Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
1990-cı illərdə kimsə romantizm üslubunda, Bayron üslubunda nəsə yazsaydı, oxucu deyəcəkdi ki, bunu artıq yazıblar.
|
Və yaxud da Məhəmməd Hadi, Hüseyn Cavid üslubunda kimsə nəsə yazsaydı, həmin şey olacaqdı.
|
Amma indiki auditoriyanın ədəbiyyatdan xəbəri yoxdur deyə, klassiklərdən kiminsə əsərini götürüb, adaptasiya edib ortaya çıxarırlar, hamı da oxuyur, alqışlayır.
|
Füzulini oxumayan, bilməyən bu gün iki kəlmə irfani söz eşidirsə, onu əla, möhtəşəm görür.
|
- Oxucudan söz düşmüşkən, bu günün oxucusunu necə qazanmaq olar?
|
- Bu günün oxucusu dünənini unutmuş insandır.
|
Amma əvvəlki oxucular dünənini, tarixini yadında saxlayan insanlar idilər.
|
Bugünkü oxucunun diqqətini cəlb etmək istəyirsənsə, gərək bu günlə bağlı, bu günün problemi ilə bağlı bir şey yazasan, çünki onun dünəni artıq unudulub.
|
Və ümumən yaddaşsız bir dövrə gəlmişik.
|
Hisslərin, duyğuların, xatirələrin yaddan çıxdığı dövrə.
|
- Dövrümüzdə audiokitablar dəbdədir, ona münasibətiniz necədir?
|
Oxumaq yaxşıdır, yoxsa dinləmək?
|
Demək olar ki, heç nəyə vaxtımız qalmır.
|
Xüsusilə də, mütaliəyə çox vaxt ayırmaq olmur.
|
Bu baxımdan, audiokitablar mütaliə üçün əvəzsiz vasitədir.
|
Amma hər kitabı bu formatda dinləmək olmur.
|
Mənim üçün bu tip dinləmələr birplanlı əsərlər üçün əlverişlidir.
|
Yəni ilk dinləmədən anlamağa, qavramağa rahat olan mətnləri dinləyirəm.
|
Çoxplanlı mətni, bədii söz oyunları, müxtəlif göndərmələri olan mətnləri dinləmək çətindir.
|
Çünki kitabda istədiyin cümləni yenidən oxuya bilir, hər hansı səhifəyə geri qayıda bilirsən.
|
Amma audiokitabda bu bir qədər çətindir.
|
Məsələn, Vladimir Nabokovun əsərlərini bu formatda dinləyə bilmədim, üstündə dayanıb, düşünmək istədiyim məqamlar vardı.
|
Mənim üçün çoxplanlı mətnləri dinləməkdənsə, oxumaq daha məqsədəuyğundur.
|
Amma hər hansı əhvalat, hadisə üzərində qurulan əsəri dinləmək rahatdır.
|
O ki qaldı poeziyaya, düşünürəm ki, audiokitab formatında şeir dinləmək daha gözəldir.
|
Sanki şeirlərin təsiri daha güclü olur.
|
Üstəlik, musiqi həlli də gözəl olanda şeir dinləmək lap böyük zövq verir.
|
- Ruh haqqında çox yazılıb, çox deyilib.
|
Amma mənə elə gəlir ki, ruh yaradıcı insanın əməlindədir.
|
Biz ruhumuzu yaradıcılıq prosesində daha çox hiss edirik.
|
Yaradıcılıq prosesi və ümumiyyətlə həyat insandakı ruhun keyfiyyətlərini göstərir.
|
Hər kəs duyur, hər kəs hiss edir.
|
Amma bu, yaradıcılıqda özünü necə büruzə verir?!
|
Mən son vaxtlar yaradıcı insanların ruhunu siqaret çəkənlərin qatran içində büzüşüb qaralmış ağciyərinə bənzədirəm.
|
Sanki indiki insanların ruhu ruha oxşamır.
|
Bunun səbəbləri çoxdur, onlardan danışmayaq.
|
Amma bəşəriyyət bu yoldan necəsə çıxmalıdır.
|
Çünki ruhsuzluq, ruhun öldürülməsi, süni intellekt yolu ilə gediriksə, deməli, robotlaşmaya gedirik.
|
- İndi insanlar sanki bir-birindən çox, heyvanlara sevgi göstərirlər.
