Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Daha ətraflı Baku TV-nin süjetində:
|
Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı İrəvanın “Zvartnots” hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirir.
|
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
|
“Bu, təkcə Ermənistan Respublikasının qeyri-suverenliyinin sübutu deyil, həm də hər bir erməninin ləyaqətini təhqir edən rüsvayçı faktdır.
|
Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir.
|
Əslində bu gün biz öz məmləkətimizin ağaları deyilik və bilmirik ki, ölkəmizin qapısı kimə açıqdır, ya bağlıdır.
|
Ermənistanda isə sərhədçi deyilən işğalçıları ölkəmizdən çıxara biləcək məmur olmayıb və yoxdur.
|
Ona görə də, məsələ buna dözməyən ləyaqətli ermənilərin çiynində qalıb”, - etirazçılar bildiriblər.
|
Onlar Ermənistan sərhədlərində Rusiya işğalçılarının olduğunu bilən və bu reallığı qəbul etməyən bütün vətəndaşlara müraciət ediblər.
|
“Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək”, - aksiya iştirakçıları müraciətlərində bildiriblər.
|
Əraziyə xeyli sayda polis əməkdaşı cəlb edilib.
|
Azərbaycan Türkiyəyə hər il sıfır faiz gömrük dərəcəsi ilə 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək.
|
Türkiyə mətbuatında qeyd olunub ki, bu, Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişinə əsasən qəbul etdiyi qərarda öz əksini tapıb.
|
Qərara əsasən, Azərbaycandan Türkiyəyə spirtli içkilərin idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib.
|
Maraqlıdır, qərar spirtli içki ixracatında Azərbaycan üçün hansı imkanları açacaq?
|
Ümumiyyətlə, Türkiyədə spirtli içkilərimizə tələbat necədir və əsasən, hansı spirtli içkilərin ixrac potensialı yüksəkdir?
|
“Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab tapmağa çalışıb.
|
15 milyard dollarlıq hədəf...""İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Kaspi” qəzetinə verilən məlumata görə, Azərbaycan ilə qardaş Türkiyə arasında xarici ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması hədəfinə nail olmaq üçün göstərilən səylər müsbət nəticə verir:“İki ölkə arasında bağlanan preferensial ticarət müqaviləsi bu sahədə önəmli rol oynayır.
|
Müqavilə əsasında hər iki ölkə tərəfindən idxal ediləcək məhsullar fiskal rüsumlardan azad ediləcək və nəticədə hər iki ölkəyə məxsus məhsullar daxili bazarlarda daha rəqabətqabiliyyətli olacaq”.
|
Məhsullarımızın rəqabət qabiliyyəti artacaq"Qurumdan bildirilir ki, bu müqavilə ilə Azərbaycan Türkiyənin spirtli içkilər bazarında öz yerini tuta bilər:“Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft/qaz sektorunda yer alan spirtli və spirtsiz içkilərin ixracında əhəmiyyətli canlanma müşahidə edilib.
|
Belə ki, 2023-cü ilin yekunlarına görə, spirtli və spirtsiz içkilərin ixracı 29,2 milyon ABŞ dolları və ya 94,1% artaraq 60,2 milyon ABŞ dolları təşkil edib.
|
Sözügedən məhsulların əsas ixrac coğrafiyası avrozona ölkələri arasında İspaniya və Avstriya, MDB ölkələri arasında isə Rusiya və Qazaxıstan olub.
|
Türkiyə Cümhuriyyətinə gəldikdə isə, bu ölkəyə ixrac edilən spirtli və spirtsiz içkilərin həcmində ötən illərlə müqayisədə artım müşahidə olunub.
|
Qarşıdakı müddətdə Azərbaycanın spirtli içki məhsulları sıfır gömrük rüsumu ilə Türkiyəyə ixrac edilərsə, bu, onun qardaş ölkənin bazarında rəqabət gücünü artıracaq.
|
Nəticədə Azərbaycanın spirtli içki məhsulları Avropa və MDB ölkələri ilə yanaşı, Türkiyə bazarında da rəğbət qazana bilər”.
|
Yerli üzüm sortları ön planda"Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov deyir ki, dünyada artıq şərabçılıq sahəsində yeni ağız dadına, yeni brendlərə ehtiyac duyulur.
