ən ümdəsi, siyasi uzunömürlülüyə iddia edən personalar yoxdur. Hətta Venesuelanın xarizmatik və avtoritarizmə meylli prezidenti Uqo Çaves belə konstitusiyada eyni şəxsin iki dəfədən artıq prezident seçilmək hüququnun təsbit olunmasını təmin edə bilmir. Hazırda despotizmin beşiyi Afrika və Asiyadır. “Ölənə qədər hakimiyyətdə olmaq” devizini əldə rəhbər tutan hərbçi prezidentlər burada çoxdur. Misirdə Hüsnü Mübarəkin, Liviyada Müəmmər Qəzzafinin, Zimbabvedə Robert Muqabenin və başqa dünyaca ünlü despotların hakimiyyəti artıq orta insan ömrünün yarısından artıq müddətə gəlib çıxıb - 30-35 il. Ancaq heç də bütün Afrika ölkələrində bir şəxsin hüdudsuz və müddətsiz hakimiyyəti formalaşmayıb. Bu əsrdən etibarən demokratiya tədricən Afrikaya da sirayət etməkdədir. Məsələn, vaxtilə aparteid rejiminin hökm sürdüyü Cənubi Afrika Respublikası Nelson Mandelanın prezident seçilməsi və vəzifədən getməsi ilə dönməz şəkildə demokratiya yoluna qədəm qoyub. 2005-ci ildə Tanzaniyada keçirilən seçkilərdə artıq iki müddət prezident postunda oturmuş Bencamin Uilyam Mkala ölkə konstitusiyasına uyğun hərəkət edərək postunu öz siyasi sələfinə - daxili işlər naziri Cakaya Kikveteyə verib. Qanada 19 il hakimiyyətdə olmuş Cerri Rolinqs 2000-ci ildə hakimiyyətdən könüllü şəkildə əl çəkərək onu öz siyasi sələfi Con Kufuora ötürüb - bu ilin fevral-martında Ermənistanda olduğu kimi.2005-ci ildə Liberiyada dürüst və qanuni seçkilər keçirilib və Harvard Universitetinin məzunu Elen Conson-Serlif ikinci turda məşhur futbolçu Corc Veaya qalib gələ bilib. Seçki kampaniyasını bir qədər də uğurlu aparsaydı, bu saat Liberiyada 10-15 il öncənin ən məşhur futbolçularından biri prezident postunda oturmuş olacaqdı. Bir sözlə, uzun illər müstəbidlərin əlindən qan ağlayan Afrika ölkələri yavaş-yavaş demokratikləşir, müasir dövrün tələblərinə uyğun seçki keçirir, dövlət idarəetməsini təkmilləşdirir. Bu dövlətlərdə artıq bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz, çünki konstitusiyanın uyğun maddəsi imkan vermir. Maraqlıdır ki, getdikcə daha çox Afrika ölkəsində bu müddəaya riayət edirlər. Hansısa müstəbid müəyyən bir bəhanə ilə konstitusiyanın həmin müddəasından yan ötmək istəyəndə ya vətəndaş üsyanı baş verir, ya da hərbi çevriliş olur. Yəni ölkəmizdə nəzərdə tutulan konstitusiya dəyişikliyi barədə fikir bildirərkən hər kəlməbaşı Afrika təcrübəsinə istinad etmək doğru deyil. Yuxarıda dediyimiz kimi, Afrikanın üzü gələcəyədir. Bu qitədə seçki məsələsində hər şey yaxşılığa doğrudur. Azərbaycan Konstitusiyası dəyişiləcəksə və eyni şəxsin iki dəfədən artıq prezident seçilməsini yasaqlayan maddə götürüləcəksə, bu, ölkəmizin müasir Afrikaya yox, qədim Asiyaya, başdan-başa despotizm yuvası olan ərəb ölkələrinə yaxınlaşması demək olacaq. Bəli, çəkinmədən və açıq söyləmək lazımdır: müasir dünyada bir şəxsin, hətta bir siyasi qrupun hakimiyyətdən dördəlli yapışması geridəqalmışlıq, ibtidai zehniyyət əlaməti sayılır. Dünyada hər kəs bilir ki, bu “siyasi uzunömürlülük” necə, hansı metodlarla təmin olunur. Artıq şübhə yoxdur, bu iqtidar karbohidrogen ehtiyatlarına güvənərək Bruney sultanlığı kimi bir dövlət, rejim yaratmaq fikrindədir. Təəssüf ki, bir qədər artıq komforta, kaloriyə görə minlərlə məmur, ziyalı bu mənhus planın yavaş-yavaş həyata keçirilməsi prosesinə göz yumur. Onlar üçün ölkəmizin imicinin Afrikanın ən pis ölkələrindən də betər günə düşməsinin fərqi, əhəmiyyəti yoxdur. Bizi Konqo və Bruneylə yanaşı durmağa layiq bilirsə, demək, “yoxdur mərhəməti bu səltənətin”! Xalid KAZIMLI
44,842
23.12.2008 10:39
Yazarlar
TERRİ DEVİSİN MƏHƏBBƏTİ...
Açığı, Terri Devisdən heç vaxt xoşum gəlməyib, ola bilsin ki, o, insan kimi yaxşı insandır, amma diplomat kimi təpədən-dırnağa xalis ingilisdir, demokrat kimi isə zaydır, apar qaytar. Öz aramızdı, Qross hara Devis hara; heç müqayisəyə belə gəlməzlər. Qross az qala məmləkət demokratlarının simvoluna çevriləcəkdi, heyf, səd heyf, gedər-gəlməz oldu. Görünür bəxtimizdəndir, yaxşılar gedir, pislər gəlir. Hər şeyin yaxşısı - pisi olduğu kimi, demokratın da yaxşısı-pisi olur. Özü də bu fərq onun irqindən, cinsindən, dinindən və dilindən irəli gəlmir. Aldığı tərbiyədən, əqidəsindən, əxlaqından, ümumiyyətlə, şəxsi keyfiyyətlərindən irəli gəlir. Adam ya demokrat olur, ya antidemokrat olur, vəssalam. Bunun türkün sözü, oyan-buyanı olmur.Amma burada bir iş var, iki əməl. İş odur ki, həm ondan, həm bundan olana siyasi ədəbiyyatda imitator deyirlər; ağız ədəbiyyatında isə beləsini ingilis bayrağı adlandırırlar.Əməlin biri odur ki, ingilislər demokratiyanı bizdən əqdəm əxz ediblər. Kişilər düz iki yüz ildir ki, təmiz demokratiya havası udurlar. Deyəsən, oksigenin bolluğundan ağ ciyərlərində durğunluq yaranıb; yəni demokratiya xərçəngi... Demək, belə çıxır ki, Terri Devis iraq olsun, bura müalicəyə gəlib gedir. Sən demə, demokratiya xərçəngini antidemokratiya havası sağaldırmış. Allah! Allah! Bu ki, lap möcüzədi; satmağa neftimiz, yandırmağa qazımız, udmağa müalicəvi-təmiz havamız var, bircə içməyə suyumuz çatmır, o da bu gün - sabah gələr, inşallah! Əməlin o biri budur ki, dünya sosioloqlarının apardığı tədqiqatlardan belə məlum olur ki, ingilislər qocalan millətlər siyahısında birinci yeri tutur. Hətta bəzi sosioloqlar bir az da irəli gedib deyirlər ki, ingilislər artıq doymuş məhlula çevriliblər və bu millətin gələcəyi həm fizioloji, həm bioloji baxımdan sual altındadır. Demək, burdan da belə çıxır ki, müalicənin əhəmiyyəti yoxdur, çünkü Terri Devis doymuş məhluldur, yəni dilim-ağzım qurusun, bu gün sabahlıqdı.Deyəsən, kələfin ucunu itiririk axı? Platonik məhəbbətdən başlayıb demokratik xərcəngə gəlib çıxdıq. Yaxşısı budur ki, bədbin notları saxlayıb keçək şən notlara. Terri Devisin məhəbbət dolu məktubunda, bağışlayın, bəyanatında maraqlı bir məqamı qulluğunuza ərz etmək istəyirəm. Ki, sonrakı söbətimiz şirin olsun. Mətbuat konfransında diplomatın cavan, sütül köməkçisi, yəni doymamış məhlul qocanın, yəni doymuş məhlulun pencəyinin ətəyindən dartır ki, bəs dozası bir az artıq oldu. Dozanı azaltmaq üçün diplomat dübarə bir müsahibə verir və deyir: - “Atam mənə məsləhət verib ki, əgər birisi sənin fikrindən fərqli fikir söyləyirsə, ona hörmətlə yanaş...” Doymamış məhlul bu dəfə doymuş məhlulun qulağına pıçıldayır ki, gərginlik aradan qalxmayıb, bəlkə əks fikirdə olanlarla da görüşək. Təklif kişinin ürəyincə olmasa da vəziyyətdən çıxmaq üçün razılaşır. Görüşdə hərə bir söz deyir: biri narazılığını bildirir, biri razılıq edir, razılıq edənlərlə narazı qalanlar arasında mübahisə düşür, səs-küy, qır-vır... Bir çoxbilmişi qayıdır ki, cənab Terri Devis, atanızın dəyərli məsləhətini eşidib sevindik. Bəs siz görüşdüklərinizdən sordunuzmu ki, onların ataları nə məsləhət veriblər?! Deyir, o saat səs-küy, qır-vır kəsilib, şair demişkən, ortaya bağır çatladan bir sükut çöküb. O gündən bu günə o bağır çatladan sükut davam edir. Gözdə-qulaqda olun, birdən bağrı çatlayan olar.Hörmətlə bağrı çatlamayan yazar.
44,843
23.12.2008 10:14
Gündəm
AZƏRBAYCAN-TÜRKİYƏ HƏRBİ DANIŞIQLARI BAŞLAYIR
Bu gün Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələri arasında Yüksək Səviyyəli Hərbi Dialoq işə başlayacaq. Dekabrın 24-də başa çatacaq Hərbi Dialoqda ölkələr arasında müdafiə sektorunda qarşılıqlı maraq doğuran bütün məsələlərin müzakirəsi planlaşdırılır. Tərəflər eyni zamanda hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.
44,844
23.12.2008 10:40
İqtisadiyyat
25 MİLYON ADAM İŞSİZ QALACAQ
Ən çox zərbə isə tikinti sektoruna dəyəcək. Sözügedən təşkilata dünyanın iqtisadi baxımdan inkşaf etmiş 30 ölkəsi daxildir. Digər xəbərə görə, qlobal maliyyə böhranı dünyadakı özəl bankların və investisiya şirkətlərinin yarıya qədərini sıradan çıxaracaq. “The Financial Times” qəzetinin xəbərinə görə, yaxın üç ildə özəl investisiya şirkətlərinin 40 faizi bağlanacaq. “Boston Consulting Group” mərkəzinin araşdırmalarına istinad edən qəzet yazır ki, ilin əvvəllərindən investisiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb, hazırda onların yarıya qədəri risk altındadır və hər an iflas ola bilər.
44,845
23.12.2008 10:58
Dünya
BUŞA AYAQQABI ATILMASI TÜRKİYƏDƏ 100 ƏLAVƏ İŞ YERİ AÇIB
“Guardian” yazır ki, Baydan ayaqqabı fabriki 127 artikullu ayaqqabının istehsalı üçün aldığı 300 min sifarişin öhdəsindən gəlmək üçün daha 100 nəfəri işə götürməli olub. Sifarişçilər əsasən Amerika, Britaniya və qonşu müsəlman ölkələrindəndir. Jurnalistin ən çox dəstəkləndiyi İraqdan 120 min cüt üçün sifariş alınıb. Bir Amerika şirkəti isə məşhur çəkmələrdən 18 min cüt sifariş edib.Belə başa düşmək olar ki, Britaniya şirkətlərindən biri hətta ayaqqabıların Avropa dileri qismində çıxış edir. 1999-cu ildən istehsalda olan bu ayaqqabıların qiyməti Türkiyədə təxminən 28 funt sterlinqdir. Suriya, Misir və İrandan çox sayda sifarişlər daxil olub. İranın əsas ayaqqabı istehsalçısı isə jurnalist əz-Zeydini və onun ailəsini ömürlük ayaqqabı ilə təchiz edəcəyini vəd edib. “Guardian” yazır ki, bazarı qızışdırmaq üçün Ramazan Baydan ayaqqabının bu modelinə ad da qoyub. Ayaqqabıları “Buş ayaqqabısı” və ya “Bye-bye Buş” adlandırıblar. Ayaqqabı fabrikantının özü isə bildirir ki, bu ayaqqabılar uzun müddətdir ki, satılır: “Lakin Buşun, necə deyərlər, reklamından sonra onları piştaxtaya qoymağa macal tapmırsan”. Ayaqqabılar hətta televiziya ilə də reklam olunur. Baydan Müntəzirin ayaqqabılarının həqiqətən onun fabrikində istehsal edildiyində israr etsə də, bunu birmənalı şəkildə təsdiq etmək mümkün deyil. Çünki Amerika xüsusi xidmət orqanlarının əməkdaşları ayaqqabıları artıq məhv ediblər. Buna baxmayaraq, diribaş türk iş adamı bu hadisədən reklam üçün, deyəsən, çox yaxşı istifadə edib və onun biznesi hələ uzun müddət çiçəklənə bilər.Jurnalistə gəldikdə isə o, hələ də həbsdədir, məlumatlara görə, onu möhkəm döyüblər. Xarici ölkə liderini təhqir etdiyi üçün onu həbs cəzası gözləyir. Lakin xəbər verilir ki, əz-Zeydi üzr istəyib və bağışlanmaq üçün baş nazir Nuri əl-Malikiyə müraciət edib. Əz-Zeydinin işinə baxılması dekabrın 31-də başlaya bilər. Onun ailə üzvləri jurnalistin azadlığa buraxılması üçün Bağdadın “yaşıl zona”sının yaxınlığındakı parklardan birində oturaq etiraz aksiyası keçirir.
44,846
23.12.2008 10:21
Dünya
TİMOŞENKO PREZİDENTƏ QARŞI MÜXALİFƏTƏ KEÇDİ
Viktor Yuşşenko isə Ali Radada “Yuliya Timoşenko” və Litvinin blokları, eləcə də “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun bir hissəsi arasında yaradılan koalisiyanın siyasi korrupsiya əsasında formalaşdığını, amma buna baxmayaraq, parlamenti buraxmaq niyyətində olmadığını bəyan edib. APA-nın məlumatına görə, V. Yuşşenko Ukraynanın “İnter” telekanalına müsahibəsində hazırda parlamentdə 226 millət vəkilindən ibarət nisbi çoxluğun olmadığını söyləyib: “Bu situasiya yalnız baş nazir Timoşenko və onun siyasətinin durğun vəziyyətdə davamı üçün yaradılıb”. Dövlət başçısı bəzi səbəblərlə əlaqədar parlamenti buraxmağı planlaşdırmadığını deyib. O bildirib ki, əvvəla, buna iqtisadi vəziyyət mane olur. Çünki hələ də gələn ilin büdcəsi və böhrana qarşı qanunlar paketi qəbul olunmayıb. İkincisi, 6 aydan sonra prezident seçkiləri kampaniyası start götürəcək: “Eyni anda həm parlament, həm də prezident seçkiləri keçirmək ölkəyə fayda gətirərmi? Bu suala məndə neqativ cavab formalaşıb”.V. Yuşşenko Y. Timoşenkonu yalnız hakimiyyət uğrunda mübarizə aparan avantürst adlandırıb: “2004-cü ilin seçki kampaniyası zamanı təbliğat üçün ölkəni gəzərkən insanlar soruşurdular ki, bu oğru sizin yanınızda nə edir? Mən isə xahiş edirdim ki, onun qazı, büdcəni oğurlaması ilə bağlı insanlar özləri hökm verməsinlər, buna yalnız məhkəmə qərar verə bilər. O, meydanda mənim arxamda Ukrayna idealları naminə yox, özü üçün dayanırdı. Elə bir gün olmayıb ki, bu adam xalq üçün, Ukrayna üçün mübarizə aparsın. O, avantürist siyasətçidir və qeyri-məhdud hakimiyyət əldə etmək üçün hər kəsi batırmağa hazırdır”.
44,847
23.12.2008 10:20
Kriminal
“LAÇIN” TİCARƏT MƏRKƏZİNDƏ GÖRÜNMƏMİŞ DƏLƏDUZLUQ
İbtidai istintaqa ifadələrində sahibkarlardan Afət Hacıyev 80 min, Ceyhun Sultanov 35 min, Nuriyyə Ocaqquliyeva 43 min, Rüfət Əliyev 24 min, Rədifə Ağayarova 25 min, Eldar Cahangirov 5 min 500, Abbas Səfərov 53 min, Qabil Kərimov 6 min 600, Mahir Nəbiyev 35 min, Şahlar Cəlilov 4 min və Firdovsi Əbilov 1000 ABŞ dollarını R.Quliyevaya verdiklərini bildiriblər. Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Güman olunur ki, araşdırmalar davam etdikcə dələduzluqla üzləşmiş sahibkarların sayı artacaq. BAKIDA 14 ADAMA “ATAN” FIRILDAQÇI ƏLƏ KEÇDİNəsimi rayon Polis İdarəsi 21-ci bölməsinin əməkdaşları tərəfindən dələduzluq etdiyinə görə tutulan Şakir Əmirovla bağlı aparılan əməliyyat tədbirləri nəticəsində onun 2008-ci ilin fevral və aprel ayları ərzində Bakı şəhər sakinləri Mübariz Hüseynovun, Gülbəniz Quliyevanın, Fərhad Aslanovun, Münəvvər Əliyevanın, Vaqif Məmmədzadənin, Təranə Vəliyevanın, Şamama Həsənovanın, Nigar Babayevanın, Həsənağa İbrahimovun, Kamran Məmmədovun, Taleh Təhməzovun, Gündüz İmanovun, Ceyhun Hüseynovun və Almaz Əbdülrəhmanovanın adlarına “Muğan Bank” ASC-nin Binəqədi filialından kredit götürməsi müəyyən edilib.
44,848
23.12.2008 10:35
Kriminal
EVDƏN OĞURLUQ EDƏN 16 YAŞLI QIZ TUTULDU
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1992-ci il təvəllüdlü Çinarə Saməddin qızı Musayeva tutulub. Bakının Nəsimi rayonunda isə Türkiyə vətəndaşını qarət edən şəxs həbs edilib. Xəbərə əsasən, noyabrın 23-də, saat 23:30 radələrində B. Səfəroğlu küçəsində naməlum şəxs Türkiyə Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Zəfər Türkər Osman oğlunun baş və üz nahiyəsinə xəsarət yetirərək 62 manatını və 2 ədəd mobil telefonunu oğurlayıb. Nəsimi rayon Polis İdarəsinin 22-də polis bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Salodçenko Oleq Vyaçesdavoviç tutulub. 14 SAYLI POLİKLİNİKAYA BASQIN OLDUDekabrın 22-nə keçən gecə saat 01:50 radələrində Bakının Xətai rayonunda yerləşən 14 saylı poliklinikaya basqın olub. Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini, 1961-ci il təvəllüdlü Mirzəmməd Paşa oğlu Mirzəyev və Salyan rayon sakini 1951-ci il təvəllüdlü Bəylər Xanlar oğlu Quliyev sərxoş vəziyyətdə poliklinikanın laboratoriya otağından şüşəni sındırma yolu ilə içəri daxil olublar. Lakin poliklinikanın mühafizəçisi və orada məskunlaşan 1965-ci il təvəllüdlü Ədalət Tağı oğlu Nəbiyev tərəfindən tutulublar. SALYAN SAKİNİ SEXDƏ YANDISalyan rayon sakini Ruzigar Ağalarova məxsus daş üzlüyü sexinin gözətçi otağında yanğın baş verib. Nəticədə bütövlükdə otağın yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra orada 40-45 yaşlı yanmış kişi meyiti tapılıb. Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Aleksandr Fyodorov olması və orada yaşayan həmyerlisi Aleksandr Vasyanoviçə qonaq gəlməsi müəyyən edilib. İKİ NƏFƏR DƏM QAZINDAN BOĞULDUDekabrın 21-də Yasamal rayonundakı A.Şaiq küçəsində yaşayan Yeganə Qafarova və Sumqayıt şəhəri Təzə Kotec qəsəbə sakini Bəhmən Rzayev evlərində dəm qazından boğulublar. YOL QƏZALARINDA 5 NƏFƏR ÖLDÜGöygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb (DİN). Dekabrın 21-də, saat 16.30 radələrində rayonun Balçılı kəndində Nadel kənd sakini Elxan Quliyev “VAZ-21011” markalı avtomaşını idarə edərkən kənd sakini Səbinə Hüseynovanı vurub. Nəticədə xəsarət almış S.Hüseynova xəstəxanaya aparılarkən yolda keçinib. *** Həmin gün saat 18.15 radələrində Qəbələ rayonunun Nic qəsəbəsində Şamaxı şəhər sakini Mustafa Məmişov “VAZ-21013" markalı avtomaşını idarə edərkən qəsəbə sakini Vanik Mişarini vurub. V.Mişari aldığı xəsarətdən hadisə yerində ölüb. *** Goranboy rayonunun Goran qəsəbəsində Şəfəq kənd sakini Ramil Cəfərovun idarə etdiyi “Mercedes” Kəlbəcər rayon sakini Niyaməddin Cəfərovun idarə etdiyi “VAZ-2103" markalı avtomaşınla toqquşub. Xəsarət alan N.Cəfərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. *** Maştağa qəsəbəsində isə qəsəbə sakini Emin Musayev “Moskviç” markalı avtomaşını idarə edərkən həmyerlisi Seyidşamil Əliyevi vurub. S.Əliyev hadisə yerində keçinib. *** Səbayel rayonundakı M.Hüseyn küçəsində Bakı şəhər sakini Söhbət Vəliyev “Mercedes” markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı hasara vurub. S.Vəliyev hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, Qəbələ rayon sakini Rübail Qəndiyev, Ağstafa rayon sakini Günel Kazımova və 25-30 yaşlı qadın isə xəstəxanaya yerləşdirilib.
