Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Bu səbəbdən də dərsliyin adı “Ermənistan tarixi” olaraq dəyişdirilib.
|
Bu isə ciddi etirazlara səbəb olub.
|
Xüsusən də müxalifət və kilsə bu addımı qəti şəkildə tənqid edir.
|
Əslində 7 və 9-cu siniflərin dərsliklərində aparılan dəyişikliklər bir sıra mətləblərdən xəbər verir.
|
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik.
|
Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib"Bir müddət əvvəl baş nazir Ermənistan məktəblərində tədris edilən tarix kitablarından “Erməni kilsəsinin tarixi” mövzusunun çıxarılmasına nail olub.
|
Bu da kilsə ilə hökumət arasında uçurumun ciddi şəkildə dərinləşdiyini göstərir.
|
Hadisələrin fonunda hakimiyyətin diktəsi ilə tarix kitablarının bəzilərinin adı “Vətənim” olaraq dəyişdirilib.
|
Yeddinci siniflərin dərsliyinə salınan xəritədə Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib.
|
Bununla yanaşı, dərsliklərə “məxməri inqilab” mövzusu əlavə olunub, inqilabın simalarına xüsusi bölmələr ayrılıb.
|
Atılan bu addımlar cəmiyyətdə, xüsusən də Eçmiədzində ciddi rezonans doğurub.
|
Dərslik üzərində işləyən ekspertlərin etirafına görə, “Erməni tarixi” siyasi tarix deyil, əfsanələr toplusu olduğu üçün ondan imtina etməyin vaxtı çatıb.
|
Bu kitabda çoxlu səhv var və məktəblilərə aşılanan bilgilərə əsasən, qədim və orta əsrlərdə ermənilər çox güclü və yaxşı olub, digər bütün millətlər isə pis və zəif.
|
Kilsənin cavab addımı"Erməni kilsəsi əslində hücumların ona qarşı yönəldiyini anladığı üçün hərəkətə keçib.
|
İlk olaraq Eçmiədzinin Tədris Komitəsi təhsil naziri Janna Andreasyana məktub göndərərək, “Erməni tarixi” fənninin yeddinci sinif dərsliyinin hazırlanması prosesində və məzmununda bir sıra nöqsan və səhvlərin olması barədə xəbərdarlıq edib.
|
Bundan əlavə, kilsə öz rıçaqlarını işə salaraq, müxtəlif şəxslər vasitəsilə hökumətin bu qərarını tənqid edərək ictimaiyyəti “aydınlatmaq” qərarına gəlib.
|
Məsələn, tarix elmləri doktoru Hayk Demoyan da nazirə məktub yazıb, etirazını bildirib.
|
Bundan əlavə, “Trésors d'Arménie” Erməni Assosiasiyasının təhsil departamentinin direktoru Anqela Arutyunyan dərsliyin müəllifi Smbat Hovhannisyanı tənqid edib.
|
Tarix elmləri doktoru, qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun keçmiş direktoru Hayk Demoyan isə bildirib ki, dərs vəsaitinin hazırlanması üçün redaksiya heyəti yaradılmayıb, müxtəlif tarixi dövrlərlə bağlı mütəxəssislər cəlb olunmayıb.
|
Erməni dövlətçiliyindən imtina?
|
Kilsənin sifarişi ilə tənqidçilər sırasına son olaraq keçmiş ədliyyə naziri Qevorq Danielyan da qoşulub.
|
O, daha da irəli gedərək, baş verən hadisəni erməni dövlətçiliyindən imtina kimi dəyərləndirib.
|
İrəvan Dövlət Universitetinin tarix fakültəsi də kilsənin başlatdığı kampaniyaya rəsmən qoşulub.
|
Müəllim heyəti dərsliyin adının dəyişdirilməsindən narahat olduğunu bildirib və məsələdə siyasi motivlər olduğunu xatırladıb.
|
Bundan əlavə, müxalifətin müxtəlif simaları, şərqşünas və politoloqlar da kilsənin səsinə səs verərək, tənqid axınına qoşulublar.
|
Səsləndirilən tənqidi bəyanatlar erməni cəmiyyətində ciddi çaşqınlığa səbəb olub.
|
Paşinyanın cəza tədbirləri işə düşüb"Tənqidlərin ardı-arası kəsilmədiyi və yeni-yeni simaların axına qoşulduğundan Paşinyanın cəza maşını işə düşüb.
