Search is not available for this dataset
text
stringlengths
10
518k
- Birdən qarşınıza sürpriz heyvan çıxdı, məsələn, ayı.
Amma uzaqda olub...(gülür)"- Dağçının hər hansı yüksəkliyi fəth etdiyi zaman heç rastlaşmaq istəmədiyi şey nədir?
Qar uçqunları və gözlənilmədən dəyişən hava şəraiti.
Uçqunlar marşrutun dəyişməsinə səbəb ola bilir.
Hava şəraiti isə dağlarda beş mövsüm olur.
Ən çox dörd min metrdən yüksək və beşminlik zirvələrdə, yola çıxmadan əvvəl hava şəraitinə nə qədər dəqiq baxılsa da, hər dəqiqə hava dəyişə bilir.
Hətta bir gün müsbət 25 dərəcə isti olduğu halda, sabah temperatur mənfi 20 dərəcəyə düşə bilir.
Buna görə də dağlarda beş mövsüm hava şəraiti deyilir.
Bunlar dağçılar üçün qətiyyən arzuolunmaz şeylərdir.
- Təxminən 3 000 metrlik bir zirvənin fəth olunmasına minimum və maksimum nə qədər vaxt lazım olur?
- Minimum iki gün, maksimum üç gün.
Düzdür, özüm daxil, bəzi insanlar bir günə də qalxa bilirlər, amma bu, hər insanın hazırlıq səviyyəsinə görə dəyişir və tövsiyə olunmur.
- Hesab edirəm ki, alpinizmlə həyatlarını riskə atan insanlar məşğul olurlar.
Bu riski gözə almağa sizi nə vadar edir?
Sözlərlə ifadə etmək çətindir, hər insan ömründə bir dəfə belə olsa, dağa gedib bu hissi yaşamalıdır.
Amma məncə, əksinə, alpinizm riski gözə almaq deyil, bütün mümkün riskləri nəzərə alaraq, ən təhlükəsiz bir şəkildə təbiətdən zövq almağı bacarmaqdır.
- Dağçıya lazım olan ləvazimatların ən bahalısı nədir və neçəyə olur?
Amma peşəkarlar üçün çadırlar baha olur.
Ən bahalısını iki min manata görmüşəm.
- Bəs qazanc necədir bu sahədə?
- Bildiyiniz kimi, bu sahə turizmin bir növüdür və turizmdə rəqabət çoxdur.
Qazanc ancaq dağ bələdçiliyindədir, lakin bu sahədə o qazancı əldə etmək üçün illərin əziyyətinə sinə gəlmək lazımdır.
Daha çox foto burada:PhotoStock.az"Əzizə İsmayıova
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxslər ifadə veriblər.
Təqsirləndirilən Səbuhi Şirinov ifadəsi zamanı Fazil Mustafanı dindarları təhqir etdiyi üçün öldürmək istədiyini deyib:""“Fazil Mustafanın çıxışlarında şiələri “aşura günü ağlayanlar ulaşırlar” kimi qələmə verməsi, Xətai və Füzulini cahil adlandırması və “kişilər də ağlayar?” deməsi məni hiddətləndirdi.
Mən Azərlə bu məsələ barədə danışdım.
Elşaddan xahiş etdim ki, məni əraziyə aparsın.
İstədim, bıçağı soxam böyrəyinə ki, dilini dinc saxla.
Sonra avtomatla getdim əraziyə.
Maşınla harasa gedirdik, Azər hara getdiyimizi demədi.
“Sədərək” yolunda bizi saxladılar, apardılar şöbəyə.
Daha sonra dövlət ittihamçısı təqsirləndirilən S.Şirinova suallar ünvanlayıb.
Dövlət ittihamçısı silahı kimdən aldığını və evin ünvanını kimdən öyrəndiyini soruşub.
“Evin yerini Elşad mənə demişdi.
Hadisədən sonra da Azərə təhvil verdim.
Daraq tam dolu idi.Üç-dörd dəfə evinin yanına getmişdim.
Onun tək olmağını müşahidə edirdim.
Hadisədən sonra soyuqqanlı şəkildə çıxıb getdim”, - S.Şirinov deyib.
Daha sonra hakim təqsirləndirilən S.Şirinovun Azər Səricanovdan pul alıb-almadığını soruşub.
“Azər dedi, sənə şirinlik verəcəyəm.
Səbuhi Şirinovdan sonra digər təqsirləndirilən Elşad Əsgərov ifadə verib.
O, ifadəsi zamanı bıçağın sümüyə dirəndiyi üçün etdiyini deyib:""“Ömürboyu davakar olmamışam.
Heç kimə fikirlərinə görə qarşı olmamışam.
Bu insanın təhqirləri bir deyil, iki deyildi.
Mən bilirdim ki, həmin şəxs deputatdır.
İttihamda İranda səkkiz dəfə olmağım qeyd edilib.
