id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
44,914
24.12.2008 09:10
İqtisadiyyat
BAHALAŞMA BAYRAMDAN QABAQ GƏLDİ
Bazarda bolluq olsa da, müştərilərin sayı az idi. Bundan əlavə, məhsullar bazarın içərisində alıcılara bir, bayırında isə ayrı qiymətə təklif edilirdi. Qeyd edək ki, ötən ayla müqayisədə qiymətlərdə artım müşahidə etdik. Beləliklə, bazarda meyvə-tərəvəzin qiyməti xarici və yerli istehsal da daxil olmaqla belədir: alma 1-3 manat, armud - 1-3 manat, nar 3-4 manat, üzüm 4-7 manat, narıngi 1-2 manat, qoz ləpəsi 10-20 manat, fındıq ləpəsi 8-10 manat, badam 8 manat, balqabaq 1 manat/kq; xurma 3-5 manat, mərci, lobya 4 man, şabalıd 4 manat, ərik, alça qurusu, kişmiş 4-5 manat, noxud 2 manat, araxis 3 manat, şorabalar 2-3 manat, ananas 5 manat, bananın 3 manat, pomidorÿ 2-4 manat. Bazarda soğan, kartof isə 1 manat həndəvərində idi. Bu məhsulları bir qədər ucuz - 50-60 qəpiyə də tapmaq olar. Lakin keyfiyyətdə fərq dərhal nəzərə çarpır. Göyərti də bahalaşıb - dəstəsi 30 qəpik. Badımcan 3 manat, şirin bibər 5 manat, lobya 10 manatadır. Araşdırmamız zamanı süd məhsullarının da qiymətinin qalxdığını öyrəndik. Belə ki, 1 kq motal pendir 6 manat, qoyun pendiri 4-5 manatdır. Bazarda qoyun əti 8, dana əti isə 5 manat 40 qəpikdir. Kələm 80 qəpik, kök 2 manat 20 qəpik, çuğundur 1 manat 30 qəpik, nar 3 manatdan 4 manata qədər, sarımsağın 1 dənəsi 20 qəpikdir.Maraqlıdır ki, qiymət artımı alıcılarla yanaşı, satıcıları da aqressiv edib. Birincilər topdansatış şəbəkələrində qiymət artımından, yer haqqını ödəyə bilməməkdən, alıcılarının azlığından şikayətçidirsə, alıcılar ümumən bahalaşmadan və satıcıların özlərindən giley edirlər. Bazarda Etibar Vəliyev adlı satıcı ilə söhbət edirik. O, alıcıya təklif etdiyi toyuq və hinduşka ətinin kənd məhsulu olduğunu iddia edir: “İşıqpulu, qazpulu xərci çox olduğundan, qohum-qonşunun çoxu toyuq-cücə saxlamaqdan əl çəkib. Bu işin əziyyəti çoxdur, gəliri az. Fermerə şərait yaratsalar, xarici toyuqların qol-buduna, içalatına ehtiyac qalmaz. Toyuq əti də müxtəlif qiymətədir. Ən ucuzu 5 manat bahalısı isə 6 manatdır”. Kənd yumurtasının qiyməti ilə də maraqlanırıq - bir ədədi 25 qəpiyə idi.Meyvə-tərəvəz satışı ilə məşğul olan Eyvaz Məmmədov isə bazarların ətrafında səyyar alverlə məşğul olanlardan şikayətləndi: “Bura hər gün 3 manat yerpulu ödəyirəm. Gərək sahə polisi bazar ətrafında, binaların arasında qanunsuz alver edənlərə nəzarət edə. Mən bazarın içində alver etməklə hökumətə xeyir verirəm, bəzən isə məhsul xarab olmasın deyə, aldığımdan ucuz qiymətə satıram. Bütün günü sement döşəmə üzərində qalmaqdan ciyərlərim də soyuqlayıb. Amma əlacım nədir? Qazanc dalınca evdən başımı götürüb qaçıram”.Bazarda müşahidələrimizi davam etdirib alış-veriş edənlərdən birinə yaxınlaşırıq. Müsahibimiz dərhal qiymətlərin baha olmasından şikayətlənir: “Başqa ölkələrdə bayram qabağı qiymətlər ucuzlaşır. Bizdə isə əksinədir. Hər şey yenə də bahalaşıb” .Bayram süfrəsi üçün bazarlıq etməyə gələn Rəmziyyə xanım isə istədiyi hər şeyi ala bilməməsindən şikayətlənirdi: “200 manatlıq bazarlıq etmişəm. Amma baxın, cəmi iki sumkadı vəssalam”. Bazarlıq edən Akif adlı soydaşımız Yeni il qabağı xeyli pul xərclədiyini söylədi: “İki azyaşlı uşağım var. Elə təkcə onlar üçün yolka bəzəmək 180 manata başa gəldi. Almayanda da həm uşaq pis olur, həm də özüm. Bazarda da gördüyünüz kimi hər şey bahadır”.Səməd adlı Bakı sakini isə təəccübünü gizlətmir. Deyir, neft ucuzlaşdığı üçün qiymətlər də aşağı olmalıydı: “Amma yenə bahalaşdırıblar. Hesablamışam, bayram süfrəsi üçün 400 manat lazımdır. Amma hələ hamısını ala bilməmişəm”. Mağazalardakı qiymətlərlə də maraqlandıq. Satıcılar qiymətdə ciddi artım olmadığını bildirdilər. 6-cı mikrorayon yaxınlığındakı marketdə ərzaq məhsullarının qiyməti belə idi: konfetlər 4-18 manat; peçenyelər 3-7 manat, Yeni Zellandiya istehsalı olan kərə yağı 6 manat 50 qəpik, Rusiya yağı 3 manat; Ankor yağı 7 manat, Ukrayna yağı 4 manat 50 qəpik, vermişel 90 qəpik -1 manat 40 qəpik, bitki yağları (1 litrlik) 2 manat 60 qəpik-3 manat və s.Gəldiyimiz nəticə belə oldu ki, bu gün adi vətəndaş bayram bazarlığı etmək üçün azı 200-300 manat xərcləməlidir ki, bu da əksəriyyətin cibinə uyğun deyil.
44,915
24.12.2008 09:54
Media
AKİF NAĞI PROKURORLUQDA İFADƏ VERDİ
Xatırladaq ki, redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon 5-ci polis bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək, təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır. Artıq göstərilən şikayət üzrə Cinayət Məcəlləsinin 163.1 maddəsi (jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb. Z.Hacı Binəqədi rayon Prokurorluğunda ifadə verib. Olaydan 10 gün keçəndən sonra nəhayət, dünən A.Nağı da prokurorluğa çağırılıb. A.Nağının APA-ya verdiyi məlumata görə, o, prokurorluqda müstəntiq İlyas Seyidova ifadə verib. A.Nağı ifadəsində “Yeni Müsavat” qəzetinin əməkdaşı Zamin Hacı ilə aralarında baş verən qarşıdurma ilə bağlı ətraflı məlumat verib. Həmçinin QAT üzvü Sərvər Musayev də şahid kimi prokurorluqda ifadə verib. QAT sədri day.az saytına açıqlamasında isə “bu faktı şişirtməyə ehtiyac görmədiyini” bildirib. İ.Seyidovsa qəzetimizə QAT sədrinin ifadə verməsini təsdiqlədi. Onun sözlərinə görə, A.Nağı olaydan dərhal sonra Müsavat başqanı İsa Qəmbərin onu Z.Hacı ilə barışdırdığını söyləyib. Müstəntiq bildirdi ki, QAT sədri jurnalistə hücum çəkmədiyini, sadəcə, yüngülvari süpürləşdiklərini deyib: “O bildirdi ki, barışandan sonra maşına minib geri qayıdanda ”Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ona telefon açaraq, bu hərəkətinin cavabsız qalmayacağını bildirib. Akif Nağının hansı maddə üzrə ittiham olunacağı isə istintaqın gedişindən asılıdır. Əgər aralarında yüngülvari süpürləşmə olsa, Akif Nağıya Cinayət Məcəlləsinin 128-ci (yüngül dərəcəli bədən xəsarəti yetirmə) və ya 132-ci (döymə) maddəsi ilə istintaqın sonunda cinayət işi açıla bilər. Hər halda, indi istintaq aparırıq, xəsarətin yüngül və ya ağır kateqoriyaya aid olmasını müəyyənləşdirəndən sonra dediyimiz dəqiqləşdirməni apara bilərik". İ.Seyidov müxbirimizin “niyə Akif Nağı olaydan 10 gün sonra ifadə verir, istintaq ləng aparılır” sualına cavabda isə bildirdi ki, istintaqın gedişi bunu tələb edir. O, digər şahidlərin də istintaqın gedişatına uyğun olaraq dindiriləcəyini vurğuladı. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu isə bildirdi ki, A.Nağı artıq məsələnin ciddiləşdiyini görüb yalana əl atır. Müsahibimiz artıq onun bir çox sifətlərini kəşf etdiklərini dedi: “O sifətlərdən biri də yalançılıqdır. Bildiyimizə görə, Zaminlə Akif Nağı arasındakı barışıq dərhal pozulub. Çünki QAT sədri jurnalistin qarşısında şərt qoyub ki, bir də ondan yazmasın. Bu halda həmin barışıq da qüvvədən düşmüş hesab olunur. O ki qaldı mənim ona telefon açmağıma, qəzet redaktoru kimi redaksiyaya və əməkdaşımıza basqın edən şəxsin hüquqi cəzasını almasını istəyirəm. Həqiqətən də olaydan sonra ona telefon açıb, demişəm ki, ”ayıb olsun, səndən belə hərəkət gözləməzdim". İndi də israrlıyam və tələb edəcəm ki, Akif Nağı “Yeni Müsavat”ın əməkdaşına qarşı etdiyi terror hərəkətinə görə cəzalandırılsın. Bu hərəkəti öz qardaşım, yaxınlarım da etsəydi, eyni prinsipial mövqedə dayanardım". R.Arifoğlu onu da bildirdi ki, əgər A.Nağı barışıq istəyirsə, etdiyi biabırçı hərəkətə görə Z.Hacıdan və “Yeni Müsavat” qəzetinin bütün kollektivindən media vasitəsilə şəxsi qaydada üzr istəsin.
44,916
24.12.2008 09:25
Media
EMİN HÜSEYNOVUN İŞİ NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ QAYTARILDI
Proses zamanı Fərhad Əzimov çıxış edərək bildirib ki, “Alaturka” restoranında kubalı inqilabçı Ernesto Çe Gevaranın 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbir zamanı baş vermiş səs-küydənÿ ətrafda yaşayan vətəndaşlar narahat olublar və vətəndaşların şikayəti əsasında polis əməkdaşları hadisə yerinə gəliblər. Onun sözlərinə görə, polis əməkdaşları tədbir iştirakçılarına, eləcə də Emin Hüseynova heç bir təzyiq göstərmədən, sadəcə, onların üstündə şəxsiyyət vəsiqələrinin olub-olmadığını yoxlayaraq hamını sərbəst buraxıb. Amma hakim Mədinə Bağırovaÿ işi icraata qəbul edib və baxılması üçün yenidən Nəsimi rayon Məhkəməsinə göndərilməsi haqqında qərar verib. Qeyd edək ki, noyabrın 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasında hakim Ələsgər Əliyevin sədrliyi ilə E.Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib. Ali Məhkəmə E.Hüseynovun iddiasını qismən təmin edib. Belə ki, Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. Xatırladaq ki, E.Hüseynov iyunun 14-də “Alaturka” restoranındaÿ “Çe Gevara Fanatları Klubu"nun keçirdiyi tədbir dağıdılarkən, habelə 22-ci polis bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticədə huşunu itirən Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
44,917
24.12.2008 09:43
Media
XARİCİ RADİOSTANSİYALARLA BAĞLI QƏRAR AYIN 27-ə QƏDƏR VERİLƏCƏK
Milli Teleradio Şurasının sədri xarici radiostansiyalar haqqında çıxarılacaq qərar barədə hər hansı proqnoz vermək istəməyib: “Mən istər hakimiyyət nümayəndələrinin, istərsə də xarici radiostansiya səlahiyyətlilərinin bu məsələ ilə bağlı hər bir fikrinə, mövqeyinə hörmətlə yanaşıram. Amma qərarı biz bildirəcəyik. Bu qərar bizim teleradio barəsində olan mövcud qanunvericiliyimizə əsaslanacaq”.Azərbaycanda milli tezlikdə üç xarici radiostansiya (“Amerikanın səsi”, “Azadlıq” və BBC), bir xarici televiziya (TRT) və bir veriliş (“Amerikanın səsi”nin “News Flash” verilişi) yayımlanır. Milli Teleradio Şurasının sədri açıqlamalarında bildirib ki, xarici televiziya və radiolara verilmiş tezliklər geri alınmalı, xarici televiziya və radio verilişləri Azərbaycana yalnız peyk, kabel və İnternet şəbəkələri vasitəsilə yayımlanmalıdır. Artıq şura AzTV-yə “News Flash” verilişinin yayımının dayandırılmasıyla bağlı xəbərdarlıq da göndərib. “News Flash” AzTV-də həftənin bazar ertəsi günündən cümə gününə qədər səhər saat 7:45-də xəbərlərlə efirə çıxır, şənbə günü saat 19:00-da isə icmal təqdim edir. Yerli ekspertlər isə hesab edir ki, artıq hakimiyyətin yuxarı eşelonunda xarici radiostansiyalarla bağlı qərar verilib. İlkin proqnozlar optimistdir. Çünki problem yaranan gündən etibarən hər iki dövlət nümayəndələrinin çoxsaylı görüşləri baş tutub və çox güman ki, narazılıq yaradan məqamlar anlaşma ilə aradan qaldırılıb. Bu, hökumətlə hansısa xarici radiostansiyanın yox, ümumilikdə Amerika-Azərbaycan münasibətlərinin gedişi üçün açar məqam hesab olunur. Bu arada “Sərhədsiz Reportyorlar” mətbuatı müdafiə komitəsi Azərbaycan hakimiyyətinin xarici radiostansiyalara qarşı siyasətini pisləyib. Təşkilatın “Turan” agentliyinə daxil olmuş bəyanatında deyilir ki, gələn il yanvarın 1-dən yerli tezliklərdə xarici radioların yayımının dayandırılması “təhlükəsi” var. Bu məhdudiyyət “Azadlıq”, BBC və “Amerikanın səsi” radiolarının Azərbaycan xidmətlərinə aid ola bilər.“Bu radiostansiyaların fəaliyyətinin təhlükə altında olması Azərbaycanın ATƏT və Avropa Şurasına daxil olan zaman qəbul etdiyi öhdəliklərə tamamilə ziddir. Biz xarici radioların Azərbaycanda yayımını davam etdirməsinə çağırırıq. Əgər bunun üçün dövlətlə müqavilə imzalanması tələb olunursa, ümid edirik ki, müqavilə imzalanacaq. Əgər bu baş verməsə, qərarın siyasi xarakter daşıdığına aydın dəlil olacaq”, - deyə bəyanatda qeyd edilib.Deputat Elmira Axundova da “Azadlıq” radiosunun keçmiş əməkdaşı kimi xarici radiostansiyalarla bağlı olan vəziyyəti elə həmin radioya şərh edərkən deyib ki, “Azadlıq” radiosu əslində qısa dalğalardakı yayımı zamanı məşhurlaşıb: “Biz komfort şəraitdə heç vaxt işləmirdik. Qətiyyən belə fikirdə deyiləm ki, yayım ancaq qısa dalğalarda qalsa, auditoriyanız itəcək. Yox, belə olmayacaq. Mən balaca olanda, atam gecələr də yatmırdı ki, ”Azadlıq" radiosuna qulaq assın. Ona görə də həm “Azadlıq”, həm “Amerikanın səsi” radioları, həm də BBC öz dinləyicilərini saxlayacaq. Auditoriya dar olmayacaq. Bu vəziyyət həll olunacaq. Sizi çoxlu təşkilat, yaradıcı insanlar dəstəkləyir. Mənə elə gəlir ki, siz Azərbaycan radio məkanında aparıcı radio kimi qalacaqsınız".
44,918
24.12.2008 09:46
Media
QADIN JURNALİSTLƏR BİRLİYİ YENİ İL BAYRAMI İLƏ BAĞLI TƏDBİR KEÇİRDİ
Birliyin sədri Sevinc Osmanqızı iştirakçıları qurumun il ərzində gördüyü işlərin yekunları ilə tanış edib, 2009-cu il üçün nəzərdə tutulan yeni layihələr barədə danışıb. O, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızının Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilməsini bitməkdə olan ilin uğurlarından biri kimi göstərib. Tədbirdə birliyin yeni layihəsi - Azərbaycan və ingilis dillərində “Azərbaycanı tanı” (“Explore Azerbaican”) layihəsinin təqdimatı da keçirilib.
44,919
24.12.2008 08:38
Media
AQİL XƏLİLƏ QARŞI YENİ TƏXRİBATLAR
Dünən bizimlə söhbətində A.Xəlil bildirdi ki, bu gözlənilməz hadisədən iki gün öncə xəbər tutub. Onun sözlərinə görə, bunu edən şəxs hər kimdirsə, gündəlik olaraq, setdə olur. Müsahibimiz bu adamın onun adından seksual azlıqlarla danışdığına da şübhə etmir: “Artıq hadisə ilə bağlı həmin saytın administratoru ilə əlaqə saxlanılıb. Bu anket harada və hansı İP-də açılıbsa, bu faktları dəqiqləşdirib, bizə bugünlərdə göndərəcəklər. Əgər belə bir şey təkrarlansa, Fransa polisinə müraciət edəcəyik. Əlac buna qalıb”. A.Xəlil hesab edir ki, məsələ birbaşa MTN zabitləri A.Çovdarov və D.Allahverdiyevin əməlidir. Onun sözlərinə görə, MTN zabitlərinin bu işi unutması əsla mümkün deyil: “Çünki olay onların nüfuzuna böyük zərbə vurub. Bundan başqa, artıq heç bir Avropa ölkəsi bu şəxslərə viza vermir. Öz ölkəsinə hörmət edən səfirliklər əsla belələrinin öz ölkəsinə gəlməsinə icazə verməz”.
44,920
24.12.2008 08:54
Gündəm
ETİMAD İSMAYILOV MƏHKƏMƏ ZALINDAN ÇIXARILIB
E.İsmayılovun vəkili Mixail Boqomolovun APA-ya verdiyi məlumata görə, Çelyabinsk şəhəri Mərkəzi Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslər - “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Etimad İsmayılov, “Russkaya Zernovaya Kompaniya”nın baş direktoru, Ukrayna vətəndaşı Vladimir Quzov, bu şirkətin vasitəçilik fəaliyyətini həyata keçirən strukturunun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya” şirkətinin direktoru Vladimir Şvadçenko məhkəmənin gedişinə etirazlarını bildiriblər. Vəkil deyib ki, məhkəmə onun tərəfindən dəfələrlə qaldırılan vəsatətləri təmin etməyib. E.İsmayılov da məhkəməyə etirazını bildirib. O, prosesin bu şəkildə davam etməsində məhkəmə heyətini günahlandırıb. Bundan sonra E. İsmayılov zaldan çıxarılıb: “Məhkəmə qərara aldı ki, prosesin sonuna qədər Etimad İsmayılov iclas zalına gətirilməsin. Buna etiraz olaraq mən də məhkəmə zalını tərk etdim”.Vəkil E. İsmayılovun məhkəmə zalından çıxarılmasını qanuna zidd hərəkət addım adlandırıb. M. Boqomolov bildirib ki, E. İsmayılovun saxlanma şəraitindən, məhkəmənin gedişindən və digər qanun pozuntularından Vilayət və Rusiya Ali Məhkəməsinə şikayət edəcək. Proses bu gün davam etdiriləcək.
44,921
24.12.2008 08:54
Gündəm
LONDONDA PKK-ya AĞIR ZƏRBƏ
Polisin antiterror qanunlarına dayanaraq həyata keçirdiyi əməliyyatlar zamanı PKK-nın təşkilatı işlərini həyata keçirən, Avropadakı qeyri-leqal maliyyə dövriyyəsinə rəhbərlik edən bir çox yüksək səlahiyyəli şəxslərin tutulduğu bildirilir. Məlumatda deyilir ki, sözügedən dərnəklər terrorçuların PKK sıralarına cəlb edilməsi, onlara təlim verilməsi və İraqın şimalına göndərilməsi ilə məşğul olub. Həmçinin insan alverindən, narkotik qaçaqmalçılığından və digər cinayətlərdən əldə edilən pulları PKK-ya ötürüb. Əməliyyatın əks-kəşfiyyat xidməti Mİ5-in məlumatları əsasında keçirildiyi bildirilir. Bu, son illər Avropada PKK-ya endirilən ən ağır zərbədir.
44,922
24.12.2008 09:55
Yaşam
AMERİKALI HƏKİMLƏR QOPMUŞ BAŞI YENİDƏN ONURĞA SÜTUNUNA BİRLƏŞDİRİBLƏR
Riçard Robertsin rəhbərlik etdiyi neyrocərrahlar briqadası başı onurğa sütununa titandan hazırlanmış lövhələrlə birləşdirməyə müvəffəq olublar. Əməliyyatdan öncə həkimlər uşağın yaşama şansının 1-2 faiz olduğunu bildiriblər. Əməliyyatdan sonra orqanları iflic vəziyyətinə düşən uşaq əvvəlcə danışa bilməsə də, sonrada onun əsəb sistemi normal işləməyə başlayıb. ABŞ mətbuatı artıq başın onurğa sütununa tam bitişdiyini, bu səbəbdən başın birləşdirildiyi ortopedik konstruksiyanın artıq söküldüyünü yazır. Doqquz yaşlı Cordan sərbəst gəzə bilsə də, ortopedik yaxalığı tam sağalana kimi çiyinləri üzərində gəzdirməli olacaq. Həkimlər qış tətili başa çatdıqdan sonra oğlanın dərslərə başlaya biləcəyini söyləyirlər.
44,924
24.12.2008 09:01
Gündəm
SEMNEBİ KONSTİTUSİYA DƏYİŞİKLİYİNƏ NORMAL BAXIR
APA-nın məlumatına görə, Piter Semnebi jurnalistlərə açıqlamasında təmsil etdiyi qurumun bu məsələ ilə bağlı xüsusi tövsiyələrini olmadığını deyib: “Konstitusiyaya istənilən dəyişikliklər cəmiyyətin və hakimiyyətin vahid iradəsini ifadə edir. Buna görə də bu məsələ ictimai rəy nəzərə alınmaqla ciddi şəkildə müzakirə olunmalıdır”.
44,925
24.12.2008 08:57
Dünya
“GÜRCÜSTANDA MÜSBƏT DƏYİŞİKLİK OLMAYIB”
“Əlbəttə, burada həm obyektiv, həm də subyektiv səbəblər var. Bir çox hallarda rəhbərlər özləri kobud səhvlərə yol veriblər, Rusiya ilə müharibə və noyabr hadisələri, mitinq iştirakçılarının qovulması, ”İmedi” televiziya şirkətinin bağlanması Gürcüstana güclü təsir edib. Bütün bu hadisələr, təbii ki, dövlətin nüfuzuna təsir edir".
44,926
24.12.2008 09:03
Ölkə
BU GÜN ELİTA PROBLEMİ MÜZAKİRƏ OLUNACAQ
Bundan başqa, polemikaya tanınmış yazıçılar, jurnalistlər, yerli QHT-lərin nümayəndələri də qatılacaq.
44,927
24.12.2008 09:02
Ölkə
ŞAHİD QADIN MƏHKƏMƏ ZALINDA DÖYÜLÜB
Daha sonra isə RİH tərəfindən xəstəxanaya yerləşdirilib. Həyat yoldaşını itirdikdən sonra bir oğlu ilə yaşadığını deyən qadının sözlərinə görə, hər dəfə məhkəmə prosesində iştirak etmək üçün Qəbələdən Ağdama gəlməyə yol pulu yoxdur: “Elə buna görə də hakim Seyfulla Seyfullayevdən məhkəməyə lazımi vaxtlarda çağırılmağımı xahiş etdim. Hakimin otağından isə təhqiramiz şəkildə çıxarıldım, bayırda ədliyyə geyimində və mülki paltarda olan şəxslər tərəfindən döyüldüm”.APA-nın əməkdaşı Ş.İsmayılovanın döyülməsi faktı ilə bağlı iş günü başa çatdığına görə Ağdam rayon Məhkəməsindən münasibət öyrənə bilməyib. Ağdam rayon Polis Şöbəsindən isə APA-nın yerli bürosuna faktla bağlı təhqiqat aparıldığı bildirilib. Ağdam Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Ş. İsmayılova yüngül xəsarət alıb.Qeyd edək ki, Ş. İsmayılova korrupsiya ilə bağlı ittiham olunan qardaşı Qərib Heybətovun işi ilə əlaqədar keçirilən məhkəmə prosesində şahid qismində iştirak edib.
44,928
24.12.2008 09:06
Kriminal
“GƏNCƏ TEKSTİL” YANDI
Gəncə şəhəri Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi Elman Ələkbərovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, 200 kvadrat metrlik ərazidə pambıq kipləri və tullantıları yanıb. Təxminən 150 pambıq bağlaması yanaraq külə dönüb: “Anbardakı pambıq kipləri və tullantıları bayıra çıxardılaraq söndürüldü. Bir necə ton pambıq isə yanıb külə döndü. Pambıq preslənmiş vəziyyətdə olduğundan alovun qarşısını çətinliklə almaq mümkün oldu”. Hadisə yerinə 9 yanğınsöndürən çağırılıb. Yanğın zamanı xəsarət alan olmayıb. BAKIDA 16 YAŞLI QIZ ÖZÜNÜ 11-ci MƏRTƏBƏDƏN ATDIAzərbaycan paytaxtında 16 yaşlı qız özünü 11-ci mərtəbədən ataraq intihar edib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 12:30 radələrində, “Tərlan” şadlıq sarayının yaxınlığında yerləşən 17 mərtəbəli yaşayış binasında baş verib. Həmin binada yaşayan, 1992-ci il təvəllüdlü İranə İbrahim qızı Həşimova özünü yaşadığı evin eyvanından atıb.16 yaşlı İranə yerindəcə keçinib. Mərhumun intihar etməsinin səbəbləri hələ məlum deyil. Binəqədi rayon Prokurorluğunun istintaq qrupu hadisə ilə bağlı araşdırma aparır. TOVUZDA QATAR RELSDƏN ÇIXDIDekabrın 22-də saat 18.52 radələrində Tovuz-Qovlar Dəmir Yolu mənzilinin 122-ci km-də yükü baksit olan yük qatarının 8 vaqonu relsdən çıxıb və 94 metr uzunluğunda yol yararsız hala düşüb (DİN). Faktla bağlı araşdırmalar aparılır. XƏSTƏXANADA YANĞIN OLDUDünən saat 00.10 radələrində Sabunçu rayonundakı 1 saylı xəstəxananın nevroloji şöbəsində yanğın baş verib. Nəticədə 1 yataq dəsti yanıb, Ziba Hüseynova isə yüngül yanıq xəsarəti alıb. “PRADO” VURAN KİŞİ ÖLDÜBakıda ölümlə nəticələnən yol qəzası baş verib (lent.az). Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 1979-cu il təvəllüdlü Bakı sakini Cahid Faiq oğlu Şahəlizadə idarə etdiyi “Prado” markalı 90-EB-819 dövlət nömrə nişanlı maşınla 1974-cü il təvəllüdlü Dmitri Valeriyeviç Qrabovoyu vurub. D.Qrabovoy aldığı xəsarətlərdən 3 saylı xəstəxanada ölüb. AXTARIŞDA OLAN DƏLƏDUZ TUTULDUBakının Nərimanov rayonunda axtarışda olan şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, saxlanılan 1982-ci il təvəllüdlü Səbuhi Şakir oğlu Veyisovdur. O, uzun müddət Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. S. Veyisov Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırmalar zamanı onun vətəndaşların etibarından istifadə edərək, külli miqdarda pul mənimsədiyi müəyyənləşib. LERİK SAKİNİ CANAVARI BOĞUB ÖLDÜRDÜLerik sakini qoyunlara hücum edən canavarı yalın əllə boğaraq öldürüb (APA). Lerik rayonunun Xəzərkənd kəndinin sakinləri bildiriblər ki, rayonun Çayrud kənd sakini, 1984-cü il təvəllüdlü Nəsirov Ramiq Qurbanəli oğlu Lerik rayonunun Xəzərkənd ərazisində yerləşən qışlaqda heyvanlara hücum edən canavarı yalın əlləri ilə boğaraq öldürüb. Ramiq Nəsirov ciddi xəsarət almasa da, qollarında canavarla əlbəyaxanın parçalanmış izləri qalıb. İlkin tibbi yardım göstərilən Ramiq Nəsirovun həyatı üçün heç bir təhlükə yoxdur. BAKIDA 8 GÜN ƏVVƏL BAŞ VERMİŞ QƏTLİN ÜSTÜ AÇILDIPaytaxt polisi 8 gün əvvəl baş vermiş qətlin üstünü açıb. Bu barədə lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Xəbərə əsasən, dekabrın 18-də Sabunçu rayonu Yusif Qasımov küçəsində Bakı sakini, 1956-cı il təvəllüdlü Aleksandr Nikolayeviç Qolikovun üzərində zorakılıq əlamətləri olmayan cəsədi aşkar edilib. Meyit tibbi ekspertizada müayinə edildikdən sonra onun başına küt alətlə zərbələr endirildiyi aşkarlanıb. Araşdırmalar zamanı onun qonşusu, 1986-cı il təvəllüdlü İqor Sergeyeviç Bacılevski tərəfində qətlə yetirildiyi müəyyənləşib. Aydın olub ki, dekabrın 15-də onlar bir yerdə spirtli içki qəbul edərək, sərxoş olublar. Bu zaman qonşular arasında münaqişə düşüb. Münaqişə nəticəsində İ.S.Bacıleyevski qonşusunun başına butulka ilə zərbələr endirərək, onu qətlə yetirib. İ. S. Bacıleyevski dünən Xətai rayon Polis İdarəsinə gedərək, qətl törətdiyini etiraf edib. SAXTA SƏNƏDLƏ BANKDAN KÜLLİ MİQDARDA KREDİT ALAN ŞƏXS YAXALANDIBu ilin fevralında Bakı şəhər sakini Etibar Məmmədov saxta arayış tərtib edərək “Bank of Azərbaycan” ASC-nin VİP filialından 75000 manat kredit alıb. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsi tərəfindən araşdırmalar aparılır. SABİRABADDA ATA-OĞUL BIÇAQLANDIDekabrın 22-də Sabirabad rayonunun Qaragünə kəndində Şirvan şəhər sakini Tural Qaytaranov münaqişə zəminində kənd sakinləri, qohumları Xudakərim Qəhrəmanova və onun oğlu Elçinə bıçaqla xəsarət yetirib. Sabirabad rayon PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Qaytaranov tutulub.
44,929
24.12.2008 09:04
Astrologiya
ULDUZ FALI
QOÇ - O qədər də səmərəli vaxt deyil. Ciddi iş görmək, uzaq səfərə çıxmaq, risk etmək sizə zərər yetirə bilər. Amma bu gün ürəyinizə yaxın adamlarla bir yerdə olmağınız vacibdir. BUĞA - Sağlamlığınıza diqqət yetirsəniz, ixtiyarınızda olan bu təqvimdə bütün proseslər qənaətbəxş olacaq. Hətta nahardan sonra hansısa sevindirici hadisənin şahidi olacağınız da mümkündür. ƏKİZLƏR - İşgüzar sövdələşmələrdə iştirak üçün böyük şansınız var. Bu istiqamətdə qarşınıza qoyduğunuz məqsədlərin əksəriyyətini reallaşdıra biləcəksiniz. Həmkarlarınızla ehtiyatlı davranın. XƏRÇƏNG - Ailə-sevgi münasibətlərində azacıq gərginlik gözlənilir. Bunu aradan qaldırmaq üçün kənar müdaxilələrə baş qoşmamalı, dedi-qodudan uzaq olmalısınız. Daha səmimi görünün. ŞİR - “Qoç”larda olduğu kimi sizdə də passivlik müşahidə olunacaq. Həmkarlarınızla aranızda yaranmış soyuqluq böyüməsin deyə, maksimum təmkin nümayiş etdirin. Çox pul xərcləməyin. QIZ - Buraxdığınız hansısa səhvə görə daxili sıxıntılarınızın artdığı güman olunur. Bu səbəbdən də özünüzü ələ almaqda çətinlik çəkirsiniz. Axşama yaxın vəziyyətiniz tənzimlənəcək. TƏRƏZİ - Sürprizlərlə dolu bir vaxtdır. Hər dəqiqənin qədrini bilin. Mövcud situasiyaları dəyərləndirməyi bacarsanız, inanın ki, bütün proseslər səmərəli olacaq. Təzə xəbər də eşidəcəksiniz. ƏQRƏB - Bir qədər əsəbi ərəfədir. Az qala ətrafınızda olan hər bir predmet və ya məxluq əsəbinizi tarıma çəkir. Özünüzə toxtaqlıq verin. Başınızı daha çox işlə qarışdırmağa çalışın. OXATAN - Pulla bağlı problemlərinizi bu gün yoluna qoya bilməsəniz, müəyyən çətinliklərlə baş-başa qala bilərsiniz. Bu istiqamətdə aktivliyinizi artırmağa səy göstərin. Saat 17-19 arası uğurludur. OĞLAQ - Planetiniz olan Saturnun aktivləşməsi fəaliyyət prinsipində, eləcə də qarşılıqlı münasibətlərdə proseslərin xeyrinizə dəyişməsinə səbəb olacaq. Qərar qəbul edərkən özünüzə güvənin. SUTÖKƏN - İxtiyarınızda olan bu təqvimdə yeni işlərə başlamağa dəyər. Bu yönümdə ulduzlar da sizə təkan verəcək. Boş durmaq, ümidsizliyə qapılmaq olmaz. Ətrafınıza yaxşı adamlar toplaşmaqdadır. BALIQLAR - Dekabrın üçüncü dekadasının ən uğurlu gününü yaşayacaqsınız. Yeni təkliflər alacağınız, təzə xəbər eşidəcəyiniz labüddür. Bu gün hətta bir həftənin işini də görə bilərsiniz.
44,930
24.12.2008 09:14
İdman
VƏLİ QASIMOV “NEFTÇİ”dən ÇIXARILIR
Məzuniyyətdə olan V.Qasımov vəzifəsindən çıxarılacağını təəccüblə qarşılayıb: “Çox maraqlıdır, belə şey haradan çıxarılıb?! Mənə işimdən azad olunacağım haqda kimsə bir şey söyləməyib. Hazırda İspaniyada istirahətdəyəm. Bakıya yanvarın 4-də gələcəyəm. Burada olduğum müddətdə yeni transferlərlə bağlı axtarışdayam. ”Neftçi"yə bir sıra mövqelərə futbolçular lazımdır. Komandaya oyun qurucusu, sol cinah yarımmüdafiəçisi, hücumçu cəlb etmək istəyirik. Ancaq hələlik transferlərlə bağlı konkret bir şey yoxdur".Klub rəhbərliyi ilə münasibətlərinin qaydasında olduğunu və narazılığın yaranmadığını deyən V.Qasımovun sözlərinə görə, işlədiyi müddətdə “Neftçi”yə böyük xeyri dəyib: “Kluba yayda prezident Əkbər Hacıyevin dəvəti ilə gəlmişəm. Həmin vaxt onunla şəxsi tanışlığımız yarandı. Komandada əsasən uşaq futbol məktəbi ilə bağlı işlərlə məşğulam. İşlədiyim müddətdə uşaqların bir yerdə - ”Neftçi"nin bazasında hazırlıq keçməsinə, yeni qrupların açılmasına nail oldum. Ancaq əsas komandanın problemləri ümumi işə də təsir göstərir".
