Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
İşlədiyim vaxt Maliyyə Büdcə İdarəsinin təftişindən başqa nazirlik tərəfindən iki dəfə inspeksiya gəlib.
|
Həmin vaxtda əlavə olaraq 25 min manat pulu Cəlal Kazımova vermişəm”.
|
Cəlal Kazımov da buna münasibət bildirib.
|
O qeyd edib ki, Fəraim Sərkərovu maliyyə xidmətinin rəisi təyin olunması üçün təqdimatı o verib:""“Fəraimdə yalan yoxdur.
|
O vaxt artıq olan məbləğin 20 faizini maliyyələşmənin rəisi Nəriman Cabbarova, 30 faizi isə təftişin rəisi Rafail Xələfova çatıb.
|
Həmin məbləğləri maliyyə xidmətinin rəisləri mənə verib, mən də onlara vermişəm.
|
Heç kimdən əlavə pul alınmayıb, əlavə tapşırıqlar verilməyib.
|
İnspeksiya pullarına gəlincə isə deyim ki, nazirlik tərəfindən bizim yoxlamadan başqa inspeksiyalar göndərilirdi.
|
Yoxlamalar gələn zaman tabeliyində olan maliyyə xidmət rəisləri məlumat verirdilər.
|
Onlar pulları göndərirdilər, mən də həmin məbləğləri Rafail Xələfova verirdim.
|
O da məsələni inspeksiyanın rəisi Namiq Poladovla həll edirdi, beləcə problem aradan qalxırdı”.
|
Vəkillərin suallarını cavablandıran Fəraim Sərkərov qeyd edib ki, artıq məbləğləri nağd şəkildə, ya da “ölü canlılar” adlandırılan kartlar vasitəsi ilə çıxarıb:""“Müxtəlif dövrlərdə ümumilikdə 14 kart açılıb, həmin məbləğlər çıxarılaraq nağdılaşdırılıb.
|
Həmin pullar da təftiş zamanı hesablanıb”.
|
Prosesdə daha sonra “N” saylı hərbi hissənin maliyyə xidmət rəisi Fərid Abdullayev dindirilib.
|
O bildirib ki, 2021-2022-ci illər arasında maliyyə xidməti rəisi olduğu hərbi hissədə artıq sifarişlər yazılaraq pullar mənimsənilib:""“Həmin dövr ərzində ümumilikdə 67 min manat yeyinti aşkar edilib.
|
Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda da iştirak etmişəm.
|
Dövlətə dəymiş ziyan tam olaraq ödənilib”.
|
Şahid ödənişin qəbzlərini məhkəməyə təqdim edib.
|
Prosesdə hazırda Mərkəzi Ərzaq Anbarının maliyyə xidmətinin rəisi Səftər Əmirov ifadə verib.
|
O bildirib ki, “N” saylı hərbi hissədə çalışdığı dövrdə artıq sifarişlər yazılaraq pullar mənimsənilib:""“Həmin məbləğlərin təftiş zamanı 50 faizi geri qaytarılıb.
|
İşlədiyi hərbi hissədə mənimsənilən ümumi məbləğ 153 min manat olub.
|
Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda iştirak etmişəm və yoxlamanın nəticəsi ilə razılaşmışam.
|
Həmin puldan 67 min 512 manat mənə çatıb.
|
Dövlətə vurduğum ziyandan 52min 800 manat ödəmişəm.
|
Qalan məbləği yaxın zamanlarda ödəcəyəm”.
|
Prosesdə iştirak edən şahidlərin dindirilməsinin qapalı keçirilməsi ilə bağlı vəkillərin vəsatət təmin edilib.
|
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
|
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
|
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
|
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
|
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
|
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
|
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
|
Saatlı sakinini elektrik cərəyanı vuraraq öldürüb.
|
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonu, 5 saylı Yol-İstismar İdarəsində qeydə alınıb.
|
Saatlı rayonunun Sarıcalar kənd sakini Emin Hamlet oğlu Əliyevi iş yerində elektrik cərəyanı vuraraq öldürüb.
|
Faktla bağlı araşdırma aparılır.
|
Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu davam edir.
|
Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclasları təşkil olunacaq.
|
Ölkəmizi tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri təmsil edir.
|
Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.
|
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
|
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir zamanı Milli Parkın ərazisindəki Kiçik Körfəz su sahəsində qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan Masallı rayon sakini Telman Məcidov saxlanılıb.
