Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Bu günümüzdə Apple ekosistemini mən məhz sehirli əsa kimi təsəvvür edirəm.
|
Mənim Apple cihazları ilə sehirli iş təcrübəm iPhone 3G (2008) ilə başlayıb.
|
Sonra bir tədbirdə mənə iPad bağışlandıqdan sonra bu sehr daha da gücləndi.
|
Bu ekosistemdə bir bağlantı var idi.Öyrəndim ki, “Continuity” adlı funksiyalar toplumu sayəsində bir Apple cihazından digərinə keçid çox asandır.
|
Bu funksiyalara Mac və iPhone arasında bufer məzmunu mübadiləsini paylaşmağa imkan verən “Universal məzmun mübadiləsi” daxildir.
|
Beləliklə siz eyni iCloud hesabında idarəetmə icazəsində olub, məlumatların ötürülməsi üçün Bluetooth və Handoff funksiyasını aktiv etməklə rahatlıqla məlumatları bir cihazdan digərinə ötürə bilərsiniz.
|
Sonra maraq üçün iTunes yüklədim və artıq kompüterimin yaddaşında olan mahnıları bu iPad-a köçürə bildim.
|
Yaradıcılıq işimin əsası olan MacBook Pro ilə tanışlığım isə illər sonra(2015) baş tutdu.
|
Və beləliklə Apple Watch 1-ci nəsil, Apple TV 2-ci nəsil , AirPods, iPad və Mac Mini ilə özümə sehirli Apple özülü yaratdım.
|
İndi işlərimi, həyatımı bu sehirli ekosistemlə planlayıram və bundan zövq və maksimal nəticə alıram.
|
Siz də Apple cihazları almağı planlayırsınızsa, indi tam zamanıdır.
|
Belə ki, yalnız 10 mart tarixinədək iPhone 15 Pro modelini 312 AZN-ə, MacBook Air-i isə 200 AZN-ə qədər qənaət etməklə əldə edə bilərsiniz.
|
Sizə Apple ekosisteminin sehrinin mənə verdiyi və daim istifadə etdiyim 10 əsas üstünlükdən bəhs etmək istəyirəm.
|
Universal Clipboard:MacBook, iPhone, iPad və hətta Apple Watch-da mətn, şəkillər və videoları asanlıqla kopyalayıb, işi digər cihazda davam edirəm.
|
Telefonda linki kopyaladım, iPad -da həmin linki açıb, işimə davam etdim.
|
Handoff ilə işlərinizi davam etdirin:Bir cihazda başladığınız işi, başqa bir cihazda davam edə bilərsiniz.
|
Misal olaraq, bir e-mail yazmağı iPad -də başlayıb, MacBookda bitirə bilərsiniz.
|
Hal hazırda bu məqaləni Macbook Pro-da yazıram, amma redaktə işini nahar fasiləsində yeməyim gələnə qədər iPad -də davam etdirəcəm.
|
AirDrop ilə sürətli fayl paylaşımı:Fotolar, sənədlər və digər faylları iOS və macOS cihazları arasında saniyələr içində paylaşıram.
|
Mən bütün video redaktələrimi MacBook Pro-da, Final Cut Pro X proqramında edirəm.
|
Tutaq ki, Apple LOG-da çəkilmiş video iPhone 15 ProMax -da yaddaşdadır.
|
Onu an içində əlavə naqilə ehtiyac duymadan AirDrop -la Macbook-a yollaya bilirəm.
|
Bununla zaman itkisi də yaşanmır.
|
iCloud ilə faylların sinxronlaşması:Bütün sənədləriniz, şəkilləriniz və məlumatlarınızın istənilən cihazda yüklənməsi əlçatan olacaq.
|
Elə materiallar var ki, onu AirDrop -la göndərməyə belə ehtiyac yoxdur.
|
Fayllarınızı, şifrələrinizi ümumiyyətlə sizə məxsus olan nə varsa, iCloud-da sinxronlaşdırdıqda əlinizin altında olan istənilən Apple məhsulu ilə ona çata və istifadə edə bilərsiniz.
|
Find My ilə cihazlarınızı və dostlarınızı izləyin:İtən cihazlarınızı və ya dostlarınızın yerini müəyyən edin.
