Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və yüksəkliyi 3 751 metr olan Heydər Əliyev zirvəsinə çıxıb.
|
Ən böyük arzularından biri isə tanınmış alpinist olmaq, Tyan-Şan dağlarına tək yürüş etməkdir.
|
Oxu.Az ən gənc dağçımızla müsahibəni təqdim edir:""- Fəridə xanım, harada boya-başa çatmısınız?
|
- Dağçı olsam da, dünyanın dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxtında (-28 metr - red.)
|
- Bakı şəhərində anadan olmuşam.
|
- Bəs dağçı olmaq istəyiniz haradan yaranıb?
|
- Mən uşaq olanda ailəmizlə birlikdə təbiətdə olmağı sevirdik, təbiət turlarına qatılırdıq.
|
Azərbaycanda elə bir bölgə yoxdur ki, biz oranı gəzməyək.
|
Anamla birgə əvvəlcə meşələri, şəlalələri, tarixi yerləri gəzməyə başlamışdıq.
|
Daha sonra idmanın idman dırmanması növü qarşımıza çıxdı.
|
Maraqlı gəldi, federasiya ilə əlaqə saxlayıb zala getdim və idman dırmanması ilə məşğul olmağa başladım.
|
Heydər Əliyev zirvəsinə qalxandan sonra isə dağçı olmaq həvəsim qərara çevrildi və başladım dağlara getməyə.
|
Daha sonra Azərbaycanda dağçılıq məktəbini bitirdim və Türkiyə Dağçılıq Federasiyasının dağçılıq dərslərinə qatıldım.
|
Azərbaycanda dağçılıq dərslərinin müddəti həm nəzəri, həm praktiki olaraq maksimum bir ili əhatə edirdi.
|
- Fəridə xanım, maraqlıdır, dağçılıq məktəbində hansısa fənlər tədris olunur, yoxsa ancaq praktiki məşğələlərdir?
|
- Türkiyədəki dərslər yay və qış üzrə iki hissəyə ayrılır.
|
Yay dörd, qış isə üç ayrı hissədən ibarətdir.
|
Əslində, yay dağçılığı da üçhissəli idi.Amma axtarış-xilasetmə təlimləri də yayda keçirildiyinə görə dördhissəli sayılırdı.
|
Hər hissədən sonra bizə bir neçə ay verilir ki, öyrəndiklərimizi dağlarda tətbiq edək və gələn hissəyə hazırlaşaq.
|
Ümumilikdə bütün hissələri minimum iki, maksimum üç ilə bitirmək olur.
|
Hər hissədə əvvəlcə dağçılığa aid nəzəri dərslər keçirilir, daha sonra praktiki (dağlarda, qayalarda, buzlaqlarda).
|
Əlavə olaraq, ilkin tibbi yardım və axtarış-xilasetmə dərsləri də keçirilir.
|
Axtarış-xilasetmə ayrıca bir hissədir:ongünlük “kamp” və sonda yalançı həyəcan siqnalı ilə axtarış-xilasetmə əməliyyatı təşkil edilir.
|
Səhər tezdən iki-üç nəfəri seçirlər və onları aparıb dağda gizlədirlər.
|
Qərargaha məlumat ötürülür ki, biz dağda yaralanmışıq və ya itmişik, bizi xilas etmək lazımdır.
|
“Kamp”da qalanlar axtarış-xilasetmə əməliyyatını həyata keçirirlər.
|
Hər şey bir oyun olsa da, hamı buna çox ciddi yanaşır.
|
Hətta dövlət bunun üçün bizə təcili yardım maşını belə ayırmışdı.
|
Bütün gün ərzində çox ciddi axtarış-xilasetmə əməliyyatı gedir.
|
Çünki tapşırıq var - hər kəs xilas edilməlidir.
|
Sonda bizim bacarıqlarımız dəyərləndirilir.
|
İmtahanı keçsək, qış dağçılığına davam edə bilirik.
|
Mənim üçün ən maraqlı hissə bu olmuşdu.
|
Əlavə coğrafiyaya, meteorologiyaya, psixologiya və idman qanunu, idmançı etikasına aid biliklər və s.öyrədilir.
