Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Yarmarkanın qonaqları münasib qiymətə şirniyyatlar, milli və xarici mətbəxin ləziz təamlarını dada, eksklüziv suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uyğun oyunlar oynaya, şəkillər çəkdirə, ən önəmlisi isə xaqımızın sevimli bayramı - Novruz bayramının həyəcanı və sevincini birlikdə paylaşa bilərlər.
|
Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, hər birinizi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında gözləyirik!
|
Gəlin yazın gəlişini birlikdə qarşılayaq!
|
PhotoStock.az-ın sözügedən yarmarkadan hazırladığı fotoreportajı təqdim edirik:"""Daha çox şəkil burada:PhotoStock.az
|
Rusiyanın “Spartak” futbol klubunun futbolçusu Kvinsi Promes törətdiyi yerli qayda pozuntusuna görə BƏƏ-nin “Əl-Xəvanic” polis bölməsinə aparılıb.
|
Qeyd olunur ki, futbolçu qəza törədərək hadisə yerindən qaçdığı üçün saxlanılıb.
|
Buna görə onu BƏƏ-də 3 ilə qədər həbs cəzası gözləyir.
|
Hazırda Promes buraxılıb, lakin onun Rusiyaya qayıtması barədə danışmaq hələ tezdir.
|
Bir sıra KİV-lərin məlumatına görə, futbolçu daha əvvəl qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edildiyi Niderlanda da ekstradisiya edilə bilər.
|
Niderland Promesi vətəninə qaytarmaq üçün artıq BƏƏ ilə danışıqlar aparır.
|
Xatırladaq ki, Promes fevralın 29-da BƏƏ-də pasport nəzarətində saxlanılıb.
|
O, komandası ilə Sankt-Peterburqa uçmaq istəyirdi.
|
Polşanın Şesin şəhərində sürücü avtomobilini insanların üzərinə sürüb.
|
Nəticədə 12-dən çox insan, o cümlədən iki uşaq ağır xəsarətlər alıb.
|
Hadisə şəhərin mərkəzindəki piyada keçidində baş verib.
|
Sürücü sürəti azaltmadan işıqforun qırmızı işığında keçib və hadisə yerindən qaçıb.
|
Hazırda polis sürücünü axtarır.
|
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
|
AZƏRTAC xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Boradigah kəndi ərazisindən keçən hissəsində baş verib.
|
Belə ki, Masallı rayonunun Hişkədərə kənd sakini 1973-cü il təvəllüdlü Rövşən Məmmədrəhim oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən Masallı rayonunun Türkoba kənd sakini 1992-ci il təvəllüdlü Nurlan Sədrəddin oğlu Məmmədovun idarə etdiyi avtomobillə toqquşub.
|
Toqquşma nəticəsində N.Məmmədov və onun sərnişini - Masallı rayonunun Türkoba kənd sakini 1984-cü il təvəllüdlü Coşqun Qiyas oğlu Rzayev xəsarət alıblar.
|
Vəziyyəti ağır olan N.Məmmədov Masallıda özəl klinikaların birinə yerləşdirilib.
|
Həkimlər ona kəllə-beyin travması və üst çənə sümüyünün sınığı diaqnozu qoyublar.
|
C.Rzayev Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
|
Bakıda “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı keçirilib.
|
Filmdə “Qarabağ” Futbol Klubun keçdiyi tarixi dövrdən bəhs olunub, komandanın SSRİ dövründəki uğurları izləyicilərin diqqətinə çatdırılıb.
|
Həmçinin, filmdə xarici jurnalistlərin və futbolçuların “İmarət” stadionu, “Qarabağ” klubu ilə bağlı hazırladığı materiallar və fikirləri də yer alıb.
|
Filmdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Ağdam rayonu ərazisindəki “İmarət” stadionunun taleyindən, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun klubdakı fəaliyyətindən də bəhs edilib.
|
Həmçinin, klubun Avropa Liqasındakı uğurları, adının Avropanın tanınmış klubları ilə bir sırada çəkilməsi vurğulanıb.
|
Klubun baş məşqçisi Qurban Qurbanovun “Qarabağ”ın uğurlarındakı rolu xüsusi qeyd olunub.
|
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, “Salnaməfilm” və “Azərbaycanfilm”in ortaq layihəsi olan film dörd hissədən ibarətdir.