|
Məlum olub ki, martın 27-də Milli Təhsil və İnnovasiyanın İnkişafı Mərkəzinin şöbələrindən biri bağlanacaq.
|
Şöbə müdiri vəzifəsini icra edən tarix elmləri üzrə fəlsəfə doktoru Arman Maloyan və doqquz əməkdaşı işsiz qalacaq.
|
Məsələ burasındadır ki, dərsliklə bağlı kəskin tənqid səsləndirənlərdən biri də məhz Arman Maloyan olub.
|
Bir faktı da nəzərə almaq lazımdır ki, şöbə əməkdaşlarından biri zəmanətli dərsliklər siyahısından çıxarılan “Ermənistan tarixi” adlı digər dərsliyin həmmüəllifidir.
|
Təhsil nazirinin istefası tələb olunur "Bununla belə, etirazlar səngimir və “Təhrif olunmuş dərsliyi alaq otlarından təmizləyin” adlı Təşəbbüs Qrupu Təhsil Nazirliyinin qarşısında Janna Andreasyanın istefası tələbi ilə etiraz aksiyası keçirib.
|
Bu təşəbbüsə Ermənistan Xalq Hərəkatının koordinatoru Vazgen Petrosyan, deputat Larisa Alaverdyan, “Zartnok” qəzetinin redaktoru Sevak Akopyan kimi simalar da qoşulub.
|
Təşkilatçılar elan ediblər ki, nazir istefa verənə qədər davamlı etiraz aksiyaları keçiriləcək.
|
Yuxarıda sadalananlardan məlum olur ki, Paşinyan - kilsə qarşıdurması yeni mərhələyə qədəm qoyur.
|
Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham etməklə yanaşı, əllərində olan rıçaqlardan tam istifadə etməkdən çəkinmirlər.
|
N.Paşinyan cəza maşınını işə salır, kilsə isə nüfuzundan istifadə edərək, müxtəlif şəxsləri, qurumları dövlətə qarşı qaldırır.
|
Hazırda erməni dövlətində din-dövlət qarşıdurması kifayət qədər dərinləşib.
|
“Akkuyu” atom elektrik stansiyası gələn il satış məqsədilə elektrik enerjisi istehsal edəcək.
|
Bu sözləri Türkiyənin Energetika Nazirliyinin rəis müavini Zəfər Dəmircan Antalyada davam edən diplomatiya forumunda deyib.
|
“Ümid edirik ki, “Akkuyu” AES-in ilk bloku gələn il kommersiya məqsədli elektrik enerjisi istehsalına başlayacaq”, - Demircan bəyan edib.
|
Bundan əlavə, nazir müavini bildirib ki, respublika hakimiyyəti daha iki stansiyanın tikintisi ilə bağlı digər ölkələrlə danışıqları davam etdirir.
|
Dəmircan vurğulayıb ki, Türkiyə hazırda modul dizaynlı kiçik reaktorlar yaratmaq imkanını düşünür.
|
Son iki ildə baş verən geosiyasi dəyişikliklər Mərkəzi Asiyadan keçən və Çini Avropa ilə birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) əhəmiyyətini kəskin şəkildə artırıb.
|
Yekunda hər şey nəqliyyat, təhlükəsizlik və kommunikasiya xərclərinin artması ilə nəticələnir.
|
Asiyadan, əsasən də Çindən Avropaya nəqliyyat dəhlizləri və avropalıların istehlak etdiyi məhsulların tədarük zəncirləri pozulub, bütün bunlar yekun xərclərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb.
|
Əvəzində isə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Antalyada keçirilən Diplomatik Forumda vurğuladığı kimi, Çin ilə Avropa İttifaqı (Aİ) arasında Qafqaz ərazisindən keçən illik ticarət dövriyyəsi 700 milyard ABŞ dollarını ötür.
|
“Hazırda şimal dəhlizi məlum səbəblərdən praktiki olaraq iflic vəziyyətindədir və bu, iki ticarət tərəfdaşı arasında mərkəz olan Qafqaz regionunun əhəmiyyətini artırır.
|
Beləliklə, Cənubi Qafqaz və Orta Dəhliz Azərbaycan tərəfinin də niyyəti olan geniş strateji əlaqəni təmin edə bilər.
|
Çindən Avropaya yüklərin daşınmasını təmin etmək üçün regionun potensialına əlavə diqqət yetirildiyini görürük”, - H.Hacıyev deyib.