|
Sonda hamısına aid test imtahanı olur.
|
- Sualım bir qədər bəsit görünə bilər, amma hesab edirəm ki, cavablandırmanız yaxşı olar:dağçı və alpinist eyni peşələrdir?
|
- İstər alpinist olun, istər dağçı - fərqi yoxdur.
|
Hər ikisi üçün ürək lazımdır, təbiəti, dağları sevmək lazımdır.
|
Belə bir deyim var ki, hər alpinist dağçıdır, amma hər dağçı alpinist deyil.
|
Kimisi beş min metr hündürlüyü olan zirvələrə çatmış insanlara alpinist deyir, digərlərinə dağçı, kimisi biliklərinə görə ayırd edir, kimisi çox zirvə fəth etməyə görə ayırd edir.
|
Mənə görə isə alpinizm təkcə dağadırmanma deyil.
|
Bir alpinist həm qayayadırmanmanı, həm buzadırmanmanı, bir sözlə - alpinizmə aid bütün növləri və texnikaları bilməli və onlarla məşğul olmalıdır.
|
Dağçı isə sadəcə, dağa dırmanmaqla maraqlanan insandır.
|
Onun üçün alpinizmin altnövləri önəmli deyil.
|
Yenə də, dediyim kimi, əgər sizin dağlara məhəbbətiniz varsa, təbiəti sevirsinizsə, fərqi yoxdur, alpinist də olsanız, dağçı da olsanız, o sevgi sizi müəyyən bir yerə çatdıracaq.
|
- İlk zirvəni neçə yaşında fəth etmisiniz və hara olub?
|
Ulu öndərimizin adına olan, 3 751 metr hündürlükdəki Heydər Əliyev zirvəsinə qalxmışam.
|
Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam.
|
- Ailənizdə seçiminizə münasibət maraqlıdır.
|
Kim daha çox dəstəkləyirdi, kim qəti əleyhinə idi?
|
- Anam hər zaman məni dəstəkləyib.
|
O da həvəskar dağçılıqla məşğul olur.
|
- İlk dəfə zirvəyə qalxdığınız zaman yaddaqalan ən maraqlı hadisə nə oldu?
|
- Öncə mənə yaşım az olduğuna görə zirvəyə qalxmağa icazə verməmişdilər.
|
Daha sonra mənim necə həvəsli olduğumu gördülər və nazirlik mənə valideynin icazə kağızı ilə getməyə icazə verdi.
|
Hər kəs deyirdi ki, bu qız çıxa bilməyəcək, uşaqdır.
|
Amma mən sıranın ilk başında, yorulmadan, əvvəldən axıra qədər getmişdim.
|
Bizim qrupun ən kiçiyi mən, ən yaşlısı, səhv etmirəmsə, 70 yaşlı bir xanım idi.Haradasa, 30-35 yaşlı bir kişi var idi, bizdən əvvəlki qrupla gedən.
|
Biz qalxarkən onu iki nəfər aşağı düşürməyə çalışırdı.
|
Tam bilmirəm, nədən olmuşdu, amma ayaqları tutulmuşdu.
|
Ya soyuqdan idi, ya da bəzən bu hal dağ xəstəliyindən də ola bilir.
|
Elə ilk zirvəmdə anlamışdım ki, dağçılığın yaşla, kişi, yaxud qadın olmaqla heç bir əlaqəsi yoxdur.
|
Əsas fiziki, psixoloji və texniki cəhətdən hazırlıqlı olmaq lazımdır.
|
- Sizdə dağçılıq bir hobbidir, yoxsa peşəkar dağçı olmaq arzusundasınız?
|
- Mən təhsilimi bu sahə üzrə peşəkar səviyyədə almışam.
|
Ali təhsilimi bu ixtisas üzrə bitirmişəm, həm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman turizmi üzrə oxumuşam, həm Türkiyədə dağçılıq məktəbini bitirmişəm, həm də dağlarda təcrübə qazanmışam.
|
- Bir dağçının ən məhsuldar vaxtı hansı yaş aralığı hesab olunur?
