id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
44,613 |
19.12.2008 10:39
|
İqtisadiyyat
|
“BORCLU ABONENTLƏRƏ GÜZƏŞT OLMAYACAQ!”
|
“Azəriqaz” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirib ki, Yardımlı, Lerik, Beyləqan, Balakən, Bərdə, Tərtər, İmişli, Sabirabad və Qazax rayonları əvvəlki aylar üzrə borclarını 100 faiz ödədiyindən həmin rayonlar tam şəkildə təbii qazla təmin olunur. Digər şəhər və rayonlar isə borclarını ödəmədiyindən onların qazı kəsilib. Belə ki, 9 rayon istisna olmaqla, digər şəhər və rayonlar borcun neçə faizini ödəyibsə, həmin faiz nisbəti ilə də təbii qazla təmin olunur. “Azəriqaz” xəbərdarlıq edir ki, əhali borclarını ödəməsə, qaz təchizatı tam şəkildə dayandırılacaq. Qaz pulu verməyənlər uzun müddət qaz görməyəcəklər “Azəriqaz” SC-nin sədr müavini Nazim Səmədzadə qəzetimizə açıqlamasında dedi ki, əhali kateqoriyası üzrə yığım səviyyəsi noyabrda 50,3 faiz təşkil edib: “Bu da acınacaqlı vəziyyət yaradıb. Baxmayaraq, keçən ilə nisbətən qaz təminatında 50 faiz artım var. Ancaq yığım keçən ilin noyabr ayı ilə müqayisədə çox kəskin şəkildə aşağı düşüb. Keçən il 55 faiz olub və verilən qazın həcmi 187 milyon kub metr təşkil edib. Bu il əhali sektoruna 240 milyon kub metr qaz verilib, cəmisi 50 faiz qaz pulu yığılıb”. N.Səmədzadə bildirdi ki, qaz pulu ödəməyən abonentlərə mavi yanacağın verilişinin dayandırılacağı yönündə əvvəlcədən xəbərdarlıq olunub: “Yaranmış vəziyyət bizi bu yolu seçməyə vadar edib. Qaz pulunu vaxtında ödəyənlərin təminatında heç bir problem yaranmayacaq. Burda söhbət qaz pulunu ödəməyənlərin təminatının dayandırılmasından gedir. Əvvəllər buna imkanımız yox idi. Bir binanın və ya kəndin təbii qazla təminatını tam dayandırırdıq. İndi bu iş fərdi qaydada icra olunacaq. Qazın dayandırılması sayğacdan olmayacaq. Belə vəziyyətdə abunəçilər özləri qazı açırlar. Xətdən birdəfəlik kəsiləcək”.Məlum oldu ki, qaz təminatı borc ödəniləndən və rayon qaz-istismar idarələrinə yazılı müraciətdən sonra bərpa ediləcək. Borcunu ödəməyənlərə isə heç bir güzəşt olunmayacaq. Başqa sözlə, belələri üçün məhdudiyyət uzunmüddətlidir. 11 ayda 36 milyon borc yaranıb Nazim Səmədzadənin sözlərinə görə, əhali kateqoriyasının təkcə bu ilin 11 ayında “Azəriqaz”a yaranan borcu 36 milyon manat təşkil edir. “Smart-kart tipli sayğacların quraşdırılmasının yığım səviyyəsinə təsiri olubmu” sualına cavab verən N.Səmədzadə bildirdi ki, bu sayğaclar Gəncədə, Bakı şəhərinin Əzizbəyov rayonunda və Sumqayıt şəhərində pilot layihəsi kimi quraşdırılıb: “Bunu hələ yoxlamaq üçün həyata keçirmişik. Təbii smart-kart tipli sayğaclarda əvvəlcədən ödəniş olduğu üçün burada elə bir problem yoxdur”.“Azəriqaz” rəsmiləri satılan yanacağın pulu yığılmasa, qaz təsərrüfatının inkişafı proqramının icrasında problemin yarana biləcəyini də istisna etmirlər. Yeri gəlmişkən, 2009-2013-cü illəri əhatə edən proqramın icrasına ən azı 1 milyard manat vəsait tələb olunur. Bunun da çoxu satışdan gələn gəlir hesabına maliyyələşdiriləcək. Burda nəzərdə tutulan əsas işlərdən biri də yaşayış məntəqələrinin qazlaşdırılmasıdır. Onu da qeyd edək ki, ölkədə mavi yanacaq alan əhali kateqoriyasının sayı artıq 1 milyon 10 min nəfərə çatıb. 2008-ci ildə abonentlərin ən çox artımı isə İmişli rayonunda qeydə alınıb. Nazim Səmədzadə onu da bildirdi ki, dekabrın 13-də “Azəriqaz”ın sisteminə 53 milyon kub metr qaz ötürülüb. Bu da 1987-ci ildə qeydə alınmış rekord göstəricidən 8 milyon kub metr artıqdır. Soyuqlar düşəndən “Azəriqaz” istehlakçılara və istilik elektrik stansiyalarına 44 milyon kub metrdən artıq mavi yanacaq ötürür. İran və Gürcüstana isə 8 milyon qaz nəql olunur.Bakı Şəhər Baş İstehsalat Qaz İdarəsinin rəisi Tahir Əliyev məhdudiyyətlərin Bakı şəhərində aparılacağını da istisna etmir. Problemi necə həll etmək olar? Sual ətrafında söhbət etdiyimiz bəzi ekspertlərin qənaətinə görə, əhalinin borclarının silinməsi iqtisadi baxımdan düzgün addım deyil. Borclar silinərsə, bu, yeni borcların yaranmayacağı demək deyil: “2009-cu ilin yarısına qədər silinən qədər borc yaranacaq. Digər tərəfdən, hökumətlərin analoji addımı borcların ödənməsi ilə bağlı vətəndaşlarda passivlik yaradır. Baxmayaraq ki, enerji ehtiyatları baxımından Azərbaycanın bu istiqamətdə imkanları daha genişdir. Lakin inkişaf etmiş dövlətlərdə daxili borcların silinməsinə çox az rast gəlinir. Hökumət borcları silməkdənsə, əhalinin gəlir səviyyəsini artırmağa çalışmalıdır. Borcların yaranmaması üçün vəsaitlərin həcmi artırılmalıdır. Təqaüdçülərə təyin olunan vəsaitlər kommunal xərcləri ödəməyə yetmir”. O da qeyd edilir ki, bu gün istehlak edilən qaza, işığa, suya görə müəyyən olunmuş tariflər həddən artıq yüksəkdir. Hökumət həmin ödənişlərin yüksək olmamasına çalışmalıdır: “Azərbaycanda əhalinin böyük bir qisminin işığa və təbii qaza borcu var. İstər ”Azərenerji", istərsə də “Azəriqaz” istifadə edilən enerji haqqını yığa bilmir. Bunun səbəbi tariflərin yüksək olması ilə bağlıdır". Mütəxəssislərin bir qismi isə deyir ki, abonent sayğacın üzərində yazılan borcu ödəməyə məcburdur: “Əgər abonentin adına əlavə göydən düşmə borc rəqəmi yazılıbsa, vətəndaş məhkəməyə müraciət etməklə öz hüquqlarını bərpa edə bilər”. Yığımın səviyyəsinin artması üçün sayğaclaşma prosesinin başa çatdırılması vacib hesab edilir: “Bunun yeganə yolu həm su, həm qaz, həm də elektrik təsərrüfatında sayğaclaşdırmanın tam başa çatdırılmasıdır. O başqa məsələdir ki, sayğaclaşma aparılandan sonra vətəndaş istehlak etdiyi xidmətə görə haqqı ödəməsin. Belə hallarla bağlı sanksiyalar var. Dövlət mülki qanunvericiliyin tələblərinə uyğun həmin sanksiyaları tətbiq etməlidir”. Sonda onu qeyd etmək yerinə düşərdi ki, bu məsələdə həm dövlətin, həm də istehlakçıların haqlı və haqsız tərəfləri var. Vətəndaş istifadə etdiyi qazın, suyun, işığın pulunu qeyri-şərtsiz ödəməlidir. Hökumət isə ekspertlərin dediyi kimi, əhalinin ödəniş qabiliyyətini yüksəltmək üçün normal əməkhaqqı siyasəti yeritməlidir.
|
44,614 |
19.12.2008 09:32
|
İqtisadiyyat
|
YAĞIN, DÜYÜNÜN QİYMƏTİ UCUZLAŞIB
|
Digər dükanda isə məlum oldu ki, son günlər yalnız duru yağların qiymətində müəyyən ucuzlaşmalar baş verib. Məsələn, “Gülüm” yağları 2 manat 80 qəpik, “Final” 2 manat, “Möcüzə” 2 manat 80 qəpik, “Blendo” 2 manat olub. Halbuki bir neçə ay əvvəl həmin yağların qiyməti az qala 4 manata yaxınlaşmışdı. Başqa bir dükanda isə öyrəndik ki, qəndin, şəkər tozunun, düyünün, unun qiymətində ucuzlaşma var. Məsələn, yay mövsümündə 1 manat olan şəkər tozunun kiloqramı hazırda 75 qəpik təşkil edir. Bundan əlavə, düyü 1 manat 15 qəpik olub. Maraqlıdır ki, baş çəkdiyimiz 3-cü dükanda yağların qiyməti əvvəlkilərlə müqayisədə ucuz idi. Məsələn, orada “Möcüzə” yağı 2 manat 30 qəpiyə satılırdı. Bu onu deməyə əsas verir ki, hər bir sahibkarın da qiymətlərə özünün əlavələri var. Yeri gəlmişkən, ötən ilin müvafiq dövründə qiyməti 7 manatı keçən “Ankor” yağının da qiyməti düşüb. Bu yağlar hazırda 6 manat 40 qəpiyədir. Broyler sektorunun böhran yaşaması toyuq məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Bu məhsullar bahalaşıb. “Səba” firmasının toyuqları (1 kq) 3 manat 90 qəpik, “Siyəzən” 3 manat 60 qəpik, “İmişli” 3 manat 40 qəpik, “Şəfa” 3 manat 60 qəpik, “Hind toyuğu” 5 manat 80 qəpik təşkil edir. Yumurta isə 15 qəpik olub. Onu da qeyd edək ki, qiymətlərdəki artımın azalma ilə əvəzlənməsi son üç ildə ilk dəfədir ki, baş verir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri isə deyir ki, dünya bazarından fərqli olaraq bizdə kəskin azalmadan söhbət getmir: “Son bir ayda dünya bazarında ərzaq məhsulları 15 faiz ucuzlaşıb. Azərbaycanda dünya bazarındakı ucuzlaşmaya müvafiq olaraq müəyyən məhsulların qiyməti aşağı düşsə də bütövlükdə kəskin azalma baş verməyib. Əsas səbəb isə odur ki, Azərbaycandakı qiymətlərlə dünya bazarındakı qiymətlər arasında müəyyən fərqlər var. Bizdə qiymətlər daha bahadır”. Qeyd edilir ki, ölkədə qiymət düşmələri 5-6 faiz intervalındadır. O da xaricdən idxal edilən süd və süd məhsullarının, düyü məhsullarının qiymətində baş verib. Yeri gəlmişkən, dekabrın 2-ci yarısından ərzaq məhsullarının qiymətində artımlar proqnozlaşdırılır. Bu isə birbaşa onunla bağlıdır ki, ayın son günləri Azərbaycanda bayrama təsadüf edir. Bayram günlərində isə adəti üzrə qiymətlər süni şəkildə qaldırılır. Bir məqamı da nəzərə çatdıraq ki, dünya maliyyə böhranının təsiri nəticəsində baş verən bu müvəqqəti ucuzlaşma gələcək üçün təhlükəli hesab edilir. Ekspertlər bildirir ki, proses ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər: “İnflyasiya səviyyəsinin azalması ölkə iqtisadiyyatının bəzi sahələrinə təsir edəcək. Məsələn, idxal artacaq və bu, deflyasiyanın mənfi fəsadları kimi qəbul oluna bilər. Çünki idxalın artması nəticəsində yerli istehsal aşağı düşəcək. Deflyasiya müavinətlərə də təsir edə bilər. Amma Azərbaycan maliyyə böhranının ilk mərhələsini adladığından, vəziyyətdən yararlanmaq da mümkündür. Məsələn, 2009-cu ildə inflyasiya proqnozlaşdırılan 12-14 faizi ötməyə bilər".
|
44,615 |
19.12.2008 09:33
|
İqtisadiyyat
|
CEYRANBATAN SU ANBARININ İŞIĞI KƏSİLDİ
|
“Əks təqdirdə, su anbarlarına enerjinin verilişi bərpa edilməyəcək”. Bildirildi ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də digər regionların içməli və texniki su təchizatında yarana biləcək bütün problemlərə görə məsuliyyət “Azərsu” SC-nin üzərinə düşür. “Sumqayıtelektrikşəbəkə”dən bildirilir ki, “Azərsu” rəhbərliyi borcu ilə maraqlanmağa heç cəhd də göstərməyib.
|
44,616 |
19.12.2008 09:34
|
İqtisadiyyat
|
“ÜTT-yə ÜZVLÜKLƏ BAĞLI DANIŞIQLARA ÖZƏL SEKTOR DA CƏLB EDİLMƏLİDİR”
|
“Sorğuda iştirak edən 70 sahibkardan 14-ü Ümumdünya Ticarət Təşkilatına üzvlükdən sonra yerli sahibkarların daxili bazarda mövqeyinin möhkəmlənəcəyini, 20 sahibkar isə yerli məhsulların satış həcminin artacağını qeyd edib. Sahibkarların bu quruma üzvlükdən gözlədikləri əsas səmərələrə gəlincə, bir çoxları daha ucuz qiymətə yeni texnika və texnologiyalar əldə etmək imkanlarının artmasını, 30 nəfər biznesi tənzimləyən qanunvericiliyin təkmilləşməsini, 34-ü isə daxili bazarda daha ucuz və keyfiyyətli məhsulların çoxalacağını göstərib. Bununla yanaşı, sahibkarların 31 nəfəri Azərbaycanın təşkilata üzvlüyündən sonra rəqabətin artacağı təqdirdə dövlətin yerli istehsala subsidiya ayırmasının davam etdirməsini məqsədəuyğun hesab edib”. Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi haqqında özəl sektorun məlumatlandırılması və onların aparılan danışıqlara cəlb edilməsi əhəmiyyətli məsələlərdən biridir: “Çünki təşkilata üzvlüklə bağlı bütün işlərin hökumət tərəfindən görülməsinə baxmayaraq, üzvlüyün nəticələrindən təsirə məruz qalacaq əsas sektor özəl sektordur. Əgər sahibkarlar onları gözləyən rəqabət mühitinə hazırlıq görməsələr onlar gələcəkdə bir sıra problemlərlə üzləşəcəklər”.Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin ÜTT və xarici ticarət siyasət şöbəsinin baş məsləhətçisi Vaqif Ağayev Azərbaycanın təşkilata üzvlüyü istiqamətində həyata keçirdiyi tədbirlər, Xarici İşlər Nazirliyinin ÜTT məsələləri üzrə ikinci katibi Elmar Məmmədov isə bu istiqamətdə danışıqlar prosesinin gedişatı haqqında məlumat verdi.
|
44,617 |
19.12.2008 09:32
|
Mənəviyyat
|
QƏDİR-XUM BAYRAMI BÖYÜKLƏR ARASINDA DA QEYD EDİLDİ
|
“İçərişəhər” Cümə məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlu çıxış edərək, sovet imperiyasının dinimizi unutdurmağa hesablanmış siyasətindən, Məhəmməd peyğəmbərin həyatından danışdı. Hacı İlqar İbrahimoğlu bütün əngəllərə baxmayaraq, ilahi yaşam və məsuliyyətin davam etdiyini söylədi. O, müsəlmanlar arasında həmrəylik məsələsinə də toxunaraq Aşura günündə insanların həmrəylik nümayiş etdirərək şadlıq etmədiklərini diqqətə çatdırdı və tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi.Tədbirdə çıxışlar arasında “Əhli-Beyt, aşiqləri” qrupunun ifasında həm dini, həm də vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi.Tədbirdə Məhəmməd və Fatimə adlı azyaşlılar onlara verilən sualları Qurandakı surələrlə cavablandırdılar, müqəddəs kitabdan hədislər dedilər.Həmçinin Məhəmməd peyğəmbərə (s.a.s) və onun əhli- beytinə salavat çevrildi. Hacı İlqar bildirdi ki: “Salavat çeviririk ki, qəlblərimiz, vücud, düşüncə və baxışlarımız peyğəmbər və onun pak əhli- beytiylə həmahəng olsun”.Tədbir sürprizlərlə dolu oldu. DEVAMM-ın təşkil etdiyi Məbəs olimpiadasının qaliblərinə hədiyyələr verildi: “Olimpiadada birinci yeri tutan qalib hələ Həcc ziyarətindədir. Amma ikinci yeri tutan Aynur Məmmədova burdadır”. A.Məmmədova qalib olması münasibətilə təbrik edildi və bu münasibətlə nout-bukla mükafatlandırıldı.Sonra Müqəddəs Ramazan ayında 12 komandanın iştirakı ilə keçirilən futbol kubokunun qalibi “Vəhdət” komandasının üzvləri səhnəyə dəvət olundu və kubokla mükafatlandırıldılar. Hacı İlqar qalib olması münasibətilə komanda üzvlərinin Məşhəd ziyarətinə göndəriləcəklərini bildirdi. Sonda dualar oxundu.
|
44,618 |
19.12.2008 09:37
|
Kriminal
|
BAKIDA TAKSİ SÜRÜCÜSÜ QƏTLƏ YETİRİLDİ
|
Keçirilən əməliyyat tədbirləri nəticəsində mərhumun taksi kimi idarə etdiyi “Azsamad” markalı, 90 AC 578 dövlət nömrə nişanlı avtomobil isə Biləcəri şossesində aşkarlanıb. İlkin versiyaya görə, A. Nəsirov tamah məqsədilə qətlə yetirilib. Hadisəni törədən şəxs isə izi azdırmaq üçün avtomobili Biləcəri şossesində buraxaraq qaçıb. Hazırda rayon Polis İdarəsinin əməkdaşları qətl hadisəsini törədənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Dekabrın 17-də, saat 17.35 radələrində isə Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində kənd sakini Ədalət Mövsümov bıçaq yarası ilə xəstəxanaya aparılarkən yolda ölüb (DİN). Ağcabədi rayon PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Mövsümovu sərxoş halda münaqişə zəminində qətlə yetirmiş həmkəndlisi Rafiq Cəlilov tutulub. TAKSİ SÜRÜCÜSÜNÜ QARƏT EDƏN QADIN HƏBS EDİLDİBakıda soyğunçuluqla məşğul olan iki nəfər saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a bildirilib ki, bu il dekabrın 12-də, saat 02:00 radələrində Mərdəkan qəsəbəsində 25-30 yaşlarında qadın və kişi Qres qəsəbə sakini, 1980-ci il təvəllüdlü Muradov Rahim Murad oğlunun idarə etdiyi “Opel” markalı, 90-VZ-752 dövlət nömrə nişanlı maşına əyləşərək, Şağan qəsəbəsinə sürdürüb. Qəsəbənin yaxınlığında arxada oturan qadın bıçaqla sürücüyə hədə-qorxu gəlib, onun 30 manatını və mobil telefonunu alıblar. Əzizbəyov rayon Pİ 1-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Muradova qarşı quldurluq etmiş 1962-ci il təvəllüdlü Abbasov Etibar Paşa oğlu və 1973-cü il təvəllüdlü İbrahimova Sevil Böyükağa qızı tutulublar.
|
44,619 |
19.12.2008 09:47
|
Ölkə
|
OMBUDSMAN ELÇİN ƏMİRASLANOVUN TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT İSTƏDİ
|
O, həbsxana rəhbərliyinin qərəzli münasibətinə və oradakı saxlanma şəraitinə etiraz olaraq, bir neçə dəfə uzunmüddətli aclıq aksiyası keçirdiyini bildirib, aclıq nəticəsində səhhətində yaranmış problemlərlə bağlı müalicə müəssisəsinə köçürüldüyünü, burada aclıq aksiyasını dayandırdığını, bir müddət müalicə olunaraq səhhəti bərpa edildikdən sonra həbsxanaya qaytarıldığını söyləyib.Məhkum həbsxanada əvvəllər saxlanıldığı və öz hesabına təmir etdirdiyi kameraya yox, əvvəllər cərimə otağı kimi nəzərdə tutulmuş və hazırda saxlama kamerası kimi istifadə edilən, lakin standartlara uyğun olmayan kameraya yerləşdirildiyini, həbsxananın rəisi Kazım Abdullayev tərəfindən bunların qəsdən edildiyini bildirib. O, bir neçə dəfə həbsxana əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qaldığını, döyüldüyünü deyib.Məhkum bunlara etiraz olaraq, 28 noyabr 2008-ci il tarixdə aclıq aksiyasına başladığını və 8 dekabrda təkrarən müalicə müəssisəsinə köçürüldüyünü, hazırda müalicə aldığını, həbsxanaya yenidən qaytarılacağı təqdirdə həyatının təhlükə qarşısında olduğunu qeyd edib.Ombudsman göstərilənləri nəzərə alaraq, E. Əmiraslanovun təhlükəsizliyinin təmin olunmasına və onun əvvəllər saxlanıldığı kameraya köçürülməsinə göstəriş verilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib.
|
44,620 |
19.12.2008 09:47
|
Kriminal
|
TOYDA 3 NƏFƏR BIÇAQLANDI
|
Həmin gün saat 18.50 radələrində isə Yasamal rayonundakı İnşaatçılar prospektindəki “AzMAN” şirkətində, orada işləyən Bakı şəhər sakini 21 yaşlı Anar Abdullayev sərxoş halda münaqişə zəminində iş yoldaşı 32 yaşlı Aydın Məmmədova bıçaqla xəsarət yetirib. Yasamal rayon Polis İdarəsi 27-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Abdullayev tutulub. SUMQAYITDA 11-ci SİNİF ŞAGİRDİ ÖZÜNÜ ASDISumqayıt şəhərində 11-ci sinif şagirdi intihar edib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhərin H. Cavid küçəsində kirayənişin olan Qubadlı rayonundan məcburi köçkün, 1991-ci il təvəllüdlü Vəzir Cənnət oğlu Həsənov özünü yaşadığı evin tavanından elektrik naqili ilə asıb.Yeniyetmənin intihar etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
|
44,621 |
19.12.2008 08:48
|
Ölkə
|
“ƏBU BƏKR” AÇILACAQ, YOXSA YOX?
|
H.Orucovun sözlərinə görə, hazırda məsciddə baş vermiş terror aktı ilə əlaqədar istintaq gedir: “Məscidin ibadətə açılıb-açılmayacağı məhkəmənin qərarından asılıdır. Biz öz münasibətimizi bundan sonra bildirəcəyik”.
|
44,622 |
19.12.2008 09:50
|
Dünya
|
10 MİLYON DOLLARLIQ AYAQQABI MƏHV EDİLİB
|
Biz onlardan həmin əşyaları istədik, ayaqqabılar istisna olmaqla, qalan əşyalar hazırda qaytarılıb və bizdədir. Ayaqqabılar isə diqqətlə analiz edildikdən sonra məhv edilib” - deyə müstəntiq bildirib. Xəbər verildiyi kimi, Buşa ayaqqabı atandan sonra ərəb dünyasında qəhrəmana çevrilən əz-Zeydinin ayaqqabıları üçün rekord qiymət təklif edilirdi. Səudiyyə Ərəbistanından olan iş adamı Buşa atılan ayaqqabılar üçün 10 milyon dollar təklif etmişdi.İraq hüquq-mühafizə orqanları hesab edir ki, ayaqqabıların məhv edilməsi jurnalistin günahının sübut edilməsi üçün çətinlik törətməyəcək. Çünki bu hadisə videolentə alınıb və heç bir şübhə altına alına bilməz. əz-Zeydiyə qarşı rəsmi ittiham hələ irəli sürülməyib. Onun xarici ökə başçısının həyatına sui-qəsd ittihamı ilə üzləşəcəyi və 15 ilədək həbs cəzası ala biləcəyi deyilir. İraqda 200-dən çox vəkil məhkəmədə əz-Zeydinin hüquqlarını müdafiə etməyə hazır olduğunu açıqlayıb. Suriya, Livan və digər ərəb ölkələrində onun azad edilməsi üçün aksiyalar keçirilib. İraq parlamentində isə əz-Zeydinin işi ilə bağlı müzakirələr qalmaqala səbəb olub və deputatlar əlbəyaxa dalaşıblar. Parlament spikeri Mahmud əl-Məşhədani buna etiraz edərək istefa verib. O deyib ki, belə parlamentə başçılıq etməyi özünə sığışdırmır.
|
44,623 |
19.12.2008 09:51
|
Ölkə
|
BUŞA ATILAN ÇƏKMƏ VƏ ETİMADIN PROTEZİ
|
Əslində siyasi proseslərdə çəkmə və ya ayaqqabı “prinsipi”nə çox misal göstərmək olar. Məsələn, keçmiş SSRİ-nin baş katibi Nikita Xruşşov BMT-nin iclaslarının birində ayaqqabılarını çıxarıb tribunaya döyəcləmişdi. Sərt üzünü isə ABŞ nümayəndə heyətinə tərəf çevirərək elə beləcə də demişdi: “Biz sizə göstərərik”.Elə çox uzaq yox, çağdaş Azərbaycan tarixində də bir çəkmə və ya ayaqqabı hadisəsi baş verib. Söhbət 2003-cü il hadisələri ilə bağlı həbs edilən liderlərin məhkəməsindən gedir. Aldığımız məlumata görə, bir qədər əvvəl hakimlikdən uzaqlaşdırılmış Mənsur İbayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində ədalətsizlik o həddə çatıbmış ki, liderlər əsəblərini cilovlaya bilməyiblər. Məhkəmə iclaslarından birində ədalətsizliyə dözməyən liderlər ayaqqabılarını hakimə tərəf tolazlayıblar. Həmin vaxt müttəhimlər kürsüsündə olan Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov isə protezini hakimə tərəf tullayıb...
|
44,624 |
19.12.2008 09:32
|
Dünya
|
OBAMA MÜXALİFƏT NÜMAYƏNDƏSİNİ NAZİR TƏYİN ETDİ
|
63 yaşlı Lahud 1995-ci ildən İllinoys ştatından konqresmendir. Gələn ilin əvvəlindən onun səlahiyyət müddəti başa çatır. Lahud əslən Livandan olan mühacir ailəsindəndir və karyerası boyu siyasi mərkəzçi kimi tanınıb. Vaxtilə o, Bill Klintona qarşı impiçment proseduruna başçılıq etməklə məşhurlaşıb. ABŞ-da nəqliyyat naziri avtomobil və dəmir yollarına , habelə hava nəqliyyatına nəzarət edir. Obama səlahiyyətlərinin icrasına başladıqdan sonra nəqliyyat infrastrukturlarının tikintisinə böyük həcmdə investisiya yatırmaq niyyətindədir.
|
44,625 |
19.12.2008 09:59
|
Dünya
|
AVTOMOBİL NƏHƏNGLƏRİ İSTEHSALI DAYANDIRDI
|
Məlumatlara görə, Avropanın avtomobil şirkətləri də çətin günlərini yaşayır. Artıq bir neçə Avropa ölkəsində avtomobil zavodları alıcıların azalması ilə bağlanıb. On minlərlə adam məcburi məzuniyyətə göndərilib. ABŞ-da isə “General Motors” və “Cheysler” şirkətləri ciddi vəsait çatışmazlığı ilə üzləşərək iflas olmaq təhlükəsi qarşısındadır. Xəbər verildiyi kimi, bu şirkətlərə dövlətdən 14 milyard dollarlıq kredit ayrılması ilə bağlı təklifi Senat təsdiqləməyib. “General Motors” elan edib ki, yaxın həftələrdə müflis ola bilər. Xəbərlərə görə, hazırda hər iki şirkət birləşmək haqda danışıqlar aparır. Əgər bu birləşmə baş versə, o zaman hökumətdən kredit almaq üçün yeni ümidlər yarana bilər. Ekspertlərə görə, şirkətlər iflas olsa, bu, yüz minlərlə adamın işsiz qalması deməkdir.
|
44,626 |
19.12.2008 09:59
|
Güney hadisələri
|
“BOZ QURD” İŞARƏSİ GÖSTƏRMƏYƏ GÖRƏ 5 İL SÜRGÜN
|
Xəbərə görə, məhkəmə Ə.Əkbərzadəni pantürkçülükdə, milli fəal tələbələrin toplantılarına qatılmaqda, milli rəqs altında rəqs edərkən əli ilə “boz qurd” işarəsi göstərməkdə ittiham edib. Mənbənin məlumatına görə, Ə.Əkbərzadə vəkilsiz mühakimə edilib, valideynləri belə məhkəmə prosesinə buraxılmayıb. Eyni zamanda qaynaq 2006-cı ilin mayında türklüyə qarşı təhqirlərə cavab olaraq keçirilən etiraz aksiyalarında Ə.Əkbərzadənin fəal iştirak etdiyini və 15 günlük həbsə məruz qaldığını xatırladır.Xəbərdə deyilir ki, Ə.Əkbərzadə Əfqanıstanla sərhəd Zahidan qəsəbəsinə sürgün edilib, Ərdəbil şəhərilə həmin qəsəbə arasında 30 saatlıq məsafə var. Son olaraq, xəbərdə rəsmi Tehranın bu addımı onun Güney Azərbaycan türklərinə qarşı nifrəti kimi dəyərləndirilir.
|
44,627 |
19.12.2008 09:58
|
Yazarlar
|
“XALQLA MƏZƏLƏNMƏK DÖVLƏT PROQRAMI”
|
Sonra da deyəcəm ki, dünyanın bu çağında - XXI əsrdə belə ideyanı ortaya atmağın qısa adı camaatı dolamaq, böyük demokrat Hikmət Hacızadəni qıdıqlayıb gülməkdən uğunmağa məcbur etməkdir. Konstitusiyanın 101-ci maddəsini dəyişib ölkə başçısının iki dəfədən artıq, yəni əslində ömürlük prezident olmasına yol açmağa çalışmaq siyasi kələkbazlıqdır. Müdrik və dözümlü, bir az da uzaqgörən camaata nömrə gəlməkdir. Demokratiyanın üzünə tüpürməkdir. Qərbin demokratik dəyərlərinə qoşa şıllaq, AŞ PA-ya buynuz atmaqdır. ATƏT-in üzünü cırmaqlamaqdır və s. və i.a.Yox, sən öl, əsla belə fikirləşmirəm. Elə buna görə də heç vaxt demərəm ki, YAP özünün ömürlük padşah arzuları ilə çoxu savadsız və avam, bir dəstəsi yaltaq və müti, bəlli bir hissəsi də rüşvətxor olan camaatımızı qorxudur. Ya da onu əzmə-büzmə siyasi cümlələrlə fırladıb ələ salır. Əsla belə ola bilməz. Mübariz Qurbanlıgil heç vaxt belə eləməz, camaatla açıq-aşkar məzələnməz. Elə bilirsən qorxurlar? Əşşi, yox e, başqa şeyə görə. Fikirləşirlər ki, birdən camaat da bunlarla məzələnməyə başlayar, məmləkəti laqqırtı, şit zarafat bürüyər, bizi - regionun lider ölkəsini dünyada ciddi qəbul etməzlər. Mağıl indi ad-sanımız var. Görmürsənmi, oğlum, elmin, təhsilin, demokratiyanın, insan hüquq və azadlıqlarının səviyyəsinə görə o boyda Afrikanın qabaqcıl ölkələri ilə eyni sıradayıq.Nə isə, gəl mövzumuza keçək. Bu gün sənə ayrı şeydən danışacaqdım, lənət şeytana, özünü təklifqarışıq ortaya soxdu. Mövzumuzu başlıqda yazmışam - “Xalqla məzələnmək Dövlət Proqramı”. İndi bu mövzuda imla yazmağa başlayırıq. Mən deyim, sən də Misir Mərdanovun diribaş biznesmenlərinin üstünə qırmızı şar, at-zad şəkli çəkib iş dəftəri adı ilə məktəbdə 4 manatdan sırıdığı adi şagird dəftərini aç və yaz:“Ölkəmiz çox gözəldir. Həm də enerji lideridir, pulludur. Burada hamı kasıb olsa da dözümlüdür, müdrikdir, həm də uzaqgörəndir deyə şad-xürrəm yaşayır. Yeyib doyandan sonra süfrə başındaca YAP-a, Bakı-Ceyhan əsas və Bakı-Novorossiysk elə-belə ixrac neft kəmərlərinə dua edir, uğurlu daxili və xarici siyasətimizə salavat çevirib yatır. Hamı yuxuda bağ-bağatlı, təmiz, abad yerlərdə yaşadığını, varlı olduğunu görür. Əmi-dayılar səhər tezdən durub göydələnlərin xətrinə kəsilmiş iri ağacların böyrü ilə işə gedir. Dədə-babalar isə pensiyasını almaq ümidi ilə alaqaranlıqdan bankomatların qabağına yığışır. Amma hamısı axşam evə dilxor qayıdır. Deyinirlər, söyürlər, deyirlər ki, bu hökumət bizi iki aydır ələ salır, maaş-pensiyamızı vermir.Sonra da oturub buna izah verir, dünya birjalarından, Obamanın neft söhbətini hərləməyəcəyindən, adambaşına 478 dollar xarici borcumuzdan, Ziya Məmmədovun pulları ilə yollarından danışırlar. Gələnilki pensiyalar haqqında nəsə qara-qura şeylər danışan Səlim Müslümovun sözlərini, bir də qaz, su, işıq idarələrindən 41-45 davasındakı kimi selləmə gələn “qara kağız”ları yada salıb qaşqabaqlarını tökürlər. Sonra “Əşi, neft pulları cəhənnəmə batsın” deyib çörəklərini yeyirlər. Yeyib doyandan sonra Bakı-Ceyhana və “Şahdəniz”ə təzədən dua edib yatırlar. Yuxuda qlobal böhranın ölkəmizi pis günə salmasını, gələn il vəziyyətin lap pis olacağını görür, qorxudan dik atılır, durub su içir, salavat çevirib təzədən yatırlar.Tezdən durub məktəbli uşaqlarına 2 manat süpürgəpulu verməyə can çəkən atalar yenə söyə-söyə işə gedir. Axşam gəlib yenə söyür, deyirlər ki, bala, müəllimə de, qlobal böhrandır, maaşlar 3-4 ay gecikə bilər. Sonra hirsnən oturub AzTV-yə baxırlar. Orada yaxşı söhbətlər olur. Deyirlər, xalq yağ içində böyrək kimi üzür. Dalınca da MM-i göstərirlər. Əli Əhmədov orada deyir ki, biz istəyirik xalq həmişə, ömürlük belə üzsün.Adamlar sonra yatmaq istəyir ki, sübhdən yenə maaş dalınca evdən çıxsınlar. Amma gözlərinə yuxu getmir. Ac adam nə təhər yatsın?!"
|
44,628 |
19.12.2008 09:00
|
Yazarlar
|
HƏRƏNİN BİR “İSMAYIL”ı VAR?