44,931
24.12.2008 09:05
İdman
“VURAN AYAĞIMIZ YOXDUR, ONU AXTARIRIQ”
AFFA prezidenti Rövnəq Abdullayev keçirdiyi mətbuat konfransında bildirib ki, milli komandamızın uğur qazanması üçün lazımi şərait yaradılıb: “Berti Foqtsdan heç bir narazılığımız yoxdur. İşini yüksək səviyyədə qurub. Foqtsun premyer-liqada mübarizə aparan klubların məşqçiləri ilə apardığı işlər də qaydasındadır. Onun məşqçilərlə problemi yoxdur. 2009-cu illə bağlı yığmaya arzularım çoxdur. AFFA milli komandaya şərait yaradıb. Son vaxtlar Berti Foqts müəyyən qədər futbolçu üzə çıxarıb. Amma biz işləri lap kökdən qurmalıyıq. İndi ortaya 1 milyon pul qoysan da heç nəyi qaldırmaq mümkün olmayacaq. Buna görə də bünövrədən başlamalı, inkişaf etdirməliyik. Necə deyərlər, vuran ayağımız yoxdur, onu axtarırıq. Sevindirici haldır ki, Təhsil Nazirliyi ilə birgə gördüyümüz işlər sayəsində futbol məktəbi inşa etdirmişik”.R.Abdullayev hakimlərlə bağlı məsələyə də toxunub: “Məqsədimiz Azərbaycan çempionatında hakimliyi, ədaləti bərqərar etməkdir. Bu mövsümdə hakimlərin ədalətsizliyi ilə rastlaşmamışıq. Hərdən səhvlər buraxılıb, ancaq bunlar qəsdən, bilərəkdən olmayıb. Bu yöndə işləri daha da yaxşılaşdırmağa çalışacağıq. Fikrimcə, premyer-liqa oyunlarına əcnəbi hakimlərin dəvət olunmasına ehtiyac yoxdur”.AFFA prezidenti Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə futbolun bərpasının yenə gündəmdə olduğunu da qabardıb (lent.az): “Gəncənin ”Kəpəz" klubunun 2008-2009-cu il mövsümündə ölkə çempionatında iştirakı üçün sponsor tapmışdım. Amma maliyyə böhranı həmin imkanlı təşkilatın komandaya sponsorluq etməsinə mane oldu. Hazırda biz bu məsələ üzərində işləyirik. Ümidvaram ki, “Kəpəz” gələn mövsümdən çempionatda çıxış edəcək".R.Abdullayev Tovuzun “Turan” komandasının maliyyə problemi ucbatından premyer-liqada çıxışlarını dayandırma təhlükəsinə də münasibət bildirib. AFFA prezidenti “Turan”ın dağılmayacağını söyləyib: “Kim deyir ki, ”Turan" dağılır? Belə şey yoxdur. Sadəcə, klubun maliyyə imkanları aşağıdır. Amma çempionatda çıxışlarını davam etdirəcək".Federasiya başçısı növbəti mövsümdən I divizionda yüksək yerlər tutaraq premyer-liqaya vəsiqə qazanacaq klubların maliyyə vəziyyəti haqqında məlumat toplayacaqlarını vurğulayıb. O, klublardan maliyyə vəziyyətlərinin premyer- liqada çıxış etməyə nə dərəcədə imkan verməsi barədə bank təminatının alınacağını açıqlayıb: “Lazım gəlsə, gələn mövsüm 12 yox, 10 komandadan ibarət çempionat da keçirə bilərik. Hansı klubun imkanı yoxdursa, oynamasın. Biz çempionat öncəsi bütün klublardan bank təminatı alacağıq”.R.Abdullayev ölkə çempionatına marağı artırmaq üçün bir sıra tədbirlər görmək niyyətində olduqlarını bildirib. Gələn mövsümdən premyer-liqanın 12 komandanın iştirakı ilə 4 dövrə ərzində keçiriləcəyini deyən AFFA prezidenti legioner limitinə yenidən baxılmasının da gündəmdə olduğunu söyləyib: “Legioner limiti Quran ayəsi deyil ki, onu dəyişməyək. Bu mövsüm limitin ləğvinin çempionatın səviyyəsinin artmasına böyük təsiri oldu. Mən bir müddət öncə Bakıda olan klubların qarşısına paytaxtın hər hansı qəsəbəsinin adının artırılması təklifini irəli sürmüşdüm. Lakin biz heç bir kluba basqı edə bilmərik. Öz işləridir. Hər halda, yenə də o fikirdəyəm ki, futbol klublarının adı ərazi prinsipi üzrə qoyulsa, azarkeşləri də çox olar. Baxın, xarici klubların adlarına. Artıq “Olimpik” adını dəyişdirərək “Olimpik-Şüvəlan” qoymaq niyyətindədir. Mən İcraiyyə Komitəsinin iclasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədova da dedim ki, bu adla heç 1000 azarkeş də yığa bilməyəcəksiniz".
44,932
24.12.2008 09:20
İdman
SƏRGƏN YENƏ AZƏRBAYCANI MİSAL ÇƏKDİ
“Beşiktaş” bu futbolçunu 5 milyon avroya alıb. Amma indi satası olsalar, heç 2 milyona da verə bilməzlər. Bu pulu ona bəlkə Qətər, Dubay, yaxud da Azərbaycanda verərlər".Daha sonra Sərgən argentinalı futbolçunun Avropa klublarında oynaya bilməyəcəyini iddia edib: “O, gedib Avropada oynaya bilməz. Qətər, Dubay, ya da Azərbaycanda oynayar. Vəssalam”.Qeyd edək ki, bir müddət öncə də Sərgən ölkəmizə aid misal çəkmişdi. Türkiyənin dörd böyük klubunun hamısında forma geymiş yarımmüdafiəçi karyerasının son illərində Azərbaycandan dəvət alsa da bura gəlmək istəməmişdi.
44,933
24.12.2008 09:49
İdman
HAKAN ŞÜKÜRÜ AZƏRBAYCANA PUL DA GƏTİRƏ BİLMƏZ
Bir müddət əvvəl “Xəzər-Lənkəran”ın öz heyətinə qatmaq istədiyi 37 yaşlı hücumçu bildirib ki, bu cür təklifləri pula görə qəbul etməyəcək. Hakanın fikrincə, belə variantlar yalnız yaşı ötmüş, perspektivsiz futbolçular üçün maraqlı ola bilər: “Bəlkə də müəyyən yaş həddini keçəndən sonra istənilən təklifi qəbul etmək olar. İndinin özündə Azərbaycan klublarında da bir çox futbolçular oynayır. Ona görə də vəziyyəti düzgün qiymətləndirmək lazımdır”.
44,934
24.12.2008 09:21
İdman
DƏNİZLİ “BEŞİKTAŞ” OYUNÇULARININ YARISINI QOVUR
Delqadonun da klubdan ayrılmaq üzrə olduğu aydınlaşıb.“Beşiktaş” rəhbərliyini isə ciddi cəza gözləyir. Buna İstanbul klubu rəsmilərinin “Qalatasaray”la derbi matçda nalayiq hərəkətlərə yol verməsi səbəb olub. Nizam-İntizam Komitəsinin 31-ci maddəsinə əsasən, klub prezident Yıldırım Dəmirörən və digər rəsmilər 6 aydan 1 ilədək cəza alacaq. Onlara 100 min lirəyədək pul cəriməsi də kəsiləcək.Xatırladaq ki, komandasının 2:4 hesablı məğlubiyyətindən narazı qalan Dəmirörən Hakimlər Komitəsinin sədri Oğuz Sarvanın ünvanına təhqiramiz ifadələr işlədib. Digər “Beşiktaş”lı rəsmilər də eyni sözləri təkrarlayıb. Onlardan bəziləri isə meydana girərək oyunun baş hakimi Cüneyt Çakırı təhqir edib.
44,935
24.12.2008 09:20
İdman
“NEFTÇİ”nin MƏŞQÇİSİ ÖLKƏMİZDƏKİ ZÜLMDƏN DANIŞDI
- “Neftçi”yə dəvət almağınız necə reallaşdı? - Hans-Yurgen Gedeni “Oberhauzen”də çalışdığım vaxtdan tanıyırdım. Onda mən əsas komandada köməkçi məşqçi, Gede isə həvəskarlardan ibarət heyətin baş məşqçisi idi. Azərbaycan yığmasında Berti Foqtsun köməkçisi olan Gede kluba keçəndən sonra mənə dəvət göndərdi. Həyat yoldaşımı və iki oğlumu Almaniyada qoyub Azərbaycana yollandım. - Bu ölkə haqda ilk təəssüratlarınız necədir? - Azərbaycan bir başqa dünyadır. - Bakıda yaşamaq çətin deyil ki? - Beynəlxalq şəhər təsiri bağışlayır. Bakıda kifayət qədər avropalı var. Bar və mağazalar isə lap böyük alman şəhərlərini xatırladır. Qiymətlər isə aşağı deyil. - Azərbaycanda futbola münasibət necədir? - Azərbaycanlıların həyatında futbol bizimkindən daha az yer tutur. Çoxuşaqlı ailələrin orta hesabla ayda 500 avro qazanması üzündən onların öz qayğıları var. Komandamızın oyunlarını izləməyə haradasa 2 minə yaxın adam gəlir. Azərbaycan çempionatı gücünə görə Hollandiyanın ikinci dəstəsi səviyyəsindədir. - İşinizdən razısınızmı? - Futbol sahəsindəki peşəkarlıq yüksək səviyyədədir. Bizim üçün əla şərait yaradılıb. Gede ilə mənim təqdimatım yüksək səviyyədə təşkil olunmuşdu. Daim bizi izləyir, bizim haqda Almaniyada dərc olunan yazıları da tərcümədə oxuculara çatdırılar. Klub bizi sürücü və tərcüməçi ilə təmin edib. - Bəs “Neftçi” haqda nə deyə bilərsiniz? - Biz 24 futbolçu ilə Türkiyəyə toplanışa yollandıq. Orada olduğumuz vaxt gördük ki, bəzi oyunçular çox tənbəldir. Heç məşq etmək də istəmirlər. Belə olan halda işimiz çox çətin idi. Sonradan müəyyənləşdi ki, milli komandanın kapitanı da daxil olmaqla, bir neçə aparıcı oyunçu neçə illərdir fikirlərini klubun xərclərinə nəzarətə cəmləməyə çalışır. Bu səbəbdən son üç ildə tez-tez baş məşqçilərini dəyişiblər. - Belə vəziyyətdən hansı çıxış yolunu tapdınız? - Rəhbərlik bizə tam etimad göstərir. Biz də həmin oyunçular qrupunu ləğv etdik. - Belə durumda nəticələr qənaətbəxş ola bilməz... - Heyətimizdə dörd 16, iki 17 və üç 19 yaşlı oyunçu var. Əsas diqqətimizi ölkə kubokuna yönəldəcəyik. - Belə çıxır ki, qışda heyəti gücləndirməlisiniz? - Bəli. Beş yeni oyunçu transfer etmək qərarına gəlmişik ki, onların üçü məlumdur - iki rus və bir irlandiyalı. Daha iki futbolçuya ehtiyacımız var. Hücumçu və hücumameylli yarımmüdafiəçi axtarışındayıq. Bakıda soyuq olduğundan yanvar hazırlıqlarını Türkiyə və İspaniyada keçirib heyəti komplektləşdirəcəyik.
44,936
24.12.2008 09:21
Media
TÜRKİYƏ SƏFİRİ BU GÜN MƏTBUAT KONFRANSI KEÇİRƏCƏK
Mətbuat konfransı saat 16:00-da Türkiyə səfirliyinin binasında keçiriləcək.
44,937
24.12.2008 12:54
Ölkə
POLİS AKSİYAYA İMKAN VERMƏDİ
Aksiyanın qətnaməsi oxunmasına imkan verilməsə də, sənəd jurnalistlərə paylanıb. Qətnamədə deyilir ki, Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsinə mənfi rəy versin. Əsas Qanuna iyirmidən çox dəyişiklik təklif olunsa da, əsas dəyişiklik bir nəfərə iki dəfədən çox prezident seçilmək haqqının verilməsi ilə bağlıdır. Konstitusiya məhkəməsinin rəyi müsbət olsa, iki aydan sonra Azərbaycanda referendum keçirilə bilər.
44,938
25.12.2008 05:10
Yazarlar
LİFTİNİZ SƏHƏRƏDƏK İŞLƏYİRMİ?
Şou-biznesin gözəl-göyçək xanımları ilə əks cinsin nümayəndələri də dekabrda elə bir toz-tozanaq qaldırdılar ki, guya 2009-da bir daha üz-üzə gəlməyəcəkdilər. Döyən döyəni döydü, söyən söyəni söydü, məhkəməyə verən məhkəməyə verdi. Elə bil dünyanın axırı imiş, daha bunlara bir-birinə kəllə-sillə atmağa imkan verilməyəcəkmiş.Qadasını aldığımız müxalifət də gözləyib-gözləyib ilin sonuna yaxın piket keçirdi. Nə tələsikmiş? Aylar, illər var qarşıda. Hələ bu hökumət də olacaq, müxalifət də, seçki də. Amma müxalifəti qınamalı deyil, gələn il bəlkə ümumiyyətlə mitinq-piketi də birdəfəlik rəsmən kitab-dəftərdən, qanun-manundan çıxardılar.Qəzetlərin ilboyu “işdən çıxardığı”, “müflis etdiyi” Bakının meri də ilin sonunda hədəfi vurdu. Əvvəl xəbər yayıldı ki, Abutalıbovun idarəsinin işıqpulu borcu var, ilin sonunda dövlət başçısı icra başçısına düz 14 milyon manat pul verdi. Ki, həm gedib borcunu ödəsin, həm yolka qursun, həm üstünü bəzəsin. Hələ kefi istəsə, Azadlıq meydanında salınacaq buz meydanında konki sürsün.“JEK” müdirləri də dekabrda büdcədən 10 milyon qopara bildilər. Bakıdakı liftlərin təmiri və təzələnməsi üçün 10 milyon manat ayrıldı. Bakıda lift idarəsi deyilən bir qurum var. Oranın işçiləri bilirsinizmi kimlərdir? Hər binada bir neçə nəfər sakin ştatdankənar liftçidir. Biri liftdə qaldı, heç kim lift idarəsinin yox, həmin adamın qapısını döyür ki, “gəl, filankəsi liftdən çıxar”. Sonra o liftçi də qapı-qapı düşüb liftpulu yığır ki, bəs motor yanıb. Hökumət liftlər idarəsinə yox, o liftçilərə pul ayırmalı idi. 10 milyonu həzm-rabedən keçirmək üçün indi müvafiq qurumlar yarışa girəcək. Bəlkə bütün liftləri Bakının yolları kimi söküb dağıtdılar. Ona görə Yeni il ərəfəsi liftdən istifadə etmək məsləhət deyil. Liftdə qalıb 2009-cu ilə gedib çıxa bilməzsiniz.Neçə vaxtdır Milli Məclisin “lift”ində qalıb kiflənən “Təhsil haqqında” qanun da ilin sonunda müzakirəyə çıxarıldı. Nə tələskənlikmiş, bilmək olmadı. Məktəb yaşlı uşaqlar qoyun hələ küçələrdə maşınların tozunu silsin, direktorlar ciblərini doldursun, məktəblilər də qulaqlarında “nauşnik” dərsə qulaq assınlar. Xoruz (qanun) yox idi, səhər (məktəb) açılmırdı? İndi qanun bu il yox, 11 ildən sonra qəbul edilsə də heç nə dəyişməyəcək axı. Yeri gəlmişkən, “tələbə qəbulu naziri” Məleykə xanımın saxta diplomlarla bağlı dediklərinə də cavab gələn ilə qalmadı. Universitet rəhbərliyi, hətta gənclər və idman naziri də dedi ki, belə fakt olsa-olsa başqa ölkədə mümkündür. Bizdə hamının diplomu qanunlarımız kimi təmizdir, sal suya yaxala, suyunu iç.Nəhayət, ilsonu İsveçrə səfirliyinin bir açıqlaması doğrudan da ürəyimə toxundu. Sən demə, səfirliyin suyu üç həftədir gəlmirmiş. Hamı bayramda, bayramlaşmada, bunların dərdinə bax. Bəs Bakıda aylarla suya həsrət qalmış məhəllələr neyləsin? Heç aftafa doldurmağa su tapmayanların səsini bu basabasda eşidən yoxdur. Gül kimi İsveçrənin isə ümumiyyətlə suya ehtiyacı varmı? Bu il su olmaz, gələn il olar. Hara tələsirsiniz?Öküz ili gəlir. Bilirsinizmi azərbaycanlılar bir-birini pisləyəndə niyə “öküzdür” deyirlər? Tələsməyin, cavabını gələn il bilərsiniz... Nazim SABİROĞLU
44,939
25.12.2008 06:54
Gündəm
“FÖVQƏLNAZİR”Ə ATƏŞ AÇILIB
“Turan” bildirirdi ki, vertolyotun içində olanlar o dərəcədə həyəcan keçiriblər ki, K.Heydərov o zamandan hava maşınına minmir.O zaman məlum olmuşdu ki, HHQ-nin qırıcılarının bu cür davranışına səbəb vertolyot pilotunun uçuş üçün lazım olan icazəni almaması olub. Qəzetimizin araşdırması nəticəsində o da məlum olmuşdu ki, qırıcıların təhdid etdiyi ilk saniyələrdə K.Heydərov telefonla müdafiə nazirini arayıb, lakin ölkənin müdafiə naziri həmin vaxt istirahətdə olub: “Bundan sonra Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayevə zəng edən Kəmaləddin Heydərov onunla çox sərt danışıb və bildirib ki, heç kim onun yolunu kəsə bilməz. Ancaq Rail Rzayev onun diqqətinə çatdırıb ki, ölkə ərazisində istənilən hava uçuşları ilə bağlı müvafiq qurumlar və Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri rəsmi şəkildə məlumatlandırılmalıdır. Buna görə də Kəmaləddin Heydərova uçuşu davam etdirməyə imkan verilməyib” (“Yeni Müsavat”, 19.12.08, N 336 (3958)).İndi isə müxbirimizə bu hadisənin dəhşətli təfərrüatları və pərdəarxası məqamları da məlum olub.Məlumatlı mənbə bildirir ki, K.Heydərov ölkə daxilində ən çox uçan məmurlardandır. O, Qəbələyə və başqa bölgələrə vertolyotla getməyi bir növ adət halına salıb və bu zaman heç bir qurumdan müvafiq icazə istəməyib. Məlum hadisə baş verən gün də bu cür olub. Pilot vertolyotu havaya qaldırıb və Qəbələyə doğru uçuşa başlayıb. Lakin bu dəfə Azərbaycan tarixində ilk dəfə olaraq HHQ-nin qırıcıları ölkə daxilində uçuşu həyata keçirən bir obyektə hücum edib. Bundan beləsini mənbəmizin yorumunda təqdim edək: “Əmrə tabe olmadığı üçün onun vertolyotuna hətta xəbərdarlıq atəşi də açılıb. Nazir məhz bundan sonra qorxuya düşərək və durumun ciddi olduğunu anlayaraq öz pilotuna qırıcıların əmrinə tabe olmaq və geriyə dönmək göstərişi verib. Azərbaycan tarixində ilk dəfədir ki, daxildə ordudan, xüsusilə də onun Hərbi Hava Qüvvələrindən istifadə olunur. Bu, əlində böyük güc toplamış Heydərova və hər kəsə mesajdır; ən güclünün kim olduğunu və istənilən anda bir əmrlə məhv edilə biləcəklərini yaxşı bilsinlər! İqtidardakı güclərə və güclülərə hədləri göstərildi. Həm də kritik anda rəhbərin orduya stavka edə biləcəyi başa salındı. O da nümayiş etdirildi ki, kim olmağından asılı olmayaraq ordu ancaq bir adamın əmrinə tabedir; bir başqasının çığır-bağırını və göstərişlərini eşitməz...”Başqa bir versiyada isə bildirilir ki, K.Heydərov prezidentin xarici səfərlərindən birinə uçuşu zamanı vertolyotuna hərəkət əmri verib. Həmini vaxtsa ölkədə “hava trası” olur və hərəkətlənən hər bir uçan obyekt vurula bilər. Məhz bu səbəbdən də K.Heydərovun vertolyotuna xəbərdarlıq atəşi açılıb.İstənilən halda hörmətli K.Heydərovun bəxti gətirib və o, ölümdən dönüb. Keçmiş olsun.
44,940
25.12.2008 05:10
Kriminal
ŞAHİDLƏR PROKUROR UŞAQLARINA QARŞI ÇIXIR
Dünənki proses şahid ifadələri ilə davam etdirildi. Şahid Fərəh Qüdrətova dedi ki, M.Mirsalamlı ilə tanış olub. O, sərbəst ifadə vermədiyindən hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Şahid həmin ifadəsində deyib ki, bir gün Mahir onu ad gününə dəvət edib. Məclisdə Ruslan, Ayaz, Muxa, Yalçın, Lera və digərləri iştirak edib. Mahirgil arada mətbəxə keçərək oradan şən halda qayıdıblar. Kef məclisindən sonra gecə saat 2-də şəhərə gəzməyə çıxıblar. Qayıdanda isə Yalçın maşını vurub. Şahid Y.Həsənov, M.Mirsalamlı və digərlərinin ekstazi qəbul etdiyini bildirib. Deyib ki, M.Mirsalamlının əlində içində dərman olan paket görüb.Sonra Elman Əkbər oğlu Manafov şahid qismində ifadə verdi. Barəsində CM-in 307-ci maddəsi ilə cinayət işi başlanmış E.Manafov ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmədi:- Məni MTN-də 4 dəfə dindiriblər. Tanışlarım Vüqar Əliyevin və Əli İsmayılovun ekstazi istifadə etmədiyini iki dəfə demişəm. Sonra isə həbs olunmuşam. 3-cü dindirmədə dövlət tərəfindən ayrılan vəkil dedi ki, lazımi ifadəni ver, vəziyyətdən çıx. Həbsimdən 45 gün sonra bir dəfə də dindirildim. Dedim ki, Vüqarın vəkilini çağırın, gəlib desin ki, mən onun Əlidən ekstazi aldığını görmüşəm, nə istəyirsiniz deyirəm. Vəkil dedi ki, mən guya belə məsələnin şahidi olmuşam. İstədikləri ifadəni verdim. Belə bir hadisə isə olmayıb.Sonra hakim təqsirləndirilən Əli İsmayılovdan E.Manafovun yanında V.Əliyevə ekstazi verməsi barədə ifadə verib-verməməsini soruşdu. Ə.İsmayılov belə bir ifadə verdiyini desə də ifadəsini təsdiqləmədi. Vəkil Ramiz Zeynalov növbəti prosesdə gömrük əməkdaşı Cavid adlı şəxsin dindirilməsini və istintaqda olan ekstazilərin alınaraq məhkəmədə baxış keçirilməsini istədi. Hakim bu məsələyə növbəti prosesdə baxılacağını dedi. Proses bu gün saat 11:00-a kimi təxirə salındı.
44,941
25.12.2008 06:18
Gündəm
ZİYA MƏMMƏDOVUN BÖYÜK FİASKOSU
Çünki orada hələ xeyli görülməmiş iş qalıb. Mütəxəssislərin fikrincə, yeni avtovağzal tikintisində gecikmənin əsas səbəbi korrupsiya və maxinasiyalardır. Yəni orada beş fəhlə əvəzinə bir fəhlə işlədilib, işləyən briqadaların məvacibi vaxtında verilməyib, tikinti materialları vaxtında alınmayıb və s. Bu səbəblər üzündən 2008-ci ilin sonuna təhvil verilməli olan obyektin inşasının ən yaxşı halda gələn ilin fevral-mart aylarında yekunlaşdırılması mümkün olacaq.Montin körpüsünün və “Ramstor” mağazasının yaxınlığındakı çoxşaxəli körpünün də dekabrın 24-də təhvil verilməsi planlaşdırılmışdı. Lakin sifarişçinin və iş icraçılarının yarıtmaz fəaliyyəti üzündən həmin körpünün də açılışı yubandı. Orada son iki-üç həftədə gecə-gündüz iş aparsalar da, körpünü dekabrın 24-də ölkə başçısının ad gününə hədiyyə edə bilmədilər.Bundan başqa, dekabrın 24-də Xırdalan dairəsində inşa olunan körpü-tunelin açılışının olacağı bildirilsə də, orada da işləri başa çatdırmaq mümkün olmayıb.Əldə etdiyimiz məlumata görə, ölkə rəhbərinin ad günündə bu üç obyektdən ən azı birinin açılışının olacağı barədə birinci şəxsə vəd verilibmiş. Həmin gün üçün tərtib olunan tədbirlər planında açılış mərasimi də varmış. Lakin dekabrın 22-də obyektlərə baş çəkilib və aydın olub ki, onların heç birini ad gününədək istismara hazır vəziyyətə gətirmək mümkün deyil. Bu barədə ölkə başçısına da məlumat çatdırılıb.Etibarlı mənbənin sözlərinə görə, bununla bağlı Z.Məmmədov dekabrın 23-də Prezident Aparatına çağırılıb və ölkə rəhbərliyi onu möhkəm danlayıb. Nazirin işlərin ləngiməsi ilə bağlı heç bir səbəb, dəlil gətirə bilmədiyi söylənilir. Onun dövlət başçısından yalnız üzrxahlıq etdiyi və hava şəraitinin pis olmasının da işlərə təsir göstərdiyini bildirdiyi qeyd olunur. Lakin bu bəhanə dövlət başçısının danlaqlarının artmasına səbəb olub. Hadisədən sonra Z.Məmmədovun hər üç obyektdə tikinti işlərinin sürətləndirilməsi və onlardan birinin heç olmasa yeni ildə istifadəyə verilməsi haqda göstəriş verdiyi bildirilir.
44,942
25.12.2008 06:19
Yazarlar
YEDDİ TƏPƏ ÜSTÜNDƏKİ XARABA
Sovet dövlətinin dağılhadağıl vaxtında, müstəqilliyin ilk illərində bizim gözəl kəndimizdə eynilə belə bir qanadlı ifadə vardı: “Görüm bu kəndi xaraba qalsın”. O vaxtlar iqtisadi çətinliklər əmələ gəlmişdi, insanların şəxsi maraqları tez-tez toqquşurdu, çox vaxt haqsız üstün gəlirdi. Belə olanda uduzmuş haqlı tərəf iki əlini göyə qaldırıb Allah-təaladan xahiş, bəzən isə tələb edirdi ki, kəndi xaraba qoysun. Bu ifadənin işlədilmə tezliyi gündən-günə şiddətlənirdi. Hətta qadınlar da boş bir şey üstündə bir-biriləri ilə qovğaya çıxanda axırda mütləq kəndin xaraba qalması barədə arzularını dilə gətirirdilər. Bizim kənd seysmik zonada yerləşmədiyi üçün heç kim dağıdıcı zəlzələnin kəndi xaraba qoyacağından qorxmurdu. Üstəlik, kəndimiz İstanbul və Roma şəhərləri kimi yeddi təpə üstündə bərqərar olduğundan heç kəs seldən, daşqından da çəkinmirdi. Ona görə də kəndin xaraba qalması barədə çağırış edənlərə, qarğış tökənlərə kənddə ciddi yanaşılmırdı. Düzdür, bir dəfə zəmanədən, həyatından, konkret olaraq, qaraj müdirindən narazı olanlardan biri “görüm Amerikanın atom bombası düz bura düşsün” - deyə daha sanballı və praktik qarğış dilə gətirdi, amma ona da fikir verən olmadı. Çünki nüvə müharibəsi başlayacağı təqdirdə Amerika Moskvanı, Leninqradı qoyub SSRİ-nin ən ucqarındakı kəndin ortasında mövcud olan parkın girəcəyinə, qoşa çinarların dibinə atom bombası atmazdı - baxmayaraq ki, bunu mexanizator Zəlimxan şəxsən istəyirdi. Xüləs, amma gün gəldi ki, Allah kəndimizə göydən daş yağdırmasa da, erməni dəmir-dümür yağdırdı - mərmi və güllə şəklində. Kəndimiz xaraba qaldı. Ancaq uzun illərdən sonra öz ülvi arzularına yetişmiş kəndçilərimiz o günü görmədilər. Hamı yaddaşına abad, qurulu kəndin, həyət-bacanın şəklini həkk edərək ölkənin 40 rayonuna - Masallıdan Xaçmaza qədər - səpələndilər. Keçən il “GÜN səhər” qəzetində uşaqlar bir İnternet saytına girərək öz kənd-kəsəklərinin kosmosdan çəkilmiş şəkillərinə baxırdılar. Kürdəmirli Nizam öz ata evini tapıb hamıya göstərəndə mən də kəndimizin son halını görmək istədim. Axtardıq, axtardıq, bizimlə qonşu Şükürbəylini tapdıq, amma Seyidəhmədliyə “girə bilmədik”. Kompyuterin ekranında yanmış kövşən yerinə oxşayan bir mənzərə görünürdü. Bu, bizim xaraba qalmış kəndimiz idi.Kəndimizin bəri başında mövqe tutan hərbçilərin dediyinə görə, o boyda kənddə yalnız 3-4 ev salamatdır. Ermənilər onların birindən - rəhmətlik Maksimin evindən gözətçi məntəqəsi kimi istifadə edir, qalanlarını kazarmaya çeviriblər. Parkdakı qoşa çinarın üstünə isə atom bombası düşməyib, ermənilər onları kəsib yandırıblar. İndi hərdən hüzr yerlərində kəndçilərimizlə rastlaşırıq. Bir-birindən ötrü qəribsəmiş adamlar kövrəlir, böyük nisgillə kəndin o vaxtını, olub-keçənləri xatırlayırlər. Arada mən onlara “yadınızdadırmı, kənddə olanda hamı ”ay bu kəndi xaraba qalsın" deyirdi, elə də oldu" deyirəm. Heç biri heç nə demir.Əlbəttə, kəndimizin xaraba qalması heç də camaatın müvafiq arzularına, qarğışlarına görə olmadı. Sadəcə, haqsızlıq, ədalətsizlik insanları bezdirəndə onlar doğma yurd-yuvalarına nifrət eləməyə başlayırlar. Bu saat məmləkət bizim kəndin 17-18 il əvvəlki halındadır. Yüz minlərlə insan öz həyatından da bezib, ölkədən də. Konstitusiyanın dəyişdirilməsi, monarxiya yaradılması planları isə gələcəyə olan ümidləri də məhv edir. Bax, məhz ona görə camaat daha tez-tez yazının birinci cümləsindəki fikri dilə gətirir. Doğma yurda sevgi azalanda, nifrət əmələ gələndə o yer doğrudan da əvvəl-axır xaraba qalır. Samir SARI
44,943
25.12.2008 06:10
Yazarlar
KONSTİTUSİYALI MONARXİYA
Qımışırsan, dədəm balası, qımışma, bir vaxt mən sülalə rejimi deyəndə də dodaqlarını büzmüşdün: axırda nə baş verdi, mən deyən oldu, ya sən deyən? Odur ki, hərdən mən deyənə də qulaq as ki, bəlkə bir gün gərəyin olar. İndi qulağın məndə olsun, gör nə deyirəm; bu xəmir hələ çox su aparacaq, əvvəl söz-söhbət başlayacaq, sonra ictimai rəy öyrəniləcək, axırda qərar veriləcək. Buna heç şəkk-şübhən olmasın, əgər söz dərgah sahibinin ağzından çıxıbsa, deməli, torbada pişik var, boğazına zınqırov asmaq lazımdır. Bu söz Əli Əhmədovun sözü deyil, o, sadəcə, zınqırovasandır.Əslinə qalsa, adama neynəyirsə elə özününkü eləyir. Vallah, özününkü eləyəni özgələr yığışa eləyə bilməz. Məsələn, iki ay bundan öncə özümüzünkülər yığışıb Milli Məclisdə gül kimi Seçki Məcəlləsinin içinə..., lənət şeytana, az qala ağzımdan pis söz çıxmışdı,- düzəliş etdilər. Və külli-aləmi üstümüzə güldürdülər. İndi buna özgələr neynəsin, günah özümüzdədir. Mən qorxuram ki, günlərin bir günü yığışıb gül kimi konstitusiyanın da içinə...,- lənət şeytana, genə az qala ağzımdan pis söz çıxmışdı,- düzəliş edələr.Hərgah belə bir şey baş versə, şəxsən mən etiraz edəcəyəm. Denən niyə. Çünki əmanətə xəyanət olmaz! Əmanətlərdən üçü vacibi-müstəcəbdir ki, onlara heç dəyib-toxunmaq olmaz, yerdə qalanına toxunmaq olar da, olmaz da - o baxır toxunanın insafına.Birinci əmanət “91-lər”dir ki, onları çoxdan kitab-dəftərdən siliblər. İkinci əmanət YAP-dır ki, indi onu çeviriblər şirmaya - nə sayan var, nə seçən, elə-belə... Üçüncü əmanət Azərbaycan Respublikasının Konstitusiyasıdır ki, indi də əl uzadıblar ona (guya kiminsə və ya kimlərinsə hüququ pozulur). Adama deyərlər, əgər pis idisə, niyə o zaman bəh-bəhlə qəbul etdiniz. Yox, əgər yaxşıdırsa, indi niyə dəyişirsiniz? Deməli, məsələ pis və ya yaxşı olmaqda deyil, məsələ heç hüquqda da deyil, məsələ hakimiyyəti əbədiləşdirməkdədir, yəni KONSTİTUSİYALI MONARXİYA qurmaqdadır. Deyirəm, ölmədik, bu günü də gördük: ƏBƏDİ HAKİMİYYƏT! ƏBƏDİ PREZİDENT! ƏBƏDİ AZƏRBAYCAN! Bəh-bəh, vallah, adamın lap şair olmağı gəlir. Haradasan, ay Fikrət müəllim, fürsətdi bəlkə “ƏBƏDİYYƏT” adlı bir şeir yazıb bu milləti feyziyab edəsiniz?!Gözünüz aydın, Əkrəm müəllim, sizin qorxduğunuz XAOS DİKTATURAsından qurtulduq! Axır ki, ağlımız başımıza gəldi, indi it hürən tərəfə yox, işıq gələn tərəfə gedirik. Deyirəm, bəlkə siz də bu münasibətlə “ƏBƏDİ DİKTATURA” adlı bir məqalə yazasınız. Amma xahiş edirəm, Məlikməmmədi unutmayasınız.Deməli, razılaşdıq, Allah xeyir eləsin. Xeyirdən keçək şərə, nədən ki, şər deməsən xeyir gəlməz. Ruslara baxmayın, onlarin dili də var, dilçəyi də, amma bizim nə dilimiz var, nə dilçəyimiz, sadəcə, quru adımız var. Deyirəm, heç olmasa quru adımızı qoruyaq, dilə-dişə düşməyək. Dilə-dişə düşməyin sən deyən elə bir ziyanı yoxdur, bir az çeynəyib-çeynəyib sonra da həmişəki kimi tüpürəcəklər. Ziyan özümüzünkülərdən gələcək, qorxuram aranı qarışdıralar, yenə qan su yerinə axa. Təvəkkül Allaha...
