Search is not available for this dataset
text
stringlengths
10
518k
Həmin il martın 1-də etirazçılarla hərbi-polis qüvvələri arasında baş verən qarşıdurma nəticəsində ikisi polis olmaqla 10 nəfər ölmüş, 200 nümayişçi xəsarət almışdı.
Hakimiyyət dairələri 33 polis əməkdaşının da xəsarət alaraq hospitala yerləşdirildiyini bildirmişdi.
Levon Ter-Petrosyan 1998-ci ilin fevralında hakimiyyətdaxili təzyiqlər nəticəsində qan tökülmədən istefa vermişdi.
O, Qarabağın Ermənistana birləşməsinə, habelə Azərbaycanın bu bölgəsinin ikinci “erməni dövləti” kimi tanınmasına qarşı çıxırdı və s.""Xocalı soyqırımının təşkilatçılarından olmuş, separatçıların o dövr üçün lideri sayılan Robert Koçaryan qanunazid olaraq 1998-ci ildə Ter-Petrosyanın yerinə prezident oldu.
Ona qarşı parlamentdə və hökumətdə müxalifət fəaliyyət göstərirdi.
Bildirilir ki, Koçaryan bu müxalifəti sıradan çıxarmaq məqsədi ilə 1999-cu il oktyabrın 27-də parlamentə silahlı hücumun reallaşmasını təşkil edib.
Həmin terror hücumu nəticəsində baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, onun müavinləri Yuri Baxşyan və Ruben Miroyan, fövqəladə hallar naziri Leonard Petrosyan, deputatlar Henrik Abrahamyan, Armenak Armenakyan, Mixail Kotanyan ölmüş, azı 30 nəfər yaralanmışdı.
O dövrdə Robert Koçaryan özünə müxalif olan qüvvəni praktik olaraq siyasi səhnədən uzaqlaşdırdı.
Ancaq Levon Ter-Petrosyan qaldı.
2008-ci ilin prezident seçkisində o revanş etmək istədi.
Keçmiş rəqibi, bəlkə də, düşməni Koçaryanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədi ilə yenidən prezident olmaq istədi.
Ermənistanda hakimiyyətin yüksək zirvəsinə gətirilməsi sübut edir ki, Robert Koçaryan Rusiyanın “çubuğu” ilə idarə edilib.
O, Xocalıda törətdiyi cinayətə görə cəzalanmadığı üçün bunu mənsub olduğu erməni etnik qrupuna qarşı parlamentdə yeddi il sonra təkrarladı.
2008-ci il martın 1-də Robert Koçaryan dinc sakinlər, əlisilahsız insanlarla başqa cür davrana bilmədiyini bir daha sübut etdi.
Məlumata görə, həmin günlərdə o, yardım üçün Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini də İrəvana cəlb edibmiş.
Bununla da Xocalı soyqırımının başqa bir təşkilatçısı, həmin dövrdə baş nazir işləyən Serj Sarqsyan silah gücünə prezident kürsüsündə otuzduruldu.
Bununla da qan üstündə əldə edilmiş, möhkəmlənmiş hakimiyyət dinc insanların meyiti üzərində yenidən quruldu.
Parlamentə silahlı hücum zamanı o, Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib.
O, bu vəzifədə 1999-cu ilin iyunundan həmin il noyabrın 13-dək işləyib.
Məlum terror hadisəsindən sonra 1999-cu ili noyabrın 13-dən isə Ermənistan prezidenti yanında Milli Təhlükəsizlik Şurasının katibi işləyib.
Deməli, 32 il əvvəl Azərbaycanda, 25 il əvvəl İrəvanda parlamentdə və ondan 9 il sonra Ermənistan paytaxtında törədilən cinayətlərin iki müəllifi Koçaryan və Sarqsyanın hələ də əli-qolu açıqdır.
Onları özünü demokratik və ədalətli sayan Nikol Paşinyan hökumətinin hüquq-mühafizə orqanları hələ də yerində oturtmayıb.
Ötən illərdə Ermənistanda dəyişikliklər baş verib.
Realist olmaq istəyənlər hakimiyyətə gəlib.
Rəsmi İrəvan Moskvanı Parislə dəyişməyə can atır.
Koçaryan və Sarqsyana qarşı başlayan cinayət işlərindən, demək olar ki, bəhs edilmir.
Erməni cəmiyyətinə Qarabağ və ya ikinci “erməni dövləti”nin xülya olduğunu Azərbaycan başa saldı.
İndi Ermənistanın konstitusiyasının yenidən yazılması və qəbul edilməsi ilə başqa mərhələ başlayır.