|
“Sən necə, öz İsmayılını qurban verməyə hazırsanmı?” kimi bir vücudi sualla formulə edilmiş bir tezis. Hər bir insanın həyatında öz “İsmayıl”ı var. Bu, hər hansı bir nəfsani xislət də ola bilər, gözəl bir nemət də. Nəfsani xislət insanın kamilləşməsinin qarşısını alan ünsür kimi onun tərəfindən “qurban verildikdə”, insan kamilləşməyə doğru bir addım atmış olur. Bu, zahirən bəlkə də o qədər çətin şey deyil. Əqlani yanaşmaya üstünlük verən insan asanlıqla anlayır ki, filan xüsusiyyət və ya vərdiş mənfi səciyyə daşıyır və o, bundan təhlillə, sonra əzm və özününəzarətlə yaxa qurtara bilir.Amma elə ola bilər ki, insanın hansısa vərdişi, xasiyyəti, öyrəşdiyi bir şey ona o qədər əziz olur ki, onu həqiqətdə öz övladından əziz tutur. Müəyyən nəsnə insan üçün ən əziz, ən mərkəzi bir şey ola bilər. Və bu, onun ruhi tərəqqisini buxovlayan bir zəncir rolunu oynaya bilər. Və daha yüksək amal uğrunda, daha kamil mərhələ, daha üstün mənəvi məqam yolunda insan öz “İsmayıl”ını qurban verməyi bacarmalıdır. Hər bir insan öz “İsmayıl”ını tanımalı və öz İlahi missiyası yolunda bu qurbanı verməyə mənən, ruhən hazır olmalıdır. Sən öz “İsmayıl”ını qurban verməyə hazırsanmı? Hərənin bir “İsmayıl”ı var. Əziz bildiyi, özündən ayrılmaz saydığı bir “İsmayıl”ı. Maddi, psixoloji, mənəvi yükü ola bilər bu “İsmayıl”ın. Müxtəlif məfhumlar ehtiva oluna bilər hərənin “İsmayıl”ında. Amma hər bir halda hər insanın “İsmayıl”ı ona ən əziz, ən yaxın, ən mühüm bir obyektdir. Kimin üçünsə övladdır, kimin üçünsə evdir, yaxud maşındır, vəzifədir, puldur. Və əslində Həzrət İbrahimin (ə) bizə verdiyi ən böyük dərs, “İsmayıl qurbanlığı” hadisəsindən götürüləsi ən vacib örnək özü üçün əziz olanı Allah yolunda, ən ulu, ən nəcib, ən böyük amallar uğrunda qurban vermək hazırlığıdır. İsmayıl ünvanını simvollaşdırsaq, insan məqamını, pulunu, var-dövlətini, “nəsli-nəcabət üstünlüyü”nü onun üzərində dominantlıq təşkil etməsinə, bütə çevrilməsinə imkan verməməlidir.Həyatda elə olur ki, birisi ideya uğrunda, yüksək amal uğrunda hər şeyindən keçmək iddiasındadır, amma real qurbanlığa yetişəndə heç adi rahatlığından da keçməyə razı olmur. Digəri çətinliyə getməyə hazırdır, amma vəzifəsini itirmək təhlükəsi reallaşanda, süstlük edir. Və digərləri də başqa qiymətli hesab etdiklərini itirmək qorxusu ilə üz-üzə qalanda geri çəkilməyə üstünlük verir, mövqelərindən dönürlər. Amma Həzrət İbrahimin (ə) nümunəsi - ən əziz bir şeyini belə həqiqi amallar yolunda qurban vermək hazırlığı və bunu ixlasla, səmimiliklə etməsi hər zamanlar üçün diri və təravətli qalan bir qurbanvermə məktəbidir.Təbii ki, Uca Allahın insanların bu qurbanlarına nə bir tələbatı, nə də bir ehtiyacı var. Bu, əslində insanın öz yüksəlişi, kamilliyi, müəyyənliyi üçün zəruri olan bir imtahandır. İnsanın bacarığı nə qədərdir, nə həddədir - bu sualın cavabını vermək üçün bir sınaqdır bu. İnsanın yetkinliyinə xidmət edən bir məktəbdir bu.Tarixdə, o cümlədən İslam tarixində yer alan faciələr İlahi yoldan sapmaların nəticəsidir, bu da öz növbəsində insanların öz “İsmayıl”larını qurban verə bilməməklərinin, özlərini acizliyə, məzlumluğa məhkum etmələrinin nəticəsidir. Sədri-İslam dövründən, Həzrət Peyğəmbərdən (s) sonra yer alan fitnələr də məhz birilərinin məqamdan, vəzifə hərisliyindən, cahiliyyə dövrünə xas adətlərindən, tayfa təəssübündən keçə bilməməsinin acı nəticəsi idi. Peyğəmbərimizin (s) İlahi vəsiyyətini, Qədir-Xumda verdiyi tapşırıq və tövsiyələri “unutmağın” verdiyi nəticələr o qədər acı oldu ki, ümmət bu günədək bunun altını çəkir. Qədir-Xumun dərsləri Qədir-Xum mövzusuna toxunduqda ilk öncə onu qeyd etmək lazımdır ki, bu böyük tarixin mahiyyətinə varmadan onun taleyüklü əhəmiyyətini dərk etmək mümkün deyil. Məsələ tək onda deyil ki, Həzrət Peyğəmbər (s) vida həccindən sonra Qədir-Xum adlı məkanda 100 mindən artıq müsəlmanın önündə İmam Əlinin (ə) özündən sonra vəsi və İlahi canişin olması barədə çatdırışını ümmətə bəyan etdi. Əlbəttə, bu, öz-özlüyündə böyük və əlamətdar hadisədir. Amma məsələ təkcə bununla bitmir. Məsələ ondadır ki, dəyərlər, aliliklər, təqva, bütün işlərdə ilahilik tək Həzrət Peyğəmbər (s) dönəminə aid göndəriş, bu dönəmlə məhdudlaşan məsələ deyildi. İslam yalnız bu dönəm üçün göndərilməmişdi. Rəsuli-Əkrəmdən (s) sonra da bu mübarəkliyin, nuraniyyətin davamlılığını təmin etmək lazım idi. Necə təmin etmək olar bu nuraniliyi? Şərtlərin, qaydaların təmin olunması ilə. Dəyərləri əmələn yaşatmaqla.Peyğəmbərimiz (s) Qədir-Xumda əslində bir formul verir: ümmət ona nə qədər riayət edəcəksə, bu nuraniyyətə də, bu izzətə də sahib çıxacaq. Yəni bu dəyərlərin yaşadılması o dəyərləri yaşadan qaydaları, şərtləri təmin edəcək nurlu simanın ardınca getməkdən asılıdır. Və bu getmək də hər insanın iradəvi seçimindən asılı olan məsələdir. Allah-təala cəmi insanlara seçimi hər zaman düzgün etmək tofiqatını nəsib etsin! Texniki inkişaf və mənəvi tənəzzül Dəyərlər və düzgün seçim mövzusu mücərrəd məsələlər deyil. Bu dəyərləri unutmaq və onlara etinasız yanaşmaq cəmiyyətdə mənəvi aşınmalara, fəsadlara gətirib çıxarır. Toplumun nuraniyyətini, toplumun dəyərliliyini təmin edən institutlar zəifləyir, aradan getmək təhlükəsi ilə üzləşir. Bu sırada ailə institutu xüsusilə qeyd edilməlidir. Son dövrlərdə bu problem ətrafında xüsusilə həyəcan təbili çalınmağa başlanıb. Çünki statistik rəqəmlər bu sahədə vəziyyətin fəlakət həddinə çatmasından xəbər verir. Dünya bu barədə düşünməyə başlayıb. Əgər 10 il əvvəl hər üçüncü ailə dağılırdısa, son rəqəmlər onu göstərir ki, bu rəqəm artıq 1,5 dəfə artıb. Sanki dünyanın texnoloji inkişafı, qloballaşma prosesi öz müsbət cəhətlərini verməklə yanaşı mənfiliklər və fəsadlar da daha geniş vüsət alır.Texnoloji inkişaf prosesi nə qədər sürətlə gedirsə, bunun müqabilində paralel olaraq mənəvi inkişaf da artmırsa, bu, çox ciddi fəsadlara gətirib çıxarır. İnsanlar tənhalaşır, robotlaşır, praktiki olaraq texniki varlıqlara çevrilməyə başlayır. Ünsiyyət azalır, ünsiyyətlər virtuallaşır. Texniki inkişaf özündə nə qədər yaxşı cəhətləri daşısa, insanların bir-birinə yadlaşmasına gətirib çıxarsa, bu, çox pis tendensiyadır. Təsəvvür edək ki, insanın ünsiyyət üçün gündə cəmi bir neçə saatı var. Bu bir neçə saatı da kompyuterə və ya televizora həsr edəndə təbii ki, ünsiyyət olmayacaq. Bu o qədər ciddi məsələdir ki, hətta bəzi insanlara texniki inkişafın zərəri barədə danışmağa əsas verir. Halbuki texniki inkişaf özlüyündə qətiyyən zərərli ola bilməz. Zərərli odur ki, insanlar maddi-texniki inkişafla yanaşı öz mənəvi inkişaflarına əhəmiyyət vermir.Məsələni aydınlaşdırmaq üçün belə bir müqayisəyə müraciət etmək olar ki, bir insan nə qədər çox problemlə rastlaşırsa, bunları həll etmək imkanı bir o qədər azalır. Günah şəraiti ilə nə qədər az rastlaşırsa, günaha mürtəkib olmaq təhlükəsi də bir o qədər məhdud olur. Günahın artdığı şəraitdə insanın üzərinə daha diqqətli olmaq vəzifəsi gəlir. Simvolik yanaşsaq, bunu bədənin immun sistemi ilə müqayisə etmək olar. Cüzi nasazlığı dəf etmək nə qədər asandırsa, ciddi xəstəliyi müalicə etmək bir o qədər güclü səy və mobilizasiya tələb edir. Bu halda immun sisteminin adi vəziyyəti ilə kifayətlənmək olmur. İmmun sistemini dəfələrlə gücləndirmək tələb olunur. Ailələr niyə dağılır? Deyilən məqam həyatın hər bir sahəsinə aiddir: istər fərdi, istər ailədaxili, istər insanlararası rəftara, istər səhhət, istər iqtisadi, istərsə də ictimai məsələlərə aiddir. Vəziyyət dəyişdikcə insanın bu və ya digər məsələyə diqqəti də müvafiq surətdə dəyişməlidir. Elə təkcə ailə qurduqda insan gərək diqqətini qat-qat artırsın: həm özü ilə məşğul olsun, həm də ailə üzvlərinə diqqət yetirsin, qayğı göstərsin. İnsanın vəzifəsi yüksəldikcə onun özü ilə məşğul olmaq durumu da güclənməlidir - əgər əvvəl özünə cavab verirdisə, indi ailədə olanların məsuliyyəti də onun üzərinə düşür. Dəyişən vəziyyət istər maliyyə durumunun, istər ictimai, istər sosial, istər yaş, istər də digər amillərin dəyişməsi insanın üzərinə düşən mənəvi yükü də korrektə etmək vəzifəsini əmələ gətirir.Ailələrin dağılması mövzusuna qayıtsaq, göstərilənlərin nə dərəcədə mühüm olduğunu bir daha görərik. Rəqəmlərə diqqət yetirək. Boşanmaların 40 faizi evlənmənin birinci 4 ilində baş verir. Boşanmaların ümumi sayının 2/3 hissəsi isə ilk 9 ildə yer alır. Bunlar fikirləşməyə vadar edən rəqəmlərdir.Bu rəqəmlərlə bağlı maraqlı təhlillər var. Boşanmaların 42 faizi ailə quranların psixoloji və praktiki hazırsızlığı ucbatından baş verir. Boşanmaların 23-31 faiz arası isə içki və narkotik kimi asılılıqların nəticəsində baş verir. Acı da olsa, o da qeyd edilməlidir ki, boşanmaların 12-15 faizi xəyanət kimi alçaq və rəzil hərəkət üzündən baş verir. Və ən təəccüblüsü budur ki, barəsində geniş danışılan və çox vaxt əsas səbəbkar kimi göstərilən məişət problemləri boşanmaların cəmi 3 faizinin səbəbidir. Gördüyümüz kimi, məsələnin qeyri-maddi tərəfi, yəni psixoloji xarakterli problemlər boşanmaların mütləq əksəriyyətinin səbəbidir.Uşaqların boşanmalara münasibətinə gəldikdə isə burada vəziyyət çox acınacaqlıdır. Uşaqların 90 faizi boşanma xəbərini eşidəndə qısamüddətli şok keçirir. Ümumi sayın 50 faizi özünü atılmış və qovulmuş kimi hiss edir. Uşaqların 30 faizindən çoxu qorxu keçirir ki, ikinci valideyn də onu atacaq.Gördüyümüz kimi, problem çox böyükdür. Və cəmiyyət - istər dövlət qurumları, istər mətbuat, istərsə də QHT-lər, pedaqoqlar, mütəxəssislər səyləri birləşdirib bu problemin üzərinə getməsə, onlar öz-özünə həll olunası deyil. Bunun anlamı nə qədər tez gəlsə və nə qədər geniş müzakirə olunsa, insan faciələrinin yaşanmasının qarşısını almaq da bir o qədər effektiv olar. İslamın boşanmaya münasibəti İnancımıza gəldikdə isə onun boşanmaya münasibəti o qədər pisdir ki, istənilən ağlı başında olan insan bu addımı atmamışdan öncə 100 dəfə tərəddüd edər. İslam dini boşanma institutunu qəbul edir, amma bunu bir istisna hal kimi təqdim edir və adi halda boşanmaya son dərəcə pis münasibət təzahür etdirir. Böyük İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə Uca Yaradanın boşanmaya nə qədər nifrət etməsi göstərilir: “Allahın halalları (yol verilənləri) arasında təlaqdan (boşanmadan) daha nifrət olunası yoxdur”.Yəni boşanma icazə verilənlər arasında ən pislənən işdir. Buna icazə verilməsinin səbəbi də ayrı bir mövzudur - istisna hallar mübarək dinimiz tərəfindən həmişə nəzərə alınır. İslam hər zamanın və hər şəraitin dinidir.Digər hədisdə Rəsuli-Əkrəm (s) ailə münasibətlərinə qeyri-ciddi münasibət bəsləyən, müqabil tərəfə hörmət etməyən, boşanma üçün bəhanə axtaran insanlara İlahi qəzəbin şamil olunması barədə xəbərdarlıq edir: “Allah-təala sevmir o kişiləri ki, qadını öz oyuncağı və o qadınları ki, kişini öz oyuncağı qərar verirlər və təlaq fürsəti ardıncadırlar”.Həmin mövzu İmam Muhəmməd Baqirdən (ə) nəql olunan hədisdə də vurğulanır: “Həqiqətən Allah-təala hər təlaq verənin düşmənidir ki, təlaqın çoxluğu ilə qadını oyuncaq və ya kişini oyuncaq qərar verib”.İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: “Allah-Təala sevir o evi ki, orada toydur və düşməndir o evlə ki, orada təlaq baş tutur”.Böyük İslam Peyğəmbərindən (s) nəql edilən digər hədisdə boşanmanın, ailədaxili söz-söhbətin, münasibətlərin soyumasının əsas səbəblərindən olan “zövqlərin dəyişməsi” amili ilə spekulyasiya qətiyyətlə pislənir: “Allah-Təala daim öz zövqünü dəyişən kişi və qadınları düşmən bilər, Öz rəhmətindən uzaqlaşdırar”.Bəzi insanlar özlərini aldadaraq “yeni hisslər”, “yeni duyğular” axtarışları adı altında özünü mənəvi məhvə sürükləyir, ailəni dağılmaq təhlükəsi ilə üz-üzə qoyur. Dinimiz belələrini ayıldır, onların zillətdə olmalarını özlərinin də, digər insanların da diqqətinə çatdırır.Gördüyümüz kimi, mübarək dinimiz boşanmanı böyük bədbəxtlik sayır, insan üçün faciəvi duruma gətirən, Rəbbinin nifrət etməsinə qədər bir duruma alçalmağa səbəb olan amil kimi vurğulayır. Kamillik yolunu seçən hər bir insan həm fərdən bu ictimai mərəzə qarşı mübarizə aparmalı, həm də bacardığı səviyyədə cəmiyyətdə maarifləndirmə işi həyata keçirməlidir. Və burada ən yaxşı istiqamətverici təqvadır. Özünü Allah dərgahında hesab edən insan heç zaman Yaradanı qəzəbləndirən işə qol qoymaz.Allahım! Sən özün bütün insanlara buyurduğun işlərə sahib çıxmaq tofiqini inayət et! İlahi, ümmətin müşküllərini həll et, xəstələrə şəfa inayət et! 12-ci imam Həzrət Mehdi Sahib-əz-Zamanın zühurunu tezləşdir! Amin! Hacı İlqar İBRAHİMOĞLU
|
44,629 |
19.12.2008 08:04
|
İdman
|
“ƏGƏR QİSMƏTDİRSƏ, AZƏRBAYCANDA İŞLƏYƏRƏM”
|
- Fatih xoca, Sizin fikirləriniz Azərbaycanda həmişə maraqla qarşılanıb. Azərbaycan futbolu bu gün Avropada çox geridə qalır. Bizim Türkiyə futbolunun heç olmasa 50 faizinə çatmağımız üçün nə məsləhət görərdiniz? - Bu yaxınlarda yaxşı bir xəbər aldım ki, mənim “Qalatasaray”da uzun illər çalışdığım dostum Əli Yavaş Azərbaycanın “Qəbələ” klubu ilə anlaşıb və orada Futbol Akademiyasının rəhbəri kimi çalışacaq. Deməli, azərbaycanlı qardaşlarımız da nəhayət, bizim təcrübəmizdən istifadə etməyə qərar verdi. Son 15 ildə Türkiyədə futbol çox böyük inkişaf yolu keçib. Bunda uşaq futboluna yatırılan sərmayənin böyük rolu olub. Artıq gənclərimizə daha geniş imkanlar açmışıq, onların erkən yaşlarda məşqçilərlə tanış olmasına, yaxşı futbol təhsili almasına şərait yaratmışıq. Türkiyə neçə ildir ki, Avropa futbolunu yaxından izlədiyi üçün bütün yenilikləri anında tətbiq edə bilir. Öz üzərində daha yaxşı çalışan gənc güclü olur, texniki və taktiki mənada yaxşı yetişir. 16-17 yaşına çatanda avropalı rəqibləri ilə qarşılaşır, onlardan bir futbolçu kimi əskik olmadığını sübut edir. Hətta daha yaxşı durumda, rəqibini yenə bilmək gücündə olduğunu görür. Bütün bunlar gənclərin psixoloji durumunun güclənməsinə, özünəinamının artmasına yol açır. Qısası, hər şeyə təməldən başlamaq lazımdır. Daha çox uşaq futboluna fikir versəniz, yaxşı şərtlərlə futbol oynatsanız, onları yaxşı yetişdirsəniz, onlar öz sözlərini deyə biləcək. Türk insanının potensialı kimsədən əskik deyil. Yetər ki, öz üzərində daha yaxşı çalışsın. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini yenicə qazanıb, ona görə də sizin futbolunuzun zamana ehtiyacı var. - Sizin baş məşqçi olduğunuz vaxtda Türkiyə millisi iki dəfə Azərbaycanla qarşılaşıb. Bizim komanda haqda fikirləriniz necədir? - Azərbaycanla oyunlardan sonra bu nəticəyə gəldim ki, sizin futbolçular güclü, sərt və mübarizdir. Hamısı son dərəcə faydalı idmançılardır. Ancaq texniki və taktiki baxımdan hələ Avropa səviyyəsində deyillər. Bunun da səbəbi çempionatın səviyyəsi ilə bağlıdır. Əgər daxildə oyunların keyfiyyəti, çempionatın səviyyəsi artsa, bu, təbii ki, milli komandaya da müsbət təsir edəcək. Bunun üçün həm də yaxşı stadionlara ehtiyac var. Texniki baxımdan hazırlıqlı, yaxşı ötürmələrlə oynayan komandaları önə çıxaran yaxşı meydanlardır, onlar oyunun səviyyəsini qaldırır. Şübhəsiz, bu zaman yaxşı yetişmiş gənclər məşqçilərin dəstəyi ilə daha keyfiyyətli oyun sərgiləyəcək. - Azərbaycan klublarının, milli komandamızın oyunlarını izləyirsinizmi? - Milli komandanızın matçlarını yaxından izləyə bilmirəm. Amma bilirəm ki, alınan nəticələr ölkənin futbolsevərlərini təmin etmir. - Bakını yaxından tanımaq imkanınız oldumu? Azərbaycanlı futbol tərəfdarlarını Türkiyə milli komandasına, türk klublarına və şəxsinizə olan maraqdan xəbəriniz varmı? Bunu ona görə soruşduq ki, bəzi ulduz türk futbolçularının və məşqçilərinin Azərbaycanın hətta bir türk dövləti olmasından xəbəri yoxdur. - Nə yazıq ki, Bakını gəzməyə və tanımağa fürsətim olmadı. Oyun üçün getdiyimizdən vaxtımız az idi. Məşq, toplantı, oyunu fikirləşəndə oteldən çıxmağa vaxt tapılmır. Bununla belə, o qısa zaman kəsiyində Azərbaycan xalqının mənə və futbolçularıma göstərdiyi məhəbbətdən məmnun qaldım. Bizi hər zaman yaxşı qarşılayan azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Zatən sonuncu Avropa çempionatının yarımfinalında oynayanda təkcə Türkiyənin yox, bizimlə eyni coğrafiyada yer alan bir çox millətlərin təmsilçisi olduğumuzu daha yaxşı anladıq. Qətərdən Özbəkistana, Bosniyadan Misirə qədər hər yerdən təbrik və dəstək mesajları aldıq. Bütün müsəlman qardaşlarımızın qəlbi bizimlə birgə döyünürdü. Təkcə onlar deyil, Rumıniya, Bolqarıstan, Yunanıstan kimi qonşularımız da Avropa çempionatında bizi dəstəklədi. Bu qədər insanı sevindirmək asan deyil. Amma futbolun belə şeyləri də var. Milyonlarla insana sevinc bəxş etdiyimiz üçün qürur duyuruq. - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Türkiyə milli komandası ilə İstanbulda yoldaşlıq görüşünün keçiriləcəyini, amma dəqiq tarixin müəyyənləşmədiyini bildirib. Bu oyunun nə zaman keçirilməsi sizin üçün daha uyğundur? - Bilirsiniz ki, artıq UEFA və FİFA-nın təqvimləri çox gərgindir. Klublar o qədər çox oyun keçirir ki, milli komandaların özəl matçlar oynamasına az vaxt qalır. 2010-cu ilə qədər bizim özəl matç təqvimimiz dolub. Amma ilk fürsəti tapan kimi azərbaycanlı qardaşlarımızı İstanbulda qəbul etməkdən mutluluq duyarıq. - Türkiyə klublarının azərbaycanlı futbolçuları transfer etməməsi nəylə əlaqədardır: bizim futbolçular Türkiyə çempionatının (superliqa, 1-ci liqa) tələblərinə cavab vermir, yoxsa klublarınızın Azərbaycan futbolçularının oyunlarını seyr etmək imkanları olmadı? - Bu sualı mənə yox, klub məşqçilərinə ünvanlasanız, daha doğru olardı. Türkiyəyə gələn, superliqa komandalarında oynayan bir neçə azərbaycanlı futbolçunu xatırlayıram, amma bu, yetərli deyil. İki ölkə arasında tarixi və mədəni bağlılığı düşünəndə Türkiyəyə daha çox azərbaycanlı futbolçunun gəlməsi lazımdır. Bunun üçün öncə azərbaycanlı oyunçuların özlərini yaxşı tərəfdən göstərməsi şərtdir. Sonra türk klubları Azərbaycan çempionatını yaxından izləyəcəklər. - Sizin üçün uyğun şərtlər olarsa, Azərbaycan milli komandasında və ya bizim klubların birində çalışarsınızmı? - Özünüz də bilirsiniz ki, futbolda hər an hər şey baş verir. Futbol sürprizlərlə dolu bir idman növüdür. Peşəkar həyat da belədir. Mən bu gün Türkiyə milli komandasının rəhbəriyəm, amma gələcəkdə harada olacağımı nəcə söyləyə bilərəm?! Əgər qismətdirsə, Azərbaycanda işləyərəm.
|
44,630 |
19.12.2008 08:08
|
İdman
|
MƏNSİMOV “XƏZƏR-LƏNKƏRAN”a 110 MİLYON DOLLAR XƏRCLƏYİB
|
“Xəzər-Lənkəran” həmişə çempionluğa oynayıb və yeni məşqçilər qrupunun qarşısında da bu vəzifə qoyulub. Ponomaryovun siyahısına daxil olan istənilən futbolçunu transfer etməyə hazırıq. Hər şeyə rəğmən Rasim Kara mənim yaxın dostumdur. Onunla söhbətimiz mütləq olacaq",- deyə Mənsimov bildirib. O, Oqtay Dərəlioğlu ilə çalışmağa hələlik ehtiyac duymadıqlarını da deyib.Müsahibədə Bakı “İnter”i ilə İtaliya “Milan”ı arasında əməkdaşlıqla bağlı yayılan xəbərləri şübhə altına alan Mənsimov maraqlı açıqlama verib: “Milan”ın sıravi işçisi Bakı “İnter”inin büdcəsi qədər maaş alırsa, hansı əməkdaşlıqdan söhbət gedə bilər? İtaliyanın öz inkişaf yolu var, bizim öz. Təəssüf ki, Azərbaycanda hələ də başa düşmək istəmirlər ki, futbol tamamilə ona qoyulmuş sərmayədən asılıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, burada söhbət təsadüfi, yaxud oğurlanmış pullardan yox, halal zəhmətlə qazanılmış pullardan gedir. Azərbaycan futbolunun öz inkişaf yolu var, bizim modelimiz heç vaxt ingilis, ispan, italyan və ya alman inkişaf modelinə bənzəməyəcək".Bununla belə Mənsimov “İnter”in tutduğu xətti doğru hesab edib: “Hər şeyə ifrastrukturdan başlamaq lazımdır. ”İnter"in bu yolda atdığı addımlar müsbət hal sayılmalıdır".Premyer-liqada 7 Bakı klubunun çıxış etdiyini söyləyən Mənsimov sponsorların bölgələrə yönəlməli olduğunu vurğulayıb: “Özüm Bakıda böyümüşəm və həyatım boyu ”Neftçi"dən başqa klub tanımamışam. Əsas güc regionlara yönəlməlidir. Sponsorları bölgələrə yönəltmək lazımdır. Paytaxta 2-3 klub da bəs edər".“Xəzər-Lənkəran”a 4 il ərzində 110 milyon dollar yatırdığını deyən Mənsimov gələcək hədəflərini də açıqlayıb: “Klubumuz cəmi 4 ildir fəaliyyət göstərir. Bu müddətdə sabit nəticələri olan klub hazırlamaq mümkün deyil. 4 ildə heç kimdən kömək almadan, rüşvət və oğurluq olmadan klub saxlayıram. Bu müddətdə komandaya 110 milyon dollardan çox pul yatırmışam. Ölkədə başqa belə birisi yoxdur. ABŞ da birdən-birə belə olmayıb. Hər şeyə vaxt lazımdır. Mənim arzum ”Xəzər-Lənkəran"ı Azərbaycanı beynəlxalq arenada ləyaqətlə təmsil edəcək tam peşəkar bir klub kimi görməkdir".Mənsimov AFFA-nın futbolun inkişafı üçün gördüyü işləri də təqdir edib: “AFFA-nın gördüyü işləri yalnız korlar görməyə bilər. Onlar işlərinin qulpundan möhkəm yapışıb və ölkə futbolunun inkişafı üçün doğrudan da böyük işlər görürlər”.
|
44,631 |
19.12.2008 09:09
|
Yazarlar
|
“TOMOQAVK” VƏ AYAQQABI
|
Ortada başqa paradokslar da var. “Tomoqavk” həmişə hədəfə dəyir, dəyməyəndə də boşa getmir, ən azı ətrafdakıların bağrını yarır, nə qədər dam-daş uçurur. ABŞ-a atılan ayaqqabı isə hədəfə dəymir, yan keçir. Buna baxmayaraq, ayaqqabı atanı yerə yıxıb budayır, sonra da tutub içəri qoyurlar, “Tomoqavk” atanlara isə bir söz deyən yoxdur. Nadir hallarda partizanlar birinin qırıcısını vurub yerə salırlar.Budur, deyilənə görə, ayaqqabı atıcısını, yəni jurnalist Müntəziri çox intizarda qoymayacaqlar, minimum 7, maksimum 15 il iş verəcəklər. Onu ağır cəza almaqdan qurtarsa, qurtarsa, bəlkə ayaqqabı atəşindən yayınmış Buşun özü qurtara. Yoxsa ərəblər bu məsələdə çox həssas və qətiyyətlidirlər, qonağa hörmətsizlik edib ölkəni başıaşağı qoyan şəxsi mütləq mələtməlidirlər. Hadisə baş verəndən sonra çoxları çox söz deyir. Buş özünü sındırmayıb deyir ki, guya jurnalist onun hesabına məşhurlaşmaq istəyib. Ərəb jurnalistləri də deyirlər ki, Müntəzir son illərdə bu qədər qan-qada, yetim-yesir görməsəydi, belə əsəbi olmazdı, Buşu görəndə qanı coşmazdı. Buşun dediyində həqiqət payı ola bilər. Çünki dünya üzərində Herostrat sindromuna yoluxmuş adamlar çoxdur. Onların əlində imkan olsa, gedib Misir ehramının altına mina qoyub partladar, Tac-Mahalı yerlə yeksan edərlər ki, adları məşhurlaşsın, tarixə düşsün. Amma jurnalist Müntəzirin belə başıxarablardan biri olması inandırıcı görünmür. Güman ki, həqiqət Müntəzirin həmkarları deyən kimidir. Müharibənin dəhşətləri yazığın əsəb sistemini zəiflədib, sinirlərini yuxaldıb.Yadıma 1990-cı ilin yanvarı, fevralı, martı və apreli düşür. Təsəvvür edin ki, həmin vaxtlardır, 20 Yanvar faciəsinin baş günahkarı Qorbaçov gəlib Bakıda mətbuat konfransı verir, Natiq Cavadlı, Əfqan Muxtarlı, Zabil Müqabiloğlu, Ağası Hun, Üzeyir Cəfərov və adını çəkmədiyim onlarla başqa həmkarım həmin brifinqdə iştirak edirlər. İnandırıram sizi, Qorbaçov “zdraste” deməyə imkan tapmamış ayaqqabı yağışının altında qalardı. Görün, neçə cüt ayaqqabı eləyir. Bunlardan yarısı Qorbaçova, türkün sözü, isabət etsəydi (güman ki, edərdi də - bizim uşaqlar çox tuşquldur), Qorbinin qaşqasındakı təpəl - Ermənistanın xəritəsinə oxşayan ləkədən 5-6-sı da əmələ gələrdi. Dediyim odur ki, o vaxt o mürtəd insana nifrət bu qədər böyük idi. Hətta indinin özündə də Qorbaçov bu ölkəyə gəlsə, söyülməmiş, döyülməmiş gedə bilməz. Çünki ortada qan söhbəti var. Bunu bildiyindədir ki, o, 20 ildir bu tərəflərə üzükmür. Hamı Buş kimi cəsarətli (və ya məsuliyyətsiz) deyil ki, İraqdan vurub Əfqanıstandan çıxsın. Zalım oğlu! Bilirsən ki, əfqanlar və ərəblər gecə-gündüz ağızlarını göyə tutub elə hiddətlə “Buuuuş” deyirlər ki, göydə quşlar qanad salır, sənin orda nə işin var, üstünə qaloş da atsınlar.Bununla belə, dəfələrlə göstərilən videokadrdan görünür ki, Buşun refleksləri qeyd-şərtsiz yerindədir. O ki 3-4 metrlik məsafədən atılan ayaqqabıdan o cür cəldliklə yayına bildi, hər kişinin işi deyildi. Hələ yaxşı ki, Buş əyilməyi qüruruna sığışdırdı, yoxsa ayaqqabının birinci tayı onun keçən il velosipeddən yıxılarkən sıyrılmış burnunun üstündən dəyəcəkdi və ara yerdə Müntəzir əz-Zeydinin işi bir az da ağır olacaqdı. Bəlkə də huşu başından getmiş Buş özünə gələndə ona məruzə edəcəkdilər ki, xain terrorçunu artıq asmışıq. Xüləs, indi məni başqa şey düşündürür. İndən belə prezidentlər ya mətbuat konfransı keçirməyəcəklər, ya da jurnalistlərin zala ayaqyalın girməsini tələb edəcəklər. “Göz gördüyündən qorxar”.P.S. Buşa atılan ayaqqabı isə tapılmayacaq, bir şey ki, artıq brilyant dəyərindədir. Samir SARI
|
44,632 |
19.12.2008 08:12
|
Mədəniyyət
|
“ERMƏNİLƏRİN “EUROVİSİON”da QONDARMA SOYQIRIMDAN MAHNI OXUMAQ CƏHDİ ƏBƏSDİR”
|
Məlum olduğu kimi, “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın təmsil olunmasına İctimai Televiziya və Radio Yayımları Şirkəti rəhbərlik edir. İTV-nin mətbuat katibi Tahir Məmmədov bizimlə söhbətində bildirdi ki, Avropa Yayımlar Birliyinin (AYB) şərtlərinə görə, beynəlxalq yarışmada mahnıların siyasiləşdirilməsi qadağandır: “AYB-nin qaydalarına əsasən yarışmanın siyasiləşdirilməsi, mahnıların plagiat olunması, dini ayrı-seçkilik salınması qəti qadağandır. Ermənilər buna oxşar məsələni ötən il də qaldırmışdı. Lakin cəhdləri heç bir nəticə vermədi. Əminəm ki, bu il də eyni cür olacaq. Əks təqdirdə, biz öz etirazımızı bildirəcəyik və AYB-yə müraciət edəcəyik”.T.Məmmədov onu da bildirdi ki, hazırda beynəlxalq yarışmaya Azərbaycanda ikinci seçim turu keçirilir və 2010-cu ildə AYB-nin toplantısı Azərbaycanda keçiriləcək: “Müğənnilərimiz arasında bu yarışmada iştiraka iddialı olanlar çoxluq təşkil etsə də, sonradan onların xeylisi müraciət edənlər arasında olmadı. Bu nüfuzlu yarışmadır, orada peşəkar ifaçılar, layiqli müğənnilər çıxış etməlidir. Odur ki, seçim turları davam edir. Onu da deyim ki, 2010-cu ildə AYB-nin toplantısı Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Artıq bununla bağlı sənədlər də hazırlanıb”.
|
44,633 |
19.12.2008 09:13
|
Mədəniyyət
|
XALQ ARTİSTLƏRİ MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ GƏLƏCƏKLƏR
|
“Güman edirəm ki, o, bunları kiminsə ağlı ilə yazıb. O, burada o qədər yalan yazıb ki, mənə onun yaxasından yapışmağa imkan verib. İbrahimlə saxta nikaha gəldikdə, məgər mən onun başını tovlamışam. VVAQ-a gedəndə saxta nikah olur? Həyat yoldaşımın məzarını dəyişməyə gəldikdə isə mənim onun qanuni arvadı kimi ixtiyarım var idi ki, məzarını öz qəbirstanlığımıza gətirim”. Flora Kərimova Faiq Ağayevdən dediklərinin isbatını tələb edib: “Qoy o, bunları sübut etsin. Əgər mənə desələr ki, burnun alnındadır, bunu sübut etməlidirlər. O, bunu edə biləcəkmi? Bütün bunlar təhqirdir. O, dediklərinin hamısının cavabını verəcək”.Qeyd edək ki, dünən F.Ağayev F.Kərimovaya təhqiramiz açıq məktub yazıb. Həmin məktub saytlara yerləşdirilsə də, təhqirlərlə dolu olduğundan onu çap etmədik. BAKIDA ALİŞANA 100 MİN DOLLARLIQ MİKROFON VERİLİBTürkiyənin məşhur müğənnisi Alişan mikrofon yarışmasında birinci olub. Dekabrın 6-da Azərbaycanda verdiyi konsertində hədiyyə olunan mikrofonla Alişan Bülent Ersoy və Ebru Gündeşin svarovski qaşlarla bəzədilmiş mikrofonlarını kölgədə qoyub.lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qızıldan və brilyant qaşlardan ibarət olan mikrofonun qiyməti təxminən 100 min dollardır. Bunu öyrənən Alişan çox təəccüblənib və indiyədək aldığı ən dəyərli hədiyyə olduğunu söyləyib. O, konsertlərinə də bu mikrofonla çıxacağını deyib.
|
44,634 |
19.12.2008 09:14
|
Yazarlar
|
PİSLİK DƏ VAR, PİSLİK DƏ...
