Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
|
14:06"Xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Burkina Fasonun xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Mari Traore ilə görüşüb.
|
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Görüşdə Ceyhun Bayramov Karamoko Jan Mari Traoreni bu yaxınlarda Burkina Fasonun xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə hazır olduğunu bildirib.
|
Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
|
Tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq potensialını vurğulayıblar.
|
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
13:07"Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşüb.
|
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Görüş zamanı Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq və bu əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
|
Həmkarını xarici işlər naziri vəzifəsinə yeni təyinatı münasibətilə təbrik edən Ceyhun Bayramov Küveyt xarici işlər nazirinə bu şərəfli fəaliyyətində uğurlar arzulayıb.
|
Ölkələr arasında əməkdaşlığın hazırkı səviyyəsindən bəhs edən Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan məmnuniyyət ifadə edib.
|
Cari 2024-cü ilin Azərbaycan və Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini məmnuniyyətlə qeyd edən tərəflər iki ölkə arasında siyasi məsləhətləşmələrin, nazirlərin sədrlik etdiyi ikitərəfli hökumətlərarası komissiyanın və görüşlərin ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün vacibliyini vurğulayıblar.
|
Turizm, mədəniyyət, ticarət və s.sahələrdə geniş əməkdaşlıq perspektivləri olduğu diqqətə çatdırılıb.
|
Küveyt tərəfi həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.
|
Ceyhun Bayramov 30 ilə yaxın müddətdə davam edən Ermənistanın ərazilərimizin işğalı tarixçəsi, eləcə də 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə məsələləri, eləcə də ölkəmizlə Ermənistan arasında normallaşma prosesi və ölkəmizin həyata keçirdiyi bərpa-quruculuq işləri barədə qarşı tərəfə məlumat verib.
|
Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər, eləcə də Yaxın Şərqdə və Qəzzada vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
|
12:23"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Panama Respublikasının xarici işlər naziri Janaina Tevaney ilə görüşüb.
|
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
|
Nazirlər Azərbaycan və Panamanın coğrafi baxımından bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında arasında iqtisadi, nəqliyyat, investisiyalar, alternativ enerji, mədəniyyət, humanitar və s.sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edib.
|
Bu istiqamətdə potensialın həyata keçirilməsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub.
|
Beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
|
Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb.
|
Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edib.
|
Janaina Tevaney COP29-a sədrliyi münasibətilə ölkəmizi təbrik edərək, Azərbaycanın bu məsuliyyətli tədbirin öhdəsindən uğurla gələcəyinə dair inamını ifadə edib.
|
Panamanın ətraf mühitin qorunması, karbon emissiyasının sıfıra endirilməsi sahəsində geniş təcrübəyə malik olduğu və bu təcrübəni bölüşməyə hazır olduğu diqqətə çatdırılıb.
|
Bu kimi təmasların iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından faydalı olduğu vurğulanıb.
|
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
11:59"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.
|
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli platformalarda əməkdaşlığın aktual məsələləri, habelə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
|
Nazirlər görüş zamanı ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnuniyyət ifadə edib, vaxtaşırı həyata keçirilən siyasi məsləhətləşmələrin, habelə yüksəksəviyyəli səfərlərin və siyasi dialoqun bu münasibətlər üçün vacibliyini vurğulayıblar.
|
Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında humanitar, siyasi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin geniş perspektivlərinin mövcudluğunu qeyd edib.
|
Nazir, həmçinin çoxtərəfli platformalarda iki ölkənin bir birinin mövqeyinə verdiyi qarşılıqlı dəstəkdən məmnuniyyət ifadə edib, habelə BMT və Türk Dövlətləri Təşkilatı kimi platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb, bu il Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının sammitinin əhəmiyyəti qeyd olunub.
|
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.
|
Nazirlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma məsələlərini müzakirə ediblər.
|
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
|
11:14"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.
|
Bu barədə XİN-in sosial şəbəkə hesabında məlumat verilib.
|
Bildirilir ki, nazirlər qardaşlıq əlaqələrinin genişləndirilməsi və bir sıra sahələrdə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
|
Martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb.
|
Minister @Bayramov_Jeyhun met with the Minister of Foreign Affairs of #Kyrgyzstan on the sidelines of the Antalya Diplomacy Forum.
|
The Ministers discussed expansion of brotherly relations, and further development of the strategic partnership in multiple areas.
|
@MFA_Kyrgyzstan pic.twitter.com/FWUahdB20W
|
“Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub.
|
Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir”.
|
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib.
|
“Biz yeni təşəbbüslər irəli sürmüşük və əminəm ki, onlar həyata keçiriləcək”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, təkcə ötən ilin nəticələri bunu nümayiş etdirir.
|
Ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 277 nəfər sərhəddə saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.
|
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
|
Qeyd olunub ki, ölkədən çıxışı qadağan olunan 395 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.
|
Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Avropa Külək Enerjisi Assosiasiyası “Wind Europe” arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.
|
İmzalanmada Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson iştirak edəcək.
|
İclasda, həmçinin, Energetika Nazirliyi ilə İspaniyanın “Elecnor” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun da imzalanması nəzərdə tutulur.
|
“Biz təklif etmişik bələdiyyə üzvlərinin sayı azaldılsın”.
|
APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
|
Komitə sədri bildirib ki, birləşən bələdiyyələr bunu həll etsə də, məsələ tam həllini tapmayıb:""“Bələdiyyə üzvlərinin sayı 3-11 nəfər müəyyən olunsa, daha yaxşı olar.