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma:XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib.
|
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Bildirilib ki, nazir Ceyhun Bayramov TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu və ölkə başçısının ötən günlərdə baş tutmuş tarixi andiçmə mərasimində qeyd etdiyi kimi türk dünyasının bizim ailəmiz olduğunu vurğulayıb.
|
Tarixi, mədəni ənənələrlə bağlı olduğumuz türk dünyası çərçivəsində əməkdaşlığımızın müxtəlif, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadi, investisiyalar və s.istiqamətlər üzrə gücləndirilməsinin beynəlxalq sistemdəki mövcud təlatümlərə qarşı dayanıqlılığımızın möhkəmləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
|
Bu istiqamətdə, türk dünyasının 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini, böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat marşrutları ilə bağlı imkanlara malik olduğunu nəzərə alaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin zəruri olduğu qeyd edilib.
|
Beynəlxalq münasibətlər sistemi, xüsusilə beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı çağırışların artdığı bir dövrdə, regional əməkdaşlığın, o cümlədən TDT-nin əhəmiyyətinin daha da artdığı bildirilib.
|
Bu istiqamətdə, üzv dövlətlərin tarixdə yol verilən əvvəlki səhvləri təkrarlamadan əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində həmrəylik nümayiş etdirməsinin vacib olduğu diqqətə çatdırılıb.
|
Panel müzakirələri sual-cavab sessiyası ilə davam edib.
|
Cəlilabad şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların durumu açıqlanıb.
|
Onlardan 1981-ci il təvəllüdlü qadına başın küt travması, başın təpə nahiyəsinin cırılmış yarası, sağ tərəfli alının və üzün sıyrılmış yaraları, hər iki yuxarı ətrafın sıyrıqları, qarının küt travması, 1974-ci il təvəllüdlü kişiyə başın küt travması, alının sol almacıq nahiyəsinin, çənə nahiyəsinin əzilmiş, cırılmış yaraları, 1992-ci il təvəllüdlü kişiyə qarnın küt travması, qarnın daxili orqanlarının zədələnməsi diaqnozu təyin edilib.
|
1974-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
|
Digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
|
22:00"Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər yaralanıb.
|
Belə ki, VAZ-21011 markalı minik avtomobili ilə “Chevrolet Cruze” markalı minik avtomobilinin toqquşması nəticəsində azı iki nəfər xəsarət alıb.
|
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
|
Faktla bağlı araşdırma aparılır.
|
İranın Yəzd əyalətinin Meybod şəhərinin müvəqqəti cümə imamı Şeyx Əlirza Həsəniyə bıçaqlı hücum olub.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
|
Məlumata görə, ətrafdakıların müdaxiləsi nəticəsində sui-qəsd baş tutmayıb.
|
Hücum edən şəxs isə saxlanılıb.
|
İranın Tehran şəhərinin Darabad bölgəsində bıçaqlı şəxs seçki məntəqəsində insanlara hücum edib.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
|
Hadisə ilə bağlı Tehran merinin təhlükəsizlik məsələləri üzrə müavini Mohsen Naibi açıqlama verib.
|
“Bu gün Darabad bölgəsindəki seçki məntəqələrindən birində bir nəfər soyuq silahla 3 (yarımhərbi radikal) “Bəsic” üzvünə hücum edib.
|
Hücum nəticəsində bir nəfər boyun nahiyəsindən ağır yaralanıb, digəri qarın nahiyyəsindən zərbə aldığı üçün əməliyyata aparılıb.
|
3-cü “Bəsic” üzvünün isə gözünü itirmə ehtimalı var”, - deyə Mohsen Naibi qeyd edib.
|
Qeyd edək ki, bu gün İranda seçki günüdür.
|
Səsvermə hüququ olan 61 milyondan çox İran vətəndaşı həm 290 yerlik İslam Şurası Məclisinin, yəni parlamentin deputatlarını, həm də 88 yerlik Ekspertlər Şurasının üzvlərini seçməlidir.
|
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
|
“Qara çantamda “Bir gəncin manifesti” və Füzulinin “Seçilmiş əsərləri”ni götürdüm” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Rizvan Nəbiyevin həyat hekayəsinə həsr olunub.
|
O, uşaqlıq və məktəb illərinin kənddə, Göyçə gölünə tökülən kiçik çaylarda balıq tutmaqla keçdiyini, qışda xizəklə sürüşdüklərini bildirib, kəndin məhəllələri, tayfalarından danışıb, 1948-1953-cü illərdə azərbaycanlılar Qanlı kəndindən qovularkən onların örüşü, otlağı, əkin sahələri qonşu kəndlər arasında bölüşdürüldüyünü deyib:""“Kəndin adı soyqırımına məruz qalıb.
|
Kəndin adı 3 dəfə - Qanlı, Qamışlı və Torfavan olaraq dəyişdirilib.
