Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane olur.
|
Ərazidə aparılan monitorinqə əsasən, günün pik saatlarında parkın ətrafına saatda 800-dək nəqliyyat vasitəsi daxil olurdu.
|
Nəticədə Akademik Zərifə Əliyeva küçəsi və onunla kəsişən küçələrdə ciddi nəqliyyat sıxlığı müşahidə olunurdu.
|
Əraziyə daxil olan bu avtomobillərin mütləq əksəriyyəti (90%) sadəcə dövrə vurduqdan sonra həmin ərazini tərk edirdilər.
|
Həmçinin, əhali arasında keçirilən sorğuya əsasən, istifadəçilər bağ və küçələrə əsasən piyada və metrodan istifadə edərək gəlirlər.
|
Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir – pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir.
|
Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi.""Belə ki, Xaqani bağı ətrafındakı ərazinin piyadalaşdırılması ilə bağlı layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib.
|
Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
|
Bununla yanaşı, Xaqani küçəsində parklanma yerləri də təşkil olunub.
|
Yeni layihə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub.
|
Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.
|
14:18"Xaqani bağının ətrafı avtomobillər üçün bağlanıb.
|
Oxu.Az xəbər verir ki, əraziyə maneələr quraşdırılıb.
|
Belə ki, Xaqani bağının (keçmiş Molokan bağı - red.)
|
ətrafı üç istiqamətdən avtomobillər üçün bağlanıb.
|
Daha çox foto burada:PhotoStock.az"Nəzrin Vahid
|
Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandası 1-4 mart tarixlərində Riqa şəhərində keçirilən Latviyanın gənclər və yeniyetmələr yarışında uğurlu nəticələr qazanıb.
|
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu turnirə ilk dəfə rekord sayda - 760 idmançı qatılıb.
|
Üzgüçülərimiz 200 metr məsafədə 4 dəfə sərbəst üsulda üzmədə kişilər arasında komanda yarışlarında ən yüksək nəticə göstərərək turnirin qalibi olublar və qızıl medallara layiq görülüblər.
|
Bundan başqa, şəxsi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Səid Həmidov 200 metr məsafədə qarışıq üsulda üç bürünc medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Mehri Əbdürrəhmalı 200 metr məsafədə batterflay üsulunda 3-cü yeri qazanıblar.
|
S.İsmayılzadə və M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.
|
Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun bildirdiyinə görə, yarışlar çox gərgin mübarizə şəraitində keçir:""“Yarışlar əsasən gənclər arasında olduğundan kiçik yaşlı idmançılarımız üçün çox çətin idi.Çünki orada mübarizə aparan üzgüçülərin əksəriyyəti bizim uşaqlardan yaş etibarı ilə çox böyük idilər.
|
Təxminən 5-6 yaş fərq var idi ki, təbii ki, bu da son nəticədə öz təsirini göstərirdi.
|
Bu turnirə Latviya, Litva, Estoniya, İspaniya, Ukrayna, Finlandiyadan ən güclü idmançılar qatılmışdılar.
|
Estafet yarışlarında üzgüçülərimiz bu yarışdan qabaq müxtəlif məsafələrdə şəxsi qarşılaşmalarda üzməklərinə baxmayaraq, sona qədər mübarizə apardılar və Azərbaycan komandası estafet yarışlarında qızıl medal qazandı.
|
Bu, Azərbaycanın üzgüçülük tarixində çox uğurlu nəticədir”.
|
“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin yarımmüdafiəçi Arda Gülerin klubdakı gələcəyi ilə bağlı mövqeyi bəlli olub.
|
Belə ki, məşqçi gələn mövsüm üçün icarəyə getməsini türkiyəli futbolçu üçün ən yaxşı karyera inkişafı variantı hesab edir.
|
Oxu.Az-ın məlumatına görə, bu barədə tanınmış idman jurnalist Ramon Alvares de Mon özünün “X” sosial şəbəkə hesabında məlumat verib.
|
İnsayderin fikrincə, PSJ-nin hücumçusu Kilian Mbappenin ehtimal olunan gəlişi və gənc braziliyalı Endrikin “Palmeyras”dan gözlənilən transferi bu fikrə təsir edir.
|
Xatırladaq ki, futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
|
“Transfermarkt” portalında verilən məlumata görə, Arda Gülerin bazar dəyəri 15 milyon avrodur.
