Search is not available for this dataset
text
stringlengths
10
518k
Biz, həmçinin, Braziliya, Azərbaycan və BƏƏ-nin iqlimlə mübarizədə birgə işlədiyi yeni dəyişən həndəsə modelləri qururuq.
Biz Qafqazda, Yaxın Şərqdə və dünyanın digər yerlərində Mərkəzi Asiyadan olan qardaşlar və tərəfdaşlarla daha çox tərəfdaşlıq quracağıq.
Dəyişən həndəsə yanaşması - yəni təşkilatda dəyişkən formada iştirak edilir.
Üzv dövlətlərə əməkdaşlıqlarının daha da inkişaf etməsi üçün razılığa gəlməyə şərait yaradır və üzvlər arasında hər hansı bur məsələdə razılığın olmaması səbəbindən təşkilatın dalana dirənməsinin qarşısını alır”.
Beləliklə, Azərbaycanın qlobal xarici siyasət kursuna keçməsi kifayət qədər ciddi hadisədir.
Bu o deməkdir ki, rəsmi Bakı bundan sonra beynəlxalq aləmdə baş verən hadisələrdə daha fəal rol oynayacaq, hadisələrin nəinki iştirakçısı, həm də istiqamətləndiricisi olacaq.
“Keçmiş yoldaşım sonralar dəfələrlə barışmaq istədi.
Lakin artıq geri dönüş mümkün deyildi.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.
Keçmiş qaynanam dünyasını dəyişməmişdən öncə gedib onu gördüm.
Bundan bir müddət sonra isə o rəhmətə getdi”, - deyə Xalq artisti bildirib.
Ankaranın İrəvanla münasibətlərinin normallaşdırılması ilə bağlı növbəti görüşün keçirilməsi barədə qərar qəbul edilib.
Bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bəyan edib.
“Görüş olacaq, biz qərar vermişik.
Tarixi və yeri barədə razılığa gəlinəcək”, - deyə Kılıç bildirib.
O, həmçinin iki ölkə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı məsələyə münasibət bildirərək, bu istiqamətdə hələlik irəliləyiş olmadığını vurğulayıb.
İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri ilə İsmayıllı rayonunda üç, Qəbələdə isə son iki ay ərzində 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Azərbaycan Nazirlər Kabinetinin bu ay Milli Məclis qarşısında hesabat verəcəyi gözlənilir.
Oxu.Az bildirir ki, prosedura əsasən, Nazirlər Kabineti hər il Azərbaycan Milli Məclisinin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat verir.
Qeyd edək ki, Milli Məclisin 2024-cü il yaz sessiyasında üç iclası (fevralın 1-i, 16-sı və 23-ü) keçirilib.
Növbəti iclasların vaxtı isə açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycan Konstitusiya Məhkəməsi 2024-cü ilin fevralın 13-də ölkədə 7 fevralda keçirilən növbədənkənar prezident seçkisinin nəticəsini təsdiqləyib və rəsmən elan edib.
Bundan bir gün sonra - fevralın 14-də - Prezident İlham Əliyev Milli Məclisdə and içib.
Andiçmədən sonra Nazirlər Kabineti istefaya göndərilib və yeni tərkib formalaşdırılıb.
Qeyd edək ki, Milli Məclisin razılığı ilə Prezidentin sərəncamı əsasında Əli Əsədov yenidən baş nazir təyin edilib.
Tehranda “Evin” həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı, tanınmış aktyor və xəttat Murtaza Pərvinin bir həftədir ki, başladığı aclıq aksiyasına görə vəziyyəti ağırlaşıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, incəsənət xadiminin fəqərələrarası disk yırtığından əziyyət çəkməsi ailəsinin narahatlığını artırıb.
Qeyd edək ki, fevralın 23-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan güneyli fəal təcridxanada ona qarşı əsassız ittihamların irəli sürüldüyünü bildirib və qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirəcəyini deyib.
“Baku Med” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki mövzusu saç əkimi ilə bağlı olub.
