Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Bildiriıib ki, Orta Dəhlizin ən önəmli hissələrindən birini təşkil edən BTQ Çindən Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaradır.
|
“BTQ dəmiryol xəttinin qarşıdakı aylarda istifadəyə veriləcəyi andan etibarən bu marşrutla kifayət qədər böyük həcmdə Avropa və Çin yüklərinin gətirilməsi üzərində çalışmalar aparılır.
|
Bu yolun ölkəmizə gətirəcəyi ən böyük faydalardan biri məhz tranzit yüklərin həcminin artırılmasından ibarət olacaq”, - deyə R.Rüstəmov vurğulayıb.
|
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb.
|
Dəmir yolu xətti Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin edir.
|
Bu, təkcə üç ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur.
|
BTQ yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
|
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.
|
Keçmiş məcburi köçkün, Gəncə şəhərində yerləşən Müəllimlər İnstitutunun yataqxanasında məskunlaşan fərdi sahibkar Səfər Salmanov iddia edir ki, işğaldan azad olunan ərazilərə investisiya qoymaq istəsə də, buna imkan verilmir.
|
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, vətəndaşın iddiaları həqiqəti əks etdirmir:""“Fərdi sahibkar Səfər Vəliyəddin oğlu Salmanovun Xankəndi şəhərində sahibkarlıq fəaliyyətinə imkan verilməməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir.
|
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirləri ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət sahələrinin bərpası üçün sahibkarlar üçün 26 dekabr 2023-cü il tarixində müsabiqə elan olunmuşdu.
|
Bu barədə elan aidiyyəti dövlət qurumlarının rəsmi internet səhifələri və sosial şəbəkə hesabları, eləcə də KİV vasitəsilə ictimaiyyətə çatdırılıb.
|
Müsabiqə üçün sənədlərin yazılı şəkildə son təqdim edilmə tarixi kimi 31 yanvar 2024-cü il müəyyənləşdirildiyi halda, fərdi sahibkar Səfər Vəliyəddin oğlu Salmanov sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməyib.
|
Bununla belə, dəstək göstərmək məqsədilə 24.02.2024-cü il tarixində Xankəndi şəhərində yerləşən bir neçə iaşə obyektinə sahibkarın baxışı təmin edilib.
|
Lakin o, təklif olunan obyektlərə maraq göstərməyib.
|
Hazırda antiterror tədbirləri ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın canlandırılması, yeni iş yerlərinin yaradılması məqsədilə müsabiqəyə sənədlərini təqdim etmiş sahibkarlarla əməkdaşlıq qurulması istiqamətində işlər görülür, onların təklifləri dəyərləndirilir”.
|
“Ermənistanda nədənsə hesab edirlər ki, ən yaxın qonşularla deyil, dostlara qarşı çıxanlarla əməkdaşlıq qurmalıdırlar”.
|
Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında deyib.
|
O bəyan edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) statusu ilə bağlı qərar verməlidir.
|
“Moskva İrəvanın cavabını gözləyir”, - deyə o əlavə edib.
|
Rusiyalı nazir İrəvanın Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlməsindən təəssüfünü bildirib və bunun müttəfiqlik münasibətləri çərçivəsinə sığmadığını deyib.
|
Baku TV Beynəlxalq Cenevrə Sərgisindən reportaj hazırlayıb.
|
Videomaterialda brend avtomobillərin sərgiləndiyi pavilyondan görüntülər təqdim edilib.
|
Fevralın ortalarında Yəmən husilərinin hücumuna məruz qalan və zədələnən Britaniyaya məxsus “Rubymar” yük gəmisi əlverişsiz hava şəraiti ilə əlaqədar dünən Qırmızı dənizdə batıb.
|
Bu barədə “Rubymar” gəmisindəki vəziyyəti izləyən böhran qrupu xəbər yayıb.
|
ABŞ Hərbi Dəniz Qüvvələri zədələnən gəminin yedəyə alınaraq Səudiyyə Ərəbistanının Ciddə limanına aparılacağını güman edirdi.
|
Ancaq güclü külək bu plana mane olub - gəmi batıb.
|
Nəticədə göyərtədə olan 41 min ton gübrə dənizin dibinə çöküb.
|
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən Bolqarıstana Beliz bayrağı ilə yollanan “Rubymar” gəmisi fevralın 19-da husilərin hücumuna məruz qalmışdı.
|
Yerli medianın məlumatına görə, 1997-ci ildə inşa edilən gəminin zədələnməsindən sonra dənizdə uzunluğu 29 kilometr olan neft ləkəsi əmələ gəlib.
|
“Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində aparılan təmir-genişləndirmə işləri yekunlaşmaq üzrədir.
|
Belə ki, dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinin 95%-i uğurla yekunlaşıb.
|
Sözügedən dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və yüklərin əhəmiyyətli hissəsinin BTQ-yə cəlb edilməsidir”.
|
Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.