44,849
23.12.2008 08:42
Astrologiya
ULDUZ FALI
QOÇ - Həddindən ziyadə uğurlu vaxtdır. Ələlxüsus da axşam saatlarında bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq da səngiyəcək. Amma bu gün təkliflərdən imtina etməlisiniz. BUĞA - Günün ilk yarısını gərgin keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Sonrakı saatlarda sevindirici hadisələrin şahidi olacaqsınız. ƏKİZLƏR - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, bu gün uzaq yola çıxmağa dəyməz. XƏRÇƏNG - Demək olar ki, həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək. ŞİR - Ulduzlar pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir. QIZ - Hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Yalnız axşam saatlarında qonaq getmək olar. TƏRƏZİ - Ümumi çalarlarına görə gərgin vaxt olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz. ƏQRƏB - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil. OXATAN - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Pul məsələlərində isə ehtiyatlı olun. OĞLAQ - Bürcünüzün ən uğurlu günlərindən birini yaşayacaqsınız. Düzdür, bu gün saat 12-yə qədər müəyyən gərginlik olsa da, sonrakı müddətdə ovqatınız çox yüksək olacaq. Sürpriz də gözlənilir. SUTÖKƏN - Kifayət qədər uğurlu məqamlar yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın. BALIQLAR - Nədənsə son vaxtlar sağlıq durumunuzla bağlı problemlər baş qaldırmaqdadır. Bu səbəbdən də özünüzə fikir verməli, qida rejiminə riayət etməlisiniz. Soyuq və spirtli içkilərdən uzaq olun.
44,850
23.12.2008 08:58
Media
“BU TİP ƏLAVƏLƏR KİV-lərdə QORXU YARADA BİLƏR”
Ş.Çobanoğlu yazıb ki, konstitusiyanın 50-ci maddəsinə edilən dəyişiklikdə mətbuatın mənafeyinə toxunan məqamlar var. Sözügedən maddəyə 3-cü bəndin əlavə edilməsi məsələni qəlizləşdirir. Bənddə göstərilib ki, “hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir”. Köşə yazarına görə, bundan sonra hər kəs istənilən yazını təkzib etdirmək hüququ qazanır. Bu xəbərin onun mənafeyinə toxunacağını iddia edə biləcək şəxslər bununla da mətbuatın söz azadlığına böyük zərbə vurmuş olacaq. Ş.Çobanoğlu həmçinin konstitusiyanın “Şəxsi toxunulmazlıq hüququ” adlanan 32-ci maddənin ikinci bəndinə edilən əlavələrin də jurnalistlərə əngəl xarakteri daşıdığını yazıb. Həmin əlavələrə görə, “qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və bu cür digər hərəkətlərə məruz qoyula bilməz”. Müəllif hesab edib ki, bu maddə bütün dünyada inkişaf etməkdə olan yeni media jurnalistikasına da zərbədir. Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı da bizə açıqlamasında konstitusiyaya edilən sözügedən dəyişikliklərlə bağlı danışdı. Müsahibimiz bildirdi ki, 32-ci maddəyə edilən əlavə və dəyişiklik mahiyyətcə indiyə qədər mövcud olmuş mətnin mahiyyətini dəyişmir: “Azərbaycanın qəbul etdiyi Avropa İnsan Haqları Konvensiyası, Azərbaycanın mövcud olan qanunları bu və ya digər şəkildə mahiyyətcə eynidir. Bu, hətta ”KİV haqqında" qanunda da var. Gizli lent yazıları, çəkilişlər mümkün olsa da, onların yayılması ilə bağlı məhdudiyyətlər var. Yəni bu maddənin bura əlavə olunmasına ehtiyac yoxdur". R.Hacılı bildirdi ki, əslində konstitusiyaya belə bir əlavə etməkdənsə, özəl həyatın qorunması ilə bağlı başqa bir qanunun qəbulu daha düzgün olardı. Onun sözlərinə görə, bu əlavələr də həmin qanunda nəzərə alınmalıdır. Müsahibimiz hesab edir ki, bu tip əlavələr KİV-lərdə qorxu yarada bilər: “Bilirsiniz ki, bir müddət öncə orduda ”dedovşina" ilə bağlı gizli çəkilişlər yayımlanmışdı. Bu, ictimai əhəmiyyətli məsələydi və hökumət də buna reaksiya verdi. Azərbaycan dövlətinin, ordunun, silahlı qüvvələrin güclü olması üçün bu məsələnin üzərinə gedildi. Belə çıxır ki, yeni konstitusiyaya görə bu cür halları çəkmək olmaz. Qanunla müəyyən olunmuş hal odur ki, jurnalist ictimai əhəmiyyət daşıyan məsələlərin çəkilişini apara bilər. Avropa Konvensiyasının 8-ci maddəsi - yəni şəxsi, ailə həyatının qorunması ifadə azadlığını özündə əks etdirən 13-cü maddə ilə qarşı-qarşıya gəlir. Belə anlaşılmazlıqlar yarananda isə Avropa Məhkəməsi bu iki hüquq arasındakı balansı müəyyənləşdirməyə çalışır. İctimai əhəmiyyətlidirsə, söz azadlığı müdafiə olunur. İctimai əhəmiyyətsizdirsə, 8-ci maddənin pozulduğu bildirilir. Konstitusiyanın 32-ci maddəsinə bəzi əlavələrin edilməsi jurnalistin şəkil çəkmək və yaymaq hüququnu təkzib etməməlidir". Müsahibimiz həmçinin konstitusiyanın 50-ci maddəsinə təkzib və cavab vermə hüququnun əlavə edilməsinə də ehtiyac görmədiyini söylədi. Onun sözlərinə görə, onsuz da “KİV haqqında” qanun hər kəsin cavab vermək hüququnu tanıyır: “Orda göstərilmiş qaydalar konstitusiyaya da uyğundur. Hər kəsin ixtiyarı var ki, onların hüquqları, mənafeləri pozulubsa, təkzib üçün müraciət etsin. Onsuz da son nəticədə bu barədə yekun qərarı KİV özü qəbul edir. Tərəf razı deyilsə, məhkəməyə gedir. Bunun xüsusi olaraq, konstitusiyaya əlavə edilməsi mənasız və artıqdır. Heç kəs deyə bilməz ki, yazılanlar xoşuma gəlmədi və ya yazılmasın. Təkzib versin, təkzibi çap olunsun”. Bütün bunları baxmayaraq, Rəşid bəy hesab edir ki, bu düzəlişlər yeni heç nə vermir və bunu jurnalist hüquqlarının məhdudlaşdırılması kimi yozmaq olmaz.
44,851
23.12.2008 09:47
Media
AKİF NAĞI HƏLƏ DƏ PROKURORLUĞA ÇAĞIRILMAYIB
Xatırladaq ki, redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon 5-ci polis bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək, təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır. Artıq göstərilən şikayət üzrə Cinayət Məcəlləsinin 163.1 maddəsi (jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb. Z.Hacı Binəqədi rayon Prokurorluğunda ifadə verib. Təqsirləndirilən tərəf isə hələ də prokurorluqda ifadə verməyib. İ.Seyidov dünən də bizim “Akif Nağı niyə istintaqa ifadə vermir, istintaq niyə ləng aparılır” sualımıza əsəbi şəkildə “istintaqa çağırılmayıb və ifadə verməyib” deyə cavab verdi. Müstəntiqdən bunun səbəbini soruşanda isə “bunu sizə açıqlamağa məcbur deyiləm” deyərək, dəstəyi qapadı. A.Nağı da qəzetimizə açıqlamasında istintaqa ifadə vermədiyini dedi. QAT sədri hələ də Binəqədi rayon Prokurorluğuna çağırılmadığını deyərək, bunun səbəbi barədə məlumatı olmadığını vurğuladı. Əməkdaşımızın “belə rəy var ki, işə xitam vermək istəyirlər” sualına cavabda isə Akif bəy bu barədə məlumatı olmadığını dedi.
44,852
23.12.2008 10:51
Media
HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDƏ MEDAL VƏ MÜKAFAT APARIB
Baş redaktor yenə də ingilis dilində mütaliəsini davam etdirir. İngilis dilində qəliz hekayələri oxuyan Qənimət bəyə bu, dilin yüksək səviyyədə mənimsənilməsində maksimum yardımçı olur: “Qənimət ingilis dilini daha çox mütaliə prosesində öyrənir. Hekayələri oxuyur, ordakı təzə sözləri lüğətdə tapır. Deyir, belə davam etsəm, tezliklə dili mükəmməl səviyyədə mənimsəyəcəm”. A.Mürsəliyeva həmçinin baş redaktorun fevralın 4-də Ali Məhkəmədə məhv edilən əlyazmaları ilə bağlı keçiriləcək prosesdə də iştirak etmək istədiyini söylədi. Q.Zahid həyat yoldaşına bildirib ki, ötən dəfə olduğu kimi, bu dəfə də prosesdə iştirakına icazə verilməyəcəyinə inanır. Bu arada Qənimət bəy ötən həftə yekunlaşan “Qənimət həftəsi”nin qalibi olmasına da təəccüblənib. Həyat yoldaşına müsabiqənin mükafatı olan medalı, diplomu və bu həftə çərçivəsində nəşr olunan kitabı aparan Ayəndə xanımın sözlərinə görə, baş redaktorçün özünün qalib seçilməsi gözlənilməz nəticə olub: “Həm də məmnun qaldı. Dedi ki, ümumiyyətlə, belə tədbirlər nə qədər çox olsa, jurnalistlərə təzyiq bir o qədər azalar. Qənimət başqa təşkilatların da bu sayaq aksiyaları keçirməsini arzuladı. Hətta vurğuladı ki, jurnalist təşkilatları bu aksiyaları intensivləşdirsələr, daha yaxşı olar. Bu da bir ismarış idi təşkilatlara”. Maraqlıdır, Q.Zahid ASİ təşkilatının keçirdiyi həftəliklərdə də məqalə ilə çıxış etməyi düşünürmü? A.Mürsəliyevanın sözlərinə görə, jurnalist kimliyi ona bu barədə yazmağı diqtə etsə də, türmə şəraiti buna imkan verməz: “Təbii ki, içəridən nəsə yazıb, göndərə bilər. Tez-tez o məşhur məsəli, ”Yazmasam ölləm"i təkrarlasa da, bilir ki, bu, ona əlavə problemlər yarada bilər. Deyir, belə söhbətlərin olmasını istəmirəm. Onsuz da içəridə yazdıqlarının aqibəti hamınıza məlumdur”. Cəmiyyətdə müzakirəsi intensivləşən, gözlənilən əfv fərmanı barədə də Q.Zahid şərh vermək istəməyib. Ayəndə xanım bildirdi ki, baş redaktor bu hakimiyyətlə bağlı heç bir proqnoz vermək istəmədiyini deyib. Qənimət bəy həmçinin konstitusiyaya dəyişiklik məsələsinə də təəccüblənməyib. Baş redaktora görə, bu, onsuz da gözlənilən imiş.
44,853
23.12.2008 09:47
Media
““MÜXALİFƏT”çilərlə BAĞLI QƏRAR ƏDALƏTLİDİR”
Avropa Məhkəməsi hesab edib ki, “Azərbaycan iki jurnalistin ifadə azadlığını pozaraq, onları böhtan ittihamı ilə azadlıqdan məhrum edib” və jurnalistlərə vurulan ziyana görə hərəsinə 1000 avro ödəmək öhdəliyi qoyub. “Biz, Azərbaycanın ATƏT, Avropa Şurasına daxil olan zaman üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan hüquqi proseduru pisləyən məhkəmə qərarını dəstəkləyirik və ümid edirik ki, bu, bundan sonrakı fəaliyyətdə nəzərə alınacaq” - deyə təşkilatın press-relizində qeyd edilir.Sənəddə göstərilir ki, jurnalistlər iki dəfə Cəlal Əliyevin - dövlət başçısının əmisinin iddiaları əsasında həbs ediliblər. Birinci dəfə onlar 2003-cü ildə hərəsi 5 ay müddətinə şərti cəza müddəti alıb. İkinci dəfə 2007-ci ildə onlar iki il yarım müddətinə həbs ediliblər. Bir neçə ay sonra jurnalistlər əfv edilib.
44,854
23.12.2008 09:52
Media
ELÇİN BEHBUDOV QƏZET ÇIXARIR
Qəzetin təsisçiliyinin özünə məxsus olacağını deyən E. Behbudov bildirib ki, nəşrin baş redaktoru Dilafət Xəlilov, baş məsləhətçisi isə Bayram Sadıqovdur: “Qəzetdə əsasən insan hüquqları sahəsində komitə tərəfindən həyata keçirilmiş tədbirlər yer alacaq. Nəşr ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynayacaq”.
44,855
23.12.2008 09:49
Media
“MEDİA FORUM” QƏZETLƏRLƏ BAĞLI SORĞUNU YEKUNLAŞDIRDI
“Xalq Cəbhəsi” - 177 səs“Yeni Müsavat” - 133 səs“Şərq” - 101 səs“Üç nöqtə” - 75 səsAdı bu siyahıda olmayan qəzet - 70 səs “Azadlıq” - 66 səs“525-ci qəzet” - 24 səs“Bizim yol” - 17 səs“Zerkalo” - 14 səs“Yeni Azərbaycan” - 13 səs“Bakı xəbər” - 9 səs“Azərbaycan” - 7 səs“Xalq qəzeti” - 5“Mərkəz” - 5 səs“Exo” - 4 səs“Kaspiy” - 3“Həftə içi” - 2 səs“Respublika” - 2.“Ədalət” - 1“Novoye vremya” - 0 “Media forum” saytı xüsusi qeyd edib ki, İnternet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər. “Media forum” saytı diqqətə çatdırır ki, bu sorğunun nəticələrinin onun xüsusi qeyd hissəsi olmadan dərc edilməsi, yayılması və ya başqa formada istifadə edilməsi yolverilməzdir.
44,856
23.12.2008 10:40
Ölkə
“QARDAŞIM QORXUSUNDAN BAHALI AVTOMOBİLİNİ GECƏLƏR SÜRÜR”
“Avtomobillərə ciddi maraq göstərirəm. Nə var bunda? Çalışdım, aldım. Əslində bundan Türkiyənin qürur duyması lazımdır. Medianın hədsiz marağı ucbatından avtomobillərimi Bakıya və Londona göndərdim. Qardaşım Maarif məndən daha çox maraq göstərir. O, yeni avtomobil alanda da bunu mənim adıma çıxırlar. Mən indi də köhnə ”Range Rover"də gəzirəm. Maarifin aldığı “Bugatti”dən dünyada iki dənə var. Cavan oğlandır, pulunu bir yerə xərcləməlidir. Amma qorxusundan yeni avtomobilini gecə idarə edir. Qadın deyil ki, ayaqqabı və ya zinət əşyaları alsın" - Mənsimov bildirib. 125-i özünə aid, 270 tankerlə neft ixrac edən klub rəsmisi kolleksiya yığdığını da etiraf edib: “Qədim qılıncları toplayıram. Dünyada ən yaxşı kolleksiya məndədir. Bir də saatları sevirəm”.Mənsimov xeyriyyəçilik işləri ilə məşğul olmasının səbəbini isə belə izah edib: “Mən qazandığımın 10 faizini yalnız Türkiyədə deyil, dünyanın müxtəlif bölgələrində xeyir işlərə xərcləyirəm. Daha çox da yaşlı insanlara və uşaqlara kömək edirəm. Məktəblər inşa etdirirəm. Görmə qabiliyyətini itirənlər üçün də məktəb tikdirəcəyəm”.
44,857
23.12.2008 10:55
Gündəm
BOMBA ZƏNGİNİN HARDAN EDİLDİYİ MÜƏYYƏNLƏŞDİRİLİB
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hər iki hadisə ilə bağlı aparılan əməliyyat tədbirləri nəticəsində məlumatın yalan olduğu təsdiqlənib. Araşdırmalar nəticəsində, həmçinin məlum olub ki anonim zəng avtomat telefondan edilib. Məhz bu fakt zənglərin kim tərəfindən edildiyini müəyyənləşdirməkdə çətinlik yaradır. Buna baxmayaraq, polisə yalan informasiya verən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, dekabrın 18-də Daxili İşlər Nazirliyinin “102" xidmətinə anonim zəng edilərək, Bakı Metropoliteninin ”Nəriman Nərimanov", dekabrın 21-də isə “Qara Qarayev” stansiyalarına bomba qoyulması barədə məlumat verilib. Məlumat əsasında hüquq-mühafizə orqanlarının xüsusi əməliyyat qrupu və Fövqəladə Hallar Nazirliyinin ekspertləri hadisə yerində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Araşdırmalar nəticəsində məlumatın yalan olduğu üzə çıxıb.
44,858
23.12.2008 10:10
Ölkə
MAŞIN BAZARINDA QİYMƏTLƏR DÜŞÜR
Təkrar maşın satışı sahəsində isə vəziyyət daha acınacaqlıdı. Almaniyada köhnə avtomobillərin qiyməti demək olar ki, 50 faiz aşağı düşüb. Maliyyə böhranı ilə üzləşmiş Avropa ölkələrində kasıblamış əhalinin böyük əksəriyyəti maşınlarını bazara çıxarıb. Bəs bizim ölkədə vəziyyət necədir? 13 ilə yaxın maşın ticarəti ilə məşğul olan Yadigar Sevdimalıyev bildirib ki, Azərbaycanda təkrar maşın satışı təxminən 70-80 faiz aşağı düşüb. Nizami rayonunda fəaliyyət göstərən maşın bazarında işçilərin sayı 80 faiz azalıb: “Qurd Qapısı” deyilən ərazidəki maşın bazarında da vəziyyət eynidir. Əvvəllər bir ay ərzində iki maşın satmaq mümkün idisə, son aylar bir maşın belə sata bilməmişik. Avtomobil ticarəti ilə məşğul olan insanların əksəriyyəti ziyana düşüb. Maşın alan o qədər azalıb ki, maşın bazarının sahibləri satıcılardan aldıqları icarə haqqını iki dəfə aşağı salıb". Müsahibimizin sözlərinə görə, Azərbaycanda alıcıların 80 faizi maşınları kredit yolu ilə alır. Ancaq maliyyə böhranından sonra banklar kredit şərtlərini çətinləşdirib: “Maşın almaq üçün bank hər adama kredit vermir. Bu səbəbdən də alıcılar maşınları nağd şəkildə pul ödəməklə almalı olurlar. Pul olmadığı üçün bu həvəsə düşənlərin sayı xüsusilə azalıb. Amma bir maraqlı fakt var. Maliyyə böhranından sonra Azərbaycana gətirilən maşınların sayı artıb”. Onu da qeyd edək ki, təkrar bazardan fərqli olaraq ölkəyə gətirilən təzə avtomobillərin qiymətində ucuzlaşma baş verməyib.
44,859
23.12.2008 10:56
Ölkə
TƏHSİL QANUNU PARLAMENTƏ TÖVSİYƏ OLUNDU
Layihədə məktəbəqədər təhsilin üç yaşdan, icbari təhsilin isə beş yaşdan başladığı qeyd olunub. Sənəddə həmçinin orta məktəbdə icbari təhsilin 11 ildən 9 ilə endirildiyi, tam orta təhsilin təmayülləşdirildiyi bildirilib. Ş. Hacıyev deyib ki, layihədə ali təhsil üç pilləyə bölünüb, hər pillə isə tam ali təhsil hesab olunur. Komissiya sədri qeyd edib ki, dünya təhsil sistemində olmadığı üçün aspirantura pilləsi layihədən çıxarılıb. Onun sözlərinə görə, doktoranturanın iki pillədən - fəlsəfə doktoru və elmlər doktoru - olması nəzərdə tutulub. Fəlsəfə doktoru indiki elmlər namizədi pilləsinə bərabər tutulur. Layihəyə əsasən təhsil müəssisələri üzərində nəzarət saxlanılsa da, onlara müstəqilik verilir. Həmçinin təhsilin birbaşa maliyyələşməsi nəzərdə tutulur. Təhsildə yaş senzinin müəyyən olunması isə müvafiq icra hakimiyyətinə həvalə edilib. Bu layihəyə əsasən Azərbaycanda liberal təhsil sistemi yaradılacağını bildirən komissiya sədri onu da deyib ki, sənədlə bağlı beynəlxalq qurumlar tərəfindən müsbət rəylər verib.Komissiya layihəni müzakirə etmək üçün parlamentə tövsiyə edib. Qeyd edək ki, “Təhsil haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
44,860
23.12.2008 10:15
Siyasət
ATƏT SƏFİRİ İSA QƏMBƏRLƏ GÖRÜŞDÜ
Görüşdə əsasən insan haqları və demokratiya məsələləri, Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT-in bu məsələlərlə bağlı mövqeyinə diqqət yetirilib.
44,861
23.12.2008 10:06
İqtisadiyyat
MERİYAYA 14 MİLYON MANAT AYRILDI
Sərəncamda göstərilən vəzifələrin yerinə yetirilməsi üçün şəhər və rayon icra hakimiyyətlərinə xüsusi təyinatlı kommunal texnikasının mərkəzləşdirilmiş qaydada alınması məqsədilə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 14,0 (on dörd) milyon manat məbləğində vəsait ayrılacaq.Maliyyə Nazirliyinə vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
44,862
23.12.2008 10:24
Ölkə
LƏNKƏRANDA 304 MİQRANT VAR
Onun sözlərinə görə, miqrantlar əsasən Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Polşa, ABŞ, Nikaraqua, Şri-Lanka və digər ölkələrdən gələn şəxslərdir. Lənkərandakı miqrantların əksər hissəsini Rusiya və Türkiyə vətəndaşlarının təşkil etdiyini diqqətə çatdıran C. Novruzov bu şəxslərin rayonda günəmuzd işlərlə və xırda ticarətlə məşğul olduqlarını bildirib.