|
“Almaniyada denasifikasiya (müharibədən sonrakı Almaniya və Avstriya cəmiyyətini, mədəniyyətini, mətbuatını, iqtisadiyyatını, təhsilini, hüquq və siyasətini nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş tədbirlər kompleksi - red.)
|
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bundesver hərbçilərinin Krım körpüsünə mümkün hücumla bağlı mediaya sızdırılmış söhbətləri ilə bağlı danışarkən deyib.
|
Onun sözlərinə görə, almanlar vəziyyəti dəyişməsələr, Almaniya üçün nəticələr dəhşətli olacaq.
|
Zaxarovanın fikrincə, Qərb planlaşdırdığı və böyük ölçüdə həyata keçirdiyi dağıdıcı hərəkətlərə görə cavab verməyə borcludur.
|
O hesab edir ki, Berlin məsuliyyət daşımalıdır.
|
“Ağdağ” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
|
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.
|
Bildirilib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq.
|
“İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.
|
Ağdağ" MMC-yə Ağdam #SənayeParkı-nın rezidenti statusu verilib.
|
Şirkət tərəfindən Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq.
|
#İnvestisiya dəyəri 15 milyon ₼ olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.… pic.twitter.com/pqgCZjyfBY
|
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı sabah baş tutacaq.
|
Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.
|
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) qeyd edib ki, kino ittifaqlarının birləşməsi üçün illərdir, mübarizə aparır:""“Konfrans keçirilməsi mənim ideyam, təşəbbüsüm idi.Kino ittifaqlarının birləşməsi üçün illərdir ki, mübarizə aparıram.
|
Hər iki ittifaqın sədri şəxsi maraqlarını güdür.
|
Mənim haqqımda da nə gəldi danışırlar.
|
Kino əsl kinematoqrafçıların mənəvi valideynidir.
|
Cəmiyyəti və xalqı bütün dünyaya tanıdan kinodur.
|
Çörək verənə xəyanət etmək olmaz.
|
Sədrlərin heç biri bu günə qədər hansısa təşəbbüs göstərməyib.
|
Məndən başqa, kinoya təmənnasız xidmət edən adam qalmayıb.
|
Ə.Mahmudov kino sahəsinin durumundan gileylənib:""“Sabah hər iki sədrə təşəkkürümü bildirəcəyəm ki, “şükür, haqqa, ədalətə gələ bildiniz”.
|
Otuz ildir ki, kinomuz pis vəziyyətə salınıb, parçalanıb.
|
Kino cameəsini parçalamaq olmaz.
|
Bir kinonun adına iki ittifaq yaradılıb.
|
Sabah konfransda çıxış edəcəyəm.
|
Hegemonluq olmasın deyə ittifaqın nəzdində tam müstəqil şəkildə ya ağsaqqallar şurası, ya da məsləhət şurasının yaradılmasını təklif edəcəyəm.
|
Bunlar sırf kino adamlarından ibarət olmalıdır.
|
Lakin şəxsi maraqlarından əl çəkməyənlərə görə kino geridə qalıb.
|
Şəfiqə xanım (Məmmədova, ARKİ sədri - red.)
|
“Mən sədrliyə elə bir adamı təklif edəcəyəm ki, hər kəs təəccüblənəcək.
|
Namizədin adını sabah açıqlayacağam”, - deyə Ə.Mahmudov əlavə edib.
|
Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib.
|
2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.
|
AKİ 1963-cü ildən fəaliyyət göstərir.
|
İttifaqın İdarə Heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
|
ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.
|
İsveçrədə yaşlı insanların həyat səviyyəsi ilə bağlı keçirilən milli referendumda seçicilər özlərinə əlavə pensiya təyin ediblər.
|
Onlar indi adi ödənişdən əlavə hər il noyabr ayında 13-cü ödənişi alacaqlar.
|
Səsvermənin nəticələrinə görə, İsveçrə Həmkarlar İttifaqları Assosiasiyasının təşəbbüsünü vətəndaşların 58,2 faizi dəstəkləyib.
|
Hökumət pensiya ödənişlərinin artırılmasının büdcə üçün çox baha başa gələcəyi barədə xəbərdarlıq etsə də, bu, seçiciləri dayandırmayıb.