44,944
25.12.2008 06:25
Mədəniyyət
RÜSTƏM İBRAHİMBƏYOV KONSTİTUSİYA DƏYİŞİKLİYİNƏ QARŞI ÇIXDI
Onun sözlərinə görə, R.İbrahimbəyovun “Azərbaycanda milli elitanın formalaşması mexanizmi pozulub” fikrinə E.Axundovanın əks arqumentlərinin olması bu müzakirənin keçirilməsini mütləq edib. Rüstəm İbrahimbəyov Ramiz Mehdiyevin tezisini “vurdu” Öncə çıxış edən E.Axundova Azərbaycanda milli elitanın formalaşması prosesini 3 mərhələyə böldü: “İlkin mərhələ 1918-20-ci illərdə yaranıb. İkinci mərhələ sovet elitasıydı ki, bu da əsl milli elita ola bilməzdi. Üçüncü dövr isə müstəqillik dövründə yaranan milli elita idi”.R.İbrahimbəyov isə dərhal etiraz edərək dedi ki, ümumiyyətlə, elita siyasi dövrlə əlaqədar yaranmayıb. O, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin “əsl milli elita hakimiyyətin ətrafında yaranır və hakimiyyətin mənafeyinə xidmət etməlidir” fikrini də xatırladıb, bunun yanlış olduğunu vurğuladı. R.İbrahimbəyov dedi ki, E.Axundovanın “sovet dövründə əsl milli elita ola bilməzdi” fikri bolşevik təfəkkürüdür. Onun sözlərinə görə, vaxtilə bolşeviklər də bu və ya digər ziyalının burjuaziyaya xidmət etdiklərini deyərək, məhv edirdilər. E.Axundova isə R.İbrahimbəyova etiraz edərək, sovet elitasının nümayəndəsi olaraq, bununla fəxr etdiyini vurğuladı: “Sadəcə, mən deyirəm ki, bu, obyektiv prosesdir və bizim istəyib-istəməməyimizdən asılı olaraq, bu proses gedir. Biz keçmiş sovet elitası, sadəcə, gedirik. Biz köhnəyik. Ona görə də gedirik, ölürük. Əvəzində yeni nəsil gəlir”. ELMİRA AXUNDOVA: “Rüstəm müəllim, niyə o vaxt Nemət Pənahlını tutub, ”ay camaat, bu dəlidir” demirdiniz?” Bu mərhələdə tərəflər arasında maraqlı bir dialoq yaşandı: E.Axundova: “Siz deyirsiniz ki, sovet elitası olub. Nəyə görə həmin elita 1988-90-cı illərdə Azərbaycanda heç nə edə bilmədi? Niyə zorakılığa imkan verdi? Bakıda, Sumqayıtda ermənilər öldürüləndə, ermənilər azərbaycanlıları öldürəndə bu milli elita haradaydı? İnsanları meydanda isterik şəkildə yönləndirəndə, oturub-qalxızanda sizlərdən heç kəs niyə səsini çıxarmadı? Niyə Nemət Pənahlını tutub, camaata ”ay millət, bu adam dəlidir, sizi zorakılığa çağırır. Bunun əvəzində sovet ordusu sizi tankın qabağına qatacaq” demədiniz?" R.İbrahimbəyov: “Siz həmin illərdə cavan olardınız, amma mən bununla bağlı Bağırov və Vəzirovun ünvanına üç müraciət yazmışdım. Azərbaycanın ən tanınmış adamları bu müraciətləri imzalamışdı. Bu zorakılıq isə SSRİ KQB-si tərəfindən təşkil olunmuşdu. Öncə Nemət Pənahlı - KQB ilə birbaşa bağlılığı vardı - elan etdi ki, biz sərhədi dağıtmağa gedirik. Ruslar üçünsə anadan sonra birbaşa sərhəd gəlir. Bu, qəsdən edilmişdi ki, SSRİ-nin ictimai rəyini Azərbaycana qarşı yönəltsinlər. Bəli, milli elita bunu bacarmadı. Güclü KQB bunu çox sistemli şəkildə təşkil etmişdi, biz bunun qarşısını almağa qadir deyildik. Sizin bu sual da demaqoqikdir. Kimsə qalib gələ bilmirsə, bu o demək deyil ki, o yoxdur. O var, amma qalib gələ bilmir. İctima elita və incəsənət elitası - həkim deyil, ağrıdır. Biz bu ağrını ifadə etməliyik. Müalicəni hakimiyyət etməlidir. Həkimlərsə Milli Məclisdə oturub". “Rüstəm İbrahimbəyovu müdafiə edənlər hakimiyyətə yaxınlığı ilə seçilirdi” Debatın ikinci hissəsində jurnalistlər tərəflərə suallarını ünvanlandı. “Zerkalo” qəzetinin müxbirinin E.Axundovaya “milli elita ilə hakimiyyətin münasibətləri necə olmalıdır” sualına qarşı tərəfin cavabı belə oldu: “Milli elita hakimiyyətin də, müxalifətin də yanında ola bilər. Elita o insandır ki, dövlətçiliyi də müdafiə edə bilər. Məsələn, bu olay zamanı Rüstəm İbrahimbəyovu müdafiə edən 284 nəfərin hamısı hakimiyyətə yaxınlığı ilə seçilirdi. Deməli, elita həqiqətən də var”. “Yeni Müsavat”ın əməkdaşı isə öncə debat tərəflərinin rus dilində danışmasına diqqət çəkərək, “milli elita barədə müzakirələrin rus dilində aparılması, yumşaq desək, düşündürücüdür” dedi. Ardınca isə jurnalistlərin illərdir, dediyi fikirlərin R.İbrahimbəyov tərəfindən səsləndirilməsindən sonra 284 nəfərin onu müdafiə etməsini vurğuladı: “Sizə elə gəlmirmi ki, milli elita dediyiniz haqqı, ədaləti yox, məhz Rüstəm İbrahimbəyov personasını müdafiə edib? Halbuki bu sözləri deyən onlarla jurnalist döyülüb, həbsə atılıb, ölkədən didərgin salınanda həmin elita susub...” E.Axundova isə R.İbrahimbəyovun dediklərinin əks-səda doğurmasını onun böyük şəxsiyyəti ilə bağladı. E.Axundova: “Bu məsələnin Milli Məclisdə müzakirəsi təəssürat yaratdı ki, bu, nəsə siyasi sifarişdir. Ona görə də xoşumuza gəlmədi. Birdən-birə beş-altı nəfər durur ayağa, deyir ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqından üzr istəməlidir. Bu adam niyə üzr istəməlidir axı?” “Məni müdafiə etmək böyük kişilik tələb edirdi” R.İbrahimbəyov isə suala cavabda dedi ki, bu qədər adamın onu dəstəkləməsi sevindiricidir: “Çünki bunun özü də ciddi kişilik tələb edirdi. Orda elə adamlar vardı ki, ciddi postlar tutmuşdular. Mən onların müdafiəmi təşkil etməsinə yox, sadəcə, Azərbaycanda professional siyasətlə məşğul olan adamların olmasına görə sevindim. Azərbaycanda inkişaf etmiş müxalifət var, öz fikrini sərbəst şəkildə ifadə edir. Qəzetlər var. Amma televiziyalar Rusiyada olduğu kimi, hakimiyyət tərəfindən ələ keçirilib. İctimai Televiziya adlanan qurum isə şirmadır. Rusiyada da həmin situasiyadır”. “Bizim yol” qəzetinin müxbiri isə R.İbrahimbəyovun konstitusiyaya düzəlişlər, habelə prezidentlik müddətinin artırılması məsələsinə münasibətini soruşdu. R.İbrahimbəyov bunu mənfi qiymətləndirdiyini dedi: “Prezidentin bu formada kömək və dəstəyə ehtiyacı yoxdur. O, budəfəki seçkilərdə tam üstünlüklə qalib gəlib. Ona görə də prezidentlik müddətinin artırılması ilə bağlı təşəbbüsün hardan və necə qaynaqlandığı məlum deyil. Hesab edirəm ki, bu, hakimiyyətin elə həmin məmurları tərəfindən edilib. Bununla Azərbaycana və onun demokratiyasının imicinə böyük zərbə vururlar. Buna qəti etiraz edirəm. Tam əminəm ki, prezidentin bu cür qeyri-demokratik müdafiə metodlarına ehtiyacı yoxdur”. “Fatma Abdullazadə ilə pis münasibətlərim var deyə illərdir bizim ittifaqa pul ayırmır” “Yeni Müsavat”ın növbəti sualı isə ziyalıların ələbaxan imici ilə bağlı idi. Əməkdaşımızın “niyə ziyalılar hansısa ehtiyacları həll olunmayanda, tələbləri çoxalanda dilə gəlirlər? Fəxri ad, mükafat, təqaüd alan kimi isə etirazları səngiyir” sualına cavab olaraq R.İbrahimbəyov bildirdi ki, burda həqiqət var: “Bizim ziyalılarımızın böyük hissəsi hakimiyyətdən asılıdır. Bu, faktdır. Onları zaman-zaman ailələri, uşaqlarını düşündüklərinə görə sözlərinin boğazlarında qalmasına görə qınamaq olmaz. Buna görə onları ittiham etməzdim. Bu, o deməkdir ki, nəsə sağlam olmayan bir şeylər var. Məsələn, mənim Prezident Aparatının humanitar şöbəsinin rəhbəri Fatma Abdullazadə ilə pis münasibətlərim olduğuna görə bütün ittifaqlar maliyyə yardımı aldıqları halda, bizim ittifaq (rəhbəri olduğu Kinematoqrafçılar İttifaqını nəzərdə tutur - S.T.) almır. Biz özümüz Yaradıcılıq Evi tikdiririk. Halbuki o biri ittifaqların tikintisinə, təmirinə pul ayrılır. Hamıya maddi kömək edilir. İLHAMİYYƏ RZAYEVA: “Bəlkə bu, yaxşıdır?” R.İbrahimbəyov: “Bu, ona görə yaxşıdır ki, biz təslim olmuruq. Amma ona görə pisdir ki, ittifaq üzvləri bu vəziyyətdən narazıdı. İttifaq rəhbəri bu problemi həll edə bilmirsə, deməli, ona qadir deyil.” ELMİRA AXUNDOVA: “Axı ictimai təşkilatlar niyə dövlətdən maliyyə almalıdır?” R.İbrahimbəyov: “Bunu Anarın üzünə deyə bilərsən? (Gülür) Bütün dünyada böyük ittifaqlara dövlətdən hansısa güzəştlər edilir. Bu, pisdirsə, heç bir təşkilata edilməsin. Yaxşıdırsa, hamıya edilsin”.“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevsə parlamentdə gedən o məşhur müzakirənin Azərbaycanda milli elitanın olmadığını sübut etdiyini dedi. Onun sözlərinə görə, orda 1-2 deputat belə yox idi ki, sözügedən müsahibəni oxusun: “Göstərişi verən mərkəz var. O mərkəz milli elitanın formalaşmasını şəxsi mülkiyyəti hesab edir”. PƏNAH HÜSEYN: “Bu müsahibə 2003-cü ildən sonrakı ən böyük hadisədir” Deputat Pənah Hüseynsə R.İbrahimbəyovun müsahibəsini 2003-cü ildən sonra Azərbaycanda baş verən ən böyük hadisə adlandırdı. Onun sözlərinə görə, bu, kontr - elitanın üsyanı olacaq: “Azərbaycanda hamı elitadan danışdı. Bu məsələyə ən düzgün qiyməti Nizami Cəfərov verdi. Dedi ki, bu, təhlükəli müsahibədir. Çünki bu, bir ideyadır”. Tanınmış diktor Rafiq Hüseynov isə əməkdaşımızın “milli elita niyə jurnalistləri də müdafiə etmir” sualının üstünə təkrar qayıdaraq, dedi ki, əslində onlar R.İbrahimbəyovun personasını müdafiə etməyiblər, bu olayın MM-də müzakirəsinə qarşı çıxıblar. İ.Rzayeva bu yerdə müdaxilə edərək, dedi ki, ötən il bir qrup “Gündəlik Azərbaycan”çının ölkəni tərk etmək qərarı da həmin Milli Məclisdə müzakirə olunmuş və deputatlardan biri “həmin jurnalistlərin qanı yoxlanmalıdır” deyə açıqlama vermişdi: “Yəni bu, ilk dəfə baş vermir”. R.Hüseynovsa R.İbrahimbəyov olayında ilk dəfədir ki, qalib gəldiklərini dedi: “Bəlkə bu, başlanğıcdır. Ona görə də, jurnalistlər, həmin ziyalıları mühakimə etməyin. İndi o adamların üstünə düşsəniz, onların geri çəkilməsinə səbəb ola bilərsiniz. Bu, inqilabdır”. Q.Məhərrəmli isə R.İbrahimbəyov olayından sonra Azərbaycan ziyalısının özünə hesabat verməyə başladığını dedi: “Rüstəm bəy bu sözləri lazımi şəraitdə dedi”. Sonda söz debatın əsas tərəflərinə verildi. Onlar da bu mövzunun belə sivil şəkildə müzakirəsinə görə məmnun qaldıqlarını bildirdilər. R.İbrahimbəyovun “mən artıq bilirəm ki, parlamentdə qardaşımla yanaşı, Elmira kimi düşünən adamlar da var” dedi və debatı öpüşüb-əl sıxaraq yekunlaşdırdılar.
44,945
25.12.2008 06:21
Ölkə
GÜNEYLİ MİLLİ FƏAL İSA QƏMBƏRLƏ GÖRÜŞDÜ
Qəzetimizə açıqlama verən B.Ələmdar Azərbaycandakı vəziyyətlə də yaxından maraqlandığını da bildirdi. O, Türkiyədəki büronun öz fəaliyyətini normal şəkildə davam etdirdiyini söylədi. Güneylə həmişə əlaqələrin davam etdirildiyini, fəalların müdafiəsi üçün zəruri işlərin həyata keçirildiyini deyən B.Ələmdar əlavə etdi ki, Güneydəki basqılara baxmayaraq milli hərəkatın hədəfinə çatacağını inanır: “Bir zamanlar rəhmətlik Əbülfəz Elçibəy ”Vaxt gələcək bütün yollar dağlar şahı Savalandan keçəcək" deyirdi. Biz Bəyin bu fikirlərinin gerçəkləşəcəyinə bütün varlığımızla inanırıq".
44,946
25.12.2008 06:22
Kriminal
OĞUL SÜKAN ARXASINDA YATDI, ATA QƏZADA ÖLDÜ
Yüksək sürətlə hərəkət edən “VAZ-2107" qəfildən hərəkət zolağından çıxaraq arxadan avtobusa çırpılıb. Bu zaman avtomobilin elə gəldiyi sürətlə də toqquşduğu, heç bir tormozlama olmadığı görünüb. İçində 5 nəfər olan ”VAZ-2107"-nin sərnişinlərindən biri yerindəcə həlak olub. Məlum olub ki, o, sürücünün atasıdır. Bunu yaralı halda olan sürücü özü deyib. “AzVirt”in işçilərinin dediyinə görə, sürücünün qəzadan sonra dediyi ilk söz bu olub: “Mən sükan arxasında yuxuladım, atam öldü”.
44,947
25.12.2008 06:10
Gündəm
İLHAM ƏLİYEVİN 47 YAŞI TAMAM OLDU
1995 və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İ.Əliyev 2001-2003-cü illərdə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ildə baş nazir təyin edilməsi ilə əlaqədar İ.Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də və 2008-ci il oktyabrın 15-də prezident seçilib.
44,948
25.12.2008 06:36
Gündəm
AZƏRBAYCAN VƏTƏNDAŞI RUSİYA-ÇİN SƏRHƏDİNDƏ GİROV SAXLANILIR
Nina bunun səbəblərini hələ də başa düşmədiklərini söyləyir: “İlkin sərhəddən keçəndə kompyuterdə ”Rusiyaya giriş qadağandır" məlumatı yazıldı. Niyə qadağandır - heç kim izah etmir".Nina o zamandan ərini görməyib. Çünki görüşmək üçün dövlət sərhədini keçmək tələb olunur. Soydaşımız bir aydır pəncərəsiz otaqda saxlanılır. Yalnız telefonla əlaqə saxlamaq mümkündür. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Uzaq Şərq Regional Sərhəd İdarəsinin rəisi Valeri Putov bildirib ki, “əgər İlkin Əliyev Rusiya vətəndaşı deyilsə, bizim nəyimizə lazımdır? Onun bundan sonra necə olacağı bizi hər şeydən az maraqlandırır”.
44,949
25.12.2008 06:35
Ölkə
RÜSTƏM İBRAHİMBƏYOV SORĞUNUN QALİBİ OLDU
Xatırladaq ki, R.İbrahimbəyovun pravda.ru saytına müsahibəsi böyük qalmaqala səbəb olub. Buna R.İbrahimbəyovun Azərbaycanda istedadlı və qabiliyyətli insanların inkişafı üçün şərait olmaması, bunun səbəblərindən birinin cahil və mədəni cəhətdən geridəqalmış məmurların nüfuzu və ölkədə korrupsiyanın səviyyəsinin yüksək olması haqda iddiaları səbəb olub.
44,950
25.12.2008 06:36
Siyasət
MÜXALİFƏTÇİ DEPUTATLARA TƏBRİKLƏR GƏLİR
Sözügedən məsələ və buna ayrı-ayrı müxalifətçi deputatların qəzetimizdə dərc olunan fikirləri oxucularda müəyyən reaksiyalar doğurub. Bir çoxları bunu hakimiyyətlə müxalifət arasındakı sərt münasibətin aradan qaldırılması istiqamətində ciddi addım kimi dəyərləndirir. Bəzi müşahidəçilərin fikri isə belədir ki, adətən özünə lazım olan məqamda xalqın adından istifadə edən hakimiyyət təmsilçiləri bu məsələni də ictimaiyyətin rəyi kimi qəbul etməli və müvafiq addım atmalıdır.Maraqlısı odur ki, artıq vitse-spiker postuna gətirilə biləcək deputat haqqında da müəyyən müzakirələr açılıb. Hətta bəzi millət vəkilləri təbrik zəngləri və mesajları almağa başlayıb. Ən maraqlısı odur ki, təbrik edənlər sırasında Milli Məclisin hakimiyyətə yaxınlığı ilə tanınan deputatları da var.
44,952
25.12.2008 06:38
Qarabağ xəbərləri
ERMƏNİLƏR TƏRTƏR SAKİNİNİ SNAYPERLƏ VURDU
Həsənqaya kəndi ilə işğal altında olan Göyarx kəndi arasında olan sahədə, qoşunların təmas xətti yaxınlığında mal-qara otaran Tərtər şəhər sakini, 1954-cü il təvəllüdlü Asif Mehman oğlu Şəldiyevə Ermənistan tərəfindən snayperdən atəş açılıb. A.Şəldiyev ürək nahiyəsindən aldığı güllə yarasından yerindəcə keçinib. Mərhumun meyiti dünən səhər saat 6.00 radələrində vurulduğu yerdə tapılıb.
44,953
25.12.2008 06:38
Ölkə
RADİKAL DİNDARLARIN MƏHKƏMƏSİNDƏ ŞOK AÇIQLAMA
Sonra təqsirləndirilən Samir Əliyev sərbəst ifadə verib. O, Bakıdakı “Elekrotok” qəsəbəsində K.Babayevin evində ittiham aktında qeyd olunan cinayət hadisəsinin planlaşdırılması barədə görüşdə iştirak etdiyini desə də, ümumi söhbətlərə qatılmadığını bildirib. S.Əliyev cihadla bağlı sürülən ittihamları qəbul etmədiyini deyib: “Əgər cihadla bağlı məsələyə bu qədər diqqət yetirilirsə, Qurani-Kərimin əksər ayələrində cihad əks olunub və bu, İslam dininin əsasını təşkil edir. Cihadla bağlı ilk dəfə ”Əbu Bəkr" məscidində Hacı Qamət Süleymanovun xütbəsində eşitmişəm. Əgər bu, problemdirsə, onun özündən soruşun".Prosesdə S. Əliyevin vəkili ilə prokuror arasında mübahisə yaranıb. Vəkil ibtidai istintaq zamanı müstəntiqin istintaqı qərəzli apardığını deyərək buna etiraz edib (APA).Q.Süleymanov isə “Media forum”a deyib ki, “Əbu Bəkr” icmasının indi məhkəmə qarşısında dayanan şəxslərlə heç bir əlaqəsi olmayıb: “Onlar öz hərəkətləri ilə bizim məscidə ləkə vurmağa çalışır. Mən cihaddan danışmışam, amma ”cihad edin" deməmişəm. Cihaddan danışmaq başqa məsələdir, cihadı tətbiq etmək başqa məsələ. Hazırda barələrində məhkəmə prosesi gedən dini qruplaşma üzvlərinin hərəkətləri cihad deyil. Elə bizim məscidə qumbara atılmasının əsas səbəblərindən də biri odur ki, mən belə radikal qrupların hərəkətlərini cihad saymıram. Şəriət dindarlara belə cihad etməyi buyurmur".
44,954
25.12.2008 06:41
Siyasət
PƏNAH HÜSEYN “AZADLIQ” BLOKUNA QƏZƏBLƏNİB
“Azadlıq” qəzetinin srağagünkü sayında yenə iddia olunub ki, P.Hüseyn layihədə müxalifəti hakimiyyətin legitimliyini tanımağa çağırır. Həmçinin qeyd olunur ki, AXCP Gənclər Təşkilatının sədri, jurnalist Seymur Həzi layihədəki bir sıra məqamları tənqid etdiyi üçün P.Hüseyn tərəfindən mətbuatda təhqir olunub.Hər iki məsələyə münasibət bildirmək üçün P.Hüseynlə əlaqə saxladıq. Millət vəkili bildirdi ki, görünür, bəziləri onun “Yeni Müsavat”da dərc olunan fikirlərini diqqətlə oxumayıb: “Əgər oxusaydılar, orada təhqirin olmadığını görərdilər. Təhqir olub-olmadığını araşdırmaq üçün istər hüquqi, istərsə də digər yollar var. Mənim özümə isə ”Azadlıq" qəzetindən bu məsələ ilə bağlı heç bir müraciət olunmayıb".P.Hüseyn sözügedən layihədə müxalifəti hakimiyyətin legitimliyini tanımağa çağırdığı barədə səslənən fikirləri qərəzli saydı: “Layihədəki fikirlər bəziləri tərəfindən təhrif olunur. Qəribəsi budur ki, sənədin müəyyən məqamları kimlərəsə həqiqətən də aydın deyilsə, mənə niyə müraciət etmirlər? Bir daha təkrar edirəm, layihədə hakimiyyətin legitimliyinin tanınıb-tanınmaması məsələsi qoyulmur. Qeyd olunur ki, legitimliyin tanınıb-tanınmaması məsələsi müxalifətdaxili məsələlərdə ön şərt olmamalıdır. Bu qədər aydın şəkildə yazılmış cümləni təhrif edib onu hakimiyyətin legitimliyinin tanınmasına dəvət kimi təqdim etmək qərəzdən başqa bir şey deyil”.Millət vəkili hesab edir ki, “Azadlıq” blokuna yaxın qəzetin belə bir mövqe ortaya qoyması həm də müxalifətdaxili intriqaların ortaya çıxardığı məsələdir: “Əgər ”Azadlıq" qəzeti səmimidirsə, niyə bir dəfə də olsun mənə müraciət edib layihədəki məqamlarla bağlı şərh, izahat istəməyib? Görünür, sadəcə, təhrif edib dərc elədikləri məsələlərin aydınlaşmasında maraqlı deyillər. Təəssüf edirəm ki, müxalifətdaxili intriqalar davam etdirilir. Daha çox zərərli sayılan da budur. Mənim təklif elədiyim layihədə belə bir maddə var ki, bəzi müxalifət qüvvələri müxalifətin bir hissəsinə iqtidarın müxalifətə bəslədiyi münasibətə bənzər münasibət sərgiləyir. İqtidar bəyan edir ki, Azərbaycanda müxalifət yoxdur, qüvvələri sıfra bərabədir, ona görə də onlarla heç bir razılığa gəlməli, münasibətlər qurmalı deyilik. Eləcə də çox miskin vəziyyətə düşmüş müxalifətin bəzi hissəsi də digər hissəsini müxalifət kimi qəbul etmir, bəyan edirlər ki, onların gücü azdır, ona görə də onlarla münasibət qurmaq şənimizə yaraşmaz. Fakt bundan ibarətdir. Diqqət edirsinizsə, “Azadlıq” blokuna yaxın qəzetlər, jurnalistlər layihədəki xatırlatdığım bu müddəaya ümumiyyətlə toxunub onu gündəmə gətirmək istəmir".Lakin P.Hüseyn bütün diqqəti müxalifətdaxili fikir ayrılıqlarına cəmləşdirməyin də əleyhinədir: “Amma ”Azadlıq" blokuna yaxın qəzet və jurnalistlər qaşınmayan yerdən qan çıxarırlar. Orada-burada anonim yazılarla olmaz axı. Sözün doğrusu, indi “Azadlıq” qəzeti və eyniadlı bloka daxil olan partiyaların vəziyyəti hakimiyyətin təzyiqləri nəticəsində elə ağırlaşıb ki, adam onları tənqid etməyə çox ehtiyatla yanaşır. Amma bu cür vəziyyətlərdən sui-istifadə də eləmək olmaz axı".
44,955
25.12.2008 06:43
Yazarlar
AVARA BULUDLAR
Bir çox hallarda bu ziddiyyətlər əsl metamorfozaya dönüb. ABŞ bir vaxtlar Üsamə bin Ladeni silahlandırıb “şər imperiyası” saydığı SSRİ ilə döyüşə göndərəndə də demokratiya təminatçısı idi, indi silahı ona qarşı çevirən Üsaməni hədəfə götürəndə də. İndi qərb yarımkürəsində üzünə ağ olan, ona dirsək göstərən Venesuelada da ABŞ neftə qurban verdiyi demokratiyanın əvəzini götürür. Bir sözlə, maraq önə keçəndə demokratiya yaddan çıxır, sonda da ayaq üstə duran rejimlər gecikmiş demokratiya tələbləri eşidəndə köhnə qəyyumu tanımırlar. Dünyanı bürüyən böhranın miqyası artdıqca “demokratiya açarı” ilə açılan qapılar yenidən ABŞ-ın üzünə bağlanır. Hər kəs bu fürsətdən istədiyi kimi yararlanır. Diktatura, monarxiya, totalitar, neomonarxist və s. rejimlər bu təhlükədən sovuşub öz yerlərini möhkəmlətmək üçün böhranı da bayram sayır. Bircə anlığa təsəvvür edin: Rusiya beş-altı ay öncə demokratiyanın son işartılarına da tüpürməyə, dünya ilə üz-üzə qalmağa cəsarət edərdimi? Kiminə dərd gətirən böhran kiminə də yerini möhkəmlətmək üçün əlverişli fürsətə dönüb.Demokratiyanı marağa qurban verməyin bir payı da Avropa dövlətlərinin üzərinə düşür. Onlar da maraq yarışında ABŞ-dan geri qalmamaq üçün yalnız öz xalqlarını talaya-talaya ömür sürən korrupsioner rejimlərin başına sığal çəkir, ən yaxşı halda qılıqla yola gətirməyə çalışırlar. Son anda demokratiya imitasiyası hər iki tərəfi razı salan ortaq hədd kimi qəbul edilir, əzilən, tapdanan xalqların mübarizə əzmi sındırılır. Beləliklə, “əl-əli yuyur, əl də qayıdıb üzü”. Korrupsioner rejimlərlə demokratiya keşikçiləri olan dövlətlərin zahiri münasibətlərinin altından rüşvət çayları axıb keçir. Zaman-zaman bu məsələlər mətbuat səhifələrində gündəmə də gəlir. Son anda daha yüksək dairələri əhatə edib şaxələndiyindən ciddi hüquqi araşdırmaya çevrilmir.Artıq Qərbdə də neft olan ölkələrdə paya sahib olmaq üçün rüşvət verildiyi danılmır. Rüşvət isə bir qayda olaraq həmin dövlətlərin büdcəsinə yox, rejim yetkililərinin cibinə axır. Azərbaycan qarışıq, heç bir ölkə fərdi maraqlar təmin edilməyəndə öz təbii sərvətlərini bölüşmür. Sonra tərəflərin qarşılıqlı razılaşması artıq real gəlirlərin bölgüsündə daha geniş miqyas alır. Rüşvət artdıqca bu burulğanda əzab çəkən insanların aqibəti daha da pisləşir. Demokratiyadan dəm vuranlar öz günahlarının qədərincə susur, rejimlər isə özünü qorumaq üçün ən amansız vasitələrə əl atır.Azərbaycanda azad düşüncəli insanların gözündə qəhrəmana dönən, hakimiyyət dairələrinin isə bütün hədləri aşdığından ironiya hədəfinə çevrilən Andreas Qross ölkəmizlə bağlı demişdi ki, rüşvət Avropanın hətta ən ali strukturlarına da yol tapıb və elə bu səbəbdən də demokratiya idealları bir çox hallarda puç olur.Qəribə təzaddır, Azərbaycan xalqı nə qədər pis aqibətlə üz-üzə qalırsa, Qərbdən ona ünvanlanan sevgi-məhəbbət dolu mesajların sayı bir o qədər artır. Hətta son 15 ilin ən ifrat seçkisinə də Avropa görünməmiş demokratiya bəzəyi vurdu. Nəticə isə göz qabağındadır. Bu cür demokratiya bolluğu daha amansız bir niyyətə yol açdı - Azərbaycan neomonarxiyanın astanasındadır. Arxayın olun, bizim demokratiya umduğumuz dairələr ən yaxşı halda susacaq, əvəzində gizli maraqların çəkisi bir az da artacaq. *** Tələbəlik illərindən tanıdığım, hazırda ölkəmizə hava proqnozu verən qurumda çalışan, tez-tez qlobal istiləşmədən, təbiətin şıltaqlıqlarından, sabah qismətimizə düşən hava payından danışan dostumla bu yaxınlarda rastlaşdım. Hal-əhval tutduq. Sözarası dostuma irad da tutdum: “Çox vaxt hava siz deyən kimi olmur. Gün deyirsiniz - yağış yağır, yağış deyirsiniz - qar tökür”. Tanışım gülüb “Əşi, olan şeydi, Azərbaycan balaca bir ölkədir, üstündən bir-iki topa yolunu azmış, avara bulud keçəndə bütün proqnozlar alt-üst olur” - dedi.Göy üzü sərhəd tanımır. Demokratiya küləyinin gətirdiyi bir-iki “avara bulud” bizim sabaha bağlı ümidlərimizi puça çıxarır.
