Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Çünki o adamların yaxınları da özlərində həmin şəxslərin sənəd, foto, kitab, cib dəftərçəsini saxlamağa qorxurdular.
|
Həm də həbs vaxtı hamısı evlərindən maddi sübut kimi götürülür, sonra da yandırılırdı.
|
Bundan başqa, kollektiv fotolarda həbs edilənlər varsa, fotoda onların üzünü qaraldır və ya ümumiyyətlə kəsib çıxarırdılar.
|
Buna görə həmin dövrə aid fotolar, sənədlər, məlumatlar olduqca azdır.
|
Muzeydən çıxırıq, səmaya baxıb dərindən nəfəs alırıq.
|
Dilimizdə Əhməd Cavadın “Üç rəngli bayrağınla məsud yaşa!” misraları...
|
Xaricdən həm ət idxalımız, həm də ixracımız əvvəlki illərlə müqayisədə xeyli artıb.
|
Xaricə daha çox at əti satıb, ölkəyə isə daha çox ətlik heyvanlar idxal edirik.
|
Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub.
|
Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63,8 faiz və ya 1 718 ton, dəyəri isə 75 faiz və ya 3 milyon 660 min dollar artıb.
|
Həmçinin cari ilin yanvarında Azərbaycan 32,66 min ABŞ dolları dəyərində diri heyvan ixrac edib.
|
Bu isə dəyər ifadəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz daha çox deməkdir.
|
Yanvarda ölkəmizə 3 634,65 min ABŞ dolları dəyərində diri heyvan idxal edilib.
|
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 43,9 faiz artım deməkdir.
|
Ölkəmizə ət idxal olunması normaldır.
|
Ölkəmizdə ətin qiymətinin bahalaşması fonunda digər ölkələrə ət və diri heyvan ixracı nə dərəcədə doğrudur?
|
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
|
Ətlik heyvanları ixrac etmirik"Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, xarici ölkələrə ixrac etdiyimiz diri heyvanlar istifadəyə yararsızdır:“Ölkəmizdə təsərrüfatlardan çıxdaş olunmuş yük atları mövcuddur.
|
Çıxdaş olunduqdan sonra sahibkarlar onları Orta Asiya respublikalarına ət məhsulu olaraq ixrac edirlər.
|
Statistikada qeyd olunan diri heyvanlar dedikdə həmin yük atları nəzərdə tutulur.
|
Yəni bizim istifadə etdiyimiz ətlik heyvanlar öz istifadəmiz üçündür.
|
Amma ölkəmizə müxtəlif növ ətlik heyvanlar idxal edilib”.
|
Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, həqiqətən də ölkəmizə müxtəlif növ iri və xırdabuynuzlu heyvanlar idxal edilsə də, ixrac olunmayıb:“Safqanlı cins diri iribuynuzlu ev heyvanları, düyələr, inəklər 5653 ədəd, digər diri iribuynuzlu heyvanlar 86 520 ədəd, diri qoyunlar 320 543 ədəd, iribuynuzlu heyvan əti, təzə sümükdən ayrılmamış 920 ton, sümükdən ayrılmış 12 ton, cəmdəklər və şaqqalar 46 ton, dondurulmuş və sümükdən ayrılmamış 1137 ton, sümükdən ayrılmış yarımşaqqalar 6022 ton, donuz əti və dondurulmuş digər hissələri 1276 ton idxal edilib.
|
Diri atlar 2793 ədəd, təzə və dondurulmuş ət 14 ton ixrac edilib”.
|
Müxtəlif məqsədlərlə ixrac edilməsi mümkündür"İqtisadçı Pərviz Heydərovun fikrincə, ət ixracımız ərəb ölkələrinə və Rusiyaya da ola bilər:“Kənara ət, xammal satmırıq.
|
Yalnız diri çəkidə heyvan satışı həyata keçiririk.
|
Diri çəkidə ölkəmizdən xaricə heyvan ixracı ərəb ölkələrinə və Rusiya istiqamətində ola bilər.
|
Ərəb ölkələrində səhralıq, qumluq sahələr çoxluq təşkil etdiyi üçün digər ölkələrdən örüş sahələrini icarəyə götürürlər.
|
Qoyun, mal-qara ehtiyaclarını ödəyə bilirlər.
|
Ərəb ölkələri Yeni Zelandiya kimi ölkələrdən örüş sahələri icarəyə götürürlər.
|
Oraya öz heyvanlarını göndərirlər, onlara qulluq olunur, sayı artırılır.
