Search is not available for this dataset
text
stringlengths
10
518k
Qeyd edək ki, 2022-ci ilin martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Son aylarda Qərbdə Azərbaycana qarşı qərəz və böhtana əsaslanan siyasi şantaj və təzyiqlərin yeni dalğasını müşahidə edirik.
Ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdikdən sonra bu çirkin kampaniya daha geniş vüsət alıb.
Xüsusilə də Makron Fransasının “öndərliyi” ilə gerçəkləşdirilən məlum olaylar Cənubi Qafqazı yenidən qaynar qazana çevirmək məqsədi daşıyır.
Rəsmi Bakı sülhü əngəlləyən, Azərbaycanın milli maraqlarını, haqlı mövqeyini şübhə altına almağı hədəfləyən bu kampaniyanın əsas “dayaqları”nın kimliyini konkret adı ilə qeyd edir.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:""Digər ölkələrdən fərqli addımlar atmırıq"Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə vurğu etdiyi məqamlar bu baxımdan xüsusilə ilə diqqət çəkir.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.
Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib:"""“Bu baxımdan Jozep Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib.
Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir.
İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir.
Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.
Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır?
Onlar cənab Makronun insinuasiyalarıdır.
Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.
Bakı hər şeyin fərqindədir"Prezidentin açıqlamalarından da göründüyü kimi, rəsmi Bakı hər şeyin fərqindədir.
Özünə qarşı yönələn zəhərli fransız oxlarının hədəfə dəyməməsi üçün önləyici tədbirlər görür.
Hər şeyin və hər kəsin adını, məqsədlərini açıq şəkildə dilə gətirməklə, anti-Azərbaycan planları barədə məlumatlı olduğunu, Qərbdəki digər tərəfdaşlarımızın Fransanın onsuz da uğursuzluğa məhkum olan oyunlarına qoşulmasının onlara da zərər verəcəyini diplomatik yollarla diqqətə çatdırır.
Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır.
Bölgənin həm iqtisadi, həm də siyasi mərkəzi Bakıdır.
Azərbaycanın geosiyasi və coğrafi mövqeyi, müstəqil siyasi kursu, reallaşdırılan enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də əsas bəndi qismində çıxış etməsi onun tələblərinin yerinə yetirilməsinin zəruriliyini ortaya qoyur.
Bu tələblər isə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
Daxili işlərimizə qarışmamaq, əməkdaşlıqda bərabərhüquqlu, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətin sərgilənməsi, milli maraqlarımızın nəzərə alınması, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı təhdidlərə son qoyulması Bakının tərəfdaşlarından əsas tələbləridir.
İkili standart, yoxsa bizimlə aparılan bir oyun?!
Qeyd olunan məqamların hədəf halına gətirilməsi Qərbin ikili standartlı siyasətinin əsas konturlarını təşkil edir.
Biz bunu Avropa Şurası Parlament Assambleyasının son sessiyasında ölkəmizə qarşı qəbul edilən əsassız və məntiqsiz qərarlarda bir daha müşahidə etdik.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük:“Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir.
Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür.
Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir.
Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür.
Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?
!” Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Göründüyü kimi, Bakının ona qarşı yönələn təhdidlərə cavab reaksiyası hər zaman hazırdır.
AŞPA-da hazırda cəmi iki müsəlman ölkəsi var.
Bunlardan birinin üzvlüyünün dayandırılması isə qurumun özünün insan hüquqları, din azadlığı, tolerantlıq kimi dəyərlərini tapdaladığını bütün dünyaya əyani şəkildə göstərmiş olacaq.
Burada uduzan Azərbaycan yox, elə bu oyunu quran Fransa və onun maşası halına gələn Avropa strukturları olacaq.
Bakının gələcək əməkdaşlıq və beynəlxalq inteqrasiya ilə bağlı xarici siyasət kursunun əsas istiqamətləri bir müddət öncə ən ali səviyyədə bəyan edilib.
Bu səbəbdən, indi Qərbdə Bakını hədəf alanlar özləri yaratdıqları bataqlıqda çabalayırlar.
Anşlaq alınmayacaq"Azərbaycanın ali rəhbərliyinin istənilən bəyanatı hər zaman tutarlı faktlar və arqumentlərə əsaslanıb.