|
Artmaqda olan yük tələbatını qarşılamaq üçün 2023-cü ildən başlayaraq layihə çərçivəsində kompleks təmir-genişləndirmə işlərinə başlanılıb, hazırda son tamamlanma işləri görülür.
|
Sözügedən ərazidə aparılan işlərlə yaxından tanış olmaq üçün 2 mart tarixində Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları idarələrinin rəhbərləri Rövşən Rüstəmov, David Peradze və Veysi Kurtun iştirakı ilə layihəyə birgə baxış keçirilib, layihənin qrafik üzrə vaxtında tamamlanması üçün yerində müvafiq müzakirələr aparılıb.
|
Türkiyə və Gürcüstan dəmir yolları idarələrinin rəhbərləri görülən işlərin sürətindən razılıqlarını ifadə ediblər.
|
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov aparılan təmir-genişləndirmə işləri ilə bağlı bildirib ki, BTQ-nin çətin relyefə, dağlıq və meşəlik əraziyə malik Marabda-Kartsaxi sahəsində yol təsərrüfatının sağlamlaşdırılması, onun ötürücülük qabiliyyətinin artırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından əsas işlər yekunlaşıb:""“Prezident İlham Əliyevin tapşırığına əsasən, illik aşırma gücünün beş milyon tona çatdırılması üçün bu işlərə başlanıb.
|
BTQ Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevriləcək.
|
Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin həcminin artırılması artıq günün tələbidir, yeni reallıqdır.
|
ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə bu çağırışlara cavab verməyə, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır”.
|
BTQ layihəsi üzrə işlər beş hissədən ibarətdir.
|
Onlardan üçünün tamamlanması həyata keçirilib və buna dair Gürcüstan Hökuməti tərəfindən rəsmi sənəd təqdim edilib.
|
Qeyd edək ki, BTQ layihəsinin I hissəsi üzrə 29,2 km uzunluğa malik Marabda-Tetriskaro dəmir yolu xətti üzrə üç dəmiryol stansiyası, iki dartı yarımstansiyası, dörd sərnişin platforması və 38 km kontakt şəbəkə xətti üzrə bütün işlər yekunlaşıb, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması, yoldəyişən qurğuların kabelləşdirilməsi və digər genişləndirmə işləri sona çatdırılıb.
|
Bu hissə üzrə layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşıb və tamamlanmasına dair Gürcüstan Hökumətindən rəsmi sənəd əldə edilib.
|
49,7 km uzunluğuna malik II hissə - Tetriskaro-Tsalka dəmir yolu xətti üzrə üç dəmir yolu stansiyası, üç sərnişin platforması və iki dartı yarımstansiyası, 5,9 km uzunluğu olan qardan qoruma hasarları üzrə bütün işlər yekunlaşmış, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması həyata keçirilmişdir.
|
Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmış və tamamlanmasına dair rəsmi sənəd əldə edilib.
|
74,1 km uzunluğa malik III hissə - Tsalka-Axalkalaki dəmir yolu xətti üzrə dörd dəmir yolu stansiyası, üç dartı yarımstansiyası, dörd sərnişin platformasında işlər tamamlanıb, hazırda dörd qardan mühafizə qalereyasında (tuneldə) təmir işləri davam etdirilir.
|
Cari ilin mart-aprel aylarında bu hissədə nəzərdə tutulmuş işlərin tam yekunlaşdırılması gözlənilir.
|
Baş yolunun ümumi uzunluğu 27 km olan IV hissə - Axalkalaki-Kartsaxi dəmir yolu xəttinin yenidən qurulması, bir dəmir yolu stansiyası və sərnişin platformalarının təmiri və digər işlər yekunlaşdırılıb.
|
Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş işlər yekunlaşıb və tamamlanmasına dair rəsmi sənəd əldə edilib.
|
Bununla yanaşı, 110 ha sahəyə malik Axalkalaki kompleksinin tikintisi layihənin beşinci hissəsini təşkil edir.
|
Bu hissə çərçivəsində bir estakada, iki suötürücü, dörd körpü, iki yol ötürücüsü və iki yeraltı piyada keçidinin təmiri, ərazidə qardan mühafizə divarlarının tikilməsi, 17,9 km yeni kontakt şəbəkənin quraşdırılması, dartı yarımstansiyasının gücünün artırılması, 48 km stansiya daxili yolun, 3,9 km avtomobil yolunun inşası və s.işlər görülüb.
|
Eyni zamanda, kompleksin tikintisində yeni texnologiyalar tətbiq edilib, Avropa istehsalı olan müasir avadanlıqlardan istifadə olunub.
|
Hazırda avadanlıqların təchizatı, abadlıq və son tamamlama işləri həyata keçirilir.
|
Qeyd edək ki, BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 m hündürlükdə aparılır), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına maneələr törətməyib.
|
Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.
|
ADY sədri Rövşən Rüstəmov layihə üzrə hazırda görülməkdə olan işlərin statusu ilə bağlı bildirib ki, yerdə qalan işlərin aprel ayında tamamlanması istiqamətində bütün resurslar səfərbər edilib:""“Layihə üzrə işlər tam başa çatdırıldıqdan sonra Azərbaycan və Gürcüstan arasında birgə müəssisə yaradılacaq, bu müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.
