Search is not available for this dataset
text
stringlengths
10
518k
Mərhumla vida mərasimi bitdikdən sonra onu bu gün ziyarət üçün bağlı olan Borisovski qəbiristanlığında dəfn ediblər.
Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında fevralın 16-da vəfat edib.
“Hyundai” avtomobillərinin ölkəmizdəki rəsmi distributoru “AUTO Azərbaycan” şirkəti 7-ci nəsil tam yeni “Grandeur” və “Sonata” modellərinin rəsmi təqdimat mərasimini keçirib.
Fevralın 29-da baş tutan mərasimdə tanınmış incəsənət nümayəndələri, avtomobil sektorunun sayılıb-seçilən simaları və media nümayəndələri iştirak ediblər.
Tanınmış telejurnalist, aparıcı Ceyhun Əlinin qonaqları salamlama nitqindən sonra “AUTO Azərbaycan” şirkətinin direktoru Emil İsmayılov, avtomobil sektorunda baş verən ən son dinamik tendensiyalar, şirkətin ölkəmizdəki 30 illik fəaliyyəti, dost Koreya ilə siyasi, iqtisadi əlaqələr və “Hyundai” brendinin istər qlobal və istərsə də ölkəmizdəki uğurları haqqında məlumat verib.
Həmçinin şirkət direktoru Emil İsmayılov nitqində “Grandeur” və “Sonata” modellərinin ölkə alıcılarının ən çox rəğbət göstərdiyi modellərdən olduğunu vurğulayıb.
Tədbir zamanı, “Hyundai” markasının ölkəmizdə 2010-cu ildən həyata keçirdiyi “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım”, “Yaşıl ofis”, “Zolağı Pozma”, “Uşaqlar üçün yol hərəkəti qaydaları kitabçası”, “Parlaq gələcək naminə qaç”, “Hyundai Run” və s.KSM layihələri və eləcə də, “Hyundai” markasının 2045-ci ilə qədər 0 emissiya karbon neytrallığı brend dünyagörüşü ilə bağlı məlumatlar verilib.
Daha sonra “Hyundai Rusiya” regional ofisinin direktoru Kanq Byunq Jeon qonaqlara “Salam Aleykum” deyərək nitqinə başlayıb və “AUTO Azərbaycan” şirkəti ilə “Hyundai” markasının 30 ilə yaxın davam edən partnyorluğundan məmnunluq hissini bildirib.
Tədbir son zamanlar hər mahnısı, buraxdığı albomları və klipləri ilə çox bəyənilən, mahnıları məşhur musiqi platformalarında top 10-luğa düşən bəstəkar və müğənni AİSEL-in musiqi şousu ilə davam edib.
Rəsmi çıxışlar və AİSEL-in çıxışı bitdikdən sonra ölkənin ən istedadlı yaradıcı heyətinin, ən qabaqcıl işıq üzrə rəssam, qrafistlərin və musiqiçilərin iştirakı ilə Azərbaycanda ilk dəfə avtomobil təqdimatı üçün özəl bəstələnmiş musiqili şou ilə “Grandeur” və “Sonata” modelləri ictimaiyyətə təqdim olunub.
Bu musiqi gənc Azərbaycan musiqiçiləri tərəfindən yazılıb və ifası zamanı milli alətlərimiz - tar və tütəkdən istifadə olunub.
Daha sonra “AUTO Azərbaycan” şirkətinin Marketinq departamentinin müdir müavini Tural Məmmədov səhnəyə çıxaraq qonaqları salamlayıb və modellərlə bağlı ətraflı məlumat paylaşıb.
Tural Məmmədov çıxışında “Grandeur” modelinin “Hyundai” brendinin flaqman sedanı olduğunu və bu modelin 1986-cı ildə ilk debütündən bu yana Koreya sedan bazarında liderlik etdiyini vurğulayıb.
7-ci nəsil tam yeni “Grandeur” modeli 2023-cü ilin 24 aprelində “2023 Red Dot” Dizayn Mükafatını qazanaraq dünya səviyyəsində dizayn liderliyini təsdiqləyib.
Modelin ən diqqətçəkən cəhətlərindən biri “Sameless Horizon” dizayn fəlsəfəsinə əsaslanan üfüqi istiqamətdə uzanan işıq texnologiyasıdır.
