Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Əgər qaçış əmsalı 2,2-dən çox olarsa, raket belə bir planetdən uzaqlaşa bilməz və atmosferin sıxlığı kosmik gəminin yumşaq enişini qeyri-mümkün edir.
|
Belə “super yer”lərin sakinləri, əgər varsa, bəşəriyyətlə əlaqə qurmaq istəsələr də, bunu edə bilməzlər.
|
Tədqiqatın müəllifləri bu variantı “tələ dünyaları” adlandırıblar.
|
Əgər qaçış əmsalı 0,4-dən azdırsa, planet atmosferi saxlaya bilmir və onun səthində həyat qeyri-mümkündür.
|
Lakin Saturnun peyki Enselad kimi dərin buzaltı okeanları olan göy cisimləri var ki, burada sualtı həyatın mümkün olduğu hesab olunur.
|
Şüürlu canlılar orada yaşasalar belə, okeandan kənarda hər hansı bir şeyin ola biləcəyi barədə təsəvvürləri belə yoxdur - suda ünsiyyətin xüsusiyyətlərinə görə onları inkişaf etdirmək üçün stimul olmalıdır.
|
Alimlər bu planetləri “akvarium dünyaları” kimi təsnif ediblər.
|
Beləliklə, yerdənkənar sivilizasiyalarla əlaqə ehtimalı olan iki qrup ekzoplanet müəyyən edilib.
|
Bakıda insanların marağına səbəb olan “çiçək taksi”nin sürücüsü danışıb.
|
Xezerxeber.az-ın məlumatına görə, hər şey bir müştərinin ona gül dibçəyi verməsi ilə başlayıb.
|
Bu taksinin içindən bütün tıxaclar boz, bütün yol problemləri cılız görünür.
|
Müştərilər isə düşməyə tələsmirlər.
|
Emil Zamanov iki ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir.
|
Sərnişinlərin gülə maraqlarının olduğunu görüb, maşında güllərin sayını artırıb.
|
Sonra kompozisiya tamamlansın deyə quşları da əlavə edib.
|
O bildirib ki, maşınında hər fəsil dekor dəyişir.
|
Taksidə xatirə dəftəri də var, müştərilər öz rəylərini bildirirlər.
|
Sürücü qeyd edib ki, bütün bu xidmətlərə görə gediş haqqından əlavə heç bir ödəniş tələb olunmur.
|
Məqsədi sadəcə taksilərin çoxundan narazılıq edildiyi bir dövrdə müştərilərin məmnunluğunu təmin etməkdir.
|
Məcburi köçkünlərin fevral ayına olan müavinətləri hələ də ödənilməyib.
|
Sosial şəbəkə istifadəçiləri də ötən gündən başlayaraq məcburi köçkünlərə verilən vahid aylıq müavinətin dayandırılacağı ilə bağlı iddialar paylaşırlar.
|
Məsələyə aydınlıq gətirmək üçün araşdırma aparan “Xəzər Xəbər” məcburi köçkünlərin bankomatların önündən əliboş ayrıldıqlarını aşkarlayıb.
|
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, müavinətin dayandırılması ilə bağlı yayılan iddialar yanlışdır.
|
Maliyyə Nazirliyindən də bildirilib ki, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin icrası onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək.
|
“Qarabağ”da döyüşçü ruhunu qoruyub saxlamaq istəyirəm.
|
Bir saat içində bu illəri, günləri yenidən yaşadım.
|
Film çox yüksək səviyyədə hazırlanıb.
|
Əziyyət çəkən hər kəsə təşəkkür edirəm.
|
Biz hamımız doğru yolu göstərə bilərik.
|
Bu gün bir daha əmin oldum ki, mənim çox güclü kollektivim, futbolçularım və döyüşçülərim var.
|
İki gün əvvəl komanda ilə söhbətimiz oldu.
|
Onlara Qarabağ barədə danışdım.
|
Bizim hansı komandanı təmsil etdiyimizi söylədim.
|
İnsanlar canlarından keçiblər, əziyyətlər çəkiblər”.
|
Ağdam təmsilçisinin çalışdırıcısı “komandada döyüşçü ruhunu daim qoruyub saxlamaq istədiyini” vurğulayıb:""“Bunu Ali Baş Komandanımız 44 günlük müharibə ərzində hər gün öz xalqına müraciətində bildirirdi.
|
Sonda belə zəfər əldə etmişdik.
|
Bütün vacib qarşılaşmalarda bu fikirlər oyunçulara çatdırılır.