|
Ertəsi günü işə gedəndə Zahirin “marşrutka”sıyla getdim, baxıram ki, aldığı disklərin hamısını maşının ora-burasından asaraq “bəzəyib”. Onu da deyim ki, təkcə əşyalardan yox, üsullardan da fərqli məqsədlər üçün istifadə edirlər. Məsələn, mən qohum-qardaşgilə gedəndə əvvəlcədən zəng edib onlara gələcəyimizi demirəm. Məqsədim belə çətin dövrdə onları əziyyətə və xərcə salmamaqdır. Bilirəm ki, əvvəlcədən zəng eləsəm, nəsə etməyə çalışacaqlar. Qədimalı qağam da bu üsuldan istifadə edir. Amma tamamilə başqa məqsədlə. Deyir, qaynımgilə gedəndə heç vaxt əvvəlcədən zəng etmirəm; elə qəfildən qapının zəngini basıb içəri keçirik. Onun xasiyyətinə yaxşı bələdəm, bilsə ki, onlara gəlirik, heç özləri üçün də yemək bişirməyəcəklər. Görüb-gördüyün bir-iki stəkan çay olacaq, vəssalam. Bir dəfə qabaqcadan zəng edib getmişdim. O da bir qazan dolmanı qazın üstündən götürüb eyvanda gizlətmişdi. Eyvana siqaret çəkməyə çıxanda özüm tapdım. Hərdən elə də olur ki, eyni şeyə baxsalar da, adamlar müxtəlif şeylər görürlər. Bu haqda bircə misal çəksəm, sizə hər şey aydın olar. Qabaqlar da yazmışdım ki, Qədimalı qağam hələ də rus əlifbasından latın əlifbasına keçid dövrünü yaşayır. Yazı yazanda bir sözün içində hər iki əlifbadan da istifadə edir. Elə oxuyanda da eyzən elə edir. Bərabər oturub ANS-in “Daha doğrusu” verilişinə baxırdıq. Aparıcı Sevda xanımın arxasındakı divarda “Daha doğrusu” sözləri yazılmışdı. Düzdür, Sevda xanım elə oturmuşdu ki, başı verilişin adındakı ikinci sözün ilk hərfini oxumağa imkan vermirdi, ancaq bununla belə, verilişin adının nə olduğu şəxsən məndə heç bir sual yaratmırdı. Qağam isə “DAHA” sözündəki “H” hərfini rusca “N” kimi oxuyaraq verilişin adını “Dana oğrusu” kimi başa düşmüşdü. Baxmayaraq ki, Sevda xanım verilişə respublikada sayılıb-seçilən şəxsləri dəvət eləmişdi, Qədimalı qağam nə desə yaxşıdır? Deyir ki, heç o verilişin adını divara yazmağa ehtiyac yoxdur, oradakı adamların üzünə baxan kimi hamısının dana oğrusu olduğu aydınca görünür. İnsanlar aldığı informasiyaları da tamamilə fəqli istiqamətlərdə başa düşüb yozurlar. Bilmirəm keçən iliydimi, yoxsa inişil, düz yayın ortasında hansısa Avropa şəhərinə qar yağmışdı. Televizor bu xəbəri deyəndə Qədimalı qağam da bizdəydi. Mən öz-özlüyümdə bunu gah qlobal istiləşməylə, gah ekoloji böhranla, gah da tarixdə zaman-zaman baş vermiş atmosfer anomaliyalarıyla əlaqələndirməyə çalışırdım. Bu zaman qağam soruşdu ki, a bacıoğlu, görən bu qar keçən qışdan qalan qarıymış, yoxsa gələn qışın qarıymış...Xarici işlər nazirimiz Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla Brüsseldə “pislikləri unutmaq barədə” razılığa gəldiklərini bildirib. Fikir ortaya çıxar-çıxmaz hamı “mümkün olan iş deyil” deyə, bu ideyaya etiraz etməyə başladı. Həmkarlarım Elmar Məmmədyarovu öz köşələrində o ki var, yıxıb-sürüdülər. Mən də buna qəti etiraz edirəm və qətiyyətlə pisliklərin heç vaxt unudulmayacağını deyirəm. Ancaq bütün aləm Məmmədyarovun ermənilər və bizlər arasında baş vermiş pislikləri nəzərdə tutduğunu başa düşsə də, indi də mən tamam ayrı şeyi başa düşmüşəm. Nalbəndyanın nə demək istədiyilə işim yoxdur; ancaq məncə, Məmmədyarov xalqın bu iqtidarın ona etdiyi pislikləri unutmasını nəzərdə tutur. Düşünür ki, xalq onun elədiklərini unudaraq onunla barışmalıdır ki, sonra da onun təklif etdiyi sülh planına “hə” desin. Bax, elə ona görə qətiyyətlə deyirəm ki, bu, mümkün olan iş deyil. Bircə misal çəkim. Erməni özünün düşməni olan əsgərimizi əsir götürür, aradan bir az keçməmiş “Qırmızı Xaç”ın bir-iki dəfə mürciətindən sonra qaytarıb özümüzə təhvil verir. Di gəl, bütün dünya bu iqtidardan həbsdəki jurnalistləri buraxmağı tələb etsə də, faydası olmur. Sizi bilmirəm, şəxsən mən bu iqtidarın xalqa etdiyi pislikləri unuda bilmərəm. Tofiq YAQUBLU
|
44,635 |
19.12.2008 09:14
|
Ölkə
|
ALİ MƏKTƏBLƏRƏ QƏBUL QAYDALARI DƏYİŞDİRİLİR
|
“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Yusif Ağayev də Milli Məclisdə hazırlanmış yeni qanunda tələbə qəbulu qaydalarının dəyişdirilməsi cəhdlərinin olduğunu deyib. Onun sözlərinə görə, test imtahanında bal toplamış abituriyentlərin müsabiqə vasitəsilə ali məktəbələrə qəbulu rüşvət halları üçün əlavə imkanlar yaradaq: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət qulluqçusu olmaq istəyənlər üçün də imtahan keçirir. Biz həmin imtahanların gedişində iştirak etmişik, hər şey açıq və şaffafdır. Ancaq dövlət orqanlarının özlərinin apardığı ikinci mərhələdə xeyli qaranlıq məqamlar ortaya çıxır. Dövlət qulluqçusu olmaq istəyən şəxsin hansı prinsiplər əsasında işə götürüldüyünü bilmək olmur”. Dövlət İqtisad Universitetinin prorektoru Zəfər Bayramov isə ali məktəblərin rolunun artırılmasını müsbət addım kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan Boloniya prosesinə qoşulub və bu sistem təkcə təhsilin səviyyəsinin yüksəldilməsində deyil, həm də tələbə qəbulunda universitetlərin iştirakının artırılması tələbini qoyur.İctimai müzakirələr zamanı iştirakçılar “Təhsil haqqında” qanunun gizlədilməsindən, sənədin Milli Məclisin İnternet səhifəsində yerləşdirilməməsindən şikayətləniblər. O da məlum olub ki, qanunun ötən il birinci oxunuşdan keçən hissəsində çoxlu sayda dəyişikliklər edilib. Yeni layihədə ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun qaydalarını özündə əks etdirən maddəsində “test” sözü çıxarılıb. Belə ki, 29-cu maddəyə əsasən, təşkilati-hüquqi formasından asılı olmayaraq, ali, orta və peşə ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və müsabiqə şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur və mövcud qanunvericilik aktı ilə tənzimlənir.
|
44,636 |
19.12.2008 09:15
|
Siyasət
|
“ƏFVƏ ÜMİDİMİZ ARTIB”
|
Maraqlı məqam odur ki, son aylar əfv istiqamətində dövlət başçısı İlham Əliyevə çoxlu sayda müraciətlər ünvanlanıb. Ayrı-ayrı hüquq müdafiəçiləri, yerli və beynəlxalq təşkilatlarla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin də müvafiq müraciətə imza atması 31 dekabrda əfv gözləntilərini artırır. Maraqlıdır, bu istiqamətdəki son xəbərlər nədir? “Çox istərdik ki, yeni ilə qədər həbsdə olan jurnalistlər əfv olunsun”. APA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Ə. Amaşov həbsdə olan 4 jurnalistin (Qənimət Zahid, Eynulla Fətullayev, Mirzə Sakit, Müşfiq Hüseynov) əfv olunması ilə bağlı bir qədər əvvəl Mətbuat Şurası adından müraciət edildiyini xatırladaraq məsələnin şura tərəfindən daim diqqətdə saxlandığını qeyd edib. Şura sədri həbsdə olan jurnalistlərin cəzalarının bir hissəsini çəkdiklərini, azyaşlı övladlarının, yaşlı valideynlərinin olduğunu qeyd edərək onların əfv olunmasının məqsədəuyğun olduğunu bildirib.Ə. Amaşov Mətbuata Yardım Fondunun yaradılması ilə bağlı gələn ilin əvvəllərində qərar qəbul olunmasının gözlənilən olduğunu da deyib.İşçi Qrupunun üzvü, hüquq müdafiəçsisi Çingiz Qənizadə isə budəfəki əfv fərmanında kəmiyyət və keyfiyyət faktorlarının özünü göstərməsini arzuladı. Onun sözlərinə görə, daha çox həbsdəki jurnalistlərin məsələsi gündəmdədir: “Artıq əfv fərmanı verilməsi zamanı yetişib və bu, reallığa çevrilib. Əfv Komissiyası üzvlərinin toplantısı keçirilməsə də, əsasnaməyə uyğun olaraq, ildə 4 dəfə əfv fərmanı verilməsi tələbi yaxın günlərdə bunun reallaşacağına ümidlər yaradır. Biz Monitorinq Qrupu üzvləri olaraq, Zahidov qardaşlarına atalarının yasında iştiraka icazə verilməsi ilə bağlı yazdığımız təşəkkür məktubunun sonunda onların əfvini də xahiş etmişik”. Müsahibimiz bildirdi ki, yaxın bir-iki gün ərzində hüquq müdafiəçiləri tərəfindən siyahıdakı siyasi məhbusların, jurnalistlərin, mənəvi və hüquqi haqqı çatan məhbusların azadlığa çıxması üçün bütün lazımi addımlar atılacaq: “Dövlət başçısı yenidən seçiləndən sonra atacağı addımlar sırasında əfv fərmanının olması da arzuediləndir. Amma təəssüf ki, son aylarda İşçi Qrupunun toplanmasından xəbər-ətər yoxdur. Əfv fərmanının verilməsinə on gün qalıb. Halbuki Avropa Şurasının da tövsiyəsi budur ki, İşçi Qrupu qalmalı, müzakirələr aparmalıdır. Hələlik belə bir iclasın keçirilməsi ilə bağlı məlumat yoxdur”. Bu arada ənənəvi olaraq, “əfv üçün məhbusun ərizə yazması vacibdir” söhbətləri də intensivləşib. Hakimiyyət bu dəfə də ərizəni bəhanə gətirib, həbsdəki jurnalistləri siyahıya salmaya bilərmi? Ç.Qənizadə dedi ki, bu müraciətlərin edilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, bu günə qədər ayrı-ayrı QHT-lərin, ombudsmanın, şeyxülislamın müraciəti kifayət edir: “Bu qədər müraciətdən, bu qədər xahişdən sonra məhbuslardan, həbsdəki jurnalistlərdən əfv ərizələrinin tələb olunması cığallıqdır”.
|
44,637 |
19.12.2008 09:20
|
Media
|
ƏLİ HƏSƏNOV DA NUŞİRƏVAN MƏHƏRRƏMLİNİ MÜDAFİƏ ETDİ
|
Dünən Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov da məsələ ilə bağlı APA-ya açıqlama verib. Xarici radiostansiyalarla bağlı Milli Teleradio Şurasının mövqeyinin tam qanuna uyğun olduğunu deyən PA rəsmisinin sözlərinə görə, “Teleradio yayıma haqqında” qanunda göstərilir ki, Azərbaycanın milli televiziya və radio resursları yalnız ölkə daxilində vətəndaşlar tərəfindən istifadə oluna bilər. Xarici dövlətlərə bu resursların verilməsi isə qanuna ziddir. Ə. Həsənov bildirib ki, bu, sözügedən radioların Azərbaycanda fəaliyyətinin dayandırılması demək deyil: “Yayım üçün başqa yollar da var. Məsələn, biz Türkiyə dövləti ilə dövlətlərarası müqavilə əsasında qarşılıqlı yayım təcrübəsinə malikik. Bu tipli digər addımlar da ola bilər. Hazırda MTRŞ-nin fəaliyyəti ona yönəlib ki, Azərbaycanda bu sahədə qanunçuluğu bərpa etsin”.Bu açıqlama bir növ MTRŞ-nin 25 dekabrdakı toplantısının hansı qərar verəcəyinə işarədir.
|
44,638 |
19.12.2008 09:20
|
Media
|
AVROPA MƏHKƏMƏSİ “MÜXALİFƏT”çilərin İDDİASINI TƏMİN ETDİ
|
Məhkəmə adıçəkilən şəxslərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (söz azadlığı hüququ) pozulduğu qənaətinə gəlib. AİHM hesab edir ki, həmin işlə əlaqədar məhkəmə qərarı formasına cəza verilməsi düzgün deyil: “İddiaçıların məhkum edilməməsi belə bu cür məhkəmə qərarı çıxarılmasına haqq qazandırmır. Azadlıqdan məhrum etmə qərarı mətbuatın cəmiyyətdə müşahidəçi funksiyasını yerinə yetirməsi prinsipi ilə ziddiyyət təşkil edir”. Məhkəmə hüquqları pozulan iddiaçılara dəyən mənəvi ziyan üçün 1000 avro, məhkəmə xərclərinin ödənilməsi üçün isə 925 avro təzminat verilməsi barədə qərar çıxarıb.
|
44,639 |
19.12.2008 09:20
|
Media
|
İSTİNTAQ AKİF NAĞIYA ÜZGÖRƏNLİK EDİR?
|
Xatırladaq ki, redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon 5-ci polis bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək, təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır. Artıq göstərilən şikayət üzrə Cinayət Məcəlləsinin 163.1 maddəsi (jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb. Z.Hacı Binəqədi rayon Prokurorluğunda ifadə verib. Təqsirləndirilən tərəfdən isə xəbər yoxdur. Dünən bizə açıqlamasında İ.Seyidov bildirdi ki, QAT sədrinə artıq bildiriş göndərilib və o, idarəyə gəlib ifadə verəcək. İ.Seyidovdan hadisənin üstündən bir həftə keçməsinə baxmayaraq, nəyə görə təqsirləndirilən şəxsin idarəyə çağırılmamasını soruşduq. Müstəntiq bildirdi ki, narahatçılığa əsas yoxdur. Bu işlə bağlı ilkin istintaq aparılıb, indi də onun aydınlaşdırılması üçün lazımi addımlar atılır. Bu arada hüquqşünas ekspertlər jurnalistlə bağlı istintaqın bu qədər ləng aparılmasından narahatdır. Onların fikrincə, olaydan bir həftə keçməsinə baxmayaraq, hələlik ancaq zərərçəkənin ifadə verməsi istintaqın bu işə barmaqarası yanaşdığını göstərir. Müsahiblərimiz jurnalistlərin zərərçəkən olduğu olaylara adətən bu cür soyuq yanaşılmasının işin unutdurulmasına xidmət etdiyini düşünür. Halbuki insidentdə tərəflərin yeri dəyişsəydi, yəni hücum edən şəxs Z.Hacı, zərərçəkənsə A.Nağı olsaydı, istintaq daha operativ olar və dərhal jurnalist həbs olunardı. Xatırladaq ki, ötən ilin noyabrında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı da eyni təxribat düzənlənmişdi. Baş redaktorun hücumlardan qorunmaq üçün müqavimət göstərməsi sonuncunun dərhal həbsi və 4 il azadlıqdan məhrum olmasına səbəb olmuşdu. İndiki halda isə hücum çəkən şəxs azadlıqdadır, bütün mətbuat orqanlarında jurnalistə qarşı fiziki təzyiq göstərdiyini etiraf edir. Amma hələ də nə istintaqa ifadə verib, nə də onunla bağlı lazımi tədbir görülür.
|
44,640 |
19.12.2008 09:21
|
Yazarlar
|
SAXLA, DÜŞƏN VAR
|
Bu bir möcüzə deyil, sadəcə, həyatın ironiyasıdır. Deməli, güllə ondan yan ötərək, ipi kəsib, nəticədə boğula bilməyib. İp qırıldığı üçün suya düşən fransızın özünə vurduğu od-alov da beləcə sönüb. Keçirdiyi şokdan qusmağa başlayıb və zəhər də bədəninə keçməyib. Bir balıqçı tərəfindən xilas edilən fransız dərhal xəstəxanaya çatdırılıb. Və... Bax indi ağlamaq üçün yaylıqlarınızı çıxara bilərsiniz. Fransız bütün intihar sərhədlərini aşsa da, həkimlərin səhlənkarlığı və olaya vaxtında müdaxilə etməməsi nəticəsində dünyasını dəyişib... O gün yerli İnternet saytlarında Bakıdakı iki mikroavtobusun toqquşması, bir neçə nəfərinsə yaralanaraq xəstəxanaya düşməsi barədə xəbəri oxuyanda bu əhvalat yadıma düşdü. Niyəsini sonra deyərəm. Amma bilirəm ki, hər gün mikroavtobus sürücülərinin avtoşluğu ucbatından özümüz bir neçə dəfə “şeytan çarxı”nın çəmbərindən keçir, ayaq üstə ölüb-dirilirik. Eyni nömrəli avtobuslar bir-birinin qrafikini pozursa, bənzər trayektoriyalı avtobuslar dayanacağa tez çatıb daha çox sərnişin götürmək istəyirsə, hətta yolun kənarındakı kimsə sadəcə başını qaşımaq üçün əlini yuxarı qaldırırsa, sürücülər kəlmeyi-şəhadətini təkrarlamağa başlayır. Paytaxtdakı ən özbaşına, “ağa nəzərəm, belə gəzərəm” məntiqi ilə fəaliyyət göstərən sektorlardan biri məhz nəqliyyatdır. Nəqliyyat Nazirliyi, sahibkarlar, hətta ayrı-ayrı sürücülər də özlərini bu yolların ağası, sərnişinləri isə kartof-soğan gözündə görürlər. Daşımaq, özü də necə gəldi. Fikir verin, paytaxtda monopolistlər istədikləri vaxt istədikləri mikroavtobusu xətdən çıxarır, yerinə özlərininkini gətirirlər. Guya indi yaxşı iş görüblər, kiçik avtobusları yığışdırıb, əvəzinə irilərini yerləşdiriblər. Siz hesablamısınızmı ki, bu say nisbəti necədir? Yəni neçəsinin əvəzinə neçəsi? Bir də o iri avtobuslar yırğalana-yırğalana dar, tıxaclı Bakı küçələrində irəliləyəndə diqqət edin. Onda görərsiniz ki, sərnişinlərin işi asanlaşıb, yoxsa daha da ifrata varıb? Bir dəfə öz qulağımla eşitmişəm. İçində bulunduğum mikroavtobusun sürücüsü onunla üzbəüz gələn eyni saylı avtobus sürücüsünün “vəziyyət necədir” sualına əliylə salonu göstərərək, “Adam var, alə? Bomboşdur” cavabını vermişdi. Halbuki avtobusda, sadəcə, ayaq üstə dayanan kimsə yox idi, oturacaqlar dopdolu idi. Amma sürücülər sərnişinlərə məhz 20 qəpik gözü ilə baxırlar. Xırdalaya-xırdalaya, cingildədə-cingildədə mənzil başına çatdırırlar. Çatana qədər kim xərclənə xərclənə. Arada onların zövqünə uyğun dinlədiyiniz mahnıları, köklədikləri radioların verilişlərini də yadınıza salın, xərclənmək deyəndə nəyi nəzərdə tutduğumu biləcəksiniz. Tamam, razıyam, günah sürücülərdə yox, onları bu hala salan, həddən artıq böyük miqdarda plan qoyub, dəliyə çevirən sahibkarlarda və o sahibkarların başının üstündən asılan Domokl qılıncında - Nəqliyyat Nazirliyindədir. Kvartalda bir dəfə qızışıb, sürücülərdən kostyum-qalstuk, nə bilim, maqnitafonların yığışdırılmasını, ayaq üstə adam aparmamasını tələb etməklə deyil ey, sistemi kökündən dəyişmək lazımdır. Girişdəki əhvalatı da elə buna görə yazdım. Biz Azərbaycan kimi məmləkətdə bütün çətinliklərdən, yaşam savaşından, təzyiqdən nəsə möcüzə ilə qurtuluruq. Təxminən qoğalın nağılındakı kimi... Nənədən də qaçırıq, babadan da, amma nəsə ağzıqara canavara çatanda büdrəyirik. Bu ağzıqara canavar isə trafik canavarlarıdır. Əsasən də avtobus sürücüləri. Məni qınamayın, amma adam belə ucuz ölümün pəncəsinə düşməyi heç istəmir. Öləndə də adam kimi can vermək istəyirsən, bir avtobus təkəri kimi yox.. Əminəm ki, bütün bu dediklərimi hansısa bir sürücü eşitsə, ilk sözü bu olar: bəyənmirsən, minmə. Nə deyirəm ki? Saxla, düşən var... Sevinc TELMANQIZI
|
44,641 |
19.12.2008 09:22
|
Astrologiya
|
ULDUZ FALI
|
QOÇ - Həmkarlarınızla münasibətləri hədəqəsindən çıxarmasanız, ixtiyarınızda olan bu təqvimdən narazı qalmayacaqsınız. Saat 15-17 arası işgüzar görüşləriniz gözlənilir. BUĞA - Kifayət qədər məhsuldar gündür. Bu səbəbdən də bütün gücünüzü fəaliyyət istiqamətinə yönəltməlisiniz. Sağlıq durumunuzu nəzarətdə saxlayın. Günorta təzə xəbərlər eşidəcəksiniz. ƏKİZLƏR - Böyük dəyişikliklər astanasındasınız. Amma yüz dəfələrlə ölçüb-biçməlisiniz ki, seçimdə yanılmayasınız. Çünki yaxın gələcəyiniz indiki addımlarınızdan birbaşa asılıdır. XƏRÇƏNG - Nigarançılığa heç bir əsas yoxdur. Əgər özünüz kimisə aldatmasanız, sizə qarşı belə bir hal baş verməyəcək. Ulduzlar nahardan sonra yeni təkliflər alacağınızdan xəbər verir. ŞİR - Anlaşılmaz bir gün yaşayacaqsınız. Sanki mistik məxluqlar ətrafınızda dolaşmaqdadır. Bəzən su içmək kimi asan olan bir işiniz daşdan keçir. Bəlkə günahı özünüzdə axtarasınız?! QIZ - Müəyyən gərginliklə baş-başa qalacağınız mümkündür. Bir tərəfdən müsahiblərinizin sizi anlamaması, digər tərəfdənsə daxili orqanlarınızın nasazlığı əsəblərinizi tarıma çəkə bilər. TƏRƏZİ - Bütün astroloji göstəricilər bu gözəl gündə şəxsi büdcənizin artacağından xəbər verir. Deməli, digər işləri ikinci plana salıb əsas diqqətinizi pul amilinə yönəltməlisiniz. ƏQRƏB - Yeni əlaqə və tanışlıq üçün ideal ərəfədir. Bu gün ailə-sevgi münasibətləri də qaydasına düşəcək. Amma xarakterinizdən gələn “bircə anda hər şeyi alt-üst etmək” metodundan uzaq olun. OXATAN - Saat 13-ə qədər və 18-dən sonra ümumi vəziyyətiniz yaxşı olacaq. Qalan müddətdə isə sizi hiddətləndirə bilən hadisələr mümkündür. Bu səbəbdən də gün ərzində hər adamla ünsiyyət qurmayın. OĞLAQ - Bəxtinizdə olduqca rəvan bir gün durur. Ələlxüsus da saat 13-dən başlayaraq rastlaşdığınız hadisələr ovqatınızı yüksəldəcək. Aldığınız təkliflərdən qətiyyən imtina etməyin. SUTÖKƏN - Nədənsə hadisələri qabaqlamaq, iştirakçısı olduğunuz proseslərin nəticələrinə tez-tələsik nail olmaq istəyirsiniz. Amma unutmaq olmaz ki, səbr və təmkin insanın ən böyük xilaskarıdır. BALIQLAR - Münasibətlər zəminində olduqca neqativ gündür. Odur ki, istənilən ciddi söhbətdən uzaqlaşın. Risk və sövdələşmələrə isə qətiyyən baş qoşmayın. Yalnız səfərlə bağlı uğurlarınız var.
|
44,642 |
19.12.2008 13:39
|
Dünya
|
“ERMƏNİSTAN ÖZÜNÜ TƏLƏYƏ SALIB”
|
Safaryanın fikrincə, Ermənistan bu addımla özünü tələyə salıb: “Moskva deklarasiyasında dəqiq şəkildə göstərilib ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün Minsk qrupu tərəfindən irəli sürülən təkliflər çərçivəsində birbaşa ikitərəfli danışıqlar keçirəcəklər. Qarabağın müstəqilliyinin tanınması çox riskli addım olacaq. Bu o anlama gələcək ki, birincisi, Ermənistanın özünün imzaladığı sənədlərə hörmət etmir, ikincisi, biz əvvəllər alqışladığımız dinc prosesdən imtina edirik”.Deputat bildirib ki, “müstəqilliyin” tanınmasından ilk növbədə deklarasiyanın imzalanmasında “xaç atası” rolunu oynayan Moskva narazı qalacaq: “Rusiya xüsusən də avqust müharibəsindən sonra digər münaqişənin kəskinləşməsində maraqlı deyil. Bu, ona da əlavə problemlər yarada bilər. Özü də ki, onun Qarabağ münaqişəsi kontekstində müdaxiləsi heç bir sənədlə əsaslanmayıb”. Safaryan qeyd edib ki, Rusiya Moskva deklarasiyasının istənilən şəkildə pozulmasını öz maraqlarına qarşı fəaliyyət kimi dəyərləndirə bilər.
|
44,643 |
19.12.2008 13:00
|
Kriminal
|
30 YAŞLI ÇAVUŞ ÖZÜNÜ ASDI
|
Kəpəz rayon Polis şöbəsi və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, Gəncənin N saylı hərbi hissələrindən birində çavuş olan 1978-ci il təvəllüdlü Gəncə sakini Məmmədov Maqsud Nizami oğlu özünü evinin həyətindəki ağacdan asıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlayıb. Kafedən oğurluq edən yeniyetmə həbs olunubBakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ötən gün saat 01:00 radələrində 20 Yanvar dairəsində yerləşən kafedə naməlum şəxs 1977-ci il təvəllüdlü Bəhmənyar Süleyman oğlu Rəsulovun mobil telefonunu oğurlayaraq qaçıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən 1992-ci il təvəllüdlü Ülvi İkram oğlu Əmirov həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Bakıda axtarışda olan qadın tutulduBakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Lalə Rafiq qızı Ağayevanı tutublar. O, Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda idi. Qaraçuxurda 29 yaşlı narkomanın meyiti küçədən tapıldıBakının Qaraçuxur qəsəbəsində meyit aşkarlanıb. Bu barədə Lent.az-a Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən məlumat daxil olub. Məlumata əsasən, ötən gün axşam saatlarında Bakı sakini 1979-cu il təvəllüdlü Şahin Məmmədəli oğlu Quliyevin cəsədi ətrafdakı adamlar tərəfindən tapılıb. Polis İdarəsindən bildiriblər ki, onun narkotik istifadəçisi olması müəyyənləşib, hazırda cəsəd ekspertizadadır. Faktla bağlı araşdırma aparılır. Orta məktəbin yaxınlığından meyit tapılıbBakının Sabunçu rayonunda yerləşən 80 saylı orta məktəbin yaxınlığından 40-45 yaşlı naməlum kişi meyiti tapılıb. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən Lent.az-a daxil olan məlumata görə, cəsəd bu səhər polis əməkdaşları tərəfindən aşkarlanıb. Onun üzərindən heç bir sənəd tapılmadığına görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyib. Məlumata əsasən, cəsədin üzərində zorakılıq əlamətləri yoxdur. Hazırda onun şəxsiyyəti araşdırılır.
|
44,644 |
19.12.2008 06:06
|
Ölkə
|
MİSİR MƏRDANOV TƏLƏBƏLƏRƏ VƏ VALİDEYNLƏRƏ MÜRACİƏT ETDİ
|
Təhsil naziri Misir Mərdanov jurnalistlərə bugünkü açıqlamasında belə deyib. Nazir bildirib ki, son iki ildə imtahan sessiyası zamanı tələbələrdən rüşvətalma halları azalsa da, bu problem hələ tam aradan qaldırılmayıb: “Mən bütün tələbə və valideynlərə, ictimaiyyətə müraciət edirəm: kim imtahan dövründə belə hallarla qarşılaşsa, dərhal bizə müraciət etsin. Nazirlik imtahanda rüşvət halları barədə məlumat verən şəxslərin anonimliyinin qorunacağına təminat verir”.Misir Mərdanov bildiyrib ki, şikayət və müraciətlərin obyektiv araşdırılması məqsədilə “qaynar xətt”də təkcə Təhsil Nazirliyinin yox, ölkədə rüşvətxorluğa qarşı mübarizə aparan digər təşkilatların da nümayəndələri oturacaqlar.“Bizim həm mətbuatla, həm də korrupsiyaya qarşı mübarizə aparan idarələrlə əlaqələrimiz genişlənib. Ona görə də bu qış imtahan sessiyasında rüşvət hallarına qarşı birbaşa təsir göstərməyə hazırıq ” deyə, Misir Mərdanov bildirib.
|
44,645 |
19.12.2008 03:58
|
Kriminal
|
ANS-in MAŞININA HÜCUM OLUB
|
Bundan sonra “Mercedes”ə daha bir avtomaşın qoşulub. Bu 10-UG-733 dövlət nömrə nişanı olan “Mitsubishi Pajero” markalı avtomobil olub. “Mitsubishi”nin sürücüsü idarə etdiyi avtomaşınla ANS TV-yə məxsus “Damas” markalı avtomobilin qarşısına keçərək, maşını çəpəki saxlamaqla içərisində çəkiliş qrupu olan maşının hərəkət etməsinə imkan verməyib. Maşını zorla dayandırandan sonra “Mersedes” və “Mitsubishi” markalı avtomaşından düşən 5-6 nəfər sərxoş şəxs ANS-in işçilərini təhqir edərək maşından düşürmüş, onlara təhqiramiz ifadələrlə danışmaqla təxribata çəkməyə səy göstəriblər. Lakin qarşı tərəfə reaksiya verməyən əməkdaşlarımız uzun sürən mübahisələrdən sonra ərazidən uzaqlaşmağa nail ola biliblər.Qeyd edək ki, artıq baş vermiş insidentlə bağlı ANS televiziyasının rəhbərliyi rəsmi olaraq Səbayel Rayon Polis İdarəsinin rəisi İlqar Mahmudova müraciət edib.
|
44,646 |
20.12.2008 06:16
|
Ölkə
|
AĞACAN ƏBİYEV MƏLEYKƏ ABBASZADƏYƏ CAVAB VERDİ
|
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev “Turan”ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin qanunsuz yolla diplom verən təhsil müəssisələri sırasında bu akademiyanı göstərməsi ilə bağlı sualına cavab verərəkən belə deyib.Onun sözlərinə görə, hazırda bir təhsil müəssisəsindən digərinə tələbə köçürülməsi qadağan edilib: “Ancaq indi də hansısa bir dünya və ya Avropa çempionu Azərbaycanda yaşamaq istəyəcəksə, mən onun Bədən Tərbiyəsi və İdman Akademiyasında köçürmə yolu ilə təhsilini davam etdirməsinə icazə verərəm”.
|
44,647 |
20.12.2008 06:17
|
Kriminal
|
71 YAŞLI QADINI BAŞINA TORBA KEÇİRİB ÖLDÜRDÜLƏR
|
Tutularkən E.Bayramovdan mənzildən oğurladığı 15 manat, 10 rubl, 600 ABŞ dolları və qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. AĞCABƏDİ SAKİNİ DOSTUNU TOYDA ÖLDÜRÜBMÜŞAğcabədi rayonunda baş verən qətl hadisəsi barədə məlumat vermişdik. “ANS-press”in məlumatına görə, qanlı olay toyda baş verib. Rayonun Kəbirli kənd sakini Rafiq Cəlilov qəbul etdiyi spirtli içkinin təsiri ilə ən yaxın dostunu, Kəbirli kənd sakini Ədalət Möhsümovu bıçaqlayaraq öldürüb. Hadisə kənddəki toy mərasimlərindən birində baş verib. Saxlanılan R.Cəlilovun sözlərinə görə, o, Ədalətlə toyda 1 litrə qədər spirtli içki qəbul edib. Axşamüstü isə toy sahibi ilə aralarında mübahisə düşüb. Saxlanılan şəxs başqasını vurmaq istəydiyini bildirib. Lakin zərbə bu vaxt özünü qabağa verən Ədalətə dəyib.Hadisədən sonra R.Cəlilov evinə gəlib, şəxsiyyət vəsiqəsini götürüb evdən çıxıb. Əməliyyat nəticəsində o, Qaradolaq kəndi ərazisində yaxalanıb.Ə.Möhsümov isə bıçaqlanandan sonra yarım saatdan artıq hadisə yerində qalıb. Onun ölümünün əsas səbəbi də çoxlu qan itirməsidir. TÜRKİYƏDƏ 4 AZƏRBAYCANLI HƏBS EDİLDİTürkiyə hüquq-mühafizə orqanları Suriyadan qanunsuz yolla Türkiyəyə keçən 61 nəfəri həbs edib.lent.az-ın xəbərinə görə, bu barədə Baş Qərargahın yaydığı məlumatda qeyd olunub.Keçirilən əməliyyatlar zamanı Van, Ağrı, Aksaray, Edirne, Hatay və İqdır vilayətlərində Türkiyədə yaşaması üçün lazımi sənədləri olmayan 19 Somali, 9 Gürcüstan, 7 İran, 4 Azərbaycan, 1 Tunis və 1 Əfqanıstan vətəndaşı saxlanılıb.Bundan başqa, Egey dənizi vasitəsilə Türkiyədən Yunanıstana qeyri-qanuni keçməyə çalışan 17 fələstinli, bu işin təşkilatçısı olan 1 Türkiyə vətəndaşı həbs edilib.
|
44,648 |
20.12.2008 03:18
|
Ölkə
|
ŞAMAXIDA BİR SUTKADA İKİ DƏFƏ ZƏLZƏLƏ OLDU
|
Zəlzələ nəticəsində köhnə tikililərdə çatlar əmələ gəlib. İnsan tələfatı yoxdur.Xatırladaq ki, bu, ötən bir sutka ərzində Şamaxıda qeydə alınmış sayca ikinci zəlzələdir. Srağagün saat 22.46 radələrində də Pirquludan 15 kilometr şimal-qərbdə 3 bal gücündə zəlzələ baş vermişdi.
|
44,649 |
20.12.2008 03:17
|
Ölkə
|
YENİ KÖRPÜLƏR PREZİDENTİN AD GÜNÜNDƏ İSTİFADƏYƏ VERİLƏCƏK
|
Eyni zamanda yolötürücü qurğuda 460 metr uzunluğu olan tunellər də inşa edilib.“Texnomost”LM şirkəti tərəfindən layihələşdirilən yölötürücünü “Akkord” inşa edir. Bu yolötürücünün də smeta dəyəri sonradan artırılıb. Layihənin ilkin dəyəri 25 milyon manat olsa da, sonradan yolötürücünün inşasına 76 milyon 283 min manat ayrılıb.İnşaat işləri zamanı layihəyə əvvəlcədən nəzərdə tutulmayan bir sıra yeni elementlər əlavə edilib.Dünən inşaat işləri ilə tanış olmaq məqsədilə adıçəkilən ərazidə olduq. Yolötürücünün tikintisi üçün lazım olan vəsaitin tamamən ayrılmasına baxmayaraq, inşaat işləri uzanır. Bu səbəbdən də həm “Ramstore” dairəsində, həm Babək prospektinin girişində, həm də “Exselsior” hotelinin qarşısında nəqliyyatın hərəkəti çətinləşir. Nəticədə həmin ərazidə uzunluğu bir kilometrdən çox olan tıxaclar yaranır.Əldə etdiyimiz məlumatlara görə, paytaxtda inşa olunan başqa bir neçə körpünün də prezidentin ad günündə istifadəyə verilməsi nəzərdə tutulur.
|
44,650 |
20.12.2008 06:19
|
Siyasət
|
ELDAR NAMAZOV RADİKALLAŞIB
|
Onun yerinə aşağıdakı əlavə təklif olunub: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasında prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan respublikasının prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna kimi uzadılır. Bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan respublikasının Konstitusiya məhkəməsi tərəfindən qəbul edilir”. Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov ANS-də çıxışı zamanı məsələyə sərt münasibət bildirib və prezidentin səlahiyyət müddətinin uzadlımasının demokratiyanın sonu demək olduğunu söyləyib. Ümumiyyətlə, ANİF rəhbəri bir qayda olaraq, hakimiyyətə qarşı kəskin tənqidi mövqe sərgiləyir. Bəs E.Namazovun çıxışları ilə bağlı ona hakimiyyət tərəfindən hansısa formada təzyiqlər olubmu?Suala ayınlıq gətirmək məqsədilə E.Namazovun özünə müraciət etdik.E.Namazov öncə sualımızı sualla qarşıladı: “Mübarizədən çəkinən insanın siyasi meydanda və müxalifətçilikdə nə işi var ki. Buna görə də biz təzyiqlərdən çəkinən insanlar deyilik. Cəmiyyətdə mövcud olan problemləri, millətimizi narahat edən məsələləri açıq şəkildə cəmiyyətlə müzakirə edirik. Belə mövqedən çəkinən insanlar gərək nə ictimai, nə də siyasi fəaliyyətlə məşğul olsunlar”.Siyasətçi ona konkret təzyiqlər edilmədiyini söylədi: “Ciddi ictimai məsələlərə münasibət bildirərkən yalnız bu məsələnin vacibliyini və ölkə ictimaiyyəti üçün aktuallığını nəzərə alıram. Kimin nə cür reaksiya verməsi mənim üçün ikinci dərəcəlidir”.Müsahibimiz təzyiqlərin olmasını təbii saydığına görə mətbuata açıqlara vermədiyini söylədi: “Mən sadəcə olaraq nəyin uğrunda və kimlə mübarizə apardığımı yaxşı bilirəm. Bu yolu mən şüurlu şəkildə özüm seçmişəm. Belə olan təqdirdə hər cür təzyiqə hazır olursan və bunu təbii sayırsan”.E.Namazov məsələ ilə bağlı ciddi tədbirlər göərəcəklərini də söylədi: “İki gün ərzində prezidentin səlahiyyət müddətinin uzadılması təklifi həm təşəbbüs kimi irəli sürüldü, həm də parlamentdə müzakirə olundu. Artıq konstitusiya aktının konstitusiya məhkəməsinə təqdim olunmasilə bağlı xəbər almışam. Bütün bunlara baxmayaraq referendum keçirilməlidir. Bu proses bir-iki həftəyə başa çatan deyil. Biz bununla bağlı ciddi müzakirə aparırıq. Sözsüz ki, mövqeyimizi Azərbaycan cəmiyyətinə çatdıracağıq. Bununla bağlı ciddi tədbirlər də görəcəyik”.
