Search is not available for this dataset
text
stringlengths
10
518k
Kərbəlayı Cəfər Zar kəndi (İrəvandan 16 km aralıda yerləşir) kəndxudası olub.
Zəngin adam olub, haqqında rəvayətlər var.
Çox səxavətli və mərd adam olduğunu deyirlər.
Yazdığım kitabda onun haqqında bir neçə rəvayət var.
İrəvanda aclıq illərində öz taxılını camaata paylayıb.
Bir nəfər deyib ki, aclıq vaxtı taxılını niyə camaata paylayırsan?
Kərbəlayı Cəfər deyib ki, məni ağa edən onlardır.
- Xruşov dövründə - 1956-cı ildə “xalq düşmənləri”nə bəraət verilməyə başlanıb.
Saleh Güllücinski nə zaman bəraət alıb?
“Xalq düşməni” kimi həbs olunarkən terrorçuluq, sui-qəsd və silahlı üsyana hazırlıq maddələri üzrə ittiham olunub.
- Mən sizdən əvvəl bir neçə repressiya qurbanının qohumlarından müsahibə almışam.
Onlar sonradan çox böyük təzyiqlərlə üzləşiblər.
Saleh Güllücinskinin ailəsi repressiya illərində hansı təzyiqlərə məruz qalıb?
- Saleh Güllücinskinin “Molokan bağı”nın (indiki Xəqani bağı - red.)
qarşısındakı 2-3 mərtəbəli binalarda evi olub.
Həmin ev keçmiş Korqanov, indiki Rəsul Rza küçəsində yerləşib.
Ev müsadirə olunub və Salehin qardaşı Məmmədin tanışı olan Polina xanıma verilib.
Saleh Güllücinskinin bacısı Ləzifə xanım təzyiqlərə görə Bakıda yaşaya bilməyib və Xudata köçüb.
Ləzifə xanım alman dili fakültəsinin birinci buraxılış məzunu olub və müharibə illərində alman dilini bildiyinə görə də təqib olunub.
Saleh Güllücinskinin qardaşı Məmməd Almaniyada əsir düşüb.
Bir yandan Saleh Güllücinski, digər yandan Məmməd Güllücinskiyə görə ailə ciddi təqiblərə məruz qalıb.
Səməd babam 1930-cu illərdə həbs olunub.
O zaman Şəmkirdə yaşayıb və dəmir yolunda işləyib.
Şəmkir üsyanı zamanı “sən kəndxuda oğlusan” deyib, həbs ediblər.
Nənəm deyirdi ki, babanı Bakıda NKVD-də işləyən qohumu həbsdən azad edib.
Əlbəttə, nənəm onun Siyasi İdarənin səlahiyyətli nümayandəsi olduğunu bilmirdi.
Müharibə illərində babam yenə həbs olunub və yenə eyni ittihamla.
Amma artıq Saleh Güllücinski yox idi.Babamı həbsdən birbaşa ön cəbhəyə aparıblar.
Saleh Güllücinskinin ailəsi ilə babamgilin əlaqələri, düşünürəm ki, Saleh Güllücinski həbs ediləndən sonra da olub, amma qorxularından inkar ediblər.
Saleh Güllücinski arxiv sənədinə görə 5 ay həbsdə olub, işgəncələr verilib.
- Sizə görə, hansı ehtimal daha doğrudur, onu güllələyiblər, yoxsa dənizə atıblar?
- Repressiyanı araşdıran bir neçə tarixçi ilə söhbətim olub.
Onlar dəniz məsələsinə inanmırlar.
- Silahdaşlarının da məzarları yoxdur.
- Kütləvi məzarlıqlarda dəfn olunanlar var.
Repressiya qurbanlarının əksəriyyətinin qəbri yoxdur.
- Saleh Güllücinskinin qohumlarından, başqa kimlər var?
- Bacıları rəhmətə gediblər, amma onların övladları, nəvə-nəticələri hazırda Bakıda və bir çox xarici ölkələrdə yaşayırlar.
- Saleh Güllücinskini görən biri ilə danışmısınızmı?
- Rəfiqə xanım İrəvanda yaşayıb və 1926-cı ildə Saleh Güllücinski ailəsi ilə Bakıya köçdüyündən gediş-gəlişləri az olub.
Rəfiqə xanımın babası Məşədi Teymur müharibə illərində onlara gəlib-gedib.
Saleh Güllücinskinin oğlu da dənizdə neftçi olub və gənc yaşda vəfat edib.
- Repressiya qurbanlarının müəyyən bir qismi araşdırılır:Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq və s.Saleh Güllücinski barəsində internetdə informasiya, demək olar ki, yoxdur.
Repressiya qurbanlarının bəzilərinin kölgədə qalmağını nə ilə əlaqələndirirsiniz?
Hazırda bəzi gənclər bu dövrü araşdırmağa maraq göstərirlər.
Saleh Güllücinski kimi bir çox adam var ki, adları çəkilmir, amma Azərbaycan üçün çox işlər görüblər.
- Saleh Güllücinskinin Azərbaycan üçün ən böyük xidməti nədir?
- Xalq Maarif Komissarlığında çalışıb.
Təbliğat-təşviqat bölməsinin siyasi şöbəsində çalışıb.