|
Dövlət səviyyəsində komandamız sevilir və dəyər verilir.
|
Belə olanda bizim başqa çıxışımız yoxdur.
|
Onun sözlərinə görə, “Qarabağ” etibarlı əllərdədir”:""“Güclü iş qrupumuz var.
|
15 il ərzində işlədiyim oyunçuların hamısının burada olmasını istərdim.
|
Komandanın qurulmasında Rəşad Sadıqovun da əməyi var”.
|
“Qarabağ xronikası” verilişinin 135-ci buraxılışı efirə gedib.
|
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Ermənistanın Baş naziri Nikol Paşinyanın anti-Rusiya mövqeyindən bəhs edilib.
|
Qeyd edilib ki, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyanın qarşısında duran hədəf Azərbaycanla qısamüddətli müharibə yaradıb Rusiyanın və Rusiyaya meyilli “Qarabağ klanı”nın Ermənistan cəmiyyətində mövqelərini zəiflətmək olub:""“Nikol Paşinyan qarşısına qoyduğu və ya onun qarşısına qoyulan hədəfə çatdı.
|
Qarabağda mövqelənən qeyri-qanuni silahlı birləşmələr və Azərbaycan-Ermənistan şərti sərhədindəki bölmələri vasitəsilə.
|
Çoxsaylı təxribatlar 2-ci Qarabağ müharibəsi ilə nəticələndi”.
|
Jurnalist vurğulayıb ki, bütün bunlara baxmayaraq, Rusiya hələ də Ermənistanın əsas iqtisadi resurslarını nəzarət altında saxlayır:""“Gəlinən nəticə odur ki, N.Paşinyan qarşıda qoyulan hədəflərə çatmaq üçün 2020-ci ildə tətbiq etdiyi metodlara yenidən əl atır, süni gərginlik yaradaraq vəziyyəti silahlı qarşıdurma müstəvisinə çıxarıb Rusiyanın təhlükəsizlik qarantı imicinə sarsıdıcı zərbə endirmək üçün son hazırlıqlar görür.
|
Bu işdə Ermənistan liderinə dəstək verən isə yenə də başda Fransa olmaqla Avropa Şurası Parlament Assambleyasıdır”.
|
Ağdamda fərdi yaşayış evində yanğın baş verib.
|
APA xəbər verir ki, hadisə rayonun Mirəşəlli kəndində qeydə alınıb.
|
Fövqəladə Hallar Nazirliyinin Ağdam yanğından mühafizə hissəsinin əməkdaşları Mirəşəlli kənd sakini Malik Rəsul oğlu Quliyevə məxsus dördotaqlı fərdi yaşayış evində baş verən yanğını söndürüblər.
|
Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
|
Faktla bağlı araşdırma aparılır.
|
Naxçıvan şəhərinin 21-ci məhəlləsini su ilə təmin edən xətdə qəza baş verib.
|
APA xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.
|
Qəzaya səbəb əvvəlki illərdə istismara verilən boru xəttində qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.
|
Boru xəttinin partlaması nəticəsində Naxçıvan şəhərindəki 21, 36 və yaxınlıqdakı məhəllələrə içməli suyun verilişi müvəqqəti dayandırılıb.
|
Naxçıvan su və kanalizasiya idarəsinin əməkdaşları ərazidə təmir-bərpa işlərinə başlayıblar.
|
Sabirabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.
|
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub.
|
Qəza nəticəsində Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Günel Eldar qızı Bayramova və Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Gülnar Rafiq qızı Səmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.
|
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
|
Faktla bağlı araşdırma aparılır.
|
İranlı müğənni Şervin Hacıpurun mahnısı özündən asılı olmayaraq, etiraz aksiyalarına görə məşhurlaşıb.
|
Bu səbəbdən o, üç il müddətinə azadlıqdan məhrum edilib.
|
Qeyd olunur ki, 27 yaşlı müğənni məhkəmə tərəfindən milli təhlükəsizliyə qarşı iğtişaşlar törətmək və rejim əleyhinə təbliğat aparmaqda təqsirli bilinib.
|
Onun “Baraye” mahnısı 2022-ci il etirazlarının qeyri-rəsmi himni olub.
|
Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri 22 yaşlı Məhsa Əmini öldürüblər.
|
“Baraye” “Sosial Dəyişiklik üçün Ən Yaxşı Mahnı” nominasiyasında 2023-cü ilin “Qremmi” mükafatına layiq görülüb.
