Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Qalapaqos arxipelaqına daxil olan Fernandina adasındakı La Kumbre vulkanı püskürməyə başlayıb.
|
Bu barədə Ekvadorun Ətraf Mühit Nazirliyi məlumat yayıb.
|
“Peyk sistemləri vasitəsilə qaz emissiyaları və istilik anomaliyaları aşkar edilib”, - deyə agentlikdən bildirilib.
|
Hesabatda vulkanın yerləşdiyi adada yaşayış olmadığına görə insanlar üçün təhlükənin qalmadığı qeyd edilib.
|
Qeyd edək ki, Ekvadora daxil olan Qalapaqos adaları Sakit Okeandakı vulkanik arxipelaqdır və vəhşi təbiəti seyr etmək üçün planetin ən yaxşı yerlərindən biri hesab olunur.
|
Bu adalar çoxlu sayda endemik bitki və heyvan növləri ilə tanınır, onların çoxuna başqa heç bir yerdə rast gəlinmir.
|
Məlumata görə, Çarlz Darvin təkamül nəzəriyyəsini əsaslandırmaq üçün Qalapaqos adalarında apardığı şəxsi müşahidə materiallarından geniş istifadə edib.
|
Azərbaycanı təmsil edən karateçi İrina İqoryevna Zaretskanın doğum günüdür.
|
İrina Zaretska Karate üzrə Dünya çempionatının qızıl medalına sahib olan birinci və yeganə qadın idmançımızdır.
|
Oxu.Az xatırladır ki, İrina İqoryevna Zaretska 1996-cı il martın 4-də Odessa şəhərində anadan olub.
|
Odessa Milli Hüquq Universitetində ali təhsil alıb.
|
1999-cu ildə Sergey Slavutun məşqçiliyi altında idmanla məşğul olmağa başlayıb.
|
2005-ci ildən isə o, Denis Morozovun rəhbərliyi altında məşq edib.
|
İrina Zaretska beynəlxalq səviyyədə birinci turnirinə 2012-ci ilin fevralında Azərbaycanda baş tutan yeniyetmələr arasında Avropa çempionatı çərçivəsində qatılıb.
|
Həmin yarışda rəqibləri üzərində qələbə qazanan 15 yaşlı İrina Zaretska, yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına sahib olub.
|
İrina Zaretska 2015-ci ildə Fransanın Paris şəhərində baş tutan Premyer Liqa turnirinə qatılıb və qalib olub.
|
Martda Azərbaycan Milli Karate Federasiyası (AMKF) tərəfindən İrina Zaretskaya Azərbaycan yığmasının heyətində mübarizə aparmaq üçün müraciət olunub.
|
O, həmin müraciətə müsbət cavab verib.
|
İrina Zaretska Azərbaycan yığmasının heyətində beynəlxalq səviyyədə birinci nüfuzlu turnirə İstanbul şəhərində baş tutan Avropa çempionatı çərçivəsində qatılıb.
|
Avropa çempionatının birinci görüşündə o, Rusiya nümayəndəsini, növbəti görüşündə isə Ukrayna təmsilçisini məğlub eləsə də, 1/4 final mərhələsində Monteneqro nümayəndəsinə məğlub olub və çempionatı 8-ci pillədə başa vurub.
|
İdmançımız 2016-cı ildə Berlində keçirilən Premyer Liqada, 2017-ci ildə Gənclər arasında Avropa çempionatında qalib gəlib.
|
Onun hesabında 2018-ci ildə Madriddə Dünya çempionluğu, 2019-cu ildə Premyer Liqada ardıcıl qələbələr, 2020-ci ildə 2-ci dəfə Dünya çempionluğu, 2021-ci ildə Olimpiya Oyunlarında uğurları mövcuddur.
|
Azərbaycanı təmsil edən karateçi 2020-ci ildə Yaponiyanın Tokio şəhərində XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub.
|
Ərdəbilin Xiyav (Meşkinşəhr) şəhərində mağaza qarşına soyuq su mənbəyi quraşdırıb, üzərinə “Babək Xürrəminin ehsanı” yazdığına görə İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat İdarəsi) qüvvələri mağazanın müdiri Qədəm Paşazadəyə zorakılıqla hücum edərək saxlayıblar.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
|
Məlumata görə, mağazanın repressiv qüvvələr tərəfindən bağlanıldığı və su mənbəyinin də müsadirə olunduğu bildirilir.
|
Qeyd edək ki, Paşazadələr ailəsi Azərbaycan ədəbiyyatında öz poeziyası və görkəmli şairləri ilə məşhurdur.
|
Qazaxıstanda 5 bal gücündə zəlzələ olub.
|
Bu barədə Qazaxıstan “Telegram” kanalları məlumat yayıblar.
|
Qeyd olunub ki, zəlzələ paytaxt Almatıda daha güclü hiss olunub.
|
Hələlik ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
|
Almatıda həyəcan siqnalları işə düşüb, sakinlər evlərini tərk edərək küçəyə çıxıblar.
