Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
- İrəvanın indiki hakimiyyətinin KTMT-də qarşıdurma yaratmaq istəyini necə izah etmək olar?
|
Ola bilərmi ki, İrəvan KTMT-nin özünün Ermənistanı üzvlükdən çıxartmasına cəhd edir?
|
- İrəvanda müəyyən qüvvələr öz liderlərini sınanmış üsullarla hakimiyyətə gətiriblər və heç kim buna mane ola bilməyib.
|
Etiraf edirəm ki, postsovet birliyinə can atan ermənilər öz ölkələrində baş verənlərə heç bir şəkildə müqavimət göstərə bilmirlər.
|
Onlara ürəkdən yazığım gəlir, mövcud şəraitə dözə bilmirlər...""Ən böyük diasporlar, həm erməni, həm də azərbaycanlılar Rusiyada, Rusiyanın böyük şəhərlərində yaşayırlar.
|
Ona görə də biz Cənubi Qafqazda baş verənlərə uzaqdan baxaraq, millətçiliyin baş qaldırmadığı, milli-dini zəmində qarşıdurmalar olmayan eyni ölkədə yaşadığımız keçmiş birliyi səmimi-qəlbdən arzulayırıq.
|
İrəvandan Rusiya sülhməramlılarına və Rusiya Federasiyasının rəhbərliyinə qarşı açıq narazılıq, məncə, əsassızdır və uzaqgörən deyil.
|
Onlar nə düşünürdülər, rus sülhməramlıları kimə atəş açmalı idilər?
|
Ermənistan-Azərbaycan məsələsi yalnız sülhlə başa çatmalıdır.
|
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə görüşüb.
|
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.
|
Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
|
Foreign Minister of Azerbaijan Jeyhun Bayramov met with the President of the Defense Industry Agency of Türkiye @halukgorgun @AntalyaDF.
|
Areas of reinforcing cooperation on defense industry and possible facilitation by the @AzerbaijanMFA were discussed during the meeting.
|
“Azərbaycanın təbii qazı Avropanın ümumi gələcəyi üçün həlledici əhəmiyyətə malikdir”.
|
E.Rama bildirib ki, Cənub Qaz Dəhlizi (SGC) Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
|
Onun sözlərinə görə, SGC layihəsi ölkələri, şirkətləri və beynəlxalq maliyyə institutlarını bir-birinə yaxınlaşdıran intensiv əməkdaşlıq körpüsünə çevirib:""“Bu gün hamımız şahidlik edə bilərik ki, Cənub Qaz Dəhlizi artıq bir çox insanların həyatını dəyişib və Avropanı daha təhlükəsiz edib.
|
Avropa mayeləşdirilmiş təbii qaz tədarükünü artırdığı dövrdə Cənub Qaz Dəhlizi, şübhəsiz ki, Avropa İttifaqına nəql olunan boru kəməri qazının bir neçə sabit və rəqabətədavamlı mənbələrindən biri olaraq qalacaq”.
|
E.Rama qeyd edib ki, Albaniya bərpa olunan enerji layihələrinə sərmayə qoymaq və dayanıqlı infrastrukturu inkişaf etdirməklə SGC-dən faydalanmağa davam etməyi hədəfləyir.
|
Prezident İlham Əliyevin 1 fevral 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” çərçivəsində ilk investisiya təşviqi sənədi bərpa olunan enerji istehsalı sahəsi üzrə “Acva Pover Azərbaycan Renevable Energy” MMC-yə verilib.
|
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
|
Məlumata görə, şirkətin investisiya təşviqi sənədi verilmiş “240 MVt/s gücündə bərpaolunan elektrik enerjisinin (külək enerjisi) istehsalı” layihəsi Xızı və Abşeron rayonlarını əhatə edir.
|
Layihənin reallaşması nəticəsində ölkə iqtisadiyyatına təqribən 417 milyon manat investisiya yatırılacağı, 45 yeni iş yerinin açılacağı nəzərdə tutulur.
|
İnvestisiya təşviqi sənədi “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyana “Bakı KOB evi”ndə təqdim edilib.
|
Qeyd edilib ki, Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafına xüsusi diqqət yetirilir və bu baxımdan bərpaolunan enerji layihələri əhəmiyyətlidir.
|
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi Azərbaycanın “yaşıl iqtisadiyyat”ın inkişafına verdiyi önəmin göstəricisidir.
|
“Yaşıl iqtisadiyyat” və “yaşıl innovasiya” KOB-ların məhsuldarlığının artırılmasında, əməliyyat xərclərinin azalmasında və rəqabət qabiliyyətinin artırılmasında önəmlidir.
|
“ACWA Power” şirkətinin nümayəndələri həmçinin “Bakı KOB evi”ndə startaplar üçün yaradılmış şəraitlə tanış olublar.
|
İnvestisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.
