Search is not available for this dataset
text
stringlengths
10
518k
Çünki yaxın beş il ərzində “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən xeyli it tutulub, qısırlaşdırılıb.
Onlardan da qabaq aidiyyəti üzrə qurumlar bu prosesi həyata keçirirdilər.
Bu qədər qısırlaşdırma prosesinə rəğmən, itlərin artımı dayanmır.
Tibb sahəsi üçün yeni bir mövzu sayılır desəm, yalan olmaz...""Könül Cəfərli
Dava zamanı tərəflərdən biri bıçağa əl atıb və hadisə anının videogörüntüləri oradakı müşahidə kamerasında əksini tapıb.
Mələsə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, videogörüntülərdəki hallar araşdırma predmetidir.
“Ərazi polis orqanında araşdırılır.
Müvafiq ekspertizalar təyin edilib və əməli törədən şəxs müəyyən olunub.
Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - DİN rəsmisi qeyd edib.
ABŞ prezidentliyinə seçkidə Respublikaçılar Partiyasını təmsil etmək hüququ uğrunda mübarizədə Donald Trampın əsas rəqibi olan Nikki Heyli seçkinin ilkin mərhələsində qələbə qazanıb.
Heyli 19 nümayəndənin hamısının səsini toplayıb.
Səsvermə ABŞ paytaxtı Vaşinqtonda (rəsmi adı Kolumbiya dairəsidir, Vaşinqton ştatı ilə qarışdırılmamalıdır - red.)
Səslərin 100 faizi hesablanıb və nəticələrə görə, Heyli 62,8 faiz, Tramp isə 33,3 faiz səs toplayıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə hər iki qurum birgə məlumat yayıb.
Qeyd olunub ki, Bahar Məmmədovanın 2022-ci il mayında itkin düşməsi faktı üzrə Abşeron Rayon Prokurorluğu və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Könül Baxşəliyev Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.
Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb.
Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50 000 manatdan artıq vəsaiti mənimsəməsi faktı aşkarlanıb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - küllü miqdarda törədildikdə) və 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Odlar Yurdu Universitetinin tələbəsi vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, universitetin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi olan Sürayə Elman qızı Canbaxışlı vəfat edib.
Gənclər və İdman Nazirliyinin növbədənkənar kollegiya iclası keçirilib.
Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2024-cü il üçün idman səfirləri seçiliblər.
Əvvəlcə namizədlərin təqdimatı keçirilib.
Hər bir namizəd özü və seçiləcəyi təqdirdə göstərəcəyi fəaliyyət barədə məlumat verib.
Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı beş nəfər 2024-cü il üçün idman səfiri seçilib:""Fəridə Əzizova - taekvondo üzrə yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında dünya çempionu, U-21 Avropa çempionu, böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında dünya çempionatının ikiqat bürünc mükafatçısı;"Aliyə Paşayeva - bədii gimnastika üzrə Avropa çempionatlarının gümüş və bürünc medalçısı, bədii gimnastika üzrə milli komandanın məşqçisi, əməkdar idman ustası;"İlqar Qurbanov - müxtəlif illərdə İstanbulun “Fənərbağça”, Lənkəranın "Xəzər Lənkəran" futbol komandalarının, Türkiyənin gənclərdən ibarət milli komandasının və Azərbaycanın böyüklərdən ibarət yığmasının üzvü olub və hazırda futbol üzrə Azərbaycan milli komandasında çalışır;"Orxan Səfərov - 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında keçirilən dünya çempionatının bürünc və gümüş mükafatçısı, Avropa Oyunlarının gümüş medalçısı, böyüklər arasında Avropa çempionatının qızıl, gümüş və bürünc mükafatçısı, “Masters” yarışlarının müvafiq olaraq qızıl və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi;"Xəyyam Orucov - milli idman növləri üzrə dördqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi, dünya çempionatının altıqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı, əməkdar məşqçi.