|
44,651 |
20.12.2008 05:24
|
Ölkə
|
PARTLAYIŞA GÖRƏ TUTULAN ŞƏXS DƏHŞƏTLİ FAKTLAR AÇIQLADI
|
S.Kərimovun sözlərinə görə, polis bölməsində onlara işgəncə verilib: “Mən, xalam oğlu, şəhid ailəsi olan Şirxan, qohumum Pərviz Zülfüqarov və yeznəm Elman Niftəliyev binada yerləşən 27-ci mənzildə bir ay əvvəl təmir işlərinə başlamışdıq. Hadisə zamanı evimizdə oturmuşdum. Mobil telefonuma bir nəfər zəng edib özünü həkim kimi təqdim elədi və bildirdi ki, Şirxanı xəstəxanaya aparırlar. Biz də Klinik Tibbi Mərkəzə, oradan isə hadisə yerinə getdik. Bizdən və evin sahibi Əsgər Ələsgərovdan orada izahat aldılar. Bildirdik ki, təmirə başlayarkən mənzilə daxil olan qaz borularını bağlamışdıq və mənzildə qazla işləyən soba olmayıb. Oradan bizi Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə gətirdilər. Bütün günü orda əlimiz qandallı gözlədikdən sonra, axşam Bakı Şəhər Prokurorluğundan bizdən izahat almaq üçün nümayəndə gəldi. Bizi rəisinin otağına aparanda yenə də bildirdik ki, mənzildə qazla işləyən soba olmayıb. Ümumiyyətlə, həmin mənzildə qaz olmayıb. Bu zaman rəis iki nəfər mülki geyimli şəxsi otağa çağırıb bildirdi ki, bunları aparıb başa salın. Həmin şəxslər məni otağa salıb döydülər. Əsasən də ayaqlarıma vururdular. Sonra bildirdilər ki, istədikləri ifadəni verməsəm, mənə nalayiq hərəkətlər edəcəklər. Mən də məcbur olub onların istədikləri kimi ifadə verdim. Guya biz mənzildə lak vurmuşuq. Sonra da lakı qurutmaq üçün sobanı yanılı qoymuşuq. Bu zaman da qaz sızıb. Lakin bir daha təkrar edirəm, həmin mənzildə qaz sobası olmayıb. Heç təmir gedən evdə qaz sobası yandırmaq olmaz axı. Bütün ev yenidən hisə bulaşar. Mən və Pərviz Zülfüqarov istədikləri kimi ifadə verdikdən sonra heç yerə getməmək barədə yazılı iltizam alıb bizi sərbəst buraxdılar. Pərviz Zülfüqarovu isə ayaqlarından asıb şunurla döyüblər. Lakin yeznəm Elman Niftəliyev ifadəsini dəyişmədiyinə görə, yenə də orada saxlanılır". S. Kərimov hazırda yeriyə bilmir. O, həkimdən müayinədən keçmək istəyib. Lakin həkimlər məsələni biləndən sonra onu müayinə etməkdən çəkiniblər. Bunda başqa S. Kərimov bölmədə mobil telefonun və pulunun əlindən alındığını deyir. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov lent.az-a məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovla görüşmək istədiyini, ancaq rəisin imtina etdiyini deyib: “Rəis görüşməyə razılıq verdi. Mən də idarəyə getdim. Lakin sonradan telefonlarıma cavab vermədi”. İsmayıl Əsədov isə bildirib ki, həmin şəxslər Bakı Şəhər Prokurorluğunun istintaq qrupu tərəfindən dindirilib: “Həmin dindirmələrdə mən də iştirak etmişəm. Orada heç kimə təzyiq edilməyib. Bunu tam məsuliyyəti ilə deyə bilərəm. Bu ağır qətl deyil, qəsdən törədilən cinayət deyil. Kiməsə cinayəti boynuna almağa görə, niyə fiziki təsir göstərilməlidir. Bu bədbəxt hadisədir, baş verib, istintaq gedir. Araşdırmalardan sonra kim günahkardırsa, cəzalandırılacaq. Əgər onlara işgəncə verilibsə, şikayət ərizəsi ilə polisə müraciət edə bilərlər”. E. Behbudovla görüşə gəldikdə, rəis hüquq müdafiəçisi ilə görüşməyə həmişə hazır olduğunu bildirib: Həmin gün iclasda olmuşam. Ona görə də telefona cavab verə bilməmişəm".
|
44,652 |
20.12.2008 05:28
|
Ölkə
|
PREZİDENT MƏZUNİYYƏTDƏN QAYITDI?
|
AzərTAc-ın məlumatına görə, X.L.Herrero Ansola Azərbaycandakı fəaliyyətindən məmnun qaldığını bildirib. Görüşdə həmçinin Azərbaycanla ATƏT arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.Xatırladaq ki, İ.Əliyev inməzuniyyətə cıxması xəbəri yayılmışdı. Onun məzuniyyətdə olması barədə məlumat dekabrın 18-də Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova istinadla yayılıb. Dövlət başçısının məzuniyyətinin neçə gün çəkdiyi və onun həmin vaxt harda olduğu ictimaiyyətə bəlli deyil.
|
44,653 |
20.12.2008 05:28
|
Gündəm
|
ƏSİR ƏSGƏRİMİZƏ İŞGƏNCƏ VERİLR
|
E.Sabiroğlunun sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyətdə Azərbaycan Ordusu haqqında mənfi rəy yaratmaq üçün bu cür məkrli və alçaldıcı üsullardan istifadə edərək, əsiri bir növ alətə çevirir: “Belə münasibət isə insan hüquq və azadlıqlarına, hərbi əsirlərlə bağlı bütün konvensiyalara ziddir. Buna baxmayaraq, ermənilər əsirə qarşı qeyri-insani münasibəti davam etdirirlər”.Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə APA-ya bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) ötən həftə R. Həsənovun Azərbaycana qayıtmaq istəməsi barədə məlumat alıblar. Dövlət Komissiyası bundan sonra əsiri tez bir zamanda geri almağa hazır olduğunu açıqlayıb.BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qurum nümayəndələri R. Həsənovla sonuncu dəfə dekabrın 12-də görüşüblər. Görüşlə bağlı bütün detallar konfidensial saxlanılır. Əsirin qardaşı Afiq Həsənov isə APA-nın Qarabağ bürosuna bildirib ki, Rafiq Həsənovun Ermənistan televiziyasında çıxış etdiyini onlar da eşidiblər: “Amma biz onun Azərbaycana qayıtmaq istəməməsinə inanmırıq. Çünki Rafiq sonuncu məktubunda qayıtmaq istədiyini yazmışdı”.Əsirin Azərbaycana qayıtmaqdan imtina etdiyini söylədiyi barədə “Novosti-Armeniya” məlumat yayıb. R. Həsənov çıxışında Azərbaycan Ordusunda hərbi xidmət keçən zaman təhqir və alçaldıcı hərəkətlərə məruz qaldığını deyib: “Buna dözməyərək ayağıma atəş açdım və hospitalda müalicə olundum. Lakin bundan sonra belə, mənə qarşı təhqiramiz hərəkətlər dayandırılmadı”. Rafiq Həsənov Ermənistanda ona yaxşı münasibət bəsləndiyini deyib və valideynlərinə, yaxınlarına salam göndərib: “Mənim taleyimə görə narahat olmayın, burada mənə yaxşı münasibət bəsləyirlər. Bir daha bəyan edirəm ki, Azərbaycana qayıtmayacağam”.
|
44,654 |
20.12.2008 06:31
|
Ölkə
|
2008-ci İL KİMLƏR ÜÇÜN DÜŞƏRLİ OLDU?
|
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu üçün ilin ən əlamətdar hadisəsi onun özünün da qatıldığı Türkiyədə qadın hüquqları ilə bağlı keçirilən konfrans olub: “Türkiyə, İran və Azərbaycan qadınları tədbirdə iştirak edirdi. Təbii ki, konfransa kişilər də iştirak edirdi. Biz buzu qıraraq, İranda yaşayan bütün millətlərin nümayəndələri ilə danışdıq”. N.Cəfəroğlunun sözlərinə görə, 2008-ci ili heç də uğurlu il hesab etmək olmaz: “Uğurlu o zaman olardı ki, camaat əminamanlıqda yaşaya bilsinlər, jurnalistlər həbsdə olmasın, söz azadlığı boğulmasın. Azərbaycan cəmiyyətinin içində sıxıntı var. Şəhərdə gəzirəm və baxıram, bir adamın üzü gülmür. Camaatın belə məyus gəzməsi mənə çox pis təsir edir. Bu səbəbdən deyə bilmərəm ki, 2008-ci ildə nələrəsə nail ola bildik”.ADP sədri Sərdar Cəlaloğlu da elə bir önəmli hadisə baş vermədiyindən bu ilə görə təəssüfləndiyini bildirdi: “Amma şəxsi kontekstdə yenilik oldu. Nəvəm dünyaya gəldi. Hər halda bunu çox böyük səadət hesab edirəm. Həmçinin builki prezident seçkilərində kütləvi repressiyaların olmamasını, iqtidarın zor tətbiq etməməsini də müsbət hal kimi qiymətləndirmək olar. Amma bütövlükdə ictimai-siyasi həyatımızda siyasi durğunluğun davam etməsi, siyasi inkişafın baş verməməsini mənfi hal kimi qiymətləndirmək lazımdır. Qonşu dövlətlərdə hər cür aktiv hadisələrin yaşandığı, bütün cəmiyyətlərin öz haqları uğrunda mübarizə apardığı bir vaxtda Azərbaycan xalqının apolitik vəziyyətə düşməsi və öz taleyinə laqeyd qalması ilin ən uğursuz göstəricilərindən biridir”. S.Cəlaloğlu da ili uğursuz il hesab etdiyini dedi: “Xüsusən bu il müxalifətin birlik yarada bilməməsi, prezident seçkilərində iştirak üçün şəraitin olmamasını ən ciddi uğursuzluqlardan biri sayıram”.Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov isə ilin ən yadda qalan hadisəsi kimi Gürcüstanla Rusiya arasında beş günlük müharibəni görür: “Bu hadisə öz təsirini hələ uzun illər göstərəcək. Bu müharibə bir çox məsələlərə aydınlıq gətirdi. Regiondakı vəziyyətə və onun gələcəyinə çox ciddi təsir göstərdi. Dünyada başlamış maliyyə böhranı da ilin ən böyük hadisələrindəndir. Yəqin ki, bu iki olay ilin ən böyük olaylarıdır”.E.Namazov ilin düşərliliyi ilə bağlı suala belə cavab verdi: “İctimai-siyasi fəaliyyətlə məşğul olan şəxs kimi, belə suallara şəxsi prizmadan yox, ilk növbədə xalqımızın maraqları prizmasından baxıram. Azərbaycan üçün bu il də itirilmiş oldu”.Öz növbəsində “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ən böyük hadisənin bu gün baş verdiyini dedi: “2008-ci ilin ən böyük hadisəsi, məncə, Konstitusiyada dəyişiklik edilməsi məsələsidir. Fikrimcə, nəinki bu gün, hətta son beş ildə həyatımızın mənasını nümayiş etdirən dəyişiklik budur”. A.Əliyev də ili uğursuz sayır: “Bütün Azərbaycan xalqı və ölkənin vətəndaşı kimi mənim üçün bu il çox uğursuz oldu”.Sorğumuza adi vətəndaşlar da neqativ cavab verdilər.Rasim Əliyev adlı sürücü ilin onun ailəsi üçün çox ağır keçdiyini söylədi: “İl maliyyə baxımdan ailəm üçün çox sıxıntılı keçdi. İlin ən böyük hadisəsinə gəlincə, qiymətlərin bahalaşmasını deyə bilərəm”.Səadət xanım adlı vətəndaş da 2008-ci ili uğursuz hesab edir: “Bu il yalnız uğursuzluqlarla yadda qaldı, insanları sevindirəcək hər hansı hadisə olmadı. Ən yadda qalan hadisə isə neftin qiymətinin sürətlə düşməsi oldu”.
|
44,655 |
20.12.2008 05:25
|
Siyasət
|
“BƏZİLƏRİ HƏLƏ DƏ BÖHTAN, ŞƏR-ŞƏBƏDƏ MƏRƏZİNDƏN XİLAS OLMAYIBLAR”
|
AXCP Pənah Hüseynin hazırladığı və bu günlərdə DUİ-nin qəbul etdiyi sənəd də AXCP tərəfindən narazılıqla qarşılanıb. Bunu AXCP funksionerlərinin mətbuata açıqlamaları və bu partiyaya yaxın qəzetlərdə mövzuya həsr olunmuş tənqidi yazılar da sübut edir. “Azadlıq” qəzetinin dünənki sayında isə AXCP Gənclər Təşkilatının sədri Seymur Həziyevin Pənah Hüseyni hədəfə alan geniş məqaləsi dərc edilib. Bildirilir ki, P.Hüseynin DUİ-yə daxil olmasında məqsədi Elçibəy ideyalarının davamçısı olan KXCP-ni hakimiyyətin legitimliyini tanımağa sövq etməkdir: “Pənah Hüseyn hakimiyyətə olmayanı verib, ondan özünə lazım olanı qoparmaq istəyir. Hakimiyyət prezident seçkilərində ictimai legitimliyini tamamən itirdi və çox sərt daxili, xarici tənqidlərə məruz qaldı. Pənah Hüseyn də bu boşluğu doldurmaq üçün xidmətini təklif edir. Xidmətsə hakimiyyətin siyasətinə müxalif olma şərti ilə onun “seçilən” olduğunu etiraf edən bir birlik yaratmaqdır. DUİ diqqəti cəlb edir. Ona görə ki, orada siyasi platforması Elçibəylə birbaşa bağlı olan KXCP var. Pənah Hüseyn bu partiyanı da DUİ deyilən hibridlə birlikdə “yola gətirməklə” bir daşla iki quş vurur. Birincisi, ən azı gələn seçkilərdə hakimiyyətin iradəsi işləyərsə deputat mandatı əldə edər, bu alınmasa, mövqeyini hakimiyyətin xeyrinə dəyişmiş birlikdən maddi gəlir mənbəyi kimi faydalanar. Təbii ki, iqtidarın sifarişlərini icra etdirməklə”. Yazıda başqa bu kimi ittihamlar da yer alıb.İttihamlara Pənah Hüseynin mövqeyini öyrəndik. Bildirdi ki, ona bir neçə gün əvvəl özünü Seymur Həziyev kimi təqdim edən jurnalist sual verib ki, mətbuatda DUİ-nin seçki blokunun “Xalq Cəbhəsi” adlanması barədə tərəfimdən təklif səsləndirildiyi doğrudurmu: “Mən də təsdiqlədim. Həqiqətən seçki bloku kimi fəaliyyətə başlamaq barədə DUİ sədrlər şurasında qərar qəbul edildikdən sonra (bu ilkin siyasi qərardır, blokun yaranıb-yaranmaması barədə partiyaların yetkili orqanları müzakirə aparıb mövqe ortaya qoyacaq) konkret məsələlər barədə müzakirə aparılmayıb. Sadəcə, dedim ki, yaxşı olar blokun adı Xalq Cəbhəsi olsun. Ona görə ki, DUİ-nin tərkibindəki beş siyasi partiyadan ən strukturlaşmış, çoxsaylı üzvü və ərazi təşkilatları olan KXCP-dir. Və mənim də təklifim ondan ibarət olub ki, biz, ümumiyyətlə, işimizi KXCP-nin bazası üzərində quraq. Bu mənada həmin seçki blokunun adının qısa olaraq Xalq Cəbhəsi olmasını təklif eləmişəm. Sizin dediyiniz məqaləni oxumamışam. Sizə istinadən eşitdiyim fikirlərin mənə tanış olan şəxslər tərəfindən səsləndirilməsini çox eyib sayıram. Məni bağışlasınlar, o cür fikirlər xəstə, paronik fantaziyanın məhsulu ola bilər. Lakin mövqe bildirmək hüququ hər bir şəxsin var. Etik səviyyəsi və əxlaqiliyi isə vicdan məsələsidir. Əgər mənim təklif elədiyim fikirlər barədə həqiqətən səmimi anlaşılmazlıqlar varsa, imkanım daxilində aydınlaşdıra bilərəm. Təəssüf ki, mənə “Azadlıq” qəzetindən belə bir müraciət olmayıb”.P.Hüseynin fikrincə, kimlərsə, onun DUİ və KXCP ilə əməkdaşlığından narahat olub: “Açığı, indi sizin haqqında söhbət etdiyiniz məqalədən görürəm ki, bunlar guya KXCP-nin qeydinə qalırlar. Çox riyakar və qeyri-səmimi səslənir. Mənim fikrimcə, son dövrdə KXCP-nin və onun liderinin formalaşdırdığı blokun nüfuzunun, siyasi proseslərə təsirinin artıdığını görüb qıcıqlanırlar. Bu cür yazıları yazanların və onlara yazı yazdıranların xisləti hamıya məlumdur. Görünür, hələ də böhtan, şər-şəbədə mərəzindən xilas olmayıblar. Yoxsa mənim hər hansı fikrimlə polemikaya girmək istəyirlərsə, mən hazıram. Ağıllı bir şey görsəm, qəbul edərəm. Nədəsə səhv etdiyimi etiraf edərəm. Ən azı ictimaiyyət polemikada kimin haqlı olduğu barədə rəyə gələ bilər. Yeri gəlmişkən, mənim DUİ-yə getməyim KXCP sədri Mirmahmud Mirəlioğlunun təşəbbüsü ilə olub. Mirmahmud ağa təklif etdi ki, KXCP və Xalq Partiyası birləşsin. Mən də partiyada məsləhətləşəndən sonra DUİ tərkibində əməkdaşlığı daha məqsədəuyğun saymışam. Ümumiyyətlə, mən müxalifətdə olan partiyaların mümkün qədər birləşməsinin tərəfdarıyam. O cümlədən vahid partiyada. Ətrafında birləşmək mümkün olan partiyalardan biri də KXCP-dir. Və bir daha Seymur bəyə çox eyib olsun. Vəssalam”.
|
44,656 |
20.12.2008 06:33
|
Ölkə
|
“SÜNİ MAYALANMA” QANUNU PARLAMENTDƏ İLİŞDİ
|
Vəziyyətin gərgin olduğunu görən Sosial siyasət daimi komissiyasının sədr müavini Musa Quliyev qanun layihəsini müdafiə etdi. O, qanun layihəsinin sonsuzluq bəlasına düçar olanlar üçün yaxşı çıxış yolu olduğunu bildirdi. Deputat bəzi həmkarlarını məsələnin mahiyyətindən bixəbərlikdə qınadı: “Bu gün dünyadakı ailələrin 15 faizi sonsuzluqdan əziyyət çəkir. Azərbaycanda isə bu rəqəm 13 faizdir. Təkcə keçən il Azərbaycanda sonsuzluq səbəbindən 2 min ailə dağılıb. İl ərzində 972 ailə övladlığa uşaq götürüb. Onlarla ailə isə övladlığa uşaq götürmək üçün növbədə dayanıb”. M.Quliyev dedi ki, qanun layihəsi ailə planlaşdırılması baxımından da əhəmiyyətə malikdir. Əlavə etdi ki, qanun layihəsinə süni mayalanmaya icazə verilməsinə görə etiraz edənlər yanılır: “Çünki hazırda da Azərbaycanda süni mayalanma aparılır. Ötən il Azərbaycanda 410 uşaq süni şəkildə dünyaya gəlib. 3 min ailə müraciət etsə də, imkansızlıq səbəbindən onların yalnız 25 faizi bu xidmətdən yararlana bilib”. M.Quliyev həzrəti İsanın dünyaya gəlişini də xatırlatdı. Deputatların bəzisi onun bu sözlərinə gülüşlə reaksiya verdi. Spiker onları həmkarlarına hörmət etməyə çağırdı.Jalə Əliyeva isə qanun layihəsinin əleyhinə çıxdı. Onun sözlərinə görə, layihədəki bəzi müddəalar Azərbaycan üçün yenidir və birmənalı qarşılanmayacaq. Süni mayalanma nəticəsində valideyni məlum olmayan uşaqların dünyaya gələcəyini xatırladan deputat bunun gələcəkdə problemlər yaradacağını bildirdi: “Düzdür, cəmiyyətdə müxtəlif səbəblərdən atasız böyüyən uşaqlar var. Amma onların ən azı şəxsiyyət vəsiqələrində atalarının adları yazılıb. Süni mayalanma ilə dünyaya gələn uşaqların isə ataları olmur”.Qənirə Paşayeva isə dindən sui-istifadənin yaxşı hal olmadığını bildirdi: “Quranda deyilir ki, içki içmək, zina etmək olmaz. Birinci bundan başlamaq lazımdır. Xahiş edirəm İslamdan və Qurandan sui-istifadə etməyin. Ölkədə 13 faizə çatan problemin həllinə çalışmaq lazımdır”. Deputat bildirdi ki, qanun övlad cəhətdən bədbəxt olan ailələrə kömək məqsədini daşıyır: “Bu məntiqlə yanaşsaq, gərək orqan köçürülməsini də məhdudlaşdıraq”.Aynur Quliyeva da layihəni müdafiə etdi və əvvəlki illərlə müqayisədə əhali artımında problemin olduğunu xatırlatdı: “Heç bir kişi, yaxud qadının valideyn olmaq hüququ məhdudlaşdırıla bilməz”.İclasda iştirak edən səhiyyə nazirinin müavini Sənan Kərimov çıxışında qanunun zəruriliyindən danışdı.Fikir müxtəlifliyini görən spiker məsələnin səsverməsini təxirə salmağa qərar verdi. Bildirdi ki, parlamentin iki iclası ərzində davam edən müzakirələr çox ziddiyyətlidir. Buna görə də qanun layihəsinin ictimai müzakirələrə çıxarılmasına ehtiyac var. O.Əsədov təklif etdi ki, layihənin müzakirəsi Milli Məclisin yaz sessiyasına qədər təxirə salınsın.Bundan sonra “Şəhərsalma Məcəlləsi” birinci oxunuşda müzakirəyə çıxarıldı. Bu barədə məlumat verən parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirdi ki, son vaxtlar tikinti işləri aparılarkən şəhərsalma norma və qaydalarına əməl olunmur: “Səbəb kimi bu işə nəzarət edəcək dövlət orqanlarının səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməməsi göstərilib. Nəticədə bir sıra yaşayış məntəqələrində problemlər meydana çıxıb. Müzakirəyə təqdim olunan məcəllə də bu zərurətdən meydana gəlib”. Komissiya sədri dedi ki, istənilən yaşayış məntəqəsinin ərazi planlaşdırılması olmalıdır: “Bununla insanların rahat həyat şəraiti təmin edilmiş olacaq. Məcəlləyə əsasən, hər bir ərazinin, yaşayış məntəqəsinin inkişafının təmin olunması üçün onun ərazisi planlaşdırılmalı, zonalaşdırılmalı və tikintisi aparılacaq zonaların sxemləri hazırlanmalıdır”. Z.Səmədzadə dedi ki, şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilk növbədə dövlətin vəzifəsidir: “Dövlət bu sahədə öz siyasətini müəyyən etməsə, heç bir hüquqi və fiziki şəxs onun öhdəsindən gəlməyə qadir deyil. Bu sahədə dövlətin qarşısında çox ciddi vəzifələr durur. Sənəddə yaşayış məntəqələrinin baş plan əsasında tikilməsi nəzərdə tutulur. Hətta qəsəbə və kəndlərin də baş planı olmalıdır”.İclas müzakirələrlə davam etdirildi və ilk oxunuşda qəbul edildi.
|
44,657 |
20.12.2008 06:34
|
Ölkə
|
SPİKERLƏ PƏNAH HÜSEYN YENƏ SÖZLƏŞDİ
|
Spiker isə onunla razılaşmayaraq, onun deməli olduğu fikirləri komissiyanın iclasında söylədiyini bildirib. Pənah Hüseyn isə əsəbi halda “hər işiniz belədi, saxta, yalançı, oğru” deyərək çıxışını yekunlaşdırıb.
|
44,658 |
20.12.2008 06:35
|
Gündəm
|
ATƏT-in BAKI OFİSİNƏ MÜVƏQQƏTİ RƏHBƏR TƏYİN OLUNDU
|
Bakı ofisinə yeni rəhbər təyin olunana qədər bu vəzifəni ofis başçısının müavini Aleksis Şahtaxtinski icra edəcək. ATƏT-in qərargahında Bakı ofisinə yeni rəhbərin təyinatı üçün namizədlər öyrənilir. Təyinatın nə vaxt həyata keçiriləcəyi hələ məlum deyil. Qeyd edək ki, 2007-ci ilin fevralından ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsində çalışan Xose Luis Herrero Ansola Makedoniyadakı ofisə rəhbər vəzifəsinə təyinat alıb.
|
44,659 |
20.12.2008 06:35
|
Yazarlar
|
“ÜZRÜ GÜNAHINDAN BETƏR...”
|
Şair 2007-ci ilin yanvarında Türkiyədə öldürülmüş erməniəsilli jurnalist Qrant Dinkə və onun qatillərinə - qaradənizli Ogün Samasta və Yasin Xəyala işarə edirdi.O zaman Türkiyənin ən böyük qəzetlərinin məşhur köşə yazarları sözləşiblərmiş kimi həm Ozan Arifi, həm də İsmayıl Türütü tənqid atəşinə tutmuşdular. Tənqid, təpki, etiraz o qədər şiddətli, hay-küylü idi ki, hətta prokurorluq orqanları Ozan Arifi və İsmayıl Türütü istintaqa cəlb edərək ifadələrini aldılar.Əslində, şair heç də qatı millətçi şüarlar irəli sürmürdü, aydın şəkildə deyirdi ki, “plan yapmayın, plan keçməz Qaradənizdə”.Türkiyəli ziyalılar isə özlərini elə aparırdılar ki, guya məmləkətdə faşizm hərəkatı başlayıb və bunun qarşısı alınmalıdır.Elə o zaman görünürdü ki, qardaş ölkənin ziyalı elitası reallıq hissini itirib, Türkiyənin hansı bölgədə, hansı şərtlər daxilində mövcud olduğunu sanki bilmirlər.Onların qələmə aldıqları yazılardan görünürdü ki, bu şəxslər yeri gəlsə ermənilərdən üzr istəməyə hazırdırlar və hesab edirlər ki, Avropa Birliyinə üzvlük üçün, iki xalqın barışığı üçün bu, çox vacibdir.Budur, artıq fakt ortadadır. Yenə üzdəniraq ziyalıların təşəbbüsü ilə mənfur bir imzatoplama kampaniyası başlayıb və bu kampaniyanın adı da, məzmunu da sadədir: “Ermənilərdən üzr istəyək”.Hazırda bir çoxları bildirirlər ki, bu kampaniyanın təşkilatçıları əslində ya sırf erməniəsillidirlər, ya da qarışıqqanlıdırlar, ona görə fəallıq göstərirlər.Ola bilər ki, qismən belədir, yəni “Ermənilərdən üzr istəyək” kampaniyasında fəallıq göstərənlərin bir hissəsi türk ad-soyadı daşıyan ermənilərdir, amma heç də hamısı onlar deyil. Şübhə yoxdur ki, onların içində kosmopolit ruhlu, keçmişdə solçu ideyaların fanatik daşıyıcısı olmuş pakqanlı türklər də çoxdur.Bu o adamlardır ki, Qrant Dinkin dəfnində “Hepimiz erməniyiz, hepimiz Hrant Dinkiz” pankartları qaldırmışdılar və bu sloqanları bərkdən səsləndirirdilər.Həmin vaxt küçələrə 50 mindən artıq adam çıxmışdı. Bunların hamısı erməni deyildi. Dəfn proseduru o qədər şiddətli, hay-küylü keçdi ki, dünyanın əksər telekanalları reportaj yaydılar. O günlərdə İraqda, Əfqanıstanda öldürülən yüzlərlə müsəlmanın faciəsi kölgədə qalmışdı, bir erməni jurnalistinin qətli isə Avropanın gündəmini işğal etmişdi.O vaxtkı sıyılmanın, yumşalmanın bura gətirəcəyi elə o zamandan bəlli idi. Bir neçə ay öncə Türkiyə prezidenti Abdulla Gülün İrəvana səfərinin mabədi belə olmalıydı. Bu səfərə etiraz edənlər əbəs yerə özlərini həlak etmirdilər, bilirdilər ki, çətini ermənilərə ilk mövqeni güzəştə gedənə qədərdir, sonra ağla gələn və gəlməyən hər yerdən irəli gələcəklər.Bir-iki həftə öncə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan xarici işlər nazirimiz Elmar Məmmədyarova deyib ki, gəlin, keçmişdəki bütün pislikləri unudaq. Bu da dərhal razılaşıb, deyib, unudaq deyirsən, unudaq.Bu, ənənəvi erməni siyasətidir: düşmən onun etdiyi yamanlıqları unutsun və sıyılsın, amma özləri unutmasınlar və həmişə fürsət gözləsinlər.Elə olmasaydı, ermənilər təxminən 94 il bundan qabaq baş verən hadisələri unudardılar. Göründüyü kimi, elə şey yoxdur. Onlar heç nəyi unutmayıblar və dünyamiqyaslı iş aparır, üzrxahlıq tələb edirlər. Təzminat tələbi, ərazi iddiaları sonra gələcək.Türkiyəli ziyalılar isə fil qulağında yatıblar. Ermənilərdən aldığımız yaralar təzə və ağır olduğu üçün biz daha sayığıq. Amma qanlı hadisələrdən keçən 90 il və vəhşi erməni terroruna məruz qalan türkiyəli diplomatların faciəsindən ötən 30 il onların özünüqoruma instiktini korşaldıb. Hazırda onlar avropalı kimi düşünmək istəyirlər, amma unudurlar ki, tərəf-müqabilləri 100 il əvvəlki düşüncədədir. Xalid KAZIMLI
|
44,660 |
20.12.2008 06:34
|
Müsahibə
|
“KƏMALƏDDİN HEYDƏROV PREZİDENTƏ BORCLUDUR”
|
- Anar bəy, bu parlamentin təqribən 50 faizi 1995-ci ildə qəbul olunmuş konstitusiyaya səs vermişdi. Bu konstitusiya Heydər Əliyev konstitusiyası kimi tarixdə yaşayırdı. İndi buna dəyişiklik edilməsi Heydər Əliyev ənənəsinə, siyasi sisteminə qarşı deyilmi? Bu, Avropaya inteqrasiya üçün Azərbaycana nə gətirəcək? - Bu, potetik bir sözdür. Heydər Əliyev bir dəfə özü bunu “Heydər Əliyev Konstitusiyası” adlandırıb... Lenin 1914-cü ildə tarixi kontekstdə nəsə deyibsə, ondan sitat gətirib bunu aksioma kimi qəbul etməyimiz düzgün deyil. Unutmaq olmaz ki, dünya dəyişir. Burda ömürlük prezidentlikdən söhbət getmir. Burda söhbət ondan gedir ki, məhdudiyyət götürülsün. Mən üç gün bu məsələnin tarixini oxudum. Amerikada bunun necə, nəyə görə olduğunu araşdırdım. Mənimçün maraqlı idi ki, nəyə görə onlar üçüncü dəfə seçilməyi qadağan etdilər. Gördüm ki, bunun demokratik prosedurlara heç bir dəxli yoxdur. Respublikaçılar daxili “razborka”lara görə bu düzəlişi qanuniləşdiriblər. Burda da söhbət İlham Əliyevdən getmir. Hesab edirəm ki, bu düzəliş bəlkə 50-100 il yaşayacaq. Amerikada konstitusiya 1888-ci ildə qəbul edilib. Amma ondan üç il sonra 10 düzəliş əlavə olunub. Bəs nəyə görə demirdilər ki, biz Corc Vaşinqtonun irsini tapdayırıq? Heç 1947-ci ildə də deməyiblər. Sonuncu düzəliş 1971-ci ildə olub. Ruzvelt bu ənənəni pozdu, ancaq heç kim bu barədə danışmır. - Yəqin ki, sizin dövlət başçısı İlham Əliyevlə müəyyən əlaqələriniz var. Onun bu məsələyə münasibəti necədir? - Bizim bu barədə heç bir söhbətimiz olmayıb və onun mövqeyindən xəbərim yoxdur. Allah qoysa, olacaq, söhbət eləyərik. Ancaq mən hesab edirəm ki, kim ki bu məsələni İlham Əliyevlə, şəxsiyyətlə əlaqələndirməyə başladı, o, düz eləmədi. Hər bir kampaniyanın strategiyası var. Hər hansı qanun da siyasi mühitə, vəziyyətə görə modernləşdirilir. “Ancaq İlham Əliyevi üçüncü dəfə prezident seçmək istəyirik” strategiyası düz deyildi. 5 ildən sonra İlham Əliyev imtina da eləyə bilər, seçilməyə də bilər. O zaman YAP başqa namizədini verə bilər. - Hesab edirsiniz ki, bu təşəbbüs İlham Əliyevlə razılaşdırılmadan qaldırılıb? - Bu təşəbbüs üç-dörd aydır başlanıb. Üç-dörd ay qabaq İlham Əliyevdən soruşdular, o dedi ki, belə bir məsələ yoxdur.Prezident Aparatı da bu günədək bu barədə sadəcə ictimai müzakirələrin getdiyini bildirir. Mən hesab edirəm ki, əvvəlcədən qoyulan məhdudiyyətin demokratik prosedurlara dəxli yox idi. - İlham Əliyev təklifi qəbul etməyib prosesi yarımçıq saxlaya bilərmi? - Onu bilmirəm. Yenə deyirəm ki, bu düzəlişləri İlham Əliyevlə əlaqələndirmək düzgün deyil. Amerika 150 ildən sonra prezidentin üçüncü dəfə seçilməsinə məhdudiyyət qoydu. Biz isə bu məhdudiyyəti əvvəlcədən qoyduq. Amerikadakı seçki sistemi bizdəki ilə eyni deyil axı... Albert Qor seçicilərin 52 faiz səsini aldı. Corc Buş isə 51,49 faiz səs aldı və seçildi. Çünki onların sistemi ayrıdır. Yəni onlardakı sistem də ideal olmadığı üçün bu kimi söhbətləri aparırlar. - Belə fikirlər var ki, hakimiyyət daxilində 2013-cü il seçkilərində başqa bir namizədin kimliyi narahatçılıq yaratdığı üçün bu təşəbbüs gündəmə gətirilib. - Bəlkə bu, bir az radikal olar. Amma mən inanmıram ki, Azərbaycanda bu gün hakimiyyət daxilində, yəni prezidentdən kənar hansısa insanlar var və 2013 yox, 2011-ci il barədə fikirləşirlər. Mən belə düşünmürəm. Hesab edirəm ki, bəli, konyuktura məsələsi var. Yəni ruslar bunu elədilər, biz də eləyirik. Buna dünya konyukturası deyirlər. O ola bilər. Yəni hansısa beynəlxalq təzyiqlər olsa, biz deyərik ki, əvvəl get, ruslarla söhbət elə, sonra gəlib bizimlə danışarsan. Bu, ola bilər. Amma bu gün kiminsə 2013 haqda plan cızması...Mən hesab etmirəm ki, İlham Əliyev üçün Medvedyev kimi adamı tapmaq, özünün baş nazir, Medvedyev kimi birisinin isə prezident olması problem olacaq. - Hakimiyyətin içində birinciliyə iddialıların olmasından da çox danışılır... - Kimdən? - Məsələn, Kəmaləddin Heydərovun adı daha çox hallanır. - Yox, mən buna inanmıram. Kəmaləddin Heydərovun müdafiəyə ehtiyacı yoxdur. Amma siz Kəmaləddin Heydərovu elə eləmisiniz ki, guya gündə pistoletlə komissar kimi gəzir, hər gün dava eləyir, yaxud nə...O heç vaxt birinci şəxs olmaq istəməz. Çünki o, İlham Əliyevə sadiq adamdır. Bəlkə başqa məmurlar hakimiyyətə gəldiklərinə görə başqa bir adama borcludurlarsa, Kəmaləddin Heydərov şəxsən ancaq İlham Əliyevə borcludur. Bəzi insanlar var ki, kimsə onunla bağlı təqdimat verib və o, vəzifəyə irəli çəkilib. Kəmaləddin Heydərov belə insan deyil. O prezidentə sadiq insandır. İnanmıram ki, birinci yerə iddialı olsun. Bu, mümkün deyil. - Başqa bir versiyaya görə, bu gün hakimiyyətdə post tutanlar gələcəkdə deyək ki, birinci ledinin prezidentliyə namizədliyi irəli sürüləcəyi halda özlərinin bu komandada yer almayacaqlarından ehtiyatlanırlar və bu səbəbdən indiki prezidentlə davam etməyi üstün tuturlar. - Bu söhbətləri axı biz 2003-cü ildə də eşitmişik. O zaman da deyirdilər ki, onlar Heydər Əliyevin komandasında təmsil olunmaqdan ötrü belə mövqe tuturlar və başqa adamın prezident olmasını istəmirlər. - Nazirlərin indiyədək qalması bunu sübut eləmirmi? - Bəli, onlar nəyə görə qaldılar? Gəlin xəyalən fikirləşək ki, siz haqlısınız. Yaxşı, bu kadrlar göydən düşəcək? Azərbaycanda nə kadrlar varsa, gözümüzün qabağındadır. Azərbaycanda 5 min deputatlığa namizəd var, amma 2 dəllək tapmaq olmur. - Necə bilirsiniz, konstitusiyanın 101-ci maddəsinin dəyişdirilməsi Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərməyəcəkmi? - Azərbaycanda konstitusiya islahatları milli maraqlara xidmət edir və bu məsələdən sui-istifadə etmək lazım deyil. Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin ləğv olunması heç kimin hüquqlarının pozulmasına yönəlməyib. Əgər bu məsələ sosial sifarişdirsə, cəmiyyətdən gəlirsə, parlament buna laqeyd qala bilməz. Ümumiyyətlə, hər şey xalqın seçimindən asılıdır. Əsas məsələ odur ki, xalqın seçimi məhdudlaşdırılmayacaq. Digər tərəfdən, 2007-2008-ci ildən sonra beynəlxalq tənqidlər üç qəpiklik qutab kimi oldu. Məsələn, 2007-ci ildə Gürcüstanda mitinqlərə çıxan müxalifətçiləri döyürdülər, amma ölkə rəhbərliyinə bir söz deyən olmadı. Ermənistanda isə seçkilərdən sonra siyasi baxışlarına görə mitinqlərdə insanlar öldürüldü. Azərbaycanda isə hansısa mitinqdə kiməsə dəyənək dəyir, bütün beynəlxalq təşkilatlar ayağa qalxır ki, belə olmaz, Azərbaycanda diktaturadır və sair. Yəni beynəlxalq aləmin proseslərə yanaşması çox vaxt ədalətsiz olur. Biz də öz zəkamız və qətiyyətimizlə belə yaşamalıyıq. Əgər hər dəfə beynəlxalq qurumların dedikləri ilə yaşasaq, bu, yaşayış olmayacaq.