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.
|
President.az xəbər verir ki, Rosen Dimitrov Jelyazkov Bolqarıstan Prezidentinin salamlarını və prezident seçkisində qələbəsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb.
|
Qonaq öz adından da Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edərək vurğulayıb ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısının siyasətinə mütləq dəstəyinin ifadəsidir.
|
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rumen Radevə çatdırmağı xahiş edib.
|
Rosen Dimitrov Jelyazkov Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayıb, iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd edib.
|
O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə toxunub.
|
Qonaq ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb və zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğulayıb.
|
O, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini ifadə edərək, bütövlükdə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.
|
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib.
|
Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib.
|
Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb.
|
Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib.
|
Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırlayıb.
|
Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmini qeyd edərək, ötən ilin dekabrında Serbiyada Rumen Radevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
|
Dövlətimizin başçısı yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini müsbət addım kimi dəyərləndirib və bunun layihədə iştirak edən bütün dövlətlər tərəfindən dəstəkləndiyini vurğulayıb.
|
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının uğurla keçirildiyini deyən Prezident İlham Əliyev bu tədbirdə Azərbaycanın panavropa enerji təchizatçısı olmasının vurğulandığını bildirib və Avropanın səkkiz ölkəsinin Azərbaycan qazı ilə təchiz olunduğunu qeyd edib.
|
Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq kontekstində SOCAR-ın Bolqarıstanda ofisinin fəaliyyət göstərməsi məmnunluqla vurğulanıb.
|
10:47"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.
|
Bununla bağlı President.az məlumat yayıb.
|
Xankəndidə narkotik və silah-sursat aşkarlanıb.
|
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
|
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, bir ədəd pulemyot, 11 tüfəng, yeddi ədəd qumbara, üç alışdırıcı, 25 patron darağı, 1 718 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.
|
Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
|
Qeyd olunub ki, səfirin Almaniyanın Krım körpüsünə raket zərbələri endirməsi ehtimalı ilə bağlı Bundesverin yüksəkrütbəli rəsmiləri arasında dinlənilən söhbətin səs yazısının dərcindən sonra Rusiya XİN-ə çağırılıb.
|
TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq üçün icazə asanlaşdırılacaq.
|
Toplantıda “TÜRKPA üzv dövlətlərində yaşamaq üçün icazənin asanlaşdırılması haqqında” model qanunun hazırlanması barədə məsələ parlamentarilərin müzakirəsinə çıxarılacaq.
|
Rusiyanın Primorye diyarının cənubunda təbii yanğınların sahəsi gün ərzində 3,8 min hektardan 4,9 min hektara yüksəlib, üç yerdə yanğın qeydə alınıb.
|
Ümumilikdə 1000 hektardan çox sahədə yanğının olduğu bildirilir.
|
Məlumata görə, Xasan qəsəbəsi ərazisində 3 min hektara yaxın ərazini əhatə edən bir yanğın lokallaşdırılıb.
|
1,8 min hektar ərazini əhatə edən ikinci yanğın Qvozdevo bölgəsindədir.
|
Hazırda yaşayış məntəqələri üçün təhlükə yoxdur.
|
Qeyd edək ki, yanğınla mübarizə davam edir, onun kənar ərazilərə yayılmaması üçün tədbirlər görülür.
|
“Bağırov və Beriya müsavatçı olublar.
|
O illərdəki kommunistlər əvvəl müsavatçı olublar, sonra kommunist”.
|
Bunu Kulis.az-a Ermənistan SSR və Azərbaycan SSR dövlət və partiya xadimi, Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri, repressiya qurbanı Saleh Güllücinskinin qohumu Səbinə Uğur müsahibəsində deyib.
|
- Saleh Güllücinski haqqında material çox azdır.
|
Ona görə də söhbətimizə onun haqqında ilkin məlumatlarla başlayaq.
|
- Saleh Güllücinski İrəvan şəhəri yaxınlığındakı Güllücə kəndində, Məşədi Teymur və Leyli xanımın ailəsində dünyaya göz açıb.
|
Ailədə 5 uşaq (3 qız, 2 oğlan) olublar:Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət.
|
Saleh Güllücinski A.S.Puşkin adına İrəvan rus-tatar məktəbində, sonralar - 1911-1915-ci illərdə isə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb.