|
Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.
|
Faktla bağlı araşdırma aparılır"15:37"Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub.
|
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
|
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Kür çayının Qazax rayon Birinci Şıxlı kəndindən keçən hissəsində qeyri-qanuni balıq ovu ilə məşğul olan A.Məmmədkərimov saxlanılıb.
|
Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumulyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, 105 ədəd xramulya balığı və digər əşyalar götürülərək Su Polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
|
Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Planetin ən zəngin adamları siyahısında ilk onluqda olan Mukeş Ambaninin oğlu Anant Ambani və nəhəng əczaçılıq şirkəti “Encore Healthcare”in baş direktorunun qızı Radhika Merçant üçün planlaşdırılan evlilik təyin olunan tarixə beş ay qalmış qeyd olunmağa başlanıb.
|
Amma artıq mərasim dünya ulduzlarının ən dəbdəbəli toylarını arxada qoyub.
|
Üç günlük şənliyə Hillari Klinton, Bill Qeyts, Mark Zukerberq, İvanka Tramp və digər məşhurlar da daxil olmaqla 1 200 nəfər dəvət olunub.
|
Rihanna başda olmaqla dünya ulduzları qonaqlar qarşısında çıxış edəcəklər.
|
Tədbirə qatılanlara məşhur aşpazlardan 2 500 növ yemək təqdim olunacaq.
|
Bundan başqa, qonaqlara geyim tərzini əks etdirən doqquz səhifəlik təlimat verilib.
|
Mənbələrin məlumatına görə, ailə bu tədbir üçün 151,6 milyon dollar (257,8 milyon manat) xərc nəzərdə tutub.
|
Maraqlıdır ki, planlaşdırılan mərasim hələ toyaqədərki məclisdir, toyun özü iyul ayında baş tutacaq.
|
Qeyd edək ki, Anantın atası Mukeş Ambaninin sərvəti 111 milyard dollar həcmində qiymətləndirilir.
|
O, “Forbes”un milyarderlər siyahısında doqquzuncu sırada qərarlaşıb.
|
Azərbaycanın MMA idmançısı Tofiq Musayevin döyüşü ləğv olunmayacaq.
|
Prosport.az xəbər verir ki, onun Böyük Britaniyanın (Şimali İrlandiyanın) Belfast şəhərində “Bellator 302” turnirində martın 22-nə planlaşdırılan döyüş baş tutacaq.
|
34 yaşlı kunq-fu üzrə dünya çempionumuz bununla bağlı açıqlamasında bildirib:""“Bəli, döyüşə gedəcəyəm.
|
Məşqçi kimi ya Mehman Məmmədovun, ya da uşaqlardan birinin köməyindən istifadə edəcəyəm”.
|
Onun rəqibi ingiltərəli Alfi Deyvis “Balta adam” ləqəbi ilə tanınır.
|
32 yaşlı idmançı indiyədək 16 döyüşdə qalib gəlib, dördündə məğlub olub, bir görüşdə isə qalib müəyyənləşməyib.
|
Musayev isə 22 döyüşdə qalib gəlib, beşində məğlub olub.
|
Qeyd edək ki, Tofiq Musayevin şəxsi məşqçisi Ruslan Əfəndiyev ötən ilin noyabrında Həsən Əzizov adlı şəxslə yaşadığı konfliktə görə həbsdədir.
|
Bu səbəbdən də məşqçisiz qalmış Tofiqin döyüşünün ləğv oluna biləcəyi ehtimal edilirdi.
|
“Sabah”ın yeni baş məşqçisi məlum olub.
|
Prosport.az xəbər verir ki, Bakı klubuna Krunoslav Renduliç başçılıq edəcək.
|
İddiaya görə, xorvatiyalı mütəxəssisin qarşısına Premyer Liqada ən azı üçüncü yeri tutmaq tələbi qoyulub.
|
Onun son klubu tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə çıxardığı Bosniya “Zrinski”si olub.
|
Qeyd edək ki, ötən ay rusiyalı mütəxəssis Murad Musayev “Sabah”ın baş məşqçisi postunu tərk edib.
|
İki milyonluq qalmaqalda ittiham olunan Anar Pənahlı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.
|
“Qaynarinfo”ya daxil olan məlumata görə, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova Anar Pənahlı barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
|
Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
|
Hakimin bu qərarı zərərçəkənlərin narazılığına səbəb olub.