|
- Bu, insanlardakı ruhsuzluqdandır.
|
İnsanlar bir-birlərində ruh hiss etmir, yaxşı keyfiyyətlər hiss etmir, müsbət enerji almır və ona görə də texniki inkişafdan kənarda qalan heyvanlara sevgi göstərirlər.
|
Sanki onlarda o ruhu axtarırlar.
|
Hamı, elə bil, bir-birinə düşməndir, yaddır.
|
Amma bütün bunların fonunda heyvanlar mərhəmətli, sevgi dolu görünürlər.
|
Buna görə də almaq istədikləri müsbət emosiyanı insandan yox, heyvandan almağa çalışırlar.
|
- Ədəbiyyatdan, yazı-pozudan yorulanda hara qaçırsınız, beyninizi necə dincəldirsiniz?
|
- Mənim işim də, həyatım da, istirahətim də ədəbiyyatla bağlıdır.
|
Sadəcə, ədəbiyyatın müəyyən növləri var ki, mən orada dincəlirəm.
|
Məsələn, klassik ədəbiyyat və muğamla dincəlirəm.
|
Klassik ədəbiyyat həm enerji mənbəyimdir, həm dincliyimdir.
|
Hara getsəm, yenə də ona dönürəm, bu dövrədən kənara çıxa bilmirəm.
|
Məşğuliyyətim də odur, istirahətim də.
|
- Bəs yaradıcılıqda heç vaxt etmədiyiniz, amma etmək istədiyiniz nə isə var?
|
- Kaş mən bəstəkar ola biləydim.
|
Onda, bəlkə də, dünyanın ən xoşbəxt adamı olardım.
|
Fikrət Əmirovun, Qara Qarayevin, Arif Məlikovun simfonik əsərlərindən birini mən yazmış olsaydım, bilərdim ki, həyatda boşuna yaşamamışam.
|
Təəssüf ki, musiqi duyumum olmadığına görə heç bir musiqi alətində də ifa edə bilməmişəm.
|
Bilirsiniz, musiqi sözdən də yuxarıdır.
|
O, dilsizdir, sərhədsizdir, tərcüməyə də ehtiyacı yoxdur.
|
Daha çox foto burada:PhotoStock.Az"Xanım Aydın
|
ABŞ-nin qərbində, Yuta ştatında yerləşən Saut-Cordan şəhəri süpürümlərin (çöl bitkisi) “istilasına” məruz qalıb.
|
Yerli medianın məlumatına görə, güclü külək minlərlə alaq otunu şəhərə sürükləyib.
|
Küçələri, evləri, yolları basan bu bitkilər şəhərdə nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.
|
Bildirilir ki, hazırda kommunal xidmətlər küçələri təmizləməklə məşğuldur.
|
Şəhər sakinləri alaq otlarının görüntülərini sosial şəbəkələrdə paylaşıblar və yaranmış vəziyyətə yumorla reaksiya verərək, onları “işğalçılar” adlandırıblar.
|
Falçılıqla məşğul olaraq dələduzluqda təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
|
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
|
Məhkəmənin hökmü ilə Günəş Qasımova 7 il müddətinə azadlıqdan məhrum olunub.
|
Qeyd edək ki, ittihama görə, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində falçı olduğunu bildirərək insanların problemlərinin həllində köməkliklər göstəriləcəyini vəd edib.
|
O, aldatma yolu ilə zərərçəkmişlərin 50 min dollarını və 15 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.
|
Həmçinin hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia qismən təmin edilib.
|
Belə ki, iş üzrə zərərçəkmiş Vüsalə Qafarzadəyə 25 min 495 manat, digər zərərçəkmiş şəxs Arif Qafarzadəyə isə 91 min 401 manat maddi ziyan kimi ödənilməsi barədə qərar qəbul edilib.
|
Hər iki zərərçəkmiş şəxsə mənəvi ziyan kimi ayrılıqda 2 min manat ödənilməlidir.
|
Günəş Qasımovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
|
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.
|
Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyəti barədə fikir yürüdərkən dörd əsas hissəyə diqqət yetirmək olar.
|
Birincisi, İranda hələ də Azərbaycanın regional reallıqlardakı güclənən strateji mövqeyinə qarşı ənənəvi qısqanclıq dalğası qalmaqdadır.