44,956
25.12.2008 06:45
Yazarlar
QARABAĞIN ÖMÜRLÜK İŞĞAL QORXUSU
İş ondadır ki, Əsas Qanuna müdaxilə söhbəti gündəmə gələndə bəziləri dəyişikliklərin Qarabağ mövzusu və təslimçi sülh sənədi ilə bağlılığının olmadığını bəyan etmişdi. Amma bu fikri bölüşmək çətindir. Ömürlük prezident məsələsinin Qarabağ probleminə dəxli var, həm də birbaşa.Əvvəla, ideya baş tutsa, hakimiyyət əmin olacaq ki, yaxın və orta perspektivdə istənilən digər projeni, məsələn, Qarabağla bağlı milli maraqlara uyğun gəlməyən hansısa planı asanca reallaşdıra biləcək. İkincisi, neçə illərdir ölkə iqtidarı guya dünya birliyindən, Qərbdən münaqişənin ədalətli, yəni beynəlxalq norma və prinsiplər əsasında həllini tələb edir. Di gəl, özü məsələdə Qərbə hər hansı yardım göstərmir. Tam əksinədir. Halbuki Qarabağ ixtilafının ədalətli həllində ən vacib şərtlərdən digər biri məhz insan haqlarına, demokratiyaya sayğıdır ki, Azərbaycan hakimiyyəti də ona çoxdan arxa çevirib.Dönə-dönə yazmışıq, yenə xatırlatmaq zərurəti yaranıb ki, Azərbaycan problemin dinc yolla, ədalətli çözümü üçün vaxt itirmədən demokratik imicə yiyələnməli, demokratikləşməli, eyni zamanda hərbi cəhətdən qüdrətlənməlidir (NATO tipli orduya keçməlidir - çəkindirici faktor). Bunlar yoxdursa, Qərb Qarabağın erməni əhalisini necə inandıracaq ki, onlar qeyri-azad Azərbaycanın tərkibində azad, firavan, təhlükəsiz yaşayacaq? Adama deyərlər ki, siz hələ ölkənin 4/5-dəki əhalinizin hüquqlarını qoruyun, vətəndaşlarınızın siyasi, sosial haqlarına, iradəsinə sayğı göstərin, sonra Qarabağ ermənilərinə zəmanətdən danışarsınız.Fikir vermisiniz yəqin, ömürlük prezidentlik ideyası bir qayda olaraq cəmiyyət və müxalifət amillərinin zəiflədiyi, azad mətbutın olmadığı, yaxud küncə sıxışdırıldığı ölkələrdə (Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Uqanda, Zimbabve və s.) baş tutur. Özünə hörmət edən dövlətlərin heç birində, Baltik ölkələrində, Gürcüstanda, Ukraynada, hətta bəyənmədiyimiz Ermənistanda və İranda belə şeyə rast gəlməzsiniz.Deməli, gərək ölkənin beynəlxalq imicinə nə qədər laqeyd yanaşasan ki, bu cür planları gündəmə gətirəsən, onların reallaşmasında israr göstərəsən, hələ üstəlik, onu xalqın maraqları ilə bağlayasan. Özü də işğal problemi dura-dura, problemin açarının demokratik Qərbdə olduğunu bilə-bilə, həmin Qərbin özündən yardım uma-uma.Yeri gəlmişkən, Qərbin nüfuzlu təşkilatlarından, ABŞ-dan ömürlük prezidentlik planları ilə əlaqədar hakimiyyətin ünvanına yavaş-yavaş narazılıq səsləri eşidilməyə başlayıb. Amerikanın ölkəmizdəki səfirliyinin, həmməruzəçi Andres Herkelin (Avropa Şurası), Piter Semnebinin (Avropa Birliyi) açıqlamaları bunun təsdiqidir (Doğrudur, ən ehtiyatlı mövqeni Semnebi sərgiləyib, ancaq onun ictimai rəylə hesablaşmağın vacibliyinə işarə etməsinin özü də narazılıq göstəricisidir). Sözsüz, bu, hələ başlanğıcdır. Davamı daha sərt gələcək. Təbii ki, məsələdə ölkədaxili ictimai-siyasi faktorlar fəallaşandan sonra.Azərbaycandan ötrü məsələnin digər həssas, eyni zamanda təhlükəli cəhəti baş verənlərin fonunda ölkənin energetik əhəmiyyətinin azalması, neftin ucuzlaşmasıdır. Məntiqlə Qarabağı qaytarmaq istəyən Azərbaycan iqtidarı düşmənin dilini gödək etmək üçün ölkədə demokratiya amilinə diqqəti artırmalıdır. Yəni neftimiz dəyərdən düşürsə, heç olmasa demokratiyanı sanbala mindirməli, insan haqlarına, islahatlara diqqəti artırmalı, demokratik imicimiz haqda fikirləşməliyik ki, dünya erməniləri bizim davranışlarımız fonunda sivil, günahsız sayıb onun işğalına haqq qazandırmasın. Amma yenə tərsini müşahidə edirik.İndi referendum təşəbbüslərini necə işğalçıya xidmət hesab etməyəsən? Heç kəsin şübhəsi olmasın, Azərbaycanda ömürlük prezidentliyin bərqərar olması ən çox təcavüzkar ermənilərin ürəyincəndir. Hamıdan çox sevinən də onlar olacaq. Çünki xain qonşular yaxşı fərqindədir ki, Qərb belə bir rejimin mövcud olduğu ölkəyə Dağlıq Qarabağı qıymayacaq, qıya bilməyəcək, qıymağa hətta təkid belə göstərməyəcək. Bu isə faktiki Qarabağın ömürlük işğalda qalması anlamına gəlir. Konstitusiyaya dəfə məsələsi ilə bağlı nəzərdə tutulan məlum dəyişiklik bu təhlükəni xeyli yaxınlaşdıracaq, danışıqlar masası arxasında Azərbaycanın dilini daha gödək edəcək. Zahid SƏFƏROĞLU
44,957
25.12.2008 06:48
Gündəm
KONSTİTUSİYA MƏHKƏMƏSİ REFERENDUM QƏRARI VERDİ
Xatırladaq ki, layihə dekabrın 18-də Milli Məclisin (MM) müvafiq komissiyalarında müzakirə ediləndən sonra parlamentin plenar iclasına tövsiyə olunmuş, dekabrın 19-da MM layihəni rəy verilməsi üçün KM-ə göndərmişdi. KM də müsbət rəy verdiyi üçün növbəti mərhələ MM-in referendumun keçirilməsi ilə bağlı məsələni müzakirəyə çıxarmasıdır. MM-in sabaha nəzərdə tutulan iclasında referendumun keçiriləcəyi günün təyin olunması gözlənilir. Əldə etdiyimiz məlumata görə, parlament referendumun martın əvvəlində keçirilməsinə qərar verəcək.Müxalifət partiyaları və bir sıra ictimai təşkilatlar isə konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın ləğv edilməsinin əleyhinə çıxış edir. Onlar hakimiyyətin keçirmək istədiyi referendumun baş tutmaması üçün qanun çərçivəsində bütün addımları atacaqlarını bəyan ediblər.Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, KM-in antidemokratik dəyişikliyə müsbət rəy verməsi bu məhkəmə instansiyasının siyasi hakimiyyətin tam təsiri altında olduğunu bir daha təsdiqləyir: “Konstitusiya Məhkəməsi yuxarıdan gələn sifarişləri qeyd-şərtsiz həyata keçirir. Konstitusiya Məhkəməsi nəinki dəyişikliklə bağlı layihəni obyektiv müzakirə etmədi, hətta məsələyə baxılmasının İlham Əliyevin ad gününə təyin edilməsi bu dəyişikliyə xüsusi rəğbətinin olduğunu nümayiş etdirdi”.Qeyd edək ki, hakimiyyətin konstitusiyada dəyişiklik etmək planını tədricən həyata keçirməsi cəmiyyətdə və müxalifət düşərgəsində pessimist ovqat yaradıb. Elə insanlar var ki, artıq hər şeyin bitdiyi qənaətinə gəlib. A.Hacılı isə bu fikirdədir ki, bədbinləşmək lazım deyil: “Müxalifət düşərgəsində, xüsusilə də liderlərdə pessimist əhvalın hakim kəsildiyi fikrini şəxsən mən bölüşmürəm. Hakimiyyətin bu addımı heç də uzaq olmayan gələcəkdə cəmiyyətin səbr kasasını daşdıra bilər. Bu dəyişikliyin olması heç də o demək deyil ki, 2013-cü ildə İlham Əliyev yenidən prezident seçiləcək. Yeni il tətilləri ərəfəsində dəyişiklik məsələsinin bu qədər tələsik şəkildə həll olunması hakimiyyət düşərgəsində əslində panik bir əhval-ruhiyyənin olduğunu təsdiqləyir”.Müsavat rəsmisi dedi ki, cəmiyyətin bu məsələlərlə əlaqədar mövqeyini hələlik açıq şəkildə bilmək qeyri-mümkündür: “Çünki təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda bir qapalı cəmiyyət yaradılması istiqamətində fəaliyyət göstərilir. Məncə, daha çox cəmiyyətin bir hissəsinin bu prosesə biganə yanaşmasından narahatçılıq ifadə etmək olar. Ancaq heç bir şübhəm yoxdur ki, cəmiyyət konstitusiya dəyişikliyinin İlham Əliyevin hakimiyyətini uzatmaq məqsədilə edildiyinə şübhə etmir. Əminəm ki, nəinki 2013-cü ildə, elə 2009-cu ildə cəmiyyətdə ciddi dəyişikliklər baş verəcək. Bunun üçün bütün əsaslar var. Hakimiyyətin vahimə içində tez-tələsik bu cür antidemokratik dəyişikliklərlə bağlı addım atması da iqtidarın 2009-cu ildə cəmiyyətdə fəallığın artacağından xəbərdar olduğunu təsdiq edir”.Millət vəkili Pənah Hüseyn də KM-in məsələyə müsbət rəy verəcəyinin əvvəldən bəlli olduğunu dedi. Onun sözlərinə görə, demokratik düşərgədə ciddi bədbinlik yaranmayıb və yaranmamalıdır: “Çünki müxalifət növbəti prezident seçkilərində artıq yeni yox, cəmiyyətin hərtərəfli bələd olduğu köhnə rəqiblə üz-üzə gələ biləcək. Məlumdur ki, adətən zaman keçdikcə problemlər artır. Bu da hakimiyyət kreslosunda olan şəxs üçün əlavə problemlər, rəqibə isə onun üzərinə daha ciddi getmək imkanı yaradır. İnsanların köhnədən narazılığı artır. Bu, bütün dünyanın siyasi sistemin seçkiyə əsaslanan yerlərində müşahidə olunan bir məsələdir. Azərbaycanda da həmin proses gedəcək”.P.Hüseynin sözlərinə görə, müxalifətin əsas narahatlığı konstitusiya dəyişikliyinin ölkədə demokratik proseslərə və ölkənin, millətin dünyada imicinə zərbə vuracağındandır: “Bu dəyişiklik ölkənin demokraktik inkişafını çətinləşdirəcəyi və xaricdə Azərbaycan haqqında mənfi rəyin formalaşmasına xidmət edəcəyi baxımından narahatlıq ifadə olunur. Amma bundan böyük bir faciə düzəltməyə ehtiyac yoxdur”.“Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov və Müsavat başqanı İsa Qəmbər “Azadlıq” radiosuna bu qərarla bağlı mövqe bildiriblər. E.Namazovun fikrincə, bu qərar ölkədəki qanunvericilik sisteminin dekorasiya rolunu oynadığını göstərdi. Hökumət Avropada yox, geri qalmış Afrika, Asiya ölkələrinə doğru addım atdı: “Belə addımı Zimbabvedə, Uqandada, Türkmənistanda atırlar. İnkişaf etmiş ölkələrdə belə olmur. Bu, göstərdi ki, Azərbaycanda məhkəmə sistemi yoxdur”.E.Namazov onu da deyib ki, əslində konstitusiyaya dəyişiklik hökumətə nəsə qazandırmır. Son nəticədə konstitusiyaya dəyişiklik olacaqsa da hökumətin şansı artmayacaq: “Hesab etmirəm ki, hökumətin qazancı olacaq. Çünki onsuz da inkişaf başqa şeylərdən, iqtisadiyyatdan, sosial vəziyyətdən asılıdır. Burada da problemlərin nə qədər böyük olduğunu bilirik. Yəni dəyişiklik olsa da divident olmayacaq”.Müsavat başqanı İsa Qəmbər də hesab edir ki, KM-in tələsik qərarı qorxunun, hökumətin narahatlığının göstəricisidir: “Hakimiyyətin bu antidemokratik konstitusiya dəyişikliklərini belə sürətlə həyata keçirmək cəhdi özünə arxayın olmadığını göstərir. Məncə, bunlar hökumətə xeyir gətirməyəcək, xalq sözünü deyəcək”.İ.Qəmbər deyib ki, olanlar Azərbaycandakı avtoritar rejimin hakimiyyət bölgüsü kimi vacib konstitusion müddəaya da əməl etmədiyini göstərir.
44,958
25.12.2008 06:09
Gündəm
ÖMÜRLÜK PREZİDENTLİYƏ “HƏ” DEYƏNLƏR KİMLƏRDİR?
Bəs referendum aktına müsbət rəy verən KM üzvləri kimlərdir?Məhkəmənin sədri Fərhad Abdullayev 1958-ci il dekabrın 5-də Bakıda anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 1980-ci ildə Azərbaycan Ali Məhkəməsinə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi işləyib, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışıb. 2003-cü ildə KM-in sədri təyin edilib.Sədr müavini Sona Salmanova 1956-ci il mayın 12-də Ermənistanın Spitak rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (ADU, indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskvada hakimlərin ixtisas kurslarını bitirib. 1998-ci ildən KM-in hakimidir.Südabə Həsənova 1947-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub, 1971-ci ildə ADU-nun hüquq fakültəsini bitirib. Ədliyyə naziri və Ali Məhkəmənin sədri olub. 2005-ci il dekabrın 23-dən KM-in hakimidir.Bəhman Qəribov 1962-ci il fevralın 14-də Ağdaşın Qaradağlı kəndində anadan olub, 1982-ci ildə Armavir Hüquq Texnikumunu, 1993-cü ildə BDU-nun hüquq fakültəsini bitirib. 1998-ci il iyulun 14-dən KM-in hakimidir.Eldar Məmmədov 1961-ci il sentyabrın 30-da Özbəkistanın Surxandərya vilayətində anadan olub. 1983-cü ildə Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1992-ci ildən Azərbaycanda çalışır. 14 iyul 1998-ci ildən KM-in hakimidir.Ələddin Sultanov 31 iyul 1928-ci ildə Gəncədə doğulub, 1952-ci ildə ADU-nun hüquq fakültəsini bitirib. 14 iyul 1998-ci ildən KM-in hakimidir.Fikrət Babayev 1 iyul 1938-ci ildə Naxçıvanda, Şərur rayonunun Qıvraq kəndində anadan olub, 1967-ci ildə ADU-nun hüquq fakültəsini bitirib. 14 iyul 1998-ci ildən KM-in hakimidir.İsa Nəcəfov 28 mart 1952-ci ildə Naxçıvanda, Şərur rayonunun Oğlanqala kəndində anadan olub, 1979-cu ildə ADU-nun hüquq fakültəsini bitirib. Baş prokurorun I müavini olub. 2002-ci ildən KM-in hakimidir.Rafael Qvaladze 1 yanvar 1948-ci ildə Gürcüstanın Laqodexi şəhərində anadan olub, 1971-ci ildə ADU-nun hüquq fakültəsini bitirib. 14 iyul 1998-ci ildən KM-in hakimidir.
44,959
25.12.2008 06:50
Yazarlar
SUYU KƏSİLƏN İSVEÇRƏ
ABŞ-da hər il belə hədiyyələr açıqlanır. İlin sonunda. İndi də hədiyyə sandığını açıb, “pambığı” töküblər ortaya, bəzi sarsaq işlər məlum olub. Məsələn, ABŞ məmurlarına ən bahalı hədiyyələri Səudiyyə, İordaniya kimi ölkələrin kral ailələri veribdir. Söhbət neçə yüz min dollar dəyəri olan qızıl-brilyantdan gedir. Yaltaqlığın, gözəgirənliyin rəmzidir bu hədiyyələr, heç bir mənası yoxdur. Axı Buş, Rays, başqaları onsuz da bu hədiyyələri özlərinə götürə bilməz. Yenə baxanda ən praktik hədiyyəni Dalay Lama edib. Dünya buddistlərinin rəhbəri Corc Buşun xanımına 6 dollarlıq meyvə və fındıq dolu kisəcik bağışlayıb. Təbii ki, kisəcik 50 dollarlıq baryeri aşmır, Buş və xanımı həmin ləbləbini məmnuniyyətlə aşırıbdır.Hədiyyəçilər sırasında Azərbaycan məmurlarının adı çəkilmir (bir istisna var, sonra yazacam), çox təəccüblüdür. Axı onlar da hədiyyə vermək, gözə girmək, iş aşırtmaq aludəçisidir, hətta yeri gələndə ərəb şeyxlərini tozanaqda qoyarlar. Məsələn, “AzAL” Dövlət Konserninin rəhbəri Cahangir Əsgərov rusiyalı dostuna 500 min dollarlıq, qiymətli daş-qaşla bəzənmiş tapança bağışlamışdı. Sadəcə, məmurlarımız hiyləgərdir, ABŞ-ı yaxşı tanıyırlar, bilirlər ki, orada hədiyyə siyahısını açıqlamaq kimi “biabırçı” ənənə var. O üzdən, amerikalılara yaltaqlanmağın ayrı yolunu tapıblar. Dik Çeyni ailəsinə məxsus şirkətlərə burada iş şəraiti qurmaq, Corc Buşun “kitabxanasına” milyon dollar köçürtmək və sairə. Doğrudur, belə işlərin də üstü açılır, ancaq qara camaata hədiyyə qədər yekə görünmür.İndi istisna haqda. Sən demə, xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi köməkçisi cənab Vuda dəyəri 30 dollar olan “Adidas” idman çantası bağışlayıbdır. Görünür ki, mister Elmarın dünyagörüşü təkcə Azərbaycanda jurnalist tutdurmaq işinə yaramır, daha praktik keyfiyyətlərə malikdir. Əgər çanta 50 dollardan baha olsa, ABŞ hökuməti onu tutub cənab Vudun əlindən alardı. Məmmədyarov bəzi qəzetlərimizin yazdığı kimi, “hacıqaralıq”, xəsislik etməyib, uzaqgörən siyasət yürüdüb. Eyni zamanda, diplomatik işarə də var çanta hədiyyəsində. Yəni “Buş gedir, sən də əşyalarını yığ bu çantaya, əkil departamentdən”. Məsələn, imkan olsa şəxsən mən Məmmədyarovun özünə yekə bir çuval bağışlayardım. Lakin diplomatik mənbələrdən aldığımız bilgiyə görə, Məmmədyarovun 30 dollarlıq “Adidas” çantası ABŞ hökumətində ciddi şübhələrə, həyəcana səbəb olubdur. Azərbaycanda Konstitusiyanın anasının ağladılması, seçki saxtakarlıqları, demokratiyanın mələdilməsi və sairə ABŞ administrasiyasının diqqətini heç bu qədər çəkməyibdir. Nəyə görə? Çünki dünyanın heç yerində gerçək “Adidas” çantasını 30 dollara almaq mümkün deyilmiş. Güman edilir ki, Məmmədyarov bu Çin istehsalı saxta, ucuz “Adidas”ı aeroport yarmarkasından alıbdır. Bəlkə yarmarkada son yanğın izi itirmək üçünmüş. Saxtakar hakimiyyətdən gerçək mal hədiyyəsi də olmurmuş. Gərək Məmmədyarov amerikalılara Dalay Lama kimi - fındıq bağışlayardı.Ortada ayrı diplomatik qalmaqal da yetişir. lent.az saytının xəbərinə görə, Bakıdakı İsveçrə səfirliyinə 3 həftədir su verilmir. (Günəşli sakinləri şükürlüymüş. Onlar 18 gün idi susuz qalmışdılar). Səfirliyin “Azərsu”ya qəpik də borcu yoxdur, hətta gələn ilin yanvar-fevralına da su pulunu ödəyiblər. Bəs hökumət İsveçrənin suyunu niyə kəsib? (Səfirlik ərazisi faktiki həmin dövlətə məxsus ərazi sayılır). Bəlkə isveçrəli deputat Qrossun heyfini çıxırlar? Məncə, səbəb prezidentlik müddəti haqda son dəyişikliklə bağlı ola bilər. İsveçrədə qanuna görə bir şəxs ancaq bir dəfə, cəmi bir illiyə prezident olur, bizdə isə ömürlüyü qanuniləşdirmək istəyirlər. İndiki halda İsveçrənin örnəyi çox pis görünür.Di get, sən də 1 ay çimməyəndən sonra prezidenti ömürlük seçmək istəyərsən. Qaşına-qaşına... Zamin HACI
44,960
25.12.2008 06:50
Gündəm
TÜRKİYƏDƏ İNDİ DƏ KÜRDLƏRDƏN DƏ ÜZR İSTƏMƏK ÇAĞIRIŞLARI EŞİDİLİR
“Erməni terorçularının qətl etdikləri türk diplomatlarından kim üzr istəyəcək? Bu təşəbbüsü türkün öz-özünü bıçaqlaması hesab edirəm. Bu, düşmən dəyirmanına su tökməkdir. Əgər soyqırımdan danışmaq lazım gəlsə, o zaman Xocalıda ermənilərin törətdikləri göz önünə gəlməlidir. Orada sözün əsl mənasında soyqırım törədilib, özü də bütün dünyanın gözü qarşısında”.Səyyad Aran onu da deyib ki, 1915-ci il hadisələrində ölən ermənilərin sayı on dəfələrlə şişirdilib. Onun sözlərinə görə, 1.5 milyon ermənidən bəhs edilir, ancaq 20-ci əsrin əvvəllərində Türkiyədə bu qədər erməninin yaşadığı təsdiq olunmur: “Əgər bu qədər erməni yaşayıbsa necə oldu ki, hamısı öldü? Bunlar şişirdilmiş rəqəmlərdir. Əgər üzr istəmək lazımdırsa, o zaman Türkiyənin müxtəlif bölgələrində üzə çıxarılmış kütləvi məzarlara görə kim üzr istəyəcək?”Qeyd edək ki, Türkiyənin bir çox kəsimlərindən ermənilərdən üzr istəyənlərə qarşı etirazlar eşidilir. Əksər hallarda bu etirazlarda ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər xatırladılır. Bu baxımdan kampaniyanın Azərbaycanın xeyrinə işlədiyini demək mümkündür. Son illər heç vaxt Türkiyə cəmiyyəti ermənilərin azərbaycanlılara qarşı işğal siyasətini və kütləvi qırğınları bu cür geniş şəkildə müzakirə edib pisləməmişdi. Xəbər verildiyi kimi, kampaniya siyasətdə də gərginliyə səbəb olub və CHP millət vəkili Canan Arıtman prezident Abdullah Gülü ermənilərdən üzr istəyənləri açıq şəkildə pisləmədiyinə görə “erməni əsilli” adlandırıb. Nəticədə Gül Arıtmanı məhkəməyə verib. CHP millət vəkilinin mövqeyini onun öz partiyası da dəstəkləmir. Dünən CHP-nin “ağsaqqalı”, partiyadan ən yaşlı millət vəkili Şükrü Elekdağ Gülün anasından Arıtmanın sözlərinə görə üzr istəyib. Televiziya kanallarından birində canlı yayımda çıxış edən Elekdağ deyib ki, ermənilərdən üzr istəmək kampaniyası ətrafında davam edən mübahisələrdə prezidentin anası incidilib: “Mən birisindən üzr istəyirəm. Bu, bir anadır, prezident Gülün anasıdır. Onun arxa planda bu mübahisələrdən məyus olduğunu bilirəm. Bütün bunlar məni narahat edir və ondan üzr istəyirəm”.Ermənilərdən üzr istəmək kampaniyası ətrafında mübahisələrin davam etdiyi bir vaxtda bu dəfə Türkiyənin kürdlərdən üzr istəməli olduğu haqda təkliflər eşidilir. Belə təklifə Türkiyə İqtisadi və Sosial Etütlər Dərnəyi TESEV kürd məsələsi ilə bağlı hazırladığı hesabatda yer verilib. Hesabatda deyilir ki, Türkiyə dövləti kürd xalqına üzr borcludur. Təşkilat bildirir ki, hesabat Türkiyənin cənub-şərqində fəaliyyət göstərən insan haqları təşkilatları, vətəndaş cəmiyyəti birlikləri və ekspertlərin rəyləri əsasında hazırlanıb. Hesabata görə, Türkiyə bu bölgədə problemin səbəblərini araşdırmalı, kürd xalqı ilə barışıq əldə edilməli və bunun üçün əvvəlcə dövlət kürdlərdən onların hüquqlarının pozulduğuna görə üzr istəməlidir. Hesabatda orta məktəb şagirdlərinin adından “türküm, doğruyum” ifadələrinin çıxarılması, PKK-çılar üçün aministiya verilməsi və digər məsələlər də əksini tapır.
44,961
25.12.2008 06:52
Gündəm
AZƏRBAYCAN RUSİYANIN QURDUĞU “QAZ OPEC”ində YER ALMADI
Moskva forumuna isə Rusiya sözügedən ölkələrdən əlavə, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Trinidad və Tobaqo, müşahidəçi statusunda Qazaxıstan və Ekvatorial Qvineyanı da cəlb edə bilib. Lakin Rusiyanın “Qaz OPEC”inə qoşulmağı təklif etdiyi Azərbaycan bu forumda yer almayıb. Rəsmi Bakıya foruma dəvət göndərilib-göndərilmədiyi haqda məlumat yoxdur, lakin belə ehtimal edilir ki, dəvət, hər halda, olub. Çünki Azərbaycan Xəzər regionunda böyük qaz ehtiyatlarına malik ölkələrdən biridir. Rusiya hazırda Azərbaycan qazının hansı istiqamətə ixrac ediləcəyini diqqətlə izləyir və digər tərəfdən, “Şahdəniz” yatağından hasil ediləcək qazın hamısını Avropa qiymətlərinə almağa hazırdır. Rəsmən isə Azərbaycan artıq bir ildir qaz ixrac edən ölkələr sırasındadır. Çünki Azərbaycan qazı Türkiyə, Gürcüstan və Yunanıstana satılır.Məlumatlara görə, Moskva forumunda “Qaz OPEC”inin nizamnamə və əsasnaməsi imzalanıb. Təşkilatın mənzil-qərargahının harada yerləşməsi məsələsi isə səsvermə ilə həll edilib. Toplantıya rəhbərlik edən baş nazir Vladimir Putin deyib ki, qərargahın Sankt-Peterburqda yerləşməsi üçün bütün şəraiti yaratmağa hazırdır. Lakin gizli səsvermə zamanı Sankt-Peterburq cəmi bir səslə Qətərin paytaxtı Dohaya uduzub. Rusiyanın energetika naziri Sergey Şmatko deyib ki, hələlik forum iştirakçıları OPEC kimi hasilatın həcminə dair kvota müəyyən etməyəcəklər, bununla belə, iştirakçılar investisiya proqramlarını əlaqələndirməyə çalışacaqlar. Moskva görüşündə dünya bazarlarında qazın qiymətinin müəyyən edilməsi mexanizminə təsir etmək qərarı olmayıb. Çünki indi qazın qiymətləri kifayət qədər yüksəkdir və yanacağı, bu növündə neft kimi kəskin ucuzlaşma müşahidə edilmir. Lakin Rusiya baş naziri Putin forumda deyib ki, heç kim qazın neft kimi ucuzlaşacağını gözləməsin. O, hasilatçı ölkələrin qazın “ədalətli qiymətininin” təmin olunması üçün səyləri əlaqələndirəcəyini bildirib.Ekspertlər isə qeyd edirlər ki, Moskva toplantısı ABŞ və Avropa Birliyinin qarşı çıxdığı ideyanın reallaşması istiqamətində mühüm addım olub. Bununla belə, “Qaz OPEC”inin işləməsi üçün azı 10 il tələb oluna bilər. Çünki qarşıdakı illərdə forum iştirakçıları öz aralarında texniki məsələləri həll etməklə məşğul olacaqlar. Digər tərəfdən, qazın da neft kimi kəskin ucuzlaşmasına mane olmaq üçün yeni qurumun əlində rıçağı yoxdur. Orada birləşən ölkələr OPEC kimi yığışıb qiymətlərin enməsinə mane olmaq üçün hasilatı azaltmaq haqda qərar verə bilməyəcəklər, çünki nizamnaməyə belə bəndin daxil edilməsi mümkün olmayıb. ABŞ və Avropa Birliyi hesab edir ki, qazın qiyməti bazar qanunları ilə müəyyən edilməlidir və ona hasilatçı ölkələrin kvotanı azaltmaq, yaxud artırmaqla müdaxiləsi düzgün deyil. Qərb hazırda Rusiyanın Avropa Birliyi ölkələrinə qazı həddən artıq baha satmasından narazıdır. Ona görə də Rusiyanın Avropa qaz bazarında inhisarçı mövqeyini zəiflətmək üçün “Nabukko” kimi alternativ layihələr üzərində iş gedir.Öz qazını həm “Nabukko” ilə nəql etmək, həm də Rusiyaya satmaq üçün danışıqlar aparan Azərbaycan isə “Qaz OPEC” indən kənarda durmaqla manevr imkanları əldə edir. Göründüyü kimi, enerjidaşıyıcılarının nəqlinin diversifikasiyasında maraqlı olan Qazaxıstan da “Qaz OPEC”inə tam dəstək verməyib, yalnız bu qurumda müşahidəçi kmi iştirak etməyə razılaşıb. Azərbaycanın “Qaz OPEC”inə daxil olması o demək olardı ki, Bakı dünyanın ən iri qaz ixracçısı olan Rusiya ilə öz siyasətini uzlaşdırmalıdır. Belə olan halda Azərbaycanın “Nabukko” layihəsinə qoşulması ən azından Rusiya tərəfindən başa düşülməzdi. Azərbaycanda isə hazırda hakimiyyətdəki şəxsin müddətsiz prezidentliyini təmin edən konstitusiya düzəlişlərinin təsdiqləndiyi bir vaxtda enerji məsələsində manevr etmək xüsusilə vacibdir. Belə görünür ki, uzun müddətli tərəddüdlərdən sonra Bakıdan “Nabukko” layihəsinə qoşulmaqla bağlı Qərbə müsbət siqnallar göndərilir. “Nabukko” layihəsinin icraçı direktoru Reyhnard Mitçek bəyan edib ki, Azərbaycan qazının bu kəmərlə nəql edilməsi məsələsi həll edilmək üzrədir. Onun sözlərinə görə, Azərbaycan hələlik “Nabukko” üçün yeganə qaz təminatçısı olacaq. Sonrakı mərhələdə Türkmənistan, İran və İraq qazının da bu kəmərə vurulması nəzərdən keçirilir.
44,962
25.12.2008 06:50
Yazarlar
KÖHNƏ HAMAM
Bununla da hələ ötən ilin ortalarından ortaya atılmış “ömürlük prezident” ideyası yenidən aktuallaşdı. Proqnozlar belə idi ki, bu məsələ hələ bir müddət müzakirə olunacaq, hakimiyyət cəmiyyətin reaksiyasını öyrənəcək, konstitusiya dəyişikliyini həyata keçirmək üçün ictimai rəyi buna hazırlayacaq, islahat görüntüsü altında hansısa addımlar atacaq və s. Yəni bütün bunlardan sonra məsələnin ciddi şəkildə gündəmə gətiriləcəyi gözlənilirdi. Amma təxminlərin heç biri özünü doğrultmadı. Hakimiyyət tez-tələsik konstitusiya dəyişikliyini həyata keçirmək niyyətindədir və bunun üçün artıq iki mərhələ keçilib. Parlamentin baxılmaq üçün Konstitusiya Məhkəməsinə göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında” referendum aktına artıq müsbət rəy verilib. Qanunla iki ay sonra Azərbaycanda referendum keçirilə bilər. Heç şübhəsiz, bu məsələ sabah parlamentdə müzakirə olunarkən deputatlar da referendum aktına “hə” deyəcəklər. Bundan sonra yenə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov başının dəstəsi ilə meydana çıxacaq. Yenə seçici siyahılarından, seçki qutularından, seçki məntəqələrindən, barmaqlara vurulan mürəkkəblərdən danışacaq, MSK-nın dünyada analoqu olmayan referendum keçirəcəyini deyəcək.Müxalifət toplantılar keçirəcək, bəyanatlar verəcək, xalqı bu referendumda iştirak etməməyə, yaxud iştirak edərək konstitusiya dəiyşikliklərinin əleyhinə səs verməyə çağıracaq. Beynəlxalq təşkilatlar Bakıya nümayəndələr göndərəcək, onlar hakimiyyətlə, müxalifətlə danışıqlar aparacaq, iqtidarı referendumu şəffaf keçirməyə çağıracaqlar, müşahidəçilər gələcək, referendumu izləyib gedib hərəsi bir hesabat hazırlayacaq. Referendumun beynəlxalq standartlara uyğun keçirilmədiyi qeyd ediləcək, amma hakimiyyətə “gözün üstdə qaşın var” deyən də olmayacaq. Yəni dəyirman və çaxçax məsələsi.Əslində növbəti konstitusiya dəyişiklikləri Azərbaycanda heç nəyi dəyişməyəcək. Ən azından yaxın 5 ildə bu dəyişikliklərin ölkə həyatında hər hansı rolu olmayacaq. O başqa söhbət ki, bu dəyişikliklə İlham Əliyev hakim komandaya iqtidarın 2013-cü ilin seçkilərinə yenə onun namizədliyi ilə gedəcəyi barədə mesaj vermiş olacaq və bəzi məmurlar bir qədər rahatlanacaqlar. Hələ növbəti prezident seçkilərinə 5 il var və ona kimi nələrin baş verəcəyini, kimin harda olacağını, dünyada hansı proseslərin gedəcəyini bilmək olmaz. Kimlərsə hansısa təklifi irəli sürə bilər, konstitusiya Məhkəməsi də onu alqışlaya bilər; Məzahir Pənahovun referendum keçirərək Konstitusiyanı dəyişməsi də mümkündür və belə də olacaq. Amma heç də hər şey adamların, özü də bu hakimiyyətdəkilərin əlində deyil. YAP-çılar çox şey edə, deyə bilərlər, amma hər şey edə bilməzlər və bilməyəcəklər də. Bu mərhələ də pis-yaxşı gəlib keçəcək və əslində heç nə dəyişməyəcək, arada referenduma ayrılmış milyonlarla manat it-bata düşəcək. Zabil MÜQABİLOĞLU
44,963
25.12.2008 06:53
Ölkə
BAKI NİYƏ CASUSLARIN MƏRKƏZİNƏ DÖNÜB?
Rusiyalı müxbirin yazdığına görə, Ç.Abdullayevlə görüşdə yazıçı ona aşağıdakıları deyib: “Abdullayev mənə dedi ki, Bakı indi casuslar oylağına çevrilib. Bu şəhərdə eyni zamanda dünyanın əksər dövlətlərinin kəşfiyyat qurumları işləyir - ruslar, yəhudilər, iranlılar, türklər, ingilislər, amerikalılar. Çünki bu ölkələrin hamısının Azərbaycan neftində maraqları var”.Bəs görəsən, bu qədər fövqəldövlətin xüsusi xidmət orqanlarının Bakıda “qaynaşması”nın səbəbi nədir? Niyə məhz Bakı seçilib?“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq MTN zabiti Ərəstun Oruclu məsələyə ikili yanaşdı. Onun dediyinə görə, D.Aslamova hələ ORT telekanalında işləyərkən Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib: “O, Qarabağ münaqişəsi ilə bağlı reportajlarında həmişə ermənipərəst mövqe tutub. Bu, məsələnin bir tərəfi. İkinci tərəfi isə odur ki, Bakıda müxtəlif ölkələrin geniş casus şəbəkəsinin olduğunu etiraf etmək lazımdır. Əslində bütün dünya praktikasında belə bir hal var ki, bu və ya digər ölkə öz xüsusi xidmət orqanlarının əmkdaşlarını müxtəlif diplomatik korpuslar, şirkətlər vasitəsilə maraqları olan ölkələrə yerləşdirir. ”Niyə məhz Bakı mərkəz seçilib" sualına isə belə cavab verərdim ki, burada ən başlıca amil neftlə bağlıdır. İkinci tərfdən, bu gün Azərbaycan da daxil olmaqla, Cənubi Qafqazda gedən geopolitik proseslər əksər fövqəlgüclərin diqqət mərkəzindədir. Balkanlarda demək olar ki, hər şey həll olunub. İndi növbə Qafqazlarındır. Bizim regiondan sonra növbə Yaxın Şərqə çatır. Bir sözlə, Qafqazlar, xüsusən də Azərbaycan Yaxın Şərqə doğru bir növ platsdarm rolunu oynayır. İndi burada gedən geosiyasi mübarizədə casus şəbəkəsinin fəaliyyət göstərməsini də təsadüfi saymaq olmaz".Keçmiş MTN zabiti, istefada olan polkovnik-leytenant İlham İsmayıl da Bakıda belə geniş casus şəbəkəsinin fəaliyyətini neft amili ilə izah edir: “Harada neft varsa, orada çoxşaxəli casus şəbəkəsinin olması təbiidir. Əslində bu və ya digər ölkə casus şəbəkəsini əsasən dəqiq informasiya əldə etmək üçün formalaşdırır. Bu şəbəkə Azərbaycanda gedən geosiyasi proseslər, habelə ölkədaxili siyasi gəlişmələr barədə informasiyalar yığır və öz ölkəsinə ötürür. İnformasiya toplanmasında əsasən QHT-lərin, mətbuatın, habelə Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatların köməyindən istifadə edilir. Məncə, Bakıda fəaliyyət göstərən bu və ya digər ölkələrin casus şəbəkələri ölkəmizdə hansısa təxribat və diversiya törətməkdən çox bacardıqca daha çox informasiya əldə etməklə məşğuldur”.
44,964
25.12.2008 06:15
Ölkə
RƏHİM QAZIYEV NİZAMİ SÜLEYMANOVUN İXTİRASINA KÖLGƏ ATDI
R.Qazıyev maşınlar üçün 20-30 faiz yanacağa qənaət edən və bioenerji yaradan elementin alıcılara təqdim olunmasını “şeyxnəsrullahlıq” kimi qiymətləndirib: “Əgər 20-30 faiz yanacağa qənaət edən, yəni 100 kilometrdə 2-3 litr az benzin işlədən hər hansı qurğu istehsal olunarsa, dünya bazarında buna növbəyə dayanarlar”.Sabiq müdafiə naziri bu qurğunu alıb bir həftə işlətdiyini söyləyib: “Bakıdan İsmayıllı yolu ilə Oğuza 257-258 kilometrdir, mənim maşınım həmin yola 22-23 litr benzin işlədir. Həmin qurğunu qoyandan sonra 5 litr artıq işlətdi. Bundan sonra qurğunu qaytardım və baş verənləri Nizami Süleymanova danışdım. Dedi ki, səndən pul almamaqla bağlı tapşırıq vermişəm. Bildirdim ki, pul məsələsi deyil, camaatı aldatmayın”.R.Qazıyevin dedikləri ilə əlaqədar N.Süleymanova müraciət etdik. Akademik eks-nazirin aldığı qurğunu qaytardığını təsdiqlədi: “Əvvəla, bu qurğudan artıq 300-ə qədər satılıb, onların da cəmi 5-6-sı maşınlarda alınmayıb. Bu da avtomobillərin texniki nasazlığından irəli gələn amillərlə bağlıdır. Bizimçün əhəmiyyətlisi odur ki, ilk alıcılarımız bu qurğunu birləşdirəndən sonra onların yaxın ətrafında olan şəxslər də bizə müraciət edib bu qurğunun alıcısına çevrildilər. Bu, bizi çox sevindirir. Heç kəs bir qəpiyini başqasına havayı verməz”.N.Süleymanov hazırda xaricdən də sifariş aldıqlarını söylədi: “Artıq bu qurğunun ikinci modeli də hazırlanıb. Bunun yüksək ekoloji göstəricilərinin effektini nəzərə alaraq ABŞ-da, Avropa ölkələrində, Türkiyədə, İranda, Rusiyada geniş yoxlama-sınaq işləri uğurla başa çatıb. Yeni ilin birinci rübü ərzində nəinki fərdi alıcılar, hətta avtomobil zavodları da istehsal zamanı bu qurğudan öz avtomobillərinə quraşdıracaqlar”.Akademik sabiq nazirin tənqidi fikirlər söylərkən haqlı olmadığını vurğuladı: “Dünyada elə məhsul yoxdur ki, o məhsul yüzdə-yüz faiz hər halı təmin etmiş olsun. Hətta ABŞ-da analoji məqsədlə buraxılan ”MPÇ-CAP" maddəsi eyni məqsədlə nəzərdə tutulsa da, tələbat qoyurlar ki, bu növ materiallar yalnız yeni, yəni texniki cəhətdən tam saz və köhnə olmayan avtomobillərdə tətbiq olunsun. Rəhim Qazıyevə məsləhət görərdim ki, əvvəlcə öz maşınının texniki qüsurlarını aradan qaldırsın".N.Süleymanov keçmiş nazirin qurğuya şübhə ilə yanaşmasına belə reaksiya verdi: “İnşallah, zaman gələcək, bu malın da növbəsinə dayanacaqlar. Ancaq bunun üçün onu tanıtmaq lazımdır. İşi 2009-cu ildə tam başa çatdıracağıq. Qurğuya rəsmi qurumlar tərəfindən də müsbət rəy verilib. Müsbət nəticələr alındığından məhsula uyğunluq sertifikatı və digər rəsmi sənədlər də verilib”.