“Bavariya” yarımmüdafiəçisi Coşua Kimmixin 2025-ci ildə başa çatacaq müqaviləsini uzatmağa çalışır.
Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur idman jurnalisti Nikolo Skira özünün “X” sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, tərəflər arasında üçillik yeni müqavilənin imzalanması üçün danışıqlar aparılır.
Qeyd edək ki, bundan əvvəl yarımmüdafiəçinin gələn yay Münhen klubunu tərk etmək istədiyi barədə xəbər verilmişdi.
Buna səbəb Kimmixin komandanın bəzi üzvləri ilə münasibətlərinin pisləşməsi və məşqçilər korpusunun nümayəndələrindən biri Tomas Tuxellə münaqişəsidir.
Futbolçu hesab edir ki, məşqçilər korpusunun nümayəndələri ona hörmət etməyi dayandırıblar.
Cari mövsümdə yarımmüdafiəçi Münhen təmsilçisində bütün turnirlərdə 28 oyun keçirib, bir qol vurub və altı məhsuldar ötürmə edib.
Almaniyanın qərbində qocalar evində baş verən yanğın nəticəsində dörd nəfər ölüb, ən azı 58 nəfər yaralanıb.
Qeyd olunub ki, yanğın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau kommunasında yerləşən qocalar evində səhər saat 5 radələrində baş verib.
Yanğınsöndürənlər gələnə qədər yanğın o qədər genişlənib ki, ikimərtəbəli binanın bəzi hissələrinə daxil olmaq mümkün olmayıb.
Yanğınsöndürənlər sakinləri xilas etmək üçün pəncərələri sındırmalı olublar.
Xəsarət alanlar arasında polis və yanğınsöndürən də var.
Yanğının başvermə səbəbi müəyyənləşdirilir.
Yanğın yaşayış otaqlarından birində başlayıb və ətrafa yayılıb.
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 13 ölkədən olan 20 mindən çox hərbçinin iştirakı ilə genişmiqyaslı hərbi təlimləri başlayıb.
Təlimlər Finlandiya, Norveç və İsveçin şimal ərazilərində keçiriləcək.
Qeyd olunub ki, martın 15-dək davam edəcək təlimdə Belçika, Böyük Britaniya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç və ABŞ-dən olan hərbçilər iştirak edirlər.
Alyans hərbçilərinin bildirdiyinə görə, birgə təlimin əsas məqsədi Skandinaviya regionunun müdafiəsini gücləndirməkdir.
28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.
Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.
Bizim.Media-nın əməkdaşı hərbçimizlə bağlı yeni məlumat almaq üçün Ruslan Pənahovun atası ilə əlaqə yaradıb.
Eldəniz Pənahov bildirib ki, məsələ ilə bağlı dövlət qurumları mütəmadi iş aparır:"“Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam.
Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm.
Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir.
Bu, dövlətin bildiyi məsələdir.
Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır.
Beynəlxalq Qızıl Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər.
İran Prezidenti İbrahim Rəisinin səsvermə görüntüləri yayılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Sosial mediada paylaşılan videoya əsasən, İbrahim Rəisinin parlament seçkisində səs verməsi istifadəçilərdə gülüş doğurub.
Belə ki, Rəisi bülleteni seçki qutusuna atarkən problem yaşayıb.
Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması ilə bağlı sözügedən təhsil müəssisəsinin direktor əvəzi Yeganə Səfərova açıqlama verib.
O bildirib ki, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət olunub, araşdırmalar aparılır.
Nəticələr bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Y.Səfərovanın sözlərinə görə, məktəbdə başqa erkən nikah faktı qeydə alınmayıb.
17:39"Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması ilə bağlı onun valideyni jurnalistlərə açıqlama verib.
Yeniyetmənin anasının sözlərinə görə, qızının ana olması ilə bağlı xəbərlər yalandır:""“Qızım 16 yaşında qaçıb ailə qurub, amma ana olmayıb.
Qızımla heç bir əlaqəmiz yoxdur”.
