Search is not available for this dataset
text
stringlengths
10
518k
Mənbə yazır ki, 32 yaşlı yarımmüdafiəçi vətəni Niderlanda ekstradisiya oluna bilər.
Bununla belə, futbolçunun ekstradisiyası üçün rəsmi müraciətin edilib-edilmədiyi məlum deyil.
Qeyd edək ki, Promes Kvinsi Amsterdam məhkəməsinin qərarı ilə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib.
O, 2019-cu ildə surinamlı narkotik alverçisinə məxsus böyük bir kokain partiyasının daşınmasında iştirak edib.
Hökm elan edildikdən sonra yarımmüdafiəçi beynəlxalq axtarışa verilib.
Azərbaycanın bəstəkarı, tanınmış dirijor və pedaqoqu, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Instagram” sosial şəbəkəsində məlumat paylaşılıb.
A post shared by Planet Parni iz Baku (@planetparniizbaku)"Xatırladaq ki, Prezident İlham Əliyev 22 fevral 2024-cü ildə Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Ailə üzvləri buna görə Prezidentə öz təşəkkürlərini bildiriblər:""“Möhtərəm Prezident!
Siz ölkə rəhbəri olaraq Azərbaycan ziyalılarının, istedadlı, yaradıcı insanlarının, mədəniyyət xadimlərinin əməyini daim yüksək dəyərləndirmiş və onları ölkəmizin mənəvi kapitalı kimi qiymətləndirərək, həmişə uca tutmusunuz.
Məhz bu həssas yanaşmanızın və diqqətinizin bariz nümunəsidir ki, 22 fevral 2024-cü il tarixdə Xalq artisti, Dövlət Mükafatı laureatı, professor, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamısınız.
Bu, Azərbaycan mədəniyyətinə verdiyiniz böyük dəyər və qayğının təzahürüdür.
Biz də öz növbəmizdə Süleyman Ələsgərovun ailəsi adından sizə dərin minnətdarlığımızı bildirməyi özümüzə borc sandıq.
Diqqətiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə, Süleyman Ələsgərovun ailə üzvləri:Arzu Ələsgərov, Könül Ələsgərova, Qorxmaz İmanov, Tahir İmanov və Cabir İmanov”.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nəriman Nərimanov küçəsi, 1 ünvanında yerləşən “Az Metal Industry Company” MMC-yə məxsus istehsalat sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxlu nöqsanın mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:""- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları və daxili yanğın su kranları quraşdırılmayıb;"- obyektdə propan tipli qaz balonlarından və standartlara uyğun olmayan qızdırıcı sobadan istifadə olunur;"- izolyasiya örtüyü zədəli və nasaz elektrik avadanlıqlarından istifadə edilməklə, elektrik avadanlıqları artıq yükləmədən və qısaqapanmadan mühafizə olunması üçün qoruyucu aparatlarla təmin edilməyib;"- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;"- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi yenilənməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nəriman Nərimanov küçəsi, 1 ünvanında yerləşən “Az Metal Industry Company” MMC-yə məxsus istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
“Kristal Abşeron” şirkəti Gəncə şəhərində satış mərkəzi açdı!
Satış Mərkəzi artıq bu gündən fəaliyyətə başlayıb.
Şirkət nümayəndəsinin verdiyi məlumata əsasən deyə bilərik ki, “Kristal Abşeron”un bu addımı atmağında əsas məqsəd Gəncə və ətraf ərazilərdə yaşayıb mənzil sahibi olmaq istəyənləri bu imkana daha yaxın etməkdir.
Bakı, Sumqayıt, Xırdalan şəhərlərində müxtəlif layihələri olan şirkət artıq inşa edilən layihələrinin idarə edilməsi və satışını bu mərkəzdən də həyata keçirəcəkdir.
Satış mərkəzi Gəncə Şəhəri, Şah İsmayıl Xətai prospekti 358A ünvanında, Dəyirman dairəsinin yaxınlığında yerləşir.
Hazırda Bakı, Sumqayıt, Xırdalanda mənzil sahibi olmaq istəyən gəncəlilər və ətraf ərazi sakinlərinin paytaxta yollanmağına heç bir ehtiyac yoxdur.
Onlar satış mərkəzinə yaxınlaşaraq layihələr və qiymətlər haqqında ətraflı məlumat ala bilərlər.
Şirkət hətta satış ofisinə gələnlərə şəxsi büdcəsinə uyğun aylıq ödəniş təyin edərək mənzil sahibi olmağı təklif edir.