|
Beləliklə, ölkənin ətə olan ehtiyacını da ödəmiş olurlar”.
|
Örüş sahələri azalıb, yem bahalaşıb "Ekspert bildirdi ki, hazırda öz tələbatımızı da ödəməkdə çətinlik çəkirik:“Azərbaycanın heyvandarlıq sahəsində vəziyyəti bir neçə il bundan öncə ilə müqayisədə mənfiyə doğru dəyişib.
|
Örüş sahələri azalıb, yem bahalaşıb.
|
Artıq fərdi şəkildə heyvanların saxlanılması, heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq tamamilə aradan qalxmaq üzrədir.
|
Fermer təsərrüfatlarında da vəziyyət qeyri-qənaətbəxşdir.
|
Ümumiyyətlə, hazırda ölkədə heyvandarlıqla məşğul olmaq rentabelli və səmərəli deyil.
|
Bu da özünü ölkəyə ət idxalının artması ilə büruzə verir.
|
Halbuki bir neçə il öncə biz bu sahədə tələbatımızı 90-95 faiz həcmində ödəyə bilirdik.
|
Bununla əlaqədar həyəcan təbili çalmaq lazımdır”.
|
Bu ətlər keyfiyyətsizdir"P.Heydərov qeyd etdi ki, yaxın zamanda ət istehsalı sahəsində də xarici ölkələrdən asılı vəziyyətə düşə bilərik:“Bir ara pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişafı ilə bağlı müəyyən genişmiqyaslı tədbirlər həyata keçirildi.
|
Bunlar da örüş sahələrinin azalmasına gətirib çıxarıb ki, heyvandarlığı ciddi zərbə altında qoyur.
|
İndi də bunun acı nəticələrini hiss edirik.
|
Çünki yerli tələbatı ödəyə bilmirik.
|
Kənardan gətirilən ət məhsulları maya dəyəri və qiymət baxımından ucuzdur.
|
Çünki bu ətlər keyfiyyətsizdir.
|
Odur ki, bütün bu məqamlara diqqət artırılmalıdır”.
|
“Finlandiya çəkindirici nüvə silahına sahib olmalıdır”.
|
Bunu Finlandiyanın yeni seçilmiş prezidenti Aleksandr Stubb vəzifədə ilk çıxışı zamanı bildirib.
|
Onun sözlərinə görə, alyansdakı üzvlüyə görə NATO əsasən üç növ çəkindirici vasitə təqdim edir:birinci çəkindirici qüvvə - hərbçilər, ikincisi raketlər, yaxud döyüş sursatları, üçüncüsü isə ABŞ-nin təmin etdiyi nüvə.
|
Prezident həmçinin bildirib ki, o, Rusiya ilə gərginlik fonunda təhlükəsizliyini qorumaq üçün sərt qərarlar verməyə hazırdır.
|
Xatırladaq ki, Finlandiyanın yeni prezidenti Aleksandr Stubb martın 1-i cümə günü vəzifəsinin icrasına başlayıb.
|
Stubb iki altı illik müddətdən sonra istefa verən keçmiş prezident Sauli Niinistyonun yerinə gəlib.
|
Stubb NATO və Aİ dəyərlərinin güclü tərəfdarıdır.
|
O, dəfələrlə Rusiya əleyhinə çıxışlar edib və bəyan edib ki, Helsinki Ukrayna ilə müharibə bitənə qədər Moskva ilə münasibətləri bərpa etməyəcək.
|
O, həmçinin deyib ki, sülhə gedən yol ancaq döyüş meydanından keçə bilər.
|
Yeri gəlmişkən, qeyd edək ki, ötən ay Finlandiyanın Baş naziri Petteri Orpo Helsinkinin öz ərazisində ABŞ-nin nüvə silahını yerləşdirməyi planlaşdırmadığını demişdi.
|
“Nüvə silahları alyansın bir neçə ölkəsində yerləşdirilib və bu kifayətdir”, - deyə hökumət başçısı vurğulamışdı.
|
Göygöldə silah-sursat aşkarlanıb.
|
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
|
Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli, Borsunlu, Köşkülü və Mollacəlilli kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
|
Qeyd edilən ərazilərdən 688 ədəd müxtəlifçaplı avtomat patronları, daraqlar və “Revolver” tipli tapança aşkar edilərək götürülüb.
|
Bundan başqa, polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Şəhriyar kənd sakini bir ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib.
