Search is not available for this dataset
text
stringlengths
10
518k
Göründüyü kimi, artıq Parisin diktəsi ilə erməni dövləti Kremlin hərbi-texniki əməkdaşlıq orbitindən çıxmaq üzrədir.
Bu sıraya son günlər erməni hökumətinin KTMT-dən çıxmaqla bağlı səsləndirdiyi fikri və Rusiya Federasiyası sərhədçilərinə qarşı atılan addımları da əlavə etmək lazımdır.
Maraqlıdır ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada keçirilən diplomatik forum çərçivəsindəki panel müzakirələri zamanı:“Bir ildən artıqdır ki, respublikada fəaliyyət göstərən Aİ-nin Ermənistandakı müşahidə missiyası Bakı ilə İrəvan arasında sülh sazişi imzalananda ölkəni tərk edə biləcək”, - fikrini səsləndirib.
Bu fikrə əsasən isə tam əminliklə demək mümkündür ki, Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinədir və müşahidə missiyasını genişləndirmək üçün planlar qurur.
Bununla yanaşı, erməni diplomat Ararat Mirzoyan da Toivo Klaarla görüşdə regiondakı son hadisələrin müzakirəsi zamanı maraqlı fikir səsləndirib.
Ermənistanın xarici işlər naziri Qranada və Praqa görüşlərində əldə edilən prinsiplərə sadiqliyini bir daha vurğulayıb.
Göründüyü kimi, erməni nazir Rusiya-Azərbaycan-Ermənistan arasındakı üçtərəfli görüşlərdə əldə edilən razılaşmalar barədə susqunluğunu nümayiş etdirir.
Bu isə bir daha sübut edir ki, erməni siyasi elitası da ağalarının təlqinlərinə boyun əyərək, sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər və Qərbin çaldığı havanı oynamağı daha üstün tuturlar.
1 mart tarixində erməni hökumətinin iclasında baş nazir tərəfindən bildirilib ki, rəsmi İrəvan Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazırdır.
Bu açıqlama isə medalyonun arxa üzünü oxumağa əsas verir.
Görünür, Paris görüşündə Nikol Paşinyana sülhü baltalamaq qarşısında Aİ-yə üzvlük üçün namizədliyə baş vurmağa icazə verilib.
Qərbə inteqrasiya və Rusiya boyunduruğundan çıxmaq üçün erməni siyasətçi buna sidq-ürəkdən razılıq verib.
Eyni zamanda, Aİ-nin tələbi ilə müşahidə missiyasının fəaliyyətini genişləndirmək üçün erməni dövlətinin tam sürətlə hərəkətə keçdiyi də gün kimi aydındır.
Hadisələrin gedişatı göstərir ki, İrəvanla Bakı arasında sülh danışıqlarını məhz Avropa İttifaqı baltalayır.
Bu dövlətə Cənubi Qafqazda sülh və sabitlik yox, müşahidəçi missiyası adı altında Rusiya və İranla bağlı kəşfiyyat materialları toplamaq daha uyğundur.
Yaxın günlərdə isə Ermənistanda Aİ müşahidə missiyasının genişlənəcəyini görmək təəccüblü sayılmayacaq.
Amma istər Aİ-nin siyasi kulisləri, istər Yelisey sarayı, istərsə də rəsmi İrəvanın unutduğu bir məqam var.
Bu, Azərbaycan hökumətinin xarici siyasəti və atdığı addımlardır.
Uzun illər Bakı və İrəvana boş səfər edən ATƏT-in keçmiş Minsk qrupu tarixin zibilliyinə atıldığı kimi, Aİ müşahidə missiyasının da suyu süzülə-süzülə geri qayıdacağı gün elə də uzaq deyil.
Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hökumətə təqdim edilib.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov AMEA Rəyasət Heyəti və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən ibarət komissiya yaradılıb.
Abşeron rayonunun Xırdalan şəhəri və Qobu qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.
Bakının Yasamal rayonunda yataqxanada yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, doqquzmərtəbəli yataqxana binasının 7-ci mərtəbəsində ümumi sahəsi 24 kv.m olan birotaqlı mənzildə bir ədəd yataq dəsti və ev əşyaları 16 kv.m sahədə yanıb.
Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.
“İrəvan Avropa İttifaqı üzvlüyünə namizədlik üçün yaxın günlərdə ərizə verəcək”.
Ermənistan mətbuatının məlumatına görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bəyan edib.
Bildirilir ki, o, hakim “Vətəndaş sazişi” partiyası üzvlərinə artıq qərar qəbul etdiyini və maksimum bir ay ərzində bu addımın atılacağını deyib.
Paşinyan qeyd edib ki, Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur, Qərb isə təhlükəsizlik zəmanəti verə bilər.
“Türk dünyasında həmrəyliyin güclənməsi bəzi dairələri ciddi narahat edir”.