Proqramda saç tökülməsinin səbəblərindən və saç transplantasiyası prosedurundan bəhs edilib.
Proqramın qonağı saç həkimi mütəxəssisi həkim-dermatoloq Araz Əmirov olub.
“Azərbaycan tərəfindən olan həmkarlarımızla daimi dialoqumuz var və onlar Azərbaycan, Ermənistan, Rusiya arasında olan üçtərəfli razılaşmalarda olan məsələlərin həll edilməsinin tərəfdarı olduqlarını təsdiq edirlər”.
S.Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı razılaşmaların necə reallaşdırılacağından asılıdır.
“Münasibətlərdə inkişaf hər iki ölkə rəhbərliyinin üçtərəfli razılaşmalarda olan öhdəliklərin yerinə yetirməsindən asılı olacaq”, - XİN başçısı deyib.
Sabiq təhsil naziri Misir Mərdanov və Xalq artisti Nazpəri Dostəliyeva toy məclislərinin birində rəqs ediblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntüləri Xalq artisti sosial media hesabında paylaşıb.
“Misir müəllimin çox sevdiyi “Naxçıvani” aşıq mahnısı.
Allahdan sizə uzun ömür arzulayıram”, - deyə Nazpəri Dostəliyeva qeyd edib.
Həmin görüntüləri təqdim edirik:"""Qeyd edək ki, bir müddət öncə də Xalq artisti və sabiq nazirin birgə rəqsinin görüntüləri yayılmışdı.
“Avropa İttifaqı (Aİ) Azərbaycanın uzunmüddətli tərəfdaşıdır”.
O bildirib ki, tərəflər arasında sıx tərəfdaşlıq əlaqələri var:""“Bu, özünü xüsusilə təhsil və peşə təhsili sahəsində göstərir.
Hər il minlərlə tələbə təhsilini davam etdirmək üçün Avropaya gedir.
Hər il Avropanın müxtəlif ölkələrindən yüzlərlə tələbə Azərbaycana gəlir.
Bu, qarşılıqlı əlaqə baxımından çox yaxşıdır”.
Prezident İlham Əliyev Əsgər Adil oğlu Rəsulovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
President.az xəbər verir ki, Ə.Rəsulov Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin müvafiq sərəncamı ilə təltif olunub.
“Rusiya Ermənistan rəhbərliyinin bəyanatlarını izləyir və öz praktik addımlarını planlaşdırarkən bunları nəzərə alacaq”.
Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında deyib.
O vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatları əsasında İrəvanla Bakı arasında nizamlanmanın alternativi yoxdur.
“Ermənistan rəhbərliyindən hər gün eşidilən bu bəyanatlar bizi reallıqda nələr baş verdiyi və bunu praktiki addımlarımızda necə nəzərə alacağımız barədə düşünməyə vadar edir”, - Lavrov qeyd edib.
Qeyd edək ki, son aylar İrəvanda Moskvaya qarşı ittihamlar səslənir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Vüsal Güloğlan oğlu Məlikov vəfat edib.
Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub.
O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb.
Ömrünün sonunadək də müxtəlif gəmilərdə motorçu kimi çalışıb.
Vüsal Məlikov Vətən müharibəsində iştirak edib.
O, haqq savaşımız başlayanda iş başında olsa da, döyüşlərə qatılmaq üçün gəmini öz istəyi ilə vaxtından əvvəl tərk edib.
30 il düşmən tapdağında qalan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşən Vüsal Prezident İlham Əliyevin Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülüb.
Xətai rayonunda sakinlərin istirahət yeri məhv edilir.
Bu barədə Oxu.Az-ın redaksiyasına ərazidə yaşayan sakinlər şikayət ünvanlayıblar.
Onların sözlərinə görə, ötən gün rayonun Gəncə prospekti, 105 ünvanında istirahət yeri dağıdılıb:""“Bir neçə il əvvəl də buranı söküb, yerinə bina tikmək istədilər.
Hamının etirazından sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev də əraziyə gəldi və burada heç bir tikinti işlərinin aparılmadığını bildirdi.