Bu işıq texnologiyası, ön hissədə parametrik zərgər işləməli radiator barmaqlığı ilə birləşərək modelin iri həcmi və qabağındakı duruşu ilə diqqət çəkir.
Bu işıq sistemi, modelin yan və arxa hissələrində də uzanaraq bütün dizaynı tamamlayır.
Ölkəmizdə modelin 1,6 turbo hibrid mühərriklə “Calligraphy” və “Standart” komplektasiya seçimləri mövcuddur.
Turbo hibrid mühərriklə 180 at gücü təmin edir.
Yeni nəsil “Grandeur” modelinin bir spesifik xüsusiyyəti də, ötürmələr qutusunun sükan çarxının arxasında olmasıdır.
Yeni dizaynda təqdim olunan “Sonata” 2019-cu ildə buraxılmış 8-ci nəsil modelinin imicini dəyişdirib.
İdman üslubunda aşağı əyilmə, aqressiv kupeyəbənzər dizaynı, sinifdə lider xüsusiyyətləri və gələcəyə yönəlmiş innovativ yenilikləri ilə mütərəqqi bir model kimi yenidən doğulub.
Ümumiyyətlə, bu dizayn “Hyundai” şirkətinin “Sensuous Sportiness” adlandırdığı həssas idman üslubunu təcəssüm etdirir.
“Hyundai” imzası olan “Sameless horizon” işıq texnologiyası, üfüqi istiqamətdə uzanaraq geniş radiator barmaqlığı ilə birləşir və modelin ön hissəsini daha dinamik və aqressiv görünüşlü edir.
Arxa tərəfdə yeni “H-tail” işıq sistemi “Sonata”nın geniş mövqeyini və yüksək texnologiyalı xüsusiyyətlərini təmin edir və dizaynı tamamlayır.
İdman üslubunda eksteryer görünüşünə uyğun olaraq, yeni “Sonata”nın interyeri müasir həyat tərzini dəstəkləyən yüksək texnoloji detallarla sürücü mərkəzli tərtibatı təmin edir.
12,3 düym rəqəmsal alətlər paneli, audio-video naviqasiya sistemi, alətlər panelinin alın şüşəsinə proyeksiyasını təmin edən 12 düym “Head up display”, 12 ədəd “Bose Premium” səs sistemi və digər bir çox xüsusiyyətlər, sürücülərə rəqəmsal təcrübə bəxş edir.
Yeni “Sonata” modeli ölkəmizdə 2,0 hibrid və benzinli mühərrik komplektasiya seçimləri ilə təklif olunur.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, ondan bir kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib.
Araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.
Bakı metrosunun “Xocəsən-Avtovağzal” istiqamətində hərəkət tam bərpa olunub.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, saat 18:00-da texniki cəhətdən nasaz olan qatar xətdən çıxarılıb, “Xocəsən” stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.
16:34"“Xocəsən” stansiyasından “Avtovağzal” stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən sərnişinlərin “Xocəsən” elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb:""“Təxliyə problemsiz başa çatdırılıb.
Texniki problem aradan qaldırılana qədər “Xocəsən” stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb.
“Xocəsən” stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər”.
Almaniya ordusunun əsgəri Aşağı Saksoniyada keçmiş sevgilisi, uşağı, keçmiş sevgilisinin yeni əri və onun anası da daxil olmaqla dörd nəfəri güllələyib.
Hadisə martın 1-də səhər tezdən Aşağı Saksoniya əyalətinin Şessel icması və Botel kommunasında baş verib.
Cinayətkarın alman ordusunun əsgəri olduğu üzə çıxıb.
Hərbçi saxlanılıb, cinayətin motivi hələlik məlum deyil.
Aşağı Saksoniya ştatının Rotenburq şəhərindəki Bundesver kazarmasında şübhəlinin arsenaldan partlayıcı maddələr və silahları çıxarmış ola biləcəyinə görə paralel araşdırma aparılır.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir su anbarında, Xəzər dənizinin Xızı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı həmin şəxslərin Mingəçevir şəhər sakini Anar Musayev, Siyəzən rayonu Yenikənd kənd sakini Nicat Əliyev, Xızı rayonu Şuraabad kənd sakini Vüqar Məmmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş 80 metr uzunluğunda bir ədəd sintetik tor götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və ümumilikdə 1700 manat məbləğində cərimə tətbiq olunub.