44,863
23.12.2008 10:24
Ölkə
AZƏRBAYCANDA 61 VAKANT HAKİM YERİ VAR
Qeyd edək ki, Hakimlərin Seçki Komitəsinin qərarına əsasən hakimliyə namizədlərin sənədlərinin qəbuluna bu gündən start verilib. Sənəd qəbulunun yekun tarixi hələ ki müəyyənləşməyib.
44,864
23.12.2008 10:25
Ölkə
AZƏRBAYCANDA 2009-cu İL “UŞAQ İLİ” ELAN EDİLDİ
APA-nın xəbərinə görə, sərəncamda göstərilib ki, respublikada uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilib.
44,865
23.12.2008 10:24
İdman
“BAKI” MÜBARİZ MƏNSİMOVUN İTTİHAMLARINA CAVAB VERDİ
Bu isə şübhəsiz ki, olduqca ciddi ittihamdır. fanat.az Türkiyədə fəaliyyət göstərən tanınmış iş adamının səsləndirdiyi ittihamlara digər klub rəsmilərinin mövqeyini öyrənib.“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov bildirib ki, M.Mənsimovun dedikləri cəfəngiyyatdan başqa bir şey deyil: “Mübariz Mənsimovun nəyə görə belə danışdığı mənə aydın deyil. Ancaq kimin halal, kimin haram yolla komanda saxladığını Mənsimov yox, xalq müəyyənləşdirə bilər. Xalq da kimin kim olduğunu gözəl bilir. Mənsimov öz fikirlərini söyləyib. Mən ancaq onu deyə bilərəm ki, ”Bakı"nın haram pullarla fəaliyyət göstərdiyi haqda söylənənlər boş söz-söhbətdir".“İnter”in prezidenti Georgi Nikolov bu haqda danışmaq istəməyib. O, Mənsimovun dediklərinə şərh vermək fikrində olmadığını söyləyib.“Neftçi”nin vitse-prezidenti İlqar Quluzadə isə iddia edib ki, Mənsimov “Xəzər-Lənkəran”la bərabər “Neftçi”nin də halal pullarla maliyyələşdiyini söyləyib.Xatırladırıq ki, Mənsimov “Neftçi”nin halal pulla maliyyələşdiyi haqda heç bir fikir bildirməyib. “Xəzər-Lənkəran”ın fəxri prezidenti sadəcə olaraq uşaq vaxtı “Neftçi”yə azarkeşlik etdiyini söyləyib. İ.Quluzadə hansı səbəblərdənsə Mənsimovun ittihamlarına cavab vermək istəməyib, hətta jurnalistləri aranı qızışdırmaqda ittiham edib: “Axı siz nəyə görə düşmənçilik yaratmaq istəyirsiniz? Gedin jurnalistika ilə məşğul olun”.İ.Quluzadəyə isə xatırladılıb ki, biz elə jurnalistika ilə məşğul oluruq. Yəni Mənsimov klubların şərəf və ləyaqətini kölgə altına salan fikirlər səsləndirib. Biz də bu fikirlərə münasibət öyrənmək istədik. Hansı klubun öz şərəf və ləyaqətinin qayğısına qaldığını da oxucular qoy verilən cavablara görə müəyyənləşdirsin.
44,866
23.12.2008 10:28
İdman
YIĞMAMIZIN SABİQ VOLEYBOLÇUSU ÇILPAQ ŞƏKİL ÇƏKDİRDİ
Xatırladaq ki, Tiflisdə anadan olan Ravva 90-cı illərin əvvəlində Faiq Qarayev tərəfindən Bakıya dəvət edilib. O, bir müddət yığmamızın şərəfini qoruyub və 1994-cü ildə keçirilmiş dünya çempionatına yollanan heyətdə yer alıb. Daha sonra Türkiyədə legioner həyatı yaşayan Ravva qeydiyyatını Fransaya dəyişib. “Kann”a transfer edilən cazibədar xanım qısa zaman kəsiyində öz inamlı oyunu ilə komandanın kapitanı səviyyəsinə yüksəlib. Hazırda Fransa vətəndaşı olan Ravva indi bu ölkənin milli komandasının şərəfini qoruyur.
44,867
23.12.2008 10:25
İdman
ERMƏNİSTAN MƏKTƏBLƏRİNDƏ FUTBOL FƏNN KİMİ TƏDRİS OLUNACAQ
Bundan başqa, biz metodoloji vəsait də hazırlamışıq. Onun mart ayında tam hazır olacağını gözləyirik. Hesab edirəm ki, bu addım Ermənistan futbolunun inkişafına böyük stimul olacaq”- deyə R.Ayrapetyan bildirib. Artıq Ermənistanın Təhsil Nazirliyi 440 məktəbdə bu dərsin keçilməsi haqda rəsmi qərar verib. Azərbaycanda isə hamı qış yuxusuna gedib. Dövlət başçısı İlham Əliyevin imzaladığı “2005-15-ci illərdə futbolun inkişafı etdirilməsi haqda” dövlət proqramında da bu bənd nəzərdə tutulsa da, bu istiqamətdə heç bir iş görülməyib.
44,868
23.12.2008 10:30
İdman
RASİM KARA MƏŞQÇİLİK KARYERASINI BİTİRƏ BİLƏR
Ancaq əmin ola bilərsiniz ki, zəif komandada çalışmayacağam. Ya güclü klubla müqavilə bağlayacağam, ya da məşqçilik karyeramı bitirəcəyəm”- deyə R.Kara bildirib.
44,869
23.12.2008 10:29
İdman
“XƏZƏR-LƏNKƏRAN”ın VİTSE-PREZİDENTİ DƏYİŞDİ
Nəsirovu vitse-prezident postunda 24 yaşlı Rəvan Bəşirov əvəz edəcək. O, “Xəzər-Lənkəran” fan-klubunun prezidenti olub. Nəsirov 4 ay əvvəl “Xəzər-Lənkəran”da vitse-prezident postunda Tuyqun Nadirovu əvəzləmişdi.“Xəzər-Lənkəran” klubunun saytında yerləşdirilən məlumata görə, Nəsirov komanda prezidentinin qərarına əsasən yenidən “Palmali” şirkətlər qrupunda çalışacaq. O, şirkətin Türkiyədəki baş ofisində işləyəcək.“Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimov A.Nəsirovun vitse-prezidenti postundan istefasına münasibət bildirib. M.Mənsimov lent.az-a açıqlamasında A.Nəsirovun klubdan uzaqlaşdırılmadığını qeyd edib. Klubun prezidenti A.Nəsirovun daha yüksək vəzifəyə keçdiyini bildirib: “Araz bəy ”Palmali" şirkətlər qrupunda yüksək vəzifəyə təyin olunub. Nəsirov bundan sonra şirkətimizin Türkiyədəki baş ofisində çalışacaq".Bununla yanaşı, M.Mənsimov yeni vitse-prezident Rəvan Bəşirovun təyinatı haqda əlavə şərh verməkdən imtina edib.
44,870
23.12.2008 10:31
İdman
“BEŞİKTAŞ”ın PREZİDENTİ ARVAD-UŞAQ SÖYÜŞÜ SÖYDÜ
Fasilədən sonra da hər şey “sarı-qırmızılar”ın istəyinə uyğun olub. 50-ci dəqiqədə Delqado meydandan qovulub. Cəmi 4 dəqiqə sonra Baroş hesab arasındakı fərqi artırıb. Holosko 56-cı dəqiqədə hesabı 3:2 etsə də, “Beşiktaş” məğlubiyyətdən yaxa qurtara bilməyib. Oyunda son nöqtəni də Baroş qoyub. İkinci dəfə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu yekun hesabı müəyyənləşdirib - 4:2.“Qalatasaray”-"Beşiktaş" derbisi qalmaqalla da diqqət mərkəzinə düşüb. Komandasının 2:4 hesablı məğlubiyyətini həzm edən bilməyən “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən acığını Hakimlər Komitəsinin (HK) sədri Oğuz Sarvandan çıxıb. Oyunun ikinci hissəsində komandanın argentinalı kapitanı Matias Delqadonun qırmızı kart görməsindən sonra ayağa qalxan “Beşiktaş” rəsmisi nümayişkaranə şəkildə Sarvanı alqışlayıb. Matçın final fitindən sonra da sinirlərinə hakim ola bilməyən Dəmirörən HK sədrinin anasının ünvanına ədəbsiz ifadələr işlədib. Klub prezidentini müşayiət edən digər rəsmilər də onunla həmrəy olduqlarını bildiriblər. BAŞ MƏŞQÇİNİN 10 YAŞLI QIZI STADİONDA DÖYÜLDÜTürkiyə superliqasının son turu çərçivəsində Ankarada yerli “Gənclərbirliyi” və “Sivasspor” klubları arasında keçirilən oyun zamanı ağlasığmaz hadisə baş verib. Qonaq komandanın baş məşqçisi Bülənt Uyğunun qızı mühafizəçilərin kobudluğuna məruz qalıb.Görüşü stadiondan canlı izləyən 10 yaşlı Almina “Gənclərbirliyi” klubunun prezidenti İlhan Cavcavın şəxsi mühafizəçisi tərəfindən döyülüb. Körpəni təhqir edən stadion işçisi ona bir neçə zərbə endirib. “Sivasspor” klubu Cavcavı məsələni araşdırmağa və lazımı ölçü götürməyə səsləyib. Qeyd edək ki, bu görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən “Sivasspor” 34 xalla zirvəni ələ keçirib.
44,871
23.12.2008 10:32
İdman
MESSİ ÖZBƏKİSTANA GEDİB
Messi Daşkəndə səfəri çərçivəsində federasiya rəsmiləri ilə görüşəcək sonra isə “Cığatay” idman bazasında gənc özbək futbolçularla qısamüddətli məşq edəcək.Qeyd edək ki, Özbəkistanın “Bunyodkor” klubu bundan öncə “Barselona”nın ulduz futbolçusu Samuel Eto”™Onu ölkəyə dəvət edərək transfer etməyə çalışmış, ardınca isə AÇ-2008-in çempionu olan İspaniya millisinin futbolçuları Karlos Puyol, Andreas İnyesta və Fransesk Fabreqası Daşkəndə dəvət etmişdi. MALUDA “ÇELSİ”dən GEDİR“Çelsi”nin yarımmüdafiəçisi Floran Maluda London klubundan ayrılmaq ərəfəsindədir. Fransa millisinin xavbeki hələ də “zadəganlar”ın heyətinə uyğunlaşa bilməyib və daha çox “Yuventus”, “Bavariya” kimi klublara maraq göstərir. Xatırladaq ki, Lion “Olimpik”inin keçmiş futbolçusu ötən mövsüm “Roma”ya transfer olunmağa çox yaxın idi. Amma bu transfer baş tutmamışdı.
44,872
23.12.2008 10:29
İdman
ÇL-in YAYIM HÜQUQU ANS-DƏN ALINIB AzTV-yə VERİLDİ
Bundan başqa, UEFA kubokunun oyunlarının yayım hüququnu əlində saxlayan AzTV gələn mövsümdən ÇL-in matçlarını da efirə verəcək. Bunun üçün AzTV nə az, nə çox - düz 400 min avrodan keçməyə razı olub.
44,873
24.12.2008 08:46
Ölkə
TƏRTƏRİN İCRA BAŞÇISI BORU BİZNESİNƏ GİRİŞİB
Rayon sakinləri bildirirlər ki, Vidadi İsayev qaz xəttini doğramaq üçün xususi birqada yaradıb. Vidadi Bəylərov adlı şəxsin rəhbərlik etdiyi birqadaya ekskavartorçu Fəxrəddin, qaldırıcı kran sürücüsü Fəxrəddin və qaynaqçı Nofəl adlı şəxslər daxildir. Gündüzlər doğranan dəmir borular şər qarışandan sonra hər metri 50-60 manata satılır. Sakinlərin sözlərinə görə, magistral xəttin Tərtər rayonunun Kətəlparaq-Qarağac kəndləri arasında olan 12 min metrlik hissəsi artıq tamamilə sökülərək satılıb. Deyilənə görə, icra başçısı magistral qaz xəttini sökməklə kifayətlənməyib. Redaksiyamıza müraciət edən şikayətçilər Tərtərin Evoğulluları kəndinə çəkilən qaz xəttinin də icra başçısı tərəfindən söküldüyünü bildirirlər. Şikayətçilər deyir ki, diametri 159 və 100 millimetrlik dəmir boru xəttinin 2 min 800 metri artıq sökülərək satılıb. Bundan əlavə, Kətəlparaq kəndi 3 saylı sovxozun ərazisində diametri 530 millimetr, uzunluğu 2 min 100 metr qaz xətləri də sökülüb. Rayonun Seydimli-Borsunlu kəndlərinə çəkilən diametri 159 mm, uzunluğu 20 min metr qaz xətti Tərtər şəhərinə dairəvi qaz çəkmək bəhanəsi ilə sökülüb. Sökülən 20 min metr qaz xəttindən yalnız 3 min metri istifadə olunub. Yerdə qalan borular isə icra başçısının göstərişi ilə ayrı-ayrı şəxslərə satılıb. İcra başçısı istifadəsiz qalan su xətlərinə də müştəri düşüb. Belə, ki Vidadi İsayevin göstərişi ilə Qaraqoyunlu-Tərtər istiqamətində olan diametri 320 mm, uzunluğu 18 min metr olan yeraltı su xətti, Tərtərdən Yevlax şəhərinə çəkilən içməli su xəttinin 10 min metri (diametri 430 mm), Qarabağ kanalından Bəyimsarov kəndinə çəkilən diametri 630 mm olan su xəttinin 2 min 700 metri sökülərək satılıb. İcra başçısı eyni zamanda Tərtər-Naftalan içməli su xəttini, Tərtərçay yatağı-Bərdə su xəttini də sökdürüb. Yerli sakinlər icra başçısının boru alverindən 2 milyon 861 min 500 manat qazanc əldə etdiyini iddia edirlər. Bu gəlirə keçmiş Ağdərə rayonu Şixarx, Həsənqaya, 3 saylı sovxozun ərazilərində olan boru xətlərinin satılmasından əldə edilən gəlirlər daxil deyil. Yerli sakinlərin sözlərinə görə, icra başçısının keçmiş Ağdərə rayonu ərazisində apardığı “əməliyyat”lar məxfi saxlanılır. Xatırladaq ki, “Yeni Müsavat”ın ötən saylarında da Tərtərin icra başçısı Vidadi İsayevin qanunsuz əməlləri barədə məlumat vermişdik. Həmin məqalələrin birində icra başçısının Bakı-Xankəndi dəmiryolunun bir hissəsinin sökdürərək satdırdığını yazmışdıq. Təəssüflər olsun ki, qəzetimizdə qaldırılan məsələlər ölkə rəhbərliyi səviyyəsində araşdırılmadı. Bu da icra başçısını növbəti qanunsuz addımlar atmağa sövq edir. Qeyd edək ki, icra başçısı tənqidi yazılardan nəticə çıxarmaq əvəzinə redaksiyamızı şantajla məşğuldur. O, həm bir sıra tanınmış şəxsləri redaksiyamıza minnətçi saldırır, həm də qəzetimizin əməkdaşlarını hədələtdirir. Eyni zamanda “Yeni Müsavat” qəzetinin Tərtərdə satışının qarşısını aldırır. Bütün bunlara baxmayaraq, Vidadi İsayevin qanunsuz əməlləri barədə qəzetimizin sabahkı sayında da tanış ola bilərsiniz.
44,874
24.12.2008 09:48
Ölkə
AŞURAYA DA QADAĞA QOYULUR
Aşura günü isə yanvarın 7-nə təsadüf edir və həmin gün Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olanlar da yad olunacaq.Fitva veriləndən sonra toplantıda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini azadlığın olduğunu bildirməklə yanaşı Aşura günü bəzi şəxslərin qanundankənar hərəkətlərə yol verdiklərini diqqətə çatdırıb. QMİ sədri deyib ki, İmam Hüseyn şəhidliyini düzgün anlamaq lazımdır: “Bəziləri Aşura günü küçələrə çıxıb aksiyalar keçirir, qanundankənar hərəkətlər edirlər. Zəncir vurmaq, baş yarmaq, soyunub bədəni göstərmək düzgün hərəkətlər deyil. Aşura günündə zəncir vurmaq, baş yarmaq, qan çıxarmaq kimi əməllər həm dünyəvi, həm də şəriət qanunlarına ziddir. Bu cür əməllər İslamda bəyənilmir”.Şeyxülislam qeyd edib ki, axundlar bununla bağlı vətəndaşları maarifləndirməlidir. Lent.az-ın məlumatına görə isə Şeyxülislam deyib ki, Aşura günü küçələrə düşüb “ah-vay” demək, qışqırıq salmaq olmaz: “Bu, dövlətimizin dindarlar qarşısında qoyduğu qanundur. Necə ki, başqa qurumlar bir yerdə toplaşmaq, hansısa kütləvi tədbirlər keçirmək üçün müvafiq dövlət orqanlarından icazə alır, dindarlar da elə etməlidir. Əgər hansısa məscid küçələrdə mərasimlər keçirmək istəsə, bunun üçün Bakı Şəhər İcra Hakimiyyətindən razılıq almalıdır. İcazə olsa, onda həmin küçələrdən ”Vay Hüseyn!" qışqırmaqla keçmək olar. Yox, icazə verilməsə, belə tədbirlərin keçirilməsi qanunsuzdur. Mən bilirəm ki, son zamanlar bəzi insanlar bundan istifadə edirlər. Dövlət isə təhlükəsizlik tədbirləri üçün müəyyən vasitələrə əl atır və sonra da narazılıq yaranır ki, dövlət dini məsələlərə qarışır".Şeyxülislam bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq hökumət dini ayinlərin rahat şəkildə icra olunmasına şərait yaradır, dini mərkəzlərin yenidən qurulmasında kömək göstərir. Onun sözlərinə görə, təkcə bu il ərzində “Bibiheybət”, “Təzəpir”, “Buzovna”, “Əliayağı” məscidləri, Mir Mövsüm Ağanın ziyarətgahı dövlətin köməyi sayəsində əsaslı təmir olunub:“Dövlət əlindən gələni eləyir. Bəs biz dindarlar nə edirik? Biz də dövlətə öz əməllərimizlə, ibadətlərimizlə, xalqı tərbiyə etməklə, onları düzgün yola dəvət etməklə, sülh yaratmaqla kömək etməliyik. Dəbdəbəli ehsan süfrələri açılır, qəbirlər üzərinə heykəllər qoyulur, bahalı materiallardan başdaşılar hazırlanır. Bunlara kim nəzarət etməlidir, kim öz sözünü deməlidir? Təbii ki, mollalar, axundlar”.QMİ sədrinin sözlərinə görə, hər bir din xadimi şəriət qanunlarına əməl etməyin yolunu təmsil etdiyi bölgədə xalqa çatdırmalıdır: “Bu işi məclislərdə mollalar, axundlar görməlidir. Siz bunları deməlisiniz, qoy kim eləmək istəmirsə, eləməsin. Amma xalq bilməlidir ki, hansı əməllər şəriət qanunlarına ziddir, ya doğrudur”.H.A.Paşazadə Məhərrəmlik ayının yüksək səviyyədə təşkili məqsədilə din xadimlərinə xüsusi göstəriş də verib. Bildirib ki, bu il Məhərrəmlik ayı mütəşəkkilliyinə, nizam-intizamına görə əvvəlkilərdən seçilməlidir. *** Bir məsələ aydındır: faktiki olaraq Məhərrəmlik ayında Aşura mərasimlərinin keçirilməsinə də yasaq qoyulur. Və hörmətli şeyximizin açıqlamaları onu göstərir ki, QMİ ilə hakimiyyət arasında Məhərrəmlik mərasimlərinə müdaxilə barədə anlaşma var. Adının açıqlanmasını istəməyən bir ekspert qeyd etdi ki, Aşura mərasimlərinin faktiki olaraq qadağan edilməsinin əsas səbəbi hakimiyyətin terrordan çəkinməsi ilə bağlıdır. Məlum olduğu kimi, bundan əvvəl vəhhabi təriqətinə mənsub olan şəxslər Bakının bir neçə nöqtəsində, o cümlədən də Əbu-Bəkr məscidində terror hərəkəti törətmiş, nəticədə ölənlər və yaralananlar olmuşdu. Görünür, belə bir hərəkətin təkrar olunacağı və Bakıda qarışıqlıq yaradıla biləcəyi barədə hüquq-mühafizə orqanlarında ya məlumat, ya da ehtimal mövcuddur. Şeyxin də çıxışında Aşura ayinlərindən öz məqsədləri üçün istifadə etmək istəyənlərin mövcudluğuna dair açıq işarə var...
44,875
24.12.2008 10:46
Ölkə
ŞEYX PARLAMENTDƏKİ MÜZAKİRƏLƏRƏ QARŞI ÇIXDI
A.Paşazadə bunun zinakarlıq olduğunu deyib: “Bu, İslama qarşı olan məsələdir. Biz elmin əleyhinə deyilik, lakin hər şeyin sərhədi olmalıdır. Buna yol vermək olmaz. Hər kəs dünyaya öz halalından uşaq dünyaya gətirməlidir. Donor olmaz”.A.Paşazadə Həcc ziyarəti barədə də danışıb: “Bu il Azərbaycandan 6 minə yaxın şəxs Həcc ziyarətinə gedib. Lakin Həcc ziyarəti ilə bağlı müəyyən problemlər yaranıb”.Şeyxülislam bildirib ki, bu, Həcc ziyarətinə getməzdən öncə onların zəvvarlarla yaxşı işləməmələrindən irəli gəlir: “Ziyarətdən əvvəl zəvvarlarla işləmək, onları maarifləndirmək lazımdır. Elə etmək lazımdır ki, zəvvarlar ora ticarətə yox, ziyarətə getsinlər. Təəssüf ki, bəzən əksinə olur”.Şeyxülislam prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edəndən sonra konstitusiya dəyişikliyi məsələsinə də münasibət bildirib: “Əgər xalq konstitusiyanı dəyişmək istəyirsə, biz buna etiraz edə bilmərik. Hesab edirəm ki, bunun özü də demokratiyanın bir təzahürüdür”.Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin aradan qaldırılması ilə bağlı təklifə münasibət bildirən A.Paşazadə bunun tərəfdarı olduğunu bildirib: “Hesab edirəm ki, insanlar kimi istəyirlərsə, onu da seçməlidir. Bu, insanların öz hüququdur. Onlar öz prezidentlərini səsvermə ilə müəyyənləşdirirlər”.Prezident yanında Əfv Komissiyasının üzvü olan A.Paşazadə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv fərmanının imzalanacağı barədə xəbərlərə münasibət bildirərkən hələlik bu barədə məlumatının olmadığını söyləyib.
