Search is not available for this dataset
text
stringlengths
10
518k
Yeni inşa ediləcək tibb müəssisələrində bu məqam nəzərə alınacaqmı?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 7 aprel 2009-cu il tarixli 37 nömrəli “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”a müvafiq olaraq, TƏBİB tabeli tibb müəssisələrində yoluxucu xəstəliklər şöbəsi xəstəxananın əsas binasından kənarda yerləşir:""“Bütün yoluxucu xəstəliklər şöbələrinin yerləşdiyi binaların giriş və çıxışları ayrıdır.
Bu isə yoluxucu xəstəlikləri olan şəxslərin somatik xəstəlikləri olan şəxslərlə təmasda olması riskini aradan qaldırır.
Gələcəkdə yeni inşa ediləcək tibb müəssisələrində yoluxucu xəstəliklər şöbəsi xəstəxananın əsas binasında olarsa, bu istiqamətdə optimallaşdırılmış variantlar nəzərə alınacaq”.
Bakı Kənar Dairəvi yolunda avtomobil qəzası olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, yüksək sürətlə hərəkətdə olan nəqliyyat vasitəsi manevr etmək istəyərkən eyni istiqamətdə gedən iki nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Hadisə anı qəza törədən avtomobildəki sərnişinin mobil telefonunun kamerası vasitəsilə lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:
“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Warner Bros.” studiyasının “Dune 2” epik elmi-fantastik filminin premyeradan öncə nümayişi keçirilib.
Nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər və iri təşkilatların rəhbərləri dəvət olunublar.
Tədbirin təşkilində “7 Gül” (gül butiki), MADO restoranı, “Mochiki” (ənənəvi Yapon-Asiya desertləri), “Light in Black” kreativ şirkəti (foto və video), “ProEvents” (işıq effektləri), “Show Production” (qum şousu) - Aydın Rəhimov, “Hillside” premium çaxırları və “Red Bull” dəstək göstəriblər.
Axşam Cənubi Koreyanın CJ 4DPLEX şirkəti tərəfindən hazırlanmış unikal “ScreenX” formatlı filmlə başa çatıb.
“ScreenX” - 270 dərəcə baxış bucağına malik, filmdən həzz almağa imkan verən tamamilə yeni innovativ texnologiyadır.
Kinoteatrın zalında üç proyektor və iki əlavə yan ekran var.
Filmin əsas səhnələri mərkəzi ekranda nümayiş etdirilir, yan səhnələr isə kadr kompozisiyasını artırır.
Bu genişlənmiş məkan tamaşaçıda fərqli hisslər yaratmaqla yanaşı, filmi yaşamağa imkan verir.
“Dune 2” filminin süjeti Frenk Gerbertin eyniadlı romanı əsasında qurulub.
“Dune 2” 2021-ci ildə təqdim olunmuş “Dune” filminin davamıdır.
İkinci filmdə, demək olar ki, bütün əsas personajlar öz rollarına qayıdacaqlar və süjetin inkişafı üçün çox vacib olan yeni simalar da peyda olacaqlar.
Rollarda:Timoti Şalame, Rebekka Fergüson, Zendeya, Deyv Batista, Ostin Batler, Florens Pyu, Leya Seydu, Kristofer Uoken və başqaları.
Film haqqında qısaca:Pol Atreydes frimen xalqı ilə birləşərək, padşah-imperator və Korrino evinin başçısı Şaddama qarşı üsyana rəhbərlik edəcək.
Beləliklə, baş qəhrəman ailəsinin ölümünə görə qisas almaq istəyir.
Fevralın 29-dan etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən filmlərdən biri üç dildə:rus, ingilis və türk dillərində nümayiş etdirilir.
Həmçinin, “Dune 2” filmini ən son 4DX və “ScreenX” texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.
Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin (PHŞ) vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.
İstintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmin şəxslərin qanunazid əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb.
Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb.
Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina kimi Avropa ölkələrinə vizasız gedə bilərlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi dəyişib.
“Qaynarinfo”nun məlumatına görə, xidmət rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Nicat Zəfər oğlu Həsənov vəzifəsindən azad olunub.
Rəis vəzifəsi müvəqqəti olaraq polkovnik Hüseyn Quliyevə həvalə edilib.
Həmçinin, işdən azad olunan Nicat Həsənova yeni vəzifə verilib.
M.İbrahimovun müvafiq əmri ilə o, rotasiya qaydası ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi təyin edilib.
Albaniyanın Baş nazirinin müavini Belinda Balluku ilə görüşdə ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə müzakirə aparılıb, iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş keçirilib.
Görüşdə Albaniya ilə əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların önəmi vurğulanıb.
Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi ikitərəfli münasibətlər kontekstində mühüm yer tutur.
Bu baxımdan işgüzar səfərlərin, görüşlərin və müxtəlif formatlarda tədbirlərin təşkili səmərəli iqtisadi tərəfdaşlığın qurulmasında faydalıdır.
Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Albaniya ilə enerji, ticarət, investisiya, sənaye, aqrar, turizm, nəqliyyat və infrastruktur sahələrində tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.
Tərəflər ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə müzakirə aparıblar.
Görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.
Sənədə əsasən Azərbaycan və Albaniya arasında prioritet layihələr, o cümlədən ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, turizm, ətraf mühit, humanitar və digər istiqamətləri üzrə əməkdaşlığın təşviqi nəzərdə tutulur.
14:18"İqtisadiyyat naziri Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüşüb.
Bu barədə nazir öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə səmərəli müzakirələr aparılıb.
🇦🇿 - 🇦🇱 iqtisadi münasibətlərinin inkişafında #energetika, ticarət, #turizm, sənaye, #kəndtəsərrüfatı, nəqliyyat və infrastruktur kimi sahələr mühüm istiqamətlərdir.
Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku (@BallukuBelinda) ilə… pic.twitter.com/TH62GpXTmb
Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Bununla bağlı AFFA məlumat yayıb.
Bildirilib ki, iclasda bəzi qərarlar qəbul olunub.
Belə ki, AFFA-nın növbəti Hesabat-Seçki Konfransının vaxtı müəyyənləşib.
Konfrans aprelin 2-nə təyin edilib.
Bundan başqa, müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü veriləcək:- İsmayıl Əliyev - Esmiralda Ələkbərova (həkim) - Gəray Qarayev - İqor Ponomaryov - Vaqif Sadıqov - Maşallah Əhmədov.
Qeyd edək ki, “Kəpəz” Futbol Akademiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcəyini bildirib.
14:30"Rövnəq Abdullayev AFFA-nın prezidenti postuna namizədliyini irəli sürməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə o, Gəncə Futbol Akademiyasının açılış mərasimdə deyib.
Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın rəhbəridir.
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, Edi Rama İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Albaniyanın Baş nazirinə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında iştirakına görə minnətdarlığını ifadə etdi.
Edi Rama da öz növbəsində bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının əhəmiyyəti qeyd olundu.
Görüşdə ikitərəfli münasibətlərə toxunuldu.
Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri və Baş nazir Edi Ramanın əvvəllər ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulandı.
Dövlətimizin başçısı BMT və digər beynəlxalq təşkilatlarda Albaniyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi və öz növbəsində Azərbaycanın da bu qurumlarda hər zaman Albaniyanın maraqlarını müdafiə etdiyini dedi.
Görüşdə TAP layihəsinin əhəmiyyəti və onun genişləndirilməsi məsələləri müzakirə edildi, Albaniyanın bu sahədə önəmli rolu qeyd olundu.
Albaniyanın qazlaşdırılması layihəsinin icrası ilə bağlı ölkəmiz tərəfindən investisiya qoyuluşu məsələlərinə də toxunuldu.
Söhbət zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması və əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
15:19"Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Bununla bağlı President.az məlumat yayıb.
14:33"Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü başlayıb.
Bununla bağlı President.az məlumat yayıb.
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması real məsələdir, bütün elementlər masadadır.
Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir”.
Bunu APA-nın Antalyaya ezam olunmuş müxbirinə verdiyi açıqlamasında Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
Onun sözlərinə görə, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb:""“Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi, təbii ki, iki ölkə arasında imzalanacaq və kənardakı hər hansı vasitəçi (tərəfdaş), sadəcə, bu məsələni dəstəkləyə bilər.
Bu bizim etməyə çalışdığımız işdir.
Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı tərəfdaşlar dəstək verə biləcək tərəf ola bilərlər”.
Pandemiya səbəbi ilə ölümlərin kəskin artdığı 2020 və 2021-ci illərdə insanların kütləvi toplaşmasının qarşısını almaq üçün qadağan edilən tədbirlər sırasında toy mərasimləri də vardı.
Bu səbəbdən nikah sayı kəskin azalmışdı.
Ancaq 2023-cü ildə bənzər heç bir durum olmasa da, məhdudiyyət tətbiq edilməsə də, statistik göstəricilərin aşağı olması diqqət çəkib.
Məlumata görə, ötən il Azərbaycanda nikah sayı əvvəlki ildən 12% azalıb, boşanmaların sayı isə 36% artıb.
Pandemiya səbəbi ilə toyların qadağan edildiyi 2020-ci il istisna olmaqla, son 20 il ərzində ölkədə ən az nikah bağlanan il 2023-cü il olub.
Daha da pisi - müstəqillik dövründə ən yüksək boşanma sayı da 2023-cü ildə qeydə alınıb - 21 688.
Bəzən boşanmalara səbəb kimi cütlüklər arasında genetik kodların uyğunlaşmaması və körpələrin anadangəlmə qüsurlarla doğulması göstərilir.
Belə halda sual yaranır:nikaha girən cütlüklər tibbi yoxlamalardan keçərkən nə üçün genetik testlər aparılmır?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Zakir Bayramov Oxu.Az-ın suallarını cavablandırıb.