Search is not available for this dataset
text
stringlengths
10
518k
Onunla müsahibəni təqdim edirik:"""- Doktor, ümumiyyətlə, genetik testlər hansı materiallardan götürülür?
- Genetik testlər qan, ağız boşluğu, cinsiyyət üzvlərindən yaxma, soğanaqlı saç, dırnaq və bioloji toxumalardan götürülə bilər.
Ən geniş yayılan isə venoz qandır.
- Hansı gen xəstəlikləri geniş yayılıb?
- Dünyada geniş yayılan genetik xəstəliklər arasında, əsasən, talassemiya, Aralıq dəniz qızdırması, spinal əzələ atrofiyası, Düşen sindromu, sistik fibroz, Gentinqton xəstəliyi, hemofiliya, oraq hüceyrəli anemiya və başqalarını qeyd etmək olar.
- Testlər sayəsində bütün genetik xəstəlikləri müəyyənləşdirmək mümkündürmü?
- Təəssüf ki, indiyə qədər elə bir universal test mövcud deyil ki, qan və ya yaxma verməklə bütün mövcud olan genetik xəstəlikləri təhlil etsin.
Bunun səbəbi ondadır ki, hər bir genetik testin çatışmayan cəhətləri var.
Hazırda ən universal sayılan genetik test isə WGS/WES analizləri hesab olunur.
Bunların sayəsində, demək olar ki, genomun 90%-dən artığını oxumaq olur.
- Valideyn olmaq istəyən şəxslərin neçə yaşdan sonra genetik testlərdən keçmələri mütləqdir?
- Valideyn olmaq istəyən şəxslər evlilikdən öncə, bu dövrü ötürüblərsə, evliliyin bir ili tamam olmuş və hamiləlik baş tutmayıbsa, keçmələri gərəkdir.
Bundan əlavə, ailələrində, nəsillərində hər hansı bir genetik xəstəliyi olan və ya ona şübhə olan cütlüklər də öncədən genetik müayinələrini etdirməli, genetika üzrə mütəxəssis-həkimin konsultasiyasından keçməlidirlər.
- Uşaqlardan genetik test üçün materiallar neçə yaşdan sonra götürülə bilər?
- Ümumdünya Etika Komissiyası uşaqlardan götürülən genetik testlərin gərəklilik dövrünü iki yerə bölür.
Birinci - mütləq doğulan kimi aparılır.
Buraya, əsasən, doğumun üçüncü günündən etibarən dabandan götürülən testi göstərmək olar.
Çünki bu periodu ötürən körpələrdə qısa zaman ərzində əqli gerilik və daha ciddi fəsadlar yarana bilir.
İkinci mərhələ isə diaqnozu təsdiqləmək üçün mütləq olan dövrdür.
Buraya xromosom patologiyalarının dəqiqləşdirilməsi daxildir.
Məsələn, uşağın Daun sindromu ilə doğulmasına şübhə olduqda bu analizin doğulan andan müəyyən müddət aralığında (bir-iki ay sonraya qədər) götürülməsi tövsiyə edilir.
- Nikahdan öncə cütlüklərin tibbi müayinədən keçmələri ilə bağlı müvafiq qərar var.
Lakin təəssüf ki, o qərarda nə psixiatrik, nə onkoloji, nə də genetik müayinələr yer alır.
İnsanların genetik müayinədən keçmədən ailə həyatı qurmaları nə qədər sağlam qərardır?
- Sözügedən qərarda genetik konsultasiya və ya mütləq yoxlanılmalı genetik analizlər hələ ki yer almayıb.
Güman edirik ki, tezliklə həmin paketdə SMA, sistik fibroz kimi xəstəliklərin analizi də yer alacaq.
- Ümumiyyətlə, genetik kodlar daha çox hansı meyarlarla tənzimlənir?
- Genetik kodları tənzimləyən amillər ilk növbədə ətraf mühit və yaşadığımız cəmiyyətdir.
Hər ikisinin də bu və ya digər dərəcədə genoma təsiri mövcuddur.
- Genetikanı dəyişmək mümkündürmü?
- Genetikanı dəyişmək yox, ancaq kiçik müdaxilələr etmək mümkündür.
Bunların hamısı biotexnologiyanın və tətbiqi genetikanın inkişafından sonra mümkün olub.
Məsələn, indi bunun köməyi ilə xəstə olan genləri vektor genlərin köməyi ilə dəyişdirə bilirlər.
Hamının tanıdığı SMA xəstəliyi məhz bu cür sağaldılır.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb.
Bu barədə Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Ali Məclisinin sədri 29 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əsasnaməsinin və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Sözügedən fərmanda nazirliyin və tabeli xidmətlərin (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti) strukturu, əsasnaməsi və işçilərinin say həddi ilə bağlı iki ay müddət müəyyən edilib.