44,876
24.12.2008 08:49
Mənəviyyat
MƏHKƏMƏ “ƏBU BƏKR”in AÇILMASI BARƏDƏ İDDİANI TƏMİN ETMƏDİ
Qərara əsasın, “Nərimanov Rayon Dindarları” Dini İcmasının iddiası təmin edilməyib. Qeyd edək ki, Dini İcma iddia ərizəsində Nərimanov rayon Polis İdarəsinin “Əbu Bəkr” məscidinə giriş-çıxışı məhdudlaşdırdığı göstərilib, məscidin açılması xahiş olunub.
44,877
24.12.2008 08:51
Gündəm
TÜRKİYƏDƏ “ERMƏNİ ƏSİLLİ” İFADƏSİ İLƏ BAĞLI POLEMİKA
AKP isə prezident Abdullah Gülün onun anasının erməni əsilli olduğunu deyən millət vəkilinə qarşı qaldırdığı məhkəmə iddiasını şərh edib. Xəbər verildiyi kimi, Gül Arıtmandan onun şərəf və ləyaqətini təhqir etdiyi üçün simvolik olaraq 1 lirə təzminat tələb edir.AKP-nin parlament qrupunun başqan vəkili Nihat Ergün deyib ki, Gülün Arıtmana qarşı qaldırdığı iddia onun erməni əsilli olmaq barədə sözləri təhqir kimi qəbul etməsi anlamına gəlmir. Onun sözlərinə görə, etnik və dini ayrı-seçkilik Türkiyənin birliyi və bütünlüyü baxımından son dərəcədə nöqsanlı hərəkətdir. “Erməni əsilli olmaq təhqirdirmi” sualına millət vəkili belə cavab verib: “Əlbəttə, yox. Türkiyədə erməni vətəndaşları var, anası erməni, atası türk olanlar da var. Olsaydı da fərq etməzdi. Olsaydı da kimsənin bunu aşağlaycı ünsür olaraq görməyə haqqı yox idi”.
44,878
24.12.2008 08:46
Gündəm
“TER-PETROSYAN QARABAĞIN İŞĞALININ SƏBƏBİNİ DÜZGÜN GÖSTƏRİB”
Bu fikirləri şərh edən konfliktoloq Elxan Mehtiyev Ter-Petrosyanın torpaqlarımızın işğalı ilə bağlı söylədiklərini təsdiqlədi: “O, doğru deyir. Özü də bu sözləri bilavasitə Ter-Petrosyanın deməsi elə həqiqətin təsdiqi kimi qəbul edilməlidir. Çünki 1993-cü ildə Kəlbəcər işğal olunsa da, Azərbaycan ordusu Ağdərə də daxil olmaqla, Dağlıq Qarabağın böyük hissəsinə nəzarət edirdi. Elçibəy hakimiyyətdən devriləndən sonra indi işğal altında olan Ağdərə də daxil olmaqla, Dağlıq Qarabağın bir hissəsi və daha 5 rayonumuz Azərbaycanın nəzarətində idi. Yeni hakimiyyət isə düşmən elan etdiyi AXC-yə qarşı mətbuatda və parlamentdə əks kampaniyaya başladı. O zaman orduda Xalq Cəbhəsinə loyal olan qüvvələr əksəriyyət təşkil edirdi. Təzə iqtidar isə belə həssas məqamda hücum altında olan Ağdamda və digər rayonlarda icra başçılarını dəyişməklə məşğul idi. Bu da nəticədə itkilərimizi artırdı. Füzulinin kəndləri bir-birinin ardınca işğal edilirdi, ancaq Bakıda siyasi haqq-hesab çürüdülürdü”.Konfliktoloq o zaman Xankəndində erməni səhra komandirlərinin keçirdiyi bir aksiyanı da xatırlatdı: “Onlar yerli hakimiyyətin qarşısına yığışıb tələb edirdilər ki, Azərbaycanda hakimiyyət olmadığı üçün hücuma keçib torpaqlarımızı düşməndən azad etməliyik. Çünki Ter-Petrosyan iyunun 7-də Stepanakertə gəlib üçtərfli sülh planını yerli ermənilərə qəbul etdirmişdi. Bu isə Kəlbəcərdən erməni qüvvələrin çıxması ilə bağlı öhdəlik idi. Həmin plan İrəvan, Xankəndi və Bakıda imzalanmışdı. Səhra komandirləri də Azərbaycanda hakimiyyətin olmadığını əsas gətirib torpaqların işğal edilməsinə çağırış etdilər. Torpaqlar Əliyevçilərin hakimiyyət uğrunda mübarizəsinin nəticəsində getdi. Əgər YAP-çıların dediyi kimi, 15 iyun qurtuluş günüdürsə, onda sonrakı aylarda işğal olunan rayonlar kimin ayağına yazılacaq?” E.Mehtiyev digər məsələyə də toxundu: “Bu da bir həqiqətdir ki, mövcud rejimin Ermənistandakı durumdan istifadə edib analoji addım atmaq hünəri yoxdur. Digər tərəfdən, Ermənistanda heç 1993-cü ildə Azərbaycanda olan vəziyyət də mövcud deyil”. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Elçibəy hakimiyyətində dövlət müşaviri vəzifəsini tutmuş Arif Hacılı isə Robert Köçəryanın açıqlamalarını xatırlatdı: “O, 1992-ci ilin yayında demişdi ki, biz düşünürdük artıq Qarabağı itirdik. Yəni Elçibəy hakimiyyətinin ilk dövrlərində özlərinin çox böyük uğursuzluqlarını bu cür şərh etmişdi. Heç şübhəsiz, 1993-cü ildə baş vermiş hadisələr, yəni qiyam, qiyamın nəticəsində Azərbaycanın siyasi müxalifətinin faktiki olaraq qiyamı dəstəkləməsi və hakimiyyət dəyişikliyi nəticəsində Azərbaycanda yaranmış vəziyyətdən ermənilər kifayət qədər yararlandılar”. A.Hacılı bildirdi ki, 1993-cü ilin iyun ayında artıq BMT və vasitəçi dövlətlər tərəfindən erməni qoşunlarının Kəlbəcərdən çıxarılması məsələsi həll olunmuşdu: “Artıq erməni qoşunlarının çıxarılması qrafiki də müəyyənləşmişdi. Köçəryan seçki kampaniyası dövründə demişdi ki, Ter-Petrosyan 93-cü ilin iyun ayında qoşunların Kəlbəcərdən çıxarılmasını təkidlə tələb edirdi. Uğurlu diplomatik siyasət nəticəsində biz bütün dünyanın erməni qoşunlarının qeyd-şərtsiz Kəlbəcərdən çıxarılması istiqamətində tələblə çıxış etməsinə nail olmuşduq. 1993-cü ilin aprel ayında ermənilərlə ilk dəfə atəşkəs haqqında razılıq əldə olunmuşdu. Bu atəşkəs dövrü təqribən 1993-cü il iyun ayının 10-dək davam etdi. İyun ayında Surət Hüseynovun qoşunları Yevlax şəhərini tutarkən erməni qoşunları da Ağdamın Mərzili və digər kəndlərinə hücum etdi. Bununla da atəşkəs pozulmuş oldu”.Müsavat funksioneri dedi ki, bunun ardınca Azərbaycan hakimiyyətində yaranmış qeyri-müəyyənlik, Heydər Əliyevlə Surət Hüseynovun torpaqların itirilməsi məsələsini bir-birinin üzərinə atması, Əliyevin Ali Baş Komandan kimi öz funksiyalarını yerinə yetirməməsi onunla nəticələndi ki, Azərbaycanın 6 rayonu qısa müddətdə işğal olundu: “Bu mənada Ter-Petrosyan tarixi proseslər haqqında düzgün informasiya verib”.
44,879
24.12.2008 09:54
Ölkə
ZİYALILAR KONSTİTUSİYA DƏYİŞİKLİYİNƏ MÜNASİBƏT BİLDİRDİ
Bütün bunlar bir yana, amma maraqlıdır: bir qədər əvvəl yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun qaldırdığı elita söhbətinə, dilə gətirdiyi tənqidi fikirlərinə, ölkədə korrupsiya və rüşvətxorluğun tüğyan etməsini söyləməsinə kəskin etiraz edən, eləcə də İbrahimbəyovu dəstəkləyən şəxslər indi nəyə görə susur? Axı ölkə konstitusiyasının bu sayaq, yəni xalqın iradəsinin ziddinə olmaqla dəyişdirilməsi də demokratik prinsiplərə ziddir, qanunların pozulmasıdır. Bəs həmin ziyalılar indi niyə səsini çıxarmır?Bu sualla öncə R.İbrahimbəyova qarşı böyük cəbhə açmış, sonra isə dramaturq tərəfindən məhkəməyə verilmiş millət vəkili, professor Nizami Cəfərova müraciət etdik. Gözlədiyimiz kimi də oldu, N.Cəfərov konstitusiya dəyişikliyinə haqq qazandırdı və bunu “çox humanist addım” adlandırdı:- Bu islahatlar insan hüquqlarına hörmətdən irəli gəlir və həmin dəyişikliklərə ehtiyac var. Fikir verin, İlham Əliyevin birinci prezidentliyi dövründə nə qədər işlər görülüb. Heç bir Azərbaycan prezidentinin dövründə belə inkişaf olmayıb... - Bəs əvvəlki dövrlərdə? 1993-2003-cü illərdə, yəni rəhmətlik Heydər Əliyevin dövründə? - (Sözümüzü kəsir) O dövrdə inkişafın təməli qoyulub. İndi isə inkişaf gedir. Bakı yenidən tikilir. Bu proses növbəti illərdə də davam etməlidir. - Bunun üçün konstitusiya mütləq dəyişdirilməlidirmi? - Başlanan bu işləri başa çatdırmaq üçün iki prezidentlik müddəti, hər halda, azdır. - Sizcə, 2013-cü ildə başqa bir şəxs prezident seçilsə, inkişaf dayanacaq? - Məncə, 2013-cü ildən sonra da hakimiyyətdə İlham Əliyev və komandası əyləşməlidir. Bu, bir zərurətdir, bunu milyonlarla insan tələb edir. Sizə sual verirəm: 2013-cü ildə Azərbaycana kim rəhbərlik etsə, belə inkişaf gedə bilər? - Məsələn, İsa Qəmbər. - Sizin bu yanaşmanız düz deyil. İsa Qəmbərə təkcə siz səs verəcəksiniz. Amma milyonlarla insan cənab prezidenti dəstəkləyəcək. Bundan başqa, məndən konstitusiya dəyişikliyinin səbəbini soruşdunuz. Mən də cavab verirəm ki, buna ehtiyac var. *** R.İbrahimbəyovun məlum açıqlamasını dəstəkləyənlərdən biri olan tanınmış vəkil Aslan İsmayılov isə sualımıza konkret cavab verdi:- Azərbaycanda qanunların onsuz da heç bir əhəmiyyəti yoxdur. Mənim konstitusiyada hansı maddələrin dəyişdirilib-dəyişdirilməyəcəyi barədə dəqiq məlumatım yoxdur. Daha doğrusu, bu məsələ ilə heç maraqlanmamışam. Tanış olandan sonra şərh verəcəyəm. *** R.İbrahimbəyovun başqa bir müdafiəçisi - yazıçı Çingiz Abdullayev isə ona etdiyimiz bütün zənglərə hər dəfə “iclasdayam” deyə cavab verdi.
44,880
24.12.2008 09:53
Yazarlar
SİRRİNİ “DOST”una VERMƏ...
Ona görə də ölkəmizin bir il sonrakı halını öncədən bilmək istəyən adamlar adətən bu günün Rusiyasına tamaşa edirlər, bilirlər ki, orda təzə çıxan şeylər bura da gəlib çıxacaq.Hazırda Rusiyada adı “Vətənə xəyanət haqqında” olan bir qanun hazırlanır. Dünya qəzetlərinin yazdığına görə, yeni qanunda çox təhlükəli maddələr var. Onlardan biri belədir ki, əcnəbi həmkarı ilə ağız-ağıza verib zəvzəyən yerli jurnalist (məsələn, Vladik, Anna və b.) dilindən dövlət sirrinə oxşayan şeylər qaçırsa, onu ağır məsuliyyət gözləyir. Hətta ona 20 il iş verə bilərlər. Adamın nə dərəcədə günah iş tutub-tutmadığını hüquq-mühafizə orqanları müəyyən edəcək. Əgər onlar qərara gəlsələr ki, Vladik prezident Medvedyevin işə saat 11-dən sonra gəldiyini deyərkən, dövlət sirrini açmış, hətta yaymış olub, demək, yazığın qanı getdi. Bu, təzə söhbət deyil. Sovet vaxtında da belə olub. O qədər adamı “əcnəbilərlə söhbət etdiyinə görə” dolaşdırıb içəri qoyublar ki. Yadıma gəlir, 1987-ci ildə bir əmioğlu ilə “Azərbaycan” mehmanxanasının o vaxtlar dəbdə olan barında oturmuşduq. Barda çoxlu əcnəbi vardı. Bir də fikir verdik ki, bir küncdə ayrı-ayrı masalarda iki yaraşıqlı, şıq geyimli, 30-35 yaşlı şəxslər çox sakitcə, heç nə demədən, heç nə etmədən, divara söykədilmiş portretlər kimi oturublar və eyzən əcnəbilərə göz qoyurlar. Əmioğlu şəhər uşağı idi, dedi, qaqa, o küncdəkilər KQB-nin işçiləridir, güdürlər ki, xaricilər yerli adamlarla əlaqə yarada bilməsinlər. Fikirləşəndə indi də məni tər basır, birdən barda fırfıra kimi fırlanan caydaq fin gədəsi yaxınlaşıb bizə bir söz desəydi, yaxud biz onun əlindəki “Zippo” alışqanını almaq (o vaxtlar belə şeylər tapılmırdı və xaricilərlə bu tipli xırda alverlər etmək dəb idi) istəsəydik, halımız necə olardı. Yəqin ki, adımız Finlandiya kəşfiyyatı ilə şübhəli əlaqələr qurmuş şəxslərin qrafasına düşərdi.Yuxarıda bəhs etdiyimiz qanun Rusiyada qəbul ediləndən və tam sərtliyi ilə işləməyə başlayandan sonra şimal elində yenidən elə olacaq. Onda burdan gedən həmkarlarım da əcnəbi olduqları üçün yerli adamlarla sərbəst söhbət edə bilməyəcəklər. Saşa nə bilsin ki, bu qaraşın jurnalist Azərbaycan kəşfiyyatının agenti deyil. Bir il keçəcək, Ziyafət Əsgərov və Əli Əhmədov ömürlərinin iki həftəsinə qıyaraq, həmin qanunu ruscadan Vaqifin şirin dilinə çevirib salacaqlar parlamentin gündəliyinə və qəbul edəcəklər. Bax, əsl həngamə ondan sonra başlayacaq. Hələ ötən il məhkəmədə Eynullaya “de görək İran prezidenti Əhmədinejadı haradan tanıyırsan” kimi dərin və ağıllı sual verən hakimlərimiz xarici ölkələrlə əməkdaşlıq edən jurnalistləri bir-bir ifşa edəcəklər. Axı onların çoxu Əhmədinejadı tanıyır. Onda əcnəbi deputat və həmkarları ilə şəkil çəkdirən qələm dostlarımızın vəziyyəti yaxşı olmayacaq. Bu şəkillər onların casusluq fəaliyyəti ilə məşğul olmalarının əsas dəlil-sübutu olacaq. Qanunun geriyə qüvvəsi olsa, demək, Eynulla Fətullayevə qarşı daha bir iş qaldırmaq mümkünləşəcək - İsrail prezidenti Şimon Pereslə çəkdirdiyi şəklə görə. “Sənin bu adamla nə kimi işbirliyin var?” Di gəl, bu suala cavab ver, vətəndaş Fətullayev.Xüləs, gələcəyimiz qaranlıq görünür. Daha doğrusu, qaranlıq olduğu üçün görünmür. Samir SARI
44,881
24.12.2008 09:56
Siyasət
“KONSTİTUSİYA DƏYİŞİKLİYİ MÜXALİFƏTİN ŞANSINA TƏSİR ETMƏYƏCƏK”
Hakimiyyətin Konstitusiyada məlum dəyişikliyi etməkdə məqsədinin hazırkı prezident İlham Əliyevin üçüncü dəfə prezident olmasına şərait yaratmaq olduğu hamıya məlumdur. Müxalifətin müəyyən kəsimində və cəmiyyətdə artıq belə fikir hakim kəsilməkdədir ki, konstitusiya dəyişikliyindən sonra Azərbaycanda demokratik qüvvələrin nə vaxtsa hakimiyyətə gələcəyi şansı birdəfəlik bitəcək. İlk baxışdan haqlı rəy kimi görünsə də, qərara gəldik ki, onu sual şəklində ekspertə ünvanlayaq. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti, politoloq Eldar Namazova görə, demokratik qüvvələrin hakimiyyətə gəlmək şansının sıfıra endiyi barədə fikirlər yanlışdır. Eldar Namazov mövqeyini belə əsaslandırır: “Konstitusiyada dəyişikliyin birbaşa hakimiyyət uğrunda mübarizəyə o qədər də ciddi təsiri olmayacaq. Ona görə ki, bu dəyişiklik nə müxalifətin şanslarına təsir göstərəcək, nə də iqtidarın şanslarını artıracaq. Bütün hallarda 2013-cü ildə prezident seçkiləri keçiriləcək. O vaxta qədər hakimiyyət çox sınaqlarla qarşılaşmalı olacaq. Başlanmış və dərinləşməkdə olan iqtisadi böhranla bağlı təcili tədbirlər görməlidir. Yoxsa ölkədə iqtisadi durum çox pisləşəcək və ciddi sosial narazılıqlar ortaya çıxacaq. Yəni proses iqtidarın əleyhinə işləyəcək. Heç kəs düşünməsin ki, bir şəxsin iki dəfədən artıq prezident olması yasağının aradan qaldırılması hər şeyin hakimiyyətin xeyrinə həll edilməsi deməkdir".ANİF prezidentinin sözlərinə görə, dövlətini istəyən hər bir şəxs, o cümlədən müxalifət konstitusiya dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, ölkədə seçkilərin demokratik keçirilməsinə nail olmaq istiqamətində də mübarizə aparmalıdır: “Ən vacib məsələlərdən biri məhz budur. Seçki Məcəlləsi, seçki komissiyalarının hakimiyyətin nəzarətində olması seçkilərin real nəticələrinin ortaya qoyulmasına imkan vermir. Belə vəziyyətdə konstitusiyada məlum dəyişikliyin olub-olmamasının elə də əhəmiyyəti qalmır. Seçki komissiyaları iqtidarın nəzarətində olduğu üçün hakimiyyətin irəli sürdüyü namizəd qalib elan olunur. Deməli, referenduma çıxarılan məsələ birbaşa olaraq nə müxalifətin, nə də hakimiyyətin şansını ciddi dəyişəcək. Şansa daha çox təsir edən amil Seçki Məcəlləsi və ölkədəki antidemokratik mühitdir”. E.Namazovun fikrincə, konstitusiyada dəyişiklik məsələsinin birbaşa iqtidar-müxalifət münasibətlərinə də aidiyyəti yoxdur. Yəni belə bir təklif hətta hansısa müxalifət partiyası tərəfindən irəli sürülsəydi də demokratik qüvvələr onun əleyhinə olacaqdı: “Bu məsələyə münasibətdə ilk növbədə dövlətçilik prinsipi əsas götürülməlidir. Kimin hakimiyyətdə, kimin müxalifətdə olması gərək məsələyə birbaşa təsir göstərməsin. Bəziləri buna konyuktur yanaşırlar ki, İlham Əliyevi dəstəkləyən adamlar mütləq referendumu da dəstəkləsinlər, İlham Əliyevə müxalifətdə olanlar isə mütləq konstitusiya dəyişikliyini pisləsinlər. Belə olmamalıdır. Hətta İlham Əliyevin tərəfində olan adamlar da düşünməlidirlər ki, konstitusiyaya həmin düzəliş Azərbaycan dövlətinin maraqlarına uyğun deyil. Əgər bu dəyişiklikdə hansısa müsbət arqument olsaydı, müxalifət də bunu etiraf etməliydi. Çünki söhbət dövlətin Əsas Qanunundan gedir. Ona görə də gərək burda siyasi konyukturaya yer qalmasın. Müxalifət istəmir ki, hakimiyyətə gələndən sonra əlavə bir referendum keçirib İlham Əliyev hakimiyyətinin həyata keçirmiş olduğu konstitusiya dəyişikliyini ardan qaldırmağa məcbur olsun. Müxalifət həm də buna görə indidən xəbərdarlıq edir ki, referenduma çıxarılan məsələ antidemokratikdir”.
44,882
24.12.2008 09:59
Siyasət
DEMOKRATİYA UĞRUNDA İTTİFAQ KONSTİTUSİYA DƏYİŞİKLİYİNƏ QARŞI ÇIXDI
DUİ həmçinin hesab edir ki, Azərbaycanda xalqın öz iradəsini azad və ədalətli şəkildə ifadə etməsi üçün şərait mövcud olmadığına görə və seçki (referendum) komissiyalarının tamamilə iqtidarın nəzarəti altında olduğu bir şəraitdə keçirilən hər hansı səsvermə konstitusiyada nəzərdə tutulan, sivilizasiyalı xalqlar arasında başa düşülən mənada ümumxalq səsverməsi sayıla, xalq iradəsinin ifadəsi kimi qəbul edilə bilməz. Bəyanatda vurğulanır ki, DUİ xalqın və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan müxalifətinin və vətəndaş cəmiyyətinin mütləq əksəriyyətinin bu dəyişikliyə qarşı olduğuna cəlb edir və bildirir ki, öz siyasi mövqeyinin cəmiyyətdə çatdırılması, dövlətin quruluşunun konstitusion əsaslarının qorunması naminə demokratik müqavimətin səfərbər olması üçün çalışacaqdır, həmçinin bu istiqamətdə demokratik qüvvələrlə əməkdaşlıq edəcəkdir.Bəyanatı DUİ-yə daxil olan beş partiyanın sədri imzalayıb.