|
Ailə üzvləriniz də Apple istifadəçisidirsə, o halda siz bir- birinizin yerini bilə, bölüşə və hətta cihazınızın yerini müəyyən edə bilərsiniz.
|
Vacib bir məqamı da qeyd edim ki, bu funksiya sayəsində həmin cihazda internet olmadığı halda belə, cihazın yeri müəyyən edilə bilinir.
|
AirPlay 2 ilə multimediyanızı paylaşın:Sevimli mahnılarınız, filmləriniz və oyunlarınızdan AirPlay-in dəstəkləyən cihazlarda həzz alın.
|
Çox maraqlı bu funksiya ilə siz iPad -də film izlədikdə, bir anda məkanı dəyişib, daha böyük ekranda izləmək istədiyinizdə bu çox rahatlıqla baş verir.
|
Belə ki, TV-niz AirPlay -i dəstəkləyirsə, filmi onun ekranına rahatlıqla ötürüb, daha böyük ekranda izləmə imkanı qazanırsınız.
|
Family Sharing ilə ailənizlə paylaşın:Alış-verişləri, abunəlikləri, iCloud-da qoruma imkanını və hətta yer paylaşımını ailə üzvlərinizlə bölüşün.
|
Bu əlverişli funksiya ilə Apple TV, Apple Music abunəliyinizi ailə üzvlərinizlə bölüşə bilərsiniz.
|
Apple Watch ilə sağlamlığınızı izləyin:Günlük aktivlik, yuxu tsikli və hətta qəlb ritminizi izləmək imkanı.
|
Bununla yanaşı bu saatla telefonda olan kameranı idarə etmək, komandalar göndərmək, ödənişlər etmək, saatda olan bütün məlumatları digər cihazlarınızdan izləmək imkanına maliksiniz.
|
Time Machine ilə məlumatları yedəkləyin:MacBook- da mühüm məlumatları avtomatik olaraq yedəkləyin və lazım olduqda asanlıqla geri yükləyin.
|
Tutaq ki, MacBook-da bir problem yarandı.
|
Məlumatlarınız itirilməməsi üçün Time Machine -dən istifadə edin.
|
iCloud -da sinxronlaşdırmaq da yadınızdan çıxmasın.
|
Screen Time ilə cihaz istifadəsini izləyin:Cihazlarınızda nə qədər vaxt xərclədiyinizi haqda məlumatlı olun və sağlam rəqəmsal alışqanlığınız olsun.
|
Həmçinin bu sistem sayəsində rəqəmsalda nə qədər zaman keçirdiyiniz haqda məlumat həftəlik analiz şəklində sizə göndərilir.
|
Çox vacib bir qeyd olaraq söyləmək istəyirəm ki, adıçəkilən Apple məhsullarını yalnız rəsmi satış tərəfdaşlarından almağınız tövsiyə olunur:iSpace, Kontakt Home, Irshad, Baku Electronics, MyShops, Bytelecom.
|
Apple-ın sehirli ekosistemi ilə həyatım daha zəngin, daha asan və daha əyləncəli bir macəraya çevrilib.
|
“WhatsApp” yeni məxfilik funksiyası əldə edir.
|
Belə ki, istifadəçilər öz hesablarına altı rəqəmli koddan deyil, paroldan istifadə etməklə daxil ola biləcəklər.
|
Yenilik “iOS” cihazları üçün keçərlidir.
|
Məlumata görə, giriş açarı “iCloud”da saxlanılacaq.
|
Bu biometrik məlumatdan istifadə etməklə digər “Apple” cihazlarından “WhatsApp” hesabına daxil olmağa imkan verəcək.
|
Eyni zamanda, əgər istifadəçi başqa qurğuda mesencerə ənənəvi altı simvollu koddan istifadə etməklə də daxil ola biləcək.
|
Yeni funksiya “WhatsApp”ın “TestFlight” xidmətindən endirilmiş “beta” versiyasında görünüb.
|
Bütün “iOS” istifadəçiləri üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.
|
Bundan əvvəl “WhatsApp”da artıq digər tətbiqlərdən gələn ismarışları oxumağın mümkün olacağı barədə xəbər vermişdik.
|
Azərbaycanda keçirilən prezident seçkisində yenidən qalib olan İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün ilk səfərini Almaniyaya edib.