Ancaq, təəssüf ki, törətdiyi cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyət daşımadığı kimi, Koçaryan və Sarqsyan da aparıcı fiqur olaraq törətdikləri cinayətlərə görə cəzalanmayıblar.
Bu isə Ermənistanda hakimiyyəti ələ keçirmək üçün potensial olaraq sui-qəsdçi, terrorçu qüvvənin olduğunu göstərir.
Odur ki, Koçaryan və Sarqsyan dördüncü cinayəti də törədə, yaxud təşkil edə bilərlər.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Berlindəki görüşündən sonra iki ölkənin nəyə hazırlaşdığı maraq doğurur.
Azərbaycanın Ermənistanın xeyrinə edə biləcəyi əsas hərəkət İrəvanı sülh və təhlükəsizlik adasına çəkmək, öz şərtlərini İrəvana qəbul etdirib ona müəyyən zəmanətlər verməklə yekunlaşa bilər.
Ermənistan isə kompromis kontekstini Bakının genişmiqyaslı tələbləri əsasında qura bilər və yəqin ki, bunun mərhələli variantları barədə mövzular gündəmə gələcək.
İndi üçün isə əsas məsələ Ermənistanın Qazaxın yeddi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı Kərki kəndinin geri qaytarılmasını təmin edən aspektləri əhatə edir.
Yayılan məlumatları təhlil etsək, deyə bilərik ki, ümumilikdə səkkiz kəndin geri qaytarılmasının müzakirələri mərhələli həll variantı formasında diqqətdə saxlanılır.
Plana əsasən, ilkin mərhələdə Qazaxın dörd kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli), ikinci etapda isə Qazaxın Sofulu, Yuxarı Əskipara, Bərxudarlı kəndlərinin və Naxçıvandakı Kərki kəndinin qaytarılması müzakirə olunur.
Bununla belə, mərhələli həll paketi variantının praktiki olaraq gerçəkləşməsi bir qədər suallar yaradır.
Çünki:""- Ermənistan bundan əvvəl Azərbaycandan 32 kənd “geri” istəyib, hərçənd ki, bunun özü qeyri-adekvatdır və nəyi əhatə etdiyi bilinməyən yanaşmadır;"- Baş nazir Nikol Paşinyanın kəndləri qaytarmaq müqabilində Azərbaycanın qoşunlarını sərhəddən geri çəkməsini istəyə bilər.
Ermənistan mediasında çıxan məlumatlar da Paşinyanın niyyətinə ictimai dəstək qazandırmaq məqsədi daşıyır.
Azərbaycan isə sərhəddən nəinki qoşunlarını geri çəkmək, əksinə, mövqelərini daha da möhkəmləndirmək çağırışlarını icra edir.
Nəticə etibarı ilə Ermənistan qeyd edilən həmin istiqamətlər üzrə qeyri-müəyyənlik göstərsə və bunu vaxt qazanmaq üçün real rejimə kökləsə, Azərbaycan fərqli həll mexanizmini işə sala bilər.
Lakin fərqli bir plan - güc tətbiqi yolu ilə ərazi təmini - Azərbaycanın cari gündəliyində yer almır.
Çünki Bakı Berlində keçirilən danışıqların Ermənistana verə biləcəyi şüuru təhlil edir.
İrəvanın şüurunda dəyişiklik olmasa, perspektivdə Bakı alternativ variantlarının praktiki təzahürlərini göstərə bilər.
Martın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) məlumat yayıb.
Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.
Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür.
Bugünkü püşkatmada 139 ailə iştirak edib.
Ailə tərkibinə uyğun olaraq, onlardan 49-u ikiotaqlı, 73-ü üçotaqlı, 17-i dördotaqlı mənzil təqdim olunub.
Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır.
Məcburi köçkün ailələrinin nümayəndələri tərəfindən püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanı müəyyənləşdirilir.
Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis müavini təyin edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncam imzalayıb.
Sərəncama əsasən, Anar Vaqif oğlu İbrahimov xidmət rəisinin müavini təyin edilib, xidmətə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.
Digər sərəncamla Müslüm Əli oğlu Cabbarzadə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Müslüm Cabbarzadəyə həvalə olunub.
Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 800 kvadratmetr olan zavodun utilizasiya sahəsində 3 kvadratmetr neft tullantıları yanıb.
Yüksək temperaturdan zavodun dam örtüyünün konstruksiyaları 60 kvadratmetr sahədə deformasiyaya uğrayıb.
Zavodun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərur Rayon Təhsil Şöbəsi tərəfindən müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinin şagirdinin digər şagird yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı yayılan məlumatdan sonra məsələ ilə bağlı komissiya yaradılıb.