|
Bu, əsasən, ara-sıra rəsmi, intensiv olaraq isə qeyri-rəsmi kanallar vasitəsilə gündəmə gətirilir.
|
İkincisi, Azərbaycan-İran əlaqələrindəki diplomatik müstəvidə aktivləşmə diqqət çəkir, ancaq Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi məsələsi hələ də açıq olaraq qalır.
|
Böyük bir ehtimalla Azərbaycan səfirliyin fəaliyyəti üçün Tehrandan tələb etdiyi təhlükəsizlik zəmanətlərini ala bilməyib.
|
Üçüncüsü, Azərbaycanla İranın regional tranzit dəhlizinin yaradılması istiqamətində birgə irəliləyişidir.
|
Bu, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra xeyli aktuallaşıb və Tehranın regional tranzit dəhlizlərinə qarşı ritorikası əvvəlkitək nəzərə çarpmır.
|
Azərbaycanla İranın dil tapdığı nöqtə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daha qabarıq görünür.
|
Bununla belə, hiss edilir ki, İranın Ermənistanla müttəfiqlik münasibətləri soyuyur.
|
Bu o deməkdir ki, İran Zəngəzur dəhlizinə maneəni Ermənistanı mühafizə etməkdən ötrü yox, özünün maraqlarını irəliyə doğru aparmaq üçün inkişaf etdirir.
|
İran Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya ilə strateji birləşməsindən, bunun Tehranı regional izolyasiyaya salacağından qorxur.
|
Bu prosesdə Tehran İrəvandan təcrid ediləcəyindən narahatdır, çünki onun məntiqinə əsasən, Zəngəzur dəhlizi İranın beynəlxalq çıxışlarından birini bloklayır.
|
Amma Azərbaycanla İranın “Araz” dəhlizində iştirakı Tehranın bu qorxularını bir qədər azaldır.
|
Çünki bu dəhliz Türkiyə ərazisi vasitəsilə İslam Respublikasına Aralıq dənizi və Qara dənizlərə çıxış imkanı verə bilər.
|
Amma nəticədə, Azərbaycanla İranın rəqabət arenası böyük ölçüdə Zəngəzur dəhlizi ilə əlaqədar canlanır, hərçənd ki, Tehranın burada rəqabətədavamlılıq qabiliyyəti zəifləyə bilər.
|
Çünki Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə yanaşı, həm Rusiya, həm Qərb, həm də Çinlə əlaqələrinin müsbət dinamikası onun Zəngəzur dəhlizi planı üçün fürsət yaradır.
|
İran Hindistana alternativ yaratmağa qadir deyil, Rusiya isə ümumiyyətlə Tehranla yaxşı əlaqələrinə rəğmən, Zəngəzur dəhlizi mövzusunda ona dəstək göstərmir.
|
Bu amil İran diplomatiyasını Zəngəzur dəhlizi kontekstindəki yeni reallıqların içərisində regional əməkdaşlıq formatında iştiraka həvəsləndirir.
|
Dördüncüsü, İrandan Azərbaycana narkotrafik üzrə canlanma problem olaraq qalmaqdadır.
|
İran Azərbaycanla genişlənən iqtisadi-ticari əlaqələrini, müştərək maraqları rəhbər tutaraq qeyri-leqal marşrutlara qarşı birgə əməliyyatlar keçirmək seçimini edə bilər.
|
Hərçənd ki, bu, o qədər də real görünmür, çünki İrandakı güc imperiyası yaradan təhlükəsizlik qüvvələri sanksiyalardan yayınmaq üçün qeyri-qanuni ticarətdən gələn gəlirlərə önəm verir.
|
Hər halda, problemlərə və mübahisəli mövzulara baxmayaraq, İran Azərbaycanın maraqlarını nəzərə alaraq regionda yaranan reallıqlardan faydalanmağı hədəfləyir.
|
Burada əsas həssaslıq riskləri tarazlaşdırmaq üçün düzgün qiymətləndirmələrlə əlaqəlidir.
|
Yəqin ki, Azərbaycanla İran regional təhlükəsizlik aspektləri ilə əlaqədar müzakirələrin növbəti raundunu başladacaqlar.
|
Rusiyanın “Spartak” klubunun futbolçusu Promes Kvinsi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ev dustaqlığına göndərilib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.