|
Azərbaycanda yerli sortdan hazırlanan şərablar bu tələbatı qarşılamaq iqtidarındadır:“SSRİ dağıldıqdan sonra ölkəmiz yerli sortlarla bağlı tam potensialını ortaya qoymamışdı.
|
Ölkədə istehsal olunan şərabların əksəriyyəti xarici sortlardan alınırdı.
|
İndi müəyyən şərab zavodları var ki, yerli sortların istehsalına başlayıblar.
|
Həmçinin, dünya bazarında da artıq xarici sortlarda rəqabət qabiliyyəti aşağı düşüb, yerli sortlara tələbat yüksəlib.
|
Məsələn, Fransanın, İtaliyanın müxtəlif növ şərablarına tələbat əvvəlki kimi deyil”.
|
Yeni dad, yeni keyfiyyət"Mütəxəssis vurğulayır ki, hazırda Azərbaycanın yerli texniki üzüm sortlarından alınan şərablara maraq çoxdur:“Azərbaycanın iqlim tipi aqromüxtəliflik yaradır.
|
Bu aqromüxtəliflik şərabçılıq sahəsinə də müsbət təsir göstərir, üzümlərimizin biokimyəvi tərkibini zənginləşdirir.
|
Bu səbəbdən də Azərbaycan şərabları kimyəvi göstəricilərinə görə çox zəngindir.
|
Bu gün Azərbaycan şərabları bazara yeni dad, yeni keyfiyyət gətirir və xaricdə qırmızı şərablarımıza tələbat çoxdur.
|
Ölkədə yetişdirilən Şirvanşahı, Mədrəsə, Həməşərə, Bayanşirə, Xındoqnı kimi texniki üzüm sortlarından yüksək keyfiyyətli, harmonik dada malik şərablar istehsal olunur.
|
Gələcəkdə də yerli sortlarla xaricdə rəqabətqabiliyyətli məhsullarla təmsil oluna bilərik”.
|
O inkişafın qarşısı alınmasa idi...""İqtisadçı Fuad İbrahimov isə bildirir ki, Azərbaycanın spirtli içki istehsalı sahəsində kifayət qədər təcrübəsi var:“Azərbaycanda sovet dönəmində içki istehsal edən qabaqcıl müəssisələr var idi.Şərabçılıq, üzümçülük o dövrdə də kifayət qədər inkişaf etmişdi.
|
Lakin o dövrdə SSRİ-nin yarıtmaz idarəetmə üslubu ölkədə üzümçülük və şərabçılığı məhv etdi.
|
Halbuki o inkişafın qarşısı alınmasa idi, bu gün qeyri-neft sektorunda, əsasən də kənd təsərrüfatı sahəsində şərabçılıq mühüm yerə sahib olardı.
|
Bu gün ölkəmizdə üzümçülük və şərabçılıq sahəsində kifayət qədər irəliləyiş var”.
|
İxracın coğrafiyası şaxələnməlidir"İqtisadçı vurğulayır ki, spirtli içki ixracımızda ənənəvi istiqamətlərimiz həmişə Rusiya, Ukrayna, Belarus olub:“Bu ixracın coğrafiyası şaxələnməlidir.
|
Bu gün ölkəmizdə bu sahədə Şərq və Qərb istiqamətində də kifayət qədər işlər görülür.
|
Qardaş Türkiyəyə ixracın isə bizə əhəmiyyətli dərəcədə geridönüşləri olacaq.
|
Çünki Türkiyə turizm sənayesində kifayət qədər dayanıqlı mövqedədir.
|
Bu baxımdan, bizim məhsullarımız bu ərazilərə güzəştli şəkildə daxil olarsa və dövriyyəyə cəlb edilərsə, ilk növbədə turizm dünyasında bunun tanınması prosesi sürətli gedəcək.
|
Bu da öz növbəsində Azərbaycan brendlərinin digər ölkələrdə reklamını gücləndirəcək.
|
Nəzərə almaq lazımdır ki, dünyada spirtli içkilər və tütün məmulatları ilə bağlı kifayət qədər yüksək rüsumlar, aksizlər tələb olunur.