|
İnvestisiya təşviqi sənədini almış sahibkarlar yeddi il müddətində mənfəət və yaxud gəlir vergisinin 50%-dən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilir.
|
Sahibkarlar investisiya təşviqi sənədini almaq üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir) fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.
|
Dövlət başçısının məlum fərmanına əsasən sahibkarların 13 istiqamət üzrə strateji investisiya layihələrinə investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulur.
|
Bu mexanizm sahibkarlara ölkə iqtisadiyyatının mühüm strateji sahələrinə daha çox sərmayə qoyuluşu üçün əlavə imkanlar yaradır.
|
La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatının 20-ci tur matçında “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemin “Xetafe”nin hücumçusu Meyson Qrinvudu təhqir etməsi ilə bağlı iddiaların araşdırıldığını təsdiqləyib.
|
“La Liqanın Bellinqemin məsələsini araşdırdığı doğrudur.
|
Araşdırmada dodaq oxuma üsulundan istifadə etməyimiz ilk dəfə deyil.
|
Söylənənlərin hansı təsirə malik olduğunu bilmirik.
|
Ola bilsin ki, o, iddia etdiyindən tamamilə fərqli bir şey deyib”, - deyə Tebas vurğulayıb.
|
Xatırladaq ki, mətbuatda Bellinqemin oyun zamanı Qrinvudu “təcavüzkar” adlandırması barədə məlumat yayılıb.
|
Bu, futbolçular arasında davadan sonra baş verib.
|
Qrinvud ötən ilin sentyabrında “Xetafe”yə keçib.
|
İspan klubuna qoşulmazdan əvvəl ingilis futbolçu zorlamada və hücuma cəhddə şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox meydandan kənarda qalıb, lakin sonda bəraət qazanıb.
|
İranda Ekspertlər Assambleyasına və İslam Şura Məclisinə (Parlament) seçkilər keçirilir.
|
Məlumatlara əsasən, 290 üzvlü parlamentdə yer qazanmaq uğrunda 15 mindən çox namizəd mübarizə aparır.
|
Lakin Ekspertlər Assambleyasına seçki daha çox diqqət mərkəzindədir.
|
Çünki üləmalardan ibarət məclisə seçkinin nəticələri İranın daxili siyasi arenası üçün mühümdür.
|
Qeyd edək ki, Ekspert Assambleyası 88 nüfuzlu din xadimindən ibarət tərkibə malik olur.
|
İran Konstitusiyasına əsasən, Ekspertlər Assambleyası ölkənin ali dini liderini seçir, onun fəaliyyətini müşahidə edir və əsasən, parlament və hökumətin fəaliyyətinə nəzarət edir.
|
Hər bir üzv islam hüququ sahəsində kifayət qədər təhsilli olmalıdır.
|
Bu da kifayət etmir, əlavə olaraq hər bir üzv dini mətnləri şərh etmək üçün böyük əqli qabiliyyətin daşıyıcısı olmalıdır.
|
İran qanunvericiliyinə əsasən, Ekspert Məclisinə namizədliyini irəli sürən hər bir şəxsin dinə, əxlaqa bağlılığı, siyasi və sosial baxışlarının sağlamlığı yoxlanılır.
|
İranın Konstitusiya Mühafizə Şurası namizədlərin “təmizliyi”ni yoxlayan təsisatdır.
|
Ekspertlər Assambleyasına seçki ali rəhbər Seyid Əli Xameneinin yaşı, səhhətindəki problemlərin müzakirə mərkəzində olması fonunda diqqət çəkir.
|
Lakin bunlar indi üçün daha çox texniki məsələdir, mahiyyət Xameneinin rifahından kənarda olan daha böyük mənzərə ilə bağlıdır.
|
İranda böyük ixtiyar və qüdrət sahibi olan Xamenei, eyni zamanda, daxili iğtişaşlar, kövrək iqtisadiyyat, xarici siyasətdəki çətinliklərin məsuliyyətini daşıyır.
|
İran istebleşmenti, əsasən də, dini aristokratiyaya paralel geniş şəbəkəsi olan hərbi, siyasi, mədəni və sosial kompleks olan SEPAH bu çətinlikləri yaxşı dərk edir.
|
SEPAH, yəqin ki, hakimiyyətin ən ali qanadı üzrə “rahat keçidi” təmin etməklə prosesi yekunlaşdırmaq istəyəcək.
|
Buna görə də SEPAH Ekspertlər Assambleyasının qarşısında 85 yaşına qədəm basacaq Xameneinin varisini təyin etmək tapşırığı qoya bilər.
|
Belə bir təlimat varsa, o, ali rəhbərin fəaliyyətinə “boz kardinal” kimi nəzarət edən digər güc mərkəzləri tərəfindən də dəstək qazanacaq.
