Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
“Müğənni Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır”.
|
Bu barədə Oxu.Az-a müğənninin köməkçisi Elvin Salmanov məlumat verib.
|
O, Zeynəb Həsəninin Bakıda olduğunu qeyd edib:""“Hər şey yaxşıdır.
|
Vəziyyətin pisləşdiyi ilə bağlı xəbərlər yanlışdır.
|
Türkiyəyə yoxlanışa getmişdi, artıq qayıdıb.
|
Hər dəfə yoxlanış ilə əlaqədar gedir.
|
Xatırladaq ki, bir neçə gün öncə müğənni Zeynəb Həsəninin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılmışdı.
|
Analizlərin cavabları yaxşı çıxmadığı və bu səbəbdən müğənninin yenidən Türkiyəyə yollandığı bildirilmişdi.
|
Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.
|
President.az xəbər verir ki, məktubda deyilir:""“Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
|
Qardaş ölkə və etibarlı tərəfdaşımız olan Pakistanla münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurur.
|
Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq edirlər.
|
Pakistanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.
|
Biz bundan sonra da Azərbaycan ilə Pakistan arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindəyik.
|
Siyasi dialoqumuzu davam etdirmək, ikitərəfli əməkdaşlığımızın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm.
|
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistanın və xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.
|
Bu gün Güney Azərbaycanın Urmiya şəhərində qızlar məktəbində baş verən yanğın 18 şagirdin zəhərlənməsinə səbəb olub.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
|
Məlumata görə, Urmiyada qızlar məktəbinin siniflərindən birində meydana gələn yanğına görə hadisə yerinə təcili yardım və yanğınsöndürən qüvvələri göndərilib.
|
Qeyd edək ki, yanğın nəticəsində tüstüdən zəhərlənən şagirdlər xəstəxanaya çatdırılıblar.
|
Yanğının hansı səbəbdən baş verməsi isə hələlik bəlli deyil.
|
“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi - Bakı ultramarafonu başa çatıb.
|
Artyom Əliyev bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
|
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi - Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər.
|
Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.
|
Azərbaycan xalq ədəbiyyatında bayatı ustadı kimi şöhrət qazanmış Sarı Aşığın məzarı erməni vandalizminə məruz qalıb.
|
Bir vaxtlar ziyarətgaha çevrilmiş abidə torpaqlarımızın işğalından sonra ermənilər tərəfindən dağıdılaraq tamamilə məhv edilib.
|
Qeyd edək ki, Sarı Aşığın doğum və ölüm tarixləri məlum olmasa da, XVII əsrdə Laçın rayonu, Həkəri çayının sağ sahilində Qaradağlı kəndində yaşadığı və rayonun Güləbird kəndində dəfn olunduğu bildirilir.
|
Aşıq haqqında ilk məlumatı Həsənəli xan Qaradağlı verib.
|
Məzar daşındakı şəkli onun xəyali təsviridir.
|
Məzarının üzərində türbə də ucaldılıb.
|
1989-cu ildə Güləbird kəndində aşığın xatirə muzeyi açılıb və rayonun işğalından sonra 1993-cü ildə muzey və eksponatlar dağıdılıb.
|
Onu da qeyd edək ki, Sarı Aşığın könül verdiyi Yaxşı adlı xanımın nəşi İkinci Qarabağ müharibəsindən sonra torpağa tapşırıldığı yerdən çıxarılaraq ustadın məzarı yanında dəfn edilib.
|
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
|
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman Tehran hökumətinin Məhkəmə Sistemi tərəfindən ölüm hökmlərinin çıxarılması və icrası hallarının artması ilə bağlı narahatlığını bildirib.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
|
Məlumata görə, dünən onun İnsan Haqları Şurasının 55-ci iclası üçün hazırladığı hesabatda 2023-cü ildə İranda ən azı 834 nəfərin dar ağacından asıldığı sübuta yetirilib.
|
Hesabata əsasən, bu göstərici ötən illə müqayisədə 43% artım deməkdir.
|
Cavid Rəhman İranda baş verən etirazlarda insanların özbaşına həbs edilməsinə, işgəncə verilməsinə, tələsik edam olunmasına və ədalətli mühakimə edilməməsinə diqqət çəkib.
|
“İranın hakimiyyət orqanları tərəfindən vətəndaşların hüquqlarının pozulması ilə bağlı şəffaf araşdırmalar aparılmır.
