Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Görüş zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalı, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.
|
Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
|
Həmçinin, Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri İqli Hasani ilə də görüşüb.
|
Nazirlər Azərbaycanla Albaniya arasında mövcud münasibətlər, eləcə də yeni sahələri ehtiva etməklə gələcək əməkdaşlıq planları barədə fikir mübadiləsi aparıblar.
|
11:45"Üçüncü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
|
Qeyd olunub ki, Ceyhun Bayramov Azərbaycanın AQEM-i vahid norma və prinsiplər toplusuna əsaslanan unikal dialoq və əməkdaşlıq platforması kimi qiymətləndirdiyini vurğulayıb.
|
AQEM prosesinin qurucu üzvlərindən biri kimi Azərbaycanın qarşılıqlı faydalı iqtisadi və sosial əməkdaşlığın inkişafı və müvafiq etimad quruculuğu tədbirləri çərçivəsində birgə təşəbbüs və layihələrin həyata keçirilməsinin, regional və beynəlxalq nəqliyyat və tranzit əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
|
Görüşdə tərəflər bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində AQEM tədbirinin keçirilməsi və ətraf mühit sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
|
11:23"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Qeyd olunub ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.
|
Ceyhun Bayramov iki ölkə arasında intensiv xarakter daşıyan səfərlər və görüşlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib.
|
Xüsusilə, Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis olunmasından sonra artan təmasların məmnunluq doğurduğu, o cümlədən siyasi, mədəni, humanitar və s.sahələr üzrə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində vacib rol oynadığı qeyd edilib.
|
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.
|
Qarşı tərəf, eyni zamanda, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin son durumu barədə məlumatlandırılıb.
|
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
11:11"Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verib.
|
Bildirilib ki, görüş zamanı Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.
|
Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.
|
Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.
|
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
Within @AntalyaDF met with @HelgaSchmid_SG.
|
Underscored that Armenia needs to refrain from making inflammatory remarks and statements to avoid further damaging the Azerbaijan-Armenia peace and normalization process.
|
We also talked about regional and international developments.
|
Rusiyaya məxsus pilotsuz təyyarə Ukraynanın Odessa şəhərində çoxmərtəbəli yaşayış binasına çırpılıb.
|
Hadisə nəticəsində iki nəfər həlak olub.
|
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi xəbər yayıb.
|
Məlumata görə, biri uşaq olmaqla daha yeddi nəfər yaralanıb.
|
Xilasetmə əməliyyatı davam edir, dağıntılar altında 10-a yaxın insanın qala biləcəyi vurğulanıb.
|
“Axtarışlara kinoloqlar cəlb olunublar”, - deyə DİN-dən bildirilib.
|
“Reallıq ondan ibarətdir ki, bu gün repetitorluq bizim həyatımıza çox yansıyıb.
|
Müəllimlər istənilən halda repetitorluqla məşğul olurlar”.
|
Bu barədə bizim.media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov müəllimin öz dərs dediyi şagirdlə əlavə olaraq ödəniş müqabilində məşğul olmasını qeyri-etik hal kimi qiymətləndirib:""“Amma müqayisə aparaq, bir müəllim dərs dediyi uşaqlara bunun qeyri-etik olduğunu deyib, onlara başqa müəllimin yanına getmələrini tövsiyə edir.
|
O, digər müəllimin dərs dediyi uşaqların bunun yanına gəlməli olduğunu bildirir.
|
Bu gün cəmiyyət, təbii ki, buna hazır deyil.
|
İnsanlar deyəcək ki, əgər müəllimin dərs dediyi uşaq öz yanına getmirsə, mənim uşağım niyə onun yanına hazırlığa getsin?
|
Cəmiyyət artıq özü bu kimi məsələləri tənzimləyir”.
|
Ekspert hesab edir ki, bu məsələ yaxın gələcək üçün həlledilməz olaraq qalacaq:""“Bu məsələ bir neçə ilə aradan qaldırıla bilməyəcək, mümkün deyil.
|
Aradan qaldırmaq üçün beyinləri dəyişmək lazımdır.
|
Hətta bir neçə on illiyə də bunu dəyişə bilməyəcəyik.
|
Reallıq ondan ibarətdir ki, bu gün repetitorluq bizim həyatımıza kifayət qədər yansıyıb.
|
Müəllimlər istənilən halda repetitorluqla məşğul olurlar.
|
Bir çoxları da müəllim peşəsinə repetitorluğa görə gəlirlər.
|
Cəmiyyət elə bir baxışdadır ki, öz dərs dediyi uşaqla əlavə məşğul olmayan, repetitorluq etməyən müəllimə ciddi müəllim kimi baxmır.
|
Fikirləşirlər ki, yaxşı müəllim olsa, öz dərs dediyi uşaqlar onun yanına gedər.
|
Fikir doğru olsa da bunu indiki halda aradan qaldırmaq qeyri-mümkündür.
|
Bunun üçün cəmiyyətin baxışı dəyişməlidir”.
