id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
44,713
21.12.2008 06:49
Yazarlar
MİLYARD-MİLYARD QIZIL PUL
Nə yazıq ki, neftin bir barrelinin qiyməti 500 dollara çatmadı. Belə proqnozlar verən iqtisadçıların sözü yalana çıxdı. Neft pullarını elevatorlarla özüboşaldan maşınlara yükləmək eşqi ilə alışıb-yananlar umsuq oldular. Ən pisi o oldu ki, neftin qiyməti 150 dollarda da durmadı, gündən-günə ucuzlaşdı, ucuzlaşdı, gəlib sudan da ucuz oldu. Hazırda bir barrel “Borjomi” suyu neftdən 10 dəfə, “Şollar” isə 5 dəfə bahadır. Eh, necə gözəl günlər idi. Hər gün dünya birjalarında çığırışma qopurdu: “Neft daha 5 dollar bahalaşdı”. Yadımdadır, ilk dəfə neftə 100 dollar təklif edən adam “psixoloji həddi aşdığına görə” neft alan ölkələr tərəfindən bəşər düşməni elan edilmişdi. Sonradan neft daha 50 dollar bahalaşmasaydı, o yazığı köhnə birjaya təzə məzənnə qoyduğuna görə əvvəl-axır tutub linç edəcəkdilər. Bir-iki ay əvvəl isə yenidən birjalarda neftə 100 dollar təklif edildi. Bu dəfə də neft satan ölkələr narazı qaldılar. Xüləs, həmin gözəl günlərdə ölkəmizdə başqa bir əhval-ruhiyyə vardı. Ölkəmizin baş neftçisi Rövnəq Abdullayev necə eyforik bir hala gəlmişdisə, 39 milyard dollara ofis tikdirmək istəyirdi. Həmin ofisin maketinin şəkli bu saat kompüterimizin yaddaşındadır, möhtəşəm bir şeydir. Rövnəq bəy fikirləşirdi ki, 39 milyard dollar nəmənədir, bir halda ki, günə bir milyard gəlirimiz var. Hələ neft 500 dollara qalxsaydı, cəmi 15-20 günün, rus demişkən, “vıruçka”sıyla ARDNŞ prezidentinin xəyalını gerçəkləşdirmək mümkün olacaqdı. Elə çıxmasın ki, o biri nazirlər yatmışdılar. Xeyr. Nəqliyyat naziri Ziya müəllim neft pullarından 10-20 milyard götürüb Astaradan Ağstafaya, Horadizdən Yalamayacan ölkənin bütün yollarını qazıyıb təzədən asfaltlamaq, körpüləşdirmək fikrindəydi. Təəssüf ki, neft gəlirlərinin qaymağı yolu qazmağa çatdı, amma hazırda büdcə qazanının qazmağı yolu qayırmağa çatmır.FHN 15-20 milyard dollar xərcləyərək yeni-yeni vertolyotlar, amfibiya-təyyarələr, gəmilər, yanğınsöndürən maşınlar, şlanqlar, payəndaz və xəkəndazlar almaq istəyirdi. Hələ binaların möhkəmləndirilməsi üçün armatur və sementə də hardasa 1-2 milyard gedəcəkdi. Təhsil Nazirliyi yeni dərsliklər üçün 2 (ikicə) milyard xərcləməyi düşünürdü, layihəsi qoltuğunda qaldı. Səhiyyə Nazirliyi xəbərdarlıq edirdi ki, təcili olaraq onlara bir neçə milyard vəsait ayrılmasa, quş qripi camaatın nəfəsini kəsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əsas təbii sərvətdən onlara bir şey çatmadığını, üstəlik, mazutun ekologiyanın evini yıxdığını görüb 1 milyardlıq kompensasiya umurdu. Hələ ayrıca 1 milyard da yol kənarlarında salınan meşə zolağı üçün lazım idi. Müdafiə Nazirliyinin vecinə deyildi. Dövlət başçısının ağzından çıxmışdı ki, MN-in büdcəsi Ermənistanın dövlət büdcəsi qədər olacaq. Allah tərəfi, elə də gedirdi. Mədəniyyət və Turizm Nazirliyi 10 milyarddan aşağı pula yiyə durmaq istəmirdi. Bunun 8 milyardı Qubada dağ-xizək kompleksinin qayrılmasına xərclənəcəkdi, yerdə qalanı isə beşulduzlu otellərin tikilməsinə, “ulduz”ların konsertlərinə, yubileylərinə, xarici səfərlərinə sərf olunacaqdı.Bir sürü qıyıqgöz gədə də Cənubi Koreyadan tökülüb gəlmişdilər, 5 milyarda dənizin üstü ilə Bayıldan Zığa körpü salmaq istəyirdilər. Metropoliten İdarəsi də yeni stansiyaların tikilişi üçün 5 milyard tələb edirdi. Bir sözlə, əziz oxucular, seyflərdə, masalarda, qoltuqlarda “n” qədər bir neçə milyardlıq layihələr qaldı. Neftin qiyməti düşməsəydi, biz üzümüzə gələn il təxminən 100 milyard dollar qızıl pul xərcləyəcəkdik. Heyhat, neftin qiyməti düşdü, qazımız yatdı. Bəlkə də son günlər ölkədə qaz çatışmazlığı ondandır. Əlac nədir, gərək neftin qiymətinin “Borjomi” səviyyəsinə çatmasını gözləyək. “Su gələn arxa bir də gələr”. Samir SARI
44,714
21.12.2008 05:53
Gündəm
DAHA BİR “ERGENEKON” MƏHBUSUNUN AZƏRBAYCANLA ƏLAQƏSİ ÜZƏ ÇIXDI
S.Əliyev dünən “Yeni Müsavat”ın redaksiyasına gələrək bir daha bu məsələdən yazmağı və Azərbaycanı sevən, qatı türkçü və millətçi olan ziyalının ictimai müdafiəsində yardımçı olmağı xahiş etdi. Onun bildirdiyinə görə, Kamal Aydın 1994-cü ildə Azərbaycanda Türkiyə Qızıl Ay Cəmiyyətinin qaçqınlar üçün qurduğu iki çadır düşərgəsini təşkil edən 30 nəfərlik türk heyətinin rəhbəri olub. O, məcburi köçkünlərlə çalışarkən olduqca müsbət insani obrazını xatirə qoyaraq gedib. Kamal Aydın 4 ay Bərdə və Ağcabədidə türklərin qurduğu çadır düşərgələrində çalışıb.“Çadırlarda 15 minə yaxın qaçqın yaşayırdı. Tam əminliklə deyirəm ki, Kamal bəy bu insanların hamısının sevgi-məhəbbətini qazanıb. Onların problemlərini həll etmək üçün mərhum Heydər Əliyevlə, nazirlərlə, dövlət məmurları, millət vəkilləri, siyasi partiya liderləri, o cümlədən İsa Qəmbərlə görüşüb. Kamal Aydın deyəndə biz bütün varlığı ilə insanlara yardım göstərməyə çalışan təmənnasız bir şəxsi düşünürük. Bu cür insanın terrorizmlə hansısa formada əlaqəli olması qətiyyən ağlabatan deyil. Kamal bəy bizim şəhid anaların əlindən öpüb, onların qarşısında diz çökmüş birisidir. O, həmişə terrora, dinc insanlara qarşı törədilən vəhşiliyə lənət oxuyub. O, fərqli bir insan və alimdir. Neçə-neçə kitablara müəlliflik edən ziyalı bir insanın qələmdən başqa silahı ola bilməz”- deyə S.Əliyev bildirdi.S.Əliyev deyir ki, onlar türk çadır düşərgələrində yaşamış bir qrup qaçqının adından Türkiyə prezidenti Abdullah Gülə və digər rəsmi qurumların başçılarına teleqramlar vuraraq Kamal Aydının azadlığa buraxılmasını xahiş ediblər.Türkiyə mətbuatının yazdığına görə, Kamal Nəriman Aydın “Ergenekon” üzvü olmaqda ittiham edilir. Həbs ediləndən bir neçə gün sonra onun səhhəti pisləşib. Xəstəxanaya aparılarkən jurnalistlərlə ünsiyyətə imkan tapan ziyalı “niyə həbs olundunuz” sualına “Vətəni müdafiə etdiyim üçün, türkçü, millətçi olduğum üçün” deyə cavab verib.
44,715
21.12.2008 02:00
Gündəm
“AVROPA MƏHKƏMƏSİ TEZLİKLƏ FƏRHAD ƏLİYEVİN ŞİKAYƏTİNƏ BAXACAQ”
Bunu qəzetimizə açıqlamasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və onun qardaşı Rafiq Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, millət vəkili Cəmil Həsənli bildirdi. Onun sözlərinə görə, Əliyev qardaşlarının işinin Ali Məhkəməyə çıxarılması gözlənilir və bu istiqamətdə hazırlıq işləri görülür. Komitə sədri Ali Məhkəmənin iddianı təmin edəcəyinə də şübhə ilə yanaşdığını vurğuladı: “Mənə elə gəlir ki, Ali Məhkəmənin qərarı bu və ya digər formada əvvəlki instansiyaların qərarının davamı olacaq”.C.Həsənli qeyd etdi ki, Ali Məhkəmədən sonra Avropa Məhkəməsinə növbəti şikayət ünvanlanacaq: “Birinci şikayət üzrə Avropa Məhkəməsində artıq yazışmalar başa çatıb. Yaxın zamanlarda müvafiq qərarın çıxarılacağı gözlənilir. Məncə, qərar lap yaxın vaxtlarda veriləcək. Çünki Azərbaycanla bağlı bir qrup işə artıq baxılır. Bildiyimə görə, bu məsələ də o işlərin içindədir. Bu şikayət qanunsuz saxlamağa görə verilib”.Millət vəkili son zamanlar müdafiə işinin səngiməsi ilə bağlı fikirlərə belə aydınlıq gətirdi: “Son zamanlar mənim bəzi səfərlərim oldu. Bir də ki, məhkəməyə hazırlıq işləri gedir. Müdafiə mətbuatda hiss olunmasa da bizim işimiz Azərbaycan qanunlarının verdiyi imkanlar çərçivəsində davam edir”.C.Həsənli onu da bildirdi ki, Əliyev qardaşlarının əfv olunacağı gözlənilmir: “Ya da ola bilsin ki, mənim bu barədə sadəcə məlumatım yoxdur”.
44,716
21.12.2008 02:53
Yazarlar
İLİN ƏN MƏZƏLİ HADİSƏLƏRİ
İlin idman hadisəsi - Azərbaycan futbol yığmasının “X-5"-lərdə şütüyən oyunçuları poçtalyonlardan, tramvay sürənlərdən, santexniklərdən ibarət Lixtenşteyn millisindən Bakıda çətin də olsa 1 xal qopardı. Nəhəng uğurdur. Yəqin Lixtenşteyndə də bir jurnalist həmkarım oturub bu olayı öz ölkəsində ilin qeyri-adi hadisəsi sayır və onu öz maraqlarından belə dəyərləndirir: ”Biabırçılıqdır, Lixtenşteyn Azərbaycana nədənsə qol vura bilmədi".İlin ətirli olayı - Keşlədəki əsas kanalizasiya xəttinin partlaması, 80 ailənin neft, bağışlayın, süd.., yox-yox, çirkab gölündə üzməsi.İlin ən xoşbəxt vətəndaşı - fevralda Siyəzəndə daxmasının qabağında acından ölən işsiz kişi. Zavallı çox çalışsa da regionun şəksiz-şəriksiz lideri olan zəngin neft-qaz ölkəmizdəki bu dinamik abadlıq-quruculuq işlərini, çoxmilyardlı layihələrin necə yeməli şəkildə və analoqu olmayan uğurla reallaşmasını görə bilmədi.İlin coğrafiyaçısı - YAP-çı deputat Siyavuş Novruzov. İordaniya ilə Liviyanın yerini dəqiq müəyyən etdiyinə görə.İlin alimi - Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın dəqiq bilmirəm, ya müxbir, ya da həqiqi üzvü İsa Həbibbəyli. Müəllim “Yeni Azərbaycan” qəzetində müdrik bir elmi məqalə yazıb və orada 7 dənə sırf elmi müddəa əsasında və əlbəttə, xalis elmi analiz yolu ilə sübut edib ki, ömürlük prezident ideyası xalqın seçim hüququna yekə hörmətdir. Mənlik olsa, o əsəri Nobel mükafatına təqdim edərdim.İlin qanunsuz tikilisi - qalstuklu mollaların xoşlamadığı “Əbu Bəkr” və Yasamalda sökülən məscid.İlin yolu - təmirinə hər üç aydan bir 7-8 milyon sovrulan Xınalıq yolu. Məmurlar oradan qazandıqlarını yerbəyer eləməmiş yol təzədən quzulayır, ağnayır, uçub-tökülür və s. belə gəlirli işlərlə məşğul olur.İlin ən gəlirli biznesi - orta məktəblərdə attestatın 3 min manata satılmağa başlaması. Bu uğura təhsil naziri Misir Mərdanov yoldaşın titanik əməyi və fədakarlığı sayəsində nail olmuşuq.İlin ən sivil hadisəsi - 17 saylı poliklinikanın gecənin bir aləmində avadanlıqları ilə birgə buldozerin ağzına verilib uçurulması. Nə qədər axtardımsa, heç Hitler Almaniyasının tarixində də belə mədəni hərəkət görmədim.İlin oğurluğu - həmin tibb mərkəzi “Azərenerji” ASC-nin qəhrəman işçiləri tərəfindən dağıdılarkən xanım həkimlərdən birinin otağındakı əl-üz dəsmalının hansısa məmur tərəfindən çırpışdırılması.İlin qurbanı - iqtisadi inkişaf naziri Heydər Babayev. Adamın əvvəlcə “ABU-petrol”unu yağmaladılar, sonra MTN onun yaxın qohumu və işçisi Samir Dadaşovu xırdaca cibxərcliyi qismində 2 min manat rüşvət aldığı yerdə tutub dama basdı. Sonra Dadaşovu xəstəlik adı ilə həbsdən buraxdılar. Lap axırda da Babayevin özünü işdən çıxardılar.İlin çurbanı - ağzımı açdırmayın, onu özünüz də tanıyırsınız. Gör iş hardadır ki, bu il qara gədələrin əlində girinc qaldı - əvvəlcə afrikalılar hakimiyyəti onun əlindən aldı, sonra da ərəblər başına qaloş-zad tolazladı.İlin zarafatı - Azərbaycanın tank istehsalına başlayacağı xəbəri. Bu muştuluğu aftafanı-zadı hələ də İrandan gətirən camaatımıza müdafiə sənayesi naziri Yavər Camalov şəxsən özü çatdırıb.İlin uğurlu hərbi əməliyyatı - Müdafiə Nazirliyinin Bayıldakı Gəmi Təmiri Zavodunun ərazisini zəbt etmək üçün gündüz hazırlayıb gecə həyata keçirdiyi hücum. Zavodun ərazisi silahsız fəhlələrin əlindən misilsiz rəşadətlə alındı.İlin seçkisi - prezident seçkisi olmalı idi, amma çox gözləsək də bunun bircə əlamətini də görmədik deyə bu qrafaya yazmağa heç nə tapa bilmirəm.Yeni iliniz mübarək.
44,717
21.12.2008 02:08
Siyasət
EKS-PREZİDENTLƏRİN STATUSU TANINA BİLƏRMİ?
Referendum aktında 108-ci maddəyə təklif olunan dəyişikliklərə əsasən əvvəllər Azərbaycanın prezidenti seçilmiş şəxslərin hüquqları konstitusiya ilə təmin ediləcək və onlara eks-prezident statusu veriləcək.Bəs belə olacağı təqdirdə onlara hansı imtiyaz və üstünlüklər veriləcək?Məsələ ilə bağlı rəyini soruşduğumuz Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bu problemi Milli Məclisdə dəfələrlə qaldırdığını və Müsavat deputat qrupunun bu təşəbbüsü dəstəklədiyini söylədi: “Əlavənin Konstitusiya Aktına daxil edilməsi ilə bağlı çox ciddi addımlar atdıq və yekunda bu layihə həmin sənəddə öz əksini tapdı. Dəyişiklik qəbul olunsa, Konstitusiya qanunu layihəsi təqdim edəcəyik. O da dərhal qəbul olunacaq və eks-prezidentlərin ailələrinin təminatı məsələsi öz həllini birdəfəlik tapacaq. Bu isə onların statusunun tanınması demək olacaq”.F.Qəzənfəroğlu əlavənin konstitusiyada təsbit olunacağı təqdirdə Ayaz Mütəllibovun Azərbaycana gəlməsinə şərait yaranacağını da dedi: “Əgər onun cinayət işi varsa, istintaqa cəlb olunacaq və sorğulanandan sonra əlavə problem qalmırsa, məsələ həll olunmuş sayılacaq. Çox güman ki, hakimiyyətin Mütəllibova münasibəti artıq qisasçılıq hissi istiqamətini götürməyəcək. Çünki hakimiyyət bu məsələdə razılaşdısa, deməli, düşmənçiliyi davam etdirmək niyyəti yoxdur. Bu, həm Əbülfəz Elçibəyin ailəsinə, həm də Mütəllibova aid edilir”.
44,718
21.12.2008 03:07
Siyasət
“HADI RƏCƏBLİ MƏNİ VURMAĞA CƏSARƏT EDƏ BİLMƏZDİ”
Maraqlıdır, mübahisənin kökündə nə dayanır, onu birinci kim başlayıb?F.Ağamalı bu insident barədə danışarkən bildirdi ki, özündə günah görmür: “Mən çıxış edəndə Hadı Rəcəbli müdaxilə elədi. Özü də yersiz müdaxilə oldu. Əgər o, özündə güc tapıb stenoqramla tanış ola bilərsə, görəcək ki, onun şəxsiyyətinə toxuna biləcək hər hansı bir fikir söylənilməyib. Sadəcə olaraq bu və ya digər qanun layihəsinin müzakirəsində hər bir deputatın müstəqil fikir söyləmək hüququ var. Bu hüquqdan istifadə edən deputatlar məndən də radikal çıxışlar edib. Belə olan halda komissiya sədrləri o çıxışlara çox təmkinli, dözümlü yanaşıb və cavabını verməyə çalışıblar. Sadəcə olaraq mən qanun haqqında fikirlərimi ifadə etdim, sonra ayrı-ayrı qəzetlərə verdiyim açıqlamalarda o fikirlərimi təkrarladım. Bu gün də o fikirdəyəm ki, bu qanun Azərbaycanın milli mentalitetinə, milli-mənəvi dəyərlərimizə və əxlaqi keyfiyyətlərə, adət-ənənələrimizə zidd qanundur. Belə bir qanunun qəbuluna ehtiyac yoxdur”.F.Ağamalı bildirdi ki, H.Rəcəblinin hərəkətinə onun özü də təəccüb eləyib: “Əlbəttə, o, dediyi sözün cavabını da aldı. Lakin bununla bərabər düşünürəm ki, onun bu hərəkəti çox yersiz oldu. Bir komissiya sədri kimi bunu etməli deyildi. Düşünürəm ki, hər halda indiyə qədər özünün təmkini ilə fərqlənən Hadı Rəcəbli görünür, naharda hansısa qida məhsulunu çox qəbul eləmişdi. Ola bilsin ki, onun təsirindən belə əsəbi durum keçirirdi. Mən burada başqa bir səbəb görmürəm”.Deputat deyir ki, onunla həmkarı arasındakı şəxsi münasibətlərdə heç vaxt problem olmayıb: “Bir-birimizə qarşı çox hörmətlə yanaşan insanlar olmuşuq”.F.Ağamalı insidentdən sonra H.Rəcəbli ilə görüşmədiyini də vurğuladı: “Sadəcə olaraq qəzet vasitəsilə ona dedim ki, getsin stenoqramla məşğul olsun və özündə güc tapıb vicdan deyilən anlayışla üz-üzə dayansın”.F.Ağamalı parlamentin İntizam komissiyasına şikayət etmək fikrində deyil: “Belə xırda məsələ üçün komissiyaya müraciət etməyə ehtiyac yoxdur”.AVP sədri H.Rəcəblinin onu vurmaq cəhdi göstərməsinə bu cür reaksiya verdi: “Düşünmürəm ki, Hadı Rəcəbli məni vurmağa cəsarət edə bilərdi. Əgər bu cəsarətdə olsaydı, təbii ki, onun başqa cür adekvat addımı ola bilərdi. Milli Məclis küçə döyüşləri üçün yer deyil. Bura fikir mübadiləsi, intellekt döyüşü, bu və ya digər qanun ətrafında diskussiyalar gedən bir məkandır. Bu meyarları heç kim unutmalı deyil. Təbii ki, mən də bunun fərqindəyəm və heç vaxt istəmərəm ki, millət vəkilləri ilə münasibətlərdə müəyyən hədlər keçilsin. Mən bunun qəti əleyhinəyəm”.Məsələ ilə bağlı Hadı Rəcəbliyə də telefon açdıq. Lakin komissiya sədri telefonunu açmadı. Onu da dinləməyə hazırıq.P.S. Dünən günün ikinci yarısında F.Ağamalı redaksiyamıza telefon açaraq H.Rəcəblinin ondan üzr istədiyini və bu məsələnin bitdiyini söylədi.
44,719
21.12.2008 06:58
Ölkə
NAXÇIVANDA 4 ADAM SOYUĞA GÖRƏ ÖLDÜ
...Həkimlər onun sağ qalıb-qalmayacağı barədə dəqiq bir söz deyə bilmirlər”- deyə Naxçıvandakı qaynağımız bildirib.Bu arada Naxçıvan şəhər sakini Hüseyn Məmmədov da yaşadığı mənzildə dəm qazından boğulub. Mənbənin dediyinə görə, H.Məmmədov İran sobasının buraxdığı dəm qazından dünyasını dəyişib. Qonşular onun meyitini iki gün sonra aşkar ediblər. Mərhum evdə tək yaşayırmış. Başqa bir dəhşətli xəbər isə Şərur rayonunun Vərməzyar kəndindən gəlib. Vərməzyar kənd sakini, 1975-ci il təvəllüdlü Sevda Əsgərovanı tok vurub. Mənbənin dediyinə görə, yerli işıq idarəsinin işçiləri bir neçə gün əvvəl onların evinin işığını kəsibmiş. Havanın şaxtalı keçməsi və evdə istiliyin olmaması S.Əsgərovanı kəsilən naqili ümumi xəttə birləşdirməyə məcbur edib. Nəticədə ehtiyatsızlıq edən 33 yaşlı qadın elektrik cərəyanının qurbanı olub.Dünən Qazax rayonunun Qaymaqlı kəndində də qazın səbəb olduğu bədbəxt hadisə baş verib. Rayon polis şöbəsindən lent.az-a verilən məlumata görə, 1985-ci il təvəllüdlü Qazax rayon Qaymaqlı kənd sakini Musayev Mədət Hümbət oğlu dünən evindəki qaz balonunun partlaması nəticəsində yerindəcə dünyasını dəyişib. Hadisə zamanı M.Musayev evində tək olub.Qeyd edək ki, dəm qazından boğulma halları havaların soyuq keçməsi ilə əlaqədar olaraq son günlər çoxalıb. Mütəxəssislər bunun iki əsas səbəbinin olduğunu deyir: birincisi, sakinlərə verilən qazın tərkibi şübhəlidir, o, normal texniki standartlara cavab vermir; ikincisi, qaz və işıq idarələrinin işçiləri sakinlərin qazını və işığını borc bəhanəsi ilə yeri gəldi-gəlmədi kəsir, sonra da heç bir xəbərdarlıq etmədən qaz-işıq verilişlərini bərpa edirlər ki, bu da faciələrə səbəb olur.
44,720
21.12.2008 02:09
Ölkə
“AZƏRİQAZ” MƏHKƏMƏYƏ VERİLİR
Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsindəki 1 saylı binanın sakinləri “Azəriqaz”ın yerli strukturlarına ASC-ni məhkəməyə verəcəkləri barədə xəbərdarlıq edib. Sakin Zülfiyyə Mustafayeva deyir ki, qazın kəsilməsi abunəçiləri narahat edir: “Bizim binada yaşayanların hamısı istifadə etdikləri qazın pulunu son qəpiyinə qədər ödəyib. Ancaq ”Azəriqaz" heç bir səbəb olmadan binanın qazını kəsib".Z.Mustafayevanın sözlərinə görə, Bakıda istilik sisteminin lazımi səviyyədə işləməməsi, işığın məhdudiyyətlərlə verilməsi, qazın isə tamam kəsilməsi əhalinin yaşayışını xeyli çətinləşdirib. Şikayətçi bildirib ki, problemin hüquq müstəvisində həlli məqsədilə bir qrup abunəçi vəkil də tutub, iddia ərizəsi hazırlanır, ərizə gələn həftənin ortalarınadək Binəqədi Rayon Məhkəməsinə təqdim olunacaq: “Qəti qərara gəlmişik ki, bizə dəyən maddi-mənəvi ziyana görə ”Azəriqaz"ı məhkəməyə verək. “Azəriqaz”ın yerli qurumunda deyirlər ki, sovet dövründə də bu cür məhdudiyyətlər olurdu, amma o zaman əhali “Azəriqaz”ı məhkəməyə vermirdi. Lakin onlar anlamır ki, indi artıq o dövr deyil və hər şey qanunla tənzimlənməli, abunəçinin haqqı tanınmalıdır".
44,721
21.12.2008 02:30
Media
“ÜÇ NÖQTƏ”yə BASQIN EDƏNLƏR NİYƏ TAPILMIR?
Lakin bu araşdırmalar indiyədək heç bir nəticə veməyib. Soyğunçuların ofisə haradan daxil olmasını, qəzet rəhbərliyinin bunun kim tərəfindən edilə bilməsinə dair ehtimallarını öyrənmək üçün “Üç nöqtə”nin redaksiyasına yollandıq...Qəzet redaksiyası 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Onunla qonşuluqda bir neçə ofis yerləşir. Qəzetin baş redaktoru Xoşqədəm Hidayətqızı ilə söhbətimizdən aydın oldu ki, soyğunçular onların redaksiyasına məhz elə qonşu ofislərin birindən daxil olublar. Belə ki, “Üç nöqtə”dən sağ tərəfdə yerləşən böyük bir ofisdə noyabrın əvvəllərindən təmir işlərinə başlanılıb. Bununla əlaqədar həmin ofisin dəmir barmaqlıqları qopardılıb. Təmir işlərinə başlanılan ofislə qəzet redaksiyasının girişi eyni qapıdandır. Kiçik koridorun sol tərəfində “Üç nöqtə”nin redaksiyasıdır. Sağ tərəfdə isə hazırda təmir gedir. Hadisə baş verən gün girişdəki ümumi dəmir qapı bağlı olub və sındırılmayıb. Bu səbəbdən də şübhə qalmır ki, oğrular redaksiyaya “reşotka”sı olmayan ofisdən keçməklə daxil olublar. Maraqlısı odur ki, qəzetin ofisinin qapısının şüşəsi sındırıldığı halda, qonşu ofisin eyni koridora açılan qapısı salamatdır. Bu da onu deməyə əsas verir ki, oğrular həmin qapını ya açarla açıblar, ya da qapı açıq imiş...Hadisə baş verən ərəfədə Xoşqədəm xanım özü Brüsseldə səfərdə olub: “Mənə dekabrın 10-da belə bir hadisə baş verməsi haqda telefonla məlumat verdilər. Ölkəyə dekabrın 14-də qayıtdım. Onda artıq qapının sındırılan şüşəsi bərpa olunmuşdu, yeni monitorlar, telefon aparatları alınmışdı. Biz uzun illərdir burada çalışırıq. İndiyədək burada hansısa xoşagəlməz hadisə baş verməyib. Bizdən sağ tərəfdə yerləşən ofis uzun illər idi ki, istifadəsiz qalmışdı. Bizdə belə məlumatlar var idi ki, həmin yer Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rəfael Allahverdiyevə məxsusdur, ona görə də istifadəsiz qalır. Biz bu redaksiyaya 2001-ci ildə köçəndən sonra ofisi böyütmək istədik. İstifadəsiz qalan ofisin kimə məxsus olması ilə maraqlandıq, dedilər ki, ora özəl mülkdür, Rəfael Allahverdiyevə məxsusdur. Ondan sonra daha bu planımız baş tutmadı. Ora bu yaxınlaradək bağlı idi. Təxminən bir ay öncə həmin ofisdə ciddi təmir işləri başladı. Təmir-tikinti işləri qəzetin işlərinə təsir edirdi. Hətta bir gün fəhlələr telefon xətlərini qırıb dağıtdılar, nə internetimiz olldu, nə də telefonumuz. Onlara bununla bağlı iradımızı bildirdik. Briqadir gəlib üzr istədi, bunu bilməyərəkdən etdiklərini dedi. Həmçinin, onlara dedik ki, təmir işləri ilə əlaqədar bayır tərəfdən dəmir barmaqlıqları kəsib çıxarmısınız, koridordakı qapı da açıq qalır. Orada heç olmasa mühafizəçi qoyun. Briqadir dedi ki, qısa bir zamanda bunları edəcəklər. Sonra bir nəfər də iş icraçısı kimi gəlib bizdən işıq istəmişdi ki, qapı quraşdırmaq üçün qaynaq aparatı işlədəcəklər. Dedim ki, mən xaricə gedirəm, qayıdım gəlim, verərik. Bundan bir gün sonra Brüsselə getdim və orada olarkən bu hadisə baş verdi”. Xoşqədəm xanımla söhbətdən bəlli oldu ki, binanın təmir aparılan hissəsində bir neçə nəfərin ofisi yerləşəcək. Hələlik iki ofisin sahibi bəllidir. Onlardan biri keçmiş deputat Səttar Səfərov, digəri isə Avrasiya Hüquqşünaslar Birliyinin sədri Nadir Adilovdur. Orada başqa adamların da ofislərinin olacağı bildirilir. Lakin onların kimliyi bilinmir. Belə xəbərlər də var ki, binanın həmin hissəsində bir neçə ofis yerləşsə də, oranın ümumi sahibi var. Yəni yeri bütövlükdə üç deputatın aldığı bildirilir. Bununla bağlı sualımıza cavabında X.Hidayətqızı “Mən də elə eşitmişəm” deyə cavab verdi: “Bilirsiz, buranı deputat da ala bilər, nazir də. Özəl obyektdir, kiməsə demək olmaz ki, niyə buradan yer almısan. Mənimçün maraqlı olan bu deyil. Mən heç bilmirəm ki, söhbət hansı deputatlardan gedir, bununla maraqlanmıram da. Mənimçün maraqlı olan redaksiyaya ziyan vuran şəxsin tapılması və ziyanın ödənilməsidir. Tapılsın ki, bu oğrular kimdir, qonşu ofisdən keçməklə bizim ofisdə soyğunçuluq edənlər aşkarlansın”.Bəs bu hadisədən sonra həmin ofisin sahibi adından kimsə qəzet rəhbərliyi ilə danışıbmı? Xoşqədəm xanım dedi ki, hadisədən sonra Avrasiya Hüquqşünaslar Birliyinin rəhbəri Nadir Adilov onların redaksiyasına gəlib: “Bizə bildirdi ki, onlar da hazırda təmir gedən hissədə özlərinə ofis alıblar. Dedi ki, sizə nə kömək etmək olar. Əslində, bu hadisənin ona aidiyyəti yox idi, çünki Nadir Adilova aid olan hissədə giriş-çıxışı bağlamışdılar. Bundan başqa, burada keçmiş deputat Səttar Səfərovun da yeri var. Onu da çağırdım, çünki onların təmir etdirdikləri hissədə ”reşotka" hələ də açıq qalmışdı. Təsəvvür edin, dekabrın 10-da hadisənin baş verdiyi məlum olub. Mən ayın 14-də xaricdən qayıdıb gəldim, gördüm ki, onlar tərəfdən “reşotka” hələ də açıqdır. Buna görə Səttar müəllimi tapıb dedim ki, gəlin heç olmasa yerinizin giriş-çıxışlarını bağlayın".X.Hidayətqızı bildirdi ki, Qurban bayramından sonra qonşu ofislərdə aparılan təmir işləri dayanıb: “Bizə dedilər ki, orada işləyənlər söküntü işləri aparıblar, onlar da bayram günləri işlərini yekunlaşdırıblar. İş ona görə dayanıb”.Qəzet rəhbərliyini ən çox narahat edən işi aparan müstəntiqin fəaliyyətsizliyidir: “Hadisə baş verəndən indiyə kimi, hansısa operativ araşdırmalar aparılmayıb. Mən ölkəyə qayıdandan sonra müstəntiq bir dəfə də olsun redaksiyaya gəlməyib. Buna görə də biz Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etdik. Onlar dünən (srağagün-red.) bizi qəbul etdilər. Nazirliyin rəhbər şəxsləri ilə görüşdükdən sonra bizdə əminlik yaranıb ki, cinayətin üstü mütləq açılacaq. Əslində bu işi açmaq o qədər çətin deyil. Çünki şüşəni qırarkən bunu edən adamın əli qanayıb, qapıda qan və barmaq izləri var. Cinayətin açılması üçün kifayət qədər dəlillər var. Müstəntiq bu işə başdansovdu yanaşır. Yəqin düşünür ki, 5 monitor aparılıb, cəmi 1000-1500 manat ziyan dəyib. Cinayət cinayətdir. Fərqi yoxdur dəyən ziyan 1 manatdır, ya min manat. Müstəntiq bizə dedi ki, hadisə yerindən götürülən dəlilləri ekspertizaya göndərib. Amma jurnalistlər ekspertizaya zəng edəndə dedilər ki, onlara ”Üç nöqtə" qəzetindəki olayla bağlı heç bir dəlil göndərilməyib". Müstəntiqin fəaliyyətsizliyi, bu günə qədərki nəticəsizlik qonşu ofisin - hansı ki, oradan sizin redaksiyaya daxil olublar - deputatlara aid olması ilə bağlı ola bilərmi? Bu suala cavabında X.Hidayətqızı dedi: “Amma mən düşünmürəm ki, nəticəsizlik bununla bağlıdır. Mənim bildiyimə görə, Səttar Səfərov və Nadir Adilov özləri də maraqlıdırlar ki, bu iş açılsın. Onlar da bu işlə maraqlanırlar. Mən onu da deyim ki, müstəntiqin sözlərinə görə, qonşu ofisdə işləyən fəhlələrin ünvanlarını götürüblər, onlarla işləyirlər. Ustalardan biri bizim əməkdaşlara deyib ki, qapının açarlarından biri onlarda olub. Məsələ ondadır ki, bizim ofisə daxil olmaq üçün qonşu ofisin qapısı ya açıq olmalıdır, ya da onu sınlırmalıdırlar. Amma onların qapısı sındırılmayıb. O qapı ya açıq qalıb, ya da bizim redaksiyaya girənlərdə oranın açarı olub. Hər halda müstəntiq bunu aydınlaşdırmalıdır. Bu barədə rayon polis idarəsinin rəisi ilə də danışmışıq. O da deyib ki, yaxın günlərdə aparılan araşdırmaların nəticəsi olacaq”.
44,722
21.12.2008 02:22
Yazarlar
QAPI ARXASINDA ADDIM SƏSLƏRİ
Belə psixoloji ovqat avtoritar rejimləri istədikləri yolla gedib demokratik dəyərlərdən imtina etməyə həvəsləndirir. Sığortalanmaq, addımlarını əsaslandırmaq üçün arqumentlər də tapırlar: “Demokratiyaya gedən yol çətindir və xalqımız demokratiyaya hazır deyil”.Artıq buna qismən də olsa nail olublar. İnsanlar hər addımda qarşılaşdıqları haqsızlıq, rüşvətxorluq qarşısında taqətsiz duruma salınır, “onsuz da heç nə dəyişməyəcək” puçluğu ilə üz-üzə qalır. Cəmiyyəti bürüyən pessimizm son ümidləri də puça çıxarır, onun dünya düzəninə qovuşan yolunu bağlayır. Korrupsiyanı ölkədə ən mükəmməl, işlək bir instituta çevirənlər belə fürsətdən yararlanır. Ən uca tribunalardan xalqın adından danışır, verdikləri ağır güzəranın, ehtiyacın qədərincə sevgi, sədaqət payı umurlar. Nə qədər pis gün görürürksə, bu iqtidarı da bir o qədər “sevirik”.İndiyədək xarakterik olan demokratiya imitasiyasından birdəfəlik imtina edilməsi qorxu törədən bütün mənbələri boğmaq zərurətindən törəyir. Son seçkilər, xüsusən də xalqın iştirakı olmadan da prezident seçməyin mümkünlüyü, onbaşı, yüzbaşı, minbaşı təcrübəsinin uğurla sınaqdan keçirilməsi, üstəlik bunun Qərb dairələri tərəfindən demokratik standartlara uyğun dəyərləndirilməsi hakimiyyəti növbəti niyyətlərini gerçəkləşdirməyə ruhlandırdı.Əslində hakimiyyət neomonarxiyanı rəsmiləşdirmək üçün gözləyə də bilərdi - seçki təzə keçirilib, qarşıda 5 il var. Bu yandan da dünyanı cənginə alan maliyyə böhranı hər gün, hər saat kifayət qədər sürpriz vəd edir. Belə tələsməyə vadar edən nədir? İndiyə kimi bu iqtidara güvənc gətirən neftin qiymətinin fəlakətli həddə enməsi, gözlənilən problemlər doğrudanmı iqtidarın vecinə deyil? Əslində isə ömürlük prezidentlik sevdasının özəyində bu təhlükəni önləmək istəyi dayanır. Korrupsioner məmurlarla hakimiyyətin ortaqlığı bir axarda qovuşur.Gör nə vaxtdır ki, Azərbaycan iqtidarı öz yerişini yerimir. Rusiyada baş verənlər az qala bütün xırdalıqlarına qədər təkrarlanır. Ölkədə neft pulları ilə cənnət yaratmaq xülyaları da, son 5 ildə keçirilən seçkilərin xarakteri də Rusiya modelindədir. Rusiyadan sonra addım atmaq müəyyən məqamlarda hakimiyyəti beynəlxalq təhdidlərdən qoruyur. Yazda Rusiyada keçirilən prezident seçkiləri payızda Azərbaycanda sinxron olaraq təkrarlandı. Rusiyadakı açıq-aşkar hakimiyyət manipulyasiyası - əslində hakimiyyətin yenidən Putinə ötürülməsinə hesablanmış konstitusiya dəyişikliyi - prezidentlik müddətinin uzadılması Azərbaycan iqtidarı üçün də bir nümunə oldu. Əgər Rusiyadakı avtoritar rejim bu addımı atmasaydı, Azərbaycan da cəsarət etməzdi. Elə Rusiyada da, Azərbaycanda da parlament xoru bu köhnə mahnını yeni, oxşar avazla oxudu. Əslində dünyanı bürüyən qlobal böhran totalitar rejimləri qoruyan kommunist diktaturasının yeni biçimdə bərpa edilməsi üçün əlverişli fürsət yaradır. Baş verənlərə nə qədər demokratiya donu geyindirmək istəsələr də elə bir qədər də tarixin ironiyası ilə üz-üzə qalırlar.Artıq dayanıqlı iqtisadiyyata malik olmayan, yalnız neft pulları hesabına cənnət vəd edən Rusiya nəhəng okeanda istiqamətini itirmiş gəmi durumundadır. Dünyanı silkələyən son olayların daha ağır zərbələrinə məruz qalır. İndi heç kəsə sirr deyil ki, əslində bu böhranın hədəfi də elə neft üzərində dayanan diktatura rejimləri və daha çox Rusiyadır. Normal məntiqlə qəhət malın qiyməti qalxmalı idi, neftin istehsal həcmi nə qədər enirsə, bir o qədər də ucuzlaşır. Bir o qədər də narazı kütlə baş qaldırır.Böhran öz siyasi durumu ilə şimal qonşusunu yamsılayan Azərbaycandan da yan keçməyəcək. Sadəcə olaraq miqyas fərqlidir və Azərbaycan Rusiyanın orta ölçülü bir vilayəti boydadır. Bu böhranın ən yaddaqalan əlaməti də diktatura rejimlərinin çökməsi olacaq. Qapını nə qədər bərk bağlasaq da artıq addım səsləri eşidilir. O ayaq səsləri isə Rusiyanınkına bənzəmir. Bir də ki, özünə umac ova bilməyən başqasına əriştə kəsmək halında da deyil. Rusiyaya bənzəmək istəyəni tarix həmişə yarı yolda qoyub.