44,965
25.12.2008 06:15
Ölkə
TƏRTƏRİN İCRA BAŞÇISINDAN 1 MİLYON MANAT TƏLƏB OLUNUR
Ötən sayımızda da yazmışdıq ki, icra başçısı qaz problemini həll etmək əvəzinə, Evoğlu kəndinə sovet dönəmində çəkilmiş qaz xəttini sökərək satdırıb. Redaksiyamıza müraciət edən şikayətçilər Evoğlu kənd orta məktəbinin tikintisi üçün büdcədən 44 min manat vəsait ayrıldığını bildirir. Onların sözlərinə görə, məktəbin təmiri icra başçısınına yaxın olan təşkilat tərəfindən həyata keçirilib. Yevlaxdan (xatırladaq ki, V.İsayev bir müddət Yevlağın icra başçısının müavini olub-müəl.) gələn briqada isə məktəbi təmir etmək əvəzinə bu vəsaiti mənimsəyib: məktəbin təmiri 2 plastik qapının quraşdırılması və binanın dam örtüyünə 900 ədəd şifer vurmaqla “yekunlaşıb”. Sakinlərin sözlərinə görə, bu işlər üçün 5800 manat xərclənib. Yerdə qalan 38 min manat isə icra başçısı tərəfindən mənimsənib.Evoğlu kəndinə çəkilən asfalt yolun taleyi də müəmmalıdır. Belə ki, kəndin 4450 metrlik yolunun yalnız 450 metri asfaltlaşdırılıb. Rəsmi sənədlərdə isə yolun tamamilə asfaltlaşdırıldığı göstərilib.Evoğlular içməli və suvarma suyuna həsrət qaldıqlarını söyləyir. Onların sözlərinə görə, kəndlərinə Tərtərçaydan su gəlmir. Kəndin suya olan tələbatını artezian quyuları ödəyir. Yayda isə artezianlara elektrik enerjisi verilmir. Bu da öz növbəsində həm içməli su problemi yaradır, həm də kənd təsərrüfatına zərər vurur.Evoğluları təhsil sahəsində də vəziyyətin ağır olduğunu söyləyir. Onların sözlərinə görə, rayon təhsil şöbəsinin müdri A.Qarayev 1-ci sinif şagirdlərinə verilməli olan məktəbli çantalarını pulla satdırıb. Bundan əlavə, Yevlax tikiş fabrikində istehsal olunan məktəbli formaları şagirdlərə dəyərindən 3 dəfə baha - 50-60 manata satılıb. Şikayətdə göstərilir ki, təhsil şöbəsinin müdiri kənd müəllimlərindən hər ay müxtəlif bəhanələrlə pul yığır.Evoğlu sakinləri icra başçısını fermerlərə çatası pulları da mənimsəməkdə ittiham edir. Şikayətçilərin bildirdiyinə görə, dövlət fermerlərə toxumluq buğda, mineral gübrə almaq üçün kompensasiya verir. 1 hektar torpağın becərilməsi üçün 40 manat yanacaq pulu ayrılıb. Bu vəsait fermerlərin hesabına köçürülür. Lakin fermerlərə verilməli olan plastik kartlar bələdiyyə sədrlərinə verilir. Bələdiyyə sədrləri isə icra başçısının göstərişinə əsasən fermerlərin vəsaitini bankomatlardan çıxarır. Həmin vəsait icra başçısına çatır.İcra başçısı bələdiyyələrin inkişafı üçün ayrılmış dövlət vəsaitinə də əl qoyub. Şikayətçilərin sözlərinə görə, V.İsayev həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri bələdiyyələri “hədələmə” iclasları keçirir və sözə baxmayan bələdiyyə sədrləri cəzalandırılır. V.İsayev bələdiyyələri qorxu altında saxlamaq üçün 12 nəfərdən ibarət komissiya yaradıb. Qeyri-qanuni olan komissiya icra başçısının tapşırıqlarına əməl etməyən bələdiyyə sədrlərinin işlərini yoxlayır.Evoğlu sakinləri V.İsayevin vəzifədə olduğu müddətdə bir dəfə də kəndə gəlmədiyini deyir. Onlar yazır ki, icra başçısının kənddən oğurladağı boruların, təmir pullarının, asfalt yol üçün ayrılmış vəsaitin ümumi məbləği 1 milyon manatı keçib. Onlar həmin pulu V.İsayevdən tələb edir. Hətta bu haqda dövlət başçısına da müraciət ünvanlayıblar.
44,966
25.12.2008 06:10
Gündəm
BÖHRAN AZƏRBAYCANLILARI RUSİYADAN GERİ QOVUR
Bu barədə qəzetimizə Moskvadakı mənbəmiz xəbər verib. Qaynağımızın dediyinə görə, Moskva-Bakı qatarının Bakıya doğru hərəkət etdiyi Paveletsk dəmiryol vağzalının gözləmə zalı həmyerlilərimiz, həmçinin Dağıstan vətəndaşları ilə doludur: “Bu vağzaldan həm Bakıya, həm də Həştərxan və Rusiyanın digər cənub rayonlarına qatarlar hərəkət edir. İş o yerə çatıb ki, Bakıya gedən qatarların platskart vaqonlarının üçüncü yarusları da dolu olur. Vağzalın bütün kassalarının pəncərələrində isə biletin olmadığı barədə elan asılıb. Amma yerli dəllallardan,- onların çoxu isə azərbaycanlılardır,- nominal qiymətindən üç dəfə artığını ödəməklə bilet tapmaq mümkündür”.Məlumata görə, gələn il Rusiya miqrantlara tətbiq etdiyi kvotaları 50 faiz azaldacaq. Baş nazir Vladimir Putin bir qədər əvvəlki çıxışında bildirib ki, əmək bazarındakı çox mürəkkəb situasiyanı nəzərə alsaq, miqrant kvotaları ilə bağlı müraciətlərin minimum 50 faiz aşağı salınmasını məntiqi hesab edir.Moskvadakı “Antonov i partnyorı” hüquq şirkətinin vəkili Aydın Qurbanov isə Rusiya mətbuatına açıqlamasında bildirib ki, miqrant kvotalarının azaldılması daha çox Rusiyaya yeni yollanan, yaxud da bu fikirdə olan Azərbaycan vətəndaşlarına təsir edəcək. Miqrant kvotalarının azaldılması ilə bağlı prosesin necə gedəcəyi də dəqiq məlum deyil.Bu arada o da məlum olub ki, artıq iki həftədir Oryol və Yekaterinburq şəhərlərində 120 azərbaycanlı və təxminən o qədər də Orta Asiya ölkələrindən gəlmiş miqrant etiraz aksiyası keçirir. Yekaterinburqun mərkəzində tikintisi yarımçıq qalmış 17 mərtəbəli yaşayış binasının qarşısına toplaşmış 254 tacik fəhləyə qoşulan 86 azərbaycanlı üç aydan bəri ala bilmədikləri maaşı tələb edir. Oryolda isə “Domik v derevne” şirkətində çalışaraq şəhər kənarında kottec və malikanələrin inşasında işləmiş 46 azərbaycanlı dörd aylıq maaş borclarının tam ödənməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyincə şirkətin ofisinin qarşısından çəkilməyəcəklərini bildirib.
44,967
25.12.2008 06:58
Ölkə
PARTLAYIŞDA VƏHHABİ İZİ DƏ ARAŞDIRILIR
Belə ki, şübhəli şəxs qismində həbs edilən Elman Niftəliyevin bacısı mətbuata açıqlamasında partlayış baş verən blokun mənzillərindən birində vəhhabilərin yaşadığını, hadisə gününün axşamı isə onların mənzillərini tərk edərək naməlum istiqamətə getdiklərini deyib. Həbs edilənlərin yaxınları bu barədə istintaqı aparan müstəntiqə də məlumat veriblər. Əldə etdiyimiz məlumata görə, hazırda istintaq bütün versiyaları araşdırır. Məsələ ilə bağlı həbs edilənlərin hüquqlarını müdafiə edən, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla əlaqə saxladıq. Onun dediyinə görə, həqiqətən saxlanılan fəhlələr Elman Niftəliyevə, Samir Kərimov və Pərviz Zülfüqarova 24-cü polis bölməsində işgəncə verilib: “Artıq bununla bağlı daxili işlər naziri Ramil Usubova məlumat verilib. Elman Niftəliyev isə hazırda 1 saylı Bayıl təcridxanasında saxlanılır və bu gün (dünən - red.) onunla görüşməliyəm”. İstintaqın gedişinə müdaxilə etmək istəmədiyini söyləyən hüquq müdafiəçisi ifadələrin təzyiq altında alındığını da söylədi: “Açığı, hadisənin kimlər tərəfindən törədildiyini araşdırmaq niyyətində deyiləm. Amma onu bilirəm ki, şübhəli şəxs qismində saxlanılmış şəxslərə dəhşətli işgəncələr verilib”. Qey edək ki, bizimlə söhbətində sakinlər də binada vəhhabilərin kirayə qaldıqlarını təsdiqlədilər. Ancaq onlar həmin şəxslərin hadisəni törədəcəklərinə inanmadıqlarını dedilər: “Partlayışın qazdan baş verdiyi istintaq yolu ilə təsdiqlənib. Amma onun mənzillərin birində və ya blokda baş verməsi hələ dəqiqləşdirilməyib”.
44,968
25.12.2008 06:58
Gündəm
ASALA TERRORU TÜRKİYƏDƏ NƏ TEZ UNUDULDU?
Lakin belə görünür ki, kampaniyanı başladanlar və ona dəstək verənlər ermənilərin bu əməllərini görmək istəmir. Mövzuya marağı nəzərə alaraq ASALA erməni terror təşkilatı və onun Türkiyə diplomatlarına qarşı təşkil etdiyi sui-qəsdlərin, 10 ilə yaxın müddət ərzində davam edən terror hücumlarının xronikasını çatdırmağı qərara aldıq.1973-cü ildə başlayan erməni terror hücumları 1984-cü ilədək davam edib və bu müddət ərzində 41 türk diplomatı, iş adamı və vətəndaşı qətlə yetirilib. Qeyd edək ki, Türkiyədən başqa heç bir ölkə bu qədər diplomatını terror hücumlarında itirməyib. *** Öz sıralarında bir çox ölkələrdən olan radikal millətçi erməniləri birləşdirən və erməni diasporunun maliyyələşdirdiyi ASALA erməni terror təşkilatının ilk hücumları 1973-cü ildə başlayıb. Həmin il Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və konsul Bahadır Dəmir 78 yaşlı Amerika vətəndaşı, erməni Qurgen Yanikyan tərəfindən qətlə yetirilib. Yanikyan qətli həyata keçirmək üçün ermənilərə xas hiyləgərlik göstərib. O, konsulluğun qarşısına gedərək əlində Sultan Əbdülhəmidə aid tablo olduğunu və bunu Türkiyəyə hədiyyə etmək istədiyini bildirib.Erməni terrorçusunun sözlərinə inanan türk diplomatları onunla görüşmək üçün “Baltimor hotel”ə gediblər. Yanikyan onları qarşılayaraq yaxın məsafədən atəş açıb və hər iki diplomatı öldürüb. Hadisədən sonra həbs edilən və ömürlük həbs cəzası alan Yanikyan 1984-cü ildə əfv olunaraq azadlığa çıxıb. Qısa müddətdən sonra isə ölüb. Bu hadisə zamanı bəlkə də çoxları ASALA-nın türk diplomatlarını hədəfə almaq planlarından xəbərdar deyildi və Yanikyanın əməlini təsadüf hesab edirdilər. Lakin ardınca erməni terrorçularının digər ölkələrdə də türk diplomatlarına qarşı terror hücumları başladı. *** İki il sonra - 1975-ci ildə Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil səfirliyin binasına hücum edən 3 erməni terrorçusu tərəfindən öldürülüb. Səfirliyin Vyanadakı binasına hücum edən avtomatla silahlanmış ermənilər mühafizəçiləri zərərsizləşdirəndən sonra içəri daxil olublar və səfirin kabinetinə giriblər. Onlardan biri D.Tunalıgildən “siz səfirsinizmi” deyə soruşub və “hə” cavabı alan kimi ona atəş açıb. D.Tunalıgil hadisə yerindəcə keçinib. Terrorçular binanı tərk edərək onları gözləyən maşınla qaçıblar. Elə həmin il Türk Hava Yollarının Beyrutdakı ofisi partladılıb. Hadisəyə görə məsuliyyəti ASALA-nın qruplarından biri üzərinə götürüb. Hadisə yerinə qoyulan məktubda göstərilib ki, bu aksiya başlanğıcdır. *** Yenə də 1975-ci ilin oktyabrında Türkiyənin Fransadakı səfiri İsmayıl Eres erməni terrorçularının hücumuna məruz qalıb. Səfirin maşını Parisin mərkəzi küçələrinin birində, Sena çayı üzərindən keçən körpüdə pusquya salınıb. Erməni terrorçuları onun maşınına avtomatdan atəş açıblar, nəticədə İ.Eres və onun sürücüsü Talip Yener hadisə yerində həlak olub. Terror hücumunu “Erməni soyqırımı ədalət kommandosları” adlı qruplaşma öz üzərinə götürüb. Bu qruplaşmanın ASALA-nın bir qolu olduğu müəyyənləşib. *** 1976-cı ilin fevralında Türkiyənin Livandakı səfiri Oktar Cirit erməni terrorunun növbəti qurbanı olub. O, Beyrutda keçirilən toplantıların birində iştirak edərkən zalda əvvəlcədən yerləşmiş erməni terrorçusu diplomata yaxın məsafədən atəş açıb. Hücumu ASALA öz üzərinə götürüb. O vaxta qədər ayrı-ayrı erməni terror qruplaşmaları şəklində fəaliyyət göstərən terrorçular özlərini bu hücumla ilk dəfə ASALA kimi təqdim ediblər. *** 1977-ci ilin iyununda Türkiyənin Vatikandakı səfiri Taha Carım səfirliyin iqamətgahı önündə iki terrorçunun hücumuna məruz qalıb. Terrorçular səfirə yaxın məsafədən atəş açaraq onu öldürüblər. Hücumu bu dəfə “Erməni soyqırımı ədalət komandosları” qruplaşması öz üzərinə götürüb. *** 1978-ci ildə erməni terrorçularının türk diplomatlarına qarşı növbəti hücumu İspaniyanın paytaxtı Madriddə qeydə alınıb. Səfir Zeki Kuneralpın xidməti maşını 3 silahlı erməni terrorçusunun hücumuna məruz qalıb və avtomobildə olan səfir, habelə onun xanımı Necla və istefada olan diplomat Beşir Balcıoğlu hadisə yerində həlak olublar. Bu hücumda ilk dəfə türk olmayan xarici vətəndaş da erməni terroruna qurban gedib. Belə ki, səfirin ispan sürücüsü də həlak olub. Hücuma görə məsuliyyəti bu dəfə də “Erməni soyqırımı ədalət komandosları” öz üzərinə götürüb. *** 1979-cu ildə Hollandiyanın Haaqa şəhərində Türkiyənin səfiri Özdemir Benler və onun oğlu Ahmet Benler ermənilərin silahlı hücumu nəticəsində öldürülüb. Hadisəyə görə məsuliyyəti yenə də “Erməni soyqırımı ədalət komandosları” öz üzərinə götürüb. *** Avropada getdikcə artan erməni terror hücumları 1979-cu ilin dekabrında özünü yenidən Fransada büruzə verib. Türkiyə səfirliyinin turizm müşaviri Yılmaz Çolpan erməni terrorçusunun hücumu nəticəsində həlak olub. Hadisədən sonra xəbər agentliklərinə zəng vuran şəxs özünü “Erməni soyqırımı ədalət komandosları” qruplaşmasının üzvü kimi təqdim edib və Türkiyədən qisas almaq üçün bu ölkənin diplomatlarını öldürdüklərini bildirib. *** 1980-ci ilin yayında Türkiyənin Yunanıstandakı diplomatik missiyasının əməkdaşları hücuma məruz qalıb. Afinadakı türk səfirliyinin attaşesi Qalip Özmen və onun 14 yaşlı qızı erməni terrorçusunun silahlı hücumu nəticəsində öldürülüb. Diplomatın xanımı və oğlu isə yaralanıb. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb. *** Həmin ilin dekabrında erməni terrorçuları Avstraliyada da zühur ediblər. Türkiyənin Sidneydəki baş konsulu Şarık Arıyak və mühafizəçisi Engin Sever yenə eyni üsulla - silahlı hücuma məruz qalaraq öldürülüb. 1980-ci ildə ermənilərin türk diplomatlarına hücumları bununla bitmir. Həmin il Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmen paytaxt Berndə məruz qaldığı silahlı hücumdan sağ qurtula bilib. Vatikandakı türk səfiri Vecdi Türelin xidməti avtomobilinə atəş açılıb, o və mühafizəçisi yaralanıb. *** 1981-ci ilin martında erməni terrorçuları yenidən Türkiyənin Fransadakı diplomatik missiyasına qarşı terror təşkil edib. Səfirliyin attaşesi Reşat Moralı və din işləri üzrə müşavir Tecelli Arı 2 erməni terrorçusunun hücumuna məruz qalıb. R.Moralı hadisə yerində, T.Arı isə xəstəxanada ölüb. Türkiyə bu hadisədən sonra diplomatlarının təhlükəsizliyini təmin etmədiyi üçün Fransaya nota verib. Həmin ilin iyununda Türkiyənin Cenevrədəki baş konsulluğunun əməkdaşı Savaş Yergüz də konsulluqdan çıxıb evinə gedərkən silahlı ermənilər tərəfindən öldürülüb. ASALA bu hücuma görə məsuliyyəti üzərinə götürüb, hücumu həyata keçirən livanlı ermənini həbs etmək mümkün olub. *** Türk diplomatlarına daha çox Fransada meydan oxuyan erməni terrorçuları 1981-ci ilin sentyabrında Türkiyənin Parisdəki baş konsulluğuna yenidən hücum edib. Binaya daxil olan 4 erməni 56 türk diplomatını və konsulluq əməkdaşlarını girov götürüb, hücum zamanı konsulluğun mühafizəçisi öldürülüb. 15 saatlıq aksiyadan sonra terrorçular polisə təslim olub. ASALA hücuma görə məsuliyyəti üzərinə götürüb, həbs edilən terrorçulara isə sonradan yüngül cəzalar verilib, nəticədə Türkiyə-Fransa münasibətləri gərginləşib. Həmin il ermənilər Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demiri də yaralayıb. Sentyabrda isə Türkiyənin İtaliyadakı səfirliyinin II katibi Roma küçələrində silahlı hücuma məruz qalaraq yaralanıb. *** 1982-ci ilin yanvarında ABŞ-ın Los-Anceles şəhərində yenidən erməni terror aksiyası qeydə alınıb. Bu dəfə də Türkiyənin baş konsulu öldürülüb. Kamal Arıkanı qətlə yetirən erməni terrorçusu həbs edilib və ömürlük həbsə məhkum edilib. ABŞ-da fəallaşan ermənilər həmin ilin mayında Boston şəhərindəki Türkiyə fəxri baş konsulu Orhan Gündüzü qətlə yetirib. İyun ayında isə Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbay öz maşınında silahlı hücuma məruz qalaraq öldürülüb. Onun hadisə zamanı yaralanan xanımı da bir müddət sonra keçinib. *** 1982-ci ilin avqustunda Türkiyənin Kanadadakı səfirliyinin attaşesi Atilla Altıkat erməni terrorunun qurbanı olub. Sentyabrda Bolqarıstanın Burgaz şəhərindəki türk baş konsulu Bora Suelkan öldürülüb. Həmin il həmçinin Türkiyənin Kanadadakı səfirliyinin müşaviri, Rotterdamdakı (Hollandiya) baş konsulu da yaralanıb. Avqustda isə ASALA terrorçuları Ankaranın Esenboğa hava limanına silahlı basqın həyata keçirərək 8 nəfərin ölümünə, 72 nəfərin yaralanmasına səbəb olublar. Bu, ermənilərin Türkiyədəki ilk terror aksiyası olub. *** 1983-cü ilin martında Türkiyənin keçmiş Yuqoslaviyadakı səfiri Qalip Balkar 2 erməni tərəfindən hücuma məruz qalıb, nəticədə diplomat ağır yaralanıb və iki gün sonra ölüb. Hücumu həyata keçirən terrorçular həsb edilib. Həmin ilin iyununda Türkiyənin Belçikadakı səfirliyinin attaşesi Dursun Aksoy öldürülüb. Bir neçə gün sonra Lissabondakı türk səfirliyi erməni terrorçuları tərəfindən tutulub və içəridəkilər girov götürülüb. Hücum zamanı səfirliyin müşavirinin həyat yoldaşı həlak olub. Portuqaliya polisi həyata keçirdiyi əməliyyat zamanı girovları azad edib, bu zaman 5 terrorçu öldürülüb. Ermənilər isə ölkənin baş nazirini ölümlə təhdid edərək ondan qisas alacaqlarını bildiriblər. *** 1984-cü ildə Türkiyənin İrandakı səfirliyinin katibinin əri ASALA tərəfindən öldürülüb. Həmin ilin iyununda Vyanadakı türk səfirliyinin attaşesi Ərdoğan Özənin avtomobilinə bomba yerləşdirilib və diplomat öldürülüb. Oktyabrda isə yenidən Avstriyadakı türk səfirliyinin əməkdaşı terrora məruz qalıb. Həmin il ermənilər Tehrandakı türk diplomatlarına qarşı daha iki hücum həyata keçiriblər.Nəhayət, 1984-cü ildən ASALA türk diplomatlarına qarşı hücumları dayandırıb və terror təşkilatı öz fəaliyyətini dondurub. Təbii ki, ermənilər bunu könüllü etməyiblər, Türkiyə xüsusi xidmət orqanlarının və millətçilərin apardığı gizli əməliyyatlar erməniləri geri çəkilməyə məcbur edib.
44,969
25.12.2008 06:02
İqtisadiyyat
NEFT FONDUNUN VƏSAİTLƏRİ 2015-ci İLDƏ SIFIRLANA BİLƏR
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, büdcənin 70 faizinin yalnız bir sektorun payına düşməsi heç də uğurlu hal deyil: “Bu, yalnız bizdə deyil, Qazaxıstan və Rusiya kimi ölkələrdə də mövcuddur. Sözügedən ölkələrin büdcə strukturunda təbii ehtiyatlar sektorunun payı yüksəkdir. Müqayisə üçün bildirim ki, Rusiyada büdcə strukturunda təbii ehtiyatların payının çox olmasına baxmayaraq, Maliyyə Nazirliyi tərəfindən büdcə gəlirlərinə bir sıra yumşaq limitlər tətbiq olunur. Rusiyada gəlirlərin formalaşması müəyyən mənada sığortalanıb. Yaxşı olardı ki, ölkəmizdə də büdcə gəlirlərinin artımı ilə bağlı bir sıra limitlər formalaşsın”. Büdcənin neftdən asılılığının önümüzdəki illərdə də davam edəcəyini söyləyən ekspert bildirdi ki, Azərbaycanda neft bumunun həmin vaxtlarda da müşahidə olunacağı gözlənilir: “Yaxın 5 il ərzində dövlət büdcəsinin neftdən asılılığını aradan qaldırmaq mümkün olmayacaq. Ölkəmizdə hazırda birmənalı şəkildə ”Holland sindromu"nun müşahidə olunduğunu demək olmaz. Neftdən asılılığın neqativ, yaxud pozitiv nəticələrinə gəldikdə, bunu yalnız ölkədə aparılan iqtisadi siyasət müəyyənləşdirə bilər. Bildiyiniz kimi, qeyri-neft sektorunun büdcədəki payı az olaraq qalır. Problemin aradan qaldırılması üçün həll yolu qeyr-neft sektorunun inkişaf etdirilməsidir. Bunu iqtisadi mühitin yaxşılaşdırılması, yaxud dolayısı yolla islahatların aparılması ilə deyil, neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ilə yerinə yetirmək lazımdır. Lakin sözügedən sektorun inkişafını dolayı tədbirlərlə yox, neft gəlirləri hesabına inkişaf etdirməyi əlverişli variant hesab edirəm". Ekspert İlham Hüseynli büdcənin neftdən asılılığı məsələsinə toxunaraq dedi ki, hazırda müşahidə olunan bu asılılıq müəyyən qədər təhlükəlidir: “Biz istərdik ki, qeyri-neft sektorunda da inkişaf getsin və büdcənin formalaşmasında bu sahənin rolu kifayət qədər olsun. Müqayisə üçün bildirim ki, Nigeriyada aqrar sektorun 20-30 faiz payı var. Büdcənin bu şəkildə qurulması, məncə, düzgün deyil. Xatırladım ki, ölkəmiz aqrar sahədə daim uğurlar əldə edib. Əhalinin böyük qismi bu sektorda çalışıb. Lakin aqrar sektor büdcədə yetərincə çəkiyə malik deyil. Halbuki neft sektorunun payının çox olduğu halda bu sahədə çalışan əhalinin çəkisi çox deyil”. Onun sözlərinə görə, 2008-ci il büdcəsində əksini tapmış tendensiayaların əksəriyyəti növbəti ilin büdcəsində də eyni ilə təkrar olunur: “Təklif edirəm ki, dövlət büdcəsinin formalaşmasında bütün sektorların çəkisi artırılsın”. Bakı Beynəlxalq Eko-Energetika Akademiyasının müşaviri Şamil Mövsümov bu gün bütün dünya iqtisadiyyatında böhran müşahidə olunduğunu bildirərək, konkret fikir söyləməyin çətinliyindən danışdı: “OPEK neft istehsalını azaltmaq barədə qərar qəbul edib. Düşünürəm ki, sözügedən məsələ ilə bağlı ilk növbədə büdcə xərclərinə baxmalıyıq. Bildiyiniz kimi, 40-45 faiz vəsait tikintiyə ayrılıb. Böhran şəraitində bu vəziyyətin nə dərəcə düzgün olmasını nəzərdən keçirmək lazımdır. Son dövrlər bütün dünya ölkələrində böhran yaşandığından həmin ölkələrə iş üçün gedən əhali geri qayıdır. Bunları nəzərə alaraq diqqəti büdcə xərclərinin azalmasına yönəltməliyik”. Tədbirdə iştirak edən ekspert Oqtay Güləliyev isə dedi ki, neft gəlirlərinin tənzimlənməsi üçün qanun qəbul etmək daha məqsədəuyğun variantdır: “Fikrimcə, neft gəlirlərinin istifadəsinə limit qoyulmalıdır. Bunun üçün Dövlət Neft Fondu haqqında qanunun qəbul olunması vacib məsələdir”. Himayət Rizvanqızı rəhbərlik etdiyi təşkilatın mütəxəssislərinin hesablama apardığını və bu gedişlə 2015-ci ildə Neft Fondu vəsaitlərinin sıfırlanacağını söylədi: “Məlumatlara görə, belə bir qənaət Milli Bankda da var”. İqtisadçı-ekspert Sabit Bağırovun sözlərinə görə, hazırkı vəziyyətdən hökumət də narahatdır: “Hökumət bilir ki, belə davam etsə, 2020-ci ilə nə neft, nə də valyuta ehtiyatları qalacaq. Məsələn, Rusiyanın növbəti il üçün 150 milyard itirəcəyi proqnozlaşdırılır. Bunlardan çıxış edib, hökumətin instusional islahatlar aparması vacibdir”.
44,970
25.12.2008 06:07
İqtisadiyyat
AVTOMOBİL ŞİRKƏTLƏRİNİN SATIŞI 50 FAİZ ZƏİFLƏYİB
Qeyri-neft sektorunda fəaliyyət göstərən bir sıra şirkətlər artıq özlərini müflis elan ediblər. Azərbaycandakı xarici şirkətlərin də işində problem yaranıb. “Bizim yol” qəzetinin yazdığına görə, türk şirkətlərindən bəziləri fəaliyyətlərini dondurub. Bu şirkətlər arasında paytaxtda tikinti aparan, həmçinin mebel istehsalı, ixracı ilə məşğul olanlar var. Əslində tikinti sektorunda müşahidə edilən durğunluğun mebel sənayesinə neqativ təsir göstərəcəyi gözlənilən idi. Digər məlumatlara əsasən, xarici avtomobillərin satışı ilə məşğul olan şirkətlər də müflisləşməyə başlayıblar. Bu sırada “Avtomotors” şirkətinin adı hallandırılır. Əsasən “Honda” və “Volvo” maşınlarının satışı ilə məşğul olan şirkətin satış portfeli son aylar kəskin aşağı düşüb. Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz “Avtomotors” şirkətinin satış üzrə meneceri fəaliyyətlərini dayandırdıqlarını təsdiqləmədi: “Lakin satış 50 faizədək zəifləyib”. “Bəs satışın zəifləməsi qiymətlərin düşməsinə təsir göstəribmi” sualına müsahibim ”yox"- deyə cavab verdi. Bunun səbəbini “Honda”ların mal dəyərinin baha olması ilə əlaqələndirdi: “Sifariş verdiyimiz zavodun təyin etdiyi qiymətlərdə heç bir dəyişiklik yoxdur”. O, həmçinin bizneslərinin ölməsinə baxmayaraq, fəaliyyətlərinə fasilə verməyi düşünmədiklərini söylədi. Ümumiyyətlə, qlobal maliyyə böhranından ən çox əziyyət çəkən sahə avtomobil şirkətləridir. Bütün dünyada olduğu kimi, ölkədə də avtomobil satışı kəskin aşağı düşüb. Bir-iki şirkəti çıxmaq şərtilə digərləri bazardakı mövqelərini qorumağa belə cəhd göstərmirlər. Sadəcə, böhranın sovuşacağı zamanı gözləyirlər. Bu səbəbdən qiymətlərdə də güzəştlər tətbiq etməyi düşünmürlər.
44,971
25.12.2008 06:07
İqtisadiyyat
NEFTİMİZİN QİYMƏTİ NÖVBƏTİ PSİXOLOJİ HƏDDƏN AŞAĞI DÜŞÜB
Xatırladaq ki, dünyada neft ucuzlaşandan neft ölkələri gələnilki büdcələrində neftin qiymətini azaldıb. Neft ölkələrinin çoxu qiyməti 35-55 dollar müəyyənləşdirib. Əş aşağı qiyməti Əlcəzair hökuməti təyin edib. 1 barel üçün 19 dollar. Ən yüksək qiyməti isə Rusiya hökuməti götürüb. Qonşu ölkənin gələnilki büdcəsində neft 95 dollardan hesablanacaq. Azərbaycanda isə neftin büdcədə baha qiyməti 80 dollardan götürülüb. Yeri gəlmişkən, birjalarda neftin ucuzlaşmasına səbəb dünyada neftə olan tələbatın azalmasıdır.
44,972
25.12.2008 06:08
İqtisadiyyat
BANKLAR KREDİTLƏŞMƏNİ YENƏ DAYANDIRIB
Araşdırmalarımız göstərir ki, “Nikoyl” bank, “Bank of Baku”, “Aksses bank”, “Bank Respublika”, “FİNKA Azərbaycan” kimi tanınmış kommersiya bankları artıq adi vətəndaşlara kredit vermək niyyətində deyillər. Onlar özlərinə yaxın fiziki və hüquqi şəxslərə kredit verirlər. Adıçəkilən banklardan isə deyilir ki, kredit portfelinin keyfiyyətini artırmaq üçün aşağı gəlirli və riskli müştərilərlə işləmirlər. Məsələnin digər tərəfi artıq kredit götürən zaman bir sıra bürokratik maneələri aşmaq, vasitəçi axtarmaqla bağlıdır. Bu da son nəticədə kreditlərin verilməsində rüşvət faizinin artmasına, ödənilən qeyri-rəsmi ödənişlərin həcminin çoxalmasına gətirib çıxarıb. Banklar kreditləşmənin yanvarın 20-də bərpa olunacağını desələr də, güman edilir ki, növbəti ayın sonuna qədər vətəndaşlara kredit verilməyəcək. Bunun əsas səbəblərindən biri son illər əhaliyə kifayət qədər böyük kreditlərin verilməsidir. Belə ki, bank sisteminin aktivləri strukturunda müştərilərlə kreditlər bir ildə 56 faizdən 66 faizədək yüksəlib. Rəsmi məlumatlara əsasən, ötən ayın 20-nə qədər yeni verilən kreditlər 389 milyon manat təşkil edib. Məlumatlara görə, hazırda həmin kreditlərin geri qaytarılmasında problemlər var. Yeri gəlmişkən, hazırda bankların kredit verilişini bərpa edə bilməməsinin əsas səbəb kimi problemin bankların düşündüyü qədər də kiçik olmaması göstərilir. Praktiki, kommersiya banklarının böyük qismi likvidlik problemi ilə üz-üzədir. O cümlədən bankların aktivlərinin həcmində kəskin azalma var. Bundan əlavə, Milli Bankın uçot stavkası 8 faiz təşkil etsə də ölkədə hələ də bahalı kredit siyasəti yeridilir. Hazırda dünyanın heç bir yerində 16 faizlə kredit vermirlər. Söhbət etdiyimiz mütəxəssislər deyir ki, indiki halda banklar öz şəraitlərinə uyğun kredit siyasəti yeridirlər. Kommersiya bankları özü bir bazar institutudur. Onların məhsulu kreditlərdir. Ona qiymət də sərbəst şəkildə qoyulur. Bunun üçün Milli Bankın heç bir müdaxilə imkanları yoxdur. Baxmayaraq, faiz dəhlizləri müəyyənləşdirilib, amma bu da formal xarakter daşıyır. Qeyd olunur ki, son dövrlər dünya maliyyə böhranı ilə əlaqədar həm kənarda, həm də daxildə gedən proseslər kredit qoyuluşlarında riski artırır: “Risk artıqca kredit faizləri yuxarı qaldırılır. Kommersiya bankları bunu bir növ risklərdən sığortalanmaq, eyni zamanda riskləri idarəetmək məqsədilə həyata keçirir”. Bəzi iqtisadçılar isə belə rəydədir ki, normal iqtisadiyyata, bazar institutlarına malik ölkələrdə faiz dərəcəsi 8-ə salınsaydı kredit faizləri xeyli aşağı düşərdi: Azərbaycanda isə bu istiqamətdə müəyyən problemlər var. Həmin problemlər Mərkəzi Bankın öz məqsədlərinə çatmasına mane olur.
44,973
25.12.2008 06:07
Mədəniyyət
FLORA KƏRİMOVA İLHAMƏ İLƏ FAİQ AĞAYEVİ MƏHKƏMƏYƏ VERDİ
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva da bir neçə gün əvvəl F.Kərimovanı məhkəməyə verib. İ.Quliyeva F.Kərimovadan 100 min manat təzminat tələb edir. Bununla bağlı ilk məhkəmə prosesi yanvarın 7-də Nəsimi rayon Məhkəməsində keçiriləcək.
44,974
25.12.2008 06:07
Mədəniyyət
“KURTLAR VADİSİ PUSU” “FOX TV”-dən GÖSTƏRİLƏCƏK
Əldə olan informasiya “FOX TV”-nin “Kurtlar vadisi” komandası ilə hər an müqavilə bağlana biləcəyini deməyə imkan verir. Əlavə edək ki, hazırda serial üçün “FOX TV” ilə “Kanaltürk” arasında rəqabət gedir.Qeyd edək ki, “Kurtlar vadisi pusu”nu çəkən “Panafilm” şirkəti ilə “Show TV” arasında qlobal iqtisadi böhran üzündən yaranmış maliyyə problemləri yayımın dayandırılması ilə nəticələnmişdi. “Panafilm” yanvarda bu problemləri həll etmək üçün “Show TV” ilə danışıqlar masasına oturmalı idi. Görünür, telekanal serialı birdəfəlik itirdi.
