Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Bu, yüz illər ərzində ərəblər, yəhudilər və xristianlar arasında elmi mübadilənin təsirli təcrübəsidir”, - deyə aləti tapan bildirib.
|
“Novruz bayramında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir”.
|
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
|
Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.
|
Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.
|
Zərurət yaranarsa, AZAL bayram günlərində bu marşrut üzrə uçuşların sayını artıracaq.
|
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
|
Türkiyədə dəhşətli cinayət anı müşahidə kameraları tərəfindən qeydə alınıb.
|
Hadisə Kayseri şəhərində baş verib.
|
Kadrlarda dükana girən kişi ilə mağazada olan şəxsin bir-birilərinə silahla atəş açması əks olunub.
|
Həmin vaxt yaxınlıqdakı masada əyləşən ana-balanın bərk qorxduqları və masanın altında gizlənmək cəhdləri də görüntülənib.
|
Məlumata görə, silahı ilk işə salan kişi hadisə yerində ölüb.
|
Digər şəxs ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib.
|
Hadisənin səbəbi araşdırılır, istintaq başlayıb.
|
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.
|
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
|
Qeyd edək ki, martın 7-də reallaşacaq “Dinamo” - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
|
Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.
|
Ukraynanın Xarkov vilayəti hər gün yeni hücumlarla üzləşir.
|
Rusiya bir növ Ukraynaya qarşı hücum kampaniyası zamanı buradakı məğlubiyyətinin əvəzini çıxmağa çalışır.
|
Xarkovun müdafiəsindəki zəiflikləri Ukrayna Prezidenti Volodimir Zelenski də etiraf edir və o, Qərbə silah yardımı üçün səslənib.
|
Bu yaxınlarda Zelenski Niderlandın baş naziri Mark Rutte ilə birlikdə dağılmış Xarkova səfər etmişdi, onun çıxışındakı vətənpərvər narrativlər isə yalnız Ukraynanın ideoloji ruhuna təsir göstərə bilər.
|
Faktiki olaraq cəbhədəki vəziyyət silah və sursatlardan, canlı qüvvələrdən asılıdır ki, Ukrayna üçün bu, həyati əhəmiyyətli bir məsələyə çevrilib.
|
Zelenski elə reallıqlara da diqqəti cəmləşdirir və aydın şəkildə deyir ki, müdafiə oluna bilməsələr, Xarkov şəhəri Rusiyanın nəzarətinə keçəcək.
|
Rusiya qüvvələrinin son hücum kampaniyaları Luqansk-Xarkov sektoru üzrə perspektivləri göstərə bilər.
|
Rusiya yəqin çalışır ki, Xarkov oxu üzrə mümkün əməliyyatlar nəzərəçarpacaq dərəcədə nəticə versin.
|
Lakin hələlik Xarkova genişmiqyaslı hücum barədə plan aydın deyil, hərçənd Zelenskinin özünün pessimist yanaşması Moskvanın əməliyyat taktikası barədə informasiya verir.
|
Görünür ki, Rusiya Xarkovda istədiyini qopara bilmək üçün müxtəlif oxlar boyunca bir-birini dəstəkləyən əməliyyatlar keçirməyi nəzərdə tuta bilər.
|
Rusiyanın bu müstəvidə necə taktiki performans göstərə biləcəyi isə sual altındadır, çünki o, eyni zamanda bir neçə cəbhədə paralel taktiki qazanc əldə etmək çətinliyi ilə üz-üzədir.
|
Ancaq bu, daha çox Ukraynanın silahlanmasından və canlı qüvvəsinin say nisbətindən asılıdır.
|
Əgər Qərbdən Ukraynaya silah tədarükü vaxtında çatsa və Kiyev ordunun şəxsi heyətini komplektləşdirə bilsə, Rusiyanın Ukrayna cəbhəsinin şimal-şərq, şərq və cənubu üzrə döyüş gücü zəifləyə bilər.
|
Ancaq ABŞ-dəki prezident seçkisi kampaniyası fonunda Konqres Ukraynaya həyati əhəmiyyətli yardımları təsdiqləmir və bu, Rusiyanın əməliyyat planlamasına, məqsədlərinə vaxt qazandırır.
|
Hər halda, Kreml tez-tez yaydığı mövqelərlə geosiyasi məqsədlərə nail olmaq üçün hərbi səylərinin genişlənəcəyinə işarə verir.
