Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Azərbaycanda ürək və ağciyər transplantasiyası əməliyyatlarının bu günə qədər icra oluna bilməməsinin səbəbi odur ki, meyit donordan orqan götürülməsi mümkün deyil.
|
Əvvəl bu qanunla tənzimlənmədiyindən mümkün olmurdu, hazırda isə qanun icazə versə də, insanlar bu məsələyə isti yanaşmır.
|
Xezerxeber.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələrin sayı da olduqca çoxdur.
|
Onun sözlərinə görə, bir xəstənin bir illik dializ müalicəsi təqribən 16 min manatdır.
|
Xəstəyə böyrək köçürülməsi də eyni məbləğdir.
|
Bu səbəbdən orqan köçürülməsinin tez baş tutması həm xəstənin ağrıdan qurtulmasına, həm də rəsmi qurumların iqtisadi cəhətdən xərclərinin azalmasına gətirib çıxaracaq.
|
Meyitin donor olması üçün isə beyin ölümü gerçəkləşməlidir.
|
Ölkədə həkimlərin çoxu tərəfindən beyin ölümü gerçəkləşmiş xəstələrə “beyin ölümü” diaqnozu qoyulmur.
|
Koordinasiya Mərkəzi bir ildir fəaliyyət göstərsə də bu müddət ərzində könüllü donor olmaq üçün sadəcə 30-a yaxın adam müraciət edib.
|
Rusiyada girişinə məhdudiyyət qoyulmuş saytların sırasına “Vikipediya” da qoşula bilər.
|
Buna səbəb martın 1-də Rusiyada VPN xidmətləri də daxil olmaqla məhdudiyyətdən yan keçmə vasitələrinin reklamını və ya yayılmasını qadağan edən qanunun qüvvəyə minməsidir.
|
Bu barədə Dövlət Dumasının deputatı Anton Qorelkin “Telegram” kanalında yazıb.
|
Qorelkin blokdan yan keçməyin yollarını təsvir edən və həmçinin bu üsullardan istifadə etməyi tövsiyə edən “Vikipediya” məqaləsinə diqqət çəkib.
|
“Vikipediya”nı bloklamaq üçün qanuni əsaslar var, bunun istifadəçilər arasında ciddi narahatlığa səbəb olmamasını təmin etmək qalır”, - o yazıb.
|
Onun sözlərinə görə, bu resursda mövcud olan bütün qiymətli məlumatların artıq surəti çıxarılıb, ensiklopedik standartlara uyğunlaşdırılıb və rus saytlarında yerləşdirilib.
|
O, “Vikipediya” məqaləsinə keçiddən sonra istifadəçiyə yazının Rusiya analoqlarından birində təhlükəsiz versiyasını açmağı təklif edilməsini irəli sürüb.
|
Deputat əlavə edib ki, bunun üçün lazım olan texniki həll artıq İnternet Texnologiyaları üzrə Regional İctimai Mərkəz tərəfindən hazırlanır.
|
Xatırladaq ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) “Wikimedia Foundation” qeyri-kommersiya təşkilatını dəfələrlə cərimələyib.
|
İddialara səbəb layihənin Rusiya hərbçilərinin Ukraynadakı hərəkətləri ilə bağlı məlumatları silməkdən imtina etməsi olub.
|
Dekabr ayında “Wikimedia.ru”ya dəstək icması bağlandığını elan edib.
|
Çexiyanın xarici işlər naziri Yan Lipavski təyyarədə yaranan texniki nasazlıq səbəbindən Yaponiyanı tərk etdikdən sonra Hindistanın Mumbay hava limanında qalıb.
|
Qeyd olunur ki, Lipavski on şirkət və qurumun nümayəndə heyətinin müşayiəti ilə Hindistan, Avstraliya və Yaponiyaya təxminən iki həftəlik səfərdən sonra ölkəsinə qayıdır.
|
“Biz artıq yolda olan əvəzedici təyyarənin gəlməsini gözləyirik”, - Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Daniel Dreyk bildirib.
|
Mənbə:Radio Prague International
|
Əməkdar artist Sənubər İsgəndərli “Beşmərtəbəli evin altıncı mərtəbəsi” filmində çəkilməsinə peşman olub.
|
Oxu.Az xəbər verir ki, bu haqda aktrisa proqramların birində danışıb.
