Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
2015-ci ildə yenidən var gücü ilə mübarizə aparmağa başlayıb.
|
75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rafael Ağayev 2015 Avropa Oyunlarında çempion adını qazanıb, qızıl medala sahib olub.
|
O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da mübarizə aparıb.
|
Finala qədər yüksələn Rafael Ağayev həlledici görüşdə məğlub olaraq Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
|
Azərbaycanın tanınmış karateçisinə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib.
|
Rafael Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib.
|
Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.
|
Qeyd edək ki, R.Ağayev İtaliyanın “Yuventus” klubunun sadiq azarkeşidir.
|
Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.
|
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:""“Mənim səhhətimdə heç bir problem yoxdur.
|
“Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim.
|
Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.
|
Məgər, mən İsrail tanıyıram ki?
|
Sağlıq olsun”, - deyə o qeyd edib.
|
09:50"Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.
|
Gununsesi.info-nun məlumatına görə, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
|
Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.
|
Bildirilir ki, bir sutka həkim nəzarətində qalan R.Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.
|
Bakıda dələduzluqda təqsirləndirilən “Run Group” şirkətinin prezidenti İranə Talışxanovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.
|
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
|
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.
|
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
|
Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
|
Qeyd edək ki, “Run Group” şirkətinin prezidenti İranə Talışxanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.
|
Cinayət işi üzrə 11 nəfər zərərçəkən şəxs qismində tanınıb.
|
Zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var.
|
Zərərçəkənlərin hər birinə iş qurmaq adı altında dələduzluq edilib.
|
Rusiyanın Çelyabinsk vilayətində iki yük maşınının toqquşması nəticəsində dəhşətli yanğın başlayıb, sürücülərdən biri faciəvi şəkildə həlak olub.
|
Bu barədə regional Dövlət Yol Müfəttişliyinin Mətbuat Xidməti xəbər verib.
|
Bildirilir ki, yanğının söndürülməsinə üç avtosistern cəlb olunub.
|
Məlumata görə, dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı M5 avtomobil yolu bağlanıb, minik avtomobilləri üçün dolama marşrut təşkil edilib.
|
Hadisəni baş vermə səbəbləri araşdırılır.
|
Daxili İşlər Nazirliyi (DİN) Müğənni Nigar Camala qarşı dələduzluq edilməsi barədə açıqlama verib.
|
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ barədə araşdırma aparılır:""“Nəticəsi barədə məlumat veriləcək”.
|
09:58"Müğənni Nigar Camala qarşı dələduzluq edilib.
|
Oxu.Az xəbər verir ki, Elşad Eldar oğlu Məmmədov adlı şəxs “TikTok”da sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb.
|
O, pərəstişkarlarını Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.
|
Nigarın sevənlərindən həm də şəklini istəyən Elşad Məmmədov daha sonra bu şəkilləri yaymaqla onları şantaj edib.
|
Müğənni fanatlarını bu şəxsdən gələn mesajlara cavab yazmamağa səsləyib.
|
Ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan məktəbli Amar Azər oğlu Əliyev 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdidir.
|
Bu barədə Oxu.Az-a sözügedən məktəbin direktoru Sona Əliyeva məlumat verib.
|
O bildirib ki, hadisə ötən gün uşaqlar həyətdə oynayan zaman baş verib.
|
“Onlar dağ tərəfə gediblər və Amar sahibsiz itlərin hücumuna məruz qalıb.
|
Uşağın anası özü də məktəbdə texniki işçi kimi çalışır”, - deyə direktor qeyd edib.
|
Direktor onu da bildirib ki, hadisə baş verəndən sonra müəllim kollektivi ilə birgə orada olublar:""“Xəstəxanada, əməliyyata götürüləndə də yanında olmuşuq”.
|
12:55"Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb.
|
Kliniki Tibbi Mərkəzin uşaq cərrahı Fuad Məmmədov APA-ya açıqlamasında bildirib ki, azyaşlı xəstəxanaya gətirildiyində ağır şok vəziyyətində idi:""“Verilən məlumata görə uşaq üç itin hücumuna məruz qalıb.
|
Vücudunun demək olar, hər yerində dişlənmiş, dəlinmiş, əzilmiş yara izləri var idi.Xəstəyə təcili yardımda beynəlxalq protokollara əsasən təcili müdaxilə edilib.
|
Xəstə xəstəxanaya gətiriləndən sonra təcili şəkildə əməliyyata çıxarılaraq reanimasyon tədbirlər icra edilib və əməliyyata başlanılıb.
