Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
13:58"Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yaşıl enerji layihələrinin genişləndirilməsi üçün investisiya imkanlarını müzakirə edib.
|
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
|
“Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui ilə görüşdə ölkələrimizin yaşıl enerji layihələrinin icrası sahəsində uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq, birgə fəaliyyətin genişləndirilməsi üçün investisiya imkanları və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri barədə danışdıq”, - nazir qeyd edib.
|
Birləşmiş Ərəb Əmirliklərinin (#BƏƏ) #energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui (@HESuhail) ilə görüşdə ölkələrimizin #yaşılenerji layihələrinin icrası sahəsində uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq, birgə fəaliyyətin genişləndirilməsi üçün investisiya… pic.twitter.com/GpmlGO3bdG
|
Güney Azərbaycan Milli Hərəkatının fəalları Ərdəbil şəhərində vərəqələr paylayaraq, İranda bu gün keçirilən Dini Ekspertlər Şurası Məclisinə (Məclise-Şuraye-Xübreqan) və İran Məclisinə seçkisinə etirazlarını bildiriblər.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
|
Qeyd olunur ki, vərəqələrdə “Mənim səsim”, “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb.
|
Milli fəallar bu vərəqələri paylamaqla şüarlarının gerçəkləşməsini arzuladıqlarını vurğulayıb, o cümlədən keçirilən parlament seçkilərini boykot ediblər.
|
Bakının Nərimanov rayonunda üzərlərində “Makarov” tapançası və üç kiloqram narkotik vasitə olan şəxslər saxlanılıblar.
|
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
|
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Fərid Əliyev saxlanılıb.
|
Onun üzərindən üç kiloqram marixuana aşkar edilib.
|
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən Eyvaz Ələsgərov da saxlanılıb.
|
Həmin şəxsdən “Makarov” markalı tapança, yeddi ədəd patron və daraq aşkar edilib.
|
Həmçinin, şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları profilaktik söhbətlərlə ümumilikdə 11 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
|
Əlavə tədbirlər zamanı istintaq orqanları tərəfindən axtarışda olan 11, mülki axtarışda olan 32 şəxs müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.
|
“Qaz sayğaclarında balans artırılan zaman kartın bloklanmasının bir neçə səbəbi var.
|
Sayğacların klapanlarının müvafiq açılıb-qapanma sayı olur və buna uyğun batareya sərfiyyatı olur.
|
Digər bir problem isə kartlara balans artırılması xidməti göstərən provayderlərin fəaliyyəti ilə bağlı olur”.
|
Bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) SƏTƏM və Təhlükəsizliyə Nəzarət Şöbəsinin müdiri İlkin Behbudov Oxu.Az-ın müvafiq sualını cavablandırarkən deyib.
|
O bildirib ki, sayğacların iş prinsipi hesablanan zaman onların istismar müddəti nəzərə alınır:""“Həmin istismar müddətində sayğacın klapanlarının açılıb-bağlanma sayından asılı olaraq içərisindəki batareyanın ömrü beş il, üç il və ya daha fərqli müddətə qədər ola bilir.
|
Bəzən abonentlər sayğac kartına az məbləğdə və tez-tez pul yükləyirlər.
|
Bu zaman isə sayğacın klapanları istismar müddəti ərzində nəzərdə tutulan saydan çox açılıb-bağlanır.
|
Digər problem provayderlərdən yararlanaraq balans artırılan zaman məbləğin karta oturmasında gecikmələrin olmasıdır.
|
Bu, “Azəriqaz” İB-nin problemi deyil.
|
Lakin sayğaclarda istehsalat zamanı texniki nasazlıqların olduğunu da istisna etmirik.
|
Əgər abonentin müraciəti əsasında araşdırma zamanı sayğacda texniki nasazlıq aşkarlanarsa, həmin sayğacların dərhal dəyişdirilməsi həyata keçirilir.
|
Son dövrlərdə rastlaşdığımız və bizə də daxil olan şikayətlər arasında daha çox provayderlərin iş fəaliyyəti səbəbindən məbləğin karta gec oturması faktı üstünlük təşkil edir.
|
Çox nadir hallarda isə sayğacların istismar müddətini başa vurması zamanı da belə hallar baş verə bilir”.
|
Kartlarının bloklandığı və həftəsonu idarələr işləmədiyi üçün qaz təchizatında fasilə yaranan abonentlərin şikayətlərinə cavab olaraq isə “Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev qurumun “104 Çağrı Mərkəzi”nin fəaliyyət göstərdiyini deyib:"""“Bu və digər problemlərlə bağlı “104 Çağrı Mərkəzi” fəaliyyət göstərir.
|
Həftənin bütün günləri, eləcə də bayram günlərində də bu mərkəzdə abonentlərin zənglərinə cavab verən əməkdaşlar çalışırlar.
|
Abonentlərin bunu bilməsi və problemlə bağlı aidiyyəti üzrə müraciət etməsi kifayətdir.
