Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.
|
“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”.
|
Bunu Fransanın “Inter” radiosunun efirində respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejurne deyib.
|
O, ölkə Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı dediklərini təkzib edib.
|
“Fransızlar Ukrayna uğrunda ölməyəcəklər.
|
Biz döyüşə qoşun göndərməyəcəyik”, - deyə o vurğulayıb.
|
Qeyd edək ki, Makron bir müddət əvvəl bildirmişdi ki, ehtiyac olarsa, Avropa İttifaqı Ukraynaya qoşun göndərə bilər.
|
Bu açıqlama Avropada liderləri arasında ciddi narazılığa səbəb olub.
|
Hətta mediada yayılan məlumata görə, bəyanat Almaniya kansleri Olaf Şoltsla Makron arasında açıq düşmənçiliklə nəticələnib.
|
“Azərbaycan Prezidentinin də dediyi kimi artıq Qarabağ problemi yoxdur.
|
Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib”.
|
APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
|
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın baxışı ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda davamlı sülh və əmin-amanlıq təmin olunmalıdır.
|
“Azərbaycan bu niyyətin daşıyıcısıdır.
|
Sülh müqaviləsi layihəsinin mətnini yazan və təqdim edən də məhz Azərbaycan Respublikasıdır.
|
Amma təəssüflər olsun ki, regionumuzda militarizasiya siyasəti həyata keçirən, silahlanma yarışmasına rəvac verən, regionda yeni ayırıcı və bölücü xətlərin yaradılmasına cəhd göstərən, eyni zamanda, Cənubi Qafqaz regionu xaricində olan geosiyasi intriqalarını bölgəyə daşımaq istəyən qüvvələr var.
|
Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, bir növ konfrontasiya xətti kimi inkişaf etdirməyə çalışan müəyyən qüvvələr var ki, bütün bunlar da təəssüf doğurur.
|
Biz gözləyirik ki, Ermənistan əvvəlki illərin səhvini təkrarlamayacaq, regionda davamlı sülhə xidmət edəcək bir siyasət yürüdəcək.
|
Azərbaycanın niyyəti bundan ibarətdir”, - Prezidentin köməkçisi qeyd edib.
|
Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
|
Bununla bağlı President.az məlumat yayıb.
|
Fərmana əsasən, Enerji effektivliyi fondu yaradılır və “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilir.
|
Müəyyən edilir ki, Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir.
|
Bundan başqa, Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Energetika Nazirliyi həyata keçirir.
|
Beynəlxalq aləmdə istənilən təşkilatın sponsoru, yaxud lideri var.
|
Məsələn, BMT dünya hökuməti sayılsa da, onun aparıcıları ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindir, NATO-da bu rol Ştatlara, MDB-də isə Rusiyaya məxsusdur.
|
Başqa ölkələr bu qurumlara sadəcə siyasi, hərbi müdafiə məqsədilə qoşulurlar.
|
Avropa İttifaqını (Aİ) da bir neçə dövlət özününkü sayır.
|
Onların qənaətincə, ittifaqın adından istənilən fırıldaq və dələduzluğu edə, hansı ölkənin istəsələr, ona lobbiçilik edib, təşkilata üzv qəbul etdirə bilərlər.
|
Fransa və Almaniya Aİ-nin əsas lokomotivi sayılır.
|
İkinci dünya müharibəsindən sonra 1945-1959-cu illərdə sülhsevər Avropanın qurulması prosesi başlayıb.
|
Nə qədər təzadlı da olsa, ovaxtkı Qərbi Almaniya ilə Fransanın iştirakı ilə bu qurumun əsası qoyulub.
|
Bu iki ölkə tarixi düşmən vəziyyətindən XX əsrdə rəqibə çevrilib.
|
Almaniya-Fransa dostluğu hələ də Avropanın birliyinin mühərriki sayılır.
|
Böyük Britaniya Aİ-də olanda Berlin-Paris oxu güclü görünürdü.
|
Çünki onlar krallığa qarşı bir mövqedən çıxış etmək üçün bu birliyi qorumağa, özlərini aralarında problem olmayan kimi göstərməyə məcbur idilər.
|
“Brexit”dən (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) sonra da onlar Aİ-nin dağılmaması, güc olduğunu nümayiş etdirmək üçün müxtəlif layihələrlə mühərrikin güclü olduğunu nümayiş etdirirdilər.
|
2019-cu ildə hər tərəfdən 50 deputat olmaqla Parlament Assambleyası yaratdılar.
|
Bu məclis ildə iki dəfə toplanır.
|
Onun əsas vəzifəsi Aaxen sülh müqaviləsi müddəalarının yerinə yetirilməsinin monitorinqini aparmaqdır.
