Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Hava limanı və bu hərbi baza ilə bağlı iki tərəf arasında 1992-ci il sentyabrın 30-də dövlətlərarası müqavilə imzalanıb.
|
Bu sənəd 2040-ci ilədək qüvvədədir.
|
Rusiya rəsmiləri isə Ermənistanın KTMT və “Zvartnots” hava limanı ilə bağlı rəsmi müraciət etmədiyini bildiriblər.
|
Paşinyan hökuməti sənədlərlə deyil, işini açıqlamalarla bitmiş sayır.
|
Bu isə ona etibar edilməməsinə və etimad göstərilməməsinə səbəb olur.
|
Rusiya ilə bağlı verdikləri bəyanatları hələ Ermənistan hakimiyyətinin anti-Rusiya olması demək deyil.
|
Məsələn, 2023-cü ilin mayında - “Rusiya Ukraynada müharibəni uduzarsa, Ermənistanın başına nələrin gələcəyini təsəvvür edə bilmirəm”, - deyən Nikol Paşinyan bu ilin fevralında müharibədə Rusiyanın yanında olmadıqlarını bildirib.
|
Bu da rəsmi İrəvanın xüsusən Rusiya ilə bağlı sabit, davamlı xarici siyasət yürütmədiyinin göstəricisi sayıla bilər.
|
Ermənistan hakimiyyətinin səbatsız davranışı və çıxışları Rusiyanın də sərt açıqlamalar verməsinə səbəb olub.
|
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində keçirilən Üçüncü diplomatiya forumu çərçivəsində keçirdiyi brifinqdə bildirib ki, Moskva Ermənistanla münasibətlərə yenidən baxa bilər.
|
Belə hesab etmək olar ki, Moskva nazirin açıqlaması ilə İrəvana xəbərdarlıq ismarışını göndərib.
|
Erməniəsilli Rusiya vətəndaşı Marqarita Simonyan isə az qala Ermənistan cəmiyyətinə barmaq silkələyib.
|
O bildirib ki, erməni gəncliyi bilməlidir ki, Nikol Paşinyan satqındır:""“Gənclik və yaşlı sakinlər onu dəstəkləməyə davam edirsə, Ermənistan tamamilə məhv olacaq”.
|
Simonyanın dili ilə Ermənistana xəbərdarlıq, yaxud avantüra?
|
Hər halda Rusiyanın Ermənistanla güc dili ilə danışmağa hələ ki hər cür imkanı var.
|
Gürcüstan da İrəvan kimi Rusiyaya çox yaxın sayılırdı.
|
Ancaq ərazi bütövlüyünün bərpası cəhdi Tbilisi üçün xoş olmayan şəraitlə nəticələnib.
|
Bu baxımdan Simonyan Ermənistan dövlətçiliyini itirməsini, onun Rusiyanın bir vilayətinə çevrilməsi ismarışını da verə bilər.
|
Odur ki, İrəvan Rusiyadan nə uzaqlaşır, nə də yaxınlaşır.
|
İndiki şəraitdə vəziyyəti belə saxlamağa çalışır.
|
KTMT üzvlüyündən çıxmaq, yaxud təşkilatda fəaliyyət müəyyən müddət dondurmağa axıradək nail olandan və “Zvartnots” hava limanından rusiyalı hərbçilərin çıxması məsələsi öz həllinin tapandan sonra rəsmi İrəvan yeni planını açıqlayacağını ehtimal etmək olar.
|
Çünki İrəvanın Moskvadan kəskin dönüşlə uzaqlaşmağa ifadə edilməyəcək, müqayisə olunmayacaq dərəcədə gücü yoxdur.
|
Ona görə də yaxın aylarda İrəvanın yenə oxşar açıqlamalar verəcəyi, Moskvanın da uyğun şəkildə Simonyan, Mariya Zaxarova səviyyəsində onların iddialarını cavablandıracağını proqnozlaşdırmaq olar.
|
İrəvan bununla vaxt udaraq Rusiyanın Ukraynada məğlubiyyətini gözləmək niyyətindədir.