44,723
21.12.2008 06:35
Gündəm
“İQTİDAR ABŞ-ın AZƏRBAYCANDA BAZA QURMASINA İCAZƏ VERƏCƏK”
Luqar bildirib ki, İranın nüvə silahı hazırlaması planı bütün dünya üçün təhlükəlidir. O hesab edir ki, ABŞ Rusiya ilə birlikdə İrana təsir göstərə bilər. Senatorun bu açıqlaması yeni olmasa da, diqqəti cəlb edir. Məsələ ondadır ki, ABŞ-ın raketdən müdafiə sistemləri üçün Azərbaycanda xeyli öncədən işlər görməsinə dair informasiyalar çoxdan mövcuddur. Bununla bağlı xarici və yerli mətbuatda dəfələrlə yazılıb. Lakin bu planların reallaşması üçün, əlbəttə ki, Azərbaycan tərəfinin razılığı lazımdır. Azərbaycan ABŞ-ın müttəfiqi sayılsa da, hər dəfə bu məsələ gündəmə gələndə iqtidar təmsilçiləri “Azərbaycan öz ərazilərində heç bir dövlətin hərbi baza yerləşdirməsinə razılıq verə bilməz” kimi bəyanatlar veriblər. Bu baxımdan mümkündürmü ki, Azərbaycan Amerikaya öz ərazilərində hərbi baza yaratmağa icazə versin? Məsələ ilə bağlı söhbət etdiyimiz politoloq Vəfa Quluzadə bildirdi ki, o, hələ 1999-cu ildə Azərbaycanda Amerika bazalarının yerləşəcəyinə dair açıqlama verib: “Ondan sonra təxminən ilyarım öncə Qəbələ RLS-dən birgə istifadə etmək söhbəti çıxanda da bildirmişdim ki, Azərbaycanda raketdən müdafiə sistemləri quraşdırılacaq. Bu barədə xarici internet saytlarında dəfələrlə yazılıb”. Azərbaycan hökumətinin buna razılıq verib-verməyəcəyinə gəlincə, politoloq “Azərbaycan faktiki olaraq ABŞ-ın strateji partnyorudur”, - deyə bildirdi: “Ona görə də Amerikanın belə bir arzusu olsa və sözsüz ki, Birləşmiş Ştatlar Azərbaycana müəyyən zəmanətlər də versə - yəni bizimlə müqavilə bağlansa ki, hərbi təzyiqlə üzləşsək, ABŞ qarşısını alacaq - buna razılıq veriləcək. Mən buna şübhə etmirəm”.
44,724
21.12.2008 09:37
Müsahibə
“MÜSAVAT MƏNDƏN SONRA DA MİSSİYASINI DAVAM ETDİRƏCƏK”
İqtidarın bu kimi nümunələrə əhəmiyyət verib-verməyəcəyi məsələnin tamam başqa tərəfidir. Fakt ondan ibarətdir ki, Müsavat başqanı ortaya əsl demokrat nümunəsi qoyub. Heç şübhəsiz ki, İ.Qəmbərin bu fikri sıravi müsavatçılar və Müsavat tərəfdarları tərəfindən böyük maraqla qarşılanıb. Başqanın səsləndirdiyi fikirləri bir qədər də genişləndirmək üçün onunla söhbətləşdik. - İsa bəy, 2010-cu ildə başqanlığa namizədliyini verməmək çoxdan gəldiyiniz qənaətdir, yoxsa iqtidarın “ömürlük prezident” məsələsini gerçəkləşdirməyə çalışdığı bir ərəfədə ortaya nümunə qoymaq istədiniz? - Bu ümumiyyətlə, yenilik deyil. Biz 2001-ci ildə partiyanın 6-cı qurultayında nizamnaməmizdə bir sıra dəyişiklik etdik. Bu dəyişikliklərdən biri də eyni şəxsin iki dəfədən artıq partiya başqanı və digər rəhbər vəzifələrə - rayon təşkilatlarının sədri, MNTK sədri və sair - seçilməsinin yasaqlanmasıdır. Ondan əvvəlki qurultayda da mən bu təklifi vermişdim. Ancaq o zaman partiya rəhbərliyi bunu qəbul etmədi. 2001-ci ildə isə təklifim qəbul edildi və qurultayda dəyişikliklər həyata keçirildi. Bundan sonra aydın idi ki, 7-ci qurultayda namizədliyimi irəli sürmək səlahiyyətim qalırdı. Növbəti qurultayda isə nizamnamənin tələbinə uyğun olaraq mən öz namizədliyimi irəli sürməyəcəm. Bu yenilik deyil, 2001-ci ildə qəbul etdiyimiz nizamnamə dəyişikliyinə uyğun mövqeyimizdir. Hazırkı mərhələdə isə sadəcə, mənə konkret suallar verilərkən cavabımda nizamnamənin bu bəndini yada salmışam. - İndiyədək bir sıra partiyalarda sədr dəyişikliyi olduqdan sonra o təşkilatlarda parçalanmalar baş verib, digər xoşagəlməz hadisələr yaşanıb. Siz başqanlıqdan getdikdən sonra Müsavat Partiyasını necə təsəvvür edirsiniz? - Müsavat 100 illik bir partiyadır. Bu partiyanı böyük şəxsiyyətlər qurublar, dahi şəxsiyyətlər yaşadıblar. 1992-ci ildən bu yana da biz imkanımız daxilində bu missiyanı davam etdirməyə çalışmışıq. Müsavat Partiyasının tərkibində on minlərlə fədakar insan var, minlərlə yüksək səviyyəli, peşəkar, siyasətdən başı çıxan, yüzlərlə ölkə miqyasında hörməti, nüfuzu olan şəxslər var. Və Müsavat Partiyasında növbəti başqanlığa namizəd ola biləcək kifayət qədər yetkin siyasətçi var. Yəqin ki, onların içərisindən kimsə qurultayın etimadını qazanıb 2010-cu ildə növbəti başqan seçiləcək və partiya öz tarixi missiyasını davam etdirəcək. İstər Azərbaycanın demokratik inkişafı və müstəqilliyi missiyasını, istərsə də partiyanın ölkədə aparıcı siyasi qüvvə olmaq missiyasını davam etdirəcəyik. - Sirr deyil ki, bu illər ərzində İsa Qəmbər partiya üzvləri tərəfindən Müsavatın daha çox lideri kimi qəbul olunub. Bu baxımdan mümkündürmü ki, siz istədiniz-istəmədiniz növbəti qurultayda sədrlikdən getdikdən sonra qurultay sizə lider statusunu versin? - Mən hesab edirəm ki, buna ehtiyac yoxdur. Növbəti qurultayda yeni rəhbərlik seçiləndən sonra onlara tam imkan verilməlidir ki, partiyaya doğrudan da rəhbərlik etsinlər. Yəni kiminsə liderliyinin kölgəsində idarəçiliklə məşğul olmasınlar. - Sizin indidən bu fikirdə olduğunuzu bildirməyiniz 2010-cu ilə qədər partiya daxilində başqanlıq uğrunda mübarizənin başlamasına gətirib çıxarmayacaq ki? - Düşünmürəm ki, növbəti iki il ərzində bu, həlledici amilə çevrilə bilər. Hər bir partiya üzvünün, Müsavatın daxilindəki tanınmış siyasətçinin özünün sədrliyi barədə düşünmək səlahiyyəti və buna ixtiyarı var. Məsələ ondadır ki, mənim 2010-cu ildə namizədliyimi irəli sürməyimin yasaqlanması barədə müddəa nizamnaməyə 2001-ci ildə daxil edilib və bu həmin vaxtdan hər kəsə bəllidir. Bu baxımdan qarşıdakı iki ildə hər hansı fərqli situasiyanın yaranacağını güman eləmirəm.
44,725
21.12.2008 06:35
Gündəm
HÜQUQ MÜDAFİƏÇİLƏRİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ
Monitorinq Qrupunun bəyanatında daha sonra qeyd edilir: “Dünyanın bütün demokratik ölkələrində, o cümlədən Azərbaycanda prezidentlik müddəti konstitusiyada 2 müddətə təsbit olunub. Əslində Azərbaycan parlamentində YAP-çı deputatlar tərəfindən verilən bu təklif xalqın hakimiyyəti seçki yolu ilə dəyişdirmək imkanlarına məhdudiyyət qoyulmasıdır. Eyni zamanda bu, ölkədə mövcud olan respublika quruluşunun siyasi sifətinin dəyişdirilməsidir, totalitarizmə aparan yoldur. Parlamentdə Seçki Məcəlləsinə edilən dəyişikliklər, o cümlədən ”Namizədlərə xəbər vermədən namizədliklərinin ləğv edilməsi" müddəasının salınması demokratik seçkilərin keçirilməsinə xidmət etmir. Parlamentdə baş verənlər bir daha göstərir ki, iqtidar ölkədə demokratik idarəçiliyə hazır deyil.Biz ümid edirik ki, dövlət başçısı öz nüfuzundan və səlahiyyətlərindən istifadə edərək belə antidemokratik addımların atılmasının qarşısını alacaq. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycanda prezidentli respublika sistemindən parlamentli respublika üsul-idarəçiliyinə keçirilməsi məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılmasını təklif edirik".
44,726
21.12.2008 06:44
Siyasət
“MÜXALİFƏTDƏN BİR NƏFƏR PARLAMENT RƏHBƏRLİYİNƏ GƏTİRİLMƏLİDİR”
Yaxın zamanlarda parlamentdə vitse-spikerlərdən birinin yüksək dövlət postuna - böyük ehtimalla nazir vəzifəsinə - aparılacağı, boşalan yerə isə müxalifətçi deputatlardan birinin gətiriləcəyi bildirilir. Məsələ ilə əlaqədar millət vəkili Pənah Hüseynlə danışdıq. O, məsələyə geniş aspektdə reaksiya verdi: “Cəmiyyətin keçirdiyi böhranda müəyyən təbəqə və insanlar həmişə proseslərin onların ölçüləri, həmçinin təsəvvürləri ilə müsbətə dəyişəcəyi barədə müxtəlif qənaətlərə gəlir. Bunlardan biri də neçə ildir ki, açıq-aydın avtoritarizm yolu ilə gedən iqtidarın hansısa məqamda rasional addımlar atacağı, islahatlar keçirəcəyi barədə olan fikirlərdir. Real olaraq bu qənaətə gəlməyə dəlil yoxdur. Açığı, bu, rassional şəkildə əsaslandırılması, yaxud inanılası mümkün olan məsələ deyil. Təsadüfi deyil ki, cəmiyyətin, o cümlədən müxalifətin, demokratik qüvvələrin əksəriyyəti belə bir halın olmasına elə bir ümid bəsləmirlər”.P.Hüseyn qeyd etdi ki, buna oxşar təşəbbüslər əslində əvvəllər də səslənib: “Bu ideya son hadisələr, yəni prezidentin iki dəfədən artıq seçilməsi barədə dəyişiklik ideyasının gündəmə gəlməsindən xeyli əvvəl olub. Hətta bizim tərəfimizdən də müzakirə olunub. Əlbəttə, hökumətə qarşı açıq və prinsipial müxalifət mövqeyindən çıxış edən hər hansı siyasi qüvvənin nümayəndəsinin spiker, vitse-spiker, yaxud hansısa digər vəzifələrə irəli çəkilməsi o qədər inandırıcı görünməyib və belə bir fikir olmayıb da. Amma bir halda ki, belə fikir ictimai rəyə gətirilib, deyə bilərəm ki, təqribən bir il, ilyarım əvvəl Milli Məclisdə bir sıra deputatlarla apardığımız müzakirələr zamanı konkret ideya ortaya çıxmışdı. Bu ideya ondan ibarət idi ki, ən azı hökumətinin və ya özünün özünü müxalifət adlandırdığı, yaxud bizim də daxil olduğumuz müxalifət düşərgəsi adından bir nəfər Milli Məclisin rəhbərliyinə gətirilsin. Yaxşı olar ki, həmin şəxs vitse-spiker, yaxud komissiya sədrləri vəzifəsini tutsun. O vaxt mən özümün şəxsi mövqeyimi bildirmişdim ki, əgər məsələn, Fazil Qəzənfəroğlunu bu vəzifəyə təyin edərlərsə, o halda mən Fazil bəyi müxalifətin nümayəndəsi kimi tanınmasına razı olaram və bu sahədə iş görməyə çalışaram. Çünki burda bizim üçün mühüm olan məsələ indiki məqamda işin real məzmunundan da artıq belə bir prosedurun olmasıdır”. Millət vəkili bu təmsilçiliyi zəruri edən amilləri də xatırlatdı: “Parlament idarəçiliyi yalnız iclasların keçirilməsindən ibarət deyil. Düzdür, bizdə parlament idarəçiliyinin strukturlaşmasının reqlamenti çox qüsurlu və ümumidir. Qərarlar yalnız Milli Məclisin adından qəbul olunmur. İclasa hazırlıq məsələlərinin gündəmə gətirilməsi, cari məsələlər, həm də aparat işi ilə bağlı məsələlərdən ən azı məlumat, informasiya olmalıdır. Təbii ki, orda müxalifət adından əyləşən şəxs hər halda özünün ya birbaşa, ya da ”müxalifət" vəzifələrini yerinə yetirərək bu məsələlərin müzakirəsində iştirak edə, digər müxalifətçilərin fikirlərini çatdıra, plenar iclaslarda əlahiddə mövqe ortaya qoymaq imkanı qazana bilər. Bu, bizim qeyri-rəsmi rəsmi və sərbəst söhbətlərimizin mövzularından biri olub". P.Hüseyn Milli Məclisə təqdim etdikləri “Müxalifətçilik fəaliyyəti haqqında” qanun layihəsində də müxalifətin parlament idarəçiliyində iştirakının müxtəlif formalarının norma və prosedura olaraq öz əksini tapdığını dedi: “Bu məsələyə ümumiyyətlə, Milli Məclisin inkişafının, onun demokratikləşməsinin bir yolu kimi baxılıb. Qeyd edim ki, bu, heç bir halda icra hakimiyyəti orqanlarında iştirak kimi başa düşülməməlidir. Bir çox ölkələrdə bunun nümunələri var. Məsələn, Türkiyədə parlament sədrinin müavinlərindən biri CHP-dən, digəri MHP-dən, üçüncüsü də Demokratik Toplum Partiyasındandır. Hətta sədr olmadıqda bəzi iclasları onlar aparır. Yaxud Rusiyada komissiyaların təqribən üçdən birinin idarəçiliyi müxalifətdə olan Kommunist Partiyasının nümayəndələrindən ibarətdir. ABŞ, bəzi Qərb ölkələrində parlamentin müxtəlif komitə və komissiyalarının idarəçiliyində müəyyən olunmuş reqlament, yaxud ənənəyə uyğun olaraq müxalifətin iştirakı məsələsi öz əksini tapıb”. Lakin P.Hüseyn bu məsələnin reallığına inanmır: “Birmənalı şəkildə deyirəm ki, hazırkı situasiyada bu, olduqca qeyri-realdır. Xüsusən bir şəxsin iki dəfədən artıq prezident seçilməsi məsələsinin gündəmdə olduğu, yəni faktiki surətdə Azərbaycan demokratiyasına növbəti bir təhlükəli zərbənin vurulduğu və strateji baxımdan olduqca ciddi narahatçılığa səbəb olduğu bir məqamda mən bu müzakirəni o qədər də aktual saymıram”.
44,727
21.12.2008 06:43
Siyasət
“AZƏRBAYCAN AFRİKA OLMAĞA DOĞRU BÖYÜK ADDIM ATDI”
Politoloq Hikmət Hacızadə bu sözləri YAP-ın təşəbbüsü ilə konstitusiyaya dəyişiklik edilməsi istiqamətində atılan addımlara demokratiya donu geyindirilməsinə cavab olaraq bildirdi. Onun sözlərinə görə, demokratiyanın sistemlərini öyrənən elmlər göstərir ki, bir adam eyni vəzifədə çox qalanda korrupsiyaya uğrayır: “Ondan sonra sistem işləmir, ona nəzarət etmək mümkün olmur. Söhbət təkcə prezidentlikdən getmir. Ümumiyyətlə, seçkili vəzifələrin ömrü qısamüddətli, yəni bir və ya iki müddətə olmalıdır. Ona görə də burada nahaq yerə bəzi dəlilləri gətirirlər. O ki qaldı bizim qeyri-azad, avtoritar ölkəmizə, bu, avtoritarizm və diktaturanı daha da möhkəmləndirmək üçün bir addımdır”.Bu məsələyə beynəlxalq reaksiyanın necə olacağına gəldikdə isə H.Hacızadə bildirdi ki, xarici qurumlar heç şübhəsiz ki, bu addıma etiraz edəcəklər: “ABŞ Dövlət Departamenti, ATƏT, Avropa Şurası bundan əvvəl olduğu kimi etiraz səslərini ucaldacaq. Necə ki, başqa ölkələrdə belə referendumlar keçiriləndə etirazlar bildirilib”.Amma ekspert Azərbaycanın Avropa Şurasının sanksiyasına məruz qalacağını da düşünmür: “Buna sanksiya düşmür. Sadəcə bunlar özləri üçün bir daha qəbul edəcəklər ki, Azərbaycan azad ölkə deyil və orada demokratiya işləmir. Yəni demokratiyadan öz xoşu ilə imtina edən belə bir ölkə ilə heç bir iş görmək mümkün deyil. Amma etirazlar olacaq. Vəziyyət elə gətirəcək ki, Avropaya inteqrasiya axırda bizimçün bağlanacaq. Gürcüstan, Ermənistan Avropaya keçəcək, biz isə Afrikaya, Asiyaya ”inteqrasiya" edəcəyik. Biz Türkmənistan və Tacikistanın yanına gedəcəyik. Bax, bizi bu proses, Afrika olmaq gözləyir. Bu qərar ona doğru atılan böyük bir addımdır. Məni narahat edib sarsıdan budur ki, Azərbaycanın gələcəyi Afrika, Asiya, Tacikistansayağı görünür".Politoloq güman etmir ki, Azərbaycan hakimiyyəti belə bir yol seçərkən dünyanın böyük gücləri, yaxud Azərbaycanda neft marağı olan qüvvələrlə məsləhətləşib və onların razılığını alıb. Bu məsələnin arxasında Qarabağın təsliminə razılıq verilməsi vədinin dayandığını da mümkün saymır: “Heç bir məsləhətləşmədən söhbət gedə bilməz. Bu, sadəcə olaraq özfəaliyyətdir. Hakimiyyətdəkilər bununla öz hökmranlıqlarını, korrupsiya gəlirlərini saxlamaq istəyirlər. Buna Qarabağ, xaric neyləsin? Qərbin Azərbaycan hakimiyyətinə konstitusiya dəyişiklikləri ilə bağlı təzyiq etmək mexanizmləri yoxdur. Bura ordu göndərsin, neyləsin?”H.Hacızadəyə görə, indiki mərhələdə Azərbaycan xalqı və müxalifəti öz sözünü deməlidir: “Siyasi müxalifət sözlə, ictimaiyyətlə, aksiyalarla işləyir. Onun bundan başqa gücü yoxdur. Dinc siyasi mübarizədə ancaq bunu edə bilər və biz bunu edəcəyik, etməliyik də. Fikrimizi xalqa çatdırmalıyıq, açıq deməliyik ki, bizi gələcəkdə nə gözləyir. Xalq da, nəhayət ki, oyanmalı və gələcəyi görməlidir”.
44,728
21.12.2008 03:07
Yazarlar
SÜNİ MAYALANMA
Süni mayalanma sivil dünyada sonsuz, uşağı olmayan ailələr üçün bir əlac kimi düşünülübdür. Amma deputatların bəzisi qanunu rədd edəndə deyib ki, bu, bizim mentalitetimizə, milli adət-ənənələrimizə ziddir. Bir nəfərin faktiki ömürlük prezidentliyinə yol açan Konstitusiya dəyişikliyinə isə, ikiəlli, dördətraflı (ayağını qaldıranlar da olub) səs veriblər. Bunların məntiqinə görə, bizim milli ənənələr monarxiya, padşah institutu həsrətindədir, lakin cocuq həsrətlisi sonsuzlara dirsək göstərir. Əgər xalqımızın mentaliteti gerçəkdən belə olsaydı mən srağagündən yığışıb dünyanın istənilən bölgəsinə cəhənnəm olardım. Belə deyil, xalqımız qətiyyən o deputatlar kimi düşünmür, hər şeyə də dəqiq qiymət verir. Sadəcə, hərəkət lazım olanda bir qədər tənbəlik. Səttarxan deyibdir: “Azərbaycan bir daş qazana bənzər - gec qızar, tez soyuyar”. Sabir Rüstəmxanlının vaxtilə bestsellerə çevrilmiş “Ömür kitabı”nda şeirlər vardı, bu misralar nədənsə son çağlar tez-tez yadıma düşür: “...Bu vətən deyilən okeana bax, Çəkilir, çəkilir min illər boyu, Kim deyir o bir də qabarmayacaq?” (Əgər hansısa sözü düz yazmadımsa şair üzürlü saysın - yadımda belə qalıb). Yeri gəlmişkən, Sabir bəy bu yaxınlarda qəzetimizə intervüsündə demişdi ki, vaxtilə xalqdan yığdığı hörməti xərcləyir. Görünür, böyük hörmət olub, 18 ildir bitmir. Mən həmişə çox təəssüf etmişəm ki, Rüstəmxanlı sonradan Fəzail İbrahimli, Rafael Hüseynov kimilərə qoşuldu, yoldaşlıq elədi. Nə isə, mövzumuz bu deyil. Azərbaycanda bazarda satılan qatıqdan tutmuş, söz azadlığı, demokratiya, insan haqlarınacan hər şey sünidir. İnsanların gülüşü süni, ağlaşması süni... Toxum bankı kimi bir qanun bankı var - adına hələlik icra aparatı deyilir, Konstitusiyanı dəyişsələr administrasiya olacaq - deputatlar qanunları oradan götürüb Milli Məclisin bətnində süni mayalayırlar. Nəticədə bir növ bic qanunlar çıxır. Bütün bunları ona görə sadalayıram ki, belə süni ölkədə süni mayalanma qanununa qarşı çıxılması absurdun son həddidir. Sizin təbii nəyiniz var axı, yoldaşlar? Hətta yaltaqlanmağı da təbii etmirsiniz. (Düzü, bu cümləni sonra pozmaq istədim, çünki heç vaxt yaltaqlıq etmədiyimdən bunun süni və təbiisinin fərqini dərindən bilmirəm). Camaat hər şeyi görür. Dünən köhnə dostum Çingiz bəy zəng vurub deyir ki, qoy deputatlar da orada ömürlük otursunlar. Bəyin xəbəri yoxdur, əslində bizdə de-fakto ömürlük deputatlar var. Sadəcə, hər beş ildən bir seçkiyə artıq xərc gedir. Bu xərci aradan götürmək lazımdır. YAP-çı Əli Əhmədov iki müddətə prezidentlik qadağasının ləğvini belə əsaslandırırdı ki, birdən xalq layiq olmayanı seçməyə məcbur qalar. Məntiqlə, xalq layiq olmayanı deputat da seçə bilər. Seçki söhbətini rədd eləyin, getsin. Hər beş ildən bir layiqli adamı hardan tapasan? Adam azdır, üstəlik, 13 faiz ailə sonsuzdur. Süni mayalanma qanunu da yox...Əgər şeyxin başı AST Telman adlı biznesmenin yubileyində xristian “qəstumunda” nitq irad etməyə qarışmasaydı, ondan xahiş edərdik ağıl duası yazsın. Ehtiyacı olanlar var. Zamin HACI
44,729
21.12.2008 05:13
Yazarlar
BUŞUN MƏKTƏBİ
ABŞ-ın köhnə prezidenti Corc Buş isə hətta Ağ Evi tərk etməmiş özünə artıq yeni iş yeri tapıb. Qaqa ağıllıdır axı. Dünyada qlobal işsizlik başlayıb, nəhəng-nəhəng şirkətlər əməkdaşlarını ixtisara salıb “get, başına çarə qıl”, deyirlər. Buş isə hələ əli prezidentlik kürsüsündən üzülməmiş Azadlıq İnstitutu yaratmağa girişib. “Bu, təxminən bizim Avropa, Asiya, Qərb universitetlərinin bir tayı olacaq” demək insafsızlıq olardı. Çünki oralarda instituta saxta diplomla daxil olmaq imkansızdır, üstəlik, təhsil naziri də Misir Mərdanov deyil. Həm də bu institut, adından da göründüyü kimi, demokratiya dərsi verəcək.Artıq cənab Buş Gürcüstan prezidenti Mixail Saakaşvilini məktəbində dərs deməyə dəvət edib. Britaniyanın baş naziri postundan gedəndən sonra xeyli sınıxan, Avropa Birliyinin hansısa idarəsində ictimai əsaslarla baş girləyən Toni Bleyer, habelə İspaniyanın keçmiş baş naziri Xose Mariya Asnar (vallah, bunun adının bir hissəsi kişi, o biri qadın adına oxşayır, cinsini biləmmədim) də dəvətlilər sırasındadır.Buş ünsiyyətcil dövlət rəhbəridir, çoxlu dostları var və yəqin ki, institutuna müəllim tapmaq işində çətinlik çəkməz. Məsələn, Azərbaycandan Hikmət Hacızadənin namizədliyini irəli sürmək olar, gedib orada qara-qara diktatorlara dərs versin. Onsuz da bildiyim qədərincə, Hikmət bəy Bakıda tədbirlərdə ictimai əsaslarla demokratiyadan məruzə söyləməkdən həm özü bezib, həm də camaat. Nədən ki, demokratiyadan danışanda tədbirdəkilərin hamısı yatır. Lap sonra “Rədd olsun diktatura!” deyəndə hamı bilir ki, tədbir qurtardı, durub evlərinə dağılışırlar. Buş bir təyyarə göndərsə, Azərbaycandakı bütün demokratları yığıb aparardı şkoluna.Elə ölkədə ancaq bir təyyarə tutumu həqiqi demokrat ola, ya olmaya...Buş özü də demokrat deyil, Zimbabve diktatoru Muqabe ilə müqayisədə onu demokrat hesab etmək olar. Amma Çexiyanın keçmiş prezidenti Vatslav Havellə müqayisədə Buş adamın gözünə diktator kimi görünür.Buşun “demokratiya istəyən xalqların yanındayıq” bəyanatından sonra Bakıdakı mitinqlərdə Amerika prezidentinin şəklini alıb cıran yekəqarın polisə nəinki xaricdən göz ağardan oldu, hətta onlara adamları təzə metodla, daha sivil döymək elmi öyrətmək üçün qrant ayırdılar. Elə Amerikanın yaratdığı, himayə etdiyi yumşaq diktatura rejimlərinin hamısında belə dərs keçirlər: “Mitinqçinin yumşaq yerindən vurun...”Yəqin Buşun yeni məktəbində də yumşaq diktatorlar yetişdirəcəklər, sonra da bir yekə diplom verib göndərəcəklər ki, bu, bizim adamdır, sizə rəhbərlik edəcək. 5 il də Amerikada oxuyub gəlmiş demokratın yolunu gözləyəcəyik. O, yetişib, lalıxlıyıb gələnəcən Azərbaycanda padşahlıq olacaq.Buş səmimi demokrat idisə, gərək antidiktatura məktəbi açaydı, müdafiə etdiyi, biznes qurduğu diktatorları ora yığaydı.Demokratiya dərs keçməklə olsaydı, Əli Əhmədov indi gərək Amerikanın prezidenti olaydı... Nazim SABİROĞLU
44,730
21.12.2008 06:15
Gündəm
NATO QARABAĞ CƏBHƏSİNDƏ BAŞ VERƏNLƏRİ İZLƏYİR
Qeyd edək ki, NATO üzvləri bu ayın əvvəllərində Rusiya ilə ünsiyyətin tədricən bərpa edilməsinə razılaşıblar. Hərçənd eyni zamanda bildirilmişdi ki, Gürcüstandakı müharibədən sonra rəsmi Moskva ilə əvvəlki əməkdaşlıq barədə söhbət belə olmayacaq. Brüsseldə aparılan danışıqların gündəliyinə əsasən Cənubi Qafqazda sabitlik məsələləri daxildir. NATO ilə Rusiyanın maraqları Gürcüstanın hərbi alyansa üzvlüyü və donmuş münaqişələr məsələsində açıq şəkildə toqquşsa da Rusiya ümumiyyətlə bu beynəlxalq qurumun Qafqazda mövcudluğuna qarşıdır.Bəs belə bir vəziyyətdə Azərbaycan NATO ilə münasibətlərində hansı siyasi kursu təqib etməlidir? Həm Moskvada, həm də Brüsseldə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra NATO və Rusiya arasında bu gün başlayan dialoqa böyük ümidlə yanaşırlar. ÿNATO eksperti Robert Zvinqov “Amerikanın səsi”nə açıqlamasında deyib ki, tərəflər mümkün qədər uğurlu dialoq keçirmək əzmindədirlər. Onun sözlərinə görə, indi gündəlikdə əsas məsələ NATO ilə Rusiyanın Qafqazdakı maraqlarını uzlaşdıra bilməkdir. Rusiya Gürcüstanın alyansa üzvlüyünə qarşı çıxsa da əslində alyans da bu istiqamətdə müəyyən tərəddüdlər keçirir. Məqsədi NATO-nun həndəvərində dolanmaq olan Azərbaycanla Ermənistan isə özləri təşkilatın qapısına yaxınlaşmaq istəmirlər.NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons isə deyib ki, alyans bu regionda Rusiya ilə rəqabət aparmır. Onun fikrincə, əksinə, NATO-nun Cənubi Qafqaz regionunda,- məsələn, Gürcüstanda,- Rusiya ilə eyni məqsədləri var və bu, rəqabət kimi qəbul edilməməlidir. Azərbaycana gəldikdə isə diplomat onu da vurğulayıb ki, hələlik alyansın Bakı ilə perspektiv layihələrinə Azərbaycan ordusunu müasirləşdirmək və enerji obyektlərinin qorunmasında kömək məsələsi daxil ola bilər. Onun fikrincə, bu, Cənubi Qafqaz və Orta Asiya üçün önəmlidir.Qarabağ probleminə toxunan NATO təmsilçisi deyib ki, o, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin tez-tez pozulmasından narahatdır. R.Simmons vurğulayıb ki, “təşkilat bütün baş verənləri ehtiyatla və diqqətlə izləyir”.Amma Robert Simmons deyib ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar davam etdirilməlidir. Diplomat həmçinin 2008-2009-cu illərdə Azərbaycanla NATO arasında Fərdi Əməliyyat və Tərəfdaşlıq Planının ikinci hissəsi çərçivəsində aparılmalı olan islahatlardan danışıb. O deyir ki, bu islahatlara Azərbaycanın beynəlxalq əməliyyatlarda iştirak edən qoşun növlərinin standartlara uyğunlaşdırılması, Müdafiə Nazirliyi daxilində struktur dəyişiklikləri, aşağı zabit heyəti üçün təlimlərin keçirilməsi və kommunikasiya vasitələrinin müasirləşdirilməsi daxildir.
44,731
21.12.2008 05:15
Gündəm
GÜLƏ “ERMƏNİ” DEYƏN DEPUTATA BAKIDAN TƏŞƏKKÜR ZƏNGİ OLUB
Ə.Babacan erməni terroruna qurban gedən türk diplomatlarına da sahib çıxdıqlarını, erməni məsələsi ilə bağlı mövqeyini və fikirlərini dəfələrlə ifadə etdiyini də xatırladıb. “Ermənistan və Azərbaycanla müzakirələrin aparıldığı bir vaxtda bu cür mübahisələrin heç kimə faydası yoxdur. Üstəlik, bu, müzakirə prosesinə zərər verə bilər. Biz Azərbaycanla müzakirələrdə həmişə səmimi davranmışıq və bundan sonra da belə olacaq”- deyə Ə.Babacan bildirib.Nazirin bu bəyanatının ardınca XİN-in rəsmi nümayəndəsi Burak Özügərgin cəmi bir neçə gün əvvəl verdiyi rəsmi açıqlamanın ziddinə olaraq deyib ki, onlar təşəbbüsü yanlış hesab edirlər. B.Özügərgin bir qrup türk diplomatının ermənilərdən üzr istəyənləri pisləyən bəyanatı ilə bağlı deyib ki, bu təşəbbüs XİN-ə aid deyil: “Biz diplomatların təşəbbüsünə reaksiya verməyi düzgün hesab etmirik”.Xəbər verildiyi kimi, məsələyə hökumət və dövlət rəhbərlərindən fərqli reaksiyalar var. Prezident Abdullah Gül yaydığı rəsmi açıqlamada ermənilərdən üzr istəyənlərin addımını pisləməyib. Lakin baş nazir Rəcəb Tayyib Ərdoğan təşəbbüsü aranı qarışdırmağa yönələn addım adlandırıb və onu pisləyib.Türkiyə Silahlı Qüvvələri də ermənilərdən üzr istəmək kampaniyasına qarşıdır. Hakim AKP-dən də məsələyə fərqli reaksiyalar var. Partiyanın bəzi kürd əsilli millət vəkilləri təşəbbüsə qarşı çıxmayıb, bəziləri isə onu açıq şəkildə pisləyib.Müxalifətin də məsələyə reaksiyası bəllidir. Ana müxalifət partiyası olan CHP və parlamentdə üçüncü partiya olan MHP bu təşəbbüsü sərt şəkildə pisləyiblər. Üstəlik, müxalifət belə təşəbbüslərin ortaya çıxmasını hökumətin apardığı siyasətin nəticəsi olaraq görür. CHP-dən olan millət vəkili Canan Arıtman isə iqtidara ünvanlanmış tənqidlərində daha da irəli gedərək prezident Abdullah Gülü təşəbbüsü pisləmədiyinə görə sərt tənqid edib. O, deyib ki, A.Gülün anası erməni əsillidir və prezidentin məsələyə yumşaq reaksiyası bundan qaynaqlanır.C.Arıtmanın bu iddiası vəziyyəti daha da gərginləşdirib. Ona öz partiyası da daxil olmaqla ictimaiyyətdən tənqid mesajları gəlib. CHP başqanı Dəniz Baykal isə C.Arıtmanı şifahi şəkildə xəbərdar edərək onun dediklərindən çox məyus olduğunu bildirib: “Yaraşmayan bir açıqlamadır. Bu cür yanaşma hər şeydən əvvəl ayıbdır”.CHP C.Arıtmana bir müddət mediadan uzaq durmağı və millət vəkili seçildiyi İzmirə getməyi tövsiyə edib. Prezident A.Gül isə onu məhkəməyə verməyi qərara alıb. Mətbuatın yazdığına görə, A.Gül C.Arıtmanın iddiası ilə bağlı hüquqşünaslarla məsləhətləşib. Ona deyilib ki, bu iddiada şəxsiyyətə qarşı təhqir elementi var. Türkiyə qanunlarına görə, C.Arıtmanın günahı sübut edilsə, o, 2 ilə qədər həbs və ya cərimə ilə cəzalana bilər.C.Arıtman isə A.Gülün onu məhkəməyə vermək qərarına münasibət bildirib: “O, məni hansı üzlə məhkəməyə verir? Gül mənim prezidentim deyil, hamımızın da prezidenti olmadığı açıq şəkildə görünür. Mənim ifadəmin arxasında dayanan da budur. Gül azlığın prezidentidir və öz mövqeyi ilə bunu göstərib”.CHP millət vəkili onu da deyib ki, erməni mətbuatı Türkiyədə başladılan üzr kampaniyasından və prezidentin ona reaksiyasından məmnundur və bunu qələbə hesab edir. İnsanların etnik mənsubiyyətinə hörmət etdiyini bildirən C.Arıtman deyib ki, A.Gül haqqında sözlərindən sonra ona ölkə içindən və xaricdən minlərlə dəstək mesajları, elektron məktub və zənglər gəlir. O, son olaraq Azərbaycandan millət vəkili Sabir Rüstəmxanlının xanımı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdan telefon zəngi gəldiyini deyib: “O, mənə azəri xalqının təşəkkür və minnətdarlığını çatdırdı. Erməni saytlarından biri Gülə açıq məktub yazaraq onu təbrik edib. “Siz soyqırımı tanıyan və dəstəkləyən ilk prezident olaraq tarixə keçdiniz. Sizə minnətdarıq" deyə yazıb. İndi Gül hansı üzlə mənə qarşı məhkəmə iddiası qaldırır?"“Milliyet” qəzetinin xəbərinə görə, kampaniyaya qoşularaq ermənilərdən üzr istəyənlər arasında məşhur pop ulduzu Tarkan da var. Meqastar dünən bunu təkzib etsə də qəzet onun Tarkan Tevetoğlu adı ilə qeydiyyatdan keçərək ermənilərdən üzr istədiyini qeyd edib. Lakin bu faktın nə dərəcədə doğru olduğunu müəyyən etmək çətindir. Çünki kampaniya müəllifləri öz təşəbbüslərinə saxta imzalar təşkil edir. Hətta ölülərin də adı bu siyahıya salınır. Bundan əvvəl təşəbbüsü Türkiyənin Fransadakı keçmiş səfirinin də dəstəklədiyi göstərilmişdi. Halbuki onu elə erməni terrorçuları qətlə yetirib.
44,732
21.12.2008 05:26
Ölkə
“NAZİRİN SESSİYA İMTAHANLARINA NƏZARƏT ETMƏK CƏHDİ YOLVERİLMƏZDİR”
M.Mərdanov tələbə və valideynlərə də müraciət edərək bildirib ki, onlar imtahan dövründə neqativ hallarla qarşılaşarsa, dərhal nazirliyə xəbər versinlər. O, şikayət və müraciətlərin obyektiv araşdırılması məqsədilə “qaynar xətt”də təkcə nazirliyin deyil, ölkədə rüşvətxorluğa qarşı mübarizə aparan digər təşkilatların da nümayəndələrinin oturacaqlarını deyib.Bəs rüşvətə qarşı belə tədbirlər nə dərəcədə səmərəli olacaq?Məsələyə münasibət bildirən “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev hesab edir ki, təhsil müəssisələrinə müstəqillik verilməlidir: “Əfsus ki, Azərbaycanda əksinədir. Bizdə bu sahədə avtoritarizm güclənir. Əslində Misir Mərdanovun ali məktəbdə keçirilən semestr imtahanlarına müdaxilə etməyə ixtiyarı yoxdur. Bu gün ölkənin üzv olduğu Boloniya sistemini şərtlərinə görə, ali məktəblərin özləri qiymətləndirmə aparmalı, öz müstəqilliklərini təmin etməlidirlər. Çox təəssüf ki, bəzi QHT-lər də belə proseslərə qoşulurlar. Nəticə də olmur. BDU-da və Neft Akademiyasında elə kafedralar var, ora heç nazir də müdaxilə edə bilməz. Bu müdaxilə bizə nə verir ki?!”Ekspertin sözlərinə görə, universitetləri və orta məktəbləri elə vəziyyətə salıblar ki, orada inkişafdan söhbət gedə bilməz: “Nazirin bu addım təhsilin keyfiyyətinə, tələbə azadlığına, müəllim müstəqilliyinə təsir göstərir. Buna görə də ali məktəb rektorları özlərində cəsarət tapıb mövcud qaydaları nazirə izah etməlidirlər ki, onun bu işlərə qarışmağa ixtiyarı yoxdur. Nazirlik əslində ali təhsilin inkişaf strategiyasını müəyyənləşdirməlidir. Sovet dövründən qalma prinsiplərlə işlədiyimiz üçün təhsilimiz bu gündədir”.E.Əliyev M.Mərdanovun addımının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin açıqlamalarının əleyhinə olduğunu da söylədi: “Məleykə Abbaszadə hər şeyi düz deyir. Bu gün ali məktəbdə hansısa mexanizmi qurmaq lazım deyil. Nazir bəyan etməməlidir ki, 600-700 bal toplayanlar aşağı nəticə göstərirlər. Orta məktəbdən ali məktəbə keçid zəifdir. Bu, Abbaszadənin günahı deyil, inkişafdan geri qalmış məktəblərin problemidir. Hesab edirəm ki, nazirlik səviyyəsində ali məktəblərdə sessiyalara nəzarətin təşkili və nazirin bu prosesə qoşulması yolverilməzdir”.E.Əliyev hesab edir ki, nazir bu cür müdaxilə ilə heç nəyə nail bilməyəcək: “Elə kafedralar var ki, orada semestr imtahanları zamanı ən yüksək səviyyədə rüşvət alırlar. Onlara heç nazir də təsir edə bilməz. Ancaq nəyinsə qarşısını bu şəkildə almaq, təhsilin keyfiyyətinə təsir göstərmək absurddur. Bu, nazirin özünü göstərməsidir ki, yəni biz də işləyirik”.