|
Eyni zamanda siyasi partiyalar da bu prosesdə iştirak etməlidir.
|
1600 bələdiyyəyə 16 min adam namizəd irəli sürmək bir çox partiya üçün çətindir.
|
Heç olmasa 50% iştirak da partiyalar üçün çətinlik yaradır.
|
Üzvlərin sayının, bələdiyyələrin sayının azaldılması siyasi partiyaların da iştirakı üçün imkan yaradacaq.
|
Bələdiyyə seçkilərinə qədər birləşmə prosesini həyata keçirəcəyik.
|
Azad olunmuş ərazilərdə quruculuq işləri aparılanda kəndlərin birləşməsi prosesi həyata keçirilir.
|
Pay torpaqları istənilən yerdə verilə bilər.
|
Qalan hallarda yaşayış massivləri birləşdirilib, əvəzinə böyük yaşayış massivi salınmalıdır”.
|
Qeyd edək ki, bu gün Milli Məclisdə bələdiyyələrin birləşməsi və ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunur.
|
“Yanvar ayından etibarən mənzillərdə qaz təchizatı ilə bağlı təhlükəsizlik nəzarəti ilə əlaqədar müayinələr aparılır.
|
Təkcə fevral ayında 111 minə yaxın mənzildə müayinə aparılıb.
|
68 minə yaxın nöqsan aşkarlanıb”.
|
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) SƏTƏM və Təhlükəsizliyə Nəzarət şöbəsinin müdiri İlkin Behbudov məlumat verib.
|
O bildirib ki, müayinələrin nəticələrinə müvafiq olaraq, 4 855 mənzildə xüsusi təhlükəli vəziyyət nəzərə alınaraq mənzildə qaz təchizatının dayandırılmasına məcbur qərar verilib:""“Bu istismara tam yararsız olan sayğaclara aiddir.
|
Bilirsiniz ki, biz nöqsanlar aşkarlanan zaman bir ay möhlət veririk.
|
Lakin bu müayinələr zamanı aşkarlanan nöqsanlar təhlükəli olduğundan qaz təchizatı dayandırılıb.
|
Əsasən nöqsanlar hamam otaqlarında, mətbəxdə aşkarlanıb.
|
Mənzillərdə daha çox mətbəx otaqlarının yerləri dəyişir.
|
Bu zaman qaz xətlərinin yerlərinin dəyişdirilməsi, rezin birləşmələr texniki şərtlərin pozulmasına səbəb olur.
|
Bu zaman qanunamüvafiq olaraq abonent barədə müvafiq tədbir görülür”.
|
O bildirib ki qaz təchizatı ilə bağlı qurğuların istismar müddətinin bitdiyi aşkarlanıb:""“Xüsusilə köhnə qaz boruları təhlükəlidir.
|
Qaz təchizatına aid müvafiq qurğuların istismar müddəti 10-15 il müddətinə verilir.
|
Nəzərə almaq lazımdır ki, heç nə insanın öz canından və ailə üzvlərinin təhlükəsizliyindən önəmli deyil.
|
Bu cür nöqsanlar gələcəkdə bədbəxt hadisələrə səbəb ola bilər”.
|
Daha ətraflı foto burada PhotoStock.az"Könül Cəfərli
|
Seymur Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.
|
Oxu.Az xəbər verir ki, S.Cəfərov bu təyinatadək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində çalışıb.
|
O, bu gün Naxçıvan Biznes Mərkəzində keçirilən tədbir çərçivəsində kollektivə və dövlət orqanlarının rəhbərlərinə təqdim olunub.
|
Qeyd edək ki, xidmətin əvvəlki rəisi Bəxtiyar İsmayılov tutduğu vəzifədən dünən azad edilib.
|
“Növbəti ilin birinci rübündə dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq.
|
Bu, çox perspektivli bir layihədir”.
|
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib.
|
“Azəri-Çıraq-Günəşli”nin uzun müddət neft ixracımızın əsas mənbəyi olduğunu söyləyən dövlətimizin başçısı deyib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, bizim qaz təchizatımıza əlavə mənbə olacaq.
|
“Hətta yüngül keçirilən COVID-19 əhəmiyyətli koqnitiv çatışmazlıqlara səbəb olur”.
|
Bu barədə “New England Journal of Medicine”də dərc edilən araşdırmada bildirilib.
|
Məqalədə deyilib ki, koronovirus insanda “beynin dumanlanması” hissini yaradır və IQ-nü azı bir il ərzində altı bala sala bilər.
|
Elmi araşdırmada 112 minə yaxın könüllü iştirak edib.
|
Onlar COVID-19-dan təsirlənən koqnitiv sahələri ölçən xüsusi testdən keçiblər.
|
Hər bir könüllü koronavirus infeksiyası tarixçəsini də təqdim edib, bu da mütəxəssislərə idrak məlumatlarını simptomların müddəti və şiddəti ilə müqayisə etməyə imkan verib.
|
İştirakçıların 3-4%-nə postkovid sindromu diaqnozu qoyulub.
|
Onların əksəriyyətində yoluxmadan bir il sonra belə simptomlar görünüb.
|
Belə uzunmüddətli koronovirusun isə pasiyentlərin IQ-nə təsir etdiyi müəyyən olunub.
|