|
Xəstəyə cərrahi olaraq bu tip yaralarda gərəkli olan, protokola əsasən cərrahi müdaxilə edilib.
|
Xəstə əməliyyat sonrası reanimasiya şöbəmizə yerləşdirilib.
|
Burada xəstəyə beynəlxalq protokollara uyğun formada nə lazımdırsa, edilir”.
|
“Hazırda xəstənin vəziyyəti ağırdır və palataya nə zaman köçürülməsi və ya yenidən əməliyyat olunması ilə bağlı öncədən proqnoz vermək hələ tezdir”, - deyə həkim qeyd edib.
|
11:09"Ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir.
|
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
|
Bildirilib ki, 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:""“03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
|
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
|
Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
|
Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib.
|
Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibb yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.
|
Hazırda vəziyyəti ağır qiymətləndirilir”.
|
11:00"Daxili İşlər Nazirliyi ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalması məsələsinə münasibət bildirib.
|
Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib:""“Hadisə Qaradağ rayonu ərazisində baş verib.
|
Sahibsiz itlər 2014-cü il təvəllüdlü uşağa hücum edib.
|
Uşaq xəstəxanaya yerləşdirilib.
|
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
|
Nəticəsi barədə əlavə məlumat veriləcək”.
|
10:06"Qobu qəsəbəsində azyaşlını itlərin parçaladığı bildirilir.
|
Bu barədə Oxu.Az-a oxucular məlumat veriblər.
|
“Qobu Park”da itlərin hücumuna məruz qalan uşağın üç və ya dördüncü sinif şagirdi olduğu bildirilir.
|
Qeyd olunur ki, hadisə barədə uşağın valideynləri xəbərsiz olub.
|
Videonu təqdim edirik:""Əzizə İsmayılova
|
Rusiyanın Samara vilayətində dəmir yolu körpüsündə partlayış baş verib.
|
Bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.
|
Məlumatda qeyd olunub ki, naməlum şəxslər bu gün səhər saatlarında dəmir yolu relsinin Zvezda-Çapayevsk hissəsində körpünün dayaqlarını partladıblar.
|
Məlumata görə, hazırda körpüdə qatarların hərəkəti dayandırılıb.
|
Hadisə yerində xüsusi xidmət orqanları işləyir.
|
Sabah Quba, Samux və Saatlı rayonlarının bir hissəsinin qaz təminatında fasilə yaranacaq.
|
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
|
Məlumata görə, Quba rayonunun Nügədi kəndində istismarda olan d-219 millimetrlik qaz xəttində, Samux rayonunun Ziyadlı, Qovlarsarı və İstixana kəndlərindəki qaz xəttində, Saatlı rayonunun kəndlərini təbii qazla təmin edən diametri 315 mm-lik PE orta təzyiqli “Qarayevkənd” yeraltı qaz kəmərində “Təmiz-Qaz” QSC tərəfindən aşkar edilmiş sızmalarının ləğvi ilə əlaqədar 05.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
|
20:54"Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 millimetrlik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
|
Bu barədə “Azəriqaz” İstehsal Birliyindən bildirilib.
|
Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
|
10:22"Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, “Mədən” ərazisinin, “Baksol” yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
|
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
|
Bildirilib ki, “Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan ortatəzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar 04.03.2024-ci il tarixdə saat 10:30-dan etibarən “Sərdarov zavodu” ortatəzyiqli qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.
|
Peruda nəhəng qayalar yoldan keçən yük maşınlarına çırpılıb.
|
Qorxunc hadisə arxadan gələn maşının kamerası ilə qeydə alınıb.
|
Kadrlarda qəfil başlayan aşınma ilə qarşıda gedən yük maşınının yararsız hala düşməsi əks olunub.
|
Hadisə şahidi bundan sonra maşınını geri versə də, zərərsiz xilas ola bilmir.
|
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində sürücülər salamat qalıblar, xəsarət almayıblar.
|
“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiqlənib.
|
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
|
Qərarda məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydalarının müəyyən edilməsi nəzərdə tutulur.
|
Qərarın qəbul ilə qida məhsulları, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalına, həmçinin yem məhsulları, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsulları, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə dövlət nəzarətinin aparılmasına imkan yaranacaq.
|
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”yə dəyişiklik edilib.
|
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
|
Qərarla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib.
|
Belə ki, Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.
|
Qərarın əvvəlki variantı isə belə idi:“Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldırır”.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.