Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Ümumilikdə yüksək nəticə göstərən uğurlu iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq, 80-dən çox ölkənin qatılacağı “WorldSkills Lyon 2024” yarışında iştirak etmək fürsəti qazanıb.
|
Komandalar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sözügedən beynəlxalq yarışda iştirak üçün hazırlığa cəlb olunublar.
|
“Skills Azərbaycan” milli yarışının imtahan mərhələsində iştirak üçün 250 namizəd müraciət edib.
|
Onlardan 24-ü final mərhələsinə qatılmaq hüququ qazanmışdı.
|
Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
|
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
|
Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
|
Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.
|
“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi gedir”.
|
Ermənistan KİV xəbər verir ki, bunu Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqazda sülhün bərqərar olması mövzusunda keçirilən panel müzakirəsində deyib.
|
“Ermənistan Türkiyə ilə münasibətlərin tamamilə normallaşmasına və sərhədlərin açılmasına indi də, bu gün də, sabah da hazırdır”, - o deyib.
|
Rubinyan vurğulayıb ki, Türkiyə təmsilçisi Serdar Kılıç razılaşarsa, bunu indi açıqlaya və forumu tarixi forum edə bilərlər.
|
Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin yeni buraxılışının qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov olub.
|
Rafiq Mahmudov ailə daxili məişət zorakılığından, ailələrin dağılmasının əsas səbəblərindən, eyni zamanda sosial şəbəkələrin ailə institutuna təsirlərinə toxunub.
|
“Danışaq?” layihəsinin qonağı bir müddət əvvəl Azərbaycan cəmiyyətini sarsıtmış Əhmədovlar ailəsinin yaşadığı faciəyə də toxunub.
|
Rafiq Mahmudov bildirib ki, baş vermiş bu hadisə bütün cəmiyyətdə şok effekti yaratdığı kimi dövlət qurumlarında da ciddi narahatlığa səbəb olub.
|
Müsahib qeyd edib ki, istənilən halda bu barədə fikir bildirmək hələ tezdir və aidiyyəti qurumların apardığı istintaqın nəticələrini gözləmək lazımdır.
|
Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında canlı yayımda giley-güzar edib.
|
Lent.az-ın xəbərinə görə, müğənni ad çəkmədən hədəf aldığı məşhurlar barədə ağır ifadələr işlədib.
|
“Hansı sosial şəbəkəni açırsan, 3 tərbiyəsizi görürsən.
|
Hamı onlara baxır, hamı onları varlandırır.
|
İnsanlar ən vacib məsələlərini qoyublar kənara, ancaq bu üç nəfər əxlaqsızla məşğuldur.
|
İş ondadır ki, nifrət də etmirlər, onlara pullar qazandırırlar.
|
Bir gecədə 25 min dollar pul qazanan var.
|
Soysuz, köksüz 3 səviyyəsiz cəmiyyətin başını qatır.
|
Problemi olan qaziyə, ehtiyac sahibinə heç kim dönüb baxmır, hamı pulunu tökür bu 3 səviyyəsizə.
|
Bunlar alimdir, professordur, hərbiçidir, incəsənət xadimidir, kimdir bunlar?
|
Ölkə əhalisinin gör nə qədəri onların səviyyəsindədir, səviyyəniz budur”, - o bildirib.
|
Nadir Qafarzadə ad çəkməsə də, gələn rəylərdə onun Nia, Sabir və Furkan adlı üç “TikTok”eri nəzərdə tutduğu yazılıb.
|
Tehranda seçki məntəqəsində insanlara bıçaqlı hücum olub.
|
Bu barədə Tehran valisinin təhlükəsizlik üzrə müavini Mohsen Naibi xəbər verib.
|
Onun sözlərinə görə, hadisə Darabad məntəqəsində qeydə alınıb.
|
Hücum zamanı üç nəfər yaralanıb.
|
Onlardan ikisi xəstəxanaya yerləşdirilib və onların vəziyyətləri ağır qiymətləndirilir.
|
Birinin həyatı üçün təhlükə olmasa da, həkimlərin sözlərinə görə, o, gözünü itirə bilər.
|
Hadisə ilə bağlı istintaqa başlanılıb.