44,975
25.12.2008 06:11
Mədəniyyət
“ÖLÜM MARŞI” KİTABI BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDUNUN DİPLOMUNA LAYİQ GÖRÜLDÜ
“Rus, ivrit və ingilis dillərində yüksək tirajla işıq üzü görən bu elmi-sənədli araşdırmada 1918- 1919-cu illərdə, II Dünya müharibəsi dövründə dinc yəhudi əhalisinə qarşı törədilən cinayətlərdənÿ bəhs olunur. Azərbaycan alimi dünya oxucusuna yaxın tariximizdə baş verən qanlı cinayətlərin statistikasını, günahsız qurbanlara dair faktları təqdim edir. Bir insana, bir ailəyə, bir xalqa qarşı deyil, bu nifrət, bu dəhşət və cinayət bəşəriyyətə, insanlığa qarşı yönəlib”.Layihənin koordinatoru Nik Nvolisa R.Mustafayevin işıq üzü görən kitabının terrora, zorakılığa qarşı çox dəyərli bir araşdırma olduğunu qeyd edib.Beynəlxalq Avrasiya Mətbuat Fondunun diplomu professor Rövşən Mustafayevə təqdim edildikdən sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edib. O, erməni terrorizminin bəşəriyyət üçün daim təhlükəli bəla olduğunu diqqətə çatdırıb. AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Qənirə Paşayeva, BAMF-nin beynəlxalq məsləhətçisi Lütfül Kəbir və digər natiqlər də dərin tarixi araşdırmaların nəticəsi olan kitabı yüksək qiymətləndiriblər.
44,976
25.12.2008 06:12
Mədəniyyət
2008-ci İLİN ƏN QALMAQALLI SƏNƏTÇİLƏRİ
İlin əvvəlində “El içində” verilişində “Kristal” qrupunun rəhbəri Mədinənin Xuraman Şuşalının yubkasını əynindən çıxarmaq cəhdi diqqətçəkən qalmaqal sırasındadır. Sonradan bu hərəkətinə görə Mədinə Xuramandan üzr istəsə də Xuraman bunun təsadüf olduğuna inanmayıb. Bəlkə də bu, təsadüf imiş, amma prodüser Toliklə Xuramanın cırmaqlaşması heç də təsadüf deyildi. Çünki onların münaqişəsinə hüquq-mühafizə orqanları qarışmalı oldu.“Ulduz müharibəsi”ndə Teymur Əmrahın da adı var. O, həmkarı Mehriban İsayevanı işə gec getdiyinə görə nəinki döymüşdü, hətta dişləmişdi də. Sonradan bunu dansa da Mehriban mətbuat konfransı keçirib onun dişinin izlərini də göstərdi.Qalmaqallılar sırasında ən çox Aygün Kazımovanın adı çəkilir. Onun bir verilişdə “elitstar” Cəmiləni ələ salması və özünəməxsus şəkildə mat vəziyyətində qoyması, sonra Elariz Məmmədoğluna aramsız atmacaları, Natəvan Həbibi ilə “Nömrə 1" uğrunda müharibəsi, Xumar Qədimova ilə dostluğun düşmənçiliyə çevrilməsi sadalansa da, Aygün ilin sonunda maraqlı bir jest etdi. Davakar adını alan müğənni səmimi etiraf edərək bütün həmkarlarını sülhə çağırdı.Bu il “Toylar kralı” titulu uğrunda mübarizə Səməd Səmədovla Cavanşir Məmmədov arasında başlayıb eyniadlı verilişədək gəlib çıxdı. “Toylar kralı” verilişində Manaf Ağayevlə Akif İslamzadənin mübahisəsi münaqişə həddinə çatdı. Verilişin aparıcısı Kamran Həsənlinin aranı qızışdırmaq məharəti özündən də yan keçmədi. Belə ki, teleaparıcı İlkin Həsənli onun ifasının gülüş doğurduğunu bəyan etdi, K.Həsənli isə onu “uğursuz aparıcı” adlandırdı.2008-ci il Flora Kərimova üçün də qalmaqal sarıdan bol oldu. Röya ilə aralarındakı müharibə soyumamış İlhamə Quliyeva və Faiq Ağayevlə münasibətləri gərginləşdi. Dava isə İlhamə ilə Sərxan Kərəmoğludan başladı və hər iki müğənni arasında məhkəmə çəkişməsi hələ də davam edir.Ən böyük sensasiyanı isə Faiq Ağayevin keçmiş arvadı, qaynı və qayınanası doğurdu. F.Ağayevin adı Kərimin də ailə həyatının dağılması qalmaqalında səsləndi.“Qalmaqalçı” titulunu qazanan Əli Mirəliyevin çox “müharibələr”də adı hallansa da, S.Səmədovla yaratdıqları şou çox gülüş doğurdu. Belə ki, Səməd onu “dovşan” adlandırdı, o isə “Səmədi təcili olaraq dəlixanaya göndərmək lazımdır” bəyanatını verdi.Aktrisalardan Məleykə Əsədova ilə Vəfa Zeynalovanın da ilboyu bir-birinə diqqətçəkən atmacaları səngimədi.İl repçilər üçün şou xarakterli keçdi. Hətta Anar Nağılbaz birbaşa efirdən Elşad Xoseni “oğru” adlandırdı.Söz-söhbəti səngiməyən qalmaqallardan biri də “El içində” verilişində Vasif Məhərrəmlinin jurnalist Vüqar Kamiloğlunu döyməsi oldu ki, onların da məhkəmə çəkişməsi hələ davam edir.
44,977
25.12.2008 06:13
Mədəniyyət
“TÜRKƏ UZANAN XAİN ƏLLƏRİ KƏSMƏLİYİK”
“Bu, həddən artıq xoşagəlməz bir hadisədir. Bu, tarixən basılmaz, məğlubolmaz obraz yaratmış türkün ruhuna birbaşa təhqirdir. Bunun ziyanı ondan ibarətdir ki, bu kampaniyanın arxasında Türkiyəni, türk dövlətlərini, bütövlükdə türkləri, o cümlədən Azərbaycanı istəməyən qüvvələrin məkrli niyyətləri dayanır. Məndə tam qənaət var ki, bu iyrənc proses xaricdən güclü maliyyələşməklə ələ alınmış satqın, qanı qarışıq olan, türk olmayan adamların ortalığa atdığı məsələdir. Və bu, türkün kürəyinə arxadan vurulan bıçaqdır. Bu kampaniyanı genişləndirə də bilərlər, ”soyqırım"la bağlı şaxələndirə bilərlər, amma bu cür rəzilliklə, alçaqlıqla düşmənin niyyəti həyata keçməyəcək. Ona görə ki, türk tarixən belə fitnələri, xəyanətləri, zərbələri çox görsə də, heç vaxt sarsılmayıb, yıxılmayıb, meydandan çəkilməyib". Zəlimxan Yaqub söylədi ki, Türkiyə hazırda dünyanın diqqət mərkəzində olan ən güclü, qüdrətli dövlətlərindəndir: “Türk-müsəlman dövləti olduğuna görə orada Avropanın, Amerikanın toqquşan maraqları var. Mənə elə gəlir ki, bu, görünən və görünməyən kanallarla türk dünyasına, müsəlman aləminə qarşı təxribatdır. Amma mən bütün varlığımla inanıram ki, bu hadisə heç bir mənada türkü sarsıda bilməz. Çünki bu, 70 milyonluq Türkiyənin, 300 milyonluq türk dünyasının, 50 milyonluq Azərbaycan türkünün qüvvəsinin, qüdrətinin qarşısında saman çöpü kimi bir şeydir. Milçək bir şey deyil, amma ürək bulandırır. Bizi ağrıdan, incidən budur ki, bu məsələni qaldıran adamların adları türk adıdır. Lakin bu türk adının, soyadının altında hansı zir-zibil gizlənir, onu bilmirik. Qanı türk olan, ”Tanrı türkü qorusun" kəlməsini özünə ömürlük şüar edən heç bir insan belə bir məsələyə qol qoya bilməz. Bu məsələnin bu şəkildə hallandırılması “İstiqlal marşı”na, Atatürkün ruhuna, Turan dünyası adı ilə bu gün də dünyanı qorxu içində saxlayan bir məmləkətə qarşı təxribatdır. Demokratiya adı altında bu oyunların oynanılmasına Türkiyə həddən artıq həssas və sərrast olmalıdır. Abdullah Gül də, Rəcəb Tayyib Ərdoğan da, Böyük Millət Məclisi də, bütün milliyyətçi qüvvələr də buna kəskin etirazını və nifrətini bildirməlidir". Zəlimxan Yaqub söylədi ki, bu hadisəyə isti-isti kəskin münasibət bildirilməsə, onun ardınca daha ağır kampaniyalar başlaya bilər: “Ona görə də mən bütün türk diplomatlarına, deputatlarına, türk səfirlərinə, Türkiyə ilə bağlı bütün təşkilatların hamısına səslənirəm ki, ayıq-sayıq olsunlar. Bu kampaniyaya mütləq tutarlı cavab vermək, onu durdurmaq lazımdır. Nə təhər olur ki, Azərbaycan türkü 20 Yanvar faciəsi yaşayır, Xocalı soyqırımı ilə üzləşir, vertolyotda ən layiqli oğlanları məhv edilir, 1 milyon qaçqın-köçkünümüz ortadadır, amma bununla bağlı üzr istəyən olmur. Bu hadislərin acısı qəlbimizi ovduğu halda, bu kampaniyanın başlaması şəhidlərimizin, Atatürkün ruhuna təhqirdir. Odur ki, təkcə Azərbaycanda və Türkiyədə deyil, hər yerdə türk dünyasına bağlı bütün insanlar, təşkilatlar hamısı bu işə qoşulmalıdırlar. Bu kampaniyanı başlayanlara elə bir dərs verməliyik ki, onlar bir də belə qələt eləməsinlər. Türkiyənin çörəyini yeyən, orada yaşayan və yazıçı-şair adı alanlar qələt edib türkün ruhuna toxuna bilməsinlər. Türkün ruhu müqəddəsdir, o, Allahın yanında müqəddəsdir. Bəndə ona heç nə eləyə bilməz. Amma biz son dərəcə ayıq-sayıq olmalıyıq. Çünki bunun arxasında dayanan maraqlar həm də Azərbaycanla, Qarabağla, Kıprısla, Kərküklə, Dərbəndlə, Təbrizlə bağlıdır. Ona görə də hamımız ayağa qalxmalıyıq, sözümüzü deyib nifrətimizi bildirməliyik. Sapı özümüzdən olan baltaları məhv etməliyik. Deyirlər, ağacı qurd içərisindən yeyər. Biz bu qurdları ayağımızın altında əzməliyik. Türkə uzanan xain əlləri kəsməliyik. Türkə qıcanan dişləri sındırmalıyıq ki, türk dünyasını sağ-salamat qələbəyə aparıb çıxara bilək".
44,978
25.12.2008 06:13
Yazarlar
İT-PİŞİK YIĞINAĞI
Deyilənə görə, həmin vaxt Ceylanın ad gününə Elza xanım nə az, nə çox - düz 2 min dollar pul xərcləyibmiş. Özü də həmin tədbirə ancaq həmkarları - saxladıqları heyvanlarsız- gəlmişdilər. Bu dəfə isə kampaniyada heyvanlar da iştirak edəcək. İtlər, pişiklər...Məncə, Ceylanın xətrinə tədbirə daha çeşidli heyvanları, daha doğrusu, həm də onların sahiblərini dəvət etmək olardı. Məsələn, nəqliyyat naziri Ziya Məmmədov öz delfinləri, sabiq nazir Heydər Babayev göyərçinləri, şeyx öz timsahları, Kamal müəllim atları ilə gəlsəydi, məclis təkcə “at ilxısı, köpək sürüsü” kimi yox, daha möhtəşəm aura ilə yadda qalardı. Və həm də “Ginnesin rekordlar kitabı”na düşərdi.Təsəvvür edirsinizmi, şeyxin timsahları İlhamə xanımın Murkası və elə həmin Ceylayla məzələnir, eyni zamanda onların başları üstə Heydər Babayevin göyərçinləri uçuşur. Bir tərəfdə də Kamal müəllimin atları Ədalət Şükürovun itlərini təpikləyir, üstəlik də qışqırırlar ki, “Yallı, yallı, sənin sahibinin heç quru bir medalı da yoxdur, amma mənim yiyəmə orden veriblər”.Başqa bir tərəfdə isə Ziya müəllimin delfinləri atlanıb- düşüb Ceylanı riqqətə gətirirlər. Bütün bu səhnəni isə “Lider”, “Space”, ATV, İTV, AzTV kimi telekanalizasiyalar (eksklüziv hüquq Zamin Hacıya məxsusdur) yox, məhz CNN, BBC kimi dünya şöhrətli telekanallar yayımlayardı.Burası, necə deyərlər, bu qədər. Amma Elza xanımın müsahibəsində başqa bir məqam daha çox diqqət cəlb edir. Elza xanım deyir ki, “Azərbaycanımız uçuruma gedir”. Özü də millət vəkili olmaq istəyir. Daha doğrusu, deyir ki, “Xalq mənim millət vəkili olmağımı tələb eləsə, niyə də olmasın?”Hə də, niyə olmasın? Guya Milli Məclisdə əyləşənlər Elza xanımdan o qədərmi məşhurdur? Çoxlarının heç pişiyi də yoxdur. Elə “kruq”ları da xanım Seyidcahanınkı qədər deyil. Bəs o, niyə millət vəkili olmasın?Yeri gəlmişkən, lap yadımdan çıxmışdı. Elza xanım, bəlkə mənim “Buynu”mla “Panda”ma və “Marsik”imə də ad günü ilə bağlı dəvətnamə göndərəsən?! Gözəl pişiklərdir. Siz mənim “Panda”mı görsəniz, İlhamənin Murkasını evinizə buraxmazsınız. Hələ mən “Marsik”i demirəm. O, başqa bir aləmdir, Elza xanım. Onların Ceylanın ad günü keçirildiyi məlum restorandakı stol pulunu da ödəməyə hazıram. “Viskas”ım da var, “Kiteketm də, hələ üstəlik, “amerikanski yeda”m da...
44,979
25.12.2008 06:16
Ölkə
QARABAĞ AZADLIQ TƏŞKİLATI AKİF NAĞIYA YARAŞAN ADDIM ATDI
Xatırladaq ki, redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon Pİ 5-ci polis bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır.Artıq göstərilən şikayət üzrə Cinayət Məcəlləsinin 163.1-ci maddəsi (jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb. Artıq Z.Hacı və A.Nağı Binəqədi rayon Prokurorluğunda ifadə verib.Dünənsə olayın şahidlərindən - qəzetimizin əməkdaşı Elşad Məmmədli və Müsavat başqanı İsa Qəmbərin sürücüsü Vəzir Zeynalov ifadə verib. E.Məmmədli bizə açıqlamasında bildirdi ki, hadisəni olduğu kimi təsvir edib və təfərrüatları açıqlayıb: “İfadəmdə bildirdim ki, işdən çıxıb evə gedərkən başqanın sürücüsü Vəzir bəylə binanın qarşısında rastlaşdıq. Dayanıb söhbət edirdik. Vəzir bəy qəfildən binanın baş tərəfindəki ağaclıq tərəfə qaçdı. Bu zaman oradakı iki nəfər qaçdı, Akif Nağı və daha bir nəfərsə Zaminlə birgə orada qaldı. Zamini hücumdan qurtarmaq üçün Vəzirlə birgə onu çəkə-çəkə redaksiyanın qabağına gətirdik. Akif Nağı ilə həmin adamsa arxamızca redaksiyaya tərəf gəldi. Səs-küyə digər əməkdaşlar da bayıra çıxdı. Bundan sonra yerli polis bölməsinin əməkdaşları hadisə yerinə çağırıldı”.Bu arada dünən QAT İdarə Heyəti (İH) qurumun sədri Akif Nağı ilə “Yeni Müsavat”ın yazarı Zamin Hacı arasında baş vermiş olaya münasibət bildirib. Dekabrın 23-də məsələni müzakirə edən İH olayı təəssüf hissi ilə pisləyir, Qarabağ münaqişəsinin həlli məsələsini hər hansı bir yazar və yaxud şəxsin KİV-də qeyri-ciddi müzakirə obyektinə çevrilməsini də yolveriməz sayır. İH “Qarabağın azadlığı uğrunda mübarizənin mahiyyətini tam anlamayan qüvvələrin haqsız hücumlarına” məruz qalan QAT üzvlərinə, xüsusilə təşkilatın sədri A.Nağıya belə hücumlara, habelə təhqirlərə son dərəcə dözümlülük göstərməyi tövsiyə edib.Açıqlamada daha sonra deyilir: “QAT İdarə Heyəti hüquq-mühafizə orqanları tərəfindən bu işdə cinayət tərkibinin olub-olmamasını və ümumiyyətlə çıxarılan hər hansı qərarı hörmətlə qarşılayacaq”.Z.Hacı isə açıqlamasında bildirdi ki, əslində QAT-dan bu addımı gözləyirdi. Onun sözlərinə görə, təşkilat bu bəyanatı ilə qeyri-ciddiliyini növbəti dəfə nümayiş etdirir: “QAT-a yığışanlar Akif Nağı ağılda adamlardır. Bu adamlar hələ də başa düşməyiblər ki, mətbuatla belə davranmaq olmaz”.“Yeni Müsavat”ın dəfələrlə QAT üçün tribuna rolunu oynadığını vurğulayan yazar təşkilatın bu qəzetə münasibətini anlamadığını bildirdi: “Qəzetdə xoşlarına gəlməyən fikri oxuyub anormal davranış göstərir, üstəlik, buna hüquq çərçivəsində reaksiyanı şişirtmə hesab edirlərsə, deməli, mən zənnimdə yanılmamışam”.QAT-a mövqelərinin səhv olduğunu, mətbuatla hərbə-zorba ilə danışmağın sivil yol olmadığını anlamaq üçün iki həftə vaxt verdiyini deyən Z.Hacı qarşı tərəfin nəticə çıxarmamasından təəssüfləndiyini bildirdi: “Heyf ki, Qarabağın adı ilə bağlı təşkilat bu cür gülünc gündədir”.Z.Hacı müdafiəsinin təmin olunması ilə bağlı bu gün Media Hüquqları İnstitutuna müraciət edəcəyini də dedi.
44,980
25.12.2008 13:14
Media
XARİCİ RADİOLARLA BAĞLI QƏRAR AYIN 30-da VERİLƏCƏK
Şura sədrinin sözlərinə görə, dekabrın 25-də keçirilməsi planlaşdırılan iclasın vaxtının gələn həftənin əvvəlinə keçirilməsi xüsusi səbəblə əlaqədar deyil: “Sadəcə, şura üzvlərindən bir neçəsi qrip xəstəliyinə yoluxub. Ona görə də qərara gəldik ki, iclasın vaxtını dəyişək”.N.Məhərrəmli “Azadlıq” radiosuna isə bildirib ki, iclasın təxirə salınması onun səhhəti ilə bağlı olub. Məsələ ilə bağlı şuranın iclası dekabrın 30-da keçiriləcək.Qeyd edək ki, dekabrın 29-da MTRŞ-də prezidentin bu il noyabrın 4-də teleradio sahəsində təltif etdiyi 30-a qədər televiziya və radio işçisinin mükafatlandırma mərasimi keçiriləcək.
44,981
25.12.2008 06:17
Media
“PREZİDENT GÖZLƏNİLMƏDƏN ƏFV FƏRMANI İMZALAYA BİLƏR”
Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova qəzetimizə açıqlamasında bildirdi ki, artıq müraciətlər alınıb, amma komissiyanın iclası dekabrda olmayacaq. Müsahibimiz komissiya üzvlərinin yanvarda yığışa biləcəklərini dedi. Onun sözlərinə görə, əfv ola da bilər, olmaya da: “Prezident gözlənilmədən addımlar ata bilər. Ola bilər, kimisə azadlığa buraxmaq istəyər və bunu bizsiz də edə bilər. Hər halda, nikbin olaq, gözləyək. Toplantılarımız çoxdan olub. Onsuz da biz komissiyada, sektorda toplanıb işləyirik. Amma ümumi plenar iclaslarımız olmayıb”.“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevsə bildirdi ki, onda məhbus jurnalistlər məsələsinin həll olunacağı ilə bağlı ötən əfv zamanı ümid vardı: “Digər halların heç birində məndə ümid olmamışdı. İndi də əfvin olacağına şübhə ilə yanaşıram. Prezident atalarının dəfninə getmiş Zahidov qardaşlarını bu müddətdə əfv etməklə həm yerli, həm də beynəlxalq ictimaiyyət arasında böyük nüfuz qazanardı”.A.Əliyev hesab edir ki, indiki halda əfv fərmanı verilsə də çox adi bir hərəkət olacaq: “Çox bədbin danışmaq istəmirəm. Allah bütün məhbusların qapısını açsın. Bütün hallarda qərar bir nəfərdən asılıdır”.
44,982
25.12.2008 06:18
Yazarlar
MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...
Bax, burada deyirlər, “düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız”. Günü döyülməkdə, məhkəmələrdə keçən jurnalistin boynuna daha bir ağır yük qoydular. Konstitusiyaya ediləsi dəyişikliklərə görə, hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Yəni bundan sonra kim istəsə, barəsində yazılan məlumatı - doğru olub-olmadığını sübut etmədən - təkzib etdirə biləcək. Qosqoca konstitusiyanı əlində əsas tutacaq. Bəs nə bilmişdiniz?“Şəxsi toxunulmazlıq hüququ” adlanan 32-ci maddə də çiynimizə ağır bir yük qoyur. Həmin əlavəyə görə, “qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və bu cür digər hərəkətlərə məruz qoyula bilməz”.İndi xoruzun quyruğunu gördünüzmü? Məni qərəzçilikdə qınamayın, amma bu, son aylar ortaya çıxan səs-küylü video, telefon çəkilişləri və onların yaratdığı həngamənin, küyün nəticəsidir. Orduda zabitlər tərəfindən döyülən əsgərlər, “Zeytun bağı”nda “mədəni istirahət edən” MTN zabitləri, rüşvət alarkən gizli kameraya çəkilən xəstəxana həkimləri... Yadınıza düşdümü? Bütün bunların hamısının kökünü birdəfəlik kəsmək üçün indi də konstitusiyaya əl atdılar.Tanınmış media eksperti Rəşid Hacılı o gün deyir ki, onsuz da bunlar daha öncə də qanunda vardı, ona görə də təkrarən konstitusiyaya salınmasında yeni bir şey yoxdur. Əslində isə yeni olan odur ki, bir çox hallarda qanunlarla gözü qorxmayan jurnalistləri, insanları indi də konstitusiya ilə pərişan etmək istəyirlər. Yəni hasarı hər tərəfdən daraltmaq. Üstəlik, bəzi maddələrlə bağlı düşünülmüş şəkildə boşluq yaradırlar ki, istədikləri vaxt pozuntulara rəvac versinlər.Heç şübhəsiz ki, bu düzəlişlər ilk növbədə ictimai xadimləri, siyasi rəhbərliyi mətbuatdan müdafiə etmək üçün atılan addımdır. Zarafat deyil, artıq Azərbaycanda belə ənənəyə start verilib. Kim bilir, sabah bu şuluq jurnalistlər kimi, harda, kiminlə, nə vəziyyətdə çəkib camaata göstərəcəklər. Südabə xanım demişkən, demokratiyanı beşiyindəcə boğmaq lazımdır, cınqırını belə çıxarmağa imkan vermədən...O gün redaksiya tapşırığı ilə paparatsilər barədə material hazırlayırdım. google saytında axtarış verdim, əlim üzümdə qaldı, inanın. Dünya paparatsiləri nələr-nələr çəkirmiş, üzə çıxarırmış, ilahi! Prezidentlərin, nazirlərin, nə bilim, deputatların şəxsi həyatı ilə bağlı superkadrlar, şok effekti yaradan, gündəmi dəyişdirən faktlar. Qosqoca Fransa mətbuatı prezident Sarkozinin özəl həyatını didik-didik edib, yazığı “çumo” vəziyyətinə salıb. Nikolyanın nə şorgözlüyü qalıb, nə xoşqeyrətliyi, nə də arvadının gəzəyənliyi...Bizdəsə paparatsiliyin heç “p”sı da yoxdur. Uzaqbaşı “manıs”cıqların şəxsi icazəsi ilə onların nəsə bir-iki ürəkbulandıran pozasını, xəbərini yayırlar, ad da olur ki, paparatsilər bunu aşkarladı. Ona görə də “şəxsin icazəsi olmadan onun video, foto görüntülərinin yayılması” söhbəti bax, burdan qaynaqlanıb - heç bir jurnalist “böyük”lərə ilişməsin. Əks halda, dəmir konstitusiya başında qırılar.Xatırlamış olarsınız, amma konstitusiyaya düzəliş edilməmiş adamın biri redaksiyaya gəlib “bir daha mənim adımı çəkmə” deyirdi. Gör indən belə konstitusiyanı əsas tutub ayaqlarını necə dirəyəcəklər? Məsələn, bir gün gəlib deyəcəklər, adımın baş hərfini yazma, o biri gün deyəcəklər, məni görəndə üzünü çevir, sonra da iş o yerə çatacaq ki, Sabir demiş, “mənim barəmdə düşünmə” tələbi ilə çıxış edəcəklər. Onda vay bizim halımıza. Vay ki, nə vay...Türklər konstitusiyaya Ana Yasa deyirlər. Kaş bizdə də bu ad belə olaydı. Onda yazının başlığını da belə qoyardıq ki, “Ana Yasanın anasını ağlatdılar”. Belə... Keçmiş olsun. Sevinc TELMANQIZI
44,983
25.12.2008 06:11
Ölkə
RÜSTƏM İBRAHİMBƏYOV NİZAMİ CƏFƏROVU MƏHKƏMƏYƏ VERDİ
"Vəkilim Aslan İsmayılovdur. Bütün təfərrüatları o bilir. Nizami Cəfərov məndən üzr istəsin, bununla da bitirək. Şərtim odur. İddiamda o var ki, öz adından məndən üzr istəsin. Heç bir maddi təzminat tələb etməmişəm. Mən hələ də başa düşmürəm ki, hansı pul bunu unutdura bilər".
44,984
25.12.2008 06:19
Astrologiya
ULDUZ FALI
QOÇ - Ümumi məziyyətlərinə görə səmərəli gün hesab etmək olar. Ötən günlərin yorğunluğunu nəzərə alıb yaxşıca dincəlin. Çalışın ki, əsas vaxtınızı doğmalarınızla birlikdə keçirəsiniz. BUĞA - Ulduzlar səmərəli bir gün yaşayacağınızı bildirir. Gün ərzində hər hansı qanqaraçılığı gözlənilmir. Qərarlarınızda qətiyyətli olsanız, çox sahələrdə bəxtiniz də gətirəcək. ƏKİZLƏR - Olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir. XƏRÇƏNG - Astroloji göstəricilər bu təqvimdə maraqlı səfərlərə çıxacağınızdan xəbər verir. Əgər planınızda belə bir şey varsa, reallaşdırın. Yeni simalarla üzləşməniz çox əhəmiyyətlidir. ŞİR - Sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Bəxtinizdə pul da var. QIZ - Daxili sabitliyinizi qoruyun. Əks təqdirdə, müttəfiqləriniz sizdən uzaqlaşa bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun. TƏRƏZİ - Müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən uzaq durmalısınız. Ümumiyyətlə, bu gün ağlınız kəsməyən işlərə baş qoşmamalısınız. ƏQRƏB - Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Maddi problemlərinizin aradan qalxacağına nikbin baxın. İnsanlara inamsız yanaşmayın. OXATAN - Ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Amma Ayın bürcünüzdə olmasını da unutmamalısınız. OĞLAQ - Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın. SUTÖKƏN - Ailə zəminində müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Ailə-sevgi münasibətlərindəki passivliyi də aradan qaldırın. BALIQLAR - İştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Bu gün ulduzlar sizə ciddi məbləğdə pul da vəd edir.
44,985
25.12.2008 07:02
Ölkə
“XALQ KRAL İSTƏMİR!
Aksiyanı dağıtmağa gətirilmiş 200-dən artıq polis və mülki geyimli dəstəyə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev və Səbayel rayon Pİ-nin rəis müavini Kamil Vəlişov rəhbərlik edirdi.Saat 12:00-da 25-dən artıq piket iştirakçısı əllərində “Xalq kral istəmir!”, “Rədd olsun monarxiya!”, “Yaşasın respublika!” şüarları tutaraq KM binasına tərəf hərəkətə başladı. Mülki geyimli şəxslər K.Vəlişovun göstərişi ilə aksiyaçıların üstünə hücuma keçdi. Onlar etirazçılarla amansızcasına davranırdı. Aksiya dağıdılarkən polis və mülki geyimli şəxslər etirazçıları yumruqlayıb döyürdü. Qarşıdurma təxminən 10 dəqiqə çəkdi. Polis iştirakçıların əlindəki şüarları alıb cırdı.Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Mustafa Hacıbəyli, Gənclər Təşkilatının sədri Tural Abbaslı və müavini Əhəd Məmmədli, partiya fəallarından Murad Kərimov, Yaşar Türkazər, Ayaz Bəyturan həbs edildi. Onlar “Torqovı” küçəsi ilə polis bölməsinə aparılarkən “Rədd olsun monarxiya!”, “Yaşasın respublika!” şüarlarını səsləndirirdi. T.Abbaslının şüar deməsinə mane olmaq istəyən mülki geyimli şəxs onun ağzını əlləri ilə qapayırdı. Polis bölməsinə aparılanların səsləndirdiyi şüarlara küçədən ötən sadə vətəndaşlar da dəstək verirdi. Onlar aksiyaçıları dəstəklədiklərini bildirib, onların dərhal azad olunmasını tələb edirdilər.Həbs edilənlər 39-cu polis bölməsinə aparıldı. Sonra əsasən Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının fəallarından ibarət qrup “Torqovı”da “Rədd olsun diktatura!”, “Yaşasın respublika!” şüarları səsləndirərək KM binasına doğru irəlilədi. KM binası önündə Müsavat fəalı Vəfa Cümşüdlü çıxış edirdi. Bu zaman ərazidə olan BŞBPİ-nin rəis müavini Yaşar Əliyev V.Cümşüdlünün həbsinə göstəriş verdi. Polis V.Cümşüdlünü, Sumqayıt şəhər təşkilatının sədr müavini Fəxrəddin Abbası və Ağası Şakiroğlunu həbs edib onları da 39-cu polis bölməsinə apardı. Bununla da aksiya başa çatdı.Sonda Müsavat fəalları piketin qətnaməsini jurnalistlərə və vətəndaşlara payladılar. Qətnamədə hakim partiyanın bir şəxsin 2 dəfədən artıq prezident seçilməsi ilə əlaqədar olan limitin aradan qaldırılması tələbi pislənir. Orada deyilir: “15 oktyabr 2008-ci il prezident seçkilərindən dərhal sonra YAP-dan olan bəzi deputatların konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməsi tələbi ilə çıxış etməsi, heç bir sosial sifariş və lüzum olmadan, cəmiyyətdə ətraflı müzakirələr aparılmamış, bu istiqamətdə tez-tələsik qərarların qəbul edilməsi hakimiyyət nümayəndələrinin ölkədə mövcud olan avtoritar rejimin daha da möhkəmləndirilməsinə xidmət edir. Bütün sivil dünyada tətbiq olunan və Azərbaycan Konstitusiyasında öz əksini tapmış bu demokratik müddəanın dəyişdirilməsi istiqamətində parlament çoxluğundan istifadə etməklə atılan addımlar hakimiyyət dairələri tərəfindən Azərbaycanın gələcək inkişaf konsepsiyasının dəyişdirildiyini, hətta demokratiya imitasiyasından imtina edildiyi, ölkədə geridə qalmış Afrika və Asiyanın avtoritar ölkələri tipində bir cəmiyyət yaradılması xəttinin götürüldüyünü göstərir. Müxalifət partiyalarının 24 dekabr 2008-ci il tarixində Konstitusiya Məhkəməsi qarşısında keçirdiyi piketin iştirakçıları qeyd edilənləri nəzərə alaraq bu qurumdan bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı limitin aradan qaldırılması ilə əlaqədar Milli Məclisin müraciətinə mənfi rəy bildirməsini tələb edir”.Qeyd edək ki, polis həbsləri aksiya başlamazdan öncə də aparıb. Müsavat Partiyası Nəsimi rayon təşkilatının sədri Hüseyn Məlikov, AXCP üzvləri Ramiz Əhədov və Tofiq Niftiyev piketdən öncə saxlanılıb. Onlar Lökbatan qəsəbəsi ərazisində kimsəsiz və nəqliyyatsız bir yerə aparılaraq, maşından düşürülüblər. Aksiya zamanı Mustafa Hacıbəyli gözündən xəsarət alıb. Həbs edilənlərdən polis bölməsində izahat alınıb və onlara xəbərdarlıq edilib. Müsavat deputat qrupunun üzvləri - millət vəkilləri Arzu Səmədbəyli ilə İkram İsrafil polis bölməsinə gedəndən sonra aksiyaçılar sərbəst buraxıldı. Ümumilikdə aksiya zamanı 12 nəfər saxlanılmışdı. Onu da deyək ki, piketdə bir neçə müxalifət partiyasının iştirakı nəzərdə tutulsa da, aksiyada yalnız müsavatçılar iştirak etdi.Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qəzetimizə açıqlamasında piketin baş tutduğunu bildirdi: “Piketdə əsas məqsəd Azərbaycanda həyata keçirilən antidemokratik konstitusiya dəyişikliklərinə etiraz etməkdən, ictimai və beynəlxalq diqqəti məsələyə yönəltməkdən ibarət idi. Piket həm Azərbaycan, həm də xarici mətbuat tərəfindən ətraflı işıqlandırıldı. Piketin gedişini yerli və beynəlxalq təşkilatların nümayəndələri də müşahidə etdi. Bundan sonra da etiraz aksiyalarının keçirilməsi məsələsi gündəmdədir”. Dünən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da piketə münasibət bildirib: “Hər kəsin konstitusiya dəyişikliklərini dəstəkləmək və ya buna etiraz etmək hüququ var. Konstitusiya islahatlarına qarşı kiminsə etiraz etməsi onun təbii haqqıdır. Buyursunlar, eləsinlər. Cəmiyyətdə nə qədər siyasi partiya varsa, bir o qədər də fərqli fikir var. Konstitusiya islahatları ilə bağlı ictimai təşəbbüs olub. Bir qrup deputat tərəfindən təşəbbüs irəli sürülüb və dəstəklənib. Bu dəyişikliklərin Azərbaycana lazım olub-olmadığını xalq müəyyən edəcək” (APA).BŞBPİ-nin rəis müavini Y.Əliyev APA-ya açıqlamasında razılaşdırılmamış etiraz aksiyalarına imkan verilməyəcəyini bildirib: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan paytaxtda keçiriləcək istənilən kütləvi aksiyanın qarşısı alınacaq. BŞİH-in razılığı olmadan hər hansı siyasi təşkilatın aksiya keçirməsinə yol verilməyəcək”.