|
44,661 |
20.12.2008 06:37
|
Yazarlar
|
BİR OVUC DƏLİQANLI?
|
Hər il xalqımızın taleyinə 15-20 faizlik inflyasiya ilə naxış vuran hökumətimiz deyirdi ki, arxayın olun, bu qasırğa bizdən yan keçəcək. Deyilənlər gerçək olmadı. Bakıda göydələnlər tikdirən, yarımçıq da olsa yollar çəkdirən, körpülər salan, div kimi “Akkord”u çökdürən rüşvətimiz tarixi təhlükə ilə üz-üzə qalıb. Bizi gələcəyə doğru dartıb aparan, motoru öz nöyütümüzlə işləyən lokomotivimizin yolunu bir para dəliqanlı kəsmək istəyir. Qollarını çırmayıb, başınlarına qırmızı lent bağlayıb, “Tələbəyik, rüşvət vermirik!” deyə keçmişimizi gələcəyə qovuşduran yolu bağlayıb aksiya keçirirlər. Gözlərini qan tutub, xəbərləri yoxdur ki, biz onun sayəsində pambıqla baş kəsmək, üzüm giləsi boyda göz yaşı axıtmaq kimi zəngin təcrübə qazanmışıq. Heç bu korrupsiya adlı beynəlxalq damğa adımıza yaraşdırılmasaydı, bizi itirib-axtaran, siyahıya salan olardımı? Nöyütün qarasını üzünə çəkib, parasına sevə-sevə “qara qızıl” deyən bir ölkəni dayandığı ucalıqdan endirmək istəyənlərin könlünə yatmayan nədir? Əvvəla, bu ölkədə diplom alan və burda yaşamaq istəyən hər bir kəs haramın adını “haqq” qoya-qoya, cibə girənə “hörmət” deyə-deyə 40 ildir ki, mənsəbə yüksəlir, vəzifə tutur, adam yerinə qoyulur. “Ataların yolu oğulların yoludur!” kimi tarixi məsəlin doğruluğuna da indiyə qədər dodaq büzən olmayıb. Bir para uşağın atasının, anasının cibini böhran silib-süpürüb deyə, öz şərəfli tariximizdən və keçmişimizdən imtinamı edək? Hətta “Azərbaycan iri addımlarla irəliləyəndə” də rüşvət qabağa düşüb, bəy toyunda yengə kimi oynayırdı.Mən yüz faiz əminəm ki, indi onların valideynləri ayaqlarına döşənib yalvarırlar: “Bala, gəl bu yoldan dön! Olub-qalanımızı da silib-süpürüb verək, təki sən diplomunu al!” Semestrdə rüşvət verməyəcəyik deyə, üzə dirənənlərin ata-anasının nə müsibətli günlər yaşadığını üç övladından ikisi bu ölkədə diplom alan ata kimi başa düşürəm. Yazıq analar! Gör onlar nə çəkəcəklər: düz bir ay gözlərinə bir çimir yuxu getməyəcək. “Ey Allah, sən mənim balamı təhsil nazirinin qəzəbindən, universitet rektorunun tamahından, imtahan götürən professorun hikkəsindən qoru!”, - deyə gecə-gündüz dua edəcəklər.750000 yeni iş yeri açılan ölkədə dörd diplomu, heç nəyə yaramasa da, evindəki saxlancda əvəzsiz milli sərvət kimi qorunan bir ailənin öndəri kimi elə bu rüşvət axarında üzümüzə ağ olan cavanlara tarixi təcrübəyə söykənən dəyərli məsləhətlərim var. Birincisi, insan rüşvət verə-verə almağın yolunu öyrənir. Bax tutalım ki, indi vermədiniz, sabah da diplom alandan sonra almadınız, onda bu ölkədə vergiyığan, gömrükdə ələbaxan, polisdə dəyənəklə pul çıxardan, prokurorluqda hərbə-zorba gələn, lap elə həkim kimi qanamayan yerdən qan çıxardan, müəllim kimi süpürgəpulu yığan işləyə bilərsinizmi?Rüşvət almağın çəmini tapmasanız heç sizi Kəmaləddin Heydərovun “harda aş-orda baş olan FHN-in” qapısından da içəri buraxmayacaqlar, Ziya Məmmədovun delfinlərinə yem verməyə, şeyximizin timsahlarının qabağına ət atmağa da yaramayacaqsınız. Ağlınızı başınıza yığın! İndi bu məmləkətin bütün ağıllıları rüşvətin ömrünü daha da uzatmaq üçün baş sındırır.“Akkord” yediyinin yerini doldurmaq üçün ikiotaqlı mənzil alana üstündə bir otaq, üçotaqlı alana iki otaq da pay verir. Şadlığınıza şitlik eləməyin, bu cür səxavətə dünyanın heç yerində rast gəlməzsiniz! Xalq rüşvətlə başının üstündən gələcəyə körpü, ayağının altından keçmişə keçid salır, siz də bu tarixi uğurlara dodaq büzürsünüz! Ayıb olsun! Qayıdın auditoryalara! Rüşvətinizi verin, qiymətinizi alın və fağır, mağmın xalqımızın sıra nəfəri kimi öz növbənizi gözləyin!
|
44,662 |
20.12.2008 06:42
|
Siyasət
|
MÜXALİFƏT HƏRƏKƏTƏ KEÇDİ
|
L.Yunus toplantını keçirməkdə məqsədinin hakimiyyətin antidemokratik qərarı ilə bağlı ictimai müzakirələr təşkil eləmək olduğunu dedi: “Bugünkü toplantımız müzakirələrin birinci pilləsidir. Hakimiyyət və beynəlxalq təşkilatlar görməlidir ki, Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə ictimai narazılıq var. Gələcək nəsillər qarşısında məsuliyyət hiss edən heç bir vətəndaş bu məsələdə susmamalıdır”.ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Azərbaycan Qazaxıstanın və Özbəkistanın başlanğıc nöqtəsinə doğru hərəkət edir: “Bu ölkələrdə ömürlük prezident institutu formalaşdırılıb. Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident olmasına qoyulan qadağanın ləğvi də əslində ömürlük prezidentlik instituna keçməkdir”. S.Cəlaloğlu dedi ki, konstitusiyada sözügedən dəyişikliyə cəhd edilməsi dövlət çevrilişinə bərabərdir.S.Cəlaloğlu təklif etdi ki, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara baş verən məsələ ilə bağlı rəsmi müraciət göndərilsin.AXCP sədri Əli Kərimli bildirdi ki, hakimiyyət demokratiyanın əsas fundamental prinsiplərindən birini dəyişmək istəyir: “Azərbaycan cəmiyyəti avtoritarizmin rəsmiləşdirməsinə qarşı çıxmalıdır. Hakimiyyəti son illərdə bölgədə avtoritarizmin ustadına çevrilən Rusiyanın yolu ilə gedir. Amma artıq müşahidə edirik ki, tələbə öz ustadından da qabağa keçib. Hətta Rusiyanın özünə rəva görmədiyi bir qeyri-demokratik addımı Azərbaycan rəhbərliyi özünə rəva görür. Bizim üçün utanc gətirsə də, deməliyəm ki, hətta işğalçı Ermənistan da bu cür antidemokratik addımı özünə rəva görmədi. Azərbaycana rəhbərlik edən adamlar bu dövlətin, millətin imici haqqında heç düşünmürlər. Görün, hansı ölkələrlə eyni sıraya düşmüşük. Ruanda, Zimbabve, Özbəkistan”.Əli Kərimlinin fikrincə, hakimiyyətin bu qədər arxayınçılığının arxasında bir neçə amil dayanır.AXCP sədri müxalifətin cəmiyyətin etirazını təşkil etməli olduğunu dedi: “Bu gün bu istiqamətdə ilk addımı atdıq. Müzakirələr davam etdirilməlidir. Antidemokratik dəyişikliyə etiraz edən bütün siyasi, ictimai təşkilatların, sadə insanların, ziyalıların birgə müqavimətini təşkil etməliyik. Kütləvi etiraz aksiyalarının təşkil olunmasından söhbət getməlidir. Beynəlxalq təşkilatlarla sərt dialoq aparılmalıdır. Təklif edirəm ki, biz Avropa Şurasının rəhbərliyinə adlı, imzalı açıq məktub yazaq. Açıq bildirək ki, Azərbaycanın bu vəziyyətə düşməsinin məsuliyyəti həm də onların üzərindədir. Avropa Birliyinin, ATƏT-in, BMT-nin, ABŞ-ın qarşısında məsələ qaldırmalıyıq və tələb etməliyik ki, Azərbaycanda avtoritar quruluşun rəsmiləşdirilməsi istiqamətində hakimiyyətin addımına münasibət bildirsinlər”.ALP-nin sədr əvəzi Əvəz Temirxan Azərbaycanda siyasi fəlakət baş verdiyini və bu fəlakətdə Qərb dairələrinin də rolunun olduğunu bildirdi. Daha sonra təklif etdi ki, konstitusiyada dəyişikliyin qarşısını almaq üçün müxalifət bütün ictimaiyyətin iştirakı ilə bir krizis mərkəzi yaratsın: “Cəmiyyəti hərəkətə gətirməsək, ölkədə ömürlük hakimiyyət sistemi qurulacaq”.KXCP sədrinin müavini Bəybala Əbil bütün müxalifətin, demokratiyanı müdafiə edən QHT-lərin qeyd-şərtsiz bir araya gəlib cəmiyyətin müqavimətini ortalığa qoymasının vacibliyini bildirdi: “KXCP bu istiqamətdə gərəkən bütün addımları atmağa hazırdır”.VİP sədri Əli Əliyev hakimiyyətin bu addımını dövlət quruluşuna qarşı addım adlandırdı: “Biz hərəkətə gəlməsək, hakimiyyət antidemokratik addımına demokratik don geyindirib cəmiyyəti buna inandıracaq. Cəmiyyət də aldanaraq prosesə susqunluqla yanaşacaq. Cəmiyyəti oyatmalıyıq. Azərbaycan cəmiyyətini hərəkətə gətirməli və ABŞ-ın yeni prezidenti Barak Obamaya bütün müxalifətin adından müraciət etməliyik. Bildirməliyik ki, ABŞ-ın müttəfiqlik etdiyi Azərbaycanda demokratiya tamamilə məhv edilir”.Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, hakimiyyət qısa müddətdə konstitusiyaya dəyişikliyi həyata keçirib məsələni yekunlaşdırmaq istəyir: “Bu tələskənliyin bir neçə səbəbi var. Hakimiyyət daxilində çox ciddi narazılıqlar var ki, status-kvo hansısa şəkildə dəyişə bilər. Hakimiyyətdəki qüvvələrin mübarizəsi səbəblərdən biridir. İkinci səbəb iqtisadi böhranın dərinləşəcəyindən doğan narahatlıqdır. Hakimiyyət düşünür ki, cəmiyyətin narazılığı o həddə çata bilər ki, bir neçə ildən sonra bu dəyişikliyi həyata keçirmək mümkünsüz ola bilər. Ona görə də bu dəyişikliyi ildırım sürəti ilə reallaşdırmaq istəyirlər”.İsa Qəmbər müxalifətin cəmiyyəti birləşdirməsinə ehtiyacı olduğunu dedi: “Hakimiyyət iddia edir ki, bu dəyişikliklər cəmiyyətin böyük hissəsinin mövqeyidir. Bu böyük bir yalandır. Bu yalanı hətta heç bir faktla əsaslandırmırlar. Biz bu yalanı cəmiyyətin mövqeyini ortaya qoymaqla sübut etməliyik. Biz cəmiyyəti, siyasi partiyaları həm də bir testə dəvət etməliyik ki, onlar doğrudanmı demokratiyanı sona qədər müdafiə edəcəklər. Mən əminəm ki, bu məsələdə daha geniş konsolidasiya əldə etmək mümkündür. Siyasi qüvvələrin, ictimai təşkilatların, tanınmış insanların konsolidasiyası ictimai rəydə çox ciddi əks-səda verə bilər. Mən o qədər də pessimist olmağın tərəfdarı deyiləm. Tam və mümkün hesab edirəm ki, hakimiyyət nə qədər tələssə də gecikib. Ölkədəki ictimai narazılıq, regiondakı ağır mürəkkəb vəziyyət və cəmiyyətin konsolidasiya oluna bilməsi nəinki bu antidemokratik dəyişikliyin qarşısının alınması imkanını bizə verə bilər, bəlkə də bu hadisə ölkədə demokratik dəyişikliklər üçün bir təkan olar. Pessimizmə qapılıb, hər şey bitdi, qənaətinə gəlməməliyik. Biz demokrat kimi mövqeyimizi ortaya qoymalıyıq”.İsa Qəmbər hakimiyyətin “demokratik ölkələrdə də bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa yoxdur” iddialarını əsassız adlandırdı: “Dünyanın prezidentli demokratik respublikalarında bir şəxsin iki müddətdən artıq prezident olmasına icazə verilmir”.Müsavat başqanı ölkənin tanınmış ziyalılarının da məsələyə münasibət bildirməsini vacib saydı: “Rüstəm İbrahimbəyov və digər onun kimi elitar, xalqın, ölkənin taleyini düşündüyünü bəyan edən ziyalılar buyursunlar, öz mövqelərini bildirsinlər. Görək onlar ölkələrində avtoritar quruluşun rəsmləşməsinə razıdırlarmı?”Qərara alındı ki, İctimai Televiziyada müxalifətin də iştirakı ilə sözügedən mövzuda geniş müzakirələr təşkil olunub efirə verilməsi üçün müraciət olunsun. Beynəlxalq təşkilatlara və demokratik dövlətlərə müxalifətin və ictimai təşkilatların adından müraciətlər edilsin. Qarşıdakı müddətdə ictimai müzakirələr müntəzəm keçirilsin.Sonda toplantı iştirakçıları adından bəyanat qəbul edildi. Sənəddə Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatlar hakimiyyətin bu antidemokratik planının həyata keçirilməsinə qarşı mübarizəyə, ölkənin gələcəyini düşünən hər bir Azərbaycan vətəndaşı bu taleyüklü məsələyə biganə qalmamağa çağırılır. Eyni zamanda bütün nüfuzlu beynəlxalq təşkilatlardan bu antidemokratik dəyişiklik cəhdinə öz təməl dəyərlərinə və Azərbaycanın öhdəliklərinə uyğun zəmində münasibət bildirmək tələb olunur.
|
44,663 |
20.12.2008 05:45
|
Yazarlar
|
XALQ QURBAN TƏLƏB EDİR
|
Bu, bizim hüquqi, demokratik sistemin simasıdır. Cinayət hadisəsi olubsa bunu dəlil və faktlarla sübuta yetirmək peşəkarlıq tələb edir. Niyə özünə əziyyət verəsən ki? Hazır iki-üç dənə suç keçisi tapırsan, mal kimi budayıb boyunlarına qoyursan. Vəssalam, şüttəmam. Bizim hüquq-mühafizə orqanları inkarolunmaz dəlillərlə yox, inkarolunmaz dəlilərlə çalışır. Adam döyüb boynuna cinayət qoymaq üçün ağıl lazım deyil. Peysər kifayətdir. Yaxşı, yoğun peysər.3 nəfər bina partlayanda ölüb, həbs edilən 3 təmirçini də zindanda “təmir edib” öldürəcəklər. Bununla da iş bağlanacaq, hamı kef edəcək. Növbəti bina partlayanacan. “Mütəfəkkir” şirkətinin tikdiyi bina uçub 25 nəfəri öldürəndə də belə olmuşdu. Şirkətin dekorativ rəhbəri, qoca Əli Muradov zindanda öldü, bununla da hər şey unuduldu. Kütlə qurban istəyir, hakimiyyət isə həmişə bu qurbanı elə onun öz sıralarından tapıb verir. Buyurun, didin-parçalayın, ürəyiniz soyusun. Təki bizə - hakimiyyətə çəp baxmayın. Tam təsadüfən mən bu günlərdə Lev Tolstoyun “Hərb və sülh” romanını oxuyurdum və Napoleonun Moskvanı işğal etməsi hissəsindəydim. Qəzəbli şəhər əhalisi Moskvanın rəhbəri qraf Rastopçinin iqamətgahı önündə toplaşır, nə üçün şəhərin qorunmadığını soruşur. Qraf bir nəfər bədbəxti kütlənin önünə atır, deyir ki, Moskvanı Napoleona bu adam satıb. Kütlə adamı tapdalayıb məhv edir. Oxşar səhnə Patrik Züskindin “Ətriyyatçı” romanında da var. Özümüzü sadistliyə qoysaq, hətta fəxr edə bilərik - ədəbi əsərlərin süjetləri bizim gündəlik həyatımızda cərəyan edir.Bu ölkədə adamların zülüm çəkməsinə, vaxtsız ölümünə yuxarıdan başlayan qanunsuzluq, rüşvətxorluq, ədalətsizlik səbəb olur. “JEK” müdirləri prezident seçirlər, camaat isə həmin müdirlərə rüşvət verib yaşayış binalarında istənilən konstruksiyanı dəyişmək hüququ əldə edir. Divarı uçurt, eyvan artır, qaz xəttini sök... Nə edirsən et, təki zibili çıxmasın. Çıxsa, günah səndə olacaq. Çıxmasa... Necə deyərlər, sən razı, mən razı, qələt eləyir qazı. Mən əsgərlikdə olanda görmüşəm, komandirlər rüşvət alıb uşaqları evə buraxırdılar, amma şərt qoyurdular: “Ələ keçsən, ya da bura yoxlama gəlsə, sənin fərari olduğunu deyəcəm”.Hakimiyyət özü bir dəfə etiraf elədi ki, təkcə Bakı şəhəri ərazisində 500 min qanunsuz tikili var. Nə deməkdir bu? O deməkdir ki, qanunlar 500 min dəfə pozulub, ancaq buna göz yummuşuq. Paytaxtında qanun 500 min dəfə pozulan ölkə çox təhlükəli ölkədir. Hələ bu xırda rəqəmdir. O qanunsuz tikililərə rüşvət alıb icazə verən dövlət məmurlarının tikdirdiyi qanunsuz villaları da üstünə gələndə mənzərə daha tündləşir.Əgər rəsmi versiyaya inansaq Nizami rayonundakı bina ustaların ehtiyatsızlığı üzündən partladı. Ehtiyat igidin yaraşığıdır, biz igid deyilik ki, ehtiyatlı olaq...P.S. Qəribədir, partlayan bina rayonundan iki deputat “seçilib”, ikisi də enerji sektorundan. Hüseynbala Mirələmov Qaz Emalı Zavodunun, Rövnəq Abdullayev isə Neft Şirkətinin rəhbəridir. Zamin HACI
|
44,664 |
20.12.2008 06:45
|
Siyasət
|
PARLAMENTDƏN DAHA BİR QANUNSUZ ADDIM
|
Milli Məclisin dünənki iclasında ölkə konstitusiyasına edilən əlavə və dəyişikliklərin müzakirə olunmadan Konstitusiya Məhkəməsinə göndərilməsi Müsavat deputat qrupunun etirazına səbəb oldu. Onlar israrla çıxış imkanı tələb etsələr də, sədarət buna şərait yaratmadı. Müsavat deputat qrupunun koordinatoru Pənah Hüseyn bildirdi ki, iclasdan öncə məsələnin müzakirəsiz məhkəməyə göndəriləcəyi barədə eşitsə də, buna inanmayıb: “Çünki təklifin müzakirəsiz göndərilməsi öz mövqelərini əsaslandırmaq üçün heç bir arqumentin olmaması, tam tərksilah olmaq demək idi. Bir neçə gündür ki, mediada bununla bağlı müxalifət təmsilçilərinin çox ciddi arqumentləri səslənir. Təklifləri müzakirəsiz məhkəməyə göndərmək bu arqumentlərə cavab verə bilməməyin etirafı idi”. P.Hüseyn prosedur məsələlərə də münasibət bildirdi: “Əvvəla, məsələnin müzakirəyə çıxarılmaması tamamilə qanunsuz idi. Çünki Milli Məclisin qəbul etdiyi istənilən qərar və gündəliyə təklif olunan məsələ barədə Milli Məclis deputatının söz demək, öz mövqeyini ifadə etmək hüququ var. Bu hüquq növbəti dəfə də olsa, çox ciddi bir məsələdə pozuldu. İkincisi, burda İnsan hüquqları komissiyasının protokolu paylanıb. Komissiyanın 13 nəfər üzvündən yalnız 6-sı bu məsələnin lehinə səs vermişdi. Komissiyanın digər üzvləri iştirak etməmişdi. Bunu protokoldakı imzalar da təsdiq edir. Bu da İnsan hüquqları komissiyasının adından təklif olunan o tövsiyyənin hüquqi qüvvəsinin olmadığını göstərir”. Millət vəkili bəzi maddələrə əlavə edilməsinin qanunla qadağan olunduğunu da xatırlatdı: “Konstitusiya birinci bölməyə aid maddələrinə əlavə edilməsini qadağan edir. Amma birinci bölmədəki müddəalara aid dörd əlavə var. Ən azı buna aydınlıq gətirilməli idi. Ancaq aydındır ki, bütün bu dəyişikliklər konkret olaraq 101-ci maddəyə olan dəyişikliyin üzərində qurulub. Mətn bizə iclasdan öncə paylandı və çox maraqlıdır ki, səs verən 95 deputatın bəlkə də üçdə ikisi o layihəni oxumamışdı. Özü də 29 əlavə və düzəlişin yalnız 7-si dəyişiklikdir. Digərləri redaktə xarakterli əlavələrdən ibarətdir və heç bir əhəmiyyəti yoxdur. Bunlar sadəcə 101-ci maddənin gözmuncuqlarıdır. Müzakirələr də bunun ətrafında gedəcəkdi. Bir daha Azərbaycan Milli Məclisinin YAP çoxluğunun, bu parlament komandasının hətta bu vəziyyətdə də öz mövqeyini əsaslandırmaq imkanına malik olmadığını və bununla da həmin mövqenin haqsız, qanunsuz olduğunu aşkara çıxardı. Ona görə də sadəcə müzakirədən qaçdılar”.“YAP-ın təklifi qeyri-demokratik, Azərbaycanı geriyə aparan bir təklifdir. Biz hesab edirik ki, bu, hakimiyyətdaxili çox böyük bir gərginliyin və qruplararası çəkişmənin nəticəsindən doğan narahatçılıq hissidir. Ona görə də bu məsələ gündəmə belə tez gətirilib. Siz fikir verin, ikinci dəfə dövlət başçısı seçilib, ancaq heç olmasa 100 gün də gözləməyə səbrləri çatmır”. Bu fikirləri isə Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli söylədi. Millət vəkili müzakirələrə imkan yaradılmamasını açıq-aydın şəkildə prosedurların pozulması kimi dəyərləndirdi.A.Səmədbəyli bildirdi ki, şəxsən o, etiraz əlaməti olaraq səsvermə prosesinə qatılmayıb: “Müzakirələrin aparılmamasının da əsas səbəblərindən biri ciddi arqumentin olmamasıdır. Biz belə istəyirik və belə də edirik, desəydilər, daha yaxşı olardı”.
|
44,665 |
20.12.2008 06:41
|
Gündəm
|
ERGENEKONUN “QARA QUTUSU” KANADADA DİNDİRILƏCƏK
|
İndiyədək Tuncay Güney “Ergenekon”la bağlı çoxsaylı qalmaqallı iddialar ortaya atıb, şübhəli imicə malik bu şəxsin MİT agenti olduğu, İsrail və Amerika kəşfiyyatına işlədiyi haqda məlumatlar var. Məhkəmə prosesində müttəhim kürsüsündə oturanlar və onların vəkilləri dəfələrlə Güneyin məhkəməyə cəlb olunması haqda məsələ qaldırıblar. Nəhayət, məhkəmə heyəti vəkillərin vəsatətlərini nəzərə alaraq Güneyin dindirilməsi üçün Kanadaya xüsusi qrup göndərilməsinə qərar verib və bu məqsədlə zəruri hüquqi prosedurları başladıb.
|
44,666 |
20.12.2008 06:48
|
Dünya
|
TÜRKİYƏDƏ “ƏL-QAİDƏ” ƏMƏLİYYATI
|
Onların terror təlimi keçmək və təbliğat aparmaq üçün istifadə etdikləri mərkəzlər də üzə çıxarılıb. Saxlanılan şəxslərdən Quran hökmləri əsasında hazırlanan islam konstitusiyasını öz istədikləri kimi təhrif etdiyini göstərən, dövlət rəsmilərinin kafir adlandırıldığı, Atatürkü anma mərasimlərini fəlakət olaraq adlandırdıqlarını göstərən vərəqələr tapılıb. Məlumata görə, polis əməliyyat zamanı vertolyotlardan istifadə edib. Əməliyyat zamanı məlum olub ki, “əl-Qaidə” özəyinin Mustafa Günəş adlı rəhbəri 6 ay əvvəl Misirə gedib, hazırda onun səlahiyyətlərini Ekrem Karakuş adlı biri yerinə yetirir. İstanbul polis müdiri Celaləddin Cərrah bildirib ki, saxlanılan şəxslər son bir ildə Türkiyədə qəsb, soyğunçuluq, adam öldürmə, oğurluq və digər əməllər törədiblər. Onlar əsasən, “əl-Qaidə” tərəfdarlarının cəlb olunduğu dini mədrəsə və terror təlimi verən mərkəz də yaradıblar. Saxlanılanların Əfqanıstan, Çeçenistan, Pakistan, İraq kimi ölkələrdəki terror düşərgələrində təlim aldıqları bildirilir. “əl-Qaidə” üzvləri Türkiyədə bir sıra terror aksiyaları həyata keçirməyi planlaşdırıb.
|
44,667 |
20.12.2008 05:48
|
Ölkə
|
NARDARANDA BUÃ…UN MÜQÄVVASÃNA AYAQQABà ATDÃLAR
|
Hacı Fəyyaz Nəbizadə isə İsrailə dəstək olan ölkələri pisləyib. O, İsrailin Azərbaycandakı səfirliyinin bağlanması tələbi ilə də çıxış edib. Mitinqdə çıxış edən digər şəxslər də Azərbaycanı İsraillə əlaqələrinə yenidən baxmağa çağırıblar.Aksiyada ABŞ prezidenti Corc Buşun müqəvvasına ayaqqabı atılıb, sonra isə ABŞ, İsrail, Böyük Britaniya, Fransa bayraqları və C.Buşun müqəvvası yandırılıb.
|
44,668 |
20.12.2008 03:50
|
Gündəm
|
DAK RƏHBƏRLİYİ AVROPAYA SƏFƏRİNDƏN RAZIDIR
|
O bildirib ki, dekabrın 7-də DAK-ın Avropa daimi nümayəndəliyinin Belçikanın paytaxtı Brüsseldə yerləşən qərargahında Türk Dərnəkləri Birliyi, Hollandiyada fəaliyyət göstərən İraq Türkmən və Almaniya Türk Tələbə dərnəklərinin rəhbərləri ilə görüşlər keçirilib. S.Rüstəmxanlı səfər çərçivəsində Belçika Senatında “Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, “Türkmənçay müqaviləsinin 180 illiyi” və “Parçalanmış xalq” mövzularında dinləmələr keçirdiklərini də söyləyib. Tədbirdə Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov, Belçika Senatının üzvləri, bu ölkənin ictimai-siyasi təşkilatları, ProBruxsel Partiyasının sədri Filip Delstan, Tələt Paşa Komitəsinin üzvü Mahir Paşa, Azərbaycan, Türkiyə, Kərkük türklərinin diaspor təşkilatlarının rəhbərləri iştirak edib.Dekabrın 11-də isə İsveç parlamentinin binasında Azərbaycanla bağlı toplantı təşkil olunub. Tədbirdə Azərbaycan həqiqətlərini özündə əks etdirən slayd-şou nümayiş etdirilib. Həmin gün DAK nümayəndə heyəti İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan təşkilatlarının qonağı olub.
|
44,669 |
20.12.2008 06:59
|
Siyasət
|
MÜXALİFƏTÇİ DEPUTAT VİTSE-SPİKER OLACAQ
|
...Bu haqda hakimiyyətin niyyəti çox ciddir və gözlənilməz addımlar bütün cəmiyyəti təəccübləndirəcək”.Bu məlumatları redaksiyamıza verən mötəbər mənbənin bildirdiyinə görə, hazırda hakimiyyət sahibləri üçün ən prinsipial məsələ konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanı aradan qaldırmaqdır. Hakimiyyət hələ xeyli əvvəldən başlatdığı bu prosesi mümkün qədər ağrısız başa çatdırmaq istəyir. Elə bir kurs düşünülüb ki, konstitusiya dəyişikliyinə həm daxildən, həm də xaricdən ciddi təpkilər olmasın. Buna görə də, iqtidar istəyir ki, konstitusiya dəyişikliyinə paralel olaraq elə addımlar atsın ki, cəmiyyətin və beynəlxalq birliyin diqqəti daha çox həmin məsələyə yönəlsin. Və artıq vəziyyətdən ən optimal çıxış yolu tapılıb. Bu, müxalifətdən kiməsə, yaxud kimlərəsə o qədər də strateji əhəmiyyət kəsb etməyən postların verilməsidir. Bu barədə əvvəlki saylarımızda da yazmışıq.Hazırda konstitusiyaya dəyişiklik təkliflərinin gündəmə gətirilməsi ilə əlaqədar həm beynəlxalq dairələr, həm də ölkə ictimaiyyəti olduqca narahatdır. Bizə məlum olub ki, müddətsiz prezidentlik və sair məsələlərin YAP tərəfindən referenduma çıxarılması ABŞ səfirliyində də narahatlıqla qarşılanıb. Azərbaycan müxalifəti isə bu hadisəni demokratiyaya zərbə, neo-monarxiyanın tətbiqi, dövlət quruluşunun dəyişdirilməsi təşəbbüsü kimi qiymətləndirir. Belə bir hal üçün hakimiyyət mümkün güzəştlər paketi də hazırlayıb. Bu məlumatı bizə verən mötəbər mənbə iddia edir ki, yaxın günlərdə hakimiyyət ölkə gündəmini dəyişdirəcək, eyni zamanda cəmiyyətdəki gərginliyi maksimum dərəcədə azalda biləcək, dünyanın gözündə isə köklü islahatlara başlamaq təəssüratı yaradacaq addımlar atacaq.Bu sıraya geniş əfv fərmanının verilməsi, iqtidar-müxalifət düşərgəsi arasında yüksək səviyyəli dialoqun başlanması, bir sıra müxalifət fəallarına müəyyən dövlət postlarının verilməsi aid oluna bilər. Son gələn xəbərdə bildirilir ki, müxalifət təmsilçilərinə təklif olunacaq postlardan biri də parlamentin vitse-spikeri vəzifəsidir. Mənbəmiz iddia edir ki, yaxın zamanlarda vitse-spikerlərdən biri yüksək dövlət postuna - böyük ehtimalla nazir vəzifəsinə - aparılacaq, boşalan yerə isə parlamentdəki müxaliflərdən biri gətiriləcək. Mənbə ad çəkmədi, bildirdi ki, bu istiqamətdə müzakirələr və danışıqlar gedir; lakin ümumi kursu belə xarakterizə etdi: “Yeni vitse-spiker əsil müxalifətçilərdən biri olacaq...” Növbəti sayımızda “əsil müxalifətçi deputatlar”ın məsələyə mövqeyini və təklif alarlarsa, onu necə dəyərləndirəcəklərini öyrənməyə çalışacağıq.Mötəbər hesab oluna biləcək mənbəmiz qeyd edir ki, müxalifətçi deputatın vitse-spiker postuna gətirilməsi ilə hakimiyyət həm də parlamentin imicinə əl gəzdirmək niyyətindədir. Sədarətdə bir müxalifətçini oturtmaqla hamıya göstərmək istəyir ki, Azərbaycanda parlament yalnız hakim qüvvənin iradəsindən asılı deyil.Eyni zamanda, iqtidar təmsilçiləri hesab edirlər ki, ömürlük prezident ideyası reallaşsa, hansısa postların müxalifətə verilməsi hakimiyyət üçün heç bir problem yaratmayacaq. Əksinə, məhz həmin şəxslər vasitəsi ilə müxalifətə təsir etmək imkanları daha da genişlənəcək. Odur ki, hakimiyyətin nəzərdə tutduğu deputat ona ediləcək təklifə razılıq versə, çox tezliklə biz müxalifətçi millət vəkilini Oqtay Əsədovla Bahar Muradovanın yanında oturmuş görəcəyik.
|
44,670 |
20.12.2008 06:51
|
Dünya
|
GƏLƏN İL İRANIN NÜVƏ SİLAHI OLA BİLƏR
|
İranın nüvə proqramından ən çox narahat olan İsrail isə Tehranın belə silaha malik olmasına yol verməmək üçün gələn ilin yayında hərbi əməliyyatlar keçirə bilər. İsrailin Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, general Qior Aylend deyib ki, İrana hava zərbələri endirmək üçün ən optimal vaxt 2009-2011-ci illərin yayıdır. Lakin bu zaman İranın nüvə proqramını bütünlüklə məhv etmək mümkün olmayacaq. İsrail generalı hesab edir ki, hava zərbələri ancaq İranın nüvə proqramını ləngidə bilər.