Təhsil şöbəsindən verilən xəbər görə, komissiya üzvləri adıçəkilən təhsil müəssisəsində araşdırma aparıblar və məlum olub ki, həmin şagird məktəbdə nizam-intizam qaydalarını pozub.
Aidiyyəti üzrə məktəb direktorunun, direktor müavinin, sinif rəhbərinin və digər aidiyyəti şəxslərin izahatları alınıb, şagirdlə profilaktiki söhbətlər aparılıb və hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib.
Hazırda qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Komissiya tərəfindən məktəb rəhbərliyinə həmin şagirdin nəzarətdə saxlanılması, mütəmadi olaraq şagirdlə profilaktiki söhbətlərin aparılması ilə bağlı tapşırıqlar verilib.
Komissiya üzvləri şagirdin valideynləri ilə də görüşüb, şagirdin məktəbdəki intizamsızlığı ilə bağlı məsələ onların diqqətinə çatdırılıb.
Paytaxtın “Bakıxanov” parkı acınacaqlı vəziyyətdədir.
Belə ki, 1980-ci illərdə salınan yaşıllıq ərazisində heç bir abadlıq işi aparılmayıb.
Oxu.Az-ın əməkdaşları “Bakıxanov” parkı kimi tanınan meşəlik ərazisində olublar.
Parka daxil olan zaman antisanitar vəziyyətlə qarşılaşırıq.
Yaxınlıqdakı ərazinin sakinləri, obyekt sahibləri məişət tullantılarını buraya atırlar.
İçəriyə doğru irəlilədikcə maşın səsləri eşidilməz olur.
Sanki bura səs-küylü paytaxt ərazisində yerləşən park deyil, dağlıq yerdir.
Parkda irəlilədikcə kəsilmiş, qurumuş, üst qabığı soyulmuş ağaclara rast gəlirik.
Eyni zamanda, park üç-dörd mərtəbədən ibarət əzəmətli villalarla əhatə olunub.
Ağacların birinə “Meşədə ocaq qalamaq qadağandır” plakatı vurulsa da, yanmış ağaclara da rast gəlirik.
Ərazidən keçən içməli su borusu partlayıb və gölməçə yaradıb.
İçməli su israf olunur, partlayan boru isə düzəldilmir.
“Bakıxanov” parkı həm də kimsəsiz, narkotik vasitələri qəbul edən insanların da yaşayış yeridir.
Bunu oradakı adamlardan, parkda gördüyümüz əşyalardan bilmək olur.
Öyrənirik ki, park Sabunçu Rayon İcra hakimiyyətinin ərazisinə düşür.
Qurum da burada abadlıq işi aparmaq üçün cəhd göstərmir...
Halbuki, buraya böyük xərc qoymadan da gözəlləşdirmək olar.
Ərazi küçə itlərinin də məskəninə çevrilib.
Çəkiliş aparan zaman yanımıza ən azı 20 it yaxınlaşdı.
Buraya kimsə tək gəlsə, çox təhlükəli vəziyyətlə qarşılaşa bilər.
Parkda kəsilmiş, yanmış ağaclarla yanaşı, yaxın illər ərzində əkilən minlərlə ağaca rast gəlmək mümkündür.
Amma həmin ağaclardan da quruyanları var...""Orada olduğumuz müddətdə təzə əkilən ağaclara qulluq edən bir nəfər də olsun bağban rastımıza çıxmır.
Demək ki, qurumlar bu qədər gözəl yaşıllıq ərazidə insanların istirahəti üçün abadlıq işləri aparmaqda maraqlı deyillər.
Əgər qurumlar üçün bura maraqlı olsaydı, ən azından, paytaxtın bu cür yaşıllıq ərazisindəki ağaclara baxmağa bir-iki nəfər bağban yönəldə bilərdilər.
“Bakıxanov” parkının bu cür baxımsız vəziyyətdə qalması paytaxt üçün böyük itkidir.
Meşə tipli park salınsa, ətrafdakı insanların istirahət guşəsi olar.
Sakinlər isə bildirirlər ki, bu cür yaşıllıq ərazini məhv edib, yerində yan-yana çoxmərtəbəli binalar tikəcəklərsə, elə bu cür qalsa, yaxşıdır..."""Daha çox foto burada:PhotoStock.az"İlhamə Əbülfət
Moskvada həbsxanada həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının dəfn mərasimi keçirilib.
Məlumata görə, onun dəfninə yüzlərlə insan gəlib.
Onlar mərhum siyasətçinin tabutunu “Navalnı” qışqıraraq alqışlayıblar.