|
Yeri gəlmişkən, bu yaxınlarda keçirilən 5-ci Balkan və Qara Dəniz Forumu çərçivəsində həm Çin, həm də Aİ geosiyasi problemlərin həlli və tədarük zəncirlərinin təhlükəsizliyinin artırılması üçün Orta Dəhlizin inkişafına ümumi marağı ifadə ediblər.
|
Avropa və beynəlxalq maliyyə qurumları isə Mərkəzi Asiya regionunda nəqliyyat əlaqələrinin, ilk növbədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına 10 milyard avro ayırmağa hazır olduqlarını bildiriblər.
|
Məlum olduğu kimi, husilərin Qırmızı dənizdə gəmilərə hücumları başlayandan bəri Süveyş kanalı ilə yükdaşımaların həcmi 55 % azalıb.
|
Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəyərləndirməsinə görə, Süveyş kanalı Qırmızı dənizdəki gərginlik səbəbindən yüklərinin təxminən üçdə ikisini itirib və yüklər hazırda Afrikanın cənubundan daşınır.
|
Bir sıra gəmiçilik şirkətləri isə Qırmızı dəniz vasitəsilə daşımaları tamamilə dayandırmaq qərarına gəliblər.
|
Bu münaqişə fonunda yükdaşıyanlar Ümid burnundan keçən və daha uzun olan marşrutu seçirlər, eyni zamanda Aİ, Çin və Cənub-Şərqi Asiya ölkələrində diqqətlər Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin ərazisindən keçən Orta Dəhlizə getdikcə daha çox yönəlir.
|
O, vaxt itkisi və təhlükəsizlik baxımından Türkiyə, Yaxın Şərq və Avropa ölkələrinin bazarlarına giriş üçün optimal hesab edilir.
|
Son illərdə Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Bakı limanı vasitəsilə yüklərin aşırılmasını əhatə edən Orta Dəhlizin birləşmiş dəniz və dəmir yolu komponentinin imkanlarının genişləndirilməsi istiqamətində də fəal iş aparır.
|
H.Hacıyevin də vurğuladığı kimi, Azərbaycan Bakının Ələt limanının ötürücülük qabiliyyətinin ildə 25 milyon tona çatdırılmasına sərmayə yatırır.
|
“Azərbaycan bu yaxınlarda BTQ-nin Gürcüstan seqmentinin gücünü artırmaq üçün Gürcüstanla birgə əlavə sərmayələr qoymağa başlayıb.
|
Biz həmçinin türkiyəli həmkarlarımızla Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi ilə bağlı da razılıq əldə etmişik”, - Prezidentin köməkçisi bildirib.
|
Qeyd edək ki, 230 kilometr uzunluğunda olan xətt Qars-İğdırdan başlayaraq Naxçıvana qədər uzanacaq.
|
Oradan xətt İran, Əfqanıstan və Pakistana gedən dəmir yolu xəttinə birləşdiriləcək.
|
Bununla Türkiyə də logistika sahəsində böyük üstünlük əldə edəcək.
|
BTQ-nin Gürcüstan seqmenti üzrə genişləndirmə və modernizasiya işlərinə gəlincə, onun 2 ay ərzində başa çatdırılması planlaşdırılır.
|
Bu gün Axalkalakidə Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolu administrasiyaları rəhbərlərinin üçtərəfli görüşü keçirilib və görüşdə bu işlərin icrasının gedişi və sürətləndirilməsi müzakirə olunub.
|
Bu, əlavə yük axınlarının cəlb edilməsi üçün zəruri şərt olan Asiya və Avropa arasında yükdaşıma vaxtını xeyli azaldacaq.
|
İlkin mərhələdə, modernləşdirilmədən sonra BTQ ilə yükdaşımaların həcminin ildə 5 milyon ton olacağı gözlənilir.
|
BTQ vasitəsilə yüklərin Pekindən (Çin) Londona (Böyük Britaniya) çatdırılması 12-15 günə mümkündürsə, Avropadan Asiyaya Afrika vasitəsilə dəniz yolu ilə yüklərin daşınması isə 45-62 gün, Çindən Avropaya Rusiya vasitəsilə çatdırılma isə 32 gün çəkir.
