Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Xəsarət alan 7 nəfərə xəstəxanada tibbi yardım göstərilib.
|
Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.
|
Hadisə ilə bağlı istintaq işi başlanılıb.
|
Martın 1-i İranda seçki günüdür.
|
Səsvermə hüququ olan 61 milyondan çox İran vətəndaşı həm 290 yerlik İslam Şurası Məclisinin, yəni parlamentin deputatlarını, həm də 88 yerlik Ekspertlər Şurasının üzvlərini seçməlidir.
|
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilir.
|
“Bu, 2022-2023-cü illərdə ölkəni bürümüş kütləvi xalq etirazlarından sonra keçirilən ilk seçki olduğundan əvvəlki seçkilərdən bir çox xüsusiyyətləri ilə fərqlənir.
|
Eyni zamanda bu seçki İbrahim Rəisi hökuməti dövründə baş tutan ilk seçkidir.
|
Bu iki amil hazırkı seçkilərin siyasi mahiyyət və xarakterinə ciddi şəkildə təsir göstərməkdədir.
|
Belə ki, mühafizəkar qüvvələr bu seçkilərə İbrahim Rəisinin prezidentlik postuna gətirilməsi ilə sürətlənən hakimiyyətin tam inhisara alınması prosesinin son və həlledici mərhələsi kimi baxırlar.
|
Təsadüfi deyil ki, Nəzarət Şurasının ələyindən keçərək seçkilərə buraxılan namizədlərin mütləq əksəriyyətini məhz mühafizəkar namizədlər təşkil edir.
|
Bu üzdən indiki seçkini bəzi ekspertlər “seçimsiz seçki” kimi səciyyələndirirlər, bəziləri də mühafizəkarların, yaxud fundamentalistlərin “daxili savaşı” olaraq görürlər”, - deyə materialda bildirilir.
|
“Amma seçki prosesinin gedişi göstərdi ki, rejimin ali rəhbərliyini konkret olaraq kimlərin deputat seçilməsindən daha çox ölkə vətəndaşlarının seçkilərdə iştirakı məsələsi narahat edir”, - deyə süjetdə qeyd edilir.
|
Sabah - martın ikisi ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatının birinci ildönümüdür.
|
Baku TV-nin “Arzunun vaxtı” verilişinin budəfəki buraxılışı mərhum din xadiminə həsr olunub.
|
Verilişdə Hacı Şahinin doğmaları onunla bağlı xatirələrini bölüşüblər.
|
İlahiyyatçının əkiz qardaşı Elçin Həsənov Hacı Şahinlə son dəfə vəfatından iki gün əvvəl görüşdüyünü deyib:""“Ölümündən əvvəl status yazmışdı.
|
İndiyə qədər özümü qınayıram ki, kaş durub onu görməyə gedəydim.
|
Gecə mənə zəng edib, narahat olduğunu dedilər.
|
Evlərinə gedəndə vəziyyəti başa düşə bilməmişdim.
|
Mənə keçindiyini deyə bilmirdilər.
|
Təcili yardımla xəstəxanaya gedəndə onunla danışırdım.
|
Soruşurdum ki, nə olub sənə, haran ağrıyır?”.
|
Hacı Şahinin kirayədə qalmasından danışan E.Həsənov qardaşının öz xeyirxahlıqları barədə heç vaxt danışmadığını deyib:""“Vəfat etdiyi günə kimi qaldığı ev kirayə olub.
|
Eşitmişəm ki, evini satıb pulun bir qismini ehsan edib”.
|
“Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub”.
|
Onun sözlərinə görə, bir sıra qurumlarda komplektləşdirmələr tam yekunlaşdırılmayıb.
|
“Əvvəlki idarəetmə sistemi üzrə ortaya çıxan nöqsanlar icra məsələlərində müəyyən problemlərə səbəb olur.
|
Xüsusilə, dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub.
|
Dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi bu istiqamətdə ortaya çıxan problemlərin həllində, şəffaflıq prinsipinin təmin olunmasında və sözügedən sosial-iqtisadi inkişaf proqramının icrasında çox faydalıdır”, - F.Nəcəfli qeyd edib.
|
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk müəllimlər haqqında “əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir” deyib.