Bakıda 1500 sakinin istirahət yerini dağıtdılar - Bina tikəcəklər"Biz də öz hesabımıza ərazini abadlaşdırdıq, ağaclar əkdik, park saldıq, söhbətgahlar qoyduq, futbol stadionu düzəltdik.
Uşaqlarımız oynayır, biz də istirahət edirdik.
Dünən isə ərazini söküblər və tikinti aparılacağı bildirilib.
Biz oraya 20-dən çox xan çinarı və digər müxtəlif ağaclar alıb, əkmişik.
İndi bizi əraziyə yaxın getməyə də qoymurlar”.
Sakinlər qeyd ediblər ki, ora korporativ ərazidir və orada tikinti aparılması düzgün deyil:""“Bir neçə il əvvəl burada söküntü işləri aparmaq istəyən zaman da məhkəməyə müraciət etdik və qərar bizim xeyrimizə oldu.
Təxminən 1 500-ə yaxın insanın istirahət yeri məhv edilir”.
ƏVVƏL:"""SONRA:""İlhamə Əbülfət
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Bu barədə President.az xəbər verir.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinin birinci abzasından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılır.
Bununla nazirliyin kollegiyasının tərkibinə nazir (kollegiyanın sədri), onun müavinləri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər işçiləri daxil edilirlər.
Naxçıvan MR DSMF sədri isə artıq kollegiya üzvü sayılmır.
Əsasnaməyə görə, zəruri hallarda nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər da daxil edilə bilərlər.
Bakıdakı yollardan birində hərəkətin təşkilində dəyişiklik edilib.
Milli.az bildirir ki, Zahid Qəmbərov küçəsinin Binəqədi şosesi ilə kəsişməsində hərəkət istiqaməti dəyişdirilib.
Belə ki, artıq bu küçədən sola dönməyə icazə verilir.
Qeyd edək ki, dəyişiklik bir müddət əvvəl edilib.
Bundan əvvəl həmin küçədən Binəqədi tərəfə getmək istəyənlər bu yolla sağa daxil olub, sonra notariatın qarşısından geriyə dönmə edirdilər.
Gəncə şəhərində kafedə yüksək səslə domino oynayan şəxs saxlanılıb.
“Qaynarinfo”nun məlumatına görə, hadisə şəhərdə yerləşən “Kolorit” kafesində baş verib.
Belə ki, yüksək səslə domino oynayan 1978-ci il təvəllüdlü Azər Cəbiyevə (ad-soyad şərti) kafeninin xanım sahibi irad bildirib.
İraddan sonra sakitləşməyən müştərinin oradan çıxarılması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb.
Polis əməkdaşları gələrək onu müayinəyə aparmaq istəyiblər.
Lakin Azər başını divara vuraraq, polis əməkdaşlarının təklifindən boyun qaçırıb.
Məhkəmənin qərarı ilə Azər Cəbiyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 150 manat cərimə olunub.
O, törətdiyi əməldən peşman olduğu üçün məhkəmə zalında azadlığa buraxılıb.
“Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin tam modernləşdirilməsi və buraxılış gücünün brş milyon tona çatdırılması istiqamətində görülən işlərin 95%-ə qədəri artıq başa çatdırılıb”.
Onun sözlərinə görə, qarşıdakı iki ay ərzində layihə işlərinin tam başa çatdırılması nəzərdə tutulub.
“Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ötən ilin əvvəllərindən BTQ-nin modernləşdirilməsi və layihə tutumunun genişləndirilməsi üzrə işlərə başlanılıb”, - ADY rəhbəri bildirib.
R.Rüstəmov əlavə edib ki, layihə beş mərhələdən ibarət olub və artıq onun üç mərhələsi başa çatdırılıb:""“Bununla bağlı Gürcüstan hökuməti tərəfindən müvafiq təsdiqedici sənədlər alınıb.
Son olaraq Axalkalaki stansiyası üzrə sonuncu mərhələdə işlər başa çatmaq üzrədir.
Qalan işlərin də iki ay ərzində başa çatdırılması nəzərdə tutulub”.