|
Qeyd edək ki, Fevral ayının 29-da mətbuat nümayəndələri üçün brifinq keçirən Elm və Təhsil naziri Emin Əmrullayev repetitorluq məsələsinə də toxunub.
|
O bildirib ki, müəllim öz sinfində olan, özünün dərs dediyi şagirdlə pulla əlavə məşğul olmamalıdır.
|
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino futbolda kobud qayda pozuntularına görə yeni cəza üsuluna qarşı çıxıb.
|
Bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
|
“FIFA qəti şəkildə mavi vərəqələrə qarşıdır.
|
Əsla olmaz”, - deyə İnfantino bildirib.
|
Xatırladaq ki, yaxın gələcəkdə mavi vərəqə şəklində yeni intizam tənbehi növünün tətbiq oluna biləcəyi barədə məlumatlar yayılıb.
|
Bu kart oyunçulara qəsdən qayda pozuntusuna və ya matç rəsmisi ilə fikir ayrılığına görə göstərilə bilər.
|
Bundan sonra oyunçuları 10 dəqiqə meydandan kənarlaşdırmaq nəzərdə tutulur.
|
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
|
Bu barədə Penitensiar Xidmət məlumat yayıb.
|
Bildirilib ki, məhkum Mirzə Zahid oğlu Mirzəyevə tanışı Ramin Akif oğlu Məmmədov tərəfindən gətirilmiş sovqatdakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə 4,116 qram heroin aşkar olunub.
|
Faktla bağlı araşdırma aparılır.
|
Bakıda vətəndaşdan silah-sursat aşkar edilərək götürülüb.
|
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat verib.
|
Bildirilib ki, qurumun əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Niyaməddin Həsənova məxsus bir ədəd “RQ-42” markalı əl qumbarası, bir ədəd UZRQM partladıcısı, bir ədəd MPT markalı avtomatik tüfəng, 5,45 mm çaplı səkkiz ədəd avtomat patronu və 36 kalibrli bir ədəd tüfəng patronu Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
|
Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
|
Faktla bağlı araşdırma aparılır.
|
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadəyə hökm oxunub.
|
Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.
|
Qeyd edək ki, hadisə 2023-cü ilin mayında baş verib.
|
Baş verənlərlə bağlı məlumat verən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiya Şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib:""“N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib.
|
N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb”.
|
R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
|
İdmançı bir müddət əvvəl ev dustaqlığına buraxılıb.
|
N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub.
|
N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, beş medalla təltif olunub.
|
R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.
|
Paytaxt ərazisində yerləşən rabitə quyularından birindən 3 200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.
|
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
|
Bildirilib ki, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.
|
Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
|
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
|
Qobustandakı qətllə bağlı cinayət işi açılıb.
|
Qobustan Rayon Prokurorluğundan Oxu.Az-a verilən xəbərə görə, martın 2-də rayon ərazisində 1982-ci il təvəllüdlü Günel Sadıqovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
|
Araşdırma zamanı 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
|
Saxlanılan Mürsəl Cabbarova polis müşayiəti altında xəstəxanada tibbi yardım göstərilir.
|
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
|
12:23"Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib.
|
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
|
Bildirilib ki, martın 2-də saat 11:30-da Qobustan rayonunda 1982-ci il təvəllüdlü Günel Tahir qızı Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
|
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü G.Sadıqovanın həyat yoldaşı Mürsəl Əlislam oğlu Cabbarov hadisədən sonra özünə xəsarət yetirib.
|
Faktla bağlı araşdırma aparılır.
|
Dünyanın ən tanınmış interyer dizaynerlərindən biri və moda ikonu Ayris Apfel 102 yaşında vəfat edib.
|
Bu barədə onun nümayəndəsi Styu Loeser bildirib.
|
Onun sözlərinə görə, Apfel Florida ştatının Palm-Biç şəhərindəki evində dünyasını dəyişib.
|
Qeyd edək ki, Ayrisin sahibi olduğu “Old World Weavers” tekstil şirkətinin Ağ Evlə, o cümlədən ABŞ-nin doqquz prezidenti ilə - Harri Trumen, Devid Eyzenhauer, Con Kennedi, Lindon Conson, Riçard Nikson, Cerald Ford, Cimmi Karter, Ronald Reyqan və Bill Klintonla müqavilələri olub.
|
Modelyer, həmçinin, ekstravaqant geyim tərzi ilə tanınıb.
|
Qarderobunun əsasını iri dəyirmi eynəklər, iri muncuqlar, parlaq parçalar təşkil edən modelyer baxılmaq üçün deyil, özü üçün geyindiyini deyirdi:""“Başqalarına bənzəmədikdə başqaları kimi düşünməyə də ehtiyac yoxdur”, - deyə o vurğulayıb.
|
Qeyd edək ki, Ayris 97 yaşında moda agentliyi ilə müqavilə bağlayan azsaylı müasir modellərdən biri olub.
|
Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır.
|