|
Hadisələr indiki şəkildə davam edərsə, o vaxtadək Ermənistanın KTMT, MDB, Aİİ ilə müqavilələri rəsmi olaraq pozacağı hələ gözlənilmir.
|
Çünki İrəvan Moskvadan istəsə belə, nə qopa, nə də imtina edə bilir.
|
İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb.
|
Oxu.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb.
|
Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb.
|
Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar.
|
İlk dəfə təşkil edilən attestasiya QMİ-nin inzibati binasında keçirilir.
|
Prosesdə fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur.
|
Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır.
|
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub.
|
“Atletlərimiz növbəti yarışda da mütləq iştirak edəcəklər”.
|
Səfir təşkilatçılıqdan və qonaqpərvərlikdən razılıq bildirib:""“Dəvətə görə təşkilatçılara təşəkkürümü bildirirəm.
|
Bir neçə həftə əvvəl dəvət aldıq.
|
Meksika yarışda 4 idmançı ilə təmsil olundu.
|
Onlar burada özlərini evdəki kimi hiss edirlər.
|
Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirik.
|
İdmançılarımız təşkilatçılıqdan çox razıdırlar”.
|
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi - Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər.
|
Yarışın qalibi Artyom Əliyev olub.
|
Son dövrlərdə ticarət obyektlərində turist və yerli alıcıların sayı artıb.
|
Bu da öz növbəsində iqtisadi əlaqələrin genişlənməsi, ticarət obyektlərinin artması deməkdir.
|
Sıx müştəri olan obyektlərdə isə qəzalar qaçılmaz olur.
|
Bəzən ehtiyatsızlıqdan, yaxud təsadüfi hallarda hər hansı müştəri tərəfindən mağazadakı məhsullara ziyan vurula bilir.
|
Bu cür hallar çoxumuzun ya başına gəlib, belə hadisələrin şahidi olmuşuq.
|
Bir çox xarici ölkələrdə müştəri mağazada ehtiyatsızlıqdan hər hansı ixtiyari bir məhsulu sındırarsa, buna görə pul ödəməli deyil.
|
Əksər hallarda insanlar özlərini itirir, bəziləri isə öz hüquqlarını belə bilmirlər, buna görə də insanlar təqsiri olmadan sınmış mallar üçün zərər ödəməyə razı olurlar.
|
Siz və uşağınız hər hansı bir malı sındırmısınız, belə olan halda həmin məhsula dəyən ziyanın məbləği kim tərəfindən ödənilməlidir?
|
Problemin həlli üçün hansı yollar var?
|
Ehtiyatsızlıqdan hər hansı məhsula ziyan vurulanda müştəri və sahibkar arasındakı öhdəlik necə tənzimlənir?
|
Məsələnin hüquqi tərəfini Oxu.Az-a açıqlamasında vəkil Turan Abdullazadə şərh edib.
|
Onun sözlərinə görə, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən tənzimlənir:"""“Belə ki, maddəyə əsasən, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
|
Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
|
Bildirirəm ki, qeyd etdiyiniz məsələni konkret olaraq tənzimləyən norma olmasa da, yuxarıda qeyd olunan maddələri hazırkı iş üzrə tətbiq etmək mümkündür.
|
Yəni, ehtiyyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində müştəri (alıcı) sahibkara (satıcı) maddi ziyan vurursa, bununla bağlı sonuncu məhkəməyə maddi zərərin əvəzinin ödənilməsi barədə müraciət edə bilər”.
|
Qeyd olunan maddədən başa düşülən odur ki, əmlakın təsadüfi məhv olması riski mülkiyyətçinin üzərinə düşür.
|
Bəs bunu uşaqlar etsə, məsələ necə tənzimlənir?
|
Mülki Məcəllənin 1103-cü maddəsinə görə on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.
|
Eləcə də əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olubsa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur.
|
Eləcə də Mülki Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
|
Rusiyanın Primorye diyarında sürücünün idarə etdiyi minik avtomobili buzlu gölə düşüb.
|
Hadisə göldə balıq tutan balıqçıların gözü qarşısında baş verib.
