Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
“Yağışda, qarda bu yolla getmək olmur.
|
Öz vəsaitimiz hesabına yollara bir neçə dəfə çınqıl tökmüşük.
|
Maşınlarımız xarab olur”, - kənd sakini Əsəd Ağasıyev deyib.
|
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
|
Türkiyədə keçirilən III Antalya Diplomatik Forumunda Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.
|
“Türk Dövlətləri Təşkilatımız vasitəsilə türk dünyasını birlikdə daha da gücləndirmək üçün işlərimizi davam etdiririk”, - deyə Ərdoğan forum iştirakçılarına müraciət edib.
|
“Qarabağın 30 illik işğalı başa çatdıqdan sonra Ermənistanla başladığımız normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik”, - Türkiyə lideri vurğulayıb.
|
“Barselona” bu mövsümün sonunda “Nike” idman markası ilə əməkdaşlığı dayandıra və öz brendi altında formalar yaratmağa başlaya bilər.
|
Bu barədə kluba yaxın mənbələr xəbər verib.
|
Bildirilib ki, yekun qərarın mart ayının əvvəlində veriləcəyi bildirilib.
|
“Barselona” öz brendini artıq klubun bütün qeyri-idman geyimlərini istehsal edən BLM şirkəti vasitəsilə yaratmağı planlaşdırır.
|
Klub öz brendinin “Nike”la əməkdaşlıqdan daha çox gəlir gətirəcəyinə əmindir.
|
Qeyd edək ki, “Barselona” hazırda 57 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü yerdədir.
|
Komanda lider “Real Madrid”dən 8 xal geri qalır.
|
Azərbaycanın Rusiyadakı səfirliyində rusiyalı iş adamı Qod Nisanova “Dostluq” ordeni təqdim edilib.
|
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Qod Nisanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
|
Təqdimat mərasimində çıxış edən P.Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin mühüm rolunu qeyd edib:""“Fəxr edirik ki, Azərbaycandan olan insanlar vətənimizi layiqincə təmsil edirlər.
|
Biz sizin uğurunuzdan çox razıyıq və sizə daha böyük uğurlar arzulayırıq”.
|
Q.Nisanov qeyd edib ki, aldığı mükafat təkcə ona deyil, bütün azərbaycanlılara məxsusdur:""“Dostluq” ordeni mənim üçün simvolikdir.
|
Bu, təkcə mənim deyil, Azərbaycanı dəstəkləyən bütün soydaşlarımın mükafatıdır.
|
Azərbaycan bizim bir parçamızdır, həyatımızın bir parçasıdır.
|
Harada olsaq da, taleyimiz Azərbaycanla bağlıdır”.
|
“Regional əməkdaşlığa indi daha çox ehtiyac var”.
|
O bildirib ki, dünyada qeyri-sabitlik hökm sürür:“Regional əməkdaşlığa indi daha çox ehtiyac var.
|
Bu baxımdan deyə bilərik ki, TDT xüsusi əhəmiyyətə malik təşkilatdır”.
|
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
|
President.az-ın xəbərinə görə, məktubda deyilir:""“Prezident seçkisindəki qələbəniz münasibətilə Sizi təbrik edir və yeni səlahiyyət müddətinizdə Zati-alinizə uğurlar arzulayıram.
|
Fürsətdən istifadə edərək, Azərbaycanla əməkdaşlığımızı qarşılıqlı mənafeyimiz naminə davam etdirməyə hazır olduğumuzu bildirirəm.
|
Əminəm ki, əsasını strateji enerji əməkdaşlığımızın təşkil etdiyi ikitərəfli dialoqumuz gələcəkdə digər sahələrdə də genişlənəcəkdir.
|
Mən sülhün möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və mehriban qonşuluq münasibətləri istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm.
|
Hörmətli Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
|
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının birinədək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
|
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
|
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36 260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
|
Ümumilikdə 10 440 ədəd piyada əleyhinə, 3 301 ədəd tank əleyhinə mina və 12 693 ədəd partlamamış döyüş sursatı aşkar olunub.
|
Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları ilə məhv edilir.
|
Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.
|
Portuqaliyanın “Braqa” komandasının futbolçusu Alvaro Calonun Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda “Qarabağ”ın qapısına vurduğu qol ən yaxşı seçilib.
|
Oxu.az xəbər verir ki, bu barədə “Braqa” təmsilçisinin rəsmi saytı məlumat yayıb.
|
İspaniyalı yarımmüdafiəçinin görüşün 83-cü dəqiqəsində Andrey Lunyovun qoruduğu qapıdan keçirdiyi top “Braqa”da fevral ayının komandanın ötən ay vurduğu qolları sırasında birinci yerə layiq görülüb.