|
44,671 |
20.12.2008 06:52
|
Gündəm
|
“ABŞ AZƏRBAYCANDA BAZA QURA BİLƏR”
|
APA-nın məlumatına görə, bunu tanınmış ABŞ senatoru Riçard Luqar “Exo Moskvı” radiosuna müsahibəsində deyib. O bildirib ki, raket və radarların konkret hansı meydançalarda yerləşdiriləcəyi barədə düşünmək lazımdır: “Moskvanın reaksiyası çox da adekvat deyil, amma hesab edirəm ki, biz razılığa gələ bilərik”.İranın malik olduğu raketlərdən narahatlıq duyduqlarını söyləyən R. Luqarın sözlərinə görə, Rusiya da bundan narahat olmalıdır: “Bizim ümumi maraqlarımız var. İranın raketləri və bu raketlər üçün nüvə başlıqları hazırlamaq niyyəti hamımız - bütün dünya üçün təhlükəlidir. Mən hesab edirəm ki, biz Rusiya ilə birlikdə İrana təsir göstərə bilərik”.
|
44,672 |
20.12.2008 06:54
|
Gündəm
|
AZƏRBAYCAN MDB SAMMİTİNƏ ÇAĞIRILMADI
|
Təşkilatçı ölkənin başçısı Nursultan Nazarbayev sammitə Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərini dəvət edib. Maraqlıdır ki, sammitə dəvət olunmayan Moldova prezidenti Vladimir Voronin MDB-nin sədridir.“İnterfaks” agentliyinin məlumatına görə Özbəkistan prezidenti İslam Kərimov da sammitə qatılmaqdan imtina edib. Səbəbləri açıqlanmasa da güman olunur ki, buna Kərimovla Nazarbayev arasında çoxdankı narazılıq da təsir edib. Rusiya prezidentinin administrasiyasındakı mənbə isə məlumat verib ki, toplantıya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və MDB-nin üzvü olan ölkələr dəvət olunublar. Lakin dəvət edilənlərin bir çoxu sammitə qatılmayacağını bildirib. Mənbə deyib ki, söhbət əslində sammitdən yox, qeyri-formal görüşdən gedir. Gündəmi isə təşkilatçı ölkə müəyyən edib. Qazaxıstan prezidentinin köməkçisi Ermuxammet Ertısbayev deyib ki, Nazarbayevin məqsədi Rusiya və digər MDB ölkələrinin iqtisadi böhrana qarşı səylərini birləşdirməkdir. “Müzakirə ediləcək məsələlərdən biri qarşılıqlı hesablaşmalarda dolların yox, rublun istifadə olunması barədədir”, - deyə o bildirib. Ekspertlər isə hesab edir ki, GUAM ölkələrinin sammitə qatılmamasının səbəbi məhz bu məsələ ilə bağlıdır. Çünki adıçəkilən ölkələr, o cümlədən bu yaxınlarda Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatını tərk edən Özbəkistan rublda maraqlı deyil.Sammit ərəfəsində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ölkəsinin birmənalı olaraq Rusiyanın hərbi-siyasi nüfuz dairəsinə keçə biləcəyini bildirib. İnternet portallarından birinə müsahibəsində Bakiyev deyib ki, o, Amerikanın Bişkek yaxınlığındak aviabazasını bağlamağa hazırdır. “ABŞ-ın Qırğızıstanı tərk etməsinin vaxtı çatıb”, - deyə o bildirib. Bakiyevin sözlərinə görə, Əfqanıstanda artıq prezident, parlament, ordu var, fəal döyüş əməliyyatları aparılmır. Ona görə də ABŞ-ın Qırğızıstanda baza saxlamasına ehtiyac yoxdur.
|
44,673 |
20.12.2008 06:59
|
Proje
|
“MƏNİ HƏDƏLƏYİRLƏR Kİ, AĞZINI YUMMASAN, BİZ YUMACAĞIQ”
|
İndisə Mərdəkandakı evinin mətbəxindəyik. Əslində rubrikanın məramına uyğun olaraq, yemək-içməkdən, aşpazlıqdan danışmalıyıq. Amma mətbəxdə oturub, şou-biznes tayfasına keçmədən olarmı? Retro müğənni Əli Mirəliyevlə söhbətdə bir daha anlayırıq ki, onu rubrikanın qonağı seçməkdə yanılmamışıq. Məharətli kulinar olmasa da, mahir dequstator imiş. İnanmırsınızsa, oxuyun...Müsahibimiz öncə aşpaz məharətinin olmamasından gileylənir. - Düzünü deyim ki, evdəki hazır yeməyi də qızdırıb yeyə bilmirəm. Adam olmasa, ac qalaram. Təkcə yumurtanı suda bişirə, bir də çayı dəmləyə bilirəm. Bütün bunları da Mərdəkanda bağ evində qalanda öyrənmişəm. Axır vaxtlarsa xörəyimi qızdırmağı öyrənmişəm. Çünki burda tək yaşayıram. Qabaq heç bazarlıq işlərini bacarmırdım, amma indi öyrənmişəm. - Doğrudan? Danışıqlarınızdan elə təəssürat yaranır ki, siz yemək bişirən kişilərə pis yanaşırsınız. - Yox. Niyə ki? Mən hər işi professional görəni xoşlayıram. Özü də kişi qadına nisbətən xörəyi dadlı bişirir. Bunun sirri nədədir, bilmirəm. Belə baxanda yemək işi ilə daha çox qadınlar məşğul olur, ona görə də onların bu işdə professional olması lazımdır. Amma kişi əl atdısa, inandırım sizi, qadından daha dadlı bişirəcək. - Son vaxtlar şou-biznesin “mətbəxini” ən yaxşı təhlil edənlərdənsiniz. Bizim bildiyimiz mətbəxlə şou-biznesin mətbəxi arasında nə fərq var? - Şou-biznes “mətbəxi” qarışıqdır. Mən, demək olar ki, əksər müğənnilərin ailələrini, nəsil-nəcabətlərini tanıyıram. Bu mənə imkan verir ki, onların barəsində məlumatım çox olsun, yəni arayışım var ki, bunlar kimlərdir, nəyə qadirdilər. Ona görə də onların “analiz”ini eləmək mənə asan və rahatdır. Bilirəm ki, kimin qabında nə var. Xörəyi də qabından artıq çıxaranda nəsə xoşagəlməz olur. Duz vurursan, şor olur, duz vurmazsan, şit olar. Təəssüf ki, o qaydanı bilmək indiki şou-biznesə nəsib deyil. Hamı reklam, gündəmdə qalmaq xatirinə, şərə-böhtana gedirlər. Təki bunun adı hallansın. Fərq yoxdur, çalandı, oxuyandı, skripkaçıdı... O skripkaçı var ey, Ceyhun, yaxşı da çalır. Amma özünə mayestro ləqəbi götürüb. Axı sən mayestro ola bilməzsən. - Sizcə, bizim şou-biznes həddən ziyadə şitdi, yoxsa şor? - Şordu, yemək olmur. Şitə heç olmasa duz vurub yemək olar. Amma şoru ağıza almaq mümkün deyil, qalır qabağında. - Bütün məsələlər mətbəxdə həll olunur. Sizcə, mətbəxdə nəyi səhv edirlər ki, ortaya belə mənzərə çıxır? - Bunun səbəbi budur ki, bu şou-biznesdəkilər demokratiya adı ilə hər şeyi anarxiyaya çeviriblər. Demokratiya o demək deyil ki, ağzına gələni danış. Hər şeyin həddi olmalıdır da. Onlar da axmaq deyillər ki, belə danışsınlar? Nəyin bahasına olursa-olsun, bahalı maşın, bahalı ev, varlı kişiyə və ya qadına sahib olmaq istəyirlər. Əsas odu, hər şeyin bahalısı olsun. Onlar üçün barələrində kimin nə düşünməsinin heç bir əhəmiyyəti yoxdur. - Bəs siz nə vaxt bu mətbəxin “yemək”lərindən bezib danışmağa qərar verdiniz? - Özüm də bilmirəm necə oldu. Bunu ürəyimdə planlaşdırmamışdım. Sadəcə, kanallara baxıb, bezdim. Ona görə də aqressiya ilə başladım. Bu, uzun illərin aqressiyası idi, ağızlarını Allah yoluna qoyub, nə gəldi danışırdılar. Biri “kral”dır, o biri “qızıl şlyager”di... ATV kanalı da özünə ad qoyub ki, ən baxımlı kanalıq. Bu adı sizə kim qoyub ki, deyirsiniz? Yaxşı deyil axı... Mən bu müğənnilərin nəsillərini, nəslindəki bütün adamları tanıyıram və danışanda da dərhal yalanlarını tuturam. O bu sözü həddini aşıb danışır. - Sizcə, şou-biznes dünyasının ən mahir aşpazı kimdir? Yəni mətbəxdə nələrsə qaynatmaq, nədənsə nə hazırlamaq baxımdan götürsək? - Eh, o qədər var ki. İlk sırada Faiq Ağayevdir. Onun kimiləri çoxdur. Guya ki, üzdə heç nə eləmirlər, amma əslində arxada, mətbəxdə elə işlər görürlər ki. Gənclərimizi də, özləri ilə paralel gələn müğənniləri də o səmtə sürükləyirlər. Yəni bunlar özlərinə imic yaradırlar, burunlarını kəsdirir, gözlərini dartışdırırlar. Olmaz belə şey eləmək. Bizim dahi insanlar, elə o pullu-varlı məmurlarımızın hansı o əməliyyatı eləyirlər? Pulları da var, çox şeyləri də. Eləmirlər, çünki xalqın gözündə olduqları kimi görünmək istəyirlər. Sən necə qəbul olunmusansa, elə də qalmalısan. Xüsusən də kişi xeylağı. Sənə dodaqlarını şişirtmək, üzünü dartışdırmaq yaraşmaz. Gənclər də ona baxıb fikirləşir ki, əgər müğənni edirsə, deməli, belə eləmək, belə yaşamaq daha yaxşıdır da. Bəs mavilik niyə şəhəri başına götürüb? Hamısı bundan irəli gəlir, cavan uşaqlar onlara baxıb korlanıblar. - Gözəgörünməz aşpazlarımız, yəni şou-biznes dünyasının pərdə arxasındakı adamları da var. Onlar bizim süfrəmizə nələrisə gətirir. Amma mətbəxdə onları necə, hansı qayda ilə bişirdikləri bir az sual altında qalır. Kimdi o adamlar? - Balıq başdan iylənir. Bizim başçılar bu işlə məşğul olmalıdır. O başçılar bilmirlər ki, nə var nə yox? Qol çəkib, kimlərəsə fəxri ad verirlər. Bilmirlər ki, həmin adamlar buna layiq deyil, bununla xalqı qıcıqlandırırlar? O boyda Sabir Mirzəyev, Süleyman Abdullayev, Nazim Ağayev, elə Əli Mirəliyev qala-qala, o cür hərəkətlər edən uşaq-muşağa fəxri ad verirsən? Belə çıxır ki, kadrarxası aşpazlar da qıcıqlanma üçün ortaya çıxırlar. O boyda Flora Kərimovamız var. Sabah ona bir şey olsa, o qədər onun acısını çəkəcəyik ki... O da, Elmira Rəhimova da əsrimizin böyük müğənnisidir. Hardadır onlar? Yaxşı ki, mən bu qalmaqalla gündəmə gəlmişəm, yoxsa məni də tanımayacaqdınız. Xalq bundan udmur, uduzur. Bizim şou-biznesdə qalmağımız bu xalqa lazımdır, onlardan nəsə öyrənmək olar. Yoxsa ki, bu təzələr... Gündə bir məmuru tərifləyirlər. Son vaxtlar fikir verirəm, mənim sözlərimdən sonra o cavanlar bir az özlərini yığışdırıblar, yaxşı mənada bir balaca tərpəniş var. Çalışırlar, daha mənim dilimə düşməsinlər. - Əlinizdə imkan olsa, şou-biznes dünyasından kimləri yığışdırardınız? - Hamısını. Tək-tük adamlar qalardı. Məsələn, Aygün Bayramova, Aygün Hümbətova, Aybəniz Haşımova, Azər Zeynalov, Alim Qasımov, Teymur Əmrah, Elton, Vaqif Şıxəliyev... Röya da pis deyil. Mənim kimi qalmaqalçı olsa da, səsi yaxşıdır. Az da olsa, 20-yə yaxın adam var. Onlarla iş görməyə başlayar, onlara “stavka” edərdim. - Təzyiqlər var sizə? - O qədəəəər. Məndən danışmamağı tələb edirlər, deyirlər, ağzını yummasan, yumarıq. - Konkret kim? - İlk növbədə Faiq Ağayev. O gün ANS-in çəkilişləri zamanı xuliqanlıq elədi, söyüş söydü, mənə yumruq atdı. Cangüdəni ilə birlikdə. Yaxşı ki, Flora gəlib çıxdı. Yoxsa məni əzişdirmək istəyirdilər. Özü də mənə qayıtdı ki, “heç kimdən, hətta polisdən, məhkəmədən də qorxmuram”. Mən bir daha deyirəm ki, geriyə qayıtmağa ixtiyarım yoxdur. Amma bu yaşım da deyil ki, dediklərimi danım, qırağa çəkilim. Nə məhkəməyə müraciət edəcəm, nə də başqa yerə. - Qayıdaq mətbəxə. Toylarımızın mətbəxi necədir? Onlardan razısınızmı? Şou aləmimiz pis olduğu kimi, onların iştirak elədiyi toy məclisləridəmi pisdir? - Şübhəsiz ki. Hamısı bir-birini zəncirvari tamamlayır. Əgər bu gün şou biznes bərbad haldadırsa, toylarımız ondan on dəfə artıq bərbaddır. Təsəvvür edin ki, keçmiş toy zallarında cəmi 150-160 nəfər yerləşərdi. Akustika normalarına riayət olunardı, aparatura işləyəndə səs bir-birinə qarışmazdı. Mən iştirak etdiyim toylarda qohumlar söhbət də edirdilər, bir-birlərini gözəl də eşidirdilər. Rahat oturub, dincəlirdilər. Toyda kimlər olur? Bəzən küsülü qohumlar. Onları barışdırmaq da o vaxt bizim işimiz idi. Elə mahnılar oxuyurduq ki, iliklərinə qədər işləyirdi, insanlar barışırdı bir-birilə. Amma indiki toylarda elə gərgin atmosfer olur ki, qardaş qardaşı bıçaqlayır. O bərbad musiqi, qulaqbatırıcı səs, səsgücləndiri üstəgəl araq sinir sistemlərinə təsir edərək, onları normal haldan çıxarır. - Əli müəllim, sizcə, müğənni necə qidalanmalıdı? - Müğənni evində qidalanmalıdı. Mən özümü əvvəldən buna öyrəşdirmişəm. Digər tərəfdən, soyuq su içir, siqaret çəkirəm. Suyu çox soyuq, çayı isə çox qaynar içirəm. Səsimi elə öyrəşdirmişəm, səsim soyuqdan qorxmur. Bunu rəhmətlik Hacıbaba Hüseynovdan öyrənmişəm. O mənə deyirdi ki, əgər hər gün toy oxumaq istəyirsənsə, soyuq su iç. 18-19 yaşım olardı oxuyanda, o vaxtdan öyrəşmişəm. Bizdən böyüklər vardı - Qulu Əsgərov, Əbülfət, Gülağa... Onlar araq da içirdilər, siqareti də çəkirdilər. Oxuyana nə ki, lazım deyildi, onların hamısını edirdilər. Mən də bunlara baxıb təkrarladım. Düzdü, efirdə “olmaz” deyirdilər, amma edirdilər. - Hansı müğənninin bişirdiyinə bələdsiniz? - Azər Zeynalovun. Yaxşı xörək bişirir, özü də hər şeyi bacarır. Mahir aşpazdır. O məndə neçə illər “udarnik” çalıb. Evimin uşağı, ailəmin bir üzvü olub, istedadlı oğlandır. O oxuyanda dünyanı unuduram. Xalq mahnılarından tutmuş romanslara, italyan mahnılarına qədər hamısını əla ifa edir. - Bəs xanım müğənnilərdən? - Flora Kərimova da yaxşı yemək bişirir. Rəhmətlik Tükəzban İsmayılova da həmçinin. O mənim yoldaşımın bibisidir. Qızı İlhamə Quliyeva yox ha, onunla heç aram yoxdur, baxmayaraq ki, qohumuq. Özü xoşuma gəlmədiyi kimi, bişirdiyi də xoşuma gəlməyəcək. - İlhamə Quliyeva ilə qohum olsanız da, heç bir dəfə də bərabər çörək kəsməmisiniz, eləmi? - Hə, onunla aram yoxdur. Özünü istəyən, kaprizli adamdır. Acı adamdı, yaxınlıq eləmək olmur. Bir neçə dəfə yaxınlıq eləməyə çalışsam da, görmüşəm ki, alınmayıb. Yoldaşımın doğmaca bibisi qızı olsa da, həmişə soyuq davranır. Elə tələb edir ki, hamı bunu tərifləsin, mənəm-mənəmlikdən başı hərlənir. Amma Flora sadədir, keyfiyyətli insandır, qeyrətli qadındır, bir sifəti var. - Bəs müğənnilərlə çoxmu duz-çörək kəsmisiniz, bir məclisdə iştirak etmisiniz? - Çoxları ilə yoldaşlıq etməmişəm. O müğənnilərin ki, məndən acığı gəlir, həyatda görsələr, xoşlarına gələrəm. Görərlər ki, elə də qorxulu adam deyiləm, ürəyim sadədir. Amma fikrimi deyən adamam. - Heç müğənni həmkarlarınıza öz bişirdiyiniz yeməkdən qonalıq vermisiniz? - Olub, daha çox köhnələrə qonaqlıq vermişəm. Zaur Rzayevə, Məmmədbağır Bağırzadəyə, Sakit Məmmədov olub. Xaşa qonaq etmişəm onları. Evdə bişiriblər, mən də duz-istiotunu töküb, qabaqlarına qoymuşam. - Xaricdə çox olmusunuz. Yəqin yadınızda onların yeməklərindən nəsə qalmış olar... - Mən xaricə ac gedib, ac gəlirdim. Bakıdan ora gedəndə özümlə soyutma yumurta, kartof, cirəduz, balıq, göyərti aparırdım. Çünki onların yeməyindən çox iyrənmişəm. Yaponiyada, Meksikada, ərəb ölkələrində heç vaxt yemək yemirdim. Qastrol zamanı onların yeməyindən imtina edir, əvəzində onun pulu ilə uşaqlara pal-paltar alırdım. Təkcə səhər yeməyi yeyirdim. Hətta onların dönərləri də xoşuma gəlmirdi. Evdən gətirdiyim yemək qurtarandan sonra yavan çörək yeyir və ya mağazadan yumurta alıb suda bişirir, kartofu külləmə edirdim. Qurbağa, tısbağa ətini qabağıma qoyanda başlarına çırpırdım. Deyirdim, qurban olum Azərbaycanımın düşbərəsinə, dolmasına, küftə-bozbaşına, aşına. Günümə 10.000 dollar verib desələr ki, Meksikada yaşa, yaşamaram. Yeməyinə, adamlarına görə... Mən xaricə gedəndə iki gün sonra darıxırdım. Şri-Lankada oturub, Bakının palçıqlı küçələrindən ötrü burnumun ucu göynəyib, inanırsınız? - Azərbaycan şou-biznesini hansı mətbəxə, yeməyə bənzətmək olar? - Məncə, alınmayan, uğursuz, dadsız mətbəxə... Düzdür, xörəyi bişiriblər, amma alınmayıb, tullanıb qalıb. - Bəs özünüzü o süfrədəki hansı yemək hesab edirsiniz? - Əgər mətbəx bütövlükdə uğursuzdursa, deməli, mən də alınmamışam. Necə özümü yaxşı, onları pis edə bilərəm?Son söz: Bu da son. Duzlu, bir az da istiotlu bu söhbətdən sonra növbə çatır müsahibimizin aşpazlıq məharətinə. Əli müəllim deyir, mən dadlı bişirməsəm də, dadlı danışıram. Amma bağlarının meyvələrindən, bir də özünün dəmlədiyi çaydan süfrəyə düzür. İsrar edir ki, adam bir şeyi yaxşı bacara bilər - ya yaxşı bişirməyi, ya da yaxşı yeməyi. Mən yaxşı yemək yeməyi bacaranlardanam...
|
44,674 |
20.12.2008 06:02
|
Yaşam
|
“KURTLAR VADİSİ PUSU”nun YENİ SERİYASI EFİRƏ GETMƏDİ
|
“Panafilm” yaydığı açıqlamasında “Show TV” ilə aralarında maliyyə məsələsinin açıq qaldığını təsdiqləyib. Hətta bu problemlər həll olunmayacağı təqdirdə yollarının ayrılacağını, yəni serialın başqa kanala satıla biləcəyini deyiblər. “Kurtlar vadisi pusu”nun hansı kanalda yayımlanacağı barədə qərar yanvarda baş tutacaq müzakirələrdən sonra bəlli olacaq.
|
44,675 |
20.12.2008 05:59
|
Dünya
|
BUŞ DEMOKRATİYA MƏKTƏBİ AÇIR
|
“Azadlıq institutu” adlanacaq yeni qurumu Buş Dallas şəhərində açmağı planlaşdırır. Həmin məktəbdə ilk mühazirəni oxumaq üçün Buş Gürcüstan prezidenti Mixail Saakaşvilini dəvət edəcək. Həmçinin Britaniyanın keçmiş baş naziri Toni Bleyer və İspaniyanın keçmiş baş naziri Xose Mariya Asnar da məktəbdə mühazirələr oxuyacaqlar. Perina xatırladıb ki, Saakaşvili ABŞ-da təhsil alıb və öz ölkəsinə dönərək demokratiya qurmağa çalışır. Onun sözlərinə görə, Gürcüstan prezidenti hazırda güclü “əks-küləklərlə” üzləşir, lakin olduqca stresli vəziyyətlərdə yaxşı davam gətirir. Perina qeyd edib ki, perspektivdə Buş Saakaşvili kimi liderlərə başqa liderlərin hazırlanmasında iştirak etmək imkanı verəcək. “Bu, Buşun edəcəyi işlərdən biridir”. Perian təsdiq edib ki, Buş ailəsi istefadan sonra Dallasda yaşayacaq, artıq onlar üçün şəhərdə ev alınıb. Gözlənilir ki, Buş istefaya getdikdən sonra prezidentin xatirə kitabxanası və onun adını daşıyan muzey də yaradacaq. Xatırladaq ki, bu muzey və kitabxana ilə bağlı artıq qalmaqal baş verib. Bir neçə ay əvvəl üzə çıxmışdı ki, Buşun yaxın dostu olan lobbiçi Stiven Peyn Qazaxıstan, Azərbaycan kimi ölkələrin rəhbərlərinin Ağ Evdə görüşlərini təşkil etməyin əvəzində onlardan həmin kitabxana üçün pul alıb.
|
44,676 |
20.12.2008 03:06
|
Dünya
|
BİLL KLİNTON KİMLƏRDƏN PUL ALDIĞINI AÇIQLADI
|
Klintonun siyahısı kifayət qədər böyükdür və orada 200 mindən çox adamın adı və fonda ödədiyi məbləğ haqda məlumatlar var. Siyahı açıqlanandan sonra kimlərin ABŞ-ın eks-prezidentinə pul verdiyini öyrənmək istəyənlər www.clintonfoundation.org saytına “hücum” ediblər. Nəticədə saytın açılmasına problem yaranıb. Bu üzdən xəbər agentlikləri siyahıda kimlərin adlarının olduğunu hələ tam müəyyən edə bilməyiblər. Ancaq məlum olub ki, orada Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın kürəkəni, milyarder Viktor Pinçuk və qızı Yelena Françukun adları da var. Onlar 1997-ci ildə fonda 5 milyon dollara qədər pul köçürüblər. Bu, Amerika ölçülərinə görə böyük rəqəm sayılır. Səudiyyə Ərəbistanı kralı da Klinton Fonduna bir neçə milyon dollar köçürüb. Bu fond xarici ölkələrdə QİÇS-ə qarşı mübarizə və digər humanitar məqsədlər üçün aksiyalar həyata keçirib.
|
44,677 |
20.12.2008 05:07
|
Dünya
|
BUŞA AYAQQABI ATAN JURNALİSTİ “SINDIRDILAR”
|
CNN telekanalı əz-Zeydinin məktubundan sitatları efirə verib. Jurnalist yazır ki, o çox eybəcər və iyrənc hərəkət edib, bu hərkətinə görə bağışlanmağı xahiş etmək belə kifayət etmir.İspaniyanın “La Stampa” qəzeti isə yazıb ki, əz-Zeydinin qardaşı onun məktubunun məruz qaldığı işgəncələrin nəticəsi olduğunu deyib. Qardaşı bildirib ki, Müntəzir həbs ediləndən bəri işgəncələrə məruz qalır. Onun qabırğaları və əli sınıb. Bədənində çoxsaylı zədələr var. Lakin İraq məhkəməsinin nümayəndələri bu məlumatları təzib edərək deyirlər ki, jurnalistin vəziyyəti normaldır, yalnız o saxlanılarkən təhlükəsizlik xidmətinin əməkdaşlarının zərbələrinə məruz qalıb və bədənində bir neçə göyərmiş yer var. Əz-Zeydinin işinə gələn həftə baxılacağı gözlənilir. İraq rəsmiləri onun 15 ilə qədər həbs cəzası ala biləcəyini istisna etmirlər. Digər məlumatlara görə, jurnalist həqiqətən əməlindən peşman olub və azadlığa çıxmaq üçün bu məktubu yazıb.Təhlükəsizlik məsələləri üzrə ekspertlər isə hesab edirlər ki, insident zamanı ABŞ prezidentini qoruyan Məxfi Xidmətin əməkdaşları adekvat davranmayıblar. Türkiyənin keçmiş baş naziri Bülənt Ecevitin mühafizə xidmətinin rəisi, hazırda DSP-dən millət vəkili olan Recayi Birgün mətbuata açıqlamasında deyib ki, mühafizə xidmətinin birinci ayaqqabının Buş atılmasının qarşısını ala bilməməsini başa düşmək olardı. Lakin ikinci ayaqqabının atılması artıq mühafizə xidmətinin səhvidir.
|
44,678 |
20.12.2008 05:08
|
Dünya
|
RUSİYADA XALQ ÜSYANI YETİŞİR
|
İşlənmiş xarici avtomobillər Rusiyanın Uzaq Şərqində və digər bölgələrində əhalinin əsas dolanışıq mənbələrindən biridir, üstəlik şəhərdə nəqliyyatın 90 faizi işlənmiş yapon avtomobillərinin payına düşür. Məlumatlara görə, son günlər bu tədbirə qarşı İrkutsk, Novosibirsk, Krasnoyarsk və başqa şəhərlərdə kortəbii etirazlar edilib. Milislə toqquşmalar da qeydə alınıb. Yerli hakimiyyət orqanları baş nazirdən qərarı dəyişməyi xahiş edir. Məlumatlara görə, hökumət vəziyyətin nəzarət altından çıxa biləcəyindən qorxur. Çünki avtomobillərə rüsumun artırılmasına etiraz olaraq küçələrə çıxanlar başqa sosial tələblər - pensiyaların artırılması, iş yerləri ilə bağlı və digər tələblər irəli sürürlər. Mətbuat yazır ki, ölkədə sosial narazılığın güclənməsi prezident Dmitri Medvedevi Daxili Qoşunların sayını kəskin ixtisar etmək planlarını təxirə salmağa məcbur edib. Çünki ölkə miqyasında mümkün sosial etiraz dalğasını yatırmaq üçün hökumətə Daxili Qoşunlar lazım ola bilər.
|
44,679 |
20.12.2008 06:11
|
Gündəm
|
TÜRK ORDUSU ERMƏNİLƏRDƏN ÜZR İSTƏYƏNLƏRƏ QARŞI ÇIXDI
|
Silahlı qüvvələrin Baş Qərargahında təşkil olunan ənənəvi brifinq zamanı bu qurumun rəsmi nümayəndəsi general Metin Gürak bəyan edib ki, təşəbbüs doğru deyil və zərər verəcək nəticələr doğura bilər. “Biz bu təşəbbüsü qətiyyən doğru hesab etmirik, səhv addımdır və hər kəs üçün zərərli nəticələr doğura bilər” deyə, - o vurğulayıb.Xəbər verildiyi kimi, prezident Abdullah Gül ermənilərdən üzr istəmək kampaniyasına qarşı çıxmayıb. Gül kampaniyanı dəstəkləməsə də bəyan edib ki, Türkiyədə hər bir məsələ açıq şəkildə müzakirə oluna bilər. Prezidentin bu reaksiyasını tənqid edən CHP millət vəkili Canan Arıtman isə ortamı daha da gərginləşdirən iddia irəli sürüb. O deyib ki, Gülün anası erməni əsillidir və onun məsələyə belə yumşaq reaksiyası bundan qaynaqlanır. Arıtman iddiasını sübut edəcək dəlillərə malik olduğunu deyib, ancaq onları açıqlamayıb. Jurnalistlərlə söhbətində o deyib ki, əgər Abdullah Gül və ailəsini Qurana əl basdırsalar onlar bunu etiraf edərlər: “Dedikləri kimi əsl müsəlmandırlarsa təbii ki” deyə, - o əlavə edib.Arıtmanın iddiası kəskin etirazlar doğurub. CHP millət vəkilini “irqçilikdə” günahlandırıblar və onun dediklərinin CHP-nin mövqeyindən qaynaqlandığını deyiblər. Arıtmana onun öz partiyasından da etirazlar gəlib. CHP millət vəkili Atilla Kart deyib ki, bu iddiaya qətiyyən qatılmır və hesab edir ki, Arıtman məqsədini aşan iddia ilə çıxış edib. CHP millət vəkili Məhərrəm İncə də deyib ki, Arıtman həddini aşıb: “Biz insanların etnik kökləri ilə mübarizə aparmırıq”. AKP millət vəkilləri isə iddianı prezidentə qarşı hörmətsizlik və tərbiyəsizlik kimi dəyərləndiriblər. Qeyd olunur ki, Abdullah Gülün soyunun türk olduğuna heç bir şübhə yoxdur. Onun anası Adeviyyə Satoğlunun soyunu araşdıranlar deyirlər ki, prezidentin anasının kökü 15 əsrdə yaşayan Şeyx İbrahim Tenuriyə qədər gedir. Gül özü isə ötən il televiziyalardan birinə müsahibəsində yeddi yox, yetmiş yeddi sülaləsinə qədər türk olduğunu sübut edə biləcəyini deyib. Prezident bildirib ki, Türkiyədə təmiz türklüyünü onun qədər sübut edə biləcək başqası yoxdur.Məlum olur ki, ermənilərdən üzr istəmək kampaniyasını başladanlar internetdə öz adlarından yaydıqları mətnin altında saxta imzalar da yerləşdirirlər. Ən həyasız saxtakarlıq isə bu olub ki, təşəbbüs müəllifləri ermənilərdən guya üzr istəyən ziyalılar siyahısında Türkiyənin Fransadakı keçmiş səfiri, “ASALA” tərəfindən şəhid edilən İsmayıl Erezin də imzası yer alır. Bu fakt mətbuatda kəskin etiraz doğurub. Ölkənin aparıcı qəzetləri və televiziyaları 1975-ci ildə erməni terrorçuları tərəfindən öldürülən diplomatın adının bu cür çirkin məqsədlə istifadə olunmasına sərt etiraz bildiriblər. Bildirilir ki, internetdə İsmayıl Erezin guya Parisdən kampaniyaya qatıldığı göstərilib. Təşəbbüs müəllifləri iddia edir ki, ermənilərdən üzr istəyənlərin sayı 13 mini keçib. Lakin bu rəqəmin nə dərəcədə düzgün olduğunu müəyyən etmək çətindir.MHP isə ermənilərdən üzr istəmək kampaniyasına qarşı kampaniya başladıb. Partiya hazırladığı bəyanatı imzalamaq üçün açıq elan edib. MHP İdarə heyətinin üzvləri Mehmet Şandır, Oktay Vural və MHP sədrinin müavini Atilla Qaya Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirdikləri mətbuat konfransında bəyanatı ictimaiyyətə təqdim edib.MHP-nin hazırladığı bəyanat belədir: “Uca Türk Millətinə: Bir qrup qondarma ziyalının başlatdığı və 1915-ci ildə baş verən hadisələr haqqında tarixi həqiqətlərə zidd olaraq Türkiyənin tarixini qaralamağa yönəlmiş üzr kampaniyasını qınayırıq. 1915-ci ildə cərəyan edən hadisələr, erməni qruplaşmalarının törətdiyi zülmlərdən sonra baş verən qarşılıqlı qarşıdurma və döyüşlərdən sonra yaranmış bir vəziyyətdir. Türk millətinin şərəfli tarixində utanacağı bir səhifə, üzr istəniləsi bir hadisə yoxdur. Tarixi təhrif edərək əcdadlarımızı ləkələmək, cinayət törətmiş kimi göstərməyə çalışmaq və üzr tələb etmək heç kimin haqqı və həddi deyil. Anadolu coğrafiyasında baş verən erməni vəhşiliyi, şəhid olan diplomatlarımız və ermənilərin Azərbaycandakı qətliamlarının acı izləri yaddaşlardan silinməyib. Türkiyəni ən ağır insanlıq cinayəti törətməkdə məhkum etməyə çalışan və ermənilərin saxta soyqırım yalanının vəkilliyini edənlərə bu həqiqətləri xatırlatmaq istəyirik”. Qeyd edək ki, Türkiyənin nüfuzu qəzetlərinin dünənki manşetlərində də ermənilərə yaltaqlananları pisləyən yazılar Xocalı soyqırımını əks etdirən fotoların müşayiəti ilə verilmişdi.