|
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən İranın bütün əyalətlərində Dini Ekspertlər Şurası Məclisinə (Məclise-Şuraye-Xübreqan) və İran Məclisinə seçkiyə start verilib.
|
Bakıda valideyn övladının sinif yoldaşının anası tərəfindən zorakılığa məruz qaldığını deyir.
|
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Seymur Musayev müraciət edib.
|
Onun sözlərinə görə, övladı ilə 7-ci sinif şagirdi arasında mübahisə düşüb:“Uşaqdırlar, bu kimi hallar yaşana bilər.
|
Amma digər uşağın valideyninin haqqı yoxdur ki, gəlib mənim övladıma qarşı məktəbdə zorakılıq etsin”.
|
Atanın iddiasına əsasən, övladı ilə mübahisəli olan uşağın anası məktəbə gələrək onun oğlunu divara itələyib:“Uşaqların arasında mübahisə yaranıb.
|
Lakin uşağın anası mənim oğlumu vuraraq hədələyib.
|
İndi mənim övladım qorxduğu üçün məktəbə getmək istəmir”.
|
Valideyn qeyd edir ki, tərəflər arasındakı qalmaqala müəllimlər müdaxilə edərək aranı sakitləşdiriblər.
|
S.Musayev bildirib ki, Sona Qulizadə adlı həmin valideyn özünü bloqer kimi təqdim edərək hədə-qorxu gəlib:“İstədim ki, gəlib övladımdan üzr istəsin.
|
Amma o, mənə dedi ki, kimə şikayət edirsən et, mən bloqerəm”.
|
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, şikayət barədə polisə müraciət olunub.
|
Hazırda ərazi üzrə polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
|
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) laboratoriya monitorinqi zamanı Ermənistandan qırmızı kürü və Belarusdan ət məhsullarının tədarükü zamanı pozuntular aşkarlayıb.
|
Məlumata görə, Ermənistanın “Max Fish” şirkətinin qırmızı kürüsündə koliform bakteriyaları aşkar edilib.
|
Bununla əlaqədar olaraq, bu müəssisədən kürü tədarükünə müvəqqəti məhdudiyyətlərin tətbiqi qərara alınıb.
|
Bundan başqa, Belarusun “Belfood Production” MMC-nin istehsal etdiyi ət konservlərinin tərkibində antibakterial preparatlar - ketoprofen, meloksikam və fluniksin aşkar edilib.
|
Qaydalara görə, konservlərdə belə preparatların olmasına icazə verilmir.
|
“Rosselxoznadzor” bu müəssisənin məhsullarına təkmilləşdirilmiş laboratoriya nəzarətini tətbiq etmək qərarına gəlib.
|
Oxşar tədbir kəsilmiş mal ətinin dondurulmuş bloklarında listeria aşkarlanması ilə əlaqədar “Mogilev Raipo” şirkətinə qarşı da görülüb.
|
Xatırladaq ki, bundan bir qədər öncə Ermənistandan idxal olunan “Cermuk” mineral suyu Rusiyada bir istehlakçının ölümünə səbəb olmuş və bu səbəbdən həmin içkinin ölkəyə gətirilməsinə qadağa qoyulmuşdu.
|
Martın 1-də saat 16 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
|
Bununla bağlı Salyan Rayon Prokurorluğu məlumat yayıb.
|
Bildirilib ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
|
Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
|
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
|
Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə avtomobil idarə edən Rafiq Umudov və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən Fərəc İsgəndərzadə saxlanılıblar.
|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, saxlanılan zaman R.Umudov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişi pozub.
|
Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.
|
R.Umudov məhkəmənin qərarı 30 sutka inzibati qaydada həbs olunub.
|
F.İsgəndərovun isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barəsində intizam tədbiri görülüb.
|
Aktrisa Monika Belluççi “Vogue Arabia” jurnalının yeni sayının siması olub.
|
59 yaşlı aktrisa dar bej libasda foto çəkdirib.
|
Fotoqraf proyektordan istifadə edərək aktrisanın özünün portretini çıxarıb.
|
Belluççi bej rəngli donunu iri daşları olan boyunbağı ilə tamamlayıb.
|
Saçları yüngül lokonlu, üzünün makiyajı isə bürünc tonlardadır.
|
Qeyd edək ki, Monika Belluççi rejissor Tim Burtonla münasibətdədir.