44,883
24.12.2008 08:59
Siyasət
MÜSAVATÇILAR PARTİYA NİZAMNAMƏSİNDƏ DƏYİŞİKLİK İSTƏYİR?
Məsələni aktuallaşdıran həm də 2010-cu ilə cəmi bir il qalmasıdır. 2010-cu ildə İsa Qəmbərin başqanlıq müddəti başa çatır. Nizamnamədə dəyişiklik edilməsə, növbəti qurultayda Müsavat özünə yeni başqan seçməlidir. Müsavat Partiyasının bütün üzvlərinin qeyd-şərtsiz qəbul etdiyi yeganə liderin İsa Qəmbər olduğunu nəzərə alsaq, başqan dəyişikliyinin Müsavat üçün uğur gətirməyəcəyi mənzərəsi yaranır. Müsavat funksionerləri və rayon təşkilatlarının rəhbərləri nizamnamədəki məlum qadağanın ləğvi təşəbbüsünü qaldıra bilərlərmi? Müsavat başqanının müavini Arzu Səmədbəyli İsa Qəmbərin “Yeni Müsavat” qəzetinə açıqlamasında nizamnaməyə dəyişiklik edilməyəcəyi və partiyaya yeni başqanın seçiləcəyi barədə fikirlərini xatırlatdı: “İsa Qəmbər əsl demokrat lider nümunəsi göstərərək nizamnaməyə məlum qadağanın əlavə olunmasına nail olub. İndi də nümunə göstərərək nizamnamədə dəyişikliyin əleyhinə olduğunu bəyan edir. Başqan göstərdi ki, o, hakimiyyət başında dayananlardan fərqli olaraq əsl demokratdır. Belə bir vəziyyətdə şəxsən mənim tərəfimdən nizamnamədə dəyişiklik edilməsi təşəbbüsü qaldırıla bilməz”. A.Səmədbəyli İsa Qəmbərin başqan olmadığı dönəmdə Müsavatın parçalanacağı barədə proqnozların yanlış olduğunu qeyd etdi: “İsa Qəmbərin Müsavatda çox böyük nüfuzu var. Hamı onun liderliyini qəbul edir. İsa bəyin özü də bildirib ki, heç bir narahatlığa əsas yoxdur. Müsavat öz normal fəaliyyətini davam etdirəcək. İsa Qəmbər başqanlıqdan getsə də, partiyadan getməyəcək. Partiyanın fəaliyyətində yaxından iştirak edəcək”. Müsavatın Sumqayıt şəhər təşkilatının sədri, millət vəkili İkram İsrafil bildirdi ki, Nizamnamədə dəyişikliklə bağlı qurultayda təşəbbüs ola bilər: “Mən düşünmürəm ki, İsa Qəmbər qurultayda Nizamnamədə dəyişiklik tərəfdarı kimi çıxış etsin. Ola bilər ki, kimlərsə təkidlə belə təşəbbüs qaldıracaq və nəticə qurultayın mövqeyindən asılı olacaq. Amma inanmıram ki, Müsavatın başqanı və rəhbərliyi ölkədə demokratiyanın qurulması istiqamətində indiyə qədər atdıqları addımlardan imtina etmir. Hakimiyyət bir çox məsələlərdə Müsavatdan örnək götürə bilər”. Müsavat Divanının üzvü İbrahim İbrahimli suala bir cümlə ilə cavab verdi: “Demokrat kimi Nizamnamənin dəyişilməsini, avtokrat kimi isə dəyişilməməsini istəyirəm”.Müsavat Məclisinin katibi Tofiq Yaqublu bildirdi ki, nizamnamədə dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış etməyəcək: “Mən nizamnamədəki həmin müddəanı çox demokratik sayıram. Düzdür, mən Müsavatda İsa Qəmbərə alternativ şəxs görmürəm. Amma reallıq budur ki, kimsə başqan seçilməlidir. Partiyanın üzvləri arasında çox adamlar var ki, 2001-ci ilə nizamnaməyə məlum bəndi əlavə etməkdə səhv etdiyimizi düşünürlər və dəyişiklik istəyirlər. Ola bilsin ki, kimlərsə təşəbbüs qaldıracaqlar. Ancaq əminəm ki, bu təklif heç vaxt keçməyəcək. Şəxsən mən həmin təşəbbüsə qarşı çıxacağam”. “Bu, İsa Qəmbərə qarşı çıxmaq anlamına gələ bilərmi” sualına T.Yaqublu belə cavab verdi: “Qətiyyən. İsa Qəmbər cəmiyyətdə və Müsavatda nüfuzuna görə birincidir. Başqanın özü də bildirib ki, nizamnamədə dəyişiklik tərəfdarı deyil”. Binəqədi rayon təşkilatının sədr müavini Əfqan Muxtarlı hesab edir ki, nizamnamədə heç bir dəyişiklik edilməsinə ehtiyac yoxdur: “Müsavat digər partiyalardan fərqli olaraq, şəxsiyyət ətrafında yox, ideya ətrafında formalaşıb. 2010-cu ildə Azərbaycan cəmiyyətinə partiya başqanı dəyişərkən Müsavatda heç bir parçalanmanın olmadığını sübut edəcəyik. Hakimiyyətin konstitusiyaya dəyişiklik edərək bir adamın sonsuzadək prezident seçilməsinə imkan yaradan maddəni əlavə etmək istəyi antidemokratik düşüncənin təzahürüdür. Nə Azərbaycan, nə də ki, partiyalar kiminsə kooperativi deyil. Zamanı gələndə siyasi liderlər tutduqları postlardan getməyi bacarmalıdırlar”.
44,884
24.12.2008 09:03
Ölkə
ÖLKƏ İCTİMAİYYƏTİ ADINDAN KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNDU
Müraciət müəllifləri ciddi problemlərin yaşanmadığı və bu cür dəyişikliklərə zərurət olmadığı bir məqamda belə təkliflərin irəli sürülməsinin siyasi maraqlara xidmət etdiyi qənaəti yaratdığını vurğulayıblar. Müraciət müəllifləri hakimlərdən bu təklifləri konstitusiyaya zidd hesab etmələrini və mənfi rəy vermələrini xahiş ediblər. Müraciəti Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP lideri Lalə Şövkət, VİP sədri Əli Əliyev, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov, ADP sədri Sərdar Cəlaloğlu, Azərbaycan Hüquqçular Assosiasiyasının sədri Ənnağı Hacıbəyli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Leyla Yunus imzalayıb.
44,885
24.12.2008 09:00
Dünya
QVİNEYADA PREZİDENT ÖLDÜ, ARDINCA HƏRBİ ÇEVRİLİŞ BAŞ VERDİ
Ölkə qanunlarına görə, prezident postunun bu və ya digər səbələrdən boş qalması halında onun səlahiyyətləri parlament spikerinə keçməliydi. Bildirilir ki, Konte 1984-cü ildə müstəqil Qvineya Respublikasının əsasını qoyan Seku Turenin ölümündən sonra hərbi çevriliş yolu ilə hakimiyyəti ələ alıb. Yalnız 1991-ci ildə o, ölkədə yeni konstitusiya qəbul edib və çoxpartiyalı sistemə keçib, parlament formalaşdırıb. 1993-cü ildə isə Konte prezident seçkiləri keçirib. İki il sonra keçirilən və qanlı iğtişaşlarla müşayiət olunan parlament seçkilərini də onun partiyası udub.Belə görünür ki, Kontenin ölümündən sonra hakimiyyətin kimə ötürülməsi məsələsində razılıq əldə olunmayıb. Yerli mənbələrə istinadən yayılan xəbərlərə görə, prezidentin ölümündən bir neçə saat sonra Qvineyada hərbi çevriliş baş verib. Hərbçilər parlamentin spikeri Əbubakar Sompareni və hakimiyyətin üçüncü şəxsi Əhməd Tidanı həbs ediblər. Özünü “demokratiya və inkişaf naminə milli Şura” adlandıran hərbi xunta hakimiyyət binalarını nəzarətə götürüb. Şura paytaxt sakinlərini evlərindən bayıra çıxmamağa və sakitliyə riayət etməyə çağırıb. Şuraya başçılıq edən silahlı qüvvələrin rəhbəri Musa Kamara bəyan edib ki, hökumət və parlament buraxılır, dövlət və konstitusion təsisatların fəaliyyətinə son verilir. O, bunu ölkənin üzləşdiyi iqtisadi-siyasi böhranla izah edib.
44,886
24.12.2008 09:04
Gündəm
MÜXALİFƏT BU GÜN ETİRAZ AKSİYASI KEÇİRƏCƏK
Aksiya ilə bağlı məsələnin nə yerdə olduğunu dəqiqləşdirmək üçün dünən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə əlaqə saxladıq. A.Hacılı bildirdi ki, dünən günün ikinci yarısı BŞİH siyasi partiyalar və ictimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Zaur Ramazanovla danışıb. Z.Ramazanov A.Hacılıya piketlə bağlı məktubun BŞİH-ə çatdığını deyib: “Mən Konstitusiya Məhkəməsinin konstitusiya dəyişikliyi layihəsinə dekabrın 24-də baxacağını və qərar verəcəyini nəzərə alaraq piketi dekabrın 24-nə təyin etdiyimizi Zaur Ramazanovun nəzərinə çatdırdım. Zaur Ramazanov məsələyə baxılacağını dedi”.A.Hacılı aksiyanın keçirilib-keçirilməyəcəyi ilə bağlı suala dəqiq cavab vermədi. Lakin dünən günün sonunda məlumat əldə etdik ki, müxalifət partiyaları bu günə planlaşdırdıqları piketi BŞİH-in hansı cavab verməsindən asılı olmayaraq keçirmək fikrindədirlər. Etiraz aksiyasıÿ "Antidemokratik konstitusiya dəyişikliklərinə yox!" şüarı ilə keçiriləcək. Piketdə 50 nəfərin iştirakı nəzərdə tutulur.
44,887
24.12.2008 09:04
Yazarlar
“SƏMƏNDƏR QUŞU” YARMARKASI
Başqa heç nədə biz bu cür dirçəliş örnəyimizi göstərə bilmərik. Dahi Bulqakov “Ustad və Marqarita” əsərində dillərdə dastan olmuş cümləni yazmışdı: “Əlyazmalar yanmır”. Əgər məndə Bulqakov istedadından bircə qırıq olsaydı bu saat əyləşib roman yazardım, sübut edərdim ki, dünyada yandırıb məhv etmək mümkünsüz bazarlar da vardır, “Sədərək” yarmarkası ulu xalqımızın bəşəriyyət tarixinə bəxş etdiyi ən dəyərli, YUNESKO-ya layiq (onsuz da o təşkilatın xarabı çıxıb) mədəni irsidir. Hətta İçərişəhəri də dağıtdılar, xaraba qoydular, ancaq “Sədərək” yarmarkası min illər yaşayacaqdır. Hökumət Azərbaycan Tarixi Muzeyini 10 ildir təmir edir - heç orda yanğın olmayıbdır - hələ də bir yana çıxarda bilmir, ancaq xalqımız bazarı dərhal bərpa edir. (Köşənin bu yerində yenə “Urra!” qışqırmaq lazımdır, ancaq qəzeti metro və avtobusda oxuyanlara məsləhət görülmür).Alış-veriş pərəstişkarı olan bir qohumum son yanğın günündə yarmarkada idi. Oradan misilsiz təəssüratlarla qayıdıbdır. Deyir ki, yanğın alverə qəti təsir etməmişdi, satıcı və alıcılar qara tüstünü əlləriylə qovalayıb qiymətləşir, sakitcə ölkəmizin iqtisadi inkişafına töhfə verirdilər. Harada belə mətin, cəsur insanlar var? Mən uca xalqımı sevirəm! Kaş bazar günü mən də orada olaydım, alver edəydim, özümə corab alaydım. Eh, qəhrəmanlığa da bəxt gərəkdir...Fövqəladə Hallar Nazirliyinin yanğını söndürmək üçün helikopterdən istifadəsi isə bir ilk, siftə olaraq tarixə düşdü. Doğrudur, öncə yanğın əvəzinə helikopterdən camaatın üstünə su töküblər, ancaq nə ziyanı? İslanmışın yağışdan və helikopterdən qorxusu olmaz.Əldə etdiyimiz xəbərə görə, yanğın 7 saat çəkmiş, 200 ticarət köşkü külə dönmüşdür. Sizcə, bu, FHN-in, yoldaş Heydərovun bacarıqsızlığı kimi qiymətləndirilə bilərmi? Qətiyyən! Əgər yanğınsöndürənlər vaxtında helikopter uçurtmasaydı bəlkə Binə hava alanı içindəki təyyarələrlə çartaçart yanardı. Ondan sonra “AzAL” Dövlət Konservasının, üzr istəyirəm, Konserninin rəhbəri Canik Əsgərov yoldaş dostlarına doğum günündə 500 min dollarlıq brilyantla bəzənmiş qızıl tapançanı necə bağışlayardı? Yanğın dilləri uzanıb, “Əzizbəyov” metrosu üstündəki körpü qovşağını da bürüyərdi. Hələ nə bilmək olar, bəlkə mənim indi yazdığım bu kağız da külə dönərdi. Girişdə xırda yanlışlıq etdim. Əslində bizim iki “Səməndər”imiz var. O biri də Qarabağdır. Ermənilər hər il yandırır, ancaq Qarabağ təzədən dirilir.Kaş Konstitusiya da “Sədərək” yarmarkası kimi olaydı - yanmayaydı... Zamin HACI
44,888
24.12.2008 08:05
Ölkə
“BAKI CASUSLAR OYLAĞINA ÇEVRİLİB”
Bu sətirlər bir qədər əvvəl Bakıda səfərdə olmuş “Komsomolskaya Pradva” qəzetinin müxbiri Darya Aslamovanın yol qeydlərindəndir. Bakıda çoxsaylı şəxslərlə görüşən Aslamova ilk müşahidəsini heyrətlə təsvir edir: “Mənə burada dedilər ki, Azərbaycanda orta aylıq əməkhaqqı 200 dollardır. Amma Bakıda gözlərimə inanmadım. Mən ümumiyyətlə bu təzadı başa düşmədim. Burada ümumiyyətlə maliyyə böhranından belə ehtiyat etmirlər. Söhbətləşdiyim yerli ekspertlərdən biri açıq şəkildə deyirdi ki, monarxiya quruluşuna gedən neft, qazla zəngin kiçik bir ölkədə nə böhran olacaq ki?”Aslamova yazır ki, nə qədər şəhərlər gəzib, hələ Bakıdakı qədər beton daşıyan maşın görməyib: “Burada bir ucdan tikirlər. Özü də necə gəldi, plansız, xaotik şəkildə. Təkcə yol tikintisinə ağlagəlməz qədər pul ayırıblar: 10 milyard dollar. Ermənistanın büdcəsindən 5 dəfə çox”. Aslamova Prezident Aparatının şöbə müdiri Elnur Aslanovla dialoqunu belə xatırlayır. “O, mənə sübut etməyə çalışırdı ki, Azərbaycan əsl Avropa dövlətidir. Dözmədim. Dedim, axı heç olmasa, coğrafiyanı öyrənin. Azərbaycan ən azı xəritədə Asiyada yerləşib. O, bir qədər fikrə gedib dilləndi: “Coğrafiya öz yerində. Mən geopolitikadan danışıram””. Rusiyalı müxbir məşhur detektiv yazıçı Çingiz Abdullayevlə görüşündən də danışır: “Abdullayev mənə dedi ki, Bakı indi casuslar oylağına çevrilib. Bu şəhərdə eyni zamanda dünyanın əksər dövlətinin kəşfiyyat qurumları işləyir. Ruslar, yəhudilər, iranlılar, türklər, ingilislər, amerikalılar. Çünki bu ölkələrin hamısının Azərbaycan neftində maraqları var”.Bakıda Aslamovanı təəccübləndirən məqamlardan biri isə qara kürünün bazarda açıq şəkildə satılması olub: “Kürü burada Moskvaya nisbətən çox ucuzdur. Amma hər adam neftdən sonra Azərbaycanın ən böyük nemətindən dada bilmir. Hətta açıq şəkildə satılsa belə, heç də hamının kürü almaq imkanı yoxdur”.
44,889
24.12.2008 09:49
Siyasət
“TÜRKİYƏYƏ QARŞI ÇIXIŞLARI NORMAL QƏBUL ETMİRƏM”
Türkiyəli nazir deyib ki, erməni məsələsi ilə bağlı I Dünya müharibəsindən bu yana davam edən problemin həlli heç vaxt indiki kimi yaxın olmayıb. Babacan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda razılaşma əldə edilməsi üçün iradə göstərdiklərini deməklə yanaşı, bildirib ki, əgər onlar irəliləyiş əldə etsələr, Türkiyənin də işi asanlaşar. Düzdür, o, Ermənistanla danışıqlarda son nöqtəyi qoymağa hazır olmadıqlarını, ancaq bununla belə, önəmli irəliləyiş əldə etdiklərini vurğulayıb. Türkiyə rəsmisinin sözlərindən belə çıxır ki, onun üçün Ermənistanın Azərbaycan toraqlarını işğalda saxlaması o qədər də önəmli məsələ deyilmiş və istənilən yolla münaqişənin çözümü Türkiyənin maraqlarına cavab verir. Bu mənada son günlərədək Türkiyənin işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı prinsipial mövqeyinin dəyişdiyi barədə şübhələr yaranır. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadəyə görə, Əli Babacan indiyə qədər “çalınmış bayatı”ları təkrarlayır: “Babacan sadəcə söz xatirinə danışır. Onun dedikləri türklər demişkən lafdır. Əliyelə Sərkisyanın mövqeləri yaxınlaşa bilməz. Çünki Sərkisyan Dağlıq Qarabağı və Laçını Ermənistana calaşdırmaq istəyir. İlham Əliyev deyir ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Sərkisyan isə deyir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Elə isə necə yaxınlaşma ola bilər? Yaxınlaşma üçün bir mövqe ola bilər: ermənilər beynəlxalq hüquq normalarını tanısın və bunun qarşılığında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa status verilsin. Ancaq bu gün bir nəfər vicdanının səsinə qulaq asıb demir ki, Ermənistan təcavüzdən əl çəkməyənə qədər məsələ həll olunmayacaq. Hər ilin sonunda optimist bəyanatlar eşidilir”. Ekspert bildirdi ki, Azərbaycan öz milli maraqlarından imtina edib Dağlıq Qarabağı və Laçını Ermənistana verə bilməz: “Buna heç kim cəsarət edə bilməz. Çünki ölkənin yarısıdır. Ona görə də sülh müqaviləsindən danışmaq tezdir. Ortalıqda heç nə yoxdur və heç nə gözlənilmir”.Politoloq Türkiyənin tutduğu mövqedən təəccüblənmədiyini vurğuladı: “Türkiyənin Qarabağ məsələsində heç bir siyasəti yoxdur. Sadəcə, söz danışılar, siyasi imitasiya edirlər. Digər tərəfdən, Türkiyə bəyan edib ki, torpaqlar azad olunmayınca, Ermənistanla sərhədləri açmayacaq. Bu gün Türkiyənin bir siyasəti var: öz milli maraqlarını irəli aparmaq. Mən bunu alqışlayıram. Mənim Türkiyədən heç bir təmənnam yoxdur. Çünki o, bu dəqiqə məsələnin ədalətli həllinə heç bir töhfə verə bilməz. Ən faydalısı Türkiyənin Azərbaycanı gələcək təcavüzlərdən qorumaq üçün rəsmi Bakı ilə əsgəri müqavilə imzalamasıdır. Necə ki, Ermənistanın Rusiya ilə belə bir müqaviləsi var”.Əsgəri müqavilənin imzalanmamasının səbəbinə gəldikdə, V.Quluzadə dedi ki, bu gün Türkiyə Rusiya ilə çox hesablaşır: “Çünki Rusiya Türkiyə üçün böyük önəm daşıyır. Ankara Moskvadan qaz alır, turizim məsələsində Türkiyəyə gəlir gətirir. Elə isə Türkiyə Rusiyanı niyə istəməsin ki? Qeyd etmək lazımdır ki, Rusiyanın Türkiyəyə mavi axın xətti çəkməsi olduqca ağıllı addım olub. Bu, təkcə para qazanmaq niyyəti deyildi, həm də Türkiyəni Qafqazda neytrallaşdırmaq üçün düşünülmüş addım idi. Türkiyə kimi böyük NATO dövləti bu gün rus qazından asılı vəziyyətdədir. Ona görə də Türkiyənin Qarabağ məsələsində aktiv oyun oynaması gözlənilmir. Gələcəkdə hansısa oyunlar ola bilər. Amma hələlik vəziyyət bu cürdür. Bu səbəbdən Türkiyə Rusiyanın xoşuna gəlməyən addımlara getmək istəmir”. V.Quluzadə əsgəri müqavilənin imzalanmasına rəsmi Bakının ehtiyatlı yanaşması barədə fikirləri qəbul etmir: “Azərbaycan yüz faiz razılaşar. Çünki Azərbaycan sapdan asılı vəziyyətdədir. Cənubi Osetiya və Abxaziya məsələsindən sonra hər an qondarma ”DQR"-in müstəqilliyi tanına bilər". Türkiyədəki “Ermənilərdən üzr istəyək” kampaniyasına gəldikdə, V.Quluzadə bu məsələdə hakimiyyətin marağının olmadığını söylədi: “Bu kampaniya qondarmadır və onu təşkil edən qeyri-türk əsillilərdir. Burada erməni diasporası da iştirak edə bilər. Digər tərəfdən, unutmaq olmaz ki, Türkiyə böyük dövlətdir. Hər bir dövlətdə bir ovuc xain tapıla bilər. 1920-ci ildə rus ordusu Azərbaycanı işğal edib insanları kütləvi şəkildə qıranda bir ovuc xain küçəyə çıxıb orduya əl çaldı. Onu çəkib 70 il bizə göstərdilər. İndi hər millətin içində xain tapılır. Abdullah Gülün mövqeyinə gəldikdə, kampaniya mənasız olduğu üçün onun mövqe bildirməsi önəmli deyil. Bu səbəbdən Azərbaycanda Türkiyəyə qarşı çıxışların edilməsini normal qəbul etmirəm. Türkiyə heç nə yapası deyil”.