|
Bizə öyrədilən və gördüyümüz reallıq da odur ki, yaşadığımız cəmiyyət yaxşı və ya pis olmasından asılı olmayaraq, müəllimlərin əsəridir.
|
“Müqəddəs peşə sahibləri” dediyimiz müəllimlərə verilən dəyər və bu dəyərin meyarı cəmiyyətimizdə daim müzakirə olunub.
|
Xüsusilə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın müəllimlərə hədiyyə verilməsi əksər hallarda xoş qarşılanmır.
|
Bu mövzuda cəmiyyət iki qismə bölünür:tənqid edənlər və normal qarşılayanlar.
|
Təbii ki, tənqid edənlər daha çoxdur.
|
Bəs görəsən, sabiq təhsil nazirləri bu mövzuda nə düşünürlər?
|
Bizim.Media mövzu ilə bağlı sabiq təhsil nazirlərinin fikirlərini öyrənib.
|
Keçmiş təhsil naziri Firudin Cəlilov məsələyə belə yanaşıb:""“Müəllimlər iki qrupa bölünüb.
|
Müəllimlərə eyni baxış bucağından baxmaq olmur.
|
Ümumən şagirdin müəllimə hədiyyə verməsi düz deyil.
|
Məsələn, mükafat yazılmalıdır, həvəsləndirilməlidir.
|
Müəllimin maaşı bütün məmurların maaşından üstün olmalıdır.
|
Vaxtilə Atatürkdən də soruşublar ki, “məmurların maaşını necə yazaq?” O da deyib ki, “məmurların maaşı müəllimlərdən çox olmasın”.
|
Sabit təhsil naziri Misir Mərdanovun fikrincə, müəllimlər üçün pul yığılmalı deyil:""“Bir müəllim dərs dediyi sinfin şagirdlərinə özünü sevdirə bilibsə, valideynlərin də ona münasibəti müsbətdirsə, imkanı odluğu halda bayram günü bir dəstə gül verməsi qəbahət deyil.
|
Nə olar, insan insanı təbrik edər də.
|
Yoxsa toplaşasan, pul yığasan, biri verə, digəri verməyə, bunun tərəfdarı deyiləm.
|
Bir dəstə gül də ürəkdən gəlməlidir, məcbur yox.
|
Son zamanlar məsələni elə həddə çatdırıblar ki, bəzi müəllimlər heç bir hədiyyəni qəbul etmirlər”.
|
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
|
Xocalıda daha beş nəfərin meyitinin qalıqları tapıldı.
|
Baş Prokurorluq bu barədə nə kimi açıqlama verdi?
|
16 gün sonra Navalnı dəfn edildi.
|
Məzarlıqda təhlükəsizlik tədbirləri gücləndirildi.
|
Narkoloji Mərkəzdə baş direktor və müavininin qanunsuz əməlləri ifşa olundu.
|
Bakı metrosunun “Xocəsən” stansiyası qeyri-müəyyən müddətə bağlandı.
|
Salyanda keçmiş baş həkim və həyat yoldaşı qətlə yetirildi.
|
Polis müəmmalı hadisəni nəzarətə götürdü.
|
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
|
Türkiyənin Karaman vilayətində məhkəmə binası qarşısında silahlı insident yaşanıb.
|
Nəticədə bir nəfər ayağından yaralanıb.
|
Binanın giriş qapısı önündə aralarında köhnə düşmənçilik olduğu iddia edilən iki şəxs qarşılaşıb.
|
Onlardan biri belindən çıxardığı silahla digərinə atəş açıb və ayağından yaralayıb.
|
Hadisəyə məhkəmə binası qarşısında növbətçilik edən polis əməkdaşları dərhal müdaxilə ediblər və cinayətin qarşısını alıblar.
|
Atəş açan şəxs saxlanılıb və nəzarət altına alınıb.
|
Yaralı şəxs isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb və vəziyyətinin yaxşı olduğu bildirilib.
|
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
|
Finlandiyanın yeni prezidenti Aleksandr Stubb vəzifəsinin icrasına başlayıb.
|
Qeyd olunur ki, Stubbun andiçmə mərasimi Finlandiya televiziyası ilə canlı yayımlanıb.
|
Yeni prezident ölkə parlamentində təntənəli nitq söyləyib.