Qasım İsmayılov (indiki Goranboy - red.)
rayonu üzrə MTS siyasi şöbə rəisi işləyib.
Sosialist əməyi qəhrəmanı Bəsti Bağırovanın irəli çəkilməyində onun mühüm rolu olub.
Onun qeyri-leqal siyasi fəaliyyətini daha çox araşdırmaq lazımdır.
- Onun haqqındakı məlumatları hansı mənbələrdən əldə etmisiniz?
- İnternetdə əvvəl haqqında məlumat olmayıb və onun haqqında arxivlərdən və qohumlarından məlumatları əldə edib ilk dəfə vikipediyaya yerləşdirmişəm.
Sonralar Saleh Güllücinski və qohumları barəsində müxtəlif saytlarda məqalələrlə çıxış etmişəm.
- Siz hazırda Saleh Güllücinski barəsində kitab yazırsınız?
Kitabın 1-ci hissəsini (Saleh Güllücinskinin fəaliyyətinin İrəvan dövrü və qohumları) tamamlamışam.
Repressiyası ilə bağlı kitabın 2-ci hissəsini yazıram.
- Qərbi Azərbaycandan olan qohumlarınız oraları necə xatırlayırlar?
Mənim nənəmin, babamın orada mülkləri olub.
İrəvan mahalına Qırxbulaq mahalı, Qırxbulaq çayına isə həm də Gedərçay deyirlər.
Aşağıda Gedərçay, yuxarıda Zəngiçay olub.
Ən çox 1988-ci il hadisələrindən danışıblar mənə.
- Sizcə, 1988-ci il hadisələri nəyə görə olub?
- Rəfiqə xanım mənə danışıb ki, onlarla birgə yaşamışıq, amma onlar hər zaman gizlində düşmənçilik edirdilər.
Bu üzdən onlardan uzaq durmuşuq.
Onlardan diksinmişik, onların ət dükanından ət almamışıq, əllərini vurduqları yerə əl vurmamışıq.
Erməni olduqları üçün..""Jalə xanım mənə danışıb ki, 1988-ci ilin dekabrında erməni silahlıları redaksiyaya daxil olub və ermənicə “burada türk varmı?” soruşublar.
Orada çalışan qızlar deyiblər ki, türk budur.
Jalə xanım da ermənicə mükəmməl bildiyinə görə özünü vəziyyətdən çıxarmağa çalışıb və oranı tərk edib.
Və gecə ikən ailəsi qaçıb Bakıya gəlib.
- Saleh Güllücinskinin bacılarının taleyi necə olub?
- Saleh Güllücinski həbs olunarkən bacısı Ləzifə xanım onun evində olub və 21 yaşı olub.
Saleh Güllücinskinin böyük bacısı Rübabə İrəvanda yaşayıb.
Ən kiçik bacısı evlənib, övladları ABŞ-də və Almaniyada yaşayırlar.
90-cı illərdə Azərbaycandan köç ediblər.
60-70-ci illərdə köç edənləri də var.
Rəfiqə xanımın soyadı Dalqılıcovadır.
Türkiyədə İğdırda Dalqılıc kəndi var.
1918-ci il qırğınları zamanı Rəfiqə xanımın atası Hüseyn ailəsi ilə birgə İğdıra gedib.
Soyadları da elə bunun üçün Dalqılıcovdur.
İrəvandakı Səməd babamın atası evinin yerində mehmanxana tikildiyini Əfruz nənəyə 1970-ci illərdə İrəvana gedib-gələn biri demişdi.
Amma bilmirəm, hansı mehmanxanadır.
Saleh Güllücinskinin ailəsi isə indiki Ermənistan Hökumət Evinin arxasındakı 2-ci küçədə yaşayıb.
Bağları İrəvan şəhərinin kənarında olub.
Rəfiqə nənə deyirdi ki, bizim mülklərin bir hissəsini sovet hökuməti əlimizdən alıb, sonra da yerində uşaq bağçası tikiblər.
“Fədayəni mən ərköyün etmişəm, sonra öhdəsindən gələ bilmədim”.
Bunu Moderator.az-a açıqlamasında müğənni Fədayə Laçının bacısı İlahə Fəda deyib.
O, bacısı Fədayə Laçınla küsülülük iddialarına da son qoyub.
“Fədayənin ayağına bir tikan batsa, mənim ürəyimə sancılmış kimi hiss edərəm.
Mən Fədayədən necə inciyə bilərəm?!
İncisəm də, bir mahnısına qulaq asıram, ürəyimin yağı əriyib gedir.
Onu da mən ərköyün etmişəm, sonra öhdəsindən gələ bilmədim.
Boynuma alıram", - deyə İlahə bildirib.
“Mən son vaxtlar yaradıcı insanların ruhunu siqaret çəkənlərin qara, ləkəli, kölgəli, qatran içində, büzüşmüş ağciyərinə bənzədirəm”.
Bunu Oxu.Az-a müsahibəsində şair, yazıçı, dramaturq İlqar Fəhmi deyib.
Yazıçı ilə müsahibəni təqdim edirik:""- İlqar bəy, yaradıcılığınız ulduza bənzəyir.
Həm parlaqdır, həm də çoxguşəli.
Ədəbiyyatın bir neçə qolunda uğurla imzanız görünür.