|
- Bir dağçının ən məhsuldar dövrü 35-45 yaş aralığıdır.
|
Mənim isə hələ 22 yaşım var və gələcəkdə daha peşəkar dağçı olmaq üçün çalışıram.
|
- Bir neçə nəfər var, amma ən çox Nirmal Purja.
|
Sadəcə, güclü bir dağçıdır və rekord qırdıqdan sonra kumirim olub.
|
- Dağçıların məşq prosesləri necə keçirilir?
|
- Bakıda qayayadırmanma məşqlərini Nardaran, Buzovna və Bakıxanov ərazisində edirik daha çox.
|
Qışda buzadırmanma məşqlərini isə Qusarın Laza kəndində yerləşən donmuş şəlalələrdə keçirik.
|
Bundan əlavə, dağda kiçik yürüşlər edirik və get-gedə bu yürüşləri çətinləşdiririk.
|
- Fəridə xanım, bir gənc dağçı kimi, necə düşünürsünüz - gələcəkdə peşəkar dağçı olmaq üçün neçə yaşdan məşğul olmağa başlamaq lazımdır?
|
- Düşünürəm ki, 16-20 yaş sırf dağçılıq üçün ən uyğun yaşlardır.
|
- Dağları qrup şəklində fəth etmək yaxşıdır, yoxsa tək?
|
- Tək getmək məsləhət görülmür.
|
Qrup şəklində getmək lazımdır ki, hər hansı bir hadisə olsa, digərləri kömək edə bilsinlər.
|
Ümumiyyətlə, üç nəfərdən az olmaq məsləhət görülmür.
|
Əsas odur ki, istər tək, istər iki nəfər və ya daha çox insanla gedilsə belə, mütləq müəyyən qurumlardan icazə alınmalı və marşrut əvvəlcədən təyin olunmalıdır.
|
- Tək fəth etmək istədiyiniz bir yüksəklik varmı?
|
- Tyan-Şan dağlarına qalxmaq istəyirəm (Tanrı dağları).
|
Orta Asyada yerləşən bir dağ silsiləsidir.
|
Meditasiya və yoqa ustadlarının bu dağlara öz mənəvi oyanışlarını tamamlamaq üçün getdiklərini eşitmişəm.
|
Buna görə o dağlara getsəm, tək getmək istəyərəm.
|
- Dağa dırmanmaq mövsümünüz hansıdır - qış, yoxsa isti aylar?
|
- Qış dağçılığı da var, yay dağçılığı da.
|
Dağçılıqda hər hansı bir dağa yay vaxt getmədən qışda dırmanmaq məsləhət görülmür.
|
- Bir dağçının çantasında nələr mütləq olmalıdır?
|
- Say, say, bitməz...(gülür) Ən əsas və mütləq şəkildə ilkin tibbi yardım çantası olmalıdır.
|
Qida, su, dəyişmək üçün və isti geyim, yataq kisəsi, fənər, texniki ləvazimatlar, şəxsi gigiyenik ləvazimatlar, çadır və s."""- Dağa dırmandığınız yerdə birdən tibbi yardım lazım olsa, məsələn, təzyiqiniz qalxsa, o zaman bu proses necə yekunlaşmalıdır?
|
- Dağlarda bu işlər şansa buraxılmır.
|
Yanımda kimsə varsa, çox güman ki, yola çıxmazdan əvvəl onun ilkin tibbi yardım biliklərinin olub-olmaması ilə maraqlanırıq.
|
Bu halda qorxmalı bir şey yoxdur, çünki nəsə lazım olsa, o edəcək.
|
Əgər bəsit bir təzyiq problemidirsə, dərmanla, təzyiqsalan qidalarla yoluna qoymaq olar.
|
Amma ciddi bir məsələdirsə, bacardığım qədər, vəziyyətə görə hər şeyi edib, daha sonra aşağı enməyə çalışaram.
|
O da alınmırsa, təhlükəsiz, isti bir yerə keçib, kiməsə xəbər verməyə çalışıb, kömək gözləyərəm.
|
Bu halların olmaması üçün getməzdən əvvəl həkim yoxlanışından keçməlisən ki, belə hallar olmasın.
|