44,733
21.12.2008 06:27
Yazarlar
YAP-ın VƏ AYAZ MÜTƏLLİBOVUN REFERENDUMU
Mən son günlər Əli Həsənovun niyə mətbuatda görünməməsinin, Əli Əhmədovun niyə qanıqara olmasının, Siyavuş Novruzovun nə səbəbə sınıxmasının, Mübariz Qurbanlının nədən əsəbi halda “Mən ”Yeni Müsavat" adlı qəzet tanımıram" deyib durmasının sirrini indi başa düşdüm. Xalqın hüquqları illərlə tapdanırkən onlar necə rahatlana bilərdilər? YAP-ın icraçı katibi Əli Əhmədov parlamentdəki çıxışı zamanı beləcə də demişdi: “Əslində bir şəxsin iki müddətdən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması bir yandan vətəndaşın seçilmək hüququna, digər yandan da xalqın seçmək hüququna məhdudiyyətin qoyulması anlamına gətirib çıxarır. İkinci bir tərəfdən belə bir məhdudiyyətin tətbiq edilməsi xalqın öz iradəsini tam ifadə etməsinə imkan vermir”. Belə olan halda hakim partiyanın başbilənləri necə asudə otura bilərdilər? Belə yerdə adam deməyə söz tapmır. YAP-çıların bu iddiasının qarşılığında sadəcə, “şərhsiz” yazmaq kifayət edərdi. Soruşan gərək, axı, nə baş verdi ki, qəfildən xalqın hüququ yada düşdü? Məgər illərdir adam yerinə qoyulmayan, siyasi baxışlarına görə repressiyalara məruz qalan, malı-mülkü əlindən alınan, quruca çörəyə möhtac qoyulan elə bu xalqın nümayəndələri deyil? Nədən onlara ölkənin bərabərhüquqlu vətəndaşı kimi münasibət bəslənilməyib? Necə olur hakimiyyətə səs verməyən, hətta hakim partiyaya üzv olmaq istəməyən insanların başına min cür oyunlar açılanda onların hüquqları yada düşmür? İllərdir ki, Avropa Şurası, ATƏT, hətta NATO Azərbaycan hakimiyyətinə öz ölkəsinin vətəndaşlarının insani haqlarını bərqərar etməyə çağırır. Niyə bu çağırışlar qulaqardına vurulub? Maraqlısı burasıdır ki, hər il yeni il ərəfəsində, ya təzə ilin başlanğıcında hakimiyyət xalqa yeni sürpriz hazırlayır. Bu dəfə də insanların hətta uzaq keçmişdə dəyişikliklərin olacağı barədə ümidlərini dəfn etmək projesi hazırlanıb. Özü də ölkədə monarxiya quruluşunun bərqərar edilməsinə “vətəndaş hüquqlarının bərpası” donu geyindirirlər. Qışın sazağında geyindirdikləri dona bax. Vətəndaş hüququndan dəm vuranlar bu gün işıqsız, qazsız, susuz qoyulan insanların durumunu da yada salsaydılar, çox yaxşı olardı. Bu gün ölkə vətəndaşı hansısa qurumların borc davasının qurbanına çevrilib. Bütün qurumlar sadə insanları hədələyir. Biri “debütör” su borcuna, başqası işıq-qaz puluna, digəri liftdən istifadə haqqına görə. Qış qapını kəsdirib, ancaq şəhərdə kəshakəsdir. Biri işığı, o biri suyu, başqası qazı kəsir. Hələ bir qürrələnirlər də. Baxın, hələ ölkənin paytaxtı bu gündədirsə, görün “inkişaf etmiş” regionlar nə kökdədir. Ancaq kimsə durub demir ki, öncə aylarla uzanan tələbələrin, qocaların, xəstələrin cüzi təqaüdünün, müəllimin, həkimin maaş gecikmələrinə son vermək lazımdır ki, onlardan borc tələb olunsun. Adamlar sovet dövründən qalma əmanətlərin qaytarılacağı nisgili ilə dünyadan köçürlər. Vətəndaş haqqından danışan Milli Məclis nədən onların pulunun ödənilməsinə qərar vermir? Vətəndaş hüququ deyiləndə illərdir iki-üç nəfərin bir yerə yığışmasına qadağa qoyulması nə əcəb yada düşmədi? Bəlkə Bakıda yaşıllıqların məhv edilməsinə qarşı çıxan vətəndaşların səsini eşidib bu vəhşiliyə son veriblər? Eşitdiyimə görə, YAP-çılar yaz aylarında referendum keçirib ömürlük prezident seçmək hüququna nail olmaq istəyirlər. Bu dəmdə yadıma SSRİ-nin dağıldığı ərəfədə, 14 mart 1991-ci ildə eks-prezident Ayaz Mütəllibovun “SSRİ-nin saxlanması barədə” keçirdiyi referendum düşdü. Yəqin Əli Əhmədovun yadında olar, o referendumda ölkə əhalisini neçə faizi imperiyanın saxlanmasına səs vermişdi? Elşad PAŞASOY
44,734
21.12.2008 03:28
Gündəm
“İÇƏRİŞƏHƏR” METROSUNUN BİNASI MASON EMBLEMİNİ XATIRLADIR
Redaksiyamıza müraciət edən oxucular mason təşkilatları və həmin təşkilatların emblemləri barədə məlumat verməyimizi xahiş edir.Öncə onu qeyd edək ki, masonlar hər şeyə qadir mistik təşkilat imici qazanmaq üçün özləri haqda çox az məlumat verirlər. “Mason” sözü fransız dilində olan “franc-maçon” sözündən götürülüb. Mənası “azad bənnalar” deməkdir. Əsası XIII əsrdə qoyulan mason təşkilatları XVIII əsrin sonları-XIX əsrin əvvəllərində güclü təşkilata çevriliblər.Bir çoxları masonlarla sionist yəhudi təşkilatlarını eyniləşdirsə də bu təşkilatın əsasının xristianlar tərəfindən qoyulduğu deyilir. Daha dəqiq desək, mason təşkilatının əsasının İngiltərədə qoyulduğu bildirilir. Belə ki, Britaniya kral ailəsinin mason lojası ilə sıx əlaqələrinin olması barədə faktlar var. Hazırda kraliça II Yelizavetanın əmisi oğlu, Kent hersoqu İngiltərənin Birləşmiş Böyük Lojasının Böyük Masteridir. Yeri gəlmişkən, bu yaxınlarda Böyük Britaniya Kral Sarayının Lojası yaradılıb.Mason təşkilatları haqda gəzən rəvayətlərə görə, İngiltərədən başqa digər dövlətlərin hökmdarları və dövlət başçıları da mason lojasının üzvü olub. Onların arasında ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun da adı çəkilir.Qeyri-rəsmi məlumatlara görə, hazırda dünyanın 86 ölkəsində mason təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatlar Böyük və Azad Mason Lojası adlı quruma tabedir. Böyük və Azad Mason Lojasının qərarları yerli təşkilatlar tərəfindən sözsüz icra olunur. ABŞ-da isə hər ştatın öz mason lojası var. Milli və yerli mason lojaları bir sıra məsələlər barədə müstəqil qərar verməklə yanaşı yuxarı təşkilat qarşısında vəsatətlə çıxış edə bilər. Məsələn, Fransanın Böyük Şərq adlı mason lojasının böyük magistri Jan Mişel Kuyatre “erməni soyqırımı”nın tanınmasını gündəmə gətirən əsas simalardan biri hesab olunur.Azərbaycan mətbuatının verdiyi məlumata görə, ölkəmizdə də mason lojası yaradılıb. Hazırda bizneslə məşğul olduğu bildirilən 43 yaşlı həkim Vidadi Nəcəfov Azad və Qəbul Olunmuş Mason Lojası adlanan bu təşkilatın Böyük Ustadı seçilib. Mason təşkilatları özlərini “azad bənna” adlandırdığı üçün simvollarında daha çox həndəsi fiqurlardan və pərgar şəklindən istifadə edirlər. Daha çox qəbul edilmiş simvol isə üzərində göz şəkli olan Misir ehramının şəklidir. İnanca görə, masonlar piramida ilə əbədi olduqlarına, gözlə isə dünyanı nəzarətdə saxladıqlarına işarə edirlər. Yeri gəlmişkən, ABŞ dövlət gerbində və 1 dollarlıq əskinasın üzərində də həmin simvol təsvir olunub. Bu isə ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun həqiqətən də mason lojasının üzvü olması ehtimallarını gücləndirir.“İçərişəhər” metrosu binasının mason təşkilatının gerbinə oxşaması şübhəsizdir. Maraqlıdır ki, metronun yeni binası yerləşdiyi ərazidəki qədim tikililərin heç birinə bənzəmir və tamamilə yad elementi xatırladır. Sonda onu da qeyd edək ki, metro stansiyasının əvvəlki binası İçərişəhərin qala divarları nəzərə alınmaqla günbəz şəklində inşa edilmişdi. Bu da ərazinin ümumi panoramasına nəinki xələl gətirmirdi, hətta onunla həmahəng idi. Binanın heç bir zərurət olmadan sökülərək ehram şəklində inşa edilməsi isə haqlı şübhələrə səbəb olub.
44,735
21.12.2008 06:26
Dünya
AMERİKA AVTOMOBİL ŞİRKƏTLƏRİNİN SON ÜMİDİ
Xəbər verildiyi kimi, bundan əvvəl Senat avtomobil şirkətlərinə dövlətdən 15 milyard dollarlıq kredit ayrılması haqda təklifi qəbul etməmişdi. Bildirilir ki, hökumət ayrılacaq vəsaitə avtomobil şirkətlərinin səhmlərinin bir hissəsini əldə edəcək və avtomobil sənayesi qismən milliləşdiriləcək.“Bu vəsaitlər 2 istiqamətdə kömək edə biləcək. Birincisi, avtomobil şirkətləri 3 ay ərzində yenidənqurma planları hazırlamalıdır. İkincisi, yenidənqurma iflasdan kənar olaraq həyata keçirilə bilməsə, bu borclar uzunmüddətli uğur üçün 11-ci maddəyə uyğun olaraq qanuni və maliyyə hazırlıqlarını görməyə kömək edəcək və alıcıları Amerika maşınlarını almaqda davam etmələrinə inandıracaq”,- deyə C.Buş bildirib.ABŞ prezidenti deyib ki, artıq ciddi bir böhranın içində olan avtomobil sənayesinə kömək etməmək məsuliyyətsizlik olardı. Yeni seçilmiş prezident Barak Obama da Ağ Evin bu addımını yüksək qiymətləndirib. Rəsmilər bildirirlər ki, vəsaitin 13,4 milyardını bu ay və gələn ilin əvvəlində əldə etmək mümkün olacaq. 9,4 milyard dollar “Ceneral motors” şirkətinə, 4 milyard dollar isə “Craysler” şirkətinə veriləcək.Analitiklər hesab edir ki, Buşun ayırdığı yardım Amerikanın avtomobil şirkətləri üçün son şansdır. Əgər onlar 3 ay ərzində işləri yenidən qurub rəqabətədavamlı avtomobillərin istehsalını təşkil edə bilməsələr, iflasdan qaça bilməyəcəklər. Qeyd edək ki, “Ceneral Motors” və “Creysler” şirkətləri gələn ilin yanvarındna öz zavodlarını iki aylığa dayandıracaqlarını elan ediblər.Bu arada məlum olub ki, Konqresin maliyyə sektorunu xilas etmək üçün ayırdığı paketin məbləğinin yarısı artıq xərclənib. Maliyyə naziri Henri Poulson Konqresdən paketin qalan 350 milyard dollarlıq hissəsinin xərclənməsi üçün icazə istəyir. O, bəyan edib ki, vəsait hökumətə fond bazarlarındakı vəziyyəti sabitləşdirmək üçün lazımdır. Lakin Konqres üzvləri və iqtisadçılar maliyyə nazirinin yardım paketinin birinci yarısını bu dərəcədə qısa müddətə xərcləyib qurtarmasını tənqid edirlər. Üstəlik, həmin məbləğin bazarlara ciddi təsiri hiss olunmur. Gözlənilir ki, böhran gələn ilin əvvəllərindən başlayaraq real sektora keçməklə daha da dərinləşəcək.
44,736
21.12.2008 07:26
Dünya
TÜRKMƏNİSTAN NƏHƏNG QAZ YATAĞINI XARİCİLƏRƏ VERMƏDİ
Türkmənistan hökuməti bəyan edib ki, transmilli neft-qaz şirkətləri yalnız Xəzər dənizi sularında neft yataqlarının kəşfiyyatı ilə məşğul ola bilərlər. Bu isə daha riskli və az sərfəlidir. Transmilli şirkətlər indiyədək Türkmənistanın qurudakı “Cənubi Yolotan” yatağına yol tapa bilmək üçün çalışırdılar. Bu yataqda trilyon kubmetrlərlə qaz ehtiyatları var.Bildirilir ki, Türkmənistanın bu sahədə mütəxəssislərə və kapitala böyük ehtiyacı olsa da prezident Qurbanqulu Berdıməhəmmədov Qərb şirkətləri ilə nadir hallarda müqavilələr bağlayır. Qlobal əhəmiyyətli enerji layihələri, o cümlədən Xəzərin dibindən kəmər çəkilməsi və “Nabukko” layihəsi isə ancaq kağız üzərində qalır. Ekspertlər isə hesab edir ki, “Cənubi Yolotan” yatağından qaz çıxarmaq çətin və təhlükəlidir.
44,737
21.12.2008 04:48
Gündəm
“ERGENEKON” MƏHKƏMƏSİNDƏN “BOMBA” QƏRAR
Həmin gecəqonduda hazırda həbsdə olanlardan biri kirayə qalırmış.“Ergenekon” iddianaməsində əl qumbaraları silahlı terror təşkilatının varlığını sübut etməyə yönələn əsas dəlillərdən biri kimi göstərilir. Lakin maraqlıdır ki, İstanbul polis idarəsində bu əl qumbaraları məhkəmədən əvvəl partladılaraq məhv edilib.Məhkəmə prosesində təqsirləndirilənlərin vəkilləri iş üzrə əsas dəlilin məhv edilməsini şübhəli hesab edərək ümumiyyətlə belə əl qumbaralarının mövcud olmadığını irəli sürüblər. Vəkillər deyiblər ki, polis əl qumbaralarını həqiqətən məhv edibsə, bu prosesi videolentə almalı idi.Məhkəmə bu etirazları nəzərə alaraq İstanbul əmniyyətindən qumbaraların partladılmasına dair görüntüləri məhkəməyə təhvil verməsini istəyib. Həmçinin qərara alınıb ki, əl qumbaralarını araşdıran silah üzrə ekspertlər yeniləri ilə əvəz olunsun və onlar qumbaraların mənşəyini yenidən araşdırsın. Məhkəmə prosesi dekabrın 22-də davam edəcək.
44,738
21.12.2008 08:47
Dünya
QLOBAL BÖHRAN RUSİYA MİLYARDERLƏRİNİ “YEYİR”
Jurnalın yazdığına görə, təkcə oktyabrın əvvəlində O.Deripaskanın sahibi olduğu “Rus maşınları” holdinqinin səhmləri 25 faiz dəyərdən düşüb. Onun bank sektorundakı işləri də yaxşı getmir. O.Deripaskanın sahibi olduğu “Soyuz” bankı oktyabr ayında 2 milyard rubl təmiz ziyana düşüb. Milyarderin sahibi olduğu “QAZ” şirkətlər qrupunda isə kreditorlar və tərəfdaşlar qarşısında 1,6 milyard dollarlıq borc yaranıb.O.Deripaskanın xaricdəki biznesində də işlər yaxşı deyil. Nigeriyada 4 il əvvəl “Rosal”ın səhmlərini aldığı “Alscon” şirkəti ilə bağlı araşdırmalar gedir və hökumət sövdələşməni ləğv edə bilər. Qvineyada isə O.Deripaskanın özəlləşdirdiyi alüminium zavodunun və boksit mədəninin məsələsinə yenidən baxılır. Əgər O.Deripaskanın Afrikadakı biznesi əlindən çıxarsa, bu, ona çox ciddi zərbə olacaq. Belə ki, “Rosal” alüminium sənayesində xammal kimi istifadə edilən boksitin dörddə birini Qvineyadan hasil edir. “Bazel”in baş direktoru Güljan Molcanova deyib ki, maliyyə böhranı üzündən onlar aldığı kreditlərin bir hissəsini ödəyə bilmirlər. Xarici banklardan yeni kreditlər almaq isə mümkün deyil. Bu yaxınlarda Deripaska baş nazir Vladimir Putinlə görüşərək hökumətdən biznesinin davam etdirilməsi üçün borc istəmişdi.“Finans” yazır ki, Rusiya oliqarxları öz bizneslərini ucuz kreditlər hesabına aqressiv şəkildə inkişaf etdirməyə həddən artıq aludə olmuşdular. Lakin kreditlərin davamı gəlməyən kimi işlər ya yarımçıq qaldı, ya da biznesi davam etdirməyə vəsait tapılmadı. İndi oliqarxların əksəriyyəti dövlətdən kömək xahiş edir. Lakin məsələ ondadır ki, dövlət belə kömək göstərməyə razı olsa, onun əvəzini ödəmək lazım gələcək. Bu isə oliqarxları bizneslərinin milliləşdirilməsi təhlükəsi qarşısında qoyur. Məsələn, Rusiyanın dövlət bankı “Vneşekonombank” O.Deripaskaya Qərb bankları qarşısında borclarını ödəmək üçün 4,5 milyard dollar təklif edib. Lakin bank girov müqabilində O.Deripaskanın sahibi olduğu “Nornikel”in nəzarət səhm paketini və “Rusal”ın onsuz da dəyərdən düşmüş səhmlərinin böyük hissəsini tələb edir.Neft oliqarxlarının da işləri yaxşı getmir. Azərbaycanlı iş adamı, “LUKoil” şirkətinin prezidenti, “Forbes”in milyarderlər siyahısında ortalarda yer alan Vahid Ələkbərov da qlobal maliyyə böhranı ilə bağlı kapitalının böyük hissəsini itirib. Neftin sürətlə ucuzlaşması nəticəsində indi “LUKoil” yeni yataqların işlənməsinə investisiya qoymaq iqtidarında deyil. Şirkətin Uzaq Sibirdə işlətdiyi yataqlarda isə hasilat artıq sərfəsiz işə çevrilib. Çünki belə yataqlardan gəlir götürmək üçün neftin barreli azı 50 dollar olmalıdır. Rusiyanın metallurgiya, bank, inşaat, sığorta sektorunda hakim mövqelərə sahib olan oliqarxlar da sürətlə kasıblayırlar. Ekspertlər hesab edir ki, gələn il onların əksəriyyəti “Forbes”in milyarderlər siyahısında yer almayacaq.
44,739
21.12.2008 06:49
Yazarlar
NÜVƏ BAŞLIQLI İRAN VƏ VANQANIN PROQNOZU
İranın atom silahına malik olması isə bölgədə və dünyada yeni bir situasiyanın yaranmasına gətirəcək; hətta dünya maliyyə böhranını kölgədə qoyacaq hadisəyə çevriləcək. Doğrudur, nüvə bombasının hazırlanması dərhal böyük təhlükə anlamı vermir. Çünki onu hələ hədəfə çatdırmaq məsələsi var. Amma İran bu sahədə problemlə üzləşməyəcək. Ona görə ki, artıq “Şahab-2", ”Şahab-3" tipli uzaqmənzilli raketlərə malikdir. Bu raketlər hətta Avropanın mərkəzi hissəsini hədəfə almaq gücündədir. Qərbi, Amerikanı narahat edən də budur. Bu narahatlığı tanınmış ABŞ senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin sabiq sədri Riçard Luqar “Exo Moskvı” radiosuna müsahibəsində bir daha dilə gətirib.Haqlı narahatlıqdır. Nədən ki, nüvə bombasına malik Tehran rejimi daha cilovlanmaz duruma gələcək və özünün aqressiv, hədələyici siyasəti ilə bölgə xalqları və dövlətləri, ilk növbədə Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevriləcək. Şəksiz, proseslərin belə sonluğunda hamıdan çox Türkiyə maraqlı deyil. Təsadüfi deyil ki, bir vaxtlar baş nazir Ərdoğan İranın nüvə proqramı ilə bağlı etirazını elə beləcə də ifadə etmişdi: “Nüvə enerjisi bıçağa bənzəyir, cərrah əlində bir, quldur əlində ayrı anlam daşıyır”.Ona da şübhə yox ki, cənub qonşumuz “Nüvə klubu”nun üzvünə çevrilərsə, bölgənin başqa supergücü olan Türkiyə geosiyasi balansı bərpa etmək üçün nüvə proqramına girişəcək. Hərçənd bu, çox bahalı proqramdır. Yeri gəlmişkən, “qara qızıl”ın dünya bazarında sürətlə ucuzlaşmasının səbəblərindən biri neft-qazdan asılı olan İran rejimini çökdürmək və bununla da nüvə proqramını ləngitmək ola bilər. Hər halda Birləşmiş Ştatların başı hazırda İraqla Əfqanıstana qarışdığından və üstəlik, Ağ Evdə təhvil-təslim dövrü olduğundan Vaşinqton Tehrana qarşı ciddi preventiv əməliyyatlar həyata keçirmək imkanında deyil. Elə həvəsində də. İsrailin önləyici raket zərbələri isə ekspertlərə görə, Tehranın nüvə proqramını sadəcə yavaşıda bilər.Başqa təhlükələr də var. İş ondadır ki, İranın atom başlıqları Yaxın Şərqdəki terror təşkilatlarının əlinə keçə bilər. Düzdür, bir nömrəli terrorçu hörgüt olan “əl-Qaidə” ilə şiə İranın münasibətləri gərgindir. Amma unutmaq olmaz ki, ABŞ-a münasibətdə onların maraqları tam üst-üstə düşür. Onların hər ikisi Amerikanın ümumi düşmənidir, onu “böyük şeytan” adlandırır. Yəni “üçüncü əl” vasitəsilə kütləvi qırğın silahının terrorçulara ötürülməsi qətiyyən illüziya sayılmamalıdır. İndinin özündə “əl-Qaidə”çilər portativ (əldəqayırma) nüvə başlığına malik olduqlarını iddia edirlər.Maraqlıdır ki, məhz bu ərəfədə Luqar bəyan edib ki, ABŞ özünün raketdənmüdafiə sistemləri üçün Azərbaycanda yer almaq barədə düşünə bilər. Yəni hərbi baza, RLS məsələsi. Rəsmi Bakının buna reaksiyasının necə olacağı ilə işimiz yoxdur. Məsələnin həssas tərəfi budur ki, amerikalı senator Rusiyanın ünvanına qəribə jestlər də edib: “Bizim Avropada yerləşdirmək istədiyimiz raketdənmüdafiə sistemlərinə Rusiyaya nəzarət imkanı verilə bilər. Məncə, Moskvanın reaksiyası çox da adekvat deyil, amma hesab edirəm ki, biz razılığa gələ bilərik”.Yumşalmaların arxasında duran motiv aydındır. Vaşinqtonda Moskvanın Tehrana təsir-təzyiq imkanlarının ciddiliyini anlayırlar. Eyni zamanda onu da nəzərə alırlar ki, ABŞ kimi Rusiya da İranın nüvə silahına malik olmasında maraqlı deyil. Çünki cənub və şimal qonşularımız Qərbə qarşı tərəfdaş kimi görünsələr də hər halda müttəfiq deyillər.“Bizim ümumi maraqlarımız var. İranın nüvə başlıqlı raketlər hazırlamaq niyyəti hamımız, bütün dünya üçün təhlükədir. Hesab edirəm ki, Rusiya ilə birgə İrana təsir göstərə bilərik”. Bu da senator Luqarın fikridir. *** Bütün bunlardan sonra bir sual açıq qalır: görəsən, ABŞ-la Rusiya görücü Vanqanın proqnozunu verdiyi bir təhlükəni önləyə biləcəklərmi? 2010-cu ildə nüvə savaşının başlayacağı barədə qorxulu xəbərdarlığı deyirik. Zahid SƏFƏROĞLU
44,740
21.12.2008 08:51
İqtisadiyyat
ƏRZAQ MALLARININ QİYMƏTİ 29 FAİZDƏN ÇOX BAHALAŞIB
Xatırladaq ki, Azərbaycan hökuməti 2008-ci il üçün inflyasiyanı ilkin olaraq 12-14 faiz səviyyəsində proqnozlaşdırmışdı. Lakin sonradan illik proqnoz 18 faizədək artırıldı. Beynəlxalq Valyuta Fondunun ekspertləri isə bu il Azərbaycanda inflyasiyanın 20 faizdən aşağı olmayacağını bəyan ediblər. Yeri gəlmişkən, İqtisadi İnkişaf Nazirliyi (İİN) gələn il ölkədə inflyasiyanın 12-14 faiz təşkil edəcəyini bildirir. Hökumətin bu istiqamətdə optimist bəyanatlarına baxmayaraq, beynəlxalq maliyyə qurumlarının Azərbaycanda bahalaşma ilə bağlı proqnozları bədbindir. BVF yaxın 5 ildə qiymətlərin 20 faiz bahalaşacağını bəyan edir. Maliyyə qurumu gələn il iqtisadi inkişaf templərinin 2,6 faiz azalacağı halda, bahalaşma tempinin sürətlənəcəyini deyir. Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə də 2015-ci ilə kimi Azərbaycanda inflyasiyanın birrəqəmli olması mümkün deyil. Buna səbəb kimi ölkədə ümumi daxili məhsulun artım tempinin aşağı düşməsi göstərilir. Belə ki, digər göstəricilərin artım tempinin çoxalması fonunda ümumi daxili məhsulun artım tempinin azalmasının heç də yaxşı effektlər verməyəcəyi söylənilir. Hazırda qiymətlərin nisbətən sabitləşməsinə, əvvəlki aylarla müqayisədə son iki ayda defilyasiyanın müşahidə edilməsinə baxmayaraq, ekspertlər 2009-da inflyasiya səviyyəsinin hətta builkindən də yüksək olmasını mümkün sayırlar. Növbəti ildə ölkədə inzibati tənzimlənən qiymətlərin səviyyəsində Tarif Şurasının qərarı ilə dəyişiklik edilməzsə, inflyasiyanı builki səviyyədən aşağı saxlamaq mümkün olacaq. Əks təqdirdə, 2009-da inflyasiya səviyyəsinin hətta builkindən də yüksək olması mümkündür. Bu arada qeyd edək ki, ölkədə qiymətlərin bahalaşma sürəti Avropa və Rusiyanı qabaqlayır.
44,741
21.12.2008 06:55
İqtisadiyyat
XARİCİ İŞ ADAMLARI AZƏRBAYCANDA FƏALİYYƏTLƏRİNİ DONDURA BİLƏR
Ölkədə fəaliyyət göstərən sahibkarlardan da kütləvi şəkildə vergi yığılır. Hətta xəbər verdiyimiz kimi, vergi müfəttişləri iri ticarət, iaşə və istehsalat obyektlərində kütləvi yoxlamalar apararaq, külli miqdarda haqq tələb edirlər. Tələb olunan məbləğin həcmi isə müəssisələrin dövriyyəsinə uyğun olaraq 10 min 100 min manat arasında dəyişir.Büdcənin inzibati yolla doldurulması ölkədə biznes mühitinin pisləşməsinə, iş adamlarının fəaliyyətlərini dayandırmasına gətirib çıxara bilər. Baxmayaraq, Maliyyə Nazirliyi bəyan edir ki, neftin qiymətinin aşağı düşməsi ölkəyə ziyan vursa da hələlik dövlət büdcəsinin doldurulmasında problem yoxdur. Amma hər halda əgər dövlət qurumu neftin qiymətinin düşməsinin ölkəyə ziyan vurduğunu qəbul edirsə, deməli, məsələ göründüyü qədər hökumət üçün sadə deyil, əskinə, kifayət qədər qəlizdir. Dövlət qurumlarında dövlət büdcəsinin doldurulması, xüsusilə dövlət gəlirləri ilə bağlı ciddi narahatçılıq var. Onu da qeyd edək ki, ölkəyə qoyulan xarici investisiyanın da həcmində azalmalar baş verib. Belə ki, bu ilin 11 ayında Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyalar 13 faiz azalıb. Statistika Komitəsindən verilən məlumata görə, xarici investorlar bu müddətdə iqtisadiyyata 2,4 milyard dollar investisiya yatırıb. Ölkəyə yatırılan sərmayələrin təxminən yarısı böyük britaniyalı investorların payına düşür. Amma bu ölkə də daxil olmaqla ötən müddətdə Amerika, Türkiyə, İran sərmayələri ötən illə müqayisədə azalıb.
44,742
21.12.2008 06:56
İqtisadiyyat
ERMƏNİSTANDA DA TİKİNTİNİN HƏCMİ AZALIB
Noyabr ayı ərzində Ermənistanda sənaye istehsalının ümumi həcmi 11,4 faiz, tikintinin həcmi isə 9,4 faiz azalıb. 2008-ci ilin noyabr ayı ərzində respublikada elektrik enerjisi istehsalı 5,1 faiz aşağı düşüb. Noyabr ayı ərzində əhaliyə göstərilən xidmət (ticarət nəzərə alınmadan) 0,1 faiz, pərakəndə ticarətin həcmi isə 6,4 faiz azalıb. 2008-ci ilin noyabr ayı ərzində Ermənistanın xarici ticarət dövriyyəsi 15,8 faiz azalıb. Bununla yanaşı onun strukturunda ixracat 38,6 faiz, idxalın həcmi isə 10,3 faiz azalıb. Müqayisə uğursuz olsa da, qeyd edək ki, Azərbaycanın Dövlət Statistika Komitəsi Ermənistan Milli Statistika Xidmətindən fərqli olaraq, bu, göstəricilərin heç biri ilə bağlı indiyə qədər doğru məlumat açıqlamayıb. Əksinə, dünya iqtisadiyyatının böhran yaşadığı bir zamanda DSK ÜDM-in, idxalın, ixracın, tikintinin həcminin artdığını iddia edir.
44,743
21.12.2008 06:57
İqtisadiyyat
DOLLARIN KURSU DÜŞMƏKDƏ DAVAM EDƏCƏK
Xatırladaq ki, artıq 3 ildir dollar manatla müqayisədə ildə 3-5 faiz ucuzlaşır. Əslində dolların kursunun zəifləməsi neft hasil edən ölkə kimi Azərbaycanın dövlət gəlirlərini artırır: “Azərbaycan iqtisadiyyatının təxminən 90 faizə yaxınını neft və neft məhsulları təşkil edir. Dünya birjalarında neft və neft məhsullarının satışı Amerika valyutası ilə həyata keçirilir. Azərbaycanın idxal əməliyyatları dollarla aparılır. Eyni zamanda bu gün ölkənin valyuta rezervlərinin böyük hissəsi dollarla yığılır və Neft Fondunun vəsaitlərində dollarla ifadə daha çoxdur. Dolların məzənnəsinin düşməsi son nəticədə Milli Bankın idarə etdiyi valyuta rezervlərinin dəyərinin düşməsinə, o cümlədən Neft Fondu gəlirlərinin azalmasına gətirib çıxarır. Göründüyü kimi, gəlirlərin azalması baxımından dolların kursunun zəifləməsinin Azərbaycan üçün mənfi təsirləri var. Dolların kursunun düşməsi prosesinin 1 ildir davam etməsinə baxmayaraq Dövlət Neft Fondu vəsaitlərinin xarici valyutalar üzrə bölgüsündə dəyişiklik etməyi düşünmür.
44,744
21.12.2008 06:51
İqtisadiyyat
ÖLKƏMİZDƏ QIZILIN QİYMƏTİ BAHALAŞIB
Satıcıların sözlərinə görə, bahalaşmaya səbəb dünyada qızılın qiymətinin artmasıdır. Xatırladaq ki, noyabrın əvvəlindən indiyədək qızılın qramı 6 dollar bahalaşıb. Mütəxəssislərin fikrincə, maliyyə böhranı davam etdikcə, qızıl bahalaşacaq. Çünki valyuta bazarlarında qeyri-sabitlik, səhmlərin ucuzlaşması investorların qızıla marağını artırır. Beynəlxalq ekspertlər bildirir ki, gələn ilin əvvəlində qızılın unsiyasının, başqa sözlə 31 qramının qiyməti 1000 dollara qalxacaq. Xatırladaq ki, qızılın rekord qiyməti bu ilin martın 17-də qeydə alınıb. Həmin gün birjalarda qiymətli metal 1033 dollara satılmışdı.Nəzərə çatdıraq ki, ölkəyə qızıl məmulatları əsasən Türkiyə, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərindən gətirilir. Azərbaycanın özünün qızıl ehtiyatlarına gəlincə, son illər Daşkəsən rayonunda böyük ehtiyatlara malik Çovdar köklü qızıl yatağı aşkarlanıb. Bundan əlavə, Xanlar rayonunda, Naxçıvanda iki səpinti qızıl yatağı tapılıb.
44,745
21.12.2008 05:57
Yazarlar
DONMUŞ, SÖNMÜŞ, “ŞƏN NAXÇIVAN”
Ağlamalı xəbərin yükünü Şərur rayonunun Ahamet kəndində bir ailənin dəm qazından boğulması təşkil edirdi. Rəhmətliklər İran sobasını yandırıb televizora baxırmışlar. Səhər qonşuları onları ölmüş halda tapanda da, televizor açıq imiş...Gülməli xəbər də elə birbaşa televizorla bağlı idi. Yerli “xan” həzrətlərinin təzə fərmayişi ilə bundan sonra Naxçıvan feodal mülkünə təhkim olunmuş camaat peyk antenalarıdan istifadə etməyəcəklər. Sən demə, bu antenalar Səyavuş Novruzovun Azərbaycanın Cenevrəsi, Vasif Talıbovun Nuh Peyğəmbərin vətəni hesab etdiyi Naxçıvanın ümumi görünüşünə ciddi xələl gətirirmiş. Naxçıvan camaatını peyk antenasız qoyandan sonra isə növbə o biri rayonlara keçəcək. Bir sözlə, Sədərəkdən Ordubudadək hamı Talıbovun kabel televiziyasının ayırdığı kanallara baxacaq. Deyilənə görə, “Kabel TV”nin əhaliyə təqdim etdiyi kanallar isə çox azdır. Naxçıvanlılar günboyu əsasən şou-proqramlar, musiqi verilişləri və bir də dizilər göstərən kanalları seyr edə biləcəklər.Muxtar respublikadan gələn üçüncü xəbərin niyə heyrətləndirici olduğunu da deyim. Sən demə, bu il Naxçıvanda 34 min yeni iş yeri açılıb ki... bu iş yerlərində çalışmağa işçi qüvvəsi olmadığından qonşu Türkiyədən bölgəyə işləməyə gəlirlər. Əslində Şərurda baş verən faciə ilə - yeri gəlmişkən, dünən günün sonunda bu rayondan dəm qazı ilə iki ailənin boğulması barədə xəbər almışıq, bu barədə qəzetimizdə oxuya bilərsiniz - yeni iş yerlərinin açılması və peyk antenalarının yığışdırılması arasında heç bir əlaqə yoxdur. Bizim ağlamalı, gülməli, heyrət doğuran kimi təqdim etdiyimiz xəbərlərin hamısı əslində bir NAXÇIVAN REALLIĞINDAN, NAXÇIVAN FACİƏSİNDƏN xəbər verir. Dünyaya qaz satan bir ölkə böyük torpaqdan qərib düşmüş bir bölgəni isə qızdıra bilmir. Naxçıvan insanı bölgənin sərt soyuğundan qorunmaq məcburiyyətindədir. Bir tikə çörək tapıb canını qızdırmaq, dərd-sərini bircə anlıq da unutmaq üçün bəlkə də son təsəlli, axşamlar ailəvi şəkildə yığışıb Azərbaycan telekanalının şit və məzmunsuz verilişlərinin əvəzinə başqa bir dünyaya “girmək” istəklərinə isə təzəlikcə son qoyuldu. 21-ci əsrin 9-cu ilinin astanasındayıq, görün insanları hansı məşəqqətlə, məhrumiyyət və məhdudiyyətlə üz-üzə qoyurlar.Son bir ildə 34 min iş yeri açıldığını, işləməyə xaricdən işçi qüvvəsi gətirdiyini deyirlər. “Naxçıvanda işsizlik problemi yoxdur”. Bilirsinizmi nəyə görə? Çünki Naxçıvanda ümumiyyətlə adam yoxdur. Hamı baş götürüb qaçır bu feodal şəhərindən. Özü də kim necə bacarırsa. Türkiyədə, İqdır və İstanbulda, Bakıda, Rusiyanın çöllərində naxçıvanlılar on minlərlə iş yerləri açıblar özləri üçün. Baş götürüb gedirlər bu kiçik vətən torpağından, o yerlərə ki, orada qaz, çörək var. Orda peyk antenaları yığışdırılmır. Və nəhayət, orda Vasif Talıbov yoxdur.
44,746
21.12.2008 07:01
Mədəniyyət
RÖYA TARKANLA BİRGƏ OXUMAQDAN İMTİNA EDİB
Xəbərdə bildirilir ki, konsertin baş tutmamasına səbəb konsertin təşkilatçısı Nahid Emiloğlunun şərtləri ilə müğənninnin razılaşmaması səbəb olub. Qeyd edək ki, konsertdə Röya hətta Tarkanın istəyilə duet də oxumalı idi. Müğənninin mətbuat katibi bildirdi ki, konsertə bilet alanlar arasında Röyanın pərəstişkarları üstünlük təşkil edib.Müğənni ilə bağlı digər yeniliyə gəlincə isə mətbuat katibi bildirdi ki, Röyanın Türkiyədə hazırlanan növbəti diski yaxın vaxtlarda satışa çıxarılacaq. “Bax” adlanan yeni albom Röyanın həyat yoldaşı Anarla birgə toylarında duet oxuduqları mahnının şərəfinə belə adlandırılır. Mahnının sözləri Röyanın, musiqisi isə Emin Kəriminindir. APRELİN 3-də İRADƏ İBRAHİMOVANIN TOYUDURİl boyu nişanlandığı barədə gəzən şayiələri təkzib edən müğənni İradə İbrahimova, nəhayət, nişanlandığını etiraf edib. “İstiot”un yaydığı xəbərə görə, toy günü də təyin olunub. Belə ki, toy gələn il aprelin 3-də İradənin ad günündə keçiriləcək.İradə şəxsi həyatına yetərincə vaxt ayırdığından Yeni il şou-proqramlarından imtina etdiyini də bildirib. Müğənni onu sevməklə yanaşı sənətinə də hörmət edən həyat dostu tapdığı üçün özünü xoşbəxt saydığını deyib. TÜNZALƏ AĞAYEVA DEPUTAT OLMAQ İSTƏYİRMüğənni Tünzalə Ağayeva onun deputat olmaq istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Müğənni xanım bu məsələyə başqa prizmadan yanaşdığını vurğulayıb."Hər bir ictimai fəal vətəndaş millət vəkili olması üçün namizədliyini irəli sürə bilər. Lakin özüm haqqında konkret fikir söyləyə bilmərəm. Düzdür, mənim haqqımda “millət vəkili ola bilərsən” kimi fikirlər söylənilir. Amma bu, məsuliyyətli işdir və öhdəsindən gəlmək üçün özünü tam hazır görməlisən. İndidən bu barədə heç nə deyə bilmərəm. Ola da bilərəm, olmaya da bilərəm"- deyə müğənni bildirib.
44,747
21.12.2008 06:04
Mədəniyyət
İLHAMƏ QULİYEVA FAİQ AĞAYEVİ MÜDAFİƏ EDİR
“Faiq Ağayev mənim dostumdur. Mən Faiqi hər zaman dəstəkləmişəm və nəfəs aldığım son ana qədər də dəstəkləyəcəyəm. Hər şeyin qayda-qanunu var. İnsanın səbr kasası dolanda o, tərəf-müqabili haqqında dərindən bildiklərini açıqlayırsa, bu, kişilikdir. Bunu hər adam edə bilməz. Faiqin dediklərində bir kəlmə yalan olsa, o, bunu heç zaman açıqlamaz. Faiq əvvəldən sona kimi hansı fikirləri söyləyibsə, bunların hamısı doğrudur. Hətta onun bilmədiyi məqamlar da var. Ona görə də mən deyirəm ki, heç kim başqasının şərəf və ləyaqətini tapdalamasın, heç kim heç kəsə şər-böhtan atmasın. Nəticədə belə olur ki, bu yalanlar, böhtanlar insanın (əgər ona insan demək olarsa) özünə qayıdır. Ona görə hesab edirəm ki, o şəxs bu gün rəzil bir vəziyyətdədir. Faiq Ağayev danışığında, ifadələrində doğruları söyləyib, buna görə də onun arxasında dağ kimi varam”- deyə İ.Quliyeva bildirib.İ.Quliyeva bu məsələdə Faiq Ağayevin qalib olacağını da dilə gətirib: “Məhkəmə prosesində də mən və mənim komandam Faiqin yanında olacağıq. Mənim yaxınlarım bu məhkəmədə iştirak edəcəklər. Şahid qismində məhkəmədə ifadə verməyim Faiqin opponenti üçün böyük şərəf olar. Hər şey aşkardır və göz qabağındadır”.
44,748
21.12.2008 06:05
Yazarlar
MÜĞƏNNİLƏR NİYƏ CIRMAQLAŞIR?