|
Qeyd edək ki, birinci Aaxen müqaviləsi 1668, ikinci 1748, üçüncü 1818-ci ildə imzalanıb.
|
Bu tərəflər arasında beş əsirlik ziddiyyətin öz həllini hələ də tapmadığını ehtimal etməyə əsas verir.
|
Belə bir şərait həm də onların biri-birinə etimadsızlığın mövcudluğunun göstəricisidir.
|
Fransa və Almaniya arasında bu kimi münasibətlər fonunda sülhsevər Avropanın gələcəyi də şübhəlidir.
|
“Brexit”in ardınca Ukraynada 2014-cü ildən sonra baş verən siyasi hadisələr, 2022-ci il fevralın 24-ə Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi Avropa İttifaqını da seçimlə üz-üzə qoyub.
|
Belə ki, birlik daha da güclənmək, perspektivdə yeni üzvlər qəbul etmək üçün ya Ukraynanın müdafiə, ya da Rusiya ilə milyardlarla avroluq ticarət əlaqələrindən imtina etməli olub.
|
Ona görə Berlin və Parisin tərəddüdü uzun sürüb.
|
Bu, Almaniya və Fransa arasında münasibətlərin gərginləşməsinə də səbəb olub.
|
Rəsmi Berlin Parisi Ukraynaya az hərbi yardım etməkdə ittiham edib.
|
Son günlər Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya NATO ölkələrinin quru qoşunları göndərməsi ilə bağlı təklifi vəziyyəti bir az da ağırlaşdırıb.
|
Berlin və Paris nüvə enerjisinin qazıntı yanacaqlarının (daş kömür, torf və s.)əvəz edilməsində rolu üzərində də getdikcə daha çox mübahisə edirlər.
|
Fransa daha çox nüvə enerjisinə üstünlük verir.
|
Buna görə Paris Azərbaycanın təbii qazından imtina edilməsini də tələb kimi Aİ üzvləri qarşısında qoymuşdu.
|
Ancaq başqa təşəbbüsləri kimi bu da fiaskoya uğrayıb.
|
Avropalı siyasətçilər bildirirlər ki, iki ölkə arasında ziddiyyətin başlıca səbəbi Emmanuel Makronun lider olmaq istəsə də, buna nail ola bilməməsidir.
|
Ukrayna məsələsində olduğu kimi, Cənubi Qafqazla bağlı məsələlərə də Aİ-nin, xüsusilə Fransanın yanaşması qərəzli, tərəfli və hikkəli görünür.
|
Azərbaycan və Ermənistana münasibətdə birmənalı olaraq ikincini müdafiə etmək, onu silahlandırmaq, iki ölkə arasında sərhəd müəyyənləşmədən bölgəyə İttifaqın adından “mülki müşahidə missiyası”nı yerləşdirmək və s.bunu təsdiqləyir.
|
Ancaq bu məsələdə Almaniya Fransadan daha ehtiyatlı və tərəfsiz görünür.
|
Bu keyfiyyətinə görə vaxtı ilə rəsmi Bakı Almaniyanın ATƏT-in Minsk qrupu həmsədrliyində təmsil olunması təklifini irəli sürmüşdü.
|
Onda Fransa bu ideyanın həyata keçməsinə mane olmuşdu.
|
Bu, Fransanın Avropa İttifaqı adından Cənubi Qafqazda təkbaşına təmsil edilməsi istəyindən doğurdu.
|
Yelisey sarayı təmsilçilərinin Cənubi Qafqazda atdığı qərəzli, regionda təhlükəsizliyi təhdid edən, təxribatçı addımları, həm də Avropa İttifaqının ünvanına yazılır.
|
Azərbaycan Avropa İttifaqı ilə əlaqələr saxlasa da, daha çox quruma üzv ayrı-ayrı dövlətlərlə əməkdaşlıq münasibətlərinin qurulub, inkişaf etməsinə daha çox üstünlük verir.
|
Fevralın 16-da Almaniyanın Kansleri Olaf Şoltsun moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhendə təhlükəsizlik konfransı çərçivəsində ikitərəfli görüş keçirilib.
|
Fevralın 28-29-da isə Azərbaycan XİN başçısı Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli müzakirələr reallaşıb.
|
Əvvəllər Fransa belə görüşlərin təşəbbüskarı olmağa cəhd edirdi.
|
Ancaq Ermənistan mövqeyindən çıxış etdiyi üçün bu, rəsmi Bakının Parisin bu kimi “xidmətindən” imtinası ilə yekunlaşıb.