|
Təəssüf ki, İran xalqının öz fikirlərini ifadə etmək və dinc nümayişlər keçirmək hüquqları əlindən alınıb”, - deyə Cavid Rəhman əlavə edib.
|
Mövsümün başa çatmasına 11 oyun qalıb, gedişatı tezliklə dəyişməsək, özümüzü turnir cədvəlinin aşağı pillələrində görəcəyik.
|
31 yaşlı yarımmüdafiəçi evdə “Kəpəz”ə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV turunun matçı barədə danışıb:""“Bu, yaxşı hazırlaşdığımız qarşılaşmalardan biri idi.Rəqibimiz meydanda kifayət qədər qərarlı deyildi.
|
İlk hissədə bir neçə şansımız oldu.
|
Fərqlənə bilsəydik, nəticə tamam fərqli olardı”.
|
İsraildən olan futbolçu qələbəsizlik seriyasının 4 oyuna çatmasına toxunub:""“Bunun müxtəlif səbəbləri var.
|
Məncə, növbəti matçlarda xarakter, əzmkarlıq və aqressivlik göstərməliyik.
|
Çünki belə seriyalardan adətən çətin qələbə ilə çıxırsan.
|
Son nəticələrdən sonra avrokuboklar barədə danışmaq olmaz.
|
Yalnız növbəti görüşə diqqət yetirməliyik”.
|
Qeyd edək ki, “Sumqayıt” XXVI turda “Səbail”in qonağı olacaq.
|
Martın 8-dəki qarşılaşma saat 19:00-da başlayacaq.
|
“Gənclik şəhəri” təmsilçisi hazırda 36 xalla 4-cü pillədə qərarlaşıb.
|
Üçüncü sıradakı “Neftçi” və beşinci yerdəki “Zirə” də eyni xala malikdirlər.
|
Kamboca Xalq Partiyasının sədri Hun Sen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
|
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:""“Zati-aliləri.
|
Bu il fevralın 7-də keçirilmiş seçkidə yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.
|
Seçkilərdə inamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik liderliyinizə, xüsusilə də dövlətin idarə olunmasında və inkişafında zəngin təcrübənizə güclü etimadının və inamının bariz göstəricisidir.
|
Mən qəti şəkildə əminəm ki, Azərbaycan Respublikasının Sizin rəhbərliyinizlə inkişafı davam edəcək, ölkəniz regional və qlobal məsələlərdə daha böyük rol oynayacaq və bu da xalqınıza daha çox fayda gətirəcək.
|
Kamboca Xalq Partiyası ölkələrimiz arasında uzun müddətdir mövcud olan dostluq münasibətlərini bütün səviyyələrdə, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində, eləcə də digər ikitərəfli və çoxtərəfli formatlarda möhkəmləndirməyə və dərinləşdirməyə böyük önəm verir.
|
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
|
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram”.
|
15:05"Qvatemala Respublikasının Prezidenti Bernardo Arevalo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
|
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qvatemala xalqı, Hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
|
Əminik ki, yeni prezidentlik müddətində fəaliyyətiniz mövcud ənənəvi dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə imkan yaradacaqdır.
|
Qvatemala ilə Azərbaycan arasında 1994-cü il noyabrın 1-də qurulmuş diplomatik münasibətlər əməkdaşlığımızı dərinləşdirən təşəbbüslərin irəli sürülməsi kimi ümumi maraqları müəyyənləşdirmək fürsətini yaratmışdır.
|
Bu, Sizin rəhbərliyinizlə qarşılıqlı fayda naminə yeni layihələrin təşviqi kimi müxtəlif sahələr üzrə ikitərəfli, regional və çoxtərəfli gündəlikdə olan məsələlərin həyata keçirilməsinə imkan verəcəkdir.
|
Fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzu edir və dərin ehtiramımı bildirirəm”.
|
Müğənni Castin Timberleyk Britni Spirslə qalmaqalın fonunda həyat yoldaşı, aktrisa Cessika Bilə müraciət edib.
|
Castin Timberleyk sevgilisini 42 yaşı münasibətilə təbrik edərək sosial şəbəkə hesabında Cessika ilə nadir görüntülərini yayımlayıb.
|
“Bunu deməyin başqa yolu yoxdur.
|
Ad günün mübarək”, - deyə Castin Timberleyk yazıb.
|
Pərəstişkarları müğənninin bu hərəkətini yüksək qiymətləndiriblər.
|
Onlar da aktrisanı təbrik ediblər.