Amma bunların hamısından maraqlısı şou-biznes aləmində baş verənlərdir. Bu aləmdə sözün əsl mənasında aləm bir-birinə qarışıb. Söyüşün, cırmaqlaşmanın, təpiyin, sillənin biri bir qəpik olub. Şou biznes ulduzları bir-birini saçlayır, it sürütməsi edir, bir-birini mavi, çəhrayı adlandırır, bir müğənni başqa müğənninin qanını içməyə hazır olduğunu deyir.Noolub bunlara, nə baş verib, nəyi bölüşdürə bilmirlər? Burda söhbət kiminsə başqasının bazarına girməsindən getmir. Heç məsələ populyarlaşmaq istəyində də deyil. Çünki son vaxtlar bir-birini qıran müğənnilər kifayət qədər populyardılar və şou biznes aləmində yerləri çox möhkəmdir. Onlar toylara ən azı 10 min manata gedirlər, restoranlarda yarım saat oxumaq üçün 4-5 min manat qonorar tələb edirlər. Hə, bax elə bizim sualımızın cavabı bu pul məsələsinə gedib çıxır. Bir-birini qıran, efirdə, kadr arxasında, qəzet səhifələrində, restoranlarda olmazın təhqirlərini səsləndirən müğənnilərin hər şeyi var, onlar Azərbaycan əhalisinin 80 faizi kimi çörək, qaz, işıq, su dolanışıq dərdi çəkmirlər. Qoşa-qoşa villaları, cangüdənləri, bahalı avtomobilləri var, hara gedirlər gülərüzlə qarşılanırlar, camaat toylara gedib pul xərcləyir, bunlar toylara gedib pul qazanırlar. Təsəvvür edin ki, bir müəllimin bir ildə aldığını bunlar yarım saatda qazanırlar. Müəllim ilboyu məktəbə təpik döyür, həftədə beş gün 4-5 saat sinif otaqlarında boğazını cırır ayın axırında da 150-200 manat ala-almaya. Heç indiyə kimi eşitmisiniz ki, hansısa müəllim həmkarının saçını yolsun, onu sillələsin, cangüdənini başqa bir müəllimin üstünə göndərsin, onu ölümlə hədələsin? Müəllimin başı birtəhər ailəsini dolandırmağa qarışıb. Elə həkimi də, fəhləsi də, zabiti də, jurnalisti də, dəmiryolçusu, sürücüsü də bu vəziyyətdədir. Bu ölkədə at oynadanlar harın məmurlar, onların ətrafları və bir də elə onların pullarına onlardan da artıq harınlayan şou-biznes nümayəndələridir. İş yox, güc yox. Bunların fəaliyyəti ancaq telekanallardakı, radiolardakı şou verilişlərə qatılmaq, bir də ciblərinə disket qoyub toylara getməkdir. Əksər müğənnilər toylarda cəmi bir neçə canlı mahnı oxuyur, ondan sonrası fonoqram olur, 5-10 min manat verib toya gətirilən müğənni dodağını tərpədir, məclis əhli də şıdırğı gedir. Bu yaxınlarda bir toydaydım. Toy sahibi bir neçə min dollar verib tanınmış müğənnilərdən birini gətirmişdi. Məclis qurtaranda məlum oldu ki, həmin müğənni cəmi dörd mahnı oxuyub. Hərəsi də cəmi 6-7 dəqiqə çəkib. Bundan qəzəblənən toy sahibi həmin müğənninin pulunu vermək istəmirdi və düz də edirdi.Hər gün bir neçə min dollar qazanan və faktiki olaraq elə bir əziyyət çəkməyən müəğənnilərin bir-birini qırması, cəmiyyətə əxlaqsızlıq, mənəviyyatsızlıq aşılamasına təəccüblənmək lazım deyil. Onlar indiki Azərbaycanın ən toxunulmaz insanlarıdır. İşləri dara düşəndə hakimiyyətin təşkil etdiyi şadyanalıqlarda bir-iki ağız oxuyub, mədhiyyə deməklə problemlərini həll edirlər. Məmur deyillər ki, hər axşam səksəkə içərisində Az.TV-nin “Xəbərlər” proqramını gözləyib görsünlər ki, işdən çıxarılıblar ya yox. Onların işi daimidir; hər gün oxumaq, hər gün oynamaq, hər gün söyüşmək, cırmaqlaşmaq. Zabil MÜQABİLOĞLU
44,749
21.12.2008 06:58
Ölkə
GORANBOYUN İCRA BAŞÇISI VƏTƏNDAŞIN MÜLKÜNÜ UÇURTDURUB
M.Böyükkişiyev ticarət obyekti tikilən ərazinin ona məxsus olduğunu və Dövlət Reyestr Xidmətində qeydə alındığını söylədi. Onun sözlərinə görə, dəyəri 600 min manat olan ikimərtəbəli ticarət obyekti yerlə-yeksan edilib. Bina sökülməzdən əvvəl icra başçısı tikilinin qanunsuz olması barədə məhkəmə qərarı çıxartdırıb.İcra başçısının sifarişini yerinə yetirən hakim Elxan Aslanov 9 noyabr 2005-ci il tarixində binanın qanunsuz tikilməsi barədə qətnamə çıxırıb. Maraqlıdır ki, məhkəmə prosesi barədə M.Böyükkişiyevə məlumat verilməyib. Binanın qanunsuz tikilməsi barədə çıxarılan məhkəmə hökmü də cavabdehə təqdim olunmayıb. Məhkəmə qərarından 3 il sonra - 2008-ci ilin noyabrın 11-də ticarət obyekti zorakılıqla sökülüb. M.Böyükkişiyev binanı sökənlərin başqa rayondan gətirildiyini söylədi: “Həmin bina ticarət obyekti olmaqla bərabər ailəmizin evi idi. Qanunsuz məhkəmə qərarından 3 il sonra evimizi sökdülər. Binanın uçurulması üçün Naftalandan fəhlə və texnika gətirmişdilər. Mülküm uçurularkən mağazalarda olan mallar da dağıntılar altında qalıb. Baş verən qanunsuzluqla bağlı Prezident Aparatına, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa və ombudsmana dəfələrlə şikayət etmişəm. Lakin şikayətlərimə məhəl qoyulmur”.
44,750
21.12.2008 06:06
Kriminal
ŞƏKİDƏ QARDAŞ BACISINI BIÇAQLADI
Həmin gün Siyəzən rayon sakini Rəfayel Feyziyev münaqişə zəminində həmyerlisi Camal Heydərova bıçaqla üz nahiyəsindən xəsarət yetirib. Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Feyziyev tutulub.Dekabrın 19-da Masallıda da bıçaqlanma hadisəsi qeydə alınıb. Rayonun Ərkivan qəsəbəsində qəsəbə sakini Zabil Bağırov münaqişə zəminində həmkəndlisi Qurban Səmədova bıçaqla xəsarət yetirib. Z.Bağırov Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. İKİ QƏZA, İKİ ÖLÜBakıdakı yol qəzasında bir nəfər ölüb. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, dekabrın 19-da saat 16.30 radələrində Xətai rayonundakı Gəncə prospektində Saatlı rayon sakini Adil Qasımov “VAZ-2106" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Əliş Bədirxanovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Bədirxanov orada ölüb. *** Həmin gün Xaçmaz rayonunun Xudat şəhərində Rusiya Federasiyasının vətəndaşı Kamil Quliyev “VAZ-2106" markalı avtomaşını idarə edərkən şəhər sakinləri Çimnaz Ağayevanı və Vəfa Ağayevanı vurub. Xəsarət alan Ç.Ağayeva və V.Ağayeva xəstəxanaya yerləşdirilib. Ç.Ağayeva orada ölüb. “JEEP”lə ADAM ÖLDÜRƏN ŞƏXS TUTULDUDekabrın 18-də 17 yaşlı Elxan Qazıyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş, sonra isə hadisə yerindən qaçmış “Ceep” markalı avtomaşının sürücüsü tutulub. 29 yaşlı Hövsan qəsəbə sakini Ömər Əliyev Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. AXTARIŞDA OLAN YENİYETMƏ YAXALANDIBakının Xətai rayonunda axtarışda olan şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı polis bölməsinin əməkdaşları Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1990-cı il təvəllüdlü Fərid Mehman oğlu Aslanovu tutublar. ZAQATALADA PARTLAYIŞ OLDUZaqatalanın mavi yanacaqla təchizatı dayandırılıb. Rayona qaz verilməsinin dayandırılmasına səbəb dünən səhər saat 09:00 radələrində Qaz İstismar İdarəsinin tənzimləyici qurğusunda baş vermiş partlayış olub (“Trend”).Hadisədə xəsarət alan olmayıb. Məlumata görə, partlayışın səbəbi hələlik məlum deyil və bu istiqamətdə araşdırma aparılır. Qəzanın nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Təmir işlərinin nə zaman yekunlaşacağı bilinmir. İÇKİDƏN ZƏHƏRLƏNİB ÖLDÜDekabrın 19-da Yasamal rayonundakı 286 saylı orta məktəbin yaxınlığından 40-45 yaşlı kişi alkoqol zəhərlənməsi ilə xəstəxanaya gətirilib və orada ölüb. Faktla bağlı araşdırma aparılıb. BAKIDA 109 AVARA VƏ DİLƏNÇİ SAXLANILDIBakıda avaraçılıq və dilənçiliklə məşğul olan 109 nəfər DİN Baş İctimai Təhlükəsizlik İdarəsi, Yasamal RPİ, DİN Çevik Polis Alayı, Nərimanov RPİ, Səbayel RPİ və Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb. Onlar Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə aparılıb. CƏLİLABAD SAKİNİ HEROİN SATANDA İLİŞDİCəlilabad rayon sakini Cəlal Hüseynov 1 kiloqram 215 qram heroini 18000 dollara satarkən yaxalanıb. O, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində ələ keçib. FƏHLƏ TƏMİR ETDİYİ EVDƏ YANIB ÖLDÜDekabrın 19-da saat 12.50 radələrində Yasamal rayonu, Bünyadzadə küçəsində yaşayan Qəzənfər Sadıqovun mənzilində təmir işləri aparan Şəki şəhər sakini Məmməd Mustafayevin cəsədi tapılıb. Məmməd Mustafayevin meyiti mənzildəki elektrik sobasının yanında yanmış halda olub.
44,751
21.12.2008 06:08
Kriminal
PARTLAYAN BEŞMƏRTƏBƏ DÜNƏN DƏ YANDI
Dünən Ə.Həsənovla yenidən əlaqə saxladıq. O, 13 mənzilə dəymiş ziyanın məbləğinin hesablanaraq aktlaşdırıldığını, aktın bir surətinin isə baş nazirin müavini Abid Şərifova göndərildiyini dedi: “Hazırda Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər Prokurorluğu və rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri araşdırmanı davam etdirir”.Komissiya sədri binanın taleyinə də aydınlıq gətirdi. Dedi ki, NK-da onun sökülüb-sökülməyəcəyi ilə bağlı müzakirə gedir. İlkin məlumata görə, binaya ciddi ziyan dəyib və çox güman ki, o, söküləcək.Son durumla bağlı dünən 26 saylı mənzil-istismar sahəsi (MİS) ilə də əlaqə saxladıq. Məlum oldu ki, sahə rəisi hadisə yerindədir və sakinlərin yerləşdirilməsi ilə məşğuldur. MİS-in adının çəkilməsini istəməyən əməkdaşı isə bildirdi ki, sakinlərə yaşadıqları mənzillərdəki otaqların sayına uyğun kirayə evlər təklif edilir: “Kirayə haqlarının ödənilməsini isə ”Kapitalbank" həyata keçirəcək. Evlərini itirmiş, yaxud öz evində yaşaya bilməyən 30 ailə müvafiq mənzillərlə təmin ediləcək".Xatırladaq ki, dekabrın 13-də partlayış nəticəsində binanın iki bloku tamamilə dağılıb, 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. İlkin versiyaya görə, hadisə qaz sızmasından baş verib. Olayla bağlı Pərviz Zülfüqarov, Samir Qəhrəmanov və Elman Niftəliyev şübhəli şəxslər qismində saxlanılıblar. Onlardan ikisi sonradan azadlığa buraxılsa da E.Niftəliyev həbsdədir. Bakı Şəhər Prokurorluğunun məlumatına görə, həmin şəxslər binanın 4-cü mərtəbəsində təmir işi aparıb. Fəhlələr 4 nəfər olsa da onlardan biri - Şirxan Kərimov hadisə zamanı ağır yaralandığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Hökumət hadisənin qaz sızması nəticəsində baş verdiyini bildirsə də digər versiyalar ortaya çıxıb. Məsələn, tutulan E.Niftəliyevin bacısı Yasəmən xanım hadisənin terror aktı olmasını istisna etməyib. Onun sözlərinə görə, partlayışın olduğu binada vəhhabilər də yaşayıb: “Amma onlar hadisə axşamı yoxa çıxıb”.Digər məlumata görə isə partlayış mənzillərdə yox, blokda baş verib. Elə bu səbəbdən 2-ci blokun pilləkənləri çöküb.Maraqlıdır ki, partlayan binada - 4-cü blokdakı mənzillərin birində dünən yanğın da baş verib. İlkin versiyaya görə, hadisəyə səbəb televizorun naqilindəki qısaqapanma olub. FHN əməkdaşları yanğının qarşısını alıb. Zərərçəkən yoxdur. Hadisənin binanın sökülməsində maraqlı olan qüvvələrin təxribatı olub-olmadığı hələlik məlum deyil.Zərərçəkənlərlə də əlaqə saxladıq. Hazırda yaxın qohumlarının mənzillərində yaşadıqlarını söyləyən sakinlər 172 saylı uşaq bağçasında yaşamağın mümkün olmadığını dedilər. Bildirdilər ki, onlara kirayə üçün ayı 250-300 manata evlər tapmaq təklif olunub. Lakin sakinlər bu məbləğin yetərli olmadığını iddia edir.
44,752
21.12.2008 06:09
Ölkə
“OĞLUM VƏTƏNİNİ SATMAZ”
Əsgərin qardaşı Afiq Həsənov isə qardaşının Azərbaycana qayıtmaq istəməməsinə inanmır: “Çünki Rafiq sonuncu məktubunda geri dönmək istədiyini yazmışdı”.Baş verənlərlə bağlı ANS-ə açıqlama verən əsgərin atası Rəhman Həsənov da erməni televiziyasında çıxış etməmişdən öncə oğluna ciddi təzyiqlər olduğunu söyləyib: “Mən ona baxırdım, sanki əlləri titrəyirdi. O tərəf-bu tərəfə boylanırdı. O, vətənini satmaz. Onun 2 qardaşı da cəbhə bölgəsində xidmət edir. Həmişə ona nəsihət edirdilər ki, vətəni sev”.Atanın sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç vasitəsilə dekabrın 12-də oğlundan gələn məktubda həqiqətən də o, tezliklə vətənə qayıdacağını yazıb. Qeyd edək ki, 1989-cu il təvəllüdlü R.Həsənov bu il oktyabrın 8-də Qazaxın Kəmərli kəndi istiqamətində əsir düşüb. Dünən gün ərzində məsələ ilə bağlı Qırmızı Xaçın Bakı nümayəndəliyi ilə əlaqə saxlamaq istəsək də bu, mümkün olmadı.
44,753
21.12.2008 06:10
İdman
“BOLQARLARIN DEKUSU”na BAKIDA OYNAMAQ TƏKLİF EDİLİB
“Levski”nin yetirməsi olan Milanov karyerası ərzində yalnız bu klubda çıxış edib. 2002-ci ildən əsas komandada debüt edən 24 yaşlı müdafiəçi iki dəfə ölkə çempionu adını, 3 dəfə kuboku qazanıb. Bolqarıstanın 21 yaşlılardan ibarət millisində 14 matç keçirən Jivko 2006-cı ildə əsas yığmada da debüt edib. Amma bu, müdafiəçinin millidə yeganə oyunu olub.Transferə çıxarılanlar arasında ən təcrübəlisi olan 32 yaşlı Petkov karyerasına “Xebr” klubunda başlayıb. Sonradan “Slaviya”ya keçən qapıçı 7 il əvvəl 400 min dollara “Levski”yə transfer olunub. Üç dəfə ölkə çempionluğunu, 4 ölkə kubokunu qazanan Petkov 2002-ci ildə ölkəsinin ən yaxşı qapıçısı seçilib. Üç il əvvəl Bolqarıstan millisinə dəvət olunan Georgi bu komandada 12 oyun keçirib.İl yarım əvvəl “Levski” Rabe ilə 4 illik müqavilə üçün 750 min avro xərcləmişdi. 23 yaşlı mərakeşli müdafiəçi əvvəllər vətənində “Rabat”ın, Səudiyyə Ərəbistanında isə “əl-Əhli”nin şərəfini qoruyub. Üç il əvvəl Yusuf Mərakeş yığmasının heyətində 20 yaşlılar arasında dünya çempionatının yarımfinalında da oynayıb. Qeyd edək ki, “Levski”nin “İnter”ə təklif etdiyi oyunçular siyahısında Daniel Kiş və Boyan İliyev də var.
44,754
21.12.2008 06:14
İdman
RƏŞAD SADIQOV İSPAN MƏTBUATININ GÜNDƏMİNDƏN DÜŞMÜR
Onun İspaniyanın üçüncü divizionunda mübarizə aparan ikinci komandanın hazırlığına qatılması da bundan xəbər verir. İspan mətbuatı həmyerlimizin əsas komandada möhkəmlənmək üçün var gücü ilə çalışdığını da vurğulayır.Şərhlərdə ölkəmizdə bu variantın gerçəkləşəcəyinə inananların sayının az olduğu da əksini tapıb. Əsas səbəb kimi isə 26 yaşlı futbolçumuzun son dövrlər “Neftçi”nin heyətindən kənarda qalması göstərilir. Bununla belə, ispan jurnalistlər və fanatlar sadə azərbaycanlı oğlanın Qərbi Avropada özünə yol açmaq istəyini böyük maraqla izləyir. Sadıqovun yanvarda yenidən “Valyadolid”in düşərgəsinə yollanacağı da birmənalı şəkildə qeyd olunub.
44,755
21.12.2008 06:13
İdman
BU GÜN “QALATASARAY” - “BEŞİKTAŞ” DERBİSİDİR
“Qalatasaray” derbini qələbə ilə başa vuraraq çempionluq yolundakı əsas rəqiblərindən “Fənərbaxça”nı yenidən qabaqlamaq istəyir. “Beşiktaş” isə əzəli rəqibi ilə görüşdən zəfərlə ayrılaraq liderlər qrupundakı mövqeyini möhkəmlətməyə can atacaq. Hazırda “Qalatasaray” 30 xalla 4-cü, “Beşiktaş” isə 28 xalla 6-cı sırada qərarlaşıb.“Cim-Bom” cari mövsümdə öz meydanında keçirdiyi 7 oyunun yalnız birində heç-heçə oynayıb, qalan bütün görüşlərdə qələbə qazanıb. “Beşiktaş” isə 2008/09 mövsümündə səfərdə keçirdiyi 7 oyunun yalnız ikisində meydandan qalib ayrılıb.“Qalatasaray”ın düşərgəsində zədəsi davam edən Harri Kyuell, Əmrə Güngör, Hasan Şaş, Serkan Çalık, Uğur, Alparslan və Orkun derbidə forma geyməyəcək. Üç sarı vərəqəsi olan Meyra isə derbidə də vərəqə alarsa, cəzalı duruma düşəcək. “Beşiktaş”da isə cəzalı Sivok və İbrahim Üzülməzlə zədəli Sərdar Qurtuluş ve Aydın bu vacib matçda iştirak etməyəcək. “Qara qartallar”ın heyətində mövsümün əvvəlindən bu yana 3 sarı vərəqələri olan Rüştü, Sisse, İbrahim Toraman, Nobre və Serdar Özkan derbidə də sarı vərəqə alsalar, cəzalı duruma düşəcəklər.Dünyanın məşhur bukmeyker kontorları da “Qalatasaray”-"Beşiktaş" matçına pul qoyuluşları təşkil edib. Futbol qumarbazları “aslanlar”ın qələbə şansını daha yüksək qiymətləndirir. Aparıcı bukmeyker kontorlarında “Qalatasaray” rəqibinə nisbətən qələbəyə iki dəfə daha şanslı göstərilir - 1.90. Oyunun heç-heçə başa çatacağını (3.30) və “Beşiktaş”ın qələbəsini (3.80) düşünənlərə isə daha çox qazanmaq imkanı verilir.Komandaların derbi oyuna aşağıdakı heyətlərlə çıxacağı təxmin edilir:“Qalatasaray”: De Santis, Səbri, Sərvət, Meyra, Hakan, Barış, Ayhan, Mehmet Topal, Arda, Linkoln, Baroş.“Beşiktaş”: Rüştü, Əli Tandoğan, Zapotoçnıy, Gökhan, Əkrəm, Holosko, Sisse, İbrahim Toraman, Tello, Delqado, Nobre. ƏMRƏ JURNALİSTİ SABAHA KİMİ DÖYMƏKLƏ HƏDƏLƏDİTürkiyə yığmasının və “Fənərbaxça” klubunun üzvü Əmrə Belözoğlu yenə hamını təəccübləndirib. 28 yaşlı futbolçu bu dəfə jurnalistlərlə kəllə-kəlləyə gəlib.Hadisə Konya şəhərində baş verib. Belözoğlu yerli “Konyaspor”la oyundan əvvəl şəklini çəkməyə çalışan “Kanaltürk”ün müxbirini kobud şəkildə itələyib. Bununla sakitləşməyən yarımmüdafiəçi daha sonra “Anadolu Ajansı”nın müxbirini “Səni sabaha kimi döyərəm” sözləri ilə təhdid edib. Qeyd edək ki, Belözoğlu bir neçə gün öncə Dənizli şəhərinin hava limanında da bir azarkeşlə əlbəyaxa olmuşdu. ALEKS “FƏNƏR”lə BAĞLI SON QƏRARINI VERDİBir çox tanınmış klubların gündəmində olan Aleks de Souza son qərarını açıqlayıb. Braziliyalı futbolçu karyerasını “Fənərbaxça”da davam etdirəcəyini bildirib. Bununla da Aleks kapitanı olduğu kollektivə sədaqətini növbəti dəfə nümayiş etdirib.İstedadlı yarımmüdafiəçi bildirib ki, son qərarından klub rəsmiləri də xəbərdardır və yanvarda yeni müqavilənin detalları müzakirə olunacaq. Qeyd edək ki, “Fənər”in simvoluna çevrilən Aleksin klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
44,756
21.12.2008 06:56
Mədəniyyət
“MƏNİM QƏLBİM AZƏRBAYCANDADIR”
APA-nın xəbərinə görə, sadə bəzədilmiş, yalnız qara royalın qoyulduğu səhnəyə çıxan Əzizə Mustafazadə öncə tamaşaçıları salamlayıb. “Mən yenidən Bakıda konsert verməkdən çox məmnunam. Bu gün sizin üçün xüsusi proqram hazırlamışıq. Rus dilində danışsam da bütün ifa etdiyim mahnılar azərbaycancadır. Çünki mənim qəlbim Azərbaycandadır. Mən atamın musiqiləri ilə böyüdüm və bu gün də o musiqisiz yaşaya bilmirəm”- deyən müğənni hər ifasından sonra tamaşaçılarla ünsiyyətə girib, onlarla fikirlərini bölüşüb.Konsertdə caz ifaçısını onun Amerikadan özü ilə gətirdiyi musiqiçilər Ralf Çetto və Simon Çimbardo müşayiət edib. “KARAOKE” MÜSABİQƏSİ DEKABRIN 30-da YEKUNLAŞACAQDekabrın 25-də Azərbaycanda keçirilən “Karaoke” müsabiqəsinin birinci mərhələsi başa çatır. Dekabrın 30-da isə müsabiqəyə yekun vurulacağını deyən layihənin baş prodüsseri Zaur Kamalın bildirdiyinə görə, Karaoke üzrə Milli Təşkilat Komitəsi bu günlərdə iclas keçirib və Dünya Çempionatı Təşkilat Komitəsinin tələblərinə uyğun olaraq müsabiqənin qaydalarında dəyişiklik edilməsi ilə bağlı protokol tərtib edib.Protokola əsasən nominasiyaların 6-dan 12-yə qaldırılması ilə əlaqədar pul mükafatları ləğv olunub və yerdə qalan maliyyə vəsaiti əlavə 6 mükafatın hazırlanmasına sərf edilib.Çempionatın həmsədrləri xalq artisti Yalçın Rzazadə, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, eyni zamanda təşkilat komitəsinin üzvləri - aranjeman Yaşar Baxış, dizayner-modelyer Səbinə Zülalova, “Stop” klubun direktoru Elçin Səmədov, “ŞFT” şirkətinin direktoru Fərhad Şabanov və Zaur Kamalın iştirakı ilə təşkilat məsələlərinə baxılıb, nominasiyaların sayının artırılması və çempionatın medalları təsdiq olunub.“Karaoke” müsabiqəsi çərçivəsində “Xəzərin karaoke hiti” milli mükafatının təsis edildiyi barədə məlumat vermişdik. Xatırladaq ki, bu mükafat üzrə ən çox reytinq toplayan mahnılar Rəşid Behbudovun repertuarından “Sevgilim”, “Ya vstretil devuşku”, Aygün Kazımovanın “Ya devuşka vostoçnaya”, Lalə Məmmədovanın “Məktəb illəri”, Röya Ayxanın “Deyin ona” və “N brothers” qrupunun “Gözəl” mahnıları olub. Sonda Zaur Kamal müsabiqənin onluğunda liderlik edən iştirakçıların adlarını çəkib. Bunlar Vadim Vakryaçko, Tahir Quliyev, Leyla Qədirova, Sevinc Məmmədova, Şamil Kərimov və Rövşən Əzizovdur.
44,757
21.12.2008 07:19
Astrologiya
ULDUZ FALI
QOÇ - Bütün gücünüzü fəaliyyətə həsr etsəniz, ötən günlərdə yarımçıq qalmış problemləri dəf edəcəksiniz. Uzaq səfərə çıxmaq fikrindən daşının. İşgüzar sövdələşmələrdən yan keçməyin. BUĞA - Planetlərin yerdəyişməsinə təsadüf edən bu təqvimdə yaxşı olar ki, vacib işlərinizi təxirə salasınız. Vaxt tapıb müqəddəs ziyarətgahlarımıza səfər edin. Axşam maraqlı insanlarla üzləşəcəksiniz. ƏKİZLƏR - Hansısa sövdələşmə ilə bağlı bəzi anlaşılmazlıq yarana bilər. Lakin bunu zorakı üsullarla yoluna qoymaq səmərəsizdir. Axşama doğru yaxınlarınız tərəfindən sevinəcəyiniz gözlənilir. XƏRÇƏNG - Gün ərzində yalnız adi işlərlə məşğul olmağa çalışın. Hansısa ciddi məsələyə müdaxilə etmək, risklərə meyllilik arzuolunmazdır. Xüsusən də saat 15-dən sonra ayıq-sayıq olun. ŞİR - Şəxsi büdcənizi artırmaq üçün geniş imkanlar qazansanız da, bu təqvimi mübahisəsiz başa vurmayacaqsınız. Ulduzlar son vaxtlar səbrsiz və əsəbi olmağınızdan şikayət edir. QIZ - Nədənsə son vaxtlar ulduzların tövsiyələrinə əməl etmirsiniz. Belə passivliklə irəli getməksə çox çətindir. Bu səbəbdən də nahardan sonra gözlənilən önəmli şanslardan bəhrələnməlisiniz. TƏRƏZİ - Rastlaşdığınız problemləri dinc yolla həll etməyə çalışın. Kənar müdaxilələrə o qədər də əhəmiyyət verməyin. Günün ikinci yarısı aldığınız hər bir dəvəti təxirə salın. ƏQRƏB - Ulduzların sizə verdiyi tarixi fürsətdən bəhrələnməyə çalışın. Bütün gücünüzü səfərbər edin. Boş dayanmaq məğlubiyyətdir. Yaxşı mənada hər bir vasitədən istifadə edin. OXATAN - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də nahardan sonra uzaqgörənliyə ehtiyacınız olacaq. OĞLAQ - Artıq bu axşamdan öz bürcünüz “hakimiyyətə” gəlir. Bu isə o deməkdir ki, digər bürclərlə müqayisədə ən enerjili siz olacaqsınız. Ulduzlar daha çox maliyyə imkanlarınızın genişlənəcəyini bildirir. SUTÖKƏN - Ətrafınızdakıların sizin kimi olmamasından məyus olursunuz. Unutmayın ki, hər kəsin öz xarakteri var və reallığa düzgün yanaşmalısınız. Kobud adamlara qarşı sərt mövqe sərgiləyin. BALIQLAR - Hər bir münaqişədən uzaq olmağa çalışın. Rəqib və düşmənlərinizdən qisas almaqdansa yarımçıq planlarınızı yekunlaşdırın. Ailə-sevgi münasibətlərində səbrli və mülayim olun.
44,758
21.12.2008 06:52
Siyasət
“MƏQAMI GƏLƏNDƏ XALQ BİR NƏFƏR KİMİ AYAĞA QALXACAQ”
“Əliyev rejimi Azərbaycanın müstəqilliyinin verdiyi bütün imkanları, xalqın istedad potensialını bu illər ərzində gerçəkləşdirmədi. Cəmiyyətin Qarabağ probleminin həllinə və sosial gərginliyi azaltmaq üçün milli barışığa yönəlik məsələlərdə ümid işartılarını söndürdü. Hakimiyyət demokratiyaya zidd növbəti addımını atmağa, bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsini məhdudlaşdıran maddəni konstitusiyadan çıxarmaq məqsədilə referendum keçirməyə və sülalə rejimli hakimiyyətini rəsmiləşdirməyə hazırlaşır”.İqtisadi böhranın Azərbaycana vurduğu zərbələrdən də söz açan Müsavat başqanı işsizliyin artdığını, xaricə iş dalınca gedən on minlərlə azərbaycanlının vətənə dönməyə başladığını söylədi: “Rusiyaya iş dalınca gedənlər artıq vətənə dönməyə başlayıb. Yaxın aylarda iqtisadi böhranla bağlı müsbətə doğru dəyişiklik olmasa, yüz minlərlə soydaşımızın vətənə dönmə ehtimalı var. Azərbaycanda isə müsbət dəyişikliklərin olacağı real görünmür. Vəziyyətin ürəkaçan olmadığı bir vaxtda yüz minlərlə soydaşımızın qayıdışı hakimiyyəti narahat edir. Hakimiyyətin bütün azadlıqları məhdudlaşdırdığı halda vətəni tərk etmək azadlığına məhdudiyyət qoyulmamasının da səbəbi var. İnsanların qazanc məqsədilə xaricə üz tutması ölkəmizdəki sosial gərginliyi və ictimai təzyiqi azaldır”.Müsavat başqanı partiyanın 2008-ci ili digər demokratik qüvvələrlə birgə rejimə qarşı mübarizədə keçirdiyini söylədi, amma demokratik qüvvələrin hakimiyyətə gəlməsinin mümkün olmamasından təəssüfünü ifadə etdi: “2008-ci ildə ölkədə bu rejimə alternativ müxalifətin olduğunu sübut etdik. İqtidar isə hakimiyyətdə qalmaq məqsədinə nail olsa da onlar da maksimum hədəflərinə çata bilmədi. Hakimiyyətin əsas məqsədi ölkədə müxalif gücü yox etmək idi. Bu mənada Müsavat Partiyası 2008-ci ildə xalqın mənafeyi naminə qələbə şanslarının qalmasına nail oldu. 2009-cu ildə xalqın iradəsinə yönəlik uğurlar əldə etməliyik”.Sonra rayon təşkilatları sədrləri, Məclis və partiya üzvləri partiyanın bundan sonrakı fəaliyyəti ilə bağlı təklif və rəylərini səsləndirdi. Əsas müzakirələr bir şəxsin iki dəfədən artıq prezident seçilməsi məsələsi ətrafında getdi. Hakimiyyətin konstitusiyanı dəyişmək cəhdləri ilə bağlı aclıq aksiyasının, imzatoplama kampaniyasının, yanvarda böyük mitinqlərin təşkil edilməsi təklifləri irəli sürüldü. Beyləqan rayon təşkilatından Rövşən Alışlı konstitusiyanın dəyişdirilməsi cəhdlərinə etiraz əlaməti olaraq Müsavat deputat qrupunun istefa verməsi təklifini irəli sürdü.Müsavat deputat qrupunun üzvü İkram İsrafil 2008-ci ilin demokratik qüvvələr üçün dəyişiklik ili olmadığını söylədi: “Amma buna görə bədbin olmaq lazım deyil. Müsavat Partiyası bütün dönəmlərdə xalqın etimadını qazanıb. Hakimiyyətin atdığı antidemokratik addımlar Azərbaycanı beynəlxalq aləmdə gözdən salacaq. Müsavat Partiyası ictimaiyyət nümayəndələrinin bu məsələ ilə bağlı bir araya gətirilməsində cəmiyyətin istinad mərkəzidir”. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyada təşkilati işlərin ölkədəki proseslərdən asılı olmayaraq öz axarında gedəcəyini, yaxın vaxtlarda bələdiyyə seçkiləri ilə bağlı müzakirələrin aparılacağını bildirdi: “Müsavat seçki kampaniyası ilə bağlı yaranmış partiya deyil. Partiyamız fəaliyyətini istənilən şəraitdə davam etdirəcək”.A.Hacılı da mürtəce konstitusiya dəyişikliklərinə toxunaraq hakimiyyətin seçki ilə bağlı islahatlar aparmağa hazır olmadığını dedi.İ.Qəmbər sonda yekun nitqi söylədi. O, bütün təkliflərin nəzərə alınacağını, real və mümkün variantların dəyərləndiriləcəyini dedi: “Bugünkü müzakirələrin əsas mövzusu konstitusiyaya edilən dəyişikliklər oldu. Hakimiyyət bu dəfə də yalan danışdı. Ən böyük yalan isə xalqın tələbi ilə referendum keçirilməsinin söylənilməsidir. Bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsinin xalqın seçim hüququnun pozulması olduğunu deyirlər. Əslində isə bu tələb demokratiyada hamı tərəfindən qəbul olunan əlifba səviyyəsində bir məsələdir. Bu, ABŞ-da XVIII əsrdə qəbul edilib. Sən demə, Azərbaycan xalqı pis prezidentini ”sevirmiş".İ.Qəmbər ilin əvvəlində məsələ ilə bağlı konkret tədbirlər həyata keçiriləcəyini dedi. Müsavat başqanı digər partiya və ictimai təşkilatlarla əməkdaşlıq məsələsinə də toxundu və dörd formatda əməkdaşlığı mümkün saydı: “Mətbuatda məsələyə birtərəfli yanaşma var. Müsavat Partiyası həmişə əməkdaşlıq tərəfdarı olub, amma klassik partiyalar olan AXCP və KXCP ilə daha dərin müttəfiqlik əlaqələrini davam etdirəcək. Həmin partiyalar üzvü olduğu bloklarla da əməkdaşlığı davam etdirə biləcək. Konkret hədəflə bağlı olan məsələlərdə gənc partiya və təşkilatlarla isə funksional əməkdaşlığa hazırıq. Bundan başqa, ictimai rəyə təsir etmək bacarığı olan Eldar Namazov, Leyla Yunus kimi şəxslərlə də məsləhətləşmələr aparmaq lazımdır. Ümummilli məsələlərdə isə fəaliyyətimizi koordinasiya etməklə bütün partiya və təşkilatlarla əməkdaşlıq etməyi vacib sayırıq. Əməkdaşlığa düşünülmüş şəkildə yanaşmalıyıq, təklif etdiyimiz modellər bir-birini istisna etmir”.İ.Qəmbər gələn ildən etibarən beynəlxalq birliyin Cənubi Qafqazda mövqeyinin güclənəcəyini bildirdi: “Məqamı gələndə xalq bir nəfər kimi ayağa qalxacaq. Azad dünya ”yumşaq qüvvə" anlayışı ilə neft dollarları hesabına həddini aşanlara həddini göstərəcək. Hər bir böhran təhlükələrlə yanaşı imkanlar da yaradır. Əliyev rejiminin yaratdığı böhran 2009-cu ildə bizə geniş imkanlar verəcək".
44,759
22.12.2008 07:42
Ölkə
BAKI METROSUNDA DAHA BİR BOMBA HƏYƏCANI
Belə ki, metronun “Nəriman Nərimanov” stansiyasına bomba qoyulması barədə anonim zəng olunmuş, lakin heç nə aşkarlanmamışdı. Ötən gün hadisə yerində olarkən “Qara Qarayev” metrostansiyanın rəisi və orada ticarətlə məşğul olan bəzi şəxslərlə söhbət etdik. Rəis məsələ ilə əlaqədar məlumat verməkdən imtina etsə də, ticarətçilər stansiyada müdhiş vəziyyət yaşandığını dedilər. Onların sözlərinə görə, qəflətən stansiyaya daxil olan polis əməkdaşları hamının çölə çıxmasını tələb ediblər. Sonra qatarı dayandıraraq sərnişinlərin evakuasiyasına başlayıblar. Ardınca stansiyada axtarış aparılıb. Əlavə edək ki, son vaxtlar Bakıda bu cür anonim zənglərin sayının artması həyəcan doğurmaya bilməz. Hüquq-mühafizə orqanlarının insanların taleyi ilə bu cür “zarafat” edən şəxsləri hələ də aşkarlamaması isə narahatlığı daha da artırır.
44,760
22.12.2008 07:52
Gündəm
“SƏDƏRƏK” BAZARI SİRLİ ŞƏKİLDƏ YANDI
Adıçəkilən ticarət mərkəzində işləyən satıcılardan birinin sözlərinə görə, hadisə bazar günü baş verdiyi üçün həmin vaxt orada xeyli alıcı olub.Yarmarkaya alış-verişə gələn əhalinin sıxlığı isə camaat arasında güclü panika yaranmasına səbəb olub. Basırıqda xəsarət alanlar da var: “Əvvəlcə mağaza sahiblərinin özləri yanğını söndürməyə çalışsalar da bu mümkün olmadı. Alov getdikcə şiddətlənərək ətrafı bürüdü. Yanğınsöndürənlər hadisə yerinə saat 13:15 radələrində gəlib çıxdı. Əraziyə 30-a yaxın yanğınsöndürən maşın cəlb edilsə də, alovun qarşısını almaq mümkün olmurdu. Mağazaların yerləşdiyi cərgələrin arası çox dar olduğundan yanğınsöndürən maşınların yanğının mənbəyinə yaxınlaşmasında problemlər yaranırdı. Vəziyyət daha ciddi olduğuna görə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları daha genişmiqyaslı tədbirlərə əl atmağa məcbur oldular”.Alovun getdikcə şiddətləndiyini və ətrafa yayıldığını görən FHN əməkdaşları oradakı ticarətçiləri və əhalini ərazidən dərhal evakuasiya ediblər. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerində olub. Yanğınsöndürən maşınların olay yerinə yaxınlaşmasının mümkün olması üçün bir çox mağazalar sökülüb. Faciənin daha böyük miqyas almasının qarşısını almaq üçün əlavə tədbirlərə əl atan FHN hətta yanğınsöndürən vertolyotlardan da istifadə edib. Bu, nazirliyin praktikasında ilk belə faktdır. Təxminən 7 saat davam edən yanğın dünən axşama doğru söndürülüb.Nazir müavini E.Mirzəyev jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, yanğın 1500 kvadratmetr ərazini əhatə edib, nəticədə buradakı bütün mağaza və ticarət köşkləri külə dönüb. Hadisə zamanı 3 yanğınsöndürən və bir neçə ticarətçi qatı tüstüdən zəhərlənib və onlara ilk tibbi yardım göstəriləndən sonra xəstəxanaya yerləşdiriliblər. FHN-in mətbuat xidmətinin rəhbəri Tural Müseyibov isə yanğının təxminən 7 saat davam etməsinin səbəblərinə aydınlıq gətirərkən hadisə yerindəki müəyyən maneələrdən söz açıb. O bildirib ki, ərazidə suyun olmaması və avtomobil tıxacları yanğını söndürməyə çalışan FHN əməkdaşlarının ərazidə normal işləməsinə ciddi çətinliklər törədib.Əzizbəyov Rayon Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşları saat 11:30-dan etibarən ərazini nəzarətə götürüb və belə vəziyyətdə gözlənilən bir sıra oğurluq hallarının qarşısı alınıb.Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. İlkin məlumatlara görə, hadisə elektrik naqillərinin qısaqapanması üzündən baş verib. Olayla bağlı həbs edilənlər və şübhəli bilinənlər yoxdur.Bununla belə yarmarkada baş vermiş olayla əlaqədar müxtəlif versiyalar səslənir. Hadisədən böyük məbləğdə maddi zərər görmüş mağaza sahibləri yanğının Yeni il oyuncaqları satılan mağazaların birində baş verməsini təsadüfi hesab etmir. Onların fikrincə, pirotexniki vasitələrin ölkəyə gətirilməsi qadağan olunsa da, bunun qarşısını almaq mümkün olmur, həmin məhsullar gömrükdən hansı yollasa keçirilir. Bu il də ölkəyə xeyli miqdarda partlayıcı paketlər və fişənglər gətirilib. Hətta belə versiya da var ki, görünür, bəzi qurumlar qadağan olunmuş bu vasitələri yerindəcə məhv etmək istəyiblər, nəticədə düşünülməmiş addım və ya ehtiyatsızlıq üzündən belə faciə baş verib. Qeyd edək ki, bu versiya o qədər də inandırıcı görünmür.Digər versiya isə qəsd variantı üzərində qurulub. Bu versiyanı ortaya atanların qənaətincə, bazardakı yanğını bəzi maraqlı qüvvələr törədib. Xatırladaq ki, yerli icra hakimiyyəti aeroport yaxınlığında yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin Qaradağa köçürülməsi barədə hələ xeyli müddət əvvəl qərar qəbul edib. Bakı Şəhər İcra Hakimiyyəti bunun üçün rayonun Lökbatan qəsəbəsində müvafiq torpaq sahələri də ayırıb. Sözügedən ərazilərdə yüzlərlə mağaza və digər ticarət obyekti inşa edilib və edilməkdədir. Ancaq yeni ticarət mərkəzinin şəhərdən uzaqda yerləşməsini bəhanə edən sahibkarlar yeni ticarət mərkəzində obyekt almaqdan imtina edirlər. Yeni ərazidə təkcə “Sədərək” yarmarkası üçün 700 mağaza inşa olunub. Amma indiyədək onların da çoxu boşdur. “Sədərək” və “Binə” bazarları bu ilin sonunadək yeni ünvana köçürülməli, onların yerində isə “Ekoloji park” adlı yaşıllıq zolağı salınmalı idi. Sahibkarlar isə köhnə bazardan Qaradağa köçmək istəməyərək həmin planın həyata keçməsini ləngidirdi. “Sədərək”də çalışan bir çox sahibkarlar bu deyilənlərə əsaslanaraq hadisənin qəsdən törədildiyini istisna etmir.Xatırladaq ki, bir neçə il öncə “Binə” ticarət mərkəzində də belə dəhşətli olay baş vermişdi. Yarmarka rəhbərliyi o vaxt zərərçəkənlərə kompensasiya verməkdən imtina edərək yalnız mağazaların bərpa edilməsinə kömək göstərmişdi. Bundan əlavə, “8-ci km” bazarı da bu ilin martında müəmmalı şəkildə yanmışdı. O vaxt belə fikirlər var idi ki, bazarı qəsdən yandırıb ticarət obyektlərini oradan bu yolla köçürmək, bazarın yerində isə çoxmərtəbəli bina tikmək istəyirlər. Binanın tikilməsinə isə doğrudan da az qalmışdı. Bunun qarşısını isə yalnız orada obyekti yanan sahibkarların davamlı aksiyaları aldı. Eləcə də Gəncədə iki dəfə şübhəli bazar yanğınları olub. Hər dəfə də bu bazarlar köçürülüb, onların yeri isə inşaat firmalarına satılıb. Mövzuya qayıdacağıq.