44,986
26.12.2008 09:10
Yazarlar
KONSTİTUSİYADAKI KONFET
Odur ki, qorxu və basqı altında yaradılan bu təntənə yalançı, dayağı olmayan, adi qığılcımdan törəyən alovla yanıb kül ola biləcək qədər kövrək bir qələbədir. İndi nə qədər qarşısı alınmaz, yenilməz görünsə də. Digər səbəbdən, polis rejimi olan bir ölkədə Konstitusiyanın dəyişdirilməsi, Konstitusiya çevrilişi çətin də deyil, təəccüblü də deyil. Parlament də quramadır, məhkəmə də. Təəccüblü yalnız bir şey ola bilər - illər öncə qaynayan bir cəmiyyətin bu günə gəlməsi. Onun da səbəbini hamı bilir. Bizim cəmiyyət əbədi hakimiyyət iddialarına da məhz qorxu altında olduğu üçün müqavimət göstərə bilmir. İndi bizim ölkədə növbəti dəfə prezident seçilmək də, qanunları istədiyin kimi dəyişmək də uşağın əlindən konfetini almaq kimi asandır. Biz illər öncəki cəmiyyət deyilik, bəzən bunu qəbul etmirik və elə bu da bizdə anlaşılmazlığı, çaşqınlığı, eyforiyanı artırır. Həmin səbəbdən yanılırıq, xəyalqırıqlığına düçar oluruq. Bizim təsəvvürlərimizdəki uzun illər öncəki cəmiyyət, o zamankı xalqdır. Amma yanında və içində olduğumuz başqadır - konfeti əlindən asanlıqla alınan uşağa bənzəyən toplumdur. Meydan dövrünə, xalq hərəkatı illərinə hər cür qüsur tapmaq olar, çoxları həmin dövrü ikrahla qarşılayır, amma qəbul etməliyik ki, biz həmin cəmiyyət deyilik. Bir anlığa müqayisə aparın, o dövrdən əsər-əlamət qalmayıb.Neçə ki, cəmiyyətin indiki halını reallıq olaraq qəbul etməyəcəyik, daha çox yanılacağıq, daha çox bir-birimizi ittiham edəcəyik. Umub-küsəcəyik. Ortaya isə yaxşı heç nə çıxmayacaq. Cəmiyyətin bu halını dəyişmək haqda da düşünməyəcəyik. Cəmiyyətin qorxu ilə boğulması qışdakı donvurmaya bənzəyir. Amma yaz gələndə hər şey yenidən canlanır. Şaxta bəzi faydalı varlıqları da vurur, bəzi ziyanlı ünsürləri də. Amma fərq etmir, yazda həyat yenidən canlanır. Tamam ayrı bir cəmiyyəti görmüş oluruq. Cəmiyyətin qorxu donunu açmaq üçün faydalı olacaq çox şey var. Neftin qiymətdən düşməsi və bir neçə başqa amil bu cür fəaliyyət üçün yaxşı imkanlar açır. Amma cəmiyyətdəki demokratik qüvvələrin yeni bir güc mərkəzini yaratmadan bu iş mümkün deyil, bir-birinə ağız əyən, bir-birini avtoritar hakimiyyət qədər sərt qəbul edən müxtəlif qüvvələrin və adamların hərc-mərcliyi aradan qalxmadan bu sahədə uğur olmayacaq. Buna isə nail ola bilmirik və konfeti əlindən alınan uşaq kimi olmaqda davam edirik. Təzadlarımızla birlikdə...Millət vəkili, professor Cəmil Həsənli Konstitusiya dəyişikliyinə maraqlı qiymət verib: “Arzuolunmazdır, amma faciə deyil!” Cəmil müəllimin fikrinə çox hörmətlə yanaşıram. Bəli, bu qərar heç nəyin sonu deyil. Amma faciə odur ki, professor özü parlamentdə bu dəyişikliyin əleyhinə səs verməyib. Əgər arzuolunmazdırsa, bu qərarın əleyhinə niyə səs verilmir? Məgər o arzu olunandır?Biz çox düşünürdük ki, Rüstəm İbrahimbəyovu müdafiə edən ziyalılar monarxiya qurmaq cəhdlərinə qarşı niyə çıxmırlar. Bunu jurnalistlərdən biri Rüstəm İbrahimbəyovun özünə sual verib. Özü konstitusiyadakı dəyişikliyə etirazını söyləyən yazıçı çox maraqlı cavab verib. Deyib ki, elə o da köhnə bəyanatında bunu deyirdi, elitanın yoxluğunu, ölkədəki problemləri ona görə səsləndirirdi. Rüstəm İbrahimbəyov neyləsin, şaxta öz işini görür. Cəmiyyətin qorxu donu açılmayınca, adamların dili pəltək vuracaq. Gerçək şaxta vuranda da öncə adamın dili tutulmağa başlayır.
44,987
26.12.2008 09:10
Yazarlar
KONSTİTUSİYAYA DƏYİŞİKLİYİN SİRRİ
Amma qanqaraldıcı odur ki, baş verənlər ölkənin gələcəyinə yaxşı bir şey vəd etmir. Şübhəsiz söhbət əsasən “Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında” YAP-ın hazırladığı referendum aktı layihəsindən gedir. Artıq layihəyə Konstitusiya Məhkəməsi müsbət rəy verib. Bu isə o deməkdir ki, məsələ bu gün-sabah hüquqi qüvvəyə minəcək. Müxalifət, bir sıra jurnalistlər və az sayda ziyalılar istisna olmaqla hələlik buna açıq və cəsarətli etiraz bildirən yoxdur. Belə vəziyyətlərdə adam bilmir cəmiyyəti qınasın, yoxsa onun biganəliyinin alt qatlarında gizlənən səbəbləri təhlil edib üzə çıxarsın. Bir yandan xalq qınanılası deyil: dəyişikliyə, mövcud rejimin siyasi səhnəni tərk edəcəyinə o dərəcədə ümidsizdir ki, bu əhval onda dəhşətli bir tənbəllik yaradıb. Nəyəsə açıq etiraz bildirməyə həvəsi qalmayıb. Bir yandan da son 15 ildəki proseslərin doğurduğu qorxu, xof öz işini görüb. Xalq fikirləşir ki, onsuz da bunlar iqtidardadırlar - konstitusiyaya dəyişiklik oldu-olmadı. Seçkini saxtalaşdırır, istədiyi nəticəni elan edir. Üstəlik, müxalifəti saya salmır, ictimai qınağı vecinə almır, beynəlxalq tənqidlərdən çəkinmir və sair. Digər tərəfdən, cəmiyyəti qınamaya da bilmirsən. Fikirləşirsən ki, əgər insanlarımız bir qədər ötkəm olsa, mütiliyə boyun əyməsə həm öz taleyini dəyişər, həm ölkə qanunlarının başına belə oyunlar açılmaz. Bütün olanlara, deyilənlərə rəğmən hakimiyyət gələcəyindən, taleyindən narahatdır. İşini bəri başdan ehtiyatlı tutur ki, birdən onun gözləmədiyi proseslər baş verər. İqtidar sahibləri təkcə xalqdan nigaran deyillər. Hökumətdə özünü prezident postuna layiq bilən, İlham Əliyevdən sonra ölkənin birinci şəxsi olmağa hazırlaşan bir neçə adamın olduğu çoxlarına sirr deyil. İndiyədək bu haqda mətbuatda kifayət qədər yazılıb. Özlərini potensial prezident sayan məmur-oliqarxların bir üstünlüyü də onların miqyasa gəlməyən pullarının, var-dövlətlərinin olmasıdır. Bir yandan da nəzarətlərində rəsmi və qeyri-rəsmi silahı dəstələr var. Sabah hərəkətə keçsələr, müəyyən addımlar atsalar nələr olar, Allah bilir. Başqa bir məsələ də var. 2013-cü ildə hakimiyyətin kimə ötürüləcəyi haqda artıq Azərbaycan cəmiyyətində, siyasi və media çevrələrində birmənalı rəy formalaşıb. Və bu rəy həmin virtual namizədi istər-istəməz bütün iddialı qüvvələrin hədəfinə çıxarır. Görünür hakimiyyətin ən üst düzeyindəki şəxslər konstitusiyaya dəyişikliyi həm də buna görə edirlər ki, iqtidarın içində 5 il sonrakı dövrə hazırlaşan qüvvələr dinc dayansınlar. Gözlərini 2013-dən çəksinlər. Əmin olsunlar ki, İlham Əliyev hakimiyyəti yaxınlarından kiməsə ötürmək fikrində deyil. Ən azı yaxın 10 il müddətində sükanı öz əlində saxlamaq niyyətindədir. İstənilən halda konstitusiyaya nəzərdə tutulan və böyük ehtimalla həyata keçiriləcək əlavə və dəyişiklər heç də hər şeyin əldən çıxması, itirilməsi kimi qəbul olunmamalıdır. Əgər ölkədə bunca narazılıq, qəzəb, etiraz varsa bunun özü dəyişikliyin qaçılmaz olduğunun bariz göstəricisidir. İctimai-siyasi atmosferin indən sonra bir neçə il də belə gərginliyə davam gətirəcəyi mümkün görünmür. Sadəcə zamana ehtiyac var. Azər AYXAN
44,988
26.12.2008 09:41
Gündəm
“OĞLUMU TÜRMƏDƏ ÖLDÜRƏ BİLƏRLƏR”
İ.İsmayılov oğlunun gələcək taleyindən çox narahat olduğunu qeyd edib: “Mən ondan narahatam ki, Çelyabinskdəki maraqlı qüvvələr öz cinayət əməllərini ört-basdır etmək üçün Etimada qarşı hər hansı qəsd təşkil edə və bunu intihar hadisəsi kimi qələmə verə bilərlər”. İ.İsmayılov onu da bildirib ki, Çelyabinskdə istintaq altında olan şəxsin “intihar etməsi” artıq adi hal alıb: “Məndə olan məlumata görə, bu iş üzrə əvvəllər məhkum edilmiş Quzovun işində şahid qismində ifadə verən iki şəxs intihar adı ilə aradan götürülüb”. İ.İsmayılov Etimad İsmayılovun təqsirinin nə ibtidai, nə də məhkəmə istintaqında sübuta yetirilmədiyini bildirib.Qeyd edək ki, E.İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk Vilayətinin qubernatorunun birinci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib. E.İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E.İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
44,989
26.12.2008 09:11
Siyasət
FATMA ABDULLAZADƏ İLƏ RÜSTƏM İBRAHİMBƏYOVUN DAVASININ SƏBƏBİ MƏLUM OLDU
“Bütün təşəbbüslərim müqavimətlə qarşılanır, təsəvvür etmirsiniz, bütün layihələrimə hansı çətinliklə yol açıram, çünki hər dəfə Fatma Abdullazadə mənə mane olur”, deyə İbrahimbəyov gileylənib.Bir müddət əvvəl İbrahimbəyov Abdullazadəyə işarə edərək, Milli Məclisdə ona qarşı yönəldilmiş qarayaxma kampaniyasının təşəbbüsünün Prezident Aparatından gəldiyini deyirdi. Lakin o, Fatma xanımın mənfi münasibətinin səbəbini izah etməyib.“Turan”a məlumatlı mənbələrdən daxil olan məlumata görə, Abdullazadənin İbrahimbəyova qarşı mənfi münasibətinə səbəb Sevil Əliyeva olub. 90-cı illərin ortalarında Sevil Əliyeva öz adı altında qadın təşkilatı yaratmağı qərara alıb. Elə həmin vaxt o, yer seçmək xahişi ilə Fatma Abdullazadəyə müraciət edib. Buna cavab olaraq, F.Abdullazadə bildirib ki, şəhərin mərkəzində boş qalan gözəl yer var. Söhbət “Azərbaycan” kinoteatrının binasından gedir və həmin vaxt orada Kinematoqrafçılar İttifaqı və Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi bir sıra qurumlar yerləşirmiş.Həmin ünvana baş çəkən Sevil Əliyeva Abdullazadənin seçimini bəyənib. İbrahimbəyova binanın əlindən alınacağını bildirəndə isə o, Londona - Sevil Əliyevaya zəng edib. Dramaturq gileylənib ki, binanı ondan alsalar, onlarla insan küçədə qalacaq və ittifaqın işi iflic vəziyyətinə düşəcək. Buna cavab olaraq Sevil Əliyeva bildirib ki, Abdullazadə ona binanın boş olduğunu deyib və əgər bilsəydi ki, Kinematoqrafçılar İttifaqı orada yerləşir, heç vaxt binaya iddia etməzdi. İbrahimbəyovla danışdıqdan dərhal sonra Sevil Əliyeva Fatma Abdullazadəyə zəng edib və prezidentin qızını pis vəziyyətdə qoyduğu üçün onu kəskin şəkildə danlayıb. Məhz bu hadisədən sonra Abdullazadə İbrahimbəyova nifrət edib və ona hər yolla mane olmağa başlayıb.
44,990
26.12.2008 09:14
Media
ZAMİN HACI VƏKİLLƏ TƏMİN OLUNDU
Xatırladaq ki, redaksiya rəhbərliyi olayla bağlı Binəqədi rayon 5-ci polis bölməsinə dərhal müraciət edib. Təhqiqatçı Elbrus Qədirov və sahə müvəkkili Novruz Qasımov redaksiyaya gələrək, təhqiqata başlayıblar. Artıq A.Nağı sözügedən polis bölməsində ifadə verib. İş Binəqədi rayon Prokurorluğuna göndərilib və müstəntiq İlyas Seyidovun icraatındadır. Göstərilən şikayət üzrə Cinayət Məcəlləsinin 163.1 maddəsi(jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb. Artıq Z.Hacı, A.Nağı, habelə olayın şahidləri - qəzetimizin əməkdaşı Elşad Məmmədli və Müsavat başqanı İsa Qəmbərin sürücüsü Vəzir Zeynalov Binəqədi rayon Prokurorluğunda ifadə verib.Dünən isə Z.Hacı Media Hüququ İnstitutunun vəkili ilə müqavilə bağlayıb. Bu barədə bizə açıqlamasında bildirən jurnalist artıq həmin şəxsin onun əvəzinə çıxış edib, hüquqlarını müdafiə edəcəyini dedi. Müsahibimiz sözügedən məsələdə hüquqlarının sona qədər qorunmasına çalışacağını vurğuladı: “Qanun mənim tərəfimdədir, mən haqlıyam. Bu işin də sona qədər araşdırılmasında israr edəcəyəm”.
44,991
26.12.2008 09:16
Gündəm
MƏŞHUR BİZNESMEN MƏHKƏMƏYƏ VERİLİB
O, məhkəmədən ASC-nin ləğv edilməsi barədə qərarın ləğvini tələb edib. Qeyd edək ki, Tariq Məmmədmuradov buna qədər analoji iddia ilə əvvəlki məhkəmələri uduzub. Sonuncu dəfə onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və iddiası təmin edilməyib. Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının bu il dekabrın 12-də Aslan Kalbalıyevin sədrliyilə keçirilən iclasında Apellyasiya Məhkəməsinin 09 iyul 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb və kassasiya şikayəti təmin edilməyib.Tariq Məmmədmuradovun vəkili Sahib Cəlili müştərisi məhkəmə prosesləri ilə bağlı məlumatların mətbuata çıxmasını istəmir. Bu səbəbdən o, ətraflı məlumat verməyib.
44,992
26.12.2008 09:17
Ölkə
İRİ LAYİHƏLƏR BİR-BİR DONDURULUR
Xatırladaq ki, müqaviləyə əsasən hər iki layihənin tikintisinə gələn ay başlanmalı idi. Ancaq pul olmadığından qarşı tərəf layihənin icrasını bir qədər yubatmalı olub. Bundan əlavə, daha bir iri layihənin taleyi sual altına düşüb. Belə ki, Azərbaycan tərəfinin alman şirkəti ilə imzaladığı müqaviləyə əsasən, bu il Milli Park yenidən qurulmalı idi. Sənədə görə, Milli Park Zığ qəsəbəsinədək genişləndirilməli və burada müasir əyləncə və istirahət mərkəzləri inşa edilməli idi. Amma maliyyə vəsaitinin azlığı bu layihənin də həyata keçirilməsində ciddi əngəllər yaradıb. Eyni zamanda Xəzər dənizi boyu Bakıdan Lənkəran şəhərinə qədər uzanacaq Sahil yolunun tikilməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Razılığa görə, pullu olacaq bu yol əsasən turistlər üçün nəzərdə tutulub. Əlavə edək ki, maliyyə böhranının iri layihələrə təsirini hökumət rəsmiləri də etiraf etməyə başlayıb.
44,993
26.12.2008 09:20
Dünya
“TALİBAN”dan DƏHŞƏTLİ HÖKM
Onun sözlərinə görə, bu hökmə riayət etməyənlərə dərs vermək üçün məktəbli qızlar öldürüləcək. “Qız uşaqlarını qəbul edən məktəbləri də partladacağıq” deyə o xəbərdarlıq edib. “Taliban” nümayəndəsi bildirib ki, onlar indiyədək Pakistanın Suat bölgəsində qız uşaqlarının da oxuduğu 300-ə yaxın məktəbi dağıdıb. Ötən ay “Taliban” Əfqanıstanda qız məktəblərindən birinə hücum edərək, azyaşlı şagirdlərin üzlərinə sulfat turşusu tökmüşdü. ƏFQANLAR UŞAQLARINI SATIRLARÖzü də 500 dollara2001-ci ildən ABŞ silahlı qüvvələrinin işğalı altında olan Əfqanıstanda əhali kasıbçılıqdan əziyyət çəkir. Prezident Həmid Kərzayın və müttəfiq qoşunlarının yalnız paytaxt Kabilə tam nəzarət etdiyi bu ölkədə kasıb ailələr acından ölməmək üçün uşaqlarını aşkar şəkildə satışa çıxarıblar. İngiltərənin “Shannel 4" kanalı bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, varlı ailələr uşaq əldə etmək üçün daha çox Əfqanıstana üz tuturlar. Çünki bu ölkədə uşaqların qiyməti 500 dollardır.
44,994
26.12.2008 09:10
Gündəm
PKK İLƏ DÖYÜŞDƏ 3 TÜRK ƏSGƏRİ ÖLDÜ
Vəziyyəti daha ağır olan 4 əsgər vertolyotlarla Diyarbəkir hərbi hospitalına göndərilib. Cizrədə PKK terrorçularının zərərsizləşdirilməsi məqsədilə irimiqyaslı əməliyyatlara başlanılıb.
44,995
26.12.2008 09:21
Gündəm
“ERGENEKON” PROKURORUNUN AZƏRBAYCANLA BAĞLI ARAŞDIRMASI
Söhbət 1995-ci ilin mart hadisələrindən gedir. İqtidara bağlı “Yeni Şafak” qəzeti iddia etmişdi ki, həmin vaxt “OMON”çuların Heydər Əliyevə qarşı çevriliş planını da Vəli Kiçik hazırlayıb və dəstəkləyib. Qəzet Vəli Kiçiyin Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin qohumu olduğunu iddia edərək, bu çevrilişlə onu yenidən hakimiyyətə gətirmək istədiyini yazıb. Qeyd edək ki, həmin iddia artıq Azərbaycanda 1995-ci ilin mart hadisələri haqda məlumatlı şəxslər və keçmiş prezidentin tərəfdaşları tərəfindən təkzib olunub. Bildirilib ki, həmin hadisələr zamanı Elçibəy müxalifət qüvvələrinə qətiyyən qarışmamağı və kənarda durmağı tövsiyə etmişdi.“Yeni Şafak” qəzetinin dünənki sayında deyilir ki, Üzeyir Qarihi qətlə yetirdiyi üçün həbsdə olan, narkoman olduğu müəyyənləşən Yener Yenmez adlı şəxs həbsxanadan məktub yazaraq iddiaları təsdiqləyib. O, məktubunda yazıb ki, qətli təhdidlər qarşısında üzərinə götürməli olub. Yenmez iddia edib ki, “Ergenekon” qətli üzərinə götürmək üçün ona 1.5 milyon dollar vəd etmişdi. Bu iddialardan sonra “Ergenekon” prokuroru Zəkəriyyə Öz mətbuatda yazılanlarla bağlı təhqiqata başlayıb. Təhqiqat çərçivəsində Yener Yenmezin dindiriləcəyi və Üzeyir Qarih cinayətinin “Ergenekon” işi ilə birləşdiriləcəyi gözlənilir. Beləliklə, Türkiyənin yaxın keçmişinin daha bir səs-küylü cinayəti “Ergenekon”un liderlərindən biri kimi təqdim edilən Vəli Kiçiyin üzərinə qoyulmuş olacaq. Bundan əvvəl də belə səs-küylü cinayətlər barədə iddialar əvvəlcə iqtidara bağlı media vasitəsilə ortaya atılıb, daha sonra onlarla bağlı təhqiqat başlayıb. Qarih cinayətinə dair yeni istintaq və bu işin “Ergenekon”la birləşdirilməsi Türkiyənin ən qalmaqallı cinayət dosyesində Azərbaycanla bağlı da kifayət qədər məqamların olacağını göstərir. Onsuz da bu işlə bağlı həbs edilən şəxslərin bir çoxu Azərbaycanla bağlı olub və istintaq onların bağlılıqlarını araşdırıb.Digər gəlişmə isə Türkiyənin yaxın keçmişinin daha bir qaranlıq olayı-"Susurluq" qalmaqalı ilə bağlı baş verib. Həmin vaxt Doğru Yol Partiyasının hökumətində daxili işlər naziri postunu tutan keçmiş millət vəkili Mehmet Ağar məhkəməyə cəlb olunub. Bildirilir ki, “Susurluq” hadisəsi zamanı Ağar toxunulmazlıq statusuna malik olduğuna görə onu istintaqa cəlb etmək mümkün olmayıb. Hazırda “Susurluq” hadisəsini də “Ergenekon” istintaqı ilə birləşdirmək yönündə hazırlıqlar gedir. Mehmet Ağar daxili işlər naziri olmaqla bərabər Türkiyədə çox nüfuzlu klanlardan birinin başçısı və PKK-ya qarşı amansız mübarizə aparanlardan biri olub. Türkiyə mətbuatının məlumatlarına görə, Ankara Ağır Cinayətlər Məhkəməsi Ağarın “qeyri-leqal silahlı birləşmələr yaratmaq” ittihamı ilə dindirilməsi üçün məhkəməyə gətirilməsi haqda qərar çıxarıb. Qərara görə, əgər o könüllü gəlməsə polis tərəfindən gətiriləcək. Son vaxtlar Türkiyə mətbuatında 90-cı illərin ortalarında Türkiyənin qumarxanalar kralı kimi tanınan kürd mafiozu Ömər Lütfü Topalın öldürülməsində Ağarın əli ola biləcəyi haqda iddialar ortaya atılıb. Milli İstihbarat Təşkilatının keçmiş antiterror idarəsinin rəhbəri Mehmet Eymür isə deyib ki, Topalın öldürülməsindən sonra Ağar ona mafiya babası Abdullah Çatlı və dəstəsini Azərbaycan və kürdlərin yaşadığı cənub-şərq bölgəsinə göndərəcəyini bildirib.
44,996
26.12.2008 09:21
Ölkə
MÜĞƏNNİ TUNARIN ADI “EKSTAZİ” MƏHKƏMƏSİNDƏ ÇƏKİLDİ
Dövlət ittihamçısı Yalçın Həsənova məxsus dəftərçədəki qeydlərə aydınlıq gətirmək üçün onun sürücüsü Həsən Həsənova bir neçə sual verdi. H.Həsənov bildirdi ki, bloknota Y.Həsənov nə deyirdisə o da onu qeyd edirdi. - Bloknotda yazmısan ki, Nazim -7 “ştuk”. Nə deməkdir bu?- Yalçın Həsənov nə deyirdisə, onu da yazırdım. Hakim: - O 7 “ştuk” nədir? “Aboy” idi divara vurmaq üçün? Daha sonra yazılıb ki, Cavidan 6+2+8. Suala Y.Həsənov “ekstazi”lərin sayı olub, Nazim tanışımdır. Hazırda Dubayda yaşayır. Ona da 7 ədəd vermişəm" deyə cavab verdi. Hakim: - Burada yazılıb ki, Mamed - 4 “ştuk”. - Mən belə bir adam tanımıram. - Bəs Həsən ibtidai istintaqda ifadə verib ki, Mamed Yalçının dostudur. Həsən: - Mən belə bir ifadə verməmişəm, Mamed adlı adamı da tanımıram. - Daha sonra yazılıb ki, Ruslan - 12 ədəd. Yalçın: - Ona o qədər “ekstazi” vermişəm. Fərid - 2 ədəd.- Mən həmin iki ədədi özüm üçün götürmüşdüm. Sadəcə Fəridin ad gününə gedirdim. Və həmin gün qəbul etdim. Mənə istintaq zamanı bloknotun yalnız bir səhifəsini göstəriblər. Hakim daha sonra bloknotdakı digər qeydləri də diqqətə çatdırdı. “Mahir - 22 ədəd, Tunar- 2, Əli- 4 ədəd”.Dövlət ittihamçısı isə suallarını Mahir Mirsalamlıya ünvanladı. Təqsirləndirilənin ibtidai istintaqa verdiyi ifadəsini xatırladan prokuror ondan Nurlan adlı şəxsi tanıyıb-tanımamasını soruşdu:- Bildirmisən ki, Nurlandan 4 ədəd “B-29" tabletkası almısan. M.Mirsalamlı: - Mən belə bir ifadə verməmişəm. Soruşdular Nurlan kimdi? Dedim, tanımıram. Hakim M.Mirsalamlının ifadəsini elan etdi. İfadədə göstərilib ki, biri 50 dollar olmaqla Əli İsmayılovdan 4 ədəd “B-29" tabletkası alıb. Əli həmin tabletkaları Nurik kimi müraciət edilən Nurlan adlı şəxsdən aldığını bildirib. M.Mirsalamlı istintaq zamanı belə bir ifadə vermədiyini dedi. Daha sonra dövlət ittihamçısı Y.Həsənova müraciət etdi: - Mahirin ifadəsi var ki, Tunar adlı şəxsdən ekstazi almısan. - Mən ekstazi almamışam, vermişəm. Tunar adlı şəxsi isə tanımıram. Bundan sonra məhkəmə M.Mirsalamlının bağ evində təqsirləndirilən Əli İsmayılov tərəfindən lentə alınan görüntüləri araşdırdı. Çəkilişlə bağlı hakim Ə.İsmayılovun özünə bir neçə sual verdi:- Video görüntüdən məlum olur ki, bağdan “tovar” almaq üçün çıxıb gedirsiniz.- Orda özümüz belə görüntü yaratmışıq, əslində isə tekila almaq üçün gedirdik. - Sizin başqa çəkilişləriniz var ki, orda arvad paltarları da geyinmisiniz?- Mən arvad paltarı geyinməmişəm. Zaldakılar pis başa düşər. - Mən demirəm ki, siz oriyentasiyanızı dəyişmisiniz. Çəkilişdə digərlərindən soruşursunuz ki, ekstazi qəbul etdik, indi vəziyyətiniz necədir. Onlar da deyirlər ki, zordur. - Həmin məclisdə ekstazi qəbul edilməyib. Dedim axı sadəcə özümüz elə görüntü yaratmışdıq ki, guya ekstazi qəbul etmişik. Biz sadəcə tekila içmişdik. - Niyə demirdin ki, tekila qəbul etmişik, vəziyyətiniz necədir, söyləyirdiniz ki, ekstazi qəbul etmisiniz? Bunda da müstəntiqi ittiham edə bilməzsiniz ki?! Çünki bu çəkiliş sizin özünüz tərəfindən, həbs edilməmişdən qabaq aparılıb. - Biz sadəcə olaraq məzələnirdik.- Ehtiyac varmı həmin çəkiliş göstərək, yoxsa ekstazi qəbul etdiyinizi etiraf edirsiniz. - Qəbul etməmişik. - Deməli, çəkilişi qəbul edirsiniz, amma ekstazi məsələsini yox. Bəs niyə məhz çəkiliş zamanı ekstazi qəbul etdiyinizi deyirdiniz?- “Kino”nun ssesenarisi belə idi.- Deməli, ekstazi ilə bağlı kino çəkirdiniz?- ?Orxan Nadirovun vəkili Seyfulla Əliyev isə məhkəmənin gedişində müvəkilli barədə ittihamnamədə əksini tapan məqamlar sübuta yetirilmədiyindən ona bəraət verilməsini və məhkəmə zalından azad olunması ilə bağlı vəsatət qaldırdı. Hakim vəsatətə növbəti məhkəmə prosesində baxılacağını bildirdi. Proses dekabrın 30-u saat 11:00-da davam etdiriləcək.
44,997
26.12.2008 09:02
Ölkə
ŞAMAXIDA YENƏ ZƏLZƏLƏ OLDU
Onun sözlərinə görə, dekabrın 19-da saat 19.11-də Pirquludan 15 km şimal-qərbdə 5 bal gücündə baş verən zəlzələdən sonra indiyədək 40-50 təkan qeydə alınıb. Q.Yetirmişli belə zəlzələdən sonra kiçik təkanların baş verməsinin normal və təhlükəsiz olduğunu söyləyib.
44,998
26.12.2008 09:14
Ölkə
“BU İL AZƏRBAYCANDA 3 NƏFƏR İŞGƏNCƏDƏN ÖLÜB”
E.Behbudov həmçinin komitənin hesabatında yer alan bir neçə rəqəmi açıqlayıb. Onun sözlərinə görə, bu il ərzində Azərbaycan hüquq-mühafizə orqanları sistemində 3 nəfər işgəncə faktı ilə dünyasını dəyişib, 80-dən çox şəxs isə müxtəlif işgəncələrə məruz qalıb. E.Behbudov hesabatda qeyd olunan digər rəqəmlər barədə gələcəkdə ictimaiyyətə açıqlama veriləcəyini bildirib.
44,999
26.12.2008 09:23
Ölkə
NƏQLİYYAT NAZİRLİYİ TARİF ŞURASINI SAYMADI
Bu barədə Azərbaycan Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov 1.news.az-a açıqlamasında bildirib. Əzməmmədov deyib ki, 27 dekabr tarixindən sonra adıçəkilən istiqamətlərə hərəkət edən qatarlarda biletlərin qiyməti 110 manat olacaq.
45,000
26.12.2008 09:06
Media
DEKABRIN 29-da MİRZƏ SAKİTİN MƏHKƏMƏSİDİR
“Bilirsiniz ki, Sakitin cəzasının bitməsinə 6 ay vaxt qalıb. Biz bu müddətə qədər onun azad olunmasını istəyirik. Müraciətimizdə də elə bunu göstərmişik. Mənim təcrübəmdə belə məhkəmələr olub və uğur qazanmışam”. Müsahibimiz hakimiyyətin Sakitin vaxtından əvvəl həbsdən azad olunmasına icazə verib-verməyəcəyi ilə bağlı suala cavabında bildirdi ki, bu barədə proqnoz yürütmək istəmir: “Ümumiyyətlə, hüquqi məsələlərlə bağlı proqnoz vermək doğru deyil. Nəticənin necə olacağını indidən deyə bilmərəm”.
45,001
26.12.2008 09:05
Media
MƏTBUAT ŞURASI BAŞ PROKURORLUĞA VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ MÜRACİƏT EDİB
Oğurluq faktı ilə əlaqədar Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinə müraciət edilib və müvafiq araşdırmalara başlanılıb. Müraciətdə indiyədək günahkar(lar)ın tapılmadığı, redaksiyaya məxsus avadanlıqların geri qaytarılmasının təmin olunmadığı vurğulanır. Qeyd olunur ki, bu, “Üç nöqtə” nin fəaliyyətinə təsirsiz ötüşmür. Müraciətdə həmçinin hər iki dövlət qurumunun səyləri nəticəsində məsələnin tezliklə həllini tapacağına, günahkarlar barədə lazımi ölçü götürüləcəyinə əminlik ifadə olunur.
45,002
26.12.2008 09:27
Media
MEDİA İLƏ BAĞLI KONSTİTUSİYA DƏYİŞİKLİKLƏRİNƏ ETİRAZ
Konstitusiyanın “Şəxsi toxunulmazlıq hüququ” adlanan 32-ci maddəsinin ikinci bəndinə edilən əlavələr də jurnalistlərə əngəl xarakteri daşıyır. Həmin əlavələrə görə, “qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və bu cür digər hərəkətlərə məruz qoyula bilməz”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, anormallığın bariz nümunəsi konstitusiyaya belə xırda məsələlərin salınmasıdır. Onun sözlərinə görə, konstitusiya adətən ümumi normaların məcmusudur. “Belə çıxır ki, daha heç bir qanun olmasın, biz də bunları konstitusiyaya əlavə edək” deyən təşkilat sədri həmçinin vurğuladı ki, demokratiya, söz azadlığı ilə bağlı məsələlərdə hər dəfə konstitusiyaya əl atmaq olmaz: “Təhlükəsi həm də bundan ibarətdir ki, əlavə edilən maddələrin bir çoxunda ikimənalılıq qalır. Nəticədə istənilən hakim konstitusiyaya müraciət edərək, yozub, istədiyi qərarı həyata keçirə bilər”. Müsahibimiz həmçinin vurğuladı ki, hansısa fərdin çəkilişinin, səs yazılışının qeydə alınması üçün icazə almaq bəzi ölkələrin qanunvericiliyində olsa da, Azərbaycan Konstitusiyasında istisnalar nəzərə alınmayıb. Onun sözlərinə görə, bu çəkilişlər ictimai xadimlərin, siyasi rəhbərliyin həyatına aid edilməməlidir: “Bu xırdalıqlar konstitusiyada öz əksini tapmadığı üçün kimlərsə ona istinad edərək, sui-istifadə hallarına yol verəcəklər. Hesab edirəm ki, şəxsi həyatın toxunulmazlığı ilə bağlı məsələ deputat və məmurların özlərini mətbuatdan daha ciddi şəkildə qoruması üçün atılan addımdır. Dünyanın hər bir yerində rəsmi şəxslər qanunların və konstitusiyanın vasitəsilə özlərini mətbuatdan qorumağa çalışırlar. Demokratik institutları olan ölkələrin hakimiyyətlərində ara-sıra belə hallar baş qaldırırsa, həmin qurumlar dərhal bunun qarşısını alıb tarazlıq yaradırlar. Bizdə tarazlıq yaradan institutlar - icra strukturları, onun şikəst əl-qolu olan məhkəmələr var. Müxalifəti zəif, mətbuatı şilküt, vətəndaş cəmiyyəti yarıhökumətə tabe etdirilmiş-yarıdepressiv formada olduğu üçün bu cür cəhdlərin qarşısını almağa heç bir struktur yoxdur. Ona görə də konstitusiya belə bir eybəcər formaya salınır”. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev konstitusiyaya media ilə bağlı edilən əlavələrin ümumi vəziyyəti çətinləşdirəcəyini söylədi. Mehman bəy də hesab edir ki, bu cür məqamlar konstitusiyaya salınmamalıdır: “Qanunlar çərçivəsində müəyyənləşdirilməli və dəqiqləşdirilməlidir. Məsələn, jurnalist küçədə və ya mətbuat konfransında bir kadr çəkirsə, hər bir vətəndaşdan, iştirakçıdan ayrı-ayrı icazə almalıdır? Jurnalist təhqiqatı aparıb, hansısa vacib dövlət, ictimai maraq kəsb edən hadisəni çəkirsə, buna görə yazılı ərizə ilə müraciət etməlidi? Təbii ki, vətəndaşın şəxsi həyatı, tutaq ki, onun hardasa çimməsi, soyunub-geyinməsi və sairlə bağlı kadrlar çəkiləndə mütləq icazə alınmalıdır. Təbii ki, konstitusiyaya media ilə bağlı edilən əlavələr hüquqi yox, sırf siyasi qərardır və mətbuata qarşı uzun müddət aparılan proseslərin nəticəsidir. Məqsəd Azərbaycan mətbuatını hakimiyyətə, hökumətə nəzarətdən çəkindirməkdən ibarətdir. Digər tərəflən, jurnalistləri daha da qorxutmaq istəyi var”. M.Əliyev mətbuatın buna riayət edəcəyini düşünmür. Baş direktor hesab edir ki, ictimai, dövlət maraqları kəsb edən, dövlətin təhlükəsizliyinə xələl gətirən vətəndaşın hərəkətinin lentə çəkilməsi heç nəyə zidd deyil: “Təbii ki, konstitusiyada başqa maddələr də var. Əgər jurnalist bu çəkilişə görə ittiham olunsa, konstitusiyanın dövlət və ictimai maraqlarla bağlı maddələri də işə düşəcək. Özbaşınalıq, rüşvət, korrupsiya, ”dedovşina" faktları çəkilməlidir. Bu cür hallar deyilən düzəlişlə qadağan oluna bilməz. Bundan qorxmaq lazım deyil və jurnalistlər yenə də araşdırmalarını eyni əzmkarlıqla davam etməlidilər".
45,003
26.12.2008 09:06
Media
“ƏVVƏLLƏR OPTİMİST İDİM, AMMA İNDİ YOX”
Onun sözlərinə görə, hakimiyyət jurnalistlərin atalarının yas yerində iştirakına şərait yaratsa da, bu addımı sona qədər davam etdirmədi. Müsahibimiz məhz icazə verilən ərəfədə optimist proqnozların yarandığını dedi: “Amma həmin ərəfədə bu addımın davamının gəlməməsi artıq optimizmi də öldürdü. Ona görə də inanmıram ki, gözlənilən əfv baş tutsun”.