|
Məşhurların sevgili olduqları ilə bağlı şayiələr 2023-cü ilin fevralında ortaya çıxdı.
|
Bu gün mərhum şair, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olmuş Şöhlət Əfşarın 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
|
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
|
Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
|
Mərasimdə akademik Yaqub Mahmudov, professor Əyyub Əzizov, akademik Sabir Tağıyev, professor Qurban Bayramov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, deputat Tahir Rzayev, tənqidçi Nizaməddin Mahmudov, dövlət nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
|
Şairin oğlu Şəmsi Axundov bildirib ki, atası yaşasaydı, bu gün 75 illik yubileyini qeyd edəcəkdilər:""“Bu gün atam həyatda yoxdur.
|
Biz də düşündük ki, Ş.Əfşara həsr olunmuş “Sükutdan asılan şair” sənədli filminin təqdimatını şairin yubileyində edək.
|
Film atamın həyat və yaradıcılığına həsr olunub.
|
Eyni zamanda, filmdə bir çox ziyalıların atam haqqında fikirləri səsləndirilib”.
|
Akademik Yaqub Mahmudov, professor Əyyub Əzizov Şöhlət Əfşarın yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər.
|
Onlar bildiriblər ki, Şöhlət Əfşar Nadir şah Əfşar nəslinin davamçısıdır:""“O, Dünya Əfşarlar Dərnəyinin nümayəndəsi idi.
|
Şair bu dərnəyin yaradılmasının altıncı ildönümündə Nadir şah Əfşarın kətan üzərində işlənmiş portretini hədiyyə edib.
|
Ş.Əfşar Ağcabədi torpaqlarının yetişdirdiyi istedadlı və vətənpərvər şəxsiyyət olub.
|
Ailəsinə, Vətəninə, xalqına bağlılığı nümunə sayılacaq xüsusiyyətlərindəndir”.
|
Mətbuat Şurasının sədri Rəşad Məcid isə şairin anım gününə həsr olunmuş tədbirin təşkilini yüksək qiymətləndirib:""“Dünyada ən vacib məsələlərdən biri məhz övlad-valideyn münasibətidir.
|
Təşkil olunan tədbir üçün şairin övladlarına öz təşəkkürümü bildirirəm.
|
Şöhlət Əfşarın ədəbiyyata vurğunluğu məni hər zaman valeh edib.
|
Şairin “Sükutdan asılmışam”, “Dodaqdan könüllərə”, “Muğamın sədası” əsərləri ən yaddaqalan və maraq doğuran şeirlər sırasında yer alır”.
|
Akademik Sabir Tağıyev, deputat Tahir Rzayev, şairlər - Tapdıq Əlibəyli, Musa Ələkbərli, yazıçı Bəxtiyar Qaraca, professorlar - Qulu Məhərrəmli, Qurban Bayram və əməkdar müəllim Qəzənfər Abbasovun iştirak etdikləri mərasimdə şairin şeirləri səsləndirilib.
|
Tədbir çərçivəsində Şöhlət Əfşara həsr edilən “Sükutdan asılan şair” adlı sənədli film nümayiş olunub.
|
Filmdə Ş.Əfşarın bədii yaradıcılığının müxtəlif illərinə, ziyalı şəxsiyyətinə, habelə şəxsi həyatına işıq salınıb.
|
Şairin ailə üzvləri, yaxınları, sənət adamları onun haqqında fikirlərini bölüşüblər.
|
Ekran əsərinin ssenari müəllifi və rejissoru Azərbaycan Televiziyasının əməkdaşı Gülüstan Əkbər, quruluşçu operatoru Cavid Şərifov, montaj rejissoru Əhməd Heybətov, redaktoru Ramin Paşazadədir.
|
Sonda şairin ailə üzvləri tədbirə gələn hər kəsə öz təşəkkürlərini bildiriblər.
|
Eyni zamanda, ailə üzvləri qonaqlara şairin kitablarının yeni nəşri barədə məlumat veriblər.
|
Şabran rayonunun Aygünlü kəndinin sakinləri yolsuzluq problemindən əziyyət çəkirlər.
|
Sakinlər illərdir asfalt üzü görməyən yolun əsaslı təmirə ehtiyacı olduğunu bildirirlər.
|