|
S.İsgəndərli aparıcı Saleh Bağırovun “Dediniz ki, indiki ağlım olsaydı çəkilməzdim” sözlərinə belə cavab verib:""“Bir çox səbəbləri var idi. Qeyd edək ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” 1996-cı ildə lentə alınıb.
|
Ekran işində Təhminə obrazını Sənubər İsgəndərli canlandırıb.
|
İranın paytaxtı Tehranda metronun Şuş stansiyasında elektron sistemdə baş vermiş yanğınla əlaqədar “15 Xordad” stansiyası ilə “Şəhid Buxarai” stansiyası arasındakı 1 saylı xəttin elektrik enerjisi kəsilib, qatarların hərəkəti dayandırılıb.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
|
“Bu gün saat 19:00-da metronun Şuş stansiyasında yanğınla bağlı məlumat daxil olub.
|
Elektrik yarımstansiyası yanıb, itki və xəsarət alanlar olmadan yanğının qarşısı alınıb”, - deyə yanğınsöndürmə idarəsinin mətbuat xidmətinin rəhbəri Cəlal Mələki bildirib.
|
Həmçinin qeyd olunur ki, metronun “Xomeyni” stansiyasında dəmir yolu relsi qırılıb, sərnişinlər təxliyyə olunurlar.
|
Salyanda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin yaralanması ilə nəticələnib.
|
Belə ki, hərəkətdə olan “Jiquli” markalı avtomobil digər avtomobillə toqquşub.
|
Qəza nəticəsində rayonun 2007-ci il təvəllüdlü Müşfiq Hilal oğlu Əzizov və Cəlilabad rayon sakini 2000-ci il təvəllüdlü Cəmil İbad oğlu Əzizov müxtəlif dərəcəli xəsarətlər alıblar.
|
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
|
Faktla bağlı araşdırma aparılır.
|
ABŞ-nin Kaliforniya ştatında Sierra Nevada dağlarını güclü qar fırtınası bürüyüb və bu, xizək kurortlarının bağlanmasına səbəb olub.
|
Meteoroloqlar yüksək dağlıq ərazilərdə qarın hündürlüyünün üç metrdən çox olacağını bildirirlər.
|
Bu, Taho gölünün yaxınlığındakı sakinlər üçün həyati təhlükə yaradacaq və əsas şərq-qərb magistralında nəqliyyatın hərəkətinə mane olacaq.
|
Xatırladaq ki, martın 1-də Kaliforniya hakimiyyəti güclü külək və zəif görmə səbəbindən Reno və Sakramento arasındakı əsas marşrutda 100 mil məsafədə I-80 şosesini bağlayıb.
|
Magistral yolun nə vaxt açılacağı məlum deyil.
|
Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yekunlaşıb.
|
Oxu.Az xəbər verir ki, Azərbaycan yığması turniri dörd qızıl, beş gümüş və yeddi bürünc medalla başa vurub.
|
Bununla da milli komanda yarışda medal əyarına görə ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub.
|
Turnirin ilk günündə cüdoçularımız dörd qızıl, iki gümüş və altı bürünc medal qazanıblar.
|
İkinci gündə isə oğlanlar arasında 81 kiloqram çəkidə Mehdi Abbasov və +90 kiloqramda Sübhan Axundov gümüş medal əldə edib.
|
Qızlar arasında isə 57 kiloqramda Aytən Verdiyeva gümüş, Nilgün Rzayeva bürünc mükafatın sahibi olub.
|
Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.
|
Polşalı fermerlər sərhəddə Ukrayna hərbçilərinin texnikalarının qarşısını kəsirlər.
|
Bu barədə ukraynalı könüllülər məlumat verib.
|
Onlar həmçinin qeyd ediblər ki, fermerlər avtomobillərin şüşələrini sındırırlar.
|
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, polşalı etirazçılar Ukrayna sərhədində bütün altı istiqaməti bağlayıblar.
|
Ən uzun növbə “Krakovets” və “Yaqodin” nəzarət-keçid məntəqələrindədir.
|
Ümumilikdə, Polşada Ukraynaya doğru bütün bu marşrutlarda 2400-dən çox yük maşını növbə gözləyir.
|
Polşalı fermerlərin sərhədi blokadaya alması səbəbindən əvvəllər Polşada ilişib qalan Ukrayna daşıyıcıları əvvəllər etdikləri kimi etiraz aksiyası keçirmək və yollardan birini bağlamaq istəsələr də, Polşa hüquq-mühafizə orqanları onlara icazə verməyib.