|
Almaniyanın Azərbaycan-Ermənistan məsələlərində tərəfsizliyini qoruyub saxlaya bilməsini Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də vurğulayıb.
|
Bununla yanaşı, İlham Əliyev Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib.
|
O deyib ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.
|
Prezident Azərbaycan torpaqları işğal altında olanda ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin mövqeyini tənqid edərək demişdi:""“30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar.
|
Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı”.
|
Dövlət başçısı regiona Azərbaycanın tutduğu mövqedən bəhs edərək bildirmişdi:""“Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.
|
Bununla da Almaniyaya tərəfsizliyini qorumaqla əməkdaşlığı genişləndirmək təklif olunur.
|
Rəsmi Bakı bununla Fransaya alternativ kimi Almaniyanın ola biləcəyini nümayiş etdirir.
|
Rəsmi Berlin Cənubi Qafqazda əlaqələri və mövqeyini gücləndirə bilər.
|
Azərbaycan Almaniyaya regionda bu şansı verir.
|
Prezident İlham Əliyev 13 fevral 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.
|
President.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
|
Fərmana əsasən, “Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişib.
|
Belə ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” “İnnovasiyalar Mərkəzi” MMC ilə əvəzlənib.
|
Fransa Prezidenti Emmanuel Makronun NATO ölkələrindən Ukraynaya hərbi personal göndərilməsinin mümkünlüyünü elan etməsindən sonra Kiyevdə vəziyyət daha da pisləşib.
|
Bu barədə Amerikanın “Politico” nəşrində dərc olunan məqalədə bildirilib.
|
Müəllifin sözlərinə görə, Makron dəfələrlə verdiyi bəyanatlardan sonra geri çəkilməli olub, onun axırıncı səhv addımı isə Ukraynanın acınacaqlı vəziyyətini daha da ağırlaşdırıb.
|
Nəşrdə bildirilib ki, fransalı siyasətçilər Makronun Rusiyaya güclü strateji siqnal göndərmək və Qərbi Kiyevə dəstəyi artırmağa sövq etmək istədiyinə inanırlar, ancaq Makronun niyyəti tam iflasa uğrayıb - sözləri tərs effekt verib; NATO qoşunlarının Ukraynada münaqişəsi zonasına göndərilə biləcəyinin qeyd edilməsi Makronun həm tərəfdaşlarının, həm də münaqişənin hara gedəcəyi ilə bağlı narahatlığı artan Avropa ictimaiyyətinin açıq-aşkar narazılığına səbəb olub.
|
Qəzet yazır ki, indi Kiyevə dəstəyə bütün Avropa liderlərini razı salmaq üçün kollektiv gücə ehtiyac var.
|
“Hərbi personalın göndərilməsi ideyasını təbliğ etmək cəhdləri davam edərsə, imtina riskləri daha da artacaq.
|
Beləliklə, Ukrayna ciddi əks-hücum üçün döyüşçü və sursat çatışmazlığına görə çətin vəziyyətə düşdü.
|
Kiyev yalnız gözləyə və ümid edə bilər ki, gələn il vəziyyət dəyişəcək”, - deyə icmalçı sözlərini yekunlaşdırıb.
|
Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri ilə görüşdə iqtisadi əlaqələr, yaşıl enerji layihələrinin icrası, birgə fəaliyyətin genişləndirilməsi üçün investisiya imkanları və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.
|
İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR prezidenti Rövşən Nəcəf və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui arasında görüş keçirilib.
|
Görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, dövlət başçılarının birgə siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb.
|
İqtisadi-ticarət, qarşılıqlı investisiya qoyuluşu, logistika və s.sahələrdə tərəfdaşlığın genişləndiyi diqqətə çatdırılıb.
|
Azərbaycanın regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin əsas təşəbbüskarı və iştirakçısı olduğu vurğulanıb.
|
BƏƏ-nin “Masdar” şirkəti ilə yaşıl enerji sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
|
Ölkəmizin regional tərəfdaşlığa verdiyi önəm və töhfələr diqqətə çatdırılıb.
|
Bildirilib ki, Azərbaycan Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı dövlətləri ilə müxtəlif platformalarda səmərəli əməkdaşlıq edir.
|
Qeyd edilib ki, ölkəmizin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, tranzit imkanlarının artması investorların fəaliyyəti üçün geniş imkanlar açır.
|
Bu imkanlardan yararlanan BƏƏ iş adamları ilə birgə layihələrin icrası regional əməkdaşlığı daha da genişləndirə bilər.
|
Görüşdə iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, yaşıl enerji və digər sahələrdə birgə təşəbbüslərin reallaşdırılması, COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub.
|