|
Təbii ki, Moskva mərkəzli tezislərin blef və reallıq cəhətləri bir-biri ilə culğaşır.
|
Görünür ki, Rusiya qüvvələri bir-birini dəstəkləyən kampaniyalarda maraqlıdır.
|
Çünki Rusiya qoşunlarının irəliləməyə çalışdığı ərazilər bir-birini dəstəkləyir.
|
Həmin ərazilər təxminən bir-birinə paraleldirlər və ukraynalı müdafiəçilərin eyni qruplarına təzyiq yaratmaq üçün kifayət qədər yaxındırlar.
|
Ukrayna isə cəbhənin hansı sektorunda necə müdafiə oluna biləcəyini fikirləşir.
|
Ukrayna adekvat əks-hücum əməliyyatı üçün Qərbdən dəstək əməliyyatlarına ehtiyac duymağa davam edəcək.
|
Hərçənd ki, Ukrayna cəbhədə taktiki problemlərlə üzləşdikcə, Rusiyanın sərhəd regionunda yerləşən şəhərlərinə, infrastrukturuna pilotsuz aparatlarla zərbələr endirə bilər.
|
Sözsüz ki, Rusiya quru əməliyyatlarına qədər raket, dron və artilleriya zərbələrini intensivləşdirmək qabiliyyətini göstərə bilər.
|
ABŞ-nin Kaliforniya ştatında bir qrup maskalı şəxs evin bağçasında keçirilən şənliyə silahlı hücum edib və insanlara atəş açıb.
|
Bu barədə şəhər polis idarəsindən açıqlama verilib.
|
Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
|
Yaralılar xəstəxanaya aparılıb.
|
Şəxsiyyəti məlum olmayan hücumçular isə avtomobilləri ilə hadisə yerindən qaçıblar.
|
Hadisə ilə bağlı istintaq başladılıb.
|
Hollivud ulduzu Silvester Stallonenin qızları ataları ilə münasibətlərindən danışıblar.
|
Onların sözlərinə görə, atalarının həddindən artıq sevgisi Sofiya, Sikstina və Skarlett bacılarının gənclərlə ünsiyyət məsələlərində əməlli-başlı problem yaradır.
|
Qızlar bildiriblər ki, Stallone ümumiyyətlə, onları sərt qaydalarla böyüdüb, 18 yaşına qədər onların tərbiyəsi ilə ciddi məşğul olub.
|
Belə ki, qızlara oğlanlarla görüşmək qadağan idi.Axşam saat 10-da isə “komendant saatı” başlayırdı.
|
Valideynlərimizin vanna otağında işıq saat 10:05-də yanırdısa, biz isə hələ yerimizə girməmişdiksə, böyük problemlərimiz olduğunu anlayırdıq”, - deyə Sikstina zarafatla deyib.
|
Qızların sözlərinə görə, atası onların sevgililərini o qədər qorxudurdu ki, görüş zamanı bəzən hətta dosyelərini gətirirdilər.
|
“Bir oğlan var idi, mənimlə görüşə dosyesini gətirmişdi.
|
Biri isə içində fotoşəkillərini və ətraflı tərcümeyi-halını daxil etdiyi CV hazırlamışdı”, - deyə Sikstina əlavə edib.
|
Aktyorun qızları atalarının populyarlığının şəxsi həyatlarına mənfi təsir edə biləcəyindən narahatlıqlarını bildiriblər.
|
Onların sözlərinə görə, bəzi gənclər yalnız Stallonenin özü ilə daha yaxından tanış olmaq üçün görüşə gəlirdilər, bəziləri isə adını eşidən kimi qaçırdılar.
|
Ukraynanın Donbas əyalətində (Donetsk vilayəti) son vaxtlar döyüşlərin gərginləşməsi bölgənin bütün şəhər və kəndlərini hərb meydanına çevirib.
|
Rusiya ordusunun aktiv hücumlarının Ukrayna ordusu tərəfindən dəf edilməsi, intensiv artilleriya hücumları bölgənin Liman, Konstantinovka, Çasov-Yar və digər şəhərlərində ciddi dağıntılara, kommunal xətlərin tamamilə məhvinə səbəb olub.
|
Liman şəhərinin əhalisinin 80 faizi evlərini tərk edib.
|
Fevralın 26-dan martın 3-dək olan müddətdə Azərbaycandan 2,7 milyon, Türkiyədən isə 633,6 min ədəd toyuq yumurtasının növbəti partiyaları Rusiyaya daxil olub.