|
Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.
|
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb.
|
TV Müsavat xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb.
|
O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib.
|
Qeyd olunub ki, Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb.
|
“Ailə üzvlərini niyə öldürmüsən?” sualına cavabda isə Ə.Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.
|
Bildirilib ki, iki gün əvvəl artıq Ə.Əhmədov Psixiatriya Xəstəxanasına yerləşdirilib.
|
İlkin ekspertiza onun psixi durumu ilə bağlı rəy verə bilməyib.
|
Daha doğrusu, Ə.Əhmədovun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı barədə yekun ekspert rəyi verilməyib.
|
Bununla bağlı rəyi xəstəxanada müəyyən edəcəklər.
|
Ə.Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar qeyd ediblər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə şübhələr yaranıb.
|
Belə ki, Ə.Əhmədov affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi.
|
Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.
|
Bu arada hazırda Ə.Əhmədovu qohumlarından heç kim axtarmır.
|
Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir.
|
Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək.
|
İstintaq zamanı Ə.Əhmədov qətllərlə bağlı detallar danışmayıb.
|
Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib.
|
“Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib.
|
Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın aldığını deyib.
|
Türkiyənin Manisa şəhərində maraqlı və qəribə təqib anlarının videogörüntüləri yayılıb.
|
Manisanın Turqutlu rayonunda sürücü polisin “dayan” əmrinə tabe olmayıb və idarə etdiyi traktorla qaçmağa cəhd edib.
|
Lakin buna müvəffəq olmayıb və polis tərəfindən saxlanılıb.
|
Onun sürücülük vəsiqəsinin olmadığı məlum olub.
|
Sürücüyə 44 min Türkiyə lirəsi (2 min manatdan çox) inzibati cərimə kəsilib.
|
Sumqayıtda qaynını öldürüb, sirkə turşusu içən şəxs vəfat edib.
|
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
|
Bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən Ceyhun Alxan oğlu Rzayev müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.
|
Qeyd edək ki, arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib.
|
Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib.
|
01.03.2023, 23:04"Sumqayıtdakı qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
|
APA xəbər verir ki, bu gün arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib.
|
Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib.
|
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, orta ağır vəziyyətdə olan həmin şəxsə zəruri tibbi yardımlar göstərilib.
|
Daha sonra isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə edilib.
|
01.03.2023, 19:08"Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.
|
DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib.
|
Qətlə yetirilən şəxslə C.Rzayev onun qohumu olub.
|
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
|
Sumqayıt Şəhər Prokurorluğunda verilən məlumata görə isə, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
|
Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.
|
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
|
Fransa hökuməti Korsikada baş verənlərdən narahatlığını nümayiş etdirir.
|
Belə ki, Korsikada Fransa siyasətinə etiraz olaraq növbəti aksiyanın keçirilməsi planlaşdırılır.
|
Bununla bağlı olaraq Fransa hökuməti adaya əlavə qüvvələr göndərir.
|
Parisdə “Şarl de Qoll” hava limanında çəkilən bir fotonu buna sübut kimi göstərmək olar.
|
Fotoda xüsusi xidmət orqanları əməkdaşlarının təcili olaraq Korsikaya göndərilməsinin görüntüləri yer alıb.
|
Beləliklə də, belə bir nəticə çıxarmaq olar ki, Fransa hökuməti narahatdır və Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.
|
Son məlumata görə, Korsikada hava limanında pasport yoxlanışı tətbiq edilir.
|
Qeyd edək ki, əvvəl belə yoxlanışlar olmayıb.
|
“Bayraktar pilotsuz uçan aparatlarının partiyası Albaniyaya gəlib”.
|
Bunu ölkənin müdafiə naziri Niko Peleşi sosial şəbəkə hesabında yazıb.
|
“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” dronları artıq Albaniyadadır!
|
Artıq iki gündür ki, onların yığılması başlayıb və paralel olaraq istismarı və nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması da davam edir”, - deyə Peleşi əlavə edib.
|
O, həmçinin PUA-nın fotoşəkillərini paylaşıb və bunun Silahlı Qüvvələrin modernləşmə və innovasiyalara sadiqliyin simvolu olduğunu qeyd edib.
|
Türkiyənin Denizli şəhərində yerləşən Pamukkale Universitetinin Xəstəxanasına silahlı hücum olub.
|
Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin girişindəki yeməkxanaya naməlum iki şəxs tərəfindən atəş açılıb.
|
İlkin məlumata görə, 7 nəfər yaralanıb.
|
Hadisə yerinə çox sayda polis qrupları sövq edilib.
|
Atəş edənlər qaçıblar və axtarışları davam edir.
|