45,004
26.12.2008 09:32
Gündəm
“ÜZRÜ BİZ YOX, ERMƏNİLƏR İSTƏMƏLİDİR”
Səfir başa çatmaqda olan ili Azərbaycan və Türkiyə üçün çox dəyərli saydı, iki dövlətin tarixində bu ilin mühüm rol oynadığını dedi: “Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinin, cümhuriyyət parlamenti və ordusunun 90 illiyini, Türk Cümhuriyyətinin 85 illiyini, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 90 illiyini qeyd etdik. Tarixçilərin mənə söylədiyinə görə, osmanlı dövlətinin 8 minlik ordusu olmasaydı, bu gün Bakıya başqaları sahiblənərdi”. Sonra Azərbaycan ziyalılarının 90 il öncə Qafqaz İslam Ordusuna ünvanladığı məktubun xülasəsi oxundu. Səfir həmçinin 2008-ci ildə hər iki dövlətin siyasi və iqtisadi əlaqələrinin genişlənməsi yönündə mühüm görüşlər keçirildiyini diqqətə çatdırdı: “Bu müddətdə 10 qarşılıqlı ziyarət gerçəkləşib, 30 nazir qarşılıqlı olaraq bir-birini ziyarət edib. Ziyarətlərin son dərəcə mühüm əhəmiyyəti olub və olacaq. Eyni zamanda sıx iqtisadi əlaqələr qurulub. Ortaq türk dilində televiziyanın açılması ilə bağlı planların reallaşması da hər iki dövlət üçün uğur hesab oluna bilər”. Cari ildə Türkiyənin Qafqazda sabitlik yaratmaq uğrunda göstərdiyi səylərin uğurlu nəticələr verəcəyinə inandığını vurğulayan H.Kılıc bir daha Qarabağ münaqişəsində Türkiyənin Azərbaycanı haqlı saydığını dedi. Diplomat gələn il Bakıda Nuru Paşanın heykəlinin ucaldılması planının reallaşacağını xüsusi olaraq vurğuladı, eyni zamanda Nuru Paşa Fondunun yaradılacağını bildirdi: “Nuru Paşanın Bakıda heykəlinin qoyulması hər zaman planımızdadır, lakin bu yalnız bizdən asılı məsələ deyil”.Səfir 2009-cu ilin planları sırasında həmçinin, Gəncədə Türkiyənin baş konsulluğunun açılması, qardaşlıq meşələrinin salınması, mühüm siyasi görüşlərin olacağını vurğuladı: “Gələn ilin fevralında Türkiyə, Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin çözümünə dair görüşü də planlaşdırılıb. Önümüzdəki ildə habelə türkdilli dövlətlərin zirvə toplantısı da nəzərdə tutulub”.Diplomat türklərin ermənilərdən üzürdiləmə kampaniyasına mənfi münasibət bəslədiyini bildirdi. Xalq şairi Zəlimxan Yaqubun “Türk yağıdan üzr istəməz” şeirinin günümüz üçün aktual olduğunu vurğulayan səfir üzr diləməyə heç bir əsas olmadığı qənaətindədir: “Türkiyədə 75 milyon insan yaşayır. Baş nazirimiz kimi mən də üzrdiləmə kampaniyasının yanlış olduğunu bildirirəm. Biz buna qarşıyıq. Əksinə, erməni türkə, bizlərə üzürxahlıq etməlidir”.Səfir türk şirkətlərinin Azərbaycandan kənarlaşdırılmasına dair fikirlərin də yanlış olduğunu əminliklə bildirdi: “Əksinə, Türkiyədən bura gələn şirkətlərin sayı artıb. Ötən ay burada 3-4 şirkət açılıb”. TRT dövlət televiziyasında, digər Türkiyə telekanallarında Qarabağ müharibəsi, Xocalı faciəsindən bəhs olunmamasıyla bağlı səslənən fikirlərə səfir “Xocalı faciəsinə dair faktlar bizə təqdim olunarsa, sizinlə əməkdaşlıq etməyə hər zaman hazırıq” cavabını verdi. Sonda səfir Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik etdi: “Arzu edirik ki, gələn il dünyada barış ili olsun, Qarabağ problemi həll edilsin. Türkiyə hər zaman Azərbaycanın yanındadır və yanında olacaq”.lent.az-ın məlumatına görə, səfir həmçinin Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəlinin ucaldılacağını deyib.
45,005
26.12.2008 09:35
Yazarlar
YAZIÇI ŞEYX ROLUNDA
Müəyyənləşmə prosesi davam edir. Artıq nəticələr də var. Məsələn, Azərbaycanın geriyə sürükləndiyi hazırkı məqamda tanınmış yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ömürlük prezidentliyə qarşı çıxması “aydın səmada şimşək” effekti doğurdu. Ona görə ki, İbrahimbəyovun sözünün çəkisi var. Sözün çəkisi varsa, demək, o, cəmiyyəti, siyasi kəsimi silkələmək gücündədir. Ziyalılıq elə budur - həlledici anda milli maraqlara zidd planlara qarşı getmək, xalqın mənafeyini öndə tutmaq. Həm də bunu açıq formada, çəkinmədən etmək. Üstəlik, elə bir dövrdə ki, toplum dərin mənəvi böhran, ruh düşkünlüyü yaşayır. Əlbəttə, həqiqəti demək üçün qışqırmağa, küçəyə çıxmağa ehtiyac yoxdur. Onu yazmaq da olar, pıçıldamaq da. Əsas odur ki, susmayasan. Susmamaq üçün isə gərəkdi ki, insanda vicdan deyilən bir daxili nəzarətçi, qoruyucu ola. O varsa, insan istər-istəməz haqsızlıqlara, cahilliklərə, anormallıqlara laqeyd qalmayacaq. Həzrəti Peyğəmbərimiz (s.ə.s.) necə buyurub: “Haqqı həyatınız bahasına olsa da deyin”. İslam Peyğəmbəri (s) ən böyük cihad elə bunu sayırdı. Zora, zülmə, haqsızlığa, rüşvətə dözən yoxdusa, zülm, haqsızlıq, rüşvət də olmaz!..“Hesab edirəm ki, ömürlük prezidentlik təşəbbüsü məmurlar tərəfindən ortaya atılmış məsələdir. Bununla da Azərbaycana və onun demokratiyasına böyük zərbə vururlar”. Rüstəm İbrahimbəyov srağagünkü çıxışında belə deyib. Doğrudur, yazıçı bəzi məqamlarda sadəlövhlüyə yuvarlanıb, amma istənilən halda onun öz rahatlığını və əmin-amanlığını təhlükə altına ataraq, ziyalı kimi üzərinə düşəni etməsi, ondan gözləniləni dilə gətirməsi təqdiredicidir. Buna görə təşəkkürlər. Əfsus ki, xalqın, Qarabağın taleyinə bilavasitə dəxli olan məsələdə eyni mövqe hörmətli şeyximiz, müstəqil dini qurumun rəhbəri Hacı Allahşükür Paşazadə tərəfindən sərgilənmədi. Ümumiyyətlə, son 15-16 ildə Şeyx həzrətləri yaddaşlarda daha çox, içi biz qarışıq, ölkə müsəlmanları adından hakimiyyətin ünvanına lüzumsuz dəstək bəyanatları verməsi və reveranslar etməsi ilə, lap dəqiqi, hakimiyyət maraqlarının qızğın müdafiəçisi kimi qalıb, nəinki hüquqsuz xalqın təəssübkeşi qismində. Bununla da toplumda özünün neytral, barışdırıcı imicini ciddi şəkildə zədələyib. İndi də ömürlük prezidentliyə haqq qazandırmaqla Şeyx sanki YAP-çı, məmur kimi danışır. Halbuki, o, dini rəhbərdir və bu səbəbdən məsələdə ən azından neytral qalmalı, ən çoxundan isə Haqq-Təalanın buyuruşlarını gözləyib müsəlman toplumun mənafeyini güdməlidir. Bu mənada bir inanc adamı kimi məndən ötrü şəxsən Rüstəm İbrahimbəyov daha qiymətli müsəlmandır, ziyalıdır, şeyxdir, nəinki Şeyxin özü. Haqqın, insaniyyətin, səmimiyyətin, tərəqqinin, halalın tərəfini tutduğu üçün; harama, saxtakarlığa, yaltaqlığa, vəzifə hərisliyi və nəfsə qarşı çıxdığı üçün. Hansı naqis keyfiyyətlər ki, müqəddəs kitabımız bəşər övladını onlardan uzaq durmağa çağırır. *** Vaxtilə ulu şairimiz Nizami Gəncəviyə xalq məhz nüfuzuna, ad-sanına, dürüstlüyünə, hamı tərəfindən sevildiyinə və haqqın yanında durduğuna görə “şeyx” ləqəbi vermişdi. Bu gün həmin missiyanı möhtərəm Paşazadə həzrətləri daşımalıykən, Rüstəm İbrahimbəyov timsalında yazıçı öz çiyinlərinə çəkib. Yazıçı şeyx rolundadır, Şeyx isə... Görünür, bu da “analoqu olmayan” Azərbaycanın başqa bir reallığı, daha doğrusu, anormallığıdır. Zahid SƏFƏROĞLU
45,006
26.12.2008 09:28
Ölkə
SUMQAYITDA TAPILAN AVİABOMBALAR GƏLƏN HƏFTƏ PARTLADILACAQ
A.Aslanov bildirib ki, Sumqayıt sənaye zonası olduğu üçün partlayışın orada aparılması qeyri-mümkündür. Bu səbəbdən partlayış üçün təhlükəsiz yer seçilib. Hazırda isə hərbi sursatların aşkarlandığı ərazi tam mühafizə edilir.Qeyd edək ki, qəsəbənin girişində “FAB 50" tipli 58 ədəd aviabomba, 1 ədəd 125 mm-lik tank mərmisi, 3 ədəd 122 mm-lik top mərmisi, 2 ədəd 76 mm-lik top mərmisi, 1 top mərmisinin döyüş başlığı, 1 qrad tipli raket aşkarlanıb. 50 kq çəkisində olan bombaların dağıdıcı radiusu 500 metrdir. Bu hərbi sursatları Sovet Ordusu Azərbaycanı tərk edərkən həmin əraziyə pərakəndə şəkildə töküb. Təmizləmə işləri ümumilikdə 25 min kv/metr ərazini əhatə edir.
45,007
26.12.2008 09:07
Gündəm
ƏLİ İNSANOVUN MÜAYİNƏSİ BAŞ TUTMADI
Xatırladaq ki, İnsan Haqları üzrə Avropa Məhkəməsinin sabiq nazirin işinə baxan palatasının sədri bu il noyabrın 25-də onun dərhal Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib. Avropa Məhkəməsi hər iki tərəfdən paritet əsasla (3 nəfər hökumət tərəfindən, 3 nəfər müdafiə tərəfindən) tibbi ekspertlər olmaqla, Əli İnsanovun xüsusi problemləri üzrə diaqnoz qoyulmasını vacib sayıb. Məhkəmə Ə.İnsanovun xüsusi problemlərini həll etmək üçün cərrahiyyə əməliyyatı da daxil olmaqla, uzunmüddətli müalicə üçün dərhal qərar qəbul edilməsini hökumətdən tələb edir. Məhkəmə qərar qəbul edilməsi üçün hökumətə 2009-cu il yanvarın 20-dək vaxt verib.
45,008
26.12.2008 09:37
Media
TREND “RİA NOVOSTİ” İLƏ TƏRƏFDAŞLIQ SAZİŞİ İMZALAYIB
Sazişi “Trend”in baş direktoru İlqar Hüseynovla “RİA Novosti”nin baş redaktor müavini Aleksandr Babinski imzalayıblar. “Trend”in ofisində imzalanan saziş informasiya və multimedia sahələrində əməkdaşlığı, jurnalistlərin iş təcrübəsi ilə tanışlığı nəzərdə tutur.
45,009
26.12.2008 09:29
Ölkə
MƏHKƏMƏ RÜSTƏM İBRAHİMBƏYOVUN İDDİASINI RƏDD ETDİ
Məhkəmə iddianı rədd edib. Bu barədə “Yeni Müsavat”a açıqlamasında vəkil Aslan İsmayılov məlumat verdi. Onun sözlərinə görə, məhkəmə iddiaçı tərəfin lazımi və yetərli sübutlar təqdim etmədiyini əsas gətirərək, belə addım atıb. Vəkil isə əsaslarının yetərli olduğunu düşünür: “Biz sübut kimi Nizami Cəfərovun ”Yeni Müsavat" qəzetinə verdiyi müsahibəni məhkəməyə təqdim etmişdik. Həmin müsahibədə deputat Rüstəm müəllimi dələduz adlandırmış, onun ünvanına bir çox təhqiramiz ifadələr səsləndirmişdi. Ondan artıq sübut nə olmalıdı? Bu adamın “Yeni Müsavat”a müsahibəsi başdan-ayağa təhqir idi və məhkəmə predmeti sayılmalıydı". Müsahibimiz məhkəmə qətnaməsinin qanunsuz olduğunu söylədi. Vəkil bu məhkəmənin qərarından apelyasiya şikayəti verib-verməyəcəklərilə bağlı isə dəqiq heç nə demədi: “Bu məsələ birbaşa Rüstəm müəllimdən asılıdır. Əgər o, təkid etsə, qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verəcəyik”. Vəkil bu qərarın sifariş və ya bunun R.İbrahimbəyovun srağagün Azərbaycan Media Mərkəzində keçirilən debatlar zamanı sərt çıxışları ilə əlaqədar olması ilə bağlı heç nə demədi. Müsahibimiz bunu şərh etmək istəmədiyini vurğuladı. N.Cəfərov isə bizə açıqlamasında məhkəmə barədə ilginc təfərrüatlara toxundu. Onun sözlərinə görə, ilk məhkəmə iclasına iddiaçı tərəf gəlməmişdi. İkinci iclasda isə qarşı tərəfi cavan bir vəkil təmsil edirdi və yenə də R.İbrahimbəyov özü qatılmamışdı: “Düzdür, həmin vəkil mərifətli oğlan idi. Amma məhkəmənin gedişində belə məlum oldu ki, onlar Rüstəm İbrahimbəyovun şərəf və ləyaqətinin təhqir olunduğu ittihamını irəli sürsələr də, onu lazımi səviyyədə formalaşdırmayıblar. Ortaya böyük bir iddia qoymuşdular. Guya ki, mən onun şəxsiyyətini təhqir edib, şərəfini alçaltmışdım. Amma bunun qarşılığında gətirdikləri misallar, faktlar bunun belə olmadığını göstərirdi. Və məhkəmənin qərarı da elə buna müvafiq oldu”. N.Cəfərov hesab edir ki, R.İbrahimbəyov da onun kimi məhkəmədə şəxsən özü iştirak etməliydi. Müsahibimiz vurğuladı ki, ona vəkil verilsə də, bundan imtina etmişdi: “Bu imtina da səbəbsiz deyildi. Bu elə işdir ki, ona görə vəkil tutulmamalıdır. Ziyalı olaraq öz sözümüzü deməyi, hüququmuzu müdafiə etməyi bacarmalıyıq. Amma buna baxmayaraq, məhkəmə şəxsən onun iştirakı olmadan da bu məsələyə baxdı”. N.Cəfərov vurğuladı ki, iddia ərizəsində onun həbsi tələb olunurdu. Müsahibimizin sözlərinə görə, bu cəza müddəti minimum 6 ay, maksimum 3 il nəzərdə tutulubmuş: “Əgər Rüstəm İbrahimbəyov iddiasında bu qədər əmin idisə, özü prosesə qatılaydı. Hər halda, onların ittihamına görə mən həbs olunmalıydım. Elə qabiliyyəti, səviyyəsi varsa, özü məhkəməyə gələydi, sübut edəydi ki, mən onun şərəf və ləyaqətini alçaltmışam. Mən də məmnuniyyətlə gedib, 3 il cəzamı çəkərdim. Sübut edəydi ki, onun həqiqətən də şərəf və ləyaqəti var və mən onu alçaltmışam. Onda deməyə sözüm qalmazdı”. Müsahibimizin sözlərinə görə, R.İbrahimbəyovun vəkili məhkəmə işində R.İbrahimbəyovun adından heç nəyi sübut edə bilməzdi: “Mən bu günkü qəzetlərdə oxudum ki, Rüstəm İbrahimbəyovun vəkili Aslan İsmayılovdur. Amma məlum oldu ki, o deyilmiş. Heç olmasa prosesə Aslan İsmayılov gəlsəydi, başa salardıq. Cavan bir uşaqdır, ona nə söz deyək ki? Digər tərəfdən, lap Aslan gəlsəydi, neyləyəcəkdi ki? Bu, onun da anlayacağı məsələ deyil. Aslan bu məsələnin məzmununu başa düşməyib, Rüstəm İbrahimbəyovun vəkili olubsa, deməli, elə onun səviyyəsindədir”. Yaşanan bu dartışmanın hüquq müstəvisində qalibi çıxan N.Cəfərov isə bu olayı böyütməyə ehtiyac görmür. Müsahibimiz məhkəmədə yox, ondan çox qabaq fikirləri, mövqeyi ilə R.İbrahimbəyova qalib gəldiyini dedi: “Məhkəmə qalibiyyəti qalibiyyət deyil. Şərti anlayışdır. Mən bu mübarizəni ideoloji baxımdan udmuşam və mənimçün də elə bu vacibdir”. N.Cəfərovun məhkəmə, habelə qarşı tərəfin müdafiəçisi ilə bağlı dediyi fikirlərə münasibət öyrənmək üçün növbəti dəfə A.İsmayılovla əlaqə saxladıq. Xatırladaq ki, srağagün R.İbrahimbəyov bizə açıqlamasında N.Cəfərovdan heç bir maddi təzminat tələb etmədiyini, onun həbsini istəmədiyini demiş, sadəcə, qarşı tərəfin mətbuat vasitəsilə ondan üzrxahlıq etməsini gözlədiyini vurğulamışdı. N.Cəfərov isə ortada həbs cəzası tələbi olduğunu deyir. A.İsmayılov bu sualların cavabında bildirdi ki, prosesə həqiqətən də onun özü yox, vəkil Rövşən Şirəliyev qatılıb. Müsahibimiz məhkəmə ilə bağlı məsələlərə sonuncunun cavab verəcəyini vurğuladı. R.İbrahimbəyov isə ümumiyyətlə, məhkəməyə şərh vermədi. Bu barədə xəbəri ilk dəfə bizdən eşitdiyini deyən kinorejissor A.İsmayılovla danışandan sonra rəyini açıqlayacağını vurğuladı. Amma günün sonuna qədər bir neçə dəfə R.İbrahimbəyovla əlaqə saxlasaq da, sonuncu hələ də vəkili ilə danışmadığını dedi.
45,010
26.12.2008 09:44
Kriminal
BAKIDA QARDAŞ QARDAŞINI QƏTLƏ YETİRDİ
Mərhumun meyitinə ilkin baxış keçirən istintaq qrupu onun xüsusi amansızlıqla qətlə yetirildiyi qənaətinə gəlib. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş.Vəliyev saxlanılıb. Faktla bağlı onun barəsində Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. QAYNAQÇI TİKİNTİDƏN YIXILIB ÖLDÜXəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus Xaçmaz rayonu Müqtədir qəsəbəsinin ərazisində olan tikintidə bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qaynaq işləri aparan Qusarçay kənd sakini Oqtay Salmanov işləyərkən tikintidən yıxılıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. SUMQAYIT SAKİNİ DƏM QAZINDAN BOĞULUB ÖLDÜSumqayıt Olimpiya İdman Kompleksinin gözətçisi dəm qazından boğularaq ölüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün baş verib. Sumqayıt Olimpiya İdman Kompleksində gözətçi işləyən 1962-ci il təvəllüdlü Rizvan Hüseyn oğlu Allahverdiyev kompleksin hamamında çimərkən dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. LƏNKƏRANDA YANĞIN OLDUDünən səhər saatlarında Lənkəranda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi 12 ünvanında 1934-cü il təvəllüdlü Adil İbad oğlu Əsədova məxsus yaşayış evində saat 7.00 radələrində qeydə alınıb. DYMX-nin iki yanğınsöndürən maşını yanğının söndürülməsinə səfərbər olunub. Güclü alovun qonşu evlərə keçməsinin qarşısı alınsa da, 120 kvadratmetrlik evin 50 kvadratmetri əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimallara görə, yanğına mətbəxdəki elektrik cihazında gərginliyin artmasının səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
45,011
26.12.2008 09:40
Gündəm
ERMƏNİLƏRDƏN ÜZR İSTƏMƏK SÖZ AZADLIĞIDIR?
“Biz demokratik partiyayıq. Əlbəttə, bu ölkədə yaşayan hər kəs düşündüyünü, gördüyünü açıq ifadə etmək haqqına malikdir. Bu, bəzən çox incidici də ola bilər. Əsas məsələ odur ki, kimsə öz düşüncəsini ifadə edərkən başqasının azadlıqlarına və şəxsi hüquqlarına müdaxilə etməsin. Ona görə də mən bu məsələ ətrafında aparılan mübahisələri söz azadlığı kimi görürəm”. Yazıcı əlavə edib ki, o kampaniyanın məqsədini dəstəkləmir, çünki Türkiyənin tarixində üzr istəniləcək nəsə olmayıb: “Ermənilərlə bağlı belə səhifə açılaraq, üzr istənilməsi ifadə azadlığıdır, amma yanlışdır. Bu təşəbbüs Türkiyə ilə Ermənistan arasında problemləri həll etmək üçün başladılan prosesə kömək etmir”.Ermənilərdən üzr istəməyi söz azadlığı kimi dəyərləndirən Yazıcı hesab edir ki, CHP millət vəkili, prezident Abdullah Gülün anasının erməni əsilli olduğunu deyən Canan Arıtmana qarşı cinayət işi qaldırılmalıdır. Çünki o prezidentin ailəsinin ünvanına alçaldıcı və təhqiredici ifadə işlədib.Türkiyədə kifayət qədər geniş ictimai etirazlara səbəb olan üzr istəmə kampaniyası ilə bağlı ölkənin vətəndaş cəmiyyəti qurumları, həmkarlar təşkilatları və ziyalıları da siyasətçilərlə barəbər öz mövqelərini ortaya qoyurlar. Bu zaman ermənilərdən üzr istəyənlərin hərəkətinin düzgün olmadığını göstərmək üçün azərbaycanlılara qarşı edilən qırğınlar, o cümlədən Xocalı soyqırımı xatırladılır. Trabzonda yerli vətəndaş cəmiyyəti qurumlarının təşkil etdiyi toplantıda isə ermənilərdən üzr istəyənləri pisləyənlər Xocalı qurbanlarının və “ASALA”nın qətlə yetirdikləri türk diplomatlarının fotolarını qaldırıblar. Açıq havada təşkil edilən toplantıda ermənilərdən üzr istəyənlərə qarşı imzatoplama kampaniyası da başladılıb.
45,012
26.12.2008 09:46
Siyasət
BU GÜN PARLAMENTDƏ KONSTİTUSİYA DƏYİŞİKLİYİ MÜZAKİRƏ OLUNACAQ
Göründüyü kimi, hakimiyyət son dərəcə tələskənliklə referendumun reallaşdırılmasına pillə-pillə nail olur. Lakin müxalifətin əlindən bütün şansların çıxdığını demək olmaz. Ən azı nəzərə almaq lazımdır ki, qanunda seçkilərlə referendum məsələsinin arasında müəyyən fərqlər var. Belə ki, seçkilərdə hər hansı yetərsay anlayışı yoxdur. Yəni seçicilərin hətta məsələn, iki faizi səsvermədə iştirak etsə, seçkilər baş tutmuş sayılır. Referendumda isə 25 faizlik yetərsay məsələsi əksini tapır. Seçicilərin ən azı 25 faizi səsvermədə iştirak etmədiyi halda səsvermə baş tutmuş sayılmır. Deməli, seçkilərdən fərqli olaraq, referendumda boykot variantı keçərlidir. Konstitusiya dəyişikliyini istəməyən ictimai-siyasi təşkilatların qarşısında iki yol var: biri ciddi təbliğat aparıb xalqın referendumu boykot etməsinə nail olmaq, ikincisi isə seçiciləri referendumda fəal iştiraka və konstitusiya dəyişikliyinə “yox” cavabını verməyə çağırmaq. Qanuna görə, seçkidə iştirak edən seçicilərin 50 faizindən çoxu referenduma çıxarılmış məsələyə “yox” dedikləri halda həmin məsələ həyata keçmiş sayılmır. Bəs, Azərbaycanın müxalifət partiyaları və ictimai təşkilatları qeyd olunan iki yoldan hansını seçəcəklər. Bu barədə qərar və planları varmı? Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, hansı variantın seçiləcəyi məsələsi hələlik müzakirə olunur. Konkret qərarlar qəbul edilməyib. A.Hacılının sözlərinə görə, Müsavat Partiyası referendum məsələsində çox kəskin mövqe nümayiş etdirəcək: “Bütün imkanlardan istifadə edərək ölkədə anti-demokratik dəyişikliyin reallaşmasına mane olmağa çalışacağıq. İndiki siyasi şərait Azərbaycanda fəaliyyət göstərən bütün müxalifət partiyalarının, ictimai təşkilatların bir araya gəlməsi üçün imkan yaradıb. Şahidi oluruq ki, ölkənin bütün müxalifət partiyaları, ictimai təşkilatları, tanınmış ziyalılar bu prosesə qoşulur. Yəni mövqelər kifayət qədər bir-birinə yaxındır və anti-demokratik dəyişikliyə qarşıdır. Tərəfdaşlarımızla geniş müzakirələrdən sonra müvafiq qərarlar qəbul ediləcək”.A.Hacılının sözlərinə görə, seçki komissiyaları hakimiyyətin nəzarəti altında olmasaydı, bu referendumdan narahat olmağa əsas olmazdı. Çünki xalq konstitusiyada məlum dəyişikliyin reallaşmasını istəmir və bu mövzu qətiyyən aktual olmadığı üçün hədələrlə seçki məntəqələrinə gətirilən insanlardan başqa heç kimi bu referendumda iştirak etməyəcək: “Ona görə də hətta təbii axarına buraxılsa belə, referendumda yetərsayın olmayacağı indidən məlumdur". Ümid Partiyasının sədri İqbal Ağazadə iki variantdan birinin üzərində dayanmağın tərəfdarıdır: “Lakin bunu pərakəndə şəkildə etmək və ümumi nəticə əldə eləmək doğru, eyni zamanda mümkün deyil. Bu məsələ barədə müxalifətin geniş spektri birgə qərar verməlidir. Daha sabit, ardıcıl referendum qrupları kimi qeydiyyatdan keçib və əkstəbliğat aparmaqla verdiyimiz qərarın məqsədinə çatmasına nail olmaq mümkündür. Birgə tapılmayan yol o qədər də effekt verməyəcək. Çünki dağınıqlığın özü də hakimiyyətə bu və ya digər şəkildə şərait yaradacaq. Etiraf edək ki, iqtidarın 20-25 faiz adminstrativ resursu, ona bağlı olan adamlar var ki, onlar istənilən halda referendumda iştirak edəcəklər və hakimiyyətin mövqeyini dəstəkləyəcəklər. Biz bundan artığına nail olmaq üçün birgə və daha geniş çevrə ilə işləməyi bacarmalıyıq. Ona görə də bu gün Ümid Partiyasının hansı mövqe tutacağı ümumi yanaşmalardan çox asılıdır. Təkbaşına bu məsələdə nailiyyət əldə etmək çox çətindir".Helsinki Vətəndaş Assambleyası Azərbaycan bölməsinin rəhbəri Arzu Abdullayeva da hesab edir ki, müxalifət və ictimai təşkilatlar bir araya gələrək referendumu ya boykot etmək, ya da səsverməyə gedib dəyişikliyə etiraz etmək barədə qərar verməlidir: “Verilən qərarın xalq tərəfindən geniş şəkildə dəstəklənməsi üçün isə qarşıdakı müddətdə ciddi iş aparılmalıdır. Azərbaycan cəmiyyəti Konstitusiyada dəyişiklik istəmir. Bu faktdır. Müxalifət partiyalarının üzərinə düşən əsas iş cəmiyyətə baş verənləri tam izah etməkdir. Azərbaycan cəmiyyətini bu məsələdə səfərbər etmək mümkündür. Referendumu boykot edib sakitcə kənarda oturmaq olmaz. Əhali arasında aktiv iş aparılmalıdır”.
45,013
26.12.2008 09:42
Ölkə
MÜƏLLİMLƏR DAHA DÖVLƏT QULLUQÇUSU SAYILMAYACAQLAR
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu”nun cədvəlindən “Ali məktəblər”, “Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması institutları”, “Orta ixtisas məktəbləri”, “Peşə liseyi və peşə məktəbləri”, “Məktəbəqədər uşaq müəssisələri”, “Ümumi orta təhsil müəssisələri”, “İnternat tipli təhsil müəssisələri”, “Xüsusi recimli internat məktəbləri”, “Xüsusi məktəb”, “Məktəbdənkənar təhsil müəssisələri və digər təşkilatlar” və “Təsərrüfat hesablı təşkilatlar” qrafaları qərardan çıxarılıb. Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov bildirib ki, qərar yalnız dövlət qulluğu ilə bağlıdır və bu sənədin təhsil müəssisələrinin tabeçiliyinə və digər məsələlərə aidiyyəti olmayacaq. Onun sözlərinə görə, bundan sonra yalnız Təhsil Nazirliyi aparatının, birbaşa nazirliyin strukturunda fəaliyyət göstərən Bakı şəhər Təhsil İdarəsinin və rayon təhsil şöbələrinin işçiləri dövlət qulluqçuları hesab olunacaq. Digər təhsil müəssisələri - ali, orta ixtisas, peşə təhsili sahələrində və orta məktəblərdə çalışanlar isə dövlət qulluqçusu sayılmır.
45,014
26.12.2008 09:52
Yazarlar
“TİTANİK” KİMİ BATAN VƏTƏN
Cəhənnəmə ki... Ondan mənə nə? Tutalım, Şəmkirin filan kəndində qaz, Lerikdə yol, Tərtərdə məktəb olmasa, camaat guya firavan yaşamayacaq, vəziyyətin ömürlük belə də davam etməsini YAP-dan israrla tələb etməyəcək? Avam olma, oğlum, yaşayacaq, tələb edəcək, hələ o yana da keçəcək. Baxarsan, Əli Əhmədovun uşaqlıq, yeniyetməlik, gənclik və ahıllıq arzusu, yəni qurbanlıq quzu kimi kəsilib-doğranan konstitusiyanın içalatını çıxarıb ora ömürlük şahlıq maddəsinin salınması söhbəti alınsa, buna hamıdan əvvəl əl çalanlar da elə həmin qazsız-işıqsız-yolsuz camaat olacaq.Belə olmasa, mən ölü, sən diri. Yüz faiz belə olacaq. Dünyanın ən yekə - 12 metrlik sabununun Macarıstanda hazırlanması səni çaşdırmasın. Ondan ən çox istifadə edilən yer bölgənin enerjili və pullu lideri olan ana vətənimizin ictimai-siyasi həyatıdır. Daim hərəkətdə, analoqu olmayan inkişafda, gir-çıxda olmaq enerji istəyir axı. Bu, sənə asan gəlməsin. Buna sürtük sifət, fərasət, siyasi savad lazımdır, əyilməyi, bir maddəni dəyişməyə görə maddənin hər halına düşməyi bacarmaq lazımdır. Çətin işdir.Amma bunu bacaranlar da var. YAP-ın uğurlu kadr siyasətinə şübhə etmə, ağzın əyilər. Dövlət İdarəetmə Akademiyasının divarından daş qopub başına düşər. 23 iyun məmur günündə səni gün vurar. O kadrları boşuna gətirib 500-600 min manata icra başçısı, idarə rəisi qoymurlar ha. Elə o kadrlar da camaatı çıxaracaq meydana ki, sən də bizim kimi elə: “Bir, iki, bir, iki...”Hamı da başlayacaq məmurlar sayaq eləməyə, şit-şit dəstəkləməyə. Dözümlü və şahsevən camaatımız əyilib-düzəldikcə sevinəcək, “Azərbaycan” qəzetinin pis iy verən (siyasi mənada yox ha!) rəngli vərəqlərindən quş, yəni şahlıq quşunun maketini düzəldib uçurdacaq. Aşıqlar idarəsinin milli üzvləri rayonları gəzib siyasi gözəlləmələr oxuyacaq, milli siyasətimiz ikiqat uğurlu daxili və xarici siyasət olacaq. Bakıya yavan su da verə bilməyən Hacıbalamızın gözləri sevincdən sulanacaq. YAP-çı qaraca çobanlar Bakının 11 təpəsində tonqal qalayıb qala-konsertlər qayıracaq. Ağadadaş Ağayev Kəmaləddinin yarımpolitik-yarımlirik-yarımempirik-yarımteoritik mahnılarını “ÇP”-siz oxuyacaq, sonra da “Eşq olsun YAP-a!” deyəcək. Camaat acqarına kef eləyib atılıb-düşəcək...Bax, elə bu axırıncıdan qorxuram, oğlum. Bircə burası kefimə soğan doğrayır. Deyirəm bunun mütləq bir zibili çıxacaq. Ürəyimə damıb. Ziya Məmmədovun nədənsə 30-35 milyona başa gələn 6-7 milyonluq təzə körpülərindən üç aydan sonra nə təhər su damırsa - eləcə.İş orasındadır ki, belə düşük-düşük atılıb-düşmək vətənimizə həmişə pis təsir edir, nəticədə ürəyi bulanır, ona zorla yedirilənləri qusur. Yazıçılar Birliyinin çalsaç, əliəsalı, amma həmişəcavan, kolxozsevər, medalsevər şair-yazıçıları necə deyir? Deyirlər ki, Azərbaycan ümumi evimizdir, elə bil ki, vətən bir gəmidir, hamımız da o gəminin içindəyik, onu qorumalıyıq. İndi təsəvvür elə ki, hökumətin titanik əməyi sayəsində 15 ildir yay-qış çiçəkləyən, amma meyvəsini görmədiyimiz ana vətənimiz doğrudan da gəmidir. Məsələn, 1912-də batan “Titanik”dir. Biz orada çox-atılıb düşsək, əyilər, əyilməz? Əyilər. “Titanik” oradakı kasıb sərnişinlərin səhərə qədər davam edən rəqslərindən batdı. Bunu da 15 ildir boş-bekar oturan, son elmi uğuru isə akademiklər Əli İnsanovla Eldar Salayevi alimlikdən çıxarmaq olan AMEA-nın başını qatmaq üçün qəsdən deyirəm.Özü də havadan demirəm. Əlamətlər var. Tovuzun “Turan” klubu var. Hökumət hay-küylə sərəncam imzalayıb gözə soxdu ki, day bundan belə futbolumuz inkişaf edəcək, idmana dövlət qayğısı elə gəldi, Rövnəq Abdullayevin atalıq nəvazişi belə getdi, bu sahəyə pul qoyuldu, nə bilim nə. İndi nə olub? Heç nə, “Turan”ın mətbuat katibi Rasim Əliyev deyir ki, klub göz görə-görə “Titanik” kimi batır, son oyundan sonra hər futbolçu 5 manat maaş alıb.Azərbaycan TURANın bir parçasıdır, “Turan” da Azərbaycanın. Yaşasın YAP! Urra!
45,015
26.12.2008 09:02
Ölkə
PREZİDENT XALQI TƏBRİK ETDİ
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrikdə bildirilir ki, ölkədə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların hər il təntənə ilə qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir: “Uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi və soydaşlarımızı düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılıb və ardıcıl olaraq həyata keçirilib. Son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir”.