|
Beləliklə, ötən ilin sonundan ümumilikdə 28,5 milyon ədəd yumurta idxal edilib.
|
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
|
O da qeyd olunur ki, martın 4-nə Azərbaycan və Türkiyədən Rusiyaya 28,5 milyon ədəd süfrə yumurtası idxal edilib.
|
Azərbaycandan məhsullar üçün bazarın açılması barədə qərar ötən ilin noyabrında Rusiya hakimiyyəti tərəfindən verilib, tədarüklər dekabrın ikinci yarısında başlayıb.
|
Türkiyədən gələn məhsullara tarif güzəştləri tətbiq edilir:Rusiya Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard toyuq yumurtasının Rusiyaya rüsumsuz idxalına icazə verib.
|
Ötən gün Bərdədə 13 yaşlı qız intihar edib.
|
Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb.
|
2011-ci il təvəllüdlü F.C-nın meyiti tövlədə asılmış vəziyyətdə tapılıb.
|
AzVision.az intihar hadisəsinin detalları haqqında məlumat əldə etmək üçün F.C-nın şagirdi olduğu Qarayusifli kənd tam orta məktəbinin direktoru Mayisə Quliyeva ilə əlaqə saxlayıb.
|
Məktəb direktoru bildirib ki, 13 yaşlı qız əlaçı olmasa da, dərsə davamiyyəti yaxşı olub və tədbirlərdə aktiv iştirak edib.
|
“Oxumasına görə orta səviyyədə olan şagird idi.Tədbirlərimizdə fəal çıxış edirdi.
|
Psixoloji durumunda pozğunluq hiss etməmişdik.
|
Sakit, başıaşağı qız idi.Ondan yaşca kiçik qardaşı da bizim şagirddir.
|
Qızın dərsə davamiyyəti çox yaxşı idi.
|
Bu yaxınlarda bircə dəfə dərsdən qalmışdı, evinə nümayəndə göndərmişdik.
|
Bəlli olmuşdu ki, valideyn səhlənkarlığı ucbatından yatıb qalıblar.
|
Həmin bacı-qardaşın dərsdən yayınmasına bir gün belə icazə verməmişəm.
|
Qız məktəbin həyətində sakit-sakit gəzirdi, heç kimə qarışmırdı” .
|
Direktorun sözlərinə görə, F.C-nın anası evdar qadındır, atası isə əvvəllər kənddə qəssab işləyib, hazırda isə mal-heyvan təsərrüfatı ilə məşğul olur.
|
“Valideynləri intiharla bağlı bir söz demirlər.
|
Camaat danışır ki, qız üç gün bundan öncə deyirmiş ki, özünü öldürəcək.
|
Kənd sakinlərinin verdiyi məlumata görə, F.C-nın ailəsində problemlər olub və tez-tez münaqişə edirmişlər.
|
Son mübahisə də elə intihardan üç gün əvvəl olub.
|
Hətta üç-dörd ay bundan öncə F.C-nın anası yoxa çıxıbmış.
|
Ailəsi uzun müddət onu axtarıb.
|
Dekabrın 31-də atası tapıb, evlərinə geri qaytarıb.
|
Bu müddət ərzində uşaqların qayğısına nənə qalırmış.
|
Ailələrindəki söz-söhbət səbəbindən bacı-qardaşın məktəbdə bullinqə məruz qalmasının qarşısını almaq üçün tədris ocağının rəhbərliyi bütün siniflərdə şagirdlərlə söhbət aparıbmış.
|
Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğu araşdırma aparır.
|
Məşhur rusiyalı sənətçi Alla Puqaçova ölkədən kənarda yaxtada ziyafət təşkil edib.
|
O, bununla bağlı şəxsi səhifəsində paylaşım edib.
|
“Baharın ilk bazar gününü əla keçirdik!
|
Çiçəklərə, təbriklərə və sadiq pərəstişkarlarımın bəxş etdiyi gündəlik sevinc hisslərinə görə təşəkkür edirəm.
|
Mənə görə narahat olmayın!”, - deyə 74 yaşlı ifaçı videogörüntüyə şərh verib.
|
Bakıda yük avtomobili ilə Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazova hökm oxunub.
|
Hökmə əsasən, F.Eyvazov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
|
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Zabrat-Maştağa yolunda baş verib.
|
Belə ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub.
|
Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.