Daha ətraflı Baku Tv-nin süjetində:"""13:02"Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib.
Belə ki, məktəbin şagirdinin erkən nikaha cəlb olunması barədə yayılan xəbərlə bağlı idarəyə sorğu daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb:""“Həmin təhsil müəssisəsində araşdırma aparılıb.
Şagirdin erkən nikaha cəlb olunması barədə hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib”.
Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayon Pambıqkənd tam orta məktəbin 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb.
Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib.
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Bolqarıstan nümayəndə heyətinin üzvləri ulu öndərin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Daha sonra, nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Bakıda bir-birindən gözəl muzeylər fəaliyyət göstərir.
Onların bir çoxundan hazırladığımız reportajlar oxucularımız tərəfindən maraqla qarşılanıb.
Bu dəfə üz tutduğumuz muzey isə açılışı 2019-cu il noyabrın 19-da baş tutan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dəmiryol Muzeyidir.
2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar qapalı qalan muzeydə yenidənqurma işləri aparılıb və muzeyə yeni eksponatlar əlavə edilib.
Oxu.Az 2023-cü il dekabrın 28-dən etibarən ziyarətçilərə açılan Dəmiryol Muzeyindən hazırladığı reportajı təqdim edir:""İlk olaraq deyim ki, Azərbaycanda dəmiryolunun təməli 1878-ci ildə qoyulub və inşası 1880-ci ildə başa çatıb.
Uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmiryolu ölkənin iqtisadi inkişafı ilə əlaqədar sonradan davamlı olaraq şaxələnib.
Hazırda ölkəmizdə dəmiryollarının ümumi uzunluğu 3 000 kilometrə yaxındır və beynəlxalq şəbəkənin bir hissəsini təşkil edir.
Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri - Sabunçu vağzalının binasında (metronun “28 May” stansiyasının yaxınlığında) yerləşir.
Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bina xarici görünüşünə və bir çox elementlərinə görə Şirvanşahlar sarayını xatırladır.
Binada milli şəbəkə sənəti üslubunda qurulmuş pəncərələr, binanın girişində, fasadın yuxarı hissəsində isə Şirvanşahlar dövrünə aid dekor, saat qülləsində daşdan yonulmuş aslan təsvirləri diqqət çəkir.
Zallardan biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub.
Birinci mərtəbədə yerləşən kinozalda tarixi xronikalar, dəmir yollarının inkişafına töhfə verən tanınmış mühəndislər haqqında sənədli filmlər nümayiş olunur.
İkinci mərtəbədəki kinozalda isə ziyarətçilər dəmir yollarının, qatarların və vağzalların estetikası ilə bağlı bədii filmlərə baxa bilərlər.
İkinci mərtəbəyə qalxan kimi sağ və sol künclərdə vaxtilə dəmiryollarında istifadə edilən uniformalar sərgilənir.
Burada aşağırütbəli işçi heyətinin uniformasından tutmuş, vaqon bələdçilərinin geyimi, eləcə də ortarütbəli maşinist, stansiya növbətçisi, dispetçer və yol briqadirlərinin geyimi, stansiya növbətçisinin uniforması nümayiş olunur.
Uniformalar arasında 1943-55-ci illərdə tətbiq edilən uniforma nümunəsində ali işçi heyətinə məxsus palto, dəmiryol mühəndislərinə məxsus uniformalar və dəmir yollarının müxtəlif qurumlarında baş mühəndislər, layihəçilər, baş rabitəçi və digər işçi heyətin uniformalarını da görmək mümkündür.
Dəmiryolçunun hansı rəhbər sinfə aid olduğunu qol şevronlarından və yaxa ilgəklərindən bilmək olur.
Dəmiryolçuların formalarının hərbi formaya yaxın olması da diqqət çəkir.
Bunun səbəbi isə dəmir yollarının strateji təhlükəsizlik baxımından əhəmiyyəti olmasıdır.