Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
|
Faktla bağlı cinayət işi başlanıb.
|
Rusiyanın Sankt-Peterburq şəhərinə dron hücumundan sonra partlayış olub.
|
Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.
|
Bildirilir ki, partlayışla əlaqədar iki yaşayış binasına ciddi ziyan dəyib.
|
“Binalardan 100-ə yaxın sakin təxliyə edilib.
|
İlkin məlumatlara görə, xəsarət alan yoxdur”, - deyə mənbələrdən vurğulanıb.
|
Bəzi məlumatlara görə, hücumun hədəfi Sankt-Peterburqun şimal-şərqindəki Ruçyi neft anbarı olub.
|
Pilotsuz uçuş aparatının düşdüyü yerlə həmin məntəqə arasında bir kilometrdən az məsafə olub.
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib.
|
President.az müsahibəni təqdim edir.
|
“Euronews”:Xahiş edirik, ilk növbədə, bizə bugünkü tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə danışasınız.
|
Prezident İlham Əliyev:Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi.Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi.Həmçinin, elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.
|
Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür.
|
Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi.Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.
|
Uzunluğu 3 500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir.
|
Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var.
|
Bu, həqiqətən də, enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir.
|
On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.
|
“Euronews”:Bu il həm də çox həlledici ildir.
|
Bu bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, həqiqətən də, Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərir.
|
Prezident İlham Əliyev:Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.
|
Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.
|
Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpa olunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
|
Biz hər il bunu Bakıda görürük.
|
Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq.
|
Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür.
|
Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır.
|
Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.
|
Azərbaycanın bərpa olunan enerji layihələri gündəliyi çox iddialıdır.
|
Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir.
|
Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq.
|
Biz ola bilsin ki, 10 ilə ölkədə bərpa olunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.
|
“Euronews”:Sizin çıxışınızda bir məqam xoşuma gəldi.
|
Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır.
|
Qazıntı yanacağına sahib olmaq onların günahı deyil.
|
Siz söylədiniz ki, onlar ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidirlər.
|
Siz, həqiqətən də, belə hesab edirsiniz, elə deyilmi?
|
Prezident İlham Əliyev:Bəli, əlbəttə.
|
Bu işdə bir qədər mövzu dəyişilməlidir.
|
Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq, sözsüz ki, bizim günahımız deyil.
|
Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənəti”nə düçar olmamağı bacardıq.
|
Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq.
|
Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən beş faizə endirdik.
|
Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır.
|
Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir.
|
Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin.
|
Ümidvaram ki, mesajım eşidiləcək.
|
“Euronews”:Cənab Prezident, Zati-aliləri, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm.
|
“Azərbaycanın bərpa olunan enerji layihələri gündəliyi çox iddialıdır”.
|
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.
|
Dövlətimizin başçısı qeyd edib:""“Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir.
|
Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq.
|
Biz ola bilsin ki, 10 ilə ölkədə bərpa olunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”.
|
Türkmənistan Avrasiya nəqliyyat marşrutlarının yaradılması üzərində işləyir.
|
Bu barədə Türkmənistanın Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov bəyan edib.
|
“Aşqabad Xəzər və Qara dənizlərindən keçən, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunu vahid nəqliyyat sisteminə birləşdirən, razılaşdırılmış norma və meyarlara uyğun fəaliyyət göstərən Avrasiya multimodal nəqliyyat və tranzit layihələrinin həyata keçirilməsi üzərində işləyir”, - deyə Q.Berdiməhəmmədov bildirib.
|
O qeyd edib ki, bu cür işlər üçün siyasi, diplomatik yardım və dəstək, həmçinin Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qərarların qəbulu tələb olunur.
|
“Biz Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, regional strukturlar kimi beynəlxalq maliyyə və iqtisadi qurumları beynəlxalq nəqliyyat layihələrinə kifayət qədər dəstək verməyə və strateji qərarların qəbulunda iştirak etməyə dəvət edirik”, - deyə o əlavə edib.
|
Q.Berdiməhəmmədov, həmçinin, bildirib ki, Türkmənistan bu sahələrdə danışıqlara açıqdır, milli və beynəlxalq layihələrin həyata keçirilməsində iştirak üçün hər cür şərait yaratmağa hazırdır.
|
Bərdə şəhərində mənzildən 66 yaşlı kişinin meyiti tapılıb.
|
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Vidadi Həsən oğlu Əliyevin meyitini aidiyyəti üzrə təhvil veriblər.
|
Faktla bağlı araşdırma aparılır.
|
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
|
Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
|
Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
|
20:43"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa ilə görüşüb.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
|
Görüşdə Azərbaycan və Braziliya arasında əməkdaşlıq gündəliyi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər, habelə regional vəziyyət müzakirə olunub.
|
Yaxın günlərdə Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdıran tərəflər, mövcud əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün bu mexanizmin inkişafına əhəmiyyət verdiyimizi bildirib.
|
Nazir Ceyhun Bayramov, həmçinin COP29-la bağlı tərəfimizdən görülən hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandırıb.
|
Xüsusilə, cari ildə COP29-a sədrliyimiz dövründə COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.
|
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.
|
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
20:39"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
|
Görüşdə nazir Ceyhun Bayramov bu qurumun türk dünyasında dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi baxımından ciddi potensiala malik olduğunu qeyd edərək, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini vurğulayıb.
|
Görüş zamanı nazir türk dünyası ilə əlaqələrimizin genişləndirilməsinin və dərinləşdirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu vurğulayaraq, bu təşkilat çərçivəsində əməkdaşlığın inkişafı üçün bərabər səylər göstərməyə hazır olduğumuzu qeyd edib.
|
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.
|
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
18:07"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Moldova Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Mihail Popşoy ilə görüşüb.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
|
Qeyd olunub ki, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
|
İki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
|
İnvestisiyalar, ticarət, enerji, nəqliyyat kimi sahələrdə ikitərəfli əlaqələrin geniş potensiala malik olduğu bildirilib, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi diqqət ayrılmasının, eləcə də yüksəksəviyyəli səfərlərin önəmi vurğulanıb.
|
Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə məlumat verilib.
|
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.
|
16:25"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Qeyd olunur ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.
|
Ceyhun Bayramov Azərbaycan və İraq arasında intensiv qarşılıqlı təmasların və səfərlərin münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, mədəni və s.istiqamətlər üzrə uğurlu inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
|
Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstəkdə özünü büruzə verdiyi bildirilib.
|
Qarşı tərəf cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı ətraflı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub və İraq tərəfinin prosesdə yaxından iştirak edəcəyinə əminlik ifadə olunub.
|
Ceyhun Bayramov, həmçinin, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumundan bəhs edib.
|
Fuad Hüseyn İraqın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyini ifadə edib.
|
13:21"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavyer Bettel ilə görüş keçirib.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
|
Bildirilib ki, görüşdə son zamanlar Azərbaycan-Lüksemburq təmaslarında müşahidə olunan canlanma məmnunluqla qeyd edilərək, ölkələrimiz arasında siyasi dialoqun vacibliyi vurğulanıb.
|
Azərbaycan ilə Lüksemburq arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün qarşılıqlı səylərin fəallaşdırılmasının, siyasi dialoqun, qarşılıqlı səfərlərin zəruriliyi qeyd olunub.
|