|
Kənddə bir neçə yerdə olan alban qəbiristanlığındakı xaçlar erməni xaçlarından tamamilə fərqlənirdi”.
|
Onun sözlərinə görə, Qanlı kəndindən ailəlikcə 1988-ci il dekabrın 3-də qovulub:""“Proseslər 1988-ci ilin fevralından başladı, yayda rayondan kəndə gələn ərzaq məhsulları dayandırıldı.
|
1988-ci ilin payız ayında isə artıq kənd tam şəkildə blokadaya alındı.
|
Kəndimiz Basarkeçər-İrəvan yolunun sağ tərəfində yerləşdiyindən buradan davamlı olaraq silahlı millətçi erməni dəstələri keçirdilər.
|
Artıq noyabrın sonunda kəndə hücumlar oldu.
|
Orada yandırılan evlər mənim gözümün qarşısındadır.
|
Biz dekabrın 3-də kəndi tərk etdik, 6 nəfərlik ailə kiçik yük maşınında gəldik.
|
Soyuqlu dekabr günündə Gədəbəy rayonunun Saratovka kəndinə, oradan Oğuz rayonuna, nəhayət 1989-cu ilin mart ayından Bakıda məskunlaşdıq.
|
Biz qaçqınlıq həyatından sonra Azərbaycan SSR-də də didərginlik həyatı yaşamışıq”.
|
R.Nəbiyev köçəköç başlayanda qara çantasında ailə kitabxanasından bir neçə kitab götürdüyünü bildirib:""“Onlardan biri Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəridir.
|
Bu kitabı mən elə həmin ilin yay fasiləsində oxumuşdum və burada olan hadisələrdən çox təsirlənmişdim.
|
Götürdüyüm digər bir kitab isə Füzulinin “seçilmiş əsərləri” olub.
|
Bu kitab isə mənə 1986-cı ildə bayram günlərinin birində hədiyyə olunmuşdu.
|
Bu kitablar mənimlə qaçqınlıq həyatı yaşayıb.
|
Bu gün bu kitabları “Ədibin evi”nə bağışlayıram”.
|
O, Almaniyaya təhsil aldığı və tədqiqatlar apardığım müddətdə vaxt türkşünas və şərqşünas alman alimlərlə tanış olduğunu, bir yerdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı, təcavüzü ilə bağlı 15-ə yaxın kitabda dolğun məlumatlar yer aldığını da söyləyib.
|
R.Nəbiyev yenidən kəndə qayıdaraq, oxuduğu məktəbə, rayon mərkəzinə xəyali səfər etmək, kitab, şirniyyat mağazalarına getmək istəyini vurğulayıb:""“Basarkeçər bizim əcdadlarımızın məskunlaşdığı doğma yerimizdir.
|
Bizim Qərbi Azərbaycandan qovulmağımız, deportasiya keçən əsrdə 4 dəfə olub.
|
Hər dəfə də bizim insanlarımız müəyyən mərhələdən sonra qayıdıblar, o torpaqları dirçəldiblər.
|
Biz də Vətən didərgini kimi dönüş hüququndan istifadə edəcəyik.
|
Bunun üçün müddətə ehtiyac var.
|
Buna inam bizim insanlarda çox güclüdür.
|
Çünki bu, bizim dədə-babalarımızdan qalmış ərazilərdir.
|
Bizim ailənin Göyçəyə, doğma Qanlı kəndinə qayıtmağına böyük əminlik var.
|
Bu, bizim tarixdən qaynaqlanır.
|
Atalarımız, atalarımızın ataları və biz özümüz qovulmuşuq, amma yenə qayıtmışıq.
|
Tarix göstərir ki, biz yenidən həmin tarixi yaşamalıyıq.
|
Çünki bizim orada yarımçıq qalmış “Həyat Hekayəmiz” var.
|
Həmin hekayəni indi övladlarımızla bir yerdə yaşamaq üçün bizim ora dönüşümüz zərurətdir”.
|
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
|
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
|
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
|
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
|
İspaniyanın Atlantiko-Medio Universitetinin astronomları insanlarla əlaqə saxlamaq istəyən, lakin buna nail ola bilməyən yadplanetli sivilizasiyalarının mövcudluğunun mümkün olduğunu hesab edirlər.
|
Bununla bağlı fərziyyələr “British Planetary Society” jurnalında dərc olunub.
|
Onların fikrincə, əsas amil planetin kütləsindən asılı və ikinci qaçış sürətilə əlaqəli olan qaçış əmsalıdır.
|
Yer üçün bu parametrlər müvafiq olaraq 1 və 11,2 km/s təşkil edir.
|