Hər bir açıqlamanın arxasında təkzibolunmaz sübutların dayandığını elə bu oyunları quranların özləri də yaxşı bilirlər.
Məsələn, Bakı bir müddət əvvəl Fransanın ölkəmizdə fəaliyyət göstərən casus şəbəkəsini ifşa etdi.
Bu addım Fransa hakimiyyəti daxilində ciddi rezonans doğurdu.
İndi isə Paris aldığı bu zərbənin şokunu üzərindən atmaq üçün Ermənistan üzərindən eyni oyunları davam etdirir.
İşğalçı dövləti silahlandırmaqla yanaşı, baş nazir Nikol Paşinyanın Parisə son səfəri zamanı Fransa ilə Ermənistan kəşfiyyatları arasındakı gizli razılaşma da bu planın tərkib hissəsidir.
Ancaq dəyişməyən bir reallıq var.
Ssenarisində Azərbaycan hədəfə alınmaqla qurulan istənilən tamaşada baş rol ifaçısının və yardımçılarının kim olmasından asılı olmayaraq, anşlaq alınmayacaq.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və 2017-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.
Aydın səma, bərpa olunan suverenlik, məsud dalğalanan üçrəngli bayraq...
Bu gün bunların, bəlkə də daha çox qədrini bilməliyik.
Daha çox öpüb gözümüzün üstündə saxlamalıyıq.
Çünki zaman axınının əksinə üzsək, bu günə, bu müstəqilliyə gələn yolun kökünün necə dərinliklərdə olduğunu görəcəyik.
Bu düşüncələrlə Zərifə Əliyeva küçəsi ilə Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən “Siyasi Repressiya Qurbanları Muzeyi”nə - ömürlərini Vətənə qurban edən insanlara “vətən xaini” damğası vurulan yerə gedirik.
“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik.
Müşfiqlərin, Cavidlərin şair ruhunun incidildiyi yer"Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təşəbbüsü ilə yaradılan bu muzeyin girişində bizi muzeyin rəisi Mirabbas Məmmədov qarşılayır, elə muzey haqqında məlumatı da o verir.
Tacir Hacı Hacıağa Dadaşova məxsus bu bina 1878-ci ildə tikilib və burada müxtəlif şirkətlərin anbarları, nümayəndəlikləri fəaliyyət göstərib.
Bina 1920-ci ildə dövlətin balansına keçib, 1925-ci ildən isə Azərbaycan Fövqəladə Komissiyasına (AzÇK) verilib.
Xalq Daxili İşlər Komissarlığının (NKVD) daxili həbsxanası olan binanın zirzəmisi isə (muzeyin yerləşdiyi) sovet qanunlarının boğmağa çalışdığı minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və ən nəhayət, amansızcasına güllələndiyi yerdir.
Müşfiqlərin, Cavidlərin, Əhmədlərin şair ruhunun incidildiyi, qürurlarının yenilmədiyi, amma, bəlkə də son nəfəslərini verdiyi yerdir.
Əl boyda işıq düşmək ehtimalı olan pəncərələr"Böyük bir zindanı xatırladan zirzəminin hücrəyəbənzər ayrı-ayrı otaqlarında qanlı-ağrılı repressiya dövrü qurbanlarını andıran eksponatlar var.
Balaca, dar, birnəfərlik kameralar...Qapıları elə həmin dövrdən qalmadır.
Balaca, açılanda bir əl boyda işıq düşmək ehtimalı olan pəncərələri var qapıların.
Kim bilir kimlərin üzünə bağlanıb, kimləri dustaq edib bu tarixi özündə saxlayan qapılar?!
Kim bilir kimlərə hansı insanlığa sığmayan, dəhşət sözündən daha da dəhşətli olan işgəncələr verilib bu kameralarda?!
Düşündükcə, baxdıqca adamın ruhu ruhluqdan çıxır.
Adam yerlə göy arasında daşa dönür, qandala dönür, dəmir barmaqlığa dönür, edam ağacına dönür burada.
Amma eyni zamanda, burada azad olmağın qiymətini daha çox bilirsən.