44,890
24.12.2008 09:06
Dünya
BARAK OBAMANIN ÇILPAQ ŞƏKLİ YAYILDI
Ekspertlər isə Obamaya məsləhət görürlər ki, prezident postunda onu gözləyən çətinliklərə hazırlaşsın. Çünki proqnozlar iqtisadi böhranın qarşıdakı aylarda daha da dərinləşəcəyini, işsizlik probleminin kəskin xarakter alacağını göstərir.“Washington Post” qəzetinin yazarı Farid Zakariya Prezident Barak Obamanı azad dünyanın bərqərar olmasına təkan vermiş kapitalizmi xilas etməyə çağırır.ÿ Zakariyanın yazdığına görə, Obamanın birinci görməli olduğu iş amerikalılarda və bütün dünya boyu etimadı geri qaytarmaqdır.ÿ İnsanların böyük əksəriyyəti hazırda bədbindir.ÿ Hökumətin müxtəlif növ xilas paketlərinə baxmayaraq, iqtisadiyyatın döyünən ürəyi olan kredit bazarları iflic vəziyyətdədir.ÿ Müəllifin yazdığına görə, insanları sakitləşdirməkdə nümunə kimi yeni prezident depressiya dönəmində həftəlik radio çıxışlarına görə tanınan Franklin Ruzveltə istinad edə bilər.ÿ Növbəti addım isə insanlarda maliyyə sisteminin sabit və dayanıqlı olması haqda hiss yaratmaqdır.ÿ Nə qədər qəribə də olsa, hökumətin bazara daimi müdaxiləsi bu hissi gücləndirmək əvəzinə daha da zəiflədib.ÿ Prezident Obamanın bu sahədə aparacağı islahatlar və həmin islahatların uğuru onun xarizmasına olan ümidlərin taleyini həll edəcək.“New York Times” qəzetinin yazarı Pol Kruqman da iqtisadçı kimi öz tövsiyələrini növbəti ABŞ prezidenti ilə bölüşür.ÿ İqtisadi nəzəriyyə üzrə Nobel mükafatı laureatının yazdığına görə, qarşıdan gələn aylarda bəlkə də bütün ilboyu iqtisadi baxımdan çox çətin olacaq.ÿ Lakin Obamanın iqtisadi bərpa proqramı işə düşdükdən sonra, 2010-cu ildə o, vəziyyətin tədricən düzələcəyini güman edir.ÿ Kruqmanın sözlərinə görə, əsas Obamanın vəziyyət düzələndən sonra atacağı addımlardır.ÿ Əgər yeni administrasiya əvvəl yol verilən səhvlərdən nəticə çıxarmasa, onda ABŞ iqtisadiyyatı yenidən kəskin böhranla üzləşə bilər.
44,891
24.12.2008 08:55
Yazarlar
YENİ İLDƏ YENİ DÖVR
Qərblə Rusiya arasında geopolitik seçimin gərginləşməsi; neftin qiymətinin düşməsi; Gürcüstan hadisələrindən sonra Qarabağa dair vəziyyətin və təsəvvürlərin dəyişməsi; konstitusiyaya edilən əlavələrin ömürlük prezident iddialarına yol açması. Yeni dövr özündə bir-biri ilə ziddiyyət təşkil edən xüsusiyyətlər daşıyır. Bunlardan bəziləri ciddi şəkildə hakimiyyətin ziyanınadır. Onun durumunu çox ağırlaşdırır. Lakin onun xeyrinə olan yeni amillər də var: hazırda cəmiyyətin müqaviməti qırılıb, müxalifət və vətəndaş cəmiyyəti zəifdir, hakimiyyətin əbədiliyi üçün qanuni əsaslar yaradılır və s. Lakin bu cür ziddiyyətli halların eyni zamanda mövcudluğu yeni dövrün dinamik olacağını inkar etmir, hətta ümidləri artırır.Neft amilini ayrıca götürsək, maraqlı mənzərə alınır. O, həddən artıq güclü duruma gətirdiyi bir hakimiyyəti indi də nimdaş və miskin duruma sala bilər. Belə getsə, neftə arxayın olaraq gen açılmış ciblərdə siçovullar gəzəcək. Heç kim də şəxsi pullarını büdcə kəsirlərinə yönəldən deyil.Təqaüdçülər, müəllimlər, büdcə işçiləri, sayı artmaqda olan işsizlər, sahibkarlar və iş adamlarının hakimiyyətdən narazılığı artmaqda davam edəcək. Hakimiyyətin ağıllı adamları bunu bilir, hətta əminəm ki, konstitusiyaya dəyişikliklər də gözlənilən narazılıq və çətinliklər nəzərə alınaraq həyata keçirilir. Həmin dəyişikliklərlə bağlı referendum aktı gündəmə gələndən sonra mənə elə gəlir ki, “Azadlıq” radiosunun dalğasının alınması cəhdi də eyni planın, daha konkret desək, Əsas Qanuna əlavələrlə bağlı planın tərkib hissəsidir. Hakimiyyət öz gələcəyini qurmaq üçün təxirəsalınmaz, fövqəladə tədbirlərə əl atıb yeni dövrə hazırlaşır. Burada bir məsələni də unutmamalıyıq. Hakimiyyətin indi tutduğu yol onun özünə yalnız bir yol saxlayır: avtoritarlığı artırmaq.Yeni şərtlər isə ölkədə ictimai həyatın bütün sahələrinə təsir edəcək. Sıxıntıların artması şübhəsizdir, amma bu sıxıntılardan qurtuluş düşüncələri də artacaq. Sıxıntılar demokratiya mövzusunu yenidən gündəmə gətirəcək. İndi daha çox adam anlayacaq ki, çıxış yolu demokratik proseslərə dəstək verməkdədir. İndi daha çox adam anlayacaq ki, bütün başqa yollar müvəqqəti təskinlik və ötəri uğurlar gətirə bilər, lakin çıxış yolu deyil.Bütün qüvvələr üçün, hər bir azərbaycanlı üçün olduqca ziddiyyətli bir dövrü qarşılamağa hazırlaşırıq. İmitasiyalar dövrü bitir, oyunlar dövrü bitir. Pis də olsa, yaxşı da olsa, gerçəklik artıq şah olacaq. Üstəlik, belə getsə, ölkədə gerçək şah da olacaq.Lakin hakimiyyət nə qədər yeni üsullar fikirləşsə də, o, çox köhnəlib. Belə demək olar ki, mövcud hakimiyyət artıq qocalıb. Siyavuş Novruzov, Zahid Oruc kimi gənclər 15 ilə yaxındır hakimiyyətdədir. Hələ mən yaşlıları demirəm. Eyni sözlər və vədlər, eyni təriflər, eyni yalanlar 15 ildir deyilir. Bu da ziddiyyətləri artıracaq. Ziddiyyətlər hər sahədə artmış olacaq.Yeni dövrün ən vacib xüsusiyyəti budur ki, dövr yeniliklərin acı olacaq. Cəmiyyət mütərəqqi dəyişikliklər arzusunda qovrulacaq, darıxacaq...
44,892
24.12.2008 08:13
Gündəm
SERJ SARKİSYAN ABDULLAH GÜLƏ MƏKTUB YAZDI
Məktubda deyilir ki, 20 il öncə faciənin nəticələrinin aradan qaldırılması üçün bütün dünya Ermənistana kömək edib: “Ermənistan vətəndaşları həmin ağır vaxtlarda yanlarında olanların hamısına minnətdardır. Biz Türkiyə dövlətinə və xalqına zəlzələdən sonrakı dəstəyinə görə təşəkkür edirik. Əminik ki, bu, heç vaxt unudulmayacaq”.
44,893
24.12.2008 09:13
Ölkə
BAKIDA FIRLANAN GÖYDƏLƏN TİKİLƏCƏK
Mənbənin dediyinə görə, hazırda bu barədə “MIRAX GROUP” ilə danışıqlar gedir. Bu qrup dünyada hər mərtəbəsi fırlanan göydələnlərin layihəsini hazırlayıb. Alman memarı Devid Fişerin layihəsi əsasında tikiləcək ilk göydələn Dubayda inşa ediləcək. 80 mərtəbəli bu bina yerli əmirlərə 700 milyon dollara başa gələcək.Bu arada adıçəkilən tikinti qrupu Moskvada, habelə Sankt-Peterburqda da analoji bina tikmək barədə razılıq alıb. Moskvada tikiləcək 62 mərtəbəli fırlanan göydələnin layihəsini şəhər meri Yuri Lujkov da bəyənib. Bakıda isə tikiləcək göydələnin neçə mərtəbədən ibarət olacağı haqda qəti qərar verilməyib. “Ola bilər ki, bu, ARDNŞ üçün tikilməsi nəzərdə tutulan 35 mərtəbəli bina olsun, ya da tamam başqa bir layihəyə razılıq verilsin. Bundan başqa, binanın tikiləcəyi yer də hələ tam müəyyənləşməyib. Amma dəqiq olanı budur ki, Bakıda adıçəkilən fırlanan göydələnin tikilməsinə razılıq verilib. Və bu bina böyük ehtimalla təyinatından asılı olmayaraq ARDNŞ-nin hesabına tikiləcək” - deyə mənbə bildirir.Xatırladaq ki, bir qədər öncə mətbuatda ARDNŞ-nin özünə yeni bina tikəcəyi barədə xəbər yayılmışdı. 35 mərtəbəli həmin binanın isə 2 milyard dollar inşa ediləcəyi barədə də söz-söhbət gəzirdi. Bir məqamı yenə yada salmağa məcburuq ki, Dubayda tikilən 80 mərtəbəli binanın dəyəri vur-tut 700 milyon dollara başa gəlir.
44,894
24.12.2008 09:05
İqtisadiyyat
“AKKORD” ƏN İRİ TİKİŞ FABRİKİNİ BAĞLADI
Xatırladaq ki, sözügedən tikiş fabriki 2008-ci il sentyabrın 24-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə açılıb. Almaniya, Türkiyə və Yaponiyadan gətirilmiş avadanlıqlarla təchiz edilmiş fabrikdə uşaq, qadın, kişi paltarları, idman geyimləri tikilirmiş. Fabrikdə çalışanların orta əməkhaqları 300-350 manat təşkil edib. Qeyd edək ki, bu obyekt “Akkord”un Lökbatan qəsəbəsindəki tikiş fabrikindən sonra ikinci böyük müəssisəsidir.
44,895
24.12.2008 09:19
Ölkə
“SƏDƏRƏK”dəki YANĞINA GÖRƏ KOMPENSASİYA VERMƏK İSTƏMİRLƏR
Qeyd edək ki, hadisədən üç gün ötsə də ticarət mərkəzinin rəhbərliyi mətbuata olayla bağlı hələ də açıqlama verməyib. Bu isə şübhələri bir qədər gücləndirir. Rəhbərliyin bu cür mövqe tutması mağaza sahiblərini də hiddətləndirib. Ticarətçilərin fikrincə, yarmarkanın rəhbərliyi sahibkarları Lökbatan qəsəbəsi yaxınlığında yeni tikilən bazara köçürmək üçün yanğın törətmək üsulundan faydalanmaq niyyəti güdüb.Digər məlumata görə, bu işdə qonşuluqda yerləşən “Binə” yarmarkasının rəhbərliyi də maraqlı ola bilər. Bazarda xırda ticarətlə məşğul olan Bəxtiyar Qulamovun bildirdiyinə görə, rəhbərlik yanmış mağazaların yenidən tikiləcəyinə söz versə də, obyekt sahibləri bu vədə inanmır: “Bu səbəbdən də bir çox sahibkarlar obyektlərini bərpa etməyə başlayıblar”.Bu arada hadisə ilə bağlı yaradılmış xüsusi komissiya ilkin nəticələri açıqlayıb. Məlum olub ki, ticarətçilərə təxminən 25-30 milyon manat məbləğində ziyan dəyib. Bundan əlavə, yanğını söndürən zaman xeyli mağaza ziyan çəkib. Elə sahibkar var ki, 350-370 min dollar ziyana düşüb. B.Qulamovun sözlərinə görə, dünəndən ərazidə təmizləmə işlərinə başlayıblar: “İndi zibil maşınları və fəhlələr yanıb külə dönmüş on tonlarla əşyanı və tikinti materiallarını kənar ərazilərə daşımaqdadır”.Digər bir məlumata görə, yarmarka rəhbərliyi obyektləri yanmış sahibkarlara Lökbatan qəsəbəsi yaxınlığında bazar üçün ayrılmış yeni ərazidə dükanlar təklif edəcək. Bu isə ticarətçiləri qane etmir. Onlar rəhbərlikdən dəymiş ziyana görə kompensasiya tələb edirlər. Əldə etdiyimiz məlumata görə, bəzi nüfuzlu şəxslərin müdaxiləsindən sonra narazı iş adamlarını sakitləşdirmək mümkün olub. Hazırda vəziyyətin yoluna qoyulması ilə bağlı danışıqlar aparılır.Qeyd edək ki, dekabrın 21-də yarmarkada baş vermiş yanğın nəticəsində 250-dən yuxarı ticarət obyekti tamamilə yanaraq külə dönüb. Bundan əlavə, hadisə yerindən bir qədər uzaqda yerləşən obyektlərə də ciddi ziyan dəyib. Onların bir çoxu yanğınsöndürən maşınlar tərəfindən dağıdılıb, bəzilərini isə su basıb.
44,896
24.12.2008 09:22
Yazarlar
İŞIQLIDIR LAMPALARI KOLXOZUN...
Amma bizdə normal cəmiyyət, hökumət və iqtisadiyyat yoxdur deyə buna belə ad qoya bilmərik. Bizdə bu iş belə şüara tabedir - “Hamı bir nəfər üçün, bir nəfər də özü üçün”. Görürsənmi, bir binada bir sakinin borcu varsa, bütöv məhəlləni cəzalandırırlar (Məəttəl qalırsan ki, bu kəmsavad montyor-santexniklər Stalinin nəzəriyyəsini haradan tapıb əzbərlədi...)Səbəb məzəlidir - yayda pulu ilə öyünən, dolları ilə hamıya “xox” gələn, Tacikistana neçə yüz milyonsa sərmayə qoymaqdan dəm vuran, Gürcüstanı işıq-qaz sarıdan əla dolandırıb öz camaatını qlobal böhran söhbəti ilə dolayan həşəmətli hökumətimizin əli aşağıdır. Buna görə də müəllimlərə, qoca-qarıya verməyə pul tapmır, maaş-pensiya da bu üzdən gecikir. Ona görə də “yes-net” qanmayan məmurcuqlarını salıblar evbəev, camaatla pul üstündə boğuşurlar. Məmurların basıb yediyi pulların əvəzini kasıb camaat ödəməlidir axı.Əla. Bədniyyətlilik kimi çıxsa da, bu tamaşa şəxsən mənə ləzzət eləyir. Çox sevinirəm. Bu camaata nə olursa, haqq olur. Di, gedin durun AzTV-nin qabağında, sizi gözləyirlər. Çıxın televiziyaya, ürəyiniz istəyən qədər dəstəkləyin. Sonra da deyin ki, biz istəyirik bu vəziyyət müddətsiz, yəni ömürlük olsun, ona görə də konstitusiya islahatlarının keçirilməsini tələb edirik. Arada tam demokratik yolla deputat seçilmiş Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzetinə palaz-palaz məqalə də yazın, müsahibə verin, dəstəkləyin.Hökumətin də, elə camaatın da pul məsələsindəki işinin rusca olması təkcə qaz-işıq məsələsi ilə bitmir. O yanda da orta və ali məktəblərdə şartaşart pul yığılır. Böhranın varlıları zibilə saldığı bu çətin günlərimizdə məktəb direktorunun, təhsil şöbəsi müdirinin, dekanın, nə bilim, nazirlik işçilərinin yolka bayramını təbrik etmək, onların böhranda itirdiklərinin bir hissəsinin yerini doldurmaq üçün. Universitetləri bilmirəm, amma orta məktəblərdə Yeni il bayramı üçün hər uşaqdan 5 manat yığırlar. Misir Mərdanovu arxayınlaşdırmaq üçün deyim ki, şəxsən mən payıma düşən 10 manatı srağagün göndərmişəm - hər uşağa görə 5 manat. Ona görə də işimi ehtiyatlı tutub indidən deyirəm ki, sabah nazirliyə heç nə çatmasa, günahı məndə görməsinlər.Yolka demişkən, az əvvəl xəbər yayıldı ki, Azadlıq meydanında ölkənin 25 metrlik baş Yeni il yolkasını bəzəməyə başlayıblar. Onun bəzənməsinə bir həftə gedəcək. Hökumət Evinin qarşısında 250 kv.m sahədə ilk dəfə süni buz meydançası da qurulacaq. Dekabrın 31-də Hökumət Evi ilə üzbəüz yenidən qurulmuş fontan da işə salınacaq.Hansı pulla - bilmirəm, gedin onu inişil 70 min dollarlıq yolkası bir küləkdən dombalaq aşan Hacıbaladan soruşun. Amma bu yolka bizə indi çox lazımdır. Evində soyuqda büzüşən, dolana bilməyən, dizəcən palçıqlı yolları olan, suyu-qazı-işığı isə olmayan tamaşaxor camaatımızla məzələnib onu ələ salmağı davam etdirmək gərəkdir. *** Camaatın qaz-işıq dərdi vecimə deyil. Bunun səbəbini bayaq yazdım - özünə, taleyinə, uşağına, hər şeyə laqeyd olan bir toplumun belə zillətdə yaşaması düppədüzdür, tam məntiqidir, qanunidir və belə də olmalıdır. Məni maraqlandıran odur ki, bundan utanmalı olan bir sürü yaltağın həyasızlığı nə üzlə, hansı əsasla davam edir. Telekanalizasiyalarda “İşıqlıdır lampaları kolxozun...” janrındakı mədhiyyələri deyirəm. Məntiqlə bu düşüklüyə son verməli idilər. Amma onları hələ də oxuyurlar. Həzrət Abbas haqqı, bunları eşidəndə adamı gic gülmək tutur.Belədə ürəyindən Freydi söymək keçir. Bunca qəribə insan psixologiyasını heç o da aça bilməzdi...P.S. O gün biri həmsöhbətinə hökumətin xalqa qayğısından, gördüyü işlərdən xeyli danışıb onu təriflədi. Sonra da əhalinin qazının-suyunun ucdantutma kəsilməsindən dəhşətə gəldiyini dedi. Axmaq adam, sən dəhşətin içindəsənsə, daha ora necə gəlirsən?!
44,897
24.12.2008 09:20
Ölkə
ABİD ŞƏRİFOV PARTLAYAN BİNANIN SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
Bu barədə “Yeni Müsavat”a zərərçəkmişlərdən biri məlumat verib. Onun sözlərinə görə, Nazirlər Kabineti partlayış zamanı evləri dağılmış ailələrin kirayə mənzillərdə yerləşdirilməsi barədə qərar çıxarsa da, ona əməl olunmur: “Qərara əsasən, binadan köçürülmüş ailələrlə hər ay 250-300 manat kirayə haqqı ödənməlidi. Amma sözügedən məbləğ bu günədək bizə çatdırılmayıb. Bu isə sakinlərin ciddi narahatlığına səbəb olub”. Məsələ ilə bağlı əraziyə nəzarət edən 26 saylı Mənzil İstismar Sahəsinə zəng etdik. Sahə rəisi Rasim Babayev bizimlə söhbətində hazırda kirayə haqqı ilə bağlı dəqiqləşdirmə aparıldığını dedi: “Mənzillərin kimə məxsus olması dəqiq bilindikdən sonra yaxın bir həftə ərzində sakinlərə kirayə haqqı ödəniləcək və onlar yaxın ərazilərdə evlərlə təmin olunacaq. Ödəmə əməliyyatı ”Kapitalbank" tərəfindən həyata keçiriləcək". R.Babayevin sözlərinə görə, artıq qəzalı vəziyyətdə olan binanın sökülüb-sökülməməsi məsələsinə aydınlıq gətirilib: “Dünən baş nazirin birinci müavini Abid Şərifov hadisə yerində olub. Sakinlərlə görüş zamanı o, binanın üç blokunun sökülüb yenidən tikiləcəyini deyib. Bundan başqa, hadisə zamanı tamamilə dağılmış mənzillərə dəymiş ziyanın məbləği də dəqiqləşdirilib və mənzil sahiblərinin iştirakı ilə akt tərtib edilib”. Xatırladaq ki, baş vermiş partlayış nəticəsində 6 mənzil tamamilə dağılıb, digər mənzillərə ciddi ziyan dəyib. Hadisə zamanı 3 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanalara yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi qaldırılıb və üç nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. İlkin versiyaya görə, partlayışa səbəb qaz sızması olub.