|
Ötən gün, sosial şəbəkədə, 11 yaşlı qızın doqquz gündür ki, komada olması ilə bağlı məlumat yayılıb.
|
Oxu.Az xəbər verir ki, yayılan məlumatda uşağın atası iddia edir ki, qızına anesteziya edilməməsini tapşırdığı halda, stomatoloq öz qərarı ilə bunu etməyi lazım bilib, anestezioloqun məsuliyyətsizliyi səbəbindən, uşağın beynində oksigen çatışmazlığı yaranıb və o, komaya düşüb.
|
Baş vermiş hadisə ilə bağlı Bakı Sağlamlıq Mərkəzində stomatoloq kimi çalışan Bəhruz Rüstəmov açıqlama yayıb.
|
Açıqlamanı təqdim edirik:"""“15.02.2024 tarixində mənim nömrəmə Şahnaz xanım tərəfindən qızı 11 yaşlı Xədicə Zamin qızı Babazadənin müalicəsi ilə bağlı müraciət olundu.
|
Mən isə bildirdim ki, qeydiyyatla bağlı köməkçimlə əlaqə saxlasınlar.
|
Köməkçim adıçəkilən 11 yaşlı Xədicəni 21.02.2024 tarixinə qəbuluma yazdı.
|
Öncədən Xədicənin valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloqa da vaxt bildirilmişdi və o da dəvət olunmuşdu.
|
Həmin tarixdə hər iki valideyni uşağı ortopantomogram rentgeni ilə birlikdə işlədiyim klinikaya gətirdi.
|
Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli proseduralar haqqında məlumat verdim (21-ci dişin endodontik müalicəsi, 46-cı dişin restavrasiyası, 36-cı dişin endodontik müalicəsi).
|
Sonra anestezioloqlar uşağın valideynləri ilə müvafiq danışıq, müayinə və razılaşmadan sonra valideynlərin prosedur otağından çıxmalarını xahiş etdilər.
|
Anestezioloqla söhbət əsnasında o da məlum oldu ki, 11 yaşlı Xədicə psixiatr yanında mütəmadi müalicədədir.
|
Ümumi intubasion anesteziyaya başladılar, tam monitorizasiya etdilər və mənim işə başlamağıma icazə verdilər.
|
Mən də 30 dəqiqə ərzində bir neçə iş gördüm:""1.
|
21-ci dişin endodontik müalicəsi.
|
Onu da qeyd etmək istəyirəm ki, pasiyent ümumi intubasion anesteziyada olduğuna görə yerli anesteziyaya ehtiyac yox idi və olunmadı.
|
İlk gördüyüm iş 46-cı dişin restavrasiyası idi.Müalicə təxminən 15 dəqiqə çəkdi.
|
Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım.
|
Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum.
|
Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi.
|
Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirdikdən sonra digər anestezioloq-reanimatoloqları prosedur otağına təcili çağırdı.
|
Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim.
|
Anestezioloq-reanimatoloqlar isə xəstənin intensiv müalicəsini davam etdirmək üçün işlədiyimiz klinikanın reanimasiya şöbəsinə yerləşdirildi.
|
Xədicə balanın əzizlərini tam anlayıram və hadisə olan gündən vəziyyəti daim diqqətimdə olub.
|
Hazırda xəstənin müalicəsi ilə məşğul olan həkimlərlə daim təmasdayam, vəziyyəti barədə mütəmadi məlumat alıram.
|
Məsələnin tibbi və hüquqi tərəflərini bir kənara qoyaraq, Xədicə balamızın tez bir zamanda sağalmasını arzulayıram”.
|
Qeyd edək ki, bu gün on gündür ki, Xədicə komadadır.
|
Həkimlər onun vəziyyətinin kritik olduğunu, ayılsa belə, ömürlük yatağa bağlı qalacağını bildiriblər.
|
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradıb.
|
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
|
Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün VAZ-2106 markalı, 90-TK-116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
|
Görülən tədbirlərlə yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Rəşad Fuad oğlu Əsgərov saxlanılıb.
|
Sənədləri yoxlanılan zaman R.Əsgərovun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.
|
Müayinə zamanı R.Əsgərovun narkotik vasitə qəbul etməsi də aşkarlanıb.
|
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
|
Məhkəmənin qərarı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib.
|
Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, martın 1-i saat 23 radələrində Ağsu rayonunun Şahbəyli kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Vüsal Güloğlan oğlu Məlikovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
|