Qeyd edək ki, “Kristal Abşeron” şirkəti yaxın gələcəkdə Gəncə şəhərində yeni layihələr inşa etməyi planlayır.
“Kristal Abşeron” mənzilləri tam təmirli təhvil verir və təmirdə dünya markalarından istifadə edilir.
İndi 10%-dən başlayan ilkin ödənişlə, 20 ilədək ipoteka krediti ilə mənzil sahibi ola bilərsiniz.
Cənubi Koreyada stajor həkimlərlə hökumət arasında qarşıdurma davam edir.
Cənubi Koreya hökuməti universitetlərə daha çox tibb tələbəsinin qəbul olunması ilə bağlı plana etiraz edən və tətilə çıxan həkimlərə qarşı sanksiyaların tətbiq olunacağını bildirib.
Bu barədə Cənubi Koreya Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən açıqlamaya görə, hökumətin işə qayıtmaq əmrinə tabe olmayan 7 min stajor həkimin lisenziyalarının ləğvi üçün prosedurlara başlanılıb.
Cənubi Koreyanın səhiyyə naziri Ço Kyoo-Hong həkimlərin işlərini dayandırmalarını qanunsuz adlandırıb və hökumətin stajor həkimlərin qeyri-qanuni kütləvi etirazlarına qarşı mövqeyinin aydın olduğunu qeyd edib.
Səhiyyə nazirinin müavini Park Min-Soo isə bu cəza tədbirlərinin həkimlərin gələcək karyeralarına mənfi təsir edəcəyini vurğulayıb.
“Səhiyyə sektorunda xaosa səbəb olan kollektiv etiraz aksiyasına görə məsuliyyət daşıyan məmurlara veriləcək cəzalar sərt və təcili şəkildə tətbiq olunacaq”, - deyə o bildirib.
Xatırladaq ki, Cənubi Koreyada stajor həkimlər hökumətin universitetlərə daha çox tibb tələbəsi qəbul etmək planına etiraz olaraq fevralın 20-dən tətilə başlayıblar.
Cənubi Koreya hökuməti tətildə iştirak edən həkimlərə işə qayıtmaq üçün fevralın 29-dək vaxt verib və işinə qayıtmayan həkimlərin tibbi lisenziyasının bir ilə qədər müddətə ləğv ediləcəyini, üç il həbs və ya 30 milyon von (3800 manatdan çox) pul cəzası tətbiq ediləcəyini bildirib.
Buna baxmayaraq, tətilə çıxan minlərlə həkimdən yalnız 565-i öz vəzifəsinə qayıdıb.
Kubra Məhərrəmova yazır...""Nə qədər ki, küçə itləri məsul məmurun balasını parçalamayıb, vəziyyət elə belə qalacaq.
Əslində bu hadisə baş verəcəyi gözlənilən idi.Gözlərimiz çox da yolda qalmadı, bu gün gözlənilən hadisə baş verdi.
“Qobu Park-3” yaşayış kompleksində azyaşlını itlər parçalayıblar.
Hətta bununla bağlı görüntülər də sosial şəbəkələrdə yayılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) uşağın səhhətinin ağır olduğu bildirilib, Daxili İşlər Nazirliyi isə məsələdən məlumatlı olduğunu, faktla bağlı araşdırma aparıldığını bildirib.
İllərdir insanlar sahibsiz küçə itlərindən dad edirlər.
Dəfələrlə, istər paytaxt Bakıda, istərsə də regionlarda bununla bağlı çoxsaylı şikayətlər gəlib.
Hətta dəfələrlə itlərin sürü şəkilində insanlara hücumu da qeydə alınıb.
Ən faciəli hadisə də baş verib, gəl ki, yenə də bu məsələni heç kim həll eləmir.
Yadınızdadırsa, Qubada itin hücumuna məruz qalan 13 yaşlı yeniyetmə qız vəfat etmişdi.
Hadisə qızın yaşadığı evin həyətində baş vermişdi.
Küçə itləri evin həyətinə daxil olmuşdular və uşağı parçalamışdılar...""Sual olunur, bu yiyəsiz, sahibsiz, aqressiv küçə itlərinə kim cavabdehlik daşıyır?
Əldə etdiyim məlumata əsasən əvvəllər bu işlə, yəni sahibsiz itlərin küçələrdən yığılması ilə Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi məşğul olub.
Əvvəllər bu quruma itləri öldürməyə icazə verilirdisə, bu gün buna icazə yoxdur.
Sahibsiz itləri yalnız toplayıb, qısırlaşdırmaq olar.