|
Belə bir vəziyyətdə qardaş Türkiyəyə spirtli içkilərin gömrük rüsumu olmadan ixracı, bu məhsulun iqtisadi dövriyyəyə cəlb olunmasında, şaxələnməsində və təbliğ olunmasında kifayət qədər müsbət rol oynayacaq”.
|
Korsika adasında Fransa əleyhinə nümayiş keçirilib.
|
“Haber Global”ın məlumatına görə, Fransa polisi aksiyanı işıqlandıran telekanalın canlı yayımına müdaxilə edib.
|
Belə ki, jurnalist Emre Karaca və operator Engin Esgi aksiyanı zor gücü ilə dağıtmaq istəyən asayış keşikçilərinin müdaxiləsi ilə üzləşib.
|
Qeyd edilir ki, polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib.
|
Bəzi yerlərdə kiçik yanğınlar olub.
|
Fransa polisinin hazırda qanunsuz hərəkətləri davam edir və dinc aksiya keçirən Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır.
|
Vurğulanır ki, Fransadan müstəqillik tələb edən korsikalılar kütləvi şəkildə etiraz edərək öz səslərini dünyaya çatdırırlar.
|
Lakin onların haqlı tələbləri Fransa polisinin sərt müdaxiləsinə səbəb olur.
|
Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronun administrasiyası etirazçıların diqqət mərkəzində olub.
|
Belə ki, nümayişçilər hökumətdən “Nazione” partiyasının həbsdə olan üzvlərinin azad edilməsini tələb ediblər.
|
Daha ətraflı “Haber Global”ın reportajında:
|
2023-cü ildə banklar öz hesablarına 461,4 milyon manat ipoteka krediti veriblər.
|
2022-də isə bu rəqəm 422,5 milyon olub.
|
Yəni bir ildə 9,2 faiz artım var.
|
Əslində, bu kreditlərə tələb var, bankların da prosesə maraqlı olması müsbət haldır.
|
Ancaq ABŞ təcrübəsində 2008-ci ildə bir “ipoteka böhranı” da yaşandı.
|
Ölkəmizdə bankların daxili ipoteka kreditlərini artırması gələcəkdə onlar üçün problem yarada bilərmi?
|
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:""750 min manata qədər ipoteka krediti"Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bankların daxili ipoteka kreditlərini artırmasının bazara təsiri ciddidir:“Bankların daxili ipoteka kreditlərini artırması bütövlükdə daşınmaz əmlak - xüsusilə mənzil bazarını müəyyən qədər fəallaşdırıb.
|
Əvvəllər ümumi mənzil alqı-satqısında dövlət ipotekasının payı təqribən 6-7 faiz civarında idi.Bankların bu prosesə qoşulmasından sonra ipoteka kreditləşməsinin ümumi mənzil alqı-satqısında payı 15 faizə çatdı.
|
R.Osmanlı bildirdi ki, məbləğ limitinin daha yüksək olması özəl ipotekanı daha cəlbedici edir:“Dövlət ipotekasının faiz və müddətlə bağlı şərtləri nisbətən daha əlçatandır, özəl ipotekada isə məbləğlə bağlı təkliflər daha cəlbedicidir.
|
Bu səbəbdən özəl ipotekaya maraq göstərənlər də var.
|
Dövlətin güzəştli ipotekasında maksimum faiz 4, adi ipotekasında isə 8-dir.
|
Bankların daxili ipotekalarında isə bu rəqəm 6 faizdən 12-13 faizə qədər dəyişir.
|
Bundan başqa, adi ipotekada dövlətin ayırdığı maksimum rəqəm 150 min manatdır (güzəştli ipotekada isə bu məbləğ 100 min manat olaraq təsbit edilib).
|
Özəl banklarda ipoteka üçün ayrılan məbləğlər 150-500 min, bəzi hallarda isə 750 min manat məbləğinə qədər də ipoteka kreditlərin verilməsi hallarına rast gəlinir.
|
Vətəndaş rəqəmin böyüdüyünü əsas götürərək qismən yuxarı faizlə bankların daxili ipoteka kreditlərinə daha çox maraq göstərir”.