44,898
24.12.2008 09:25
Gündəm
ABŞ RƏSMİLƏRİ İLHAM ƏLİYEVLƏ DANIŞIQLAR APARIR
Məqalədə bildirilir ki, xarici radiostansiyalar neftlə zəngin bu ölkədə azad mətbuatın kralı hesab olunur. “Azadlıq” radiostansiyasının Azərbaycan redaksiyasının direktoru Kənan Əliyev qəzetə açıqlamasında deyib ki, bu qərar xarici müstəqil KİV-ləri susdurmaq üçün çox effektli ola bilər. “Əgər biz uduzsaq, o zaman 95 faiz dinləyici auditoriyasından məhrum olacağıq”. Müəllif qeyd edir ki, xarici radiostansiyaların aparıcıları son illər xeyli populyarlaşıblar və onları efirdən kənarlaşdırmaq hədələri İntenertdə kütləvi etiraz kampaniyasına səbəb olub. Bu yaxınlarda “Azadlıq” radiosunun dinləyicilərindən biri radionun bağlanacağını eşidəndə çox kədərləndiyini bildirib: “Heç atam öləndə də belə qüssələnməmişəm”.Qəzet yazır ki, hökumət xəbərdarlığın qanuni olduğunu əsaslandırmağa çalışsa da, tənqidçilər bu addımın siyasi səbəblərlə bağlı olduğunu qeyd edirlər. Onların mövqeyinə görə, söhbət höumətin KİV üzərində nəzarəti ələ almaq və tənqidi səsləri boğmaq siyasətindən gedir. “Amerika diplomatları xarici radiostansiyaların yayımının dayandırılması xəbərdarlığını tənqid ediblər. Lakin Azərbaycanın enerji baxımından ABŞ üçün strateji əhəmiyyəti problemi çox həssas edir” - deyə Corc Vaşinqton Universitetindən Sean Roberts bildirib. Onun sözlərinə görə, problemin ABŞ-ın Azərbaycandakı digər strateji maraqlarına təsir edəcəyini düşünmək sadəlövhlük olardı: “ABŞ artıq Azərbaycanda güclü maraqları olduğunu nümayiş etdirib. Azərbaycanın nefti var, İranla sərhəddir və artıq göstərib ki, Rusiyanın təsir dairəsinə daxil olaraq anti-Amerika mövqeyi göstərə bilər” .Müəllifin yazdığına görə, Amerika rəsmiləri açıq şəkildə Azərbaycan hökumətini xəbərdar ediblər ki, əgər radiolarla bağlı xəbərdarlığını həyata keçirsə münasibətlər korlana bilər. Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud qəzetə açıqlamasında bəyan edib ki, radiostansiyaların yayımının dayandırılması “həyəcanlı xəbər” olardı. Bildirilir ki, Amerika rəsmiləri hazırda radioları efirdə saxlaya bilmək üçün birbaşa prezident İlham Əliyev də daxil olmaqla, Azərbaycan rəsmiləri ilə intensiv danışıqlar aparırlar. “Xarici radiostansiyaları susmağa məcbur etmək son illər azad mətbuata edilən hücumların bir hissəsidir. 2008-ci ildə ölkədə azı 10 jurnalist həbs edilib. Hakimiyyət heç vaxt jurnalistlərə qarşı zorakılıqları araşdırmayıb. ”Sərhədsiz Reportyorlar" təşkilatı illik hesabatında Azərbaycanı mətbuat azadlığının vəziyyətinə görə 173 ölkə arasında 150-ci yerdə göstərib. Əgər xarici radiostansiyaların yaymı dayandırılsa, Azərbaycan vətəndaşlarının senzuradan keçməyən heç bir KİV-ə çıxışı olmayacaq. Dövlətə məxsus yerli KİV-lərdən fərqli olaraq xarici radiostansiyalar korrupsiya və rüşvətxorluq da daxil olmaqla, ölkədəki problemlərdən danışmaqdan qorxmurlar. Əgər onlar olmasa bu problemlər haqda heç vaxt danışılmayacaq", - deyə Beynəlxalq jurnalistlər Mərkəzindən Çarlz Rays bildirib.Məqalədə daha sonra xarici radiostansiyaların Azərbaycan üçün tarixi missiyasından, 1990-cı ilin yanvar hadisələri zamanı oynadığı roldan danışılır. “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova deyir ki, əgər xarici radiolar olmasaydı, həmin vaxt dünya sovet qoşunlarının Bakıya daxil olmasından xəbər tutmazdı. Müəllif qeyd edir ki, bəzi ekspertlər xarici radiostansiyaların bağlanması haqda xəbərdarlığı hakimiyyət daxilindəki qruplaşmaların mövqeyi hesab edir. Belə ki, bəzi məmurlar Rusiya ilə daha yaxın münasibətlər qurmaq istəyirlər. Bu ilin yayında Gürcüstan ətrafındakı münaqişə bir çox keçmiş sovet respublikaları üçün Rusiyanın dirçəlməsi kimi başa düşüldü: “İndi region ölkələrinin liderləri Rusiya prezidenti Dmitri Medvedyevin əhəmiyyətini nəzərdən keçirməlidir. Bu yaxınlarda o, aqressiv şəkildə xəbərdarlıq edib ki, Moskva ”xüsusi tarixi bağları olan" qonşu ölkələrdə öz maraqlarını qətiyyətlə müdafiə edəcək. Digər tərəfdən, hakim elita hər iki tərəflə oynamağa cəhd edə bilər". Corc Vaşinqton Universitetinin professoru San Roberts qeyd edir ki, postsovet ölkələrinin hakimiyyətləri eyni vaxtda həm Rusiya, həm də ABŞ-la oynamağın yollarını tapıblar. Bildirilir ki, Amerika rəsmiləri indi Obama administrasiyasının perspektivlərini danışıqlarda alət kimi istifadə edirlər. Dövlət Departamenti Azərbaycanı yeni seçilmiş prezident Obamaya “müsbət siqnallar” göndərməyə çağırıb: “Lakin şans dekabrın 25-də Milli Teleradio Şurasının məsələni müzakirə etmək üçün keçirəcəyi toplantıda yarana bilər. Xanım İsmayılova deyir ki, o, optimistdir. O, yayımı davam etdirmək üçün yol tapacaqlarına inanır”.
44,899
24.12.2008 09:45
Gündəm
AĞ EV ELMAR MƏMMƏDYAROVUN XƏSİS OLDUĞUNU ÜZƏ ÇIXARDI
Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Abdel Əziz əl-Səid ötən ilin iyulunda Amerikanın xarici siyasət idarəsinin rəhbərinə üzük, sırğa və qolbaqdan ibarət, bahalı daş-qaşlarla bəzədilmiş 165 min dollarlıq komplekt hədiyyə edib. İordaniya kralı 2-ci Abdullah da Raysa bu cür komplekt hədiyyə edib, ancaq o, bir qədər ucuz olub-147 min dollar. Bildirilir ki, səlahiyyətləri başa çatmaqda olan Rays Yaxın Şərqə səfərləri zamanı həmişə bahalı hədiyyələr dolu çantayla dönüb. Belə səfərlərdən birində ona edilən hədiyyələrin dəyəri 300 min dollardan çox olub. Lakin Amerika qanunlarına görə, Rays qiyməti 50 dollardan artıq olan hədiyyələrdən heç birini özü ilə apara bilməz, o, hədiyyələri Ağ Evin xüsusu fonduna təhvil verməli olacaq.Dünyanın ən varlı adamlarından biri olan Bruney sultanı Həsən Bolgiah isə Buşa hədiyyə verərkən xəsislik edib. Siyahıdan görünür ki, o, Buşa iki kitab və caz musiqisindən ibarət disk verib. Hədiyyələrin dəyəri 70 dollardır. Vitse-prezident Dik Çeyni isə Əbu-Dabi şahzadəsindən hədiyyə aldığı 7500 dollarlıq saatı siyahıda göstərib. Amerika ordusunun qərargah rəsmiləri komitəsinin keçmiş rəhbəri general Peter Peys isə rusiyalı həmkarından Kolumbiyada narkomafiyaya qarşı mübarizədə istifadə olunan 9 millimetrlik M900 avtomatını hədiyyə alıb. Ən ucuz hədiyyəni isə Amerika rəsmilərinə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov verib. Siyahıdan görünür ki, o, vitse-prezident Dik Çeyninin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cozef Vuda “Adidas” gimnastika çantası hədiyyə edib. Çantanın dəyəri 30 dollar olaraq göstərilir. Məmmədyarovun bu qiymətə “Adidas” çantasını haradan aldığı məlum deyil, çünki bilənlər deyir ki, ABŞ-da əsl “Adidas” çantaları bundan dəfələrlə bahadır.
44,900
24.12.2008 09:28
İqtisadiyyat
MOSKVADA “QAZ OPEC”ini TƏSİS ETMƏK ÜÇÜN DANIŞIQLAR BAŞLADI
Bildirilir ki, yeni qaz təşkilatı qiymətlərin formalaşması istiqamətində ümumi yanaşmanı əldə etməyə çalışacaq. Rusiyanın enerji naziri Serqey Şmatko “Rosiyskaya qazeta” nəşrinə bildirib ki, görüş zamanı qaz bazarında, necə deyərlər, ümumi “oyun qaydalarının” hazırlanması istiqamətində danışıqlar aparılacaq. Serqey Şmatko deyib ki, yeni təşkilat heç də kartel olmayacaq. “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini Aleksandr Medvedyev bəyan edib ki, yeni mümkün təşkilat prinsip etibarı ilə neft OPEC-inə oxşaya bilməz: “Neft OPEC-inin mexanizmləri qaz bazarında istifadə oluna bilməz. Neft OPEC-inin əsas mexanizmi ixrac kvotalarının təyin edilməsi vasitəsilə qiymətlərin nizamlanmasıdır. Qaz biznesində bu istisna edilir. Belə ki, burada hər şey uzunmüddətli müqavilələrə söykənir, orada həm satana, həm alana şamil edilən dəqiq şərtlər göstərilir”. Düzdür, eyni zamanda bir çox rusiyalı şərhçilərə görə, indi Moskva qaz bazarındakı mümkün dəyişikliklərdən ciddi narahatlıq keçirir. Qazın qiyməti təxminən 6-9 ay ləngimə ilə neftin qiymətinə bağlıdır. Deməli, yaxın vaxtlarda qazın qiyməti düşəcək, bunu “Qazprom”da da artıq etiraf edirlər.Bəzi ekspertlərə görə, Rusiya qaz ixrac edən ölkələrin mümkün birgə hərəkətləri ilə bazarı gözlənilən sürətli enimdən saxlamaq istəyir. Qeyd edək ki, ABŞ və Avropa ölkələri “qaz OPEC”i ideyasına qarşıdır. Hesab edilir ki, belə təşkilatın yaradılması dünya bazarlarında qazın satışı zamanı bazar qanunlarının işləməsinə mane olacaq. Rusiya tərəfindən neçə vaxtdır irəli sürülən bu ideya Azərbaycana da təqdim edilib. Moskva regionun ən iri qaz ehtiyatlarına malik ölkələrindən biri olan Azərbaycanı bu qurumda görmək istəyir.
44,901
24.12.2008 09:15
Ölkə
MERİN “KİTAYSKİ” İÇƏRİŞƏHƏRİ
Vaxtilə çalışdığı Suraxanı rayonunda qoydurduğu heyvan heykəlləri bu günədək - aeroport yolunun tikintisi ilə əlaqədar Hövsan istiqamətindəki öküz heykəli istisna olmaqla - qalmaqdadır. Merin ötən il qurduğu yolka ağacının günün birində kəlləmayallaq olmasını da yəqin xatırlayırsınız. Nə isə, bu dəfə merimiz İçərişəhərin “dublikatı”nı çıxartdırmaq qərarına gəlib. Görünür, qədim Bakının sürətlə yox olduğunu görən Hacıbala müəllim Yeni il ərəfəsində paytaxt sakinlərinə sevinc bəxş etməkdən ötrü bu layihəni reallaşdırmaq istəyib. Dünən səhər radələrində biz orda olarkən bəzi bilgilər əldə etməyə çalışdıq. Məlum oldu ki, mer tikinti materialları üçün Sankt-Peterburqdakı “Omeqa elektroset” şirkətinə sifariş veribmiş. Şirkətin 8 əməkdaşı 15 gündür ki, bu işlə əlaqədar Azərbaycanda çalışır. Qeyd edək ki, kompleks fırlanan konstruksiyalardan ibarətdir. İçərisinə lift quraşdırılmış 14 metr hündürlüyündə bu “abidə” lift işə salınarkən daha 14 metr hündürlüyə qalxır. Taxta konstruksiyalar üzərində quraşdırılan qala divarları işıqlarla bəzədilmiş yolka ilə çəpərlənib. Üzərində də 5 ədəd beşguşəli ulduz quraşdırılıb. Özü də bütün avadanlıqlar Sankt-Peterburqdan gətirilib. Ancaq bu işi təkcə ruslar həyata keçirmir. Vaxtilə keçmiş nazir Heydər Babayevə yaxın olduğu deyilən Azərbaycanın “A+A” şirkəti də projedə iştirakçıdır. “Omeqa elektroset” şirkətinin özünü təqdim etməyən əməkdaşı gördükləri işin müqabilində nə qədər vəsait qazanacaqları, bu kompleksin neçəyə başa gəldiyi barədə bir söz demədi. Heç yerli şirkətin əməkdaşlarından da bir şey öyrənə bilmədik. Ancaq heç şübhə yox ki, burada az vəsaitdən istifadə olunmayıb. Hər halda, təkcə liftin quraşdırılması böyük xərc tələb edən məsələdir. Düzdür, Yeni il qabağı bayram tədbirlərinin görülməsinə ehtiyac var. Amma daha beləsinəmi? Onu da öyrəndik ki, “İçərişəhər” kompleksi yanvarın 10-dan sonra sökülərək anbara daşınacaq. Elə isə bu qədər xərc çəkməyə dəyərdimi? Məgər Bakı meriyasının pulu bu qədər çoxdur gedib parkda 10 günlük lift tikdirir? Lift demişkən, dekabrın əvvəlində “Bakıelektrikşəbəkə” BŞİH-in xeyli borcunun olması barədə bəyanat yaymışdı. Həmin borcun bir hissəsi də liftlərə verilən elektrik enerjisinin ödənməməsi nəticəsində yaranmışdı. Mer bu dərdə “dəva” tapmaqdansa gedib Sankt-Peterburqdan dəvə gətirtdirir. Amma ən maraqlısı bu ərəfədə Bakı meriyasına prezident fondundan 14 milyon manat vəsaitin ayrılmasıdır. Məbləğin Mənzil Kommunal Təsərrüfatı sahəsinə yönəldiləcəyi deyilir. Ancaq “JEK”lərin nə gündə olması hamıya bəllidir. Onsuz da bu sahələrdən əlini üzən əhali öz dərdinə özü çarə qılmağa çalışır. Deməli, bu vəsait də yolka quraşdırılması, fişəng atılması kimi “iri” layihələrə sərf olunacaq. Yeri gəlmişkən, şəhərin ən müxtəlif yerlərində yolkaların qurulması işləri də həyata keçirilir. İcra başçıları sanki yarışa giriblər. İlk baxışda adam icra başçılarının paytaxt sakinlərinə nə qədər böyük məhəbbət bəslədiyini düşünür. Sanki Bakının canlı yolkalarını məhv etdirib yerində göydələnlər, müxtəlif obyektlər tikdirənlər bunlar deyilmiş. İcra başçıları hətta Heydər parklarına, Nəbatət bağına da əl uzatmağa başlayıblar. Yəqin çox keçməz zooparkdakı ağaclara da girişərlər. Söz düşmüşkən, Bakıda süni ağacların əkilməsi hörmətli merimizin adı ilə bağlıdır. Artıq bu təcrübədən bölgələrdə də istifadə olunur. Merin paytaxtda qondarma “İçərişəhər” quraşdırması isə yeni ixtira oldu. Camaat qədim Bakının sürətlə məhv edilməsindən narahatdır, YUNESKO İçərişəhəri qorumağa çağırır, mer isə əvəzində “kitayski” şəhər tikdirir...
44,902
24.12.2008 09:32
Siyasət
İSA QƏMBƏR SEMNEBİ İLƏ GÖRÜŞÜB
Bundan əlavə, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası mövzusunda müzakirələr aparılıb.Görüşdə Fransa və Belçikanın ölkəmizdəki səfirləri və digər Avropa ölkələrindən olan diplomatlar iştirak ediblər.
44,903
24.12.2008 09:08
İdman
ÇEMPİONLAR LİQASI UĞRUNDA SAVAŞ
Mötəbər mənbədən aldığımız xəbərə görə, atıq AzTV UEFA ilə danışıqlardan sonra 3 illik yayın müddətinə görə məbləği 450 min avroya qədər qaldırıb. Amma bu arada o da məlum oulb ki, başqa bir Azərbaycan telekanalı “Lider” də mübarizəyə qoşulub. Lider isə üç illik yayın hüququ üçün AzTV-dən 100 min avrodan da çox pul ödəməyə hazır olduğunu bildirib. Hələlik UEFA adıçəkilən kanalların heç birinə rəsmi cavab verməyib. Çempionlar Liqası uğrunda mübarizədə kimin qalıb gələcəyinə isə gələn ilin əvvəllərinədək aydınlıq gələcək. Xatırladaq ki, gələn ilin əvvəllərindən Azərbaycanın telekanallarında ilk dəfə olaraq ayrıca idman telekanalı da fəaliyyət göstərəcək. Bu məqamın özü isə AzTV-yə bu mübarizədə qalib gəlmək şansı verir. Bu arada mötəbər mənbədən “Media forum”a o da məlum olub ki, UEFA-da dövlət televiziyasının ogunların yayım hüququnu almaq yönündə çalışmalarının müsbət nəticələr verdiyini təsdiqləyiblər. “Futbol+” qəzetinin gümanına görə, Çempionlar Liqasının yayım hüququnu yanvarda açılması gözlənilən AzTV-İdman kanalı alıb.
44,904
24.12.2008 09:48
Mədəniyyət
“ƏLİ MİRƏLİYEVİN “BUYNUZLARI” QAŞINIR”
“Ən gülməlisi də budur ki, ahıl sənətçinin hədəfinə tuş gələnlərin hamısı nəvəsi, övladı yaşında olan müğənnidir. Amma deyəsən, bu vasitə Əli Mirəliyevin istəklərini gerçəkləşdirməyib. Etdiyi bütün pisliklərə, müvəqqəti də olsa, gündəmi zəbt etməsinə baxmayaraq, nə xalq məhəbbəti qazana bilib, nə də toylara çağırılıb. Ona görə də o, bu dəfə sənətkarlara problem yaratmaq qərarına gəlib. Təbii ki, özünü reklam etmək istəyən bir çoxu kimi o da xalq artisti İlhamə xanımı hədəf seçib. Qəzetlərin birinə verdiyi müsahibəsində İlhamə xanımın adını hallandırmaqla bu məqsəddə olduğunu açıq şəkildə ortaya qoyan Əli Mirəliyev sənətkar haqqında ”İlhamə xanımın səsini bəyənirəm, amma özünü yox, çünki efirdə yaxşı sözlər danışmır, ağır oturub, batman gəlmir" deyib".Məlumatda qeyd olunub ki, Əli Mirəliyev İlhamə xanımın adını çəkməklə reklam oluna bilər, amma bundan xeyir tapmaz: “Yaxşı olar ki, Əli Mirəliyev məqsədini həyata keçirməzdən öncə bu yolda başı daşa dəyənləri xatırlasın və Sərxan Kərəmoğlu kimi onun da ”buynuzları" qaşınmasın. Əli Mirəliyev danışmazdan öncə bütün bunları nəzərə alsın və həmişəlik qulağında sırğa etsin: “Paxıllıq kişiyə yaraşan iş deyil”.İ.Quliyevanın bəyanatına Ə.Mirəleyvin münasibətini öyrəndik. Müğənni bildirdi ki, bu məktubun İ.Quliyeva tərəfindən yazılmasına əmin deyil və həmkarını bir sənətkar kimi bəyəndiyi və qohumu olduğu üçün onun mesajına sərt cavab vermək niyyəti yoxdur: “Bütün bunlar hamısı Faiqin işləridir. Flora Faiqi məhkəməyə verib, o, da İlhamə ilə Floranın münaqişəsindən istifadə edib İlhaməyə yarınır. İlhamə deyib ki, mən gənclərə paxıllıq edirəm. Mən paxıllıq etsəydim, öz həmyaşıdlarıma - Akif İslamzadəyə, Zaur Rzayevə edərdim. Mənim, sadəcə, bəzi gənclərə tövsiyələrim var. Faiqi isə ümumiyyətlə, müğənni saymıram. İlhamənin məktubunda yazılıb ki, Əlinin də Sərxan Kərəmoğlu kimi buynuzları qaşınır, məni məhkəmə ilə hədələyiblər. Mən İlhaməni harada təhqir etmişəm ki, o, məni məhkəməyə versin, axı məhkəməyə müraciətə heç bir əsası yoxdur. O ki qaldı İlhaməyə, o mənim qohumumdur. Hazırda İlhamənin kövrək vaxtıdır, anasının itkisini çox ağır yaşayır, o, mənə nə desə də qəlbinə dəymərəm. O, əsl sənətkarlar ailəsində böyüyüb, özü də gözəl sənətkardır, İlhamə ilə aramızda heç bir problem yoxdur. Sadəcə, onun bəzi hərəkətlərini xoşlamıram”. İ.Quliyeva isə lent.az-a bildirib ki, anasının xatirəsilə əlaqədar dekabrın 30 və 31-də keçirilən Yeni il şənliklərində oxumayacaq. Dekabrın 21-də anası, xalq artisti Tükəzban İsmayılovaya ad günü keçirəcəyini deyən müğənni bu qərarı ilə bağlı Azərbaycan teleməkanından üzr istəyib.
44,905
24.12.2008 10:22
Mədəniyyət
ÜÇ XALQ ARTİSTİ MƏDƏNİYYƏT NAZİRİNİ BOYKOT ETDİ
“Fəxri adların, təqaüdlərin verilməsi dövlət rəhbərliyinin mədəniyyətə göstərdiyi yüksək qayğının nəticəsidir. Bu fəxri adlardan sonra hər biriniz daha çox çalışmalısınız. Son illər ərzində Azərbaycan mədəniyyətinin inkişaf etməsi sirr deyil. Keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etməyiniz olduqca böyük işdir”. Qeyd edək ki, xalq artisti fəxri adına layiq görülən Aygün Kazımova, Brilliant Dadaşova və Nisə Qasımova mərasimə qatılmayıblar.