|
Orada Prezident Almaniya kansleri Olaf Şolts ilə görüşərək ikitərəfli münasibətləri müzakirə edib, həmçinin ABŞ-nin yüksək səviyyəli rəsmiləri, o cümlədən dövlət katibi Antoni Blinkenlə iqlim dəyişikliyi, karbohidrogenlər və bərpaolunan enerji sahələrində əməkdaşlıq, ticarət əlaqələri, regional sabitlik və Ermənistanla sülh səyləri daxil olmaqla yeni əməkdaşlıq sahələrini araşdırmaq üçün görüşüb.
|
Azərbaycanın Avropa və Asiya arasında əsas ticarət və nəqliyyat yollarının kəsişməsində yerləşən geosiyasi mövqeyini (ölkə İran, Rusiya və Türkiyə ilə həmsərhəddir) və Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolunu nəzərə alsaq, bu görüşlər Xəzəryanı dövlətin arzuolunan tərəfdaş kimi beynəlxalq forumlarda artan strateji əhəmiyyətini göstərir.
|
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan, Almaniya və Ermənistan arasında baş tutan yüksək səviyyəli üçtərəfli görüş İrəvan və Bakının fikir ayrılıqlarına baxmayaraq, tərəflərin yenidən zorakılığa əl atmadan münaqişəni həll etmək öhdəliyini bir daha təsdiqləyib.
|
İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqlara dair artıq əldə edilmiş razılaşmaları xatırladaraq üçtərəfli görüşü konstruktiv və faydalı hesab edib.
|
Həllini gözləyən problemlər hələ də qalır, lakin tərəflər hərtərəfli sülh sazişinin imzalanması və münasibətlərin prinsipial şəkildə normallaşdırılması istiqamətində (ərazi bütövlüyünə hörmət, ərazi iddialarının rədd edilməsi, beynəlxalq hüquq normalarına riayət edilməsi, dövlətlərarası sərhədlərin delimitasiyası və sərhədlərin açılması) xoşməramlılıq nümayiş etdirsələr, bu problemləri də dəf etmək mümkündür.
|
Azərbaycan COP29-a sədrlik etməyə və bu ilin noyabrında iqlim müzakirələrində ön sıralarda yer almağa hazırlaşdığına görə yeni iqlim maliyyəsinin yaradılması və qlobal həmrəyliyin gücləndirilməsini prioritetləşdirərək “COP29-un ev sahibi kimi inkişaf etmiş və inkişaf etməkdə olan dünya arasında körpü” fəaliyyətini göstərmək niyyətindədir.
|
Bu, həm də Azərbaycanın indi müxtəlif xarici siyasət hədəflərinə doğru irəliləmək əzmində olduğunu nümayiş etdirir, çünki Ermənistanla Azərbaycan arasında həll olunmuş münaqişə daha onun beynəlxalq münasibətlər gündəmini kölgədə qoymayacaq.
|
Ötən ayın əvvəlində böyük xalq dəstəyi ilə 5-ci prezidentlik dönəminə başlayan İlham Əliyev andiçmə nitqində Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kontekstində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunaraq bu çoxvektorlu xarici siyasət yanaşmasına artıq işarə verib.
|
İlham Əliyevin Xankəndidə səs verməsi ilə bütün Azərbaycan ərazisində ilk dəfə keçirilən seçki Azərbaycan xalqı üçün tarixi bir mərhələdir.
|
30 ilə yaxın erməni işğalından sonra Azərbaycanın ərazi bütövlüyünün bərpasında əldə etdiyi hərbi uğurdan sonra ictimaiyyət arasında etimadını daha da möhkəmləndirən İlham Əliyev Azərbaycan tarixində yeni səhifə açıb və ölkənin inkişafı yolunda, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun bərpası və azərbaycanlı məcburi köçkünlərin öz doğma vətənlərinə geri dönməsi üçün yeni meyarlar qoymağa başlayıb.
|
Təkcə Azərbaycan yox, bütün region və Avropa İttifaqı daha sıx iqtisadi inteqrasiya, enerji əməkdaşlığı, yeni nəqliyyat və ticarət yolları baxımından bu yeni dinamikada iqtisadi və siyasi cəhətdən daha da inkişaf edə bilər.
|
Azərbaycan Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranmış enerji böhranı zamanı Avropa İttifaqını dəstəkləyib və gələcəkdə də bu dəstəyi davam etdirməyə hazırdır.