44,761
22.12.2008 07:42
Ölkə
“ARADA MƏNİM DƏ İŞIĞIM KEÇİR”
“Barmek” rəhbəri ötən müddət ərzində Azərbaycanı tərk etmək üçün heç cəhd də göstərmədiyini söylədi: “Buna heç çalışmadım”. Azərbaycandakı məhkəmə instansiyalarının artıq bitdiyini vurğulayan iş adamı sualımızın cavabında Avropa Məhkəməsinə şikayət etmək fikrində olmadığını da söylədi. Həmçinin “bir razılaşma olarsa, mən gedərəm, onlar da məndən qurtular” cavabını verdi. Qeyd etdi ki, onun barışıq təklifinə hələlik ölkə rəsmilərindən heç bir reaksiya gəlməyib: “Ancaq bir də görürsən yekunda hansısa razılaşma olur. Sadəcə, mən bu işlərlə məşğul olmuram, öz işlərim var. İşi vəkillər aparırlar. Biz kimsə ilə danışmırıq”.Amerika Məhkəməsində gedən prosesə gəldikdə, H.Arabul bu işin də “yavaş-yavaş” öz axarı ilə getdiyini söylədi. Bildirdi ki, işin ləng getməsi onu narahat etmir: “Nə qədər davam edirsə-etsin, fərq etməz”. Qeyd edək ki, srağagün “Yeni Ümid” qəzeti H.Arabulun Azərbaycan hökumətindən 10 milyon manat təzminat tələb etdiyini yazmışdı. İş adamı isə bunu təkzib etdi: “Mən heç yerdə elə bir şey söyləməmişəm və heç kimlə bu haqda danışmamışam. Biz, sadəcə, öz işlərimizə baxırıq”.“Barmek” rəhbəri bir müddət əvvəl səhhətində yaranmış problemlərin artıq geridə qaldığını vurğuladı və özünü “bomba kimi” hiss etdiyini söylədi. Qışın gəlişi ilə əlaqədar elektrik təchizatı sistemində yaranmış problemlərlə bağlı da H.Arabulun fikrini öyrənmək istədik. Ona bəzən insanların “Barmek”li günlərin həsrətini çəkdiyini xatırlatdıq. İş adamı isə gülərək “mənim də işığım arada keçir. Hətta işıq olmadığından bir dəfə 16 mərtəbəni piyada çıxmaq zorunda qaldım” deyə bildirdi.H.Arabul Mətbuat prospektindəki yeni ofisində rahat iş şəraitinin olmasından da razılıq etdi.
44,762
22.12.2008 06:44
Yazarlar
RUZVELT PRESEDENTİ
Srağagün bunu deputatlardan biri dilə gətirib. Ardınca başqaları da bu arqumentə istinad edəcəklər. Kimlər hazırkı dövlət başçısının 3-4 dəfə və daha çox prezident seçilməsində maraqlıdır, mütləq “Ruzvelt-Ruzvelt” deyəcək.Doğrudan da qanunlarına mühafizəkarcasına yanaşan ABŞ-da belə bir hadisə olub - özü də iki dəfə. Birinci səfər 1932-ci ildə prezident seçilən və səlahiyyətlərinin icrasına 1933-cü ildə başlayan Ruzvelt ikinci dəfə 1936-cı ildə prezident seçilib, daha sonra 1940 və 1944-cü illərdə öz məşhur örnəyini yaradıb.Ondan əvvəl və sonra heç kəs ABŞ-da iki dəfədən artıq prezident seçilməyib. Hətta ikinci dəfə seçilməyənlər və bu postda cəmi 2-3 il oturanlar da olub. Bəs Franklin Delanonun açıq avtoritarizm qoxuyan hərəkəti hansı tarixi şəraitdə meydana gəlib?Tarixi dövrə nəzər salaq - 1933-cü il. Avropa, eləcə də bütün dünya diktatorların əlində əsir-yesirdir. Qüdrətli İtaliyada Benito Mussolini, dünyanın və bütün zamanların Ən böyük imperiyası SSRİ-də İosif Stalin, hərbi əjdahaya çevrilməkdə olan Almaniyada Adolf Hitler - hamısı diktatordur. Bunların qarşısında seçki yolu ilə hakimiyyət dəyişən ölkələr isə zəif və dişsizdirlər. Dünyada belə bir rəy hakimdir ki, dövlətin qüdrəti onu idarə edənin siyasi uzunömürlüyündən və “dəmir əl” ə malik olmasından asılıdır.Bu halda, dünyanın yenidən bölüşdürülməsi prosesinin şiddətləndiyi və bəşər tarixinin ən qanlı müharibəsinin başa çatmadığı bir dönəmdə Franklin Ruzveltin ABŞ konstitusiyasını pozması və ömürlük əlil olmasına baxmayaraq, üçüncü və dördüncü dəfə prezident postunu məngirləməsi təbii idi. Bu, təkcə onun şəxsi istəyindən irəli gəlmirdi, bunu həm də Amerika dövlətinin mənafeyi tələb edirdi. Bundan başqa, bu, bir tarixi faktdır: 1944-cü ildə Amerika isteblişmenti və siyasi elitası Ruzvelti ona görə prezident seçib ki, hərbi elitanın müharibə ilə bağlı daha məşum planları olub. Əgər ABŞ prezidenti postuna Ruzvelt yox, nüfuzları artmış hərbçilərdən biri (məsələn, Duqlas Makartur, yaxud Duayt Eyzenhauer) gəlsəydi, generalitet Perl-Harbordakı qətliamın (əslində biabırçılığın) qisasını dəhşətli şəkildə alacaqdı. Hər halda, generalitetin Yaponiyanı dünya üzərindən silmək, okeanda batırmaq kimi müdhiş planı olub. Məlum olduğu kimi, bu məşum plan sonradan, prezident Trumenin dövründə Naqasaki və Xirosimaya atom bombaları atılmaqla, nisbətən kiçik miqyasda həyata keçirildi. Daha bir faktor. Ruzveltin “siyasi uzunömürlülüyü”nü təmin edən amillərdən biri də ötən əsrin 30-cu illərində Amerikanı sarmış və tarixə “böyük depressiya” kimi düşmüş iqtisadi böhrandan çıxış yolu ilə bağlıydı. ABŞ iqtisadiyyatının bu böhrandan salamat çıxmasında Ruzveltin ardıcıl siyasətinin böyük rolu vardı və bu siyasətin davam etməsi lazım idi. Bütün bunları yaxşı başa düşən siyasi elita və xalq Ruzveltin konstitusiyaya təklif etdiyi düzəlişləri anlayışla qarşılayırdı. Üstəlik, onun dördüncü prezidentliyi simvolik olub, cəmi 3 ay çəkib. Bu baxımdan “Ruzvelt örnəyi”nə istinad edərkən tarixi şəraitləri və müqayisə predmeti olan personaları da nəzərə almaq, uyğun yardımçı arqumentlər tapmaq üçün demokratik dövlətlərin təcrübəsinə yox, diktaturaların tarixinə baxmaq lazımdır. İkincilərdə “konstitusiyanı rəhbərlərin boyuna biçmək” cəhdləri gen-boldur. Ona qalsa, dünyanın ən demokratik ölkələrindən biri olan İsrailin hələ də konstitusiyası yoxdur. Bununla belə, 60 illik suverenlik tarixində bu ölkədə bir dəfə də olsun qeyri-demokratik, nəticələri şübhəli və mübahisəli olan seçki keçirilməyib. Hətta İsrail dövlətinin qurucusu David Ben Qurion da özünə xüsusi status tələb etməyib, vaxtı bitəndə baş nazir postundan istefaya gedib, həmin vəzifəyə yenidən 1955-ci ildə, xalqın səsini növbəti dəfə alandan sonra qayıdıb.Dünya təcrübəsindən istifadə etməliyiksə, müsbət şeyləri götürməliyik, daha Hüsnü Mübarək örnəyini yox.P.S. Monarxiya tərəfdarlarının nəzərinə! Franklin Ruzvelt ABŞ-ın keçmiş prezidenti Teodor Ruzveltin uzaq qohumu və bacısıqızının əri olub. Xalid KAZIMLI
44,763
22.12.2008 05:45
Yazarlar
DİKTOFONUN KONSTİTUSİYAYA DÜŞMƏSİ
Başadüşülən haldır, ölkəmiz birdən-birə konstitusiyalı feodalizmə keçir. Məhz həmin dəyişiklik kiminsə ömürlük prezident olmasına yol açır. Məsələ ondadır ki, bu gedişlə bizim nəvələrimiz də indiki prezidentin hakimiyyətdə olduğu dövrdə doğula bilər. Bu dəyişiklik tək bizə yox, nəvə və nəticələrə də aid məsələdir. Amma məhdudiyyətin olduğu dövrdə ümidlər nə qədər ölsə də, hər kəsin ürəyində bir X, U, Z günü vardı - həmin gün monarxiyanın bitəcəyinə xəfif bir əminlik insanların soyuq qəlbini isidirdi. Əsas Qanunun sözügedən maddəsinin dəyişdirilməsi bu səbəbdən yeganə təhlükə kimi qarşılanıb.Halbuki təkliflər arasında heç də az mürtəce xarakter daşımayan digər maddələr də var. Onlar ölkənin taleyi və demokratiya baxımından xeyli təhlükəlidir. Məsələn, 50-ci maddəyə edilən dəyişikliyi götürək. “Məlumat azadlığı” adlanan həmin maddə indiyədək bizim yeganə istinad yerimiz olub və söz azadlığına təminat verir. İndi isə ora 3-cü bənd əlavə edilir. O əlavənin məzmunu belədir: “III. Hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir”.Bu hiyləgər əlavənin “Məlumat azadlığı”na dəxli yoxdur. Əksinə, o, məlumat azadlığını məhdudlaşdırır. Bundan sonra hər kəs istənilən yazını təkzib etdirmək hüququ qazanır. Deyəcək ki, bu xəbər onun mənafeyinə toxunur. Məgər həqiqətin dərc edilməsi mənafelərə xələl gətirə bilməzmi? Halbuki yalnız yalan xəbərin təkzibindən söhbət gedə bilər. Bu ikibaşlı əlavə mətbuatı susdurmaq, onun gözünü qorxutmaq üçün düşünülüb. Hakimiyyət həmin maddə ilə hər kəsi mətbuatın üstünə qaldırır. Tənqid və təhlil yazmaq isə əngələ çevriləcək. Tənqid doğrudan da kiminsə mənafeyinə ziddir. Məgər tənqidi kim öz mənafeyinə uyğun sayacaq? Bu maddə mətbuata yeni iş tərzi yaradır, yaz, təkzib elə, yaz, təkzib elə...Nəticədə cəmiyyətin tamam susdurulması üçün qanuni imkanlar daha da artır. Bu işdə daha bir maddəyə edilən dəyişiklik köməyə çatacaq. “Şəxsi toxunulmazlıq hüququ” adlanan 32-ci maddənin ikinci bəndinə belə bir cümlənin əlavə edilməsi nəzərdə tutulur: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.Bəs jurnalistlər gözünün önündəki xəbəri necə lentə alacaq? Bəlkə icazə verilmədi? Bir də baxacaqsan ki, bəzi jurnalistlər hətta mətbuat konfransına buraxılmadı, hətta tədbirlərə də. Həm də tam qanuni əsasla. Bu maddə bütün dünyada inkişaf etməkdə olan yeni media jurnalistikasına da zərbədir. Son vaxtlar səs-küy yaradan anonim (xalq mənşəli) videoçarxlar görünür, hədəfə ciddi dəyib. Bir məktəblinin öz telefonu ilə Aqil Xəlilin döyülməsini lentə alması kimi hallar artıq ölkədə yeni tendensiyalar yaradır. Bu dəyişiklik həmin fəaliyyəti də təhlükəli işə çevirir. Sabah bu ölkədə adamı üstündən diktofon və fotoaparat çıxdığı üçün tuta bilərlər.Bəlli olur ki, jurnalistlərin həbsi, qəzetlərin bağlanması, müstəqil TV-lərin qadağan edilməsi ilə ürəyi soyumayan bu hakimiyyət mətbuata qarşı konstitusiya tədbirlərinə də əl atır.Tanınmış hüquq müdafiəçilərindən biri isə bunlardan danışmaq əvəzinə hakimiyyətin açıq müdafiəsinə başlayıb. Bu qədər olmuşlardan sonra “hakimiyyətin jurnalistlərlə bağlı heç bir şəxsi qərəzi yoxdur” söyləmək hüquq müdafiəçiliyi etmək üçün mənəvi haqqı tamam itirmək deməkdir. Mən artıq həyəcanlanıram, bu adamlar Bakıda bu sözü deyirsə, Səməd Seyidovla AŞ PA-ya gedəndə nə danışırlar? Hüquq müdafiəçisi bu sözlə günahsız jurnalistlərin həbsinə haqq qazandırır. Bəs buna qədər deyilənlər necə oldu?Hakimiyyətdən (hüququ pozanlardan) qrant almağın sonu belə olmalı idi. Mən bir şeyi gördüm ki, bu adamlar Fərhad Əliyevlə Əli İnsanovu jurnalistlərdən də səylə müdafiə edirlər. Bir şeyi də indi anlayıram ki, jurnalistlərin həbsdən çıxmasını istəməyən nə qədər adam varmış. Kimlərsə bulanıq suda balıq tutmağı xoşlayır. Lakin insanda ikrah və qəzəb yaradan bu sözlər jurnalistlərlə bağlı həqiqəti dəyişdirmir. Bəlkə o sözlərə əhəmiyyət də verməli deyilik. Amma onlar belə sözlərlə ölkədə hüquq müdafiəçiliyi institutunu tamam gözdən saldılar. Qorxulu olan budur.
44,764
22.12.2008 07:48
Yazarlar
QIŞ QURBANLARI
Qazdan boğulmaların səbəbi odur ki, hökumət əhaliyə satdığı qazın tərkibindəki zəhərli maddələri təmizləmir. Biz də qazı İran sobasında yandırıb, boğulub ölürük. Qışın sazağında kasıbın işığını kəsirlər, o da balasının soyuqdan donmasının qarşısını almaq üçün naqili özü birləşdirmək istəyir, “tok” vurub öldürür. Neft ölkəsinin vətəndaşlarının istilik problemindən dünyasını dəyişməsi, sadəcə, rəzalətdir. Təsəvvür edirsiniz də, 21-ci əsrdə Azərbaycanda insanlar istilik uğrunda mübarizədə həlak olurlar. Biz irəliyə doğru gedirik, yoxsa ibtidai icma quruluşuna? Hər halda, təbii seçmə yolu ilə yaşamaq indinin işi deyil. Buna ancaq Azərbaycan kimi ölkələrdə rast gəlmək mümkündür... Əslində, vətəndaşlarımızın hökumətin yanında nə yayda qədir-qiyməti var, nə qışda. Yayda 45 dərəcə isti olanda da fəhlələri işlədirlər, gün vurur, qışda da qaz boğur. Ötən qışda 50-dək Azərbaycan vətəndaşı dəm qazından boğulub öldü. Vətəndaşının qeydinə qalan hökumət növbəti il bu problemin yaşanmaması üçün hələ yaydan tədbirlərə başlamalı idi. Lakin hər şey göz önündədir. İndi daha dəhşətli hadisələr baş verir. Qış hələ bu gün girir, artıq “fəsil qurbanları”nın sayı 10-u keçib. Yanvar-fevral aylarında nələr baş verəcək, Allah bilir. Əmin olun ki, hökumətimiz heç bu barədə düşünmür də. Düşünsəydilər, ötən həftə partlayan binada yenidən yanğın baş verməzdi. Yoldaşlar, sizin bu boyda Fövqəladə Hallar Nazirliyiniz var. Onların işi təkcə yanğın baş verəndən sonra gəlib su fısqırtmaq deyil e. Əsas vəzifə binaların zirzəmilərini, şaxtalarını, bloklarını gəzib təhlükə doğura biləcək halları aradan qaldırmaqdır. Hökumət qarşısında məsələ qaldırın ki, binaların elektrik və qazla, istilik sistemləri ilə təmin edilməsindəki problemlərin yoluna qoyulması üçün vəsait ayırsınlar. Cəsarətiniz çatmır? Hökumətimiz elə bir acınacaqlı vəziyyət yaradıb ki, biz dəm qazından təkcə evdə boğulmuruq. Dünən “Sədərək bazarı”nda baş verən yanğında da 4 nəfər kasıb-kusub zəhərlənərək xəstəxanaya yerləşdirilib. Allah köməkləri olsun. Yazıq ticarətçilər, özlərini od-alovun içərisinə vurub mallarını xilas etmək istəyiblər, canlarına zərər dəyib. İndi yarmarkanın yanmasının səbəbləri barədə deyirlər ki, oranı qəsdən odlayıblar. Necə inanmayasan? Çünki bu xarabada (oranı artıq belə adlandırmaq olar - E.M.) ticarətlə məşğul olan şəxslər yeni tikilən “Sədərək bazarı”nda kvadratmetri 700-800 manata yer alıb ora köçə bilmirdilər. Ticarətçiləri ora göndərməyin yolunu onları boğmaqda gördülər... Elşad MƏMMƏDLİ
44,766
22.12.2008 07:49
Siyasət
ACP RƏHBƏRLİYİ ZƏMİNƏ DÜNYAMALIYEVANI CƏZALANDIRMAQ İSTƏYİR
“Partiyanın iş mexanizmi çox zəifdir. Bunun məsuliyyəti və günahını rəhbərlikdə təmsil olunanlarda görürəm”. Z.Dünyamalıyevanın əsas hədəfə aldığı şəxs isə ACP sədrinin müavini Yaqub Abbasov olmuşdu. Bildirmişdi ki, ACP-nin sədri, xüsusən də sədr müavini Yaqub Abbasov partiyanın fəaliyyətini aktivləşdirmək əvəzinə məsuliyyətsiz bəyanatlar verməklə məşğuldurlar: “Yaqub bu gün öz orintirovkasını itiribsə, danışığını bilmirsə, mənə nə lazımdır ki, ona məsləhət verəm? O özünə hörmət eləməlidir, nə danışdığının məsuliyyətini bilməlidir”. Qeyd edək ki, Z.Dünyamalıyeva digər qəzetlərdə də ACP-nin rəhbərliyinin üzərinə çəkinmədən getdi. Lakin onun ittihamlarına qarşı tərəf, demək olar ki, cavab vermədi. Yayılan məlumatlara görə, Akif Şahbazovla Yaqub Abbasovun susması Zəminə Dünyamalıyevanın barəsində ciddi planlar hazırlaması ilə əlaqədardır. Hətta yaxın çevrələri ilə söhbətlərində Zəminə xanımı açıqlamalarına görə peşman edəcəklərini bildirirlər. Plan isə Z.Dünyamalıyevanın məsələsini partiyanın İdarə Heyətində müzakirəyə çıxarmaqdan ibarətdir. Dünyamalıyevanı partiyadan uzaqlaşdırmasalar da, partiya töhməti verib, rəhbərlikdən üzr istəməsinə çalışacaqlar. Cütlük öz aralarında antiDünyamalıyeva prosesinə Rəsul Quliyevi də qatmaq barədə razılaşsalar da, sonradan fikirlərini dəyişiblər. Özləri üçün qətiləşdiriblər ki, R.Quliyev Dünyamalıyevaya daha çox etimad və hörmət bəsləyir, ona görə də Quliyevi prosesə qatmaq cəhdi əks effekt verə bilər. Z.Dünyamalıyevanın məsələsini İdarə Heyətində müzakirəyə çıxarıb müəyyən qərarlar qəbul etdikdən sonra R.Quliyevin məlumatlandırılması qərara alınıb. Məsələyə münasibət bildirən Z.Dünyamalıyeva isə heç kimdən çəkinmədiyini və kiminsə hansısa planının olduğundan narahatlıq keçirmədiyini qeyd edir. Onun sözlərinə görə, kimin nə etdiyi, məsələni harda müzakirəyə çıxarmaq istədiyi ilə qətiyyən maraqlanmır: “Çünki bu məsələlər mənim üçün maraqlı deyil. Akif Şahbazov ilyarım ADP-də mənim üstümə düşdü, milləti üstümə tökdü, nə qazandı ki, indi də nəsə edə bilsin? Nə Akif Şahbazovun, nə Yaqub Abbasovun nə düşündüyü məni maraqlandırmır. İndi partiyada üç nəfər qalıb. O məşhur təmsildə olduğu kimi, xərçəng, balıq, durna kimi hərə bir tərəfə çəkir. Onların məni ittiham etməsinə və nəsə danışmalarına haqları yoxdur. Bu bir faktdır ki, bu gün ACP-nin fəaliyyəti sıfıra bərabərdir. Onlar partiyanı bu vəziyyətə saldıqları üçün cavab verməlidirlər. Kimdənsə haqq-hesab sormamalıdırlar. Şəxsən mənim məsələmin İdarə Heyətində müzakirəyə çıxarılacağına gəlincə, çıxarsınlar". Z.Dünyamalıyevanın fikrincə, əslində partiya rəhbərliyinin belə bir istəyi olsa da, partiyanı elə vəziyyətə gətiriblər ki, İdarə Heyətini toplaya bilməzlər: “ACP rəhbərliyi əvvəl İdarə Heyətini toplaya bilsin, sonra mənim məsələmi müzakirə edərlər. İdarə Heyətini yığa bilirlər ki, hansısa məsələni də müzakirə etsinlər? İdarə Heyətinin toplanması və bu kimi işləri həmişə mən həyata keçirmişəm. Mənsiz bunların heç bir işi getməyib. Mən müdaxilə etmədiyim üçün indi partiyanın hansısa rəhbər strukturunu toplaya bilmirlər. Toplaya bilib, hətta mənim məsələmi müzakirə etsələr, sevinərəm ki, nəhayət dedikləri sözün üstündə dura bildilər”.
44,767
22.12.2008 07:46
Siyasət
“AXCP KOMPROMİSƏ GEDƏRSƏ, MÜTTƏFİQLİK BAŞ TUTAR”
A.Hacılı qeyd etdi ki, AXCP və digər müxalifət təşkilatları ilə əməkdaşlıq, müzakirələr dayanmayıb: “Ötən həftə bir daha göründü ki, ölkə üçün taleyüklü məsələlərdə Azərbaycanda fəaliyyət göstərən siyasi və ictimai təşkilatlar bir araya gələ bilir. Konstitusiyada antidemokratik dəyişikliklər məsələsi ortaya çıxan kimi müxalifət qüvvələri bir araya gələ və məsələyə vahid mövqedən münasibət bildirə bildilər. Bunun özü elə funksional əməkdaşlığın bir formasıdır. Müzakirələr indi də aparılır. Ancaq daha sıx əməkdaşlıqla bağlı müzakirələr intensivləşə bilər. Hazırda yeni mövzunun - referendum mövzusunun ortalığa çıxmağı siyasi vəziyyəti bir qədər dəyişdirir. Düşünürəm ki, inteqrasiya məsələləri də indiki siyasi şəraitə uyğun olaraq müzakirə edilməlidir. Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçiriləcəyi dəqiqləşəcəksə, bu məsələ siyasi qüvvələrin çox geniş koalisiyasının yaranması imkanlarını aça bilər. Bu imkanlardan biz maksimum istifadə etməyə çalışacağıq”.Müsavatın təklif etdiyi Müsavat-AXCP müttəfiqliyi məsələsinin gündəmdən çıxıb-çıxmadığına gəlincə, A.Hacılı qeyd etdi ki, AXCP kompromisə gedərsə, o zaman müttəfiqlik reallaşar: “Müsavat Partiyasının da müttəfiqləri var. Ancaq biz heç vaxt AXCP-yə Müsavatla müttəfiqlik edəcəkləri halda onun müttəfiqləri ilə də müttəfiqlik etmək şərtini irəli sürməmişik. Müxalifətin Əməkdaşlıq Mərkəzi yaranarkən bizim də müttəfiqlərimizin hökmən bu qurumda təmsil olunmalarını israr etmədik. Bəzi siyasi qüvvələr vardı ki, AXCP onların əməkdaşlıq mərkəzində iştirakını arzulamırdı və biz bunda da israr etmədik. Yəni gördük ki, mövqeyimizdə israrlı olsaq və kompromisə getməsək, əməkdaşlıq mərkəzinin yaranması mümkün olmayacaq. Amma mənə elə gəlir ki, həmişə bir tərəfdən güzəştlər gözləmək düzgün deyil. Hesab edirəm ki, indiki şəraitdə Müsavat Partiyası siyasi proseslərə təsir imkanları, öz struktur fəaliyyəti, cəmiyyət arasında nüfuzu baxımından AXCP-dən üstün mövqedədir. Amma biz qeyd-şərtsiz olaraq, AXCP ilə bərabər hüquqlu müttəfiqlik münasibətlərinin qurulmasına hazırıq. Belə olan halda AXCP-nin Müsavatla müttəfiqlik, əməkdaşlıq üçün digər şərtləri irəli sürməsi, bunun ardınca isə guya Müsavatın əməkdaşlığa razı olmaması iddiasının ortaya atılması konstruktiv mövqe deyil”.
44,768
22.12.2008 07:54
Yazarlar
ARKTİKAYA DOĞRU
Mən biləni, hələ demokratiya məktəbi açmayıbdır, ancaq ölkəmizdə tanınan, ünlü demokratlardan biri də Hikmət Hacızadə yoldaşdır. (Yaxşı yadımdadır, 2003-cü ilin nakam inqilabı zamanı “20 Yanvar” metrosundan Qələbə Meydanına Hikmət bəylə birgə yürüş edərkən o, “Corc Buş gələcək, zülm bitəcək” şüarını necə şövqlə deyərdi. Halbuki partiyadaşları zülmə Müsavatın son qoyacağını söylərdi). Hikmət bəyə böyük hörmətim var, ancaq qəzetimizin dünənki sayında oxuduğum fikirlərini heç bəyənmədim. Jurnalist Azərbaycanda Konstitusiyanın dəyişilməsi, bir şəxsin “en” qədər prezident ola bilməsi perspektivinə onun münasibətini soruşub, bəy isə deyib ki, bu, ölkəmizi Afrika yönümlü etməkdir. Qətiyyən doğru yanaşma deyil. Birincisi, azərbaycanlıları Afrika ilə qorxutmaq yersizdir. Özəlliklə qışın bu günündə. Hazırda dövlətin qaz, işıq, su idarələri elliklə tökülüşüb camaatın üstünə, dünya bazarında neftin qiymətinin düşməyinin heyfini bizdən alırlar. Adamlar soyuq evlərində donurlar, böyük məmnuniyyətlə günəşli Afrikada yaşamağa razı olardılar. Nəyi pisdir axı? Heç pal-paltar dərdi çəkib Avropadan gələn geyinilmiş mallar mağazasına - “sekond hənd”lərə də cummursan, lüt-ətcəbala gəzirsən özünçün. Ev problemi də yoxdur, çıx ağaca, yaşa. Yoxsa burdakı kimi? Ay nə bilim filan ev qanunsuz tikilidir, behmənkəsin daxması şoseyə görə sökülməlidir, ipoteka krediti elə getdi, “xruşşovka” belə gəldi? Afrikada belənçik problemlər qəti yoxdur. İkincisi, Afrikada ərzaq, yemək-içmək məsələsi də bizdəki qədər çətin deyil. Banan ağacda bitir, ta onu ölkəyə idxal eləmək prezidentin baş cangüdəni Bəylər Əyyubovun inhisarında saxlanmır. Daş at, banan düşsün, ye. Sadəcə, Afrikada bir qədər daş, selbə tapmaq problemi var, o da düzələn şeydi. İcarəyə meymun götürürsən, çıxır bananı yığır. Ümumiyyətlə, il uzunu Günəş parlayan bölgələrdə yemək problemi camaatın gözünə elə də görünmür. Məsələn, Zimbabve camaatı çəyirtkə, böcək, timsah basdırması, zürafə lüləsi yeməyə razı oldu, ancaq ümummilli liderləri Robert Muqabe yoldaşın müdrik və uzaqgörən siyasətindən qəti narazılıq etmədilər.Üçüncüsü, bu il afrikalı balası Barak Obama o boyda superdövlətin, ABŞ-ın prezidenti seçildi. Afrikanın Keniya ölkəsində hadisəni toy-bayram elədilər, neçə dənə keçi kəsdilər, antilop mələtdilər. İndi Azərbaycanın Afrika yönümlü olmasına camaatımız ürəkdən şaddır. Axı perspektivdə Rəsul Quliyevin uşaqlarından biri də ABŞ prezidenti seçilə bilər. Afrika olmağın nəyi pisdir?Əgər camaatı gerçəkdən oyatmaq, demokratiyanın müdafiəsinə qaldırmaq istəyirsə gərək Hikmət bəy onu Arktika, Antarktida ilə qorxutsun. Desin ki, yapçılar Azərbaycanda Arktika qurmaq fikrindədir. Onsuz da soyuqdan donuruq, lap əsməcəyə düşərik. Hələ etiraz aksiyasına şüar da düşünmüşəm: “Biz pinqvin deyilik!”P.S. Dünənki köşəmdə Səttarxana aid sitatda yanlışlığa yol vermişəm. Fikir belə oxunmalıdır: “Azərbaycan bir daş qazana bənzər - gec qızar, gec soyuyar”. Yanlışlığı diqqətimə çatdıran görkəmli alimimiz Telman Əliyevə təşəkkürümü bildirirəm. Zamin HACI
44,769
22.12.2008 07:56
Yazarlar
NEFTDƏN BİZƏ NƏ QALACAQ?
*** Bu üç kəlmə tarixin bütün dövrlərində baş verən ziddiyyətlərin üstünə işıq salır. Ağıllı adamlar həmişə dərk etdikləri qədər haqqın tərəfində durublar. O qədər də təqib olunublar, zindanlara atılıblar, umduqları ədalətin əvəzinə zülm-sitəm görüblər. Əksəriyyətin barışdığı ədalətsizliyə boyun əymədiklərinə görə istehza, gülüş hədəfi olublar. “Dəliyə” susmaq haqqı veriləndə, o isə dediyindən dönməyəndə barmaqla göstərib məsxərəyə qoyublar.Bütün dövrlərdə var-dövlət ləyaqəti tapdayıb keçib. Bütün dövrlərdə insanlar onlar naminə çarpışanların qədrini bilməyiblər. Bütün dövrlərdə sərvət hörmət-izzət meyarı olub.Yaşadığımız dövrün rəngləri daha tünddür, öz niyyətini həyata keçirmək istəyənlər xalqın adından danışa-danışa heç bir müqavimətlə qarşılaşmadan ən ağlasığmaz xəyallarını gerçəkləşdirirlər. Guya məmur özbaşınalığında əzilən, tapdanan, rüşvət burulğanında bütün arzu-diləkləri puç olan bu xalq deyil. Ən qəribəsi isə odur ki, bu xalq ona edilən zülm qədər öz iqtidarını sevir, ona səs verir. Bu “sevgi payı” arxasında gizlənənlər birdən-birə bu məmləkəti 200-300 il geriyə atırlar. Kimin ağlına gələrdi ki, bir vaxtlar “Azadlıq!” deyə hayqıranlar cəmisi 15-20 il sonra ən müqəddəs diləyinin dəfn edilməyini belə sakit-səssiz, qorxu-hürkü içində izləyəcək?!Əslində dəfn olunan təkcə yaşam hüququ deyil, bu axarda biz dünyadakı dövlətlərlə bir sırada dayanmaq, düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək haqqını itiririk. Heç kəsin, heç bir qurumun rejiminə belə asanlıqla baş əyən xalqa canı yanmayacaq, əksinə, ondan qoparmaq, onu tanımamaq da bir hünər sayılacaq.Ortalığa atılan niyyətə nə qədər bəzək vursalar da, xalqın istəyi kimi qələmə versələr də hədəf bəllidir . Taleyi ilə oynanan oyuna tamaşa edən kütlə səssiz etiraz yolunu tutub. Seçmək və seçilmək haqqı əlindən alındığı qədər səs vermir. Bir o qədər də onun ayağına sədaqət payı yazılır. Xalqın gözü önündə 7-ni 70-ə çevirən seçki sehrbazları bu susqunluqdan ruhlanıb, bir daha yarınıb əvəzində pay almaq üçün yarışırlar.Demokratik dəyərləri üstün tutan Qərbin bizə münasibətdə baş verənlərə laqeydliyinin özəyində də aşkar bir niyyət dayanır: onlar demokratiyanı xristian dəyəri sayırlar və bütün müsəlman ölkələri kimi bizim də ona tapınmağımızı istəmirlər. Kimsə gerçək demokratiya ilə toparlanmış bir xalqın torpağını zəbt edib, sonra da belə həyasızlıqla bazarlıq edərdimi? Sanki bütün dünya oğrunun, qəsbkarın havadarına çevrilib. İçimizdəki durum onları daha da həvəsləndirir. Son ümid yeri kimi özümüzdən özümüzə qənim kəsilənlərin qəsdini görəndə gözümüz Qərbə dikilir, onlar isə bizim bütün müsəlman ölkələri ilə oxşar tale yaşamağımıza sevinirlər.Bir neçə ay öncə analoqu olmayan inkişafla, regionun lider dövləti olmağımızla bağlı ucuz ifadələr hər fürsətdə səslənirdi. Neft qiymətə minməsə, bu sözlər bir də yada düşməyəcək. Qərb neft ətrafında gedən manipulyasiyaların ona baha başa gəldiyini, qazanılan milyardların onu təhdid etdiyini gec də olsa başa düşdü. Hadisələr artıq tanış məcrada təkrarlanır. Sovet imperiyasını çökdürmək üçün də eyni vasitə kara gəlmişdi. İndi neftə görə daha qürurlu görünən diktatura rejimlərinin hamısı hədəfdədir. Avropa və Amerika nəyi itirdiyini, nə qazanacağını tərəziyə qoyur, gözlənilən təhlükələrdən qorunmağı yaxın hədəflərdən üstün tutur. Onsuz da çevik iqtisadiyyata malik olan ölkələr diktatura rejimlərinin süqutundan sonra yenidən sürətlə dirçələcək, neftdən isə diktatura xarabalıqlarında bizə tanış olan qara gölməçələr qalacaq. Çox təəssüflər olsun ki, fərsiz idarəçilik və korrupsiyanın yaratdığı xaos bizə belə bir aqibət vəd edir. *** Ağıllısı tapdanan, saya salınmayan ölkədə dahi görünmək çox asandır. Bernard Şounun bizim üzləşdiyimiz aqibətlə səsləşən bir fikri də var: “Yalnız bədbəxt xalqların dahi rəhbəri olur”.
44,770
22.12.2008 06:54
Yazarlar
KAMERAYA ƏL YELLƏYİN...
Buşa ayaqqabı atan iraqlı jurnalisti deyirəm. O qədər təriflədik, hərəkətindən şövqə gələrək həsədlə baxıb, az qala “həpimiz Zeydik” dedik ki, axırda işin zibili çıxdı. İndi öz emosionallığının güdazına gedən jurnalisti düz 15 il həbs cəzası gözləyir. Hər halda ilkin versiyalar budur. Baxmayaraq ki, vəkili bu cəzanın 2 illə məhdudlaşa biləcəyi qənaətindədir. Bütün hallarda cəza cəzadır. Deməli, dünyanın harasında olursa-olsun, jurnalistin günü qaradır. Yanan da bizik, yaman da. Məsələn, bizdə jurnalistləri xataya salıb adını xuliqan, narkoman, terrorçu qoyur, sonra da dama basırlar. Xaricdə də təxminən buna bənzər ssenari olur. Rəhm yoxdu, jurnalist mütləq cəzasını almalıdı. Sanki bütün qanunlar jurnalistlərə görə yazılıb. Son olaya fikir verin - QAT sədri Akif Nağının bizim qəzetin əməkdaşına qarşı qanunsuz hərəkətindən 10 günə yaxın vaxt keçib. Adam başının dəstəsi ilə redaksiyaya hücum çəkib, jurnalisti vurub, sonra da deyib, “əcəb eləmişəm, neynim hirslənmişdim”. Görün bir hökumət nümayəndəsi və ya polis QAT sədrinə “gözün üstə qaşın var” deyirmi? İstintaqa ifadə veribmi bu adam? Müstəntiqə zəng vurub bu üzgörənliyin səbəbini soruşursan, kefqom-kefqom gülüb deyir ki, “niyə darıxırsız, gələcək də...” Nədi bu, türklər demiş, kamera şakası? Döyüb, gic zarafatlar edib, sonra da gülürsünüz? Kamera haradadı, ora əl yelləyək? Qayıdıram “sındırılma” söhbətinə. Yəqin, xəbəriniz var, Zeydin “mənim elədiyim iyrənc hərəkətdir” etirafından. İndi çoxları deyir ki, Zeyd işgəncələrin nəticəsində belə addım atıb, əl-qolundakı göyərmiş yerlər buna sübutdur və sair. Nə deyim, keçmiş olsun, gedən bizim kisəmizdən getdi. İstər-istəməz bu xəbəri oxuyandan sonra dönüb Azərbaycana baxmalı olursan. O Azərbaycana ki, həbsdəki jurnalistləri bütün məhrumiyyətlərə rəğmən sınmır, iyrənc hərəkət etdiyini demir, bir sözlə, başını dik saxlayır. Ən azı bununla qürur duymağa dəyir. Yadınıza salın, neçə dəfə imtina ediblər əfv müraciəti, nə bilim peşmançılıq çıxışları yazmaqdan? Bəyəm onların yolunu gözləyən yoxdu? Yoxsa yerləri hədsiz rahat düşüb? Sadəcə, adamların konkret əqidələri var və bu əqidədən bir addım da kənara çıxmırlar. Əqidə demişkən, yenə əfv “sezon”u yetişib. Biz jurnalistlər də qapı-qapı düşüb bu istiqamətdə nələr ola biləcəyini soruşuruq. Hüquq müdafiəçilərini görməniz lazımdı. “Bəxtiyar” filminin Hüseynova bacıları kimi “vallah, olacaq, Ağabala, söz veriblər”, deyib durublar. Adını çəkmirəm, o gün hakimiyyətə yaxınlığı ilə seçilən bir deputatdan da bu barədə rəy soruşdum. Uzun pauzadan sonra düşünüb “müdrik” bir cavab verdi: “Deməli, bu məsələdə iki rəy var. Ya əfv bu ilin sonunda olacaq. Ya da qaldı 2009-cu ilə...”Dedim axı, bütün bunlar kamera şakasıdı. Sadəcə, zarafatın axırında ağac dalında gizlənən hansısa operatora yox, elə həqiqi türmə kamerasına əl yelləməmiz lazım gəlir. Axı bütün yumorlar gülüşlə bitmir?! Xüsusən də rəngi qara olanlar. Sevinc TELMANQIZI
44,771
22.12.2008 06:06
Dünya
RUSİYANIN UZAQ ŞƏRQİNDƏKİ SOSİAL QİYAM BÖYÜYÜR
Dünən Vladivostok şəhərində belə aksiyalardan biri zamanı milislə toqquşmalar olub. Rüsumların artırılmasına etiraz edən və digər sosial tələblər irəli sürən 1000-dən çox yerli sakinə qarşı çoxsaylı milis qüvvələri səfərbər edilib. Əvvəlcə onlarla aksiya iştirakçısı öz avtomobilləri ilə şəhərin kənarında kolon şəklində toplaşmağa çalışıb. Lakin onları OMON-çular qarşılayıb. Müdaxilə nəticəsində kolon dağıdılıb və aksiya iştirakçılarından icazəsiz nümayişi dayandırmaq tələb edilib. Buna baxmayaraq 200-dən çox avtomobil sahibi yenidən toplaşaraq kolon yarada bilib. Onlar əllərində bayraqlar tutub və səs siqnalları verərək şəhərin mərkəzinə doğru hərəkət ediblər.Eyni vaxtda şəhərin digər istiqamətindən onlarla avtomobildən ibarət başqa kolon hərəkətə başlayıb. Milis onlara müdaxilə etməyib və az sonra üçüncü istiqamətdən avtomobilçilərin yürüşü müşahidə edilib. Aksiya iştirakçıları şəhərin mərkəzinə çataraq mitinq keçirməyə cəhd ediblər. Lakin burada onları OMON-çuların dəyənəkləri qarşılayıb. Aksiyaya sərt müdaxilə edən OMON qüvvələri onlarla iştirakçını həbs edib.Vladivostokun mərkəzinə 1000-ə yaxın nümayişçinin toplandığı bildirilir. Aksiyanın dağıdılması zamanı milis “REN TV” telekanalının operatorunu da döyüb. OMON əvvəlcə aksiyanı izləyən jurnalistləri olay yerindən kənarlaşdırıb və onların çəkiliş aparmasına imkan verməyib. Bildirilir ki, aksiyanın sərt formada dağıdılması əmri aldığından OMON jurnalistlərin toqquşmanı çəkməsinə imkan verməyib.Məlumatlara görə, gömrük rüsumlarının artırılmasına etiraz olaraq ilk dəfə Vladivostokda dekabrın 14-də minlərlə adamın qatıldığı icazəli aksiya olub. Ardınca digər şəhərlərdə icazəsiz və kortəbii xarakterli aksiyalar baş qaldırıb. Yerli hökumət orqanları baş verənlərdən narahat olaraq mərkəzi hakimiyyətdən rüsumların artırılması haqda qərara yenidən baxmağı xahiş edib. Lakin baş nazir Vladimir Putin bir gün əvvəl hökumət üzvləri ilə keçirdiyi müşavirədə bildirib ki, yerli avtomobil istehsalçılarının müdafiəsinə və böhran şəraitində vəsaitlərin ölkədən çıxarılmasının qarşısının alınmasına yönələn qərar dəyişməyəcək. İşlənmiş xarici avtomobillər Rusiyanın Uzaq Şərqində əhalinin əsas dolanışıq mənbələrindən biridir. Vladivostokda isə minik maşınlarının 90 faizindən çoxu işlənmiş yapon avtomobillərinin payına düşür. Ona görə də hökumətin rüsumları kəskin artırması Rusiyada işlənmiş xarici maşın gətirib satmaq biznesini artıq sərfəsiz edir.