44,906
24.12.2008 09:57
Yazarlar
DAŞI BİZ ŞEYTANA ATIRIQ!..
Az öncə bayrağımızın müqəddəs yaşıl rənginə allergiyası tutub da ona diş qıcıyan, lakin zərrə qədər ictimai-siyasi dəstək qazanmayan və layiqli cavabını alıb qlafına çəkilən bu zat “Yeni Müsavat”a, onun baş redaktoru və yazarlarına həqarətlərini davam etdirir. Gündəmdə hər necəsə qalmaq lazımdır, ya yox...Açığı, belələrinə heç vaxt baş qoşmaq həvəsində olmamışam. Çox vaxt qoşmamışıq da. Çünki bizim missiyamız bu deyil. Bizim missiyamız əlahəzrət oxucuya keyfiyyətli və ləyaqətli xidmətdir, YAPtokratların problemlər girdabına saldıqları cəmiyyətimizə siyasi-iqtisadi-mənəvi bataqlıqdan çıxmağa yardımçı olmaqdır. İndi əgər hər kənar səsə karvan yayınıb diqqət kəsilsə, onda gərək qəzet çıxarmayaq. Bəli, biz mirzəyik, amma xalqın mirzələri. Bu, pafos deyil. Görünür, o üzdən uğurlarımız bəzilərinin gözünə girir. Elə olmasaydı, Astanbəyli ölkənin ən çox oxunan, regionun ən tirajlı qəzetinə daş atmaq cəsarətində bulunmazdı; onun qurucusunu və baş redaktorunu, zəhmətkeş, halal qazanca yaşayan kollektivini aşağılamazdı. Soruşan gərək, kim verib sənə bu haqqı? Doğrudur, hərdən biz də məcbur qalıb daş atırıq. Amma şeytana, satanistlərə!.. Adam ənənəvi hikkəsi ilə yazır ki, guya Rauf Arifoğlu hakimiyyətdən nəsə umur, vəzifə gözləyir, hətta bunun üçün müxalifəti birləşməyə qoymur. Ay səni!.. Sayı on mini aşan oxucularımız necə də Rauf Arifoğlunun bu “bəd” niyyətindən indiyədək duyuq düşməyiblər. Bravo, təşəkkür, bərəkallah! Ancaq incimə, bu ittihamı sənə kimi “Yeni Müsavat”ın başqa bədxahları dönə-dönə tirajlayıb, üstəgəl, bayatı şəklinə salaraq oxuyublar, körükləyiblər. O dərəcədə ki, artıq o süzülüb və onun bu üzündən o üzü əla görünür. Üstəlik, bu cür şər-şəbədələrin başlamasının düz 11 ili tamam oldu bugünlərdə! Haşiyə çıxıb etiraf edim ki, Elnuru və onun yazdığı qəzetləri ara-sıra reklam etmişik, hətta adam bilib ona tribuna vermişik. Bu da qarşılığı. Nə olar. O qədər şahidiyik ki, qəzetimiz hesabına tanınıb dirçələn bəziləri bizə asi çıxıb. Lakin yenə təmkinimizi, səviyyəmizi saxlamağa çalışmışıq. Məhz plüralizm prinsiplərinə sadiqliyimizin təzahürüdür ki, Astanbəylinin hələ ki sonuncu olan xəstə fikirlərini də “Yeni Müsavat”da dərc etdik. Oxucuya müqayisə üçün növbəti şans yaratmaq xatirinə. İndi həmin xəstə məntiqlə sabahdan tirajımız gərək 100 nəfərə düşsün eləmi, qaqa? Hələ harasıdır, bu vücud bir az da irəli gedərək bizləri “satılanist” adlandırır. Tərbiyəsizlikdir. Eyni zamanda çoxminli oxucularımızı aşağılamaqdır. Çünki belə çıxır, camaat ən çox “satılanların” qəzetini, həm də sevə-sevə oxuyurmuş. Məgər demirsizmi ki, xalqın gözü tərəzidir? Yoxsa xalqın ağlına da...Adamın başqa bir cəfəng iddiasına bax, guya Rauf Arifoğlu bizim əlimizdən tutub nəsə yazdırır. Toz basmış yaddaşlar üçün arayış: şəxsən mən özüm “Yeni Müsavat”a 1998-ci ildə “Müxalifət” qəzetindən gəlmişəm, siyasi şərhçi kimi. Dostum, həmkarım Qabil Abbasoğlu ilə birgə. Və artıq bu qəzetin rəhbərliyində təmsil olunan, jurnalist təcrübəsini xeyli zənginləşdirmiş insan olaraq tutduğum yoldan qəti peşman deyiləm. Əksinə, müstəqil Azərbaycanın mətbuat tarixinə, qəzetçilik işinə və qəzet biznesinə öz silinməz möhürünü basmış, əvəzsiz qələm sahibi və təşkilatçı Rauf Arifoğlu ilə, digər dəyərli qələm dostlarımla yanaşı işləməkdən qürur duyuram. Əlimizdən tutulan vaxtlar isə çoxdan keçib. Şükür ki, indi biz özümüz başqalarına əl tutur, yol göstərir, mövzu verir, qəzetin xəttini müəyyən edirik. *** Adam “satanist” ayamasındın inciyibmiş. Şeytanlıq eləmə, sənə daş atmayaq. Hərçənd bircə onu düz qeyd etmisən ki, Azərbaycan balaca ölkədir, burda yalanın-palanın ömrü 40 gün çəkməz. Əlavə edərdik: kimin əlinin kimin cibində olmasını öyrənmək də! Ən nəhayət, “Yeni Müsavat”ın mətbəxinə dəqiq bələd olan tək-tük şəxslərdən biri kimi sənə deyirəm: bil və əmin ol, bizim əlimiz öz cibimizdədir. Amma biriləri hansı qrantpaylayanların parası hesabına qəzet buraxır, başını saxlayır, bu da hamıya bəlli həqiqətdir. Di salamat qal.Vəssalamu-əleykum və rəhmətullahi və bərəkatuhu. P.S."Satanist" dostumuz yazısında guya Kəmaləddin Heydərovu bizdən müdafiə edir, əsəbiləşir ki, niyə qəzetimiz ondan çox yazır. Deyəsən, onun “alma”lı qəzetinə pul ötürən “mollayev” bizim “ştazi” zarafatımızdan incidiyini iqtidardakı patronunun arxasında gizlənərək bu cür büruzə verir. Yəni “satanist”in kimin üçün daş atdığının fərqindəyik. Amma bu arada bir sözü də deməliyik ki, hörmətli Kəmaləddin Heydərov bir tənqidi yazıya görə jurnalistlərlə salamı kəsən bir çox “demokrat”dan daha artıq demokratdı. Zahid SƏFƏROĞLU
44,907
24.12.2008 08:58
Gündəm
AVROPA MƏHKƏMƏSİ MƏNƏVİ ZƏRƏRİ STANDARTA UYĞUN MÜƏYYƏNLƏŞDİRMİR
R.Hacılı Avropa Məhkəməsində şikayətlərin müxtəlif olduğunu deyir: “Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq yaxında Rövşən Kəbirli və Yaşar Ağazadə söz azadlığı məsələsində məhkəməni uddular. Bu il növbədənkənar baxılan işlər də oldu. Nümunə üçün ”Gündəlik Azərbaycan" və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işini göstərmək olur. İş bu il göndərilsə də gündəliyə növbədənkənar salınıb. Sərdar Cəlaloğlunun da işinə növbədənkənar baxıldı və qərar çıxarıldı”.“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun işi ilə bağlı prosesin növbəti ilin birinci yarısında başlanacağını deyən hüquqşünas onun da 10 min avro ədalətli kompensasiya ala biləcəyini düşünür: “Bəzən məhkəmənin işi hüquq pozuntusu kimi tanıması şikayətçiyə kifayət edir”.
44,908
24.12.2008 09:48
Güney hadisələri
İRANDA AZƏRBAYCANLI MƏHBUS ACLIQ AKSİYASINA BAŞLAYIB
Müəllimin ailəsindən Tehranın “Evin” həbsxanasında saxlanılan A. A. Cavanla görüşməyə və onun müdafiəsini təşkil etməyə imkan yaradılmadığını söyləyiblər.
44,909
24.12.2008 08:49
Gündəm
QIRMIZI XAÇ AZƏRBAYCANLI ƏSİRİN ERMƏNİSTAN TELEVİZİYASINA ÇIXARILMASINI PİSLƏDİ
BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva APA-ya bildirib ki, Beynəlxalq Humanitar Hüquq və Cenevrə Konvensiyası saxlanılan şəxsi qorumağı tövsiyə etməklə yanaşı, həmin şəxsə qarşı ictimaiyyətin marağını süni surətdə artırmağı qadağan edir: “Fərqi yoxdur, bu hərəkəti hansı tərəf edib. Neytral təşkilat kimi BQXK bu hərəkəti pisləyir”. G.Quliyeva bəzi erməni mətbuat orqanlarında Rafiq Həsənovun guya BQXK nümayəndələrinin köməyi ilə televiziyaya çıxarılması barədə yayılan məlumatları da əsassız adlandırıb.Qeyd edək ki, 19 yaşlı əsir Rafiq Həsənovun Ermənistan televiziyalarının birində çıxış edərək Azərbaycana qayıtmaqdan imtina etdiyini söyləməsi barədə “Novosti Armeniya” agentliyi məlumat yayıb. Məlumata görə, R. Həsənov çıxışında Azərbaycan ordusunda hərbi xidmət keçən zaman təhqir və alçaldığı hərəkətlərə məruz qaldığını, Azərbaycana qayıtmayacağını, Ermənistanda qalmaq istədiyini deyib.
44,910
24.12.2008 08:07
Ölkə
“MASALLI MAMED” HƏBSXANADAN ÇIXDI
Mənbənin dediyinə görə, artıq neçə gündür insanlar axın-axın onun ata evinə ziyarətə gəlirlər. “Mamedin azadlığa çıxması Qurban Bayramı ərəfəsinə düşdüyündən onu tanıyanlar, müxtəlif təbəqələrə aid şəxslər çoxlu qurbanlar kəsiblər. Qurban ətləri isə avtoritetin istəyi ilə kasıb və kimsəsizlərə paylanıb” deyə mənbə bildirib.Xatırladaq ki, “Masallı Mamed” iki il əvvəl “Neolit” restoranında keçirilən əməliyyat zamanı saxlanılmışdı. Tutularkən “Masallı Mamed”dən 1 ədəd “Makarov” tipli tapança və 8 ədəd güllə götürülüb. Məlumata görə, M.Hüseynov həbsindən 3 gün əvvəl Moskvadan Bakıya gəlmişdi.Onu da qeyd edək ki, “Masallı Mamed” indiyəcən 3 dəfə -1978, 1980 və 1994-ci illərdə polisə müqavimət, qəsdən adamöldürmə, qanunsuz silah gəzdirmə cinayətlərinə görə məhkum olunub.
44,911
24.12.2008 09:06
Ölkə
“AZERCELL” KİMSƏSİZ UŞAQLARI SEVİNDİRDİ
Tədbiri giriş sözü ilə açan cəmiyyətin sədri Natiq Mənsimov burada 25 uşağın məskunlaşdığını dedi: “Bu uşaqlar Azərbaycanda ilk dəfə olaraq ailə tipində yaşayırlar. Yəni uşaqların könüllü ataları və maaşla işləyən anaları var. Başqa sözlə, biz burada böyük ailə modeli yaratmışıq”.Otaqları gəzib uşaqlarla ünsiyyət qurmağa və dostlaşmağa çalışan “Azercell Telekom” MMC-nin vitse-prezidenti Əli Ağan onların problemləri ilə maraqlandı. Daha sonra incə musiqi duyumu olan uşaqlar öz istedad və qabiliyyətlərini göstərməyə, rəqs etməyə başladılar. Natiq Mənsimov deyir ki, bütün rəqs kompozisiyalarını uşaqların özləri qurub. Cəmiyyətin sədri yaxın vaxtlarda uşaqların otaqlarında kompyuterlərin quraşdırılacağını və İnternetə pulsuz çıxışın olacağını da dedi.Qeyd edək ki, “Ümid yeri” cəmiyyəti 1997-ci ildən fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi küçədə yaşayan kimsəsiz uşaqları tapıb sığınacaqla təmin etmək və tərbiyələndirməkdir. Uşaqlar burada 18 yaşına qədər yaşayır. Məlumata görə, son vaxtlar 18 yaşdan yuxarı 9 gənc artıq işlə təmin olunub.
44,912
24.12.2008 09:08
Mədəniyyət
KİNEMATOQRAFÇILAR İTTİFAQININ KATİBİ VƏFAT ETDİ
Həmkarlarının verdiyi məlumata görə, Abbas Əliyev son zamanlar ağır xəstəlikdən əziyyət çəkirmiş. Həkimlər ona “xərçəng” diaqnozu qoyublar. A. Əliyev son zamanlar xarici klinikalarda müalicə olunurmuş. Qeyd edək ki, A.Əliyev eyni zamanda “Şərq-Qərb” beynəlxalq kinofestivalının direktoru idi.
44,913
24.12.2008 09:13
Proje
HƏƏ, TANIDIM SƏNİ, GÜLSATAN OĞLAN...
Eldənizin 33 yaşı var. Ömrünün tən yarısını güllərin sehrli aləmində keçirib. Deyir ki, ixtisasının gülçülüklə heç bir əlaqəsi yoxdur. Orta məktəbi Ağstafada bitirəndən sonra N.Tusi adına Pedaqoji Universitetin hərbi hazırlıq fakültəsinə daxil olub. Birinci kursda oxuyanda qrup yoldaşı ona gül dükanında iş təklif edib. O da bu təklifi qəbul edib. O vaxtdan bəri 16 ildir ki, güllərdən ayrıla bilmir. Eldənizin evdə gül əkib-becərməyə imkanı və təcrübəsi olmasa da, masasının üstündən təravətli güllərin heç vaxt əskik olmadığını deyir. Amma gözəl gül dəmətləri bağlamaq sənətinə özü yiyələnib: “İşə başlayanda nə mən, nə də qrup yoldaşım bu sənətin sirlərini bilmirdik, yavaş-yavaş öyrəndik. O vaxt şəhərin mərkəzində çalışırdım, sifariş bolluğu bizi daha keyfiyyətli işləməyə məcbur edirdi”. “Azərbaycanlıların güllərlə bağlı xüsusi inancları var” Eldəniz deyir ki, 10 il əvvələ qədər adamlar daha çox süni güllərə üstünlük verirdi: “O vaxt süni güllər az idi. İndi isə təbii gülü daha çox alırlar. Süni güllərin dövranı keçdi. Amma Bakıda düzəldilən süni gül dəmətlərində fantaziya çatışmır. Ona görə də bu güllər daha az alınır. Bu sahədə ciddi hazırlaşmaq lazımdır”.Eldəniz deyir ki, özünün də ən çox sevdiyi gül təbii qızılgüldür. Müsahibim maraqlı bir məqama da diqqət çəkir. Deyir ki, yalnız bizim xalqa məxsus olan güllərlə bağlı inanclar var: “Xaricilər baxmırlar ki, dəstələnən gül cütdür, ya təkdir. Onlar heç gülün rənginə də fikir vermir. Bizimkilər isə daha çox tək sayda güllər bağlatdırır, məsələn, 7, 9, 11 ədəd və s.. Ağ gülü toya, qırmızını sevdiyin insana aparmaq olar. Gəlin bağlamasına adətən 7 dənə ağ qızılgül qoyuram. İnanıram ki, bu rəqəm gənclərə uğur gətirəcək. Nişan üçün çəhrayı güllər münasibdir. Xəstə yanına gedəndə sulana bilən güllər aparmaq yaxşıdır, çünki onların iyi uzun müddət qalır. Gül bağlamasını düzəldəndə ilk növbədə alıcının fikrini soruşuram, sonra işə başlayıram. Əklillər üçün yazıları pulsuz veririk. Halbuki onu da pulla yazdırırıq”.Eldəniz deyir ki, insanlar təbii gülü daha çox qışda alır. Çünki güllər istini sevmir, ona görə onları uzun müddət sərin yerdə saxlamaq lazım gəlir. Bəs gülün ömrünü necə uzatmaq olar? Gül ustası bunun üçün güldandakı suyu iki gündən bir dəyişməyi və gülün gövdəsini çəpəki kəsməyi məsləhət görür. Bəziləri güldandakı suya bir parça qənd və ya başqa şeylər atır. Belə hesab edilir ki, bu halda gül gec solar. Eldəniz isə bunun faydasız olduğunu bildirir.Müsahibimiz sifarişlə həm də əklil düzəltdiklərini deyir. Onun sözlərinə görə, əklilin üstündəki yazıları müştəriyə hədiyyə edir. Hər əklildə və ya fərdi bağlamada iki qərənfil də bağışlayır. Deyir ki, yalnız 20 Yanvar günü digər gülsatanlarla birlikdə qərənfilləri pulsuz paylayırlar. Bu da onların şəhidlərin ruhuna ehtiramıdır.Eldənizin sözlərinə görə, alıcılar gül dükanına 8 Mart Beynəlxalq Qadınlar Günündə daha çox axışır. Payızda və qışda da satış pis olmur. Amma həmsöhbətimin dediyindən belə anlaşılır ki, yayda müştərilər o qədər də çox olmur.Bəs alıcılar daha çox hansı güllərə üstünlük verir? Eldənizin cavabı qısa oldu: “Daha çox qızılgülə meyl var”. Sonra da zarafatından qalmır: “Bəzən bura gənc sevgililər gəlir. Qız oğlanın seçimi ilə razılaşmayanda gülün saplağını qısa kəsib veririk ki, heç olmasa pencəyinin cibinə qoya bilsin”. Gülçülüyü rayonlarda da inkişaf etdirmək gərəkdir Eldəniz güllərin 10 il bundan əvvələ qədər daha çox xaricdən gətirildiyini bildirir. Amma onun sözlərinə görə, indi vəziyyət fərqlidir, satışdakı güllərin yarısı Azərbaycanda becərilir. O, gömrükdən keçəndə güllər üçün verilən rüsumdan xəbərdar olmadığını, çiçəkləri yalnız firmalardan hazır məhsul şəklində aldıqlarını dedi.Gül sərrafı olan həmsöhbətimiz rayonlarda gülçülüyün zəif inkişaf etməsindən təəssüflənir. Deyir ki, yalnız Bakı kəndlərində parnik üsulu ilə gül yetişdirilir, başqa bölgələrdə isə bu sahə inkişaf etməyib. Bu da çiçəklərin qiymətinə təsir edir. Çünki bayramqabağı bütün güllər xaricdən qiyməti artırılmaqla ixrac edilir. Onun sözlərinə görə, Bakı kəndlərində Hollandiya qızılgülü də daxil olmaqla, bir çox gül növləri yetişdirilir, lakin bu da tələbatın yalnız yarısını ödəyir.Eldəniz son 5 ildə gül satışının aşağı düşdüyünü də vurğulayır. Amma müsahibimiz güllərin qiymətinin son aylarda sabit qaldığını deyir. Alverindən də şikayətçi deyil. Bir ay üçün nəzərdə tutulub alınan gülləri ayın sonu çatana qədər sata bilir. O, alıcıların da tələbkar olduğunu bildirir: “Əvvəllər elə olurdu ki, xırda fırıldağa əl atırdıq. Bəzən məsələn, qırılan gülü tikib bağlamanın içinə qoyurduq. Amma indi belə şeylər etmirik. Dəməti müştərilərin gözü qabağında bağlayırıq, o da malı hərtərəfli yoxlayıb aparır”. *** Eldəniz süni güllərdən ibarət kompozisiyalar yaratmaqdan da yorulmur. Amma deyir ki, özünün də fantaziyasına uyğun formalar yaradır: “Fikrim tez-tez dəyişir. Boş vaxtım olanda onu yeni dəmət formaları axtarmağa sərf edirəm”.Eldənizin sözlərinə görə, müştərilər gəlin maşınlarını əvvəllər olduğu kimi, süni güllərlə yox, təbii çiçəklərlə bəzəməyi sevir. O, nişan mərasimi üçün səbətlərin bəzədilməsində də öz fantaziyasını işlədir. Dükanda Dubaydan gətirilən süni gül kompozisiyalarını göstərib deyir ki, hamısını özü düzəldib. Amma sarmaşıq güllərin bu gün artıq ev, şənlik süfrəsi yox, qəbirüstü abidələri bəzəmək üçün alındığını da deyir. Onun sözlərinə görə, bu güllərin iyi çox zəifdir. Səbəb onların süni yolla yetişdirilməsidir. Bu isə güllərin rənginə də təsir edir. Amma əlavə edir ki, bunun da çarəsi var: “Hollandiyadan alınan xüsusi rənglə güllərin rəngini dəyişmək olur. Kilosu təxminən 80 manat olan bu maddənin 100 qramını 10 litr suya töküb 10 dəqiqə saxlamaqla gülü istənilən rəngə boyamaq olur. Bu, gülləri daha gözəgəlimli edir”.Səbətləri İran və Dubaydan aldıqlarını deyən həmsöhbətimizin sözlərinə görə, Dubay səbətləri daha möhkəm və gözəl olur. Əklilllərin qiymətinə gəldikdə isə onlar 50 manatdan başlayır və qiymət gülün sayından və növündən asılı olaraq dəyişir. Güllərin bağlanmasında istifadə olunan tül lentlər İrandan, İtaliyadan gətirilir. Alıcılar əsasən İtaliya məhsullarına üstünülk verir. *** Dediyinə görə, güllər Eldənizi o qədər sehrləyib ki, bir ara qardaşlarını da gül biznesinə cəlb edib, ancaq bu sənət yaxşı zövqlə yanaşı, həm də böyük səbr tələb etdiyi üçün onlar bu işdən tezliklə soyuyublar: “Amma arzum var ki, 1 yaşı olan övladım sənətimi davam etdirsin”.