|
Hələlik Xameneinin İranın rəsmi elitasının başından birdəfəlik gedəcəyi də tam aydın deyil, lakin Ekspert Assambleyasına seçki onun varisliyinin davam etdirilməsi prosesində rol oynaya bilər.
|
Bunun ağrılı olub-olmayacağı isə seçkinin nəticələrindən sonrakı reaksiyalardan asılı olacaq.
|
Əgər İran elitasında qaynaşma davam etsə, Xameneinin xələfi ilə əlaqədar problemlər ölkənin siyasi konyunkturuna təsirlərini göstərəcək.
|
Ona görə də budəfəki seçki Ekspert Assambleyasının “beyni”nə əlavə faktiki məna və funksiyalar yükləyə bilər.
|
Ən azından ona görə ki, Xameneinin irsi varisliyə qarşı olduğu haqqında məlumatlar var.
|
İran elitasındakı şiə ruhani hakimiyyəti katolik papalığı formasında mərkəzləşdirilməyib.
|
İranın sərt xətt tərəfdarlarının belə, Xameneiyə qarşı ucalan səsləri həmin fikri təsdiqləyir.
|
Xameneinin “dirənişi” isə prosesə əlavə sancılar bəxş edə bilər.
|
Hər halda, Xameneidən sonra oğlu Möctəba Xameninin, yoxsa hazırkı prezident Seyid İbrahim Rəisinin ali dini rəhbər olacağı yenə də aktuallığını qoruyub-saxlayır.
|
Lakin İrandakı pərdəarxası güclər üçün bundan da vacib çağırışlar var:ölkədə ruhani idarənin dibə düşməyə hazır nüfuzunu bərpa etmək, idarəetməni gəncləşdirmək, faktiki iyerarxiyanı bir qədər formatlamaq.
|
Deməli, İranda Ekspert Məclisinə üzvlər seçildikdən sonrakı proses - ali rəhbərin seçimi - daha mürəkkəb olacaq.
|
Üləmalardan ibarət məclisin 15 üzvü ali dini rəhbər vəzifəsinə potensial namizədlərin siyahısının hazırlanmasına səlahiyyətli sayılır.
|
Bu siyahı ictimaiyyət üçün olmur.
|
Lakin çox güman ki, buraya Möctəba Xameneinin və İbrahim Rəisinin də adları daxil ediləcək.
|
“Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” beynəlxalq hava limanında mövcudluğu hakim Vətəndaş Sazişi Partiyasının gündəmindədir”.
|
Bu açıqlama ilə Ermənistan parlamentinin “Vətəndaş Sazişi” fraksiyasının katibi Artur Ovanisyan çıxış edib.
|
“Cəmiyyətin əksəriyyəti kimi, biz də bu məsələdən narahatıq”, - deyə Artur Ovanisyan vurğulayıb.
|
O əlavə edib ki, hazırda Rusiya sərhədçilərinin hava limanındakı xidməti fəaliyyəti ətrafında müzakirələr aparılır, nəticəsi barədə səlahiyyətlilər vətəndaşları məlumatlandırırlar.
|
Məlumat üçün əlavə edək ki, İrəvanın “Zvartnots” beynəlxalq hava limanı Rusiya sərhədçiləri tərəfindən mühafizə edilir.
|
Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha beş nəfərin qalıqları tapılıb.
|
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
|
İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
|
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha beş nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.
|
Aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
|
Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlarla birgə hadisə yerinin müayinəsi davam etdirilir.
|
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
|
Naxçıvan Muxtar Respublikası Culfa rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.
|
Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Xudaverdi oğlu Həsənov işdən azad olunub.
|
Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Culfa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Füzuli Cabbar oğlu Hüseynliyə həvalə edilib.
|
“Artıq Azərbaycan öz müdafiə sənayesini qurub, gələcəkdə daha da güclənəcəyinə inanıram.
|
İstehsalatda bacarıqlı insanlarınız var.
|
“Kaan” beşinci nəsil hərbi təyyarəmizin bir parçasını da Azərbaycan istehsal edir.
|
Yəni “Kaan”da Azərbaycandan bir parça var”.
|
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) Baş direktoru Temel Kotil deyib.
|
“TÜSAŞ olaraq Azərbaycanla çox sıx əlaqələrimiz var.
|
Aramızda ortaq anlaşmalar da imzalanıb.
|
İşlərimizi çox sıx münasibətlərlə davam etdirəcəyik.
|
Azərbaycandakı müəssisələri də gedib gördük.
|
Azərbaycan gənclərinin bizimlə işləməsini çox istəyirik”, - deyə Baş direktor bildirib.
|
Qeyd edək ki, ötən ay Türkiyənin yerli istehsalı olan beşinci nəsil “Kaan” hərbi təyyarəsinin ilk uçuşu müvəffəqiyyətlə həyata keçirib.
|