Yəni ki, çoxalmasınlar...""Və yenə də sual yaranır.
Niyə sahibsiz itlərin sayı Azərbaycan boyunca günü-gündən artır?
Bəlkə, hansısa məmurun növbəti biznes-planıdır bu?
Bəlkə itlərin sayını çoxaldıb it əti istehlak olunan ölkələrə göndərirlər?
Çünki bu məsələyə məntiqli bir yanaşma tapmıram...""Yəni həqiqətənmi, bu məsələyə cavabdeh olar məmur dəstəsi anlamır ki, bir gün o itlər elə onun arvad-uşağına hücum edəcəklər?
Mütləqdir ki, itlər bir dəfə də məmur balasına hücum etsin ki, məmurlar kreslolarından qalxıb bir iş görsünlər.
Köpək də bilir ki, kasıbın balasını parçalasa belə ona söz deyən olmayacaq.
İndi yenə heyvansevərlər hay-küy salacaq ki, bəs bizdə itləri öldürürlər.
Məlumat üçün qeyd edim ki, dünyanın hər yerində itləri öldürürlər.
Hətta bəh-bəhlə təriflədiyiniz Avropa ölkələrində belə.
Quduzlaşmış itləri müvafiq yerə aparıb, güllə ilə vururlar.
Çünki ey heyvansevərlər, quduzluq müalicə olunmur, sağalmır bu xəstəlik.
Quduz it və ya digər heyvan insanı dişləsə, adam da bu infeksiyadan ölür!
Başa düşürsünüz, ölmək nə deməkdir?
Niyə kimsə balasına məktəbə, işə-gücə göndərəndə ona quduz küçə iti hücum etməlidir?
A kişi, o boyda Qarabağ problemini həll edən xalq, quduz itlərlə bacara bilmir.
Doqquz yaşındakı uşaq niyə suveren ərazisi bərpa olunan Azərbaycanda rahat gəzə bilməsin?
Bir anlıq o körpənin halının göz önünə gətirin.
Bir dəstə quduz itin hücumuna məruz qalır.
Bir tərəfdən qorxu, bir tərəfdən itlərin hürüşməsi, bir tərəfdən da ağrı.
Balaca bədənini parça-tikə edir itlər.
Bundan sonra ha deyilsin ki, itlər uşaqların dostudur.
Bu hadisədən sonra hansı uşağın ürəyində şübhə yaranmaz ki?
Təbii ki, bir neçə günə yenə hər şey unudulacaq.
Göstəriş üçün iki-üç küçə itini tutub aparacaqlar sığınacağa.
Foto, videosunu çəkib hər yerdə paylaşacaqlar, vəssalam.
Sonra yenə quduzlaşmış küçə itlərinin növbəti hücumunu gözləyəcəyik.
Kimsə də, rayon yerində əlinə tüfəng alıb, quduz itləri güllələyirsə bütün ölkə də ona qahmar çıxır.
İlahi, bizə səbir, məmurlara da vicdan ver.
Ya da iki quduz köpəyi çıxart həmin məmurların qabağına.
Artıq rəqib olmadığı vaxtlarda da şahmat oynamaq mümkün olacaq.
Belə ki, “InfiVention Technologies” şirkəti “Squere Off” adlı ağıllı şahmat taxtası yaradıb.
Bununla bağlı yayımlanan kadrlarda ilk baxışdan insanın gözəgörünməz bir adamla oynadığı təəssüratı yaranır.
Əslində isə xüsusi proqram sayəsində kompüter proqramı ilə mübarizə aparılır.
Xüsusi tətbiq vasitəsilə rəqib də dəvət etmək mümkündür.
Məlumata görə, “Square Off” məşq və yayım rejimlərinə də malikdir (bunun sayəsində digər şahmatçıların oyunlarını izləmək mümkündür).
Mənbə:“Koroçe” “Telegram” kanalı
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.
DSX-dən verilən xəbərə görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1998-ci il təvəllüdlü Naqibullah Bəsir oğlu Hamrai, Zabedullah Bəhrhək oğlu Qurbani və 2003-cü il təvəllüdlü Fazil Əhməd oğlu Osmani saxlanılıblar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Rusiyanın Saratov şəhərində yerləşən müəssisələrdən birinin ərazisində şir 14 yaşlı məktəbli qıza hücum edib.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, yırtıcı Saratov müəssisəsində volyerdə saxlanılıb.
Qolundan xəsarət alan qız xəstəxanaya çatdırılıb.