|
44,680 |
20.12.2008 06:12
|
İqtisadiyyat
|
NEFTİN QİYMƏTİ KRİTİK HƏDDƏN AŞAĞI DÜŞDÜ
|
Neftin kəskin ucuzlaşması iqtisadiyyatı bu amildən asılı olan ölkələr üçün müsbət heç nə vəd etmir. Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) Yaxın Şərq və Mərkəzi Asiya regionundan olan neft ixracatçısı ölkələrinin dünya neft bazarında qiymətlərin aşağı düşməsi prosesindən çəkdiyi zərəri araşdırmışdı. Məlum olmuşdu ki, Azərbaycan üçün kritik hədd 40 dollar/barel səviyyəsindədir. Diqqətə çatdıraq ki, növbəti ilin dövlət büdcəsində neftin baza qiyməti 80 dollar/barel səviyyəsində nəzərdə tutulub. Bundan əlavə xarici ticarətin 98 faizi, dövlət büdcəsinin isə 70 faizi neft sektorunun payına düşür. Neftin ucuzlaşması Azərbaycanın ixracını kəskin azaldır. Eyni zamanda büdcənin formalaşmasında, əməkhaqqlarının verilməsində problemlər yaradır. Neftin qiyməti iqtisadiyyatın digər sektorları üçün də olduqca əhəmiyyətlidir.Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neftin ucuzlaşmasının ən böyük neqativ təsiri ölkənin gəlirlərinin azalmasıdır: “Bundan başqa obyektiv səbəblərdən hasilat azalır. Bu Mərkəzi-Azəri platformasında hasilatın dayanması ilə bağlıdır. Energetika naziri də bəyan etdi ki, martın sonu aprelin əvvəlinə qədər hasilat bərpa edilməyəcək. Yəni Azərbaycanda hasilat azalacaq. Beynəlxalq Konsorsiumun dövlət büdcəsinə ödəmələri, eyni zamanda ölkənin mənfəət neftinin həcmi azalacaq. Azərbaycan büdcəsində neftin qiyməti hər barelə görə 70 dollardan hesablanıb”.Ekspert deyir ki, Azərbaycan gələn il üçün Azəri-Çıraq-Günəşlidən 370 milyon barel neft ixrac etməyi planlaşdırırdısa bu, rəqəm 30 milyon barel az olacaq: “Əgər orta qiymət 40 dollardan olsa, Konsorsiumun 13,6 milyard gəliri olacaq. Bundan 3,6 milyard xərcləri çıxsaq, 10 milyard gəlir qalacaq. Onun da 80 faizi ancaq Azərbaycana çatır. Ən yaxşı halda Neft Fondunun 8 milyard gəliri olacaq. Başqa bir tərəfdən ABƏŞ də 1 milyard manatdan artıq mənfəət vergisi ödəməlidir. Artıq bu qiymətlə olanda ABƏŞ təqribən 250-300 milyon vergi ödəyəcək. 1 milyard manata yaxın defisit yaranır. Defisitin üzərinə gəlsək, Dövlət Neft Şirkətini bu da təqribən yarım milyard edir. Gələn il əgər Dövlət Neft Fondundan nəzərdə tutulan 7,5 milyard xərcləmələrə 1,5 milyardı əlavə etsək, fonddan 9 milyard xərcləmələrə sərf olunacaq. Yəni fond qazandığından daha çox xərcləyəcək. Bu halda 2010-cu il üçün həm valyuta ehtiyatlarımız, həm də Dövlət Neft Fondunun ehtiyatları kəskin şəkildə azalacaq. Məsələn, Rusiya üzrə belə proqnozlaşdırılıb ki, neftin ixrac qiyməti 40 dollar səviyyəsində olarsa, bu ölkənin valyuta ehtiyatı gələn il ən yaxşı halda 305-310 milyard olacaq. Halbuki bu ilin dekabr ayının 10-na həmin rəqəm 334 milyard idi. Görün, neft ölkələri neftin qiymətinin aşağı düşməsindən, iqtisadiyyata mənfi təsirindən nə qədər itirirlər”.Neftin qiymətinin kəskin ucuzlaşmasının 2009-cu ilin büdcəsinə yenidən baxılmasını şərtləndirməsinə gəlincə, İ.Şabanın sözlərinə görə, son üç ildə müşahidə edilən tendensiyalardan biri də neftin dünya bazar qiyməti ilə əlaqədar büdcəyə yenidən baxılmasıdır: “İndi nədən olmasın? Əvvəlki illərdə neftin qiyməti qalxanda büdcənin xərclər hissəsinə yenidən baxılırdı. Digər tərəfdən büdcəyə dəyişikliklər həmişə may ayında edilir. İndi dünya iqtisadiyyatında vəziyyət heç də ürəkaçan deyil. Bazara mənfi təsir edən siqnallar gündən-günə çoxalır. Bu baxımdan real olaraq 1-ci rübün sonunda bəlli olacaq ki, 2009-cu ilin ssenarisi necədir. Buna müvafiq hökumət qərar qəbul etməlidir”.İqtisadçı-ekspertin fikrincə, əks təqdirdə bu, Azərbaycan hökumətinin proseslərə operativ reaksiya verə bilməməsi anlamına gələr: “Azərbaycan hökumətinin milyardlar ayırdığı layihələr gəlir gətirmir. İnfrastruktur, evlərin fasadının yenilənməsi, yeni yolların çəkilişi, parkların təmiri gəlir gətirməyən layihələrdir. Belə böhranlı vəziyyətdə vəsait o sahəyə yönəldilir ki, onun azı 10 faizlik rentabelliyi olsun. Artıq həmin 10 faizi gəlir gətirməyən layihələrə yönəltmək mümkündür. Belə olan halda dövlət özü-özünə 100 faiz qarantiya verir ki, xərclənən pullar havayı getməyib”. İ.Şaban hesab edir ki, hazırkı metodlarla dövlətin gəlirliyini, büdcənin gəlirlər hissəsini artırmaq mümkün deyil: “Yeni menecmentə keçilməlidir. Gəncləri menecmentə cəlb etmək, əməkhaqqı sisteminin bonuslar sistemində, yəni mükafatlandırma ilə hər bir işçidən effektli istifadəsinə nail olmaq siyasəti götürmək lazım idi. Bununla çox şeyə nail olmaq mümkündür. Rusiyanın “Qazprom” şirkəti özünün əməkhaqqı fondunu açıqlayıb. Şirkətdə orta əməkhaqqı 2428 dollar təşkil edir. Bu şirkətdə insanlar həqiqətən də çalışmağa meyilli olar. Şirkətdə 50 min dollar, hətta 100 min dollar, milyon dollar maaş alan var. Aksioner şirkət olduğu üçün böyük bonus sistemi yaradılıb. Bizdə belə sistem mövcuddur? Azərbaycanda əməyin qiymətləndirilməsi ən ciddi problemdir. Bu təkcə dövlət müəssisələrinə deyil, özəl şirkətlərə də şamildir. Özəl sektorda əməkhaqqı sistemi bərbad vəziyyətdədir. Azərbaycanda bir özəl qurum tanımıram ki, işçisini lazımi səviyyədə qiymətləndirsin”.Mövzu ətrafında rəyini öyrəndiyimiz digər ekspert isə dedi ki, nəinki dövlət büdcəsi və neft sektoru bütövlükdə qeyri-neft sektoru neftin dünya bazar qiymətindən asılıdır. Neftin qiymətinin aşağı düşməsi tendensiyası davam etdikcə, Azərbaycanda yalnız neft sektorunda deyil, qeyri-neft sektorunda da geriləmələr müşahidə olunacaq: “Neftin qiymətinin aşağı düşməsi xidmət və ticarət sektorunun rentabelliyini azaldıb, müflisləşmə hallarının sayı artıb”.Ekspertin qənaətincə, maliyyə böhranı ilə yanaşı “qara qızıl”ın ucuzlaşması tendensiyası ölkə daxilində işsizlik probleminin artmasına gətirib çıxaracaq: “Bu gün dövlət müəssisələrində kifayət qədər şişirdilmiş işçi aparatı var. Şişmənin səbəblərindən biri neftin qiymətinin yüksək olması səbəbindən həmin sektorlarda çalışanların əmək haqqlarının ödənilməsinin mümkün olması idi. Amma son vaxtlar hətta təqaüdçülərin də müavinatlarında yığılmalar müşahidə edilir. Neftin ucuzlaşması dövlət sektorunda ixtisarların aparılmasına gətirib çıxaracaq. Göründüyü kimi, proses yalnız özəl sektora təsir göstərməyəcək”.
|
44,681 |
20.12.2008 06:59
|
İqtisadiyyat
|
BƏLƏDİYYƏ SƏDRİ XALQ TƏRƏFİNDƏN SEÇİLMƏLİDİR
|
Tədbiri giriş sözü ilə açan mərkəzin eksperti Ələsgər Məmmədli həyata keçirilən layihə haqqında məlumat verdi. O bildirdi ki, dəyirmi masa Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunub.Sonra “Mülki cəmiyyətə doğru” Mərkəzinin direktoru Abil Bayramov “Bələdiyyə sədrinin seçilməsi mexanizmi: mövcud qaydalar və onların təkmilləşdirilməsi istiqamətləri” mövzusunda çıxış etdi: “Hazırda bələdiyyə idarəetməsinin səmərəli təşkilinə mane olan əsas amillərdən biri bələdiyyələrin zəruri kadr potensialının olmamasıdırsa, digər səbəb bələdiyyə orqanlarının formalaşdırılmasının mövcud mexanizmləri və bələdiyyə orqanları arasında səlahiyyət bölgüsündəki qeyri-müəyyənliklərdir. Azərbaycanda bələdiyyə orqanlarının formalaşdırılması ilə bağlı problemlər ilk növbədə qanunvericilikdən qaynaqlanır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsinə əsasən bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Bu maddəyə görə bələdiyyə sədri elə həmin qaydada da vaxtından əvəl vəzifəsindən azad edilə bilər. Təcrübə göstərir ki, bu qaydanın bir sıra mənfi tərəfləri var. Birincisi, bir çox hallarda bu qayda üzrə sədr seçkiləri zamanı bələdiyyə seçkilərində digər bələdiyyə üzvlərindən daha az səs toplamış bələdiyyə üzvü sədr seçilir. Sədr seçkisi prosesinə kənar müdaxilələrin mümkünlüyü isə təcrübədə təsdiqini tapmış reallıqdır”.Daha sonra A.Bayramov qeyd etdi ki, həyata keçirilən layihədə əsas məqsəd bələdiyyə sədrinin səmərəli mexanizmləri ilə bağlı alternativlər təklif etməkdir. O, üç alternativi iştirakçıların müzakirəsinə təqdim etdi: bələdiyyə sədrinin birbaşa əhali tərəfindən seçilməsi; bələdiyyə seçkilərində ən çox səs toplamış bələdiyyə üzvünün sədr vəzifəsini tutması və bələdiyyə orqanlarının səlahiyyətlərini konkretləşdirmək şərtilə mövcud qaydanın saxlanılması”. A.Bayramov hər üç alternativin üstünlüklərindən və mənfi tərəflərindən bəhs edərək, təşkilatın bələdiyyə sədrinin birbaşa əhali tərəfindən seçilməsi variantına üstünlük verdiyini bildirdi: “Bu variantın tətbiqinin bir sıra üstünlükləri var. Belə ki, bələdiyyə sədri öz mandatını birbaşa əhalidən aldığından daha müstəqil fəaliyyət göstərir və daha təşəbbüskar olur.Digər tərəfdən, bələdiyyə sədrinin vəzifədən kənarlaşdırılmasının şərtləri dəyişdirildiyindən və prosedurları mürəkkəbləşdirildiyindən bələdiyyə sədrinin hər an vəzifədən kənarlaşdırıla biləcəyi kimi bu gün mövcud olan psixoloji diskomfortu aradan qalxır. Daha bir üstünlük isə ondan ibarətdir ki, təklif olunan alternativin tətbiqi bələdiyyə sədrinin hesabatlılığını artıracaq və sədr bilavasitə əhaliyə hesabat verməli olduğundan fəaliyyətində daha məsuliyyətli olacaq”.Təqdimatdan sonra tədbir iştirakçıları mövzu ətrafında fikirlərini bölüşdülər. Qeyd edək ki, istər beynəlxalq təşkilatların, istər bələdiyyələrin, istərsə də QHT nümayəndələrinin mövzu ətrafında rəyləri, demək olar ki, üst-üstə düşürdü. Dəyirmi masanın sonunda təklif olundu ki, təkliflər daha da təkmilləşdirilərək qərar qəbuledici orqanlara təqdim olunsun.
|
44,682 |
20.12.2008 06:15
|
İqtisadiyyat
|
DOLLARIN UCUZLAŞMASI DAVAM EDİR
|
Ən son məlumatlara görə, indi valyuta birjalarında 1 avro 1 dollar 43 sentə dəyişdirilir. Birjalarda qızılın unsiyası isə 850 dollara və yaxud qramı 27 dollar 42 sentə təklif olunur.
|
44,683 |
20.12.2008 06:04
|
Astrologiya
|
ULDUZ FALI
|
QOÇ - İxtiyarınızda olan bu şənbə gününü qeyri-işgüzar görüşlərə həsr etməyiniz məsləhətdir. Soyuq münasibətdə olduğunuz yaxınlarınızla davranışlarınızı mülayimləşdirməyə çalışın. BUĞA - Bu təqvimi romantik bir günə çevirmək öz əlinizdədir. Çünki əyləncələrə və səfərə də gedə, əməli fəaliyyətlə də məşğul ola bilərsiniz. Qısası, bu gün hər şey özünüzdən asılı olacaq. ƏKİZLƏR - Daxili tərəddüdlərinizi dəf etmək üçün mütləq ətrafınızda təcrübəli adamlar olmalıdır. Saat 15-ə qədər uğurlu məqamlar yaşasanız da, sonrakı ərəfədə mübahisələr mümkündür. XƏRÇƏNG - Maliyyə problemlərinə görə sıxıntı çəkməyin. Ən azı ona görə ki, bu gündən etibarən şəxsi büdcənizdə kifayət qədər artım olacaq. Özünüzə qapılmaqdansa, əzmkarlığınızı artırın. ŞİR - Belə bir gündə evdə oturmağa lüzum yoxdur. Əksinə, aktivliyinizi artırmalısınız. Ulduzlar bəyan edir ki, qarşınızda ayın ən perspektivli təqvimlərindən biri durub. QIZ - Ailə-sevgi münasibətlərində qarşınıza problemlər çıxa bilər. Amma belə anlaşılmazlıqları dəf etmək üçün təmkin göstərməyiniz kifayətdir. Günün ikinci yarısını istirahətə həsr edin. TƏRƏZİ - Özünüzə daha çox etibar edin. Çünki ətrafınızda olanlar iştirakçısı olduğunuz situasiyaları sizin qədər təhlil edə bilmir. Ay bürcünüzdə olduğundan pul sövdələşmələrindən uzaq olun. ƏQRƏB - Ümumi sıxıntılarınız olsa da bu, yalnız nahara qədər davam edəcək. Sonrakı müddətdə bəzi planları həyata keçirə biləcəksiniz. Axşama yaxın vacib şəxslərlə görüşəcəyiniz mümkündür. OXATAN - İlin sonuna qədər görəcəyiniz işləri indidən götür-qoy edin. Ulduzlar səfərə çıxmağınızı labüd saymır. Amma nahardan sonra xoş təsadüflə rastlaşacaqsınız. Kiminsə əleyhinə danışmayın. OĞLAQ - O qədər də uğurlu vaxt deyil. Öhdəliklərinizin reallaşması istiqamətində yorulacağınız gözlənilir. Bir sözlə, bu təqvimdə yalnız aktiv fəaliyyətlə məşğul olmalısınız. SUTÖKƏN - Yüksək əhval-ruhiyyədən uzaq olmayın. İş haqqında nə qədər düşünmək olar? Ruhdan düşməyə də lüzum yoxdur. Çünki qarşıda sizi uğurlu məqamlar gözləyir. Uzaq səfərə çıxmayın. BALIQLAR - Ulduzların düzümü bu təqvimin sizə düşəcəyindən, o cümlədən perspektivli görüşlərdə iştirakınızdan xəbər verir. Bu səbəbdən də boş dayanmağa dəyməz. Axşama yaxın sürprizlə qarşılaşacaqsınız.
|
44,684 |
20.12.2008 04:07
|
Ölkə
|
“BLACK BİRD” KLUBUNUN SAHİBİ MƏNƏM”
|
Lakin dünən redaksiyamıza gələn Çingiz Həsənov soyadlı şəxs “Black Bird”in sahibi olduğunu söyləyərək, ona məxsus obyektdə yoxlamalar aparılmadığını dedi: “Öncə onu qeyd edim ki, klubun sahibinin Hacıbala Abutalıbovun oğlu olması barədə məlumat həqiqətə uyğun deyil. Oranın yiyəsi Valeh Abdullayev adlı şəxsdir. Abdullayev 2008-ci ildə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən gecə klubunun yerləşdiyi ərazini özəlləşdirib. Mən həmin barı 2013-cü ilin 3 aprel tarixinə qədər hər ay 1000 ABŞ dolları ödəmək şərtilə icarəyə götürmüşəm. Bu barədə dövlət notariusunda icarə müqaviləsi imzalanıb. Yəni 2013-cü ilə qədər həmin ərazinin faktiki sahibi mənəm. Bizim nə Hacıbala müəllimlə, nə də onun oğlu ilə hər hansı əlaqəmiz yoxdur”.Ç.Həsənov gecə klubunda polis reydinin keçirildiyini də təkzib etdi: “Klubumuzda hər hansı reyd keçirilməyib. Obyektim isə bar yox, klubdur. Gecə klubunda qızlar işləmir. Ola bilsin ora müştəri qismində qızlar gəlsin. Amma kluba bağlı olan qızlar mövcud deyil”.
|
44,685 |
20.12.2008 04:14
|
İqtisadiyyat
|
BİNƏQƏDİDƏ QAZ ÜSYANI
|
Bu isə sakinlərin narazılığına səbəb olub. Bir saatdan artıq çəkən qarşıdurmadan sonra polisin səyi ilə sakinlər yolu boşaldıblar. Qaz idarəsinin əməkdaşı isə nəyin bahasına olursa-olsun qaz xəttinin kəsiləcəyini söyləyib. Redaksiyamızla əlaqə saxlayan sakinlər 3 gündür ki, yaşayış massivinə qaz verilmədiyini söylədilər. Onların sözlərinə görə, əraziyə qaz xətti əhalinin vəsaiti hesabına çəkilib. Bu səbəbdən qaz xəttinin kəsilməsinə imkan verməyəcəklər. Yaşayış massivinə qazın verilməyəcəyi təqdirdə isə sakinlər Bakının mərkəzində etiraz aksiyası keçirəcəklərini söylədilər.
|
44,686 |
20.12.2008 04:15
|
İqtisadiyyat
|
BƏZİ BANKLAR ARTIQ MÜFLİSLƏŞİB
|
Bu gün ölkənin iqtisadi-sosial həyatında baş verənlər respublikada ciddi böhran yaşandığını deməyə tam əsas verir. Hökumətin həyata keçirdiyi layihələrin əksəri yarımçıq saxlanılıb, yeni layihələr yoxdur, dövlət qurumlarında “paket sistemi” ləğv edilib. Ən ciddi krizisi isə banklar yaşayır. Bu gün heç bir bank kredit verə bilmir. Hətta banklar kiçik məbləğdə - 1000-2000 manat kredit verməkdə belə çətinlik çəkirlər. Bununla bağlı redaksiyamıza neçə illərdir banklarla işləyən bir şəxs məlumat verdi. Kiçik sahibkarlıqla məşğul olan vətəndaş bildirdi ki, prezident seçkilərindən təxminən iki ay əvvəl banklar kredit verilişini dayandıranda bunun siyasi amillərlə bağlı olduqlarını düşünüblər: “Hətta bank işçiləri özləri də maraqlı idilər ki, bunu siyasi səbəblərlə bağlamağa çalışsınlar. Bu qəribə görünürdü ki, niyə onlar siyasi qərarlarla işlədiklərini büruzə verirlər. Amma sonradan məlum oldu ki, onlar əslində, müflisləşməyə doğru getdiklərini gizlətmək üçün bu cür etiraflar ediblər. Məsələ ondadır ki, seçkilər qurtarandan sonra bankların kredit verilişlərini bərpa etmələri haqda informasiyalar gəlməyə başladı. Lakin hazırda Azərbaycanda yerli banklardan kredit götürmək müşkülə çevrilib. İndiyədək kredit götürdüyüm banklar ən yaxşı halda yeni ildən sonranı gözləməyi təklif edirlər. Bundan sonra başqa banklara müraciət etdim. Onlar yeni müştərilərə kredit vermirlər. Düzdür, biznesini araşdırırlar, sənədləri qəbul edirlər, sonda da deyirlər ki, get, biz sənə zəng vuracağıq. Amma nə zəng olur, nə də sənə kredit verirlər. Özümüz də maraqlananda deyirlər ki, hələ araşdırma gedir, təklifinizi dəyərləndiririk, hələlik pul yoxdur və sair. Banklar açıq şəkildə maliyyə çətinlikləri yaşadıqlarını, yəni müflisləşdiklərini bəyan etməkdən çəkinirlər. Amma hazırda elə banklar var ki, artıq onları müflisləşmiş hesab etmək olar. Onların ümidləri xarici maliyyə qurumlarından kreditlər almağadır. Hazırda əksər banklar özləri kredit axtarışındadır”.Mənbəmizin sözlərinə görə, son 10 gündə kreditlə bağlı əksər banklara müraciət edib: “Onlardan, demək olar ki, eyni cavabları almışam. Ən yaxşı halda yeni ili gözləməyi məsləhət bilirlər. Məsələ ondadır ki, Azərbaycanda baknların özlərinin real əmanətləri yoxdur. Onlar son illərdə xüsusi ilə maşın biznesini kreditləşdirməklə dolanıblar. Axır aylarda isə maşın biznesi, demək olar ki, çöküb. İkincisi, bankların müflisləşməsi ilə bağlı xəbərlər çıxmağa başlayandan banklara yerləşdirilmiş az-çox real əmanətləri də vətəndaşlar geri çəkməyə başlayıblar. Vətəndaşların öz vəsaitlərini geri almasında da problemlər var. Hazırda ayaq üstə dayanan banklar dövlətin nəzarətində olanlardır. Digərləri isə günbəgün ağır duruma düşürlər”.
|
44,687 |
20.12.2008 04:16
|
Ölkə
|
ELDAR QULİYEV DƏ NARDARANLILARIN TƏRƏFİNDƏDİR
|
Onun sözlərinə görə, ötən ay zərərçəkmişlərdən bir qrupu deputatın yerli nümayəndəsi ilə görüşüb və ona 204 sakinin imzaladığı şikayət ərizəsini verib: “Səlahiyyətli nümayəndə isə sakinlərlə söhbətində Eldar Quliyevin artıq məsələ ilə tanış olduğunu və onu diqqət mərkəzində saxladığını deyib. Dünən şikayətçilər deputatın imzası ilə məktub alıblar. Məktubda birmənalı qeyd edilib ki, Sabunçu Rayon Məhkəməsi 30 sot torpaq sahəsinin Salman Cəbrayılova verilməsi barədə qərar çıxarargən Torpaq Məcəlləsinin tələblərinə əməl etməyib”.R.Əlizadə sakinlərin hüquqlarının millət vəkilləri İqbal Ağazadə, Pənah Hüseynov, Arzu Səmədbəyli və İkram İsrafil tərəfindən də müdafiə olunduğunu bildirdi. Bundan əlavə, o, Nardaranda bələdiyyə seçkilərinin keçirilməsi təşəbbüsü ilə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət olduğunu da söylədi: “Biz Nardaranda bələdiyyənin formalaşmasını istəyirik və 2009-cu ildə bu seçkilərdə fəal iştirak etməkdə qərarlıyıq”.
|
44,688 |
20.12.2008 04:16
|
Yaşam
|
MƏŞHURLARDAN KİMLƏR EVİNDƏ YOLKA BƏZƏYİR?
|
Bütün bunlara baxmayaraq əhalinin yeni il bayramının əsas simvolu sayılan yolka bəzəmək ənənəsinə münasibətinin dəyişib-dəyişmədiyini öyrənmək üçün həm küçə sorğusu keçirdik, həm də tanınmış şəxslərin fikirləri ilə tanış olduq. Öncə dükanlara baş çəkdik. Qarşımıza çıxan ilk dükanın satıcısı Murad bizi görər-görməz deyinməyə başladı. Dedi ki, alver pis gedir. Onun sözlərinə görə, keçən il bu vaxt gətirdiyi yolkaları sata bilirdi. İndi isə aldığı mallar üstündə qalıb. Həm yolkaların, həm də bəzəmək üçün istifadə olunan oyuncaqların qiyməti ilə maraqlandıq: “Qiymətlər üç manatdan otuz manata qədərdir. Oyuncaqlar da on beş qəpikdən başlayır”.Adını açıqlamaq istəməyən digər xanım satıcı isə camaatda yolka almağa pulun olmadığını dedi: “Camaat çörəyə pul tapa bilmir. Yolkanı necə alsın?”Amma həmin mağazada bütün yolkalar satılmış, cəmi biri qalmışdı. Satıcı xanım dedi ki, əhali bu il daha çox ucuz yolkalara üstünlük verir. Onun sözlərinə görə, yeni yolka sifarişləri də var. Redaksiyamızın yaxınlığında yerləşən “Bolluq” bazarında işləyən Qulu dayı yolkaların qiymətinin 1 manat 50 qəpikdən 80 manat arasında dəyişdiyini dedi. Oyuncaqların qiyməti 10 qəpikdən başlayır. Şəffaf bağlamalarda satılan oyuncaqlar isə 3-8 manat arasındadır. Qulu dayı da alvern zəif getməsindən gileylidi. Dedi ki, alan azdır. Halbuki qiymətlər cibə uyğundur.Məktəb ləvazimatları dükanının satıcısı Qorxmaz Xudadatov da alverin zəifləməsini camaatın maddi vəziyyətinin pisliyi ilə əlaqələndirdi: “Biz də camaatın vəziyyətini nəzərə alırıq. Həm kasıb, həm varlı üçün mal gətiririk. Amma camaat hələ maaşını almadığından alver yaxşı getmir”. Qorxmaz dayı həm də şəhərdəki yolkalar ilə 7-ci mikrorayonda satılan yolkanın qiyməti arasında xeyli fərq olduğunu söylədi: “Mən on beş manata satdığım yolkanı şəhərdə otuz manata gördüm”. Qorxmaz dayıdan xəbər aldım ki, bəs özü yeni il qabağı evində yolka qurubmu? Həmsöhbətim nəvələrinə görə yolka qurduğunu dedi.İndi isə keçək məşhurlara. Onlar necə, yeni ilqabağı öz evlərində yolka bəzəyirlərmi?Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu yolka qurmadığını deyir: “Axırıncı dəfə nə vaxt qurduğumu xatırlamıram. Uşaqlar da elə böyük deyillər. Amma yolkanı yeni ilin atributu hesab etsəm də, qurmağa ehtiyac görmürəm. Bəlkə nə vaxtsa qurmaq istədim. Amma bu şam ağacı olmaya da bilər. Bəlkə alma ağacı qurdum”.ADP sədri Sərdar Cəlaloğlu yeni ildə yolka qurmayacağını söylədi: “Yeni il bizim milli bayram deyil. Amma uşaqlar balaca olanda digərlərindən fərqlənməmək üçün qururduq. Biz bu bayramı daha çox həmrəylik günü kimi qeyd edirik. Yolkanı isə çoxdandır zibilliyə atmışıq”.Millət vəkili İqbal Ağazadə uşaqları balaca olduğundan evində yolkanı onların xatirinə qurduğunu dedi.Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus yolka qurmağa səbri çatmadığını söylədi: “Evdə əvvəllər qızımla birgə qururdum. Amma indi uşaq özü yolkanı qurur. Mən heç nəyə qarışmıram. Axırıncı dəfə bəlkə 15 il əvvəl yolka bəzəmişəm”.
|
44,689 |
20.12.2008 04:17
|
Mədəniyyət
|
“LİDER”in 150 MİN MANATI BATIR
|
Daha dəqiqi, kanal rəhbərliyi proqramın adını açıqlamır, tamaşaçılara sürpriz vəd edir. Təkcə bu sürprizin bircə detalı barədə xəbər sızdırılıb: söhbət proqramda xarici estrada ulduzlarının çıxış edəcəyindən gedir.Kanaldakı mənbəmiz isə sözügedən proqramla bağlı “Yeni Müsavat”a ilginc açıqlama verib. Mənbənin dediyinə görə, “Lider”in baş prodüser Murad Dadaşovla və bir neçə xarici şoumenin hazırladığı proqrama indiyədək 150 min manata qədər pul xərclənib, amma Yeni ilə sanılı günlər qalsa da, layihə uğursuzluğa düçar ola bilər.Mənbənin sözlərinə görə, yeni il gecəsi “Lider”də heç bir xarici estrada ulduzu iştirak etməyəcək: “Sadəcə, Azərbaycan estradasının nümayəndələri xarici ulduzların qiyafəsində, onların oxuduğu mahnıları özü də onların dillərində ifa edəcəklər. Məsələn, Brilliant Dadaşova dünyanın ən seksual müğənnisi sayılan Keyli Mineoqu təqlid etməyə çalışacaq. Röya qaradərili estrada ulduzu Toni Brekstonu, Gülyaz və Gülyanaq Məmmədova bacıları isə “Tatu”nun repertuarından mahnılar ifa edəcəklər. Şou proqramda Ağadadaş Ağayev Xose İqlesiasın opera ifaçılığına müraciət edəcək, Ədalət Şükürovun ifasında isə məşhur Braziliya gitaraçılarından birinin melodiyalarını səslənəcək”.Mənbənin dediyinə görə, layihədə Sevda Ələkbərzadə, Elza Seyidcahan, Nazpəri Dostəliyeva, Aygün Kazımova, Elnarə, Natəvan, Elton, Ayaz, Rəhim Rəhimli və “Dəyirman” qrupuna da rol ayrılıb.Azərbaycan telekanalında ən bahalı layihəyə qol qoyanlar özlərini pis vəziyyətə salıblar. İş ondadır ki, bizim müğənnilər əcnəbi dili qavramaqda çətinlik çəkirlər. İndiyədək təkcə Brilliant Dadaşova öhdəsinə düşən işi yekunlaşdıraraq mahnısını yazdıra bilib. Yerdə qalanları isə bacara bilmirlər. İki gün öncə isə müğənnilərə müəllim tutmağa başlayıblar. “Ulduzlar”la ilginc təmasdan sonra məlum olub ki, təkcə Zülfiyyə Xanbabayevaya ümid etmək olar. Yerdə qalanlarından isə keyfiyyətli iş gözləmək mümkün deyil.Dekabrın 31-nə isə 11 gün qalır...
|
44,690 |
20.12.2008 04:18
|
Ölkə
|
“XRUŞŞOVKA”ların SÖKÜLƏCƏYİ XƏBƏRİ MƏQSƏDLİ YAYILIR
|
Onların fikirincə, hazırda Bakı şəhərində “xruşşovka” və “stalinka” tipli binalarda 10 mindən çox ailə yaşayır: “Tikinti mafiyası isə bundan öz xeyirlərinə istifadə etməyə çalışır. Belə ki, onlar bu məsələni ortalığa atmaqla əhalinin diqqətini yeni tikililərə cəlb etmək istəyirlər. Nəticədə köhnə binalarda yaşayanlar mənzillərini dəyər-dəyməzinə sataraq yeni binalardan ev almağa çalışır. Yeri gəlmişkən, “xruşşovka”ların sökülməsini təsdiqləyən K.Heydərov da “Gilan Holdinq” kimi iri tikinti şirkətinə himayədarlıq edir”. Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Füzuli Axundov da deyilənlərlə razılaşır: “Xruşşovka” və “stalinka”ların belə tezliklə söküləcəyinə inanmıram. Çünki bu çox ciddi və məsuliyyətli işdi. İstismar müddəti başa çatmış binaların ləğvi üçün külli miqdarda vəsait lazımdı. İnanmıram ki, dövlətin bu qədər vəsaiti olsun. Ola bilsin ki, yaxın illərdə şəhərin mərkəzindəki “xruşşovka”lar sökülsün. Ancaq şəhərdən kənarda olan bu cür tikililərin yaxın vaxtlarda söküləcəyi inandırıcı görünmür. Bu məsələnin gündəmə gətirilməsində tikinti şirkətlərinin xüsusi marağı var”.Füzuli Axundovun sözlərinə görə, tikinti mafiyası bu cür şayiələri ortalığa atmaqla əhalinin diqqətini yeni binalara cəlb etmək istəyir: “Hazırda tikinti sektorunda durğunluq yaranıb. Yeni binalarda mənzil alanların sayı kəskin şəkildə azalıb. Vəziyyətdən çıxmaq istəyən oliqarxlar isə cəmiyyətə məhz bu cür informasiyalar ötürməyə başlayıb. Aydındır ki, belə olan vəziyyətdə həmin insanlar mənzil almaq üçün istər-istəməz yeni binalara üz tutacaqlar”.
|
44,691 |
20.12.2008 04:22
|
Media
|
AKİF NAĞI HƏLƏ DƏ PROKURORLUĞA GETMƏYİB
|
Xatırladaq ki, redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon 5-ci polis bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək, təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır. Artıq göstərilən şikayət üzrə Cinayət Məcəlləsinin 163.1 maddəsi(jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb. Z.Hacı Binəqədi Rayon Prokurorluğunda ifadə verib. Təqsirləndirilən tərəfdən isə xəbər yoxdur.Dünən bizə açıqlamasında İ.Seyidov bildirdi ki, QAT sədrinə bildiriş göndərilsə də, hələ o, idarəyə gəlib ifadə verməyib. İ.Seyidovdan hadisənin üstündən bir həftə keçməsinə baxmayaraq, nəyə görə təqsirləndirilən şəxsin idarəyə çağırılmamasını soruşduq. Müstəntiq bildirdi ki, narahatçılığa əsas yoxdur. Bu işlə bağlı ilkin istintaq aparılıb, indi də onun aydınlaşdırılması üçün lazımi addımlar atılır: “Ola bilsin ki, ona çağırış məktubu çatmayıb. Əgər sabah da ifadə verməyə gəlməsə, yəqin telefonla çağıracağıq”.Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə bildirdi ki, bu günə qədər qarşı tərəfin istintaqa ifadə verməməsinin səbəbi qaranlıqdır. Onun sözlərinə görə, bütün hallarda cinayət işinin başlanması müsbət addımdır. Müsahibimiz vurğuladı ki, əgər hüquq-mühafizə orqanları bu işdə maraqlı olsaydı, A.Nağını dərhal ifadə verməyə çağırardılar: “Yəqin ki, Akif Nağının ictimai nüfuzunu nəzərə alıb, gözləyir, ona qarşı hər hansı neqativ addım atmaq istəmirlər”.R.Hacılı vurğuladı ki, cinayət işinin başlanması müsbət addım olsa da, QAT sədrinə qarşı bir yox, üç maddə üzrə iş açılmalıydı. Onun sözlərinə görə, indiki halda jurnalist Z.Hacı da vəkillə təmin olunmalı, Cinayət Prosessual Məcəlləsinin normalarına uyğun hərəkət etməlidir.Bu arada QAT sədri “Hürriyyət” qəzetinə müsahibəsində olayla bağlı bir daha fikirlərini açıqlayıb. Əməlindən peşman olduğunu vurğulayan A.Nağı “barışığa hazıram” deyib. Jurnalistin “ondan üzr istəmək haqqında düşünmürsünüz” sualının cavabında isə Akif bəy qarşısında bu cür şərt qoyulmasını istəmədiyini bildirib: “Üzr istəmək məsələsini bir kənara qoymaq lazımdır. Əgər ona qalarsa, QAT da, Akif Nağı da təhqir olunub. Əvvəlcə bu təhqirə görə üzr istənilməlidir. Bundan sonra mən üzr istəyə bilərəm. Hesab edirəm ki, hər iki tərəf bu məsələdə şərt qoymadan barışığa getməlidir. Mən barışığa hazıram”.Z.Hacı isə ilk gündən hesab edir ki, qarşı tərəf bu məsələdə səhvini etiraf etməli, mətbuata qarşı bu cür davranışın yanlış olduğunu geniş ictimaiyyət qarşısında bildirməlidir. Onun fikrincə, daim jurnalistlərə qarşı istifadə olunan qanunlar bu dəfə də ona hücum edən şəxslər üçün tətbiq edilməlidir. Jurnalistə görə, əsas məsələ cəzanın növü və müddəti yox, A.Nağının öz səhvini dərk edərək boynuna almasıdır.Mövzunu davam edəcəyik.
|
44,692 |
20.12.2008 02:23
|
Media
|
MİRZƏ SAKİT XƏSTƏ ANASI İLƏ GÖRÜŞÜB
|
R.Zahidova Sakitçün əfv mövzusunun yenə də maraqsız olduğunu söylədi. Onun sözlərinə görə, həyat yoldaşı cəzasının bitəcəyi 5 ayı gözləyir. Müsahibimiz satirikin yenə də ən çox mətbuatda yazılanlarla maraqlandığını dedi: “Bu 5 ayı da mətbuatın, yaxınlarının köməyi ilə birtəhər başa vuracaq. ”Azadlıq" və “Yeni Müsavat” qəzetlərini mütəmadi izləyir. Cəmiyyətdə baş verənlər barədə hamımızdan daha artıq məlumatlıdır”.Rəna xanım bildirdi ki, Sakitin səhhətindəki problemlər tam aradan qaldırılmasa da, əvvəlki kimi kritik də deyil.
|
44,693 |
20.12.2008 04:24
|
Media
|
“HÖKUMƏTİN JURNALİSTLƏRLƏ ŞƏXSİ-QƏRƏZLIYİ YOXDUR”
|
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bu məsələ ilə bağlı onda bir-birinə zidd məlumatlar olduğunu söylədi. Onun sözlərinə görə, bir tərəf qətiyyətlə 31 dekabrda əfv fərmanı veriləcəyini desə də, digər tərəf bunun baş tutmayacağını vurğulayır. Müsahibimiz hər iki versiya müəllifinin özünəməxsus arqumentləri olduğunu dedi: “İlk versiyanın müəlliflərinə görə, prezidentin əlində əfvə düşəcək şəxslərin siyahısı var və onları əfv edəcək. O biri tərəf isə deyir ki, Əfv Komissiyası toplaşmadığı üçün fərmanın veriləcəyi inandırıcı görünmür. Bizim tərəfimizdən prezidentə 27 məhbusun, bir də tez buraxılmalı olan şəxslərin - onların içində jurnalistlər də var - siyahısı göndərilib. Ümid edirəm ki, 31 dekabrda prezident əfv fərmanına qol çəkəcək. Amma deməliyəm ki, buna 95 faiz ümidim yoxdur. Çünki mötəbər mənbələrdən eşitmişəm ki, əfv məsələsi olmayacaq. Həmin mənbələr deyir ki, ildə neçə dəfə əfv olar? Baxmayaraq ki, qanuna görə, ildə dörd dəfə əfv olmalıdır. O gün Gürcüstan prezidenti Mixail Saakaşvili nə qədər adam buraxıb türmədən? Ömürlük həbs cəzası almış adamların içində elələri var ki, onlarla görüşmüşük. Biri adam öldürməkdə ittiham olunduğu halda, günahsız olduğunu deyir. Bir başqasının məhkəməsi qeyri-obyektiv aparıldığı üçün layiq olmadığı cəzanı alıb. Qobustan həbsxanasındakıların da çoxunu azadlığa buraxmaq olar”.N.Cəfəroğlu hesab edir ki, hakimiyyətin jurnalistlərlə bağlı heç şəxsi-qərəzli yoxdur. Onun sözlərinə görə, şəxsi-qərəzi olsaydı, dövlət başçısı Zahidov qardaşlarını atalarının yas yerinə buraxmazdı: “Bilirsiniz ki, daha öncə Azərbaycan təcrübəsində belə hal olmayıb. İlk dəfə jurnalistlərlə bağlı belə addım atılıbsa, deməli, münasibət müsbətə doğru dəyişib. Hətta hesab edirəm ki, məhz jurnalistləri həbsdən buraxmaq üçün əfv fərmanı imzalana bilər”.Hüquq müdafiəçisinin sözlərinə görə, məhbus jurnalistlərdən yenidən əfv ərizəsinin yığılmasına və ya “ərizə olmasa, fərman onlara şamil olunmayacaq” tələbinin irəli sürülməsinə ehtiyac yoxdur. N.Cəfəroğlu bildirdi ki, bu günə kimi həbsdəki jurnalistlərin əfvi ilə bağlı həm onların özü, həm də ayrı-ayrı təşkilatlar tərəfindən dəfələrlə müraciət olunub: “Bunların hamısına istinad edib, əfv vermək olar. Hələ ki qarşıda 10 gün var. Ümid edək ki, o vaxta qədər əfv fərmanı ilə bağlı müsbət gəlişmələr olsun”.