|
İşsizlik varsa, gəlirlər azalırsa...""Bank məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, bu tipli kreditlərin ödənişində o halda problem yaranır ki, iqtisadiyyatda mənfi tendensiyalar yaşansın:“İpoteka kreditləşməsi ilə bağlı dünyada ən ciddi problem elə 2008-ci ildə qeydə alınıb.
|
İqtisadiyyatlarda ciddi şəkildə resessiya olur.
|
İşsizlik və əhalinin gəlirlərinin azalması fonunda ipoteka ödənişlərində problemlər yaranır.
|
Bu da bankların aktivlərinin, kredit portfelinin pisləşməsinə gətirib çıxarır”.
|
C.İbrahimli bildirdi ki, banklar aktivlərinin yalnız bir hissəsini ipoteka kreditləşməsinə yönəldirlər.
|
Ona görə bu istiqamətdə problem yaranması onların iflasına gətirəcək fakt deyil:“İpoteka krediti dünyada cəlbedici maliyyə alətidir.
|
İnkişaf etmiş ölkələrdə belə ipoteka kreditləri ümumdaxili məhsulun təxmini 10 faizi həcmindədir.
|
Azərbaycanda son dönəmdə belə tendensiya başlayıb.
|
Yaxın gələcəkdə ipoteka kreditləri ilə bağlı ciddi problemlər olacağını təxmin etmirlər”.
|
“Bank ziyana getmir”"İqtisadçı Murad Calalov bildirdi ki, daxili ipoteka kreditləri banklar üçün gəlir mənbələrindən biridir:“Burada həm ilkin ödəniş, həm də faiz gəlirləri yüksəkdir.
|
Müştəri ipoteka kreditini ödəməyəndə belə, bank xüsusi ziyana düşmür.
|
Müştəri ya evi satıb bankın pulunu ödəyir, ya da əmlak bankın hesabına keçir”.
|
M.Calalov qeyd etdi ki, ipoteka kreditləşməsinin indiki kimi çox olması hallarında ödənişlərdə problem yaranması ehtimalları da artır:“10 il öncə belə bir dönəm olmuşdu.
|
Az qala şəxsiyyət vəsiqəsi ilə belə, evləri ipotekaya götürürdülər.
|
Elə vəziyyət yarandı ki, insanların çoxu kreditini ödəyə bilmədi.
|
İndi də təqribən elə hal yarana bilər.
|
Hər növ gəlir əldə edə bilən insanın marağını cəlb edir.
|
Adam gəlirinə baxır, görür ki, evi götürməyə imkan verir.
|
Evi alandan bir müddət sonra xərclər artır, inflyasiya böyüyür, ödəyə bilmir.
|
“Bankların risk profili nəzarətdə saxlanılır”"Azərbaycan Mərkəzi Bankından bildirildi ki, qurum “Banklar haqqında” qanuna müvafiq olaraq bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin etmək məqsədilə prudensial normativlər və tələblər müəyyən edir.
|
Mərkəzi Bankın “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”sında daşınmaz əmlak kreditləri (fiziki şəxslərə şəxsi istehlak məqsədi ilə daşınmaz əmlakın əldə edilməsi və ya tikintisi üçün verilən kredit) üzrə məcburi tələblər müəyyən edilib.
|
Bu tələblər kreditin təminata olan nisbətinin (KTN əmsalı) maksimum həddinə və kreditləşmənin valyutasına dair tələblərdir.
|
KTN əmsalı kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatın bazar dəyərinə nisbətini ifadə edir və qaydaya əsasən, bankın bir borcalanının daşınmaz əmlak krediti üzrə kredit riskinin maksimum miqdarı (KTN əmsalı) mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxsə yaşayış sahəsinin alışı üçün verildikdə və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə 85%-dən, digər hallarda 70%-dən çox ola bilməz.
|
Həmçinin, qaydaya əsasən, daşınmaz əmlak krediti yalnız milli valyutada verilir.
|
Qeyd edildi ki, Mərkəzi Bank tərəfindən bankların risk profili mütəmadi nəzarətdə saxlanılır və risklərin səviyyəsindən asılı olaraq prudensial tənzimləmə çərçivəsinə dəyişikliklər edilir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.