|
İsveçrədə biraylıq pensiya 2 550 avrodur (təxminən 4,7 min manat), amma bu məbləğ ölkədə yaşamaq üçün kifayət etmir.
|
İsveçrədə yaşayış minimumu dünyada ən yüksəklərdən biri olaraq qalır.
|
İcbari tibbi sığorta haqları sürətlə artır və pensiyaçılar onları ödəməkdə çətinlik çəkirlər.
|
Yeni qərar dövlət pensiyasını İsveçrənin ildə 13 dəfə ödənilən əməkhaqqı sisteminə uyğunlaşdırır.
|
İnsanlar Milad bayramı ərəfəsində maddi dəstək və illik vergi ödəmələrinə kömək məqsədilə noyabr ayında əlavə ödəniş alırlar.
|
Bu gün dünyada artıq çəki və ya piylənmədən əziyyət çəkən insanların sayı 1 milyarddan çoxdur və hər il təxminən 3 milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir.
|
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 4 Mart - Piylənmə ilə Mübarizə Günü ilə bağlı yaydığı məlumatda deyilir.
|
Bildirilib ki, piylənmə ilə mübarizənin məqsədi yalnız xarici görünüşün yaxşılaşdırılması deyil, həm də ürək-damar, reproduktiv sistem və xərçəng xəstəliklərinin, eləcə də depressiya və qadınlarda sonsuzluğun qarşısının alınmasından ibarətdir:""“Təəssüf ki, həm dünyada, həm də ölkəmizdə uşaq və yeniyetmələr arasında piylənmə daha sürətlə yayılmaqdadır.
|
Belə ki, statistikaya əsasən, dünyada son 30 ildə yetkinlik yaşına çatmış insanlar arasında piylənmə qadınlarda 2 dəfədən çox, kişilərdə təxminən 3 dəfə, uşaq və yeniyetmələrdə isə 4 dəfə artıb.
|
Ölkəmizdə 2012-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı 1176 olsa da, bu göstərici 2022-ci ildə 91 faiz artaraq 2252-yə çatıb.
|
Son statistikaya əsasən, ölkələr üzrə piylənmənin dərəcələrinə görə respublikamız dünyanın 200 ölkəsi arasında kişilər üzrə 100-cü, qadınlar üzrə isə 65-ci yerdədir.
|
Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək dünya əhalisinin təxminən yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.
|
İnsanlarda artıq çəki və ya piylənmənin daha çox qeyri-sağlam qidalanma ilə əlaqədar yarandığı məlum olsa da, bilməliyik ki, piylənmə qeyri-sağlam həyat tərzinin kompleks şəkildə yaratdığı nəticədir.
|
Piylənmə ilə mübarizədə, ilk növbədə, düzgün və rasional qidalanmaya riayət edilməli, yağlı, duzlu və şəkər əlavə olunmuş qidaların istehlakı mümkün qədər azaldılmalı, gündəlik kalori qəbuluna, eləcə də yaş və sağlamlıq vəziyyətindən asılı olaraq fiziki aktivliyə nəzarət edilməli, siqaret, spirtli içki və stresdən uzaq olmalı və ən nəhayət, yuxu rejimi qaydaya salınmalıdır”.
|
Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsi İlham Məmmədova tapşırılıb.
|
“Qaynarinfo”nun məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb.
|
Xatırladaq ki, İ.Məmmədov 2011-ci ildən baş direktorun müavini, mərkəzin baş həkimidir.
|
Fotoda İlham Məmmədov"Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsdə keçirilən əməliyyat zamanı qurumun baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev saxlanılıblar.
|
Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
|
Fotoda Elşən Mustafayev və Zamin Əliyev
|
Mingəçevir Telekommunikasiya Qovşağının rəisi Mahir Mürsəlov tutduğu vəzifədən azad edilib.
|
Həmin vəzifəyə hələ yeni təyinat yoxdur.
|
Məşhur supermodel Haydi Klum Almaniyanın “Glamour” jurnalının yeni nömrəsinin siması olub.
|
Klum fotonu “Instagram” hesabında paylaşıb.
|
Supermodel bədən quruluşunu vurğulayan dekolteli ağ dar uzun donda şəkil çəkdirib.
|
Model görünüşünü nəhəng mələk qanadları ilə tamamlayıb.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.