Forumun önəmindən bəhs edən Z.Sırakaya YAP nümayəndə heyətinin səfərinin və Forumda yüksək səviyyədə iştirakının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyib.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkisində YAP sədri İlham Əliyevin möhtəşəm qələbə qazanması münasibətilə təbriklərini çatdıran Z.Sırakaya bu qalibiyyətin Azərbaycan dövlətinin və regionun, eləcə də türk dünyasının gələcək taleyi baxımından böyük önəmə malik olduğunu qeyd edib.
İki ölkə arasında əlaqələrin ən yüksək zirvədə olduğunu diqqətə çatdıran Z.Sırakaya:“Hər zaman iftixarla qeyd edirik ki, Azərbaycan ilə Türkiyə daim bir-birinin yanındadır.
Bu birlik xalqlarımızın qürur mənbəyi, dövlətlərimizin isə milli gücüdür”, - deyə vurğulayıb.
Öz ərazi bütovlüyünü və suverenliyini bərpa edən Azərbaycanın regionda və müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini qeyd edən Zafer Sırakaya ölkəmizə qarşı bəzi qərəzli dairələrin, o cümlədən AŞPA-nın qeyri-obyektiv mövqeyinin qəbuledilməz olduğunu söyləyib.
O, Azərbaycan-Türkiyə birliyinin türk dünyasında rifah və tərəqqiyə xidmət etdiyini, sinxron fəaliyyətin Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsinə hədəfləndiyini qeyd edib.
İki hakim partiya arasındakı əlaqələrin Azərbaycan-Türkiyə münasibətlərinin çox önəmli tərkib hissəsi olduğunu nəzərə çatdıran Zafer Sırakaya:“Partiyamız YAP ilə iş birliyinə böyük əhəmiyyət verir.
Qarşılıqlı səfərlərimiz isə ikitərəfli münasibətlərimizin inkişafı baxımından olduqca vacibdir”, - deyə bildirib.
Z.Sırakaya 2023-cü ilin dekabr ayında təmsil etdiyi partiyanın nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb.
O bildirib ki, hər iki partiya ortaq hədəflərin reallaşdırılması üçün ardıcıl fəaliyyət göstərirlər və qarşıda duran bütün məqsədləri gerçəkləşdirmək əzmindədirlər.
Səmimi təbrikə və yüksək diqqətə görə təşəkkürünü bildirən Tahir Budaqov “bir millət, iki dövlət” prinsipinə və dostluğa, qardaşlığa, strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin əsrlərin sınağından şərəflə çıxdığını və dünyada nümunəvi xarakter daşıdığını vurğulayıb.
O, dövlət başçısı İlham Əliyevin Zəfər seçkisindən sonra ilk rəsmi səfərini məhz Türkiyə Respublikasına gerçəkləşdirməsinin bu reallığın daha bir bariz nümunəsi olduğunu bildirib.
YAP sədrinin müavini Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin, Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsləri nəticəsində türk dünyasında həmrəyliyin güclənməsinin bəzi dairələri ciddi narahat etdiyini, ölkələrimizə qarşı ədalətsiz və qərəzli mövqe sərgiləndiyini bildirib.
O belə cəhdlərin istər Azərbaycanın, istərsə də Türkiyənin müstəqil və prinsipial siyasətinə təsir göstərə bilməyəcəyini vurğulayaraq iki qardaş ölkənin öz inkişaf yolunda inamla irəlilədiklərini qeyd edib.
T.Budaqov söyləyib ki, Azərbaycan-Türkiyə birliyinin güclənməsində iqtidar partiyaları arasında münasibətlərin mühüm rolu var.
2021-ci il iyunun 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin uğurla icra olunduğunu diqqətə çatdıran YAP sədrinin müavini qarşılıqlı səfərlərin həyata keçirilməsinin bu prosesə töhfə verdiyini söyləyib.
T.Budaqov Antalya Diplomatiya Forumunun mötəbər beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olduğunu vurğulayaraq Forumun bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Masallı rayonu, Boradigah qəsəbə sakini Taleh Ağayev 40 ildir ki, misgərlik və qalayçılıq sənəti ilə məşğuldur.
Misgər ailəsində böyüyən Taleh kişi qeyd edir ki, keçmişdə misdən hazırlanan məişət və zinət əşyaları insanların gündəlik həyatında daha çox yer tuturdu.
“Əvvəllər gəlin köçən qızlara cehiz olaraq mis qablar verilirdi”, - deyə T.Ağayev qeyd edib.
Onun sözlərinə görə, mis qablara yenidən tələbat artır.
“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı ilə təşkil edilən Xankəndi-Bakı ultramarafonunun ikinci mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, 36 nəfərin iştirakı ilə Yevlax şəhərindən start götürən ikinci mərhələ 84 kilometr məsafəni əhatə edərək, Ucar şəhərində başa çatıb.
Finişə çatan 21 nəfər arasında Ağa Əliyev birinci, Elmir Əskərov ikinci, Artyom Əliyev üçüncü olublar.
Qadınlar arasında isə Svetlana Şepeleva (Moldova) yürüşü birinci, Leyla Abidinova (Azərbaycan) və Nataliya Vallek isə ikinci yerdə başa vurublar.
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.
