Search is not available for this dataset
text
stringlengths
10
518k
Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə M.C.Paşayev küçəsi, 18 ünvanında yerləşən beşmərtəbəli binada qeydə alınıb.
İkinci mərtəbədəki mənzilin mətbəxində olan paltaryuyan maşın alışıb.
Ev sahibi yanğını söndürmək istəyərkən tüstüdən zəhərlənib.
Əraziyə FHN-in DYMX-nin əməkdaşları cəlb olunublar.
Alovun mətbəxdən digər otaqlara keçməsinin qarşısı alınıb.
Evin sahibi təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
İlkin məlumata görə, təxminən ahıl kişini avtomobil vuraraq öldürüb.
Sürücü isə hadisə yerindən qaçıb.
Hazırda piyadanın, habelə sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilən əməliyyatlar zamanı rayon sakinləri - Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar.
E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.
O, cəzasının yüngülləşdirilməsini istəyir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə 2022-ci ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Haiti hakimiyyəti silahlı dəstələrlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmaya görə paytaxt Port-o-Prinsdə ən azı üç günlük fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək qərarına gəlib.
Administrasiyadan bildirilib ki, tədbir növbətçi asayiş keşikçilərinə, yanğınsöndürənlərə, təcili yardım sürücülərinə, tibb işçilərinə və jurnalistlərə şamil edilmir.
Polisə komendant saatını tətbiq və bütün qanun pozucularını həbs etmək üçün bütün qanuni vasitələrin istifadəsi ilə bağlı ciddi tapşırıq verilib.
Qeyd edək ki, martın ikisində silahlı qrupların üzvləri ölkənin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azad ediblər.
Bunun ardınca ərazidə kütləvi davalar və mülki şəxslərə hücumlar baş verib.
Mənbə:Gazeta.ru"09:10"Haitinin Port-o-Prens şəhərindəki həbsxanadan minlərlə məhbusun qaçması zamanı azı 10 nəfər ölüb.
Bununla bağlı Haiti İnsan Hüquqlarını Müdafiə Milli Şəbəkəsi məlumat verib.
Həbsxananın ətrafına baş çəkən mətbuat işçilərindən biri güllə yaraları olan 10-a yaxın cəsədi gördüyünü bildirib.
Hələlik hadisənin digər təfərrüatı açıqlanmır.
Qətl törətməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən Rəşad Abdullayev barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 6-na təyin edilib.
İttihama görə, hadisə 2020-ci il iyunun 16-da saat 4 radələrində Salyan rayonunun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında qeydə alınıb.
Belə ki, gölə balıq tutmaq üçün gələn iki nəfər ərazinin gözətçisi, 1995-ci il təvəllüdlü Rəşad Valeh oğlu Abdullayev tərəfindən güllələnib.
Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 1995-ci il təvəllüdlü Asif Gəray oğlu Qarayev hadisə yerində ölüb, onun həmkəndlisi 1996-cı il təvəllüdlü Fərzalı Vidadi oğlu Aydınov isə güllə yarası alıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsi Rəşad Abdullayevin apellyasiya şikayətini qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib.
Məhkum əməlinin tövsifi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) maddələrindən CM-in 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə dəyişdirilib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.
Ali Məhkəmə kassasiya protestini təmin edib, Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv edilərək işi yeni apellyasiya baxışına təyin edib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
Məhkum 16 iyun 2020-ci il tarixdən 3 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 5 ay 17 gün müddət təyin edilmiş 16 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 14 il 6 ay 13 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum müdafiəçiləri tərəfindən kassasiya şikayəti verilib.
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Məlumata görə, zəlzələ 10 km dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar Sumatra adasında yerləşən Benkulu şəhərindən 224 km aralıda müşahidə edilib.
Təbii fəlakət nəticəsində itkilər və dağıntılar barədə məlumat yoxdur.
Özünü vəzifəli şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhddə və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərid Kərimlinin barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmə əsasən, F.Kərimli məhkəmə zalında həbs olunub.
İttihama görə, əvvəllər məhkum olunmuş Fərid Fərəməz oğlu Kərimli Aygün Mirzəyevaya 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib.
Ona qarşı Cinayət Məcəlləsinin dələduzluğa cəhd, rüşvətə təhrik etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə ittiham elan olunub.
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Faiq Əliyev və tanışı Tehran Əliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat görə, F.Əliyevin idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə tiryək və marixuana, həmçinin 240 ədəd psixotrop tərkibli metodon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, rayonun Düz Cırdaxan kənd sakini Firuz Qocayev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə piyada, Tovuz rayonunun Abulbəyli kənd sakini 1978-ci il təvəllüdlü Almaz Abdullayevanı vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Monqolustanda havaların qeyri-adi soyuq keçməsi nəticəsində tələf olan otlayan heyvanların sayı üç milyonu keçib.
Bu barədə ölkənin fövqəladə hallar üzrə xüsusi dövlət komissiyası bildirib.
“Mart ayının əvvəlinə olan məlumata görə, güclü qar ilə müşahidə olunan qeyri-adi soyuq qışda ölkəmizdə 3 milyon 89 min 420 baş otlayan heyvan aclıqdan tələf olub.
İtkilər 2024-cü ilin əvvəlinə qeydə alınan mal-qara sayının 4,7 faizini təşkil edib”, - deyə məlumatda qeyd olunub.
Məlumata əsasən, indiki çətin vəziyyət gələn yaza qədər daha da ağırlaşacaq.
Meteoroloqların məlumatına görə, Monqolustanda havanın orta illik normadan daha soyuq olacağı, güclü qar və toz fırtınaları olacağı gözlənilir.
Bu, mal-qaranın otarılması və qarşıdan gələn balalama dövründə əlverişsiz şərait yaradacaq.
Yunanıstan milli müdafiə naziri Nikolaos Dendias Ermənistana gələcək.
Bu barədə Ermənistan KİV-də məlumat verilib.
Məlumata görə, Dendiasın başçılıq etdiyi nümayəndə heyəti bu gün Ermənistana yollanacaq.
Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehti İsmayılovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsində onun şikayətini təmin olunmayıb.
İttihama görə, hadisə Bakının Maştağa qəsəbəsində qeydə alınıb.
Mehti İsmayılov hadisə zamanı oğlu Rəşadın başından balta ilə zərbə vurub, gəlini Cəmalənin üzünün bir neçə yerində balta zərbələrindən çapıq yaranıb, sol budundan bir neçə yerdən kəsik xəsarətləri alıb.
O, məhkəmədə ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib.
Xankəndidə separatçıların “parlament” binası sökülür.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, həmin tikili erməni separatçıları tərəfindən “parlament” binası kimi istifadə edilirdi.
Söküntü görüntülərini təqdim edirik:
Bu gün karate üzrə beşqat dünya, 11 qat Avropa çempionu, Olimpiya ikincisi, karatenin “Qara brilyant”ı Rafael Ağayev 39 yaşını qeyd edir.
Oxu.Az xəbər verir ki, Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
Qeyd edək ki, atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb.
İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilib, ona ilk vərdiş və bacarıqları aşılayıb.
İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb edib və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri “Budokan”da məşq etməyə dəvət alıb.
Rafael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilib.
O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak edib.
Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olub və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmayıb.
2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ildə yarışlara qatıla bilməyıb.