Bu istiqamətdə işlər fevralın 29-da yekunlaşdırılıb.
İqtisadiyyat Nazirliyi martın 1-dən yeni strukturla fəaliyyətə başlayıb.
Bir sıra funksiyaların İqtisadiyyat Nazirliyində birləşdirilməsi muxtar respublikanın iqtisadi rəqabət qabiliyyətini yeni mərhələyə çıxaracaq, Nazirliyin səlahiyyətlərinə aid edilmiş sahələrdə vəzifələr daha keyfiyyətli şəkildə yerinə yetiriləcək.
“Yerli Fəaliyyət Koordinasiya Təşkilatı (CCAT) “Nazione” Partiyasına, Azad Korsika hərəkatına, Korsika Milli Azadlıq Cəbhəsinə (FLNC), bütün korsikalı qardaş və bacılarına böyük dəstək vermək istəyir.
Hər şeydən əvvəl, Santa Maria di Lottadakı hadisəyə görə yanvarın 30-da polis tərəfindən saxlanılaraq həbs edilmiş Anto Simoni və Nikolas Pinzuti korsikalı fəallara böyük dəstəklərini ifadə edirlər”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yerli Fəaliyyət Koordinasiya Təşkilatının (CCAT) korsikalılara dəstək kommünikesində yer alıb.
Kommünikedə, həmçinin bildirilib ki, Korsika xalqının mübarizəsi nəcib fəaliyyətdir.
Öz müqəddəratını təyin etmək hüququ ilə bağlı Korsika adasında mövcud vəziyyət, pozulmuş vədlər nəzərə alınmaqla gənclərin qəzəbinin ifadə olunması başa düşüləndir:""“1988-ci ildə Matinyon sazişlərinin imzalanması, 1998-ci ildə isə Numea müqaviləsi ilə Yeni Kaledoniya üçün öz müqəddəratını təyinetmə prosesi başlayıb.
2018-ci və 2020-ci illərdə - referendumun ilk illərində müstəqillik tərəfdarlarının səsləri müvafiq olaraq 43 faizdən 47 faizədək yüksəlib.
Bu gün Fransa dövləti 25 min 800-dən çox qitə fransızını və təxminən 12 mindən çox yerli vətəndaşı birləşdirmək üçün əsasını vətəndaşlığımız, yerli məşğulluğun qorunması təşkil edən xüsusi əyalət seçki orqanını açmağa qərar verir”.
CCAT-ın müstəqillik tərəfdarlarının fikrincə, onların razılaşması olmadan hər hansı dəyişikliyin baş verməsindən, Fransa dövlətinin kanak xalqına və kaledoniyalılara qarşı hər hansı qərarın qəbul etməsindən söhbət gedə bilməz.
“Kanaki yenidən müstəmləkəyə çevrilir.
Uzun illərdir - müxtəlif sazişlər imzalanandan sülh yolu çəkmişik və ölkəmizə planlaşdırılmış immiqrasiya edilməsindən söz gedə bilməz”, - deyə CCAT kommünikedə qəti şəkildə bildirib.
Açıqlamada, eyni zamanda, diqqətə çatdırılır ki, üçüncü referendumun nəticələrinin qəbulundan da söhbət gedə bilməz.
Bu referendum saxta olub və kanak xalqının oğurlanmış səsidir.
Koordinasiya təşkilatı artıq Numeada, eləcə də Kone şəhərində dörd yürüş, Yeni Kaledoniya Konqresinin qarşısında isə oturaq aksiya keçirib.
“Fransa dövləti tələblərimizi eşitmədikcə vəziyyət daha da mürəkkəbləşir.
Fransa dövləti Yeni Kaledoniyada əyalət seçiciləri ilə bağlı dəyişiklik üçün Konstitusiyanı dəyişir.
Müstəqillik tələblərini boğmaq üçün?
Bir məsələ dəqiqdir:mübarizəmizi davam və Fransa dövlətinə isə BMT tövsiyələrini qəbul etdirəcəyik.
Həmin tövsiyələrdə bildirilir ki, xalqların öz müqəddəratını təyinetmə hüququna dair1514 saylı qətnamə icraçılar tərəfindən yerinə yetirilməlidir.
Fransa artıq insan haqları ölkəsi deyil!
Fransa dövləti kanak xalqına, Korsika xalqına, Taiti, Martinika, Qviana, Qvadelupa, bask, xalqlarına, eləcə də müstəqilliyi uğrunda mübarizə aparan bütün digər xalqlara müstəqillik verməlidir!
Yaşasın Korsika, yaşasın Kanaki, yaşasın müstəqillik!” - deyə kommünikedə vurğulanıb.
Türkiyənin “Haber Global” televiziya kanalında Fransa polisi tərəfindən Korsikada saxlanılan “Nazione” azadlıq hərəkatının üzvləri barədə süjet yayımlanıb.