|
Məlumata görə, onlar bununla bağlı yuxarı instansiyalara şikayət etmək niyyətindədirlər.
|
Anar Pənahlı ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində saxlanılıb.
|
Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (Dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) ilə ittiham elan olunub.
|
Anar Pənahlının cinayət işi üzrə beş nəfər zərərçəkən qismində tanınıb.
|
2020-ci ildən bu yana Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları Qərbin çirkin müdaxiləsi ilə dalana dirənib.
|
Azərbaycanın qələbəsi ilə başa çatan müharibədən sonra Avropa İttifaqı Ermənistanın şərti sərhədə yaxın bölgəsinə müşahidəçilərini yeritməklə sülh prosesinə dəstək adı altında müxtəlif fəaliyyətlərə başladı.
|
Əslində, müşahidəçiləri Ermənistana göndərməklə Qərbin siyasi kulisləri, xüsusən də Fransa sülhü ləngitmək, hər vəchlə imzalanacaq sülh müqaviləsini baltalamaq məqsədi güdürdü.
|
Təsadüfi deyil ki, 17 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın Münhen şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra maraqlı məqamlar üzə çıxıb.
|
Görüş keçirilən vaxt müxtəlif KİV-ə açıqlama verən erməni baş nazir danışıqlardan məmnunluğunu ifadə etsə də, Ermənistana qayıtdıqdan sonra Münhendə dediklərinin əksinə bəyanatlar səsləndirdi.
|
Bundan sonra isə Parisə səfər edən Paşinyan bu bəyanatlarına yenisini də əlavə edərək, Azərbaycanın Ermənistana hücum edəcəyi barədə fikir bildirdi.
|
Hələ bu da azmış kimi, erməni siyasi elitasının müxtəlif simaları, müxalifət nümayəndələri ilə yanaşı, Avropa Parlamentinin bir sıra deputatları da bu axına qoşularaq sərsəm bəyanatlar səsləndirdilər.
|
Təbii ki, bu açıqlamaların arxasında Qərbin məkrli siyasəti durur və bu siyasət sülh danışıqlarını baltalamaqdan ibarətdir.
|
Əslində, Almaniya görüşündən sonra Yelisey sarayının diktəsi ilə keçirilən danışıqlara kölgə salmaq Parislə Berlin arasında da münasibətlərin kəskin şəkildə pisləşməsindən xəbər verir.
|
Məlum olduğu kimi, Ukraynaya yardım məsələsində bu iki dövlətin fikri bir-birilə üst-üstə düşmür və rəsmi Paris alman hökumətindən daha çox yardım etməyi tələb edir.
|
Artıq Almaniyanın yardımı 10 milyard avronu ötsə də, Fransanın Kiyevə ayırdığı yardım 650 milyon avrodan bir az artıqdır.
|
Bu isə tərəflər arasında kəskin etiraza səbəb olub və siyasi kulislərdə iki Avropa dövlətinin münasibətlərinin kəskinləşdiyi barədə fikirlər dolaşır.
|
Ermənistan və Azərbaycan dövlət başçılarının görüşündən sonra Paşinyanın tələsik Parisə səfər edərək, Yelisey sarayının diktəsi ilə hətərən-pətərən danışmasına da bu prizmadan yanaşmaq lazımdır.
|
Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Berlində iki günlük görüşü zamanı Avropa Parlamentinin bir sıra deputatlarının cəfəngiyyat dolu açıqlamaları, ölkəmizin əleyhinə qətnamə fikrinə də Almaniya və Fransa arasındakı ciddi rəqabət prizmasından yanaşmaq olar.
|
Rəsmi Paris heç bir vəchlə Bakı və İrəvan arasında sülh dialoqunun inkişafını istəmir.
|
Bunun isə bir sıra səbəbləri var.
|
İlk sırada Cənubi Qafqazda baş verən qarşıdurma və çaxnaşma Afrikadan qovulan Makron hökumətinin bir sıra geosiyasi maraqlarını təmin edir.
|
Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının sədri etiraf edib ki, 2021-ci ildən bir neçə dövlətlə bir neçə milyard dollarlıq silah müqaviləsi imzalanıb.
|
Əgər 2020-ci ildə İrəvanın hərbi-texniki əməkdaşlığının 96 faizi Rusiya Federasiyası ilə idisə, bu gün Moskva ilə imzalanan müqavilənin payı ümumi payın 10 faizini təşkil edir.
|