Cümlə xəyanətlərə bais...""Muzeyin “Dindirilmə otağı” adlanan guşəsində Hüseyn Cavidi xatırladan maketi görüncə ağlımıza bu misra gəldi.
Cavid burada sanki “iblis” tərəfindən dindirilir.
O dövrə aid əşyalar az olsa da, ab-havası tam şəkildə adamı 1937-ci ilə atır.
Mirabbas müəllim Cavidlə bağlı qaranlıq məqamların olduğunu qeyd edir:“1939-cu il iyunun 9-da Cavidin 8 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarılıb.
Cavidin 1941-ci ildə Maqadanda olduğunu göstərən sənədlər var.
1941-ci ilə qədər onun cəzasını harada çəkməsi bəlli deyil.
Ümumiyyətlə, onlarla bağlı sənədlər, qeydlər çox azdır”.
Daş divarlar arasında boğulan güllə səsləri"Zirzəmin lap dərinliyində iç-içə otaqlardan ibarət, digərlərindən nisbətən geniş kamera var.
Mirabbas müəllim deyir ki, buranı muzey üçün təmizləyib hazırlayanda torpaqda qan izləri olub.
Ona görə də, buranın güllələnmə kamerası olduğu ehtimal edilir.
Allah bilir bu daş divarlar, bu daş tavan, bu daş döşəmə nə qədər qəddar insan baxışlarının, əmrlərin, atəş səslərinin, insan fəryadlarının, əbədi yumulan gözlərin, boğulan mədəniyyətin, ədəbiyyatın, elmin şahidi olublar.
Bəlkə də içlərinə yığılan kədərdən, qəzəbdən qalınlaşıb bu divarlar belə.
Kamera təmizlənəndən sonra buraya molla, keşiş, ravvin dəvət olunub.
Hər üçü öz dininə uyğun qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.
Qan izləri olan torpaq parçası isə simvolik olaraq Nargin adasında dəfn edilib.
Burada eksponat kimi qoyulan, üstünə silah tuşlanan maket isə şair Mikayıl Müşfiqi andırır.
Göyə sovrulan ümidlər...""Muzeydə köhnə çamadanlardan ibarət, yerdən tavanacan qalxan kompozisiya var.
Bəzilərinin ağzı açılıb, içərisindən şəxsi əşyaları da tökülür sanki.
Sanki ömürlərini yaşaya bilməyən insanların göyə sovrulan ümidləridir bu çamadanlar.
Hərəsi bir insan taleyini ehtiva edir özündə.
Təəssüf ki, repressiya qurbanları tək şairlər, yazıçılar, alimlər deyildi.
Onların xanımları da bu müsibətin bir parçası olublar.
Onlara deyirdilər ki, ərin vətənə xəyanət edəndə xəbər verməmisənsə, deməli, sən də xainsən!
Komissarlığın 00485 saylı əmrinə görə isə “vətən xainləri”nin həyat yoldaşları heç bir məhkəmə, araşdırma, istintaq olmadan 5-8 il müddətinə sürgün olunmalı idilər.
Onlar əsasən Rusiyaya, Qazaxıstana göndərilirdilər.
İnsan ölümünə qoyulan plan"SSRİ-nin iqtisadiyyatı planlı iqtisadiyyat idi, istehsalata limit qoyulurdu, deyir muzeyin rəisi:“Dəhşətlisi budur ki, repressiyaya da bu yanaşma tətbiq olunub.
Moskvanın 1937-ci il 30 iyul 00447 saylı əmriylə SSRİ-nin tərkibində olan bütün ölkələrə 4 ay ərzində güllələnməli və sürgünə göndərilməli olan insanların sayı ilə bağlı limit qoyulub.
Bu plana əsasən, Azərbaycanda 1500 insan güllələnməli, 3700 insan isə sürgün olunmalı idi.Bağırov 7250 nəfəri repressiya qurbanı edərək bu planı artıqlaması ilə yerinə yetirib”.
Muzey canlı orqanizmdir"Mirabbas müəllim onu da deyir ki, muzey canlı orqanizmdir.
Onlar muzey üçün yeni eksponat və məlumatların axtarışını indi də aparırlar.
Amma təəssüf ki, çox az şəxsi əşya əldə etmək olur.