|
44,694 |
20.12.2008 04:25
|
Media
|
QLOBAL MALİYYƏ BÖHRANI QƏZETLƏRİN REKLAMINA NƏ DƏRƏCƏDƏ TƏSİR EDİB?
|
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirdi ki, elə ömür boyu böhranda işlədiklərinə görə qlobal böhran hələ ki onlara təsir etməyib. Müsahibimizin sözlərinə görə, nə işçilərin kütləvi ixtisarı qeydə alınıb, nə də tiraj azalıb: “Şükür Allaha bunun təsirlərini görmürük. Bu böhran olmadan da biz “Ayna” qəzetini həftəliyə keçirərək, ixtisarlar etmişdik. Bəlkə bu böhran müəyyən müddətdən sonra özünü göstərsin. Amma daha öncə Azərbaycanda qəzetləri necə oxumurdularsa, indi də o qaydada oxumurlar”.Müsahibimiz qəzetə verilən reklamların azalmamasını da psixoloji amillərlə əlaqələndirdi. Onun sözlərinə görə, hər işdə bir xeyir olduğu kimi, iqtisadi böhran şəraitində də şirkətlərin reklama daha çox ehtiyacı yaranıb: “Tutaq ki, əvvəl işləri yaxşı olanda, hansısa şirkət öz məhsullarını normal sata biləndə reklama əlavə pul xərcləməyə ehtiyac görmürdü. Amma indi böhranla bağlı müəyyən çətinliklər yaranıb. Ona görə də bundan əvvəl işi yaxşı gedən şirkətlərin əmtəəsinin satılması üçün reklama daha çox ehtiyacı yaranıb. Odur ki, qəzetimizdə reklamın azalma tendensiyası hələ görünmür. Amma adətən yeni ilin əvvəlində reklamlar həmişə azalır”.E.Şıxlı bildirdi ki, qlobal böhran bu templərlə davam etsə, bu, reklama ehtiyac duyan şirkətlərin də iqtisadi cəhətdən korlanmasına təsir göstərə bilər. Müsahibimiz ümid edir ki, Azərbaycan iqtisadiyyatı 100 faiz dünya iqtisadiyyatına inteqrasiya olunmadığı üçün bu proseslər ona o qədər də təsir etməyəcək: “Bizi böhranlarla qorxutmaq mümkün deyil. Onsuz da hər zaman böhran şəraitində fəaliyyət göstəririk”.“Exo” qəzetinin baş redaktor müavini Həmid Həmidov da qəzetdə reklamla bağlı hər hansı azalma olmadığını söylədi. Onun sözlərinə görə, hələlik “Exo” özündə qlobal böhranın izlərini görmür: “Nə ixtisar var, nə də tirajın azalması. Hər şey qaydasındadır. Bəlkə gələn ilin əvvəlində nəsə problem yaranacaq, amma hələlik belə problem yoxdur”.“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bildirdi ki, qəzetlərdəki maliyyə böhranı indi yox, 7-8 il öncə başlayıb. “Biz buna öyrəncəliyik” deyən Rəşad bəyin sözlərinə görə, qlobal maliyyə böhranı qəzetə hər hansı təsir göstərməyib: “Doğrusu, biz də qəzetə verilən reklamın azalmasını gözləyirdik. Amma əksinə, indi reklam verilməsində 10 faiz artım olub. Satış məsələsində də ciddi problem hiss etmirik. Bu mənada Azərbaycana maliyyə krizisi o qədər də təsir etmir. Qəzetlərə də hər hansı təsiri olmayacaq. Təbii ki, biz yanvar-fevral aylarında biləcəyik ki, Azərbaycan iqtisadiyyatı bu prosesdən nə qədər zərbə alacaq”.
|
44,695 |
20.12.2008 04:27
|
Mədəniyyət
|
“İLHAMƏ QULİYEVA İLƏ MÜBARİZƏM DAVAM EDİR”
|
Yeri gəlmişkən qeyd edək ki, filmdə Türkiyənin tanınmış aktyorları, “Yapraq dökümü” serialının baş qəhrəmanı (Ali Rza) Halil Ergün və “Böyük yalan” serialının baş qəhrəmanı Hülya Dərca (Rüqzan), Məlahət Abbasova, Azərbaycanın xalq artisti Amaliya Pənahova, xalq artisti Yaşar Nuri və digər aktyorlar iştirak edəcək. Film Dünya Azərbaycanlıları Konqresinin dəstəyilə çəkilir və bəşəri mövzulardan, eşq-məhəbbət, narkomaniya, QİÇS, yoxsulluqdan bəhs olunacaq.Hazırda gərgin film çəkilişləri aparıldığını bildirən S.Kərəmoğlu İ.Quliyeva ilə məhkəmə çəkişməsini müvəqqəti olaraq təxirə salındığını bildirdi: “Bəzi mətbuat orqanlarında yazılıb ki, guya mən İlhamədən qorxmuşam. Heç də belə deyil, mən onunla mübarizəmi davam etdirəcəyəm. Bütün mətbuat bilir ki, dekabrın 17-dən film çəkilişlərinə başlamışıq, gərgin işləyirik, İlhamə Quliyeva ilə məhkəmə çəkişməm isə davam edəcək”.
|
44,696 |
20.12.2008 04:28
|
Mədəniyyət
|
MƏLAHƏT ABBASOVA “MİN BİR GECƏ”dən BİRDƏFƏLİK GETDİ
|
Hazırda Sərxan Kərəmoğlunun ekranlaşdırdığı “Alın yazısı” filminin çəkilişləri ilə əlaqədar Bakıda olan aktrisa bildirib ki, serialdan öz istəyilə uzaqlaşıb: “İstehsalçı TMC şirkəti olduğundan mənim üçün onların rəyi önəmli idi. Payızın ilk günlərində rəhbərliyə müraciət edərək, çalışdığım teatrın işlərini vaxtında yerinə yetirə bilmədiyimi söyləmişdim. Serialda mənə ayrılan səhnələr kiçik şəkildə olduğundan onlar istəyimi nəzərə alaraq, Mehriban obrazını filmdən çıxardılar”. Hazırda Böyükşəhər Bələdiyyəsində rejissor və aktrisa kimi çalışan Məlahət xanım qarşıdakı aylarda ekrana çıxacaq bir neçə serialdan təklif alıb. Lakin teatr işini hər şeydən üstün tutan aktrisa hazırda bunları gözdən keçirdiyini söylədi.
|
44,697 |
20.12.2008 06:29
|
Mədəniyyət
|
FAİQ AĞAYEV HƏBS OLUNA BİLƏR
|
Vəkil İlhamə Həsənova bildirdi ki, F.Ağayevin cinayət məsuliyyətinə cəlb olunması üçün hazırda onunla bağlı məhkəmə materialları toplanır və əgər F.Kərimovanın iddiası təmin olunsa, F.Ağayevi 6 aydan 2 ilədək həbs cəzası gözləyir: “Şərəf və ləyaqətin təhqir olunması ilə əlaqədar Cinayət Məcəlləsinin 147, 148-ci maddələri tətbiq olunur. Əgər Faiq Ağayevin ifadələrindəki təhqir elementləri sübuta yetirilsə, məhkəmə cəza tətbiq edəcək. 147-ci maddənin I bəndində 6 aya qədər islah işləri və bir ilədək azadlıqdan məhrum etmə, ikinci bəndində isə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Hazırda isə biz bununla əlaqədar məhkəmə sənədlərini toplayırıq”.F.Ağayevlə F.Kərimova arasında qalmaqala digər xalq artisti İlhamə Quliyeva da münasibət bildirib. İ.Quliyeva F.Ağayevi müdafiə edərək onun arxasında dayandığını və sona qədər müdafiə edəcəyini söyləyib. “FAİQİ XALQ ARTİSTİ HESAB ETMƏMƏYİM ONU YANDIRIR”ANS telekanalında yeni il çəkilişilə əlaqədar hazırlanan proqramda xalq artistləri Flora Kərimova ilə Faiq Ağayev arasında yaranan xoşagəlməz insident ANS-in dəhlizində baş verib. Müğənni Əli Mirəliyevin sözlərinə görə, F.Ağayev cangüdənlərinin arasından çıxaraq gözlənilmədən ona hücum edib: “Dəhlizdə 3-4 adam məni dairəyə alıb dedi ki, səninlə söhbətimiz var. Birdən onların arxasından Faiq çıxıb mənə dedi ki, Əli, məndən nə istəyirsən, mən xalq artistiyəm. Mən onu sakitləşdirmək istədim ki, çəkilişdən sonra danışarıq. Amma cangüdənləri məni tərpənməyə qoymadı, o, küçə söyüşlərilə məni təhqir etdi və gözləmədiyim halda məni diziylə vurdu. Bir də eşitdim ki, Flora xanımın səsi gəlir. O dedi ki, Faiq, niyə burada xuliqanlıq edirsən? Faiq Flora xanımla da qaba danışanda o da qayıtdı ki, niyə hər yerdə gedib danışırsan guya qızımı sənə sırımaq istəmişəm? Sənin xəstə olduğunu bilə-bilə mən öz qızımı bədbəxt edərəmmi? Hər yerdə deyirsən, Flora məndən 9 min manat atıb, mən sənə pul borcluyam? Faiq əvvəlcə boynuna almadı, sonra dedi əcəb eləmişəm. Söhbət böyüdü, o da qayıdıb Floraya ”lesbiyanka" dedi. Onda Flora xanımın bacısının əri Faiqin ağzının üstündən iki yumruq vurdu. Sonra məsələyə ANS-in işçiləri qarışdı və onları oradan çıxardı".Ə.Mirəliyev onu da vurğuladı ki, o, F.Ağayevi xalq artisti adına layiq hesab etmir: “Mən yenə də deyirəm, o, xalq artisti adına layiq deyil. Bu sözüm də onu yandırır. Elə mənimlə davası da bununla bağlıdır”.
|
44,698 |
20.12.2008 04:31
|
Ölkə
|
ƏCNƏBİ TƏLƏBƏLƏR XOCALI FACİƏSİNİ YAŞAYAN İNSANLARLA GÖRÜŞDÜ
|
“Layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələrə (onların vasitəsi ilə dünyaya) Qarabağ probleminin mahiyyətini və bu problemin yaratdığı fəsadları olduğu kimi çatdırmaqdır. Özləri məcburi köçkünlər və qaçqınlarla söhbət edən tələbələrin hər biri Bakıya qayıtdıqdan sonra gördükləri və eşitdikləri haqda məqalələr yazacaq. İnanıram ki, Almaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Pakistan, İraq, Misir, Banqladeş və Nigeriyadan olan tələbələrin məqalələri əsasında sonda bir neçə dildə nəşr ediləcək ÿkitab Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayacaq”.Onun sözlərinə görə, srağagün tələbələr ermənilər tərəfindən tamamilə yandırılmış Füzuli rayonunun Alxanlı kəndində olublar. Onlar öz evlərini yenidən bərpa edib yaşayan azsaylı kənd sakinləri ilə görüşüb onların həyat şəraiti ilə yaxından tanış olublar. Böyük Bəhmənli qəsəbəsində olarkən yerli sakinin şəxsi təşəbbüsü ilə burada yaradılan tarix muzeyində nümayiş etdirilən eksponatlara böyük maraqla baxıblar. Sonra tələbələr 1993-cü ildə qaçqın və məcburi köçkünlər üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində salınan “Fin evləri” yaşayış məntəqəsindəki məktəbdə müəllimlərlə, şagirdlərlə söhbət ediblər.Dünən isə əvvəlcədən planlaşdırıldığı kimi, xarici tələbələr Xocalıların ÿməskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində olublar. Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev Qarabağ probleminin yaranma səbəblərindən, ermənilərin törətdiyi vəhşiliklərdən, onların Xocalıda dinc insanlara qarşı soyqırım əməli törətmələri barədə tələbələrə geniş məlumat verib. Sonra xaricilər Ağcakənddəki orta məktəbdə təhsil alan şagirdlərlə və qəsəbədə məskunlaşan xocalılarla, Ermənistandan qovulan insanlarla söhbət ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin faciəsini yaşayan insanların özləri baş verənlər barədə tələbələrə məlumat veriblər.A.Mirzəyeva belə səfərlərin yenə də təşkil ediləcəyini bildirdi. Xatırladaq ki, səfərə BAMF-ın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu rəhbərlik edib.
|
44,699 |
21.12.2008 02:35
|
Gündəm
|
“ERMƏNİLƏRDƏN ÜZR İSTƏMƏK TÜRKLƏRƏ BÖYÜK HÖRMƏTSİZLİKDİR”
|
Ermənistanın 15 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını söyləyən O.Öymən ermənilərin 1992-ci ildə əsrin faciəsi olan Xocalıda soyqırım törətdiyini vurğulayıb: “1915-ci ildə yaşanan və soyqırımla qətiyyən əlaqəsi olmayan hadisələrə görə ermənilərdən üzr istəməyi təklif edənlər qardaş Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında saxlandığını, ermənilərin Xocalıda soyqırımı törətdiyini görmürmü?”CHP millət vəkili deyib ki, Ermənistanla sərhədi açmaq üçün Türkiyəyə göstərilən təzyiqin yüzdə biri ermənilərə göstərilsəydi, Azərbaycan torpaqları işğaldan azad edilərdi: “Dünya ermənilərə təzyiq göstərmir. Beynəlxalq təşkilatlar bu qədər açıqlama versə də ermənilər işğal etdikləri bir Azərbaycan kəndini də boşaltmayıb. Toplumumuzu ermənilərdən üzr istəməyə dəvət edənlər ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını da tələb edəcəkmi? Xocalı soyqırımı üçün erməniləri Azərbaycandan üzr istəməyə çağıracaqmı? Bu, mənim üçün çox maraqlıdır”.Türkiyənin xarici işlər naziri Əli Babacan da bir qrup şəxsin qondarma “erməni soyqırımı”na görə ermənilərdən üzr istəməklə bağlı internet-kampaniyaya başlamasına münasibət bildirib. XİN başçısı bu cür kampaniyanın Türkiyənin zərərinə olduğunu bildirib.“Ermənistanla münasibətlərin normallaşması istiqamətində prosesin davam etdiyi bir dövrdə bu cür kampaniyanın heç kimə faydası yoxdur. Bu kimi işlər müzakirə prosesinə zərər verir”- deyə Ə.Babacan bildirib.Yaranmış vəziyyətin son dərəcə həssas olduğunu deyən Ə.Babacan Türkiyə və Ermənistan, eyni zamanda Ermənistanla Azərbaycan arasında dialoq prosesinin getdiyini, başlamış internet-kampaniyanın bu dialoqa ziyan vurduğunu deyib.Türkiyədə Ahmet İnsel, Baskın Oran və Cengiz Aktar tərəfindən başlanan “Erməni qardaşlarımızdan üzr diləyirəm” kampaniyasında tanınmış popçu Tarkanın da imzası görünüb. Ermənilərdən üzr dilənməsinin əks olunduğu məktuba imza atanlar sırasında 12876-cı olan Tarkanın bu addımı maraqla qarşılanıb. Məktub “Tarkan Tevetoğlu” adı ilə imzalanıb.Tarkan dekabrın 30-da Heydər Əliyev adına sarayda konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı olan “Səs Organization” şirkətinin rəhbəri Nahid Emiloğlu isə Tarkanın bu kampaniyaya qoşulması barədə məlumatı təkzib edib. O, APA-ya bildirib ki, bu məlumatı alan kimi Tarkanın meneceri ilə əlaqə saxlayıb. Lakin Tarkanın meneceri hazırda Almaniyada olduqlarını, Tarkanın bu cür işlərə qoşulmağa vaxtının olmadığını deyib: “Meneceri dedi ki, Tarkan heç bir kampaniyaya qoşulmayıb, heç bir məktuba imza atmayıb, ola bilsin kimsə Tarkanın adından məktuba imza atıb”.Bu kampaniya Türkiyəni iki qütbə bölüb. “Erməni qardaşlarımdan üzr diləyirəm” kampaniyasına paralel olaraq “Ermənilərdən üzr gözləyirəm” kampaniyası da keçirilir. “Ermənilərdən üzr diləyirəm” kampaniyasına etiraz edənlər sırasında Türkiyə Baş Qərargahı da var.Qeyd edək ki, Tarkanın bu kampaniyaya qoşulması ilə bağlı araşdırmalarımıza davam edir. Əgər xəbər doğru olsa, o zaman APA İnformasiya Agentliyi Tarkanın Bakıda keçiriləcək konsertinə informasiya dəstəyi verməkdən imtina edəcək və anlaşmanı birtərəfli qaydada dayandıracaq.
|
44,700 |
21.12.2008 08:35
|
Gündəm
|
ATATÜRKÜ TƏHQİR EDƏN FİLMLƏ BAĞLI TƏHQİQAT BAŞLADI
|
Atatürk haqda bu qalmaqallı film oktyabrda ekranlara çıxıb və dərhal atatürkçülərin kəskin etirazı ilə qarşılanıb. Məlum olub ki, filmin musiqisini yazan Qoran Breqoviç erməni əsillidir. Artıq Can Dündar təhqiqatla bağlı prokurorluqda ifadə verib.
|
44,701 |
21.12.2008 04:37
|
Siyasət
|
NAZİM İBRAHİMOVA QARŞI TƏXRİBAT
|
Əslində nəinki bütün ölkəyə, hətta paytaxt Bakıya da elektrik enerjisi verilməsində problemlər var. Amma paytaxtın mərkəzində xaricdən gələn qonaqların da qatıldığı bir tədbirdə belə halın baş verməsi bir qədər təəccüblü görünür. Görünür, söhbət ondan gedir ki, diaspor nazirinə qarşı təxribat olub. İş ondadır ki, əslində heç bir siyasi əhəmiyyəti olmayan, amma çox böyük paraların fırlandığı bu qurumun rəhbərliyində iqtidardaxili klanların çoxunun gözü var.Sirr deyil ki, Azərbaycanın lobbi siyasətini yürüdən, bütün dünyada diaspor quruculuğuna görə məsuliyyət daşıyan komitənin ətrafında leqal və qeyri-leqal külli miqdarda pullar fırlanır. Dövlət büdcəsindən ayrılan vəsaitdən əlavə ayrı-ayrı iş adamları, xaricdə yaşayan biznesmenlər də bu diaspor qurumunün hesabına pul köçürür. Məsələn, Rusiyada yaşayan iş adamı Araz Ağalarov bir qədər əvvəl “Exo” qəzetinə verdiyi müsahibəsində bildirmişdi ki, o və Rusiyadakı bir sıra azərbaycanlı oliqarxlar Moskvadakı diaspor qurumu olan konqresin hesabına hər il 100 min dollar pul keçirir.Necə deyərlər, burada pul çoxdur. Amma digər qurumlardan fərqli olaraq Diaspor Komitəsindən paraların hara xərclənməsi barədə sorğu da sorulmur. Gözdən uzaq və pullu bir qurumun rəhbərliyinə indi çoxları göz dikib. Bu arada əsas hədəf isə Nazim İbrahimov və onun daxil olduğu qrupdur. Bu mübarizədə kimin qalib gələcəyi isə sual altındadır.
|
44,702 |
21.12.2008 08:38
|
Kriminal
|
MOSKVANIN “PRAJSKAYA” BAZARINDA PARTLAYIŞ OLUB
|
İlkin məlumatlara görə, yarmarkada 100-200 qram trotil gücündə partlayıcı qurğu işə salınıb. Hadisə yerinə şəhərin xüsusi xidmət orqanları və yanğınsöndürənlər briqadası gedib. Ümumrusiya Azərbaycanlıları Konqresi hazırda hadisə nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olub-olmamasını dəqiqləşdirir.
|
44,703 |
21.12.2008 08:39
|
Gündəm
|
ABŞ AZƏRBAYCANA TİCARƏT İMTİYAZI TƏTBİQ EDİR
|
Qeyd edək ki, BPS ABŞ-ın hökumət proqramıdır. Proqram ABŞ-a 132 ölkədən 5 min adda malın gömrük vergisi ödəmədən keçirilməsinə imkan verir.
|
44,704 |
21.12.2008 08:40
|
Kriminal
|
MÜƏLLİM DƏRSİNİ BİLMƏYƏN 11 YAŞLI ŞAGİRDİ DÖYÜB ÖLDÜRDÜ
|
İsgəndəriyyə şəhərindəki məktəblərinin birində baş vermiş bu hadisə bütün ölkədə ümummilli qəzəb hissi yaradıb. Misirin təhsil nazirinin şahid qismində məhkəməyə çağırılacağı gözlənilir. İslamın atası Əmr Bədr İbrahim deyib ki, oğlunun müəllimi ilə yanaşı başqaları da mühakimə olunmalıdır: “Problem ondadır ki, ölkədə yaxşı müəllim tapmaq mümkün deyil. İlk növbədə ittiham edilməli adam elə təhsil nazirinin özüdür. O, belə cavan adamın müəllim işləməsinə necə razılıq verib?”Bir çox misirlilər bunu dövlət təhsil sisteminin nə qədər zəif olmasının daha bir sübutu hesab edir. Gənc, təcrübəsiz və azmaaşlı müəllimlər 60-100 şagirdin oxuduğu siniflərə nəzarət etməkdə çətinlik çəkir. Misir hökuməti təhsil sahəsində islahatların həyata keçirilməsinə başladığını bildirir. Bura müəllimlərin imtahandan keçməsi qaydası da daxildir. Hökumət məktəblərdə zorakılıq problemi ilə də mübarizə aparmağa çalışır və uşaqlara fiziki cəza verilməsinin qadağan edildiyi barədə yeni bəyanatlar verib.
|
44,705 |
21.12.2008 04:41
|
Ölkə
|
YENİ GÜNƏŞLİDƏ 7 BİNAYA 18 GÜNDÜR SU VERİLMİR
|
D massivindəki 24-30 saylı binaların (üst-üstə 7 bina) sakinləri bu üzdən ciddi problemlərlə üzləşiblər, bunun məsuliyyətini isə heç kim öz üzərinə götürmək istəmir: “Səbəbini soruşanda bu rüsvayçılığı gah abonentlərin supulu borcunu ödəməməsi ilə izah etməyə çalışırlar, gah da ”Azərsu" ilə “Azərenerji” arasındakı pul qalmaqalını bəhanə gətirirlər. Halbuki həmin binalarda sakinlərin əksəriyyətinin borcu yoxdur. Amma suyumuzu vermirlər. Bu da azmış kimi sakinlərə heç bir əsası olmayan saxta borc qəbzləri verirlər. Guya ki, sakinlərin hökumətə supulu borcu qalıb. Halbuki belə deyil. Məmurlar xalqın ağır günündən istifadə edərək ciblərini bu yolla doldurmağa çalışırlar".Hara üz tutacaqlarını bilməyən sakinlər Suraxanı rayonuna aid olan həmin ərazidən deputat seçilmiş Əhməd Vəliyevə (“Odlar Yurdu” universitetinin rektoru-red.) müraciət ediblər: “Amma deputatın köməkçisinin cavabı çox gülməli oldu. O, sakinlərə dedi ki, gedin, adama 3-5 ”şirvan"dan atışın, probleminizi həll edin".
|
44,706 |
21.12.2008 02:42
|
Siyasət
|
PUTİN FƏRHAD ƏLİYEVİN ŞÜARINI TƏKRARLADI
|
Yerli mətbuatın yaydığı məlumata görə, V.Putin keçirdiyi sonuncu hökumət müşavirəsində beləcə də deyib: “Mən bu barədə əmr verə bilmərəm, amma ümid edirəm ki, rusiyalılar yerli mal almağa üstünlük verəcək. Çünki başqa yolumuz yoxdur. Hamı əcnəbi malları yox, yerli malları almalıdır. Belə olan təqdirdə isə xeyir Rusiyaya qalacaq”.Xatırladaq ki, “Hamı yerli mal alsın, xeyir vətənə qalsın” çağırış-şüarı Azərbaycanın hazırda həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev tərəfindən hələ 2004-cü ildə irəli sürülmüşdü.
|
44,707 |
21.12.2008 08:42
|
Ölkə
|
AZƏRBAYCANIN XARİCƏ SATDIĞI NAR ŞİRƏSİNDƏ TƏHLÜKƏLİ MADDƏ TAPILIB
|
Nar şirəsinin hansı şirkətin məhsulu olduğu göstərilmir. Bildirilir ki, Ukraynaya ixrac olunan şirənin tərkibində rekord miqdarda benzoat-natrium maddəsi olan və bu cür məhsullarda istifadəsi qadağan edilən E221, həmçinin şirənin tərkibi haqda məlumatlarda yer almayan sorbin turşusu E200 aşkar edilib. Bu maddələrin hər ikisi insan orqanizmi üçün zərərlidir və bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilir.
|
44,708 |
21.12.2008 06:43
|
Media
|
“XARİCİ RADİOSTANSİYALARIN MƏSƏLƏSİNDƏ YUMŞALMA VAR”
|
Son olaraq, Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov məsələylə bağlı APA-ya verdiyi açıqlamasında Milli Teleradio Şurasının mövqeyinin tam qanuna uyğun olduğunu deyib. PA rəsmisi “Teleradio yayımı haqqında” qanuna əsasən, Azərbaycanın milli televiziya və radio resurslarının yalnız ölkə daxilində vətəndaşlar tərəfindən istifadə oluna biləcəyini vurğulayıb: “Yayım üçün başqa yollar da var. Məsələn, biz Türkiyə dövləti ilə dövlətlərarası müqavilə əsasında qarşılıqlı yayım təcrübəsinə malikik. Bu tipli digər addımlar da ola bilər. Hazırda MTRŞ-nin fəaliyyəti ona yönəlib ki, Azərbaycanda bu sahədə qanunçuluğu bərpa etsin”.Maraqlıdır, qərarın açıqlanmasına sayılı günlər qaldığı təqdirdə bir hökumət sözçüsünün belə açıqlama verməsi nəyə işarədir? Bu günə qədər keçirilən saysız-hesabsız görüşlər, habelə verilən bəyanatların heç bir effekti olmayacaq? “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, bu radiostansiyaların fəaliyyətinin davam etdirilib-etdirilməməsi nə qanun, nə də prinsip məsələsidir. Onun fikrincə, bu barədə qərar artıq Milli Teleradio Şurasının çərçivəsindən çıxıb. Yəni sözügedən qurum ancaq qəbul ediləcək qərarı elan eləyə və ya onun qəbulunda hansısa formada iştirak edə bilər: “Bu, siyasi məsələdir və siyasi inkişafdırsa, müzakirələr nəticəsində həll olunacaq. Kim nəyə razılaşacaq, onunla da bu məsələ müəyyənləşəcək”. Müsahibimiz vurğuladı ki, əgər birbaşa sözügedən radiostansiyaların fəaliyyətini dayandırmaq niyyəti olsaydı, hökumət ANS telekampaniyasının nümunəsində olduğu kimi davranar, qərarı bircə günə qəbul edib, icrasını həyata keçirərdi. Arif bəyin fikrincə, bu məsələnin aylardır səslənməsi, “gəlin danışaq, şərtlərimizi müzakirə edək” anlamına gəlir: “Məsələ bu müstəvidə olur. Amma ilk gün olduğu kimi, yenə də mənə alverin predmeti qaranlıq qalır. Qərarın verilməsinə dörd-beş gün qalsa da, hökumətin radiostansiyalardan konkret nə tələb etdiyi bilinmir. Qanuna qalsa, onlara lisenziya verilməzdi. Digər tərəfdən, lisenziya bir illiyə verilmir. Qanunla müəyyənləşdirməli olsaydılar, hamı üçün eyni məbləğ, eyni şərtlər tətbiq olunmalıydı. Bunu Milli Teleradio Şurasında da bilirlər, ondan ”yuxarı"larda da". A.Əliyev vəziyyətdə hələ də heç bir dəyişiklik olmadığını söylədi. Hər iki tərəfin arqumentlərinin eyni olduğunu vurğulayan müsahibimizə görə, hökumət “biz qanunları bərpa edəcəyik” fikrində israr edir, xarici radiostansiyalar isə ilk günkü susqunluqlarını qoruyurlar: “Amma ümumi mövqedə bir qədər yumşalma var. İndi deyirlər ki, biz qanunları bərpa edəcəyik, amma radiostansiyaların fəaliyyətinə sədd çəkməyəcəyik. Əslindəsə həll variantı üzdədir. Amma bu variantların nə vaxt tətbiq olunacağı, ümumiyyətlə, olunub-olunmayacağı isə maraq mövzusudur”.
|
44,709 |
21.12.2008 06:46
|
Media
|
PROKURORLUQ AKİF NAĞIYA ÜZGÖRƏNLİK EDİR
|
Xatırladaq ki, redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon 5-ci polis bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi Rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır. Artıq göstərilən şikayət üzrə Cinayət Məcəlləsinin 163.1 maddəsi (jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi də qaldırılıb. Z.Hacı Binəqədi Rayon Prokurorluğunda ifadə verib. Təqsirləndirilən tərəfsə hələ də prokurorluqda ifadə verməyib. İ.Seyidov dünən də bizim “Akif Nağı niyə istintaqa ifadə vermir, istintaq niyə ləng aparılır” sualımıza cavab verməkdən imtina etdi. Gün ərzində dəfələrlə müstəntiqə telefon açsaq da, “hadisə yerindəyəm, danışa bilmirəm” deyə məsələdən yayındı. Maraqlıdır ki, A.Nağı da mətbuata açıqlamasında ona bildiriş gəlmədiyini, şifahi şəkildə belə istintaqa çağırılmadığını deyib. Halbuki Z.Hacı olaydan cəmi iki gün sonra Binəqədi Rayon Prokurorluğuna çağırılıb. İlk on günün mənzərəsi isə hakimiyyətin bu olayı unutdurmaq məqsədi olduğunu göstərir.Z.Hacı hesab edir ki, əslində mənzərə aydındır. “Bu hadisəni biz törətsəydik, belə olmazdı” - deyən jurnalist indiyədək olayın aydınlaşdırılması üçün əlindən gələni etdiyini vurğuladı: “Hadisə baş verən kimi hüquq-mühafizə orqanlarına xəbər verib, olaya müdaxilə etmələrini istəmişəm. Çağırıldığım gün də istintaqa ifadə vermişəm. İndi növbə hüquq-mühafizə orqanlarınındır. Qoy mənə göstərsinlər ki, bu ölkədə həqiqətən qanun var”.
|
44,710 |
21.12.2008 06:35
|
Media
|
EYNULLA FƏTULLAYEV SƏBİRSİZLİKLƏ 16 YANVARI GÖZLƏYİR
|
Müsahibimiz bildirdi ki, sözügedən kampaniya çərçivəsində ötən həftə E.Fətullayevə 500-dən artıq açıqca və məktub daxil olub. Onlar əsasən İngiltərənin 20-dən artıq şəhərindən, Şotlandiya, İsveçrə, Kanada, Cənubi Afrika, Yeni Zelandiya və Norveçdən gəlib. E.Fətullayevə göndərilən məktublar arasında bu dəfə Sankt-Peterburqun da adı var: “Bir dəstək açıqcası da London Uşaq Klubu üzvləri tərəfindən yazılıb və vicdan məhbusu olaraq Eynullaya ünvanlanıb. Şotlandiya Universitetinin professoru Devid Menninq, britaniyalı jurnalist Kefvin Buxan da məktub göndərənlər arasındadır. Bunlar başqa, qızlar üçün olan Şerberi məktəbinin şagirdləri - Eynullaya açıqcalar və dəstək məktubları yollayıblar”. Baş redaktor səhhəti və saxlanma şəraitindən də narazılıq etməyib. Artıq onunla bağlı türmədəki problemlər keçmişdə qalıb. E.Fətullayev daha çox qəzetimizin əməkdaşı Zamin Hacının vəziyyəti ilə maraqlanıb. QAT sədri Akif Nağı tərəfindən jurnalistə təzyiq faktını eşidən məhbus həmkarımız “gör jurnalistlər nə günə qalıb ki, artıq hamı onlara təzyiq edir”, - deyib. Bu arada E.Fətullayev mətbuatı da izləyə bilir. Atasının gətirdiyi qəzetləri oxuyan baş redaktor bundan başqa, poçtla göndərilən qəzetləri də mütaliə etmək imkanı qazanır. Cəmiyyətdə dolaşan əfv söz-söhbətlərinə gəlincə, E.Fətullayev atası ilə söhbətdə bununla bağlı gözləntisi olmadığını deyib: “Eynulla dedi ki, mən səbirsizliklə 16 yanvar tarixini gözləyirəm. Bilirsiniz ki, həmin tarixdə Avropa Məhkəməsi onun işinə baxacaq. Ona görə də ümidləri həmin istiqamətdədir”.
|
44,711 |
21.12.2008 06:47
|
Media
|
“PREZİDENTİN ƏFV FƏRMANI İMZALAMAQ ÖHDƏLİYİ YOXDUR”
|
Etibarlı mənbənin verdiyi məlumata görə, qardaşların həmin ərəfədə türməyə qaytarılmasının əsas səbəbi də bir neçə həftə sonra veriləcək əfv fərmanı ilə bağlı idi.Hüquq müdafiəçiləri dekabrın 31-də əfv fərmanı ilə bağlı birmənalı informasiya olmadığını deyir. Onların sözlərinə görə, bu istiqamətdə bir-birinə zidd informasiyalar konkret proqnoz yürütməyə imkan vermir. Bundan başqa, artıq 31 dekabra sayılı günlər qalsa da, hələ ki Əfv Komissiyasının iclası keçirilməyib. Bu isə istər-istəməz pessimist proqnozların səslənməsinə səbəb olur. Qeyri - Hökumət Təşkilatlarına Dəstək Şurasının rəhbəri, Əfv Komissiyasının üzvü, deputat Azay Quliyev bildirdi ki, əfv istiqamətində heç bir yenilik yoxdur. Onun sözlərinə görə, hələ ki Əfv Komissiyasının toplantısı ilə bağlı məlumat da yoxdur. Müsahibimiz bildirdi ki, dövlət əhəmiyyətli sənədlər, aktlarla bağlı proqnoz yürütmək çətindir. Bu səbəbdən əfv fərmanının verilib-verilməyəcəyi sual altındadır. Prezidentin ildə 4 dəfə əfv fərmanı imzalaya biləcəyini deyən hüquq müdafiəçilərindən fərqli olaraq, A.Quliyev hesab edir ki, İlham Əliyevin bu məsələdə heç bir öhdəliyi yoxdur. Onun sözlərinə görə, əfv fərmanı imzalamaq prezidentin vəzifəsi yox, hüququdur: “Elə bir say göstərilməyib ki, prezident ildə neçə dəfə əfv fərmanı imzalamalıdır. Bu, onun müstəsna hüququdur. Ola bilər ki, hansısa il humanistlik göstərərək, çox sayda belə fərman imzalayıb. Amma bu, onu göstərmir ki, hər il elə həmin sayda fərman imzalanmalıdır. Ciddi ehtiyac olanda fərman imzalanır”. A.Quliyev yaxın günlərdə Əfv Komissiyasının iclasının da gözlənilmədiyini bildirdi.
|
44,712 |
21.12.2008 05:48
|
Media
|
VƏKİLİ MİRZƏ SAKİTİN AZAD EDİLMƏSİ ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB
|
Satirik yazar 2006-cı ilin iyununda narkotik saxlama ittihamı ilə üç il azadlıqdan məhrum edilib. Onun ailəsi isə bunun hüquqi addım olduğunu düşünür. Amma onlar artıq hökumətdən bu və ya digər addım əvəzinə, satirikin cəzasının bitəcəyi 5 ayın bitməsini gözləyirlər.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.