|
Artıq bu istiqamətdə işlərə başlanılıb və yaxın vaxtlarda birgə müəssisənin yaradılması həyata keçiriləcək”.
|
Orta Dəhlizin ən vacib seqmentlərindən biri olan BTQ dəmir yolunun modernləşdirilməsi birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir.
|
Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində tikilmiş BTQ dəmir yolu xətti qısa müddətdə beynəlxalq nəqliyyat şəbəkəsində cəlbediciliyini artırıb, Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalarda bu yoldan istifadəyə tələbat xeyli yüksəlib.
|
“Azərbaycan və Ermənistan normallaşma əlaqələrinin əsas prinsipləri barədə razılığa gəliblər”.
|
Bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan “CNN Türk”ə müsahibəsində deyib.
|
O bildirib ki, əsas məsələlərdən biri dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır:""“Sülhə ən qısa vaxtda nail ola bilərik.
|
Ermənistan siyasi iradəyə sahibdir.
|
Heç bir xarici güc bizi dayandıra, bizə təsir edə bilməz”.
|
Diplomat əlavə edib ki, Türkiyə və Ermənistan arasında normallaşma əlaqələri İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına da təsir edə bilər.
|
Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 13-ə çatıb.
|
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
|
Bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
|
Diqqətə çatdırılıb ki, ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha üç nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 13 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə, qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalmaları, əllərinin kəndirlə bağlanmaları, o cümlədən fərdi qaydada və mənsub olduqları dinin tələblərinə uyğun olmayan formada dəfn olunmaları müəyyən edilib.
|
Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
|
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
|
Türkiyədə oğru qadınların taktikası hüquq mühafizə orqanları əməkdaşlarını şoka salıb.
|
Belə ki, onlar əvvəlcə hamilə qalırlar, sonra cinayət əməllərini həyata keçirirlər.
|
Səbəb isə yerli qanunlara görə, hamilələr və ya körpəsi olan şəxslərin həbsxanaya salınmamasıdır.
|
Bunun üstü doqquz aylıq hamilə olan 22 yaşlı E.B.-nin işi araşdırılarkən ortaya çıxıb.
|
31 cinayət qeydi olan qadın daha bir mənzilə girərək 500 min lirə dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
|
Ev sahibinin şikayətindən sonra polislər istintaqa başlayıblar.
|
Müşahidə kameralarını araşdırdıqdan sonra qarətçilərin 22 yaşlı E.B.
|
ilə yanaşı 89 cinayətdə adı hallanan 24 yaşlı E.U.
|
Məlum olur ki, qadınlar binaya yaxınlaşır və blokda hər hansı sakinin adı olan qapının zəngini basırlar.
|
Kameradan hamilə qadını görən ev sahibləri dərhal qapını açırlar.
|
Cinayətkarlar isə binaya daxil olduqdan sonra əvvəlcədən planlaşdırdıqları mənzili qarət edirlər.
|
körpəsini dünyaya gətirməyə çox az vaxt qaldığından məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
|
Onun iki uşağı olduğu və üçüncü uşağı bu ay dünyaya gətirəcəyi öyrənilib.
|
Polis sakinlərə müraciət edərək, qapıları tanımadıqları adamlara açmamağa çağırış edib.
|
Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var.
|
“28-29 fevral tarixlərində Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində sülh prosesi üzrə danışıqları davam etdirdilər.
|
Bundan əvvəl sülh danışıqları 7 ay olar ki, keçirilmirdi.
|
2023-cü ilin yay aylarında heyətlər iki dəfə görüşmüşdülər.
|
Bundan sonra ancaq sülh prosesi ilə bağlı mətn və layihələrin bir-birinə ötürülməsi qeydə alındı.
|
İstənilə halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var”, - nazir deyib.
|
C.Bayramov qeyd edib ki, son dövrlər sülh danışıqlarında müsbət dinamika müşahidə olunur:""“İlk olaraq mən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Almaniya kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim, hansı ki, bəlli bir fasilədən sonra liderlər arasında bir təmas oldu.
|
Ümumilikdə biz görüşü müsbət qiymətləndiririk.
|
Və həmin o təmasdan sonra da xarici işlər nazirlərinin də görüşü barədə qərar qəbul olundu”.
|
Nazir ümumilikdə sülh prosesi istiqamətində aparılan danışıqları yüksək qiymətləndirib.
|
Son aylar Ermənistanın təlatümlü ictimai həyatına yeni bir qalmaqal da əlavə edilib.
|
Baş nazir Nikol Paşinyanın göstərişi ilə orta məktəblərdə tədris edilən tarix dərsliyinin adının dəyişdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılır.
|
Nikol Paşinyanın fikrincə, bu günə qədər məktəblərdə “Erməni tarixi” adlı fənnin tədris edilməsi səhv addımdır və bu, erməni dövlətçiliyinin olmadığını büruzə verir.
|