|
O cümlədən Orta Dəhliz marşrutları üzrə qeyri-neft yüklərinin, eləcə də konteyner yüklərinin qatar və yük maşınları ilə daşınması orta hesabla təxminən 20-25 gün çəkir ki, bu da yüklərin Çin və Cənub-Şərqi Asiyadan dəniz yolu ilə, Cənubi Afrikada Ümid burnundan keçməklə daşınmasından xeyli azdır.
|
Belə ki, ikinci halda yüklərin daşınması orta hesabla ən azı bir ay yarım çəkir.
|
Şərq və Qərb arasında ənənəvi marşrutlar üzrə və əks istiqamətdə malların çatdırılması 53 gün çəkir (Süveyş kanalı vasitəsilə daşındıqda).
|
Aydın olan odur ki, Rusiya ilə Qərb arasında bütün logistika marşrutlarını kəsən Rusiya-Ukrayna müharibəsi, eləcə də Qırmızı dəniz və Süveyş kanalında gəmiçilik fəaliyyətinin faktiki olaraq dayanması ilə nəticələnən Yaxın Şərqdəki mövcud münaqişələrin gərginləşməsi Orta Dəhlizin etibarlı marşrut olaraq rolunu daha da artıracaq.
|
Proqnozlar da bunu təsdiqləyir.
|
Belə ki, 2025-ci ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi ildə 10 milyon ton yükə çatdırılacaq.
|
2023-cü ildə bu marşrutla 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.
|
Rəsmi Bakının Ermənistandan gözləntiləri ondan ibarətdir ki, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh müqaviləsinə sözdə deyil, real olaraq razılıq versin.
|
Nazir vurğulayıb ki, sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın.
|
“2021-ci ilin yanvar ayından Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başladı.
|
2022-ci ildə Azərbaycan vacib əhəmiyyətə malik 5 baza prinsipini elan etdi.
|
Həmin 5 baza prinsipi Ermənistan tərəfindən qəbul edilib.
|
Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən müsbət dəyərləndirilib.
|
Azərbaycan tərəfindən hazırlanan və qarşı tərəfə təqdim olunan sənəd layihəsi də həmin o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn normalarına uyğun şəkildə formalaşır”, - C.Bayramov deyib.
|
Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır, bu istiqamətdə konkret addımılar atılır.
|
“Burada əməkdaşlığın müxtəlif formaları mövcuddur.
|
Türkiyədə istehsal olunan silahların alınması, Azərbaycanda hər iki ölkənin müştərək hərbi istehsalının qurulması, eləcə də bu ölkənin iri layihələrində azərbaycanlı mütəxəssislərin iştirakı buraya daxildir.
|
Bunların hər birinin ayrı-ayrılıqda əhəmiyyəti böyükdür, hər 3 istiqamətdə önəmli qərarlar qəbul edilib.
|
Düşünürəm ki, gələcəkdə bunun effektini daha çox görəcəyik”, - C.Bayramov deyib.
|
Azərbaycan gimnastika millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” beynəlxalq turnirində bürünc medal qazanıb.
|
Gənc gimnastlar Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı komanda bürünc mükafata yiyələniblər.
|
Rusiya qeydiyyat nömrəli avtomobillər martın 11-dək Litva ərazisini tərk etməlidir, əks halda onlar müsadirə olunacaq.
|
Bu barədə Litva gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb.
|
“Litvada hələ də Rusiya Federasiyasında qeydiyyatda olan avtomobilləri idarə edənlər var.
|
Martın 11-dək onlar ya Litvada nəqliyyat vasitəsini qeydiyyatdan keçirməli, ya da Aİ-ni tərk etməlidirlər”, - məlumatda deyilir.
|
Qeyd olunur ki, Kalininqrad vilayətinə tranzitlə gedən və qayıdan avtomobillər istisnadır.
|
Xatırladaq ki, Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyada istifadəsinə qadağa noyabrın 2-də qəbul edilib.
|
Bakının müxtəlif yerlərində bütün kosmetik vasitələrin bir manata satıldığı mağazalara rast gəlinir.
|
Bir manatlıq kosmetik məhsullar hətta sosial şəbəkələrdə də reklam olunur.
|
Belə ucuz məhsulların keyfiyyəti ciddi suallar doğurur.
|
Ekspertlər hesab edirlər ki, bir manatlıq kosmetik vasitələrin tərkibində sağlamlıq üçün zərərli, hətta ciddi xəstəliklər yaradan kimyəvi maddələr ola bilər.
|