Eyni zamanda, Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından 850 metr uzunluğunda 14 ədəd sintetik tor aşkar edilərək götürülüb.
İranda daha bir əsgər intihar edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı Kerman əyalətinin prokuroru Bəhnam Cəfərizadəyə istinadla xəbər verib.
İntihar edən əsgərin adı açıqlanmayıb.
Sadəcə bildirilir ki, o, Bəm şəhərində postda olarkən “Kalaşnikov” avtomatı ilə özünü öldürüb.
Hərbçinin son telefon danışığı və mesajları araşdırılıb.
Nəticədə bir nəfərlə fikir ayrılıqları olduğu müəyyən edilib.
Qeyd edək ki, İranda son günlərdə hərbçilərin intiharı və ya öldürülməsi ilə bağlı xəbərlər artıb.
Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci iclasları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
Azərbaycan enerji siyasəti sahəsində etibarlı tərəfdaş statusu qazanıb.
Azərbaycanın etibarlı olması isə regionun enerji təhlükəsizliyinə töhfə verir.
İlham Əliyev iclasda deyib:""“Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik.
Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub - biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik.
Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir - şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir”.
Dövlət başçısının bu fikri Azərbaycanın Avrasiyada oynadığı rolu təsdiqləyir.
Prezident bildirib ki, Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir.
“Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur.
Bu gün ona artıq bir çox marşrutlar - interkonnektorlar əlavə edilib.
Yəni biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük”, - deyə İlham Əliyev əlavə edib.
Onu da qeyd etmək zəruridir ki, budəfəki iclas Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda əhəmiyyət daşıyır.
Belə ki, COP29-un Bakıda keçiriləcək iclası Azərbaycanın siyasətindəki yaşıl enerji amilinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha sübut edir.
Nəzərə alaq ki, Azərbaycan alternativ enerji mənbələri ilə də enerji bazarlarını şaxələndirməkdə maraqlıdır.
Bu, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsindən sonra sürətli vüsət alıb.
Dövlət başçısı qeyd edib:""“Azərbaycan, həmçinin, yaşıl enerjiyə keçid prosesində iştirak edir.
Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.
Bizim bərpa olunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir.
Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır.
Bu stansiya bərpa olunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır.
İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək biz beş min meqavata qədər, yəni beş giqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq”.
Bildirək ki, Azərbaycanın bu sahədəki əsas investorları Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir.
Həmçinin, digər ölkələrdən olan şirkətlər də Azərbaycanla çalışır.
“Bizim bərpa olunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun.
Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq.
Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək”, - deyə Prezident bəyan edib.
Görünür ki, Azərbaycanın enerji resursları bir çoxunda paxıllıq yaradıb.
Bu dəfə Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bəzilərini təşvişə salıb.
İlham Əliyev deyib ki, Azərbaycanın COP29-a sahiblik etməsi qərarı verilən kimi dərhal müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq.
“Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunub.
Baxmayaraq ki, qeyd etdiyim kimi, bu, qüsur deyil, Allahdan bir hədiyyədir.
Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər, qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər?
Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq.
Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var.
Biz növbəti 100 il ərzində bərpa olunan enerji resursları olmadan yaşaya bilərik.
Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir.
Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir.
Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik”.
Bəli, Azərbaycan artıq qlobal enerji siyasətində mühüm rola malikdir.
İlham Əliyevin səsləndirdiyi bəyanatlar da Azərbaycanın gələcəkdəki fəaliyyətinin nə qədər məhsuldar olacağını göstərir.
“Azercell”in Təhlükəsizlik departamentinin əməkdaşı Cavid Cabbarlı 17-24 yaşlı gənclər arasında kibertəhlükəsizlik üzrə (kiberhücum, kibermüdafiə və kibermühəndislik qollarını əhatə edən) “Skills Azerbaijan” milli yarışında fərdi yarışda 24 iştirakçı arasından seçilərək “Red Team” istiqaməti üzrə ölkə birincisi olub.
Onun təmsil olunduğu komanda da maksimal xal toplayaraq birincilik qazanıb.