|
Sürücülərlə polis arasında münaqişə yaranıb, bundan sonra ukraynalılar Ukrayna himnini oxumağa başlayıblar.
|
Sosial şəbəkələrdə GPS cihazları satışa çıxarılıb.
|
Kiçik ölçülü bu avadanlıq vasitəsi ilə insanların harada olduğunu izləmək mümkündür.
|
Bəs bu tip izləmə cihazlarının satılması nə dərəcədə qanunauyğundur?
|
“İdman həftəsi” çərçivəsində martın üçündə “Qürurla irəli!” şüarı ilə Xankəndi - Bakı ultramarafonunun dördüncü mərhələsi keçirilib.
|
Oxu.Az xəbər verir ki, 17 nəfərin iştirakı ilə Hacıqabuldan start götürən dördüncü mərhələ 70 kilometr məsafəni əhatə edərək Qobustanda başa çatıb.
|
17 nəfərin hamısının finişə çatdığı dördüncü mərhələdə kişilər arasında Artyom Əliyev (Azərbaycan) birinci, Yadigar Hüseynov (Azərbaycan) ikinci, Murat Kaya (Türkiyə) üçüncü olublar.
|
Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.
|
Göyçaydakı qəzada ölən şəxslərdən biri - Xəqani Bağırov rayonda tanınmış fotoqraf olub.
|
Bununla bağlı “Qafqazinfo” məlumat yayıb.
|
Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.
|
Qeyd edilib ki, qəzaya düşən “KIA Sportage” markalı avtomobil “Rent a car”a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş.
|
09:24"Göyçayda ağır avtomobil qəzası baş verib, ölənlər və yaralanan var.
|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay rayonunun Müskürlü kəndi ərazisində KIA markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
|
Müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlülər - Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüblər.
|
Digər bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
|
Faktla bağlı cinayət işi başlanılıb.
|
03:00"Göyçay-Ucar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
|
APA xəbər verir ki, hadisə zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
|
Hazırda əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub.
|
Yaralıların Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.
|
Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
|
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu və nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Rauf Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
|
İtaliya A Seriyasının 27-ci turunun “Napoli” və “Yuventus” oyunu başa çatıb.
|
Oyun Neapoldakı Dieqo Armando Maradona stadionunda keçirilib.
|
Matçı Mauritsio Marianinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
|
Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
|
Neapol klubu ilk hissənin sonunda hesabı açıb.
|
43-cü dəqiqədə Xviça Kvaratsxeliya meydan sahiblərini hesabda irəli çıxarıb.
|
Qonaqlar 81-ci dəqiqədə tabloda tarazlığı bərpa ediblər.
|
Turinlilərin heyətində Federiko Kyeza fərqlənib.
|
88-ci dəqiqədə Viktor Osimhen penalti yerinə yetirmək imkanı əldə edib.
|
Meydan sahiblərinin hücumçusu penaltini dəqiq yerinə yetirə bilməsə də, qapıçının qaytardığı topu Cakomo Raspadori tora qovuşdurmağı bacarıb.
|
İtaliya çempionatının 27 turundan sonra “Yuventus” 57 xal toplayıb və lider “İnter”dən 12 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
|
“Napoli” 43 xal toplayıb - A Seriyasının turnir cədvəlində yeddincidir.
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu yenidən ölkənin baş naziri seçilməsi münasibətilə təbrik edib.
|
Bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.
|
Qeyd olunub ki, telefon danışığında Türkiyə - Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.
|
Eyni zamanda, Ərdoğan Şahbaz Şərifi yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib və yeni dövrdə Türkiyə ilə Pakistan arasında əlaqələrin daha da dərinləşəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib.
|
Prezident Ərdoğan Pakistanda törədilmiş terror aktlarını pislədiyini vurğulayıb və Pakistan xalqına başsağlığı verib.
|
Xatırladaq ki, martın 3-də Şahbaz Şərif yenidən Pakistanın baş naziri seçilib.
|
Şahbaz Şərif 2022-ci ilin aprelindən 2023-cü ilin avqustunadək ölkənin baş naziri olub.
|
O vaxtdan bəri hökumətin başında müvəqqəti olaraq Ənvər-ül Haq Kakar olub.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.