|
Görüntülər də onlar tərəfindən qeydə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
|
İnsidentin digər təfərrüatı barədə məlumat verilmir.
|
Türkiyənin İstanbul şəhərində yanacaq daşıyan avtosistern partlayıb.
|
Hadisə nəticəsində ölən və yaralananlar var.
|
İlkin ehtimallara görə, partlayışa səbəb maşında aparılan qaynaq işləri olub.
|
Hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.
|
Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
|
Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğını söndürmək mümkün olub.
|
Faktla bağlı istintaq başladılıb.
|
Xankəndidə separatçıların vaxtı ilə tikdirdiyi “parlament” binası sökülür.
|
Qeyd edək ki, həmin tikili erməni separatçıları tərəfindən “parlament” binası kimi istifadə edilirdi.
|
Həmin tip binaların heç bir tarixi əhəmiyyəti yoxdur.
|
Həm də o bina regionda separatçılığın mirası idi.İndi həmin bina sökülürsə, bu, regionun separatçılardan təmizlənməsindən sonrakı proseslərə verilən töhfədir.
|
Bildirək ki, Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərin baş planlarını hazırlayır.
|
Onu da xatırladaq ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırma həyata keçirir.
|
Artıq Laçın, Zəngilan və Füzuliyə köç reallaşdırılıb.
|
Prezident İlham Əliyev bu ilin fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlini qoyarkən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
|
Dövlət başçısı Xankəndi və Xocalıda görüləcək işlərdən danışıb.
|
Prezident deyib:""“O vaxt - işğal dövründə mənim köçkünlərlə, - bu gün keçmiş köçkünlər adlandırılır, köçkün anlayışı artıq tamamilə silinib bütün bizim vətəndaşlarımızdan, - çoxsaylı görüşlər əsnasında hər dəfə onlara deyirdim ki, gün gələcək və biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.
|
Yüzdən çox köçkün qəsəbəsi salınmışdır və köçkün qəsəbələrinin hamısının açılışlarında mən iştirak etmişəm.
|
Birinci köçkün qəsəbəsi o vaxt ulu öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır və o vaxt bizim o qədər də böyük maliyyə imkanlarımız yox idi.Ancaq olan-qalan vəsait də bax o məqsədlər üçün istifadə olundu və bu, bir yol göstəricisi idi.Yəni, ulu öndər hamımıza göstərmişdi ki, biz ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq.
|
Eyni zamanda, bizim əsas məqsədimiz torpaqların azad edilməsi idi və o vaxt köçkünlərlə çoxsaylı görüşlər əsnasında deyirdim ki, bu şərait yaradılır, bu şərait yaxşıdır, - çadır şəhərcikləri, bilirsiniz ki, sonuncusu 2007-ci ildə ləğv edildi, - ancaq bu, müvəqqəti yaşayış yeridir.
|
Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük.
|
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar.
|
Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.
|
Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb.
|
Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin”.
|
Bildirək ki, regionda genişmiqyaslı quruculuq işləri həyata keçirilərkən mədəni-tarixi obyektlərin bərpası də diqqətdə saxlanılıb, mövcud abidələr nəzərə alınıb.
|
Amma işğal dövründə tikilmiş və yalançı tarix yaratmaq üçün Ermənistan tərəfindən atılan addımlar bu kateqoriyaya aid deyil.
|
Çünki onlar işğal nümunələridir və hər hansı tarixi dəyərə malik deyil.
|
Ona görə də işğal dövründə tikilmiş, heç bir əhəmiyyət kəsb etməyən, şəhərin ümumi görünüşünə xələl gətirən tikililər sökülür.
|
Nəzərə almaq lazımdır ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır.
|
Xankəndidəki məlum “parlament” binasının söküntüsü də həyata keçirilən bu prosesin tərkib hissəsidir.
|
Düşünün ki, əlinizə sehrbazın sehirli əsası keçib.
|
Və bu əsa ilə işləriniz, həyatınız daha sürətli, daha zəngin və daha rəngarəng olacaq.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.