Süjetdə qeyd olunur ki, korsikalı fəalların saxlanılması adada Emmanuel Makron hakimiyyətinə qarşı etirazlara səbəb olub.
Korsika adasından yayıma qoşulan kanalın müxbiri hazırda adada yaşanan son hadisələr barədə məlumat verib.
O qeyd edib ki, təxminən 350 minə yaxın əhalisi olan Korsika adası daim Fransanın müstəmləkə siyasətinin qurbanı olub.
Qeyd edək ki, Korsika adası Fransanın Aralıq dənizində yerləşən xüsusi statuslu ərazisi, Qvadelupa isə Karib dənizinin şərq hissəsində yerləşən dənizaşırı ərazisi hesab olunur.
Hər iki ərazi Fransanın müstəmləkəçiliyinə qarşı mübarizə aparır.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
15:57"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Sergey Lavrov arasında Antalyada görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki nazirlərin görüşündə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və regionda münaqişədən sonrakı vəziyyət müzakirə olunan məsələlər arasında olub.
In the margins of @AntalyaDF, @Bayramov_Jeyhun, FM of the Republic of #Azerbaijan met with Sergey Lavrov, FM of the Russian Federation.
Bilateral and multilateral cooperation agenda between 🇦🇿-🇷🇺 and the post-conflict situation in the region were among the issues discussed.
pic.twitter.com/X3S5uQhPJ3"15:12"Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir.
APA-nın verdiyi xəbərə görə, Ceyhun Bayramovla Sergey Lavrovun görüşü Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Bundan əvvəl, Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla da görüşüb.
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni media üzrə müşavir təyin olunub.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Alptekin Cihangir İşbilir gətirilib.
Cihangir İşbilir bundan əvvəl Türkiyənin “Anadolu” informasiya agentliyinin xəbər akademiyasının müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışan Hüseyn Altınalan fəaliyyətini ötən ilin noyabr ayında başa vurub.
O, 2019-cu il oktyabrın 11-dən səfirlikdə çalışıb.
29 fevral tarixində “PAŞA Travel” tərəfdaşları üçün Monteneqro turizm məhsulunun rəsmi təqdimatını həyata keçirdi.
Tədbir 150-dən çox yerli turizm agentliklərinin, “Azərbaycan Hava Yolları” aviaşirkətinin və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələrini bir araya gətirib.
Tədbir “PAŞA Travel” şirkətinin Baş icraçı direktoru Bəhruz Əsgərovun səmimi salamlama nitqi ilə başladı.
O, tədbirdə qonaqlara iştirak etdiklərinə görə təşəkkürünü bildirərək qeyd etdi ki, artıq Monteneqroya turların satışına başlanılıb və birbaşa uçuşlar “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən cari ildə iyun ayının 6-dan sentyabrın 16-dək Bakı-Tivat-Bakı marşrutu üzrə həftədə iki dəfə olmaqla həyata keçiriləcək.
Sonda onu da qeyd etdi ki, Monteneqroya səfərlərin üstün cəhətlərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.
Tədbir zamanı Monteneqro istiqaməti, həmçinin “PAŞA Travel” şirkətinin struktur bölməsi olan “PAŞA Holidays” turoperatorunun digər məşhur turizm məhsulları, o cümlədən Misir (Şarm Əş-Şeyx), Gürcüstan, BƏƏ və Xorvatiya turizm istiqamətləri haqqında geniş məlumat təqdim edildi.
Turizm agentlikləri üçün nəzərdə tutulan online.pashaholidays.az platformasının üstünlüklərindən danışılaraq qeyd olundu ki, agentlər bu platforma vasitəsilə öz müştəriləri üçün səyahət paketlərini tez bir zamanda seçib bron edə bilərlər.
Tədbirin əsas məqamlarından biri turizm agentlikləri üçün qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə nəzərdə tutulmuş yeni bonus proqramının təqdimatı oldu.
Burada yeni həvəsləndirici bonusların çalışma prinsipləri haqda geniş izah verildi.
Bu tədbir “PAŞA Travel”in davamlı sürətli böyüməsini və inkişafını, eləcə də müştərilərinə gözəl səyahət təcrübələri təqdim etmək niyyətini ifadə edir.
Bu gün İrəvanda etiraz aksiyalarının qan içində boğulduğu gündür.
Vətəndaşlar 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz etmişdi.
Aksiyaçılar İrəvanda Azadlıq meydanında 10 gün gecə-gündüz mitinq keçirmişdi.
Prezident postu uğrunda mübarizə keçmiş prezident Levon Ter-Petrosyanla Serj Sarqsyan arasında getmişdi.
Kütləvi etiraz aksiyasını da keçmiş dövlət başçısının tərəfdarları keçirmişdi.