Belə ki, sözügedən ünvanda yerləşən iki bitişik evdə anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin beşə yaxın yanğınsöndürən avtomobili və 30-dan artıq canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, onun qonşu evlərə keçməsinin qarşısı alınıb.
“Fransa başda olmaqla bəzi Avropa ölkələri Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesini baltalamağa çalışırlar”.
Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir, həmçinin, qeyd edib ki, Azərbaycan sülhün əldə edilməsində səmimi olduğunu göstərib.
Ermənistan isə xarici təsirə məruz qalmasa, Azərbaycanla sülh sazişini imzalamağa yaxın olacaq:""“Türkiyə normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirir.
Azərbaycanla Ermənistan arasındakı hər bir pozitiv addım Türkiyə ilə Ermənistan arasındakı prosesə də müsbət töhfə verəcək.
Bölgədə, təbii ki, Gürcüstan da önəmlidir.
Amma bu proseslər, sadəcə, bizim regionumuz üçün vacib deyil.
Orta Dəhlizin canlanması, enerji xətlərinin ötürücülük qabiliyyətinin artırılması kimi məsələlər Avropa və Asiya üçün də həyati önəm kəsb edir”.
M.Çavuşoğlu Antalya Diplomatiya Forumunun Azərbaycan və Ermənistan tərəfinin görüşləri və müzakirələri üçün də önəmli olduğunu vurğulayıb.
Bu gün beynəlxalq siyasi sistem yenidən formalaşır.
Planetin ayrı-ayrı yerlərində baş verən hadisələr, o cümlədən toqquşmalar, müharibələr və bunların nəticəsi olaraq qütbləşmənin sürətləndiyi bir vaxtda dövlətlərin xarici siyasət kursunun əhəmiyyəti daha da artır.
Çünki xarici siyasət kursu təkcə ikitərəfli və çoxtərəfli əlaqələrin formasını özündə ehtiva etmir, həm də gələcək məqsədlərdən, ambisiyalardan xəbər verir.
İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbiri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində Cənubi Qafqaz regionunda yeni reallıqlar yarandı.
Bu isə öz-özlüyündə Azərbaycanın xarici siyasətində üçün yeni çağırışlara səbəb oldu.
Bir neçə il əvvələ kimi rəsmi Bakının xarici siyasət kursu üçün əsas vəzifə ərazi bütövlüyünün təmin olunması istiqamətində diplomatik addımların atılması idisə, hazırda yeni missiyalar, çağırışlar var.
Azərbaycan Prezidenti İlham Əliyev yenidən prezident seçilməsi ilə bağlı olaraq fevralın 14-də keçirdiyi andiçmə mərasimində bu məqamlara da toxundu.
Dövlət başçısı Azərbaycanda Vətən müharibəsindəki qələbədən sonra yeni dövrün başladığını diqqətə çatdırdı.
Ölkə lideri üçüncü dünya müharibəsinin faktiki olaraq çox yaxın olduğunu söylədi.
Əlbəttə, bu, Azərbaycan xarici siyasətində də müəyyən düzəlişləri zərurətə çevirir.
Prezident İlham Əliyev çıxışında bu barədə danışaraq qeyd etmişdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərini davam etdirəcək:“Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir.
Bizim ailəmiz türk dünyasıdır”.
Prezidentin:“Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük.
Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi?
Bizim ailəmiz türk dünyasıdır”, - ifadələri Azərbaycan xarici siyasət kursunun prinsipial xarakter aldığını göstərir.
Artıq Azərbaycan təkcə qonşu ölkələrlə əlaqələri inkişaf etdirməklə, yaxud regional, lokal siyasətlə kifayətlənməyəcək.
Bundan sonra rəsmi Bakı beynəlxalq aktora çevriləcək.
Bir sıra mühüm beynəlxalq təşkilatlarda, o cümlədə Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında oynadığı rol onu deməyə əsas verir ki, bu gün Azərbaycan dünyada və regionda baş verən proseslərin əsas iştirakçısıdır.
Dünya dövlətlərinin Azərbaycana diqqəti, beynəlxalq aləmdə ölkəyə göstərilən inam və etimad dediyimiz fikirləri təsdiqləyir.
Prezident İlham Əliyev andiçmə mərasimində onu da xatırlatdı ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək:""“Ona görə bərpa olunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır.
Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək.
Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük.
Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki yoxdur.
Halbuki, Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”.
Azərbaycana investisiya ayrılması uğrunda beynəlxalq rəqabət bir daha onu deməyə əsas verir ki, dünyanın aparıcı ölkələri və təşkilatları rəsmi Bakının qlobal siyasi aktor olması ilə razılaşır və bu faktla hesablaşırlar.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə davam edən Antalya Diplomatiya Forumu çərçivəsində çıxışı zamanı deyib ki, rəsmi Bakı artıq qlobal xarici siyasət kursuna keçir:""“Azərbaycan, həmçinin, bizim Qoşulmama Hərəkatına sədrliyimizə, Azərbaycanın COP29-da sədrliyinə əsaslanaraq strateji tərəfdaşlıq və dəyişkən həndəsə əsasında daha qlobal xarici siyasətə keçir.