44,772
22.12.2008 09:11
Yazarlar
NAZİR MÜAVİNİ NİYƏ GÜLÜRMÜŞ?
İmkansız dost-tanışa “varlıların kasıblaması bizim xeyrimizədir” deyəndə əvvəl təəccüblənirlər, sadəlövhcəsinə “niyə” soruşurlar. “Niyə”sini deyirəm. Varlılar pulları, səhmləri, şirkətləri “yandıqca” kasıblayırlar. Deməli, kasıblarla aralarındakı sosial fərq nisbətən azalır.İki gün əvvəl qəzetlərdən biri Azərbaycanda çox tanınmış bir şəxsin maliyyə böhranı nəticəsində kasıbladığını baş xəbər kimi vermişdi. İndi bilən varmı Azərbaycanın məmur-oliqarxlarının bir-birinin ardınca bankrot olan şirkətlərdə nə qədər səhmləri konfet kağızı olub, xalqın qanından sorduqları nə qədər pul banklarda batıb?Neftin qiyməti də bir tərəfdən düşür, belə getsə, “qara qızıl” “cüt yek” (11 dollar) olacaq. Azərbaycanda bəlli adamlardan başqa hamı bir-birini bu münasibətlə təbrik edir. Körpülərin, yolların tikintisi yarımçıq qalacaq? Cəhənnəmə ki... Guya tikilən körpülərdən, salınan yollardan nə xeyir görmüşük? İşsizlik olacaq? Onu da kasıblar dərd eləməsin. Ölkədə 700 min yeni iş yeri açılmışdı, indi də bağlansın, nə olasıdır? Bahaçılıq olacaq? Qoy olsun. Kasıbın soğan-çörəyi həmişə süfrəsindədir.Bu fikirlər, ola bilsin ki, oxucuya qara yumor kimi gəlsin. Amma mən səmimi olaraq belə fikirləşirəm və qlobal böhranın ölkəmizin gömrüyündən birtəhər də olsa keçib gəlməsini səbirsizliklə gözləyirəm. Bəzi iddialara görə, böhran gəlib, amma ölkənin 80 faizi kasıb olduğundan bunu hiss etmir. Hiss edənlər isə özlərini ayağına tikan batan adam yerinə qoymurlar, yəni keflərinin yerində olduğu görüntüsü yaradırlar. Amma böhran yüzdə-yüz varlıların var-dövlətindən aparıb, buna şübhəm yoxdur.Dünən çoxhörmətli dostumuz astroloq Səbuhi Rəhimli 2009-cu il üçün proqnozlarını açıqlayıb. Səbuhi qardaşımız da qlobal maliyyə böhranından danışıb və varlıları sakitləşdirməyə çalışıb: “Yaranmış beynəlxalq maliyyə böhranı 2009-cu ildə tədricən aradan qalxacaq”.Doğrusu, bunu oxuyub çox güldüm, çünki bütün dünya iqtisadçıları rəqəmlərdən toy qazanına dönmüş başlarını əllərinin arasına alıb çıxış yolları fikirləşir, böhranın ən azı 3-5 ilə tədricən aradan qalxacağını deyirlər. Səbuhi kasıb oğlandır və varlılara indilikdə ancaq təskinlik verməklə, onların ulduzlarının yenidən parlayacağını deməklə qazanır. Mən baxdım, astroloq ən yaxşı proqnozu kasıb xalqla bağlı verib. Bir cümləylə: “Öküz ili bolluq olacaq”. Məşhur lətifədə deyildiyi kimi: “Olsun, olsun...”Heyf ki, yazını başladığım əhvalla sona çatdıra bilmədim. “Sədərək” ticarət yarmarkasının yanması xəbəri əhvalımı korladı. Çünki orada xeyli kasıb adam ziyana düşdü, işsiz qaldı. Deyirlər hadisə yerində olan fövqəladə hallar nazirinin müavininin nədənsə gözləri gülürmüş. Görəsən, cənab “fövqəlnazir” bu böhranda nə qədər “yandırıb?” Nazim SABİROĞLU
44,773
22.12.2008 07:14
Yazarlar
DÖZÜMLÜ XALQ TUALETSİZ DÖZMÜR
Düzdür, əvvəl elə bilirdim ki, idmançı olmaq pulgətirən işdir. Çıxıb birini qaldırıb çırpırsan yerə, onu qatdayıb ayağının altına qoyandan sonra beş-altı yüz mini də eləcə qatlayıb qoyursan cibinə. Bu işdəki kalan pul da cavanları idmana həvəsləndirir. Sonra gördüm yox e, əgər pula görə olsaydı, onda futbolçularımız da yaxşı oynayardı, daha Neft Şirkətinin pulu ilə gedib Afrikadan-zaddan avara gədələri yığıb gətirməzdilər. Onlar da bir-iki ilə buradan 3-4 milyonu yığıb aparmazdı.Dediyim odur ki, söhbət pulda deyil. Bizdə idmanın inkişafını sürətləndirən şey ulu, müdrik, dözümlü və şahsevən camaatımızın əsrlərdən bəri formalaşan vərdişidir. Yəni Mübariz Qurbanlı demişkən, şahın ömürlük olmasını istəyən mentalitetimiz. Bu, uzun söhbətdir, oğlum, ona görə də gərək dairəni gen götürəm.Bax, əsrlərdir ki, bizdə hökumətlə camaat süpürləşir, itələşir, qapışır, didişir, bir-birini minməyə çalışır. Sırf idman təmrinləridir. Qədimdə bəylər-xanlar rəiyyəti minib çapardı. Rəiyyət də dinməzdi, gücü çatdıqca ağaları və onların qulbeçələrini belində gəzdirər, soncuqlayıb etiraz etməzdi, beli yağır olsa da, dişini dişinə sıxıb dözərdi. Bu gün də dözümlü olmağı buradan gəlir. Arabir olardı ki, belindəki yağır çox incidərdi, hə, onda sahibini belindən yerə atıb cığnayardı. İndi tarix kitablarından oxuduğun xalq üsyanları, kəndli qiyamları var ha, bax, onlar həmin o cığnama səhnələridir.Xanlar-bəylər belə şeylərdən çox qorxar, oturub fikirləşər, sonra camaata yaltaqlanar, onun qeydinə qalıb dənini-suyunu artırar, arada dincəlməyə imkan verərdilər. Bir az belə keçərdi. Sonra bəylər camaatın arxayınlaşıb təzədən yatışdığını, ya da minilməkdən ötrü darıxdığını görəndə onu təzədən amansızcasına minərdilər. Ta növbəti cığnamaya qədər çapardılar. Sonra yenə süpürləşib-didişərdilər.Ha belə-belə, böyük, kəşməkəşli, zəngin bir tarix və mental ənənələr yaratdıq. İçində ədalətsizliyə, haqsızlığa, zülmə illər uzunu sadomazoxistcəsinə dözmək cildində çoxlu qanqaraldıcı və sarsaq şeylər olsa da o bizim tariximiz və milli ənənələrimizdir. O ənənələr ki, bu gün YAP-çılar onları “çerez” İlhamə Quliyeva, Faiq Ağayev, Məleykə Əsədova, Rəqsanə-zad inkişaf etdirir, gələcək nəsillərə ötürmək üçün qoruyub saxlayır. Bu onların tez-tez karına gəlir. Tarix olduğu kimi təkrarlanır axı.Düzdür, indi zəmanə dəyişib. Amma minilmək elə qədimki minilməkdir, dözüm də əvvəlki dözüm. Elə bəy-xanla rəiyyətin süpürləşməsi də həminkidir. Sadəcə, bir az yazı-pozusu artıb. Axı indi elm-savad zəmanəsidir. Görürsənmi, bizdə hətta Təhsil Nazirliyi və AMEA da var. Onların hesabına politologiya elmi inkişaf edir, Mübariz Qurbanlı politoloq kimi yetişir, sonra da camaatı ənənələrə bağlı qalıb dözümlü və şahsevən olmağa çağırır. Gördünmü dünən müxalifəti nədə suçladı? Dedi ki, qanunları dəyişmək xalqın suveren hüququdur. Düz deyir. Amma xalq zalım oğlu qanunu dəyişməyi sizdən haçan istədi? (Bəlkə də istəyib. Ali savadlı camaatımız “qanun” və “hökumət” sözünü həmişə qarışdırır, elə bilir hökumət elə qanun deməkdir. Camaat bəlkə “hökuməti dəyişin” demək istəyib, amma savadı çatmayıb, hökumət də elə bilib xalq “qanunu dəyişin” deyir? Nə bilim).“Suveren” sözünə Bakı camaatının suyunun “optom” kəsildiyi bu tarixi günlərimizdə yekə hörmətim var - “suverən” sözünə oxşadığı üçün. Hökumət bir aydır camaata su vermir, amma onun suveren hüququndan qırıldadır. Yəqin, ona işarə edir ki, suveren hüququndan istifadə edib qanunu dəyişməyi israrla tələb etməsən, mən də sənə su verməyəcəm. Dünən Yeni Günəşlidən bir oxucu zəng vurub ki, 7 binaya 18 gündür su verilmir. Soruşuram bəs necə dözürsünüz. Deyir birtəhər. Deyirəm belə getsə, haçana qədər tab gətirə bilərsiniz. Qayıdır ki, hərə bir çən qoyub, oradakı su qurtaranda, camaat tualetə getmək üçün aftafasını doldurmağa su tapmayanda onda, yəqin, dillənər.Aftafa elə-belə şey deyil, mentalitetimizin ən vacib elementidir. İsa Qəmbər deyir ki, məqamı gələndə xalq bir nəfər kimi ayağa qalxacaq. Məncə, o məqam nədirsə, mütləq bioloji təbiətlidir, yəni təbii ehtiyaca bağlıdır.Görəsən, camaatın çənində neçə aftafalıq su qalıb?
44,774
22.12.2008 07:16
Gündəm
“QLOBAL İQTİSADİ BÖHRAN SOSİAL İĞTİŞAŞLARA SƏBƏB OLA BİLƏR”
“Artıq indinin özündə biz 2009-cu ilin iqtisadi artımına dair proqnozumuza düzəlişlər edərək, artımın daha az olacağını demişik. Yəni biz 3 faiz qlobal artım gözləyirdiksə, indi bunu 2,2 faiz etmişik. Yanvar ayında verəcəyimiz yeni proqnoz, yəqin ki, bundan da pis olacaq. Çində iqtisadi artım zəifləyərək, cəmi 5 faizə bərabər ola bilər. Bu, misli görünməmiş qlobal yavaşımanın nəticəsidir. Buna görə də biz 2009-un çox ağır il olacağını düşünürük”. BVF-nin rəhbəri xəbərdarlıq edib ki, hökumətlər iqtisadiyyatı stimullaşdırmaq üçün xərcləri artırmasalar, bu, sosial qeyri-sabitliyə gətirib çıxara bilər: “Məni xüsusilə narahat edən məsələ odur ki, bizim proqnozlar çox bədbindir və əgər maliyyə stimullaşdırması həyata keçirilməsə, vəziyyət barədə fikrimiz daha da bədbin olacaq. Jurnalistlər sosial iğtişaşların mümkünlüyündən yazırlar və mən bunu başa düşürəm. Lakin bu, problemin yalnız bir hissəsidir. Problem odur ki, bundan bütövlükdə cəmiyyət əziyyət çəkəcək.”
44,775
22.12.2008 07:39
Gündəm
ESKUDERO SEVİL ƏLİYEVANIN OBYEKTİNİ ALIB?
Stenlinin bu işə çoxdan girişdiyi, nəhayət, arzusuna çatdığını yazan qəzet daha sonra qeyd edib ki, “Azərbaycan” kinoteatrı əvvəllər mərhum dövlət başçısı Heydər Əliyevin qızı Sevil Əliyevaya məxsus olub. Eskuderonun onu hansı yolla ələ keçirməsi bəlli olmasa da, son vaxtlar hörmətli S.Əliyevanın nəzarətindəki obyektlərin onun əlindən çıxması prosesinin getməsi haqda informasiyalara dəfələrlə rast gəlinib. Ailədaxili müxalifət kimi tanınan S.Əliyevanın himayəsində olan digər bir neçə obyektin də başqa şəxslərə verilməsi məlumdur. Bu sırada “Baku Steel Company” şirkətini göstərmək olar. Bu baxımdan Eskuderonun “Azərbaycan” kinoteatrını ələ keçirməsində hansısa çətinliklə üzləşmədiyini düşünmək olar. Maraqlısı odur ki, Azərbaycan iqtidarı bir əcnəbinin vətəndaşlarımızın hüquqlarını pozmaq yolu ilə iri torpaq sahələrini, şəhərin mərkəzində yerləşən obyektləri, hətta mədəniyyət ocaqlarını belə ələ keçirməsinə göz yumur. Nəzərə çatdıraq ki, keçmiş səfirlə Nardaran sakinləri arasında torpaq çəkişməsi davam edir. Kənd camaatı dədə-baba torpaqlarının özlərinə qaytarılması üçün ən müxtəlif vasitələrə əl atır. Lakin indiyədək bunun bir faydası olmayıb. Görünür, Eskudero iqtidara o qədər arxayındır ki, belə ziddiyyətli məqamda hətta Sevil Əliyevaya məxsus obyektə sahib çıxmağa da cəsarət edir. Nəzərə çatdıraq ki, keçmiş səfirin Bakının mərkəzi hissələrində bir sıra obyektləri, geniş biznes şəbəkəsi var.
44,776
22.12.2008 07:06
Dünya
BUŞ ƏFQANISTANA 30 MİNLİK ƏLAVƏ QOŞUN YERİDİR
M.Müllen deyib ki, əsas qüvvələrin göndərilməsi tarixi hələ dəqiq deyil, ancaq bu əməliyyat yayda planlaşdırılır. Bildirilir ki, müdafiə naziri Robert Geyts ötən həftə Əfqanıstana əlavə qüvvələrin göndərilməsi haqda əmr imzalayıb. Söhbət 3 min nəfərdən ibarət briqadadan gedir. Gələn ilin yanvarında göndəriləcək qüvvələr Əfqanıstanın cənub-şərqində “Taliban” qüvvələri ilə döyüşməlidir. Hazırda ABŞ-ın Əfqanıstanda 30 min əsgəri var. Əfqanıstandakı xarici qoşunların ümumi sayı isə 65 min nəfərdir.ABŞ-ın Əfqanıstandakı qüvvələrinin miqdarını ikiqat artırmaq qərarı bu ölkədə vəziyyətin günbəgün pisləşməsi ilə bağlıdır. “Taliban” qüvvələri ölkənin cənub-şərqində vəziyyətə nəzarət edir və tez-tez koalisiya qüvvələrinə, habelə dinc əhaliyə qarşı qanlı terror aksiyaları təşkil edir. NATO komandanlığı etiraf edir ki, əlavə qüvvələr göndərilmədən “Taliban”a qarşı əməliyyatlarda uğur qazanmaq mümkün olmayacaq.Lakin “Taliban” nümayəndəsi ABŞ-ın Əfqanıstana əlavə 30 minlik qüvvə göndərmək qərarı ilə bağlı bildirib ki, buna baxmayaraq Amerika bu müharibəni uduzacaq. “Taliban” nümayəndəsi Yusif Əhmədi “Frans press” agentliyinə açıqlamasında deyib ki, amerikalılar məğlubiyyətlərini pərdələmək üçün bu addımı atır. O, vaxtilə SSRİ-nin də Əfqanıstana bu qədər sayda qüvvə göndərdiyini xatırladıb: “Sovetlər də Əfqanıstanı işğal etmək üçün eyni miqdarda əsgər göndərdi, lakin məğlub oldular. Amerikalılar da qüvvələrinin sayını bu miqdara çatdıranda məğlub olacaqlar. Amerikalıların sayının artması onların daha çox hədəf olmasına imkan verəcək”.
44,777
22.12.2008 07:32
Kriminal
BANK RƏHBƏRLƏRİNDƏN BİRİ ÖZÜNÜ ASDI
Bildirilir ki, hadisə hələ ötən həftə baş verib, lakin polis məlumatı yalnız dünən açıqlayıb. London polisi K.Şnorun ölümünü şübhəli hesab etmir və bildirilir ki, bankın top-menecerinin özünə qəsd etdiyi aydındır. Lakin onun özünü niyə asması barədə hər hansı rəsmi versiya yoxdur. Məlumata görə, K.Şnor bankın Avropa və Yaxın Şərq istiqaməti üzrə fəaliyyətinə rəhbərlik edib, həmçinin bankın sığorta şöbəsinin rəhbəri olub.49 yaşlı bankirin ölümündə qlobal maliyyə böhranının təsiri ola biləcəyi istisna deyil. O, özünə qəsd etməsinin səbəbləri ilə bağlı heç bir yazı buraxmayıb. Bankdan isə hadisə ilə bağlı ancaq onu bildiriblər ki, K.Şnorun ailəsinə əllərindən gələn köməyi edəcəklər.
44,778
22.12.2008 06:34
Dünya
ABŞ-da İQTİSADİ VƏZİYYƏT GÖZLƏNİLƏNDƏN DƏ PİS OLACAQ
“İqtisadiyyatda vəziyyət bizim fikirləşdiyimizdən daha ağırdır. Vəziyyəti yaxşılığa doğru dəyişmək üçün olduqca böyük zaman tələb olunur. Ölkənin iqtisadi vəziyyəti yeni administrasiyanın məşğul olacağı bir nömrəli vəzifədir”- deyə C.Bayden bildirib. O qeyd edib ki, iqtisadiyyatı böhrandan çıxarmaq üçün daha 600-700 milyard dollarlıq paket tələb olunur.C.Baydenin sözlərinə görə, iqtisadiyyatın xilas edilməsi üçün bu qədər vəsaitə ehtiyac yarana biləcəyi bir il əvvəl heç kimin ağlına da gəlmirdi. İndi isə Buş administrasiyasının ayırdığı 700 milyard dollarlıq paket vəziyyəti dəyişməyə kömək etməyib. Qeyd edək ki, Amerika iqtisadiyyatının vəziyyətinin düşünüldüyündən daha pis olduğunu bundan əvvəl yeni seçilmiş prezident Barak Obama da etiraf etmişdi. O xəbərdarlıq edib ki, vəziyyət yaxşılaşmazdan əvvəl indikindən daha da pis ola bilər.
44,779
22.12.2008 07:35
İqtisadiyyat
İFLAS, YOXSA İSLAHAT YOLU?
Səbəbi, əlbəttə ki, böyük pullar və neftdən dolayı yaranan korrupsiyadır. Neft vəsaitləri hesabına varlanan avtoritar rejimlər bacarıqlı hökumət qurmağa, demokratik islahatlar aparmağa, xalq qarşısında hesabat verməyə ehtiyac görmürlər. Lakin ekspertlər hesab edir ki, Azərbaycan iqtidarı heç olmasa, neftin ucuzlaşmasından sonra təcili islahatlara başlamalıdır. Yəni qısa müddətdə antikrizis hökuməti formalaşdırılmalıdır ki, vəziyyət daha da ağırlaşmasın. Əks təqdirdə böhran daha da dərinləşəcək və bu ilk növbədə avtoritar rejimlərin özlərinin axırına çıxacaq. Çünki əhalinin sosial-iqtisadi problemləri əhəmiyyətli dərəcədə artıb, dözülməz həddə çatıb. Hakimiyyət həm özünü, həm də ölkəni iflasdan qorumaq üçün islahatlara başlamaq zorundadır. Bəzi ekspertlər isə deyirlər ki, neftin qiymətinin kəskin şəkildə aşağı salınması Qərbin avtoritar rejimlərə təsir göstərmək, onları islahatlar aparmağa məcbur etmək üçüòòn həyata keçirdiyi bir siyasətdir. Bunun istər məqsədli şəkildə reallaşdırılan siyasət, istərsə də təbii proses olmasından asılı olmayaraq, yaranmış vəziyyət hakimiyyəti islahatlar aparmağa sövq edəcəkmi?Məsələ ilə bağlı söhbət etdiyimiz politoloq, Müsavat başqanının müavini Qabil Hüseynli bildirdi ki, istənilən hakimiyyət hər hansı xoşagəlməz situasiyada özünü qorumaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır: “Bu baxımdan güman etmirəm ki, hakimiyyət vəziyyətin tam dramatikləşməsini və çıxılmaz nöqtəyə çatmasını gözləyəcək. Son vaxtlar mətbuata sızan versiyalar təsdiq edir ki, iqtidar ən azı müəyyən manevrlərə hazırlaşır. Mənim müşahidələrimə görə, hakimiyyətin müxtəlif qolları arasında səlahiyyət bölgüsü məsələsinə yenidən baxılması ilə yanaşı, prezident seçkilərindən sonra komandanın yeniləşdirilməsi ideyası da kifayət qədər aktuallaşıb. Bunu həm aşağıdan, həm də yuxarıdan müxtəlif səviyyələrdə qüvvələr tələb edir. Məsələ ondadır ki, beynəlxalq böhranın fəsadları göz qabağındadır. Nə qədər söylənsə də ki, qlobal krizisin Azərbaycana o qədər də təsiri yoxdur, baş verənləri gizlətmək mümkün deyil. Bu isə təxirəsalınmaz tədbirlər görülməsini son dərəcə vacib zərurətə çevirir”.Q.Hüseynliyə görə, ilk növbədə hökumətlə bağlı ideyaların olduğu istisna deyil: “Hökumətin tərkibi ilə bağlı nəzərdə tutulan dəyişikliklər elə həyata keçirilməlidir ki, burada doğrudan da islahatçı hökumət xarakteri olsun, ictimai rəydə isə islahat görüntüsü yarada bilsin. İkincisi, idarəetmə sistemində təkmilləşdirmələr aparılmalıdır. İdarəetmə sisteminin tarixən formalaşmış funksiyaları özünə qaytarılmalıdır. Yəni Nazirlər Kabineti normal dövlətlərdə nə işlə məşğul olursa, Azərbaycanda ən azı 80 faiz elə olmalıdır. Böhranın dərinləşməsinin qarşısının alınması üçün mütləq islahatçı baş nazir, islahatçı nazirlər olmalıdır, islahat proqramı ən azı Milli Məclisdə elan edilməlidir, bu proqram ictimai müzakirəyə verilməlidir. Daha sonra həmin proqramın həyata keçirilməsinə də ictimai nəzarət qurulmalıdır”.Q.Hüseynli söylədi ki, əgər yeni islahatçı hökumət yaranacaqsa, Nazirlər Kabinetinə islahatçı kadrlar cəlb ediləcəksə, bu komanda ilk növbədə ciddi qənaət prinsipləri əsasında işləməlidir: “Məsələn, bir sıra nəhəng tikinti layihələrinin - hansı ki, onlar indiki məqamda ölkə üçün strateji əhəmiyyət kəsb etmir - maliyyələşməsini dayandırmalıdır. Məsələn, tutaq ki, dənizin üzərindən körpü salınması və bu qəbildən olan yüzlərlə layihələr nəzərdə tutulub ki, onları təxirə salmaq vacibdir. Yüzlərlə layihə içərisindən ən vacib olanlarını seçib, onları maliyyələşdirmək lazımdır. Məsələn, bura ölkə üçün strateji əhəmiyyət daşıyan Bakı dairəsi yolunun çəkilməsini aid etmək olar. Amma qənaətin ən mühümü layihələrin şəffaflığıdır, yeyintinin qarşısının alınmasıdır, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə elan edilməsidir. Yalnız bu yolla büdcənin qənaətlə xərclənməsinə nail olmaq və neftdən gələn gəlirlərin tez bir zamanda yoxa çıxarılmasının qarşısını almaq mümkündür”.Neftin ucuzlaşmasının avtoritar rejimləri islahatlara vadar etmək üçün Qərbin siyasəti olması haqda deyilənlərə gəlincə, politoloq “düzdür, belə fikirlər söylənilir, amma məsələ ondadır ki, dünyada böhran maliyyə qıtlığı ilə başladı, neftin ucuzlaşması ilə yox”, - deyə qeyd etdi: “Məncə, bu, Qərbin məqsədli siyasəti deyil. Neftin ucuzlaşmasının əsas səbəbi Amerikanın daha az neft almağa başlaması ilə bağlıdır. Yəni Birləşmiş Ştatlar özünün beş illik ehtiyatlarından və bir də Karib dənizində çoxdan qazdığı quyulardan istifadə etməsi hesabına istehlakın bir hisəsini ödəməyə çalışır. Amma dünyada böhran maliyyə qıtlığı ilə başladı. Bu maliyyə böhranı da bir sıra banklardakı limitsiz kreditlərin verilməsi, bəzi banklarda isə açıq-aşkar fırıldaqçı kağızlar üzərində əməliyyatların keçirilməsi nəticəsində körükləndi. Sonradan böhran istehsal sahələrinə yayıldı, neftin qiymətinin aşağı düşməsi də istehsalda depressiv elementləri gücləndirib. Nəticədə ümumi xarakterli bir böhran yarandı”.
44,780
22.12.2008 06:36
Siyasət
AZƏRBAYCAN PARLAMENT ÜSUL-İDARƏLİ RESPUBLİKAYA ÇEVRİLSƏ...
Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli bunu yaxşı təklif hesab edir. Onun sözlərinə görə, təklifdə qeyd olunan məsələnin reallaşması nəzəri cəhətdən mümkündür, prakitiki cəhətdən isə real deyil: “Təklifdə qeyd olunan məsələ həyata keçsə, ölkə üçün yaxşı olar. Ancaq bu təklifin müsbət qarşılanacağına inamım yoxdur”. Bəs, parlamentli respublika üsul-idarəçiliyi Azərbaycanda müsbət effekt verə bilərmi?“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov öncə dünya təcrübəsində həm prezident üsul-idarəli, həm də parlament üsul-idarəli quruluşların olduğunu deyərək bildirdi ki, bunun müsbət nəticələri var. Ona görə də onlardan birinin o birindən üstün olmasından danışmaq düzgün olmazdı: “Sadəcə olaraq, hər dövlətin öz xüsusiyyətləri var. Bu da həmin ölkənin həm tarixi, həm də yerləşdiyi regionun xüsusiyyətləriylə bağlıdır”. E.Namazovun fikrincə, gələcəkdə hansısa mərhələdə Azərbaycanın parlament respublikasına keçməsi məsələsinə baxıla bilər. Ancaq bu, yaxın gələcəyin məsələsi deyil: “Ona görə ki, Azərbaycanın torpaqları hələ işğal altındadır, yerləşdiyimiz region çox mürəkkəb, konfliktlərlə dolu regiondur. Parlament tipli sistemlər daha çox uzun illər sabit inkişaf yolu keçmiş və çox sabit bölgədə yerləşən ölkələr üçün daha məqbuldur. Məhz bu cür ölkələrdə sözügedən sistem uğurlu ola bilər. Ümid edək ki, Azərbaycanın da bu sistemə praktiki keçməsi üçün şərait yetişəcək. Ancaq yaxın zamanlar üçün aktual deyil”.
44,781
22.12.2008 07:31
Mədəniyyət
“QARDAŞLARIM DA, XANIMLARI DA NAMAZ QILIRLAR”
“İmamlar haqqında deyilən belə sözlər müsəlman aləmində ciddi qalmaqal yarada bilər”. E.Quliyev bildirib ki, müsəlman ölkələrinin Azərbaycandakı nümayəndələri F.Ağayev dediklərinə münasibət bildirmək üçün ona müraciət ediblər: “Onlar deyirlər ki, niyə Ziyalılar Hərəkatı bu məqaləyə reaksiya vermir? Mən əsasən onlara belə cavab verirəm ki, arvad sifətində kişi olmaq kimsəyə xeyir gətirməz. Faiq Ağayev belə danışmaqla böyük səhvə yol verib. Onun imamlarla bağlı dediyi sözlər Peyğəmbərin karikaturasını çəkmək effektinə bərabərdir”.Faiq Ağayevin cavabı isə ləngiməyib. Xalq artisti day.az-a göndərdiyi məktubunda Ziyalılar Hərəkatının rəhbərinin tərəf tutduğunu və F.Kərimovanı müdafiə etdiyini bildirib: “Mən Allah sevən insanların ailəsində böyümüşəm. Anam həccdə olub, atam xalqın bütün adət-ənənələrini həmişə gözləyib. Qardaşlarım, onların xanımları namaz qılırlar”. F.Ağayev özünün də inanc adamı olduğunu xatırdaraq, imamları onun deyil, qarşı tərəfin aşağıladığını təkrarlayıb və heç bir günah işlətmədiyini bildirib.
44,782
22.12.2008 07:01
Mədəniyyət
İLHAMƏ QULİYEVA 100 MİN MANAT TƏZMİNAT İSTƏYİR
İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərli APA-ya deyib ki, sənətçi artıq məhkəməyə iddia ərizəsi verib. İlhamə Quliyeva iddia edir ki, qarşı tərəf onun şərəf və ləyaqətini təhqir edib, işgüzar nüfuzuna zərbə vurub. Tərəflər arasında hüquqi müstəvidə dartışma Nəsimi Rayon Məhkəməsində olacaq. İlhamə Quliyeva ərizəsində Flora Kərimovadan 100 min manat təzminat istəyir.
44,783
22.12.2008 07:39
İqtisadiyyat
NEFT EYFORİYASI KEÇMƏDİMİ?
Əslində neftin qiyməti düşdükcə hakimiyyətin təlaşı artır. Rəsmilər özlərini o yerə qoymasalar da, bu, faktdır. Və bu narahatçılığın özü müsbət əlamət sayılmalıdır, çünki əndişə olan yerdə məntiqlə, ondan qurtulmaq yolları barədə götür-qoy edilməli, tədbir tökülməlidir. Axı neft eyforiyası, faktiki, keçib. Və ya keçmək üzrədir (Maraqlıdır ki, bəzi təhlilçilər olayı ilahi cəza kimi qiymətləndirirlər). Amma biz eyforiyanın aradan getməsinin iqtidarda təcəllə edən əlamətlərini yox, tamam ayrı, ziyanlı prosesləri müşahidə etməkdəyik. Əvvəla, hakimiyyət iqtisadiyyatı “neft iynəsi”ndən xilas etmək üçün ləngimədən (onsuz da 15 ildir ləngiyirik), təcili köklü islahatlara başlamaq əvəzinə, yenə də asan, özü üçün sərfəli yol axtarışındadır. Daha dəqiqi, sırf bolşeviksayağı xilas metodlarına girişib. Artıq hamı bilir ki, iqtidarımız neftin ucuzlaşmasının doğurduğu büdcə kəsirini, digər ağır fəsadları monopolistlərin, oliqarxların deyil, məhz sadə camaatın və orta biznes nümayəndələrinin hesabına doldurmaq, bununla da “sudan quru” çıxmağa çalışır. Misal üçün, neçə gündür əyalətlərdə, konkret olaraq, Gəncə şəhərində Heydər Əliyev Fonduna köçürmə adı ilə xırda iş adamlarından 10-100 manat arası məbləğində pul toplayan naməlum adamların peyda olması haqda xəbərlər gəlməkdədir (“Azadlıq” qəzeti). Bakıda isə belə bir qanunsuz “dinməver” vergisi müəssisələr üçün gəlirindən asılı olaraq 10-100 min manat arası dəyişir. Buradaca qeyd edək ki, səlahiyyətli qurumlar belə xəbərləri israrla təkzib edirlər. Bu cür özbaşınalığın nəticəsidir ki, onsuz da barmaqla sayılan xarici sərmayəçilər də növbəti “bespredel”dən bezərək ölkəni yavaş-yavaş tərk etməyə başlayıb. Rəsmi qaynaqlar bu faktları heç gizlətmirlər də. O sırada türkiyəli iş adamlarının tikinti sektorundan, digər sahələrdən çəkilməyə başladıqları barədə məlumatlar daxil olmaqdadır. İndi özünüz deyin, iqtisadi-biznes azadlıqlarının boğulduğu, xüsusi mülkiyyətə zəmanətin olmadığı, qanunun məmurlara tabe etdirildiyi, ən betəri, bölgələri oliqarxlar arasında bölüşdürülən Azərbaycana hansı xarici (azərbaycanlı) iş adamı həvəs göstərər? Heç göstərmirlər də. Bu günlərdə Rusiyada yaşayan bir zəngin azərbaycanlı iş adamı beləcə də demişdi: “Mən məmnuniyyətlə öz ölkəmə sərmayə qoyar, iş yerləri açardım, amma Azərbaycanda təhlükəsiz biznes qurmaq mümkün deyil”...“Bespredel”in, “analoqu olmayan inkişafın” təzahürüdür ki, normal ölkələrdə ərzaq və qeyri-ərzaq məhsullarının, xidmətlərin qiyməti düşsə də, bizdə qiymətlər (xüsusilə neft, dizel, işıq) dəyişməz qalıb, ya da ən əcaibi - artıb. İndi onlar hətta Qərb ölkələrindəkindən də az qala yuksəkdir (Ötən saylarımızın birində qiymətlərin müqayisəli statistikasını vermişik). Məsələn, əgər böhran təzə-təzə başlayanda Azərbaycanda bananın kilosu 2 manat 50 qəpik idisə (banan biznesinin Bəylər Əyyubovun nəzarətində olduğu deyilir), böhrandan sonra 3 manat (!!) olub. Belə soyğunçuluğun bircə adı ola bilər: bizim şanlı oliqarxlarımız ölkə üçün, millət üçün faciəli vəziyyətlərdə də müstəsna olaraq öz maraqlarını, öz gəlirlərini güdürlər.Bunlar azmış kimi, hakimiyyət böhranlı vəziyyətdə, üstəlik, perspektiv maraqlarını qorumağa girişib. Son referendum söhbətləri göstərdi ki, iqtidar dərin sosial-iqtisadi və siyasi islahatlara əsla hazırlaşmır və “harda qırıldı, qırıldı” fəlsəfəsi ilə yaşayır...
