Search is not available for this dataset
text
stringlengths
10
518k
Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitələr və onların doğurduğu fəsadlar barədə növbəti maarifləndirici qısametrajlı film hazırlayıb.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, videoçarx “Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir!” devizi altında hər kəsi, xüsusən gəncləri bu vərdişlərdən uzaq olmağa səsləyir:""“Antinarkotik təbliğata dəstək göstərən hər kəsə öncədən təşəkkürümüzü bildiririk”.
Qadın ərini ürəyindən bıçaqlayaraq öldürüb.
Belə ki, Rafael (Adlar şərtidir) bir aydan çoxdur işdən qovulmasına baxmayaraq, hər səhər iş adı ilə evdən çıxırdı.
O, eyni küçələrlə fikirli-fikirli addımlayır, nə edəcəyini və hara gedəcəyini bilmirdi.
Bəzən avtobus dayanacağında əyləşir, metro ilə bir stansiyadan digərinə gedir, bəzən də yeraltı keçidlərdə gəzişirdi.
O, hər gün günorta saatlarında köhnə iş yerinə - təsərrüfat malları dükanına baş çəkir, gizlincə dükana baxırdı.
Rafael son 1 həftədir pulu bitdiyindən evə ərzaq belə ala bilmirdi.
Bu səbəbdən həyat yoldaşı Vəfa ilə aralarında problem yaranırdı.
Bir gün Vəfa “bu nədir almısan, nə olub?” deyə soruşanda Rafael “müdir maaşımı vermir, işdə sıxıntılar var” deyə cavab verir.
Həmin gecə Vəfa bir daha həyat yoldaşından “necə olacaq bəs bu maaş məsələsi?” deyə soruşanda Rafael onun üstünə qışqırır və Vəfaya bir sillə vuraraq yataq otağını tərk edir.
Rafael ertəsi gün köhnə iş yerinə gələrək müdirindən onu yenidən işə götürməsini istəyir.
Amma müdiri onu dükandan qovur.
Rafael evə gəlir və Vəfaya hər şeyi etiraf edir.
Aralarındakı küskünlük və mübahisə daha da qızışır.
Rafael Vəfanın boğazını sıxaraq onu təhqir edir.
Vəfa Rafaelin əlindən qaçaraq mətbəxdən bıçaq götürür və Rafaeli ürəyindən bıçaqlayır.
Daha ətraflı Baku TV-nin videosüjetində:
Avropa Parlamentinin italiyalı deputatı Françeska Donato Fransa Prezidenti Emmanuel Makronu Ukraynaya Qərb qoşunlarının göndərilməsi ehtimalı ilə bağlı bəyanatına görə hazırda Avropanın ən təhlükəli adamı adlandırıb.
O, bu sözlərin təsadüfi olmadığını və onların arxasında “ictimai rəyi müharibənin qaçılmazlığına hazırlamaq” kimi bütöv bir ssenarinin dayandığını deyib.
“Təəssüf ki, Makronun dediklərindən sonra biz dərhal müharibəyə hazırlaşmalıyıq.
Bu bəyanat Aİ ideyası ilə tamamilə ziddiyyət təşkil edir.
Bu nə deməkdir, sülh artıq lazım deyil?
Amma müharibə öz-özünə başlamır, həmişə qəbul edilən qərarların nəticəsidir”, - deyə deputat bildirib.
O vurğulayıb ki, Avropa Parlamentinin növbəti səlahiyyət müddəti ərzində bütün xərclərin təhlükəsizlik və müdafiə məqsədləri üçün xərclənməsi təklif olunur.
Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz?
Təbii ki, çoxumuz adların niyə, nə səbəbə, kim üçün qoyulduğundan bixəbərik.
Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik?
Lent.az Ceyhun Səlimovun adına verilən küçənin tarixinə toxunub.
Həmin küçə Bakının Nəsimi rayonunda yerləşir.
Hansı xidmətinə görə küçəyə onun adı verilib?
Ceyhun Aqil oğlu Səlimov 1970-ci ilin dekabrın 23-də Bakı şəhərində anadan olub.
Nəsimi rayonundakı 9 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərindəki 54 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirib.