|
Hüquq müdafiəçilərinin verdikləri məlumata görə, müğənnini İslam İnqilabının nailiyyətlərini təbliğ edən fəaliyyətlərdə iştirak etməyə məcbur ediblər.
|
Bundan əlavə, Hacıpurun İslamda qadınların statusu ilə bağlı iki kitab və ABŞ-nin insanlığa qarşı vəhşilikləri haqqında trek yazacağı gözlənilir.
|
Rusiyanın Krasnodar vilayətində Andronik Qriqoryan adlı erməni nigeriyalı iş adamını güllələyib.
|
Həmidu Yakubu adlı nigeriyalı iş adamının öldürülmə görüntüləri anbaan kameralara əks olunub.
|
Kadrlarda Andronik Qriqoryanın iş adamını gözlədiyi və ona iki dəfə atəş açdığı görünür.
|
İlkin ehtimallara görə, Qriqoryan Həmidu Yakubunu borca görə öldürüb.
|
Qriqoryanın ona yeddi milyon rubl borcu olub və borcun müqabilində girov qoyulmuş evini qaytarmaq istəyib.
|
Məlumata görə, aqrar universiteti bitirərək doktorluq dissertasiyası müdafiə edən Həmidu Yakubu Kalininskaya kəndində buğda və günəbaxan əkini ilə məşğul olub.
|
Həmçinin Timaşevski yağ zavodunun tədarükçülərindən biri olub.
|
Eyni zamanda bölgədə məşhur “Havana” gecə klubunun və şəhərdəki bir neçə başqa şirkətin sahibi olub.
|
Bir neçə il əvvəl Qriqoryan Yakubudan və onun biznes ortağından yeddi milyon rubl borc alıb və uzun müddət qaytarmayıb.
|
O zaman öldürülən iş adamı sövdələşmə təklif edib.
|
Qriqoryanın yarımtikili evini öz adına keçirib, sataraq pulunu götürüb, arada qalan fərqi isə qaytarıb.
|
Qriqoryan evini itirəndən sonra Həmidunu təqib edərək onu hədələyib.
|
Sonunda onun olduğu məkanda çıxmasını gözləyib və of tüfəngi ilə Yakubuya atəş edib.
|
İş adamı təcili yardım gələnə qədər həyatını itirib.
|
Yaxınlarının dediyinə görə, qatil evini itirdiyi üçün çox kədərlənib və onu qaytarmaq istəyib.
|
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
|
YAP-dan verilən məlumata görə, Cevdet Yılmaz Antalya Diplomatiya Forumunun regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından etibarlı platforma olduğunu diqqətə çatdırıb.
|
O, qardaş ölkə təmsilçilərinin forumda iştirakının faydalı və önəmli olduğunu söyləyib.
|
Vitse-prezident fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə təbriklərini çatdırıb.
|
Prezident İlham Əliyevin bu il fevralın 19-da Türkiyəyə rəsmi səfərini məmnunluqla xatırladan C.Yılmaz iki dost və qardaş ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.
|
Qeyd edilib ki, Türkiyə və Azərbaycanın beynəlxalq platformalarda da bir-birini fəal şəkildə dəstəkləməsi milli maraqlarımızın təmin olunması, strateji hədəflərin gerçəkləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
|
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin Zəfər seçkisində qazandığı inamlı qələbənin xalq-Lider birliyinin nümunəsi olduğunu vurğulayıb.
|
Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin Azərbaycan-Türkiyə qardaşlığının bariz örnəyi olduğunu diqqətə çatdıran Tahir Budaqov yeni mərhələdə iki dövlət arasında çoxşaxəli, məqsədyönlü işbirliyinin həm ölkələrimizin inkişafına, həm də regional və beynəlxalq təhlükəsizliyə xidmət etdiyini söyləyib.
|
“Ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış sarsılmaz qardaşlıq əlaqələri və strateji müttəfiqlik münasibətləri Azərbaycan-Türkiyə birliyini gücləndirən çox önəmli amillərdir.
|
Bu birlik Türk dünyasında da əməkdaşlığın dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının güc mərkəzi kimi inkişafı üçün yeni imkanlar və parlaq perspektivlər yaradır”, - deyə YAP Sədrinin müavini bildirib.
|
Forumun önəminə diqqət çəkən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu platforma dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq və diplomatiya müstəvisində həlli baxımından olduqca əhəmiyyətli və faydalıdır.
|
O, rəhbərlik etdiyi nümayəndə heyəti adından Forumun işinə uğurlar arzulayıb.
|
Tahir Budaqov iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini də məmnunluqla diqqətə çatdırıb.
|