44,784
22.12.2008 07:39
Analitika
SOSİALİZMDƏN FEODALİZMƏ
Azərbaycanda bu günlərdə eyni şəxsin ömürlük prezidentlik etməsinə yol açan Konstitusiya düzəlişlərinin müzakirəyə çıxarılması bir daha Mərkəzi Asiya regionunda yerləşən, 70 il kommunist ideyaları ilə idarə edilən müsəlman ölkələrində demokratiyanın gələcəyi haqda bədbin düşüncələr formalaşdırıb. Çünki Azərbaycan son illərə qədər bu ölkələr arasında demokratik azadlıqların nisbətən güclü formada təşəkkül tapdığı bir-iki ölkədən biri idi. Lakin bu düzəlişlər təsdiqlənsə, Azərbaycanı Orta Asiya respublikalarından fərqləndirən elə də çox şey qalmayacaq. Apardığımız ümumi təhlil bunu deməyə əsas verir ki, indi keçmiş SSRİ-nin müsəlman ölkələrinin hamısı demokratiya və insan haqlarının durumuna, idarəçilik formasına, seçkilərin keçirilməsinə və vətəndaş cəmiyyətinin durumuna görə bir-birindən elə də uzaqda deyil. Hətta cəmi 3 il əvvəl “rəngli inqilabın” baş verdiyi Qırğızıstanda da proseslər demokratiyanın güclənməsi istiqamətində deyil, avtoritarizmin möhkəmlənməsi istiqamətində cərəyan edir. Beləliklə, qısa da olsa keçmiş SSRİ-nin müsəlman respublikalarındakı vəziyyətə nəzər salaq.Heç şübhəsiz ki, bu respublikalar arasında ən unikal situasiya Türkmənistanda mövcuddur. Bu respublikaya SSRİ-nin son illərindən başlayaraq rəhbərlik edən və əsl feodal idarəçilik üsul-idarəsi yaradan Saparmurat Niyazovu hakimiyyətdən yalnız qəfil ölüm ayıra bildi. Əks halda onun hakimiyyətdən əl çəkməsi qətiyyən ağlabatan və mümkün görünmürdü. Türkmənistanda isə onu hakimiyyətdən sala biləcək qüvvə mövcud deyildi. Müxalifət adına çıxış edənləri Türkmənbaşının konslagerləri xatırladan türmələri, işgəncələr və xəbər-ətərsiz yoxa çıxmaq təhlükəsi gözləyirdi. Türkmənbaşının idarəçiliyi zamanı Türkmənistan dünyada ən qapalı ölkələrdən birinə çevrilmişdi və beynəlxalq ictimaiyyət orada baş verənlərdən bir çox hallarda, ümumiyyətlə, xəbər tuta bilmirdi. Heç bir müstəqil medianın və alternativ informasiya mənbəyinin mövcud olmadığı ölkədə nə qədər siyasi məhbusun olduğunu da bilən yox idi. Günlərin birində Türkmənbaşı qəflətən öldü. Türkmənbaşının yerini tutan və vaxtilə onun şəxsi diş həkimi olmuş Qurbanqulu Berdıməhəmmədov bir çoxlarının gözləmədiyi halda müəyyən dəyişikliklər həyata keçirməyə başlayıb. Məsələn, bu günlərdə onun keçirdiyi parlament seçkiləri Türkmənistan üçün tarixi hesab olunur. Səbəb isə o idi ki, ilk dəfə hakimiyyət özü seçkiləri izləməyə bir qrup beynəlxalq müşahidəçi dəvət edib. Yalnız bir siyasi partiyanın mövcud olduğu və bütün namizədlərin də bu partiyadan irəli sürüldüyü seçkilər üçün bu addım Türkmənbaşının varisinin demokratik dəyişikliklər etmək niyyətləri haqda şübhələr də yaradıb. Lakin ümumi vəziyyət göstərir ki, Türkmənistanda köklü dəyişikliklərdən söhbət gedə bilməz-Türkmənbaşı ölsə də, onun yerini yenisi tutub.Orta Asiyanın digər respublikası Özbəkistanda vəziyyət Türkmənistan qədər unikal olmasa da, özbəklərin də bəxti hakimiyyət sarıdan qətiyyən gətirməyib. SSRİ dağılarkən hakimiyyət sükanını əlində saxlayan İslam Kərimov ölkədə dünyanın ən sərt diktatura rejimlərindən birini qurub. Onun xüsusi xidmət orqanları az qala hər kəsi nəzarətdə saxlayır, izləyir və təqib edir. Kərimov üçün səlahiyyət müddətinin nə vaxtsa başa çatması təhlükəsi də mövcud deyil. O, artıq ömürlük prezident olmaq səlahiyyətini əldə edib və nə qədər istəsə, o qədər namizədliyini irəli sürə bilər. Əslində heç vaxt azad seçki keçirməmiş bir ölkə üçün Kərimovun namizədliyini irəli sürməsi onun daha bir müddət prezident olması anlamına gəlir. Bir qayda olaraq İ.Kərimov formal xarakter daşıyan bu seçkilərdə özünə bir-iki formal rəqib də təşkil edir və hər dəfə 90 faizdən çox “səs alır”. Üstəlik onun səlahiyyət müddəti də 7 ildir. Bu ilin əvvəlində növbəti dəfə 7 illiyə hakimiyyəti əlində saxlamağı rəsmiləşdirən İ.Kərimovun ömürlük hökmdar olduğuna heç bir şübhə yoxdur. Özbəkistanda onun hakimiyyətinə qarşı çıxanları amansız işgəncələr, saxta ittihamlarla hökmlər, izsiz-soraqsız yoxa çıxmalar və digər təhlükələr gözləyir. Özbəklər üçün Kərimovun hakimiyyətinə qarşı çıxmağın nə demək olduğunu dərk etmək üçün 2005-ci ildə Əndicanda baş vermiş hadisələri yada salmaq bəs edər. Doğrudur, Özbəkistanda müxalifət sayıla biləcək qüvvələr hər halda var, lakin onlar Qərb ölkələrində dissident kimi fəaliyyət göstərirlər. Ölkə daxilində isə siyasi müxalifət, demək olar ki, mövcud deyil, fəallıq göstərən insan haqları müdafiəçiləri isə hər an Kərimovun həbsxanalarına düşmək təhlükəsi qarşısındadır. Məlumatlara görə, Kərimov özündən sonra hakimiyyəti ailəsindən birinə, çox güman ki, qızına ötürəcək.Özbəkistanın qonşusu Qazaxıstanda isə nisbətən fərqli vəziyyət hökm sürür. Orada müxalifət partiyaları fəaliyyət göstərir, hakimiyyəti yumşaq da olsa tənqid edə bilən qəzetlər, internet saytlar var. Lakin mütləq hakimiyyət prezident Nursultan Nazarbayev və onun ailəsinin əlindədir. Ölkə parlamentində bir nəfər də olsun müxalifətçi yoxdur, çünki bütün prezident və parlament seçkiləri saxtalaşdırılıb. Nazarbayev bu yaxınlaradək ömürlük prezident hesab olunmurdu. Çünki onun 7 illik prezidentlik müddətinin ikincisi 2011-ci ildə başa çatmalıydı. Lakin Nazarbayevin səlahiyyətləri başa çatmağa doğru gedən prezident statusunda olması elə onun öz ailəsi daxilində hakimiyyət uğrunda mübarizənin başlamasına səbəb oldu. Nazarbayevin böyük qızı Dariqa və onun əri Rahat Əliyev hakimiyyətə hazırlaşırdılar. Dariqa hakim partiyanın faktiki rəhbəri və ölkədəki əsas media qurumlarının sahibi idi. Prezidentin ən sevimli kürəkəni olan, əlində böyük kapital cəmləyən Rahat Əliyev isə o qədər rahat idi ki, növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşırdı. Ancaq çox keçmədi ki, onun arzusu heç oldu. Nazarbayev kürəkəninə qarşı bir sıra ağır cinayət ittihamları ilə cinayət işi qaldırılmasını əmr etdi, ölkə xaricində olan Əliyev həbsdən qurtulsa da, prezidentin kürəkəni titulunu itirdi. Çünki Dariqa atasının əmri ilə ondan boşandı. Hazırda Avstriyada siyasi sığınacaq alan R.Əliyevi prezidentlik yox, onu izləyən və öldürmək istəyən agentlərin əlindən necə yaxa qurtarmaq düşündürür. Nazarbayev isə artıq Konstitusiyada düzəlişlər edərək özünün ömürlük prezident olmasını rəsmiləşdirib.Orta Asiyanın digər müsəlman respublikası Tacikistan haqda da fərqli şeylər demək çətindir. Orada artıq 16 ildir İmoməli Rəhman (əvvəlki adı İmaməli Rəhmanov) prezidentlik edir. Rəhman hələ cavandır, o, 1952-ci ildə anadan olub. Şübhəsiz ki, ölkə Konstitusiyası onun nə qədər istəsə prezidentliyə namizədliyini irəli sürməsinə imkan verir. 2003-cü ildə Rəhman konstitusiyada düzəlişlər etmək üçün referendum keçirib. Bu düzəlişlər imkan verib ki, o daha iki müddət 7 illiyə prezident olsun. Üstəlik düzəlişlər prezidentlik üçün yaş senzini də götürüb. 2006-cı ildə keçirilən seçkilərdə 97 faiz “səs yığan” İmoməli ən azı 2020-ci ilədək Tacikistana başçılıq edəcək. Həmin il onun cəmi 68 yaşı olacaq, ona görə də Rəhman belə “cavan yaşda” çətin ki, prezidentlikdən əl çəksin. Daha bir müddət hakimiyyətdə qalmaq üçün Konstitusiyanı növbəti dəfə dəyişdirmək ona bəs edərdi.Digər Orta Asiya respublikalarından fərqli olaraq İmoməli Rəhman güclü müxalifətlə üzləşib. Ancaq söhbət siyasi yox, silahlı və radikal dinçi müxalifətdən gedir. 90-cı illərin əvvəllərində ölkədəki vətəndaş müharibəsindən sonra o radikal qruplaşmaları əsasən nəzarət altına ala bilib, siyasi müxalifətçilərə isə divan tutub. Hazırda ölkədə demokratik dəyərlərə əsaslanan müxalifət qüvvələri olsa da, onlar olduqca zəifdir və İmoməlinin güclü, Rusiyadan himayə edilən hakimiyyətinə qarşı heç nə edə bilməzlər.Nəhayət Qırğızıstan. Bu ölkədə vəziyyət digər Orta Asiya respublikaları ilə müqayisə olunmayacaq dərəcədə demokratik idi. Təbii ki, əgər buna demokratiya demək mümkünsə. Söhbət ondan gedir ki, SSRİ-nin dağılmasından sonra ölkəyə rəhbərlik edən Əsgər Akayev siyasi müxalifətin, vətəndaş cəmiyyəti qurumlarının və müstəqil medianın fəaliyyətinə müəyyən ölçülərdə şərait yaratmışdı. Lakin elə ölçülərdə ki, Akayevin hakimiyyətinin demokratik yolla dəyişməsi mümkün olmasın. 2005-ci ildə keçmiş sovet respublikalarında başlayan “rəngli inqilablar” dalğası Qırğızıstana da sirayət etdi və seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz edən müxalifət küçələrə çıxaraq Akayevi devirdi. Hakimiyyət onun komandasında vaxtilə baş nazir olan Kurmanbek Bakiyevə keçdi. Ancaq qırğızların gözlədiyi demokratiya, deyəsən, gəlmək istəmir. Çünki Bakiyev inqilabdan sonra ölkədə yaranan siyasi böhranın həllini demokratiyada yox, avtoritarizmdə görür. O, tədricən mütləq hakimiyyətə sahib olmaq yönündə addımlar atır. Siyasi rəqiblərini sıradan çıxarmaq üçün iş aparır və Rusiyaya sığınır. Bu günlərdə Bakiyev hökumətinin “Azadlıq” radiostansiyasının yayımını dayandırmaq qərarı Qırğızıstanda proseslərin hansı istiqamətdə cərəyan etdiyinə nümunədir. Müxalifət deyir ki, belə addımı Akayev heç vaxt atmamışdı...
44,785
22.12.2008 07:43
Mədəniyyət
ƏZİZƏ MUSTAFAZADƏ “EUROVİSİON”u SİRK HESAB EDİR
BÖYÜKLƏR, KUKLA TEATRINA GEDİN...Finlandiyada yaşayan soydaşımız Kamran Şahmərdan Abdulla Şaiq adına Kukla Teatrında... böyüklər üçün tamaşa hazırlayır. “Ağ ev qara” adlı tamaşanın səhnə quruluşunu verən K.Şahmərdan “ANS-press”in əməkdaşına deyib ki, kiçiklərin məkanında böyüklər üçün tamaşa hazırlamaq təəccüblü deyil: “Kukla Teatrı tək uşaqlar üçün yox, birinci böyüklər üçündür. Ona görə ki, hər insan ürəyində uşaq qalır”.
44,786
22.12.2008 07:15
Kriminal
AZƏRBAYCANLI QIZI TÜRKİYƏDƏ ZORLA ƏRƏ VERMƏK İSTƏDİLƏR
Lakin sonra qərarından imtina edərək geri qayıtmaq istəyəndə T.B. və Z.Y. onun pasportunu və pullarını əlindən alaraq zorla evdə dustaq ediblər.Polis azərbaycanlı qızın ifadələri əsasında T.B. və Z.Y.-ni nəzarət altına alıb. N.Ş. isə Azərbaycandan onun ardınca gələn atasına təhvil verilib. İSTANBULDA AZƏRBAYCANLI FAHİŞƏLƏR YAXALANDITürkiyənin İstanbul şəhərində əxlaqsızlıqla məşğul olan 9 qadın saxlanılıb. Onların arasında azərbaycanlı da var. Bununla bağlı “Haber kom” saytı məlumat yayıb. Saytın məlumatına görə, fahişəliklə məşğul olan qadınlar tələbə yataqxanasında yaşayıblar. Araşdırmalar zamanı saxlanılanların Türkmənistan, Azərbaycan və Özbəkistandan olduqları üzə çıxıb.
44,787
22.12.2008 06:46
Gündəm
ƏFV SUAL ALTINDADIR...
“Azadlıq” qəzetinin baş redaktoruÿ Qənimət Zahidin (Zahidov) həyat yoldaşı Ayəndə Mürsəliyeva gözlənilən əfv fərmanına ümid bağlamır: “Mən də,ÿ Qənimət də gözlənilən fərmana pessimist yanaşırıq. Bu səbəbdən də Qənimətin azad olunması xahişi ilə heç bir ərizə ilə rəsmi orqanlara müraciət etmək fikrimizÿ yoxdur”.“Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həyat yoldaşıÿ Arzu Hüseynova isə gözlənilən əvfÿ fərmanına optimist yanaşdı: “Müşfiq günahsız olduğu halda həbsdədirÿ və bu yaxınlarda onun əfvÿ fərmanı ilə azad olunacağına inanıram. Onun hər dəqiqə azad olunmasına ümid edirəm. Bu tək mən yox, onun iki balaca övladının da ümididir”.“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin anası Gülşən Fətullayeva isə artıq bir dəfə əfvlə bağlıÿ müracət etdikləriniÿ və bunun heçÿÿ bir nəticəsinin olmadığını söylədi: “Əgər lazım gələrsə yenə də müraciət edə bilərik, təki övladım azadlıqda olsun”.“Azadlıq” qəzetinin əməkdaşı, satirik Mirzə Sakitin (Sakit Zahidov) həyat yoldaşı Rəna Zahidova isə əfv fərmanından heç nə gözləmədiyini vəÿ müraciət etmək fikrində olmadıqlarını bildirdi.
44,788
22.12.2008 06:50
Media
QƏNİMƏT ZAHİDİN MƏHKƏMƏSİ FEVRALIN 4-nə QALDI
Məlumata görə, baş redaktor indiki halda yerli instansiyaların çıxaracağı qərarla xüsusi olaraq maraqlanmır. Həyat yoldaşı Ayəndə Mürsəliyevanın sözlərinə görə, əsas məsələ bu prosedurların yekunlaşıb, Avropa Məhkəməsinə göndərilməsidir. Bu arada Q.Zahid əlyazmalarının yandırılmasından sonra yenidən nəsə yazmaq istəmir. Baş redaktor həyat yoldaşına bildirib ki, yeni yazacağı əlyazmaları da eyni talenin gözlədiyindən əmindir. Yaddaşının gücünə arxayın olan baş redaktor məhv edilən əlyazmalarında nələri yazdığını bütün dəqiqliyi ilə xatırlayır. Q.Zahid ailə üzvlərinə həbsdən çıxan kimi kitabını yenidən yazacağını bildirib.
44,789
22.12.2008 06:41
Güney hadisələri
HƏBSDƏKİ UNİVERSİTET MÜƏLLİMİ ACLIĞA BAŞLAYIB
İnqilab Məhkəməsinin rəsmiləri isə Abdulla Abbasinin həbsindən xəbərsiz olduqlarını bildiriblər. Qeyri-rəsmi məlumata görə, cənab Abbasi bundan öncə ailəsinə bir dəfə telefonla zəng edərək, Tehranın “Evin” Həbsxanasının 209 saylı təcridxanasında saxlandığını bildirib. “Evin”dən yenicə azad edilən fəallar da cənab Abbasinin həmin həbsxanada olduğunu və qanunsuz həbsinə qarşı etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyini təsdiqləyiblər. Bundan başqa cənab Abbasinin həbs olunması zamanı saxlanılmış şəxsi avtomobili qısa müddət sonra ETTELAAT əməkdaşları tərəfindən onun ailə üzvlərinə təhvil verilib. Abbasi ilə birlikdə həbs olunan onun bacısı oğlu, Ərdəbilli fəal Hüseyn Hüseyninin də vəziyəti barədə məlumatsızlıq onların ailə üzvlərinin narahatlığına səbəb olur. “Öyrənci”nin bildirdiyinə görə isə, Abbasinin ailəsi onun həbsi barədə faktın İnqilab Məhkəməsi tərəfindən inkar edilməsini məhbus ailəsinə qarşı əlavə təzyiq və “ psixoloji işgəncə” kimi dəyərləndirir və beynəlxalq insan haqları təşkilatlarından təcili yardım istəyir. Tehranın Şəhid Rəcai Universitetinin müəllimi, Abdulla Abbasi ötən il həbs olunaraq, 3 ay “Evin” həbsxanasında saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdı. Daha sonra isə Tehranın İslam İnqilabı Məhkəməsi onun barəsində bir il şərti olaraq azadlıqdan məhrum etmə qərarı çıxarmışdı.Azərbaycanlı jurnalist Şahnaz Qulamiyə həbsxanada işgəncə verilməsi ilə bağlı xəbərlər yayılıb ki, bu da böyük narahatçılıqlar yaradıb. Jurnalistin müdafiəçiləri və milli hərəkat İran rejimini bu cür antiinsani hərəkətlərdən əl çəkməyə çağırıb. Qeyd edək ki, Ş.Qulami son iki ayda İranda həbs olunan ikinci veb yazarıdır. Təbriz həbsxanasında saxlanılan Şahnaz Qulami, bir müddət öncə İslam İnqilabı Məhkəməsi tərəfindən “Dövlətçiliyə qarşı antitəbliğat”da təqsirli bilinərək, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun bir neçə il əvvəl atasını itirən 9 yaşlı qızı Həsna isə yardıma ehtiyacı olan əlil və xəstə nənəsinin ümidinə qalib. Şahnaz Qulaminin Hüquqlarını Müdafiə Komitəsi xanım jurnalistin qeyd-şərtsiz azadlığa buraxılması istiqamətində çalışmalarını davam etdirir.
44,790
22.12.2008 07:42
Media
JURNALİSTİN İŞİNİ BAĞLAMAQ İSTƏYİRLƏR?
Redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon 5-ci polis bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi Rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır. Artıq göstərilən şikayət üzrə Cinayət Məcəlləsinin 163.1 maddəsi (jurnalistin fəaliyyətinə mane olma) ilə cinayət işi qaldırılıb. Z.Hacı prokurorluqda ifadə verib. Təqsirləndirilən tərəfsə hələ də prokurorluğa çağırılmayıb. İ.Seyidov hadisədən sonraki günlər ərzində müxbirimizin istintaqla bağlı suallarına cavab verməkdən imtina edir. Hələ də A.Nağının istintaqa çağırılmaması isə hakimiyyətin bu işi unutdurmaq istəyindən xəbər verir.İ.Seyidov dünən də müxbirimizin “Olaydan bu qədər vaxt keçməsinə baxmayaraq, Akif Nağını niyə istintaqa çağırmırsınız” sualına cavab verməkdən imtina etdi. Müstəntiq kobud şəkildə “bu gün mən istirahət edirəm və sizin mənim istirahətimə mane olmaq haqqınız yoxdur” deyərək dəstəyi qapatdı. O həmçinin A.Nağı ilə bağlı məsələdə tutduqları mövqe ilə qanunu pozmalarına gəlincə, bildirdi ki, bu barədə heç bir jurnalistə hesabat verməyə borclu deyillər. Müstəntiq qanun çərçivəsində hərəkət etdiyini vurğuladı. Bu arada Z.Hacı və qəzet rəhbərliyi də istintaqın ləng aparılması və hüquq-mühafizə orqanlarının A.Nağının hərəkətlərinə qeyri-adekvat reaksiya göstərməsi ilə bağlı bu həftədən etibarən müvafiq instansiyalara müraciət edəcək.
44,791
22.12.2008 06:53
Gündəm
SOMALİ QULDURLARI NİYƏ NEYTRALLAŞDIRILMIR?
Maraqlıdır ki, Somali quldurlarının sayı o qədər də çox deyil və öhdələrində müasir texnika, silah da yoxdur. Belə olduğu halda, məntiqi sual ortaya çıxır, nə əcəb onlar hər cür hərbi resurslara, hətta nüvə başlıqlarına malik olan böyük güclər tərəfindən zərərsizləşdirilmir? Dünyanın neçə illərdir çapqınçılıqla məşğul olan quldurları neytrallaşdıra bilməməsinin səbəbi nədir? Problemlə bağlı söhbət etdiyimiz politoloq Zəfər Quliyev bildirdi ki, məsələ ona da müəmmalı görünür: “Əlbəttə, bu sual olduqca məntiqlidir. Ona görə ki, artıq 21-ci əsrdir və lazım gələndə superdövlətlər, məsələn: Amerika, İngiltərə - hansı ki, onlar həm siyasi, həm də hərbi baxımdan kifayət qədər güclərə malikdirlər - böyük bir müstəqil dövləti yerində oturda bilirlər. Amma neçə vaxtdır ki, Somali quldurları meydan oxuyurlar, onlarla bağlı hər hansı tədbir görülmür. Bunun səbəbləri barədə konkret bir fikir söyləmək çətindir. Amma təbii ki, burada ”onlara qarşı tədbir görə bilmirlər, yoxsa görmürlər" sualı da ortaya çıxır. Bu baxımdan məsələ doğrudan da çox qəlizdir". Politoloqa görə, istək olsaydı, supergüclər bu məsələni çoxdan həll edərdilər: “Ola bilsin ki, hansısa dövlətlər regionla bağlı aparılan siyasətə təsir etmək üçün bundan bir amil kimi istifadə edirlər. Görünür, Somali quldurlarının mövcudluğu kimlərəsə sərf edir”.
44,792
22.12.2008 06:54
Gündəm
GÜLÜN MƏHKƏMƏYƏ VERƏCƏYİ MİLLƏT VƏKİLİ QARŞILIQLI İDDİA QALDIRACAQ
Qeyd edək ki, etirazın bu forması bir neçə gün əvvəl İraqda qeydə alınıb. Misirli jurnalistlərdən biri mətbuat konfransı zamanı qəfildən ayaqqabılarını çıxararaq ABŞ prezidenti Corc Buşa atıb və dərhal bütün dünyada məşhurlaşıb.Xəbər verildiyi kimi, C.Arıtman A.Gülün etnik kökəni haqda iddiasından sonra öz partiyası da daxil olmaqla bir çox yerlərdən tənqid edilib. CHP ona şifahi xəbərdarlıq edərək televiziyalara çıxmağı və açıqlamalarla çıxış etməyi qadağan edib. Lakin C.Arıtman bu xəbərdarlığa məhəl qoymur və açıqlamalarını davam etdirir. CHP millət vəkili A.Gülün onu məhkəməyə verməyə hazırlaşdığı haqda xəbərlərlə bağlı deyib ki, bundan narahat deyil və əgər prezident onu məhkəməyə versə, qarşı iddia qaldıracaq. O, sözlərindən peşman olmadığını və çoxsaylı dəstək mesajları aldığını da deyib. TRT KÜRD DİLİNDƏ DƏ YAYIMLANACAQTurkiyənin dövlət televiziya kanalı TRT özünün kürd dilində ilk 24 saatlıq kanalının açılmasına hazırlıqlarını başa çatdırmaqdadır. Ölkənin baş naziri Rəcəb Təyyib Ərdoğan kanalı Yeni il günü açacaq. TRT-nin direktoru İbrahim Şahin yeni kanalın dövlət ideologiyasına xidmət etməyəcəyini deyib. Kanal TRT-nin xəbərlərini Kürd dilində təqdim edəcək. Təhlilçilərin dediyinə görə, yeni kanal Danimarkada mənzillənən və Türkiyənin qadağan edilmiş silahlı Türk qrupu PKK-nın sözçüsü saydığı “Roc” televiziya kanalının bölgədə təsirini azaltmağa çalışacaq.
44,793
22.12.2008 06:56
Media
MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ DÜZƏLİB
Onların fikrincə, jurnalistə qarşı qərəz olmasaydı, onu bu formada həbs etməz, dəfələrlə müalicə müraciətinə rədd cavabı verməzdilər. Yaxınları hesab edir ki, hüquq müdafiəçiləri məhbus jurnalistlərlə bağlı açıqlamalarında ehtiyatlı olmalıdır. Əks halda, bu, jurnalist həbslərinin artmasına və onlara qarşı təzyiq hallarının intensivləşməsinə səbəb ola bilər. NAXÇIVANDA MƏTBUAT ORQANLARININ VEB SƏHİFƏSİ YOXDURNaxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerli mətbuat orqanlarının hamısı hökumətə məxsus olsa da, “Naxçıvanın səsi” radiosu istisna olunmaqla heç bir mətbuat orqanının veb səhifəsi yoxdur. Amma “Naxçıvanın səsi” radiosunun da veb səhifəsi aylarla yenilənmir. Bu, RATİ-nin Naxçıvandakı müxbirlərinin araşdırmaları zamanı bəlli olub. Xatırladaq ki, Muxtar Respublikada Ali Məclisin Naxçıvan Dövlət Televiziyası (NTV) və Naxçıvan Dövlət Radiosu, habelə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində isə “Kanal 35" televiziyası və ”Naxçıvanın səsi" radiosu fəaliyyət göstərir. Muxtarÿ Respublikada cəmi 9 yerli qəzet dərc olunur. Bunlar - Ali Məclisin orqanı olan “Şərq Qapısı”,ÿ Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan “Nuh yurdu”, Şahbuz rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz səsi”, Şərur rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi”, Sədərək rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz yurdu”, Kəngərli rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni həyat”, Babək rayon İcra Hakimiyyətinin orqanı olan “Şərqin səsi”, Culfa rayon İcra Hakimiyyətinin orqanı olan “Arazın səsi”, Ordubad rayon İcra Hakimiyyətinin orqanı olan “El həyatı” qəzetləridir.
44,794
22.12.2008 06:57
Ölkə
SƏN NƏ BAHASAN, AY YOLKA?
Şəhərin mərkəzindəki dükanlarda qiymətlər daha bahadır. 80 manatdan 250 manatadək qiymətlər dəyişir. “ANS-press” yazır ki, hündürlüyü iki metr olan yolka 700 manata təklif edilir. Yeni ilin digər simvolu - Şaxta baba müqəvvalarının (kuklası) qiymətləri də müxtəlifdir: 100-200 manat. Şeypurçalan Şaxta baba isə kasıb uşaqları üçün elə “Santa Klaus”un özü qədər əlçatmazdır: 350 manat.Yolkanı almaqla isə iş bitmir. Onu bəzəmək də var axı... “ANS-press”in araşdırmasına görə, ən ucuz bəzək zərdir: cəmi 1 manat. Amma digər oyuncaqlar 40-50 manat arasıdır. Beləliklə, təxmini hesablamaya görə, yolka bəzəmək üçün ən azı 100 manatdan keçməlisən. Pul olsa, uşaqları sevindirmək üçün 100 manat nədir ki?
44,795
22.12.2008 07:51
Mədəniyyət
RƏQSANƏ, ZÜLFİYYƏ XANBABAYEVA VƏ NURANI NƏ BİRLƏŞDİRİR?
“İlin primadonnası” - İlhamə Quliyeva “İlin albomu” - Brilliant Dadaşova (“Nağıllar aləmi” albomuna görə) “Konsert üzrə rekordçu” - Faiq Ağayev “İlin anası” - Zülfiyyə Xanbabayeva, Nura, Rəqsanə “İlin müğənni - aparıcısı” - Aygün Kazımova “İlin klipi” - Lalə Məmmədova (“Ürək dostu”) “İlin səsi” - Natəvan Həbibi “İlin gənc ifaçısı” - Zamiq “İlin rəqqasəsi” - Fatimə “İlin tok-şousu” - “Bazar” (“Space”də yayımlanır) “İlin qalmaqallı jurnalisti” - Afət Rahilqızı (“Sarı” jurnalı) GÖYÇƏK FATİMƏNİN EVİNDƏ TOYDURBütün ilboyu bir-birləri ilə didişən, qalmaqallar yaradan şou-biznes aləmindən ilsonu xoş xəbərlər gəlməkdədir. İradə İbrahimovanın apreldə toyu olacağı xəbərinin ardınca, səhnəmizin Göyçək Fatiməsinin də evlərində toyla bayramın bir-birinə qarışdığı xəbəri yayılıb. lent.az-ın yaydığı xəbərə görə, artıq bir həftədən çoxdur ki Göyçək Fatimə sənət dostlarına toy dəvətnaməsi paylayır. Saytın əməkdaşıyla söhbətində rəqqasə xəbəri təsdiqləyib, amma... “Toy mənim yox, qardaşımındır. Qardaşım işləri ilə əlaqədar Bakıya yalnız toya bir həftə qalmış gəldi. Ona görə də toyun bütün əziyyəti anamla mənim üzərimə düşüb”. Fatimə deyib ki, özü toya hələ bir neçə ildən sonra hazırlaşa bilər: “Bir neçə ildən sonra qızımın ərə getmək yaşı çatacaq. Bu toy hazırlıqları mənimçün bir növ təcrübə oldu”.
44,796
22.12.2008 07:59
Ölkə
2008-ci İLDƏ YERALTI TƏKANLARIN SAYI ARTIB
Ötən gün 24 saat ərzində Pirquludan 15 kilometr şimal-qərbdə, 5 kilometr dərinlikdə Medvedyev şkalası üzrə 12 ballıq cədvəllə əvvəlcə 3, sonra 5 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ zonasında zəif gücə malik seysmik fəallıq davam edir. Qurban Yetirmişli bildirib ki, əslində hər hansı bir zonada zəif təkanların qeydə alınmaması daha qorxuludu.
44,797
22.12.2008 07:01
Ölkə
YENİ GÜNƏŞLİDƏ DAHA 3 BİNANIN SUYUNU KƏSDİLƏR
Dünən qəsəbənin V massivində daha 3 binanın suyunun kəsilməsi barədə xəbər aldıq. Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, V massivindəki 19, 20 və 21 saylı binaların suyu heç bir xəbərdarlıq olunmadan kəsilib. Həmin binaların sakinlərinə artıq 4-cü gündür ki su verilmir. Sakinləri hiddətləndirən odur ki, məmurlar suyu borc üzündən kəsdiklərini desələr də, bu binalarda əslində heç kimin suya görə borcu yoxdur. Yaxud da borclu abonentlərin adı bəlli olduğu halda onlara qarşı başqa inzibati tədbirlər görülmür, əvəzində bütün binanın sakinlərinin suyu kəsilir. Bu qanunsuzluq və özbaşınalıq isə nə qurunun oduna yaşı da yandıran “ağıllı” məmurların, nə də Suraxanı Rayon İcra Hakimiyyətinin vecinə də deyil.Qeyd edək ki, Yeni Günəşlidəki D yaşayış massivində də 7 binanın suyu yoxdur. D massivindəki 24-30 saylı binaların (üst-üstə 7 bina) sakinləri supulu borclarını ödədikləri halda onların suyu dekabrın 2-dən bəri tamam kəsilib. Bu 19 gündə onlara hər dəfə iki saat olmaqla cəmi 3 dəfə su verilib. Yəqin ki, əlində vedrə-ləyən su axtaran sakinlərə “analoqu olmayan dinamik inkişaf”ın hüsnünü göstərmək üçün...
44,798
22.12.2008 07:00
Astrologiya
ULDUZ FALI
QOÇ - Hər hansı fəaliyyət üçün qənaətbəxş vaxt olmadığından bu təqvimi daha çox istirahətə həsr etməyiniz məsləhətdir. Əgər ovqatınız imkan versə, yaxınlarınıza baş çəkməyə çalışın. BUĞA - Astroloji göstəricilər ciddi işlərlə məşğul olmağınızı tövsiyə edir. Maliyyə durumunuzun düzəlməsinə az qaldığı üçün usanmamalısınız. Kənar təsirlərə isə qətiyyən aludə olmayın. ƏKİZLƏR - Hər mənada uğurlu bir gün yaşayacaqsınız. Bir tərəfdən iştirakçısı olduğunuz proseslərin ahəngdarlığı, digər tərəfdənsə şəxsi işlərinizdə dönüş yaranması ovqatınızı xeyli yüksəldəcək. XƏRÇƏNG - Risk etmək məcburiyyətində qaldığınız güman olunur. Belə məqamlarda tərəddüd etməyiniz yersizdir. Əmin olun ki, cəsarətiniz hesabına çox şeyə nail ola bilərsiniz. ŞİR - Bəxtinizdə səmərəli bir gün durur. Xoşxasiyyət adamlarla rastlaşacaqsınız. Bu, gələcək planlarınızın reallaşmasına kömək göstərə bilər. Ziyarətə getməyi də unutmayın. QIZ - Yeni əlaqələr yaratmaq, görüşlər təşkil etmək və gələcək planları yenidən götür-qoy etmək üçün şanslarınız artacaq. Nahar ərəfəsində isə xoş təsadüflərlə rastlaşa bilərsiniz. TƏRƏZİ - Gözləmədiyiniz halda sizə dəstək verilə bilər. Bunun üçün aktivliyinizi birə-beş artırmalı, daxili süstlüyə qapılmamalısınız. Günün ikinci yarısında mərhumlarınızı yad edin. ƏQRƏB - Səhhətinizi qoruyun ki, bu təqvimi xoş ovqatda keçirəsiniz. Ələlxüsus da əzələlərinizə diqqət yetirin. Günün ikinci yarısında perspektivli görüşlər və pul gözlənilir. OXATAN - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. İkitərəfli əməkdaşlıqda, maliyyə məsələlərində hər şey ürəyinizcə olacaq. Amma sevdiyinizə qarşı mülayimlik göstərməlisiniz. OĞLAQ - Yaxşı olar ki, bu təqvimdə əsas diqqətinizi sevgi amilinə yönəldəsiniz. Bu, rahatlığınızı təmin etməklə bahəm, növbəti günlər üçün də sevindirici məqamlarla üzləşəcəyinizə təminat verəcək. SUTÖKƏN - Hazırkı enerjinizi mövcud reallıqdan çıxış yolu tapmağa həsr edin. Qəlbiqara adamlarla ünsiyyəti azaltmağa çalışın. Daha çox öz qərarınızla hərəkət edin. Boş yerə pul xərcləməyin. BALIQLAR - Aldanma ehtimalınız var. Bu səbəbdən də bələd olmadığınız insanların sözlərilə oturub-durmayın. Yarımçıq işlərinizi yekunlaşdırın. Nahardan sonra səhhətinizin qayğısına qalın.
44,799
22.12.2008 06:03
Yaşam
DÖVLƏT BAŞÇILARI NƏ QƏDƏR MAAŞ ALIR?
Ümumiyyətlə, Sinqapur dövlət məmurlarının dünyada ən yüksək məbləğdə maaş aldığı yeganə ölkədir. Bu isə korrupsiyanın kökünü kəsməyə və istedadlı gəncləri dövlət qulluğuna girməyə həvəsləndirməyə hesablanmış məqsədli siyasətdir.Li Syan Lunun ən yaxın izləyicisi ABŞ prezidenti Corc Buşdur. Onun illik maaşı 400 min dollardır. Prezidentin qanun əsasında ala biləcəyi əlavə ödənişlər də olanda onun illik gəliri 596 min dollara qədər yüksələ bilər.Almaniya kansleri Angela Merkelin illik maaşı isə (vergiləri çıxandan sonra) 242 min avro təşkil edir. Merkeli siyahıda Fransa prezidenti Nikolya Sarkozi izləyir - 231 min avro. Britaniya hökuməti isə öz başçısı Qordon Braunun bank hesabına hər il 187 min funt-sterlinq, yəni 216 min avro köçürür.Qərb nəşrləri keçmiş sovet məkanı ölkələri rəhbərlərinin də illik maaşına nəzər salıb. Məlum olub ki, onların illik məvacibi qərbli həmkarlarının aldığı ilə müqayisədə çox azdır. Məsələn, Rusiya prezidenti Dmitri Medvedyev ayda 7800, baş nazir Vladimir Putin isə 6200 dollara qol çəkir ki, bu da ildə müvafiq olaraq 93600 və 74400 dollar deməkdir. Bu, qərbli dövlət başçıları ilə müqayisədə çox az olsa da, Ukrayna, Belarus və Moldova rəhbərlərinin maaşından qat-qat çoxdur.
44,800
22.12.2008 06:58
Oxucu poçtu
“EVİMİZƏ GEDİŞ-GƏLİŞ YOLU KƏSİLİB”
Sakinlər problemlərilə əlaqədar müxtəlif qurumlara müraciət etsələr də, heç bir faydası olmadığını yazırlar: “Ağsaqqalların məsləhətilə bu məsələni hüquqi müstəvidə həll etmək qərarına gəldik. Prezidentin Göyçay rayonundakı səlahiyyətli nümayəndəsi, icra başçısı Mənsur Məmmədova müraciət etdik. İcra başçısı dərdimizi dinləyib, bizə kömək edəcəyini dedi. Əraziyə baxış keçirildi, tikintilərin söküləcəyi vəd edildi. Biz də inandıq, amma nəinki tikintilər söküldü, yarımçıq tikili də başa çatdı. Yenə icra başçısına şikayət etdik, o yenə bizə vəd etdi ki, problemimiz həll olunacaq. Sonradan isə tikintini aparan şəxslərdən biri bizə dedi ki, icra hakimiyyətindən ona da vəd edilib ki, başını aşağı salıb tikintisini aparsın, ona heç kim dəyib-toxuna bilməz. Biz də belə qənaətə gəldik ki, icra başçısı ikitərəfli danışıqlar aparır”. Məktubla əlaqədar Göyçay rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İH-nin arxitoektoru İntiqam Hüseynov bildirdi ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılıb və məlum olub ki, ərazidə həqiqətən qanunsuz tikintilər aparılıb: “Lakin bu tikintilər Mənsur müəllimdən əvvəlki icra başçısının dövründə olub və sonradan da sənədləşdirilib. Yarımçıq tikintinin başa çatmasına gəlincə bu məsələ həmin ərazidə yaşayan bir Qarabağ müharibəsi əlilinin razılığı ilə aparılıb. Şikayətçilər bizə yenidən müraciət etsinlər, məsələni araşdıraq”.
44,801
22.12.2008 06:06
Oxucu poçtu
“OĞRULAR HƏBS OLUNSA DA, PULUM QAYTARILMADI”
“24 avqust 1995-ci ildə gecə saat 2-də oğlumla ”Təzə bazar"a öz həyətimin məhsulunu satmağa getmişdik. Bu vaxt qonşularım - iki qardaş evimə soxulub, həyat yoldaşımın əl-ayağını bağlayaraq mənzilimi qarət ediblər.Evdən 51 milyon 462 min manat (təqribən 11 min AZN) pul və zinət əşyaları oğurlanıb. Bu pulla oğluma mənzil alacaqdım. 5 yanvar 1996-cı ildə Əzizbəyov rayon Məhkəməsinin qərarı ilə oğrular həbs olundu. Məhkəmənin hökmündə yazılıb: “Zeynalov Taləddin Firuz oğlundan və Zeynalov Elman Firuz oğlundan müştərək qaydada 51 milyon 462 manat alınsın və verilsin zərərçəkmişlər Allahverdiyev Əliqüvvət Müzəffər oğluna və Allahverdiyeva Brilyant Qurban qızına”. Oğrulardan birinə 11 il, digərinə 7 il həbs cəzası kəsildi. Onlar cəzalarını çəkib gəlsələr də, mənə dəymiş ziyan indiyədək ödənməyib". Ə.Allahverdiyev yazır ki, məhkəmənin hökmünün icra olunması üçün Ədliyyə Nazirliyinə və nazirlik nəzdindəki Əzizbəyov rayon Məhkəmə Qərarları İcrası İdarəsinə dəfələrlə müraciət edib: “Mən ikinci qrup əliləm, bu məsələ ilə bağlı 13 ildir tək ayaqla yollardayam. Vaxtilə ədliyyə nazirinin müavini Aydın Qasımovun da qəbulunda olmuşam. Mənə dedi ki, narahat olma, pulun qaytarılacaq, amma vəd olaraq qaldı. Hazırda isə məni Xanlar Zeynalovun qəbuluna buraxmırlar. Ali Məhkəməyə də müraciət etmişəm. Bu ilin sentyabrında isə nazirliyin əməkdaşı Samir Əliyev də pulumuzun qaytarılacağını vəd etdi. Əzizbəyov rayon Məhkəmə Qərarları İcrası İdarəsinin rəisi Araz Hüseynovla bu barədə dəfələrlə söhbətimiz olub, hamısı mənə yalnız quru vəd verib”. Məktub müəllifi onu da vurğulayır ki, oğrular ona və ailəsinə qarşı təzyiq göstərirlər: “Həbs olunmamışdan əvvəl Taləddinlə Elmanın anası mənə dedi ki, şikayətini geri götür, oğlanlarım pulunu qaytaracaq. Mən də bu şərtə razılaşdım. Amma onlar pulu qaytarmaq əvəzinə bizi təhqir etdilər. Bu yaxınlarda isə polis şöbəsinə şikayət yazıblar ki, guya mən onlardan 80 min dollar istəmişəm. Halbuki 13 ildir bizim o ailə ilə heç bir münasibətimiz yoxdur, bu barədə sahə polisi də dilimdən kağız aldı”. Məktubla əlaqədar Əzizbəyov rayon Məhkəmə Qərarları İcrası İdarəsiylə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Ədliyyə Nazirliyinin informasiya şöbəsinin əməkdaşı Aydın Ağazadə isə bildirdi ki, vətəndaşın probleminin həlli üçün o, məktubla ədliyyə nazirinə müraciət ünvanlamalıdır.
44,802
22.12.2008 07:08
Dünya
İRANDA KÜTLƏVİ EDAM
Qeyd edək ki, başa çatmaqda olan ildə İranda üst-üstə 234 nəfər edam edilib. “Amnesty İnternational”ın məlumatına görə, bu göstəriciyə görə cənub qonşumuz yalnız Çindən geri qalır. Əlavə edək ki, İranda adı çəkilən cinayətlərə, həmçinin silahlı qarətə və həyat yoldaşına xəyanətə görə ölüm hökmü nəzərdə tutulur.
44,803
22.12.2008 06:09
Dünya
MAHMUD ABBAS ÇEÇENİSTANDA
Bu gün isə Mahmud Abbas Moskvada Rusiya prezidenti Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüş zamanı İsrail-Fələstin probleminin həlli və regionda Rusiyanın rolu müzakirə olunacaq. Gələn ilin əvvəlində Yaxın Şərq münaqişəsi ilə bağlı Moskvada dördlüyün müzakirələri keçirilməlidir. RUSİYA İRANA S-300 RAKETLƏRİ GÖNDƏRMƏYƏ BAŞLADIRusiya İranla bağlanmış müqavilə əsasında bu ölkəyə müasir S-300 zenit-raket komplekslərini yola salmağa başlayıb. İRNA agentliyinin xəbərinə görə, İran parlamentinin xarici siyasət və təhlükəsizlik komissiyasının rəhbəri İsmayıl Kövsəri bildirib ki, komplekslərin yola salınması haqda razılaşma artıq əldə olunub və tezliklə ilk S-300 raketləri ölkəyə gətiriləcək. Bundan əvvəl İrana S-300 raketlərinin satıldığı haqda xəbərlər Rusiya mətbuatında yer almışdı. İlk dəfə isə bu anlaşma haqda ötən ilin dekabrında İranın müdafiə naziri açıqlama verib. O, İranın Rusiyadan beş diviziyon S-300 kompleksləri alacağını bildirib. Lakin o vaxt Rusiya tərəfi anlaşmanı təkzib etmişdi. Rusiyanın İrana bu kompleksləri satması ABŞ və İsraili ciddi narahat edir. Ekspertlərə görə, bu komplekslər İranı İsrail və ABŞ-ın mümkün hava zərbələrindən qorumaq imkanındadır. S-300 dünyada ən müasir zenit-raket komplekslərindən biridir, bütün növ hava hədəflərini 150 kilometr məsafədə və 30 kilometr hündürlükdə vura bilir. Komplekslərdən yerüstü hədəfləri vurmaq üçün də istifadə oluna bilər.
44,804
22.12.2008 07:11
İdman
RƏŞAD SADIQOV İSPANİYADAN QAYITDI
“Biz ora çatanda klub rəhbərliyi öz narazılığını çatdırdı. Dedilər ki, ”Biz səni dekabrın 7-dən gözləyirik. İki həftə müddətində baxışdan keçirmək istəyirdik". Biz isə viza problemi üzündən gecikdiyimizi bildirdik. Orada olduğumuz dövrdə üç gün heç nə edə bilmədik. Güclü qar komandanın bütün planlarını pozmuşdu. Buna görə də məşqçilər məni tam şəkildə baxışdan keçirə bilmədi".R.Sadıqov İspaniyaya yenidən qayıdıb-qayıtmamaq məsələsinə yaxın 3-4 gün ərzində aydınlıq gələcəyini bildirdi: “Dəqiq tarix bilmirəm. Amma 3-4 gün ərzində hər şey aydınlaşacaq. İspanlar məni yenidən sınamaq istəyir. Özləri də dedilər ki, bu səfərim sayılmır. Çünki qar bütün planları pozdu. Ona görə də yenidən İspaniyaya qayıtmağımı istəyirlər”.Millinin kapitanı başqa variantların olduğunu desə də hələ seçimini etmədiyini bildirib: “Başqa variantlar var. Amma hələ heç nə deyə bilmirəm. Bakıya gələndən sonra götür-qoy edib son qərarımızı verəcəyik. Hər şey uzağı bir həftəyə məlum olacaq”.“Xaricdə oynamaq variantı alınmasa, Azərbaycanda hansı klubda çıxış edəcəksən” sualına isə Rəşadın cavabı konkret oldu: “Azərbaycanda oynamaq istəmirəm! Qəti qərarım ölkə xaricində çıxış etməkdir”.