O, daha sonra yol maşınları çilingəri peşəsinə yiyələnib.
1990-cı il iyun ayının 25-də hərbi xidmətə çağırılıb.
Ceyhun hərbi xidmətdə olarkən tankçı peşəsinə mükəmməl yiyələnir.
Azərbaycana qarşı Ermənistanın işğalçılıq müharibəsinə dözməyən və Rusiya hökumətinin ermənipərəst mövqeyini hiss edən Ceyhun hərbi xidmətin müddətini başa çatmasını gözləmədən Bakıya qayıdır və az sonra valideynlərinə demədən Milli Ordunun Xüsusi Təyinatlı bölməsində tankçı kimi xidmətə başlayır.
Evdəki nərdtaxtanın içərisinə qoyub getdiyi məktubunda Ceyhun yazıb:“Ata, sən məni kişi kimi tərbiyə etdiyinə görə çox sağ ol… Mən Şuşaya getdim… Vətənini qəlbdən sevən oğlunuz Ceyhun Səlimov”.
O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır.
Cəsur və qorxmaz bir oğlan idi.Ceyhun döyüşə gülə-gülə, zarafat edə-edə gedirdi.
Çox cəld idi.Əsgər dostları ona “Zayçik” adını qoymuşdu.
Ceyhunun qulluq etdiyi hərbi hissənin sorağı Şuşadan, Daşaltıdan, Kosalardan gəlməyə başlayıb.
Şuşa uğrunda döyüşlərin birində əlindən və ayağından ağır yaralanır.
Bir neçə yoldaşı ilə birlikdə mühasirədən çıxaraq meşə yolu ilə Laçına gəlib çıxırlar.
Ceyhun və digər yaralı yoldaşları vertolyotla Bakıya gətirilirlər.
Xəstəxanada müəyyən edilib ki, Ceyhun 14 qəlpə yarası alıb.
Həkimlərin böyük səyi nəticəsində əlindəki və ayağındakı qəlpələrin yarısı çıxarılıb.
7 qəlpəni isə çıxartmağa qoymayıb.
Həkimlərə “Müharibədən sonra…” deyib.
20 gün xəstəxanada yatdıqdan sonra Ceyhun Milli Ordunun kəşfiyyat batalyonun tərkibində Ağdərəyə yollanır.
1992-ci ilin iyulun 9-da Ağdərənin alınması əməliyyatında iştirak edir.
Ağdərənin alınmasına görə, ovaxtkı müdafiə naziri Rəhim Qaziyevin imzası ilə saat və pul mükafatı ilə mükafatlandırılıb.
3 günlük evə buraxılan Ceyhun, 2 gün Bakıda qaldıqdan sonra cəbhəyə yollanır.
Kasapet yüksəkliyi uğrunda güclü vuruşma gedirdi.
Ceyhun Səlimovun ağır döyüşü Kasapet döyüşü olur.
8 nəfər döyüşçümüz mühüm yüksəkliyi döyüşə-döyüşə düşməndən azad edirlər.
Bu anda düşmən snayperinin atəşi qəhrəman və vətənpərvər Ceyhunun gözlərini əbədi olaraq yumub.
Yoldaşları söyləyir ki, ölümcül yaralı Ceyhun əlinə bir ovuc torpaq götürərək yoldaşlarına:“Bu torpağı qoruyun!” deyə bilib.
1992-ci il 13 iyul tarixində Ceyhun Səlimov qəhrəmancasına şəhid olur.
Onun torpaq üstündə göstərdiyi şücaətlərə görə, Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixi Fərmanı ilə Səlimov Ceyhun Aqil oğlu ölümündən sonra "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib.
Bu da belə, “Zayçik” adı ilə torpaqları son nəfəsinə qədər qoruyan Ceyhunu siz də tanıyın...
“Formula-1” üzrə dünya çempionatında mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib.
Bəhreyndə təşkil olunan mövsümün birinci mərhələsində “Red Bull”un pilotu Maks Ferstappen hamını qabaqlayıb.
Niderlandlı üçqat dünya çempionu finişdə komanda yoldaşı Serxio Peres 20 saniyədən çox üstələyib.