Onda da səhər gedib, axşam qayıtmışam.
Ona qalsa, Rusiyaya da beş dəfə getmişəm.
Ancaq Rusiyaya getməyimi soruşan olmayıb.
Bu işə görə mənə nə vəd verilmişdi, nə də pul verilmişdi”.
Daha sonra hakim Elnur Nuriyev təqsirləndirilən E.Əsgərovun istintaqa verdiyi ifadəni elan edib.
“Səbuhi ilə məclislərin birində tanış oldum.
Məclisdən çıxanda məndən xahiş etdi ki, onu evə aparım.
Mənə Fazil Mustafanı vurmaq istədiyini dedi.
Mən də dedim ki, onun evini tanıyıram.
Evə gələndən sonra düşündüm ki, həqiqətən, bunu etməkdə ciddidir, ya yox.
Bir dəfə Səbuhi mənə zəng etdi.
Onlara gedəndə evdə ondan başqa heç kim yox idi.
Evin qonaq otağında mənə silahı göstərdi.
Bir neçə dəfə Səbuhini əraziyə aparmışam.
Bir gün Səbuhi mənə zəng etdi, iftardan sonra Fazil Mustafanın evinin yanına gedəcəyini dedi.
İftardan sonra Səbuhi ilə əraziyə getdik.
Mən onu düşürüb, başqa ərazidə gözləməyə getdim.
Onu gözləyəcəyim yerdə maşının arxa oturacağında uzanıb gözləyirdim.
Yolda olanda dedi ki, Fazil Mustafanı vurdum.
Səbuhi Fazil Mustafaya doqquz dəfə atəş açdığını dedi.
Səbuhi dedi ki, zikr elə, sakitləş.
Hadisədən üç gün sonra yenə Səbuhi məni onlara çağırdı.
Hər ikimiz hadisədən sevinirdik”.
Daha sonra iş üzrə sonuncu təqsirləndirilən şəxs Emin Əliyarov ifadə verib.
O hadisədən xəbərsiz olduğunu, sadəcə, Azər Səricanovun ona silah verdiyi üçün tutulduğunu deyib:""“Azəri 20 ildir, tanıyıram.
Hadisədən iki gün sonra Azər bizə gəlmişdi.
Gətirdiyi şeyin nə olduğunu demədi.
O gedəndən sonra açdım, baxdım ki, silahdır.
Əgər idman çantasında gətirsəydi, heç açıb baxmazdım.
Polis də gələndə deyərdim, heç nə yoxdur.
İttihamda deyilir ki, qabaqcadan əlbir olmuşam.
Mənim hadisədən ümumiyyətlə xəbərim olmayıb.
Silahın da o işdə istifadə edildiyindən xəbərim olmayıb”.
Prokuror E.Əliyarova hadisədən necə xəbər tutduğunu soruşub.
“Azəri, dediyim kimi, 20 ildir, tanıyıram.
Silahı gətirəndə Azər dedi, Fazilin işini biz eləmişik.
Fazilə qarşı mənim də etirazım vardı.
Ancaq onu vurmaq və ya qorxutmaq barədə düşünməmişəm”.
Növbəti məhkəmə iclası martın 15-nə təyin edilib.
Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fəraim Sərkərov çağırılıb.
Hakim bildirib ki, bu cinayət işi üzrə Fəraim Sərkərov təqsirləndirilən şəxs qismində cəlb edilib və onun işi ayrıca icraata verilib.
Qeyd olunub ki, bu səbəbdən onun dindirilməsi şahid kimi yox təqsirləndirilən şəxs kimi alınmalıdır.
Fəraim Sərkərov qeyd edib ki, 2010-cu ildən Müdafiə Nazirliyində zabit kimi çalışmağa başlayıb:""“3-cü ordu korpusunda, Zirədə yerləşən Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində maliyyə xidməti rəisinin köməkçisi kimi işləmişəm.
2018-ci ildən 2022-ci ilin fevralına qədər Müdafiə Nazirliyinin Ağcabədidə yerləşən “N” saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışmışam.
2022-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatda saxlanılmışam.
8 ay ərzində dövlətə vurduğum ziyanı tam ödəmişəm.
Bu səbəbdən barəmdə başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilməklə azadlığa buraxılmışam”.
Prokurorun suallarını cavablandıran Fəraim Sərkərov deyib ki, işlədiyi dövrdə maliyyə pozuntularına yol verib:""“Əlavə sifarişlər yazırdıq, həmin məbləğin 30 faizini təftişə, 20 faizini də maliyyələşməyə vermişəm.
İşlədiyim dövrdə ümumilikdə 594 min manat ziyan vurulub, həmin məbləğdən də 208 min 94 manat mənə çatıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, işlədiyi dövrdə rəisləri Cəlal Kazımov və Rasim İbrahimov olub:""“Bütün pulları onların vasitəsilə təftişə vermişəm.