|
“O səninlə çox gözəldir, ona diqqət yetir”, “Mən həsəd aparsam da, bu məni xoşbəxt etdi.
|
Ad günün mübarək!”, “Dünyanın ən yaxşı cütlüyü.
|
Ad günün mübarək”, - deyə sosial şəbəkə istifadəçiləri yazıblar.
|
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyev təqaüdə göndərilib.
|
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, martın 4-də Baş prokurorun müavini Heydər Məmmədov prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə qulluq keçməsinə xitam verilmiş qurumun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyevi qəbul edərək ona Baş prokuror Kamran Əliyevin əmri ilə təltif olunduğu “Prokurorluğun fəxri işçisi” döş nişanını və hədiyyə təqdim edib.
|
Görüş zamanı çıxış edən Baş prokurorun müavini Birinci Qarabağ müharibəsi veteranı olan Böyükağa Panəliyevin prokurorluq orqanların keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salaraq, 1993-cü ildə Qubadlı Rayon Prokurorluğunun əməkdaşı kimi xidməti vəzifələrinin icrası zamanı cinayətkar dəstənin fəaliyyətinin qarşısını alarkən ağır yaralanmasına baxmayaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətini davam etdirdiyini, cinayətkarlığa qarşı mübarizədə, habelə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində böyük töhfələr verdiyini qeyd edib, fədakar fəaliyyətinə görə ona minnətdarlığını bildirib.
|
Görüş zamanı, həmçinin, digər tədbir iştirakçıları Böyükağa Panəliyevlə bağlı xoş xatirələrini bölüşüb, ona uğurlar arzulayıb.
|
Rusiya ilə Ermənistan arasında rəsmi, siyasi, diplomatik söz savaşı davam edir.
|
Moskva rəsmi İrəvanı Qərbin diktəsi ilə fəaliyyət göstərməkdə, regional maraqları qərb blokuna satmaqda, 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatın müddəalarına sadiq qalmamaqda, ikitərəfli müqavilələrə, razılaşmalara əməl etməməkdə qınayır.
|
İrəvan Moskvanı nədə günahkar sayır?
|
Əslində onun Kremlə qarşı iddiaları məntiqi sayılmır.
|
Mövcud olduğu dövrdən indiyədək bu ölkə Rusiyanın hesabına ayaq üstə qalıb, özünü saxlayıb.
|
Hətta indi malik olduğu ərazilər də Rusiyanın, keçmiş SSRİ-nin sayəsində formalaşıb.
|
Baş nazir Nikol Paşinyanın iddia etdiyi 29,8 min kvadrat kilometr əraziyə də Moskvanın himayəsi ilə nail olub.
|
Yaxud İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycanı pisləməməkdə ittiham edir.
|
Təşkilatdan isə açıq-aşkar şəkildə bildirilib ki, iki ölkə arasında sərhədlər müəyyənləşmədiyindən, habelə müharibə Ermənistan ərazisində aparılmadığından onun tələbləri təmin oluna bilməz.
|
Paşinyan hökuməti KTMT-yə qarşı iddialarını hələ də formalaşdıra bilmir.
|
Ancaq gah fəaliyyətlərinin dondurduqlarından, gah da məlum olmayan tələbləri təmin olunmayacağı halda təşkilatdan çıxacaqlarını bildiriblər.
|
Ermənistan hakimiyyəti başqa sahələrlə bağlı iddia irəli sürmür.
|
Məsələn, Rusiya neft-qazından, elektrik enerjisindən, ticarət əlaqəsindən imtina, 102 saylı hərbi bazanın çıxarılması, MDB-dən, Avrasiya İqtisadi İttifaqından çıxmaq və başqa bu kimi məsələləri İrəvan dilinə gətirmir.
|
Yəni onun siyasi, hərbi gücü həm üzv ölkələrə, həm də qərbə yaxşı məlumdur.
|
Ermənistanın bu təşkilatla bağlı mübahisələri, mövzuları gündəliyə gətirməsi isə süni görünür.
|
Qərb Ermənistan hakimiyyətinə də bu səbəbdən axıradək etibar etmir.
|
Bu günlərdə ölkə parlamentinin sədri Alen Simonyan Rusiya hərbçilərinin İrəvanda “Zvartnots” hava limanından çıxmasını istədiklərini gizlətməyib.
|
İrəvan Gümrüdəki Rusiyanın 102 saylı hərbi bazasını çıxarması ilə bağlı heç bir iddia irəli sürə bilmir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.