Podiumda ilk üçlüyü “Ferrari”dən Karlos Sayns tamamlayıb.
Qeyd edək ki, çempionatın ikinci mərhələsi 7-9 mart tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək.
Mərakeş, Meksika və Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin qonağı olub.
Martın ayının 1-də XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Beynəlxalq həftə” keçirilib.
Tədbir şagirdlərdə müxtəlif mədəniyyətləri, coğrafiyaları, dünya xalqlarının tarixini daha dərindən mənimsəmək, fərqli ölkələr haqqında araşdırma aparmaqla müxtəlif bilik və bacarıqlar formalaşdırmaq məqsədilə artıq bir neçə ildir ki, təşkil edilir.
Bu çərçivədə Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Adil Embarş, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya, həmçinin Çin Xalq Respublikasının, Niderland Krallığının, Misirin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər diplomatik korpus nümayəndələri, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva iştirak edib.
Tədbir zamanı qonaqlar ölkə pavilyonlarını gəzərək, maraqlı nümayişlərlə tanış olublar.
Qapanış mərasimində şagirdlər müxtəlif rəqs və mahnılarla çıxış ediblər.
Sonda qonaqlar tədbir haqda öz təəssüratlarını bölüşüblər.
Sabirabad sakini dəm qazından zəhərlənib.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib.
Kənd sakini, 1973-cü il təvəllüdlü Mahirə Məhəmməd qızı Mədətova dəm qazından zəhərlənib.
51 yaşlı qadın Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
ABŞ-nin “C-130 Hercules” hərbi-nəqliyyat təyyarəsi Qəzza zolağına ilk humanitar yardımın çatdırılmasını həyata keçirib.
Məlumata görə, hava yolu ilə 35 mindən çox qida vasitəsi çatdırılıb.
Təyyarədə nə su, nə də dərman olub.
ABŞ Mərkəzi Komandanlığı bu məlumatı təsdiqləyib.
Bildirilib ki, İordaniya və ABŞ Hərbi Hava Qüvvələri “davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə lazımi yardım göstərmək üçün Qəzza zolağına humanitar yardımın çatdırılması məqsədilə birgə hava əməliyyatı keçirib”.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Bəryabad - Türkiyədə yaşayan Qaraqoyunlu irsi” adlı buraxılışda Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Bəriabad kəndinin etno-mədəniyyəti, adətləri, şifahi yaddaşı, irsi, dekorativ sənəti, xalq yaradıcılığı və toponimləri araşdırılıb.
Bildirilir ki, Bəriabad ermənilər tərəfindən 1991-ci ildən Barepat adlandırılıb və rayon mərkəzindən 21 km şimal-qərbdə, İcevan-Çəmbərək yolunun cənub tərəfində, Qaraqoyunlu dərəsində yerləşir.
Bəriabad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub.
1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olub.
Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə təqribən 20-ə yaxın kənd Ermənistanın tərkibində qalıb.
Qeyd olunur ki, burada 1897-ci ildə 111, 1926-cı ildə 91, 1931-ci ildə 109, 1939-cu ildə 102, 1959-cu ildə 205 nəfər azərbaycanlı əhali olub.
Nəhayət, 1960-cı ildə Əmirxeyir kəndi ilə birləşdirilib.
1988-ci ilin faciəli deportasiyası zamanı azərbaycanlılar doğma yurddan qovulublar.
Verilişdə vaxtilə babaları Qaraqoyunludan Türkiyəyə köç etmiş professor Rza Qarabağ qaraqoyunlular səltənətindən, bu səltənətin Azərbaycan ərazisində necə yayılmasından və Türkiyədə qaraqoyunlu irsinin yaşadılmasından söz açır.
Sonda Bəriabad kəndində adət-ənənələr, bayramlar, şadlıq törənləri, qədim türk izləri - məbədlər, qəbirlər göstərilir, göllərin əhatəsində olan kəndlə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Etibarnamə ilə avtomobil satan şəxs ödənilməyən cərimələrə görə sürücülük vəsiqəsini dəyişə bilmir.