|
Xatırladaq ki, Finlandiya prezidenti altı il müddətinə seçilir.
|
Sauli Niinistö ardıcıl olaraq maksimum mümkün olan iki müddət ərzində dövlət başçısı vəzifəsində işləyib.
|
Suraxanı rayonu, Əmircan qəsəbəsində İcra Hakimiyyətinin yaxınlığında yerləşən dəmir yolu xəttinin qarşısı beton daşlarla kəsilib.
|
Sakinlər bildiriblər ki, sözügedən ərazidə daşların qoyulması gediş-gəlişə mane olur, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır:""“Əvvəl yol açıq idi, gediş-gəliş rahat idi.Daşların düzülməsi düzgün deyil, təcili tibbi yardım keçə bilmir, yolu fırlanmağa məcbur olur”.
|
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan dəmir yolu keçidində beton daşlar uzun illərdir mövcuddur:""“Beton daşlar sözügedən keçiddə çoxsaylı qəzalar olması səbəbindən “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qoyulub”.
|
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Samir Cəbrayıl oğlu Sadıqovun övladı dünyaya gəlib.
|
Oxu.Az xəbər verir ki, Bakı şəhərində doğulan körpə Amirin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
|
Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək.
|
Körpənin ilkin zəruri xərclərinin qarşılanması üçün 1 000 AZN vəsait isə ananın hesabına köçürüləcək.
|
Qeyd edək ki, həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
|
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
|
Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.
|
Oxu.Az xəbər verir ki, Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əli oğlu Əliyevin işdən azad olunması barədə əmr verib.
|
Digər əmrə əsasən, Mübariz Əliyev Şahbuz rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.
|
Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Elvin Eldəniz oğlu Səfərova həvalə edilib.
|
Bolqarıstan martın 1-dən Rusiyadan neft idxalını dayandırır.
|
Qeyd olunur ki, martın 1-dən Bolqarıstan parlamentinin qərarı qüvvəyə minib ki, bu qərara əsasən, yanvarın 1-dən idxalın iki dəfə, daha sonra fevralın 1-dən 25%-ə qədər azaldılmasını, martın 1-dən isə dayandırılmasını nəzərdə tutan qrafik təsdiq edilib.
|
Xatırladaq ki, Bolqarıstan və bir sıra digər Aİ ölkələri Brüssel tərəfindən 2024-cü ilin sonuna qədər Rusiya neftinin idxalına qoyulan qadağadan azad edilib, lakin respublika hökuməti Rusiya xammalından vaxtından əvvəl imtina etmək qərarına gəlib.
|
Martın 1-də “Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası Bakı sakinləri və qonaqları üçün qapılarını açıb.
|
2019-cu ildən etibarən təşkil olunan bu yarmarka şəhərimizin mərkəzində əsl Novruz ab-havası yaratmaqla yanaşı bir çox ailəyə ümid bəxş edir.
|
Belə ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və orada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.
|
Yarmarkanın açılışı münasibətilə Fəvvarələr meydanı ərazisində möhtəşəm konsert proqramı təşkil olundu.
|
Konsert növbəti dəfə peşəkar “Özəl Media” komandası tərəfindən keçirildi.
|
Konsertdə Tünzalə Ağayeva, Nərmin Kərimbəyova, Rəsul Əfəndiyev, Namiq Qaraçuxurlu və digər sevilən sənətçilər yer aldı və hər bir qonağa xoş əhval-ruhiyyə bəxş edib.
|
“Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası martın 1-dən 30-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
|
Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, ”Azərişıq” ASC, Bakı Abadlıq Xİdməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Holding” Təhlükəsizlik xidməti, “Strafor Kəsim” və “HazırCavab”dır.
|
Xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Azercell”, ”Coca-Cola”, ”R Group Holding”, ”Azərlotereya”, ”TESS”, ”Trendyol”, ”Lays”, ”Xırta-Xırt” və ”Eat me Kumpir” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilib.
|
Yarmarka 35 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, Novruz bayramına aid müxtəlif konstruksiyalar və elementlər, balaca köşklər, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu evi, labirint otağı və müxtəlif tematik guşələrdən ibarətdir.
|
Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunub.
|
Hər il olduğu kimi, internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusi qonaqları olacaqlar.
|