|
Müraciətə və problemə müvafiq olaraq əməkdaşlardan abonentin mənzilinə baxış keçirir.
|
Problemdən asılı olaraq, yerində və ya idarəyə yönləndirməklə yaranmış problem aradan qaldırılır”.
|
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri baş tutmayacaq.
|
Bu barədə “Telegram”ın erməni seqmentində məlumat yayılıb.
|
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin martın 4-də Ermənistana səfəri planlaşdırılırdı.
|
Hələlik səfərin hansı səbəbdən baş tutmadığı bildirilmir.
|
“Sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil.
|
İki ölkə (Azərbaycanla Ermənistan-red.)
|
bir araya gəlib sülh müqaviləsini imzalamalıdır”.
|
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.
|
Hikmət Hacıyev onu da vurğulayıb ki, sülh müqaviləsi sadəcə imzalanmaq naminə imzalanmamalıdır, sülhə nail olmaq üçün real niyyət lazımdır.
|
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunun transformasiyasını, sülh, təhlükəsizlik və əməkdaşlıq bölgəsi olmasını istəyir.
|
Vərəsəlik hüququ ilə bağlı normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsinə başlanılıb.
|
Onun sözlərinə görə, Mülki Məcəllədə hələ də Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks olunmuş yeni hüquqi mövqe ilə ziddiyyət təşkil edən bir sıra normalar var:""“Məsələn, 1247, 1248 və digərlərinin qalması hüquq ictimaiyyəti arasında çaşqınlığın yaranmasına səbəb olacağından Mülki Məcəllənin “Vərəsəlik hüququ” bölməsinin və bununla bağlı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın, miras əmlaklara münasibətdə vərəsəlik hüquqlarının dövlət qeydiyyatı ilə bağlı və digər aidiyyəti normativ-hüquqi aktların kompleks şəkildə təkmilləşdirilməsi də zəruridir.
|
Əldə etdiyim məlumata əsasən, artıq bu istiqamətdə işlərə başlanılıb”.
|
Ölkədə qızılca xəstəliyi geniş yayılıb.
|
Virus əvvəlki dövrlərə nisbətən daha ağır formada özünü büruzə verir.
|
Hətta bu xəstəlikdən ölənlərin sayı da gündən-günə artır.
|
Artıq insanlar buna görə narahatlıq keçirir və xəstəlikdən xətərsiz qurtulmaq üçün bütün eşitdikləri, bildikləri üsullara əl atırlar.
|
Virusun qarşısında əlacsız qalan bəzi həkimlər isə xəstələrə eşşək südünü məsləhət görüblər.
|
Onlar bildiriblər ki, əgər xəstə eşşək südü içərsə, səpkilər üzə çıxar və qızdırma dərhal düşər.
|
Bunu eşidən işbazlar isə hərəkətə keçərək, eşşək südünün bir litrinin qiymətini 100 manata qaldırıblar.
|
Hətta bir çox saytlarda da eşşək südünün satılması ilə bağlı elan paylaşanlar da var.
|
Hələ bu südün, həqiqətən də, eşşək südü olub-olmadığı da şübhə altındadır.
|
Doğrudanmı eşşək südü qızılca üçün bu qədər faydalıdır, yoxsa bu da işbazların bir oyunudur?
|
Məsələ ilə bağlı tanınmış həkim Qalib Əsədov Publika.az-a açıqlamasında deyib ki, bu, cəfəngiyatdır:""“Bu, heç bir tibbi, elmi məlumatlara əsaslanmayan mənasız fikirdir.
|
Ümumiyyətlə, virusun dərmanı yoxdur.
|
Virusa təsir edən immun sistemidir.
|
Əgər eşşək südü virusu öldürsəydi, sovet vaxtı insanlar niyə bu qədər əziyyət çəkirdilər ki?
|
Elə eşşək südü içib sağalardılar, virusun qarşısını alardılar.
|
Təbabətdən, elmdən xəbəri olmayanlar digərlərini aldatmaqdan ötrü bu tipli məsələləri ortaya atıblar”.
|
“Eşşək südünün öskürəyə necə təsiri var?” - sualına isə həkimin cavabı belə oldu:""“Öskürəyin müxtəlif növləri var.
|
Quru öskürək, bəlğəmli öskürək və s.Südün heç bir fərqi yoxdur, inək südü olsun, keçi südü, qoyun südü, at südü - hamısı məməli heyvanların südüdür.
|
Hansındasa xüsusi xassələr yoxdur”.
|
Həkim onu da vurğulayıb ki, “Ögey ana” filmində türkəçarədən istifadə edən adamları lağa qoyurdular, 21-ci əsrə gəlmişik, yenə də elə şəxslərlə qarşılaşırıq:""“Yadınızdadırmı, Nəsibə Zeynalovanın yaratdığı bir obraz vardı - Fatmanisə qarı.
|
Orada deyirdi ki, “bu dərmanlardansa bir baş sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırrıt kəsəcək”.
|
“Avropada salam verirsən, danışırsan, heç kim demir ki, nömrəni ver”.