|
Avropa İttifaqı Azərbaycanın ümumi ticarətinin təxminən 52%-ni təşkil edərək onun əsas ticarət tərəfdaşıdır.
|
Mövcud geosiyasi gərginlik həm də Azərbaycandan keçərək Avropa və Asiyanı birləşdirən Orta Dəhliz kimi alternativ ticarət yollarının yaranmasına səbəb olub.
|
Yanvarın sonlarında Avropa İttifaqı Qlobal Tranzit ticarət şəbəkəsinin bir hissəsi olaraq Orta Dəhlizin nəqliyyat əlaqələrinə dəstək və investisiyalar üçün 10 milyard avro ayırmağı vəd edib ki, bu da münaqişə sonrası Cənubi Qafqaz üçün geniş imkanların daha bir göstəricisidir.
|
Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının üzvü kimi Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə vermək, müdafiə, təhlükəsizlik və terrorla mübarizə sahələrində Qərblə əməkdaşlıq etməklə yanaşı, həm də Qərbin sadiq müttəfiqidir.
|
Bu Xəzəryanı dövlət bütün vətəndaşlarının tərəqqi və firavanlığı naminə, birlik və möhkəmliyə sarsılmaz öhdəliyi ilə formalaşdırdığı gələcəyə aydın baxışı ilə yeni səhifəyə qədəm qoyur.
|
Bu daxili paradiqma dəyişiklikləri artıq Azərbaycanın yeni xarici siyasət istiqamətində öz əksini tapıb və çox güman ki, bu, orta güc dövlətinin dünya səhnəsində daha fəal və təsirli rol oynamasına gətirib çıxaracaq.
|
Münhen Təhlükəsizlik Konfransında baş verən son hadisələr və qarşıdan gələn COP29 üçün gələcək planlar artıq belə mühüm transformasiyadan xəbər verir.
|
Belə ki, Azərbaycan hazırda xarici siyasət səhnəsində yeni sərhədlər kəşf etmək ərəfəsindədir.
|
Məqalənin LİNKİ://moderndiplomacy.eu/2024/03/02/azerbaijan-explores-new-frontiers-in-its-foreign-policy-landscape/?fbclid=IwAR0dmJY524n3P-6MSucQKwqBSQU0Hor9d6wT8mJCpr_mAf34liLLTvjlFnA
|
“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
|
Əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır.
|
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.
|
16:29"Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat aparılmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir.
|
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.
|
Qeyd edilib ki, icra başçısının birinci müavini Səməd Tomuyevin və digər müavinlərin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elxan Məmmədovun saxlanılması ilə bağlı müxtəlif məzmunlu məlumatlar yayımlanıb.
|
Cavab olaraq bildiririk ki, yayımlanan məlumatlar həqiqəti əks etdirmir.
|
Məsələ ilə bağlı ətraflı məlumatın verilməsi təmin ediləcək.
|
16:10"Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.
|
Sfera.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.
|
Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) vəzifəli şəxslərin qanunazid əməlləri barədə araşdırmanın nəticələrini açıqlayıb.
|
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
|
Prokurorluq orqanlarına SHXÇDX tərəfindən təqdim olunan məlumatlar və vətəndaş müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazid əməllərin törədilməsində vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma aparılıb.
|
Belə ki, 2023-cü il ərzində prokurorluq orqanlarında qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb (onlardan 15-i SHXÇDX-dən daxil olub, 63-ü isə vətəndaş müraciəti üzrə araşdırılıb).
|
Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib.
|
Habelə, 15 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub, qalan materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
|
Qeyd olunan dövr ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib, aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 16 əməkdaşı barəsində təqdimat verilib.
|
2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18 material üzrə araşdırma aparılaraq (onlardan 7-si SHXÇDX-dən daxil olub, 11-i isə vətəndaş müraciəti üzrə olub), 1 halda cinayət işi başlanıb, digər materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
|
Qurumdan bildirilib ki, hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.
|
Bakıda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
|
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
|
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
|
Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
|
Filippində yaşayan Azərbaycan icması paytaxt Manilada təşkil edilən Beynəlxalq Kulinariya Festivalında ölkəmizi uğurla təmsil edib.
|
Bu barədə Diasporla İş üzrə Dövlət Agentliyi məlumat yayıb.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.