44,805
22.12.2008 07:11
İdman
““XƏZƏR-LƏNKƏRAN”da RƏQABƏT ARTMALIDIR”
“Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov bunu klubun rəsmi saytına verdiyi açıqlamada deyib. İ.Ponomaryovun sözlərinə görə, 4-28 yanvar aralığında Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı böyük əhəmiyyət daşıyır: “Hər gün iki məşq nəzərdə tutulub. Heyətin gücləndirilməsi məsələsi də Antalyada öz həllini tapacaq. ”Xəzər-Lənkəran" yaxşı heyətə malikdir. Bu üzdən indi bizim yalnız dəqiq seleksiyaya ehtiyacımız var. Məsələn, rəqabət artmalıdır. Bunun üçün bir-iki oyunçu ilə anlaşa bilərik".Təlim-məşq toplanışı başa çatandan sonra komandasının Bakıya dönəcəyini bildirən baş məşqçi bir müddət komandaya istirahət imkanı yaradılacağını deyib: “Fevralın 1-dən isə Lənkərana yollanıb yerli havaya, atmosferə uyğunlaşacağıq. Əvəzedici heyətimizlə və ya başqa bir klubla daha bir sparrinq keçirmək də planlarımıza daxildir”.
44,806
22.12.2008 07:12
İdman
XAVİ “BARSA”da QALDI
“Mənim həmişə arzum olub ki, bütün karyeramı ”Barselona"da keçirim. İndi yaşadığım hissləri, emosiyaları sözlə dilə gətirmək çox çətindir. Bu qədər illəri böyük klubun heyətində keçirmək şərəfdir"- deyə futbolçu bildirib.Qeyd edək ki, Xavi “Barsa”nın şərəfini 1998-ci ildən qoruyur. Bu müddət ərzində o, 424 oyun keçirib, İspaniya çempionatının və ÇL-in qalibi olub. DÇ-2018: İNGİLTƏRƏ, YOXSA İSPANİYA?FİFA-nın prezidenti Zepp Blatter DÇ-2018-in keçirilməsi üçün İngiltərəni ən ciddi namizəd adlandırıb: “İngiltərə dünyanın ən güclü futbol ölkələrindən biri olduğuna görə çox ciddi namizəddir. Ölkə əsas faktorlardan biri hesab olunan əla inkişaf etmiş infrastruktura sahibdir. Amma qeyd edim ki, digər ölkələrin də dünya çempionatının final mərhəsini qəbul etməsi üçün əla şansları var. Məsələn, İspaniyanın”. VİLYANIN QİYMƏTİ 127 MİLYONDUR!İspaniya millisinin və “Valensiya” klubunun ulduz futbolçusu David Vilyanın transfer qiyməti açıqlanıb. İspan klubu ulduz futbolçunun transfer qiymətinin 127 milyon avro olduğunu bəyan edib (“ANS-press”).Qeyd edək ki, son günlərdə Vilyanın İngiltərənin “Mançester Siti” klubuna transfer olunacağı ilə bağlı xəbərlər yayılmışdı. İngilis klubunun bununla bağlı qərarı maraqla gözlənilir. “REAL” 20 MİLYON AVROYA OYUNÇU ALIRFransanın nüfuzlu “Ekip” qəzetinin yazdığına görə, Madrid “Real”ı İngiltərənin “Portsumt” klubunda çıxış edən Lassana Diarranı heyətinə cəlb etməyə yaxındır. Məlumata görə, “Kral klubu” Fransa yığmasının yarımmüdafiəçisi ilə 4,5 illik müqaviləyə imza atacaq. Diarranın yeni klubunda hər mövsümə 4,5 milyon avro qazanacağı da gələn xəbərlər arasındadır. Bildirilir ki, “Real” fransalı oyunçunun transferi qarşılığında “Portsmut”a 20 milyon avro ödəyəcək. METSELDERİN BURNU YENƏ SINDI“Real”ın oyunçusu Kristof Metselder İspaniya çempionatının “Valensiya” ilə 16-cı turunun görüşündə zədələnib. Məlumata görə, almaniyalı futbolçunun burnu sınıb. Onun yaxın günlərdə cərrah bıçağa altına uzanacağı bildirilir.Qeyd edək ki, bu, Metselderin futbolçu karyerasında başına gələn üçüncü belə hadisədir. O, Dortmundun “Borussiya” klubunun formasını geyən zaman da burnu iki dəfə sınıb. “BOKA XUNİORS” ÇEMPİONLUĞUN BİR ADDIMLIĞINDAArgentina birinciliyinin qalibi pley-off matçları ilə müəyyənləşir. Belə ki, mövsümün yekunlarına görə “Boka Xuniors”, “San-Lorenso” və “Tiqre” eyni miqdarda xal topladıqlarından dünyada ilk dəfə olaraq ölkə çempionunu müəyyənləşdirmək üçün 3 klub arasında pley-off matçları keçirilir.İlk iki oyundan sonra “Boka Xuniors” çempionluğa xeyli yaxındır. “San-Lorenso” ilk matçda “Tiqre”ni 2:1 hesabı ilə məğlub edib. İkinci görüşdə isə “Boka Xuniors” “San-Lorenso”nu üstələyib (3:1). “Tiqre” ilə son oyunda “Boka Xuniors”a çempion olmaq üçün heç-heçə də kifayət edir. “Tiqre” Argentina aperturasının qalibi olmaq üçün “Boka Xuniors”u ən azı 2 top fərqi ilə yenməlidir.
44,807
22.12.2008 16:13
İdman
BEKHEM RƏSMƏN “MİLAN”lı OLDU
“Milan”da icarə əsasında çıxış edəcək ulduz futbolçu klubun vitse-prezidenti Adriano Qalliani ilə birlikdə yeni formasını media nümayəndələrinə nümayiş etdirib. Bekhem “Milan”da özünü yaxşı tərəfdən göstərərək yenidən millinin formasını geymək istəyir.İngiltərəli ulduz oyunçu “Milan”la ilk məşqinə yeni il tətilindən sonra Dubayda keçiriləcək təlim-məşq toplanışında çıxacaq. 33 yaşlı ingilis futbolçu “Milan”da “32" nömrə altında çıxış edəcək. Bekhemin ”Milan"la müqaviləsi gələn ilin martın 9-da başa çatacaq və ingilis futbolçu yenidən “Los-Anceles Qalaksi”yə dönəcək. “MANÇESTER YUNAYTED” DÜNYA ÇEMPİONU OLDUİngiltərənin “Mançester Yunayted” klubu Yaponiyada keçirilən 5-ci klublararası dünya çempionatının qalibi olub. “Qırmızı şeytanlar” finalda Ekvadorun “LDU de Quito” klubunu 1:0 hesabı ilə məğlub edib. “Mançester Yunayted”ə qələbə qazandıran qolu oyunun 73-cü dəqiqəsində Ueyn Runi vurub.Yaponiyanın “Qamba Osaka” klubu üçüncü, Meksikanın “Paçuca” klubu dördüncü, Avstraliyanın “Adelaide Yunayted” klubu isə 5-ci yeri tutub. Qeyd edək ki, Aleks Ferqyussonun yetirmələri klublaraarası dünya çempionatının qalibi olan ilk ingilis klubudur. 2005-ci ildə finalda “San Paulo”ya uduzan (0:1) “Liverpul” ikinci yeri tutmuşdu.
44,808
22.12.2008 07:15
Yaşam
İTALİYADA YOXSULLARA QARA KÜRÜ PAYLANACAQ
Yerli mətbuat yazır ki, 550 min dollar dəyərində olan qara kürü noyabrın sonunda müsadirə edilib. İki polşalı kuryer bu kürünü gizli şəkildə ölkəyə gətirmək istəyirmiş. Analizlər kürünün yemək üçün tam təhlükəsiz olduğunu göstərib. Bundan sonra onu xeyriyyə kafelərinə, ölümcül xəstələrin saxlanıldığı xəstəxanalara və yoxsullar üçün sığınacaqlara göndərmək qərara alınıb.
44,809
22.12.2008 07:08
İdman
ŞAHMATÇILARIMIZ TURU “SÜLH”lə BAŞA VURUB
6 turdan sonra hesabında 4 xalı olan Rəcəbovla Həşimov turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb. 3 xalı olan Şəhriyar Məmmədyarov isə 6-8-ci yerləri bölüşdürür. Turnirin 7-ci turunda Həşimov fransalı Etyen Bakro, Rəcəbov rusiyalı Ernesto İnarkiyev, Məmmədyarov isə Yakovenko ilə qarşılaşacaq. Qeyd edək ki, turnirə dekabrın 29-da yekun vurulacaq. VALUYEV HOLİFİLDİ MƏĞLUB ETDİİsveçrənin Sürix şəhərində WBA versiyası üzrə ağır çəkili boksçular Nikolay Valuyev (Rusiya) və Evander Holifild (ABŞ) arasında dünya çempionu titulu uğrunda görüş keçirilib. 12 raund ərzində qalibi müəyyənləşdirmək müşkül məsələyə çevrilib. Belə ki, iki hakim Valuyevə üstünlük verdiyi halda (116:112, 115:114), ədalət təmsilçilərindən biri hər boksçunun 114 zərbəsini qeydə alıb. Nəticədə döyüşdən sonra hakimlər məsləhətləşərək yekun qərar veriblər. Onlar 2 metr 13 santimetr boya malik Valuyevi qalib elan ediblər.Beləliklə, “rusiyalı nəhəng” dünya çempionu titulunu qoruyub. 46 yaşlı Holifild isə boks tarixinə ən yaşlı çempion kimi düşmək şansını itirib.Məğlubiyyətə baxmayaraq Holifild yarım milyon avro qazanıb. Valuyevə isə bundan iki dəfə çox mükafat verilib. Maraqlıdır ki, Nikolayın məşqçisi heç də öz yetirməsinin tərəfini saxlamayıb: “Valuyev döyüşün əvvəlində yaxşı təsir bağışlayırdı. Sona yaxın isə rinqdə sadəcə rəqs edirdi. Hakimlər görüşü heç-heçə bitirə bilərdilər”.Qeyd edək ki, Holifild “qulağı dişlənən boksçu” kimi tanınır. Bu ləqəb ona 1997-ci il iyunun 28-də Mayk Taysonla döyüşdən sonra verilib. Həmin görüşdə Tayson tərəfindən iki dəfə qulağı dişlənən Holifild 3-cü raundda vaxtından əvvəl qələbə qazanmışdı. NAZİR MÜAVİNİ XİZƏK SÜRƏRKƏN ÖLDÜXorvatiya müdafiə nazirinin müavini, general Qordan Caciç İtaliyanın dağ kurortlarının birində xizək sürərkən həlak olub. “Corriere della Sera” qəzetinin xəbərinə görə, nazir müavini İtaliyanın Alp dağlarındakı qış kurortlarının birində istirahət edirmiş. O, dağda xizək sürərkən yolda italiyalı xizəkçi ilə toqquşub və başından ağır zədə alıb. Nazir müavini xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Toqquşma zamanı italiyalı xizəkçinin xəsarət almadığı bildirilir. Qəzetin yazdığına görə, Q.Caciçin toqquşduğu xizək trası mürəkkəb hesab edilmir, lakin orada yüksək sürət yığmaq mümkündür. Bildirilir ki, təlimatçılar nazir müavinini bu trasda xizək sürməyin riskli olduğu haqda xəbərdar ediblər. Lakin o, xəbərdarlığa məhəl qoymayıb.
44,810
22.12.2008 05:26
Müsahibə
“HƏYATA QAYTARDIĞIM UŞAQ MƏNİM ADIMI DAŞIYIR”
Beləliklə, həmsöhbətimiz “Fridrix Naumann Fondu”nun Azərbaycan üzrə nümayəndəsi və Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucludur. İstirahət günündə yuxusuna haram qatdığımı deyəndə heç bir problemin olmadığını söylədi: - Yuxudan tez durmaq mənim həyat tərzimdir. Son 20-25 ildir ki, bu rejimdə yaşayıram. Tələbə olarkən işləməyə məcbur idim. Leninqrad Tibb İnstitutunda oxuyarkən gecələr işləyirdim, gündüz revmatoloq ixtisası üzrə təhsil alırdım. Həmin dövrdə xəstəxanalarda sanitar işləmişəm. 6-cı kursda ikən feldşer kimi çalışdım. O zamandan az yatmağa öyrəşmişəm. Sutkada orta hesabla 5 saat yatıram. Ümumiyyətlə, yatmağı sevmirəm. Bu, hardasa gecə saat 1-dən səhər 6-dək olan zamanı əhatə edir. - Ancaq təhsilinizi başa vurandan sonra vətənə qayıtmağa qərar verdiniz... - Təbii. Əvvəlcədən də Rusiyada qalıb yaşamaq fikrim yox idi. 1990-cı ildə institutu bitirdim və Azərbaycana döndüm. Bu, elə bir zaman idi ki, dönməməyim mümkün deyildi. - Sonradan “gərək gəlməyəydim” dediyiniz vaxtlar oldumu? - Nəzərə alsaq ki, arzum, niyyətim həkim olmaq olub, ancaq Azərbaycanda əslində bu məndə alınmadı. Bunu düşündükdə deyirəm bəlkə də orda qalsaydım, indi həkim kimi fəaliyyətimi davam etdirirdim. Amma ümumiyyətlə, həyatda yaşadığım heç bir günə, heç bir saata görə peşmançılıq hissi keçirmirəm. Hər halda Azərbaycanda da bir müddət həkim işlədim. Digər tərəfdən mənə elə gəlir ki, hər halda bu günəcən ömrü hədər yaşamamışam. Yəni peşmançılıq üçün bir əsas görmürəm. - Tibb sahəsini seçməyinizdə ailənin rolu oldu, yoxsa öz seçiminiz idi? - Bizim ailədə həkim olmayıb. Ata-anam ziyalı adamlar olub. Düzdür, əmim Gəncədə tanınmış həkim idi. Amma burda kiminsə təsiri yox idi, öz həvəsim idi. Mən Şəmkirdə doğulmuşam. Orta məktəbi orada başlayıb Gəncədə bitirmişəm. İki il Azərbaycan Tibb İnstitutuna daxil olmaq üçün uğursuz cəhddən sonra sovet ordusu sıralarında əsgəri xidmətdə oldum. Ordudan sonra Pavlov adına Leninqrad Tibb İnstitutuna daxil oldum və ali təhsil aldım. - Sizin sahə üzrə xəstəliklər geniş yayılıb. Belə olan halda peşənizdən ayrı düşməyiniz... - Revmatologiya ağır xəstələri olan bütün sahələri əhatə edir. Mən bu ixtisası təsadüfən seçməmişdim. Bu, əslində tibdə ən genişşaxəli bir ixtisasdır. Yəni burda həm ürək, həm cərrahi, həm ginekoloji xəstəlikləri bilməyə məcbursan. İnstitutda bizim bir professorumuz var idi. Deyirdi ki, bizdən sonra adətən, ya molla gəlir, ya Allah. Yənu bu, təbabətin bir ekstremal, daim gərginlik, çox ciddi, qəti və təcili qərar qəbul eləyən bir sahəsidir. Mən ümumiyyətlə, həyatda ekstremal situasiyaları sevmişəm, bu gün də sevirəm. Sadəcə, Azərbaycan səhiyyə sistemində işləmək mümkün olmadı. Mən sizə etiraf edim ki, məsələn, Rusiya təhsili ilə Azərbaycanda işləmək çətindir. Amma hər halda 8 il işlədim. Respublika Klinik Xəstəxanasında, 7 saylı Doğum Evinin reanimasiya şöbəsində çalışmışam. Həmçinin tez-tez savaş bölgələrində olurdum. Qürurla deyə bilərəm ki, mən həkim işlədiyim illərdə əlimdə bir ölüm hadisəsi olmayıb. Hətta həyata qaytardığım insanlar olub. Məsələn, faktiki olaraq ölü doğulmuş uşaq olub ki, mən onu reanimasiya eləyib həyata qaytarmışam. O uşaq bu gün mənim adımı daşıyır. Həmin uşağın artıq 12 yaşı var. Mənə elə gəlir ki, həyatda bundan böyük uğur ola bilməz. Bakıda yaşayan həmin ailə sonradan məni axtarıb və yalnız keçən il təsadüfən tapıb. Biz Nabranda seminar keçirərkən uşağın anası iştirakçılardan barəmdə soruşmuşdu. Biləndə ki, vaxtilə həkim olmuşam, ailə üzvləri gəlib mənimlə görüşdülər. Bundan başqa, mən son aylaracan 8-ci km-də yaşayırdım. Doğum evi də yaxında yerləşirdi. Bəzən kiçik yaşlı uşaqları göstərirdilər ki, bax bu uşağın həyatda qalmağında sizin rolunuz olub. Təbii ki, bu, böyük xoşbəxtlikdir. Mən sağlam mənada şöhrətpərəst adamam, belə şeyləri sevirəm. Əgər mənim işimə cüzi qiymət verilirsə, bu, artıq insana mənəvi qida verən şeydir. Ancaq yenə də heyfslənmirəm. Həkim işləmək üçün şərait olsaydı, bəlkə də bu günəcən işləyirdim. Amma başlıca səbəb o idi ki, ölkədəki ictimai-siyasi proseslərə biganə qalmaq mümkün deyildi. - Parkda, dəniz sahilində gəzməklə aranız necədir? - Yaxşıdır. Vaxt olanda dəniz qırağında gəzməyi, təbiətə çıxmağı sevirəm. Tez-tez rayonlarda oluram. Mənə elə gəlir ki, hansısa dağda, meşədə dayanıb bir saat orda oturub, bir stəkan çay içmək bir-iki aylıq yorğunluğu aparır. Ancaq təbiətlə aparılan amansız mübarizəni başa düşə bilmirəm. İnsanlar doğrudanmı özlərini fəlakətə apardıqlarını görmürlər? - Əli İnsanovla birgə çalışmaq sizə çətin deyildi? - Əli İnsanovla şəxsi tanışlığım olub. Mən 1992-93-cü illərdə MTN-də çalışırdım və səhiyyə sistemini kurasiya edirdim. Əli İnsanov Vərəm İnstitutunun direktoru idi. Nazir olarkən də bəzi əlaqələrimiz və münasibətimiz olub. Mən onun haqqında bir şeyi deyə bilərəm. Əli İnsanov məhkəmə prosesində Rəsul Quliyevdən, İsa Qəmbərdən və Rauf Arifoğlundan üzr istədi. Bu, Azərbaycanda çox nadir bir hadisəydi. Buna ictimai qiymət də birmənalı verilmədi. Ancaq mən Əli müəllimi tanıdığım üçün deyirəm ki, bu adama həmişə hörmətlə yanaşmışam. Hərçənd o bu rejimin tərkib hissəsi olub, onun siyasətini bütün qaydalar çərçivəsində, bəlkə də bir qədər sərt şəkildə aparıb. Amma o, üzr istəməyi bacaran adamdır. Mən bunu əvvəldən bilmişəm. Mən MTN-dən çıxarıldıqdan sonra həkim fəaliyyətinə qayıtmaq istədim və buna görə Əli İnsanovun qəbuluna getdim. Katibə dedi ki, Əli müəllim deyir sonra gəlsin, görüşək. Mən də evə qayıtdım və artıq getmədim. Üç gün sonra Əli İnsanov evə özü zəng elədi. Üzrxahlığını bildirdi ki, həqiqətən görüşə vaxt olmayıb. Sonra artıq əlaqələrimiz quruldu. Səhiyyə sistemindən isə mən özüm getdim. - Bəs MTN-də işləməyiniz necə oldu? - Baş leytenant rütbəsində əməliyyat müvəkkili idim. 1992-ci ildə milli hakimiyyət qurulanda nədənsə milli azadlıq hərəkatında iştirak etmiş adamlar bu sistemdə çalışmaqdan ehtiyatlanırdılar. Güman ki, “KQB” amili, qapalı təşkilat olması öz sözünü deyirdi. Ancaq mən gedib orda çalışdım. Hakimiyyətin devrilməsindən 6 ay sonra məni işdən azad elədilər. Amma bu mənimçün çox böyük həyat təcrübəsi oldu. İkincisi də MTN-də işlərkən tərcümeyi-halımda bir günah buraxmadım. Əks təqdirdə ondan istifadə edib indi məni çoxdan susdurmuşdular. Namiq Abbasov nazir təyin olunandan sonra müəyyən eyhamlarla təkliflər alsam da, MTN-ə qayıtmadım. Çünki artıq sistem, siyasi rejim başqa idi. Mən orda heç bir formada iştirak etmək istəmirdim. - Qarabağ döyüşlərinin də iştirakçısı olubsunuz... - Ağdam, Füzuli, Tərtər bölgəsində həkim kimi çalışmışam. Çox ağır səhnələr indiyədək gözüm önündən getmir. Xocalı şəhidlərinin Ağdama gətirilməsinin şahidi olmuşam. Əsgəran uğrunda döyüşlərdə yaralananlara yardım göstərəndə həyatda ən dəhşətli səhnəni orda görmüşəm. Aqoniya vəziyyətində olan bir yaralı əsgər gətirmişdilər. Bütün ümidsizliklərə baxmayaraq, mən onu kürəyindən tutub əməliyyat masasına qaldırmaq istəyəndə əlim biləyiməcən onun döş qəfəsinə getdi. Sonra bildim ki, kürəyindən mərmi dəydiyindən onurğa sütunu dağılıbmış. Başqa bir möcüzənin də şahidi olmuşam. Həmişə deyirəm ki, mənə bunu danışsalar, inanmazdım. 5,45 kalibrli avtomat gülləsi bir əsgərimizin dilinin altından dəyib boynunun arxasından çıxmışdı. O, nəinki sağ qaldı, demək olar ki, heç bir fəsad olmamışdı. Bakıya döndükdə anotomiya kitabını dönə-dönə vərəqlədim, detalları ilə topoqrafiyanı öyrəndim, nəzəri cəhətdən də bu, mümkün deyildi. Amma görünür bu, Allahın işi idi, o insan yaşamalıymış. - İddialı adama oxşayırsınız. - Bəzən mənə elə gəlir ki, həyatda öz yerimi axtarıram, hələ tapmamışam. Siyasi iddiam yoxdur. Amma ümumiyyətlə, həyatda iddialı insanam. Əldə etdiyim uğrumla heç vaxt kifayətlənməmişəm. Bu mənim həyat kredomdur, uşaqlıqda da belə olmuşam. Bu gün heç bir planım yoxdur. Həyatda hansısa planlar qurmaq çox sadə, həm də aldadıcı bir şeydir. Məncə, hər bir insanın planı, taleyi, həyat yolu alnına yazılıb. Sadəcə, biz onu bilmirik. - Deyəsən, ibadətlə məşğul olursunuz? - Yox, ona hələ hazır deyiləm. Allaha inanıram. Məncə, dinimizin tələblərinin böyük bir hissəsinə əməl edirsənsə, amma daxilən özünü ibadət etməyə, namaz qılmağa hazır bilmirsənsə, təbii ki, burda özünü dindar saya bilməzsən. Amma başqa prinsiplərə riayət eləməyin özü də ibadətə yaxın şeydir. Başqasının çörəyinə göz dikməmək, namərdlik etməmək kimi. İbadət eləyən insanlar görürəm ki, ibadətin arxasında başqa əməllərlə məşğul olurlar. Mənim Həcc ziyarətinə getmək arzum da var. Ona da özümü yetkin hiss eləyəndə hökmən gedəcəyəm. Özü də mənim qarşımda bütün dini qaydalara riayət eləmək üçün ciddi bir maneə yoxdur. İçki içmirəm, xaricdə hansısa səfərdə olarkən hansısa içkilər bağışlayırlar. İllərlə durur evdə, qonaq gəlməyincə heç yadıma düşmür. Pis vərdişlərdən bir siqaret çəkməkdir. 27 ildir onunla yol yoldaşıyam. Əslində heç onu pis vərdiş də hesab eləmirəm. - Almanca bilirsiniz? - Bəli, alman, ingiliscə bilirəm. Alman dilini sonradan öyrəndim. İngilis dilini əvvəldən dövlət kurslarında öyrənmişdim. Ümumiyyətlə, dil məsələsində bəxtim gətirib. Ali məktəbi Rusiyada da oxumuşam. Rus dilini incəliyinə qədər bilirəm. Ancaq öz dilimizdə danışanda heç bir kənar ifadə işlətmirəm. 1987-ci ildə tələbəykən Bakıya gəlmişdim. Mağazadə rusca danışmaqdan imtina etdim, hətta orda mənə “çuşka” dedilər. (Ürəkdən gülür) Mən artıq 4 il idi Rusiyada oxuyurdum, çox səlist rusca bilirdim. Hətta ruslar mənim həm ədəbi, həm də xalq dilini yüksək səviyyədə bilməyimə həsəd aparırdılar. Ancaq Azərbaycanda öz dilimizdə danışırdım. Övladlarım da ana dilimizə önəm verirlər. Böyük oğlum 11-ci sinifdə oxuyur. İngiliscə gözəl bilir və Qərbdə oxumağa hazırlaşır. Həkim olmaq istəyir. Məncə, heç bir zaman övladın ailə, təhsil və yaşayış yeri seçiminə müdaxilə etmək olmaz. Valideynlərin diqtəsi, müdaxiləsi kökündən yanlış ənənədir. - Həyat yoldaşınız işləyirmi? - Hə, o, vəkildir, Qənirə İskəndərova. Fəhmin Hacıyevi müdafiə edirdi. Biz sinif yoldaşıyıq, ailəmizin qurulmasının kökü 3-cü sinifdə başlayan məhəbbətdən gəlir. O, üçüncü sinifdə ikən başqa məktəbdən bizim sinfə gəldi. Sonra o, BDU-nun hüququnda oxudu. 5 il nişanlı qaldıq. Təhsilimi alıb qayıdandan sonra ailə qurduq. Bizim ailədə qarşılıqlı inam, etibar həmişə olub, bu gün də var. Sonda istirahət gününü necə quracağını soruşdum. Yaşadığı Badamdar qəsəbəsindəki evinə dönəcəyini və həyətindəki ağaclara qulluq edəcəyini söylədi. Maraqlı idi, Ərəstun bəy “varlılar məhəlləsi”ndə sıxılmır ki? Məlum oldu ki, yox: “Torpaq ucuz olarkən bir jurnalist dostumun məsləhəti ilə ordan torpaq aldım. Evimi satıb həyət evi tikdim. Həyət evi ən böyük arzum olub. Təbii ki, qayğıları da çoxdur. Varlıların əhatəsində olmaq mənə narahatçılıq yaratmır. Kiminsə var-dövlətini göstərməyi sevməsini mən qəbul etmirəm. Ancaq o mühitdə heç bir sıxıntı keçirmirəm. Mənim öz evim öz qalamdır. Kimin nəyi var, Allah özünə qismət eləsin. Heç bir vaxt insanların uğuruna qibtə eləməmişəm, həsəd aparmamışam. Bu hissləri sevmirəm, bunlar insanı daxildən zəhərləyən, aşındıran hisslərdir”. Ərəstun bəy həyətində bir boşluğu doldurmaq üçün illərdir çalışırmış. Şəmkirli olasan, həyətində xurma ağacı olmaya? Ancaq illərdir bağında xurma və əncir ağacı əksə də, bitirə bilmir. “Bağ-bağat məsələləri ilə bağlı ən böyük hədəfim xurma və əncir ağacını yetişdirməkdir”. (Gülür)
44,811
23.12.2008 08:26
Yazarlar
SİZƏ SƏSLƏNİRƏM, MİSİR MÜƏLLİM!
İş elə gətirib ki, həftənin beş günü səhər tezdən məktəbə gedirəm. Qızım birincidə oxuyur, onu səhərlər məktəbə aparmaq mənim öhdəmə düşür. Havalar soyuyandan hər səhər bütün valideynlər üzücü bir səhnəyə şahidlik edir. Məktəbdə istilik sistemi çalışmadığından sinif otağına elektrik qızdırıcısı qoyulub. Onu da bir qədər işlədən kimi naqillər əriyir, işıqlar avtomatdan sönür. Ötən əsrin 70-ci illərində tikilib istifadəyə verilmiş binanın elektrik naqilləri o dərəcədə köhnəlib ki, iki cihazı eyni vaxtda cərəyana qoşmaq mümkün deyil.Körpələr sinfə daxil olan kimi titrəməyə başlayır. Üst geyimlərini - papaqlarını, şarflarını, paltolarını, əlcəklərini çıxarandan sonra valideynlər cocuqlarının əllərini, kürəklərini ovxalayır. “Ana, əllərim üşüyür”, “ata, donuram”, “məktəbə gəlmək istəmirəm” kəlmələrini o qədər eşitmişik ki, artıq öyrəncəliyik. Müəllimə vəziyyətdən çıxış üçün uşaqları növbə ilə qızdırıcının ətrafına yığır ki, isinsinlər.Dünən məktəbin direktoru Nizami müəllimlə söhbətləşdim. Məsələyə nə vaxt son qoyulacağını soruşdum. Direktor məktəbin özünün ayrıca qazanxanası olmadığından binanı istiliklə təmin edə bilmədiklərini dedi. Allah tərəfi, Nizami müəllim hamıdan çox narazıdır və problemin həllinə çalışır. Direktor məktəbin istilik radiatorlarının hamısının yayda dəyişdirildiyini dedi. Amma nə olsun, nəticə yoxdur. Bunu özü də etiraf etdi.Əslində bu işdə məktəbin heç bir təqsiri yoxdur. Məsələ burasındadır ki, 249 saylı orta məktəbi istiliklə “Azəristiliktəchizat” ASC-nin Xətai rayonu üzrə İstilik Enerji Mənbəyi (İEM) xətləri idarəsi (əgər adlarda səhvə yol verdimsə, bəribaşdan üzürlü sayın) təmin etməlidir. Noyabrın 15-dən dünənə qədər sözügedən məktəbə cəmi iki dəfə istilik verilib - ona da istilik demək olarsa...Dünən Xətai rayon İEM xətləri idarəsinin müdiri Yəhya müəllimlə telefonla danışdım. Müdir problemi özünəməxsus formada əsaslandırdı. Deyir ki, bir neçə müddətdir xətlərdə qəza baş verib, ona görə də istilik yoxdur. Qış mövsümü 1 ay 8 gündür başlayıb. Necə ola bilər ki, bu müddətdə həmin problem həll edilməmiş qalsın? Sadəcə, hansısa məmurun məsuliyyətsizliyinin, işinin öhdəsindən gələ bilməməsinin və tamahının bədəlini millətin gələcəyi olan uşaqlar çəkir. Orta məktəbi belə, universiteti belə, əsgərliyi belə. Neynəyək, övladlarımızı sandıqda gizlədək? Məktəbə, əsgərliyə buraxmayaq ki, tamahkar idarə müdirlərinin, harın komandirlərin əlinə keçməsin, şikəst olub, xəstəliyə tutulub üstümüzə qayıtmasın?!Yeri gəlmişkən, dünən Yəhya müəllim məni əmin etdi ki, artıq məktəbə istilik buraxılıb. Üstəlik, dedi ki, bir də belə problem yaşanmayacaq. Ardınca məktəblə əlaqə saxladım. Məlum oldu ki, deyilənlər yalandır. İstiliyi məktəbə buraxmaq əvəzinə silib yeyirlər. Sənəddə də yazırlar ki, filan məktəbə filan temperaturda istilik verilir. Görəsən, “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi bunlardan xəbərdardırmı? Yoxsa bu işdə onların da əli var?Təhsil naziri Misir Mərdanova səslənirəm. Cənab nazir, barı siz bu terrorun, cinayətin qarşısını almaq üçün təcili tədbirlər görün. Gözümüzün qabağında körpə balalarımız cismən sıradan çıxır. Neft-qaz ölkəsinin paytaxtında belə biabırçılığın davam etməsi heç kimə, o cümlədən nazir olaraq sizə başucalığı gətirmir. Nəzərə alın ki, XXI əsrdə yaşayırıq. Buz kimi sinif otaqlarında dərs keçməklə təhsilin inkişafından danışmaq məntiqsiz olar. Lütfən, ilk növbədə məktəblərdəki bu xarakterli problemlərin həllinə diqqət yetirin. Məsələn, 249 saylı orta məktəb üçün ayrıca istilik qazanxanası tikmək üçün mütəxəssislərin ilkin hesablamalarına görə, maksimum 5-6 min manat tələb olunur. Bu da hökumət üçün çox xırda məbləğdir.Günümüzə baxın. Valideyn ölkənin təhsil nazirindən görün nəyin xahişini edir. Halbuki belə problemlə ümumiyyətlə üzləşməməliyik. Övladlarımız isti, işıqlı siniflərdə dərs keçməlidir. Necə ki, Bakıda fəaliyyət göstərən Türkiyə liseylərində belə biabırçılıqlara rast gəlinmir.Allahın bu millətə və onun gələcəyi sayılan uşaqlara rəhmi gəlsin. Deyəsən, məmurlardan keçdi. Azər AYXAN
44,812
23.12.2008 09:26
Ölkə
ƏSİR ƏSGƏRİN DEDİKLƏRİ ARAŞDIRILACAQ
G.Quliyeva R.Həsənovun Azərbaycana qayıtmaq istəməməsi ilə bağlı Ermənistan televiziyalarının birində etdiyi çıxışda BQXK nümayəndəsinin də iştirak etməsi barədə verilən məlumatları təkzib edib. Qeyd edək ki, 19 yaşlı əsir Rafiq Həsənovun Ermənistan televiziyalarının birində çıxış edərək Azərbaycana qayıtmaqdan imtina etdiyini söyləməsi barədə “Novosti Armeniya” məlumat yayıb. Məlumata görə, R. Həsənov çıxışında Azərbaycan ordusunda hərbi xidmət keçən zaman təhqir və alçaldıcı hərəkətlərə məruz qaldığını deyib: “Buna dözməyərək ayağıma atəş açdım və hospitalda müalicə olundum. Lakin bundan sonra belə mənə qarşı təhqiramiz hərəkətlər dayandırılmadı”. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. Təəssüf doğuran hal odur ki, son günlər Azərbaycanın bəzi telekanallarında düşmən əlində olan azərbaycanlı əsgərin dediklərinin təkzib edilməsinə daha çox səy göstərilir. Ancaq bizimçün nə qədər ağır olsa da, orduda problemlərin yaşanması bir faktdır. Bunu son bir neçə ay ərzində orduda “dedovşina” faktlarını əks etdirən videoroliklərin yayılması da sübuta yetirdi. Doğrudur, Ermənistan ordusunda da vəziyyət yaxşı deyil və məlumatlara görə, daha ağır vəziyyət hökm sürür. Lakin düşmən ordusundakı ağır vəziyyət bizim üçün təskinlik sayıla bilməz. Unutmaq olmaz ki, biz torpaqları işğalda olan ölkəyik və ordumuzun Rusiyaya arxalanan düşməndən qat-qat güclü olması lazımdır. Elə isə nədən əsgərlərin hətta düşmən tərəfə qaçıb getməsinə səbəb olan biabırçı hallar aradan qaldırılmır? Bax, bu suala hələ ki cavab verən yoxdur.Hərbi ekspert Üzeyir Cəfərov da bildirdi ki, azərbaycanlı əsirin dediklərində əslində böyük həqiqət var: “Onu xidmət etdiyi hərbi hissədə incidiblər. Hərbi Prokurorluq deyir ki, ona qarşı haqsızlıq edənləri məsuliyyətə cəlb edəcəyik və günahkarlar cavab verəcəklər. Ancaq bunlar hamısı daldan atılan daşa bənzəyir”. Ü.Cəfərov Balakən RHK-dan hərbi xidmətə çağırılan və sonradan əsir götürülən Vüsal Qaracayevin dediklərini də xatırlatdı: “O da xidmət yerində incidildiyini deyirdi, lakin dediklərinə inanmaq istəmirdilər. Müxtəlif instansiyaların müdaxiləsindən sonra Hərbi Prokurorluq məsələni araşdırdı və işi başa çatdırdı”.Ekspertin sözlərinə görə, əsgərin Azərbaycana qayıtmaması bir tərəfdən onun öz günahıdırsa, digər tərəfdən, burada Müdafiə Nazirliyinin də günahı var: “Ona görə ki, nazirlik oktyabrın 8-də əsir düşmüş əsgər haqqında yalnız üç həftə sonra məlumat verdi. Təbii ki, bu müddətdə onunla erməni xüsusu xidmət orqanları lazımi iş aparmışdı və bu da sonda öz təsirini göstərib”.Ü.Cəfərov bundan əvvəl digər əsgərimiz Samir Məmmədovun da vətəndən imtina edərək üçüncü ölkəyə göndərildiyini vurğuladı: “Növbəti fakt Azərbaycan üçün həqarət sayıla biləcək ikinci böyük hadisədir və təhlükəli tendensiyadan xəbər verir. Əgər haqsızlıqla özləşən əsgər belə qərar verirsə, sabah bu faktların sayı arta bilər. Bu isə heç də ürəkaçan vəziyyət deyil. Belə faktların davamı ordunun nüfuzuna böyük xələl gətirə bilər”. Ü.Cəfərov Azərbaycanın rəsmi qurumlarının əsir əsgəri günahlandırmaqdansa, neqativ halların aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini zəruri saydı: “Yaxşı olar ki, Müdafiə Nazirliyi buraxdığı səhvlərdən nəticə çıxarsın. Artıq ordudakı ”dedovşina" mövzusundan danışmırlar, sanki heç belə hallar olmayıb və yoxdur. Son aylar ictimaiyyət arasında yayılan videoçarxlar da göstərdi ki, əslində böyük biabırçılıq baş verib. Lakin bu kimi faktların ciddi araşdırılmaması və ictimaiyyətə nəticələr haqqında məlumat verilməməsi çox ağır nəticələrə gətirə bilər".
44,813
23.12.2008 08:27
Siyasət
HANSI MÜXALİFƏTÇİ DEPUTAT VİTSE-SPİKER OLMAQ İSTƏYİR?
İqtidarın deputatlardan hansının üzərində dayanacağı isə məlum deyil. Bəs müxalifətçi deputatlar spiker müavini postunun onlara verilməsini istəyirmi?Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli öncə bildirdi ki, parlament rəhbərliyində hansısa postun müxalifətə veriləcəyinə inanmır: “Bu iqtidar hakimiyyəti bölüşməyə hazırlaşmır. Şəxsən mən buna hazırlığın heç bir işartısını müşahidə etmirəm. Əgər ölkədə normal demokratik sistem olsaydı, müxalifət parlament rəhbərliyində təmsil olunmalı idi. Normal ölkələrdə belədir. Azərbaycan hakimiyyəti isə alternativ fikir eşitmək istəmir. Ona görə də nə qədər zəruri olsa belə, müxalifət nümayəndələrini hansısa vəzifələrə təyin etmirlər. Əgər yayılan xəbərlər doğrularsa, bu, hansısa deputatın şəxsi razılığı ilə həll olunan məsələ deyil. Məsələ təmsil etdiyimiz partiyanın rəhbər strukturlarında müzakirə edilməli və müvafiq qərar verilməlidir”.Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də vitse-spiker vəzifəsinə müxalifətçi deputatın təyin ediləcəyinə inanmır və bu səbəbdən əlavə fikir söyləmək istəmir: “Bu gün nə parlament reallığı, nə hakimiyyətin yanaşması belə bir məsələnin olacağını şərtləndirmir. Lakin hesab edirəm ki, parlamentin rəhbərliyində müxalifət də təmsil olunmalıdır. Dünyanın hər yerində parlamentin şəkli məhz bu cür cızılıb. Türkiyənin özündə də belədir, Rusiyada da”.Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu hesab edir ki, parlamentdə rəhbər vəzifəyə kimin təyin olunması yox, Milli Məclis rəhbərliyində təmsilçiliyin verilməsi əsasdır: “Kimin təyin olunması əhəmiyyətli deyil. Əhəmiyyət kəsb edən məsələ müxalifətin təmsilçiliyidir. Azərbaycan sivil dövlətdirsə, mütləq müxalifətin ən azı qanunverici orqanda rəhbər postlarda təmsilçiliyi təmin olunmalıdır. Bu, həm də müxalifətin haqqıdır ki, onun mövqeyinin ifadə olunmasına şərait yaradılsın. Məsələyə bu kontekstdə yanaşmaq lazımdır. Ona görə də mən fərdiləşdirməyi düzgün hesab eləmirəm. Nə qədər ki, müxalifətin parlament rəhbərliyində təmsilçiliyi təmin edilməyib, Azərbaycanın mədəni ölkə kimi özünü təsdiqləməsi çox çətin olacaq. Bunu prinsipcə həll eləmək lazımdır ki, bu ölkədə artıq görünsün ki, hər şeyi hakimiyyət qamarlayıb tutmamalıdır. Müxalifət də səsinin eşidilməsi, mövqeyinin dinlənilməsi üçün mütləq qanunverici orqanın rəhbərliyində təmsil olunmalıdır”.