|
Olay.az xəbər verir ki, bu barədə müğənni, “Avroviziya” qalibimiz Nigar Camal televiziya verilişlərindən birində qonaq olarkən danışıb.
|
Nigar Avropadakı və ölkəmizdəki insanların reaksiyalarından söz açıb:""“Elə adamlar var, deyirsən, bahar gəlib.
|
Əsas daxilində sevgi, istilik varsa, sevinc olacaq.
|
Hərdən gedirsən, insanların üzünə baxırsan, nəsə qəribə reaksiya verir.
|
Avropada salam verirsən, danışırsan, heç kim demir ki, nömrəni ver.
|
Xanımlara bizdəki kimi yaxınlaşmaq söhbəti yoxdur”.
|
Bu ay Azərbaycanda Novruz bayramı qeyd olunacaq"Hər il olduğu kimi, bu il də bayramla əlaqədar ölkədə bir neçə gün ardıcıl olaraq qeyri-iş günü elan edilib.
|
Bu da o deməkdir ki, ölkə vətəndaşları dincəlmək üçün regionlardakı hotellərə üz tutacaqlar.
|
Bəs turizm sənayesi bayrama necə hazırlaşır?
|
Regionlarda alternativ yerləşdirmə vasitələrinin təklifləri artmaqdadır - “freym”, “kamp” tipli qonaq evləri, kənd evləri, hostellər, ferma və təsərrüfatlar var.
|
Bu növ gecələmələri seçən turistlərin bir çoxunun adətən səyahət məqsədləri daha spesifik olur.
|
Misal üçün, şərabsevərlər fermalara, üzüm tarlalarına, emal müəssisələrinə üz tutur, “yaşıl turizm” sevərlər “kamp”larda qalmağı xoşlayır, kənd həyatına qatılmaq, mövsümü məhsul yığımında iştirak etmək, ev heyvanlarına qulluq etmək məqsədilə gələn turistlər kənd evlərində qalmağa üstünlük verir”, - deyə o qeyd edib.
|
S.Dübəndinin sözlərinə görə, bayram günlərində əsas turist axını ölkənin bir neçə inkişafda olan destinasiyalarına yönələcək:""“Bu destinasiyalar əsas turist yükünü qəbul edirlər.
|
Regional yerləşmə vasitələrinin satışı yüksəkdir.
|
Hazırda görürük ki, 35-100 manat arası ikinəfərlik səhər yeməyi daxil gecələmə xidmətləri bayram günlərinə məhdud sayda olsalar belə, yalnız müxtəlif satış platformalarında və digər satış kanallarında mövcuddur”.
|
Turizm eksperti hesab edir edib ki, bayram günlərində Azərbaycanda daxili turizmlə yanaşı gəlmə və getmə turizm da canlanacaq:""“Koronavirus (COVID-19) pandemiyasından öncə Novruz Bayramı münasibətilə ölkəyə xeyli sayda İran, Türkiyə, Rusiya, Gürcüstan turistləri gəlirdilər.
|
Hazırda bu coğrafiya bir qədər dəyişib.
|
Körfəz ölkələrindən və Asiyadan olan turistlər daha yüksək dinamika göstərirlər.
|
Azərbaycanda istirahət edən turistlərin sayı öncəki illərlə müqayisədə artmaqdadır”.
|
“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə deyib ki, bayram günlərində turizm sektorunda qiymətlər adi günlərlə müqayisədə yenə də fərqli olacaq:""“Qiymətlər çox yüksək olmasa da, turizm mövsümü olduğu üçün bahalaşma gözlənilir.
|
Bu təkcə ölkə daxilində deyil, ölkədə xaricində dincəlməyə də aiddir.
|
Adətən Novruzda vətəndaşlarımız Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edirlər.
|
Bu istiqamətlərdə qiymət fərqi var.
|
Amma daxili turizmdə kimi kəskin fərq yoxdur”.
|
Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə hesab edir ki, bu il də Novruz bayramı günləri Ramazan ayına təsadüf etdiyindən tətil üçün həm ölkə daxilinə, həm də ölkə xaricinə üz tutanların sayının az olacağını proqnozlaşdırmaq olar:""“Orucluğa görə bəzi inanclı insanların səfərlərini təxirə salması və yaxud da onu o qədər də aktiv keçirməməsi mümkündür.
|
Qiymətlərə gəlincə isə, ötən illə müqayisədə kəskin fərq gözləmirəm.
|
Çünki bunun üçün ciddi əsas yoxdur”.
|
Azərbaycanda fəaliyyət göstərən daha bir özəl universitet bağlanır.
|
“Naxçıvan” Universiteti fəaliyyətinin dayandırlması üçün Elm və Təhsil Nazirliyinə müraciət edib.
|
Universitetin təsisçiləri belə qərar veriblər.
|
Elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında deyib ki, “Naxçıvan” Universitetində oxuyan 4-cü kurs tələbələri bu il məzun olacaqlar.
|