|
5 mart 1916-cı ildən 6 iyun 1918-ci ilə kimi İrəvan dairə məhkəməsində işləyib.
|
1918-ci il fevralın 2-dən isə tərcüməçi işləyib.
|
1918-ci ildə indiki Ermənistan ərazisində Ararat respublikası yaradılıb və hakimiyyət başında Daşnaksütyun partiyası olub.
|
1920-1921-ci illərdə Ermənistanda bolşeviklər hakimiyyətə gələndə Kommunist Partiyası sıralarına daxil olan Saleh Güllücinski daşnaklara qarşı mübarizədə fəal iştirak edib.
|
Bu barədə Rza Vəlibəyovun “Keçmişdən səhifələr” adlı kitabında oxuya bilərik.
|
Həmin illərdə Ermənistanda Qızıl Ordunun xüsusi şöbəsinin müstəntiqi vəzifəsində çalışan Saleh Güllücinski özünü siyasi cəhətdən hazırlıqlı və savadlı göstərdiyinə görə 1920-1923-cü illərdə Ermənistan SSR Fövqəladə Komissiyasının ilk müstəntiqi olub.
|
1921-ci ilin əvvəllərində Vedi Rayon Hərbi İnqilab Komitəsinin ilk sədri vəzifəsində, 1922-ci ildə Vedi rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb.
|
Vedidə çalışdığı zamanlarda aclığın qarşısını almaq, qırğınlardan qaçan yerli azərbaycanlı əhalinin geri dönməyini təmin etmək üçün çox işlər görüb.
|
1918-ci ildə daşnaklar İrəvanda qırğın törədəndə azərbaycanlılar Türkiyəyə, İrana qaçıblar.
|
Babam Səməd o zaman 15, bacısı Əfruz isə 20-21 yaşlarında olub.
|
Ataları Kərbəlayi Cəfər onları Saleh Güllücinskinin atası Məşədi Teymurla qırğından qurtulmaları üçün Türkiyəyə göndərib.
|
Məşədi Teymurun həyat yoldaşı Leyli xanım Səmədlə Əfruzun bibisidir.
|
Sonradan babam Səməd və bacısı Əfruz qayıdıb İrəvana gələndə görüblər ki, evləri, mülkləri yanıb kül olub.
|
Əfruz nənə atasının və yeddi qardaşının öldürüldüyü şəhərdə artıq qalmaq istəməyib və sağ qalan bir neçə qohumu ilə Şəmşəddindən (indiki Berd) Azərbaycanın Tovuz rayonuna gəliblər və sonralar Gəncədə məskunlaşıblar.
|
- Onun Türkiyə və İrandakı ermənilərin Ermənistana yerləşdirilməsinə münasibəti necə idi?
|
Qırğınlardan qaçqın düşən qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmağına Sovet Ermənistanında izin vermirdilər.
|
Bununla onlar Qərbi Azərbaycanda azərbaycanlıların sayını azaltmaq, ermənilərin sayını artırmaq istəyirdilər.
|
Saleh Güllücinski bu siyasəti dəstəkləmədiyi üçün onu Ermənistandan uzaqlaşdırmaq məqsədilə 1924-cü ildə Tiflisdəki Zaqafqaziya Kommunist Universitetinə təhsilini davam etdirməyə göndərirlər.
|
Qohumların dediyinə görə, Mircəfər Bağırovla 1926-cı ildə tanış olub.
|
- Məncə, xaricdə yaşayan ermənilər, əsas etibarilə, 1918-ci ildə yox, 1921-ci il - Ermənistan SSR dövründə İrəvana köçürülüblər.
|
- Saleh Güllücinskinin bacısı Rübabə xanımın qızı Rəfiqə xanımın dediyinə görə, 1918-ci ildə daşnakların hakimiyyəti zamanı onlar geri - İrəvana gələndə görüblər ki, evinin qapısı qırılıb, üç otağa Vandan gələn ermənilər yerləşiblər.
|
Atası Hüseyn deyib ki, sən kimsən, mənim evimə necə girmisən?
|
Erməni deyib ki, “sən Türkiyəyə necə getmisənsə, mən də Vandan elə gəlmişəm.
|
Mən gəldim hökumətə dedim ki, mənə sığınacaq ver, dedilər ki, get hansı evin qapısı bağlıdırsa, qapısını qır, gir evə.
|
O biri otaq mənə lazım deyil, sən də o otaqda yaşa”.
|
Atası qorxusundan dillənə bilməyib.
|
Daşnakların hökuməti idi.Van ermənisi 40 il o evdə onlarla birgə yaşayıb.
|
Tiflisdə Universitetdə təhsil alarkən əslən Borçalıdan olan Səkinə xanımla tanış olur.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.